Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-600/2021 13.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibi, məsləhətçi X11, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Dövlət ittihamçısı, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X9, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Qasımova Nigar Bəylər qızı, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs21, Salmanov Vasif Saday oğlunun iştirakı ilə xx xxxxxxxx 1989-cu ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali ixtisass təhsilli, işləməyən, məhkum olunmamış, Göyçay şəhəri, S.Vurğun küçəsi ev 66-da pasport qeydiyyatında olan və Bakı şəhəri, ünvan 1 ünvanında ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, dələduzluqla, yəni, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs20 özünü guya «Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu»nun məsul işçisi kimi təqdim edib Bakı şəhəri, Yasamal rayonu ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilmiş sosial evlərdən ucuz qiymətə mənzil alınmasına kömək göstərəcəyini yalandan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq Zərərçəkmiş şəxs20 2018ci ilin mart ayında Bakı şəhər, Xətai rayonu, M.Hadi küçəsində yerləşən Həzi Aslanov metrostansiyasının qarşısında 3.340 manat nağd pulunu alıb, aldatma və etibardan suiistifadə etməklə ələ keçirərək zərər çəkmiş şəxsə 3.340 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, dələduzluqla, yəni, özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs19 özünü guya «Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu»nun məsul işçisi kimi təqdim edib Bakı şəhəri, Yasamal rayonu ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilmiş sosial evlərdən ucuz qiymətə mənzil alınmasına kömək göstərəcəyini yalandan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq Zərərçəkmiş şəxs19 2018-ci ilin mart ayında Bakı şəhər, Xətai rayonu, M.Hadi küçəsində yerləşən Həzi Aslanov metrostansiyasının qarşısında 3.250 manat nağd pulunu alıb, aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək zərər çəkmiş şəxsə 3.250 manat maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, dələduzluqla, yəni, özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs18 özünü guya «Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu»nun məsui işçisi kimi təqdim edib Zərərçəkmiş şəxs18 etibarından sui-istifadə edib aldadaraq Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində inşa edilmiş sosial evlərdən ucuz qiymətə mənzil alınmasına kömək edəcəyini yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq 2019-cu ilin yanvar ayının əvəllərində ünvan 3 ünvanda fəaliyyət göstərən “Uluxanlı” restoranında 7.000 manat nağd pulunu alıb aldatma və etibardan sui-istifadə etmə yolu ələ keçirərək zərərçəkmiş şəxsə 7.000 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, dələduzluqla, yəni, özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs8 özünü guya «Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu»nun məsul işçisi kimi təqdim edib Bakı şəhəri, Yasamal rayonu ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilmiş sosial evlərdən ucuz qiymətə mənzil alınmasına kömək göstərəcəyini yalandan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq Zərərçəkmiş şəxs8 2019-cu ilin yanvar ayı ərzində Bakı şəhər, Xətai rayonu, Sarayevo küçəsində fəaliyyət göstərən “Sişa” çay evində hissə-hissə olmaqla vahid niyyət ilə əhatə edilən qəsdlə cəmi 6.750 manat nağd pulunu alıb aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək zərər çəkmiş şəxsə 6.750 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən, dələduzluqla, yəni, özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 özünü guya «Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu»nun məsul işçisi kimi təqdim edib Bakı şəhəri, Yasamal rayonu ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilmiş sosial evlərdən ucuz qiymətə mənzil alınmasına və hərraca qoyulmuş avtomaşın verilməsinə kömək göstərəcəyini yalandan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq Zərərçəkmiş şəxs1 2019-cu ilin yanvar ayı ərzində ünvan 4 ünvanda fəaliyyət göstərən “Uluxanlı” restoranında hissə-hissə olmaqla vahid niyyəti ilə əhatə edilən qəsdlə cəmi 63.000 manat pulunu alıb aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə 63.000 manat, yəni külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bunlardan başqa o, təkrarən, dələduzluqla, yəni, özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs15 Sammit oğluna özünü guya «Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu»nun məsul işçisi kimi təqdim edib Bakı şəhəri, Yasamal rayonu ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilmiş sosial evlərdən ucuz qiymətə mənzil alınmasına kömək göstərəcəyini yalandan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq Zərərçəkmiş şəxs15 2019-cu ilin aprel ayının əvvəllərində hissə-hissə olmaqla Bakı şəhər,Yasamal rayonu, «Nizami» metrostansiyasının qarşısında vahid niyyəti ilə əhatə edilən qəsdlə, cəmi 10.700 manat nağd pulunu alıb aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə 10.700 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, dələduzluqla, yəni, özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs14 özünü guya «Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu»nun məsul işçisi kimi təqdim edib Bakı şəhəri, Yasamal rayonu ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilmiş sosial evlərdən ucuz qiymətə mənzil alınmasına kömək göstərəcəyini yalandan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq Zərərçəkmiş şəxs14 2019-cu ilin may ayında ünvan 5 ünvanda yerləşən «Nərimanov Nərimanov» adına istirahət parkında 3.692 manat pulunu alıb aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək zərərçəkmiş şəxsə 3.S92 manat maddi ziyan vurmaqla təkrarən dələduzluq utmişdir. Göstərilənlərdən əlavə o, təkrarən, dələduzluqla, yəni, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs11 özünü guya «Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu»nun məsul işçisi kimi təqdim edib Bakı şəhəri, Yasamal rayonu ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilmiş sosial evlərdən ucuz qiymətə mənzil alınmasına kömək göstərəcəyini yalandan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq 2019-cu ilin may ayının əvəllərində Zərərçəkmiş şəxs11 məxsus 3.500 manat nağd pulu Bakı şəhəri, Yasamal rayonu, «İnşaatçılar» metrostansiyasının qarşısında sonuncunun dostu Zərərçəkmiş şəxs14 alıb aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək Zərərçəkmiş şəxs11 3.500 manat maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, dələduzluqla, yəni, özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 özünü guya «Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu»nun məsul işçisi kimi təqdim edib Bakı şəhəri, Yasamal rayonu ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilmiş sosial evlərdən ucuz qiymətə mənzil alınmasına kömək göstərəcəyini yalandan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq 2019-cu ilin may ayının əvəllərində Zərərçəkmiş şəxs7 məxsus 4,000 manat nağd pulu Bakı şəhəri, Yasamal rayonu, «İnşaatçılar» metrostansiyasının qarşısında sonuncunun dostu Zərərçəkmiş şəxs14 alıb aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək Zərərçəkmiş şəxs7 4.000 manat maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, dələduzluqla, yəni, özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs9 özünü guya «Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu»nun məsul işçisi kimi təqdim edib Bakı şəhəri, Yasamal rayonu ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilmiş sosial evlərdən ucuz qiymətə mənzil alınmasına kömək göstərəcəyini yalandan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq Zərərçəkmiş şəxs9 2019-cu ilin may ayı ərzində ünvan 7 ünvanda yerləşən «Nərimanov Nərimanov» adına istirahət parkında 2.600 manat nağd pulunu alıb aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək zərərçəkmiş şəxsə 2.600 manat maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, dələduzluqla, yəni, özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi İlə Zərərçəkmiş şəxs17 özünü guya «Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu»nun məsul işçisi kimi təqdim edib Bakı şəhəri, Yasamal rayonu ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilmiş sosial evlərdən ucuz qiymətə mənzil alınmasına kömək göstərəcəyini yalandan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq Zərərçəkmiş şəxs17 2019-cu ilin iyul ayının əvvəllərində ünvan 9 ünvanda yerləşən «Yasamal parkında» 2.593 natd manat pulunu alıb aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək zərərçəkmiş şəxsə 2.593 manat maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, dələduzluqla, yəni, özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs16 özünü guya «Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu»nun məsul işçisi kimi təqdim edib Bakı şəhəri, Yasamal rayonu ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilmiş sosial evlərdən ucuz qiymətə mənzil alınmasına kömək göstərəcəyini yalandan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq Zərərçəkmiş şəxs16 2019-cu ilin iyul ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsində yerləşən «Neftçilər» metrostansiyasınsn qarşısında 16,000 manat nağd pulunu alıb aldatma və etibardan sui-istifadə etməkiə ələ keçirərək zərərçəkmiş şəxsə 16.000 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən, dələduzluqla, yəni, özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs12 özünü guya «Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu»nun məsul işçisi kimi təqdim edib güzəştli şərtlərlə kredit veriləcəyinə kömək göstərəcəyini yalandan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq Zərərçəkmiş şəxs12 18 sentyabr 2019cu il tarixdən 26 sentyabr 2019-cu il tarixdən olan müddət ərzində Bakı şəhərinin müxtəlif yerlərində hissə-hissə olmaqla vahid niyyət ilə əhatə edilən qəsdlə cəmi 17.420 manat nağd pulunu alıb aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək zərərçəkmiş şəxsə 17.420 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, dələduzluqla, yəni, özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 Cəlal oğluna özünü guya «Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu»nun məsul işçisi kimi təqdim edib Bakı şəhəri, Yasamal rayonu ərazisində Mənzil İnşaatı Dövlət. Agentliyi (MİDA) tərəfindən İnşa edilmiş sosial evlərdən ucuz qiymətə mənzil alınmasına kömək göstərəcəyini yalandan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq Zərərçəkmiş şəxs6 06 oktyabr 2019-cu il tarixdən başlayaraq həmin ayın 1-ci 10 günlüyündə hissə-hissə olmaqla Bakı şəhəri, Yasamal rayonu, «İnşaatçılar» metrostansiyasmın qarşısında və ünvan 11 ünvanda vahid niyyəti ilə əhatə edilən qəsdlə cəmi 8.120 manat nağd pulunu alıb aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək zərərçəkmiş şəxsə 8.120 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, dələduzluqla, yəni, özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs21 özünü guya «Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu»nun məsul işçisi kimi təqdim edib Bakı şəhəri, Yasamal rayonu ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilmiş sosial evlərdən ucuz qiymətə mənzil alınmasına kömək göstərəcəyini yalandan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq Zərərçəkmiş şəxs21 07 oktyabr 2019-cu il tarixdən 17 oktyabr 2019-cu il tarixədən olan müddət ərzində hissə-hissə olmaqla ünvan 12 ünvanda olan «Xəqani» bağında vahid niyyət ilə əhatə edilən qəsdlə cəmi 18.350 manat nağd pulunu alıb aldatma və etibardan suiistifadə etməklə ələ keçirərək zərərçəkmiş şəxsə 18.350 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, dələduzluqla, yəni, özgənin əmlakını etibardan sui- İstifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 özünü guya «Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu»nun məsul işçisi kimi təqdim edib Bakı şəhəri, Yasamal rayonu ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilmiş sosial evlərdən ucuz qiymətə mənzil alınmasına kömək göstərəcəyini yalandan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq Zərərçəkmiş şəxs5 20 oktyabr 2019-cu il tarixdə ünvan 13 ünvanında yerləşən evində 30.000 manat nağd pulunu alıb aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək zərərçəkmiş şəxsə 30.000 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, dələduzluqla, yəni, özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 özünü guya «Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu»nun məsul işçisi kimi təqdim edib Bakı şəhəri, Yasamal rayonu ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilmiş sosial evlərdən ucuz qiymətə mənzil alınmasına kömək göstərəcəyini yalandan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq Zərərçəkmiş şəxs4 2019-cu ilin oktyabr ayininin sonunda ünvan 14 ünvanında 8.500 manat nağd pulunu alıb aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək zərərçəkmiş şəxsə 8.500 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, dələduzluqla, yəni, özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs10 özünü guya «Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu»nun məsul işçisi kimi təqdim edib Bakı şəhəri, Yasamal rayonu ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilmiş sosial evlərdən ucuz qiymətə mənzil alınmasına kömək göstərəcəyini yalandan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq Zərərçəkmiş şəxs10 01 noyabr 2019-cu il və 12 noyabr 2019-cu il tarixlərdə Bakı şəhər, Səbail rayonu, «Xaqani» bağında fəaliyyət göstərən «Green House» restoranında iki dəfəyə vahid qəsdlə əhatə olunan niyyətlə cəmi 16.800 manat nağd pulunu alıb aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək zərərçəkmiş şəxsə 16.800 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, dələduzluqla, yəni, özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 özünü guya «Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu»nun məsul işçisi kimi təqdim edib Bakı şəhəri, Yasamal rayonu ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilmiş sosial evlərdən ucuz qiymətə mənzil alınmasına kömək göstərəcəyini yalandan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq Zərərçəkmiş şəxs2 13 noyabr 2019-cu il tarixdə ünvan 15 ünvanda fəaliyyət göstərən «28 Mail» Ticarət Mərkəzinin qarşısında 15.000 manat nağd pulunu alıb aldatma və etibardan suİ- İstifadə etməklə ələ keçirərək zərərçəkmiş şəxsə 15.000 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, dələduzluqla, yəni, özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs13 özünü guya «Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu»nun məsul işçisi kimi təqdim edib Bakı şəhəri, Yasamal rayonu ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilmiş sosial evlərdən ucuz qiymətə mənzil alınmasına kömək göstərəcəyini yalandan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq Zərərçəkmiş şəxs13 14 noyabr 2019-cu il tarixdə ünvan 16 ünvanda yerləşən «Nərimanov Nərimanov» adına istirahət parkında 15.000 manat nağd pulunu alıb aldatma və etibardan sui- istifadə etməklə ələ keçirərək zərərçəkmiş şəxsə 15.000 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, dələduzluqla, yəni, özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 Əlibaba qızına özünü guya «Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu»nun məsul işçisi kimi təqdim edib Bakı şəhəri, Yasamal rayonu ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilmiş sosial evlərdən ucuz qiymətə mənzil alınmasına kömək göstərəcəyini yalandan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq Zərərçəkmiş şəxs3 29 oktyabr 2019-cu i! tarixdən 16 noyabr 2019-cu il tarixə qədər olan müddət ərzində hissə-hissə olmaqla ünvan 18 ünvanda vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 11.200 manat nağd pulunu alıb aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək zərərçəkmiş şəxsə 11.200 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, dələduzluqla, yəni, özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs22 özünü guya «Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu»nun məsul işçisi kimi təqdim edib Bakı şəhəri, Yasamal rayonu ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilmiş sosial evlərdən ucuz qiymətə mənzil alınmasına kömək göstərəcəyini yalandan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq Zərərçəkmiş şəxs22 25 noyabr 2019-cu ii tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 58 ünvanında fəaliyyət göstərən «Rəssamlıq Akademiyası»nın qarşısında 10.000 manat nağd pulunu alıb aldatma və etibardan sui- istifadə etməklə ələ keçirərək zərərçəkmiş şəxsə 10.000 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər “Əmrahbank” və “NBS” bankda aparıcı mütəxəssis işləmişdir. Maddi problemləri olmuş və istəmişdir ki, necə olursa olsun haradansa pul əldə etsin. Fikirləşmişdir ki, müxtəlif insanlara özünü Mənzil İnşaatı Dövlət Agentliyinin işçisi kimi təqdim etsin və güzəştli şərtlərlə mənzid təşkil etmək adı ilə onların pullarını ələ keçirsin. Mirqasım adlı tanışınını özünə ev almaq istədiyini, lakin maddi imkanının zəif olduğunu bilmişdir. 2019-cu ilin iyul ayının əvvəllərində Zərərçəkmiş şəxs17la söhbət edərkən bildirmişdir ki, mənzil inşaatı dövlət agentliyində satış meneceri işləyir, əgər istəsə ona Bakı şəhərində tikilən yeni yaşayış binalarından güzəştli qiymətə mənzil təşkil edə bilər. Mirqasım da razılaşmışdır. Mirqasıma Bakı şəhərində inşa edilmiş yeni yaşayış binalarının birindən bir ədəd 3 otaqlı mənzil təşkil edəcəyini, mənzilin qiyməti təxminən 70.000 manat olmasını, lakin qabaqcadan 3000 manata yaxın məbləğdə pul verməli olduğunu demişdir. Mirqasım da razılaşmış və beləliklə 2019-cu ilin iyul ayının əvvəllərində o, Mirqasımla Bakı şəhəri, Yasamal rayonunda Yasamal parkında görüşmüş və Mirqasım ona 2593 manat pul vermişdir. Eyni zamanda digər tanışı Asifin də mənzil almaq istədiyini, lakin maddi imkanının buna o qədər də imkan vermədiyini bildirmişdir. Asifə də yalandan demişdir ki, narahat olmasın, Mənzil İnşaatı Dövlət Agentliyinin işçisidir, satışa baxır, güzəştli qiymətə mənzil təşkil edəcəkdir. Asif də sevinmiş və Asifə demişdir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə tikilmiş binadan 1 ədəd 2 otaqlı və 2 ədəd 3 otaqlı mənzil təşkil edəcək, buna görə də ilkin ödəniş olaraq 16000 manat pul istəmişdir. Asiflə Bakı şəhəri Nizami rayonunda “Neftçilər” metrosunun yanında görüşmüş və görüş zamanı Asif ona 16000 manat pul vermişdir. Aldığı bütün pulları şəxsi məqsədlərinə sərf etmişdir. Bundan başqa o, tanışı Rüstəm vasitəsi ilə Zərərçəkmiş şəxs1 ilə tanış olmuş və özünü ipoteka fondunun şöbə müdiri kimi təqdim edərək Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal rayonu ərazisində inşa etmiş olduğu sosial mənzillərin ucuz qiymətə, aşağı faizlə, 25 il müddətinə ipoteka yolu ilə və hərraca çıxarılmış mənzillərin və nəqliyyat vasitələrinin ucuz qiymətə alınmasına köməklik edəcəyi ilə bağlı Rüstəm və onun digər tanşı olan Zərərçəkmiş şəxs8 iştirakı ilə olan görüş zamanı Aqifə bu barədə bildirmiş və istifadəsində olan mobil nömrəni götürmüşdür. 2019-cu ilin yanvar fevral aylarına kimi olan müddət ərzində ünvan 20 ünvanda olan “Uluxanlı” restoranında Zərərçəkmiş şəxs1la görüşməklə hissə-hissə olmaqla sosial yönümlü mənzillərin alınmasına köməklik etmək və “Lexsus 5.7” markalı avtomobilin hərracda olması və həmin avtomobili bazar qiymətindən ucuz qiymətə alınması adı ilə 49.000 manat pulunu almışdır. Həmin sosial mənzilərin alınması üçün Aqifə şəxsiyyət vəsiqəsinin, ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin,iş yerindən arayış, ailə tərkibi haqqında arayış, əmək haqqının çıxarış, asan İmza və digər sənədlərin notarial təsdiq olunmuş formasının verilməsini bildirmişdir. Bundan başqa o, tanışı Rüstəm vasitəsi ilə Zərərçəkmiş şəxs8 ilə tanış olmuş və özünü ipoteka fondunun şöbə müdiri kimi təqdim edərək Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal rayonu ərazisində inşa etmiş olduğu sosial mənzillərin ucuz qiymətə, aşağı faizlə, 25 il müddətinə ipoteka yolu ilə ilə alınmasına köməklik edəcəyi adı ilə 2019-cu ilin yanvar ay ərzində Xətai rayon,Sarayevo küçəsində olan “Sİşa” çay evində Zərərçəkmiş şəxs8 6750 manat pulunu alıb ələ keçirmişdir. Həmin sosial mənzilərin alınması üçün Rəşada şəxsiyyət vəsiqəsinin, ailə üzvlərin şəxsiyyət vəsiqəsini, iş yerindən arayış, ailə tərkibi haqqında arayış, əmək haqqının çıxarışı, asan imza və digər sənədlərin notarial təsdiq olunmuş formasının verilməsini bildirmişdir. Bundan başqa o Zərərçəkmiş şəxs1 vasitəsi ilə onun tanışı olan Şahid2 ilə görüşməklə yenə özünü ipoteka fondunun şöbə müdiri kimi təqdim edərək Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal rayonu ərazisində inşa etmiş olduğu sosial mənzillərin ucuz qiymətə, aşağı faizlə,25 il müddətinə ipoteka yolu ilə alınmasına köməklik edəcəyi adı ilə 22 yanvar 2019-cu il tarixdə ünvan 20 ünvanda olan “Uluxanlı” restoranında Şahid2 7.000 manat pulunu alıb ələ keçirmişdir. Həmin sosial mənzillərin alınması üçün Vüsala şəxsiyyət vəsiqəsinin, ailə üzvlərin şəxsiyyət vəsiqəsini, iş yerindən arayış, ailə tərkibi haqqında arayış, əmək haqqının çıxarışı, asan imza və digər sənədələrin notarial təsdiq olunmuş formasının verilməsini bildirmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs1 vasitəsi ilə onun tanışı olan Şahid3 ilə görüşməklə yenə özünü ipoteka fondunun şöbə müdiri kimi təqdim edərək Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal rayonu ərazisində inşa etmiş olduğu sosial mənzillərin ucuz qiymətə, aşağı faizlə, 25 il müddətinə ipoteka yolu ilə alınmasına köməklik edəcəyi adı ilə 22 yanvar 2019-cu il tarixdə ünvan 21 ünvanda olan “Uluxanlı” restoranında Şahid3 7.000 manat pulunu alıb ələ keçirmişdir. Həmi sosial mənzilərin alınması üçün Turala şəxsiyyət vəsiqəsinin, ailə üzvlərinin şəxsiyyət vəsiqəsini, iş yerindən arayış, ailə tərkibi haqqında arayış, əmək haqqının çıxarışı, asan imza və sair sənədlərin notarial təsdiq olunmuş formasının verilməsini bildirmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs1 vasitəsi iiə onun tanışı olan Zərərçəkmiş şəxs18 ilə görüşməklə yenə özünü ipoteka fondunun şöbə müdiri kimi təqdim edərək Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal rayonu ərazisində inşaa etmiş olduğu sosial mənzillərin ucuz qiymətə, aşağı faizlə, 25 il müddətinə ipoteka yolu İlə mənzillərin alınmasına köməklik edəcəyi adı ilə 19 yanvar 2019-cu il tarixdə ünvan 20 ünvanda olan “Uluxanlı" restoranında Zərərçəkmiş şəxs18 7.000 manat pulunu alıb ələ keçirmişdir. Həmin sosial mənziiərin alınması üçün Vasifə şəxsiyyət vəsiqəsinin, ailə üzvlərin şəxsiyyət vəsiqəsini, iş yerindən arayış, ailə tərkibi haqqında arayış, əmək haqqının çıxarışı, asan imza və digər sənədələrin notarial təsdiq olunmuş formasının verilməsini bildirmişdir. Bundan başqa o, dayısı oğlu X21 vasitəsi ilə onun tanışları olan Zərərçəkmiş şəxs15 Sami oğlu ilə tanış olmuş və görüş zamanı Hümbətə özünü ipoteka fondunun şöbə müdiri kimi təqdim edərək Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal rayonu ərazisində inşa etmiş olduğu sosial mənzillərin ucuz qiymətə, aşağı faizlə, 25 il müddətinə ipoteka yolu ilə alınmasına köməklik edəcəyi adı ilə 2019-cu ilin aprel ayı ərzində Nizami metrosunun yaxınlığında Zərərçəkmiş şəxs15 10.700 manat pulunu alıb ələ keçirmişdir. Həmin sosial mənziiərin alınması üçün Vasifə şəxsiyyət vəsiqəsinin, ailə üzvlərin şəxsiyyət vəsiqəsini, iş yerindən arayış, ailə tərkibi haqqında arayış, əmək haqqının çıxarışı, asan imza və digər sənədlərin notarial təsdiq olunmuş formasının verilməsini bildirmişdir. Bundan başqa o, Esmira adlı tanışı vasitəsi ilə Zərərçəkmiş şəxs6 Cəlal oğlu ilə tanış olmuş və görüş zamanı Nurlan və qayınanasına özünü ipoteka fondunun şöbə müdiri kimi təqdim edərək Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal rayonu ərazisində inşa etmiş olduğu sosial mənzillərin ucuz qiymətə, aşağı faizlə, 25 İl müddətinə ipoteka yolu ilə alınmasına köməklik edəcəyi adı ilə 06 oktyabr 2019-cu il tarixdə Yasamal rayonu İnşaatçılar metrosunun yaxınlığında və sonuncu dəfəsi isə Xətai rayonu, N.Tusİ küçəsində olan Premium çay evində hissə-hisə olmaqla Zərərçəkmiş şəxs6 8.120 manat pulunu alıb ələ keçirmişdir. Həmin sosial mənziiərin alınması üçün Vasifə şəxsiyyət vəsiqəsinin, ailə üzvlərin şəxsiyyət vəsiqəsini, iş yerindən arayış, ailə tərkibi haqqında arayış, əmək haqqının çıxarışı, asan imza və sair sənədlərin notarial təsdiq olunmuş formasının verilməsini bildirmişdir. Bundan başqa o, Anar və Orxan adlı tanışları vasitəsi ilə Zərərçəkmiş şəxs22 ilə tanış olmuş və görüş zamanı Nigarın əri Şahid1 və Yusif adlı şəxsə özünü ipoteka fondunun şöbə müdiri kimi təqdim edərək Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal rayonu ərazisində inşa etmiş olduğu sosial mənzillərin ucuz qiymətə, aşağı faizlə, 25 il müddətinə ipoteka yolu ilə alınmasına köməklik edəcəyi adı ilə 25 oktyabr 2019-cu il tarixdə Nərimanov rayonu X1rşısında Nigarın 10.000 manat pulunu alıb ələ keçirmişdir. Həmin sosial mənzilərin alınması üçün Vasifə şəxsiyyət vəsiqəsinin, ailəüzvülərin şəxsiyyət vəsiqəsini, iş yerindən arayış, ailə tərkibi haqqında arayış, əmək haqqının çıxarışı, asan imza və sair sənədələrin notarial təsdiq olunmuş formasının verilməsini bildirmişdir. Bundan başqa o, Anar və Orxan adlı tanışları vasitəsi ilə Zərərçəkmiş şəxs21 ilə tanış olmuş və görüş zamanı Anar və Orxanın iştirakı ilə İlqara özünü ipoteka fondunun şöbə müdiri kimi təqdim edərək Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal rayonu ərazisində inşa etmiş olduğu sosial mənzillərin ucuz qiymətə, aşağı faizlə, 25 İl müddətinə ipoteka yolu ilə alınmasına köməklik edəcəyi adı ilə 07 oktyabr 2019-cu il tarixdən 17 oktyabr 2019-cu il tarixə kimi olan müddət ərzində Səbail rayonu Malakan bağında İlqarın 18.350 manat pulunu Anar və Orxanın yanında alıb ələ keçirmişdir. Həmin sosial mənzilərin alınması üçün Vasifə şəxsiyyət vəsiqəsinin, ailə üzvlərin şəxsiyyət vəsiqəsini, İş yerindən arayış, ailə tərkibi haqqında arayış, əmək haqqının çıxarışı, asan imza və sair sənədələrin notarial təsdiq olunmuş formasının verilməsini bildirmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, eyni qayda ilə Zərərçəkmiş şəxs13 15.000 manat, Zərərçəkmiş şəxs3 Əlibaba qızının 11.200 manat, Zərərçəkmiş şəxs15 10.700 manat, Zərərçəkmiş şəxs14 3.692 manat, Zərərçəkmiş şəxs7 4.000 manat, Zərərçəkmiş şəxs9 2.600 manat, Zərərçəkmiş şəxs2 15.000 manat, X16 3250 manat, X7 3340 manat, Zərərçəkmiş şəxs5 30.000 manat, Zərərçəkmiş şəxs4 isə 8.500 manat pulunu alıb ələ keçirmişdir. Həmin pullardan Zərərçəkmiş şəxs1 20.000 manat, Nurlana 5.000 manat, Zərərçəkmiş şəxs9 2000 manat, Zərərçəkmiş şəxs5 23.000 manat qaytarmış, Rəşad Əskərovun 6750 manat pulunu isə tam olaraq ödəmişdir. Aqiflə ona pulun verilməsini təstiq etməkdən ötrü borc müqaviləsi bağlamışdır. Belə ki, həmin borc müqaviləsində göstərilən ümumi məbləğ Aqifin 49.000 manatı, Tural və Vüsala görə verilmiş 14.000 manat və Vasifə görə verilmiş 7000 manat olmuşdur. O, pulun kimə məxsus olmasını bilməmiş, Tural və Vüsaldan Mənzil İnşaat X10 rayon ərazisində inşa etdiyi 3 otaqlı sosial mənzili 25 illik ipoteka yolu ilə alınmasına köməklik edəcəyini bildirərək hərəsindən 7000 manat pul almışdır. Əldə etdiyi həmin pullardan heç kimə verməmiş, əldə etdiyi pulları şəxsi ehtiyacına xərcləmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsini qismən də olsa etiraf edici ifadəsi ilə yanaşı aşağıdakı sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2018-ci ilin may ayından "xxxx" MMC-də baş mühasib işləyir, 1998-2002-cİ illər ərzində X17 və Zərərçəkmiş şəxs8 ilə birlikdə Azərbaycan Dövlət Xalq X2 təhsil almış və tələbəlik illərindən aralarında səmimi yoldaşlıq münasibəti olmuşdur. Xidməti baş vurduqdan sonra təxminən yəni 2004-2005-ci il tarixdən Milli Təhlükəsizlik Nazirliyinin Suraxanı rayon İdarəsində xidmətə başlamış və 2019-cu ilin oktyabr ayına kimi olan müddət ərzində həmin idarədə işləmişdir. 2018-ci ilin əvvəllərində X17 vasitəsi ilə Müşviq Abbasovu tanımışdır. 2018-ci ilin dekabr ayının əvvəllərində özünə məxsus olan, lakin bacısı X6 adına Bakı şəhəri, Binəqədi rayonu 7- ci MKR-da yerləşən "xxxx" MTK-dan müqavilə əsasında almış olduğu 1 otaqlı 55 kv metr sahəsi olan 17-ci mərtəbədəki evini 82.000 manat tanımadığı müştəriyə satmış və həmin evi satmaqda məqsədi ailə üzvlərinin həyat şəraitini bir qədər yaxşılaşdırmaqla geniş kvadratlı və iş yerinin yaxınlığında mənzil almaq olmuşdur. Belə ki, həmin evi satmasını dostları o cümlədən X17 da bilmiş və Rüstəmə həmin evi daha iri sahəsi olan yeni tikilidə ev almaq üçün satdığını demişdir. Lakin ona məzil axtarması və ya başqa əlində olan nağd pulun hər hansı istiqamətdə yönəldilməsi və yeni ev təklifi ilə bağlı hər hansı söhbəti olmamışdır. Belə ki, həmin ərəfədə ortaq dostu olan Zərərçəkmiş şəxs8 özünə ipoteka yolu ilə mənzil götürmək işəmiş və bu barədə məlumat vermişdir ki,bəs hər hansı münasib mənzil olmuş olduğu təqdirdə ona məlumat verilsin. Sonradan o, Zərərçəkmiş şəxs8 eşitmişdir ki, X8 deməsinə görə onun yaxın tanışı ailəvi dostları, həmyerlisi olan X12 dövlət ipoteka fondunda şöbə müdri işləyir və həmin şəxsin əlində sosial yönümlü ilkin ödənişi az olan, aşağı faizli, ödəmə müddəti uzun olan məzillər,bundan başqa banklarda hərrcada olan avtomobillər və mənzil olur. Bu məqsədlə Rəşad onların iştriakı ilə onu həmin Təqsirləndirilən şəxs adlı şəxslə görüşdürcəyini bildirmişdir. X17 ona Təqsirləndirilən şəxs barəsində söhbət etməmiş və həmin şəxsin adını ilk dəfə Raşad Əsgərovdan eşitmişdir. 06 yanvar 2019-cu il tarixdə tələbə yoldaşları və dostları vhatsapp qrupu vasitəsi ilə qabaqcadan olan razılaşma əsasında X17, Zərərçəkmiş şəxs8, Müşviq Abbasov birlikdə Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi ilə Neapol küçəsinin kəsişməsində olan «Park Hous» restoranında görüşmüşlər. Görüş zamanı X17 bir daha artıq hər kəsin yanında onun yaxın tanışı, ailəvi dostları, həmyerlisi olan, X12 adlı tanışı olmasını və həmin şəxsin dövlət ipoteka fondunda şöbə müdiri işləməsini, əlində sosial yönümlü ilkin ödənişi az olan, aşağı faizli, ödəmə müddəti uzun olan mənzillər olmasını, bundan başqa Təqsirləndirilən şəxs əlində banklarda hərrcada olan bazar qiymətindən aşağı olan avtomobillər, həmçinin mənzillərin olmasını bildirmişdir. Həmin şəxsin Zərərçəkmiş şəxs8 mənzil tapılmasında yaxından köməklik edəcəyini və həmin şəxslə özünün və artıq Zərərçəkmiş şəxs8 ev alması barəsində telefonda söhbət etməsini, həmin şəxsin qeyd edilən gün onlarla görüşə gəlməklə Zərərçəkmiş şəxs8 ev məsələsini danışacağını, Rəşad Əsəgərova bu barədə yaxından köməlik edəcəyini bildirmişdir. Həmin şəxsin gəlməsinə hər hansı etiraz etməmiş və həmin gün məhz Təqsirləndirilən şəxsla görüş barədə razılaşmışlar.Restoranda əyləşməsindən 30 dəqiqə sonra masaya tək olaraq əvvəllər tanımadığı ilk dəfə görmüş olduğu şəxs yaxınlaşmış və həmin şəxs X17 ilə səmimi bir formada görüşmüş və bundan sonra X17 həmin şəxsin Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs özünü Dövlət İpoteka fondunun şöbə müdüri olaraq təqdim edib, həmin fondun rəhbəri ilə yaxın əlaqələri olmasını, əlində sosial yönümlü ilkin ödənişi az olan aşağı faizli ödəmə müddəti uzun olan mənzillər olmasını, bundan başqa əlində banklarda hərrcada olan bazar qiymətindən aşağı olan avtomobillər və mənzillərin olmasını,həmin hərracın özlərinin əlində olmaqla hərracın formal olaraq keçrüməsini, özlərinin istədikləri şəxsləri həmin hərracdan qalib etməklə həmin avtomobil və evləri satmalarını bildirmişdir. Həmin görüş zamanı Təqsirləndirilən şəxs onlara istifadəsində olan ***-***-**-** mobil nömrəni onlara vermişdir. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs8 və onlar sosial evlər almaq istədiklərinə görə demiş olduğu sənədləri toplasınlar. Həmin sənədlər siyahısında şəxsiyyət vəsiqəsi, nigah şahdənaməsi, subaylar üçün subaylıq haqqında arayış, ailə tərkibi haqqında arayış, iş yerindən, gəliriər haqqında arayış olmuş və həmin sənədlərin surətlərinin notarial təsdiq olunmuş surətlərini toplamalarını və bundan başqa asan imza almalarını bildirmişdir. Həmin görüşdə Təqsirləndirilən şəxs Yasamal rayonunda tikilən sosial evlərdən 3 otaqlı 66.000 manat dəyərində olan evləri onlar üçün endirimli 54.000 manata yazmaqla ilkin ödəniş olan 7.000 manatı ödəmiş olduqlara halda 25 il müddətində aylıq 220 manatdan olmaqla həmin evləri onların adına rəsmiləşdirməsini demişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, şəxsi işləri vardır ona görə masadan bir qədər erkən durmuş və onlar masa arxasında söhbət edən zaman X4 İsmayılovun etibarlı şəxs olmasını və ailə üzvülərini tanıdığını bildirmişdir. Səhəri günü o, artıq Rüstəm Zakirovun iştirakı olmadan sərbəst olaraq istifadəsində olan ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsinə olan mobil nömərəyə zəng edib sənədlərlə bağlı maraqlanan zaman Rəvan əgər yaxın tanışları və münasib bildiyi şəxslər varsa həmin şəxslərə də eyni şərtlərlə sosial yönümlü mənzillər təşkil etmək iqtidarında olduğunu bildirmişdir. O, yaxın qohumları olan bacısı oğlu Şahid3, Şahid2 oğuna və bacanağı Zərərçəkmiş şəxs18 Təqsirləndirilən şəxs sosial evlərlə bağlı etmiş olduğu təklifləri bildirmişdir və həmin şəxsi yaxın qohumlarının qiyabi olaraq tanıdığı X17 vasitəsiə ilə tanıdığını bildirmişdir. Sonra qohumları Şahid2, Şahid3 və Zərərçəkmiş şəxs18 da sosial yönümlü evlər alınmasına razı olduqlarını bildirmiş və onun Təqsirləndirilən şəxs ilə söhbət etməsini və qohumları üçün də Yasamalda oları sosial evlərdən təşkil etməsini bildirmişlər. Qohumlarının ona olan müraciətindən sonra Təqsirləndirilən şəxs telefon vasitəsi ilə məlumat verib münasib 3 nəfər şəxs olmasını bildirmiş və Təqsirləndirilən şəxs hər 3 qohumunun şəxsiyyət vəsiqələrini surətini vhatsapp vasitəsi ilə ona göndərməmi bildirmişdir. O da Rəvana qohumlarının sənədlərini göndərmiş və onların da onun kimi 3 otaqlı ev almaq istədiklərini bildirmişdir. Belə ki, həmin vaxta kimi o da öz şəxsiyyət vəsiqənin surətini vhatsapp vasitəsi ilə Təqsirləndirilən şəxs göndərmişdir. Həmin ərəfədə öz sənədləri və pulunu hazırlamış və Təqsirləndirilən şəxsla öncədən zəngləşməklə Xətai rayonu, Şıxlinski küçəsi 37 saylı evin qarşısında yerləşən «Uluxanlı» kafesində görüş təyin etmiş və təxminən 14 yanvar 2019-cu il tarixdə həmin kafedə Təqsirləndirilən şəxsla təkliklə görüşüb çay içmiş və görüş zamanı Rəvan ona demişdir ki, o və adını qeyd etmiş olduğu qohumları ilə bağlı sənədləşmələr başlamış, özünə aid olan sənədləri və ilkin ödəniş üçün nəzərdə tutulan 7.000 manatı versin. O, üzərində olan 7.000 manatı və sənədləri Təqsirləndirilən şəxs təqdim etmişdir. Rəvan isə onu bir daha arxayın etmişdir ki, işlər davam edir və 25 yanvar 2019-cu il tarixdə demiş olduğu kimi adına evin onlayn alışını həyata keçirəcəkdir və sənədlərlə tanış olub sənədlərin tam olaraq toplandığını bildirmişdir. Təqsirləndirilən şəxs ondan pulu almasından 2-3 gün sonra istfadəsİndə olan mobil nömrəyə ***-***-**-** nömrəsindən zəng gəlmiş və həmin şəxs özünü «Paşa Əmlak» Sığorta şirkətinin əməkdaşı olaraq təqdim edib Aytən olmasını, MİDA-dan ev aldığını və almış olduğu ev sığortalanmasını, özünün əlaqə saxlayacağını demişdir. Sonra bir gün fasilə ilə MİDA-dan özünü Hikmət kimi təqdim edən istifadəsində ***-***-**-** mobil nömrə olan şəxs zəng edərək aldığı evin notarusda alqı-satqısı üçün dəqiq vaxtının deyiləciyini bildirmişdir. Artıq ona gələn zənglər barədə Təqsirləndirilən şəxs məlumat vermiş və ona bir daha «görürsən işlər gedir» İfadəsini demişdir. Rəvanın demiş olduğu vaxtda artıq MİDA əməkdaşı və sığorta əməkdaşları zəng edib danışmış, işlərin getməsini və demiş oluduğ vaxtda evi adına sənədləşdirəcəklərini bildirmişdir. Təqsirləndirilən şəxsla görüşüb 7.000 manatı və sənədləri təqdim edən günü və ona olmuş zənglər barədə dostları X13, Zərərçəkmiş şəxs8 və Müşviqə yazaraq məlumat vermiş və telefonla danışan zaman məlumat vermişdir. Rəşad İsgəndərov da eyni ilə sənədləri toplamasını demiş və Rəşad, Zakir Rüstəmovun iştirakı iiə Təqsirləndirilən şəxsla görüşüb sənədləri və 6.750 manat pulu Təqsirləndirilən şəxs verməsini bildirmişdir. Sonra ona 2019-cu ilin təxminən yanvar ayının 18-də qohumları Şahid3 və Şahid2la «Uluxanlı» kafesində qabaqcadan olan razılaşma ilə görüşüb həmin şəxslərin iştirakı ilə hər ikisinin 7.000 manatdan olmaqla 14.000 manat pullarını sənədləri ilə birlikdə gözləri önündə Təqsirləndirilən şəxs təqdim etmişdir. Rəvan ona demiş olduğu zənglər və evlərin alqı-satqı tarixi barədə sözləri və özünün şöbə müdiri olmasına dair sözləri qohumlarının yanında bir daha təsdiq etmiş və 25 yanvar 2015-ci il tarixdə onun və qohumlarının evlərinin onlayn, daha sonra notarial satışının həyata keçiriləcəyini bildirmişdir. Artıq Şahid3 və Şahid2 pulunu verdiyi gününün səhəri yenə Təqsirləndirilən şəxsla zəngləşib bacanağı Zərərçəkmiş şəxs18 pulunun verilməsi barədə razılaşmış və təxminən 19 yanvar 2019-cu il tarixdə Zərərçəkmiş şəxs18 iştirakı ilə Təqsirləndirilən şəxsla həmin kafedə görüşüb Zərərçəkmiş şəxs18 tərəfindən ona verilmiş 7.000 manatı sənədlər ilə birlikdə gözləri önündə Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs ona demiş olduğu zənglər, evlərin alqı-satqı tarixi barədə sözlər və özünün şöbə müdiri olmasına dair sözləri Zərərçəkmiş şəxs18 yanında bir daha təsdiq etmiş və 25 yanvar 2020-ci il tarixdə onun və qohumlarının evlərinin oniayın daha sonra notarial satışının həyata keçiriləcəyini bildirmişdir. Sonra onlar kafeni tərk etmək işəyən zaman Rəvan onu bir kənara çəkmiş və artıq Vasif həmin ünvandan getmişdir. Təqsirləndirilən şəxs onu bir kənara çəkib istifadəsində olan mobil telefonda bir ədəd «Lexus» markalı **-EE-*** dövlət qediyyat nişanlı avtomobilin texniki şəhadətnaməsini göstərib həmin avtomobilin sahibi tərəfindən pulunu ödənmədiyinə görə girovda oluduğu «NBS» bank tərəfindən hərraca çıxarılacağını, həmin avtomobilin faktiki bazar qiymətinin 80.000 manat olduğu halda 37.000 manat ödəmiş olduğu halda həmin avtomobili əldə edə biləcəyini bildirmişdir. O, telefonda olan texniki şəhadətnamədə yalnız şəhadətnamənin ön tərəfini görmüş, şəhadətnamənin arxa hissəsinə baxmamış və həmin şəkilin orda olub olmamasına diqqət yetirməmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, əgər avtomobilin ciddi zədəsi yoxdursa həmin avtomobili alacaqdır. Rəvan isə bildirmişdir ki, avtomobilin hər hansı nasazlıqları yoxdur, əgər istəyirsə, onda həmin avtomobilə görə ilkin olaraq dərhal ona 5.000 manat ödəməli, hərraca çıxarmadan artıq hərracda avtomobilin onun adına buron olması bilinsin. Hətta o, avtomobili sonra görüb bəyənməsə, 5.000 manatını qaytaracağını və avtomobilin alqı-satıqısı zamanı yerdə qalan 32.000 manatı verməli olduğunu demişdir. 21 yanvar 2019-cu il tarixdə qabaqcadan olan razılıq əsasında işləri olmasına görə Təqsirləndirilən şəxsla görüşə gedə bilməmiş və Rəvanın zəngindən sonra qardaşı oğlu Şahid2 3.000 ABŞ dolları verməklə istifadəsində olan nömrəni Şahid2 vermişdir ki, Təqsirləndirilən şəxsla zəngləşib onun demiş olduğu ünvana getməklə həmin pul ona versin. Vüsal ona sonra bildirmişdir ki, Təqsirləndirilən şəxsla zəngləşib Nərimanov metrostasiyasının çıxışında olan Təbriz küçəsi ilə Ə.Rəcəbli küçəsinin kəsişməsində görüşüb 3.000 ABŞ dollarını Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu aldıqdan sonra ona zəng edib pulu almasını təsdiq etmişdir. Zərərçəkmiş şəxs8, Rüstəm Zakirov və Müşfiqlə birlikdə «Şişa» çay evinə görüşmüş və görüş zamanı hər kəs bildirmişdir ki, o, özü üçün olan evə görə 7.000 manat, qohumları Vüsal, Tural və Vasifə görə 21.000 manat və avtomobilə görə 3.000 ABŞ dolları Təqsirləndirilən şəxs vermişdir. Bundan başqa onun Təqsirləndirilən şəxs olan danışdıqlar zamanı ona ABŞ səfirliyinin yanında yeni tikili binada 5 otaqlı müştəri tərəfindən ödənişi ödənilə bilməyən 190 kv metr sahəsi olan bazar qiyməti 300.000 manat olan mənzilin hərracda olmasını və həmin evi almış şəxsin banka 97.000 manat borcu olmasını bildirmişdir. Hətta həmin evin fotoşəkillərini ona atmış və baxıb bəyənmişdir. Rəvan evin artıq tam olaraq bankın mülkiyyətində olmasını, mənzilin müştərisinin pulu ödəyə bilmədiyi halda artıq əlindən alındığını, ona hər hansı məbləğdə pul verilmədiyini bildirmişdir. Belə olan halda Rəvana inanmış və təxminən 24 yanvar 2019- cu il tarixdə Təqsirləndirilən şəxs zəngləşib yaşadığı G.Şıxlinski küçəsi 37 saylı evin həyətinə gəlməklə ondan 10.000 manat pul almışdır. 25 yanvar 2019-cu il tarixdə qohumları və Zərərçəkmiş şəxs8 zəngə edərək bu gün alqı saqıgünü olmasını bildirən zaman Təqsirləndirilən şəxs bü gün alqı-satqının alınmadığını və fevralın 5-də alqı-satıqı baş tutacağını bildirmiş, həmin tarixin MİDA tərəfindən dəyişdirməsini, özü tərəfdən hər hansı problem olmadığını, fevralın 5-də alqı-satqının baş tutacağını bildirmişdir. Həmin gün, yəni 25 yanvar 2019-cu il tarixdə Təqsirləndirilən şəxs onunla zəngləşib evə görə əlavə 10.000 manat lazım olmasını bildirmişdir. O, Rəvana yaşadığı evin həyətinə gəlməsini bildirmiş və həyətdə görüşən zaman Təqsirləndirilən şəxs bu gün təcli oiaraq hərracla bağlı mənzil üçün ödəniş olmasını söyləmişdir. 28 və 29 yanvar 2019- cu il tarixlərdə Təqsirləndirilən şəxs onunla evə görə ödənişlər edilməli olmasını bildirməsindən sonra ona taksi sürücüsü kimi bildiyi tanışı Royalı adlı şəxsi İş yerinə, yəni "xxxx" MMC-nin ünvan 22 ünvana göndərdiyini bildirmişdir. O da hər iki tarixdə Royalın istiadəsində olan ***-***-**-** və ya ***-***-**-** nömrəsindən etmiş olduğu zəngdən sonra iş yernin həyətinə düşmüş və Royalla görüşüb 28 yanvar 2019-cu il tarixdə 10.000 manat və 29 yanvar 2019-cu il tarixdə 7.000 manatı Röyala vermiş və Təqsirləndirilən şəxs zəng edib pulu qəbul etməsini demişdir. O da pulu qəbul edən kimi ona zəng edib verilmiş pulları tam olaraq aldığını bildirmişdir. Hətta yanvar ayının 28-də Təqsirləndirilən şəxs həmin mənzillərin alqı-satqısının baş tutması üçün Azər-Türk bankda cari hesab açdıraraq hər kəsə 420 manat ödəməli olduqlarını bildirib həmin çəklərin də fotoşəklini çəkib ona göndərmələrini demişdir. O, Azər-Türk bankın Həsən Əliyev küçəsində yerləşən filialında adına cari hesab açdıraraq 420 manat ödəniş etmişdir. Onun mənzilə görə 37.000 manat ödəməsini 05 fevral 2019-cu il tarixə kimi Zərərçəkmiş şəxs8, Rüstəm Zakirov, Müşfiq və o cümlədən digər dostlarına deməmişdir. 05 ferval 2019-cu il tarixdə vaxt tamam olmuş və səhər tezdən qohumları Rəşad və Rüstəm ona Təqsirləndirilən şəxs zəng etmələrini demiş və Rəvan onlara bildirmişdir ki, bu gündə işləri alınmamış, MİDA yenə ev alqı-satqısının təxirə salınmışdır. Növbəti təxirə salma 05 mart 2019-cu il tarixə kimi davam etmiş və artıq həmin ərəfədə dostlara məlumat vermədən Təqsirləndirilən şəxs sıxmağa başlamış və heç olmasa vermiş olduğu vəddən birini yerinə yetirməsini bildirmişdir. 06 fevral 2019-cu il tarixdə Təqsirləndirilən şəxs bir ədəd ağ rəngli «Lexus 570» markalı 2012-ci il buraxılışlı avtomobili gətirmiş və avtomobil hərraca çıxarılan kimi adına sənədləşdirəcəyini bildirmişdir. O, texniki şəhadətanamə ilə tanış olmuş və artıq avtomobin hər hansı bankın mülkiyyətində deyil, fərdi fiziki şəxsin adna olmasını, texniki şəhadətnamədə girovda olması İlə bağlı hər hansı qeyd olmamasını görmüşdür. Rəvana texniki şəhadətnamədə girovla bağlı olmayan qeyd olmaması ilə bağlı ağlı kəsmədiyindən Təqsirləndirilən şəxs bu barədə sual etməmişdir. Lakin yenə avtomobil məsələsi uzanmış və bundan sonra məcbur olub dostları Rəşad, Rüstəmi yığıb kafedə və telefonda müzakirə edə zaman Təqsirləndirilən şəxs onların bilmiş olduqları pulldan başqa ABŞ səfirliyinin yanında olan 190-kv metrlik evə görə 3700 manat pul almasını bildirmişdir. Rüstəm niyə tələskənlik etməsini soruşmuş, o, isə Təqsirləndirilən şəxs hər dəfə vaxt uzatmasını bildirmişdir. Artıq Təqsirləndirilən şəxs tərəfindən ona verilmiş oian 3 vəddən hər hansı birini yerinə yetirməməsi, dələduzluqla pulunu ələ keçirməsinə dair olan şübhələri bir qədər də artmışdır. Mart ayının əvvəllərində Rüstəm Zakirovla olan telefon danışıqları zamanı bildirmiş ki, heç olmaza ona Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini və ya fotoşəkilini göndərsin ki, fin kodu ilə harada işləməsini yoxlasın. Rüstəm Zakirov ona Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin fotoşəklmi votsapla göndərmiş və Rəvanın fin kodunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək müqavilələrinin bildirişi sistemində yoxlamış, Təqsirləndirilən şəxs hər hansı işdə rəsmi olaraq işləmədiyi məlum olmuşdur. 02 aprel 2019-cu il tarixdə Təqsirləndirilən şəxs bildirmişdir ki, İpoteka fondunda işləmir və verdiyi vədlər alınmır, 02 aprel 2019-cu il tarixdən etibarən pulları tam olaraq qaytaracaqdır. Ona məxsus 49.000 manatdan 17.000 manatı Təqsirləndirilən şəxs- 2019-cu ilin oktyabr ayı ərzində hissə-hissə olmaqla, 5.000 manatı özü, yerdə qalan məbləği isə hissə-hissə sifarişli taksi ilə ona göndərmiş və hər dəfə məbləği və çatıbçatmamasını dəqiqləşdirmişdir. Qohumlarının pulu bu günə kimi verilməmişdir. Təqsirləndirilən şəxs ümumilikdə ona 17000 manat pulu geri qaytarmışdır. Pulunun qalan hissəsini tələb edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin oktyabr ayında tanımış və Təqsirləndirilən şəxs Bakı şəhəri,Yasamal rayonu, Asan Xidmətin arxa hissəsində 12 mərtəbəli binanın 4-cü mərtəbəsində 90 kv, 3 otaqlı təmirli mənzili 70.000 manata olduğunu və 30 il müddətinə hər ay olmaqla hesablanıb aylıq pul ödənilməli olduğunu bildirmişdir. İlkin ödəniş olaraq və köməklik göstərdiyi üçün 8.500 manat pul ödəniş olunacağını demişdir. O, həmin şərtlərlə razılaşaraq 2019-cu ilin oktyabr ayında Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev 36 A ünvanında Rəvan İsmayolova 8.500 manat pul vermişdir. Təqsirləndirilən şəxs pulu alan zaman alqı-satqı məsələlərinin 2019cu ilin dekabr ayına kimi yekunlaşacağını bildirmişdir. O, Rəvana etibar edərək pulu verib ondan ayrılmışdır.Lakin xeyli müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməyərək ona məxsus pulu geri qaytarmayaraq mənimsəmişdir. Dəfələrlə Rəvandan pulunu geri istədikdə müxtəlif bəhanələr gətirərək pulunu geri qaytarmamışdır. Ona dəymiş 8.500 manat məbləğində ziyanı tələb edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, oğlu Naftlanda hərbi həkim olaraq işləmiş və Bakı şəhərində sosial evlərdən ev axtarmış və həmin evin alınması üçün Asan xidmət mərkəzlərinə qediyyat keçmişdir. Oğlunun qaynı Zərərçəkmiş şəxs2 ona zəng edərək onun tanışı olduğunu, 15.000 manat düzəldə bilməsini və həmin evlərin 1,2 və 3 otaqlı olmasını bildirmişdir. Həmçinin bildirmişdir ki, özü də həmin şərtlərə razılıq vermiş və özü üçün də qeyd edilən mənzildən götürmək üçün 15.000 manat ilkin ödənişin özü tərəfindən Təqsirləndirilən şəxs verməsini bildirmişdir. 14 noyabr 2019-cu il tarixdə o, Zərərçəkmiş şəxs2la 20 yanvar parkında görüşüb birlikdə Nərimanov Parkının içərisində olan hovuzun tərəfinə gəlmişlər. Vüsal ona artıq bildirmişdir ki, özü Təqsirləndirilən şəxs ilə danışmışvə həmin şəxsin qeyd edilən ünvana gələcəyini bildirmişdir. Saat 12 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli «Hunday Sonata» markalı avtomobillə həmin ünvana gəlib onlara yaxınlaşıb görüşmüşdür. O, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 çayxanaya keçib 1-ci mərtəbədə olan masalardan birində əyləşmiş və Təqsirləndirilən şəxs bir daha özü şəxsən dövlət ipoteka fondunda şöbə müdiri işləməsini, əlində sosial yönümlü ilkin ödənişi az olan, aşağı faizli, ödəmə müddəti uzun olan mənzillər olmasını və zəruri sənədlər olan sənədlərin siyahısını bildirmişdir. Həmin sənədlərə şəxsiyyət vəsiqəsi, nigah şəhadətnaməsi, subaylar üçün subaylıq haqqında arayış, ailə tərkibi haqqında arayış, iş yerindən, gəlirlər haqqında arayış, həmin sənədlərin surətlərinin notariai təsdiq olunmuş surətləri və asan imza daxil olmuşdur. Rəvan bir həftə müddətində sənədləri tam olaraq ona verməsini və bir həftə müddətində evin oğlunun adına oniayn satış yolu ilə sənədləşdirəcəyini bildirmişdir. Həmin görüşdə Təqsirləndirilən şəxs bir daha bildirmişdir ki,Yasamal rayonunda tikilən sosial evlərdə 3 otaqlı 66.000 manat dəyərindədir, lakin evləri onlar üçün, yəni o və Zərərçəkmiş şəxs2 üçün endirimli 54.000 manata yazmaqla ilkin ödəniş olan 15.000 manatı ödəmiş olduğu halda 25 il müddətində aylıq 243 manatdan olmaqla həmin evi bir həftə müddətində oğlunun adına sənədləşdircəkdir. O, Yasamalda olan həmin sosial evin 15-ci binasında olan 53 №-li mənzili ona 57 №-li mənzili isə Vüsala verəcəyini demişdir. Artıq Vüsal və Rəvan ilə birlikdə kafeni tərk etmiş, Təqsirləndirilən şəxs bütün şərtləri qəbul etmiş və Vüsalın Hunday markalı avtomobilinin salonunda arxa oturacaqda, 15.000 manatı Təqsirləndirilən şəxs vermişdir. 15 noybar 2019-cu il tarixdə Təqsirləndirilən şəxs dediklərini dəqiqləşdirmək üçün Yasamal rayonunda olan sosial evlərin kompleksinə getmiş və orda tanımadığı komendant tərəfindən bildirilmişdir ki, artıq qeyd edilən kompleksdə mənzil qalmamış və hər bir mənzilin sahibi vardır.O bir daha 15-ci binanın 53 və 57-ci mənzilləri barədə xəbər almiş və həmin mənzillərin satılması bildirilmişdir. Hətta mənzillərin açarlarını sahiblərinə təhvil verilməsini və mənzil sahiblərin ad soyadına dair olan siyahını təqdim etmillər. O, dərhal istifadəsində olan ***-***-**-** nömrəsindən Vüsalın istifadəsində olan ***-***-**-** nömrəsinə zəng etmiş və onu Yasamal yaşayış kompleksinə dəvət etmişdir. Zərərçəkmiş şəxs2 dərhal həmin ünvana gəlmiş və tanımadığı komendantla söhbət etmiş və artıq əmin olmuşdur ki, evlər satılmış və Təqsirləndirilən şəxs onları aldatmışdır. Dərhal Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs zəng edib onu «Koroğlu» metrosunun yaxınlığında olan Asan xidmət mərkəzinin həyətinə dəvət etmişdir. Təqsirləndirilən şəxs həmin ünvana gəlmiş və onlarla görüşən zaman niyə onları aldatmasını soruşmuşdur. O, birmənalı olaraq Rəvana vermiş olduğu 15.000 manatı tələb etmiş və onu aldatmasını bildirmişdir. Zərərçəkmiş şəxs2 da pulunu tələb etmiş və Rəvan həftənin 1-ci günü, yəni 18 noyabr 2019-cu il tarixdə hər ikisnin 30.000 manat pulunu tam olaraq verəcəyini bildirmiş, lakin onları aldatmış və hər-hansı miqdarda pul qaytarmamışdır. 15.000 manat pulu Təqsirləndirilən şəxs tələb edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 ifadəsində göstərmişdir ki, 2019-cu ilin yay aylarında Təqsirləndirilən şəxsla tanış olmuş və Rəvan onun ev almaq istədiyini bilmişdir.Rəvan ona mənzil inşaatı dövlət agentliyində satış işlərinə baxdığını və mənzil inşaatı dövlət agentliyinin xətti ilə yeni binalar tikilməsini, ona həmin binalardan ev təşkil edə biləcəyini demişdir. Rəvanın dediklərinə inanmışdır.Rəvana demişdir ki, 1 ədəd 3 otaqlı mənzil istəyir. Rəvan da bu işi düzəltmək onun əlində uşaq oyuncağı olduğunu, sadəcə olaraq bu məqsədlə cəmi 3000 manat ilkin ödəniş etməli olduğunu söyləmişdir. O, razılaşmış və 2019-cu ilin iyul ayının əvvəlində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Yasamal parkında 2500 manat pulu Rəvana vermişdir. Hətta Rəvan ona bir neçə sənəd də verməsini dəmiş və o da şəxsiyyət vəsiqəsini, fotoşəkiini və tələb etdiyi başqa sənədləri də Rəvana vermişdir. Lakin aradan xeyli müddət keçsədə məsələsi həllini tapmamışdır. O, pulunu Rəvandan tələb etmiş, lakin Rəvan müxtəlif bəhanələr gətirsə də pullu verməmişdir. Ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Rəvananın iş yoldaşı Ceyhun adlı şəxsin vasitəsilə tanımışdır. Belə ki, işdə olan zaman söhbət əsnasında Ceyhun bildirmişdir ki, qonşuları vasitəsilə tanış olduğu Rəvan ona 2 faiz olaraq sosial ev təşkil etmişdir. Bununla da Ceyhuna 17000 manat müqabilində Yasamal rayonu ərazisində yerləşən yaşayış kompleksindən aylıq ödənişi 241 manat olaraq 3 otaqlı mənzil ayırmışdır. O da Ceyhundan özü üçün belə bir şərtlə mənzil ala biləcəyi ilə maraqlanmışdır. Bundan bir neçə gün sonra 11.11.2019-cı il tarixdə Ceyhun, Rəvan və o, Razin deyilən ərazidə görüşmüş və Rəvana özü üçün belə bir mənzil istədiyini bildirmişdir. Rəvan özündə belə bir mənzil olmadığını, lakin yanında kiməsə zəng edəndən sonra belə bir mənzilin olduğunu bildirmişdir. Beləliklə də, sözü gedən yaşayış kompleksində yerləşən 15 nömrəli binanın 53 nömrəli mənzilini ona 2 faiz, aylıq ödənişi 243 manat olmaqla təşkil edəcəyini söz vermiş və bunun müqabilində ondan 15000 manat pu! istəmişdir. Rəvana razılığını bildirmiş və 13.11.2019-cu il tarixdə Ceyhunun yanında Rəvana Nəsimi rayonu 28 Mall ticarət mərkəzinin yaxınlığında 15000 manatı vermişdir. Həmin vaxt Rəvan ödəniş qrafikinİ, müqaviləni, sığorta kağızlarını göstərmişdir. Həmin sənədlər Ceyhuna adi olan mənzilə aid olmuş, o da sənədləri görüb bir daha həmin məsələnin ciddiliyinə əmin olmuşdur. Ceyhun da həmin sənədlərə imza etmişdir. Onunla Ceyhundan başqa da həmin məsələ ilə bağlı qohumu Şövkət və Ceyhunun dostu Rövşən də Rəvana fərdi olaraq pul vermişlər. 15.11.2019-cu il tarixdə qohumu Şövkətlə oğlu həmin sosial binaya getmişlər ki, mənzillərə baxsınlar və bina ilə tanış olsunlar. Lakin onlara həmin binadan bildirilmişdir ki, onlara söz verilən 57 saylı mənzil başqa şəxsə məxsusdur və artıq satılmışdır. Bu vaxt Şövkət ona zəng etmiş və bunları bildirmişdir. Özü də həmin binaya getmiş və bildirilmişdir ki, Rəvanın ona söz verdiyi mənzil də tam ayrı bir şəxsə verilmişdir. Bu vaxt Rəvana zəng edib onunla görüşmüş və görüş vaxtı Rəvan onu əmin etmişdir ki, qeyd edilən evlər onlara verəcək və anlaşılmazlıq olmuşdur.18.11.2019cu il tarixədək Ceyhunun mənzilinə aid olan sənədləri gətirməli olmuş, həmin vaxt Rəvan onlara Kapital Bankın sənədini göstərmiş və işin həll olunduğunu, ayın 25-də artıq evə köçə biləcəklərini bildirmişdir. Rəvandan şübhələndikləri üçün 23.11.2019-cu il tarixdə atası ilə görüşmüş, artıq həmin ərəfədə Rəvan özü gizlənməyə başlamış, zənglərə cavab verməmişdir. Ona görə də Rəvandan şikayət etmək qərarına gəlmişdir. Ona dəymiş 15.000 manat ziyandan cəmi 7.000 manatı təqsirləndirilən şəxs tərəfindən ödənilibdir. Ona dəymiş ziyanın qalan hissəsini tələb edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, özünə ipoteka ilə mənzil almaq barədə tanışı Tağı adlı şəxsə bildirmiş,Tağı adlı şəxs bu işdə ona köməklik edə biləcək Təqsirləndirilən şəxs mobil telefonunu verərək onunla əlaqə saxlmağı təklif etmişdır.O, 2019-cu ilin oktyabr ayında Təqsirləndirilən şəxs mobil telefonuna zəng vuraraq ipoteka ilə mənzil almaq istədiyini bildirmiş və 29.10.2019cu i! tarixdə Təqsirləndirilən şəxsla Nərimanov parkında görüşmüşlər. Rəvan Yasamal rayonunda yeni tikilidə 3 otaqlı 80 km olan təmirli mənzilin 65.000 manat olduğunu bildirmiş, ilkin oiaraq 11.200 manat pul ödəniş edib qalan pulun hər ay 355 manat olmaqla 20 il müddətinə ödənilməli olduğunu bildirmişdir.Rəvanla razılığa gəlmiş və ilkin olaraq 29.10,2019-cu il tarixdə Təqsirləndirilən şəxsya 7.200 manat pul ödəniş etmişdir. Rəvana evə baxmaq istədiyini bildirmiş, lakin ona sənədlər hazır olduqdan sonra gedib baxa biləcəklini söyləmİşdir.Qalan 4.000 manat pulu 10.11.2019- cu il tarixdə Təqsirləndirilən şəxs ödəmişdir. Pulu alan zaman Rəvan bildirmişdir ki.16.11.2019-cu il tarixdə evin alqısatqısı olacaqdır. Lakin bu günə kimi Rənvan İsmayılov heç bir iş görməyərək ona məxsus pulu geri qaytarmayaraq mənimsəmişdir. Ona dəymiş 10.200 manat məbləğində ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, oğlu X5 olduğu üçün ona ev almaq niyyəti olmuşdur. 2019-cu ilin oktyabr ayının əvvəllərində kürəkəni Şahid5 tanıdığı bir şəxsin Yasamal rayonunda Mənzil İnşaatı Dövlət Agentliyinin inşa etdiyi “Sosial Evlər” də ipoteka yolu ilə mənzil ala biləcəyini xəbərini vermişdir. Ev almaq fikri olduğu üçün kürəkəni Anarın dediyi şəxslə görüşüb bu barədə danışmaq istəmişdir. Təqribən 2-3 gün sonra kürəkəni Anar tanışı Rəvan ilə birlikdə işlədiyi 45 saylı orta məktəbə gələrək onunla görüşmüşlər.Görüş əsnasında Rəvan özünü ipoteka Fondunun Banklararası kuratoru kimi təqdim etmiş və ona ipoteka ilə mənzil almağına köməklik edəcəyini bildirmişdir. Mənzili ilkin ödənişsiz, 30 il müddətinə aylıq 236 manat ödənişlə rəsmiləşdirəcəyini bildirmiş və bu işləri görməyin qarşılığında 15.000 manat pul istəmişdir. Mənzillərin tam təmirli olduğunu bildirmiş və o, Rəvana 2 mənzil almaq istədiyini demiş və Rəvanın şərtləri ilə razılaşmışdır. Təqribən oktyabr ayının 20-də Təqsirləndirilən şəxs ona zəng edərək yaşadığı ünvanın yaxınlığında olduğunu bildirib ondan 2 mənzil üçün tələb olunan 30.000 manatı ona ödəməsini istəmişdir. Rəvanı yaşadığı mənzilə dəvət etmiş və Rəvanın iştirakı ilə 30.000 manatı sayaraq təqdim etmişdir. Daha sonra Rəvan ondan iş yerindən arayış, ailə tərkibi haqqında arayış, Asan imza və s. sənədləri qısa zamanda toplamağını bildirmişdir. Növbəti günlərdə istədiyi sənədləri ASAN Xidmət Mərkəzinə müraciət edərək hazırlamağa başlamışdır. Sənədlər hazırlanan müddətdə Rəvan onunla mütəmadi əlaqə saxlayaraq işlərin necə getməsi haqqında məlumat alıb ona qarşı güvən hissi yaratmışdır. Sənədləri tam hazırlayıb Rəvana təqdim etdikdə mənzillərin açarını 2019-cu il noyabr ayının 4-də təqdim edəcəyini bildirmişdir.Təqribən 2019-cu ilin oktaybr ayının sonlarına doğru ona təcili pul lazım olduğu üçün Rəvana zəng edərək mənzil almağı üçün ödədiyi 30.000 manatdan 23.000 manatını müvəqqəti olaraq geri qaytarmasını, mənzillərin sənədləri hazır olduqda pulu ona geri qaytaracağını bildirmişdir. Rəvan tərəddüd etmədən onunla razılaşmış və səhəri gün Rəvan istədiyi məbləği yaşadığı mənzilə gələrək ona vermişdir. 2019-cu ilin noyabr ayının 6-da Rəvana zəng edib mənzillərin noyabr ayının 4-də təqdim edəcəyini vəd verdiyini və bu müddətdən 2 gün keçdiyini bildirmişdir. Rəvan ona heç bir narahatçılığa səbəb olmadığını və proseslərin tam qaydasında getdiyini, yaxın günlərdə açarları təqdim edəcəyini bildirmişdir. Bir neçə gün keçdikdən sonra Rəvanla yenidən əlaqə saxlamış və evləri ona göstərməsini tələb etmişdir. Rəvan isə cavabında işlərinin çox olduğunu, bir neçə gün sonra evləri göstərəcəyini vəd vermişdir. Beləliklə Rəvanla hər əlaqə saxladığında fərqli-fərqli bəhanələr gətirərək evləri göstərməkdən yayınmışdır. Artıq Rəvanın dələduzluğuna əmin olduğu üçün zəng edərək borclu olduğu 7.000 manatı geri qaytarmasını tələb etmişdir. Rəvan isə cavabında bildirmişdir 2-3 gün ərzində pulu geri ödəyəcəkdir. Dəfələrlə Rəvana zəng etsədə zənglərinə cavab verməmiş, cavab verdikdə isə fərqli bəhanələr gətirərək pulu ödəməkdən yayınmışdır. Ona dəymiş 7.000 manat məbləğində ziynanın ödənilməsini tələb edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qayınanası Ziba İsmayılovanın iş yoldaşı Esmira adlı qadının vasitəsi ilə tanımışdır. Belə ki, Rəvanla 04 oktyabr 2019-cu il tarixdə Yasamal parkında görüşmüş və söhbət əsnasında Rəvan ona Esmira ilə yaxın münasibətdə olduğunu, onunla çörək kəsdiyini demişdir. Rəvan MİDA-da işlədiyini, özünün də Yasamal rayonunda sosial mənzilinin olduğunu illik 5-10 faiz olmaqla sosial mənzil təşkil edəcəyini bildirmişdir. X20 ilə yaxın münasibətə olduğundan ona inanmışlar. 05 oktyabr 2019-cu il tarixdə Rəvan ona zəng edərək istədiyi mənzilin satıldığını və digər mərtəbədə mənzilin olduğunu demişdir.06 oktyabr 2019-cu il tarixdə onlarla görüşmüş və Rəvan mənzilin bron edilməsi üçün 3000 manat pul almış və sənədləşmənin tez bir zamanda hazır olacağını bildirmişdir.07 oktyabr 2019-cu il tarixdə Rəvan ona zəng edərək banka ilkin ödənilməsi üçün 15 oktyabra kimi 4700 manat pul tələb etmiş,əgər puiu verməsə növbəti satışa qalacaqlarını demişdir. Həmin gün Rəvanla Yasamal rayonu İnşaatçılar metrosunun qarşısında KFC-nin yanında görüşüb 4700 manatı vermişdir. Səhəri gün yenidən Rəvan ona zəng edib sığorta pulunun ödənilməsi üçün 420 manat pul istəmiş və o, Xətai rayonunda Premium çay evinin qarşısında sənədləri və sonuncu 420 manatı Rəvana təqdim etmişdir. Beləliklə o,Rəvana ümumilikdə sosial mənzil alınması üçün 8120 manat pul vermişdir. Lakin Rəvan verdiyi vədə əməl etməyərək ona sosial mənzil alınmasında köməklik etməmiş və pulunu ələ keçirmişdir. Hər dəfə müxdəlif bəhanələr gətirərək zənglərə çavab verməmiş və pulu geri qaytarmamışdır. Ona dəymiş 8.120 manat məbləğində ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, dostu Zərərçəkmiş şəxs14 vasitəsi ilə tanış olduğu Təqsirləndirilən şəxs ilə söhbət zamanı Yasamal rayonunda yerləşən “MİDA” sosial evlərdən ona ipoteka yolu ilə ev düzəldə biləcəyini bildirmişdir. O, Rəvana inanmış və xahiş etmişdir ki, onada 3 otaqlı ev düzəltsin. Rəvan ondan sənədlərin düzəltməsi üçün ilkin olaraq 4.000 manat pul istəmiş və o, buna razı olub həmin pulu verə biləcəyini bildirmişdir. Bundan sonra 2019-cu ilin may ayında Rəvanının tələb etdiyi şəxsiyət vəsiqəsinin sürətini, yaşayış yerindən arayış, evlikik haqqında arayış,asan imza sürətini və tələb etdiyi 4.000 manat pulu vaxtı olmadığından dostu Fəridə vermişdir ki, Rəvana çatdırsın. Çünki, həmin zamanlar dostu Fərid də Rəvana ipotekaya ev düzəltməsi üçün 3600 manat pulu vermİşdir.Fərid ondan pulu aiıb aparıb Nərimanov rayonu ərazisində parkın içərsində yerləşən iki mərtəbəli adını hazırda unutduğu çayxanada Rəvana vermişdir. Dostu Zərərçəkmiş şəxs14 pulu Rəvana verməmişdən öncə ona zəng vurmuş və onunla Rəvan telefonda danışmış, daha sonra pulu verməsini bildirmişdir.Danışan zamanda da Rəvan ona Fəriddən 4.000 manat pulu aldığını bildirmişdir.Rəvan pulu aldıqdan sonra bir neçə dəfə telefonla onunla danışmış və hər dəfə bildirmişdir ki, narahat olmağa əsas yoxdur, iyul aynda evin məsələsini tam şəkildə həll edəcəkdir.Lakin iyul ayından sonra artıq Rəvan telefonlarına cavab verməmiş, arada cavab versə də yalandan vəd verərək yaxında pulun qaytarılacağını bildirmişdir.Həmin günü axşam saatlarında yenə Fəridin vasitəsi ilə bibisi oğlu Zərərçəkmiş şəxs11 da ipoteka yolu ilə ev düzəltməsi üçün Rəvana 3500 manat pul göndərmişdir.Həmin puluda Fərid Rəvana verən zaman yenə də Rəvanla telefon əlaqəsi saxlamış və telefonda danışan zaman Rəvan Fəriddən pulu aldığını bildirmişdir. Ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 2019-cu ilin təxminən yanvar ayının əvvəllərində birlikdə ali təhsil müəssəsisində oxuduğu X17 adlı şəxsin vasitəsi ilə Təqsirləndirilən şəxs tanımışdır. Belə ki, Rüstəm onunla söhbət əsnasında onun tanışı olan Rəvanın ipoteka fondunda şöbə müdiri olduğunu, hərracda olan ev və avtomobillərin alqı-satqısı ilə məşğul olduğunu, ucuz qiymətə satdığını, gərək olarsa ondan istifadə etməyin mümkün olduğunu bildirmişdir. Tələbə yoldaşı Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon şöbəsində işlədiyindən, normal bir insan kimi tanıdığından sözünə etibar etmişdir. Həmin şəxslə, yəni Təqsirləndirilən şəxs ilə bu məqsədlə, yəni ucuz ev almaq məqsədi ilə ilk dəfə 2019cu ilin təxminən yanvar ayının ilk günlərində Xətai rayonu ərazisində Sarayevo küçəsində Şişa kafesində görüşmüşdür. Görüş əsnasında Rəvan həqiqətən də Dövlət İpoteka fondunda şöbə müdiri kimi işlədiyini bildirmişdir. Ona ucuz ev təşkil edə biləcəyini demiş və həmin vaxt fondda Binəqədi rayonu ərazisində Azadlıq prospektində 3 otaqlı köhnə tikili binada olan mənzilin banka olan 85.000 manat borcunu ipoteka yolu ilə rəsmiləşdirməklə əldə edə biləcəyini demiş və evin şəkillərini göstərərək razılaşmışlar. Daha sonra evə gedib baxmış və ondan buna görə İlkin ödəniş olaraq 6.750 manat ödəməli olduğunu bildirmiş və o da Rəvana olan etimada əsasən 6.750 manat pul vermişdir. Evin həqiqətən də alınmasını reallaşdırmaq üçün müxtəlif adamların adlarını çəkərək, müxtəlif tarixlərdə alqı-satqı olacağını vəd verərək bü günə qədər hələ də verdiyi vədi tutmamış və pulunu mənimsəmişdir. Daha sonra aprel ayında Təqsirləndirilən şəxs işlərin heç birinin alınmadığını bildirərək imtina verildiyini demişdir. Həmin gündən bəri onun ödədiyi vəsaitin geri qaytarılması ilə əlaqədar heç bir iş görməmiş və vəsaiti qaytarmayaraq ona qarşı dələduzluq etmişdir. Hazırda ona dəymiş 6.750 manat məbləğində ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, 2019-cu ilin oktyabr ayında dostu Ərşad onun dostu Yusifin Rəvan adlı tanışının “İpoteka Fondunda” banklar arası kurator işlədiyini və Yasamal rayon ərazisində inşa edilən binada ipoteka yolu ilə 30 illik ev almaqda köməklik edəcəyini bildirmişdir. Dostu Ərşada həmin işdə ona köməklik etməsini və eyni zamanda Rəvanla görüşdürməsini xahiş etmişdir. Həmin gündən bir neçə gün sonra o, 01.11.2019-cu il tarixdə dosları Rəşad və Aslanla birlikdə Rəvan ilə görüşmək üçün Səbail rayonu, ərazisində yerləşən “Xaqani” bağının içərisində olan "Qrin Haus” restoranına getmişlər. Həmin gün Rəvan, Anar və qiyabi tanıdığı Orxan və Yusif ilə həmin restorana gəmişlər. Restoranda olarkən Rəvan onun sənədlərinə baxıb ona sosial ev düşdüyünü bildirmiş və sonra sosial evləri "xxxx" vastəsi ilə ipoteka şərtləri ilə alacağını demişdir. Rəvanın dedikləri ilə razılaşıb “Qrin Haus” restoranında Rəvana 16.800 manat pul vermişdir. Həmin vaxt Rəvan ona 15 gün ərzində evə köçəcəyini, bu zaman Anar 5 gün əlavə edərək 20 günə məsələ həll olunacağını bildirdikdə, Rəvan həmin ev üçün 30 il ərzində ayda 240 manat pul “Kapital banka” ödəyəcəyini demişdir. 12.11.2019-cu il tarixdə Rəvan ona ödəniş təyinatı “Sığorta pulu” ödəmək üçün “Kapital Banka” 420 manat pul ödəməyi demiş və o, ünvan 25 ünvanında yerləşən “Kapital Bankda” 420 manat pui ödəmişdir. Həmin gündən bir neçə gün sonra Rəvanın onun kimi bir neçə adamı aldatdığını bildikdə Rəvandan pulunu geri qaytarmasını bildirmişdir.Lakin Rəvan müxtəlif bahanələr gətirərək pulunu qaytaracağını bildirsə də bu günə kimi qaytarmamışdır. Ona dəymiş ziyan tam ödənilməmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, 2019-cu ilin yanvar ayının əvvəllərindən Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi ev 5, mənzil 66 ünvanda yaşayır, lakin evinin sahəsi balaca olduğuna görə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əliağa Şıxlinski küçəsində yaşayan qayınatasının evinə yaxın bir yerdə ipoteka vasitəsi ilə ev almaq qərarına gəlmişdir. Ona görə də, ipoteka ilə maraqlanmışdır. 2019-cu İlin sentyabr aynın əvvəllərində NBC bankda işləyən dostu Azərlə söhbət zamanı ipoteka ilə ev almaq istədiyini söyləmişdir. Azər də ona təklif etmişdir ki, NBC bankın ipoteka şöbəsində mütəxəssis işləmiş Təqsirləndirilən şəxs müraciət etsinlər, Rəvan bu barədə köməklik edə bilər. O da Azərlə razılaşmış, Azər Rəvana zəng vurmuş. 15 sentyabr 2019-cu il tarixində saat 15 radələrində “Koroğlu” metro stansiyasının qarşısında Rəvanla görüşmüş və Rəvanın idarə etdiyi «Audi Q7» markalı **-MT-*** dövət qeydiyyat nişanlı avtomobildə əyləşmişlər. X41 metro stansiyası istiqamətiə maşını idarə edərək söhbət zamanı Azərbaycan Sənaye bank ASC-nin ipoteka şöbəsində işlədiyini, ipoteka kreditlərinin düzəldilməsi, MlDA (Mənzil İnşaatı Dövlət Agentliyi) kreditlərinin düzəldilməsi ilə məşğul olduğunu bildirmişdir. Həmin vaxtı onda Rəvana daha da əminlik yaranmışdır. Rəvana Xətai rayonu, Əhmədli qəsəbəsi, Əliağa Şıxlinski küçəsində köhnə tikili olan binada 3 otaqlı 75 kvadrat/metr sahəsi olan 85000 manat dəyərində olan ev tapdığını bildirmişdir. Rəvan da ona evin alınması üçün işlədiyi Azərbaycan Sənaye Bankı ASCdən 73000 manat ipoteka krediti verə biləcəyini və onun da 12000 manat ilkin ödəniş ödəməli olacağını bildirmişdir. O, Rəvanla razılaşmış və Rəvan razılaşdığını gördükdən sonra əlavə olaraq demişdir ki, görəcəyi bu işlərin müqabilində ondan 3000 manat pul alacaqdır. Səhəri gün 16 sentyabr 2019-cu il tarixində Rəvana zəng etmiş, 3000 manat pulun hazır olduğunu bildirmişdir. Rəvan ona Gənclik metrosunun yaxınlığında görüşə biləcəyini bildirmiş və həmin gün saat 10 radələrində Gənclik metrosunun yaxınlığında görüşmüşlər. 3000 manatı zərfə qoymuş, həmin vəziyyətdə də Rəvana vermişdir. Rəvan ona demişdir ki, lazım olan sənədlərin siyahısını istifadəsində olan vatsapına göndərəcəkdir. Həmin gün Rəvan vatsapına ipoteka kreditinin rəsmiləşməsi üçün tələb olunan sənədlərin siyahısını (Şəxsiyyət vəsiqəsinin notarial təsdiqli nüsxəsi, iş yerindən arayış, gəlirəri təsdqi edən bank arayışları, ailə tərkibi haqqında arayış, ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin notarial təsdqili nüsxələri) göndərmişdir. O, həmin sənədləri hazırlamış, eləcə də Xətai rayonu, Əhmədli qəsəbəsi, Əliağa Şıxlinski küçəsindəki alacağı evin sahibi Esmira xanına zəng vurub demişdir ki, o da banka təqdim edəcəyi sənədləri hazırlasın. 18 sentyabr 2019-cu il tarixində Rəvana zəng vurmuş, sənədləri hazır etdiyini və 12000 manat pulu verə biləcəyini demişdir. Rəvan da həmin günü Nəsimi rayonu, Rəşid Behbudov küçəsində, Türkiyə Səfirliyinin yaxınlığında saat 11 radələrində görüşə biləcəyini bildirmiş və saat 11-də həmin ünvanda Rəvanla görüşmüşdür. Qeyd etdiyi sənədləri və 12000 manatı zərfdə Rəvana vermişdir. Səhəri günü Rəvan zəng edib alacağı evdə başqa bir şəxsin qeydiyyatda olduğunu və bu məsələni dəqiqləşdirməkdən ötrü alacağı evin sahibi ilə söhbət etmək istədiyini bildirmişdir. 20 sentyabr 2019-cu il tarixində saat 19 radələrində Əhmədli qəsəbəsində görüşmüşlər və Rəvanın yanında tanımadığı başqa bir oğlan da olmuşdur. Sonra Əhmədli qəsəbəsi, Əliağa Şıxlinski ünvandakı alacağı evə getmiş və evdə ev yiyəsi Esmira xanım və onun həyat yoldaşı Nadir onları qarşılamışlar. Rəvan evin Forma 2 sənədində başqa şəxsin qeydiyyatda olduğunu və həmin şəxsin evin satılmasına razılığı olmalı olduğunu bildirmiş, lakin ev sahibəsi Esmira evdə qeydiyyatda olan şəxsi tanımadığını və onun barəsində heç bir məlumatı olmadığını bildirmişdir. Rəvan bu məsələnin həlli üçün Esmiraya və ona müraciət edərək 2000 manat pul istəmişdir. O, 2000 manat pulu verməyə razı olmuşdur. Rəvan Esmira, Nadir və onun yanında demişdir ki, alqı-satqı prosesi 26 sentyabr 2019-cu il tarixində olacaqdır. Onlar evdən çıxmış və binanın qarşısında «Audi Q7» markalı maşının içində 2000 manatı Rəvana tanışının yanında vermişdir. Səhəri günü də ona zəng vurub evin icbari sığortası üçün 420 manat pul istəmiş və həmin pulu götürmək üçün taksi göndərəcəyini, pulu da taksiyə verməyini bildirmişdir. Həmin gün taksi ona zəng edərək pul götürəcəyini bildirmiş və Səməd Vurğun küçəsində, Maliyyə Nazirliyinin qarşısında taksiyə 420 manat pulu vermiş, sonra Rəvana zəng edərək pulun çatıb-çatmamağı ilə maraqlanmışdır. Rəvan ona 420 manat pulu aldığını bildirmişdir. 26 sentyabr 2019-cu il tarixində Rəvanın dediyi vaxtda zəng vurmuş, Rəvan alqı-satqının bir neçə gün ərzində olacağını bildirmişdir. Oktyabr ayının əvvəlinə kimi alqı-satqının baş tutacağını bildirmiş, lakin Rəvan dediyi vaxtlarda heç bir alqı-satqı baş tutmamışdır. Sonra Rəvanın istifadəsində olan 055 ******* və 050 ******* nömrələrə istifadəsində olan 055 ******* və 050 ******* nömrələr ilə zəng vurub pulunu geri istəmiş, Rəvan hər dəfə bir bəhanə gətirərək pulunu qaytaracağını bildirirmiş, lakin bu günə qədər verdiyi 17420 manat pulu qaytarmamışdır. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, 2019-cu ilin may ayında doğulduğu Göyçay rayonundan tanışlığı Səbuhi adlı dostunun vasitəsi ilə tanış olduğu Təqsirləndirilən şəxs Yasamal rayonunda hazırda kreditlə satılan “MİDA” yaşayış kompleksindən ipoteka yolu ilə sosial ev götürmək üçün danışıb razılaşmışlar. Rəvan söhbət zamanı bunu həll edə biləcəyini bildirmiş və qarşılığında 3600 manat pul istəmişdir. Rəvan 2019-cu ilin may ayında tarixi yadında qalmayan gündə ondan Yasamal rayonu İnşaatçılar metrostansiyasının yanında 3600 manat almışdır.Rəvan bildirmişdir ki, qısa müddətdə işi həll.edəcəkdir. Sonra 2019cu ilin iyun ayında sonuncu dəfə Rəvan onunla əlaqə saxlamış və qeyd etmişdir ki, iki ədəd foto şəkil, yaşayış yerindən arayış, subaylıq haqqında arayış, həmçinin 92 manat pul təcili verilməlidir.O, iki gün sonra Rəvanın qeyd etdikləri sənəd və pulu Nərimanov rayonu, istirahət parkında ikilikdə görüşərək vermişdir. Bundan sonra Rəvan artıq onun telefonlarına cavab verməmiş, cavab verən zamanlarda isə «darıxma yaxında səni yığacağam» deyərək dəstəyi asmışdır. Bundan əlavə o, Zərərçəkmiş şəxs11 görə də Rəvana 3500 manat pul vermişdir. Həmin pul Zərərçəkmiş şəxs11 məxsus olmuşdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvəllər tanımamış, sonradan tanıdığı Təqsirləndirilən şəxsla görüşən zaman ona Yasamal rayonunda inşa edilmiş MİDA-da İpotekaya mənzil alacağına köməklik edəcəyinə inandırmışdır. Bu minvalla Rəvan 2019cu ili aprel ayının əvəllərindən hissə-hissə olaraq 10720 manat pulunu ələ keçirmişdir. Hər dəfə Təqsirləndirilən şəxs mənzillə maraqlandıqda Rəvan müxtəlif bəhanələr gətirmiş və ondan ümumilikdə aldığı 10720 manat pulunu qaytarmamışdır. Ona dəymiş maddi ziyanı tələb edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, 2019-cu ilin yay aylarında Təqsirləndirilən şəxsla tanış olmuş və Rəvana bildirmişdir ki, ev almaq istəyir, Rəvan ona mənzil inşaatı dövlət agentliyində satış işlərinə baxdığını və mənzil inşaatı dövlət agentliyinin xətti ilə yeni binalar tikilməsini, ona həmin binalardan ev təşkil edə biləcəyini demişdir.Rəvanın dediklərinə inanmışdır. Rəvana 3 mənzil olmaqla, bir ədəd iki otaqlı, iki ədəd üç otaqlı mənzil istədiyini demişdir. Rəvan da demişdir ki, bu İşi düzəltmək onun əlində uşaq oyuncağıdır, sadəcə olaraq bu məqsədlə cəmi 16000 manat ilkin ödəniş etməlidir. O da razılaşmış və 2019-cu ilin iyul ayının ortalarında Bakı şəhəri Nizami rayonu ərazisində «Neftçilər» metrosunun yanında 16000 manat pulu Rəvana vermişdir. Hətta Rəvan ona bir neçə sənəd də verməsini demiş və o da şəxsiyyət vəsiqəsini, fotoşəkiini və tələb etdiyi başqa sənədləri də Rəvana vermişdir. Lakin aradan xeyli müddət keçsə də mənzil məsələsi həllini tapmamışdır. O, pulunu Rəvandan tələb etmiş, lakin Rəvan müxtəlif bəhanələr gətirərək pullarını verməmişdir. Ona dəymiş maddi ziyanı tələb edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Qasımova Nigar Bəylər qızı ifadəsində göstərmişdir ki, 2019-cu ilin oktyabr ayının ortalarında kürəkəni Yusif Quliyevin dostu Şahid4 vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuşlar. Belə ki, kürəkəni dostu Orxanla söhbət edərkən onun sosial mənzil almaq istədiyini bildirmişdir. Orxan da bildirmişdir ki, o, Rəvan adlı bir nəfəri tanıyır, Mənzil İnşaatı Dövlət Agentliyində işləyir. Orxan demişdir ki, Rəvan bunun üçün 10.000 manat tələb edir, həmin pulun 7000 manatı ilkin ödənişdir, 3000 manatı isə mənzilin rəsmiləşdirilməsi üçün lazım olan məbləğdir. O, Orxana Rəvanı tanımamasını deyib, Rəvana qarant dayanmasını soruşmuşdur. Orxan da demişdir ki, bəli, qarant dayanır, çünki Rəvan mənzil İnşaatı dövlət agentliyinin İşçisidir, altında İki bahalı maşını, mülki vardır, yəni bir sözlə, Rəvan dediyi sözə əməl edəcəkdir. O da 25 noyabr 2019-cu ildə "xxxx" ASC-dən 5000 manat, həmin tarixdə eyni zamanda "xxxx" ASC-dən də 5000 manat kredit götürmüş və elə həmin gün, 25 noyabr 2019-cu ildə saat 19 radələrində, həyat yoldaşı Şahid1, kürəkəni Quliyev Yusif və Şahid4 “Heydər Əliyev” adına prospektində daha dəqiq Bakı səhəri Nərimanov rayonu ərazisində saatlı bina kimi tanınan yerdə Təqsirləndirilən şəxs və onun yanında olan Anar adlı şəxslə görüşmüşlər. Pulu həyat yoldaşına vermişdir ki, Rəvana versin. Onların hamısı Rəvanın idarə etdiyi “Range Rover” markalı ağ rəngli avtomaşına əyləşmiş, yəni avtomaşında sükan arxasında Rəvan olmuş, onun yanındakı oturacaqda Anar, arxa oturacaqda isə həyat yoldaşı, Yusif və Orxan əyləşmişlər. Rəvan demişdir ki, əgər 10000 manat verilsə, ödənişi verdikdən sonra "kredit xətti açılacaqdır, sonra bankla adlarına müqavilə bağlanacaq, daha sonra onlara konkret mənzil təqdim olunacaq və həmin mənzil onların adma rəsmiləşdiriləcəkdir. Bundan sonra 20 il müddətində hər ay 228 manat olmaqla ödəniş edəcəklər. Rəvan əlavə olaraq 3000 manat istəmişdir. Həyat yoldaşı 10.000 manat pulu hamının yanında elə həmin maşında Rəvana vermiş və Rəvan 10.000 manatı sayıb cibinə qoymuşdurdu. Rəvan həyat yoldaşına 2 nömrə vermişdir ki, onunla danışsın. Təxminən 30 noyabr 2019-cu ildə onlara Aysel adlı qız zəng etmiş və özünü "xxxx" ASC-nin işçisi kimi təqdim etmişdir. Aysel adlı xanım demişdir ki, ipoteka krediti təsdiq edilmiş, bir neçə gündən sonra onları banka dəvət edəcəklər. Təxminən 10 gündən sonra Rəvan onlara zəng edib bildirmişdir ki, ev məsələsini həll edə biləmiş, çünki onun işlədiyi yerdə yoxlama aparılır. Rəvan demişdir ki, pulu geri qaytaracaqdır, lakin aradan uzun müddət də keçsə pulu qaytarmamışdır. Ona dəymiş maddi ziyanı tələb edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs20 ifadəsində göstərmişdir ki, lsmayılov Rəvan Mətləb oğlu ona və dostu X18 bidirmişdir ki, X27 işçisidir və “NBC" bankın nümayəndəsidir. Onlara Yasamal rayonunda yerləşən Dövlətin Sosial evlərində ev verəcəkdir. Rəvana inanmış və Rəvan onu Yasamalda yerləşən Sosial evlərə aparaq göstərmişdir ki, ona 6-cı mərtəbədə ev verəcəkdir. Təqsirləndirilən şəxs etibar etmiş və inanmışlar. X31 Dövlət Neft Şirkətində işlədiyi üçün Dövlət Neft Şirkətindən arayış və Asan xidmətdən tələb olunan sənədləri alaraq Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs özünə inandıraraq ondan ümumilikdə Xətai rayonunda yerləşən Həzi Aslanov metrosunun yanında 3340 manat pul almışdır. Sonradan bir müddət sonra görmüşlər ki,Təqsirləndirilən şəxs onların etibarından sui istifadə edərək özünü dövlət məmuru kimi təqdim edib dələduzluq yolu ilə hər ikisindən pul almışdır. Ona dəymiş maddi ziyanı tələb edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs21 ifadəsində göstərmişdir ki, tanışı Anar və Orxanın vasitəsi ilə taşın olduğu özünü ipoteka fondunun əməkdaşı kimi təqdim edən Təqsirləndirilən şəxs görüşmüş və söhbət zamanı Rəvan ona Yasamal rayonunda yerləşən “MİDA” sosial evlərdən 25 il mülddətinə ipoteka yolu ilə ev düzəldə biləcəyini bildirmişdir.O, Rəvanla razılaşmış və 07 oktyabr 2019-cu il tarixdən 17 oktyabr 2019-cu i! tarixə kimi olan müddət ərzində hissə-hissə olmaqla Səbaiİ rayonu Malkan bağında 18.350 manatı pulu Anar və Orxanın yanında Rəvana vermişdir. Lakin Rəvan verdiyi vədə əməl etməyərək ona məxsus pulu ələ keçirmiş və müxtəlif bəhanələr gətirərək pulunu geri qaytarmamışdır. Ona dəymiş ziyanı tələb edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Salmanov Vasif Saday oğlu ifadəsində göstərmişdir ki, 2019-cu ilin təxminən yanvar ayının əvvəllərində bacanaği Zərərçəkmiş şəxs1 vasitəsi ilə Təqsirləndirilən şəxs tanımışdır. Belə ki, bacanaği ilə söhbət əsnasında onun tanışı olan Rəvanın ipoteka fondunda şöbə müdiri olduğunu, ucuz, hərracda olan ev və avtomobillərin alqı-satqısı ilə məşğul olduğunu, Mənzil İnşaatı Dövlət Agentliyinin tikdiyi sosial mənzillərdən qanuni yolla düzəldə bildiyini bildirmişdir. Bacanağını normal bir insan kimi tanıdığından sözünə etibar etmiş və Təqsirləndirilən şəxs ilə bu məqsədlə ilk dəfə 2019-cu ilin təxminən yanvar ayının ilk günlərində Xətai rayonu ərazisində General Şıxlinski küçəsində Uluxanlı kafesində bacanağı ilə birlikdə görüşmüşdür. Görüş əsnasında Rəvan həqiqətən də Dövlət İpoteka fondunda şöbə müdiri işlədiyini və sözügedən mənzillərdən birinin alınması barədə köməklik edə biləcəyini demişdir. Həmin vaxtı 25 yanvar 2019-cu ildə elektron mənzil seçimi olacağını və bununla bağlı ona hazırlamağı üçün sənəd siyahısı və asan imza almasını bildirmiş, bu məqsədlə ondan 7.000 manat vəsaitin ilkin ödəniş olaraq verilməsini, 400 manat vəsaitin də Azərtürkbank ASC-yə öz adına cari hesab açdıraraq sığorta pulu kimi ödəməyini biidirmişdir.O da Rəvanın dediklərini etmiş və 7,000 manat vəsaiti və sənədləri Təqsirləndirilən şəxs vermişdir. Bir müddət sonra fevral ayının əvvəllərində Paşa Əmlak Sığorta şirkətindən Aytən adlı xanımın zəng (***-***-**-**) onda bu işin həqiqətən də reallaşmasına dair şübhələr yaratmamışdır. Daha sonra 02 aprel 2019-cu il tarixdə Təqsirləndirilən şəxs verdiyi vədin alınmadığını bildirərək İşlərə imtina verildiyini demişdir. Hazırda ona dəymiş 7.000 manat məbləğində ziyan ona tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq olunmuş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, 2019-cu ilin may ayında xalası qızının həyat yoldaşı Mustafayev Səbuhinin vasitəsi ilə tanış olduğu Təqsirləndirilən şəxs ilə söhbət zamanı ona sosial ipotekalardan danışmışdır. Rəvan bildirmişdir ki, Yasamal rayonunda yerləşən “MİDA” yaşayış kompleksindən ipoteka yolu ilə mənzillər düzəldə bilir və ilkin ödəniş 3.000 mantdır. Lakin bəzi sənəd işlərinə görə 2600 manat nəğd pul lazım olacağını bildirmişdir. Həmin ərəfədə Rəvan onunla ***-***-**- ** nömrəsi ilə əlaqə saxlamış və Nərimanov rayonu istirahət parkında görüşmüşlər. Orada Rəvanla görüşmüş və Rəvanla adını unutduğu çayxanada oturmuşlar.Orada pulu Rəvana vermiş və Rəvan ona iyul ayının ilk on günlüyündə işin həll olunacağını bildirmişdir. Lakin bir neçə gün onunla əlaqə yaratsa da sonradan telefonlarına cavab verməmişdir. Bu zaman anlamışlar ki, Rəvan ona qarşı dələduzluq etmişdir. Bundan sonra atası ilə birlikdə Rəvanın Göyçay rayonunda yerləşən evlərinə bir neçə dəfə getdikdən sonra Rəvan onun 2000 manatını qaytarmışdır. Hazırda isə ona 600 manat ödənilməmiş vəsait qalmışdır. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq olunmuş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, 2019-cu ilin may ayının əvvəllərində dayısı oğlu və dostu Zərərçəkmiş şəxs14lə birlikdə olan zaman hər ikisinin ipoteka yolu ilə Rəvan adlı şəxsin əli İlə ev almaq istəmələrinin şahidi olmuşdur. 1-2 gün keçdikdən sonra qərara gəlmişdir ki, o da ipoteka yolu ilə ev alsın. Buna görə də dayısı oğlu Orxana zəng vurmuş və şərtləri öyrənmişdir. Orxan bildirmişdir ki, danışıb xəbər edəcəkdir. Elə həmin günü bir neçə saatdan sonra Orxan zəng vurub sənəd düzəltmək üçün 3500, sonra isə ilkin ödəniş cəmi 3000 manat ödəyəcəyini, aylıq ödənişin isə 280 manat olacağını bildirmişdir. Həmin bu pullar 3 otaqlı ev üçün nəzərdə tutulmuşdur. Buna görə həmin günü dayısı oğlu Orxanla o zamanlar işlədiyi Babək prospektinə yaxın hazırda ünvanını dəqiq bilmədiyi şüşə sexində görüşmüş və pulu Orxana vermişdir. Orxan İsə bildiyinə görə özü gedə bilməmiş və pulu ortaq dostu Fəridin vasitəsi ilə Rəvana göndərmişdir. Çünki o, Rəvanı tanımamışdır. Bundan sonra ona məlum olmuşdur ki, Rəvan onların pulunu dələduzluq edərək ələ keçirmişdir. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq olunmuş Zərərçəkmiş şəxs19 ifadəsində göstərmişdir ki, tanışıTəqsirləndirilən şəxs oan və dostu X14 bildirmişdir ki, o, X27 işçisi və “NBC” bankın nümayəndəsidir, onlara Yasamal rayonunda yerləşən Dövlətin Sosial evlərində ev verəcəkdir. Onlar da Təqsirləndirilən şəxs inanmışlar Təqsirləndirilən şəxs onu Hərbiçi kimi sənədləşdirib Sosial evlərdə 3 otaqlı mənzil verəcəyini söyiəmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs ona müqavilə göstərərək bildirmişdir ki, bu onun mənzillərinin sənədidir. O, rəsmi mənzil barədə müqaviləni görmüş və inanaraq Xətai rayonunda yerləşən Həzi Aslanov metrosunun yaxınlığında Rəvana hissə-hissə ümumilikdə 3250 manat pul vermiş və Rəvan ona hazırlaşıb 1 həftəyə təzə mənzilə köçəcəyini demişdir. Təqsirləndirilən şəxs dostu Zərərçəkmiş şəxs20 da Xətai rayonunda yerləşən Həzi Aslanov metrosunun yanında 3340 manat pul almışdır. Sonradan bir müddət sonra görmüşlər ki, Təqsirləndirilən şəxs etibarlarından sui istifadə edərək özünü dövlət məmuru kimi təqdim edərək dələduzluq yolu ilə hər ikisindən pul almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 25 oktyabr 2019-cu ildə, o, Anar, Rəvan, Orxan və onun dostu birgə görüşmüşlər. Anar və Rəvan özlərini MİDA-nın işçiləri kimi təqdim etmiş, Anar ona hətta vəsiqə və Kapital bankın firma blankında olan müqavillər də göstərmişdir. O, pulu Anara vermiş, Anar pulu sayıb Rəvana vermişdir. Rəvan pulu sayandan sonra ona bildirmişdir ki, üç gün ərzində onlara bankdan zəng edəcəklər, on gün ərzində də digər sənədləşmə işləri aparılacaqdır. Üç gün sonra onalara bankdan Aysel Bağırova adlı bir xanım zəng edərək ona ipoteka müraciətilərinin qəbul olunduğunu , ipotekanın ayrıldığını, bir həftə ərzində gedib rəsmiləşdirmə apara biləcəklərini bildirmişdir. Bundan xeyli vaxt keçməsinə baxmayaraq zəng olunmamış, o, məcbur olub Rəvanla əlaq saxlamış, Rəvan bildirmişdir ki, “işdə problemlər var, ola bilsin düzəlməsin, düzəlməsə pulunuzu qaytaracam”. O, ona pulu qaytaracaqsa, tez qaytarmağını, aparıb bankın pulunu ödəyəcyini bildirmişdir. Bundan üç gün sonra ona Şahid5 zəng etmiş və bu məsələ ilə əlaqədar görüşməli olduqlarını bildirmişdir. O, Anarla şəhərdə Energetika Nazirliyi tərəfdə görüşmüşdür. Bundan qabaq Anar onun kürəkəninə də zəng edib onunla görüşmək istədiyini bildirmişdir. Görüş zamanı Anar ona 2.000 manat pul verərək bildirmişdir ki, bu işlərlə bağlı ona çatan puldur, yəni onların verdiyi10.000 manatdan ona 2.000 manat çatmışdır. Anar iş alınmadığı üçün ona çatan pulu geri qaytarır və onun adını istintaqda çəkməməsini ondan istəmişdir. Ona hazırda 8.000 manat pul qaytarılmalıdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2019-cu ilin təxminən yanvar ayının əvvəllərində əmisi Zərərçəkmiş şəxs1 vasitəsi ilə Təqsirləndirilən şəxs tanımışdır. Belə ki, əmisi onunla söhbət əsnasında tanışı olan Rəvanın ipoteka fondunda şöbə müdiri olduğunu, ucuz, hərracda olan ev və avtomobillərin alqı-satqısı ilə məşğul olduğunu, Mənzil İnşaatı Dövlət Agentliyinin tikdiyi sosial mənzillərdən qanuni yolla düzəldə bildiyini bilmişdir. Əmisini normal bir insan kimi tanıdığından onun sözünə etibar etmiş və Təqsirləndirilən şəxs ilə bu məqsədlə zəng etmiş və bu zəng ilk dəfə 2019-cu ilin təxminən yanvar ayının ilk günlərində Xətai rayonu ərazisində General Şıxlinski küçəsində Uluxanlı kafesində əmisi ilə birlikdə görüşmüş və Rəvan görüş əsnasında həqiqətən də Dövlət İpoteka fondunda şöbə müdiri kimi işlədiyini bildirib, sözügedən mənzillərdən birinin alınması barədə köməklik edə biiəcəyini demişdir. Həmin vaxtı 25 yanvar 2019-cu ildə elektron mənzil seçimi olacağını və bununla bağlı ona sənəd siyahısı və asan imza almağını və bu məqsədlə ondan 7.000 manat vəsaitin ilkin ödəniş olaraq ona verilməsini, 400 manat vəsaitin də Azsrtürkbank ASC-yə öz adına cari hesab açdıraraq sığorta pulu kimi ödəməsini bildirmişdir. O da Rəvanın dediklərini etmiş və 7.000 manat vəsaiti və sənədləri Təqsirləndirilən şəxs vermişdir. Bir müddət- sonra fevral ayının əvvəllərində Paşa Əmlak Sığorta şirkətindən Aytən adlı xanım evini sığortalanması onda bu işin həqiqətən də real olmasına inam yaratmamışdır. Daha sonra 2 aprel 2019-cu il tarixdə Təqsirləndirilən şəxs verdiyi vədin alınmadığını bildirərək işlərə imtina verildiyini demişdir. Həmin gündən Rəvan ödədiyi vəsaitin geri qaytarılması ilə əlaqədar heç bir iş görməmiş və vəsaiti qaytarmayaraq ona qarşı dələduzluq etmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs verilən pul əmisi Zərərçəkmiş şəxs1 məxsus olmuşdur. Həmin pulu da əmisi Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs vermişdir. Sonradan həmin pulu əmisi Aqifə qaytarmalı olmuşdur. Aqif ona görə Rəvana pul verdiyi üçün özü ərizə ilə polisə müraciət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 oğlu ifadəsində göstərmişdir ki, 2019-cu ilin təxminən yanvar ayının əvvəllərində dayısı Zərərçəkmiş şəxs1 vasitəsi ilə Təqsirləndirilən şəxs tanımışdır. İlk dəfə 2019-cu ilin təxminən yanvar ayının ilk günlərində Xətai rayonu ərazisində General Şıxlinski küçəsində Uluxanlı kafesində dayısı ilə birlikdə Rəvanla görüşmüşdür. Görüş əsnasında X32 fondunda şöbə müdiri kimi işlədiyini, sözügedən mənzillərdən birinin alınması barədə köməklik edə biləcəyini demişdir. Həmin vaxtı 25 yanvar 2019-cu ildə elektron mənzil seçimi olacağını və bununla bağlı ona sənəd siyahısı və asan imza almasını bildirmişdir. Bu məqsədlə ona 7,000 manat vəsaitini ilkin ödəniş olaraq verilməsini, 400 manat vəsaitin də Azərtürkbank ASC-yə öz adına cari hesab açdıraraq sığorta pulu kimi ödənilməsini demişdir. O da Rəvanın dediklərini etmiş və 7.000 manat vəsaiti və sənədləri Təqsirləndirilən şəxs vermişdir. Bir müddət sonra fevral ayının əvvəllərində özünü Mənzil İnşaatı Dövlət Agentliyinin əməkdaşı kimi təqdim edən Rauf Alışanov adlı şəxs zəng edərək qeydiyyatın başa çatdığını və fevral ayının 5-i alqı-satqı olacağını bildirmişdir (***-***-**- **). Daha sonra 2 aprei 2019-cu il tarixdə Təqsirləndirilən şəxs verdiyi vədin alınmadığını bildirərək işlərə imtina verildiyini demişdir. Rəvan həmin gündən bəri ödədiyi vəsaitin geri qaytarılması ilə əlaqədar heç bir iş görməmiş və vəsaiti qaytarmayaraq ona qarşı dələduzluq etmişdir. Təqsirləndirilən şəxs verilmiş 7000 manat pul qohumu Zərərçəkmiş şəxs1 məxsus olmuşdur.Həmin pulu da qohumu Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs vermişdir.Sonradan həmin pulu Aqifə qaytarmalı olmuşdur. Aqif ona görə Rəvana pul verdiyi üçün özü ərizə ilə polisə müraciət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2019-cu ilin noyabır ayının əvvəli Rəvan onu və dostu Yusifi “Xaqani” bağına çağırmışdır. O, Yusiflə “Xaqani” bağına gələrkən orada Yusifin tanışı Ceyhun adlı şəxslə görüşmüşdür. Həmin gün bir qədər sonra Rəvan “Xaqani” bağına gəlmiş və hamısı birlikdə bağda olan kafeyə çay içməyə getmişlər. Kafedə olarkən Rəvan özünü “MİDA"-nın əməkdaşı kimi təqdim etmiş və onlara sosial evləri ipoteka yolu ilə düzəldəcəyini vəd vermişdir. Sonra Ceyhun ilə razılaşıb Ceyhundan evi alması üçün ilkin olaraq pul almışdır. Rəvan həmin gündən bir neçə gün əvvəl əmisi İlqardan ona sosial evi ipoteka yolu ilə alması üçün 15.000 manat pul nağdı şəkildə, 3350 manat isə X15 hesabına köçürmə yolu ilə almışdır. Rəvan ondan pul istəmişdir, lakin o, ona pul verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2019-cu ilin noyabır ayının əvvəlində dostu Nicat ona Rəvan ilə “Xaqani” bağında görüşəcəyini bildirib ora dəvət etmiş və həmin gün o, saat 11:30 radələrlndə Nicatla “Xaqani” bağına getmişdir. Həmin bağda Orxan, Yusif ilə görüşmüşlər və bir qədər sonra Rəvan onlara yaxınlaşmışdır. Həmin vaxt Rəvandan qayınanası Nazilə xanımın ev məsələsinin nə vaxta həll olunmasını soruşduqda, ona qısa bir zamanda həll olunacağını bildirmişdir. Orada Orxan onu Ceyhun ilə tanış etmiş və birlikdə onlarla çay içməyə getmişlər. Həmin vaxt masada Orxan, Yusif, Ceyhun, Rəvan və digər tanımadığı şəxslər olmuşdur. Orada olarkən Rəvan Ceyhuna dövlət tərəfindən verilən sosial evləri ipoteka yolu ilə almasında köməklik edəcəyini bildirmişvə aralarında razılaşıb həmin evi alması üçün Rəvan Ceyhundan pul almışdır. X28sa müddətdə sənədləri toplayıb ona verməsini və qısa bir zamanda evi Ceyhuna verəcəyini demişdir. Bundan başqa bildirmişdir ki, Rəvan 2019-cu ilin oktyabr ayında qayınanası Zərərçəkmiş şəxs5 30.000 manat pul alaraq ona sosial evi ipoteka yolu ilə alacağını bildirmişdir. Lakin sonradan Rəvanın evin məsələsini dediyi vaxtda həll edə bilmədiyi üçün Rəvandan pulun bir qismini, yəni 23.000 manatını geri almışlar. Qalan 7.000 manatını qaytaracağını bildirsədə bu günə qədər qaytarmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş 18.04.2019-cu il tarixli Bakı şəhər 11 saylı notoriat ofisinin xüsusi notariusu X19 tərəfindən təstiq edilmiş kredit müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında 70.000 manat məbləğində kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aldadaraq onun külli miqdarda pul vəsaitini aldatma yolu ilə ələ keçirməsi faktını bir daha təsdiq edir. Cinayət işinin materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs arasında olan «whatsapp» yazışmalarının mətnindən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs dəfələrlə mesaj yazaraq ona verdiyi pulları geri qaytarmasını tələb etmiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs1 «müəllim, iclasdayam, yığacam», «Kapitaldayam, əlaqə saxlayacam», «müəllim bankdayam, əlaqə saxlayacam», «müəllim, buradayam, əlaqə saxlayacam», «müəllim, yanımda adam var əlaqə saxlayacam», «mən deyəcəm müəllim, səbirli olun», «müəllim, mən bilirəm ki, hər şeyi yaxşı araşdırmısınız, sadəcə utandığımdan qalmışam belə, telefonunuza baxa bilmirəm, əgər hörmətsiz kimi yanaşmışamsa yenə də üzürlü sayın, heç kimin pulu heç kimdə qalmır.» məzmunlu mesajlar yazmışdır. Cinayət işinin materiallarına əlavə olunmuş "xxxx" ASC-dən götürülmüş ödəniş cədvəlindən görünür ki, Zərərçəkmiş şəxs22 25 noyabr 2019-cu il tarixdə qeyd edilən bankdan 5000 manat kredit götürmüşdür. Cinayət işinə əlavə olunmuş "xxxx" MMC tərəfindən göndərilmiş içərisində danışıqlar və sms yazışmalarına dair məlumatlar olan bir ədəd diskə baxış keçirilməsi haqqında 19.05.2020- ci il tarixli protokoldan görünür ki, təqdim olunan diskdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən 01.05.2019-cu il tarixdən 16.01.2020-ci il tarixə kimi müxtəlif vaxtlarda müxtəlif antenlər vasitəsi ilə fərqli müddətlərdə danışıqlar yə sms yazışmaları aparılması müəyyən edilmişdir. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü qismən təqsirli bilmişdir. Belə ki, o, bütün epizodlar üzrə özünü təqsirli bilmiş, lakin Zərərçəkmiş şəxs1 epizodu üzrə isə özünü qismən təqsirli bilmişdir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə istintaq zaman hərtərəfli yoxlanılmış, zərər çəkmiş şəxslər və şahid ifadələri, eləcə də digər möhtəbər sənədlərlə təkzib edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 07 nömrəli qərarının 31ci bəndində qeyd edilmişdir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Dələduzluğun təkrarən törədilməsi nəticəsində zərər çəkmiş şəxslərə həm xeyli, həm də külli miqdarda ziyan vurulduqda hökmdə törədilmiş cinayətlər ayrı-ayrılıqda təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilir. Belə ki, məhkəmə çıxışları zamanı zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs8 və Vasif Salamanov məhkəmədə şifahi olaraq, onlara dəymiş maddi ziyanın tam şəkildə təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, onların Təqsirləndirilən şəxs barəsində şikayət və tələblərinin olmadığını bildirmişlər. Digər zərərçəkmiş şəxslər isə Təqsirləndirilən şəxs şikayətçi olduqlarını və onlara dəymiş ziyanın ödənilməsini tələb etmişlər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs8 və Vasif Salamanova vurulmuş ziyanın tam şəkildə ödənilməsini və digər zərərçəkmiş şəxslərə vurulmuş ziyanın qismən ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 16 yanvar 2020-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq və məhkəmədə onlara dəymiş maddi ziyanla bağlı qanunla müəyyən edilmiş qaydada və müddətdə mülki iddia ərizəsi təqdim etməyən zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 yanvar 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İbtidai istintaq və məhkəmədə onlara dəymiş maddi ziyanla bağlı qanunla müəyyən edilmiş qaydada və müddətdə mülki iddia ərizəsi təqdim etməyən zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-600/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-600/2021
13.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver