Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-600/2022 24.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçilər - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 3 fevral 1986-cı il tarixdə Özbəkistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu ödənilmiş, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensİar Xidməti 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib daşımaqla saxlamışdır. belə ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə Ağa adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, mənfəət olaraq hər bükümə görə 20 manat gəlir əldə etmək müqabilində Ağa adlı şəxsə məxsus külli miqdarda narkotik vasitə və psixotrop maddənin satışını həyata keçirəcəyi barədə razılığa gəlib 1 may 2021-ci il tarixdə sonuncunun tapşırığı ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Şəki restoranının yaxınlığında ağacın altına şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qoyulmuş külli miqdarda 5,296 qram narkotik vasitə heroin və külli miqdarda 5,479 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlayıb ünvan 2 ünvana qədər daşımış, zəmin tarixdə saat 23:30 radələrində qeyd edilən ünvanda piyada hərəkət edərkən onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami RPİ-nin əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 127 №-li binada yerləşən Nizami RPİ-nin inzibati binasına gətirilib orada üzərinə keçirilən şəxsi axtarış zamanı əlində olan qəhvəyi rəngli əl çantasının içərisindən bir ədəd bükümdə, külli miqdarda təmiz çəkisi 5,296 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 5,479 qram olan, ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilməyərək göstərmişdir ki, o, təxminən 2 ilə yaxındır ki, narkotik vasitə qəbul edir, polis əməkdaşları tərəfindən saxlanılarkən onun üzərində narkotik vasitə olmamış, polis əməkdaşları tərəfindən Nizami RPİ-yə aparılmış, orada xidməti otaqların birində polis əməkdaşlarının iştirakı ilə video çəkiliş aparılaraq üzərinə baxış keçirilmiş, baxış zamanı polis əməkdaşlarının təsir və təzyiqi ilə guya üzərində iki büküm, şəffaf sellofana bükülmüş ağ kristal halında olan maddənin psixotrop maddə olan metafetamin olduğunu etiraf etmiş, digər bükümdə olan qəhvəyi rəngli maddənin isə narkotik vasitə olan heroin olduğunu bildirmiş, çantanın içərisində qara rəngli kiçik ölçülü elektron tərəzi, narkotik vasitəni qəbul etmək üçün kustar üsulla hazırlanmış şüşə boru və Samsung J3 markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Əslində isə onda narkotik vasitə, psixotrop maddə və tərəzi olmamışdır. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, təxminən 2 ilə yaxındır ki, narkotik vasitə qəbul etmiş, 1 may 2021-ci il tarixdə o sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan Ağa adlı şəxslə əlaqə yaradaraq 5 qram heroin və 7 qram metamfetamin sifariş vermişdir. O ümumilikdə Ağa adlı şəxsə 250 manat pul verməli imiş.Tanış olduğu Ağa adlı şəxs istədiyi narkotik vasitələri, Nərimanov rayonu, ərazisində yerləşən Şəki restoranının yaxınlığında ağacın altına qoydurmuş, o, isə həmin narkotik vasitələri götürərək ünvan 3 ünvanın qarşısına gəlmişdir. Təqsirləndirilən şəxs orada olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək özlərini təqdim etmişlər və onu polis idarəsinə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsində xidməti otaqların birində polis əməkdaşlarının iştirakı ilə video çəkiliş aparılaraq üzərinə baxış keçirilmiş, baxış zamanı polis əməkdaşları əlində olan qəhvəyi rəngli əl çantasının içərisinə baxış keçirən zaman iki büküm, şəffaf salafana bükülmüş ağ kristal halında olan maddənin psixotrop maddə olan metafetamin olduğunu, digər bükümdə olan qəhvəyi rəngli maddənin isə narkotik vasitə olan heroin olduğunu bildirmiş və çantanın içərisində qara rəngli kiçik ölçülü elektron tərəzi, narkotik vasitəni qəbul etmək üçün kustar üsulla hazırlanmış şüşə boru və Samsung J3 markalı mobil telefon aşkar edilərək götürülmüşdür. O polis əməkdaşlarına həmin narkotik vasitəni iranlı Ağa adlı şəxsin ona deyəcəyi ünvana qoyacağını və gördüyü işin qarşılığında sonuncunun ona narkotik vasitələrin hər bükümünə görə 20 manat verdiyini bildirmişdir. Onun üzərimdən aşkar olunaraq götürülmüş narkotik vasitə olan metamfetamin və heroin polis əməkdaşlarının iştirakı İlə qablaşdırılıb möhürlənmişdir. O və polis əməkdaşları protokolu və möhürlənmiş bağlamanı öz imzaları ilə imzalamışlar. O, bəzən Xəyalə adlı qadından öz istifadəsi üçün 1 və 2 qram heroin və metamfetain almışdır. Həmin narkotik vasitələri alarkən 20 manat ödəyirdi. (070) ******* saylı mobil nömrədən onun (070) ******* saylı mobil nömrəsinə daxil olmuş “brat 1 alınar 50 manata” məzmunlu SMS-lə bağlı bildirmişdir ki, o həmin narkotik vasitəni adını unutduğu şəxsdən öz istifadəsi üçün istəmişdir. Həmçinin (099) ******* saylı mobil nömrədən onun ********** saylı mobil nömrəsinə daxil olmuş “3 dene kola sabunçuya gelirem mektebin yanına” məzmunlu SMS-lə bağlı bildirmişdir ki, orada kola kimi göstərilən narkotik vasitə heroini tanışı Ramil adlı şəxs birlikdə istifadə etmək üçün alıb onun yanına gəldiyini bildirmişdir. (099) ******* saylı mobil nömrədən onun (070) ******* saylı mobil nömrəsinə daxil olmuş “bral 1 dene kola, 0.5 patı alınar” məzmunlu mesajla bağlı bildirmişdir ki, tanışı Ramil adlı şəxslə birlikdə istifadə etmək üçün narkotik vasitə gətirməsi barədə ona SMS yazmışdır. Onun istifadəsində olan (070) ******* saylı mobil nömrədən (077) ******* saylı mobil nömrəyə daxil olmuş “bayaq 80 vermişəm” məzmunlu mesajla bağlı bildirmişdir ki, o tanışı Xəyalə adlı şəxsdən şəxsi istifadəsi üçün 1,5 qram metamfetamini alarkən 80 manat ödəmiş və onunla bağlı SMS yazmışdır. Onun istifadəsində olan (070) ******* saylı mobil nömrədən (077) ******* saylı mobil nömrəyə daxil olmuş “Xəyalə burdayam 1 qr patı, 1 qr kola” məzmunlu SMS-lə bağlı bildirmişdir ki, o həmin narkotik vasitələri Xəyalə adlı şəxsdən öz istifadəsi üçün istəmiş və buna görə Xəyaləyə 50 manat pul ödəmişdir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadə verərək göstərmişdir ki, 01 may 2021-ci il tarixdə saat 23:30 radələrində Nizami RPİ- nin NBM-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə xidməti ərazidə olarkən daxil olmuş əməliyyat məlumatı əsasında Nizami rayonu, Ə.Hacıyev küçəsi 46 ünvanında vətəndaş Təqsirləndirilən şəxs rayon ərazisində narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi və satılmasında şübhəli şəxs kimi tərəflərindən saxlanılaraq RPİ-nə gətirilmişdir. RPİ-nin inzibati binasında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində və bədənində qanunla qadağan edilmiş əşyalar varsa könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz bildirmədən könüllü olaraq əlində olan qəhvəyi rəngli əl çantasının içərisindən 2 ədəd şəffaf sellafona bükülmüş, bir bükümdə narkotik vasitə heroinə bənzər maddə, digər bükümdə isə psixotrop maddə metmfetaminə bənzər maddəni, elektron tərəzini, mobil telefonu, və narkotik vasitə qəbul etmək üçün kustar üsulla hazırlanmış şüşə borunu təqdim etmiş və həmin narkotik vasitəni İran islam respublikasının vətəndaşı olan Ağa adlı şəxsdən onun deyəcəyi ünvanlara qoymaq üçün aldığını bildirmişdir. Həmçinin hər bükümə görə İran vətəndaşı Ağa adlı şəxsin ona 20 manat verəcəyini də qeyd etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə bənzər maddə və psixotrop maddə metamfetaminə bənzər maddə və elektron tərəzi sübut əhəmiyyətinə malik olduğundan onlar tərəfindən zərfə qoyulub qablaşdırılmış və Nizami RPİ-nin 164 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı sübut əhəmiyyəti ola biləcək heç nə aşkar edilməmişdir.Bu barədə tərəfimizdən protokol tərtib edilərək imzalanmışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi ean edilərək tədqiq edilmiş Şahid3 göstərmişdir ki, təxminən 2-3 ilə vaxındır ki narkotik vasitə istifadəçisidir. 6 aya yaxındır ki, Bakıxanov qəsəbəsində tanıdığı Təqsirləndirilən şəxs adlı şəxsdən dəfələrlə müxtəlif miqdarlarda heroin və metamfetamin almışdır. Şahid3 onu həmişə narkotik vasitə satıcısı kimi tanımışdır. Axırıncı dəfə xx.xx.2021-cı il tarixdə Ağalar adlı şəxlə ona məxsus olan (070) ***-**-** və (099) ***-**-** saylı mobil telefon nömrələrindən Təqsirləndirilən şəxs məxsus olan (070) ***-**-** və (099) ***-**-** saylı mobil telefon nömrələrinə zəng vuraraq narkotik vasitə olub-olmadığını soruşmuş, sonuncu da cavabında İran vətəndaşı Ağa adlı şəxsə Nərimanov rayonunda yerləşən Şəki restoranının yaxınlığında ağacın altına 10 qram narkotik vasitə attırdığını və götürüb gələcəyini bildirmiş, onlar Nizami rayonunda, Q.Qarayev prospektində, görüşməyə razılaşmışlar, telefonla danışarkən hər qramı 35 manatdan olmaqla 2 qram metamfetamin və qramı 30 manatdan olmaqla 1 qram da heroin sifariş etmiş, saat təxminən 19:30-20:00 radələrində Nizami rayonu, Q.Qarayev prospektində görüşəcəkləri barədə sövdələşmişlər. Saat təxminən 19:35 radələrində Nizami rayonunda Q.Qarayev metrosu yaxınlığından Ə.Hacıyev küçəsi istiqamətində gedərkən Təqsirləndirilən şəxs qaçdığını, lakin mülki şəxslər tərəfindən yaxalandığını görmüş, həmin şəxslərin polis əməkdaşları olduğunu anlamış və dərhal həmin ərazidən uzaqlaşmışdır. Həmin gün hava yağışlı olduğu üçün Təqsirləndirilən şəxs qaçarkən palçığa yıxıldığının və bu zaman polis əməkdaşları tərəfindən saxlanıldığının şahidi olmuşdur (1-ci cild iş vərəqi 133-134). Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan 02 may 2021-ci il tarixli “şəxsi axtarış və götürülmə haqqında” protokolla müəyyən edilmişdir ki, Nizami RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Mehrac Niftəliyev tərəfindən 02 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunur, Təqsirləndirilən şəxs heç bir etiraz etmədən olan qəhvəyi rəngli ə) çantasını təqdim edərək içərisində olan 2 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitələri və elektron tərəzini çıxardıb, bükümdəkilərin heroin və metamfetamin olmasını, həmin narkotik vasitəni və psixotrop maddəni İran İslam Respublikasının vətəndaşı “Ağa” adlı şəxsdən onun deyəcəyi ünvanlara qoymaq üçün aldığını və hər bükümə görə ona 20 manat verəcəyini bildirmişdir (1-ci cild iş vərəqi 29-30). İşdə olan «Videogörüntüyə baxış keçirilməsi haqqında» 24 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Mehrac Niftəliyev tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunur, Təqsirləndirilən şəxs heç bir etiraz etmədən əlində olan qəhvəyi rəngli əl çantasının içərisindən 2 ədəd şəffaf sellafona bükülmüş, bir bükümdə narkotik vasitə heroinə bənzər maddə, digər bükümdə isə psixotrop maddə metmfetaminə bənzər maddəni, qara rəngli elektron tərəzini, 01 ədəd Samusng J3 markalı mobil telefonu və narkotik vasitə qəbul etmək üçün kustar üsulla hazırlanmış şüşə borunu təqdim etmiş və həmin narkotik vasitəni sosial şəbəkə vasitəsilə tanış olduğu İran İslam respublikasının vətəndaşı olan Ağa adlı şəxsdən Nərimanov rayonu ərazisində yerləşən Şəki restoranının yaxınlığında qoyduğunu, həmin yerdən götürdüyünü, elektron tərəzini iranlının deməsiylə narkotik vasitələri çəkilərə ayırmaqda istifadə etməsini, həmin şəxsin tapşırdığı yerlərə atdığını, özününü psixotrop maddə metamfetamin istifadəçisi olduğunu bildirir (1-ci cild iş vərəqi 78). İşdə olan «Telefon danşıqları cədvəlinə baxış keçirilməsi haqqında» 20 noyabr 2021ci il protokoldan görünür ki, "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli AZF/LGL-32012/21 nömrəli müşaiyət məktubu ilə daxil olmuş 1 ədəd CD diskə baxış keçirilərkən «SMS_Tarixçəsi **********1630 702001231 və **********1630_702001230 .pdf’ adlı fayllar açıldıqda ***-***-**-** saylı mobil nömrəsinə daxil olan və həmin mobil nömrədən çıxan, iş üçün əhəmiyyət kəsb edən SMS məzmunlarına baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə xx.xx.2021 -ci il tarix saat 02:49:28-də ***-***-**-** nömrəsindən “bayaq 80 vermisen”, xx.xx.2021-ci il tarix saat 14.18.53-də ***-***-**-** nömrəsindən “ Xeyele patini 1,5-60”, xx.xx.2021 -ci il tarix saat 14.11.59-da ***-***-**-** nömrəsindən “ 2 gr kola, 1 5 pati” xx.xx.2021-ci il tarix saat 02,42,23-də ***-***-**-** nömrəsindən “Brat 1 alinar 50 manata?”, xx.xx.2021-ci il tarix saat 06.42.16-də ***-***-**-** nömrəsindən “3 dene kola sabunchuya gelirem mektebin yanina”, xx.xx.2021-ci il tarix saat 19.38.30-da ***-***-**-** nömrəsindən “brat 1 dene kola 05 pt alinar” mesajları yazılması müəyyən edilmişdir.Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə saat 14.11.58- də 077-31 1- 17-57 saylı mobil nömrəyə “ 2 gr kola 1.5 pati”, xx.xx.2021-ci il tarixdə saat 14.18.42-də ***-***-**-** saylı mobil nömrəyə “Xeyele patini 1.5-60m”, xx.xx.2021-ci il tarixdə saat 14.36.07-də 077-31 1-17-57 saylı mobil nömrəyə “Gender xeyale 110 verirem istiyirsen galcim yuxari”. xx.xx.2021 -ci il tarixdə saat 23.50.23-də ***-***-**-** saylı mobil nömrəyə “Xeyale burdayam 1 gr pati lgr kola”, xx.xx.2021-ci il tarixdə saat 06.42.17-də 099- ***-**-** saylı mobil nömrəyə “3 dene kola sabunchu”, xx.xx.2021-ci il tarixdə saat 19.38.31- də ***- ***-**-** saylı mobil nömrəyə “Brat 1 dene kola” mesajları göndərilməsi müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs “Samsung J3” markalı mobil telefonla kimlərlə telefon əlaqəsi yaradılmasım, münasibətdə olduğu şəxslərin əhatə dairəsini və həmçinin cinayət İşi üzrə əhəmiyyət kəsb edən bir sıra digər xüsusatlarm müəyyən olunmasından ötrü həmin mobil telefona baxış keçirildi. Baxış zamanı “Samsung J3” markalı mobil telefonun ekranı sındığından baxış keçirilməsi mümkün olmamışdır. Həmin CD disk cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir (1-ci cild iş vərəqi 119). İşdə olan məhkəmə-kimyəvi (materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi”) ekspertiza üzrə 02 may 2021-ci il tarixli 6/1763 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellofan bükümdə təmiz çəkisi 5,296 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. qram olan ağ rəngdə kristalik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Digər 01 ədəd sellofan bükümdə təmiz çəkisi 5,479 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinin izləri vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqat aparılması mümkün deyil. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psizotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir (1-ci cild iş vərəqi 35-42). İşdə olan məhkəmə-narkoloji ekspertizas yzrə 05 noyabr 2021 -ci il tarixli 4329 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 135-136). İşdə olan 27 dekabr 22021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellofan bükümdə təmiz çəkisi 5,296 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 5,479 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd “Aosai” markalı elektron tərəzi və iş üzrə şəxsi axtarış və götürmə aparılması, baxış keçirilməsi istintaq hərəkətlərini özündə əks etdirən 1 ədəd CD disk və "xxxx" MMC-dən xx.xx.2021 -ci il tarixli AZF/LGL-32012/21 nömrəli müşaiyət məktubu ilə daxil olmuş 1 ədəd CD disk, cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınmış, 02 ədəd «CD» diski cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 5,196 qram qalığı, psixotrop maddə metamfetaminin 5,379 qram qalığı və 01 ədəd “Aosai” markalı elektron tərəzi bir ədəd möhürlənmiş zərfdə saxlanılması üçün Nizami RPİ-nin MSSK-nə təhvil verilmişdir (1-ci cild iş vərəqi 161-171) . İşdə olan Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-nin 09 iyun 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə 02 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmidşir. Bakı Apellyasiya məhkəməsinin qərarı ilə xx.xx.2010-cu il tarixli hökm dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmçinin Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddəsilə Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilir. Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 1 may 2021-ci il tarixdə törətmişdir. Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı gündən bir ildən çox vaxt keçdiyindən məhkumluğu ödənilmişdir. İşdə olan tutulma haqqında 2 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs rəsmi olaraq 2 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cld iş vərəqi 12). 3 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş, həmin tarixdə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir (1-ci cild iş vərəqi 49-51, 66- 67). İşdə olan Nizami rayon məhkəməsinin 11 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay 21 gün həddində həbs qətimkan tədbiri seçilmişdir, həbs etmənin əvvəli 9 sentyabr 2021-ci iltarixdən hesablanmışdır ( iş vərəqi 92, 99-101) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr) və (2-ci siyahı psixotrop maddələr) » əsasən heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram, psixotrop maddə metametaminin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə əldə etdiyi, daşıdığı və saxladığı narkotik vasitə heroinin çəkisi 5,296 qram olduğundan və psixotrop maddə metamfetamin psixotrop maddə metamfetamin çəkisi və və 5,479 qram olduğundan külli miqdar təşkil edir. İş üzrə Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq küili miqdarda narkotik vasitə və psixotrop maddə əldə edərək üzərində saxlaması və daşıması tam təsdiqini tapmışdır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, törətdiyi cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır, ibtidai istintaq zamanı verdyi ifadəsi işin faktiki hallarına daha uyğun gəlir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yügülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cü maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın və cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki Təqsirləndirilən şəxs faktiki saxlanıldığı və tutulduğu 01 may 2021-ci il tarixdən 03 may 2021-ci il tarixədək 2 (iki) gün müddət ona təyin edilmiş cəza müddətinə hesablanmaqla həbs müddətinin başlanğıcı 09 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs faktiki saxlanıldığı və tutulduğu 01 may 2021-ci il tarixdən 03 may 2021-ci il tarixədək 2 (iki) gün müddət ona təyin edilmiş cəza müddətinə hesablanmaqla həbs müddətinin başlanğıcı 09 sentyabr 2021-ci il tarixdən hesablanmasını və Cinayət Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Məhkəmə-narkoloji ekspertizası üzrə 05 noyabr 2021-ci il tarixli 4329 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsinndə yaranın asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğu üçün məcburi müalicəyə ehtiyacı olduğundan, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir İş üzrə maddi sübutlar - saxlanılması üçün Bakı şəhəri Nizami rayon polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 5,196 qram narkotik vasitə heroin və 5,379 qram psixotrop maddə metamfetamin, 1 ədəd «Aosai» markalı elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri - 81 manat 82 qəpik (səksən bir manat səksən iki qəpik) Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs faktiki saxlanıldığı və tutulduğu 01 may 2021-ci il tarixdən 03 may 2021-ci il tarixədək 2 (iki) gün müddət ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 09 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - saxlanılması üçün Bakı şəhəri Nizami rayon polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 5,196 qram narkotik vasitə heroin və 5,379 qram psixotrop maddə metamfetamin, 1 ədəd «Aosai» markalı elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 81 manat 82 qəpik (səksən bir manat səksən iki qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddanın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-600/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-600/2022
24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver