Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-600/2023 07.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X5 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X12 və Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X6, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi “Femida” Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi – “Mərkəz” vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1972-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonu, Bolnisi şəhərində anadan olmuş, vətəndaşlığı olmayan, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan və qeydiyyatı olmayan, 13 dekabr 2019-cu il tarixdə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 19 may 2014-cü il tarixdə saat 18:19-da «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi "xxxx" MMC-yə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “X16” markalı **-TG-*** qeydiyyat nişanlı avtobus ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi ilə Bakıxanov qəsəbəsindən Qaraçuxur qəsəbəsi istiqamətində saatda 15 kilometr sürətlə hərəkətdə olarkən, həmin küçədə yerləşən 53 saylı ünvanın qarşısına düşən yol hissəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olması kimi tələblərini pozaraq hadisənin qarşısını almağa texniki imkanı olduğu halda ehtiyatsızlıqdan idarə etdiyi avtobusun qabaq sol tərəfi ilə yolu onun hərəkət istiqamətinə nəzərən sağdan sola keçən piyada Zərərçəkmiş şəxs vurub yerə yıxmaqla üstündən keçərək onun sağlamlığına travmatik şokla ağırlaşmış hər iki baldır sümüklərinin açıq sınıqları, təpə nahiyəsinin əzilmiş yarası, alın nahiyəsində, burun belində, sağ almacıq nahiyəsində, sol kürək nahiyəsində, sol saidin yuxarı 1/3-nin arxa səthində sol əl pəncəsinin arxa səthində, sağ bazu oynağının ön bayır səthinin sıyrıqları kimi ağırlıq dərəcəsinə görə canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə səbəb olaraq yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək bildirmişdir ki, o sürücüdür, növbə ilə 208 saylı avtobusu idarə etmiş, hadisə baş verən gün növbədə olan Ramiz adlı sürücü avtobusu idarə etmək üçün ona vermişdir. Yəni, hadisə baş verən gün avtobusu o idarə etmiş, lakin avtobusla adam vuduğunu hiss etməmişdir. Avtobusla hərəkətdə olarkən də zərərçəkmiş şəxsi görməmiş, zərərçəkmiş şəxsi kimin vurduğunu bilmir. Camaat avtobusda qışqırmağa başlamış, o da avtobusu saxlayaraq düşmüş və adamın öldüyünü görmüşdür. Belə ki, piyadalardan biri qışqıraraq avtobusu saxlamasını və onun adam vurmasını bildirmişdir. Polislər onu döymüş, sonra tutaraq aparmışdırlar. O, zərərçəkmişin yol keçməsini gözləri ilə deyil kamera görüntülərindən görmüşdür. O, zərərçəkmiş şəxsin qadın olduğunu uzaqdan yerdə uzanılı şəkildə görmüş, idarə etdiyi avtobus hadisə zamanı zədələnməmiş, avtobusun üzərinə heç qan ləkəsi belə düşməmişdir. Zərərçəkmiş şəxs avtobusun sol tərəfində yıxılıb qalmışdır. Hadisə yerinin videogörüntülərini özündə əks etdirən daşıyıcıları izləmiş, sükan arxasında özü olmuşdur. Anası üzrxahlıq etmək üçün zərərçəkmiş şəxsin hüquqi varisinin yanına getsə də yaşadığı ünvanı müəyyən edə bilməmişdir. Hər hansı dərman, spirtli içki, narkotik vasitə qəbul etmir, idarə etdiyi avtobusun hansı şirkətə məxsus olduğunu bilmir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafedici ifadələri, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X9 ifadə verərək bildirmişdir ki, hadisəni gözü ilə görməmiş, sadəcə olaraq hadisə barəsində eşitmişdir. Təqsirləndirilən şəxs telefonla danışa-danışa anasını avtobusla vurmuşdur. Təqsirləndirilən şəxs qarşı təzyiq olmamış, özü sərbəst formada polis əməkdaşlarına hadisənin necə baş verdiyini danışmışdır. Onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi var. Nümayəndəsi tərəfindən verilmiş mülki iddiasının təmin edilməsini xahiş edir. Həmçinin bildirir ki, təqsirləndirilən şəxs, o cümlədən onun yaxınları tərəfindən heç bir barışıq və danışığa cəhd edilməmişdir. O, 9 il ərzində ancaq Təqsirləndirilən şəxs polis idarəsində görmüşdür. Hadisə baş verdikdən sonra yas mərasimləri ilə bağlı bütün xərcləri özü qarşılamışdır. Hal-hazırda o, iş üzrə əlavə sübut təqdim edə bilmir. Belə ki, hadisənin üzərindən artıq 10 ilə yaxın vaxt keçmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, bacısı dayanacaqda dayanmış, daha sonra məscidin qarşısından yolu keçmək istəyərkən Fariz adlı şəxs sürdüyü avtomobillə bacısının qarşısında dayanmış, bacısı avtobusun hərəkət etməsini gözləmiş, avtobus hərəkət etmədikdə bacısı yolu keçmək istəyərkən sürücü telefonla danışaraq avtobusla bacısının üstündən keçmişdir. Kafedə insanlar adamı vurdun deyə qışqırdıqdan sonra sürücü avtobusu dayandırmışdır. O, videogörüntüdə sürücünün üzünü və avtobusun nömrəsini və bacısının başqa bir maşına dəyməsini görməmişdir. Videogörüntülərdən həmçinin görmüşdür ki, bacısının meyidi avtobusun altından çıxmışdır. Təqsirləndirilən şəxsin bacısının “3” yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında Şahid3 elan edilərək tədqiq edilən ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, təxminən 2012-ci ilin may ayından 208 nömrəli xətt avtobusunda dispetçer vəzifəsində işləməyə başlamışdır. İş vaxtı həftənin bütün günü olmaqla səhər saat 06:30 radələrində başlayıb, saat 24:00 radələrində qurtarır. 208-nömrəli xətt avtobusu Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən dəmir yol stansiyasının yanından hərəkətə başlayıb, Qaraçuxur qəsəbəsi istiqamətində hərəkət edərək, Əmircan qəsəbəsinə daxil olur, sonra isə yenidən Bakıxanov qəsəbəsinə daxil olaraq hərəkətə başladığı yerə qayıdır. xx.xx.2014-cü ildə səhər saat 06:30 radələrində işlədiyi iş yerinə gəlmiş, işlədiyi "xxxx" MMC-yə məxsus “Temsa-Prestij” markalı, **-TG-*** dövlət qeydiyyat nömrə nişanlı avtobusu idarə edən şəxsin sürücüsü Şahid2 olduğunu görmüş, Natiq həmin günü səhər tezdən idarə etdiyi avtobusa əyləşib hərəkətə başlamışdır. xx.xx.2014cü ildə saat 18:30 radələrində iş yoldaşları ilə birlikdə işlədiyi Bakıxanov qəsəbəsində yerləşən dəmir yol stansiyasının yanında parkın içərsində əyləşib nahar edən zaman adını xatırlamdığı 208 saylı xətt avtobusun sürücülərindən bir nəfər onun istifadə etdiyi mobil telefon nömrəsinə zəng edərək bildirmişlər ki, "xxxx" MMC-yə məxsus “Temsa-Prestij” markalı, **-TG-*** dövlət qeydiyyat nömrə nişanlı avtobusu Qaraçuxur qəsəsəbəsi Ə.Mehbalıyev küçəsində yol- nəqliyyat hadisəsi törətmiş və baş vermiş yol-nəqliyyat hadisəsi zamanı bir nəfər piyada yol nəqliyyat hadisəsi zamanı hadisə yerində ölmüşdür. O, bu xəbəri eşitdikdən sonra yol- nəqliyyat hadisə yerinə gəlmiş və hadisə yerinə gəldikdən sonra yol-nəqliyyat hadisəsi yerinə tanımadığı şəxslərin toplaşdığını, hadisə yerinin polis əməkdaşları tərəfindən mühafizəyə götürüldüyünü görmüşdür. O, yolnəqliyyat hadisəsi yerində olan zaman öyrənmişdir ki, yol- nəqliyyat hadisəsini törədən sürücü Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs onun işlədiyi "xxxx" MMC-də sürücü olaraq işləməmiş, Farizin idarə etdiyi avtobus "xxxx" MMC-də sürücü olaraq işləyən Şahid2 təhkim olunmuşdur. Farizi təxminən 2012-ci ildən tanımışdır. Belə ki, Fariz onun işlədiyi Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində olan avtobus dayanacağına teztez gəlmiş, lakin onun "xxxx" MMC- yə məxsus olan avtobusları idarə etməsini görməmişdir. İşlədiyi 208 saylı xətt avtobusun sahibinin adı İlqar adlı şəxsdir, lakin onun soyadını, atasının adını və harada yaşamasını bilməmişdir. Məhkəmə iclasında Şahid2 elan edilərək tədqiq edilən ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, 1998-ci ildə narkotik vasitə olan marixaunadan istifadə etdiyi üçün üç il azadlıqdan məhrum edilmişdir. xx.xx.2014-cü ildən, “208” nömrəli xətt avtobusunda sürücü kimi işləməyə başlamışdır. İş vaxtı həftənin 3 günü olmaqla səhər saat 06:00 radələrində başlayıb, saat 23:00 radələrində qurtarır. İşlədiyi “208” nömrəli xətt avtobusu Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən dəmir yol stansiyasının yanından başlayıb, Qaraçuxur qəsəbəsi istiqamətində hərəkət edərək, Əmircan qəsəbəsinə daxil olur, sonra isə yenidən Bakıxanov qəsəbəşinə daxil olaraq hərəkətə başladığı yerə qayıdır. 19 may 2014-cü ildə səhər saat 06:00 radələrində işlədiyi “Magna-Trans" MMC- yə məxsus Temsa-Prestij markalı 10-TG- 611 dövlət qeydiyyat nömrə nişan avtobusa əyləşərək işlədiyi marşurut üzrə hərəkət etməyə başlamışdır. Həmin günü yəni 19 may 2014-cü ildə saat təxminən 13:00 radələrində idarə etdiyi avtobusun içərisində nahar etmişdir. O, mədəsindən cərrahiyyə əməliyyatı olduğu üçün nahar etdikdən sonra mədəsində ağrılar yaranmağa başlamışdır. İdarə etdiyi “Temsa-Prestij” markalı, **-TG-*** dövlət qeydiyyat nömrə nişanlı avtobusla saat təxminən 18:00 radələrində Bakıxanov qəsəbəsində yerləşən dəmir yol stansiyasının yanına gəldikdən sonra orada işlədiyi şirkətin ehtiyyatda olan sürücüsü Farizi görmüş və ondan onu əvəz etmək üçün avtobusu idarə etməsini xahiş etmişdir. Fariz heç bir etiraz etmədən onun idarə etdiyi avtobusun sükan arxasına keçib avtobusu hərəkət etdiriməyə başlamışdır. Fariz avtobusla hərəkət etdirdikdən təxminən 15 dəqiqə sonra avtobus sürücülərindən məlumat almışdır ki, **-TG- *** dövlət qeydiyyat nömrə nişanlı avtobus Qarçuxur qəsəsəbəsi Ə.Mehbalıyev küçəsində yol nəqliyyat hadisəsi törətmiş və baş vermiş yol nəqliyyat hadisəsi zamanı bir nəfər piyada yol nəqliyyat hadisəsi zamanı hadisə yerində ölmüşdür. O, bu xəbəri eşitdikdən sonra yol-nəqliyyat hadisə yerinə gəlmiş və hadisə yerinə gəldikdən sonra yol-nəqliyyat hadisəsi yerinə tanımadığı şəxslərin toplaşdığını, hadisə yerinin polis əməkdaşları tərəfindən mühafizəyə götürüldüyünü görmüşdür. O, bir nəfər qadın meyidinin avtomobil yolunun hərəkət hissəsində olduğunu, “Magna-Trans" MMC-tə məxsus “Temsa-Prestij" markalı, **-TG-*** dövlət qeydiyyat nömrə nişanlı avtobusun yolun kənarda dayanmış vəziyyətdə olduğunu görmüşdür. Bir neçə dəqiqə hadisə yerində olduqdan sonra, yoldan keçən avtobusa əyləşərək yaşadığı evə çıxıb getmişdir. Farizdən onun sənədlərinin olubolmamasını və sürücülük vəsiqəsinin olub- olmamasını soruşmamış, Farizin onun işlədiyi həmin şirkətin ehtiyyat sürücüsü olduğunu bildiyi üçün hadisə günü avtobusu idarə etmək üçün ona vermişdir. O, xx.xx.2014-cü ildən Təqsirləndirilən şəxs “208” saylı sərnişin avtobusunda ehtiyyat sürücü kimi görmüşdür. O, heç vaxt Farizin şəxsiyyət və ya sürücülük vəsiqəsinin olduğunu görməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 19 may 2014-cü il tarixli protokoldan və ona əlavə edilmiş foto-şəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsinin yeri ünvan 2 ünvanın qarşısı olmuş, örtüyün növü asfalt, vəziyyəti quru olmuş, hadisə yerindən 15 m aralıda Bakıxanov qəsəbəsi istiqamətində piyada keçidi olan nişan olmuşdur. Hadisə yerində işıq dirəkləri olmuş, lakin hadisə gündüz vaxtı baş vermişdir (cild 1, iş vərəqə 3- 15). 19 may 2014-cü il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki,müayinə zamanı Təqsirləndirilən şəxs xarici görünüşü səliqəsiz, davranışı həyəcanlı, şüurunun vəziyyəti aydın, nitq qabiliyyəti rabitəli, ayıq vəziyyətdə olmuşdur (cild 1, iş vərəqə 17-19). Yol-nəqliyyat hadisəsini qeydə almış videokameranın qeydə aldığı görüntülərə baxış keçirilməsi haqqında 20 may 2014-cü il tarixli protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, “Temsa-Prestij-City” markalı **-TG-*** dövlət qeydiyyat nömrə nişanlı avtobus Qaraçuxur qəsəbəsinə Ə. Mehbalıyev küçəsi ilə Qaraçuxur qəsəbəsinə doğru hərəkət etmiş, saat 18:19:52 saniyədə avtobusun altından qadının çıxdığı görünmüşdür. Yol nəqliyyat hadisəsini törədən avtobusun arxasınca hərəkət edən VAZ-21010 markalı **- RP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil yol nəqliyyat hadisəsini görüb dayanmışdır. ( cild 1, iş vərəqə 26). Yol-nəqliyyat hadisəsini qeydə almış videokameranın qeydə aldığı görüntülərə baxış keçirilməsi haqqında 20 may 2014-cü il tarixli digər protokoldan görünür ki, “Temsa- Prestij-City” markalı **-TG-*** dövlət qeydiyyat nömrə nişanlı avtobus Qaraçuxur qəsəbəsinə Ə. Mehbalıyev küçəsi ilə Qaraçuxur qəsəbəsinə doğru hərəkət etmiş, saat 18:19:33 saniyədə avtomobilin hərəkət etdiyi istiqamətdə sağ tərəfdən piyada qadın avtomobil yoluna yaxınlaşaraq dayanır, piyada qadın avtobusun hərəkəti istiqamətində avtomobil yolunu sağdan sola doğru keçmək üçün 18:19:41 saniyədə hərəkətə başlayıb 18:19:46 saniyədə avtobusun qabaq bərabərliyinə çatmış, avtobus piyada qadının üstündən keçdikdən sonra getdiyi istiqamətdə yolun sağında dayanaraq avtobusdan sərnişinləri düşürmüşdür (cild 1, iş vərəqə 27-30). Yol-nəqliyyat hadisəsini qeydə almış videokameranın qeydə aldığı görüntülərə baxış keçirilməsi haqqında 21 may 2014-cü il tarixli protokoldan görünür ki, TŞ-10-038 nömrəli videokameranın 2№ dayanmış vəziyyətdə olan kamerasından görünür ki, avtobusu idarə edən sürücü yol nəqliyyat hadisəsi baş verməzdən əvvəl mobil telefon ilə danışır. Görüntüyə baxdıqdan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, avtobusdan düşərək yol nəqliyyat hadisəsi yerinə gələn sürücü özüdür ( cild 1, iş vərəqə 31). Məhkəmə-tibbi ekspertizasının 20 may 2014-cü il tarixli rəyindən görünür ki, mərhum X1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar edilmiş xəsarətlər travmatik şokla ağırlaşmış hər iki baldır sümüklərinin açıq sınıqları, təpə nahiyəsində əzilmiş yara, alın nahiyəsində, burun belində, sağ almacıq nahiyəsində, sol kürək nahiyəsində, sol saidin yuxarı 3/1-nin arxa səthində sol əl pəncəsinin arxa səthində, sağ bazu oynağının ön-bayır səthində sıyrıqlar bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gələrək, 19 may 2014-cü il tarixdə piyada qismində yol-nəqliyyat hadisəsi zamanı yetirilə bilərdi və ümumilikdə həyat üçün təhlükəli olan ağır zərər vurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. İlkin zərbə hərəkətdə olan yol-nəqliyyat vasitəsinin yer səthindən 15-25 sm hündürlükdə olan qabarıq hissəsi (piyadanı vuran hissəsi) ilə Zərərçəkmiş şəxs aşağı ətraflarına (baldır nahiyələrinə) yetirilmişdir. X1 ölümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlər nəticəsində inkişaf etmiş travmatik şok olmuşdur. İlkin meyit əlamətlərinə görə demək olar ki, ölüm meyitin meyitxanada müayinəsindən 14-16 saat əvvəl baş vermişdir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı zamanı etil spirti aşkar edilməmişdir (Cild 1 vərəqə 60-64). Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 20 iyun 2014-cü il tarixli rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən, “Temsa-Prestij City” markalı, **- TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtobusu sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur (cild 1, iş vərəqə 76-79). X14 Nazirliyinin Kriminal Polis Mərkəzi Departamentinin 10 sentyabr 2014-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs baza məlumatlarında yoxdur, hal-hazırda Gürcüstan vətəndaşının şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməmişdir. Həmçinin bildirilir ki, xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi verilməmişdir ( cild 1, iş vərəqə 99). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin 19 iyun 2015-ci il tarixli məktubundan görünür ki, komputer uçot bazasına əsasən xx xxxx 1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir (cild 1, iş vərəqə 120). Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 13 oktyabr 2015-ci il tarixli qərarından görünür ki, ərizəçi Təqsirləndirilən şəxs 1990-cı il tarixindən hal-hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və l-ГТ seriyalı 670579 nömrəli doğum haqqında şəhadətnamənin ona məxsus olması faktlarının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılmışdır (cild 1, iş vərəqə 125). Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 31 may 2019-cu il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli Qanuna əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir və barəsində 29 may 2019-cu il tarixli ******* nömrəli arayış tərtib edilmişdir (cild 1, iş vərəqə 156-157). 13 dekabr 2019-cu il tarixli qərarla X9 zərərçəkmiş şəxsin hüquq varisi qismində tanınmışdır(cild 1, iş vərəqə 162). Şəxsin tanınması haqqında 06 dekabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş foto-şəkillərdən görünür ki, X3 tanınmaya təqdim edilmiş şəxsləri nəzərdən keçirib soldan 1-ci sırada dayanmış şəxsin doğma oğlu xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Tanınan şəxs Təqsirləndirilən şəxs özünü təqdim edərək bildirmişdir ki, həqiqətən də o, xx.xx.1972-ci ildə Gürcüstan Respublikasında anadan olmuş Təqsirləndirilən şəxsdur və xx.xx.2014-cu ildə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini o, özü törətmişdir (cild 2, iş vərəqə 41-43). Diskə baxış keçirilməsi haqqında 06 dekabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş foto-şəkillərdən görünür ki, diskə baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, videogörüntülərdə görünən “Temsa-Prestij-City” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusdan düşən şəxs onun özüdür, yol-nəqliyyat hadisəsi zamanı həmin avtobusu özü idarə etmişdir, avtobusdan düşən digər sərnişinləri tanımır (cild 2, iş vərəqə 44-46). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 07 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Suraxanı Rayon Polis İdarəsinin məktubu vasitəsi ilə 1 nəfər şəxsə Təqsirləndirilən şəxs məxsus əl barmaq və ovuc əksləri (daktiloskopik kart) xx.xx.2022-ci il tarixdə Krimanilistik Tədqiqatlar İdarəsinə daxil olmuş, tədqiqata təqdim edilən şəxsin əl əksləri Daxili İşlər Nazirliyinin KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində həmin şəxsin əl əksləri xx.xx.1972-ci il tarixdə Gürcüstan Respublikasında anadan olan Təqsirləndirilən şəxs və xx.xx.1972-ci il tarixdə Gürcüstan Respublikasında anadan olan Təqsirləndirilən şəxs adına çıxarılmış 03 ədəd daktiloxəritə ilə eynilik müəyyən edilmişdir. (cild 2, iş vərəqə 60). Toplanılmış sübutların qiymətləndirilməsi haqqında 06 dekabr 2022-ci il tarixli qərarla istintaq zamanı Daxili İşlər Nazirliyinin X4 Xidmətindən alınmış 02 ədəd DVD diskin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi müəyyən edilmişdir (cild 2, iş vərəqə 47-56). Sabunçu Rayon Məhkəməsinin 27 oktyabr 1995-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189-1–ci maddəsinin ilə 2-ci hissəsi, 207-ci maddəsinin 2-ci hissəsi, 38-ci maddələri ilə təqsirli bilənərək 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin 07 may 1996-cı il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 50-2-ci maddəsinə əsasən 09 ay 19 gün əməyə mütləq cəlb olunmaqla cəzadan şərti azad edilmişdir (cild 1, iş vərəqə 40-41, 85-89). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Avtomobil nəqliyyat vasitəsini idarə edən nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması əməllərinə görə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.3-ci maddəsində nəzərdə tutulur. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarının 4-cü hissəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs dedikdə, həmin hüququ ümumiyyətlə əldə etməmiş və ya ondan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhrum olunmuş, habelə bu hüququ müvəqqəti məhdudlaşdırılmış şəxslərlə yanaşı, həm də müvafiq kateqoriyaya aid olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxslər başa düşülür (məsələn, yalnız “B” kateqoriyasına aid olan avtomaşınları idarə etmək hüququna malik olub avtobusları idarə edən şəxslər). Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan hərəkətləri qəsdən törətməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Cinayətlərin təsnifatına əsasən həmin əməl ağır cinayətlər kateqoriyasına aiddir, başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə qismən etirafedici ifadələr verərək əməlindən səmimi peşmançılıq hissi keçirilməsini, hadisənin baş verməsindən 9 il keçməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yüngülləşdirici hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə etirafedici ifadələr verərək əməlindən səmimi peşmançılıq hissi keçirilməsini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, o dərhal məhkəmə zalından həbs edilməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona beş ildən çox müddətə azadlıqdan məhrum etmə cəzası təyin ediləcəyi təqdirdə təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, məhkəməyə qədər icraat dövründə Təqsirləndirilən şəxs barəsində tutulma prosessual məcburiyyət tədbiri həyata keçirilməmiş, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqinin 13 dekabr 2019-cu il tarixli qərarı ilə onun barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 205-206). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə minənədək cari hökmlə seçilmiş həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı hökm çıxarıldığı andan hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli əmlak yoxdur . Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 70 (yetmiş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 77). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Təqsirləndirilən şəxs vəkil işlədiyi “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Mülki iddianın həlli ilə əlaqədar məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179-cu maddəsindən göründüyü kimi cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilməsinə, sübut olunmasına və həll olunmasına baxmayaraq mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Zərərçəkmiş şəxsin hüquq varisi mülki iddia ərizəsi təqdim edərək anasının qəbrinin götürülməsi və baş daşı qoyulması (mərmər) üçün 3000 (üç min) manat, qəbr yeri üçün 800 (səkkiz yüz) manat, məscidə yuyulması üçün 300 (üç yüz) manat, ölən gündən 3 gün məclisi üçün 5000 (beş min) manat, qırx mərasimi üçün 1500 (min beş yüz) manat, il mərəsimi üçün 1000 (min) manat, qadın və kişi mollaların iştirakı üçün 500 (beş yüz) manat, cadır qurlaşdırılması üçün 600 (altı yüz) manat, "xxxx" ASC-ə olan borcun ödənilməsi üçün1800 (min səkkiz yüz) manat, sığorta pulun ödənilməməsi üçün 5000 (beş min) manat, pensiya ödənişlərindən məhrum edilməsi üçün 10000 manat olmaqla, ümümilikdə maddi ziyan 29500 (yirmi doqquz min beş yüz) manat, əlavə olaraq, anasın itirilməsinə görə mənavi ziyan 20500 (iyirmi min beş yüz) manat olmaqla maddi və mənavi ziyan üzrə 50000 (əlli min) manat məbləğin zərərçəkmiş şəxsin hüquqi varisinin xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquq varisi tərəfindən məhkəməyə mülki iddia ərizəsi təqdim edilsə də mülki iddianın zərərçəkmiş şəxsin hüquq varisinə vurulmuş maddi ziyanla bağlı hissəsində həlli üçün əsas olan, iddia ərizəsində göstərilən ödənişlərin həyata keçirilməsini təsdiq edən müvafiq sənədlər əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsinə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı əlavə edilməlidir. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən yuxarıda göstərilən tələblərə riayət edilmədən verilmiş iddia ərizəsi baxılmamış saxlanılır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə ödənilməli olan maddi zərərin hesablanması üçün zəruri olan sənədlər məhkəməyə təqdim edilmədiyindən və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün cari vəziyyətdə əlavə araşdırmalar aparılmasını zəruri etdiyindən, qeyd olunan hallar isə məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildiyindən verilmiş mülki iddia maddi zərərin ödənilməsi hissəsində baxılmamış saxlanılmalı, mənəvi zərərin ödənilməsi ilə bağlı hissəsi isə qismən təmin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, cinayət mühakimə icraatı zamanı verilmiş mülki iddianın baxılmamış saxlanılması, Cinayət-Prosessual Məcəlləsinin 180.3-cü maddəsinə əsasən şəxsi mülki mühakimə icraatı qaydasında mülki iddia verməkdən məhrum etmir. Ona görə də zərərçəkmiş şəxsin hüquq varisinə törədilmiş cinayət nəticəsində maddi ziyan vurulması ilə əlaqədar müstəqil şəkildə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah olunmalıdır. Məhkəmə gəldiyi nəticələri “Yol hərəkəti haqqında” 03 iyul 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələbləri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı hökm çıxarıldığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Barəsində həbs qətimkan tədbiri seçilsin. O, dərhal məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Zərərçəkmiş şəxsin hüquq varisi tərəfindən verilmiş mülki iddia vurulmuş mənəvi ziyanın ödənilməsi ilə bağlı hissəsində qismən təmin edilsin. Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində zərərçəkmiş şəxsin hüquq varisinə vurulmuş mənəvi ziyanla əlaqədar ondan 5000 manat tutularaq X7 ödənilsin. Mülki iddia ərizəsi zərərçəkmiş şəxsin hüquq varisinə maddi ziyan vurulması hissəsində baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxsin hüquq varisinə törədilmiş cinayət nəticəsində maddi ziyan vurulması ilə əlaqədar müstəqil şəkildə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah olunsun. İş üzrə maddi sübutlar: - Daxili İşlər Nazirliyinin X4 Xidmətindən alınmış 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Məhkəmə mərhələsində göstərilmiş 40 iş saatı hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi ödənilməsi üçün 240 (iki yüz qırx)manat məbləğində pul köçürülsün. Təqsirləndirilən şəxs 70 (yetmiş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-600/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-600/2023
07.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver