Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-600/2024 06.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X5-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Universal” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, 30 oktyabr 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində məhkəmənin qərarı ilə «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını hücuma məruz qalmış şəxsin həyatı və sağlımlığı üçün təhlükəli olan zorakılıqla və ya belə zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın etməklə ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə, 17 mart 2023-cü il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivində yerləşən “Təndir” kafesində birlikdə oturduğu Zərərçəkmiş şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmasından istifadə edib özünə məxsus motosikletlə Zərərçəkmiş şəxs evinə aparmağı təklif etmiş, sonuncunun bu təklifi qəbul etməsindən sonra Zərərçəkmiş şəxs motosikletlə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çiləgər massivinə aparıb orada sonuncunun motosikletdən düşərək arxasını ona tərəf döndərib siqaret yandırmasından istifadə edərək arxadan Zərərçəkmiş şəxs yaxınlaşıb ayağına zərbə endirməklə sonuncunu yerə yıxmış və yerdə olan zaman əlində olan bıçağı silah qismində tətbiq etməklə Zərərçəkmiş şəxs boğazına dirəyib sonuncunu həyatı və sağlamlığı üçün təhlükəli olan zorakılıqla hədələmiş, həmçinin yerdə olan Zərərçəkmiş şəxs bıçağı onun əlindən almağa çalışdıqda isə yumruqla sonuncunun sol göz nayihəsindən vurmaqla Zərərçəkmiş şəxs yerdən biraz qaldırıb yenidən yerə çırparaq sonuncuya sol gözaltı nahiyyənin və sol bel nayihəsinin qançırları ilə müşayiət olunan və dərəcələri təyin edilməyən bədən xəsarəti yetirmiş, daha sonra Zərərçəkmiş şəxs məxsus 01 ədəd 200 manat qiymətində olan “Samsung A31” markalı mobil telefonu və 100 manat pulu ələ keçirib qaçaraq Zərərçəkmiş şəxs ümumilikdə 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2023-cü il mart ayının təxminən 17-18-də Buzovnaya motosiklet ilə gələndə məhkəmədə ona zərərçəkmiş şəxs qismində təqdim olunan Zərərçəkmiş şəxs ilə aralarında kiçik bir münaqişə yaşandı. Həmin vaxt pivə içirdilər, üzünü Zərərçəkmiş şəxs tutaraq ona söyüş söyməməsini söyləmişdir. Daha sonra aralarındakı münaqişə həll olundu və barışdılar. Restorandan çıxanda Ruslana onu evə ötürməyi təklif eləmişdir. Ruslan da razılaşdı. Yola düşdükdən sonra motosikletin yanacağı qurtardı və onlar yolda qalmışlar. O, telefonla danışarkən yüksək səslə söyüş söydüyü üçün ona iradını bildirmişdir. Kafedə onunla əlbəyaxa olmamışlar. Onun əyləşdiyi masada ondan başqa üç nəfər də olmuşdur. Yanında əyləşən şəxslərdən Rəvan ona Ruslanı göstərib, onun həm telefonu, həm də pulu var, istifadə et dedi. O da Ruslanın telefonunu ələ keçirmək məqsədi ilə na motosiklet ilə evinə qədər aparmağı təklif etdi. Onun cibində pulunun olduğunu da görmüşdür. Ona evə birlikdə getməyi təklif edəndə Ruslan da onunla razılaşmışdır. Əvvəl Ruslana başqa kafeyə getməyi təklif etsə də, bu alınmadı. Yanacağı bitdiyindən motosiklet yolda dayanmışdı. Ehtiyyat yanacağı olmuşdur, lakin istifadə etmək istəməmişdir. Naviqatordan istifadə etmək adı ilə Ruslandan telefonunu almışdır. Lakin əsas məqsədi telefonu oğurlamaq olmuşdur. Həmin vaxt aralarında münaqişə yarandı, əlbəyaxa oldular. O, bu zaman Ruslanın üz nayihəsinə yumruqla zərbə endirmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış ifadəsində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, o suvaq ustası kimi müxtəlif tikinti sahələrində çalışır. Keçən ildən bəri Rəvan adlı şəxslə dostluq edir. O, Rəvanla arada bir oturub görüşmüşdür. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat təxminən 16:00 radələrində dostu Rəvan onu Buzovna qəsəbəsi, Albalılıq massivində yerləşən “Təndir” kafesinə qonaq çağırmışdır. O həmin ünvana özünə məxsus motosikletlə getmişdir. Rəvanla o həmin kafedə əyləşib bir qədər spirtli içki qəbul etmişlər. Kafedə digər masada əyləşən tanımadığı şəxs telefonla kiminləsə bərkdən danışıb söyüş söymüşdür. O həmin şəxsə öz iradını bildirdikdə aralarında mübahisə yaranmışdır. Aralarındakı mübahisəni həll etmək üçün həmin şəxslə o bayıra çıxmışdır. Bayırda onları tanımadığı bir nəfər qoca kişi sakitləşdirmiş və onları barışdırmışdır. Bir qədər sonra isə onlar kafeyə qayıtmışlar. Münasibətləri yaxşılaşdığı üçün mübahisə etdiyi həmin şəxs onu öz masasına dəvət etmiş və həmin şəxs Rəvanla ona pivə alacağını demişdir. Rəvanla o öz masalarından qalxıb həmin şəxsin masasında əyləşmişlər. Bir qədər söhbət edən zaman o həmin şəxsin adının Ruslan olduğunu öyrənmişdir. Söhbət əsnasında Rəvan astaca onun qulağına pıçıldayaraq həmin şəxsin pulunun olduğunu bildirmiş və həmin şəxsdən istifadə etməyi ona təklif etmişdir. O da razılaşmışdır. Bir qədər söhbət etdikdən sonra Ruslan masadan qalxıb ayaqyoluna getmişdir. Ruslana məxsus olan “Samsung” markalı mobil telefonu masanın üzərində qalmışdır. Rəvan həmin mobil telefonu Ruslandan xəbərsiz gizlincə götürərək ona vermişdir ki, satıb pul əldə etsinlər. Daha sonra həmin şəxs ayaqyolundan geri qayıtmışdır. Bir qədər əyləşdikdən sonra Ruslan ondan özünü evinə aparmağı xahiş etmişdir. Daha sonra Ruslanla o bayıra çıxıb onun motosikletinə əyləşmişdir. Motosikletə əyləşərkən o, Ruslanın telefonunu çıxarıb Ruslanın gözünün qabağında Ruslanın evinin ünvanını telefonda naviqatora yazmışdır ki, Ruslanı ünvanına aparsın. Ruslan içkili olduğu üçün telefonun onda olmasına reaksiya verməmişdir. Daha sonra onlar yolda olarkən Ruslan ona bildirmişdir ki, pivəsi kafedə qalıb geri qayıtmaq lazımdır. Ruslan yolda ondan telefonunu istəmişdir. O isə naviqatora görə telefonu verə bilməyəcəyini bildirmişdir. Daha sonra Ruslanı düşürdərək dönüb qayıdıb Ruslanı da götürəcəyini demişdir. Daha sonra Ruslan motosikletdən düşmüş və arxasını ona tərəf çöndərib siqaretini yandırarkən o qəfildən arxadan Ruslana yaxınlaşaraq ayağı ilə Ruslanın ayağından yanakı zərbə vurmuşdur. Zərbənin təsirindən Ruslan müvazinətini itirib yerə yıxılmışdır. O isə motosikleti sürüb oradan uzaqlaşmışdın Telefon isə onda qalmışdır. O həmin telefonu satıb gəlir əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə səhəri gün 20 yanvar ərazisində yerləşən dükanların birinə 110 manata satmışdır. Həmin pula ehtiyacı olsa da xərcləməmiş və üstündə saxlamışdır. O həmin 110 manatın 50 manatını Rəvana verəcəkmiş. Daha sonra polis əməkdaşları yaşadığı evə gəlib barəsində şikayət olduğu üçün onu Xəzər RPİ-nin 2-ci PŞ-nə dəvət etmişlər. O şöbəyə gələrkən Rəvanın və Ruslanın da orada olduğunu görmüşdür. Zərərçəkmiş şəxs ifadələrində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımır. İş yerindən çıxanda “Təndir” kafesinə getmişdir. Həmin kafedə olarkən birini evə götürmək üçün digərini isə kafedə içmək üçün pivə sifariş etmişdir. Bu zaman yan masadan Təqsirləndirilən şəxs ona “pivə yoxdur, bəlkə sənə benzin verək” dedi, bu səbəbdən dava düşdü. Buna baxmayaraq onlar sonra aralarındakı mübahisəni həll edib barışmış, hətta təqsirləndirilən şəxsin hesabını da o, ödəmişdir. Təqsirləndirilən şəxs ona evə qədər müşayiət etməyi təklif etdi, o da qəbul eləmişdir. Təqsirləndirilən şəxs onu evə motosikletlə apararkən benzini bitdiyindən motosikleti saxladı. Təqsirləndirilən şəxs ondan bir şəxslə danışmaq üçün telefonunu istədi, o da vermişdir. Sonra o, taksi sifariş etmək üçün telefonunu geri istəyəndə Sətdam telefonuu ona vermədi və onu yumruqla vurdu. Sətdamın əlində qara rəngli bıçaq var idi. O, bıçağı cibindən çıxardı, lakin ona hər hansı xəsarət yetirmədi, sadəcə itələdi. O, Sətdamla “Təndir” kafesində baş vermiş mübahisədən sonra barışmışdılar. Onun telefonunda, ümumiyyətlə, naviqasiya tətbiqi olmamışdır. O, “Təndir” kafesində 3-4 bakal pivə içmişdir. Təqsirləndirilən şəxs bıçağı sadəcə onu qorxutmaq üçün cibindən çıxartdı. Təqsirləndirilən şəxs onun gözünə yumruq vurmuşdur. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı göstərmişdir ki, əvvəllər bir çox sahələrdə işləsə də, təxminən bir neçə ildir ki, hörgü ustası kimi fəaliyyət göstərir. Belə ki, iş olduqca müxtəlif tikintilərdə usta kimi çalışıb ailəsini dolandırmışdır. 2017-ci ildən isə Buzovna qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Arada bir işdən sonra Buzovnada Albalılıq massivində yerləşən “Təndir” kafesində dostlarla birlikdə oturub yeyib- içmişdir. Çox vaxt isə o həmin kafedə tək əyləşmişdir. Sonuncu dəfə xx.xx.2023cü il tarixdə saat təxminən 16 radələrində o həmin kafeyə gəlib əyləşmişdir. Özünə pivə sifariş verib içməyə başlamışdır. Kafedə əyləşərkən yan masada bir neçə nəfər şəxsin əyləşdiyini görmüşdür. O həmin kafedə tez-tez əyləşdiyim üçün orada işləyən Rəvan adlı ofisiantı tanımışdır. Rəvan həmin vaxt ona qulluq etmişdir. Lakin arada bir yan masada qeyd etdiyi həmin bir neçə nəfərin yanında əyləşmişdir. Daha sonra o ucadan bir ədəd pivə sifariş verən zaman yan masadan qeyd etdiyi həmin şəxslərdən biri “pivə yoxdur, bəlkə sənə benzin versinlər” deyib onu ələ salmışdır. Həmin şəxsin bu sözü onu əsəbləşdirmiş və o ayağa qalxıb həmin şəxsin yanına gəlmiş və öz iradını həmin şəxsə bildirmişdir. O həmin şəxsə bayıra çıxmağı təklif etmişdir. Lakin orada olan şəxslər ona qan-qaraçılıq salmamağı xahiş etmişlər və onu sakitləşdirib yerində əyləşdirmişlər. Bir qədər əyləşdikdən sonra ona sataşan həmin şəxs özü onun masasına yaxınlaşıb yanında əyləşmiş və bayaqkı söhbətə görə ondan üzr istəmişdir. Həmin şəxsin üzr istəməyi onu yumşaltmış və o həmin şəxsin üzrünü qəbul edib xoşluq üçün həmin şəxsə bir ədəd pivə sifariş vermişdir. Bir qədər əyləşdikdən sonra o hesabı verib sağollaşaraq bayıra çıxmışdır ki, evə getsin. Həmin şəxs də arxasınca bayıra çıxıb ona öz təşəkkürünü bildirmək üçün öz motosikleti ilə onu evə aparmaq istədiyini bildirmişdir. O ilk əvvəl qəbul etməsə də, sonradan həmin şəxsin bu təklifini qəbul etmişdir. Həmin vaxt “Samsung A31” markalı mobil telefonu onun üzərində olmuşdur. Mobil telefonunu əhatə edən kabronun arxasına isə 100 manat pul qoymuşdur. Daha sonra o həmin şəxsin motosikletinə əyləşmişdir ki, onu evinə aparsın. Yolda olarkən həmin şəxs ona bildirmişdir ki, Çiləgərdə bir nəfər tanışı olan qadın yaşayır. Həmin qadının yanına dəyib daha sonra onu evə qoyacağını demişdir. O da həmin şəxslə razılaşmışdır. Daha sonra Buzovna qəsəbəsi ərazisində yerləşən Çiləgər yaşayış massivinə gəlmişlər. Həmin şəxs motosikleti saxlamış və telefonunda konturunun olmadığını, həmin qadına zəng etmək üçün telefonunu ondan istəmişdir. O da zəng vurması üçün telefonunu həmin şəxs vermişdir. Həmin şəxs onun telefonuyla bir neçə dəqiqə danışmışdır. Daha sonra həmin şəxs motosikleti Çiləgər ərazisində başqa bir küçəyə sürmüşdür. Daha sonra guya ünvanı tapa bilmədiyi üçün Çiləgər ərazisində bir neçə küçəni gəzmişlər. Bundan sonra motosikleti saxlayıb benzinin qurtardığını bildirmişdir. O hiss etmişdir ki, həmin şəxs onu ələ salır. Bundan sonra həmin şəxsə demişdir ki, telefonunu versin, o da özü manatlıq taksi ilə evinə getsin. Lakin həmin şəxs telefonu ona verməkdən imtina etmişdir. Belə ki, həmin şəxs ona “sənin telefonunu yeməyəcəm ki, özümün telefonum var da” ifadəsini işlətmişdir. Həmin şəxsin öz telefonu isə motosikletin şitinin üzərində olmuşdur. Daha sonra bir daha zəng edib telefonunu qaytaracağını demişdir. O arxasını həmin şəxsə tərəf çöndərib siqaretini yandırarkən həmin şəxs qəfildən arxadan ona yaxınlaşaraq ayağı ilə onun ayağından yanakı zərbə vurmuşdur. Zərbənin təsirindən o müvazinətini itirib yerə yıxılmışdır. Yerə yıxılan zaman başının arxa hissəsi yerə dəymiş və başından xəsarət almışdır. Daha sonra həmin şəxs cibindən bir ədəd bıçağı çıxarıb bıçağın dəstəyi ilə onun böyrək nahiyəsindən vurmuşdur. Daha sonra bıçağın tiyəsini onun boğazına dirəyib ona söyüş söymüşdür. O bıçağı həmin şəxsin əlindən almaq istəyərkən həmin şəxs yumruqla onun sol gözündən zərbə ilə vurmuşdur. O əliylə gözünü tutarkən həmin şəxs onu yerdən biraz qaldıraraq təzədən yerə çırpmışdır. Bu əsnada başının arxası yenə də yerə dəymiş və o huşunu itirən kimi olmuşdur. Daha sonra bədəninin müxtəlif nahiyələrindən bir neçə ədəd təpik zərbəsi endirmişdir. O yarımcan vəziyyətdə qalxmaq istəyərkən həmin şəxsin artıq motosikletə əyləşib sürərək yanından uzaqlaşdığını və telefonunu da apardığını görmüşdür. Daha sonra o ayağa qalxıb siqaret çəkmiş və manatlıq taksiyə əyləşib yenidən “Təndir” kafesinə gəlmişdir. İçəri girib kafeni işlədən Azad adlı şəxsə başına gələni danışmışdır. Azad təəcüblənmişdir. O ofisiant Rəvanla da bir qədər mübahisə etmişdir. Belə ki, o Rəvana həmin şəxsin kim olduğunu sual verəndə, Rəvan həmin şəxsi tanıdığını, lakin elə də münasibətinin olmadığını bildirmişdir. Daha sonra oradakı şəxslərlə məsləhətləşdikdən sonra o DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Daha sonra polis əməkdaşlarının həmin şəxsi saxladığını öyrənmişdir. Xəzər RPİnin 2-ci Polis Şöbəsində olarkən o həmin şəxsi şöbədə görmüş və tanımışdır. Şöbədə olarkən o həmin şəxsin adının Sətdam olduğunu öyrənmişdir. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. O, «Təndir» kafesində administrator vəzifəsində işləmişdir. Hadisə günü Sətdam kafeyə gəlib masaların birində əyləşdi. Bir müddətdən sonra Sətdamın yan masada oturan tanımadığı bir nəfər şəxslə mübahisəsi yarandı. İçəridə mübahisə etdikdən sonra Sətdam həmin şəxsə təklif etmişdir ki, bayıra çıxıb məsələni aydınlaşdırsınlar. Hər iksi bayıra çıxdılar. Çöldə mübahisə etdikdən sonra, hər ikisi barışaraq yenidən içəri girdilər. Daha sonra Sətdam və Ruslan birlikdə eyni masada pivə içdikdən sonra, hesabı Ruslan verdi. Sonra isə hər ikisi kafedən ayrıldılar. Səhv etmirsə bir-birlərinə tərs baxdıqlarına görə mübahisə etdilər. Zərərçəkmiş şəxs içkili idi. Sətdam içkili deyildi. Onların birlikdə yediklərinin hesabını zərərçəkmiş şəxs Ruslan ödədi. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış ifadəsində Şahid1 ifadəsində göstərmişdir ki, iki ildir ki, «Təndir» kafesində əvvəlcə ofisiant, daha sonra isə administrator işləmişdir. Sətdam adlı şəxs o işlədiyi kafeyə bir neçə dəfə gəlib-getmişdir. O əsnada onların tanışlığı yaranmışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Sətdam özünə məxsus motosikletlə kafenin qarşısına gəlmiş və kafeyə girib masaların birində əyləşmişdir. Bir neçə dəqiqədən sonra tanımadığı iki nəfər şəxs də Sətdamın yanına gəlmiş və onlar birlikdə Sətdamın yanında əyləşmişlər. Daha sonra o də onlarla birlikdə əyləşmişdir. Məhəmməd isə həmin masaya ofisiant kimi qulluq etmişdir. Bir qədər söhbət etdikdən sonra Sətdam yan masada oturan tanımadığı bir nəfər şəxsə sataşmağa başlamışdır. Belə ki, həmin şəxsin masasında olan pivənin benzin olduğunu deyərək həmin şəxsi ələ salan zaman həmin şəxs əsəbləşərək Sətdamla mübahisə etməyə başlamışdır. İçəridə mübahisə etdikdən sonra Sətdam həmin şəxsə təklif etmişdir ki, bayıra çıxıb məsələni aydınlaşdırsınlar. Hər iksi bayıra çıxmışlar. O, iki nəfər Sətdamın yanında əyləşən tanımadığı şəxs və kafenin sahibi Azad bayıra çıxıb onları aralamağa getmişlər. Onları aralayıb hər ikisini içəri salmışlar və hər ikisi barışmış vəziyyətdə içəri girmişlər. Sətdamın yanında olan tanımadığı iki nəfər şəxs mübahisəni ayırmaq üçün bayıra çıxıb daha sonra içəri girməmişlər və oradan da çıxıb getmişlər. Daha sonra Sətdam mübahisə etdiyi həmin şəxsin masasına keçmişdir. Həmin şəxs də Sətdama pivə və pendir sifarişi vermişdir. Daha sonra isə yemək sifariş vermişlər, lakin sonradan yeməkdən imtina edib başqa kafeyə gedəcəklərini bildirmişlər. Daha sonra hər iksi durub kafedən çıxmışlar. Bir neçə saatdan sonra Ruslan adlı həmin şəxs kafeyə qayıdaraq Sətdam tərəfindən döyüldüyünü və Sətdamın ona bıçaq tətbiq edərək zorla telefonunu aldığını bildirmişdir. Ruslan ondan Sətdamı tanıyıb-tanımadığımı soruşanda o Sətdamın hərəkətlərinə cavabdehlik daşımadığını bildirmişdir. Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. Özü «Təndir» kafesində işləmişdir. Sətdam o, işlədiyi kafeyə bir neçə dəfə gəlib-getmişdir. O əsnada onların tanışlığı yaranmışdır. Hadisə günü Sətdam kafeyə girərək masaların birində əyləşdi. Bir müddətdən sonra sonra Sətdam yan masada oturan tanımadığı bir nəfər şəxsə sataşmağa başladı. Belə ki, həmin şəxsin masasında olan pivənin benzin olduğunu deyərək həmin şəxsi ələ salan zaman həmin şəxslə Sətdam arasında mübahisə yarandı. İçəridə mübahisə etdikdən sonra Sətdam həmin şəxsə təklif etmişdir ki, bayıra çıxıb məsələni aydınlaşdırsınlar. Hər ikisi bayıra çıxdılar. Çöldə mübahisə etdikdən sonra, hər ikisi barışaraq yenidən içəri girdilər. Daha sonra Sətdam və Ruslan birlikdə eyni masada yedikdən sonra, hesabı Ruslan verdi. Sonra isə hər ikisi kafedən ayrıldılar. Şahid3 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Onunla heç bir ədavəti və yaxınlığı yoxdur. Sətdam adlı şəxs o, işlədiyi kafeyə bir neçə dəfə gəlib-getmişdir. Sonuncu dəfə 17 mart.2023-cü il tarixdə saat 16 radələrində Sətdam kafeyə girib masaların birində əyləşdi. Bir qədər söhbət etdikdən sonra Sətdam yan masada oturan tanımadığı bir nəfər şəxslə mübahisə etdi. Sonradan onlar barışıb başqa kafeyə gedəcəklərini bildirib kafedən çıxdılar. Bir neçə saatdan sonra Ruslan adlı həmin şəxs kafeyə qayıdaraq Sətdam tərəfindən döyüldüyünü və Sətdamın ona xəsarət yetirərək zorla telefonunu aldığını bildirmişdir. Sonra polisə şikayət olunmuşdur. Hadisə altı– yeddi ay əvvəl Bakı şəhəri, Xəzər rayonu, Albalılıq massivində baş verib. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. O, təqsirləndirilən şəxsin üzərinə bıçaq olub-olmadığını bilmir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində şahidlər Şahid2 və Şahid3 da Şahid1 ifadəsinə oxşar ifadə verərək, onun ifadələrində göstərdiyi halları bir daha öz ifadələri ilə təsdiqləmişlər. Məhkəmədə elan edilib araşdırılmaqla cinayət işinin materiallarına əlavə olunmuş: “Üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı ifadəsini eynilə təsdiq etmişdir. Şəxsiyyətin fotoşəkil ilə tanınmaya təqdim edilməsi barədə protokoldan görünür ki, tanınan şəxs Təqsirləndirilən şəxs fotoşəkli cinayət işinə aidiyyəti olmayan 03 nəfər kənar şəxsin fotoşəkilləri ilə birlikdə protokola əlavə edilmiş vərəqədə yapışdırılaraq möhürlənmiş və onlar 1, 2, 3 və 4 rəqəmləri ilə nömrələnmişdir. Tanınan şəxs Təqsirləndirilən şəxs fotoşəkli göstərilən fotoşəkillər içərisindən 2-ci sırada yapışdırılmışdır. Fotoşəkillər tanıyan şəxs Zərərçəkmiş şəxs təqdim edildikdən sonra sonuncuya fotoşəkillər arasında ifadəsində göstərdiyi şəxsin fotoşəklinin olub-olmamasını bildirməsi təklif olunmuşdur. Tanıyan şəxs Zərərçəkmiş şəxs tanımaq üçün ona təqdim edilmiş fotoşəkilləri nəzərdən keçirərək bildirdi ki, ona tanınma üçün təqdim edilmiş fotoşəkillər arasında 2-ci sıradakı fotoşəkildə olan şəxsi tanıyır. Belə ki, Zərərçəkmiş şəxs bildirdi ki, həmin şəxs ona qarşı zor tətbiq edərək mobil telefonunu əlindən alan şəxsdir. Baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar ərazisində yerləşən “Park-20 Shopping” ticarət mərkəzində yerləşən “X10” adlı telefon mağazasında baxış və götürmə istintaq hərəkəti keçirilmiş və istintaq hərəkəti zamanı müəyyən edilmişdir ki, mağazanın içərisindəki vitrinlərdə mobil telefonlar və mobil telefon aksesuarları yerləşdirilmişdir. Təqsirləndirilən şəxs vitrinə yaxınlaşıb əli ilə “Samsung Galaxy A31” markalı mobil telefonu göstərərək həmin mobil telefonun Zərərçəkmiş şəxs məxsus olduğunu və sonuncunun əlindən alaraq gətirib həmin mağazaya satdığını bildirmiş və bundan sonra həmin mobil telefon və Təqsirləndirilən şəxs telefonu mağazaya satarkən imza etdiyi müvafiq sənədin surəti götürülmüşdür. Əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, mobil telefona baxış keçirən zaman müəyyən edildi ki, mobil telefon “Samsung Galaxy A 31” markalı və mavi rənglidir. Mobil telefonun idarəetməsi sensor vasitəsilə həyata keçirilir. Mobil telefonun içərisində mobil proqramların yerləşdiyi “Menyu” bölməsi, fotoşəkillərin olduğu “Qalereya” bölməsi, o cümlədən əlaqə saxlamaq üçün mobil nömrələrin və şəxslərin adları ilə birlikdə qeydiyyata alındığı “Kontakt” bölməsi, sms mətnlərinin yazıldığı və qəbul edildiyi “Mesajlar” bölməsi mövcuddur. Bundan başqa mobil telefonun “Menyu” bölməsində sosial şəbəkələrdən istifadə məqsədi ilə nəzərdə tutulmuş “Whatsapp” sosial şəbəkəsi də vardır. Baxış zamanı Zərərçəkmiş şəxs ona təqdim olunan mobil telefonu nəzərdən keçirib bildirdi ki, həmin mobil telefon ona məxsus olmaqla Təqsirləndirilən şəxs tərəfindən əlindən alınan mobil telefondur. Məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi X7 Xəzər rayon Şöbəsinin 27.03,2023-cü il tarixli 290 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər, sol gözaltı nayihsiənin, sol bel nayihəsinin qançırları küt əşyanın təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibbi müayinəsindən 10-11 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023- cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/4516 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Samsung" markalı “SM- A315G/DS” modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq, 2023-cü ilin mart ayına orta bazar qiyməti təxminən 200 manat müəyyən olunur. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 1680 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər-hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Həmçinin Təqsirləndirilən şəxs hərəkətləri AR CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Həmçinin Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsi, Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək və bıçaqla hədələyərək 200 manat dəyərində mobil telefonunu alıb ələ keçirməməsi barədə göstərdiklərinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin bu ifadələri iş üzrə zərərçəkmiş şəxsin ifadəsi, hadisə yerinə baxış protokolu, üzləşdirmə protokolu və digər istintaq sənədləri ilə əlaqəli şəkildə araşdırılarkən Təqsirləndirilən şəxs həmin ifadələrini şübhə altına alınır və həmin şübhələri məhkəmədə onun xeyrinə aradan qaldırmaq mümkün olmur. Məhkəmə onun həmin ifadələrində göstərdiyi həmin xüsusatları həqiqətə uyğun olmayan, hər hansı dəlilə söykənməyən, işin faktiki halları ilə uzlaşmayan və özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən anlaqlı vəziyyətdə qəsdən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlib onun əməllərinin Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilinib onun bu əməllərə görə həmin maddələrdə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı məhkəmə-əmtəəşünaslıq məhkəmə ekspertizasının keçirilməsinə 50 (əlli) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğin Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini əsaslı sayır. Məhkəmədə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili X6 ödənilməsi üçün 180 (yüz səksən) manat, məhkəmədə Təqsirləndirilən şəxs göstərmiş olduğu 55 (əlli beş) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Universal” Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Vəkillər X3 və Tədris Mərkəzinin hesabına ödənilməli olması müəyyən olundu. Məhkəmə həmin məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib Təqsirləndirilən şəxs müdafiə xərclərindən azad olunmasını əsaslı sayır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung Galaxy A31” markalı mobil telefonun saxlanılması üçün sahibinə- Zərərçəkmiş şəxs verilməsi nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs 18 mart 2023-cü il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulması, 20 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində qətimkan tədbiri qismində həbs seçilib hazırki vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmədə, Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi ibtidai istintaq və məhkəmə zamanı qismən etirafedici ifadələr verməsi müəyyən olundu, onun məsuliyyəyini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayətlər törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 18 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Dövlət büdcəsi hesabına məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 50 (əlli) manat vəsait Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili X6 ödənilməsi üçün 180 (yüz səksən) manat, məhkəmədə Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Universal” Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Vəkillər X3 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs müdafiə xərclərindən azad olunsun. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung Galaxy A31” markalı mobil telefonun saxlanılması üçün sahibinə- Zərərçəkmiş şəxs verilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-600/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-600/2024
06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver