Məhkəmə qərarları › İş №1(101)-600/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-600/2025

16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-600/2025 16.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X8 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 qızının, X4 və X5, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, X6 və X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi, “Qanunçuluq” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ali təhsilli, fərdi əməklə məşğul olan, Naxçıvan MR, ünvan 1i ünvanında qeydiyyatda olmaqla, ünvan 2anında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İş üzrə tərtib edilmiş ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospektində yerləşən evində kirayədə yaşaması ilə bağlı tanış olduğu Zərərçəkmiş şəxs futbol məşqçisi işlədiyini bildirərək etibarını qazanıb gənclərdən ibarət klub yaratmaqla müştəri cəlb edərək yaxşı qazanc əldə edəcəklərinə inandırıb aldadaraq bu adla 2021-ci ilin mart ayında sonuncunun yaşadığı ünvan 3 ünvanında 26.000 manat, həmin ilin avqust ayında həmin ünvanda 9.500 manat, həmin ilin noyabr ayında həmin ünvanda 13.000 manat nağd pul vəsaitini alıb ələ keçirmiş, cinayətkar hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında özünə məxsus 4169 7385 2133 2886 saylı “Birkart Umico” plastik bank kartından ona məxsus 4169 7387 0126 4255 saylı "xxxx" ASC-yə aid plastik bank kartına xx.xx.2022-ci il tarixdə 20,00 AZN, xx.xx.2022-ci il tarixdə 20,00 AZN, 10,00 AZN, xx.xx.2022-ci il tarixdə 10,00 AZN, xx.xx.2022-ci il tarixdə 20,00 AZN, xx.xx.2022-ci il tarixdə 10,00 AZN, xx.xx.2022-ci il tarixdə 5,00 AZN, 5,00 AZN, xx.xx.2022-ci il tarixdə 5,00 AZN, 20,00 AZN, xx.xx.2022-ci il tarixdə 10,00 AZN, 20,00 AZN, 30,00 AZN, 6,00 AZN, xx.xx.2022-ci il tarixdə 5,00 AZN, xx.xx.2022-ci il tarixdə 10,00 AZN, 20,00 AZN, xx.xx.2022-ci il tarixdə 5,00 AZN, xx.xx.2022-ci il tarixdə 20,00 AZN, xx.xx.2022-ci il tarixdə 10,00 AZN, xx.xx.2022-ci il tarixdə 10,00 AZN, xx.xx.2022-ci il tarixdə 30,00 AZN, xx.xx.2022-ci il tarixdə 10,00 AZN, 10,00 AZN, xx.xx.2022-ci il tarixdə 30,00 AZN, xx.xx.2022-ci il tarixdə 20,00 AZN, 20,00 AZN, 5,00 AZN, xx.xx.2022-ci il tarixdə 70,00 AZN, xx.xx.2022-ci il tarixdə 7,00 AZN, xx.xx.2022-ci il tarixdə 20,00 AZN, 5,00 AZN, 10,00 AZN, 22,00 AZN, xx.xx.2022-ci il tarixdə 10,00 AZN, xx.xx.2022-ci il tarixdə 20,00 AZN, 10,00 AZN, 30,00 AZN, xx.xx.2022-ci il tarixdə 5,00 AZN, 30,00 AZN, xx.xx.2022-ci il tarixdə 15,00 AZN, 30,00 AZN, xx.xx.2022-ci il tarixdə 10,00 AZN, xx.xx.2022-ci il tarixdə 10,00 AZN, xx.xx.2022-ci il tarixdə 10,00 AZN, xx.xx.2022-ci il tarixdə 10,00 AZN, xx.xx.2022-ci il tarixdə 20,00 AZN, xx.xx.2022-ci il tarixdə 30,00 AZN, xx.xx.2022-ci il tarixdə 20,00 AZN, xx.xx.2022-ci il tarixdə 20,00 AZN, 10,00 AZN, 3,00 AZN, xx.xx.2022-ci il tarixdə 10,00 AZN, xx.xx.2022-ci il tarixdə 5,00 AZN, 30,00 AZN, xx.xx.2022-ci il tarixdə 20,00 AZN, xx.xx.2022-ci il tarixdə 30,00 AZN, xx.xx.2022-ci il tarixdə 30,00 AZN, xx.xx.2022-ci il tarixdə 10,00 AZN, xx.xx.2022-ci il tarixdə 30,00 AZN, xx.xx.2022-ci il tarixdə 60,00 AZN, xx.xx.2022-ci il tarixdə 110,00 AZN, xx.xx.2022-ci il tarixdə 10,00 AZN, xx.xx.2023-cü il tarixdə 20,00 AZN, 10,00 AZN, xx.xx.2023-cü il tarixdə 30,00 AZN, 40,00 AZN, xx.xx.2023-cü il tarixdə 10,00 AZN, xx.xx.2023-cü il tarixdə 30,00 AZN, xx.xx.2023cü il tarixdə 70,00 AZN, xx.xx.2023-cü il tarixdə 20,00 AZN, 5,00 AZN, 20,00 AZN, xx.xx.2023-cü il tarixdə 130,00 AZN, xx.xx.2023-cü il tarixdə 7,00 AZN, xx.xx.2023-cü il tarixdə 5,00 AZN, xx.xx.2023-cü il tarixdə 30,00 AZN, xx.xx.2023-cü il tarixdə 5,00 AZN, xx.xx.2023-cü il tarixdə 7,00 AZN, xx.xx.2023-cü il tarixdə 6,00 AZN, xx.xx.2023-cü il tarixdə 10,00 AZN, xx.xx.2023-cü il tarixdə 10,00 AZN, xx.xx.2023-cü il tarixdə 20,00 AZN, 50,00 AZN, xx.xx.2023-cü il tarixdə 10,00 AZN, xx.xx.2023-cü il tarixdə 10,00 AZN, xx.xx.2023-cü il tarixdə 30,00 AZN, 130,00 AZN, 200 AZN, xx.xx.2023-cü il tarixdə 10,00 AZN, xx.xx.2023-cü il tarixdə 10,00 AZN, xx.xx.2023-cü il tarixdə 11,00 AZN, 90,00 AZN, xx.xx.2023-cü il tarixdə 50,00 AZN, xx.xx.2023-cü il tarixdə 10,00 AZN, 30,00 AZN, 20,00 AZN, xx.xx.2023-cü il tarixdə 30,00 AZN, 10,00 AZN, 80,00 AZN, xx.xx.2023-cü il tarixdə 30,00 AZN, xx.xx.2023-cü il tarixdə 10,00 AZN, 20,00 AZN, 5,00 AZN, 10,00 AZN, xx.xx.2023-cü il tarixdə 30,00 AZN, 5,00 AZN, xx.xx.2023-cü il tarixdə 5,00 AZN, 5,00 AZN, 5,00 AZN, xx.xx.2023-cü il tarixdə 5,00 AZN, xx.xx.2023-cü il tarixdə 10,00 AZN, xx.xx.2023-cü il tarixdə 5,00 AZN, 15,00 AZN, 100,00 AZN, xx.xx.2023-cü il tarixdə 60,00 AZN, 20,00 AZN, 40,00 AZN, xx.xx.2023-cü il tarixdə 5,00 AZN, xx.xx.2023-cü il tarixdə 70,00 AZN, 20,00 AZN, 25,00 AZN, xx.xx.2023-cü il tarixdə 10,00 AZN, xx.xx.2023-cü il tarixdə ona məxsus 4169 7388 2135 4689 saylı "xxxx" ASC-yə aid plastik bank kartına 20,00 AZN, 80,00 AZN, həmin tarixdə ona məxsus 4169 7387 0126 4255 saylı "xxxx" ASC-yə aid plastik bank kartına 17,00 AZN, xx.xx.2023-cü il tarixdə 55,00 AZN, xx.xx.2023-cü il tarixdə 205,00 AZN, 110,00 AZN, xx.xx.2023-cü il tarixdə 30,00 AZN, 100,00 AZN, 265,00 AZN, xx.xx.2023-cü il tarixdə 50,00 AZN, 150,00 AZN, xx.xx.2023-cü il tarixdə 70,00 AZN, 300,00 AZN, xx.xx.2023-cü il tarixdə 110,00 AZN, xx.xx.2023-cü il tarixdə 410,00 AZN, xx.xx.2023-cü il tarixdə 50,00 AZN, 310,00 AZN, xx.xx.2023-cü il tarixdə 258,00 AZN, xx.xx.2023-cü il tarixdə 10,00 AZN, 157,00 AZN, xx.xx.2023-cü il tarixdə 90,00 AZN, 70,00 AZN, xx.xx.2023-cü il tarixdə 210,00 AZN, xx.xx.2023-cü il tarixdə 70,00 AZN, xx.xx.2023-cü il tarixdə 12,00 AZN, 20,00 AZN, xx.xx.2023-cü il tarixdə 40,00 AZN, 5,00 AZN, xx.xx.2023-cü il tarixdə 800,00 AZN, xx.xx.2023-cü il tarixdə 325,00 AZN, 300,00 AZN, 200,00 AZN, xx.xx.2023-cü il tarixdə 110,00 AZN, 100,00 AZN, 20,00 AZN, 5,00 AZN, 10,00 AZN, 120,00 AZN, 20,00 AZN, xx.xx.2023-cü il tarixdə 10,00 AZN, 155,00 AZN, xx.xx.2023-cü il tarixdə 10,00 AZN, xx.xx.2023-cü il tarixdə 20,00 AZN, xx.xx.2023-cü il tarixdə 200,00 AZN, 400,00 AZN, xx.xx.2023-cü il tarixdə 10,00 AZN, 10,00 AZN, xx.xx.2023-cü il tarixdə 30,00 AZN, 200,00 AZN, xx.xx.2023-cü il tarixdə 10,00 AZN, xx.xx.2023-cü il tarixdə 380,00 AZN, 255,00 AZN, xx.xx.2023-cü il tarixdə 210,00 AZN, xx.xx.2023-cü il tarixdə 570,00 AZN, xx.xx.2023-cü il tarixdə 20,00 AZN, xx.xx.2023cü il tarixdə 30,00 AZN, 10,00 AZN, 100,00 AZN, xx.xx.2023-cü il tarixdə 200,00 AZN, xx.xx.2023-cü il tarixdə 50,00 AZN, xx.xx.2023-cü il tarixdə 205,00 AZN, xx.xx.2023-cü il tarixdə 130,00 AZN, 5,00 AZN, xx.xx.2023-cü il tarixdə 10,00 AZN, xx.xx.2023-cü il tarixdə 10,00 AZN, 250,00 AZN, xx.xx.2023-cü il tarixdə 13,00 AZN, 0,47 AZN, 270,00 AZN, xx.xx.2023-cü il tarixdə 7,00 AZN, xx.xx.2023-cü il tarixdə 40,00 AZN, Zərərçəkmiş şəxs məxsus 4169 7388 4520 1742 saylı “X13” kartından ona məxsus 4169 7387 0126 4255 saylı "xxxx" ASC-yə aid bank kartına xx.xx.2023-cü il tarixdə 410,00 AZN, 620,00 AZN, xx.xx.2023-cü il tarixdə 210,00 AZN, 10,00 AZN, 10,00 AZN, xx.xx.2023-cü il tarixdə 160,00 AZN, 11,00 AZN, xx.xx.2023-cü il tarixdə 10,00 AZN, xx.xx.2023-cü il tarixdə 10,00 AZN, 210,00 AZN, 110,00 AZN, 10,00 AZN, 100,00 AZN, xx.xx.2023-cü il tarixdə 10,00 AZN, 20,00 AZN, xx.xx.2023-cü il tarixdə 510,00 AZN, xx.xx.2023-cü il tarixdə 250,00 AZN, 20,00 AZN, xx.xx.2023-cü il tarixdə 20,00 AZN, 20,00 AZN, xx.xx.2023-cü il tarixdə 4,00 AZN, xx.xx.2023-cü il tarixdə 110,00 AZN, 50,00 AZN, xx.xx.2023-cü il tarixdə 10,00 AZN, xx.xx.2023-cü il tarixdə 10,00 AZN, xx.xx.2023-cü il tarixdə 50,00 AZN, xx.xx.2023cü il tarixdə 105,00 AZN, xx.xx.2023-cü il tarixdə 10,00 AZN, 150,00 AZN, xx.xx.2023-cü il tarixdə 170,00 AZN, xx.xx.2023-cü il tarixdə 10,00 AZN, 250,00 AZN, xx.xx.2023-cü il tarixdə 1 270,00 AZN, xx.xx.2023-cü il tarixdə 9,00 AZN, xx.xx.2023-cü il tarixdə 120,00 AZN, xx.xx.2023-cü il tarixdə 10,00 AZN, xx.xx.2023-cü il tarixdə 5,00 AZN, 2,00 AZN, 800,00 AZN, 200,00 AZN, xx.xx.2023-cü il tarixdə 15,00 AZN, xx.xx.2023-cü il tarixdə 10,00 AZN, xx.xx.2023-cü il tarixdə 15,00 AZN, 10,00 AZN, xx.xx.2023-cü il tarixdə 10,00 AZN, xx.xx.2023-cü il tarixdə 25,00 AZN, xx.xx.2023-cü il tarixdə 310,00 AZN, xx.xx.2023cü il tarixdə 100,00 AZN, 10,00 AZN, xx.xx.2023-cü il tarixdə 210,00 AZN, xx.xx.2023-cü il tarixdə 300,00 AZN, xx.xx.2023-cü il tarixdə 5,00 AZN, 5,00 AZN, xx.xx.2023-cü il tarixdə 60,00 AZN, xx.xx.2023-cü il tarixdə 10,00 AZN, xx.xx.2023-cü il tarixdə 50,00 AZN, xx.xx.2023-cü il tarixdə 10,00 AZN, 130,00 AZN, 2,00 AZN, xx.xx.2023-cü il tarixdə 10,00 AZN, xx.xx.2023-cü il tarixdə 10,00 AZN, xx.xx.2023-cü il tarixdə 100,00 AZN, xx.xx.2023cü il tarixdə 10,00 AZN, 25,00 AZN, xx.xx.2023-cü il tarixdə 10,00 AZN, 200,00 AZN, 50,00 AZN, xx.xx.2023-cü il tarixdə 150,00 AZN, 30,00 AZN, xx.xx.2023-cü il tarixdə 270,00 AZN, 270,00 AZN, 260,00 AZN, 30,00 AZN, 70,00 AZN, 10,00 AZN, xx.xx.2023-cü il tarixdə 500,00 AZN, xx.xx.2023-cü il tarixdə 10,00 AZN, xx.xx.2023-cü il tarixdə 30,00 AZN, xx.xx.2023-cü il tarixdə 10,00 AZN, 5,00 AZN, xx.xx.2023-cü il tarixdə 5,00 AZN, xx.xx.2023-cü il tarixdə 4,00 AZN pulun köçürülməsinə nail olub vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 70.000,47 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, İlkinlə çox gözəl münasibətləri olmuşdur. İlkin hər zaman ona dəstək olmuş, əl tutmuşdur. İlkindən borc pul da almışdır, evində də qalmışdır, verdiyi pullarla evinə çörək də almışdır. Bəzi məsələlərdə səhv etdiyini, yalan danışdığını qəbul edir. 2019-cu il mart ayının 1-də İlkinin ailəsinə, bacısına məxsus kirayə evə köçmüş, kirayə haqqı olaraq, aylıq 450 manata razılaşmışlar. Mənzil Azadlıq prospekti, mənzil 194/34 ünvanında yerləşmiş, üç otaqlı olmuşdur. Həmin mənzildə ailəsi ilə birlikdə yaşamışdır. Mart ayında evə köçmüş, avqust ayına qədər kirayə pulunu ödəmişdir. 6 ay müddətində İlkinin bacısının kartına kirayə pullarını yollamışdır. 2020-ci ilin sonlarında 850 manatı aparıb Qaraçuxurda məscidin yanında İlkinə vermişdir. Pulu olmadığı üçün 2 aylıq kirayə pulunu gecikdirmişdir, bu səbəbdən 850 manat vermişdir. Bir dəfə də ev üçün 1150 manat pul vermişdir. Bunlardan başqa, ev üçün heç bir ödəniş etməmişdir, çünki pandemiya düşdüyü üçün işə gedə bilməmişdir. Kirayə ev üçün, ümumilikdə, 4650 manat pul ödəmişdir. 2024-cü ilin yanvar ayının 4-də evdən çıxmışdır. 3 ilə yaxın bir müddətdə kirayə pulunu ödəməmişdir. İlkinin özünə də pulu olmadığını, pandemiya olduğu üçün işləmədiyini, lazım gəlsə, evdən çıxa biləcəyini demiş, amma İlkin heç bir zaman evdən çıxmağı ilə bağlı ifadə işlətməmişdir. İlkinin dediyi adresdə heç olmamışdır. Ondan heç bir məbləğdə pul almamışdır. Borcu sadəcə kartına atılan pullardan, bir də ki, kirayə evdə qaldığı müddətdə ödəmədiyi kirayə pullarından ibarət olmuşdur. Kartına atılan kiçik məbləğdə pullar İlkinin öz istəyi ilə evinə bazarlıq etməyi üçün yollanılmışdır. İlkinin ondan şikayət etmə səbəbi onu aldatmağı olmuşdur. Futbol klubunun açılması ilə əlaqədar İlkini aldadaraq 26.000 manat, 9.500 manat, 14.000 manat almamışdır. İlkindən aldığı pulların hamısını kartına yollanılmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, Şahid2la 3 yanvar 2024-cü ildə İlkinin ofisinin yaxınlığında görüşmüşdür. İlkinin ofisinə ona olan borcunu dəqiq hesablamaq, konkret məbləğ çıxartmaq üçün getmişdir. Ofisdə ilk başda İlkinlə o olmuşdur, sonradan İlkin ona ofisin yaxınlarında dostunun yaşadığını demiş, həmin dostunu da ofisə dəvət etmək barədə fikrini soruşmuşdur, o da etiraz etməmişdir. Bir müddət sonra İlkinin dostu, yəni Nazim gəlmişdir. O, İlkinlə borcunun nə qədər olduğunu hesablayanda Nazim İlkinə pulu dəqiq hesablamağını, nə bir manat az, nə bir manat çox olmasını bildirmişdir. İlkin Nazimə ona futbol klubu açmaq üçün 70.000 manat pul verdiyini, bunun 25.000 manatının beh pulu olduğunu demişdir. Ofisdə Nazimlə onun arasında heç bir pul söhbət olmamışdır. Ofisdə üçü söhbət edən zaman konkret məbləğdə pulun ona verilməsinə dair məsələ müzakirə edilməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Vüsal 2019-cu ildə onun bacısına məxsus evi kirayə götürmüş, ayda kirayə haqqı olaraq 420 manat pul ödəmişdir. Sonra pandemiya vaxtı Vüsal ondan pandemiya ilə əlaqədar iş yerində maaşını gecikdiklərini, bu səbəbdən evin kirayə haqqının ödənilməsində ona möhlət verməsini xahiş etmişdir, onun özü də kirayədə qalan bir şəxs kimi Vüsalın vəziyyətini başa düşmüşdür. Bu təxminən 5-6 ay davam etmişdir və o, Vüsalla tez-tez əlaqə saxlamışdır. Bir gün Vüsal gələrək tanışlarının müəyyən ödəniş müqabilində iş yerində yığılmış zəhmət haqlarının ödənilməsi üçün onlara kömək edə biləcəyini demişdir. O da Vüsala həmin vaxt ilk dəfə 300 manat pul vermişdir. Lakin sonra ondan soruşduqları vaxt Vüsal gah yuxarı rəhbərlikdən cavab gözlədiklərini, gah da başqa bəhanələr söyləyərək maaşının alınması ilə bağlı bir söz deməmişdir. Bir müddət sonra Vüsal yenə də yanına gələrək ona cəmi 200 manat pul vermişdir və həmin pulu ona iş yerindən dolana bilməsi üçün verdiklərini demişdir. Sonra Vüsal bir dəfə gəlib AFFA-nın baş katibi Elxan Məmmədovun yanında olduğunu, Elxan Məmmədovun ona mart ayında bütün maaşların veriləcəyini dediyini bildirmişdir. Burada söhbət artıq 2021-ci ilin mart ayından getmişdir. Həmin vaxta qədər o, Vüsala hələ ki, cəmi 300 manat pul vermişdir. Vüsal yaşadığı evin kirayə haqqını da ödəməmişdir. Mart ayından sonra Vüsal ona AFFAnın baş katibi X7 göndərildiyini, yəni vəzifəsini dəyişdiklərini, onun yerinə isə Sərxan adlı dostunun keçəcəyini, bundan sonra hər şeyin əla olacağını demişdir. Vüsal onların baş məşqçilərinin çıxarıldığını, onu baş məşqçi təyin etdiklərini, maaşının bundan sonra 2 dəfə qalxacağını, yəni 2.500 manatdan 4.200 manata yüksələcəyini bildirmişdir. Həmin dövrdə onun Vüsalla yaxın ünsiyyəti və dostluq münasibəti yaranmışdır, tez-tez görüşüb danışmışlar. Bir gün Vüsal ona məşqçisi olduğu komandanın əvvəlki məşqçisinin həmin komandanı pul verib almaq və AFFA-nın nəzdindən çıxarmaq istədiyini, əgər 30.000 manat pulu olsaydı, həmin klubu elə özünün ala biləcəyini demişdir. Belə ki, orada hər biri 150 manat pul ödəməklə 200 uşaq təlim keçmişdir. O da Vüsala özündə o qədər pul olmadığını demişdir. Sonra Vüsal yanına gələrək Sərxanın bir neçə məşqçi ilə dalaşdığından əsəbiləşdiyini və həmin klubu pul ödəmədən ona verdiyini, sonra isə bir dəfə Bayıl qəsəbəsində də daha bir futbol klubunun satıldığını demiş, onu bu işə pul ödəməyə, komanda almağa, klub açmağa həvəsləndirməyə başlamışdır. O da oturub hesablayanda qoyulan pulun bir neçə ay ərzində, uzağı 1 il ərzində geri qayıdacağını görmüşdür. Bundan sonra özündə olan pulu, o cümlədən tanışlarından borc götürdüyü pulları toplayaraq 26.000 manat, 9.500 manat və 14.000 manat olmaqla 3 dəfə böyük məbləğdə pulları Vüsala vermişdir. Lakin arada ödədiyi başqa məbləğlər də olmuşdur. Həmin pulları verərkən Vüsalla aralarında heç bir rəsmi sənəd tərtib etməmişlər, lakin bir başa görməsələr də, Vüsalla aralarındakı pul verilməsi məsələsindən xəbərdar olan şahidləri var imiş, o cümlədən bu işlərin üstü açılanda Vüsaldan xəbərsiz pulları ondan almasını etiraf etməsini videoya çəkmişdir və həmin videogörüntü də mövcuddur. O, Vüsalı yoxlanışlardan keçirmişdir, Vüsal da həmin yoxlanışlardan keçmişdir. Vüsala müəyyən sual verib cavabını alandan bir müddət sonra eyni sual verərkən Vüsal ona yenə də həmin cavabı vermişdir və beləcə Vüsalın düz danışdığına inanmışdır. Vüsal Sərxanın ona pulların qaytarılması ilə bağlı hansısa sənədə imza etdirmək istədiyini və orada rüsum ödənilməsi tələb olunduğunu bildirmişdir. Həmin rüsum adı ilə o, kartdan karta olmaqla Vüsala 900 manat, 1500 manat, 30 manat, 500 manat, 50 manat və sair başqa məbləğlər də ödəmişdir. Vüsala verdiyi pulların 80-90 faizi futbol klubunun əldə edilməsi ilə bağlı imiş, qalan məbləğdə pulları isə Vüsal ona zəng edib istəmişdir. Belə ki, işlərini həll etmək üçün harasa getməli olduqları zaman yağış yağan vaxtlarda Vüsal ayaqqabısı cırıldığından işin dalınca getməmişdir, bu səbəbdən ondan ayaqqabı almaq üçün 20 manat pul atmasını istəmişdir, o da işlərinin alınması üçün Vüsala 20 manat pulu atmışdır. Həmin pulları da verərkən Vüsalın onları qaytaracağı barədə razılaşmışlar. Hər dəfə danışarkən də Vüsal ona verilən pulları 10 dəfə çox olmaqla geri qaytaracağını demişdir. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirdi ki, Vüsal özünü futbol məşqçisi kimi təqdim etmişdir. Ona hərdən Vüsalın futbolla əlaqəsi olmadığına dair şübhələr gəlmişdir, amma Vüsal həmişə bu şübhələrini aradan qaldıracaq davranışlar etmişdir. Vüsal onların açacağı futbol klubu üçün meydança tapmışdır, amma sonradan həmin klubu aça bilməmişlər. Meydança da boş qalmasın deyə öz övladlarını, tanışlarının uşaqlarını oraya futbol öyrənmələri üçün gətirmişlər. Bu müddət ərzində o, Vüsalın uşaqlara necə məşq keçdiyinə, futbol öyrətdiyinə nəzər yetirmişdir. Vüsalın futboldan başı çıxdığını, yaxşı məşqçi olduğunu görmüşdür. AFFA-da Ramin adlı şəxsdən Vüsal barəsində soruşmuşdur. Ramin də ona xatırlamadığını, dəqiq araşdırdıqdan sonra məlumat verəcəyini bildirmişdir. Bundan sonra o, Vüsala onun barəsində Ramindən maraqlandığını demişdir, bu zaman Vüsal da ona Ramini tanıdığını demişdir, hətta AFFA-da hansı vəzifədə işlədiyinə qədər bildirmişdir. Eşitdiklərindən sonra Vüsala qarşı bütün şübhələri aradan qalxmışdır. Meydançanı 2-3 ay ərzində kirayəyə götürmüşlər. Vüsal klubun açılması üçün, sənədlər üçün mütəmadi şəkildə pul istəmişdir. Vüsal ona heç bir sənəd verməmişdir. Vüsala pulları nəğd şəkildə, həm də kart vasitəsilə vermişdir. Dekabr ayının sonunda Vüsalın onu aldatdığını dəqiq öyrənmişdir. Bəzi şübhələr yarandığı üçün araşdırmalar aparmağa başlamışdır. Dövlət məmuru Sərxan Hacıyevə zəng edərək Vüsalı tanıyıb-tanımadığını soruşmuş, o da tanımadığını demişdir. Sərxana onu Vüsalla danışdırmaq istədiyini deyərək onun özünə də tanımadığını deməsini xahiş etmişdir. Sərxan da deyəcəyini bildirmişdir. Vüsalın yanına gedərək Sərxanla əlaqə saxladığını, onu tanımadığını bildirdiyini demişdir. Bunu eşidən kimi, Vüsal ona Sərxana zəng etməsini, özünün danışacağını bildirmişdir. Sərxana zəng edən kimi Vüsal söhbət etməyə başlamış, yenə də yalanlarını davam etdirmişdir. Vüsala 3 dəfə nağd pul vermişdir, məbləğləri 26.000 manat, 9.500 manat, 14.000 manat olmuşdur. Birinci dəfə Vüsal ondan pul istəyəndə sorğusualsız pulu vermişdir. Vüsal onu yüksək gəlirlər əldə etməklə şirnikləndirmişdir, o da Vüsala inanmışdır, istədiyi pulları vermişdir. Borc pul alaraq Vüsala istədiyi pulları vermişdir. Pul qazanmaq istəyi onu Vüsala inanmağa, borc pul tapıb verməyə vadar etmişdir. Bakıxanov qəsəbəsində 4 il müddətində yaşamışdır. Vüsala ünvan 4 ünvanında yerləşən kirayə qaldığı evdə əvvəlcədən dediyi üç məbləğdə pul vermişdir. Pulları verdiyi vaxtlar 2021-ci ilin mart, avqust, noyabr aylarını əhatə etmişdir. Vüsal ondan pul vəsaitlərini mesaj yazaraq istəmişdir. Onun istifadəsində olan mobil telefon nömrəsi 070 ***-**-** olmuşdur. Vüsal tez-tez telefon nömrəsini dəyişmişdir, onunla yazışan zaman istifadə etdiyi mobil telefon nömrəsini xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, İlkinlə uzun müddət dostluq etmişdir. Onun ehtiyacı olan zaman İlkin pul vermiş, İlkinin ehtiyacı olanda da o, pul vermişdir. Hər dəfəsində də İlkin pulu geri qaytarmışdır, heç bir problem yaranmamışdır. Bir dəfəsində İlkin ona zəng edərək borc pul istədiyini demişdir, amma bu dəfə məbləğ çox yüksək olmuşdur, 9.500 manat istəmişdir. İlkinə bu pulu verə biləcəyini, ondan yana bir sıxıntı olmadığını izah etmişdir. İlkin bu pulu ondan futbol klubu açmaq üçün istədiyini demişdir. Düzü, ilk başlarda İlkin bunu deyəndə onun gülməyi gəlmişdir, çünki heç inandırıcı gəlməmişdir. Özü ticarətlə məşğul olmuşdur, dəfələrlə belə halla rastlaşmışdır, bu səbəbdən İlkinə səhv qərar verdiyini izah etmək istəmiş, amma incitməmək üçün sadəcə istədiyi məbləği verməklə kifayətlənmişdir. Vüsalı, təxminən, 4-5 dəfə görmüşdür, amma onların heç bir münasibəti olmamışdır. Sadəcə İlkinlə danışan zaman həmişə Vüsalla birlikdə olduğunu demişdir. İlkinə pulu verdikdən sonra xeyli vaxt keçmişdir, amma hələ də, pulu geri qaytarılmamışdır. İlkinə yazaraq pulunu geri qaytarmasını istəmişdir, özünün pula ehtiyacı olduğunu izah etmişdir. Bu zaman İlkin ona futbol klubu açmaq işinin alınmadığını, bütün pulları Vüsala verdiyini, ondan tələb etməli olduğunu demişdir. Vüsalla Tbilisi prospektinin yaxınlığında, İlkinin ofisinin yerləşdiyi ünvana yaxın yerdə görüşmüşdür. Görüşən zaman Vüsal pulun ona verildiyini etiraf etmişdir. O, Vüsala futbol klubu açmaq üçün verilən pulun 9.500 manat məbləğində olan hissəsinin özünə aid olduğunu demişdir. Vüsal da ona hal-hazırda əlində pul olmadığını, bir az vaxt istədiyini bildirmişdir. O, Vüsalı hələ tanımadığı üçün vaxt verməkdən imtina etmişdir. Bundan sonra Vüsal ona pulunu geri qaytarmaq üçün bir təklif irəli sürmüşdür. Vüsal ona futbol klubu açmaq üçün əlavə 10.000 manat da verməsini istəmişdir. Həmin futbol klubunu açdıqdan sonra da pulunu tam şəkildə geri qaytaracağını vəd etmişdir. Vüsaldan həmin futbol klubu açıldığı halda kimin idarə edəcəyini, necə pul qazanılacağını soruşmuşdur. Onun da futbolla bağlı anlayışı olmadığı üçün klubu idarə edə bilməyəcəyini demişdir. Vüsal da ona futbol klubunu özünün idarə edəcəyini demişdir. Vüsalla bu söhbətdən sonra sağollaşıb evinə gəlmişdir. Evə gələn kimi də İlkinə zəng edərək Vüsalın ona pulu geri qaytarmaq fikrinin olmadığını demişdir. İlkindən pulunu tez bir zamanda geri qaytarmasını xahiş etmişdir, çünki o həmin pulu Vüsala deyil, İlkinə vermişdir, bu səbəbdən, ondan tələb etməli olmuşdur. İlkin də borc pul alaraq onun pulunu tam şəkildə geri qaytarmışdır. Pul ilə bağlı hal-hazırda heç bir şikayəti yoxdur. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 bildirdi ki, İlkinə pulu 3-4 il əvvəl vermişdir. Vüsalla 2024-cü ilin yanvar ayında görüşmüşdür. Ofisdə Vüsalın yanında İlkin ona 9.500 manatı Vüsaldan almalı olduğunu, pulun onda olduğunu demişdir. Ofisdə Vüsala verdiyi pulu geri almağın yollarını bildiyini demişdir, amma bu pulu ona vermədiyini, İlkinə verdiyini bildirmişdir. Vüsala pul vermiş olsaydı, bütün hüquqi üsullarla pulunu geri ala biləcəyini demişdir. İlkin Vüsalın yanında 9.500 manatın Vüsalda olduğunu demişdir. Vüsal bir dəfə də olsun, İlkinin yanında ona həmin məbləğdə pul verilmədiyini deməmişdir, dediyi halda sakitcə ofisdən çıxıb gedəcəkdi. Bütün pulunu İlkindən geri almışdır, Vüsaldan heç bir alacağı yox imiş. İbtidai istintaq zamanı verdiyi ifadəsini də təsdiq edir. 9.500 manatı İlkinə vermək üçün harada görüşdüyünü xatırlamır, 4 il bundan əvvəl baş vermiş hadisə olmuşdur. Vüsalla üzbəüz şəkildə görüşmüşdür. Görüş zamanı İlkin Vüsalı futbol məşqçisi kimi təqdim etmişdir. İlkinlə və Vüsalla söhbət etmişdir, onları dinləmişdir. Vüsal 10.000 manat məbləğlə futbol klubu açmağı təklif etmişdir. O, çox güvənmədiyi işlərə daxil olmadığı üçün Vüsaldan 10.000 manat pul hazır edib açdıqları futbol klubunu idarə etmək üçün müəyyən ləvazimatların, əşyaların olub-olmadığını soruşmuşdur. Vüsal da həmin ləvazimatların olmadığını bildirmişdir. Bundan sonra da onların söhbəti bitmişdir, o, oradan uzaqlaşmışdır. İlkindən məsələnin nə olduğunu soruşmuş, hətta onlar söhbət etməzdən öncə də İlkinə bu işin ağlına batmadığını demişdir. Birinci dəfə İlkin ondan borc pul istəyəndə də ona bu işin alınmayacağını bildirmişdir, Vüsalı da onda heç tanımadığı üçün lap şübhəli yanaşmışdır. Lakin İlkin yanına gələrək elə inamlı şəkildə bu işin alınacağını demiş, o da İlkinə güvənib pulu vermişdir. Bir müddət sonra İlkin yanına gəlib şübhələrində yanılmadığını, məsələnin bu cür alındığını demişdir. Eşitdiklərindən sonra İlkinə pulunu geri qaytarmasını bildirmişdir. Vüsalla İlkin futbol klubunu Bakı şəhərində qurmağı planlamışdır. Bakı şəhərinin hansı hissəsində quracaqları barədə danışmamışlar. Vüsal İlkinin ona pul verdiyini heç vaxt təkzib etməmişdir. Onlar bu məsələlərdən sonra bir yerdə görüşmüş, söhbət etmiş, İlkin onun pulunu Vüsala futbol klubunun açılması üçün verdiyini, lakin alınmadığını demişdir, Vüsal da etiraz etmədən başını aşağı salmışdır. O, İlkinlə Vüsaldan pulunu necə geri qaytaracaqlarını soruşmuş, onlar da işi yenidən qurub pulu o şəkildə geri qaytaracaqlarını demişlər. İlkinin dediyinə görə, Vüsal ona 100.000 manata yaxın pul vermişdir. İlkinin Vüsala vermək üçün 100.000 manat pulu olmamışdır. Ondan da borc almışdır, başqa tanışlarından da borc almışdır, o şəkildə Vüsala həmin pulu vermişdir. Onun tanışlarından, yaxınlarından İlkinə borc verənlər olmamışdır. Bunlardan əlavə kiçik məbləğlərdə də İlkinə pullar vermişdir. İlkin kiçik məbləğlərdə aldığı pulları vaxtında qaytarmışdır, lakin böyük məbləğdə verdiyi pulun geri qaytarılmasında bir az çətinlik çəkmiş, ən sonda tam şəkildə ödəmişdir. O bu pulları İlkinə dediyi futbol klubunun açılması üçün vermişdir. Bugünki gündə İlkinin ona heç bir məbləğdə borcu yoxdur, onun da İlkinə qarşı heç bir tələbi yoxdur. İlkin ondan aldığı bütün pulları geri qaytarmışdır. İlkin ondan əvvəlcə təxminən 20.000-30.000 manat məbləğində pul istəmişdir, onun həmin pulu verməyə imkanı olmadığı üçün 9.500 manat vermişdir. Bunlardan əlavə də kiçik məbləğlərdə pullar da göndərmişdir. Bütün verdiyi pulların hamısı İlkin tərəfindən geri qaytarılmışdır. O, Vüsalla iki dəfə Qaraçuxur Məscidində görüşmüşdür, bir dəfə də Vüsal İlkinin evinin önündən söhbət edə-edə küçədən keçən zaman görüşmüşdür. Vüsalla görüşən zaman İlkinə verdiyi pulların ona çatıb-çatmadığını soruşmamışdır, çünki İlkin həmin pulları ondan alan zaman sadəcə Vüsalla iş qurduğunu demişdir, pulları gətirib Vüsala təhvil verəcəyini bildirməmişdir. Ofisdə söhbət edən zaman konkret məbləğin ona verilməsinə dair məsələ müzakirə edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Vüsalla İlkinin vasitəçiliyi ilə tanış olmuşdur. İlkin onun dostu olmuşdur. İlkinlə ortaq dostları sayəsində tanış olmuşlar. 2021-ci ilin oktyabr-noyabr aylarında İlkin ona zəng edərək futbol klubu açmaq istədiyini demiş, bununla bağlı da ona 14.000 manat pul verməsini xahiş etmişdir. Onun İlkinlə arasında dəfələrlə pul söhbəti olmuş, yəni onun ehtiyacı olanda İlkin ona pul vermiş, İlkinin də ehtiyacı olanda o, pul vermişdir. İlkinlə razılaşmışdır, bir qədər sonra İlkin ona zəng edərək harada olduğunu soruşmuş, o da İlkinə şəhərdə olduğunu demişdir. İlkin ona Vüsal adlı şəxsin zəng edəcəyini, yanına gələcəyini, pulu ona verməli olduğunu demişdir. İlkinə hal-hazırda yanında 14.000 manat məbləğində pul olmadığını izah etmişdir. Bundan sonra Vüsalla 28 May metrostansiyasının yaxınlığında, Dövlət Neft və Sənaye Universitetinin yanında görüşüb pulu ona vermişdir. 14.000 manatı Vüsala verdikdən sonra qəbz almamışdır. O bu pulu dostu İlkinə yollamışdır, Vüsal sadəcə pulu İlkinə təhvil verməli olan şəxs olmuşdur. Bu hadisələrdən sonra İlkin ona verilmiş olduğu puldan 5.000 manatı geri qaytarmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, İlkinə pulu futbol klubu açması üçün borc olaraq vermişdir. İlkin ona futbol klubu açacağına dair heç bir sənəd göstərməmişdir, o, sadəcə dostu borc pul istədiyi üçün güvənib vermişdir. Sonradan vermiş olduğu pulun Vüsala çatdığını eşitmişdir. O, pulu İlkinə Vüsalın vasitəçiliyi ilə vermişdir. 14.000 manatı əlbəəl şəkildə Vüsala vermişdir, Vüsal da İlkinə aparmalı imiş. 14.000 manat pulu İlkinə vermişdir, ondan da tələb etmişdir. Pulu Vüsala sadəcə İlkinə çatdırmağı üçün vermişdir. İlkin ona sonradan futbol klubu açmaq işinin alınmadığını demişdir, verdiyi puldan da 5.000 manatını geri qaytarmışdır, geri qalan hissəsini də az-az qaytarırmış. Vüsalın ona verdiyi 14.000 manat pulu İlkinə təhvil verib-vermədiyi barədə məlumatı olmamışdır. İlkini 7-8 ilə yaxın müddətdə tanımışdır. Hadisə zamanı onun istifadəsində ***-***-**-** nömrəsi olmuşdur. İlkin ona borc pul istəmək üçün zəng etdikdən 4-5 gün sonra 14.000 manatı Vüsala təhvil vermişdir. Vüsala pulu 28 May metrostansiyası yaxınlığında vermişdir. Vüsalla 4-5 dəfə 28 May metrostansiyası yaxınlığında görüşmüşdür. Vüsal ondan arada 100-200 manat məbləğlərində pul istəmişdir, o da yollamışdır. İfadələri arasında ziddiyyətlər yarandığı üçün Şahid1 ibtidai istintaqa verdiyi ifadəsi tərəflərin razılığı ilə məhkəmədə elan olunaqla tədqiq edilmişdir. Həmin ifadəsində Şahid1 göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, onunla dostluq münasibətləri vardır. 2021-ci ilin təxminən noyabr ayının sonunda İlkin ondan 13.000 mşnat borc pul istəmişdir. Pulu olduğundan İlkinə həmin məbləği borc verə biləcəyini bildirmişdir. İlkinlə söhbət əsnasında sonuncu bildirmişdir ki, Vüsal adlı tanışı vardır, Azərbaycan Futbol Federasiyasında məşqçi işləyir, onun evində kirayədə yaşayır, münasibətləri yaxşıdır, bir il evin kirayə pulunu tam ödəmiş, bir müddətdir ki, əmək haqqı ala bilmədiyindən pul ödəyə bilmir və İlkinə təklif etmişdir ki, futbol klubu yaratmaq istəyir, onunla birlikdə işləmək istəyir, futbol klubu yaradarlarsa yaxşı qazanc əldə edə bilərlər. İlkin ona bu barədə söhbət etdikdə İlkinə bildirmişdir ki, həmin şəxs onun etibarından sui-istifadə edib aldada bilər, ona görə də ehtiyatlı olsun. İlkin isə Vüsala inamının tam olduğunu bildirmişdir. İlkinin fikrinin qəti olduğunu görüb ona 13.000 manat borc pul vermişdir. Bir dəfə İlkindən verdiyi borcu qaytara biləcəyi barədə soruşmuş, İlkin bildirmişdir ki, ona borca verdiyi 13.000 manat pulla birlikdə külli miqdarda pulu həm nağd şəkildə, həm kartdan karta köçürmə yolu ilə Vüsala vermiş, sonuncu klub yaratmaq adı ilə həmin pulları almış, lakin dediyinə əməl etməmişdir. Başa düşmüşdür ki, Vüsal adlı şəxs İlkinin pullarını ələ keçirmişdir. Ona görə də ilkinə borcunu nə vaxt pulu olarsa qaytara biləcəyini demişdir. Sonradan İlkin özü ona bildirmişdir ki, Vüsala nağd şəkildə və kart vasitəsilə ümumilikdə 70.000 manat pul vermiş, sonuncu klub yaratmaq və klubun xərclərini qarşılamaq adı ilə həmin pulları dələduzluq edərək ələ keçirmiş və indiyə kimi qaytarmamışdır. Vüsalın ələ keçirdiyi pullardan 13.000 manatı ona məxsus olsa da, ona heç bir maddi ziyan dəyməmiş, çünki 13.000 manat məbləğində pulu İlkinə borc kimi vermiş, pulu olan zaman qaytara biləcəyini bildirmişdir. Hazırda İlkin ona olan borcundan müəyyən bir hissəsini qaytarmışdır. Zərərçəkmiş şəxs qarşı heç bir iddiası və tələbi yoxdur (cild 1, iş vərəqi 94-96). İfadəsi elan edildikdən sonra verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, dindirmə protokolundakı imzalar və yazılar ona məxsusdur. İbtidai istintaqa yalan ifadə verməmişdir, sadəcə olaraq ibtidai istintaq zamanı dindiriləndə çox həyəcanlı olduğu üçün pul məbləğini səhv demişdir. Məhkəmədə verdiyi ifadəni təsdiq edir. Şahid1 məhkəmədə verdiyi ifadəsinə münasibət bildirən Zərərçəkmiş şəxs göstərdi ki, Şahid1 öz ifadəsində onun göstərişi ilə Vüsala pul verdiyini demişdir. Şahid1 həmin ifadəsi yalandır, belə hal baş verməmişdir. Rəşadın belə ifadə verməsinin səbəbi çox stressli və həyəcanlı olmasıdır. Əslində, bir neçə dəfə o, Rəşaddan bəzi şəxslərə 100 manat, 200 manat məbləğlərində pullar çatdırmasını xahiş etmişdir, sonradan həmin pulları o, Rəşadın kartına yollamışdır. Rəşad da məhkəmə iclasında bunu bildirdikdə stressdən Vüsala 14.000 manat pul verdiyini demişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - vətəndaş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, tanışı xx.xx.1988-ci ildə Naxçıvan MR, Ordubar rayonunda anadan olmuş, Təqsirləndirilən şəxs (***-***-**-**, vatsap-***-***-**-**) etibardan sui-istifadə edərək futbol klubu açıb birgə iş görüb qazanc əldə edəcəkləri adı ilə 2021-ci ildən 2024-cü ilin dekabr ayınadək olan müddət ərzində hissə olmaqla 90.000 manat pulunu alaraq verdiyi vədə əməl etməmişdir. Vüsal barədə qanuni tədbir görülməsini və dəymiş ziyanın ödənilməsində köməklik edilməsini xahiş edir (cild 1, iş vərəqi 3). - hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında hadisə yerinə baxış keçirilən zaman məlum olmuşdur ki, hadisə yeri ünvan 3 ünvanındadır. Mənzil iki otaq, bir dəhliz, bir mətbəxdən ibarətdir (cild 1, iş vərəqi 7-8). - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 39). - cinayət işinin materiallarında olan qəbzlərdən görünür ki, 416973******2886 nömrəli kart hesabından 416973******4255 nömrəli kart hesabına xx.xx.2023-cü il tarixdə, saat 07:59-da 325 manat, 11:30-da 300 manat,12:56-da 200 manat, xx.xx.2023-cü il tarixdə 570 manat, 416973******1742 nömrəli kart hesabından 416973******4255 nömrəli kart hesabına xx.xx.2023-cü il tarixdə 510 manat, xx.xx.2023-cü il tarixdə 800 manat, xx.xx.2023-cü il tarixdə, saat 10:44-də 310 manat, 10:46-da 310 manat, xx.xx.2023-cü il tarixdə, 500 manat pul köçürülmüşdür (cild 1, iş vərəqi 49-59). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 60-61). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 9416 nömrəli məktubundan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (cild 1, iş vərəqi 148). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 155-156). - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 2024/111/20667 nömrəli məktubundan görünür ki, qərarda qeyd olunan dövr üzrə sorğu olunan köçürmə əməliyyatlarına dair plastik kart hesablarından çıxarışlar təqdim olunmuşdur. Çıxarışlardan görünür ki, Zərərçəkmiş şəxs özünə aid 416973******2886 və 416973******1742 nömrəli bank kartlarından xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixədək Təqsirləndirilən şəxs adına olan 416973******4255 nömrəli bank kartına fasilələrlə müxtəlif məbləğlərdə - cəmi 21.480,47 manat pul göndərmişdir (cild 1, iş vərəqi 168-176). - xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs ifadəsini bir daha təsdiq edərək qarşısında əyləşən Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir ki, Vüsal onun ailəsinə məxsus Bakı şəhəri, 8-ci mikrorayon, Azadlıq prospektindəki evdə 5 il müddətinə kirayədə qalmışdır. Vüsal bu müddət ərzində özünü çox inamlı göstərmiş, bir il aylıq kirayə pulunu ödəmişdir. Sonradan Vüsal getdikcə kirayə pullarını gecikdirməyə və getdikcə heç ödəməməyə başlamışdır. Bu məqsədlə Vüsalla tez-tez əlaqə saxlamağa başlamış, Vüsal Azərbaycan Futbol Federasiyasında məşqçi işlədiyini, lakin aylıq məvacibini ala bilmədiyi üçün kirayənin də pulunu verə bilmədiyini demişdir. Bu minvalla Vüsalın 4 ildən artıq kirayə pulunu vermədiyini görüb 2024-cü ilin yanvar ayının əvvəllərində Vüsalı evindən çıxartmışdır. 2021-ci ildə Vüsal ona bildirmişdir ki, futbol klubu açmaq olar, 200 nəfərə yaxın uşaqlar olan klub açarsa, yaxşı gəlir əldə edəcəklər və ona bu işdə onunla birlikdə işləməyi təklif etmişdir. O da Vüsalın təklifinin ağlabatan olduğunu düşünüb sonuncu ilə razılaşmışdır. Vüsalın klub açmaq işi barədə danışıqları çox inamlı olmuş və yüksək vəzifədə işləyən şəxslərin də adlarından istifadə etdiyi üçün düşünməmişdir ki, Vüsal yalan danışar. Odur ki, 2021-ci ildən Vüsal futbol klubu açıb gəlir əldə edəcəkləri adı ilə ondan pullar almağa başlamış, Vüsal ona əvvəl həmin işə başlamaq üçün 50.000 manat pul lazım olduğunu bildirmişdir. O, Vüsala həmin məbləğdə pulu olmadığını bildirmişdir. Təxminən 26.000 manat pul yığmış və həmin məbləğdə pulu olmuşdur. Vüsala bildirmişdir ki, onun 26.000 manat pulu var, əgər işə başlamaq olarsa ona verə bilər. Vüsal ona razılıq bildirmiş və o, 2021-ci ilin mart ayında dəqiq xatırlamadığı tarixdə sonuncuya yaşadığı ünvanda 26.000 manat pulu ikilikdə olan zaman vermişdir. Bir müddət sonra Vüsal ona yenə pul lazım olduğunu bildirmiş, lakin onun pulu olmadığından, həm də Vüsala 26.000 manat pulu verdiyi üçün işi yarıda saxlamamaq üçün tanışı Şahid2 borc olaraq 24.000 manat pul istəmişdir. Nazim adlı tanışına Təqsirləndirilən şəxs futbol klubu açmaq və futbolçular cəlb etmək təklifini, yaxşı qazanc əldə edə biləcəklərini bildirməsini dedikdə Nazim Vüsala inanmamağını bildirmişdir. Lakin, o, Vüsala inandığından, Vüsalın Azərbaycanın futbol sahəsində məlumatlı olduğunu düşündüyü üçün ona həmin pulları verməkdə tərəddüd etməmişdir. Nazim adlı tanışı ona 9.500 manat borca pul verə biləcəyini bildirmiş və o, həmin pulu borca aldıqdan sonra 2021-ci ilin səhv etmirsə avqust ayında yenə də yaşadığı ünvanda Vüsalla görüşüb 9.500 manat pulu ona əlbəəl ikilikdə vermişdir. Lakin, Vüsalın dediyi məbləğ, yəni 24.000 manat düzəlmədiyi üçün digər tanışı Şahid1 borc üçün müraciət etmişdir. Rəşad adlı tanışına da Vüsalla futbol klubu açmaq istədiyini bildirdikdə sonuncu da ona ehtiyatlı olmağını, Vüsala inanmamağını demişdir. Lakin, Vüsalın dürüstülüyünə inandığını, onu aldatmadığını bildirmişdir. Rəşad adlı tanışından 13.000 manat pul aldıqdan sonra Vüsalla 2021-ci ilin noyabr ayında yaşadığı ünvanda görüşmüş və həmin pulu ona əlbəəl vermişdir. Həmin vaxt yanlarında heç kəs olmamışdır. 2022-ci ilin mart ayının təxminən əvvəllərində Vüsal ona bildirmişdir ki, AFFA-nın katibi X10 gedəcək, yerinə isə daha da yaxın əlaqəsi olan Sərxan Hacıyev adlı şəxs keçəcəkdir. Guya bundan sonra işləri daha da yaxşı gedəcək və klubun açılması tezləşdiriləcəkdir. Yenə Vüsala inanmış və sosial şəbəkələr vasitəsilə maraqlanan zaman məlum olmuşdur ki, həqiqətən də xx.xx.2022-ci ildə Vüsalın dediyi kimi X10 getmiş, yerinə isə həqiqətən də Sərxan Hacıyev təyin edilmişdir. Bundan sonra Vüsala olan inamı daha da artmışdır. Vüsal getdikcə AFFA-da olan məlumatları ona qabaqcadan deməklə və sonradan dediyi hadisələrin reallaşdığını gördükcə Vüsala daha da inandığı üçün hər dəfə bu adla ondan pullar istədikdə, o, pullar vermişdir. Qeyd edilən pullardan əlavə 2022-ci ilin avqust ayından 2023-cü ilin dekabr ayınadək olan müddətdə Vüsala təxminən 20-25 min manat arası məbləğdə pulları onun istifadəsində olan 4269 7388 2135 4689 və 4169 7387 0126 4255 nömrəli kartlara öz istifadəsində olan 4169 7385 2133 2886 və 4169 7388 4520 1742 nömrəli kartlardan göndərmişdir. Həmin pulların böyük bir hissəsini yaşadığı Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsi, ev 28, mənzil 12 ünvanında olan zaman göndərmiş, bir qismini xatırlamadığı yerlərdə olan zaman göndərmişdir. Lakin, sonuncu dəfə Vüsala yaşadığı Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsi, ev 28, mənzil 12 ünvanında olduğu zaman özünə məxsus 4169 7388 4520 1742 nömrəli kartından Vüsalın istifadəsində olan 4169 7387 0126 4255 nömrəli kartına səhv etmirsə 2023-cü ilin dekabr ayının sonunda 4 manat pul göndərmişdir. Həmin pulu da belə xatırlayır ki, Vüsal ona klubun hansısa kiçik xərcini qarşılamaq üçün pulu çatmadığını bildirib ondan istəmiş, o da Vüsala həmişəki kimi inandığı üçün həmin 4 manat pulu ona göndərmişdir. Vüsala bir neçə dəfə kiçik məbləğlərdə pullar göndərmiş, həmin pulları da Vüsal ona futbol klubunun təsərrüfat xərclərini qarşılamaq üçün vacib olduğunu bildirib bu adla almışdır. Ümumilikdə qeyd etdiyi müddət ərzində klub açmaq adı ilə Vüsala 70.000 (yetmiş min) manat pul vermişdir. Vüsal həmçinin ona bildirmişdir ki, Sərxan Hacıyev AFFA-nın katibi təyin edildiyi üçün özünün də vəzifəsi qalxmış, məşqçi kimi fəaliyyətini baş məşqçi olmaqla davam etdirməyə başlamış, yəni 2.000 manata yaxın əmək haqqı aldığı halda, əmək haqqı 4.250 manat olmuşdur. Nəhayət 2023-cü ilin dekabr ayına kimi gözləmiş, Vüsalla hər dəfə əlaqə saxladıqda, iş barədə maraqlandıqda, hər dəfə bir bəhanə gətirdiyini görüb 2024-cü ilin yanvar ayının əvvəllərində evindən çıxartmışdır. Verdiyi pulların və 20.000 manat 4 illik vermədiyi kirayə pulunu tələb edəndə hər dəfə müxtəlif bəhanələr gətirdiyini görüb aldanıldığını başa düşüb bu barədə polisə məlumat vermişdir. Vüsal adlı şəxsin barəsində qanuni tədbir görülməsini və pullarının alınıb qaytarılmasında köməklik edilməsini xahiş etmişdir. Vüsal adlı şəxsə 2021-ci ilin mart ayından 2023-cü ilin dekabr ayınadak futbol klubu açıb işlədib qazanc əldə edəcəkləri adı ilə hissə-hissə olmaqla təxminən 70.000 manat pul vermiş, bundan başqa Vüsal onun ailəsinə məxsus olan, lakin onun nəzarətində olan Bakı şəhəri, 8-ci mikrorayon, Azadlıq prospektindəki evdə qaldığı 5 il müddətində ödəmədiyi 4 illik kirayə puluna görə isə 20.000 manat borcu yaranmışdır. Buna görə Vüsal adlı şəxs ona 90.000 manatlıq maddi ziyan vurmuşdur. Qeyd etdiyi pul vəsaitlərinin bir qismini Vüsala yaşadığı ünvan 3 ünvanında nağd şəkildə hissə-hissə yuxarıda qeyd etdiyi kimi üç dəfəyə vermiş, pulun bir qismini isə, yəni təxminən 20-25 min manatını ona məxsus 4169 7385 2133 2886 və 4169 7388 4520 1742 4520 1742 nömrəli "xxxx" ASC-nə məxsus plastik bank kartlarından Vüsala məxsus 4169 7388 2135 4689 və 4169 7387 0126 4255 nömrəli "xxxx" ASC-nə məxsus plastik bank kartlarına göndərmişdir. Sonuncu dəfə Vüsala Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsi, ev 28, mənzil 12 ünvanında olduğu zaman özünə məxsus yuxarıda qeyd etdiyi bank kartından onun qeyd edilən bank kartına səhv etmirsə 2023-cü ilin dekabr ayının sonunda 4 manat pul göndərmiş, həmin pulu da belə xatırlayır ki, Vüsal ona pulu olmadığını, klubun hansısa kiçik xərcini qarşılamaq üçün pulu çatmadığını bildirib ondan istəmiş, o da Vüsala həmişəki kimi inandığı üçün həmin pulu ona göndərmişdir. Vüsala bir neçə dəfə kiçik məbləğlərdə pullar göndərmiş, həmin pulları da Vüsal ona futbol klubunun təsərrüfat xərclərini qarşılamaq üçün vacib olduğunu bildirib bu adla almışdır. Vüsala verdiyi pulların bir qismi özünə məxsusdur, bir qismini isə Nazim və Rəşad adlı tanışlarından borc alıb vermişdir. Qeyd etdiyi kimi, Vüsala verdiyi nağd pul vəsaitindən təxminən 26.000 manatını özü yığımış, qalan pulların isə bir qismini, yəni 9.500 manatını Nazim adlı tanışından, 13.000 manatını isə Rəşad adlı tanışından borc kimi almışdır. Ona məxsus 4169 7385 2133 2886 saylı “Birkart Umico” plastik bank kartı və 4169 7388 4520 1742 saylı “X13” plastik bank kartından Təqsirləndirilən şəxs məxsus 4169 7387 0126 4255 və 4169 7388 2135 4689 saylı "xxxx" ASC-yə aid plastik bank kartlarına pul köçürmələrini əks etdirən çıxarışlarda əks olunan pul vəsaitləri ona məxsus yuxarıda qeyd edilən bank kartlarından Təqsirləndirilən şəxs məxsus "xxxx"a aid yuxarıda qeyd edilən plastik bank kartlarına göndərilmiş və həmin pulları Təqsirləndirilən şəxs ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Çıxarışlarda əks olunan kiçik məbləğlərdə pul vəsaitlərini Vüsal ondan güya futbol klubunun təsərrüfat xərclərini qarşılamaq üçün vacib olduğunu bildirib almışdır. Həmin pulları hər dəfə onun qeyd edilən bank kartlarına göndərmişdir. Çıxarışlarda əks edilən orta və böyük məbləğlərdə pul vəsaitlərini isə Vüsal güya futbol klubunun və futbolçuların formaları, geyim dəstləri, onların qidalanması, güya dəyəri yüksək olan üst keyfiyyətli əzələ qidalandırıcı vasitələrlə təmin etmək üçün vacibliyini bildirib ondan almışdır, Vüsala inandığı üçün, etibarını qazandığı üçün həmin pulları ona heç bir etiraz etmədən göndərmişdir. Qeyd edilən köçürülmüş pullardan əlavə Vüsala 48.520,00 manat pul vəsaitini hissə-hissə olmaqla 2021-ci ilin mart ayından həmin ilin noyabr ayınadək olan müddətdə üç dəfəyə, ilk dəfə 26.000 manat, sonradan 9.500 manat daha sonra 13.000 manat olmaqla nağd şəkildə vermişdir. Həmin pulları da Vüsal ondan güya sözügedən futbol klubunu təsis edəcəyini vəd verib aldadaraq ondan almışdır. Çıxarışlarda olan məbləği mübahisələndirmir. Çıxarışlarda qeyd edilən 21.480,47 manat pul vəsaiti onun tərəfindən Vüsalın yuxarıda qeyd olunan bank kartlarına köçürülmüşdür. Təqsirləndirilən şəxs bildirdi ki, İlkindən alınmış məbləğ çox göstərilmişdir. Onun hesablamalarına görə İlkindən futbol klubu yaratmaq adı ilə aldadaraq 50-55 min manatı pul almağını xatırlayır. Bundan əlavə təxminən 22.000 manat da İlkinin evində qaldığı müddətdə vermədiyi puldur. Belə ki, İlkinin ailəsinə məxsus Binəqədi rayonu ərazisindəki “Azadlıq” metrosunun yaxınlığındakı evində beş il kirayədə yaşamış, bir ilin aylıq kirayə pulunu vaxtı-vaxtında ödəmiş, qalan 4 ilin pulunu isə maddi imkansızlığı səbəbindən ödəyə bilməmişdir. Bu barədə də İlkinin özündən də vaxt istəmiş, İlkin də ona özü vaxt vermişdir. Heç vaxt Azərbaycan Futbol Federasiyasında işləməmiş, lakin bu barədə İlkinə yalandan Azərbaycan Futbol Federasiyasında işlədiyini demiş, İlkin onu 2024-cü ilin yanvar ayından evindən çıxarmışdır, İlkinə evinə görə 22.000 manata yaxın kirayə haqqından pul borcu olmuşdur, İlkinə olan borcu ödəmək üçün belə bir təklif etmişdir ki, birlikdə bir futbol klubu açsınlar, işlətsinlər və həm gəlir əldə etsinlər, həm də İlkinə olan borcu qaytarsın. Bu minvalla İlkindən hissə-hissə olmaqla 2023-cü ilin dekabr ayında 50- 55 min manat pul almışdır. Lakin, aldığı pulların müqabilində klub açmaqla bağlı heç yerə müraciət etməmişdir. Məqsədi İlkindən aldığı pulları şəxsi ehtiyaclarına xərcləmək olmuşdur. Futbolla bağlı heç bir iclasda iştirak etməmiş, sadəcə olaraq AFFA-da olan məlumatları internet və qəzetlərdən oxuyub bu barədə İlkinə demiş, İlkindən aldığı pulların çoxunu əlbəəl, bir hissəsini isə ona məxsus **********354689 və **********264255 nömrəli kartlara göndərmişdir. İlkindən bu adla 50-55 min manat pul almış, kirayə puluna görə isə 22.000 manata yaxın borcu qalmışdır. Həmin borcunu 2024-cü ilin mart ayının 10-15 tarixinədək tamamilə ödəyəcəyinə söz vermişdir. Sərxan adı ilə İlkindən heç vaxt pul almamış, Sərxanı heç tanımır, maaş barədə isə heç bir söz deməmişdir. İlkindən pulları yalandan klub açacağını desə də, heç kəsin adını hallandırmamış, aldığı pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir (cild 1, iş vərəqi 186-190). - təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan yeni məzmunda yenidən ittiham elan edilmişdir (cild 1, iş vərəqi 191-194). Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, onlara sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şəxslərə suallar vermiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində Zərərçəkmiş şəxs əlbəəl ümumiyyətlə pul almadığını, Zərərçəkmiş şəxs pulu verdiyini dediyi ünvanda heç vaxt olmadığını, İlkindən sadəcə borca pul aldığını, həmin borc məbləğlərini İlkinin onun kartına göndərdiyini, kartına atılan kiçik məbləğlərdə pulların İlkinin öz istəyi ilə evinə bazarlıq etməyi üçün yollanıldığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi həmin ifadələrinə tənqidi yanaşır, hesab edir ki, təqsirləndirilən şəxsin həmin ifadələri müdafiə məqsədilə verilmişdir, bu ifadələri təsdiq edəcək hər hansı sübut müdafiə tərəfindən məhkəməyə təqdim edilməmişdir. Əksinə, təqsirləndirilən şəxsin qeyd edilən iddiaları məhkəmədə araşdırılmış sübutlarla təkzib edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı və məhkəməyə verdiyi ifadələrində Təqsirləndirilən şəxs futbol klubu təsis etmək adı ilə onu aldadaraq xeyli müddət ərzində fasilələrlə ondan müxtəlif məbləğlərdə pul almasını, qeyd edilən məqsədlə həmin pullardan 2021-ci ilin mart ayından həmin ilin noyabr ayınadək olan müddətdə Vüsala üç dəfəyə, ilk dəfə 26.000 manat, sonradan 9.500 manat, daha sonra 13.000 manat olmaqla nağd şəkildə verdiyini, qalan 21.480,47 manat pul vəsaitinin onun tərəfindən Vüsalın kartına köçürüldüyünü, bank çıxarışlarında əks olunan kiçik məbləğlərdə pul vəsaitlərini Vüsalın ondan güya futbol klubunun təsərrüfat xərclərini qarşılamaq üçün vacib olduğunu bildirib aldığını, çıxarışlarda əks edilən orta və böyük məbləğlərdə pul vəsaitlərini isə Vüsalın güya futbol klubunun və futbolçuların formaları, geyim dəstləri, onların qidalanması, güya dəyəri yüksək olan üst keyfiyyətli əzələ qidalandırıcı vasitələrlə təmin etmək üçün vacibliyini bildirib ondan aldığını, Vüsala inandığı üçün, etibarını qazandığı üçün həmin pulları heç bir etiraz etmədən göndərdiyini bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə protokolundan da görünür ki, üzləşmə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs futbol klubu yaratmaq adı ilə aldadaraq 50-55 min manat pul almağını etiraf etmiş, birlikdə bir futbol klubu açmalarını, işlətmələrini, həm gəlir əldə edəcəklərini, həm də İlkinə olan borcu qaytaracağını İlkinə bildirmiş, bu minvalla İlkindən hissə-hissə olmaqla 50-55 min manat pul aldığını, lakin, aldığı pulların müqabilində klub açmaqla bağlı heç yerə müraciət etmədiyini, məqsədinin İlkindən aldığı pulları şəxsi ehtiyaclarına xərcləmək olduğunu, futbolla bağlı heç bir iclasda iştirak etmədiyini, sadəcə olaraq AFFAda olan məlumatları internet və qəzetlərdən oxuyub bu barədə İlkinə dediyini, İlkindən aldığı pulların çoxunu əlbəəl aldığını, bir hissəsinin isə ona məxsus bank kartlarına göndərildiyini göstərmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində dostu olan İlkinlə görüşdüyü zaman sonuncunun Vüsal adlı şəxsin İlkinə birlikdə futbol klubu açmaq barədə təklif etdiyini, bu işə pul lazım olduğunu və ondan da borca pul istədiyini, onun İlkinə 9.500 manat borca pul verdiyini, Vüsalla görüşü zamanı həmin işin ona şübhəli gəldiyini və bu barədə İlkinə dediyini, sonradan İlkinin ona Vüsala ümumilikdə 70.000 manat pul verdiyini, həmin pulun Vüsal tərəfindən mənimsənildiyini, daha sonra birlikdə Vüsalla görüşləri zamanı Vüsalın İlkindən pul almasını mübahisələndirmədiyini göstərmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 da ifadəsində Vüsala vermək məqsədilə İlkinə 13.000 manat verdiyini bildirmişdir. Düzdür, həmin şahid məhkəmədə pulun məbləğini 13.000 manat deyil, 14.000 manat olduğunu, habelə pulu İlkinə deyil, İlkinin göstərişi ilə birbaşa Vüsala verdiyini göstərdi. Məhkəmə hesab edir ki, qeyd edilən şahidin ibtidai istintaq verdiyi ifadəsi iş materialları ilə uzlaşdığından həqiqətə daha uyğundur. Ona görə də məhkəmə Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini sübut kimi əsas götürür. Bundan başqa "xxxx" ASC-dən əldə olunaraq iş materiallarına əlavə edilmiş bank çıxarışlarından da görünür ki, Zərərçəkmiş şəxs özünə aid 416973******2886 və 416973******1742 nömrəli bank kartlarından xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixədək Təqsirləndirilən şəxs adına olan 416973******4255 nömrəli bank kartına fasilələrlə müxtəlif məbləğlərdə - cəmi 21.480,47 manat pul göndərmişdir. Təqsirləndirilən şəxsin ittiham aktında qeyd edilmiş – zərərçəkmiş şəxsin pulu təqsirləndirilən şəxsə verdiyi tarixlərdə Bakıxanov qəsəbəsində olmaması barədə iddialarını yoxlamaq məqsədilə məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında təqsirləndirilən şəxsin mobil telefonu üzrə anten məlumatları mobil operatorlardan əldə edilib yoxlanılmışdır. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadə etdiyi mobil nömrə 2021-ci ilin avqust və noyabr aylarında Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən antenlərin əhatə dairələrində, həmin ilin mart ayında isə Sabunçu rayonunun Sabunçu qəsəbəsəsində yerləşən antenin əhatə dairəsində bir neçə dəfə qeydə alınmışdır. Məhkəmə təcrübəsindən də məlum olduğu kimi, texniki səbəblərdən real zəng zamanı abunəçinin olduğu əhatə dairəsində fərqli anten məlumatları göstərilə bildiyindən mobil telefonun anten göstəriciləri real vəziyyətə zidd ola bilər. Bu nöqteyi-nəzərdən məhkəmə əldə edilmiş anten məlumatlarının iş üzrə toplanmış sübutların məcmusu ilə ziddiyyət təşkil edən hissəsində mötəbər hesab etmir. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Cinayət- Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Belə ki, iş üzrə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Məhkəmə hazırkı iş üzrə sübutlara qiymət verərkən Ali Məhkəmənin Plenumunun qeyd edilən tövsiyələrini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə görə, bu Məcəllənin 177-182, 185-187 və 189.1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Təqsirləndirilən şəxs verilmiş ittihamın məbləğindən görünür ki, o, etibardan suiistifadə etmə və aldatma yolu Zərərçəkmiş şəxs ümumilikdə 70.000,47 manat pulunu ələ keçirib sonuncuya külli miqdarda ziyan vurmuşdur. Məhkəmə ittiham aktında göstərilən məbləğləri hesablayıb o qənaətə gəlir ki, ibtidai istintaqı aparmış müstəntiq hesablamada səhvə yol vermişdir. Belə ki, ittiham aktında göstərilmiş ümumi məbləğ hesblanarkən məbləğin 70.000,47 manat deyil, 69.980,47 manat olduğu müəyyən edilir. Ona görə də Təqsirləndirilən şəxs verilmiş ittihamdan 20 manat çıxılmalı, məbləğ 69.980,47 manat həddində müəyyən edilməlidir. Buna baxmayaraq məbləğ çıxılandan sonra qalan məbləğ Təqsirləndirilən şəxs verilmiş ittihamın tövsifinə təsir göstərmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Həmin qərarda məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarına əsasən, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi kifayət qədər sübuta yetirilir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü Yusif İbrahimov adlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını və işin digər hallarını nəzərə almaqla, özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, onlara Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən onların törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmənin qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2024-cü il tarixdə tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən 12 fevral 2024-cü ildə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 10 fevral 2024-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 26, 80-85, 109-116, 128-134, 140- 146, 163-167). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 10 fevral 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Təqsirləndirilən şəxs müdafiəçisi məhkəmənin hazırlıq iclasında məhkəməyə vəsatət təqdim edərək təqsirləndirilən şəxsin xx.xx.2024-cü il tarixli izahatının, onun şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair müvafiq protokolların cinayət işinin materiallarından xaric edilməsini, Təqsirləndirilən şəxs müdafiə hüquqlarının kobud pozuntusuna yol vermiş Sabunçu RPİ-nin 13-cü Polis şöbəsinin təhqiqatçısı polis mayoru İlham Babayev və Sabunçu RPİ-nin İstintaq şöbəsinin müstəntiqi polis mayoru X11 barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı işin təhqiqatını aparmış təhqiqatçının və ibtidai istintaqını aparmış müstəntiqin CPM-nin kobud pozuntusuna yol verdikləri müəyyən edilməmiş, bu səbəbdən məhkəmə müdafiəçinin həmin vəsatətini əsassız hesab etdiyindən onu təmin etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və və o, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümimi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 10 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Aygün Qurbanova Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar