Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-601/2020 07.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər X1 və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1987-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Yevlax rayonu, Aran ərazi dairəsi, Aran qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs”qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaqTəcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq cinayətini törətmişdir. Belə ki, Məmmədov X5 Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, Şəki Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi həmin hökmdən xaric edilməklə cəzası 05 ilə endirilərək, xx xxxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq, məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx xxxxxx 2020-ci il tarixində saat 00:15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsində Zərərçəkmiş şəxs idarə etdiyi «Hyundai Sonata» markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq sərnişin oturacağına sərnişin qismində əyləşib həmin avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2095 ünvanında yerləşən «Çermet körpüsü» ilə hərəkətdə olarkən üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, açılıb-qatlanan cib bıçağını açıq vəziyyətdə sağ əlində tutub silah qismində tətbiq etməklə Zərərçəkmiş şəxs qarın nahiyəsinin sağ yan tərəfinə dirəyərək üzərində olan pulları verməyini tələb edib sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək Zərərçəkmiş şəxs 4 (dörd) manat pulunu ələ keçirib quldurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxsi hadisəyə qədər tanımamış, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Əvvəllər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2 və 221.3-cü maddələri ilə təqsirli bilinib 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxxx 2019-cu il tarixində cəzasının sonu ilə azadlığa çıxmış, cəzaçəkmə müəssisəsindən azad olunduğu zaman ona 1000 manat məbləğində pul ödənilmişdir ki, özünə iş və yaşayış yeri tapana qədər istifadə etsin. Həmin pulu xərclədikdən sonra cinayət yolu ilə pul əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə xx xxxxxx 2020-ci il tarixdə gecə təxminən 23:30 radələrində metronun «28 May» stansiyasının yaxınlığında gəzişərək hər hansı bir taksi maşınına minib sürücünü qarət etmək üçün imkan axtarmışdır. Nəhayət yanvar ayının 8-dən 9-na keçən gecə, təxminən saat 01 radələrində dayandığı yerdən təxminən 300 metr aralıda yerləşən avtobus dayanacağında dayanmış, üzərində taksi işarəsi olan qara rəngli «Hyundai Sonata» markalı **-MA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini görərək həmin maşina yaxınlaşmış, sürücünün yaşlı adam olmasını görərək həmin maşina sərnişin adı ilə əyləşərək sürücüdən, hal-hazırda məhkəmədə gördüyü Zərərçəkmiş şəxs yalandan «Çermet körpüsü»nün yaxınlığına getmək üçün 5 manata razılaşmış və qabaq sərnişin oturacağına əyləşmişdir. Avtomobil Z.Bünyadov prospekti ilə hərəkət edib «Çermet körpüsü»nün üzərinə çıxdıqdan sonra o əynindəki qara rəngli gödəkçənin sağ yan cibində saxladığı açılıb-qatlanan düyməli bıçağı çıxarıb açaraq sağ əlində tutmuş, sol əlini isə sürücünün boyunun arxa hissəsindən sürücü oturacağına qoyduqdan sonra sağ əlində tutduğu bıçağı sürücünün qarnının sağ tərəfinə dirəyib sonuncudan tələb etmişdir ki, cibindəki bütün pulları ona versin. Sürücü əvvəlcə pulu vermək istəməmiş, lakin o, pulları verməyəcəyi təqdirdə bıçaqla sürücünü vuracağını deyib qorxutmuş və sonuncu da onun hədəsindən qorxub şalvarının sağ yan cibindən dörd ədəd 1 manatlıq əskinaslardan ibarət 4 (dörd) manat pulu çıxarıb ona vermişdir. O, ondan bütün pulları verməsini tələb etdikdə sonuncu bundan başqa pulu olmadığını bildirmişdir. Bundan sonra o, sürücüdən maşını heç bir yerə döndərmədən düz sürməsini tələb etmişdir. Məqsədi kimsəsiz yerdə avtomobildən düşüb getmək olmuşdur. Lakin sürücü avtomobili adamların yolun kənarında dayandığı yerdə, yəni Z.Bünyadov prospektində sürəti artıraraq qəfildən saxlamış, bu vaxt o, qabağa getmiş, cibindəki pul qabı şəxsiyyət vəsiqəsi ilə birlikdə ayaq altına düşmüşdür. Sürücünün oradakı adamları köməyə çağıracağından ehtiyat etdiyindən tez avtomobildən düşüb oradan aralanmış, sürücü isə bunu görüb avtomobili sürüb oradan uzaqlaşmışdır. Həmin gecə günlük kirayə evlərdən birində qalmış, xx xxxxxx 2020ci il tarixində saat 14 radələrində metronun «28 May» stansiyasının yaxınlığında gəzişərkən polis əməkdaşları onu saxlayaraq polisə dəvət etmişlər. Orada o, törətdiyi hadisəni etiraf etmiş, hətta üzərində qalmış taksi sürücüsünə qarşı istifadə etdiyi bıçağı polis əməkdaşlarına təslim etmişdir. Həmin bıçağı məişətdə istifadə etmək məqsədi ilə üzərində gəzdirmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır. O, uzun illər polis orqanlarında zabit rütbəsində, o cümlədən cinayət axtarış şöbəsində xidmət etmişdir. Təqaüdə çıxdıqdan sonra özünə məxsus «Hyundai Sonata» markalı **-MA-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. O, əsasən axşam saatlarında taksi sürücüsü kimi fəaliyyət göstərərək metronun «28 May» stansiyasının yaxınlığında, Nəsimi rayonu, Puşkin küçəsində avtobus dayanacağının yaxınlığında müştəri gözləmişdir. xx xxxxxx 2020-ci il tarixində gecə saat 01 radələrində Puşkin küçəsində avtomobildə əyləşib müştəri gözləyərkən hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs avtomobilə yaxınlaşıb «Çermet körpüsü»nün yanına getmək istədiyini bildirmiş, ona gediş haqqı olaraq 5 manat ödəməli olmasını dedikdə sonuncu razılaşaraq qabaq sərnişin oturacağına əyləşmiş, o da avtomobili işə salıb müştərinin istədiyi istiqamətdə sürmüşdür. Yolda Təqsirləndirilən şəxs ondan haralı olduğunu soruşmuş, o da cavab vermişdir ki, Azərbaycanlıdır və bu sualdan xoşu gəlmir. Bu səbəbdən də yolun qalan hissəsini söhbətsiz davam etmişlər. Z.Bünyadov prospektində yerləşən «Çermet körpüsü»nün üstü ilə hərəkətdə olarkən körpünün qurtarmasına təxminən 50 metr qalmış Təqsirləndirilən şəxs sol əlini onun boynunun arxa tərəfindən sürücü oturacağının üzərinə qoyub sağ əlində tutduğu bıçağı qarnının sağ yan tərəfinə dirəyərək üzərində olan bütün pulları verməyini tələb etmişdir. O, çönüb Təqsirləndirilən şəxs baxdıqda onun sağ əlindəki bıçağın tiyəsinin uzunluğunun təxminən 4 barmaq enində, yəni 7-8 sm uzunluğunda olduğunu görərək təhlükənin real olmasını anlamışdır. O, Təqsirləndirilən şəxs cibində cəmi 4 manat pul olmasını bildirmiş və sonuncunun tələbi ilə həmin pulu şalvarının sağ yan cibindən çıxarıb ona vermişdir. Təqsirləndirilən şəxs bütün pulları verməyini tələb etdikdə ona başa salmışdır ki, olan pulu budur. Bundan sonra Təqsirləndirilən şəxs maşını sürməyi davam etməsini, onun dediyi yerdə saxlamasını bildirmişdir. Anlamışdır ki, Təqsirləndirilən şəxs maşını qaranlıq, kimsəsiz bir yerdə saxlatdırıb ona xəsarət yetirə bilər, hətta öldürə bilər. Özünü bu təhlükədən qurtarmaq üçün maşının sürətini artırmış və Z.Bünyadov prospektində, təxminən 50-60 metr irəlidə yolun kənarında iki avtomobilin dayanmasını, avtomobillərin yanında isə bir neçə şəxsin olduğunu görərək, həmin avtomobillərin yanında qəfil əyləcdən istifadə etməklə avtomobili saxlamışdır. Təqsirləndirilən şəxs başı qabağa gedərək az qalmışdır ki, maşının qabaq şüşəsinə dəysin. Lakin Rəhman müvazinətini saxlayaraq dərhal maşının qapısını açmış və maşından sıçrrayaraq qaçıb getmişdir. O isə maşını sürüb oradan uzaqlaşmışdır. Bir qədər yol getdikdən sonra qabaq sərnişin oturacağının ayaqaltının üzərində qara rəngli pul qabı görmüş və həmin pul qabını açıb içərisinə baxdıqda orada bir ədəd metro kartı və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsini aşkar etmişdir. Bundan sonra o, DİN-in 102 Xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş, sonra isə polisə gedib hadisə barədə məlumat verərək Təqsirləndirilən şəxs məxsus və içində olan metrokartı və şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Ona vurulmuş ziyan ödənilməmiş, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş cəza tətbiq edilməsini xahiş edir. Təqsirləndirilən şəxs törətdiyi qulduruluq əməlində təqsirliliyi özünün, zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs Bakı şəhəri Nərimanov RPİ-nin rəisinə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsindən müəyyən olunur ki, xx xxxxxx 2020-ci il tarixində, saat 00:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən «Çermet» körpüsünün üzəri ilə idarə etdiyi «Hyundai Sonata» markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən qabaq sərnişin oturacağında müştəri qismində əyləşmiş, əvvəllər tanımadığı Təqsirləndirilən şəxs əlində tutduğu bıçaqla onu vurmağı ilə hədələyərək 4 manat pulunu ələ keçirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «tutma haqqında» xx.xx.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(005)-31/2020 saylı qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış «təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında» xx xxxx 2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq bir daha təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış «bıçağın baxışının aparılması haqqında» xx xxxxxx 2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bıçağa baxış keçirilərək, qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış «əşyanın tanınmaya təqdim edilməsi haqqında» xx xxxxxx 2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş 4 ədəd bıçaqdan məhz Təqsirləndirilən şəxs götürülmüş və «4» rəqəmi ilə nişanlanmış bıçağı görüb tanımışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyindən təqdim olunmuş xx xxxxxx 2020-ci il tarixli, №20-MTKŞ/2020-ci il saylı ekspert rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim olunmuş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı cib bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan təyinatının dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklik edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X4 Məhkəmə Psixatrik Ekspertizasının xx.xx.2020-ci il tarixli, 172 saylı ekspert rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl və hazırda ictimai təhlükəli əməli törətdiyi zaman anlaqlı vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmədə elan edilib araşdırılmış «məlumatlara baxış keçirilməsi haqqında» xx xxxx 2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs hadisə baş verən gün istifadələrində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə xx xxxxxx 2020-ci il tarixdə, saat 22:00-dan xx xxxxxx 2020-ci il tarixində saat 03:00-dək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, zəng edən abunəçilərin anket məlumatları, daxil olan və çıxan SMS-lərin mətnləri, həmin telefon nömrələrinin anten dairəsi barədə məlumatlar «xxxxxxxxxxxx» MMC-dən götürülərək baxış keçirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. «xxxxxxx» MMC-dən daxil olmuş xx.xx.2020-ci il tarixli, BKC/LGL-3918/20 nömrəli məktuba baxış keçirilərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs işlətdiyi 055 *** ** ** saylı telefon nömrəsi xx xxxxxx 2020-ci il tarixdə, saat 22:00-dan xx xxxxxx 2020-ci il tarixində saat 03:00-dək olan müddət ərzində «xxxxxxx» MMC şəbəkəsində istifadə olunmamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 01:53:40 və xx xxxxxx 2020-ci il tarixində saat 02:21:17-dək olan vaxt ərzində Zərərçəkmiş şəxs ilə üç nömrənin sahibləri arasında müxtəlif müddətlərdə telefon danışıqları olmuş və bu zənglər zamanı iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs telefon aparatı Bakı şəhərinin Nizami və Nərimanov rayonları ərazisində işləmişdir. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» xx xxxx 2020-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd açılıb-qatlanan tipli, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı cib bıçağı saxlanması üçün Bakı şəhəri Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş, 18 sm uzunluğunda, 09 sm enində qara rəngli, üzərində «PV» markalanma göstəricisi olan bir ədəd pul qabı, 01019-95134-3 seriyalı «BakıKart» gediş kartı cinayət işinin materiallarında saxlanılır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnamədən, hökmün surətindən və Şəki rayon məhkəməsinin qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Qazax Hərbi Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.2 və 335.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilmiş, xx.xx.2009-cu il tarixdə cəzasını çəkib qurtarmışdır. Qazax Hərbi Məhkəməsinin xx.xx.2009-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.2.1, 333.1, 68.1.1, 66.3-cü maddələri ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs sonuncu dəfə Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi həmin hökmdən xaric edilməklə onun cəzası 05 ilə endirilmiş və xx xxxxxxx 2019-cu il tarixində cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nın 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə cəzasından azad edilməsindən sonra iki il keçməmiş, bu səbəbdən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcuddur və CM-nın 65.2-ci maddəsinə əsasən residivə görə ona təyin oluna bilən cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Eyni zamanda məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə barəsində ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilir. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara, işin obyektiv hallarına qiymət verməklə və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs silah qismində istifadə etdiyi bıçaqla hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməsinə görə ibtidai araşdırma orqanı onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə düzgün olaraq tövsif etmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2005-ci il tarixli 1 №-li qərarının 7-ci bəndinə əsasən quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından başa çatmış sayılır. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin silah qismində istifadə etdiyi bıçağı tətbiq edib zərərçəkmiş şəxsdən pul tələb etdiyi andan quldurluq cinayəti başa çatmışdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs czasını yüngülləşdirən halları müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması onun məsuliyyətini ağırlaşdıran haldır. Həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini onun tutulduğu xx.xx.2020-ci il tarixdən hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” x xxxx 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübut olan və Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş bir ədəd açılıb-qatlanan tipli, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı cib bıçağı məhv edilməli, cinayət işinin materiallarında saxlanılan və Təqsirləndirilən şəxs məxsus üzərində «PV» markalanma göstəricisi olan bir ədəd pul qabı, 01019-95134-3 seriyalı «BakıKart» gediş kartı özünə qaytarılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X6 (hesabat arayış i/v 200), məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 14 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X6 üçün Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə 288 (iki yüz səksək səkkiz) manat, müdafəçi Müdafiəçi üçün isə 120 AZN (yüz iyirmi manat) pul Bakı şəhər 14 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 354, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə ona 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli “09” yanvar 2020-ci il tarixdən hesab edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş bir ədəd açılıb-qatlanan tipli, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı cib bıçağı məhv edilsin, cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs məxsus üzərində «PV» markalanma göstəricisi olan bir ədəd pul qabı, 01019-95134-3 seriyalı «BakıKart» gediş kartı özünə qaytarılsın. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X6 üçün 288 (iki yüz səksən səkkiz) manat pul Bakı şəhəri 20 saylı Vəkil Bürosunun, məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı isə Müdafiəçi üçün 120 AZN (yüz iyirmi manat) pul Bakı şəhər 14 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-601/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-601/2020
07.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver