Məhkəmə qərarları › İş №1(101)-602/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-602/2020

02.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-602/2020 02.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X12, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, müdafiəçi “Yusifbəyli və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə « 02 » noyabr 2020-ci il Bakı şəhərində xx.xx.1976-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli,himayəsində iki azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Xaçmaz şəhəri, Dağıstan küçəsi ev 26 mənzil 3-də qeydiyyatda olan və yaşayan, barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını talama, yəni ələ keçirmək məqsədi ilə istintaqa məlum olan tanışı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında ölkədə istehsal olunan kənd məhsullarının ölkə xaricinə daşınmasında gömrük xidmətlərini həyata keçirən Zərərçəkmiş şəxs MMC-nin maliyyə direktoru Şahid1 özləri tərəfindən toplanmış meyvə məhsullarını ölkə hüdudlarından çıxarılaraq Rusiya bazarında satışını təmin edib, bu işdə gömrük xidmətini həyata keçirən Zərərçəkmiş şəxs MMC-nin ödəmiş olduğu gömrük xərclərini həmin məhsulun ünvanına çatdıqdan sonra tam məbləğdə şirkətə ödəyəcəklərini yalandan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə aralarındakı şifahi razılaşmaya əsasən vahid niyyətlə əhatə olunan qəsdlə 2018-ci ilin sentyabr ayından həmin ilin dekabr ayınadək olan müddət ərzində Xaçmaz rayonu ərazisində 27 ədəd almadan və 1 ədəd xurmadan ibarət təqdim etdikləri meyvə məhsullarını yük avtomobilləri vasitəsi ilə Rusiya Federasiyasının müxtəlif şəhərlərinə daşıtdırmaqla sifarişçilərə çatdırmış, həmin məhsulların pulu mal sahibləri tərəfindən alınaraq daşınan yükün pulu Təqsirləndirilən şəxs və digər şəxsə ödənilsə də sonuncular vədlərinə əməl etməyərək bunun müqabilində Zərərçəkmiş şəxs MMC-yə ödənməli olan 38.500 ABŞ dolları, manat məzənnəsi ilə 65.450 manat təşkil edən gömrük xərclərini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs MMC-yə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Quba-Xaçmaz rayonları ərazisində kənd təsərrüfatı məhsullarını ölkə hüdudlarından kənara aparılması işində vasitəçilik etmiş, kənd təsərrüfatı məhsullarının ölkə hüdudlarından kənara çıxarılması işini görən şirkətlər üçün, o cümlədən ayrı-ayrı sahibkarlar üçün tələb olunan rəsmi sənədlərin hazırlanmasını təşkil etmiş və müvafiq dövlət orqanlarında həmin sənədləri təsdiqləyib şirkətlərin nümayəndəsinə və ya malı daşıyan şəxslərin özlərinə təqdim etmişdir. Özü iqtisadçı olduğu üçün, əvvəllər də İqtisadi İnkişaf Nazirliyində işlədiyinə görə bütün prosedur qaydalarını yaxşı bilmiş və sərbəst olaraq bu işlə məşğul olmuş, bir avtomobilin sənədlərinin hazırlanmasına görə isə məhsulun sahibindən 50 dollar zəhmət haqqı almışdır. Bu işlərini görmək üçün Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən ofisi də vardır. O, şirkətlərin məhsullarının ölkə hüdudlarından kənara çıxarılmasında lazım olan sənədləri hazırlamışdır. Həmin şirkətlərin sırasına yeni yaradılmış “Zərərçəkmiş şəxs MMC”xxxxxxxxxxxxxx“Zərərçəkmiş şəxs MMC”-nin məqsədi öz sahibkarlıq fəaliyyətini genişləndirmək, bazarda özünə mövqe tutmaq olmuşdur. Bunun üçün də öz məhsulları olmasa da, ayrı-ayrı şəxslərin kənd təsərrüfatı məhsullarını ölkə hüdudlarından kənara çıxararaq gömrük xərclərini ödəyib gəlir əldə etmək istəmişlər. Zərərçəkmiş şəxs MMC-nin nümayəndləri ölkənin regionlarına gedib məhsul sahibləri ilə razılıq əldə edib, kənd təsərrüfatı məhsullarını öz adlarından heç bir alqı-satqı və rəsmiləşdirmə olmadan ölkə hüdudlarından kənara çıxarıb məhsul sahibinin nümayəndəsinə ixrac etdikləri ölkədə təhvil verməklə öz işlərini qurmuşlar. Onu “Zərərçəkmiş şəxs MMC” ilə Xaçmaz və Quba rayonları ərazisində brokerlik fəaliyyəti ilə məşğul olan X10 tanış etmişdir. O, “Zərərçəkmiş şəxs MMC”-nin maliyyə işlərini görən Şahid1 yanına Çingizlə birlikdə gedib orada tanış olmuşdur. Elton ona demişdir ki, şirkətin adını maliyyə bazarlarında ön sıraya çəkməkdə onun köməkliyinə ehtiyacları vardır. “Zərərçəkmiş şəxs MMC” üçün müştəri tapmağını ondan xahiş etmişlər. Ona hər sərhəddən keçirilən avtomobilə görə 100 ABŞ dolları pul verəcəyini bildirmişdir. O, Eltonla razılaşmış və onun işlədiyi ofisə gələn mal sahiblərinin nümayəndlərini öz işlərini “Zərərçəkmiş şəxs MMC” ilə görməyə yönəltmişdir. 2018-ci ilin iyul-dekabr aylarında o, Xaçmaz rayonunda “firmac” adlanan fəaliyyətlə yəni brokerliklə məşğul olan Elşad, Çingiz və Çingizin qardaşı Xəyyamın vasitəçilik etdikləri ayrı-ayrı sahibkarlara məxsus kənd təsərrüfatı məhsullarını “Zərərçəkmiş şəxs MMC”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“Zərərçəkmiş şəxs MMC”-nin adından rəsmiləşdirmişdir. Çingiz özü çox vaxt Rusiya Federasiyasında olduğu üçün Çingizin Azərbaycandakı işlərini qardaşı Xəyyam görmüşdür. 2018-ci ilin sentyabr-dekabr aylarında Elşad və Xəyyamın ona müraciəti əsasında 27 avtamobil alma və 1 avtomobil xurma məhsulunu “Zərərçəkmiş şəxs MMC”-nin adından gömrük rəsmiləşdirmələrini həyata keçirərək ölkə hüdudlarından kənara çıxarılması üçün sənədlərini hazırlayıb həmin məhsulların daşımasını həyata keçirən sürücülərə vermişdir. Malın daşınması üçün yol sənədlərini də o, hazırlamışdır. O, malların Rusiya Federasiyasının hansı şəhərlərinə aparılmasından məlumatsız olmuşdur. Çünki yol sənədlərində yalnız bir şəhərin adı göstərilmir. X7 şəhərinə gedən avtomobillərin gömrük rəsmiləşdirilməsi Moskva şəhərində, digər şəhərlərə gedən avtomobillərin rəsmiləşdirilməsi isə Dərbənd şəhərində həyata keçirilir. “Zərərçəkmiş şəxs MMC”nin adından rəsmiləşdirilmiş avtomobillərin cəmi iki ədədi Moskva şəhərinə getmiş və orada gömrük rəsmiləşdirmələri aparılmışdır. Qalan digər 26 avtomobil isə Rusiyanın digər şəhərlərinə göndərilmişdir. Orada malları mal sahiblərinin özləri qəbul etmişdilər. Bununla onun heç bir əlaqəsi olmamışdır. Odur ki, malın orada satılıb satılmaması, malın pulunun alınıb alınmaması və yaxud da malın məhv olma riskinin onunla heç bir əlaqəsi olmamışdır. Gömrük bəyannamələrinin hamısında da Rusiya Federasiyasında malı qəbul edən idxalçının “xxxxx” MMC qeyd edilmişdir. “xxxxx” MMC “xxxxxxx”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“Zərərçəkmiş şəxs MMC”-nin xahişi ilə sahibkarlara məxsus kənd təsərrüfatı məhsullarının ölkə hüdudlarından kənara çıxarılmasını “Zərərçəkmiş şəxs MMC”-nin adından rəsmiləşdirmişdir. Həmin malların daşınmasında vasitəçiliyi həyata keçirən Şahid5 və Şahid6 isə satılmış məhsulun pulunun yığılmadığını ona bildirmişlər. Rəsmiləşdirmələrin aparılmasının tezləşdirilməsi üçün firmalar öz möhürlərinin nüsxələrini ona vermişlər. “Zərərçəkmiş şəxs MMC” elə fikirləşmişdir ki, o, məhsul sahiblərindən Rusiya Federasiyasında satılan məhsulların pulundan “Zərərçəkmiş şəxs MMC”-nin çəkdiyi gömrük xərclərini almış, amma bunun ona heç bir aidiyyəti olmamışdır. Kənd təsərrüfatı məhsullarını Elşad və Çingiz Bayramovun qardaşı Xəyyam adlı brokerlik fəaliyyəti ilə məşğul olan şəxslər onun hazırladığı rəsmi sənədlər əsasında “Zərərçəkmiş şəxs MMC”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“Zərərçəkmiş şəxs MMC”yə dəfələrlə bildirsə də şirkət ona həmin şəxslərin onun tanıdığını deyib həmin şəxslərdən pulları yığıb şirkətə ödməyini tələb edirlər. O, yalnız sənədlərin “Zərərçəkmiş şəxs MMC”xxxxxxxxxx“Zərərçəkmiş şəxs MMC”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“Zərərçəkmiş şəxs MMC”dən möhürlərini alıb rəsmiləşdirməni aparıb məhsulları satıldıqdan sonra həmin məhsulların pulunu onun əli ilə şirkətə ödəniləcəyinə söz verdiyi üçün bu gün “Zərərçəkmiş şəxs MMC” qarşısında cavabdeh qalmış və verdiyi sözü yerinə yetirə bilmir. Bunun səbabkarlarından biri də Çingiz Bayramovdur. Onu Zərərçəkmiş şəxs MMC ilə Çingiz Bayramov tanış etmişdir. 6 avtomobil alma məhsulunu da Çingizin sifarişi ilə keçirmişlər. 10500 ABŞ dollar borc da Çingizin ona verməməsinə görə Zərərçəkmiş şəxs MMC-yə ödənilməmişdir. Çingiz ona demişdir ki, 10500 dollar pulu şirkətlə özü tənzimləyəcək. Amma şirkət həmin pulları ondan tələb edir. 26 maşın alma və 1 maşın xurmanı aparan şəxslər gömrük xərclərini ona qaytarsalar o, həmin 38500 ABŞ dolları “Zərərçəkmiş şəxs MMC”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“Zərərçəkmiş şəxs MMC” onun sürücüsü Şahid7 etibarnamə vermişdir. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin nümayəndəsi, şahidlərin ifadələri və cinayət işi üzrə toplanmış sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdən ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs MMCnin direktor müavini vəzifəsində, sonra şirkətin direktor vəzifəsinə təyin edilmişdir. Zərərçəkmiş şəxs MMCnin əsas fəaliyyəti Azərbaycanda istehsal edilən kənd təsərrüfatı mallarının sifariş əsasında xarici ölkələrə ixrac olunaraq orada sifarişçinin nümayəndəsinə təhvil verilməsindən ibarətdir. Belə ki, Zərərçəkmiş şəxs MMC olaraq ilk növbədə sifariş edən fiziki və ya hüquqi şəxslə alqı-satqı müqaviləsi bağlayaraq onların sifariş etdiyi məhsulu öz adlarına rəsmiləşdirirlər. Müqavilə bağlandıqdan sonra sifarişçiyə məxsus olan həmin məhsulları Zərərçəkmiş şəxs MMC-nin məhsulu kimi sifariş olunan ölkəyə aparılır, orada sifarişçinin nümayəndəsinə təhvil verilir və bunun müqabilində daşıma xərclərini, ödədikləri gömrük rüsumlarını və bu işə görə öz xidmət haqqlarını sifarişçidən alırlar. Zərərçəkmiş şəxs MMC-nin xidmət haqqı hər avtomobilə görə içərisindəki malın dəyərindən asılı olaraq 50-200 dollar təşkil edir. Sifarişçinin istəyindən asılı olaraq Zərərçəkmiş şəxs MMC daşıma xərclərini öz öhdəliyinə də götürə bilər. Əgər sifarişçi öz mallarını özünün təşkil etdiyi nəqliyyat vasitəsi ilə ölkə hüdudlarından kənara çıxarmaq istəyərsə, bu halda sifarişçi yalnız gömrük xərclərini və onun malını Zərərçəkmiş şəxs MMC-nin adından çıxarılması ilə bağlı göstərdikləri xidmət haqqını ödəyir. Ona görə də Zərərçəkmiş şəxs MMC sifarişçinin malını ölkə hüdüdlarından kənara çıxarmaq üçün ilk növbədə həmin malı alqı-satqı müqaviləsi əsasında öz adına rəsmiləşdirir. Bundan başqa özləri də Azərbaycan Respublikasının regionlarından kənd təsərrüfatı məhsullarını alıb Rusiya Federasiyasındakı mağaza şəbəkələrinə satırlar. Xaçmaz şəhərində ayrı-ayrı şəxslərin etibarını qazanmaqdan ötrü heç bir lisenziyası olmadan, yalandan hüquqi şəxs yaradıb, ofis açıb brokerlik fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs həmin sifarişçilərdən biri olmuşdur. Belə ki, Elnur öz yaşadığı zonada olan ayrı-ayrı şəxlərə məxsus kənd təsərüfatı məhsullarının ölkə hüdudlarından kənara aparılması işində vasitəçilik etməklə məşğuldur. Təqsirləndirilən şəxs onlara qarşı dələduzluq etdikdən sonra öyrənib bilmişlər ki, işlədiyi həmin ofisdə də heç bir lisenziyası olmadan, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 2018-ci ilin iyun-avqust ayları ərzində Zərərçəkmiş şəxs MMC Elnurun vasitəçilik edərək sifariş etdiyi 11 avtomobil kənd təsərrüfatı məhsulunu Rusiya Federasiyasına aparmışlar və bunun müqabilində Elnur şirkətlərinə tam olmasa da, bir dəfə təxminən 5000 dollar bir dəfə də 1500 dollar pul ödəyib onların etibarını qazanmış, Elnura inanmışlar. Təqsirləndirilən şəxs özü şirkətin Bakı şəhəri, Binəqədi rayonunda yerləşən baş ofisinə gəlib maliyyə mütəxəssisi Şahid1lə söhbət etmiş, söhbət əsasında Elnura 20.000 min ABŞ dollar limitində şirkətləri adından kənd təsərrüfatı məhsullarını ölkə hüdudlarından kənara çıxarmağa razılaşmışlar. Həmin məhsullar ölkədən çıxarılanadək bir neçə rəsmi qurumdan, rəsmi rüsumlar ödənilməklə icazələr alınmalıdır. Təqsirləndirilən şəxs onu aldadıb bildirmişdir ki, həmin ödənişləri etmək üçün onun maddi imkanı yoxdur, əgər şirkət tərəfindən ona dəstək olarsa, o da şirkətin müştərilərinin sayını artıracaq və şirkətin çəkdiyi xərclərin hamısını geri qaytaracaqdır. Onun üçün də Şahid1 rəsmi rüsumları şirkətin adından ödəməyə razılıq vermişdir. Beləliklə Təqsirləndirilən şəxs 2018-ci ilin sentyabr ayında növbəti dəfə onlara müraciət edərək yaşadığı zonada olan ayr-ayrı şəxslərə məxsus kənd təsərrüfatı məhsullarını nəqliyyat vasitələrini özləri təşkil etməklə Rusiya Federasiyasının, Moskva şəhərinə aparılmasını, gömrük rüsumlarının ödənilməsini təklif etmişdir. Hətta bu işi sürətli həyata keçirmək məqsədilə xx xxxxxxx 2018-cu il tarixdə Zərərçəkmiş şəxs MMC tərəfindən Elnurun işçisi Şahid7 MMC-ni nümayəndə qismində təmsil etmək üçün rəsmi etibarnamə və MMC-nin gömrükdə rəsmiləşdirmə aparmaq işlərinə dair möhürünün bir nüsxəsi verilmişdir. Möhürün Elnurun işçisinə etibarnamə ilə verilməsində məqsəd Xaçmaz şəhərində gömrük əməliyyatlarının keçirilməsinin sürətləndirilməsi olmuşdur. 10 gün ərzində Elnur həmin 20.000 ABŞ dollar limitində alma məhsullarını artıq Rusiya Federasiyasına şirkətin adından ixrac etmiş və Elnurun iş qabiliyyətinə, müştəri tapmaq imkanlarına inanmışlar. Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən ölkə hüdudlarından kənara çıxarılmış məhsulun pulu 180 gün ərzində geri qayıtmalıdır. Satılmış məhsulların pulu təxminən 20-30 gün aralığında ödənildiyi üçün inanmışlar ki, Elnur həmin pulu əldə etdikdən sonra şirkətin xərclərini gətirib verəcəkdir. Onun üçün də Zərərçəkmiş şəxs MMC Təqsirləndirilən şəxs əlavə 20.000 ABŞ dollar məbləğində də limit ayırmışlar. Zərərçəkmiş şəxs MMC 2018-ci ilin sentyabrdekabr aylarında Elnurun sifariş etdiyi 27 avtomobil alma və 1 avtomobil xurma məhsulunu X8 şəhərinə apararaq təhvil vermişdir. Elnurun vasitəçilik edərək sifariş etdiyi 28 avtomobil məhsulun aparılmasına görə Zərərçəkmiş şəxs MMC tərəfindən ödənilmiş gömrük rüsümü ümumilikdə 38.500 (otuz səkkiz min beş yüz) ABŞ dolları məbləğində təşkil edir. Lakin Elnur 38.500 ABŞ dolları məbləğində pulu, nə də Zərərçəkmiş şəxs MMC-nin xidmət haqqını ödəməmiş və müxtəlif bəhanələr gətirərək verdiyi vədə əməl etməmişdir. Elnur həmin xərcləri verməməsinin səbəbini belə izah etmişdir ki, vasitəçilik etdiyi malın sahibləri öz mallarını sata bilməyərək ziyan etmiş və o da öz növbəsində mal sahiblərindən bu pulu götürüb onlara verə bilmir. Elnurun göstərdiyi ziyan məsələsinin həqiqətən də baş verməsinə inanmırlar çünki Təqsirləndirilən şəxs həmin məhsulların kimə məxsus olmasını, əmlak sahiblərinin kim olmasını belə onlara bildirmir ki, özləri həmin şəxləri tapıb onlardan soruşub bunu öyrənsinlər. Elnur birbaşa şirkətin etibarından sui-istifadə edib şirkətin pullarını xərclətdirib özü xeyir əldə etmiş, şirkətin xərclərini ödəməkdən isə müxtəlif bəhanələr gətirərək boyun qaçırmışdır. Rusiya Federasiyasında gömrük rəsmiləşdirilməsini həyata keçirilməsində əməkdaşlıq etdikləri “xxxxx” MMC-nin nümayəndəsi ilə bu barədə danışdıqdan sonra Elnurun şirkətlərinə qarşı dələduzluq etməsini qəti bilmişlər, çünki Təqsirləndirilən şəxs sifarişi ilə göndərilmiş 28 meyvə yüklü avtomobilin Rusiya Federasiyasındakı gömrük rəsmiləşdirmələrinin xərclərini “xxxxx” MMC şirkəti ödəmişdir. Həmin şirkətlə aralarındakı razılaşmaya əsasən Zərərçəkmiş şəxs MMC Azərbaycan Respublikasında həm özxxxxxxxxxxhəm də sifarişçilərin adından meyvə məhsullarının gömrük və daşınma xərclərini çəkib məhsulu daşıyan avtomobilləri ölkə hüdudlarından kənara çıxarır. Rusiya Federfasiyasındakı gömrük xərclərini isə öz şirkətləri yəni, “xxxxx” MMC çəkir. “xxxxx” MMC Rusiya Federasiyasındakı rəsmiləşdirmələrə görə məhsulun 20% dəyərindəki əlavə dəyər vergisini, gömrük yığımını, fitosanitar nəzarət aktına görə vergini, uyğunluq sertifakatı alınması üçün əsas xərcləri və məhsulun Rusiya bazarına çıxarılması üçün bütün digər xərcləri “xxxxx” MMC ödəyir, daha sonra isə dərhal həmin xərclər malı göndərən şirkətin balansından yəni, onların balansından çıxılır. Təqsirləndirilən şəxs sifariş edərək xərclərini şirkətə ödətdirməklə Rusiya Federasiyasına göndərdiyi 28 meyvə yüklü avtomobillərin əksəriyyəti X8 şəhərinə göndərilsə də, Təqsirləndirilən şəxs tələbi ilə avtomobillərdəki məhsulların gömrük rəsmiləşdirməsi “xxxxx” MMC tərəfindən RF-nın Dərbənd şəhərində həyata keçirilmişdir. Bunun səbəbi isə Təqsirləndirilən şəxs göndərilən avtomobillərin Rusiyanın hansı şəhərinə getməsinin nəzarətdən itirilməsini təşkil etməsi olmuşdur. Təqsirləndirilən şəxs onların tərəfindən edilən telefon zənglərinə cavab verməyib daha öz şirkətləri ilə əməkdaşlığı qəfildə dayandırması, zənglərə cavab verən zaman malların satışında ziyan edildiyi üçün pulları ala bilmədiyindən şirkətin xərclərini ödəyə bilmədiyini söylədiyindən məcbur qalıb “xxxxx” MMC-yə bu barədə məlumat verib qeyd olunan tarixlərdə göndərilmiş 28 avtomobildəki məhsulun pullarının Təqsirləndirilən şəxs ödənilib- ödənilməməsi barədə məlumat almaq istəmişlər. Onlar isə yalnız rəsmiləşdirməni həyata keçirdikləri üçün belə bir məlumatlarının olmadıqlarını bildirmişlər, lakin “xxxxx” MMC-nin nümayəndəsi X13 Federasiyasındakı əməkdaşlarla əlaqə saxlayıb həmin tarixlərdə Moskva şəhərinə göndərilən malların gömrük xidmətində rəsmiləşdirilməsinin həyata keçirilməsindən öncə Təqsirləndirilən şəxs nümayəndəsinin oraya gəlib gəlməməsini dəqiqləşdirən zaman oradakı əməkdaşlar bildirmişlər ki, avtomobillərdəki məhsulların pulu alıcılardan yığıldıqdan sonra avtomobillərdəki möhürlər açılaraq alıcılara paylanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs onlara qarşı dələduzluq etməsi, onlara xərcləri ödətdirib məhsulların ölkə hüdudlarından kənara çıxarılmasını təmin etdirdikdən sonra mal sahiblərindən Rusiya Federasiyasında satılan məhsulların pulunu gömrük xərclərini ödəmək adı ilə alaraq mənimsəməsi, Zərərçəkmiş şəxs MMC-yə isə yalandan həmin məhsulların nisiyə satılması və ya satışda ziyan edilməsini bildirmişdir. Təqsirləndirilən şəxs aparılan malların harada satılması barədə məlumatları itirmək üçün isə 28 avtomobildən yalnız ikisinin gömrük rəsmiləşdirilməsini Moskva şəhərində, yəni alıcıların malı aldıqları yerdə həyata keçirmişdir. Hal-hazırda da həmin məhsulların Azərbaycandakı sahiblərinin kimlər olduğunu, həmin meyvələrin kimə məxsus olduğunu deməkdən boyun qaçırmışdır ki, həmin şəxslərdən bu barədə heç bir məlumat əldə edə bilməsinlər. 1 ədəd alma avtomobilində 7.500 ABŞ dolları dəyərində, 1 ədəd xurma avtomobilində isə 13.700 ABŞ dolları dəyərində məhsul olur. Bu hesabla 216.740 ABŞ dolları dəyərində məhsul ölkə hüdudlarından kənara çıxarılmışdır. Mümkün deyildir ki, həmin məbləğdə pul məhsul sahiblərinə ödənilməsin, yəni Təqsirləndirilən şəxs bu barədə söylədikləri açıq aşkar görünür ki, tamamilə yalandır. Təqsirləndirilən şəxs həmin cinayəti X10 ilə birlikdə törətmişlər. X15 inanıb Təqsirləndirilən şəxs həmin miqdarda meyvə məhsullarını ölkə hüdudlarından kənara onların şirkətlərinin adından çıxarılması üçün şərait yaratmışlar. Təqsirləndirilən şəxs da həmin malların Çingiz Bayramova məxsus olmasını və onun da qanuni məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs sənəd işlərinin xırda iş olduğunu, ümumiyyətlə həmin işlərin ardınca getmədiyini, bu işləri işçilərindən birinə həvalə etdiyini, adətən Malik adlı işçisinin bu işlərlə məşğul olduğunu demişdir. Onun üçün də onlar şirkət adından X11 Xidmətində, Dövlət Gömrük Komitəsində, İqtisadiyyat Nazirliyində, X3 və ixrac-idxal əməliyyatları üçün tələb olunan bütün dövlət və qeyri-hökümət təşkilatlarında (Vergi və konsiqnasiya istisna olmaqla) təmsil etmək, Zərərçəkmiş şəxs MMC-yə çatası maddi nemətləri, pulları, qiymətli əşyaları, kağızları, sənədləri almağı, aldığına dair imza etməyi etibar etməyə dair etibarnamə vermişlər, həmin etibarnaməyə əsasən şirkətin qeyd olunan rəsmiləşdirmələrdə istifadə olunan 04 ədəd möhürlərini də Elnura təqdim etmişlər ki, yol sənədlərində, gömrük sənədlərində həmin möhürlərdən istifadə edə bilsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Rusiya Federasiyasında kənd təsərrüfatı məhsullarının Rusiya bazarına daxil olması üçün gömrük rəsmiləşdirmələrini həyata keçirən “xxxxx” MMC şirkəti fəaliyyət göstərir. Həmin şirkətin təsisçisi X1. xx xxxx 2018-ci il tarixdən həmin şirkətin rəsmi etibarnaməsi ilə Azərbaycan Respublikasında nümayəndəsidir. Belə ki, “xxxxx” MMC-nin Rusiyadakı nümayəndələri mövsümə uyğun olaraq Rusiya bazarında hansı meyvələrə təlabatın olduğunu ona çatdırırlar. O, isə öz növbəsində Azərbaycan Respublikasında gömrük və daşıma şirkətləri ilə əlaqəyə girib əməkdaşlıq qurmuşdur ki, buradan məhsulların daşınmasını şirkətlər ilə əməkdaşlıq edib həyata keçirsinlər. Əməkdaşlıq etdikləri həmin şirkətlərdən biri də Zərərçəkmiş şəxs MMC olmuşdur. 2018-ci ilin sentyabr-dekabr aylarında Zərərçəkmiş şəxs MMC ilə 150-yə yaxın kənd təsərrüfatı məhsulları daşıyan avtomobilin Rusiya Federasiyasında gömrük sənədləşdirilməsini həyata keçirməkdə əməkdaşlıq etmişlər. Zərərçəkmiş şəxs MMC Azərbaycan Respublikasında həm özxxxxxxxxxxhəm də sifarişçilərin adından meyvə məhsullarının gömrük və daşınma xərclərini çəkib məhsulu daşıyan avtomobilləri ölkə hüdudlarından kənara çıxarır. Rusiya Federfasiyasındakı gömrük xərclərini isə “xxxxx” MMC çəkir. “xxxxx” MMC Rusiya Federasiyasındakı rəsmiləşdirmələrə görə məhsulun 20% dəyərindəki əlavə dəyər vergisini, gömrük yığımını, fitosanitar nəzarət aktına görə vergini, uyğunluq sertifakatı alınması üçün əsas xərcləri və məhsulun Rusiya bazarına çıxarılması üçün bütün digər xərcləri şirkət ödəyir, daha sonra isə dərhal həmin xərclər malı göndərən şirkətin balansından yəni, Zərərçəkmiş şəxs MMC-nin balansından çıxılır. Məhsulların sahibini tanımırlar, çünki Azərbaycandakı şirkətlər, o cümlədən də Zərərçəkmiş şəxs MMC məhsulları öz adından rəsmiləşdirib göndərir. Amma elə hallar olur ki, Zərərçəkmiş şəxs MMC hər hansı sifarişçinin deyil, özünə məxsus məhsulları da göndərir. Sifarişçilər isə broker(maklerlər) olurlar. Onlar kənd təsərrüfatı ilə məşğul olan bağ sahiblərinin meyvələrini şirkətlərlə əlaqə qurub ölkə hüdudlarından kənara çıxarılmasında vasitəçilik edirlər. Həmin vasitəçilərdən biri də Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxsdur. 2018-ci ilin sentyabr-dekabr aylarında Zərərçəkmiş şəxs MMC Təqsirləndirilən şəxs sifarişi ilə 27 maşın alma və 1 maşın xurma məhsulunu Azərbaycan Respublikasının hüdudlarından kənara, Rusiya Federasiyasının ərazisinə çıxarmışdır. “xxxxx” MMC həmin avtomobillərin Rusiya Federasiyasındakı yuxarıda göstərilən bütün rəsmiləşdirmələrini və xərclərini həyata keçirmişlər. Həmin məhsulların əksəriyyəti X8 şəhərinə göndərilsə də, Təqsirləndirilən şəxs tələbi ilə avtomobillərdəki məhsulların gömrük rəsmiləşdirməsi şirkətləri tərəfindən RF-nın Dərbənd şəhərində həyata keçirilmişdir. Bunun səbəbi isə Təqsirləndirilən şəxs göndərilən avtomobillərin Rusiyanın hansı şəhərinə getməsinin nəzarətdən itirilməsini təşkil etməsi olmuşdur. Alqı-satqının şərtlərinə əsasən buradan malı Rusiya bazarına göndərən sifarişçinin Rusiya gömrüyündə malı qəbul edən nümayəndəsi olur. Həmin nümayəndə malı Rusiya gömrüyündə qarşılayır. Rusiyada məhsulu sifariş edən alıcılar da ora gəlirlər. Sifarişçi-alıcılar sifariş etdikləri məhsulun pulunu tam məbləğdə ödəyib qurtarmasalar avtomobilə vurulmuş möhürün açılmasına icazə verilmir, yəni Rusiya Federasiyasındakı nümayəndə avtomobilin yük hissəsinin açılaraq gömrük rəsmiləşdirilməsini həyata keçirməyə icazə vermir, nisiyə alqı-satqı həyata keçirilmir. Sifarişçi isə məhsulun pulunu ödəməmiş məhsulu əldə edə bilmir. Rusiyada həmin məhsullara həmin ərəfədə təlabat çox olduğu üçün alıcı-sifarişçi məhsulun pulunu ödəyib məhsulunu götürə bilməsə dərhal digər müştəri həmin məhsulu alır. Malın tələfolma riskini isə malın sahibi daşıyır. Onun üçün də malın sahibi əvvəllcədən sifarişçilərin sifariş etdiyi miqdarda məhsulu Rusiya Federasiyasına göndərir. Təqsirləndirilən şəxs isə Azərbaycan Respublikasından bütün xərclərini Zərərçəkmiş şəxs MMC-yə ödətdirərək Rusiya Federasiyasına göndərdiyi avtomobillərin gömrük rəsmiləşdirilməsini RF-nın Dərbənd şəhərində həyata keçirtdirmişdir ki, məhsulun hansı şəhərin bazarına çıxarılması nəzarətdən itsin və Zərərçəkmiş şəxs MMC-ni aldadaraq gələcəkdə məhsulun satışında ziyan etdiyini və yaxud da satışı nisiyə etdiyi üçün pulları ala bilmədiyini desin. Təqsirləndirilən şəxs tələbi ilə “xxxxx” MMC tərəfindən 26 avtomobilin Azərbaycan Respublikasının gömrüyündə vurulmuş möhürləri RFnın Dərbənd şəhərində məhsul sifarişçilərinin məhsulun pulunu ödəmədən açılmış, daha sonra Rusiya Federasiyasının gömrük möhürü həmin avtomobillərə vurularaq yola salınmışdır. Cəmi 2 avtomobilin isə gömrük rəsmiləşdirilməsi X8 şəhərində həyata keçirilmişdir. Gömrük bəyannamələrində də həmin qeydlər vardır. Təqsirləndirilən şəxs göndərdiyi avtomobillərin Moskva şəhərində rəsmiləşdirilməsi zamanı da Təqsirləndirilən şəxs Rusiya Federasiyasındakı nümayəndəsi məhsulun pulunu tam şəkildə yığmış, gömrük xidmətində avtomobillərinin hər ikisinin möhürü açılaraq rəsmiləşdirmə həyata keçirilmiş, daha sonra Rusiya Federasiyasının möhürü vurularaq avtomobil gömrükdən buraxılmışdır. Daha sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs bu hərəkətləri ilə Zərərçəkmiş şəxs MMC-yə qarşı dələduzluq edib ödətdirdiyi xərcləri məhsulların Azərbaycandakı sahiblərindən alıb ələ keçirmişdir və Zərərçəkmiş şəxs MMC-yə həmin məhsulların pulunun ona ödənilmədiyini yalandan bildirmişdir. Avtomobillərin əksəriyyətinin RF-nın Dərbənd şəhərində gömrük rəsmiləşdirilməsi həyata keçirildiyindən, həmin avtomobillərin hansı istiqamətdə getməsi barədə heç bir məlumatları yoxdur, çünki Moskva şəhərindən başqa digər şəhərlərə gedən bütün avtomobillərin gömrük rəsmiləşdirmələri Dərbənd şəhərində aparılır. Zərərçəkmiş şəxs MMC şirkətlərinə bu barədə məlumat verib qeyd olunan tarixlərdə göndərilmiş 28 avtomobildəki məhsulun pullarının Təqsirləndirilən şəxs ödənib ödənməməsi barədə məlumat almaq istədilər. Yalnız rəsmiləşdirməni həyata keçirdikləri üçün belə bir məlumatlarının olmadığını onlara dedilər. Lakin özü Rusiya Federasiyasındakı əməkdaşlarla əlaqə saxlayıb həmin tarixlərdə Moskva şəhərinə göndərilən malların gömrük xidmətində rəsmiləşdirilməsinin həyata keçirilməsindən öncə Təqsirləndirilən şəxs nümayəndəsinin oraya gəlib gəlməməsini dəqiqləşdirən zaman, oradakı əməkdaşlar onlara bildirmişlər ki, avtomobillərdəki məhsulların pulu alıcılardan yığıldıqdan sonra avtomobillərdəki möhürlər açılaraq alıcılara paylanmışdır. Bundan sonra Zərərçəkmiş şəxs MMC-yə Təqsirləndirilən şəxs onlara qarşı dələduzluq etməsi, həmin şirkətə xərcləri ödətdirib məhsulların ölkə hüdudlarından kənara çıxarılmasını təmin etdirdikdən sonra mal sahiblərindən Rusiya Federasiyasında satılan məhsulların pulunu gömrük xərclərini ödəməsi adı ilə alaraq mənimsəmiş, Zərərçəkmiş şəxs MMC-yə isə həmin məhsulların nisiyə satılması və ya satışda ziyan edilməsini yalandan bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Quba-Xaçmaz zonasında kənd təsərrüfatında istehsal edilən malların ölkə hüdudlarından kənara aparılması işində vasitəçilik edir. Belə ki, ona sahibkarlar müraciət etdikdən sonra, daşıma işinin həyata keçirirən şirkətlə əlaqə saxlayıb məhz bağlanmış müqavilə əsasında onların vasitəsi ilə malları ölkə hüdudlarından kənara aparılmasında köməklik edir. Bütün bunların yekununda mallar ölkə hüdudlarından kənarda öz sahibinə təhvil verildikdən sonra, həmin sahibkarlar onun vasitəsi ilə daşıma işini həyata keçirən şirkətə gömrük xərclərini ödəyirlər. Son zamanlar “Reyhan” qrup, “xxxxxxx” firmaları ilə işləyir. Firmalar bütün xərcləri öz üzərinə götürür, mal satıldıqdan sonra isə malın sahibləri onların vasitəsi ilə firmanın pulunu qaytarırlar. Təqsirləndirilən şəxs isə Quba-Xaçmaz zonasında, Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində ofis açaraq iş adamlarında inam və etibar qazanmaq üçün guya qanuni fəaliyyət göstərərək broker təəssüratı yaradır, heç bir xüsusi razılıq, lisenziya olmadan fəaliyyət göstərir, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olur. O da Təqsirləndirilən şəxs inanmış və vətəndaşlarda olan kənd məhsullarını alıb gətirib Rusiya Federasiyasına ixrac etməsi üçün ona vermiş, amma göndərdiyi kənd təsərrüfatı məhsullarının pulunu tam şəkildə alıb Təqsirləndirilən şəxs ödəmişdir. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs MMC vasitəsi ilə Rusiya Federasiyasına ixrac etdiyi həmin malların pullarını alıb Zərərçəkmiş şəxs MMC-nin gömrük və digər xərclərini həmin şirkəti aldadaraq özünə götürüb mənimsəmişdir. Təqsirləndirilən şəxs həmin şirkətə məxsus mənimsədiyi pulları Xəyyamla onun üstünə atır. Onun Təqsirləndirilən şəxs heç bir borcu yoxdur, həmin 28 avtomobil məhsulun sahiblərinin kim olması barədə heç bir məlumatı olmamışdır. Özü 2018-ci ilin sentyabr-dekabr aylarında Elnur və onunla birlikdə işləyən qardaşı Elxan vasitəsi ilə 40-a yaxın meyvə yüklü avtomobili Rusiya Federasiyasına yola salmış, həmin məhsulun göndərilməsinə görə olan xərcləri də nağd şəkildə Elnurun Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən ofisində Elnurun şəxsən özünə ödəmişdir. Təqsirləndirilən şəxs da həmin pulları mənimsəyərək firmaların pullarını ödəməmişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC vasitəsi ilə göndərdiyi avtomobillərin ona heç bir aidiyyəti yoxdur. Elnura Zərərçəkmiş şəxs MMC vasitəsi ilə göndərdiyi avtomobillərdən cəmi bir avtomobilin 1.900 ABŞ dolları borcu qaldığını bildirmiş, əslində isə işin isitintaqı zamanı özü müəyyən etmişdir ki, həmin borcun da ona heç bir aidiyyəti yoxdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-ni aldadaraq, özü gəlir əldə etməsi məqsədi ilə bütün avtomobillərin Rusiya Federasiyasındakı gömrük rüsumlarını da müştərilərdən pulu almamış Zərərçəkmiş şəxs MMC-yə ödətdirmişdir. X9 çatan kimi məhsulun sahibi Elnura həmin pulu ödəməlidir. Elnur isə həmin pulları malın sahibindən alsa da pulu şirkətə yəni Zərərçəkmiş şəxs MMC-yə ödəməmişdir. Quba rayon sakini Azər adlı şəxsə məxsus bir maşın alma məhsulunu işlədiyi şirkətin vergi ödənişləri ilə bağlı fəaliyyətini həyata keçirə bilmədiyindən özü sənədləşdirməsini həyata keçirib göndərə bilmədiyi üçün Təqsirləndirilən şəxs xahiş edərək onun daimi müştərisi olan Azərin bir maşın alma məhsulunu Rusiya Federasiyasına göndərilməsini təşkil etmiş, Elnur ona 100 ABŞ dolları pul vermişdir. Elnur Azər adlı şəxsin bir maşın alma məhsulunu Zərərçəkmiş şəxs MMC vasitəsi ilə Rusiya Federasiyasına göndərdikdən sonra avtomobil Rusiya Federasiyasının ərazisində olan zaman digər 27 avtomobildə etdiyi kimi Zərərçəkmiş şəxs MMC məhsulun pulunu almadan, oradakı gömrük rüsumlarını da həmin şirkətə ödətdirmiş və məhsul satılıb pulu qayıtdıqdan sonra da şirkətə həmin məhsulun nisyə göndərildiyini bildirmişdir. Elnur demişdir ki, Azərin məhsulunun Rusiya Federasiyasındakı gömrük xərclərini o özü ödəmişdir, onun üçün də həmin gömrük xərcini yəni, 1900 ABŞ dollarını ondan tələb etmişdir. Özü isə Azərdən bunu soruşduqda Azər ona həmin məhsulun Rusiya Federasiyasındakı gömrük xərcini həqiqətən də məhsul satıldıqdan sonra Moskva şəhərində Təqsirləndirilən şəxs hesabına göndərildiyini bildirmişdir. Lakin onlar bunu Təqsirləndirilən şəxs sübut edə bilmirlər, çünki gömrük bəyənnamələrində xərclərin həqiqətən də şirkət tərəfindən ödənilməsi əks olunmuşdur. Təqsirləndirilən şəxs şirkətə ödəniləsi pulları mənimsəməkdən ötrü məhsulun pulunu almamışdan əvvəl şirkətin, yəni Zərərçəkmiş şəxs MMC-nin balansından Rusiya Federasiyasındakı gömrük xərcləri də çıxılmışdır, daha sonra məhsulun sahibindən məhsulun pulunu alarkən gömrük xərclərini də üzərində əlavə almış və şirkətə həmin malların nisiyə satıldığını deyib məhsulun pulunu aldıqdan sonra gömrük xərclərini də şirkətə ödəyəcəyini bildirmişdir. Əslində isə Rusiya Federasiyasında məhsulun pulu ödənməmiş avtomobilin möhürü açılmır və məhsulun satışına icazə verilmir. Moskva şəhərinə gedən avtomobillərin Rusiya Federasiyasındakı gömrük yoxlaması Moskva şəhərində həyata keçirilir. Moskva şəhərində avtomobildə olan məhsulun pulu oradakı alıcılardan yığılmamış, şirkət tərəfindən avtomobilin gömrükdən buraxılmasına icazə verilmir, yəni məhsulun nisiyə satılması mümkün deyildir. Təqsirləndirilən şəxs bu barədə dedikləri tamam yalandır. Elnur Zərərçəkmiş şəxs MMC-ni aldatmaq üçün məhsulların pulu ödənməmiş şirkətə Rusiyadakı gömrük xərclərini ödətdirib daha sonra məhsulun sahibindən həmin pulları alıb Zərərçəkmiş şəxs MMC-nin pullarını mənimsəmişdir. Əgər Təqsirləndirilən şəxs pulları mənimsəmək niyyəti olmasaydı, Azərbaycan Respublikasından Rusiya Federasiyasındakı malı qəbul edən adamına zəng edib məhsulun pulunu almamış məhsulu gömrükdən buraxılmamasını tapşırardı. Çünki özü də daim belə işləmiş, xərcləri özləri çəkdikləri üçün ziyan etməməkdən ötrü məhsulun sahibindən məhsulun pulunu almamış avtomobili gömrükdən bazara buraxmırlar. Təqsirləndirilən şəxs isə şirkətin pulunu ələ keçirmək niyyətində olduğu üçün gömrük xərclərini şirkət ödədikdən sonra avtomobilləri gömrükdən bazara buraxmış və daha sonra məhsulun pulunu özü alıb şirkətə isə hələ də pulların ödənmədiyini yalandan bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs ilə Xaçmaz şəhərində onun avtomobilində müştəri olan zaman tanış olmuşdur. Elnur Xaçmaz şəhəri H.Z.Tağıyev küçəsində ofis açaraq xarici ölkələrə meyvə məhsullarının daşınması işini görmüşdür. Elnur bu işdə sürücüyə ehtiyacı olduğunu demiş, o, işsiz olduğu üçün Elnurla işləməyə razılaşmışdır. Elnurun “Changan” markalı şəxsi avtomobili olmuş, Elnur ona öz avtomobilini idarə etmək üçün etibarnamə vermişdir. Elnurun ofisində Humay, Sveta və Xoşqədəm adlı üç nəfər qızlar işləmişlər. Elnur şirkətlərin adından ölkə hüdudlarından kənara gedən meyvə-tərəvəz məhsullarını sənədləşdirmiş, həmin sənədlər Elnurun ofisində işləyən qızlar tərəfindən yazılıb hazırlanmışdır. Hər keçirilən avtomobilə görə də Elnur öz haqqını almışdır. Elnurun işlədiyi şirkətlərdən biri də Zərərçəkmiş şəxs MMC olmuşdur. Elnurla birlikdə həmin şirkətlə Elnurun dostu Quba rayon sakini Çingiz də əlaqədə olmuş, daim Elnurun işlədiyi ofisə gəlib-getmişdir. O, Çingizlə Elnurun Zərərçəkmiş şəxs MMC-yə qarşı dələdzluq etmək niyyətindən xəbərsiz olmuşdur. Həm də onun bu işlərdən anlayışı olmamış, Elnurun tapşırıqlarını icra etmişdir. Onun şəxsiyyət vəsiqəsinin surəti Elnurda olmuşdur. Elnur onu Zərərçəkmiş şəxs MMC-yə öz işçisi kimi təqdim edib ondan xəbərsiz onun Zərərçəkmiş şəxs MMC-nin adından işləri görmək üçün onun adına Zərərçəkmiş şəxs MMC-dən etibarnamə də almışdır. 2018-ci ilin sentyabr-dekabr aylarında Elnurun göstərişi ilə gömrük terminalına gedib Zərərçəkmiş şəxs MMC-nin adına olan “CMR”ləri, digər sənədləri alıb gətirib Elnura vermişdir, Elnur həmin sənədləri öz ofisində qızlara yazdırdıqdan sonra yenidən həmin sənədləri o geri qaytarıb avtomobillərin sürücülərinə vermişdir. Bundan sonra öyrənmişdir ki, Elnur dostu Çingizlə birlikdə Zərərçəkmiş şəxs MMC-yə qarşı dələduzluq edib həmin şirkətin adından 28 avtomobil meyvə məhsulunu Rusiya Federasiyasına keçirib xərcləri şirkətə ödətdirmiş və məhsullar satılandan sonra şirkətin çəkdiyi xərcləri ödəyəcəklərini demişlər. Şirkətdən gömrük sənədlərinin və yol sənədlərinin hazırlanması üçün Elnur onu öz işçisi kimi təqdim edib onun adına etibarnamə və sənədlərdə istifadə olunan möhürləri də şirkətdən almışdır. Daha sonra isə şirkətin çəkdiyi xərcləri verməyərək göndərilən məhsulların xarab olduğunu, nisiyə satıldığını və s. bəhanələr gətirmişdir. Onun üçün də həmin şirkətin nümayəndələri Elton və Mamed kimi tanıdığı şəxslər dəfələrlə onun mobil telefonuna zəng edib Elnurun və Çingizin onların telefonlarına cavab vermədiyi üçün Elnurla onları calaşdırmağımı xahiş etmişlər. O, Təqsirləndirilən şəxs qeyri-qanuni hərəkətlərini görüb onunla işləməyi dayandırmışdır. Bundan sonra da Zərərçəkmiş şəxs MMCnin nümayəndəsi Elton onun mobil telefonuna zəng edərək Elnurun yenə də onlara ödəməli olduğu pulları ödəmədiyini, onlardan qaçıb gizləndiyini, onların telefonlarına cavab vermədiyini deyib öz telefonunu Elnura aparıb verməyini, Elnurla onları danışdırmağını xahiş etmişdir. O, bunun üçün Eltonun xahişi ilə dəfələrlə gece və gündüz vaxtlarında Elnurun işlədiyi ofisə, yaşadığı evə gedib öz mobil telefonunu Elnura vermişdir ki, Eltongillə danışsın. Elnur isə öz adının onsuz da heç bir rəsmi sənəddə olmadığını, şirkətin heç nə sübut edə bilməyəcəyini, şirkətin heç nə edə bilməyəcəyini deyib onu da yola salmışdır. Elnur bilərəkdən etibarnaməni də onun adına aldırmışdır ki, öz adı heç bir yerdə hallanmasın, şirkət gələcəkdə Elnura heç nə sübut edə bilməsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, qardaşı Çingiz və o, meyvə bağlarında olan məhsulları xarici ölkələrə satırlar. Qanunvericiliyə əsasən məhsulları ölkə hüdudlarından kənara yalnız firmaların adından rəsmiləşdirilərək çıxarılması mümkündür. Onun üçün də onlar öz bağlarında yetişdirdikləri məhsulları özləri ölkə hüdudlarından kənara çıxara bimirlər. Rəsmiləşdirmələri ayrı-ayrı firmaların adından edirlər, həmin böyük firmalar da onların məhsullarını ölkə hüdudlarından çıxarıb gömrük rəsmiləşdirmələrini edib pullar qazanırlar. Təqsirləndirilən şəxs təxminən 10 il olar ki, tanıyır. Elnur Quba-Xaçmaz zonasında, Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində ofis açaraq məhsuların ölkə hüdudlarından kənara çıxarılması üçün rəsmi sənədləri hazırlayır və gömrük orqanlarında malın ixrac olunması üçün bütün rəsmiləşdirmələri etdikdən sonra avtomaşının sürücüsü məhsulu ölkədən çıxarır. Bir avtomobil almanın gömrük rəsmiləşdirmələri üçün rəsmi olaraq 1800 dollar, bir avtomobil xurmanın gömrük rəsmiləşdirməsi üçün isə 3200 dollar xərc çəkilir. Həmin xərcləri malları ölkə hüdudlarından kənara çıxaran şirkətlər çəkir. Mallar satıldıqdan sonra şirkətin pulu həmin şirkət üçün müştərini tapan vasitəçi tərəfindən şirkətə ödənilir. Bu şirkətlərdən biri də Zərərçəkmiş şəxs MMC-dir. Böyük qardaşı Çingiz və o, öz təsərrüfatlarını birgə idarə etmişlər. Çingiz hal-hazırda X5 şəhərində yaşayır. Onlar 2018-ci ilin sentyabr ayından dekabr ayına kimi Elnurun vasitəsi ilə Rusiya Federasiyasına 6 maşın alma məhsulu göndərmişlər. Elnur Çingizlə aralarındakı razılaşmaya əsasən malları Zərərçəkmiş şəxs MMC adlı şirkətin adından yola salmış, Çingizlə Elnurun arasında olan pul hesabından onun xəbəri yoxdur. 2019-cu ilin yay aylarında bilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC adlı firmaya qarşı dələduzluq edib 38.500 ABŞ dolları məbləğində pulunu ələ keçirmişdir. Bununla bağlı qardaşı X2 zəng edib Təqsirləndirilən şəxs işiylə maraqlanmağını tapşırmışdır. Çingiz sonuncu dəfə 2019-cu ilin oktyabr ayında Azərbaycana gəlmiş, sonra yenidən Rusiya Federasiyasına geri qayıtmışdır. 2019-cu ilin sonlarında o iki dəfə Zərərçəkmiş şəxs MMC-nin Bakı şəhəri, Binəqədi rayonunda yerləşən ofisinə gedib bu barədə şirkət rəsmiləri ilə söhbət edib Təqsirləndirilən şəxs həmin şirkətə verməli olduğu 38.500 ABŞ dollarını gələcəkdə ödəməyi öz üzərlərinə götürməklə bağlı müqavilə bağlamaq istəmişdir, lakin şirkət rəsmiləri buna razılıq verməmişdir və qardaşı Çingiz Bayramovun Azərbaycana gələrək həmin müqaviləni bağlamasını tələb etmişlər. O, bu barədə qardaşı Çingizə zəng edib məlumat vermiş, Çingiz bildirmişdir ki, 2020-ci ilin mart ayında, yəni “novruz bayramında” Azərbaycana gələcək, həmin vaxt özü şirkətlə müqavilə bağlayacaq. Çingizin Elnurla arasında olan iş birliyi, onların məhsullarının Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC adından rəsmiləşdirməsi barədə heç bir məlumatı yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid1 ifadəsində bildirmişdir ki, təxminən bir il olar Zərərçəkmiş şəxs MMC-nin maliyyə direktoru vəzifəsində çalışır. İşlədiyi Zərərçəkmiş şəxs MMC-nin əsas təyinatı Azərbaycan Respublikasında istehsal edilən kənd təsərrüfatı mallarının sifariş əsasında xarici ölkələrə ixrac olunaraq orada MMC-nin nümayəndəsi tərəfindən sifarişçinin nümayəndəsinə təhvil verilməsindən ibarətdir. Belə ki, Zərərçəkmiş şəxs MMC olaraq ilk növbədə sifariş edən fiziki və ya hüquqi şəxslə alqı-satqı müqaviləsi bağlayaraq onların sifariş etdiyi məhsulu öz adlarına rəsmiləşdirirlər. Müqavilə bağlandıqdan sonra sifarişçiyə məxsus olan həmin məhsulları Zərərçəkmiş şəxs MMC-nin məhsulu kimi sifariş olunan ölkəyə aparıb orada sifarişçinin nümayəndəsinə təhvil verirlər və bunun müqabilində daşıma xərclərini, ödədikləri gömrük rüsumlarını və bu işə görə olan öz xidmət haqqlarını sifarişçidən alırlar. Zərərçəkmiş şəxs MMC-nin xidmət haqqı hər avtomobilə görə içərisindəki malın dəyərindən asılı olaraq 50-200 dollar təşkil etmişdir. Sifarişçinin istəyindən asılı olaraq Zərərçəkmiş şəxs MMC daşıma xərclərini öz öhdəliyinə də götürə bilər. Əgər sifarişçi öz mallarını özünün təşkil etdiyi nəqliyyat vasitəsi ilə ölkə hüdudlarından kənara çıxarmaq istəyərsə, bu halda sifarişçi yalnız gömrük xərclərini və onun malını Zərərçəkmiş şəxs MMC adından çıxarılması ilə bağlı göstərdikləri xidmət haqqını ödəyir. Ona görə də Zərərçəkmiş şəxs MMC sifarişçinin malını ölkə hüdüdlarından kənara çıxarmaq üçün ilk növbədə həmin malı alqı-satqı müqaviləsi əsasında öz adına rəsmiləşdirir. Bundan başqa, şirkət özü də Azərbaycan Respublikasının regionlarından kənd təsərrüfatı məhsullarını alıb Rusiya Federasiyasındakı mağaza şəbəkələrinə satışını həyata keçirir. Sifariş etmiş bu cür şəxslərdən biri də 2018-ci ilin iyun ayında Zərərçəkmiş şəxs MMC-yə müraciət edən Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs Tofiq oğlu olmuşdur. Təqsirləndirilən şəxs öz yaşadığı zonada olan ayrı-ayrı şəxlərə məxsus kənd təsərüfatı məhsullarının ölkə hüdüdlarından kənara aparılması işində vasitəçilik etməklə məşğuldur və hətta onun bu işlə məşğul olmaq üçün Xaçmaz şəhərində yerləşən ofisi və Malik adlı işçisi də vardır. Həmin vaxtdan Elnur Zərərçəkmiş şəxs MMC ilə iş qurmuş və Elnurun vasitəçilik edərək sifariş etdiyi kənd təsərrüfatı məhsullarını Rusiya Federasiyasına aparmışlar. 2018-ci ilin iyun-avqust ayları ərzində Zərərçəkmiş şəxs MMC olaraq Elnurun vasitəçilik edərək sifariş etdiyi 11 avtomobil kənd təsərrüfatı məhsulunu Rusiya Federasiyasına aparmış və bunun müqabilində Elnur şirkətə tam olmasa da, bir dəfə təxminən 5.000 ABŞ dolları, bir dəfə də 1.500 ABŞ dolları pul ödəyib onların etibarını qazanmış, Elnura inanmağa başlamışlar. Təqsirləndirilən şəxs özü Bakı şəhəri, Binəqədi rayonunda yerləşən baş ofislərinə gəlib onunla söhbət etmiş və söhbət əsasında Elnura 20.000 ABŞ dolları limitində şirkətləri adından kənd təsərrüfatı məhsullarını ölkə hüdüdlürından kənara çıxarma şansını vermişdir. Həmin məhsullar ölkədən çıxarılanadək bir neçə rəsmi qurumdan rəsmi rüsumlar ödənilməklə icazələr alınmalıdır. Təqsirləndirilən şəxs onu aldadıb həmin ödənişləri etmək üçün onun maddi imkanı olmadığını, əgər şirkətləri ona dəstək olarsa, o da şirkətin müştərilərinin sayını artıracaq və çəkdikləri xərclərin hamısını geri qaytaracağına söz vermişdir. Ona görə də Elnura inanmış və onun ödəməli olduğu rəsmi rüsumları da şirkətin adından ödənilməsinə razılıq vermişdir. Beləcə Zərərçəkmiş şəxs MMCnin etibarını qazanmış Təqsirləndirilən şəxs 2018-ci ilin sentyabr ayında növbəti dəfə onlara müraciət edərək yaşadığı zonada olan ayr-ayrı şəxslərə məxsus kənd təsərrüfatı məhsullarını nəqliyyat vasitələrini özləri təşkil etməklə Rusiya Federasiyasının, Moskva şəhərinə aparılmasını sifariş etmişdir. Hətta bu işi sürətli həyata keçirmək məqsədilə xx xxxxxxx 2018-cu il tarixdə Zərərçəkmiş şəxs MMC tərəfindən Elnurun işçisi Şahid7 həmin MMC-ni nümayəndə qismində təmsil etmək üçün rəsmi etibarnamə və MMC-nin gömrükdə rəsmiləşdirmə aparmaq işlərinə dair möhürünün bir nüsxəsi də verilmişdir.10 gün ərzində Elnur həmin 20.000 ABŞ dollar limitində alma məhsullarını artıq Rusiya Federasiyasına onların adından ixrac etdirmiş və Elnurun iş qabiliyyətinə, müştəri tapmaq imkanlarına inanmışlar. Baxmayaraq ki, Elnur hələ də şirkətin 20.000 ABŞ dollar xərclərini ödəməmiş, ona inanmalarının səbəbi o olmuşdur ki, 10 gün ölkə hüdüdlürından kənarda satılmış məhsulun gəlirinin ölkəyə qayıtması üçün qısa bir müddətdir. Azərbaycan Respublikasının Prezidentinin fərmanına əsasən ölkə hüdudlarından kənara çıxarılmış məhsulun pulu 180 gün ərzində geri qayıtmalıdır. Satılmış məhsulların pulu təxminən 20-30 gün aralığında ödənildiyi üçün Elnur həmin pulu əldə etdikdən sonra şirkətin xərclərini gətirib verəcəyinə inanmışdır. Zərərçəkmiş şəxs MMC 2018-ci ilin sentyabr-dekabr aylarında Elnurun vasitəçilik edərək sifariş etdiyi 27 avtomobil alma və 1 avtomobil xurma məhsulunu X8 şəhərinə apararaq təhvil vermişdir. Elnurun vasitəçilik edərək sifariş etdiyi 28 avtomobil məhsulun aparılmasına görə Zərərçəkmiş şəxs MMC tərəfindən ödənilmiş gömrük rüsümü ümumilikdə 38.500 (otuz səkkiz min beş yüz) ABŞ dolları məbləğində təşkil edir. Zərərçəkmiş şəxs MMC olaraq hər avtomobilə görə dərhal müvafiq xərcləri götürmürlər, yəni 5-10 avtomobilin xərcini birlikdə götürürlər. Həmin vaxt Elnur da onların inamından istifadə edərək 20-30 avtomobilin xərcini birlikdə ödənilməsini xahiş etmişdir. Lakin Elnur hal-hazıra kimi 28 avtomobilin nə gömrük xərcələrini təşkil edən 38.500 ABŞ dollar pulu, nə də Zərərçəkmiş şəxs MMC-nin xidmət haqqını ödəməmiş və müxtəlif bəhanələr gətirərək verdiyi vədə əməl etməmişdir. Hal-hazırda pullarını daşıdıqları (alqı-satqı müqaviləsi bağlanılmış) malın sahibindən deyil, məhz Elnurdan ona görə tələb etmişlər ki, həmin malların daşınmasında vasitəçilik edən Elnur əvvəlki göndərdikləri 11 avtomobildə olduğu kimi gömrük rüsumlarını və xidmət haqqını mal sahiblərindən götürüb şəxsən özü ödəyəcəyinə söz verib öhdəsinə götürdüyü üçün ona inanmışlar. Elnur həmin xərcləri verməməsinin səbəbini belə izah etmişdir ki, vasitəçilik etdiyi malın sahibləri öz mallarını sata bilməyərək ziyan etmiş və o da öz növbəsində mal sahiblərindən bu pulu götürüb onlara verə bilmir. Onlar da Elnurun göstərdiyi ziyan məsələsini qəbul edərək ona güzəşt edib xidmət haqqını tələb etməmişlər, yalnız çəkdikləri 38.500 ABŞ dolları gömrük xərclərini istəmişlər. Hal-hazırda Elnurun göstərdiyi ziyan məsələsinin həqiqətən də baş verməsinə ona görə tam əminnliklə inanmırlar ki, Təqsirləndirilən şəxs həmin məhsulların kimə məxsus olmasını, əmlak sahiblərinin kim olmasını belə onlara bildirmir ki, həmin şəxləri tapıb özləri onlardan soruşub bunu dəqiq öyrənsinlər. Ona görə də hesab edirlər ki, Elnur həmin məbləğdə olan pulu götürürərək mənimsəmiş və onlara yalan bəhanələr gətirmişdir. Həmçinin Elnurun göstərdiyi ziyan məsələsi onlar üçün önəmli deyil, önəmli olan Elnurun vədinə əməl edərək pulu ödəməsidir. Çünki şirkət onunla müqavilə bağlayıb hər hansı bir işi görəcəyi barədə mülki qaydada heç bir razılığa gəlməmiş, Elnur özü birbaşa onların etibarından sui-istifadə edib şirkətin pullarını xərcləyib özü xeyir əldə etmiş, şirkətin xərclərini ödəməkdən isə müxtəlif bəhanələr gətirərək boyun qaçırmışdır. İxracat işləri ilə əlaqədar bütün dövlət təşkilatlarında hər bir dəstək olduğu halda, Təqsirləndirilən şəxs kimi insanlar onların işinə mane olur, ixracat işinin dövlət üçün nə qədər əhəmiyyətli olduğunu nəzərə alaraq, qeyri-neft sektorunun inkişafında gördükləri faydalı işə kölgə salır. Bu məsələnin dərindən araşdırılıb şirkətə köməklik göstərilməsini xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs MMC tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs tərəfindən hazırlanmış sənədlər əsasında 27 maşın alma və 1 maşın xurma məhsullarının Rusiya Federasiyasına göndərilməsi öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə texniki ekspertizasının 149 saylı xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs iş otağından götürülən sənədlərdə olan möhür və ştamplar müxtəlif üsullarla icra olunmuşdur.(cild 02,iş vərəqə 140) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X4 tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutumuş, Xaçmaz rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılmasından imtina edilərək onun barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və onun ifadələrini cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətləndirir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsin nümayəndəsi, şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlində təqsirini təkzib edən hal məhkəmədə müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.3.2-ci maddələri ilə düzgün tövsif edilmiş, ona görə də o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və o, cəzalandırılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut- Zərərçəkmiş şəxs MMC-nin təqdim etdiyi xx.xx.2018-ci il tarixdən-xx.xx.2018-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs və Çingiz Bayramovun sifarişi ilə Zərərçəkmiş şəxs MMC-nin ödədiyi gömrük rüsumlarını əks etdirən 28 ədəd gömrük bəyannamələri və digər sənədlər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri: 73 manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia təmin edilməli: Təqsirləndirilən şəxs 65450 manat Zərərçəkmiş şəxs MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351- 353,354, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut- Zərərçəkmiş şəxs MMC-nin təqdim etdiyi xx.xx.2018-ci il tarixdən-xx.xx.2018-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs və Çingiz Bayramovun sifarişi ilə Zərərçəkmiş şəxs MMC-nin ödədiyi gömrük rüsumlarını əks etdirən 28 ədəd gömrük bəyannamələri və digər sənədlər cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərcləri: 73 manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Mülki iddia təmin edilsin: Təqsirləndirilən şəxs 65450 manat Zərərçəkmiş şəxs MMC-nin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar