Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-602/2021 09.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1984-cü ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Cəbrayıl rayonu, Minbaşı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, ev-10, mənzil 35-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Alatava yaşayış massivində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına daxil olan bir ədəd şəffaf sellofan bükümündə, külli miqdarda, təmiz çəkisi 4.910 qram olan narkotik vasitə heroini satış məqsədilə əldə edib üzərində saxlayaraq Abşeron rayonu, Masazır kəndinə daşımış, xx.xx.2020-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirən əməliyyat-axtarış tədbirləri zamanı saat 12 radələrində Abşeron rayonu, Masazır kəndindəki “Qəbələ” otelin yaxınlığında saxlayaraq Abşeron rayon polis idarəsinə gətirib üzərində videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı əyində olan qara rəngli cins şalvarının sağ yan kiçik cibində saxladığı bir ədəd şəffaf sellofan bükümündə, təmiz çəkisi 4.910 qram, kustar üsulla hazırlanmış, külli miqdarda narkotik vasitə olan heroini aşkar edib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə tanışı Nuranə zəng edib ağlaya-ağlaya ona bildirmişdir ki, o, Abşeron rayonu, Masazır qəsəbəsindəki “Qəbələ” otelində qalır, lakin otelə ödəməyə pulu olmadığından onu oradan buraxmırlar. Nuranə ondan xahiş etmişdir ki, o, təcili olaraq ona 15 manat pul gətirsin ki, o, otelin hesabını bağlayıb oradan çıxa bilsin. Nuranə ona çox yalvardığına görə qərara gəlmişdir ki, həmin otelə gedib Nuranənin istədiyi pulu versin. Yaşadığı Lökbatan qəsəbəsindən bir manat ödəyərək Nuranənin qaldığı otelin yanına getmişdir. Otelin qəbul masasına yaxınlaşaraq pulu otelin işçisinə təqdim etmiş, Nuranəyə isə zəng edərək pulu verdiyini bildirmişdir. Nuranə isə ondan xahiş etmişdir ki, bir dəqiqə gözləsin özü aşağı düşür. Nuranə aşağı enərək ondan otağa qalxıb çantaları aşağı endirməyi xahiş etmişdir. Xahiş etmişdir ki, maşınsız olduğu üçün onunla birlikdə taksi ilə 20 Yanvar metrostansiyasına qədər getsin. Nuranə ilə razılaşaraq onun qaldığı otağa qalxmış və orada görmüşdür ki, masanın üzərində falqada narkotik vardır. Nuranəni tələsdirmişdir ki, otaqdan tez çıxsın. Elə bu zaman otağın qapısı döyülmüş, Nuranə qapını açdıqda içəri mülki geyimdə iki nəfər şəxs daxil olmuş, daxil olan kimi onlar narkotik hardadır sualını ona vermiş, o, onda narkotik olmadığını deyəndə isə Nuranədən masanın üzərindəki narkotik olan heroinin kimə məxsus olmasını soruşmuşlar. Nuranə də masanın üzərində «ROTMONS» siqaret qutusunun ona, yəni Mahirə məxsus olduğunu, narkotikin isə özünə məxsus olduğunu bildirmişdir. O, siqaret qutusunun və narkotikin ona məxsus olmadığını bildirsə də polis əməkdaşları zor tətbiq edərək bir maşında onu, digər maşında isə Nuranəni polis idarəsinə aparmışlar. Orada onu hədələmişlər ki, qabağına seyfdən içərisində 5 kq-a yaxın heroin qoyub onun adına sənədləşdirəcəklər. Lakin Nuranəyə məxsus narkotik vasitəsi olan heroinin ona məxsus olmasını etiraf eləsə yüngül maddə ilə çəkiliş aparmaqla bu məsələni sənədləşdirəcəklər. Bundan əvvəl isə həmin iki nəfər polis əməkdaşları onu vəhşicəsinə döyərək dişini və qabırğasını sındırmışlar. Bu səbəbdən polis əməkdaşlarının təklifi ilə razılaşaraq Nuranəyə məxsus 0,5 qram civarında heroinin ona məxsus olduğunu etiraf etmiş, polislər onun cins şalvarının sağ cibinin pistonçik deyilən yerinə Nuranəyə məxsus bir büküm heroini yerləşdirərək sonra çəkiliş aparmaqla üzərinə axtarış keçirmişlər. Baxışda polisin dəvət etdiyi vəkil də iştirak etmiş, baxışa dair protokol tərtib edilmiş, o da həmin protokolu imzalamışdır. Polislərə, yəni istintaq orqanına verdiyi ifadəsi həqiqətə uyğun deyildir. Abşeron rayon məhkəməsində xx xxxxxxxx 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə olanları danışsa da sonuncu polislərin tərəfini tutaraq barəsində həbs qətimkan tədbiri seçmişdir. Ona həmin qərar elan edilmişdir. Qərarda göstərilmişdir ki, o, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməklə əməlindən peşman olmasını bildirmişdir. O, hakimə belə sözlər deməmişdir, bunu hakim özü yazmışdır. Həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, şalvarının cibində 1,5 qram heroin olmuşdur. Lakin üzərinə keçirilən baxış protokolunda 5 qrama yaxın heroin aşkar olunduğunu yazmışlar. Bununla da razı deyildir. Ona diskə baxış keçirilməsi haqqında protokol təqdim edildi. Həmin protokola qeydində göstərmişdir ki, protokolda qeyd edilən külli miqdarla razı deyildir. Bundan başqa ibtidai istintaq zamanı şübhəli şəxs qismində ifadə verərkən göstərmişdir ki, ondan aşkar olunmuş narkotik vasitə əslində narkotik vasitə deyil, palçıqdır. Həmçinin barəsində narkoloji ekspertiza keçirildikdə həkimə bildirmişdir ki, ondan aşkar olunub götürülmüş narkotik vasitə olan heroini tapıb və özü istifadə etmək məqsədilə saxlamışdır. Düzdür, bir ildən artıq müddətdir arabir marixuanadan istifadə edir. Lakin heroindən istifadə etmir. Narkoloji rəydə göstərilmişdir ki, o, çətənə bitkisi preparatlarından sui-istifadə edir və onda narkomaniya xəstəliyi aşkar olunur. Həmin rəylə də razı deyildir. Onun barəsində CM-nin 152.1-ci maddəsi ilə xx.xx.2020-ci il tarixdə hökm çıxarılmışdır. O, ona görə məhkum olunmuşdur ki, 16 yaşına çatmayan Ləman adlı qızla cinsi əlaqədə olmuş və məhkəmədə Ləman ifadə vermişdir ki, guya o, ona nəşə, psixotrop maddələr vermiş və onunla birlikdə istifadə etmişdir. Ləman onun barəsində yalan ifadə vermişdir. Məhkəmədən xahiş edir ki, məhkəmədə verdiyi ifadələrə inansın və qanuni qərar qəbul etsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. xx xxxxxxxx 2020-ci il tarixdə ona daxil olmuş əməliyyat məlumatında göstərilmişdir ki, Lökbatan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs həmin gün Masazır qəsəbəsində satış məqsədilə üzərində narkotik vasitəsi olan heroin daşıyacaqdır. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs müəyyən olunub ifşa olunması məqsədilə rəhbərliyin qəbul etdiyi qərar əsasında ondan və Abşeron rayon Pİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis leytenantı Azad Nağızadədən ibarət əməliyyat qrupu yaradılmaqla əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Həmin tarixdə Anarla birlikdə Masazır qəsəbəsinə gedərək zahiri əlamətləri onlara məlum olan Təqsirləndirilən şəxs müəyyən edib saxlayaraq özlərini ona təqdim edərək barəsində narkotik vasitələrin dövriyyəsi ilə bağlı şübhələr olmasına dair qərarla tanış etmiş və ona təklif etmişlər ki, onlarla birlikdə üzərinə baxış keçirilməsi üçün Abşeron rayon Polis İdarəsinə getsin. Polis İdarəsində təhqiqatçı tərəfindən polis kapitanı Cəfərov Məmməd tərəfindən rəhbərliyə raportla məruzə edildikdən sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiəçi dəvət olunmuş və Təqsirləndirilən şəxs dəvət olunmuş vəkilin baxışda iştirak etməsinə razılığını bildirmiş, həmçinin baxışın çəkiliş aparılmaqla keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və yaxud saxlanılması qadağan olunmuş hər hansı vasitənin olub-olmadığını soruşmuş, olduğu halda təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs həmin vaxtı əynindəki qara rəngli şalvarının sağ yan kiçik cibində saxladığı bir ədəd şəffaf selofon bükümündə olan narkotik vasitəyə oxşar kütləni çıxarıb təqdim etmiş və təqdim etdiyi kütlənin narkotik vasitə heroin olduğunu bildirərək həmin bükümü tapdığını bildirmişdir. Təhqiqatçı tərəfindən təqdim edilmiş narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş və baxışın bütün iştirakçıları tərəfindən zərfə imzalar qoyulmuş, həmçinin baxışla əlaqədar tərtib olunmuş protokolu da Təqsirləndirilən şəxs daxil olmaqla bütün iştirakçılar imzalamışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğun deyildir. Mahir Qəbələ otelində saxlanılmamış, o, Nuranə adlı qadını tanımır, bu adda qadın Mahirlə birlikdə polis idarəsinə aparılmamış, hadisələr onun ifadəsində göstərdiyi kimi olmuşdur. Mahirə qarşı nə o, nə də həmkarı Anar Nağızadə fiziki zor tətbiq etməmişlər. Onun dişini və qabırğalarını sındırmamışlar. Əgər Təqsirləndirilən şəxs bu kimi xəsarətlər yetirilsəydi onu istintaq təcridxanasına belə qəbul etməzdilər. Hal -hazırda da Təqsirləndirilən şəxs narkotik vasitələrin satışını müəyyən etmək məqsədilə müvafiq tədbirlər davam edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur, oğlu Mahir subaydır və onunla birlikdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, ev 10, mənzil 35-də yaşamışdır. xx.xx.2020-ci il tarixdə səhər Mahir evdən çıxmışdır. Təxminən 3 gün sonra bir şəxs ona zəng edərək polis olduğunu bildirib Mahirin narkotiklə tutulduğunu demişdir. Müstəntiq tərəfindən Abşeron RPİ-nə dəvət olunduqda bilmişdir ki, Mahirin üzərindən 5qrama yaxın heroin aşkar edilmişdir. Bunu müstəntiqdən bilmişdir. Oğlunun narkotik vasitə saxlaması, daşıması və yaxud da istifadə etməsi barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkilinin Abşeron RPİ-nin rəisinə ünvanlanan xx.xx.2020-ci il tarixli raportundan müəyyən olunur ki, xx.xx.1984-cü il təvəllüdlü, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, bina 10, mənzil 35-də yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən ”Qələbə” otelinin yaxınlığında narkotik vasitə olan heroini üzərində daşıması, qəbulu və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «şəxsi axtarış və götürmə keçirilməsi haqqında» xx.xx.2020-ciil tarixli protokoldan müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirib üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Sorgu zamanı narkoti vasitəni xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Alatava qəsəbəsindən tapdıgını və üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» xx.xx.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə, saat 12:55 radələrində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Abşeron rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək əməlindən peşiman olduğunu bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “diskə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Abşeron RPİ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış video çəkilişlə keçirilmiş, bir ədəd CD diskə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroin aşkar edilib götürülmüş, bununla bağlı Təqsirləndirilən şəxs bildirmişdir ki, saxlanıldığı xx.xx.2020-ci il tarixdə polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zor olmamış, əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroini tapmışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 6\1896 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş zərfdəki bir ədəd bükümdə təmiz çəkisi – 4,910 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına» daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 2993 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış “axtarış aparılması haqqında” xx.xx.2020-il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, ev 10, mənzil 35-ə baxış keçirilmiş, axtarış zamanı mənzildə narkotik vasitələr, onun predmetləri və yaxud digər qanunsuz əşya aşkar edilməmişdr. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2020-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd selofon büküldə olan ekspertiza tədqiqatından qalıq qalmış 4,810 qram narkotik vasitə heroin Abşeron RPİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü bir ədəd CD diski cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair tələbnamədən və Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmişdir.. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(002)-229/2020 saylı məktubundan müəyyən olunur ki, Qaradağ rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən apellyasiya şikayəti və apellyasiya proseti daxil olmamış, hökm qanuni qüvvəyə minməklə icraya yönəlmişdir. Bu hökmdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkum olunduğu cinayət işi üzrə cinayət əməlini 2019-cu ilin sentyabr-noyabr aylarında törətmiş, hal-hazırda baxılan iş üzrə cinayət əməlini isə xx.xx.2020-ci il tarixdə törətmiş, belə olan halda Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu olmaqla ona cinayətlərin məcmusuna görə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddtinə hesablanır. Belə olan halda Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin olunmuş cəza baxılan iş üzrə azadlıqdan məhrum etmə cəzası təyin olunduqda həmin cəzalar cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.5-ci maddələrinə əsasən toplanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə görə, cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən qaydalara uyğun olaraq, cinayətlərin məcmusu üzrə, azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməli, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən çəkilmiş cəza qəti cəza müddətinə daxil edilməklə, cəzanın əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Qanuna əsasən heroin növü narkotik maddə 0,15 qramdan şəxsi istehlak miqlarından artıq, 2 qramdan isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs evindən və üstündən götürülmüş narkotik vasitənin miqdarı 4.910 qram külli miqdar əlamətindən dəfələrlə çoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» qərarına əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroin şəxsi istehlak miqdarından və külli miqdardan dəfələrlə artıqdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” x xxxx 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş tədqiqatdan sonra çəkisi 4,810 qram olan narkotik vasitə heroin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 108,46 (yüz səkkiz manat qırx altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Abşeron rayon Vəkil Bürosunun vəkili X3, məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X3 üçün Abşeron rayon Vəkil Bürosunun nəfinə 240 (iki yüz qırx) manat, müdafəçi Müdafiəçi üçün isə 300 AZN (üç yüz manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 05 (beş ) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddələrinə əsasən təyin olunmuş cəzaya qismən toplamaqla ona qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş tədqiqatdan sonra çəkisi 4,810 qram olan narkotik vasitə heroin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 108,46 (yüz səkkiz manat qırx səkkiz qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X3 üçün 240 (iki yüz qırx) manat pul Abşeron rayon Vəkil Bürosunun, məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı isə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-602/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-602/2021
09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver