Məhkəmə qərarları › İş №1(101)-602/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-602/2022

13.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-602/2022 13.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Salmanov Rahib Vaqif oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məsləhətçi Qafarova Turan Zakir qızının katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X3, X4 və müdafiəçi: Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 1 may 1970-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada işləmiş, məhkumluğu ödənilmiş, ünvan 5-da qeydiyyatda olmaqla yaşamış, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girib satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan şəxsdən və istintaqa məlum olmayan vaxtda 11 (on bir) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 1,621 qram, 0,381 qram, 0,123 qram, 0,362 qram, 0, 270 qram, 0,075 qram, 1,708 qram, 0,413 qram, 0,395 qram, 0,190 qram, 0,193 qram, ümumi təmiz çəkisi külli miqdarda 5,731 qram olan xarici əlamətləri və tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,602 qram, 0,201 qram, 0,315 qram, 0,147 qram, ümumi təmiz çəkisi külli miqdarda 3,265 qram olan xarici əlamətləri və tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 6 (altı) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 498,5 qram, 1,178 qram, 3,025 qram, 1,913 qram, 2,258 qram, 1,248 qram ümumi təmiz çəkisi külli miqdarda 508,122 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək bir hissəsini yaşadığı ünvan 1 ünvanında, bir hissəsini isə üzərində saxlayaraq daşımış, 7 sentyabr 2021-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, daşınması və saxlanılmasında şübhəli bilindiyi üçün ünvan 2 ünvanın qarşısında saxlanılaraq ünvan 3 ünvanda yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nə aparılmış və orada üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən həmin qanunsuz olaraq satış məqsədi ilə əldə edib daşıyaraq saxladığı 11 (on bir) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 1,621 qram, 0,381 qram, 0,123 qram, 0,362 qram, 0, 270 qram, 0,075 qram, 1,708 qram, 0,413 qram, 0,395 qram, 0,190 qram, 0,193 qram, ümumi təmiz çəkisi külli miqdarda 5,731 qram olan xarici əlamətləri və tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,602 qram, 0,201 qram, 0,315 qram, 0,147 qram, ümumi təmiz çəkisi külli miqdarda 3,265 qram olan xarici əlamətləri və tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, şalvarının sol yan cibindən narkotik vasitələri və psixotrop maddələri çəkmək üçün istifadə etdiyi bir ədəd üzərində narkotik vasitə heroin izləri olan gümüşü rəngli elektron tərəzi aşkar olunaraq götürülmüş, əməliyyat tədbirinin davamı olaraq isə həmin gün saat 19:50dən 20:15-ə kimi olan müddət ərzində yaşadığı ünvan 5 ünvanda axtarış və götürmə aparılarkən evin qonaq otağında olan yemək stolunun üzərindən 5 ədəd sellofan kəsiyi bükümündə, həmin otaqda olan şkafın şüşəli gözlüyündən isə 1 ədəd üzəri skoçla bağlanmış sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 1,178 qram, 3,025 qram, 1,913 qram, 2,258 qram, 1,248 qram, 498,5 qram, ümumi təmiz çəkisi külli miqdarda 508,122 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd narkotik vasitələri və psixotrop maddələri çəkmək üçün istifadə etdiyi üzərində narkotik vasitə-heroin izləri olan üzərində «Mesko» yazısı olan ağ sarı rəngli elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, bir neçə ildir ki, narkotik vasitə heroini yandırıb tüstüsünü çəkmək yolu ilə istifadə edir. Narkotik vasitələri şəhərin müxtəlif yerlərindən tanımadığı şəxslərdən əldə etmişdir. 7 sentyabr 2021-ci il tarixdə saat 10:30da yaşadığı ünvan 5 ünvanda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Sonuncular onun evinə pəncərəni sındırmaqla daxil olmuşlar. Zorla Suraxanı RPİ-nin 30-cu PŞ-nə aparılmış və orada da təzyiqə məruz qalmışdır. Məcburiyyət qarşısında etirafedici məzmunda izahat və sonradan ifadə vermişdir. Onu döyən polis əməkdaşlarını tanımır. Üzərində və evində narkotik vasitə və ya psixotrop maddələr olmamışdır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. Şöbəyə Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələri saxlaması, istifadə etməsi, daşıması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılmasından ötrü raportla şöbə rəhbərliyinə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. 7 sentyabr 2021-ci il tarixdə saat 17:00 radələrində onun tərəfindən əməliyyat tədbirləri həyata keçirilərək Təqsirləndirilən şəxs ünvan 5 ünvanının qarşısında saxlanılaraq şöbəyə gətirilmişdir. Orada videoçəkiliş aparılmaqla sonuncunun üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs onların təklifi ilə əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 15 (on beş) ədəd sellofan bükümü, şalvarının sol yan cibində olan 1 (bir) ədəd gümüşü rəngli elektron tərəzini çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdən 11də narkotik vasitə heroin, 4-də isə psixotrop maddə metamfetamin olduğunu, onları İran vətəndaşından 300 manata aldığını, həm özünün istifadə etdiyini, həm də satmaq üçün üzərində gəzdirdiyini və yaşadığı evdə də narkotik vasitələr olduğunu bildirmişdir. Aşkar olunmuş maddələr və tərəzi ayrı-ayrılıqda 3 ədəd zərfə qoyulmuş, zərfin üzəri imzalanmış və möhürlənmişdir. Sonra protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına getmişlər. Baxış sonuncunun müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla keçirilmişdir. Evin qonaq otağının ortasındakı yemək stolunun üstündə yemək qırıntıları və qab-qaşığın arasından 5 ədəd sellofan kəsiyi bükümündə olan narkotik vasitə heroin və 1 ədəd sarı rəngli, üzərində ağ rəngdə qapağı olan elektron tərəzi, divara yığılmış şkafın şüşəli gözlüyünün küncündə əşyaların arasında gizlətdiyi 1 ədəd qara rəngli sellofana bükülmüş və üstü skoçlanmış bağlama aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs stolun üstündə olan 5 ədəd bükümdəki və şkafdan aşkar olunmuş 1 ədəd sellofan bağlamadakı maddələrin heroin olduğunu, öz istifadəsi və həm də satmaq məqsədi ilə tanımadığı İran vətəndaşından əldə etdiyini bildirmişdir. Həmin bağlama bıçaqla çərtilmiş və içərisində ağ rəngli, toz şəkilli heroinə bənzər maddə olması müəyyən edilmişdir. Evin digər yerlərinə baxış keçirilsə də, iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilməmişdir. Evdən aşkar edilmiş 5 ədəd büküm, 1 ədəd bağlama böyük zərfə, 1 ədəd elektron tərəzi isə balaca bir zərfə qoyularaq qablaşdırılmış, zərflərin üzəri imzalamış və möhürlənmişdir. Sonda tədbirin nəticələri barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında saxlanılarkən və şöbədə olarkən sonuncuya qarşı fiziki təzyiq göstərilməmiş, polis əməkdaşları tərəfindən döyülməmişdir. Şöbədə olarkən Təqsirləndirilən şəxs özü yaşadığı evdə narkotik vasitə olduğunu bildirmiş, evinə baxış keçirilməsinə etiraz etməmişdir. Sonuncunun yaşadığı evin pəncərəsi polis əməkdaşları tərəfindən sındırılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. İşin 86-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ cibindən 15 ədəd sellofan kəsiyində olan bükümü və şalvarının sol cibindən 1 ədəd elektron tərəzini təqdim etdiyi zaman qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əynində olan qara rəngli şalvarının sağ cibindən həmin 15 ədəd sellofan kəsiyində olan bükümləri, şalvarının sol cibindən isə 1 ədəd gümüşü rəngli elektron tərəzini təqdim edir və həmin bükümlərin işərisində nə olduğunu soruşulduqda o, təqdim etdiyi qara rəngli şalvarının sağ cibindən aşkar olunmuş 11 ədəd bükümün içərisində olan maddənin narkotik vasitə heroin, 4 ədəd bükümün içərisində olan maddənin isə psixotrop maddə olan metamfetamin olduğunu, həmin heroin və metamfetamini 300 manata özünün istifadəsi və həm də satmaq məqsədi ilə İran vətəndaşından aldığını bildirmişdir. İşin 87-ci vərəqindəki protokoldan görünür ki, həmin tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı X1 Nəvai Gəncəli oğlunun yaşadığı ünvan 5 ünvanda axtarış və götürmə keçirilərkən narkotik vasitənin və elektron tərəzinin aşkar edilərək götürülməsinə dair qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin baş əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkili Şahid2 və Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə yaşadığı evin həyətyanı sahəsinə özü dərvazanı açaraq daxil olur və eyni qayda ilə də bir mərtəbəli evin qapısını açaraq qonaq otağına keçir. Həmin otağın ortasında olan yemək stolunun üstündə yemək qırıntıları və qabqaşığın arasından 5 ədəd sellofan kəsiyi bükümündə olan maddələr və 1 ədəd sarı rəngli, üzərində ağ rəngdə qapağı olan elektron tərəzi aşkar olunaraq götürülür. Bundan sonra həmin qonaq otağının digər yerlərində də axtarış aparılır və bu zaman divara yığılmış şkafın şüşəli gözlüyünün küncündə əşyaların arasından 1 ədəd qara rəngli sellofana bükülmüş və üstü skoçlanmış bağlama aşkar olunub götürülür. Təqsirləndirilən şəxs bildirir ki, stolun üstündə olan 5 ədəd sellofan kəsiyində olan bükümdəki və şkafdan aşkar olunmuş 1 ədəd sellofan bağlamasında olan maddələr narkotik vasitə heroindir, heroinləri öz istifadəsi və satmaq məqsədi ilə tanımadığı İran vətəndaşından əldə etmişdir. Həmin bağlama bıçaqla çərtilir və içərisində ağ rəngli, toz şəkilli maddə olması müəyyən edilir. Təqsirləndirilən şəxs evindən aşkar olunmuş 5 ədəd büküm və 1 ədəd bağlamada olan heroinə bənzər maddələr 1 ədəd böyük zərfə, 1 ədəd elektron tərəzi isə 1 ədəd balaca zərfə qoyulur, zərflərin ağzı bağlanır və üzəri imzalanır. Hər iki zərf imzalandıqdan sonra kağız möhürlə möhürlənir. Məhkəmə-kimyəvi ekspertizasının 8 sentyabr 2021-ci il tarixli 6/3950 nömrəli rəyindən görünür ki, «tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş» yazısı olan 2 ədəd zərfdəki 11 (on bir) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,621 qram, 0,381 qram, 0,123 qram, 0,362 qram, 0, 270 qram, 0,075 qram, 1,708 qram, 0,413 qram, 0,395 qram, 0,190 qram, 0,193 qram, ümumi təmiz çəkisi 5,731 qram qəhvəyi rəngli maddələr xarici əlamətləri və tərkib komponentlərə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,602 qram, 0,201 qram, 0,315 qram, 0,147 qram ümumi təmiz çəkisi 3,265 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətləri və tərkib komponentlərə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd gümüşü rəngli elektron tərəzinin üzərində heroin izləri vardır. İz şəklində olduğu üçün heroinin çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələr»-in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in l siyahısına daxildirlər. Qeyd: heroinin ümumi təmiz çəkisi 5,731 qram, tədqiqata sərf edildi ümumi 0,22 qram, qalıq 5,511 qram. Metamfetaminin ümumi təmiz çəkisi 3,265 qram, tədqiqata sərf edildi: ümumi 0,08 qram, qalıq: 3,185 qram. Məhkəmə-kimyəvi ekspertizasının 8 sentyabr 2021-ci il tarixli 6/3952 nömrəli rəyindən görünür ki, «tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş» yazısı olan 2 ədəd paketdəki 6 (altı) bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 498,5 qram, 1,178 qram, 3,025 qram, 1,913 qram, 2,258 qram, 1,248 qram ümumi təmiz çəkisi 508,122 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd «Mesko» yazısı olan ağ-sarı rəngli elektron tərəzinin üzərində heroin izləri vardır. İz şəklində olduğu üçün heroinin çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin»in İ siyahısına daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi 508,122 qram, tədqiqata sərf edildi ümumi 0,24 qram, qalıq: 507,882 qram». Ambulator məcburi-narkoloji tibbi yoxlama ekspertizasının 2 dekabr 2021-ci il tarixli 4830 saylı rəyindən görünür ki, «müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu naromaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 25 sentyabr 2021-ci il tarixli 2246 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 158-170-ci vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş sonuncuya məxsus ümumi təmiz çəkisi 5,731 qram (ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,511 qram) olan narkotik vasitə heroin, ümumi təmiz çəkisi 3,265 qram (ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,185 qram) olan psixotrop maddə metamfetamin və ümumi təmiz çəkisi 508,122 qram (ekspertiza tədqiqatından sonra qalıq çəkisi 507,882 qram) olan narkotik vasitə heroin, iki ədəd üzərində heroin izləri olan elektron tərəzi və 7 sentyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə, həmçinin evdə axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin olduğu iki ədəd DVD disk maddi sübut kimi tanınmış, heroin və metamfetamin saxlanılması üçün Suraxanı RPİ-nə təhvil verilmiş, disklər isə cinayət işinə əlavə edilmişdir. İşin 120-121 və 146-151-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİnin tələbnaməsi və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 22 noyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli qərarı ilə cəzası 1 ilə endirilmiş, 22 noyabr 2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 22 noyabr 2017-ci il tarixli hökmü ilə olan məhkumluğu Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən (böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə) ödənilmişdir. İşin 19-cu vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 7 sentyabr 2021ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmə elan edilmiş ittiham özünü təqsirli bilmədi. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi, məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə ifadəsinə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər sübutlar hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməli, ona həmin maddələrlə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 7 sentyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Suraxanı RPİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş sonuncuya məxsus ümumi təmiz çəkisi 5,731 qram (ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,511 qram) olan narkotik vasitə heroin, ümumi təmiz çəkisi 3,265 qram (ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,185 qram) olan psixotrop maddə metamfetamin, ümumi təmiz çəkisi 508,122 qram (ekspertiza tədqiqatından sonra qalıq çəkisi 507,882 qram) olan narkotik vasitə heroin, iki ədəd üzərində heroin izləri olan elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 7 sentyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə, həmçinin evdə axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin olduğu iki ədəd DVD disk isə cinayət işində saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 7 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Suraxanı RPİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş sonuncuya məxsus ümumi təmiz çəkisi 5,731 qram (ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,511 qram) olan narkotik vasitə heroin, ümumi təmiz çəkisi 3,265 qram (ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,185 qram) olan psixotrop maddə metamfetamin, ümumi təmiz çəkisi 508,122 qram (ekspertiza tədqiqatından sonra qalıq çəkisi 507,882 qram) olan narkotik vasitə heroin, iki ədəd üzərində heroin izləri olan elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 7 sentyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə, həmçinin evdə axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin olduğu iki ədəd DVD disk isə cinayət işində saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar