Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-602/2023 03.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: X4 və Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, Müdafiəçilər: “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə xx xxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək, saxlamaq, daşımaq və satmaq barədə razılaşdıqdan sonra, Təqsirləndirilən şəxs2 tərəfindən ünvan 3 ünvanında əvvəlcədən qoyulmuş yerdən həmin gün saat 23:30 radələrində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 01 ədəd bükümdə ümumi təmiz çəkisi 3,600 qram psixotrop maddə metamfetamin, 02 ədəd bükümdə ümumi təmiz çəkisi 11,829 qram narkotik vasitə heroin əldə edib üzərində qanunsuz saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 18:40 radələrində Bakı şəhəri, Nərimanov rayonu, M.Araz küçəsi 96 ünvanının yaxınlığında Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilib, müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış aparılan zaman sonuncunun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd tünd göy rəngli parçadan olan qabın içərisindən 01 ədəd bükümdə təmiz çəkisi 3,600 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 02 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 10,029 qram və 1,800 qram olmaqla, ümumi çəkisi 11,829 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd gümüşü rəngli elektron tərəzi və 01 ədəd psixotrop maddəni qəbul etmək üçün istifadə edilən şüşə predmet aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 şəxslə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək, saxlamaq, daşımaq və satmaq barədə razılaşdıqdan sonra, naməlum vaxtda və şəraitdə əldə etdiyi qanunsuz olaraq külli miqdarda 01 ədəd bükümdə ümumi təmiz çəkisi 3,600 qram psixotrop maddə metamfetamin, 02 ədəd bükümdə ümumi təmiz çəkisi 11,829 qram narkotik vasitə heroin əldə edib Təqsirləndirilən şəxs1 satmaq məqsədilə 1000 manata satmağa razılaşdıqdan sonra xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, M.Araz küçəsi 96 ünvanının yaxınlığına tullamış, Təqsirləndirilən şəxs1 da xx.xx.2022-ci il tarixdə saat 16:32-də həmin puldan 150 manatını ödədikdən sonra qalan 850 manatı da əldə etdiyi narkotik vasitəni satdıqdan sonra ödəyəcəyi barədə söz vermiş, bundan sonra xx.xx.2022ci il tarixdə saat 18:40 radələrində Babaş Məmmnədov Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilib, müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış aparılan zaman sonuncunun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd tünd göy rəngli parçadan olan qabın içərisindən 01 ədəd bükümdə təmiz çəkisi 3,600 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 02 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 10,029 qram və 1,800 qram olmaqla, ümumi çəkisi 11,829 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd gümüşü rəngli elektron tərəzi və 01 ədəd psixotrop maddəni qəbul etmək üçün istifadə edilən şüşə predmet aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o 2 ay 20 gün imiş ki, Kürdəxanıdan çıxmış və atasının yanında işləyirmiş. Özbaşınalığa, dava-dalaşa görə məhbus olmuşdur. O sentyabr ayının 5-i, hadisə olmamışdan bir gün qabaq öz əlaqə saxladığı qızla, Şahid4 ilə Məmməd Araz 96-da görüşmüşdür. Məmməd Araz 96-da “Rose İNN” otelə getmişlər. Yaxınlaşıb şəxsiyyət vəsiqəsini vermiş, kassaya 40 manat pul ödəmişdir. Səhər günortaya qədər, yəni ayın 6-sı, günorta 2-ə qədər vaxt almışdır. Öz istifadəsi üçün 1 qrama yaxın patı, metamfetamin var imiş, istifadə edirmiş. Ancaq kakos və tərəzi ilə əlaqəsi olmamışdır. 1 gündən sonra təzədən oteldə düşüb otelin pulunu artırmışdır, yanındakı xanım isə dükana gedib gəlmişdir. Üstündən yarım saat keçdikdən sonra otağı basmışlar. Otelin pulunu artırmışdır ki, axşam gedər. Çiskinli hava imiş. Saat haradasa 4, 5-in yarısı radələri imiş. 505-ci otaqda olmuşlar. Otağın qapısını resepşn döymüşdür, gedib qapını açmaq üçün yaxınlaşmışdır. Otaqda da heç bir şey, nə tərəzi, nə də başqa bir şey var imiş. 8 nəfər çəkilişlə içəri girmişdir. Onlardan kim olduğunu soruşmuşdur. Heç biri özünü təqdim etməmişdir. Girən kimi telefonunu əlindən almışlar. Telefonunda iqra oynayırmış. Əlinə o dəqiqə qandal vurmuşlar. Otağı çəkilişlə çəkməyə başlamışlar. Otaqda da, haradasa gecədən 1 qram götürmüşlər, 0.3, 0.4 qram öz istifadə etməyi üçün patı qalmışdır. Oteldə istifadə etmişdir. Haradasa yarısından az qalmışdır. Onu da kaşlokunun içərisinə qoymuşdur. Onu tapdıqlarında razılaşmışdı, onu otaqdan bayıra çıxarmışlar. Liftin qabağına çatdıqda təzədən otağa qaytarmışlar. Qız otağın içərisində imiş. “Tapdıq, tapdıq” demişlər. Otelin kravatını qaldırmışlar. İndi yazdıqları eynək qabı, iki büküm kakos imiş, o kakos istifadə etməmişdir, bir ədəd də tərəzi qoymuşlar, 16-cı bölməyə getmişlər. Saat axşam 10-da ona dövlət tərəfindən verilən vəkil gəlmişdir. O vəkilə başa salmışdır ki, məcburiyyətdən onların verdiyi 10 qram, 2 qram, bir də ki, 3 qram patı və tərəzini boynuna götürür, çünki əks halda qızı ona padelnik qoşacaqlar. O vaxta qədər, hər şeyə ona qol çəkdirmişlər. 234.1-ci maddə ilə ona iş açmışlar. O bir dəfə cəza çəkdiyi üçün gedişatın necə olduğunu bilirmiş. Ailəli adam olduğunu, öz istifadəsi üçün olduğunu demişdir. Ona həmin xanımı da padelnik qoşacaqlarını demişlər. O isə “Camaatın qızıdır da, kimisə bədbəxt etməyə çağırmamışam, 2-3 ildir ki, həmin qızla, Şahid4 ilə münasibətim var” demişdir. Samirə ilə onu 1 sutka KPZ-də, onu bir tərəfdə, Samirəni isə bir tərəfdə saxlamışlar. Heç nəyi boynuna almamışdır. Demişdir ki, “öz istifadəm üçün olub”. Ona demişlər ki, “Bizə 1 kiloqram narkotiklə adam ver”. O da demişdir ki, “Mən satmıram ki, bir kiloqramla adamı sizə haradan verim”. Necə olmuşsa elə də danışmışdır. Həmin vaxt telefonunu eşələməyə başlamışlar. Orxanla Kürdəxanıda bir yerdə münasibətləri var imiş. Orxanla həm bir məhəllədə, Nizami metrosunun yanında qalmışlar, həm də Orxanla Kürdəxanıda eyni kamerada olmuşlar. Kürdəxanıdan bir periodda çıxmışlar. Orxanla əlaqəsi belə imiş ki, Orxan çıxdıqdan sonra Novxanıda barmen işləyirmiş və o da işdən sonra istirahət etmək üçün onun yanına gedirmiş. Orxanın nömrəsi ilə onda yazışma var imiş. Bir nəfər Orxanın nömrəsini istəmək üçün ona yazmışdır. Smslərdə də çıxmışdır. O da Orxanın nömrəsini ona vermişdir. O heç bilmirdi ki, Orxanı tutublar. Onun Orxandan heç bir şikayəti də yox imiş, o nə Orxandan mal almışdır, nə də Orxan ona mal satmışdır. Müstəntiqə də demişdir. Onun üstündə tərəzi olmamışdır. Ona yazdırmışlar ki, guya onu oteldə yox küçədə tutublar. Təzyiq altında olmuşdur. O da qıza görə onların təzyiqlərinə dözə bilməmiş məcbur üstünə 10 qram, 2 qram, 3 qram haradasa 14 qramı götürmüşdür. 5 gün sonra Şüvəlana getmişdir. Şüvəlandan qayıtdıqda görüb ki, onu Orxanla üzləşdirməyə gətiriblər. Orxanın türmədən dostu olduğunu demişdir. Orxanla üzləşmiş və ki, maşın söhbəti olduğunu demişdir. Vəkilə və müstəntiqə də demişdir ki, onun Orxanla padelniklik heç bir işi yoxdur, ancaq dostluq münasibətləri olmuşdur. O istifadə etmişdir, bunu danmır, 1 qrama yaxın patı üzərində olmuşdur. Orxandan başqa 10 nəfərin nömrəsi də qeyd olunmuşdur, onları da soruşmuşlar. Öz istifadəsi üçün Kubinka və Sovetskidən tanımadığı adamlardan psixotrop maddə alıb istifadə etmişdir. 2 il imiş ki, ancaq psixotrop maddədən istifadə edirmiş. Müalicə də almışdır. Narkotik vasitədən istifadə etməmişdir, ancaq el arasında patı, metamfetamin adlanandan istifadə etmiş. Srokdan qabaq bir yerdə Orxanla istifadə etmişlər. 1 qramı Kubinkada tanımadığı şəxsdən almışdır. Elə də ifadə vermişdir, lakin orada ifadəsini yazmamışlar. X7 məscidinin yanından almışdır. Kubinkada narkoman yuvaları çoxdur. O özü də o tərəfdə böyüyüb, boya-başa çatmışdır deyə tanıyırmışlar. O, 234.4.1-ci maddə ilə məsuliyyətə cəlb edildiyini, padelniki olduğunu bilmirmiş. Ondan heç kəs mal almamışdır. İfadəsində Orxanla bağlı heç nə deməmişdir. O, 5 gün sonra, Şüvəlandan MSY-ə qayıdanda vəkili ona ifadəsində Orxandan mal aldığını yazdıqlarını demişlər. Orxandan mal almamış, Orxan mal satmayıb. Orxanla ancaq dostluq münasibəti var, 1000 manat pul söhbəti aralarında var”. Təzyiqlər barədə şikayət etməmişdir. O ancaq yazışıb ayrı-ayrı şəxslərdən narkotiki olub-olmadığını soruşurmuş ki, birlikdə istifadə etsinlər. Axırıncı dəfə Orxanla olan yazışmasında Orxanın anasının kartına 150 manat pul atmışdır, 850 manat pul borc qalması məzmununda danışıqları olmuşdur. Pulu öz telefonundan ayın 6-sı günorta 3-4 radələrində göndərmişdir. O pul maşının pulu imiş. Orxanla narkotik barəsində heç bir danışığı, sms-i olmamışdır. İstintaqdakı yox, məhkəmədəki ifadəsi düzgündür. Tutulan vaxt üzərində A12 Samsung markalı telefon olmuşdur. 2 mobil nömrəsi var imiş, biri ********** və **********. Nömrələrdən biri İphone 7 markalı telefonda olmuşdur, onu istintaqa verməmişlər. Sonuncu dəfə Orxanla tutulmadan 2-3 gün qabaq görüşmüşlər. Üzləşdirmə Kürdəxanıda yox, MSY-nin içərisində olmuşdur, həmin vaxt Orxanla 1000 manat pul söhbəti olmuşdur. Orxan ona narkotik vasitə verməmişdir. Orxanla çoxdan bir yerdə narkotik vasitə istifadə etmişlər. 5 ildən çoxdur ki, evlidir, 5 yaşlı uşağı var. Onu tutanlar Nərimanov rayonu 16-cı bölmənin polis əməkdaşları imiş. Qızın polis əməkdaşları ilə əlaqəsinin olması barədə onda məlumat yoxdur. Qız narkotik qəbul etmirmiş, lakin o açıq-aşkar onun qəbul etdiyini bilirmiş.. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, iki ay imiş ki, Kürdəxanıdan çıxmışdır. Sənədini Nəsimi upravleniyasından götürəndə 16-cı Polis bölməsinin əməkdaşları ona yaxınlaşmışdır və onu qapının ağzından götürmüşlər. Onu 16-cı Polis bölməsinə aparmışlar və orada bir gün saxlamışlar. Telefona və üzərinə baxmışlar, telefonunda və üzərində heç nə yox imiş. Bundan sonra onu Nərimanov upravleniyasına aparmışlar. Orada da iki gün onu saxladıqdan sonra Babaşı Şüvəlandan üzləşmək üçün aparmışlar. O, hadisənin nə ilə əlaqədar olduğunu bilməmişdir. Əvvəllər 234.1-ci maddə ilə cinayət məsuliyyətinə cəlb edildiyi üçün müstəntiqdən vəkilin iştirakını tələb etmişdir. Babaşla onu üzləşdirmişlər. Babaş “Bu Orxanı demirəm, bu Orxanla heç bir əlaqəm, ticarətim yoxdur, heç nə almamışam, heç nə satmamışam” demişdir. Bir-birlərini tanıyırmışlar. O, belə başa düşmüşdür ki, Babaşın telefonunda adı və zəngi çıxmışdır. O da Novxanıda işləyirmiş. Babaş da Nərimanovda tutulmuşdur. Babaşla arabir zəngləşirmişlər. Babaşla axırıncı dəfə tutulmamışdan 1 ay qabaq, yay fəslində görüşmüşdür. Babaşla Kürdəxanıda eyni kamerada saxlanılanda tanış olmuşlar. Bundan qabaq isə onunla qiyabi tanışlığı var imiş. Çıxandan sonra görüşməkləri barədə razılaşmışlar. Onunla zəngləşmişlər. Babaş ondan harada işlədiyini soruşmuş, o da dəniz qırağındakı restoranda 12 ildir ki, işlədiyini demişdir. Babaş da bir-iki dəfə restorana gəlmişvə onlar görüşmüşlər. O sentyabrın 13-14-ü saxlanılmışdır. Babaşla sonuncu dəfə sentyabrın 1-i danışmışlar. Telefon müstəntiqdə olmuşdur, orada zəng də var imiş, zəngə baxmışlar, müstəntiq anten məlumatlarını da çıxartmışdır, heç nə çıxmamışdır. O ********** saylı mobil nömrədən istifadə etmişdir. ******* saylı mobil nömrə onda 1-2 həftə olmuşdur, istifadə etmişdir. Həmin nömrə onun adına yox, başqa bir nəfərin adına olmuşdur. O Babaşa mesaj yazmamışdır, kimsə Babaşdan onun nömrəsini istəmişdir. Babaş da vermişdir. Nömrəni istəyən şəxs ortaq tanışları olmuşdur, həmin şəxs Yasamalda qalırmış. Onlar telefonla danışmış, həmin şəxs yeni azadlığa çıxdığı üçün onunla görüşmək istəmiş, buna görə Babaşdan nömrəsni istəmişdir. Sonra isə həmin şəxs Babaşa “Orxanın nömrəsini ver, narkotik istəyirəm, Orxanda olar ” demişdir. Həmin şəxs heç vaxt ona zəng etməmişdir. Həmin şəxsin narkotik vasitə tapmaq üçün onu axtarmasına səbəb əvvəllər onun narkotik vasitə istifadəçisi olması imiş. Ona görə də öz nömrəsini dəyişmişdir ki, köhnə tanışlar onu tapmasınlar. Babaş onun kartına pul köçürmüşdür. Anasının kartından istifadə etmiş, anası da kartını itirmişdir. Telefonda olan mobil tətbiq vasitəsilə kartdan istifadə etmişdir. Babaş onun kartına borcundan 150 manat köçürmüşdür. Babaş pulu o tutulmamışdan bir-iki gün qabaq kartına pul köçürmüşdür. Babaş cəmi 1 dəfə kartına pul köçürmüşdür. O vaxtlar Babaş kazino oyunu oynayırmış. Onda pul olmayanda Babaş ona, Babaşda pul olmayanda isə o pul göndərirmiş. Ola bilsin ki, o da Babaşın kartına pul göndərmiş olsun. Sentyabrın 1-i tarixində Novxanıda imiş, orada restoranda işləyirmiş. 150 manat Orxana pul ödəməyinə səbəb avtomobil icarəyə götürməyi ilə əlaqədar olmuşdur. Ayın 1-i Novxanıda Orxanla görüşmüşlər. Üzərində narkotik vasitə olmamış və narkotik vasitə satmamışdır. Əvvəllər narkotik vasitədən yüngül istifadə edirmiş, lakin çıxdıqdan sonra istifadə etməmişdir. 2 ay imiş ki, azadlığa çıxmışdır. İstintaqdakı ifadə həqiqəti əks etdirmir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələr ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Sübhan oğlu ifadəsində göstərmişdir ki, o, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində çalışır. Təqsirləndirilən şəxsi tutanda tanımışdır. 06 sentyabr 2022-ci il tarixdə saat 18:30-da Ramin, Ələkbər və o Samirə və Babaşı şəhərdə görmüşlər. Babaşa üstündə nə varsa verməyi təklif etmişlər. O da üzərindəkiləri könüllü təqdim etmişdir. Soruşanda isə Orxandan aldığını demişdir. Öz istifadəsi və satması üçün aldığını demişdir. İstintaqdakı ifadəsini təsdiq edir. Onlar tutan zaman Orxan yox təkcə Babaş var imiş, yanında isə qız var imiş. Həmin vaxt Babaş narkotiki Orxandan aldığını demişdir. Babaş onlara müqavimət göstərməmişdir. Üstünü yoxlamamışlar, ancaq üzərində narkotik olduğundan şübhələnmişlər. Babaşın üzərində 2 büküm olmaqla metafetamin və kokos var imiş. Babaşı oteldə tutmamışlar,oteldə ümumiyyətlə olmamışlar. Təqsirləndirilən şəxs müqavimət göstərməyib, ona qarşı fiziki təzyiq olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ramin İsmayıl oğlu və Şahid3 digər Şahid2 Sübhan oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə vermişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Babaşı tanıyır. Babaşı polis əməkdaşları yanından tutub aparmışlar. X14 küçəsində yerləşirdi. Babaşla narkotik qəbul etməmişlər. Babaşla hərdən görüşürmüş. Oturub söhbətləşirmişlər. Oteldə olan vaxt qapı döyülmüşdür. Kim olduğunu soruşduqda “resepşn” olduğunu demişlər. Ondan sonra içəri girmişlər. Birinci Babaşı çıxarmışlar, sonra isə ona əynini geyinməyini demişlər ki. O da əynini geyinib çıxmışdır. Sonradan orada ona Babaşın üzərindən narkotik vasitə çıxdığını demişlər. Babaşla münasibətləri olmuşdur. Babaş narkotiki alırmış, onlar isə istifadə edirmişlər. Oteldə təkcə ikisi olmuşdur. Babaşın üstündə cəmi 1 qram metafetamin olmuşdur. Başqa növdə narkotik istifadə etmirmişlər. Oteldəki metamfetaminin qalığı da var imiş. 1 qramdan az qalmışdır, yarısını istifadə etmişlər. 0,5 qramı polis əməkdaşları tapmışlar. Babaşı yoxladıqlarını o görməmişdir. Babaşın ondan gizlətdiyi narkotik olmamışdır. Onları otelin ətrafında hərəkət edən zaman yox, otelin içində olanda tutmuşlar. Onda samsung telefon da olmuşdur. Onun yanında Babaşın üzərinə baxış keçirilməmişdir. Özü narkotik çıxdığını görməmişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olmaları sübuta yetirilir və onların törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 üzərində ittihamda göstərilən növdə və miqdarda narkotik vasitə olmaması, onun üzərində daha az miqdarda psixotrop maddə olması, oteldə saxlanılmasını bildirməsini və özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə dair və Təqsirləndirilən şəxs2 özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə dair verdikləri ifadələrini inandırıcı saymır və hesab edir ki, onlar cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edirlər. Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, o, Abşeron rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələrinə əsasən barəsində 9 ay həbs cəzası təyin edilmiş, 2022-ci ilin may ayında həbsdən azad edilmişdir. Həbsdə olduğu müddətdə bir nəfər Orxan adlı şəxslə tanış olmuşdur. Həbsdən çıxdıqdan sonra da Orxan ilə münasibətləri davam etmişdir. Orxan narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. O da 2 ildir ki, narkotik vasitələrdən istifadə edir. Həbsdən azad edildikdən sonra Orxandan öz istifadəsi üçün və satmaq məqsədilə narkotik vasitə və psixotrop maddə almışdır. xx.xx.2022-ci il tarixdə həm ağrıları olduğundan, həm də sataraq pul əldə etmək üçün Orxana zəng edərək yenə də ondan narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin istəmişdir. Orxan da həmin maddələri ünvan 5 ünvana atacağını və ümumi dəyəri 1250 manat olacağını bildirmişdir. Həmçinin həmin puldan 250 manat tanışlıqlarına görə keçəcəyini, 1000 manat ödəniş etməsini bildirmişdir. Həmin gün saat 23:30 radələrində Orxan ona zəng edərək qeyd etdiyi ünvana narkotik vasitələri atdığını bildirmişdir. O, həmin ünvana yaxınlaşıb orada ağacın dibindən bükümü götürüb kənara çəkilmiş və bükümün içərisinə 02 ədədinin heroin və 01 ədədinin metamfetamin olmasını görmüşdür. Səhəri gün, xx.xx.2022-ci il tarixdə saat təxminən 16:30 radələrində o, özünə məxsus “Leo Bank” kart hesabından Orxanın əvvəlcədən ona göndərdiyi "Express” bank hesabına narkotik vasitələrin ümumi 1000 manat pulundan 150 manatım göndərmiş, qalan 850 manatı isə narkotik vasitəni satdıqdan sonra göndərəcəyini bildirmişdir. Həmin gün saat 18:40 radələrində tanışı Samirə ilə birlikdə Nərimanov rayonu, M.Araz küçəsi 96 saylı ünvanın qarşısında olan zaman polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib 16-cı PB-nə gətirmişlər. Polis Bölməsində ona bildirmişlər ki, üzərində narkotik maddə olmasından şübhələndiklərinə görə axtarış və götürmə aparacaqlar. Bundan sonra xidməti otaqda dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı ona təklif olunmuşdur ki, onda olan qanunla qadağan olunmuş hər hansı bir əşya varsa könüllü olaraq təqdim etsin. O da əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd içərisində ***-***-**-** saylı mobil nömrə olan “Samung A02S” markalı mobil telefonunu, sağ arxa cibindən içərisində 01 ədəd “BakıKart” gediş kartı, özünə məxsus şəxsiyyət vəsiqəsi olan qara rəngli pul kisəsini, sağ yan cibindən 01 ədəd tünd göy rəngli parçadan olan qabın içərisindən spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddə olan şəffaf sellofana bükülmüş 01 ədəd büküm, içərisində spesifik qoxuya malik, şəffaf rəngli, kristal şəkilli maddə olan şəffaf sellofana bükülmüş 01 ədəd büküm, divarlarına şəffaf rəngli spesifik qoxuya malik maddə yayılmış 01 ədəd şüşə qab və 01 ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. İçərisində maddələr olan büküm, şüşə qab və elektron tərəzi qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş, protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, o, uzun müddətdir narkotik vasitə istifadəçisidir. xx.xx.2022-ci il tarixdə Nəsimi RPİ-i tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tutulmuş, xx.xx.2022-ci il tarixdə zaminliyə buraxılmışdır. Buraxıldıqdan sonra o, təkrar narkotik vasitə istifadə etmişdir. xx.xx.2022- ci il tarixdə yenidən Nəsimi RPİ-i tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tutulmuş və 5 ay 1 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılmışdır. xx.xx.2022-ci il tarixdə Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Həbsdə olduğu müddətdə Babaş adlı şəxslə tanış olmuşdur. Babaş da narkotik vasitə istifadəçisidir. O, azadlığa çıxdıqdan sonra Babaş ilə zəngləşib görüşmüşdür. Təxminən xx.xx.2022-ci il tarixdə o, Nərimanov rayonunda yerləşən 258 nömrəli məktəbin yanından keçən zaman məktəbin hasarının yanında kiçik sellafon torba görmüşdür. Yaxınlaşıb həmin torbaya baxdıqda içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu müəyyən etmişdir. Ətrafa baxdıqdan sonra həmin torbanı götürüb oradan uzaqlaşmış, yoldan tanımadığı taksiyə əyləşib yaşadığı “Melissa park” yaşayış kompleksinin yanma getmişdir. O, düşünmüşdür ki, həmin narkotik vasitə və psixotrop maddənin çəkisi çoxdur, buna görə problem yaranar. Ona görə də həmin sellafon torbanı yolun kənarında olan tanımadığı bir tikilinin həyətinə tullamışdır. Sonra isə evə getmişdir. Səhəri gün o, Babaş ilə görüşən zaman bu barədə ona bildirmişdir. Babaş da niyə atdığını, nə üçün ona vermədiyini demişdir. O da qorxduğu üçün tulladığını demiş və bu işlə məşğul olmadığını bildirmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid4 təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 ilə yaxın münasibətdə olan tanışı olmaqla maraqlı şəxs sayıldığından, məhkəmə onun ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o, Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən yayındırmaq üçün digər sübutlarla öz təsdiqini tapan ibtidai istintaqda verdiyi ilkin ifadəsindən imtina edir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan X15 daxil olmuş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, hotelin müşahidə kameraları 13 gün müddətində videgörüntüləri yaddaşda saxlayır, ona görə də xx.xx.2022ci il tarixdə saat 15:00-dan 19:00-dək olan müddət ərzində olan videogörüntülər müşahidə kameralarının yaddaşında qalmamışdır. Bundan başqa məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci tarixdə saat 18:17-də Rose İnn otelə giriş etmiş, xx.xx.2022-ci tarixdə saat 12:00-da oteldən çıxış etmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Baş Polis İdarəsinin Nərimanov RPİ-nin 16-cı PB-nin baş təhqiqatçısı, polis mayoru X8 tərəfindən tərtib edilmiş “şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 18:40 radələrində Təqsirləndirilən şəxs1 ünvan 6 ünvanın yaxınlığında Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən saxlanılaraq 16-cı PB-nə gətirilmişdir. Polis bölməsinin inzibati binasında, xidməti otaqda Nərimanov RPİ-nin 16-cı PB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid2 Sübhan oğlunun, polis leytenantı Şahid1, Nərimanov RPİ-nin 16-cı PB- nin sahə inspektoru, polis leytenantı Şahid3 və “Yusifbəyli və Partnyorları” vəkil bürosundan dəvət olunmuş vəkil X3 iştirakları ilə Təqsirləndirilən şəxs1 üzərində video çəkiliş ilə şəxsi axtarış aparıldı. Şəxsi axtarış aparılnıamışdan əvvəl Təqsirləndirilən şəxs1 üzərində qanunla dövriyyəsi qadağan olunmuş maddə və ya əşya varsa çıxarıb onu stolun üzərinə qoyması təklif edildi. Təqsirləndirilən şəxs1 əynindəki tünd göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd içərisində ***-***-**-** saylı mobil nömrə olan “Samung A02S” markalı mobil telefonu, sağ arxa cibindən içərisində 01 ədəd “BakıKart” gediş kartı, özünə məxsus şəxsiyyət vəsiqəsi olan qara rəngli pul kisəsini, sağ yan cibindən 01 ədəd tünd göy rəngli parçadan olan qabı təqdim etmişdir. Qabın içərisindən isə içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddə olan şəffaf sellofana bükülmüş 02 ədəd büküm, içərisində spesifik qoxuya malik, şəffaf rəngli, kristal şəkilli maddə olan şəffaf sellofana bükülmüş 01 ədəd büküm, divarlarına şəffaf rəngli spesifik qoxuya malik maddə yayılmış 01 ədəd şüşə qab və 01 ədəd elektron tərəzi aşkar olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 bildirdi ki, təqdim etdiyi 02 ədəd bükümün içərisindəki maddə narkotik vasitə hesab olunan “kakos” adı ilə tanınan heroin, 01 ədəd bükümün içərisindəki maddə isə “şüşə” adı ilə tanınan metamfetamindir. Digər şüşə qabın divarlarına yayılmış maddə isə istifadə etdiyi metamfetamindir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitələr və psixotrop maddə olan bükümləri 1450 manat pulun qarşılığında əvvəllər də aralarında alqı-satqı olan Orxan adlı şəxsin xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində ünvan 8 ünvanın qarşısına atması nəticəsində əldə edərək tünd göy rəngli cins şalvarının sağ yan cibində saxlamışdır. Aşkar olunmuş 03 ədəd bükümlər, 01 ədəd şüşə qab və 01 ədəd elektron tərəzi iştirakçıların və Təqsirləndirilən şəxs1 iştirakı ilə qablaşdırılaraq möhürlə möhürləndi və üzəri şübhəli şəxs, müdafiəçi və iştirakçılar tərəfindən imzalanmışdır. Orxan Məmmədovun üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Şəxsi axtarış zamanı Orxan Məmmədovun üzərindən aşkar edilmiş 01 ədəd "Samsung A02S" markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 6/4840 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs imza Təqsirləndirilən şəxs1...” yazılan zərfdə 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 10,029 qr və 1,800 qram olmaqla, ümumi çəkisi 11,829 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 3,600 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1 ədəd gümüşü rəngli elektron tərəzinin səthində narkotik vasitə olan heroinin izləri vardır. Həmin zərfdə olan 1 ədəd şüşə predmetin daxilində psixotrop maddə olan metamfetaminin izləri vardır. Heroin və metamfetamin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və təqdim olunmuş maddələrlə müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ), Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ), daxildir. Qeyd: heroinin ümumi çəkisi-11,829 qram, tədqiqata sərf edilən ümumi miqdar-0,1 qram, qalıq-11,729 qram. Metamfetaminin ümumi çəkisi-3,600 qram, tədqiqata sərf edilən ümumi miqdar-0,1 qram, qalıq-3,500 qram. Ekspertizaya tədqiqatının dəyəri 88(səksən səkkiz) manat Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-974/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 06 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd “Samsung A02S” markalı mobil telefonun “Qalereya” bölməsinə, “instagram” proqramına, mobil telefona daxil olan sms mətnlərinə baxış keçirilən zaman iş üzrə sübut əhəmiyyəti kəsb edəcək hallar aşkar edilməmişdir. Həmçinin “Samsung A02S” markalı mobil telefonun “vatsap” mesajlaşma proqramına baxış keçirilmişdir, baxış zamanı ***-***-**-**, ***-***-**-**, ***-***-**-** (Qazi), ***-***-**-** (Sirac,Ys), ***-***-**-** (Elnarə), ***-***-**-** və ***-***-**-** saylı mobil nömrə abonentləri ilə narkotik vasitələrin alışı və satışı barədə sms yazışmaları aşkar edilmişdir. Həmin sms yazışmaları çap olunaraq protokola əlavə olunmuşdur. Həmçinin “Samsung A02S” markalı mobil telefonda olan “Leo” bank mobil tətbiqində xx.xx.2022-ci il tarixdə saat 16:32-də 472494****8755 saylı plastik karta 150 manat pulun göndərilməsini təsdiq edəcək qəbzin surəti çap olunaraq protokola əlavə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli “tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 üzləşdirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. Təqsirləndirilən şəxs2 bir daha Təqsirləndirilən şəxs1 narkotik vasitə satmadığını, xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində Təqsirləndirilən şəxs1 Nərimanov rayonu, M.Araz 96 ünvanında götürdüyü narkotik vasitə və psixotrop maddədən məlumatı olmadığını, ümumiyyətlə Təqsirləndirilən şəxs1 bu barədə vəd vermədiyini, xx.xx.2022-ci il tarixdə Nərimanov rayonunda yerləşən 259 saylı orta məktəbin yaxınlığından narkotik vasitə olan sellafon tapması və həmin narkotik vasitəni sonradan tullaması barədə Təqsirləndirilən şəxs1 məlumat verməsini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-1005/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 14 sentyabr 2022-ci il tarixdən hesablanmaqla xx.xx.2023-cü il tarixinədək həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan DİN-in BƏSİİ-dən təqdim olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Əbilov X6 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 03 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işində olan Bakı şəhəri Probasiya İdarəsindən məhkəmə sorğusu əsasında daxil olmuş 21-1/3-23351-16 saylı 02 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 idarəyə qeydiyyata alınmamış və cəzasının heç bir hissəsini çəkməmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli təqdim olunmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** saylı mobil nömrənin sms yazışmalarının əks olunduğu "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 20339 saylı sorğuya cavab və sorğuya əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilmişdir. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-**, 077- 745-88-45, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***- ***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***- **-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, 055-598- 60-13, ***-***-**-**, ***-***-**-**, ***-***- **-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə narkotik vasitələrin alışı və satışı barədə sms yazışmaları göndərilmişdir. Həmin sms yazışmaları çap olunaraq protokola əlavə edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 X5 ilə rəsmi nikahda olmaqla həmin nikahdan xx.xx.2018-ci il təvəllüdlü bir azyaşlı övladı vardır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 06 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış 01 ədəd videogörüntüyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov RPİ-nin 16-cı PB-nin baş təhqiqatçısı, polis mayoru Asif Abışov tərəfindən Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürülmə aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsi üçün vəkillə təmin edilmişdir. Təhqiqatçı, otaqda olan polis əməkdaşları və Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparmamışdan əvvəl ona hüquqlarını izah etmiş və şəxsi axtarış prosessinin aparıldığı müddətdə videoçəkilişdən istifadə ediləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 videoçəkiliş aparılmasına etirazının olmadığını bildirmişdir. Təhqiqatçı, Təqsirləndirilən şəxs1 üzərində olan hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etməsini təklif etmişdir. İştirakçıların iştirakları ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs1 əynindəki tünd göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd içərisində ***-***-**-** saylı mobil nömrə olan “Samung A02S” markalı mobil telefonu, sağ arxa cibindən içərisində 01 ədəd “BakıKart” gediş kartı, özünə məxsus şəxsiyyət vəsiqəsi olan qara rəngli pul kisəsini, sağ yan cibindən 01 ədəd tünd göy rəngli parçadan olan qabı təqdim etmişdir. Qabın içərisindən isə içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddə olan şəffaf sellofana bükülmüş 02 ədəd büküm, içərisində spesifik qoxuya malik, şəffaf rəngli, kristal şəkilli maddə olan şəffaf sellofana bükülmüş 01 ədəd büküm, divarlarına şəffaf rəngli spesifik qoxuya malik maddə yayılmış 01 ədəd şüşə qab və 01 ədəd elektron tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, təqdim etdiyi 02 ədəd bükümün içərisindəki maddə narkotik vasitə hesab olunan “kakos” adı ilə tanınan heroin, 01 ədəd bükümün içərisindəki maddə isə “şüşə” adı ilə tanınan metamfetamindir. Digər şüşə qabın divarlarına yayılmış maddə isə istifadə etdiyi metamfetamindir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitələr və psixotrop maddə olan bükümləri 1450 manat pulun qarşılığında əvvəllər də aralarında alqı-satqı olan Orxan adlı şəxsin xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində ünvan 8 ünvanın qarşısına atması nəticəsində əldə edərək tünd göy rəngli cins şalvarının sağ yan cibində saxlamışdır. Orxan Məmmədovun üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Şəxsi axtarış zamanı Orxan Məmmədovun üzərindən aşkar edilmiş 01 ədəd "Samsung A02S" markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Aşkar olunmuş 03 ədəd bükümlər, 01 ədəd şüşə qab və 01 ədəd elektron tərəzi iştirakçıların və Təqsirləndirilən şəxs1 İştirakı ilə qablaşdırılaraq möhürlə möhürləndi və üzəri şübhəli şəxs, müdafiəçi və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmişdir. Bundan sonra baş təhqiqatçısı, polis mayoru Asif Abışov şəxsi axtarış və götürmə prosesinin başa çatmasını bildirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2022-ci il tarixlii 6254 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2022-ci il tarixlii 6700 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, onların hər birinin şəsiyyətini, törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, xx.xx.2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, xx.xx.2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Nərimanov RPİ-nin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd “Samsung A02S” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumuna qaytarılmalı, ekspertiza tədqiqatından sonra qalıq qalmış 11,729 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 3,500 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd gümüşü rəngli elektron tərəzi, 01 ədəd şüşə predmet hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətinin video çəkilişi zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işi materiallarında saxlanması nəzərə alınmalı, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ekspertiza xərci təşkil edən 88(səksən səkkiz) manat müştərək qaydada alınıb dövlət büdcəsinə verilməli və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 -cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 05(beş) il müddətinə, azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 -cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 05(beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhər Nəsimi rayon məhkəməsinin 1(006)-231/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 3 (üç) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının Azərbaycan Respublikası CM-nin 68.1.1-1-cü maddəsinə əsasən iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, həmin müddət- 1 il 1 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs2 oğluna qəti olaraq 06(altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsınlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada ekspertiza xərci təşkil edən 88(səksən səkkiz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin,ərazi narkoloji dispanserində qeydiyyata alınsınlar. iş üzrə maddi sübut olan və Nərimanov RPİ-nin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd “Samsung A02S” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumuna qaytarılsın, ekspertiza tədqiqatından sonra qalıq qalmış 11,729 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 3,500 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd gümüşü rəngli elektron tərəzi, 01 ədəd şüşə predmet hökm qanuni qüvvəyə mindikdən sonra məhv edisin, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətinin video çəkilişi zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-602/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-602/2023
03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver