Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-602/2024 06.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Kərimova Mahirə Nəzər qızı və Məmmədov Fəxri Afiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan külli miqdarda, xalis çəkisi 3,694 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, onun psixotrop maddələrin və odlu silahın qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Nizami RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 37 radəiərində Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsində şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanda yerləşən Nizami rayon Polis İdarəsinə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı, əynində olan qara rəngli gödəkçəsinin sağ iç cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 3,694 qram olan külli miqdarda ağ rəngli kristallşəkilli maddə kütləsi, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən 01 ədəd 829310 nömrəli 5,45 mm kalibrli keçmiş SSRİ dövlətində 1980-cı ildə zavod üsulu ilə istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə Kalaşnikov konstruksiyalı AK-74 modelli yivli odlu silah olan avtomatı, həmin avtomatın komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı vəziyyətdə, zavod üsulu ilə hazırlanmış və 30 ədəd 5.45x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd darağı, keçmiş SSRİ dövründə 1980-ci ildə zavod üsulu ilə istehsal olunmuş döyüş sursatı hesab edilən atəş üçün yararlı olan 12 ədəd 5,45x39 mm kalibrli Kalaşnikov konstruksiyah silahlara aid ştat patronlarını qanunsuz olaraq əldə edib, idarə etdiyi “BMW 328” markalı RO-OO1-MU dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış və gəzdirmiş, onun psixotrop maddələrin və odlu silahın qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Nizami RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 17 radəiərində Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsində şübhəli şəxs qismində saxlanılaraq idarə etdiyi “BMW 328” markalı RO-OO1-MU dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 ünvanda yerləşən Nizami rayon Polis idarəsinə gətirilib həmin tarixdə saat 19 radəiərində Nizami RPİ-nin əməkdaşları tərəfindən Nizami rayon Polis idarəsinin həyətyanİ sahəsində onun iştirakı ilə idarə etdiyi “BMW 328” markalı RO- OO1-MU dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin arxa yük yerindən həmin 01 ədəd 829310 nömrəli 5,45 mm kalibrli keçmiş SSRİ dövlətində 1980-cı ildə zavod üsulu ilə istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə Kalaşnikov konstruksiyalı AK-74 modelli yivli odlu silah olan avtomat, həmin avtomatın komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı vəziyyətdə, zavod üsulu ilə hazırlanmış və 30 ədəd 5,45x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd daraq, keçmiş SSRİ dövründə 1980-ci ildə zavod üsulu ilə istehsal olunmuş döyüş sursatı hesab edilən atəş üçün yararlı olan 12 ədəd 5,45x39 mm kalibrli Kalaşnikov konstruksiyalı silahlara aid ştat patronlar aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası CM-nin 234.1-1 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Keşlə qəsəbəsində yaşayır. 14 mart 2023-cü il tarixdə saat 17:00 radələrində tanışı olan bir qadını aeroporta yola salmağa aparmışdır. Keşlə qəsəbəsindən çıxan yerdə avtomobilini təkərinə hava doldurtmaq üçün saxlamış, həmin anda 10 nəfərə yaxın mülki geyimdə olan polis işçiləri onu tutmuşlar, qollarını arxasına burub onu öz avtomobillərinə oturtmuşlar. Bildirir ki, psixotrop maddə (narkotik vasitə) onun deyil, boynuna qoyublar, avtomat silah da onun deyil. Həmin silahı da onun avtomobilinə qoyulub. Polislər “BMV 328” markalı avtomobilinə axtarış aparan zaman həmin avomtatı, güllələri və darağı avtomobilin arxa yük yerindən götürmüşlər. O, narkotikdən istifadə etmir, nə də narkotik satan deyil. Narkotiki də, silahı da polislər qoyublar. Narkotik onun olsaydı onu avtomobilinə qoymazdı, aparıb güvənli yerdə gizlədərdi. O, istintaqda da videoçəkiliş zamanı da bildirmişdir ki, narkotikin ona adiyyatı yoxdur. Videoçəkilişlə Polis İdarəsinin həyətinə gətirilmiş avtomobilinə baxış keçirilmişdir. Əlavə olaraq bildirmişdir ki, polislərin dediyinə görə onu kriminal aləmə yaxın adam olduğu üçün saxlayıblar. Üzərinə baxış keçirəndə onu idarəyə gətirən polislər iştirak ediblər. Polislər ondan soruşmuşlar ki, üzərində hər hansı bir qanunsuz əşya varmı, o, də cavab vermişdir ki, yoxdur. Cibinə ağ selofanda bir şey qoymuşdular və o, həmin selofanı cibindən çıxardıb kənara atıb ki, bu ona aid deyil. Avtomat silahın da, narkotikin də ona adiyyatı yoxdur. O, narkotikdən istifadə etmir, heç vaxt psixotrop maddənin (narkotik vasitənin) alqısı-satqısı, qanunsuz dövriyyəsi ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən ona fiziki işgəncə verilməyib və yaxud da ona qarşı zor tətbiq olunmayıb. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə ifadəsində bildirmişdir ki, tarixi yadında qalmayan vaxtda, Keşlə qəsəbəsində yol ilə gedən zaman bir ədəd ağ rəngli kisə qarşısına çıxmış və həmin kisəni götürüb baxdıqda içərəsində “Kalaşnikov” markalı avtomat və həmin avotmata aid daraq və güllələr olmasım görmüşdür. Həmin avotmat maraq oyatdığı üçün avomtatı, gülələri və darağı idarə etdiyi “BMV 328” markalı RO-OOl-MU dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Nizami rayonu Keşlə qəsəbəsi Davud Aslan küçəsində olan zaman üç nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini polis işçiləri olduğunu bildirib onlarla birlikdə Nizami RPİ-yə getməyini təklif etdikləri üçün onlarda şübhə yaranmaması üçün təkliflərini qəbul edib idarə etdiyi “BMV 328” markalı RO-OOl-MU dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə Nizami rayon Polis idarəsinə gəlmişdir. İdarədə şübhəli şəxs qismindən tutulduqdan sonra ona hüquqları izah edilmiş və müdafiəçi ilə təmin edilmişdir. Daha sonra üstünə şəxsi axtarış keçirilən zaman ilk əvvəl üstündə qadağan edilmiş əşyaları özünün təqdim etməyi təklif edilmişdir. O, üstündə hər hansı bir qanunla qadağan edilmiş əşya və predmetin olmadığını bildirmişdir. Polis əməkdaşları tərəfindən üstünə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ iç cibindən bir ədəd şəffaf polietilen büküm aşkar edilmiş o, həmin bükümün ona aid olmadığını demişdir. Şəxsi axtarış keçirilən zaman, başqa qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra həmin bir ədəd büküm açılıb baxılan zaman içərisində kristallik şəkilli maddə olması aşkar edilmiş, bükülü onun və digər iştirakçıların gözü qarşısında içərisi boş zərfə yerləşdirilərək möhürlənmiş və imzalarda təsdiq edilmişdir. Daha sonra idarə etdiyi tünd göy rəngli “BMW 328” markalı RO-OOl-MU dövlət qeydiyyat nişanlı avtomobilə Nizami RPİ-nin inzibati binasının həyətində onun iştirakı ilə baxış keçirilmiş, baxış zamanı ondan idarə etdiyi avtomobildə hər hansı qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmaması soruşulduqda o, etiraf edərək idarə etdiyi avtomobilin arxa yük yerində avtomat olduğunu bildirmişdir. Bundan sonra o, polis əməkdaşlarının iştirakı ilə yük yerini açıb, kavroletin altında bir ədəd ağ rəngli kisəni göstərib həmin kisədə oldu silah avotmat olduğunu göstərmişdlir. Həmin kisə götürüldükdən sonra açılıb baxılan zaman içərisindən bir ədəd “Kalaşnikov” markalı avtomat, həmin avtomata aid bir ədəd daraq və həmin darağın içərisində 12 ədəd güllə aşkar edilmişdir. Bundan sonra həmin bir ədəd “Kalaşnikov” markalı avtomat, daraq və 12 ədəd güllə qablaşdırılmış, üzəri imzalanmışdır. Daha sonra avtomobilə keçirilmiş baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı digər əşya və predmet aşkar edilməmişdir. Qeyd etmişdir ki, psixotrop maddəni tanımadığı şəxslərdən şəxsi istifadəsi üçün əldə edir, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir, üzərinə Nizami RPİ-nin RPİ-nin inzibati binasında təhqiqatçı tərəfindən polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmişdir, tapdığı Kalaşnikov markalı avtomatdan istifadə etməmişdir, saxladığı başqa narkotik vasitə və ya silah yoxdur, bundan başqa hər hansı cinayət əməli törətməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, 15 mart 2023-cü il tarixdə, saat təxminən 17:00 radələrində Təqsirləndirilən şəxs Keşlə qəsəbəsi, Davud Aslan küçəsində saxlayaraq idarə etdiyi BMW markalı avtomobillə birlikdə Polis İdarəsinə gətirmiş və orada Polis idarəsinin Təhqiqat şöbəsinə təhvil vermişlər. İdarədə Ramilin üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Ramildən üzərindən qanunsuz əşya olubolmaması soruşulduğu zaman Ramil bildirmişdir ki, üzərində heç bir qanunsuz əşya yoxdur. Şəxsi axtarış zamanı Ramilin üzərindən götürülmüş bir bükümün içərisindən kristalşəkilli maddə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “BMW” markalı avtomobilə baxış keçirilmək qərara alınmışdır. Ramildən avtomobilində qanunsuz əşya olub-olmaması soruşulmuş, Ramil bildirmişdir ki, avtomobilində Kalaşnikov” markalı avtomat var və bir neçə gün qabaq tapıb. Axtarış zamanı Təqsirləndirilən şəxs “BMW” markalı avtomobilinin arxa yük yerindən bir ədəd “Kalaşnikov” markalı avtomat, həmin avtomata aid bir ədəd daraq və həmin darağın içərisində 12 ədəd güllə aşkar edilmişdir. Bundan sonra həmin bir ədəd “Kalaşnikov” markalı avtomat, daraq və 12 ədəd güllə qarblaşdırılmışdır. Əlavə olaraq bildirmişdir ki, Ramilin avtomobilinə Polis İdarəsinin həyətində baxış keçirilib. “BMW 328” markalı avtomobilinin arxa yük yerindən bir ədəd “Kalaşnikov” markalı avtomat, həmin avtomata aid ağ kisədə bir ədəd daraq və həmin darağın içərisində 12 ədəd güllə aşkar edilib. Ramil bildirdi ki, avtomat silahı onun özünə aiddir. İbtidai aradşırma dövrü təqsirləndirilən şəxsə qarşı özü və ya digər polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixoloji təzyiq göstərilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində bildirmişdir ki, 15 mart 2023-cü il tarixdə, saat təxminən 17:00 radələrində, Təqsirləndirilən şəxs Keşlə qəsəbəsi, Davud Aslan küçəsində saxlayaraq avtomobil ilə birlikdə Nizami Rayon Polis İdarəsinə gətirmişlər. Polis idarəsində Ramilin üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə təhqiqatçı Ramildən üzərindən qanunsuz əşya olub-olmamasını soruşmuş, Ramil bildirmişdir ki, üzərində heç bir qanunsuz əşya yoxdur. Amma şəxsi axtarış zamanı videoçəkilişlə Ramilin üzərindən bir büküm aşkar edilmişdir. Bükümün içərisindən kristalşəkilli maddə olub. Sonra Ramilin “BMW 328” markalı avtomobilinə baxış keçirilən zaman təhqiqatçı Ramildən avtomobilində qanunsuz əşya olub-olmaması soruşmuşdur. Ramil bildirmişdir ki, avtomobilində Kalaşnikov” markalı avtomat var. Videoçəkilişlə Ramilin avtomobilinə baxış keçirilmiş və axtarış zamanı Ramilin “BMW 328” markalı avtomobilinin arxa yük yerinin təkər saxlanılan alt hissəsində “Kalaşnikov” avtomat, həmin avtomata aid daraq və həmin darağın içərisində 12 ədəd güllə aşkar edilmişdir. Əlavə olaraq bildirmişdir ki, Heç kim Ramilin üzərinə narkotik vasitə qoymayıb, bu yalandır. Psixotrop maddə (narkotik vasitə) Ramilin cibindən çıxıb. İbtidai aradşırma dövrü təqsirləndirilən şəxsə qarşı özü və ya polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixoloji təzyiq göstərilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, Nizami RPİ-nə Ramin adlı şəxsin cinayətkar ünsürlərlə əlaqədar olması və şəxsi avtomobilində silah gəzdirməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, həmin məlumatla bağlı rəhbərliyə məruzə etmişlər və bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Tərəflərindən Keşlə qəsəbəsində tədbir keçirilmiş tədbir zamanı Ramin İsgəndərov saxlanılmışdır. Saxlanıldıqdan sonra o, Rayon Polis İdarəsinə gətirilmişdir. İdarədə şübhəli şəxsin üzərinə baxış keçirilən zaman narkotik vasitəyə bənzər maddə aşkar olunmuş və ekspertizaya göndərilmişdir. Sonra şübhəli şəxsə hardasa silah saxlamasıyla bağlı sorğu-sual edilmişdir. Bu zaman şəxs avtomobilində silah olduğunu etiraf etmişdir. Onlar da hal şahidlərinin iştirakı ilə şübhəli şəxsin avtomobilinə videoçəkilişlə baxış keçirərək silahı götürmüşlər. Sonra şübhəli şəxsin üzərindən və avtomobilindən aşkar olunan qanunsuz əşyalar protokollaşdırılmış və hal şahidləri tərəfindən də imza edilmişdir. Əlavə olaraq bildirmişdir ki, əməliyyat məlumatı gəldikdən sonra şübhəli şəxsin harda olduğu aydınlaşdırıldı, müşahidə aparan zaman şübhəli şəxsin Heydər Əliyev prospektində olduğu müəyyən olunaraq saxlanıldı. Şübhəli şəxsin üzərinə baxış keçirilən zaman ondan psixotrop maddə (narkotik vasitə) aşkarlanaraq götürülmüşdür. Təqsirləndirilən şəxsin avtomobilinə baxış keçirilən zaman isə aşkar olunan silah avtomobilin baqaj hissəsində olmuşdur. Silahın bükülü və ya açıq şəkildə olmasını xatırlamır. İbtidai aradşırma dövrü təqsirləndirilən şəxsə qarşı özü və ya polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixoloji təzyiq göstərilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki,o Nizami RPİ-nin əməliyyat kriminalistidır. Onun vəzifəsi saxlanılan şəxslərin üzərində hər hansı qanunsuz maddə varsa onu aşkar etmək üçün çəkilişi aparmaq olub. Çəkilişdən başqa digər hər hansısa halla bağlı məlumatı yoxdur. Əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin üzərindən videoçəkilişlə şəxsi axtarış zamanı narkotik vasitə aşkar olunub. Lakin psixotrop maddənin (narkotik vasitənin) hansı cibindən, nə qədər çəkidə çıxdığını xatırlamır. Təqsirləndirilən şəxsin avtomobilinə keçirilən baxış zamanı avtomat silah aşkar olunmuşdur. Silah təqsirləndirilən şəxsin avtomobilinə baxış zamanı baqajdan aşkar olunub. İbtidai aradşırma dövrü təqsirləndirilən şəxsə qarşı özü və ya digər polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixoloji təzyiq göstərilməmişdir. İbtidai araşdırma zamanı Şahid3, Şahid4, Şahid1 və Şahid2 məhkəmə istintaqı zamanı verdikləri ifadələrinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirillmiş X9 ifadəsində bildirmişdir ki, o, təkər təmiri ilə məşğuldir. Mart ayı, axşam tərəfi Ramil maşınının təkərinə hava vurmaq üçün onun yanına gəlmişdir. O, da təkərə baxan zaman 8-10 nəfər polis əməkdaşı Ramili tutaraq maşına əyləşdirib aparmışlar. Əlavə olaraq bildirmişdir ki, özünün isə Ramilin qardaşı ilə münasibəti yaxşıdı və şahid kimi gəlməsi üçün onu qardaşı tapıb. Özü isə Ramillə eyni kənddəndir. Həmin vaxt Ramilin maşınında bir nəfər də qadın olmuşdu. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirillmiş X10 ifadəsində bildirmişdir ki, o, hava limanına getmək üçün Keşləyədək taksi ilə gəlmiş sonra isə yolunu Ramillə davam etmişdir. Yolda isə Ramil təkər təmiri sexində hava dolduranda polislər onları saxlamışlar. Əlavə olaraq bildirmişdir ki, Ramillə ortaq dostları var. Taksidə gələndə əl baqajı olmuş və taksidən sumkasını özü düşürdərək Ramilin maşınının baqajına qoymuşdur. Bu vaxt isə Ramilin maşınının baqaj boş olmuşdur. Bundan sonra isə Ramil maşınının təkərinə hava vuranda 7-8 nəfər polis əməkdaşı gəlmişlər və Ramili başqa maşınla aparmışlar. Onun hava limanına Ramillə getməyini ortaq dostlar xahiş etmişdir. Həmin günü o, Gürcüstana gedirmiş. Yalnız bir dənə sumka götürübmüş. Lakin həmin sumkasını Ramilin maşınını salonu tam boş olduğu halda niyə məhz Ramilin maşınının baqajına qoymasının sdəbəbəini bilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat nəticəsində saxlanılaraq idarəyə gətirilmişdir. 15 mart 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişinin köçürüldüyü diskdən) görünür ki, Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsində şübhəli şəxs qismində saxlanılaraq Nizami rayon Polis idarəsinə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı, əynində olan qara rəngli gödəkçəsinin cibindən 01 ədəd şəffaf sellofan bükümdə olan maddə aşkar edilərək götürülmüşdür. 15 mart 2023-cü il tarixli “Baxış keçirilməsi və götürmə haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişinin köçürüldüyü diskdən) görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsində şübhəli şəxs qismində saxlanılaraq Nizami rayon Polis idarəsinə gətirilib həmin tarixdə saat 19 radələrində Nizami RPİ-nin əməkdaşları tərəfindən onun iştirakı ilə Nizami rayon Polis İdarəsinin inzibati binasınıən həyətində onun iştirakı ilə idarə etdiyi “BMW 328” markalı RO-OO1-MU dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin arxa yük yerindən 01 ədəd Kalaşnikov markalı 829310 nömrəli avtomat, həmin avtomata aid 1 ədəd daraq və 12 ədəd güllə aşkar edilərək götürtülmüşdür. Onun üzərinə şəxsi axtarış keçirilməsinin və avtomobilə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işi materiallarına əlavə olunmuşdur. 16 mart 2023-cü il tarixli Cinayət işinin başlanması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 228.1-ci maddələri ilə cinayət işi başlanmışdır. 17 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 228.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 6/1604 saylı rəyindən görünür ki, “Təhqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublkası DİN Zərlər üçün №163 möhür əksləri olan, Vət. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş ...sözləri və imzalar qeyd edilmiş zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 3,694 qram olan ağ rəngli kristallşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 23/213R nömrəli xx.xx.2023cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 829310 nömrəli silah 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1980-cı ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatım dəşyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Təqdim edilmiş silah partlayıcı maddə və qurğu hesab edilmir. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 12 ədəd patron 1980-cı ildə zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Tədqiqatdan sonrakı qalıq çəkisi 3,644 qram qalan psixotrop maddə metafetamın, 01 ədəd 829310 nömrəli 5,45 mm kalibrli keçmiş SSRİ dövlətində 1980-cı ildə zavod üsulu ilə istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə Kalaşnikov konstruksiyalı AK-74 modelli yivli odlu silah olan avtomat, həmin avtomatın komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı vəziyyətdə, zavod üsulu ilə hazırlanmış və 30 ədəd 5,45x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd daraq, keçmiş SSRİ dövründə 1980-ci ildə zavod üsulu ilə istehsal olunmuş döyüş sursatı hesab edilən atəş üçün yararlı olan 12 ədəd 5,45x39 mm kalibrli Kalaşnikov konstruksiyalı silahlara aid ştat patronları cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Bakı şəhər Nizami Rayon Polis İdarəsinin saxlanc anbarına-kamerasına (maddi sübutların saxlanılma yerinə) təhvil verilmişdir. Hadisə günü Təqsirləndirilən şəxs idarə etdiyi “BMW 328” markalı RO-OO1-MU dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə sübut növü kimi qəbul edilmiş və X2 qəbz əsasında təhvil verilmişdir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburinarkoloji tibbi yoxlamasının 3489 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Yuxarıda sadalananlardan da göründüyü kimi, təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlarin məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddənin, silahın, silahın komplekt hissəsi olan daraq və döyüş sursatı hesab edilən patronların ona məxsus olmadığını, üzərinə (avtomobilinə) qoyulduğunu, həmçinin psixotrop maddə (narkotik vasitə) istifadəçisi olmadığını qeyd etsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə baxış (axtarış-götürmə) keçirilmişdir. Baxışların (axtarış-götürmənin) nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tutularkən və polis idarəsində olarkən (saxlanılarkən) polis əməkdaşları tərəfindən ona hər hansı fiziki və yaxud da psixoloji təzyiqlər edilmədiyini bildirmişdir. Bundan əlavə, iş materiallarında olan Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 3489 saylı xx.xx.2023cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bundan başqa, Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 23/213R nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 829310 nömrəli silah 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1980-cı ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatım dəşyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Təqdim edilmiş silah partlayıcı maddə və qurğu hesab edilmir. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 12 ədəd patron 1980-cı ildə zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Qeyd olunanlara əsasən də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin özünü Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin aşkar olunaraq götürülmüş psixotrop maddənin, silahın, silahın komplekt hissəsi olan daraq və döyüş sursatı hesab edilən patronların ona məxsus olmaması, psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etməməsi barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsində ifadəsində bildirdiklərini səmimi ifadə kimi qəbul edir və həmin ifadədə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, ifadəni (həmin hissədə) həqiqəti əks etdirən ifadə kimi qəbul edərək ittihamın əsasına qoyur. Bundan əlavə, məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirillmiş X5 və X6 ifadələrində qeyd etdikləri (ittihamın təkzib olunmasına yönəlmiş) dəlillərin yoxlanılması zamanı bu dəlillər iş materiallarından olan ifadələr, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə toplanmış digər istintaq materialları ilə tam təkzib edilmişdir. Məhkəmə hesab edir ki, əlavə şahid qismində dindirillmiş şəxslərin məhkəmə istintaqı zamanı ifadələrində göstərdikləri ittihamın təkzib olunmasına yönəlmiş dəlillər işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onların ifadələrinin həmin hissəsini (xüsusatı) təqsirləndirilən şəxsi müdafiə xarakteri daşımaqla onun cinayət məsuliyyətindən yayındırılması və məsuliyyyətinin yüngülləşdirilməsi məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir və ibtidai araşdırma zamanı əldə olunmuş sübutların hadisənin baş vermə (başlama və davam etmə) mexanizminə daha uyğun olması qənaətinə gəldiyindən, həmin sübutları daha mötəbər, əsaslı və həqiqəti əks etdirən sübutlar kimi qiymətləndirir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və hazırkı cinayət işi üzrə hökmdə sadalanan sübutları nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin ifadələrini, şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X14rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi özünün (ibtidai istintaq zamanı verdiyi ifadəsi) ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (hökmdən və qərardan) görünür ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.1 və 307.3-cü maddələri ilə təqsirli bilinib barəsində 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş cəza 01 il 6 ay sınaq müddəti müəyyən edilərək şərti hesab edilmişdir. xx.xx.2010-cu ildə sınaq müddəti bitmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 1 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə o, cəzasının 2 ay 20 günündən vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələblərinə görə CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən (məhkumluğu ödənilmədən və ya götürülmədən) yenidən qəsdən (az ağır və ağır) cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin tələblərinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərinə görə cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran hallar hesab olunur. Qeyd olunalara əsasən məhkəmə təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olmasını müəyyən edir və bu halı onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin cəzanı ağırlaşdıran halları, cəzasını yüngülləşdirən halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini, cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələblərini nəzərə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Nizami RPİ-nin saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 3,644 qram qalan psixotrop maddə metafetamın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd 829310 nömrəli 5,45 mm kalibrli keçmiş SSRİ dövlətində 1980-cı ildə zavod üsulu ilə istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə Kalaşnikov konstruksiyalı AK-74 modelli yivli odlu silah olan avtomat, həmin avtomatın komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı vəziyyətdə, zavod üsulu ilə hazırlanmış və 30 ədəd 5,45x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd daraq, keçmiş SSRİ dövründə 1980-ci ildə zavod üsulu ilə istehsal olunmuş döyüş sursatı hesab edilən atəş üçün yararlı olan 12 ədəd 5,45x39 mm kalibrli Kalaşnikov konstruksiyalı silahlara aid ştat patronlar xüsusi müsadirə edilərək məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilməli, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini və avtomobilə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa hadisə günü Təqsirləndirilən şəxs idarə etdiyi “BMW 328” markalı RO-OO1-MU dövlət qeydiyyat nişanlı avtomobilin X2 qəbz əsasında təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 99-1.1-ci maddəsinə görə xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla). 99-1.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). 99-1.1.3. cinayət yolu ilə əldə edilmiş əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; 99-1.1.4. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 99-1.3. Cinayət törətmiş şəxs tərəfindən özgəninkiləşdirilmiş və ya hər hansı şəkildə digər şəxslərə verilmiş, bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak o halda müsadirə edilir ki, həmin əmlakı alan şəxs əmlakın cinayət yolu ilə əldə edildiyini bildiyi və ya bilməli olduğu halda onu qəbul etmişdir. Həmçinin bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak cinayət törətmiş şəxs tərəfindən hədiyyə kimi verildikdə və ya öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satıldıqda vicdanlı sahiblərin hüquqlarına xələl gətirmədən müsadirə edilir. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə hüquqi yardımın göstərilməsi üçün müdafiəçinin təqdim etdiyi hesabat əsasında müdafiəçiyə hər iş saatı üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq pul ödənilir. Müdafiəçi tərəfindən təqdim olunmuş hesabatdan görünür ki, o, iş materialları ilə tanış olmaqla və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə vaxt sərf etmişdir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 75 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1 maddəsi ilə 04 (dörd) il 6 (altı) ay müddətə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin olunmuş cəzalar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 06 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onun cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs (cəza çəkdiyi müddətdə) narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Nizami RPİ-nin saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 3,644 qram qalan psixotrop maddə metafetamın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd 829310 nömrəli 5,45 mm kalibrli keçmiş SSRİ dövlətində 1980-cı ildə zavod üsulu ilə istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə Kalaşnikov konstruksiyalı AK-74 modelli yivli odlu silah olan avtomat, həmin avtomatın komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı vəziyyətdə, zavod üsulu ilə hazırlanmış və 30 ədəd 5,45x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd daraq, keçmiş SSRİ dövründə 1980-ci ildə zavod üsulu ilə istehsal olunmuş döyüş sursatı hesab edilən atəş üçün yararlı olan 12 ədəd 5,45x39 mm kalibrli Kalaşnikov konstruksiyalı silahlara aid ştat patronlar xüsusi müsadirə edilərək məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin və avtomobilə axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılsın. Hadisə günü Təqsirləndirilən şəxs idarə etdiyi “BMW 328” markalı RO-OO1-MU dövlət qeydiyyat nişanlı avtomobilin X2 (qəbz əsasında) təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 80 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi 75 saat hüquqi yardıma görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 450 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-602/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-602/2024
06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver