Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-603/2020 14.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X11 , dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, X15, müdafiəçilər: Bakı şəhər Pro Bono vəkil bürosunun vəkili Müdafiəçi1 və Abşeron rayon vəkil bürosunun vəkili X8 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi binada, açıq məhkəmə iclasında xx xxxxxx 1980-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublkasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilməmiş, Sabirabad rayonu, Nizami kəndində qeydiyyatda olmaqla eyni ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs1 xx xxxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum edilməmiş, ünvan 2 ünvanında qeydiyyatda olan, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz yaşayış massivi, nömrəsiz həyət evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs2 hər birinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının vətəndaşı Arif adlı şəxsdən naməlum müddətdə və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi çəkisi 520,76 qram narkotik vasitə heroin və külli miqdarda ümumi çəkisi 2,048 qram psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış, 2020-ci ilin təxminən yanvar ayının ortalarında Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov prospekti 2096 ünvanında əldə etdiyi narkotik vasitədən ümumi təmiz çəkisi 2,760 qram küstar üsulla hazırlanmış narkotik vasitə heroini və ümumi təmiz çəkisi 2,048 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini tanışı Təqsirləndirilən şəxs2 satmış, sonuncu xx.xx.2020- ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 96 ünvanı ilə Ağa Nemətulla küçəsi 76 ünvanın kəsişməsində etibarnamə əsasında idarə etdiyi **-LP-*** nömrə nişanlı, “Kia-Optima” markalı avtomaşında olan zaman davranışları şübhə doğurduğu üçün ərazidə xidmət aparan Nərimanov Rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən Nərimanov RPİ-nin 18-ci PŞ-nə dəvət edilmiş, PŞ-də Təqsirləndirilən şəxs2 üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol cibindəki üzərində “Sobranie” yazısı olan siqaret qutusunun içərisindən 4 ədəd şəffaf polietilen bükümdə külli miqdarda ümumi təmiz çəkisi 2,760 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi küstar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd şəffaf polietilen bükümdə və 1 ədəd “qızıl” rəngli kağız bükümdə külli miqdarda ümumi təmiz çəkisi 2,048 qram ağ rəngli xırda krsitallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, əməliyyat tədbirinin davamı olaraq isə Nərimanov RPİ-nin 18-ci PŞ-nin və RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2096 ünvanın yaxınlığındakı “Sabirabad” otelinin qarşısında saxlanılaraq Nərimanov RPİ-nin 18-ci PŞ-nə dəvət edilmiş və həmin tarixdə saat 21 radələrində PŞ-də Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 1 ədəd bükümdə, külli miqdarda təmiz çəkisi 518 qram olan maddə kütləsi küstar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilir ondan ötərin ki, 2020-ci ilin yanvar ayının ortalarında Bakı şəhəri, Nərimanov rayon, Z.Bünyadov prospekti 2096 ünvanında tanışı Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 2,760 qram narkotik vasitə heroin və külli miqdarda ümumi təmiz çəkisi 2,048 qram psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış və xx.xx.2020-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 96 ünvanı ilə Ağa Nemətulla küçəsi 76 ünvanın kəsişməsində etibarnamə əsasında idarə etdiyi **-LP-*** nömrə nişanlı, “Kia-Optima” markalı avtomaşında olan zaman davranışları şübhə doğurduğu üçün ərazidə xidmət aparan Nərimanov Rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən RPİ-nin 18-ci Polis Şöbəsinə dəvət edilmiş və PŞ-də Təqsirləndirilən şəxs2 üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol cibindəki üzərində “Sobranie” yazısı olan siqaret qutusunun içərisindən 4 ədəd şəffaf polietilen bükümdə külli miqdarda, ayrı-ayrılıqda təmiz çəkisi 0,560 qr., 0,162 qr., 1,855 qr., 0,183 qr. olmaqla ümumi təmiz çəkisi 2,760 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi küstar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd şəffaf polietilen bükümdə və 1 ədəd “qızıl” rəngli kağız bükümdə külli miqdarda, ayrı-ayrılıqda təmiz çəkisi 0,942 qr., 0,824 qr., 0,282 qr. olmaqla ümumi təmiz çəkisi 2,048 qram ağ rəngli xırda kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, əynində olan mavi rəngli gödəkçənin sol cibindən 06 ədəd rulonlanmış gümüşü rəngli fayqa, 01 ədəd qayçı, 01 ədəd dırnaq təmizləyən, habelə xx.xx.2020-ci il saat 06 radələrində Təqsirləndirilən şəxs2 öz razılığı əsasında icarə əsasında idarə etdiyi “Kia-Optima” markalı, **-LP-*** dövlət nömrə nişanlı avtomobildə axtarış və götürmə aparılan zaman avtomobilin salonundan sonuncuya məxsus 01 ədəd tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, ünvan 8 ünvanında ailəsi ilə birlikdə yaşayır. Özü bir ildir ki, narkotik vasitədən istifadə edir. Əldə etdiyi narkotik vasitəni də öz istifadəsi üçün alırmış. Heç vaxt narkotik vasitələrin alış-verişi ilə məşğul olmamışdır. Cəmi bir dəfə Təqsirləndirilən şəxs2 öz istifadəsi üçün əldə etdiyi narkotikdən vermişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış və üzərindən istintaq zamanı qeyd edilən miqdarda narkotik vasitə aşkar olunmamışdır. O saxlanılan zaman əməliyyatçılar ona təzyiq etmişlər və etmədiyi əməlləri boynuna qoymuşlar. Onun üzərindən istintaqda qeyd edildiyi qədər narkotik vasitə çıxmamışdır. Təzyiq edildiyinə görə məcburiyyət qarşısında qalaraq etmədiyi əməllərin məsuliyyətini üzərinə götürmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, tutulmamışdan az müddət əvvəl narkotik vasitədən istifadə etməyə başlamışdır. Məhərrəmdən təxminən 2-3 dəfə qarşılıqsız olaraq narkotik maddə götürüb istifadə etmişdir. O, Təqsirləndirilən şəxs1 pulla nartkotik almamışdır. Taksi xidməti ilə məşğul olduğundan gecə yarısından sübhə qədər işləyirmiş. Tutulduğu gün istifadə etdiyi avtomobili ilə müştəri götürməyə getmiş, maşını təxminən bir dəqiqə saxlamış və bu anda Post Patrul Xidmətinin əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşlarından biri maşınının qabağını kəsmiş, digəri sənədlərini tələb etmişdir. Maşınını axtarmışlar, maşınından heç nə çıxmamışdır. Maşınla polis bölməsinin həyətinə aparılmış, təxminən yarım saat sonra yenidən maşını axtarmışlar. Post Patrul Xidmətinin əməkdaşları video çəkiliş edirmişlər. Sonradan onu döyərək saxlama yerinə aparmışlar. Sonradan vəkil gəlmiş, çəkiliş olmuşdur. Səhər azadetməyə qol çəkdirərək onu bir az sonra azad edəcəklərini bildirmişlər. Azadetməyə qol çəkdikdən sonra onu yenidən saxlama yerinə salmışlar. Onun üzərində 1 qram heroin, 1 qram da narkotik olmuşdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrini dinləyib şahidləri dindirərək, iş üzrə digər sübutları araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, o, Nərimanov RPİ-nin 18-ci PŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. PŞ-də narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyinə görə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi üçün əməliyyat tədbirləri həyata keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs2 üzərində qanunsuz hansısa əşya və ya maddə varsa könüllü təqdim etmək təklif edilmiş, Təqsirləndirilən şəxs2 cibindən bir ədəd telefon, iki ədəd siqaret qutusu çıxartmışdır. Siqaret qutusunun içində 6 büküm narkotik vasitə olmuşdur. Həmin bükümlərin 4-ü sarı rəngdə, ikisi isə ağ rəngdə olmuşdur. Təqsirləndirilən şəxs2 narkotik vasitəni Məhərrəm adlı şəxsdən əldə etdiyini demişdir. İş üzrə verilmiş əməliyyat tapşırığı əsasında Məhərrəm adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi və Məhərrəmin narkotik vasitələrin dövriyyəsi, istifadəsi, satışı ilə məşğul olmasını ifşa etmək üçün Polis şöbəsinin rəisinə raportla məruzə etmişlər və rəhbərlik tərəfindən icazə verilmişdir. Məhərrəm adlı şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra həmin şəxsin adını soruşmuşlar. Adının Təqsirləndirilən şəxs1 olduğunu bildirdikdən sonra narkotik vasitələrin qanusuz dövriyyəsində şübhəli bilindiyi üçün Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə onlarla birlikdə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs1 18-ci PŞ-nə gətirdikdən sonra raportla rəhbərliyə məruzə etmiş və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Polis şöbəsinin təhqiqatçısı Emin Quliyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Dəvət edilmiş vəkilin, onun, 18-ci Polis Şöbəsinin əməliyyat müvəkkilləri Şahid3, Şahid8 və Nərimanov RPİ-nin Narkotiklə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid6 iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılan zamanı videoçəkiliş də aparılmışdır. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə aparılan zaman, habelə Təqsirləndirilən şəxs1 saxlanılan zaman onlara qarşı heç kim tərəfindən hər hansısa bir fiziki və ya psixi təsir göstərən olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, o, 2003-cü ildən Daxili işlər orqanlarında xidmət edir. 2004-cü ildən Nərimanov Rayon Polis X21 Xidməti Bölüyündə polis nəfəri, 2007-ci ildən X7 PPX bölüyündə manqa komandiri vəzifəsində işləyir, rütbəsi isə polis baş serjantıdır. xx xxxxxx 2020-ci ildə saat 04 radələrində iş yoldaşları Tofiq Abasov və Şahid5la birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 96 ünvanı ilə Ağa Nemətulla küçəsi 76 ünvanın kəsişməsində xidmətdə olan zaman yolun kənarında «Kia Optima» markalı, **-LP-*** dövlət nömrə nişanlı avtomobilin dayandığını və həmin avtomobildə olan iki nəfər şəxsin uca səslə danışıb maşının içində mübahisə etdiklərini görmüşlər. Onlar, avtomobilə yaxınlaşaraq özlərini təqdim etmiş və nəyə görə mübahisə etdiklərini maraqlanan zaman həmin şəxslər özlərini şübhəli apararaq verilən suallara qeyri müəyyən cavablar vermişlər, onların xarici görünüşündən və hərəkətlərindən narkotik vasitənin təsiri altında olmaları onlarda şübhə yaratmışdır. Buna görə onların narkotk vasitə istifadə etmələrindən şübhələndikləri üçün həmin şəxsləri 18-ci Polis Şöbəsinə dəvət etmişlər. Sonradan onlara şəxsiyyətləri məlum olan 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 və 2002-ci il təvəllüdlü Şahid1 Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin Növbətçi Hissəsinə təhvil verərək şübhəli şəxslərin barəsində qanuni tədbir görülməsi üçün həmin bölmənin rəisinə raportla məruzə etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, o, Nərimanov RPİ-nin PPX bölüyünün polis nəfəri vəzifəsində işləyir. xx xxxxxx 2020-ci ildə saat 04 radələrində iş yoldaşları Tofiq Abasov və Şahid4la birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 96 ünvanı ilə Ağa Nemətulla küçəsi 76 ünvanının kəsişməsində xidmətdə olan zaman yolun kənarında «Kia Optima» markalı, nömrəsini dəqiq xatırlamadığı 50, yəni Sumqayıt dövlət nömrə nişanlı ağ rəngli avtomobilin dayandığını və həmin avtomobildə olan iki nəfər şəxsin uca səslə danışıb maşının içində mübahisə etdiklərini görmüşlər. Onlar, avtomobilə yaxınlaşaraq özlərini təqdim etmiş və nəyə görə mübahisə etdiklərini maraqlanan zaman həmin şəxslər özlərini şübhəli apararaq verilən suallara qeyri müəyyən cavablar vermişlər, onların xarici görünüşündən və hərəkətlərindən narkotik vasitənin təsiri altında olmaları şübhə yaratmışdır. Buna görə onların narkotk vasitə istifadə etmələrindən şübhələndikləri üçün həmin şəxsləri 18-ci Polis Şöbəsinə dəvət etmişlər. Sonradan onlara şəxsiyyətləri məlum olan 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 və 2002-ci il təvəllüdlü Şahid1 Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin Növbətçi Hissəsinə təhvil verərək onların barəsində qanuni tədbir görülməsi üçün həmin bölmənin rəisinə raportla məruzə etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, o, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis şöbəsində narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyinə görə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi üçün əməliyyat tədbirləri həyata keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs2 üzərində qanunsuz hansısa əşya və ya maddə varsa könüllü təqdim etmək təklif edilmiş, Təqsirləndirilən şəxs2 cibindən bir ədəd telefon, iki ədəd siqaret qutusu çıxartmışdır. Təqsirləndirilən şəxs2 narkotik vasitəni Məhərrəm adlı şəxsdən əldə etdiyini demişdir. İş üzrə verilmiş əməliyyat tapşırığı əsasında Məhərrəm adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi və onun narkotik vasitələrin dövriyyəsi, istifadəsi, satışı ilə məşğul olmasını ifşa etmək üçün Polis şöbəsinin rəisinə raportla məruzə etmişlər və rəhbərlik tərəfindən icazə verilmişdir. Məhərrəm adlı şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra həmin şəxsin adını soruşmuşlar. Adının Təqsirləndirilən şəxs1 olduğunu bildirdikdən sonra narkotik vasitələrin qanusuz dövriyyəsində şübhəli bilindiyi üçün Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə onlarla birlikdə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs1 18-ci Polis şöbəsinə gətirdikdən sonra raportla rəhbərliyə məruzə etmiş və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Polis şöbəsinin təhqiqatçısı Emin Quliyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Dəvət edilmiş vəkilin, onun, 18-ci Polis Şöbəsinin əməliyyat müvəkkilləri Şahid3, Şahid8 və Nərimanov RPİ-nin Narkotiklə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid6 iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılan zamanı videoçəkiliş də aparılmışdır. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə aparılan zaman, habelə Təqsirləndirilən şəxs1 saxlanılan zaman saxlanılan şəxslərə qarşı heç kim tərəfindən hər hansısa bir fiziki və ya psixi təsir göstərən olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadə verərək göstərmişdir ki, o, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Post Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanmış Təqsirləndirilən şəxs2 bölməyə təmin edildikdən sonra Polis şöbəsində narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyinə görə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi üçün əməliyyat tədbirləri həyata keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs2 üzərində qanunsuz hansısa əşya və ya maddə varsa könüllü təqdim etmək təklif edilmişdir, Təqsirləndirilən şəxs2 cibindən bir ədəd telefon, iki ədəd siqaret qutusu çıxartmışdır. Təqsirləndirilən şəxs2 narkotik vasitəni Məhərrəm adlı şəxsdən əldə etdiyini demişdir. İş üzrə verilmiş əməliyyat tapşırığı əsasında Məhərrəm adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi və onun narkotik vasitələrin dövriyyəsi, istifadəsi, satışı ilə məşğul olmasını ifşa etmək üçün Polis şöbəsinin rəisinə raportla məruzə etmişlər və rəhbərlik tərəfindən icazə verilmişdir. Məhərrəm adlı şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra həmin şəxsin adını soruşmuşlar. Adının Təqsirləndirilən şəxs1 olduğunu bildirdikdən sonra narkotik vasitələrin qanusuz dövriyyəsində şübhəli bilindiyi üçün Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə onlarla birlikdə getməyini təklif etmişlər. Təqsirləndirilən şəxs1 18-ci Polis şöbəsinə gətirdikdən sonra raportla rəhbərliyə məruzə etmişlər və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Polis şöbəsinin təhqiqatçısı Emin Quliyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Dəvət edilmiş vəkilin, onun, 18-ci Polis Şöbəsinin əməliyyat müvəkkilləri Şahid3, Şahid8 və Nərimanov RPİ-nin Narkotiklə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid6 iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılan zamanı videoçəkiliş də aparılmışdır. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə aparılan zaman, habelə Təqsirləndirilən şəxs1 saxlanılan zaman saxlanılan şəxslərə qarşı heç kim tərəfindən hər hansısa bir fiziki və ya psixi təsir göstərən olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadə verərək göstərmişdir ki, o, Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Post Patrul Xidmətinin əməkdaşları xx xxxxxx 2020-ci ildə saat 04 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 96 ünvanı ilə Ağa Nemətulla küçəsi 76 ünvanın kəsişməsində xidmətdə olan zaman yolun kənarında «Kia Optima» markalı, **-LP-*** dövlət nömrə nişanlı avtomobilin dayandığını və həmin avtomobildə olan iki nəfər şəxsin uca səslə danışıb maşının içində mübahisə etdiklərini gördükdən sonra, avtomobilə yaxınlaşaraq özlərini təqdim edərək və nəyə görə mübahisə etdiklərini maraqlanan zaman həmin şəxslər özlərini şübhəli apararaq verilən suallara qeyri müəyyən cavablar vermişlər, onların xarici görünüşündən və hərəkətlərindən narkotik vasitənin təsiri altında olmaları şübhə yaratdığı üçün həmin şəxsləri 18-ci Polis Şöbəsinə dəvət etmişlər. Post patrul Xidmətinin əməkdaşları Nizamini bölməyə gətirdikdən sonra üzərinə baxış olmuş və narkotik vasitədən başqa onu üzərindən 8600 manat pul da çıxmışdır. Narkotik vasitələr “Sobraine” siqaret qutusunun içində olmuşdur. Təqsirləndirilən şəxs2 üzərindən çıxan 8600 manat pulu təhqiqatçı Emin Quliyev aşkar etmiş və sənədləşdirərək götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verərək bildirmişdir ki, o, Nərimanov RPİ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs2 Post Patrul Xidmətinin əməkdaşları saxlayaraq polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs2 cibindən çıxan “Sobranie” siqaretinin içərisindən təxminən 0,5-1 qram narkotik aşkarlanmışdır. Təqsirləndirilən şəxs1 Nərimanov rayonunda saxlamışlar, cibindən təxminən 400-500 qram narkotik çıxmışdır. Həmin narkotik vasitə Məhərrəmin qara gödəkçəsinin sol yan cibindən aşkarlanaraq götürülmüşdür. Məhərrəm əməlini etiraf edərək, narkotikin onun olduğunu, narkotikdən istifadə etdiyini və satdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi elan edilmiş Şahid1 ifadəsindən görünür ki, o, 6 ay öncə narkotik vasitələr istifadə etmişdir. Daha sonra isə müalicə alaraq narkotik vasitədən uzaqlaşmışdır. Lakin, son günlərdə yenidən bir neçə dəfə narkotik vasitə istifadə etmişdir. Belə ki, 3-4 gün əvvəl o, Razin qəsəbəsindən əvvəllər tanıdığı Nizami adlı şəxslə görüşmüşdür. Nizami ilə demək olar ki, hər gün birlikdə olurmuşlar və şəhərdə maşınla gəzirmişlər. Müxtəlif ünvanlarda isə gecələyirmişlər. Sonuncu dəfə xx.xx.2020-ci ildə Nizaminin idarə etdiyi Kia-Optima markalı, **-LP-*** dövlət nömrə nişanlı avtomobillə birlikdə şəhərdə gəzməyə başlamışlar. Daha sonra Nizami avtomaşını Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsində saxlamışdır. Söhbət əsnasında ona məlum olmuşdur ki, Nizaminin üzərində narkotik vasitə var. O, Nizamidən ona narkotik vasitəni istifadə etməsi üçün verməsini xahiş etmişdir. Nizami də üzərində 1 ədəd bükümdə olan «şüşə» adlanan metomfetamini və 1 ədəd hazır vəziyyətdə olan marixuananı çıxartmışdır. O və Nizami həmin narkotik vasitələri yandırıb birgə maşının içində istifadə etmişlər. Bundan sonra Nizami ilə ümumi söhbət etməyə başlamışlar və həmin vaxtı ucadan danışdıqlarına görə onlara 21.01,2020ci il tarixdə saat təxminən 04:00 radələrində post-patrul avtomaşını yaxınlaşmışdır. Polis əməkdaşları özlərini təqdim edib ona bir neçə sual vermişlər. Nizami onlara nə əsasa sorğu-sual etdiklərini soruşmuş, onların suallarına cavab verməmişdir. Polis əməkdaşları onlardan şübhələndiklərini bildirmişlər və onları 18-ci PŞ-nə dəvət etmişlər. Onlar 18-ci PŞ-nə gəldikdən sonra onu narkotik vasitənin istifadəsində şübhəli bilindiyinə görə polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və şöbədə xidməti otaqda dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş, baxış zamanı ona təklif olurmuşdur ki, onda olan qanunla qadağan olunmuş hər hansı bir əşya varsa könüllü olaraq təqdim etsin. O, əynindəki qara rəngli şalvarın sağ cibindən Samsung J2 (2018) markalı mobil telefonu, sol cibindən isə özünə məxsus AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsini çıxardaraq təqdim etmişdir. Bundan başqa üzərində heç bir əşya və sənəd olmamışdır. Başqa qanusuz heç bir əyşa və ya narkotik vasitə aşkar edilməmişdir. O, Nizami ilə 3-4 gün birlikdə olan zaman yalnız sonuncu dəfə, yəni xx.xx.2020-ci ildə maşında birgə narkotik vasitə istifadə etmişlər. Ondan əvvəl isə o, Nizami ilə Razində görüşüb istifadə etmək məqsədi ilə 1-2 dəfə şüşə, yəni metamfetamin almışdır, əvəzində isə Nizami ondan pul almamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə baxış keçirilərkən ona qarşı hər hansı bir zor, təzyiq olmamışdır. Təxminən 6 ay əvvəl narkotik vasitələrdən istifadə etmişdir və sonradan müalicə alaraq istifadə etməmişdir. Lakin, son bir həftədir ki, yenidən narkotik vasitə olan şüşə və marixiuanadan istifadə etmişdir. Ona narkotik vasitəni adətən Nizami istifadə etmək üçün verirmiş. Belə ki, o, Nizami ilə münasibəti yaxşı olduğu üçün Nizamidən narkotik vasitə istəyirmiş, Nizami də ona pay olaraq istifadə etmək üçün narkotik vasitə verirmiş. Əvəzində isə ondan pul almamışdır. Nizami onun 2002-ci il təvəllüdlü olmağını bilirmiş, lakin Nizami ona heç vaxt vəd verməklə, aldatmaqla, hədə-qorxu gəlməklə ona narkotik vasitə verməmiş, nə də ki, narkotikin dövriyyəsi ilə məşğul olmağını bildirməmişdir. O, özü Nizamidən narkotik vasitə istədikdə Nizami ona istifadə etmək üçün narkotik vasitə verirmiş. O, təxminən Nizami ilə 3-4 gün birlikdə olan zaman adətən maşından düşüb şəhərin müxtəlif ünvanlarında tanımadığı şəxslərlə görüşüb qayıdan zaman isə əlində müxtəlif miqdarda pulla gəlirmiş. Nizami hər dəfə ona bildirirmiş ki, gedək bir nəfər var görüşüb pul alacaqdır. O da elə bilirmiş ki, Nizamiyə pul verən Nizaminin dostlarıdır. O, konkret olaraq Nizaminin kiməsə narkotik vasitə satmasını bilməmiş və görməmişdir. O, sonradan PŞ-də bilmişdir ki, Nizaminin üzərində narkotik vasitə olmuş və Nizami müxtəlif şəxslərə narkotik vasitələrin satışı ilə məşğuldur. İş üzrə “Azercell” MC-dən və “xxxxxxx” MMC-dən əldə edilmiş telefon məlumatların baxış keçirilmiş və Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı nömrəsinə məxsus sms mətinlərinə baxış keçirilən zaman xx.xx.2020-ci il tarixdə saat 01:37:04-də **********91 saylı nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı nömrəyə “Nizi gelmiyeceysense yaz bilim hecnə yoxumduya agriyiram tapa bilmerem sora” məzmununda sms göndərildiyi, ********** saylı nömrəsinin Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** mobil nömrəsilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək bir neçə dəfə telefon əlaqələrinin olduğu müəyyən edilmişdir. (cild 2, iş vərəqə 66) İş üzrə əldə edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 1507 saylı rəyində göstərilmişdir ki, “vət Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş maddə...” yazısı olan 4 (dörd) ədəd şəffaf polietilen bükümdə, ümumi təmiz çəkisi 2,760 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi küstar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 (iki) ədəd şəffaf polietilen bükümdə və 1 (bir) ədəd “qızıl” rəngli kağız bükümdə külli miqdarda ümumi təmiz çəkisi 2,048 qram ağ rəngli xırda krsitallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: metamfetamin ümumi təmiz çəkisi: 2,048 qr, sərf edildi: ümumi: 0,15 qr (hər maddədən 0,05qr), qalıq 1,898 qram. Heroinin ümumi təmiz çəkisi: 2,760 qr, sərf edildi: ümumi 0,15 qr (hər maddədən 0,05qr), qalıq: 2,610 qram. (cild 1, iş vərəqə 121-124) İş üzrə əldə edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 1508 nömrəli rəyində göstərilmişdir ki, “vət Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş maddə...” yazısı olan zərfdəki 1 (ədəd) ədəd bükümdə, təmiz çəkisi 518 qram olan maddə kütləsi küstar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin ümumi təmiz çəkisi: 518,0 qr, sərf edildi: ümumi 0,2 qr, qalıq: 517,8 qram. (cild 1, 117-120) İş üzrə əldə edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 2275 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərlərində “vət Təqsirləndirilən şəxs2 götürülmüş heroin və metamfetamin” və Vət Təqsirləndirilən şəxs1 götürülmüş heroin” sözlər və imzalar olan 02 ədəd kağız paketdəki heroinlər xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs2 aşkar edilmiş 01 ədəd tərəzi, 01 ədəd qayçı, 01 ədəd dırnaq təmizləyən” sözlər və imzalar 01 ədəd kağız zərfdəki, 4 ədəd rulonlanmış gümüşü rəngli fayqaların üzərində psixotrop maddə metamfetamininin izləri vardır və metamfetamin iz şəklində olduğu üçün tədqiqata təqdim olunmuş 1 ədəd zərfdəki metamfetamin ilə eynilik aparmaq mümkün deyildir. Həmən zərfdəki digər əşyaların üzərində narkotik, psixotrop və güclü təsir edən maddələr yoxdur. Qeyd: Heroinin ümumi təmiz çəkisi 2,610 qr, cəmi tədqiqata sərf edildi 0,15 qr, ümumi qalıq: 2,460 qram. Heroinin təmiz çəkisi 517,8 qr, sərf edildi: 0,05 qr, qalıq 517,75 qram. (cild 2, iş vərəqə 69-73) İş üzrə əldə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 321 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən süi-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi mülaciəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 2, iş vərəqə 74- 75) Təqsirləndirilən şəxs2 da məhkəmədə vermiş olduğu ifadəsində ibtidai araşdırma zamanı vermiş olduğu ifadələrinin zor və təzyiq altında alındığını göstərməklə həmin ifadələri birmənalı olaraq rədd etmişdir. Məhkəmə belə hesab edir ki, bunlar şübhəli məqamlardır. Qanunun tələblərinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9), məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10), həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8), miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək,yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Bu Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o, deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirmə sübut edilməlidir. Cinayət işinin materiallarında isə Təqsirləndirilən şəxs2 əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə heroini və metamfetamini əldə etməsinə dair heç bir sübut mövcud deyildir. Təkcə narkotik vasitənin və psixotrop maddənin külli miqdarda olmasına görə kimisə belə ağır maddə ilə ittiham etmək olmaz və bu digər sübutlarla da təsdiq olunmalıdır. Belə ki, onun haqqında heç bir əməliyyat məlumatı olmamış, tərəzinin olması isə satış məqsədinə dəlalət etmir və Təqsirləndirilən şəxs2 bu tərəzini qəbul etmir. Bu şübhəli məqamdır və onun xeyirinə həll olunmalıdır. Bu hakimin yox, qanunun tələbidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün olaraq tövsif edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı Qərarının 8-ci bəndində göstərilir ki, Məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır. Bu zaman məhkəmə bunu əsas tutmalıdır ki, cinayətin tövsifinin belə dəyişilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsif olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əlamətləri olmasın və faktiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın.» Ona görə də Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif olunmaqla o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Çünki onun satış məqsədi ilə narkotik və psixotrop maddə əldə etməsi, satması, saxlaması, gəzdirməsi istər ibtidai istintaq, istərsədə məhkəmə istintaqında öz təsdiqini tapmamışdır. Onun ittihamından satış məqsədi ilə sözləri çıxarılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixatrop maddə əldə etmiş, saxlamış və daşımışdır. O xəstədir və bu maddələrin qəbulundan asılıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsi barədə ittiham sübuta yetirilmir. Yuxarıda göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, cinayətin törədilməsinin səbəbinə və baş vermə mexanizminə dair ittihamda göstərilənlər hər hansı bir mötəbər sübutla təsdiq olunmur. Məhkəmə yuxarıda göstərilən hallara uyğun olan Təqsirləndirilən şəxs2 ifadələrini iş üzrə digər sübutlarla birlikdə yoxlayıb qiymətləndirərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmədə vermiş olduğu ifadələr arasında müəyyən fərqlər olsa da bu ifadələr istər ibtidai istintaq zamanı istərsə də məhkəmədə verilmiş şahid ifadələri ilə birlikdə qiymətləndirilməklə bu hadisənin baş verməsini şübhə altına almağa əsas və ya əsaslar yoxdur. Yəni Təqsirləndirilən şəxs2 satış məqsədini sübut edəcək bir hal, fakt, bir sözlə sübut yoxdur və belə bir sübut əldə edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində qeyd olunmuşdur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsi isə birbaşa tələb edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyirinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirli olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələblərinə əsasən İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirlən şəxsin xeyirinə təfsir edilir. Bu baxımdan da bu şübhələr qanunun mənasına görə Təqsirləndirilən şəxs2 xeyirinə təfsir edilirməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı Qərarının 4-cü bəndində göstərilir ki, «Məhkəmələr nəzərə almalıdır ki, Cinayət Prosessual Məcəllənin 327-ci maddəsinə əsasən, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər təhqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. X13 Məcəllənin 28.5-ci maddəsində də göstərilir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. X10 Məcəllənin 351.2-ci maddəsində də birbaşa göstəriş vardır ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, xx xxxx 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və “Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı Qərarının 13-cü bəndinə əsaslanaraq cəza təyin edilərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1-ci siyahıda heroinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarı 2 qram müəyyən edilmişdir. Metamfetaminin də şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram, külli miqdarı 2 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsindən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, məhkəmə-narkoloji və məhkəmə kimyəvi ekspertizalarının rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42.0.12-ci maddəsində nəzərdə tutulmuş «müəyyən müddətə azadlıqdan məhrum etmə» növündə əsas cəza növü tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasının son hədləri çərçivəsində cəza təyin edilməsini mümkün hesab edir. İş üzrə əldə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 322 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunur. Məcburi mülaciəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 2, iş vərəqə 76-77) İş üzrə əldə edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 476 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 hal- hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində Anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və o, hal-hazırda cəmiyyət üçün heç bir təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 2, iş vərəqə 79-80) İş üzrə əldə edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 475 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində Anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və o, hal-hazırda cəmiyyət üçün heç bir təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 2, iş vərəqə 81-82) xx xxxx 2020-ci il tarixdə “sübutların qiymətləndirilməsi və maddi sübut qismində tanımaq” haqqında qərara əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılan zaman videolentə alınmış görüntülərin əks edildiyi 02 ədəd CD disk, habelə “Azercell” və “xxxxxxx”-dan əldə edilmiş telefon məlumatlarının əks edildiyi 02 ədəd CD disk iş üzrə maddi sübut qismində tanınmış və həmin disklərin iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Həmin qərara əsasən Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 2,760 qram narkotik vasitə heroin; 2,048 qram psixotrop maddə metamfetamin, 06 ədəd dairələnmiş gümüşü rəngli kağız, 01 ədəd dırnaq qayçısı, 01 ədəd dırnaq təmizləyən, idarə etdiyi “Kia- Optima” markalı, 99-LP- 957 nömrə nişanlı avtomobildən aşkar edilmiş 01 ədəd tərəzi, habelə Təqsirləndirilən şəxs1 aşkar edilmiş 518 qram narkotik vasitə heroin iş üzrə maddi sübut qismində tanınmış, saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc kamerasına təhvil verilmişdir. (cild 2, iş vərəqə 83-104) Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal himayəsində azyaşlı xx.xx.2005-ci il təvəllüdlü X2, xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X6 olmasıdır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal himayəsində azyaşlı xx.xx.2014-cü il təvəllüdlü X12 olmasıdır. Həmin məcəllənin 61 -ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42.0.12-ci maddəsində nəzərdə tutulmuş «müəyyən müddətə azadlıqdan məhrum etmə» cəza növü tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü və 234.1-ci maddələrinin sanksiyaları hədlərində cəza təyin edilməsi qənaətindədir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun xx xxxx 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə,şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır.» xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək saxlandığı X14 azad edilmişdir. xx xxxxxx 2020-ci ildə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş, elə həmin tarixdə Nərimanov rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. xx xxxxxx 2020-ci ildə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona yeni məzmunda ittiham elan edilmiş, elə həmin tarixdə Nərimanov rayon Məhkəməsinin hakimi Samir Məmmədovun qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində xx xxx 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs2 01 gün saxlandığı müddət onun cəzasına hesablanmaqla çıxılmalıdır. İş üzrə məhkəmə xərci ümumilikdə 293 manatdır. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Resrublikası CM-nin 234.4.3-cü maddəsində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlilikləri onların özlərinin, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, məhkəmə-narkoloji və məhkəmə kimyəvi ekspertizalarının rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42.0.12-ci maddəsində nəzərdə tutulmuş «müəyyən müddətə azadlıqdan məhrum etmə» növündə əsas cəza növü tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasının hədləri çərçivəsində cəza təyin edilməsini mümkün hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42.0.12-ci maddəsində nəzərdə tutulmuş «müəyyən müddətə azadlıqdan məhrum etmə» növündə əsas cəza növü tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasının hədləri çərçivəsində cəza təyin edilməsini mümkün hesab edir. Təqsirləndirilən şəxs1 dövlət hesabına göstərilən hüquqi yardıma görə “Yusifbəyli və Partnyorları” vəkil Bürosunun vəkili X16 göstərdiyi hüquqi yardım üzrə iş saatı 40 saat olmaqla, məhkəmə xərci 240 (iki yüz qırx) manatdır. Təqsirləndirilən şəxs2 dövlət hesabına göstərilən hüquqi yardıma görə “Yusifbəyli və Partnyorları” vəkil Bürosunun vəkili X19 göstərdiyi hüquqi yardım üzrə iş saatı 50 saat olmaqla, məhkəmə xərci 300 (üç yüz) manatdır. İş üzrə xx xxxx 2020-ci il tarixdə “sübutların qiymətləndirilməsi və maddi sübut qismində tanımaq” haqqında qərara əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılan zaman videolentə alınmış görüntülərin əks edildiyi 02 ədəd CD disk, habelə “Azercell” və “xxxxxxx”-dan əldə edilmiş telefon məlumatlarının əks edildiyi 02 ədəd CD disk iş üzrə maddi sübut qismində tanınmış və həmin disklərin iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Həmin qərara əsasən Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 2,760 qram narkotik vasitə heroin; 2,048 qram psixotrop maddə metamfetamin, 06 ədəd dairələnmiş gümüşü rəngli kağız, 01 ədəd dırnaq qayçısı, 01 ədəd dırnaq təmizləyən, idarə etdiyi “Kia-Optimna” markalı, **-LP-*** nömrə nişanlı avtomobildən aşkar edilmiş 01 ədəd tərəzi, habelə Təqsirləndirilən şəxs1 aşkar edilmiş 518 qram narkotik vasitə heroin iş üzrə maddi sübut qismində tanınmışlar. Məhkəmə hesab edir ki, ekspertiza xərci təqsirləndirilən şəxslərdən tutulmalı, maddi sübutlar məhv edilməlidir. İbtidai istintaqı zamanı Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” vəkil Bürosunun vəkili X16 240 (iki yüz qırx) manat miqdarında pul ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” vəkil Bürosunun vəkili X19 300 (üç yüz) manat miqdarında pul ödənilməlidir. Bakı şəhər Pro Bono vəkil bürosunun vəkili Müdafiəçi1 qızına məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 müdafiə etdiyi üçün 260(iki yüz altmış) manat miqdarında pul ödənilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Əhmədov X1 məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Onun 01(bir) gün saxlanıldığı müddət cəza müddətinə hesablanmaqla üzərində 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Əliyev X4 məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə xx xxxx 2020-ci il tarixdə “sübutların qiymətləndirilməsi və maddi sübut qismində tanımaq” haqqında qərara əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılan zaman videolentə alınmış görüntülərin əks edildiyi 02 ədəd CD disk, habelə “Azercell” və “xxxxxxx”-dan əldə edilmiş telefon məlumatlarının əks edildiyi 02 ədəd CD disk iş üzrə maddi sübut qismində tanınmış və həmin disklərin iş materiallarına əlavə edilməsi nəzərə alınsın. Həmin qərara əsasən Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 2,760 qram narkotik vasitə heroin; 2,048 qram psixotrop maddə metamfetamin, 06 ədəd dairələnmiş gümüşü rəngli kağız, 01 ədəd dırnaq qayçısı, 01 ədəd dırnaq təmizləyən, idarə etdiyi “Kia-Optimna” markalı, **-LP-*** nömrə nişanlı avtomobildən aşkar edilmiş 01 ədəd tərəzi, habelə Təqsirləndirilən şəxs1 aşkar edilmiş 518 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” vəkil Bürosunun vəkili X16 240 (iki yüz qırx) manat miqdarında pul ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” vəkil Bürosunun vəkili X19 300 (üç yüz) manat miqdarında pul ödənilsin. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmədə müdafiə etmiş Bakı şəhəri Probono Vəkil Bürosunun vəkili Müdafiəçi1 hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhəri Probono Vəkil Bürosunun nəfinə 260 (iki yüz altmış) manat miqdarında pul ödənilsin. Hökm elan edildiyi (hökmün surəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-603/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-603/2020
14.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver