Məhkəmə qərarları › İş №1(101)-603/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-603/2021

14.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-603/2021 14.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3, X6 və X9, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X5 və X4, müdafiəçilər - Bakı şəhər “Pro Bono” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3 və Bakı şəhər 9 saylı Vəkil Bürosunun vəkili X10 iştirakları ilə, xx xxxx 1971-ci il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 2 il dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 7 il 2 ay 16 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına 2 il sınaq müddəti ilə şərti məhkum edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinib 2 il dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.4-cü və 32.4,312.2-ci maddələri, xx xxxx 1963-cü il tarixdə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 19 fevral 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3-cü maddələri ilə təqsirli bilinib 2 il 2 ay 6 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin 10 oktyabr 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətində islah işləri cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin 06 avqust 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 2500 manat cərimə cəzasına məhkum edilmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.4-cü və 32.4,312.2-ci maddələri, xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2017-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 6 il 6 ay 7 gün müddətində azadlıqdan məhrum etmə cəzasına 3 il sınaq müddəti ilə şərti məhkum edilmiş, Bakı Hərbi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib, 2 il 6 ay 7 gün müddətində azadlıqdan məhrumetmə və 1000 manat məbləğində cərimə cəzalarına məhkum edilmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla faktiki ünvan 4ş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisində cəza çəkən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.4-cü və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olaraq bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş və qabaqcadan əlbir olaraq bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki o, 21 sentyabr 1993-cü il tarixli 1233 nömrəli əmrlə Azərbaycan Respublikasının prokurorluq orqanlarına daxil olub, sonuncu dəfə 12 mart 2001-ci il tarixdən 18 mart 2016-cı il tarixədək Bakı şəhər prokurorluğunun Daxili işlər orqanlarında qanunların icrasına nəzarət şöbəsinin prokuroru vəzifəsində işləməklə özü barəsində yaratdığı etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirtmək məqsədilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işlə təmin edilməsinə köməklik göstərməsi üçün 2 mart 2017-ci il tarixdə özünə müraciət etmiş Şahid2 Dövlət Neft Şirkətində yüksək vəzifədə işləyən şəxslə yaxın münasibətinin olduğunu bildirib, həmin münasibətlərdən istifadə edərək sonuncunu qeyd olunan şirkətdə işlə təmin etmək imkanına malik olmasına dair yalan vəd edib, qeyd olunan məsələnin müsbət həll olunması üçün Dövlət Neft Şirkətində işləyən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 5000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini aldatmaqla bildirib, əvvəllər prokurorluq orqanlarında işləməsinə görə özü barəsində yaratdığı inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla şövdələşib, həmin adla 05 mart 2017-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X62 prospekti 20/2 ünvanında yerləşən "xxxx" kafesində 5000 manat məbləğində pul vəsaitini aldıqdan sonra Dövlət Neft Şirkətində işlə təmin olunmasının alınmadığını, lakin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində yüksək vəzifədə işləyən şəxslə yaxın münasibətinin olduğunu Şahid2 bildirib, həmin münasibətlərdən istifadə edərək sonuncunu Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat imtahan şöbəsinə inspektor vəzifəsinə işlə təmin edilməsi imkanına malik olmasına dair yalan vəd edib, həmin məsələnin müsbət həll olunması üçün Daxili İşlər Nazirliyində işləyən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla əlavə olaraq maddi nemət olan 20000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini yenidən aldatmaqla bildirib, eyni niyyətlə 2017-ci ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, X62 prospekti, 3166-cı məhəllə ünvanında yerləşən “Melissa park” yaşayış kompleksinin həyətində 10.000 manat məbləğində, 11 sentyabr 2017-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunun ərazisində yerləşən “Qələbə” dairəsinin yaxınlığında 10000 manat məbləğində pulu Şahid2 alıb şəxsi ehtiyaclarına sərf edərək, sonradan Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat imtahan şöbəsinə işlə təmin olunmasının alınmadığını Şahid2 bildirib aldığı məbləğin əvəzində sonuncunu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra şöbəsində inspektor vəzifəsinə işlə təmin edəcəyinə dair yalan vəd edib, ümumilikdə vahid niyyətlə Şahid2 məxsus 25000 manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid2 təhrik etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirtmək məqsədilə Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olaraq bir qrup şəxs halında qohumu Şahid3 Azərbaycan Respublikası Dövlət Neft Şirkətində sürücü vəzifəsinə işlə təmin edilməsinə köməklik göstərməsi üçün 2018-ci ilin aprel ayında özünə müraciət etmiş tanışı Şahid1 guya Dövlət Neft Şirkətində yüksək vəzifədə işləyən şəxs kimi təqdim etdiyi Təqsirləndirilən şəxs3 ilə yaxın münasibətinin olduğunu, həmin münasibətlərdən istifadə edərək Şahid3 qeyd olunan şirkətdə sürücü vəzifəsinə işlə təmin edilməsi imkanına malik olmasına dair yalan vəd edib, həmin məsələnin müsbət həll olunması üçün Təqsirləndirilən şəxs3 vasitəsilə Dövlət Neft Şirkətində işləyən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə özü və Təqsirləndirilən şəxs3 vasitəsilə birbaşa yolla maddi nemət olan 8000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Şahid1 və sonuncu vasitəsilə Şahid3 aldatmaqla bildirib, özü barəsində yaratdığı inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla şövdələşib, həmin adla 11 aprel 2018-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X62 prospekti 20/2 ünvanında yerləşən "xxxx" kafesinin qarşısında 8000 manat məbləğində pul vəsaitini Şahid3 iştirakı ilə Şahid1 alıb, sonuncuya məxsus 8000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, sonuncu ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü və Təqsirləndirilən şəxs3 vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid1 və Şahid3 təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirtmək məqsədilə Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olaraq bir qrup şəxs halında qardaşı X7 barəsində Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istintaq olunan ********* nömrələri cinayət işi üzrə sonuncunun əməlinin həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsinə və barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasına köməklik göstərməsi üçün 2019-cu ilin iyul ayının ortalarında Təqsirləndirilən şəxs2 müraciət etmiş X13 Azərbaycan Respublikası Baş Prokurorluğunda yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu, həmin münasibətlərdən istifadə edərək, Coşqun Mirzəyevin cinayət işi üzrə əməlinin tövsif olunması və barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması imkanına malik olmalarına dair yalan vəd edib, həmin məsələnin müsbət həll olunması üçün cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiqə, eləcə də Azərbaycan Respublikası Baş Prokurorluğunda işləyən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifələrinin icrası ilə əlaqədar Coşqun Mirzəyevin xeyrinə edəcəyi hərəkətə görə özləri vasitəsilə birbaşa yolla maddi nemət olan 8000 manat, sonra isə əlavə olaraq 900 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini aldatmaqla Təqsirləndirilən şəxs2 vasitəsi ilə bildirib, Cəlil Mirzəyevdə özləri barəsində yaratdıqları inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla şövdələşib, həmin adla 2019-cu ilin iyul ayının ortalarında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan şosesi, Qala qəsəbəsinin döngəsində yerləşən «Rahat» marketin qarşısında 900 manat, eyni niyyətlə 4 avqust 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti ilə Ağa Neymətulla küçəsinin kəsişməsində 4700 manat və həmin tarixdə ünvan 7 ünvanında yerləşən “Şirvan” kafesində 300 manat, eyni niyyətlə 2020-ci ilin avqust ayının ortalarında ünvan 9 ünvanında yerləşən Xətai rayon polis idarəsinin qarşısında əlavə olaraq 3000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 vasitəsi ilə Cəlil Mirzəyevdən aldıqdan sonra, qeyd olunan məsələnin müsbət həlli üçün aidiyyəti məhkəmə orqanında işləyən səlahiyyətli vəzifəli şəxsə Coşqun Mirzəyevin xeyrinə edəcəyi hərəkətə görə özləri vasitəsilə birbaşa yolla əvvəl razılaşdırılan məbləğdən əlavə olaraq maddi nemət olan 2000 manat məbləğində pul vəsaitinin də rüşvət qismində verilməsinə zərurətinin yarandığını yenidən Təqsirləndirilən şəxs2 vasitəsi ilə Cəlil Mirzəyevə aldatmaqla bildirib, həmin adla 2020-ci ilin avqust ayının sonlarında ünvan 9 ünvanında yerləşən Xətai rayon polis idarəsinin qarşısında Cəlil Mirzəyevdən əlavə olaraq 2000 manat məbləğində pul vəsaitini alıb, daha sonra 2020-ci ilin sentyabr ayının sonlarında özü Cəlil Mirzəyevlə Bakı şəhəri, Yasamal rayonu, X62 prospekti 20/2 ünvanında yerləşən "xxxx" kafesində görüşərək həmin məsələnin müsbət həlli üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində, eləcə də Azərbaycan Respublikası Baş Prokurorluğunda işləyən səlahiyyətli vəzifəli şəxslərə Coşqun Mirzəyevin xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla əvvəl razılaşdırılan məbləğdən əlavə olaraq maddi nemət olan 4000 manat məbləğində pul vəsaitinin də rüşvət qismində verilməsinə zərurət yarandığını yenidən aldatmaqla bildirib, Cəlil Mirzəyevdə özü və Təqsirləndirilən şəxs2 barəsində yaratdığı inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla şövdələşib, həmin adla 27 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X62 prospekti 20/2 ünvanında yerləşən "xxxx" kafesində 4000 manat məbləğində pul vəsaitini Cəlil Mirzəyevdən alıb sonuncuya məxsus ümumilikdə vahid niyyətlə 14.900 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmçinin, sonuncu ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Coşqun Mirzəyevin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə X11 və X14 təkrarən təhrik etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olaraq bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş və qabaqcadan əlbir olaraq bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü və qeyrisi vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrilərini təhrik etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirtmək məqsədilə Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olaraq bir qrup şəxs halında qardaşı X7 barəsində Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə sonuncunun əməlinin həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsinə və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunmasına köməklik göstərməsi üçün 2019-cu ilin iyul ayının ortalarında özünə müraciət etmiş X13 Azərbaycan Respublikası Baş Prokurorluğunda yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu, həmin münasibətlərdən istifadə edərək, Coşqun Mirzəyevin cinayət işi üzrə əməlinin tövsif olunması və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunması imkanına malik olmalarına dair yalan vəd edib, həmin məsələnin müsbət həll olunması üçün cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiqə, eləcə də Azərbaycan Respublikası Baş Prokurorluğunda işləyən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifələrinin icrası ilə əlaqədar Coşqun Mirzəyevin xeyrinə edəcəyi qanunsuz hərəkətə görə özləri vasitəsilə birbaşa yolla maddi nemət olan 8000 manat, sonra isə əlavə olaraq 900 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini aldatmaqla bildirib, Cəlil Mirzəyevdə özləri barəsində yaratdıqları inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla şövdələşib, həmin adla 2019-cu ilin iyul ayının ortalarında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan şosesi, Qala qəsəbəsinin döngəsində yerləşən «Rahat» marketin qarşısında 900 manat, eyni niyyətlə 4 avqust 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti ilə Ağa Neymətulla küçəsinin kəsişməsində 4700 manat və həmin tarixdə ünvan 7 ünvanında yerləşən “Şirvan” kafesində 300 manat, eyni niyyətlə 2020-ci ilin avqust ayının ortalarında ünvan 9 ünvanında yerləşən Xətai rayon polis idarəsinin qarşısında əlavə olaraq 3000 manat məbləğində pul vəsaitini Cəlil Mirzəyevdən aldıqdan sonra, qeyd olunan məsələnin müsbət həlli üçün aidiyyəti məhkəmə orqanında işləyən səlahiyyətli vəzifəli şəxsə Coşqun Mirzəyevin xeyrinə edəcəyi hərəkətə görə özləri vasitəsilə birbaşa yolla əvvəl razılaşdırılan məbləğdən əlavə olaraq maddi nemət olan 2000 manat məbləğində pul vəsaitinin də rüşvət qismində verilməsinə zərurətinin yarandığını yenidən Cəlil Mirzəyevə aldatmaqla bildirib, həmin adla 2020-ci ilin avqust ayının sonlarında ünvan 9 ünvanında yerləşən Xətai rayon polis idarəsinin qarşısında Cəlil Mirzəyevdən əlavə olaraq 2000 manat məbləğində pul vəsaitini alıb, daha sonra 2020-ci ilin sentyabr ayının sonlarında Təqsirləndirilən şəxs1 Cəlil Mirzəyevlə Bakı şəhəri, Yasamal rayonu, X62 prospekti 20/2 ünvanında yerləşən "xxxx" kafesində görüşərək həmin məsələnin müsbət həlli üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində, eləcə də Azərbaycan Respublikası Baş Prokurorluğunda işləyən səlahiyyətli vəzifəli şəxslərə Coşqun Mirzəyevin xeyrinə edəcəyi hərəkətə görə özləri vasitəsilə birbaşa yolla əvvəl razılaşdırılan məbləğdən əlavə olaraq maddi nemət olan 4000 manat məbləğində pul vəsaitinin də rüşvət qismində verilməsinə zərurət yarandığını yenidən aldatmaqla bildirib, Cəlil Mirzəyevdə özləri barəsində yaratdığı inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla şövdələşib, həmin adla 27 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X62 prospekti 20/2 ünvanında yerləşən "xxxx" kafesində 4000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 vasitəsi ilə Cəlil Mirzəyevdən alıb sonuncuya məxsus ümumilikdə vahid niyyətlə 14900 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmçinin, qabaqcadan əlbir olaraq bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Coşqun Mirzəyevin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə X11 və X14 təhrik etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olaraq bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş və qabaqcadan əlbir olaraq bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü və qeyrisi vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirtmək məqsədilə Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olaraq bir qrup şəxs halında qohumu Şahid3 Azərbaycan Respublikası Dövlət Neft Şirkətində sürücü vəzifəsinə işlə təmin edilməsinə köməklik göstərməsi üçün 2018-ci ilin aprel ayında Təqsirləndirilən şəxs1 müraciət etmiş Şahid1 sonuncu vasitəsilə özünü Dövlət Neft Şirkətində yüksək vəzifədə işləyən şəxs kimi təqdim edərək, Şahid3 qeyd olunan şirkətdə sürücü vəzifəsinə işlə təmin edilməsi imkanına malik olmasına dair yalan vəd edib, həmin məsələnin müsbət həll olunması üçün Dövlət Neft Şirkətində işləyən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi qanunsuz hərəkətə görə özü və Təqsirləndirilən şəxs1 vasitəsilə birbaşa yolla maddi nemət olan 8000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini sonuncu vasitəsilə Şahid1 və Şahid3 aldatmaqla bildirib, özləri barəsində yaratdığı inam və etibardan suiistifadə edərək onunla razılaşmaqla şövdələşib, həmin adla 11 aprel 2018-ci il tarixdə Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olaraq bir qrup şəxs halında sonuncu vasitəsilə Bakı şəhəri, Yasamal rayonu, X62 prospekti 20/2 ünvanında yerləşən "xxxx" kafesinin qarşısında 8000 manat məbləğində pul vəsaitini Şahid3 iştirakı ilə Şahid1 alıb, sonuncuya məxsus 8000 manat məbləğində pul vəsaitini aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olaraq bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid1 və Şahid3 təhrik etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək göstərdi ki, Şahid1 ilə 5-6 il əvvəl tanış olmuş və aralarında dostluq münasibətləri yaranmışdır. 2018-ci ilin mart ayında Şahid1 ona tanışı Şahid2 Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə işə düzəltmək üçün 25000 manat pul aldığını, lakin işi düzəldə bilmədiyi və pulun onda olduğunu bildirmişdir. Bayram ondan bu işlə maraqlanmasını və tanış adam olarsa Kamranın işini həll etməsini xahiş etmişdir. Həmin vaxtlarda Bayram, Kamran və o, görüşmüşlər. Sonra o, tanışları ilə maraqlanmış və Kamranın boyu alçaq olması səbəbindən işə düzəlməsinin mümkün olmadığını öyrənmişdir. Sonra o, Bayrama bu işin alınmayacağını və pulu qaytarmasını demişdir. Bildiyinə görə Bayram pulun bir hissəsini, yəni 21800 manat məbləği Kamrana qaytarmış, 3200 manatı isə saxlamışdır. Bayram ona qardaşı oğluna görə verdiyi pul qayıdandan sonra Kamranın pulunun qalan hissəsini qaytaracağını bildirmişdir. Bayram Kamrana yalandan pulu ona verdiyini dediyindən, sonuncu barəsində şikayət etmişdir. X27 tam pulunu qaytarmışdır. O, Kamrandan müxtəlif qurumlara işə qəbul olunması üçün pul almamış, Kamranın məsələsinə aidiyyəti olmamış, pulun hamısı Bayramda olmuş, Kamrana Bayramın iştirakı ilə pul qaytarmamışdır. 2018-ci ilin mart ayında Bayram ona qardaşı oğlu Şahid3 «SOCAR»a sürücü işinə düzəlmək istədiyini bildirmiş və ondan həmin işdə köməklik etməsini xahiş etmişdir. Həmin şirkətdə əlaqəsinin olmadığını, lakin qohumun işlədiyini və bəlkə onun bu işdə kömək edə biləcəyini Bayrama bildirmişdir. O, Bayramın yanında qohumuna zəng vurmuşdur. Qohumu ona «Socar»ın İnsan resursları idarəsində Təqsirləndirilən şəxs3 işlədiyini və işə qəbulu apardığını bildirmişdir. O, Fəridə Elşadın işi barədə bildirmiş və görüşməklərini təklif etmişdir. 2-3 gün sonra Yasamal rayonu ərazisində yerləşən «Tusi» klinikasının yanındakı "xxxx" kafesində o, Bayramla birlikdə Fəridlə görüşmüşlər. Həmin zaman Fərid Bayrama 4000 manat pul müqabilində qardaşı oğlunun sürücü kimi «Socar»a işə qəbul etdirə biləcəyini qeyd etmiş və Fəridlə Bayram öz aralarında razılaşmışlar. Bundan başqa Bayram qardaşı oğlunun sənədlərini «Socar»a daxil edildikdən sonra, pulu verəcəyini bildirmişdir. X57 adından ərizənin sistemə qəbul olunmasını təsdiq edən sənədi Bayrama göstərmiş və daha sonra onlar yenidən «Tusi» klinikasının yanında yerləşən "xxxx" kafesində görüşmüşlər. Bayram onun yanında Fəridə 4000 manat pul vermişdir. Bundan sonra isə o, Fəridlə Bayramın özlərinin əlaqə saxladıqlarını bilmişdir. Fərid həmin məsələni bir-iki ay ərzində həll edəcəyini demişdir. Bir neçə ay sonra Bayram ona Elşadın işə qəbulla bağlı imtahanın hər iki mərhələsindən keçdiyini, lakin müsahibədən kəsildiyini, ona görə də işə qəbul olunmadığını qeyd etmişdir. Həmçinin, Bayram Fəridi tapa bilmədiyini və pulu geri ala bilmədiyini əlavə etmişdir. Bundan başqa Bayram ondan Fəridi tapmaqda köməklik etməsini istəmiş, lakin Fərid ondan da qaçıb gizlənmişdir. Sonra Fəridin atası Sabutay Eldarovu tapmış və o, oğlunun çox şəxsə qarşı dələduzluq etdiyindən «Socar»da işdən azad olunduğunu demişdir. X15 Bayramın telefon nömrəsini istəmiş və onunla özü danışıb 4000 manatını qaytaracağını əlavə etmişdir. Bir müddət sonra Sabutay Eldarov taksi vasitəsi ilə ona Bayrama verməsi üçün 1000 manat pul göndərmiş və o, 1000 manat məbləğində pulu qəbul edib Bayrama vermişdir. X51 Eldarov öz aralarında telefonla danışsalar da Fərid görüşdən qaçmışdır. Bayram ona həmin 4000 manatı faizlə götürdüyünü və ona görə də Fəridin faizlə birlikdə 8000 manat qaytarmalı olduğunu bildirmişdir. O, Fəridlə danışan zaman Fərid 8000 manat məbləği qaytaracağına söz vermişdir. Sonradan Fərid istifadəsində olan telefonu söndürmüş və Sabutay Eldarov da zənglərə cavab verməmişdir. Bayramla Fəridi o, tanış etdiyindən, Bayram Fəridin əvəzinə onun pulu qaytarmalı olduğunu bildirmişdir. Sonra Bayram ondan qəbz yazmağını istəmiş, lakin 8000 pulu o, almadığından buna razı olmamışdır. Bundan sonra Bayram barəsində şikayət etməyə başlamış və şikayətlərin qarşısını almaq üçün o, ilkin olaraq Bayrama 2000 manat vermişdir. Bununla yanaşı istintaq dövründə Bayrama əlavə olaraq 3000 manat pul vermiş və həmin zaman qəbz almışdır. 11 aprel 2018-ci il tarixdə saat 13 radələrində Yasamal rayonu, Zərdabi küçəsində yerləşən "xxxx" kafesinin qarşısında Bayramdan Şahid3 işə qəbul olunması ilə bağlı 8000 manat məbləğində pul almamış, Bayram pulu Fəridə vermiş, Elşada aid sürücülük və şəxsiyyət vəsiqəsinin surətlərini Bayram özü Fəridə təqdim etmiş, o, kimsəyə imtahan suallarını verməmiş, barəsində edilən şikayətlərin qarşısını almaq üçün 5000 manat pulu Bayrama ödəmiş, o, Fəridə Elşadın işə qəbul olunması üçün müraciət etməmiş və Fəridə bu işlə bağlı 4000 manat pul aldığını qeyd etməmiş, Fəridin ifadəsində qeyd etdiyi Fətullah və “Socar”da işləyən Malik adlı şəxsləri tanımamış, Fərid cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün belə məzmunda ifadə vermiş, Elşada və Bayrama özünü «SOCAR»ın məsul işçisi kimi təqdim etməsini Fəriddən istəməmiş, Fətulla adlı şəxsə pul çatdırması üçün Fəridə 2000 manat pul verməmiş, Bayramla danışan zaman ona istiqamət verməmişdir. 2019-cu ilin iyul ayının sonlarında tanışı Şahid5 ona dostu Təqsirləndirilən şəxs2 yaxını Cəlil Mirzəyevin qardaşı Coşqun Mirzəyev barəsində Xətai rayon Polis İdarəsində Xəlil adlı müstəntiqin icraatında narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işinin olduğunu və onun maddəsini yüngül maddəyə dəyişdirmək lazım olduğunu bildirmişdir. Sonra o, Elnur və Mətləblə «20 Yanvar» dairəsinin yaxınlığında yerləşən çayxanada görüşmüşdür. Həmin zaman Mətləb bu işə görə 15000 manat pul verildiyini və öz şəxsi problemi olduğu üçün həmin məbləğdən 4000 manatı xərcləndiyini bildirmişdir. Mətləb qalan 11000 manat pulun onda olduğunu demiş və əgər həll edə bilərsə pulu ona vermək istədiyini əlavə etmişdir. Sonra o, maraqlanmış və həmin işi həll etməyin mümkün olmadığını öyrənmiş və buna görə də Mətləbə pulu qaytarmasını demişdir. Mətləb xərclədiyi 4000 manatı düzəldib pulu tam həcmdə qaytarması üçün vaxt lazım olduğunu bildirmiş və ondan həmin adamlarla görüşüb, bu işlə məşğul olduğunu deməsini xahiş etmişdir. Sonra Elnur ona Mətləbin nömrəsini Cəlilə verdiyini bildirmişdir. Daha sonra Cəlil ona zəng etmiş və onlar «20 Yanvar» metrosunun yanında görüşmüşlər. Şahid5 da onlarla birlikdə olmuş, lakin Mətləb gəlməmişdir. Cəlil 6 nəfər şəxslə birlikdə gəlmiş və həmin şəxslər ona zor tətbiq edib Cəlilin yaşadığı Buzovna qəsəbəsində yerləşən həyət evinə aparmışlar. Həmin zaman Cəlil həmin pulun onda olması ilə bağlı qəbz yazmalı olduğunu bildirmişdir. O, da məcbur olub 11000 manat pulun ondan olması və pulu qaytaracağı barədə qəbz yazmışdır. Sonra Cəlilin qohumu Şaiq adlı şəxs Xətai rayon polis idarəsinin müstəntiqi Xəlilin nömrəsini götürüb ona zəng etmişdir. Artıq 1 noyabr 2019-cu il tarixdə gecə saatları olmuş və Xəlil onun yanına gətirilməsini istəmişdir. Cəlil onu avtomobil ilə Xətai rayon Polis İdarəsinə gətirmişdir. Xəlil həmin günü növbətçi olmuş və o, Cəlildən ərizə almışdır. Cəlildən sonra Xəlil onu qəbul edib izahatını almışdır. Xəlil ondan pulu gətirməsini tələb etmiş və o, Mətləbə zəng vurub onunla görüşərək 11000 manat pulu almışdır. Sonra da Xətai rayon polis idarəsinin yanında Xəlilə şəxsən 11000 manat pulu vermişdir. Xəlil ona Cəlilin ərizəsini qeydiyyata almayacağını bildirmiş, lakin onun çalışıb qalan 4000 manatı da Mətləbdən alıb qaytarmağını istəmişdir. Xəlil sonra onun mobil telefonuna dəfələrlə zəng vurub Mətləbi soruşmuş, o, isə tapa bilmədiyini bildirmişdir. O, Cəlilə Mətləbin ona 7500 manat pul verməsini bildirməmiş, Mətləb ümumiyyətlə ona pul verməmişdir. Cəlildən pul istəməmiş, həmçinin onun qardaşının məsələsinə köməklik edəcəyinə dair söz verməmiş, Cəlildən 4000 manat məbləğində pul almamış, Cəlil ona Mətləbin adladaraq, pulunu aldığını bildirmişdir. X28 əməlinin tövsif olunması və onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün ona “Qələbə” dairəsinin yanında öz avtomobilində 5000 manat, ardınca "xxxx" kafesində 2500 manat, sonra yenidən “Qələbə” dairəsinin yanında 3400 manat olmaqla ümumilikdə 10900 manat pul verməmiş, Cəlilə qaytarması üçün Mətləbə 2000 manat pul verməmişdir. Ona görə də bütün bu halların nəzərə alınaraq ona bəraət verilməsini xahiş edir. Uzun illər prokurorluq orqanlarında sədaqətlə dövlətə qulluq etmişdir. Təsadüflər nəticəsində özünə uyğun olmayan bu xoşagəlməz vəziyyətlə üzləşmişdir. Hazırda özü bir neçə xəstəlikdən əziyyət çəkir, özü həbsdə olduğu müddətdə atası da vəfat etmişdir. Oğlu isə 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşmüşdür. Ailəsi hazırda ağır maddi və mənəvi sarsıntı içərisindədir. Ona görə də məhkəmədən bütün bu halların nəzərə alınaraq barəsində ən humanist qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək göstərdi ki, oğlu Orxan Həsənov 2019-cu ildə Maştağa qəsəbəsində yerləşən narkoloji dispanserdə müalicə almış və o, oğlunu ziyarət edən zaman həmin dispanserdə sanitar-təlimatçı işləyən Şahid6 ilə tanış olmuşdur. O, həmin xəstəxanada müalicə alan şəxslərə hüquqi izah verməklə, məhkəmədə özlərini müdafiə etmələrinə kömək etmiş və Rzanın bu barədə məlumatı olmuşdur. 2019-cu ilin iyul ayında Rza onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq sonradan tanıdığı X38 rayon Polis İdarəsi tərəfindən narkotiklə tutulmuş qardaşı Coşqun Mirzəyevə köməklik etməsini istəmiş və o, görüşməyi təklif etmişdir. Rza görüşmək üçün onu Xətai rayonunun ərazisində yerləşən «Şirvan» çay evinə çağırmış və o, tək həmin çay evinə getmişdir. Rza yanında olan Cəlil ilə onu tanış etmiş və qardaşı Coşqun Mirzəyev barəsində Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Xəlilin icraatında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi olduğunu demişdir. Cəlil qardaşına köməklik etmək üçün 5000-6000 manat arası pul verə biləcəyini bildirmişdir. O, Cəlillə birlikdə Xətai rayon Polis İdarəsində müstəntiqin qəbulunda olmuş və müstəntiq Coşqun Mirzəyevin külli miqdarda narkotiklə tutulduğunu və heç bir köməklik edə bilməyəcəyini qeyd etmişdir. Sonra o, tanışı Şahid5 ilə əlaqə saxlayaraq, Coşqun Mirzəyevə köməklik edə biləcək tanışının olub-olmamasını soruşmuşdur. Şahid5 Bakı Şəhər Prokurorluğunda işləyən tanışının olduğunu bildirərək, onunla görüşməyi təklif etmişdir. Sonrakı gün Elnurla birlikdə Yasamal rayon prokurorluğunun yan tərəfində yerləşən çay evində Təqsirləndirilən şəxs1 ilə görüşmüşdür. Təqsirləndirilən şəxs1 birinci dəfə görmüşdür. O, X39 barəsində Xətai rayon Polis İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işinin istintaq olunması barədə məlumat verərək, onun əməlinin tövsif etdirmək və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirmək istədiyini bildirmişdir. O, Coşqun barədə məlumatları Samirə vermiş və Samir ona xəbər verəcəyini demişdir. Sonrakı gün Şahid5 ona zəng edərək, Samirin onunla görüşmək istədiyini bildirmişdir. Həmin günü Elnurla birlikdə Yasamal rayonunun ərazisində yerləşən “Qələbə” dairəsinin yaxınlığında olan “Azpetrol” yanacaq doldurma məntəqəsinin həyətində, ona məxsus şəxsi avtomobildə Samirlə görüşmüş və Samir Coşqunun işini 8000 manata həll edəcəyini demişdir. Samir 8000 manat pul müqabilində Coşqunun satışla deyil istifadəçi qismində məhkəməyə veriləcəyini, həmçinin həbsdən azad edəcəyini qeyd etmişdir. Həmçinin, Samir əvvəllər prokurorluq orqanının işçisi olduğunu və öz ərizəsi ilə işdən azad olunduğunu əlavə etmişdir. O, Samirə Coşqunun qardaşının yalnız 5000 manat pul verdiyini bildirdikdə, Samir əvvəlcədən 5000 manatı, 3000 manatı isə iş həll olunandan sonra alacağını cavab olaraq demişdir. O, Samirin və Elnurun yanında Cəlilə zəng edib, Coşqunun işi ilə bağlı hissə-hissə vermək şərti ilə 8000 manat pul istənildiyini bildirmişdir. 2 gün sonra o, Elnurla birlikdə Nərimanov rayonunun ərazisində, Heydər Əliyev prospektində Cəlillə görüşmüş və Rza Cəlilin yanında olmuşdur. Heydər Əliyev prospektində Cəlil qardaşının məsələsinin həll olunması üçün ona 4700 manat pul vermişdir. O, 300 manat pulun çatışmadığını bildirdikdə, Cəlil axşam saatlarında qalan pulu ona verəcəyini qeyd etmişdir. O, 4.700 manat məbləğində pulu Cəlildən götürərək, üstünə də özündən 300 manat əlavə etmiş və Yasamal rayonunun ərazisində yerləşən “Qələbə” dairəsinin yaxınlığında olan “Azpetrol” yanacaq doldurma məntəqəsində öz şəxsi avtomobilində 5000 manat pulu Elnurun yanında Samirə vermişdir. Sonra Samir “Mərkəzi univermaq”ın yanına avtomobili sürməyini istəmiş və orada prokurorluğun işçisi ilə görüşəcəyini demişdir. Yolda olanda telefonla danışdıqdan sonra, həmin şəxslə axşam özünün görüşüb pulu verəcəyini bildirmişdir. Həmin gün Cəlil axşam saatlarında Xətai rayonunun ərazisində ona 300 manat pul vermiş və sonra Rzaya zəng edərək bu barədə bildirmişdir. 3 gün sonra Elnur ona zəng edərək, işin həll olunmaq üzrə olduğundan Samirin pulun qalan hissəsini, yəni 3000 manat pulu istədiyini demiş, o, isə bu barədə Cəlilə məlumat vermişdir. 2019-cu ilin avqust ayının əvvəllərində Cəlil ona 2500 manat pul vermiş və qalan 500 manatı sonra verəcəyini qeyd etmişdir. Həmin zaman da o, Elnur ilə birlikdə getmişdir. Sonra o, Cəlildən aldığı 2500 manat pulu Yasamal rayonunun ərazisində yerləşən "xxxx" kafesinin yanında Samirə vermişdir. Pulu aldıqdan sonra Samir Coşqunun 3 gün ərzində evə buraxılacağını bildirmişdir. Lakin, Coşqun həbsdən azad olunmadığına görə Cəlil daim qardaşının işi ilə bağlı maraqlanmışdır. Dəfələrlə Samirə zəng etsə də o, zənglərinə cavab verməmiş və sonra Bakı şəhər prokurorluğunda olduğundan telefona cavab verə bilmədiyini bildirmişdi. Sonra Samir onunla əlaqə saxlayaraq əlavə olaraq 4000 manat pul gətirməsini istəmiş və Coşqunun 2 günə azadlığa buraxılacağını demişdir. Sonrakı gün o, Cəlildən 3400 manat pul almışdır. X63 zəng edərək ona verdiyi pulun məbləğini demiş, o, da öz növbəsində danışıb pulu aldığını təsdiqləmişdir. Həmin gün də “Qələbə” dairəsinin yaxınlığında o, Samirlə görüşmüş və 3400 manat pulu Cəlilin məsələsinin həll olunması üçün ona vermişdir. Bununla da o, ümumilikdə Samirə 10900 manat pul vermişdir. Bundan sonra Samirin telefonuna zəng çatmamış və əlaqə saxlaya bilməmişdir. Sonra Cəlil onun yanında olan zaman onun mobil telefonu ilə Coşqunla danışıb tezliklə azadlığa çıxacağını demişdir. Daha sonra Samir onunla tam əlaqəni kəsərək, aldığı puldan 7500 manat məbləği geri qaytarmışdır. Bu barədə ona Elnur, Rza və Cəlil demişlər. O, Elnur vasitəsi ilə Samirin evini tapıb ondan 2.000 manat pulu alıb həmin pulu Cəlilə çatdırması üçün Rzaya vermişdir. Samir müxtəlif bəhanələr gətirərək pulu tam ödəməmişdir. Cəlil ona ilkin olaraq Xəzər rayonu, Mərdəkan şosesi, Qala qəsəbəsinin döngəsində yerləşən “Rahat” marketin qarşısında 900 manat pul verməmiş, ilk dəfə “Şirvan” kafesində görüşən zaman Cəlillə arasında pul barədə danışıq olmamış, Samirlə görüşdükdən sonra, Cəlilə qardaşına köməklik edilməsi üçün 8000 manat pul lazım olduğunu demiş, Cəlildən 15000 manat pul almamış və həmin məbləğdən 4000 manat xərcləməmiş, Cəlildən 900, 4700, 300, 3000, 2000 manat deyil, ardıcıl olaraq 4700, 300, 2500 və 3400 manat pul almış, o, ümumilikdə Samirə 10900 manat pul vermiş, Şahid4 10900 manat məbləğində pulun hamısı Samirə veriləndən sonra görmüş, həmin zaman Cəlil anasının narahat olduğunu və buna görə onunla görüşməsini istəmiş, həmin ərəfələrdə Samir Coşqunun 2-3 günə həbsdən azad olunacağını bildirmiş, Coşqunun məsələsi ilə bağlı onun əvvəlcədən qazancı olmamış, Cəlilə 8000 manat pul müqabilində Coşqunun məsələsini həll edəcəyini bildirməmiş, Samir 10900 manat pulu aldıqdan sonra o, Şahid5 ilə birlikdə Buzovna qəsəbəsində Cəlillə görüşmüş, həmin vaxtı artıq Elnur onu Samirlə tanış etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü qismən təqsirli bilərək göstərdi ki, 2005-2015-ci illərdə Fövqəladə Hallar Nazirliyinin nəzdində olan Tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyində aparıcı elmi işçi - baş mühəndis vəzifəsində işləmişdir. 2015-ci ildə baş vermiş devalvasiya ilə bağlı tikintilərin azalması səbəbindən Fövqəladə Hallar Nazirliyi tərəfindən onunla yenidən müqavilə bağlanmamışdır. Təqsirləndirilən şəxs1 2018-ci ilin əvvəllərində tanımışdır. Sonra Təqsirləndirilən şəxs1 kompüterlə bağlı köməklik etməyi üçün ondan mobil telefon nömrəsini istəmiş və onlar bir-birinə mobil telefon nömrələrini vermişlər, Samirin prokurorluq orqanından çıxarıldığını bilmişdir. 1 həftə sonra Samir ona zəng edərək yaxın qohumunu Fövqəladə Hallar Nazirliyinə işə qəbul olunması üçün köməklik etməsini istəmiş və o da elə işlə məşğul olmadığını və bu işdə kömək edəcək tanışının olmadığını demişdir. Bundan başqa Samirə həmin şəxsin fərdi qaydada Fövqəladə Hallar Nazirliyinə yaxınlaşıb sənədlərini verməsini və əgər savadı varsa işə qəbul olunacağını bildirmişdir. Samir boş vaxtda görüşüb bu haqda danışmağı təklif etmiş, lakin o, bu mövzuda danışmağa ehtiyac olmadığını demişdir. 2018-ci ilin aprel ayında Samir ona zəng edərək, görüşmək istədiyini bildirmişdir. O, Samirin yaşadığı binanın həyətindəki "xxxx" adlanan çay evində onunla tək görüşmüşdür. Həmin zaman Samir yenidən qohumunu Fövqəladə Hallar Nazirliyinə düzəlmək lazım olduğunu bildirmiş və o, bir daha işinin tikinti sahəsinə aid olduğunu, həmin sahəyə aid layihə çəkmək və sair işlər lazım olsa kömək edə biləcəyini demişdir. Həmçinin Samirə aralarında bu barədə 1 ay əvvəl söhbətinin olduğunu bildirmiş və hansı səbəbdən yenidən bu mövzuya qayıtdığını soruşmuşdur. Samir onunla qardaşı kimi söhbət istədiyini qeyd edib cibindən Şahid3 adına tərtib olunmuş «İşə müraciət anketi» adlı sənədini çıxarıb göstərərək, həmin şəxsi işə düzəltmək istədiyini demiş və bunun üçün ilkin olaraq 4000 manat pul aldığını əlavə etmişdir. O, bir daha Samirə 40000 manat pul alsa da bu adama köməklik edə bilməyəcəyini bildirmişdir. Samir onu razı sala bilmədiyini gördükdə, Fətulla adlı dostu olduğunu, bu işlə onun məşğul olacağını demiş və qeyd olunan sənədi ona çatdırmasını istəmişdir. Samir özü Fətulla adlı şəxslə telefon vasitəsi ilə əlaqə saxlayaraq metronun “Nizami” stansiyasının yanında görüş təyin etmişdir. O, Samirə sənədi aparıb verə biləcəyini bildirmiş və ayrılaraq, metronun “Nizami” stansiyasının yanına getmiş, Samirin ona təsvir etdiyi Fətulla adlı şəxsi tapıb, «İşə müraciət anketi» sonuncuya verib, getmişdir. Bir həftə sonra Samir ona zəng edərək, metronun “Nizami” stansiyasının qarşısına gedib Fətulla adlı şəxsdə olan test suallarını götürüb özündə saxlamasını və sonra deyəcəyi zaman gətirib verməyini bildirmişdir. O, Fətulla adlı şəxslə görüşüb faylın daxilində bir neçə vərəqdən ibarət kompüterdə çap olunmuş test suallarını götürmüş və sonra Samirlə yaşadığı binanın həyətində yerləşən "xxxx" adlanan çay evində görüşüb həmin test suallarını sonuncuya vermişdir. Samir həmin sualları imtahana hazırlaşması üçün Şahid3 verəcəyini demişdir. Həmin günü bir neçə saat sonra, özünü Elşad kimi təqdim edən şəxs onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edib, nömrəsini Samirin verdiyini bildirmiş və Samirin verdiyi test sualları üzrə necə hazırlaşmalı olduğunu soruşmuşdur. O, Elşada bu haqda heç bir anlayışının olmadığını və Samirlə danışmasını qeyd etmişdir. Sonra Samir ona zəng edərək Elşada «Socar»ın işçisi kimi danışmasını xahiş etmiş və narahatçılığın olmadığını, Elşadın qohumu olduğunu demişdir. O, Samirə buna görə onu narahat etməməsini bildirmiş və telefonda əlaqəni kəsmiş, çünki Samir özü ona Elşaddan “Socar”a işə düzəlməsi üçün 4000 manat pul aldığını demiş və buna görə də bu işə aidiyyətinin olmamasını istəmişdir. 15 gün sonra o, tanışı ilə Samirin yaşadığı evin yaxınlığında yerləşən "xxxx" adlanan çay evində olan zaman Samir yanlarına gəlib ona “Səndən o günü bir şey xahiş etdim yekə kişisən nə üçün mənim dediyimi etmədin” deyərək, narazılığını bildirmişdir. Sonra Samir onlarla birlikdə oturub çay içib söhbət etmiş və daha sonra Samir ona Fətullaya aparıb pul çatdırmasını istəmiş və zərfin içində ona pul verərək, “burada 2000 manat pulun olduğunu və heç olmasa bunu et” demişdir. O, Samirdən nə üçün özünün Fətulla ilə görüşüb əlbəəl pulu vermədiyini soruşmuşdur. Samir Fətullaya borcunun olduğunu və buna görə də görüşmək istəmədiyini bildirmişdir. O, Samirlə razılaşmış və Samir Fətullaya zəng edərək, onun vasitəsilə 2000 manat əmanət göndərdiyini demişdir. Sonra o, metronun “Nizami” stansiyasına gedərək metronun çıxışında Fətulla ilə görüşüb zərfin içində 2000 manatı ona vermişdir. Fətulla Samirin pulun qalan hissəsini nə vaxt çatdıracağını soruşmuşdur. Bu barədə özünün Samirlə danışmasını Fətullaya bildirmişdir. 10 gün sonra Elşad onunla əlaqə saxlayaraq, Samirin telefona cavab vermədiyini, onu tapa bilmədiyini demiş və ona zəng etməsi üçün Samirlə əlaqə saxlamasını qeyd etmişdir. Samirə zəng edib Elşadın zənglərinə nə üçün cavab vermədiyini soruşmuş və Samir başqa yerdə olduğunu, buna görə də telefonu aça bilmədəyini və Elşada özünün zəng edəcəyini bildirmişdir. Sonra Bayram adlı şəxs ona zəng edərək, Elşadın əmisi olduğunu bildirmiş və telefonu açmasa evinə gedəcəyini Samirə çatdırmasını istəmişdir. O, da Samirə zəng edib Bayramın sözlərini çatdırmış və Samir özünün bu məsələni həll edəcəyini qeyd etmişdir. Sonra Samirin onlarla əlaqə saxlaması barədə məlumatı olmamış və onda daha kimsə zəng etməmişdir. Bir neçə gün sonra Samir ona zəng edərək, yaşadığı evin yanında yerləşən "xxxx" adlanan çay evinə gəlməsini istəmişdir. Çay evində olanda yanlarına sonradan tanıdığı Şahid1 və Şahid3 gəlmişlər. Həmin zaman o, Elşada imtahan suallarının nümunəsi əsasında hazırlaşması üçün köməklik etmiş və bir neçə gün sonra onunla birlikdə imtahana gedəcəyini bildirmişdir. 2018-ci ilin may ayında o, Elşadla metronun “Qara Qarayev” stansiyasının yaxınlığında görüşmüş və onunla birlikdə “Socar”ın İnsan Resursları Departamentinin Nizami rayonunda yerləşən binasının həyətinə getmişdir. Elşad imtahana girmiş o, isə həyətdə gözləmişdir. Elşad həmin şirkətə sürücü kimi işə düzəlmək üçün imtahan vermiş və imtahandan çıxandan sonra hərə öz işinin arxasınca getmişdir. 1 ay sonra o, Elşadın işə qəbul olunması ilə bağlı maraqlanmış və həmin zaman Elşadla Samirin arasında mübahisənin olduğunu, Samirin Elşadı işə düzəltmək adı ilə qohumu Bayramdan 8000 manat pul aldığını bilmişdir. Bir neçə gün sonra, Bayram ona zəng edərək “Samirlə birləşib başıma nə oyundur açıb pulumu almısınız, mən bilirəm ki, həmin test suallarını sən vermisən və həmin puldan sənə də çatıbdır” bildirmişdir. O, isə telefonda Bayrama bir dəfə görüşdüklərini, həmin test suallarını Samirin deməsinə əsasən Fətullah adlı şəxsdən götürüb verdiyini və ona hər hansı bir məbləğdə pulun çatmadığını, işlə bağlı heç bir məlumatının olmadığını demişdir. Bayramla danışdıqdan sonra o, Samirə zəng edib, nə üçün onu bu işə qatdığını soruşaraq, camaatı aldadıb, aldığı 8000 manat pulunu qaytarmasını qeyd etmişdir. Samir “2000 manat vermişdim aparıb Fətullaya vermisən, indi də Fətulla həmin pulu qaytarmır, get ondan həmin pulu geri al” bildirmişdir. O, Fətullaya zəng edib, verdiyi 2000 manatı geri qaytarmasını istəmiş, Fətulla isə Samirin ona əvvəldən borcu olduğunu, həmin pulla olan borcu sildiyini, pulu geri qaytarmayacağını demiş və bunu Samirə çatdırmasını istəmişdir. Həmçinin, Fətulla həmin pulun ona heç bir aidiyyətinin olmadığını, Samirlə özünün arasında olan məsələ olduğunu qeyd etmişdir. O, bu barədə zəng edib Samirə bildirdikdə, o, Fətullanın çox nahaq etdiyini, pulu onun vasitəsi ilə göndərdiyini və buna görə də həmin pulun onun tərəfindən qaytarılmalı olduğunu demişdir. Eləcə də, əks təqdirdə Bayramın ondan da pulu tələb edəcəyini əlavə etmişdir. Sonra Bayram ona zəng edərək, Samirin pulun bir qisminin onda olduğunu bildirdiyini və həmin pulu vermədiyi təqdirdə, barələrində şikayət edəcəyini demişdir. Bayrama onda pulun olmadığını, sadəcə Samirin verdiyi pulu aparıb Fətullaya çatdırdığını bildirmişdir. Bayram onu maraqlandırmadığını və pul qaytarılmadığı təqdirdə şikayət edəcəyini qeyd etmişdir. Fətulla 2017-ci ildə öldüyündən həmin 2000 manat pulun ödənilməsi onun üstündə qalmış və həmin pulu sonra atası X18ytarmışdır. Elşad imtahanın keçirildiyi yeri tanımadığından, sonuncu ilə birlikdə imtahana getmişdir. Fətulla ilə görüşməkdə maddi marağı olmamışdır. Samirə köməklik məqsədi ilə bunu etmiş, Samir imtahandan əvvəl kompüter vasitəsi ilə « Socar »ın elektron səhifəsində həmin sualları yoxlamasını istəmişdiir. X40 imtahanın müsahibə mərhələsi barədə məlumat almalarına mane olmuş, özü məsələni həll edəcəyini bildirmişdir. 2018-ci ilin avqust ayının sonlarında "xxxx" kafesinin yanında görüşdükdə Samir yanında Bayrama Elşadın müraciətinin nəticəsi, eləcə də vakansiyanın təsviri barədə üzərində «Socar»ın rekvizitləri olan sənədləri təqdim etmiş və müsahibənin iş üçün əhəmiyyət kəsb etmədiyini, pulu lazımı yerə çatdırdığını, Elşadın Balakən rayonunda qəza xidmətinə işə qəbul olunması ilə bağlı bir neçə günə əmrin çıxacağını bildirmişdir. Onun bu işə aidiyyəti olmamış, Samirin 8000 manat pul almasını sonradan bilmişdir. Samir Elşadın imtahana hazırlaşmasına köməklik etməsi müqabilində hörmət edəcəyini demiş, lakin dəqiq hansı məbləğdə ona pul verəcəyini bildirməmiş, lakin ehtimal etmişdir ki, əziyyətinin əvəzində Samir ona telefon almaq istəmişdir. Hansı məbləğdə Bayrama pul ödəməsi barədə məlumatı olmamışdır. Elşadla birlikdə imtahana getmiş və imtahandan sonra, həqiqətən Elşad ona verilmiş sualların imtahana düşmədiyini bildirmiş, bundan sonra o, Samirlə danışmış və sonuncu son anda sualların dəyişdiyini, bu barədə məlumatının olmadığını qeyd etmişdir. Elşadla birlikdə imtahanın ikinci mərhələsinə də getmiş, həmin zaman Samir Elşadla birlikdə imtahana getməsini xahiş etmiş, imtahanın ikinci mərhələsindən 2 gün sonra, Samir onunla birlikdə metronun “Qara Qarayev” stansiyasının yaxınlığında Elşadla görüşmüş və Samir sonuncuya üzərində fotoşəkili olan “Şəxsi vərəqə” və “İşə müraciət anketi” adlı sənədləri təqdim edib artıq işə qəbul olunduğunu, bir neçə gündən sonra Balakən rayon Qaz idarəsinin qəza xidmətində işə başlayacağını bildirmişdir. Samirin dediyinə əsasən Elşada müsahibə mərhələsi barədə narahat olmamasını, işinin həll olunacağını və müsahibə vaxtı barədə məlumat verəcəyini bildirmiş, Samir özü ondan Elşadla bu məzmunda danışmasını istəmişdir. “Socar”ın İnsan resursları şöbəsində işləyən Malik adlı şəxsi tanımamış, kimsəyə Elşada zəng etməsini bildirməmiş, Samir də ona Malik adlı şəxsin Elşadın işini görməsi barədə bir söz deməmiş, Samir özü onu Bayrama «Socar»ın İnsan resursları şöbəsinin əməkdaşı kimi təqdim etmiş, Bayram ona heç vaxt pul verməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Təqsirləndirilən şəxs1 Tahir oğlu ilə 2 mart 2017-ci il tarixdə Yasamal rayonu, Zərdabi küçəsində yerləşən "xxxx" kafesində Şahid1 vasitəsi ilə tanış olmuşdur. Samir ona özünü prokurorluq orqanlarında işləyən şəxs kimi təqdim etmişdir. Onun işsiz olduğunu bildikdə Samir tanışının “Socar”da yüksək vəzifədə işlədiyini və həmin şəxs vasitəsi ilə onu “Socar”a işə düzəldə biləcəyini bildirmişdir. İlk öncə Samir işə düzəlməsi üçün pul verməsinə zərurətin olmadığını əlavə etmiş və yalnız qonaqlıq verməsini istəmişdir. İşə qəbul ilə bağlı Samir ona müvafiq sənədləri - şəxsiyyət vəsiqəsinin, diplomun və hərbi biletin surətlərini gətirməsini bildirmişdir. Sonra Bayram onunla əlaqə saxlayaraq Samirin işə qəbul olunmağı üçün 5000 manat pul istədiyini bildirmiş və o, razılaşmışdır. 5 mart 2017-ci il tarixdə Yasamal rayonu, Zərdabi küçəsində yerləşən "xxxx" kafesində Bayramla birlikdə Samirlə görüşmüşdür. Həmin zaman Samir özü ondan işə qəbul olunmağı üçün 5000 manat pul istəmiş və həmin məbləğin rüşvət qismində lazımi adamlara verildiyini, pul verilmədiyi halda işə qəbul olunmayacağını bildirmişdir. Həmin günü, yəni 5 mart 2017-ci il tarixdə Yasamal rayonu, Zərdabi küçəsində yerləşən "xxxx" kafesində “Socar”da işə qəbul olunması üçün rüşvət qismində Samirə 5000 manat pul vermişdir. Samir tezliklə “Socar”ın Xəzər dənizində olan sahələrinin birində işə çıxacağını və 1000 manat əmək haqqı alacağını bildirmişdir. Pulu verdiyi vaxtdan 1 ay keçməsinə baxmayaraq o, işə qəbul olunmamış və Samir müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. Sonra o, pulunu geri istədikdə Samir “Socar”da işinin alınmadığını və təhsil aldığı “Yol hərəkətinin təşkili” ixtisası üzrə X52 İmtahan qeydiyyat şöbəsinə inspektor vəzifəsinə onu işə qəbul etdirə biləcəyini bildirmiş və rüşvət qismində vəzifəli şəxslərə vermək adı ilə əlavə olaraq 20000 manat pul verməsini istəmişdir. Həmin zaman Samir yanından öz mobil telefonundan Həsən Şirinov adlı təqdim etdiyi şəxsə zəng edərək, onun işə qəbul olunması ilə bağlı əlaqə saxlamışdır. Sonra o, özünə məxsus “Passat” model avtomobili 15000 manata satmış, lakin şəxsi ehtiyacları olduğuna görə həmin məbləği hissə-hissə verəcəyini Samirə bildirmiş, o da razılaşmışdır. 2017-ci ilin may ayının əvvəllərində Yasamal rayonu, Zərdabi küçəsində yerləşən “Melissa park” yaşayış kompleksinin həyətində tək Samirlə görüşüb X52 İmtahan qeydiyyat şöbəsinə inspektor vəzifəsinə işə qəbul edilməsi üçün əlavə olaraq Samirə 10000 manat pul vermişdir. Həmin zamanlar Samir işinin düzələcəyini, lakin vaxt lazım olduğunu demişdir. Bundan başqa, 11 sentyabr 2017-ci il tarixdə sonuncu əlaqə saxlayaraq Yasamal rayonunun ərazisində yerləşən “Qələbə” dairəsinin yaxınlığında görüşüb, X52 İmtahan qeydiyyat şöbəsinə inspektor vəzifəsinə işə qəbul edilməsi üçün əlavə olaraq Samirə 10000 manat pul vermişdir. Beləliklə ümumilikdə Samir ondan 25000 manat pul almışdır. Daha 2017-ci ilin sentyabr ayının sonlarında X64 Polisinə işə qəbul ilə bağlı işinin alınmadığını, lakin bunun əvəzinə onu Ədliyyə Nazirliyinin İcra şöbəsinə inspektor vəzifəsinə işə düzəldəcəyini bildirmişdir. Samir sonradan yenidən vaxtı uzatmağa başladığından, onu aldatdığını başa düşmüş və 2018-ci ilin yanvar ayından başlayaraq aldığı pullu geri qaytarmasını istəmişdir. Yalnız 20 fevral 2018-ci il tarixdə Samir Yasamal rayonu, Zərdabi küçəsində yerləşən "xxxx" kafesində Bayramın iştirakı ilə ona 10000 ABŞ dolları həmin dövrün rəsmi məzənnəsi ilə 17000 manat, 21 fevral 2018-ci il tarixdə Samir onunla metronun “İçəri şəhər” stansiyasının qarşısında təklikdə görüşüb 3000 manat pul qaytarmışdır. Sonra bir müddət Samir müxtəlif bəhanələr gətirərək, onunla əlaqə saxlamamışdır. 2018-ci ilin iyul ayında Yasamal rayonu, Zərdabi küçəsində yerləşən “Şahdağ” marketin arxasında Təqsirləndirilən şəxs1 ona 1000 manat, 1 həftə sonra, yenidən 2018-ci ilin iyul ayında, həmin ünvanda sonuncu əlavə olaraq 800 manat pul qaytarmışdır. Sonra Samir pulun qalan hissəsini qaytarmamış və onun zənglərinə cavab verməmişdir. O, Samirin yaşadığı evin ünvanını öyrənib, həmin binanın yaxınlığına getdikdə bir neçə nəfər şəxsin də Samirdən pullarını geri tələb etdiklərini görmüşdür. Samirdən pulun qalan hissəsini geri ala bilməyəcəyini başa düşüb, barəsində şikayət etmişdir. Samir barəsində araşdırma aparılan zaman Samirin oğlu Ülvi Nəsirov əlaqə saxlayaraq atasının əvəzinə hissə-hissə ona pulu qaytaracağını bildirmişdir. Ülvi Təqsirləndirilən şəxs1 əvəzinə qalan 3200 manat puldan hissə-hissə 2900 manat pul qaytarmışdır. Bundan başqa Şahid2 bildirmişdir ki, ona vurulmuş ziyanın qaytarılması ilə bağlı qəbz yazmasına baxmayaraq, 300 manat ona ödənilməmiş, Təqsirləndirilən şəxs1 oğlu 300 manat məbləğində pulu ona qaytaracağını bildirdiyindən həmin məzmunda qəbz yazmış, Bayramın onun işə qəbul olunmasına aidiyyəti olmamış, Bayram 2015-ci ildə atasından 6000 manat məbləğində borca pul almış və bununla bağlı atasının əvəzinə onunla Bayram arasında borc müqaviləsi bağlanmış, həmin 6000 manat məbləğində pulun Təqsirləndirilən şəxs1 verdiyi 25000 manat məbləğində pula aidiyyəti olmamış, 2012-ci ildə işə qəbulla bağlı “Socar”a müraciət etmiş, lakin müsbət nəticə əldə etməmiş, Daxili İşlər Nazirliyinə işə qəbulla bağlı ümumiyyətlə heç vaxt müraciət etməmiş, 2017-ci ilin mart ayında özü Penitensiar xidmətə qulluğa qəbulla bağlı müraciət etmiş, lakin müsahibədən keçməmiş, bir il sonra, 2018-ci ilin mart ayında təkrarən müraciət etdikdən sonra, Penitensiar xidmətdə işə qəbul olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs1 Tahir oğlu ilə 2015ci ildə tanış olmuş və həmin zamandan etibarən aralarında dostluq münasibətləri yaranmışdır. 2018-ci ilin aprel ayında metronun “20 yanvar” stansiyasının yaxınlığında yerləşən çayxanada Samirlə görüşən zaman, o, dostu, sonradan tanıdığı Təqsirləndirilən şəxs3 “Socar”da yüksək vəzifədə işlədiyini və həmin şəxsin vasitəsi ilə müəyyən pul məbləği müqabilində istənilən şəxsi “Socar” da işlə təmin edə biləcəyini bildirmişdir. Buna görə də, Samirdən qardaşı oğlu Şahid3 işə düzəltməsini istəmişdir. Samir Elşadı “Socar” ın Balakən rayonunda yerləşən qaz idarəsinin qəza xidmətinə sürücü kimi işə düzəldə biləcəyini və aylıq 700 manat əmək haqqı alacağını bildirmişdir. Bu barədə Elşadla danışdıqda o, Balakən rayonunda yerləşən qaz idarəsinin qəza xidmətinə sürücü kimi işə düzəlməsi ilə bağlı razılıq vermişdir. Elşadın razı olmasını Samirə bildirdikdən sonra, Samir, onun yanında kiminləsə telefon vasitəsi ilə əlaqə saxlamışdır. Daha sonra ona narahatçılığın olmadığını, qardaşı oğlunun işinin düzələcəyini bildirmiş və Elşadın işə qəbul olunması üçün 8000 manat məbləğində pul verilməli olduğunu əlavə etmişdir. Samir 8000 manat pulu Təqsirləndirilən şəxs3 verəcəyini qeyd etmiş və o, Samirin şərti ilə razılaşmışdır. 10 aprel 2018-ci il tarixdə Samir ona zəng edərək işə qəbulla bağlı imtahanın yaxın vaxtlarda olacağını bildirmiş və buna görə təcilli olaraq 8000 manat pulun çatdırmasını istəmişdir. O, 11 aprel 2018-ci il tarixdə saat 13 radələrində Yasamal rayonu, Zərdabi küçəsində yerləşən "xxxx" kafesinin qarşısında Samirlə görüşüb, 8000 manat pulu vermişdir. Həmin zaman Elşad da onun yanında olmuş və Samir bir daha, həmin işin “Socar”nın məsul işçisi Fərid vasitəsi ilə düzələcəyini bildirmişdir. Samir 1-2 gün ərzində imtahanla əlaqədar Elşadla əlaqə saxlayacağını demişdir. Sonrakı gün, Samir ona zəng edərək imtahan üçün Elşadın şəxsiyyət və sürücülük vəsiqəsini gətirməsini istəmişdir. 14 aprel 2018-ci il tarixdə Elşaddan qeyd olunan sənədləri götürərək, Məhsul” kafesində Samirlə görüşüb vermişdir. Samirin bildirməsinə əsasən, Fərid həmin sənədlər əsasında “Socar”ın insan resursları agentliyinə kompüter vasitəsilə “CV” yerləşdirmişdir. Sənədləri təqdim etdikdən sonra Samir imtahan vaxtı barədə məlumat verəcəyini bildirmişdir. Bir ay sonra Samir onunla "xxxx" kafesində görüşüb Elşadın hazırlaşması üçün düzgün cavabları işarə olunmuş imtahan suallarını vermiş və o, həmin imtahan suallarını Elşada çatdırmışdır. Samir həmin sualları ona Fəridin verdiyini demişdir. 2018-ci ilin may ayında Elşad test imtahanından çıxdıqdan sonra, cavabları ilə ona verilmiş suallardan heç birinin imtahana düşmədiyini bildirmişdir. Buna baxmayaraq, Elşad öz gücünə həmin imtahandan keçmişdir. Fərid Elşad ilə birlikdə imtahanın keçirildiyi binanın qarşısına getmişdir. Bununla bağlı iradını bildirdikdə Samir son anda sualların dəyişdirildiyini və bu barədə məlumatlarının olmadığı demişdir. “Socar”a işə qəbulla bağlı keçirilmiş imtahanın ikinci mərhələsindən də Elşad öz gücünə keçmiş və həmin vaxt da Samir tərəfindən verilmiş suallardan heç biri imtahana düşməmişdir. İmtahanın ikinci mərhələsi zamanı da Fərid Elşadla birlikdə getmişdir. Elşadın işə qəbul olunması ilə bağlı ancaq müsahibə mərhələsi qalmışdır. Sonra Samirlə görüşdükdə o, Fəridin Elşadı müsahibə mərhələsində tapşıracağına və onun çətinliksiz həmin mərhələdən keçəcəyinə əmin etmişdir. Bundan sonra bir ay müddət keçməsinə baxmayaraq, müsahibə mərhələsi barədə onlara məlumat verilməmişdir. Bununla bağlı özləri müsahibənin vaxtını öyrənmək üçün “Socar”a müraciət etmək istədikdə Samirlə Fərid buna imkan verməyərək, narahatçılığın olmadığını, özlərinin bu işi həll edəcəklərini və müsahibənin vaxtı barədə məlumat verəcəklərini bildirmişlər. 2018-ci ilin avqust ayının sonlarında Elşad müsahibənin artıq başa çatdığını öyrənmiş, nə Samir nədə ki, Fərid bu barədə onlara məlumat verməmişdir. Bu barədə Samirə bildirdikdə o, Fəridi günahlandırmış və Elşadın işə qəbulu ilə bağlı məsuliyyəti Fəridin daşıdığını bildirmişdir. Sonra Fərid ona zəng edərək, "xxxx" kafesinin yanında görüş təyin etmişdir. Görüş zamanı Fərid Elşadın müraciətinin nəticəsi, eləcə də vakansiyanın təsviri barədə üzərində “Socar”-ın rekvizitləri olan sənədləri ona təqdim etmiş və müsahibənin iş üçün əhəmiyyət kəsb etmədiyini, pulu lazımı yerə çatdırdığını, Elşadın Balakən rayonunda qəza xidmətinə işə qəbul olunması ilə bağlı bir neçə günə əmrin çıxacağını bildirmişdir. Sonra Elşadın işi ilə bağlı nəticə əldə edilmədiyindən, aldadıldığını başa düşüb Təqsirləndirilən şəxs1 pulu qaytarmasını tələb etdikdə o, Fəridin səhvinə görə Elşadın əmrinin Qaradağ rayonuna verdiyini, bir neçə gün ərzində əmrinin yenindən Balakən rayonuna dəyişdiriləcəyini demişdir. Samir və Fəridin vədlərinə inanıb, gözləmişlər, lakin müddət keçməsinə baxmayaraq onlar tərəfindən bu iş ilə bağlı onlara hər hansı bir məlumat verilməmişdir. Buna görə də, Elşadla birlikdə “Socar”ın Kadrlar idarəsinə getmişlər və Elşadın işi ilə bağlı maraqlandıqda, onun ümumiyyətlə kadrların siyahısında olmadığını öyrənmişlər. Bundan sonra Samir və Fəridin onu aldadıb, pulu ələ keçirdiklərini başa düşmüşdür. Samir 8000 manat pulun Fəridin işlədiyi “Socar”ın İnsan resursları şöbəsinin müdirinə verildiyini bildirmiş, o, nağd şəkildə Samirə 8000 manat məbləğində pul vermiş, sonradan bildiyinə görə Samir ümumi məbləğdən 4000 manat məbləğində pulu Fəridə vermiş, Samir tərəfindən ona 5000 manat, Fəridin atası Sabutay Eldarov vasitəsi ilə isə 3000 manat məbləğində pul ödənilmiş, ona vurulmuş ziyan tam qaytarılmışdır. Bundan başqa Şahid1 bildirmişdir ki, Şahid2 işə düzəlməsi üçün kömək edə biləcək şəxs axtardıqda o, Samirlə tanış etmiş, Samir 5000 manat pul müqabilində Kamranı “Socar”a işə düzəldə biləcəyini qeyd etmiş və Kamran onun yanında "xxxx" kafesində işə düzəlməsi üçün rüşvət kimi Samirə 5000 manat pul vermişdir. Samir Kamrandan onu işə düzəltmək adı ilə ümumilikdə 25000 manat pul almışdır. Digər pul vəsaitlərinin Samir tərəfindən alınmasında iştirak etməsə də lakin bundan məlumatı olmuşdur. Bununla yanaşı Samir onun yanında "xxxx" kafesində Kamrana 10000 ABŞ dollarını qaytarmışdır. Eləcə də, 2015-ci ildə Kamranın atası Əlifağa Süleymanova 6000 borclu olduğundan, bununla bağlı onunla Kamran arasında borc müqaviləsi bağlanmış və həmin borc müqaviləsinin Kamranın işə düzəlməsinə heç bir aidiyyəti olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, Təqsirləndirilən şəxs1 ilə 2019-cu ildə tanış olmuş və sonradan onun əvvəllər prokurorluq orqanlarında işlədiyini bilmişdir. Təqsirləndirilən şəxs2 isə 10 il əvvəl tanış olmuş və ev, eləcə torpaq alqı-satqısı ilə məşğul olmuşdur. 2019-cu ilin iyul ayında Təqsirləndirilən şəxs2 Maştağa qəsəbəsində yerləşən Narkoloji Dispanserdə müalicə alan oğlunun yanından qayıdanda o, Buzovna qəsəbəsində qardaşı tutulmuş bir şəxslə görüşməli olduğunu demiş və onlar bir yerdə Buzovna qəsəbəsində Cəlil Mirzəyevlə görüşmüşlər. Həmin zaman o, ilk dəfə Cəlil Mirzəyevi görmüş və qardaşı Coşqun Mirzəyevin narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı Xətai rayon Polis idarəsinin əməkdaşları tərəfindən tutulduğunu və barəsində həbs qətimkan tədbirinin seçildiyini bilmişdir. Bundan başqa Cəlil Mirzəyev qardaşının ittiham olunduğu maddənin tövsif edilməsinə, yəni istifadəçi kimi cəlb olunmasına və qətimkan tədbirinin dəyişdirilməsinə köməklik edilməsini istəmişdir. Mətləb müstəntiqlə danışıb, həll edəcəyini demişdir. Bir neçə gün sonra Mətləblə görüşdükdə Cəlilin işini danışmağa tanışın olub-olmamasını soruşmuş və əvvəllər prokurorluq orqanlarında işləmiş tanışı Samirlə istədiyi halda bu barədə danışa biləcəklərini bildirmişdir. Sonra o, Samirlə əlaqə saxlamış və onlar üçü Yasamal rayonunun ərazisində, «Qələbə» dairəsi yaxınlığında görüşdükdə, Mətləb Samirə vəziyyəti izah edib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə Xətai rayon Polis idarəsində tutulmuş bir şəxsin əməlinin həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilərək, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini istəmişdir. Samir bu işi həll edə biləcəyini və bunun üçün Baş prokurorluqda kiminləsə danışıb razılıq alacağını bildirmişdir. Bundan 2 gün sonra Mətləblə birlikdə Samirlə görüşdükdə o, razılığı aldığını və 5000 manat pul gətirmələrini istəyərək, birlikdə prokurorluğa gedəcəklərini demişdir. Növbəti gün Mətləb onun yanında Cəlildən Nərimanov rayonu ərazisində, “Saatlı” adlanan binanın yanında 5000 manat pul almışdır. Həmin vaxtı Cəlil Şahid6 ilə birlikdə gəlmişdir. Sonra Mətləb ilə birlikdə Samiri götürüb Respublika Baş prokurorluğu tərəfə hərəkət etmişlər. Samir kiməsə zəng vurmuş və sonra həmin şəxsin naharda olduğunu, axşam görüşəcəyini bildirmişdir. Mətləb pulu Samirə vermiş və onlar ayrılmışlar. Sonra Samir həmin şəxslə görüşüb pulu verdiyini qeyd etmişdir. Bir neçə gün sonra Samir Mətləbə zəng vuraraq pulun məbləğinin az olduğunu bildirmiş və əlavə olaraq 4000 manat pul verilməsini istəmişdir. 1 həftə sonra Mətləb ona zəng edərək, pulu Samirə vermək üçün apardığını demiş və onun şahidlik etməsini istəmişdir. O, Mətləblə birlikdə metronun «20 Yanvar» stansiyasının yaxınlığında yerləşən “Onkologiya” mərkəzinin yanında Samirlə görüşmüş və onun yanında Mətləb 2500 manat pulu Samirə vermişdir. Həmçinin Mətləb qalan 1500 manat pulu isə işi düzəldib tamamlayanda verəcəyini Samirə bildirmiş və Samir Mətləblə razılaşıb işi düzəldəcəyinə söz vermişdir. Mətləb qeyd olunan məbləğdə pulu Cəlildən alarkən o, iştirak etməmişdir. Aradan 1 ay keçməsinə baxmayaraq Samirin işi həll etməyib uzatdığını gördükdə Cəlil Samirlə görüşmək istəmiş və o, metronun «20 Yanvar» stansiyasının yaxınlığında Samirlə Cəlili görüşdürmüşdür. Həmin görüşdə o, Cəlil, Rza və Samir iştirak etmişdir. Samir işi onun həll etdiyini və işi başa çatdıracağını, lakin əlavə olaraq 4000 manat pul verilməli olduğunu bildirmiş və Cəlil Samirlə razılaşmışdır. Sonra Cəlil onun və tanışlarının yanında Yasamal rayonunun ərazisində yerləşən "xxxx" kafesində Samirə 4000 manat pul vermişdir. Həmin zaman Samir “İndi məndə sizin 11500 manat pulunuz oldu” demiş və 10 gün ərzində Coşqun Mirzəyevin barəsində seçilmiş həbs qətimkan tədbirini dəyişdirəcəyinə dair söz vermişdir. Lakin, Samir qeyd olunan 10 gün müddətində heç bir iş görməmişdir. 29 oktyabr 2019-cu il tarixdə Rza ona zəng edərək Samirlə birlikdə "xxxx" kafesində oturduqlarını, Samirin heç bir iş görmədiyini bildirmiş və gəlməsini istəmişdir. O, gəldikdə Cəlilin, onun qohumu Şaiq Mirzəyevin, Şahid6, Samirin və başqa iki şəxsin "xxxx" kafesində olduqlarını görmüşdür. Samir işi düzəltməsi və ya pulu qaytarması üçün vaxt istəmişdir. Belə ki, Samir ona təqdim olunmuş pulu verdiyini və həmin şəxslər geri almalı olduğunu demişdir. Cəlil və qohumu həmin zaman Samirdən onların evlərinə getməsini və özünün Cəlilin anasına Coşqunu nə vaxt buraxdıracağı barədə söz verməsini istəmişlər. Sonra onlar birlikdə Cəlilin yaşadığı Buzovna qəsəbəsində yerləşən evə getmişlər. Samir Cəlilin anası ilə görüşdükdə işi həll etmədiyini etiraf etmiş və pulu işinin həll olunması üçün başqa şəxslərə verdiyini bildirmişdir. Cəlilin anası Təqsirləndirilən şəxs1 aldığı pulu nə vaxt qaytaracağı barədə iltizam verməsini istəmiş və Samir vərəqdə onun vasitəsi ilə tanış olduğu Mətləbdən Coşqunun işini həll etmək üçün 11500 manat pul aldığını və işi həll edə bilmədiyi halda pulu qaytaracağını yazmışdır. Həmçinin, Mətləbdə olan 2100 manat pulun ödənilməsini də öz öhdəsinə götürmüşdür. Sonra Cəlil və X19ra pulu qaytarmayacağını bildirib, Coşqunun işini aparan Xəlil adlı müstəntiqin yanına getməyi təklif etmişlər. Daha sonra onlar Xətai rayon Polis idarəsinə getmişlər və onun, Cəlilin, eləcə də Samirin izahatları alınmışdır. Sonrakı gün o, Samirlə əlaqə saxlayıb Cəlilə pulu qaytarmasını dedikdə, o, pul axtardığını və polisin vasitəsi ilə pulu geri qaytaracağını bildirmişdir. Bundan sonra da o, dəfələrə Samilə əlaqə saxlamış, sonuncu hər dəfə pul axtardığını demişdir. Bundan başqa Şahid5 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 10900 manat pulu aldıqdan sonra Buzovna qəsəbəsində Təqsirləndirilən şəxs2 ilə birlikdə Cəlil Mirzəyevlə görüşməmiş, ilk dəfə 2019-cu ilin iyul ayında “Qələbə” dairəsinin yayında yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsində Mətləblə birlikdə Samirlə görüşdükdə X32 əməlinin tövsif olunması üçün 5000 manat pul istəmiş və həmin zaman Mətləb Cəlilə zəng etməmiş, lakin sonuncu ilə görüşməyə getdiyini demiş, eləcə də, Samir Mətləbdən 8000 manat pul istəməmiş, Mətləblə birlikdə “Qələbə” dairəsinin yaxınlığında yerləşən çayxanada Samirlə görüşdükdə, o, Coşqun Mirzəyev işinin tam həll olunması üçün 5000 manatdan əlavə 4000 manat pul istəmiş, Cəlil Mətləbə yalnız 4700 manat pul verərkən o, iştirak etmiş, sonra Mətləb özü Cəlillə görüşüb pul almış və 2019-cu ilin sentyabr ayında “Onkologiya” mərkəzinin qarşısında onun yanında 2500 manat pulu Samirə təqdim etmiş, qalan 1500 manat pulu isə iş həll olunduqdan sonra verəcəyini əlavə etmiş, ümumilikdə 7500 manat pulu Samirə verdikdən sonra, o, əlavə olaraq onun yanında Mətləbdən 4000 manat pul istəməmiş, həmçinin Mətləb 7500 manat məbləğdən əlavə olaraq Samirə 3400 manat verməsi barədə ona bir söz deməmiş, ümumiyyətlə Mətləb “Qələbə” dairəsinin kənarında yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsində Samirə 5000 manat, sonra Onkologiya” mərkəzinin qarşısında 2500 manat pulu onun yanında vermiş, bundan başqa, Mətləbun Samirə pul verməsi barədə məlumatı olmamış və həmin görüşlərdə o, iştirak etməmiş, 2019-cu ilin sentyabr ayının sonlarında Cəlil Samirə şəxsən 4000 manat pulu "xxxx" kafesində verdikdən sonra, sonuncu 11500 manat pulun onda olmasını təsdiq etmiş, Cəlil həmin zaman 7500 manatdan artıq məbləğdə Mətləbə verdiyini qeyd etmiş, lakin Samir Mətləbin ona 7500 manat pul verdiyini bildirmiş, Mətləb və Samir ümumi məbləğin Coşqun Mirzəyevin məsələsinin həll olunması üçün rüşvət qismində polis və prokurorluq orqanlarının vəzifəli şəxslərinə vermək adı ilə almışlar, onların rüşvət adı ilə aldıqları pulu kiməsə vermələri barədə məlumatı olmamışdır. Cəlil Mirzəyev qardaşı Coşqun Mirzəyevin işini həll etmədiyindən anasına cavab verə bilmədiyini Təqsirləndirilən şəxs1 bildirmiş və sonuncunun özünün anasına izah etməsini istəmiş, sonra bir yerdə Cəlil Mirzəyevin yaşadığı evə getdikdə, Təqsirləndirilən şəxs1 11500 pulunun onda olduğunu etiraf etmiş və bu barədə qəbz yazmış, həmin qəbzin yazılması ilə bağlı kimsə Təqsirləndirilən şəxs1 təzyiq göstərməmiş və onun yalanı ifşa olduğundan həmin qəbzi yazmışdır. Bununla yanaşı o, Cəlil Mirzəyevin yaşadığı evdə Təqsirləndirilən şəxs1 yalanı ifşa olunduqdan sonra, 11500 manat puldan əlavə məbləğin onda deyil, Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, “Respublika Narkoloji Mərkəzi”ndə sanitar-təlimatçı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs2 ilə 2 il əvvəl tanış olmuş və onun oğlu, eləcə qohumu həmin müəssisədə müalicə almışdır. Təqsirləndirilən şəxs2 məhkəmədə işləri həll edə bilən şəxs kimi tanımışdır. Tanışı onun telefon nömrəsini Cəlil Mirzəyevə vermiş və o, Xətai rayonunun ərazisində yerləşən “Şirvan” çay evində onunla görüşmüşdür. Görüş zamanı Cəlil Mirzəyev ona qardaşı Coşqun Mirzəyevin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı Xətai Polis İdarəsinin əməkdaşı tərəfindən tutulduğunu, barəsində həbs qətimkan tədbiri seçildiyini və sonuncuya kömək etmək istədiyini bildirmişdir. O, X41 Həsənovun məhkəmələrdə danışıb işləri həll edə bildiyini və sonuncu ilə görüşdürə biləcəyini, bacarsa ona kömək edəcəyini demişdir. Sonra o, Təqsirləndirilən şəxs2la əlaqə saxlayaraq Cəlil Mirzəyevin qardaşının narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı tutulduğunu və sonuncuya kömək etmək lazım olduğunu qeyd etmiş, həmçinin gəlib özünün danışmasını istəmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 “Şirvan” kafesinə onların yanına gəlmiş və o, sonuncunu Cəlil Mirzəyev ilə tanış etmişdir. X48 Həsənova qardaşının 234.4.3-cü maddə ilə tutulduğu bildirmiş və köməklik edə biləcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs2 qardaşına ittiham verilmiş maddəni dəyişdirəcəyini, istifadəçi kimi cəzasının 3 ilə qədər olacağını və məhkəmədən də buraxdıracağını bildirib, nə qədər pulunun olduğunu Cəlil Mirzəyevdən soruşmuşdur. Cəlil Mirzəyev 6000 manat pulunun olduğunu bildirdikdə, Təqsirləndirilən şəxs2 2000 manat da əlavə etməsini və qardaşının işini dediyi kimi həll edəcəyini qeyd etmişdir. Cəlil Mirzəyev razılaşmış, lakin pulu hissə-hissə verməsi barədə Təqsirləndirilən şəxs2la şərt kəsmiş və sonuncu həmin şərti qəbul etmişdir. Sonrakı gün 2019-cu ilin iyul ayında Mərdəkan şosesi, Qala qəsəbəsinə döngədə yerləşən “Rahat” marketin qarşısında onun yanında X48 Həsənova 900 manat pul vermişdir. Təqsirləndirilən şəxs2 həmin zaman işi prokurorluq orqanında işləyən Təqsirləndirilən şəxs1 vasitəsi ilə həll edəcəyini demişdir. Bir necə gün sonra 2019-cu ilin avqust ayının əvvəllərində Cəlil Mirzəyev onunla birlikdə Nərimanov rayonu H.Əliyev prokpektində yerləşən “Saatlı” adlanan binanın yanında Təqsirləndirilən şəxs2la görüşmüş və həmin zaman Təqsirləndirilən şəxs2 Şahid5 ilə birlikdə gəlmişdir. Cəlil Mirzəyev onun və Şahid5 yanında Təqsirləndirilən şəxs2 4700 manat vermişdir. Təqsirləndirilən şəxs2 narazılıq edərək, işi düzəldən şəxsə 5000 manat pul verilməli olduğunu bildirmiş, Cəlil Mirzəyev isə buna cavab olaraq üstündə 4700 manat pulun olduğunu qeyd etmiş və Təqsirləndirilən şəxs2 pulun üstünə 300 manat əlavə etməsini, axşam qaytaracağını əlavə etmişdir. Təqsirləndirilən şəxs2 razılaşaraq, cibindən 300 manat çıxarıb pulun üstünə qoymuş və sonra onlar ayrılmışlar. Sonradan Təqsirləndirilən şəxs2 həmin pulu aparıb Təqsirləndirilən şəxs1 verməsini bilmişdir. Görüşdən 4 saat sonra Cəlil Mirzəyev ona zəng vuraraq, Təqsirləndirilən şəxs2 300 manat pul verdiyini bildirmişdir. 3 gün sonra, 2019-cu ilin avqust ayında Cəlil Mirzəyev ona zəng edib 3000 manat pul düzəltdiyini və həmin vəsaiti Təqsirləndirilən şəxs2 vermək istədiyini bildirmişdir. O, işdə olduğundan Cəlil Mirzəyevlə gedə bilməmişdir. X53 rayonunun ərazisində Təqsirləndirilən şəxs2la görüşüb, sonuncuya 3000 manat pul vermişdir. Təqsirləndirilən şəxs2 pul verərkən, Cəlil Mirzəyev ona zəng etmişdir. Sonra o, Təqsirləndirilən şəxs2la əlaqə saxlamış və sonuncu 3000 manat pulu Cəlil Mirzəyevdən aldığını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 bu işinin dəyərinin 30000 manat olduğunu, onun xətrinə aşağı qiymətə həll etdiyini əlavə etmişdir. Sonra Təqsirləndirilən şəxs2 əlavə olaraq pul istəmiş və 2019-cu ilin avqust ayında X53 rayon Polis İdarəsinin yanında Təqsirləndirilən şəxs2 2000 manat pul vermişdir. Həmin zaman da Cəlil Mirzəyev ona zəng edərək Təqsirləndirilən şəxs2 2000 manat pul verdiyini bildirmiş və Təqsirləndirilən şəxs2 da 2000 manat pul aldığını təsdiq etmişdir. Bununla da X48 Həsənova ümumilikdə 10900 manat pul vermişdir. Təqsirləndirilən şəxs2 pulu aldıqda sonra müxtəlif bəhanələr gətirərək, işi yubatmışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs2 zəng etdikdə, sonuncunun istifadəsində olan mobil telefon nömrəsinə zəng çatmamışdır. Bundan sonra Cəlil Mirzəyev ilə birlikdə Təqsirləndirilən şəxs2 yaşadığı ünvana getmişlər, lakin sonuncu çıxmamışdır. Buna görə də Şahid5la əlaqə saxlamışlar və 2019-cu ilin sentyabr ayında sonuncu onları Təqsirləndirilən şəxs1la görüşdürmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 hansı məbləğdə pul verildiyini soruşmuşdur. X54 Nəsirova Təqsirləndirilən şəxs2 10900 manat pul verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 isə Təqsirləndirilən şəxs2 ona 7500 manat pul verdiyini demişdir. Sonra Təqsirləndirilən şəxs1 rayon prokuroru ilə danışdığını bildirib əlavə olaraq 4000 manat pul verməsini Cəlil Mirzəyevdən istəmiş və sabaha pulu çatdırmalı olduğunu, onlara böyük güzəşt olunduğunu əlavə etmişdir. Cəlil Mirzəyev yalnız sabah pul verə biləcəyini bildirdikdə Təqsirləndirilən şəxs1 onunla razılaşmışdır. 27 sentyabr 2019-cu il tarixdə saat 12 radələrində Yasamal rayonunda yerləşən "xxxx" kafesində X55 Şəmmədov ilə birlikdə Təqsirləndirilən şəxs1la görüşüb, sonuncuya 4000 manat pul vermişdir. Pul verildikdən sonra o, Təqsirləndirilən şəxs1la əlaqə saxlamış və sonuncu 10-15 gün müddətində Coşqun Mirzəyevin edə olacağını bildirmişdir. Sonra o, Şahid5, Cəlil Mirzəyev və Təqsirləndirilən şəxs1 bir yerdə görüşüb çörək də yemişlər. Müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs1 Coşqun Mirzəyevin işini həll etməmişdir. X42 qohumu Şaiq Mirzəyev onun və Şahid5 iştirakı ilə Təqsirləndirilən şəxs1la görüşmüşdür. Təqsirləndirilən şəxs1 qulaq asdıqdan X58 sonuncun onları aldatdığını bildirmişdir. Təqsirləndirilən şəxs1 artıq işi danışdığını, sabah həll olunacağını qeyd etdikdə, Şaiq Mirzəyev qohumlarını buraxdıracağına dair bir sənəd verməsini istəmişdir. Təqsirləndirilən şəxs1 Cəlil Mirzəyevin anası ilə görüşməsi üçün birlikdə sonuncun yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs1 Cəlil Mirzəyevin anasına Coşqun Mirzəyevi nə vaxt buraxdıracağı barədə özünün söz verməsini istəmişlər. Cəlil Mirzəyevin yaşadığı evdə olan zaman Təqsirləndirilən şəxs1 özü Şahid5 vasitəsi ilə tanışı olduğu Təqsirləndirilən şəxs2 Coşqun Mirzəyevin işini həll etmək üçün ona 11500 manat verdiyini barədə qəbz yazmışdır. Həmçinin, Təqsirləndirilən şəxs1 Coşqun Mirzəyev azadlığa buraxılmadığı təqdirdə həmin 11500 manat pulu qaytaracağını qeyd etmiş, həmçinin Təqsirləndirilən şəxs2 özünə götürdüyü 2100 manat pulu da ödəməyi öhdəsinə götürmüşdür. Təqsirləndirilən şəxs1 həmin qəbzi yazdıqda, onları aldatdığını başa düşmüşlər və sonra Xətai rayon Polis İdarəsinə getmişlər. Həmin zaman X54 Nəsirov barəsində şikayət etmiş və onların izahatları alınmışdır. Təqsirləndirilən şəxs1 söz verməsinə baxmayaraq, pulu qaytarmamışdır. Bundan başqa Şahid6 bildirmişdir ki, Mətləb birinci görüşdən Coşqun Mirzəyevin məsələsini həll etmək üçün Cəlildən 8000 manat istəmiş, belə ki, görüş zamanı Cəlil 6000 manat pulunun olduğunu demiş, Mətləb isə əlavə olaraq 2000 manat da pul düzəltməsini və qardaşının 1 ay ərzində azad olunacağını qeyd etmiş, həmin zaman Mətləb Coşqunun məsələsini Samirin həll edəcəyi barədə onlara söz deməmiş, Cəlil Mətləbə 5000 manatdan əlavə 2500 və 3400 manat deyil, 3000 və 2000 manat pul vermiş, Coşqunun məsələsi ilə bağlı Cəlil Mətləbə 900, 5000, 3000 və 2000 manat olmaqla ümumilikdə 10900 manat pul vermiş, o, Cəlillə birlikdə Samirlə görüşdükdə Samir Mətləbin ona 7500 manat pul verdiyini bildirmiş və Coşqun Mirzəyevin məsələsinin həll olunması üçün əlavə olaraq 4000 manat pul istəmiş, Mətləb şəxsən ona 3400 manat pulun özündə olmasını bildirmiş, Cəlilə çatdırmağı üçün ona 2000 manat pul vermiş və o, həmin məbləği Cəlil ə qaytarmışdır. Həmçinin, Şahid6 bildirmişdir ki, X32 işini həll etmədiyindən, Cəlil anasına izah verməsini istəmiş, sonra bir yerdə Cəlilin yaşadığı evə getdikdə, Samir pulun özündə olduğunu etiraf etmiş və 11500 manat pulun özündə olması barədə qəbz yazmış, həmin qəbz yazılan zaman kimsə Samirə təzyiq göstərməmiş və onun yalanı ifşa olunduğundan həmin məzmunda qəbz yazmış, Mətləb və Samir ümumi məbləği Coşqunun məsələsinin həll olunması üçün rüşvət qismində polis və prokurorluq orqanlarının vəzifəli şəxslərinə vermək adı ilə almışlar, həmçinin Samirin yalanı ifşa olunduqdan sonra, 11500 manat puldan əlavə məbləğin onda deyil, Mətləbdə olduğunu bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şahid1 onun doğma əmisidir. Özünə iş tapa bilmədiyi üçün Şahid1 bu məsələdə ona kömək etməsini istəmişdir. Ailəsi əslən Balakən rayonundan olduğundan, əsasən həmin rayonda iş axtarmışdır. 2018-ci ilin mart ayının sonlarında əmisi Şahid1 onunla əlaqə saxlayaraq tanışı Təqsirləndirilən şəxs1 bildirməsinə əsasən Təqsirləndirilən şəxs3 vasitəsi ilə rüşvət qismində 8000 manat pul müqabilində «SOCAR»ın Balakən rayonunda yerləşən Qaz idarəsinin qəza xidmətinə onu sürücü kimi işə düzəldə biləcəyini demiş və aylıq 700 manat məbləğində maaş alacağını əlavə etmişdir. Bundan başqa Şahid1 ona Təqsirləndirilən şəxs3 «SOCAR»ın İnsan resursları şöbəsində yüksək vəzifədə işlədiyini bildirmişdir. O, işlə təmin olunmasına ehtiyacı olduğundan, razılaşmışdır. 10 aprel 2018-ci il tarixdə Şahid1 ona zəng edərək, Təqsirləndirilən şəxs1 deməsinə əsasən «SOCAR»a qəbul imtahanının yaxınlaşdığını və buna görə təcilli olaraq 8000 manat pulun təcili verilməli olduğunu bildirmişdir. O, Şahid1 8000 manat pulu tapıb Təqsirləndirilən şəxs1 verməsini, sonradan həmin məbləği qaytaracağını cavab olaraq qeyd etmişdir. 11 aprel 2018-ci il tarixdə saat 15 radələrində o, Şahid1 ilə birlikdə Yasamal rayonu, Zərdabi küçəsində yerləşən "xxxx" kafesinin qarşısına getmiş və Təqsirləndirilən şəxs1la tanış olmuşdur. Həmin zaman Təqsirləndirilən şəxs1 tək gəlmişdir. Təqsirləndirilən şəxs1 «SOCAR»da işləyən Təqsirləndirilən şəxs3 vasitəsi ilə onu işə düzəldəcəyini və 8000 manat pulu Təqsirləndirilən şəxs3 verəcəyini bildirmişdir. Onlarda özünə qarşı inam yaratdığından Şahid1 onun “Socar”ın Balakən rayonunda yerləşən Qaz idarəsinin qəza xidmətinə sürücü kimi işə düzəlməsi üçün rüşvət qismində 8000 manat pulu Təqsirləndirilən şəxs1 vermişdir. 8000 manat pulu aldıqdan sonra, Təqsirləndirilən şəxs1 bir necə gün ərzində imtahanla əlaqədar olaraq onunla əlaqə saxlayacağını demişdir. Sonrakı gün Təqsirləndirilən şəxs1 Şahid1la əlaqə saxlayaraq imtahan üçün onun şəxsiyyət və sürücülük vəsiqələrinin surətlərini gətirməsini istəmişdir. Buna görə də o, şəxsiyyət və sürücülük vəsiqələrinin surətlərini çıxarıb Şahid1 vermiş, sonuncu isə həmin sənədləri Təqsirləndirilən şəxs3 çatdırması üçün Təqsirləndirilən şəxs1 təqdim etmişdir. Təqsirləndirilən şəxs3 həmin sənədlərlə «SOCAR»ın insan resursları agentliyinə kompüter vasitəsi ilə “CV” göndərmişdir. 1 ay sonra Təqsirləndirilən şəxs1 Şahid1la görüşmüş və həmin zaman Təqsirləndirilən şəxs1 hazırlaşması üçün düzgün cavabları işarələnmiş imtahan suallarını əmisinə vermişdir. Şahid1 həmin sualları ona təqdim etmiş və Təqsirləndirilən şəxs1 deməsinə əsasən, qeyd olunan sualları sonuncuya Təqsirləndirilən şəxs3 verdiyini və həmin sualların imtahana düşəcəyini bildirmişdir. Ona verilən suallar üzrə hazırlaşıb, 2018-ci ilin may ayında imtahana girmişdir. İmtahanın vaxtı barədə ona Təqsirləndirilən şəxs3 telefon vasitəsi ilə bildirmişdir. İmtahandan əvvəl o, Təqsirləndirilən şəxs3la zəngləşək “Qara Qarayev” metro stansiyasının qarşısında görüşüb, birlikdə imtahanın keçirilən «SOCAR»ın İnsan Resursları şöbəsinin inzibati binasına getmişdir. Təqsirləndirilən şəxs3 həmin zaman da ona verilən sualların imtahana düşəcəyini demişdir. Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş suallardan heç biri imtahana düşməmiş, lakin o, öz gücünə testdən keçmişdir. Təqsirləndirilən şəxs3 ona verilmiş sualların imtahana düşmədiyini bildirdikdə, sonuncu cavab olaraq son anda sualların dəyişdiyini, bu barədə məlumatının olmadığını demişdir. Həmçinin o, bu barədə Şahid1 da bildirmişdir. 15 gün sonra, 2018-ci ilin may ayında «SOCAR»a işə qəbulla bağlı «SOCAR»ın İnsan Resursları şöbəsinin inzibati binasında test imtahanının ikinci mərhələsi keçirilmişdir. Həmin imtahan barədə də Təqsirləndirilən şəxs3 ona məlumat vermiş və “Qara Qarayev” metro stansiyasının qarşısında görüşüb sonuncu ilə birlikdə imtahana getmişdir. Yenidən ona verilmiş suallardan heç biri həmin imtahana düşməmiş, buna baxmayaraq özü həmin mərhələdən də keçmişdir. İmtahanları keçdiyindən, işə qəbul olunması ilə bağlı müsahibə mərhələsi qalmışdır. Təqsirləndirilən şəxs3 narahat olmamasını, müsahibə mərhələsində onu tapşıracağını və çətinliksiz həmin mərhələdən keçəcəyini bildirmişdir. İmtahanın ikinci mərhələsindən 2 gün sonra, Təqsirləndirilən şəxs3 onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək, “Qara Qarayev” metro stansiyasının yaxınlığında görüşməyi təklif etmişdir. “Qara Qarayev” metro stansiyasının yaxınlığında görüşdükdə Təqsirləndirilən şəxs3 ona üzərində fotoşəkili olan “Şəxsi vərəqə” və “İşə müraciət anketi” adlı sənədləri təqdim edib artıq işə qəbul olunduğunu və bir necə gündən sonra Balakən rayon Qaz idarəsinin qəza xidmətində işə başlayacağını bildirmişdir. Bundan sonra bir necə ay keçməsinə baxmayaraq, müsahibəyə vaxtı barədə ona məlumat verilməmişdir. Bu barədə Təqsirləndirilən şəxs3 bildirdikdə, sonuncu onun işini həll edəcəyini və müsahibə vaxtı barədə məlumat verəcəyini qeyd etmişdir. Sonra Təqsirləndirilən şəxs3 onunla “N.Nərimanov” metro stansiyanın yanında görüşmüş və həmin zaman səhvən əmrinin Qaradağ rayonuna verdiyini, bir necə gün ərzində yenindən Balakən rayona dəyişdiriləcəyini bildirmişdir. 2018-ci ilin avqust ayının sonlarında müsahibə mərhələsinin artıq başa çatdığını öyrənmişdir. Şahid1 Təqsirləndirilən şəxs1 əlaqə saxlayaraq bu barədə danışdıqda, sonuncu Təqsirləndirilən şəxs3 günahlandırmış və bu işə görə Təqsirləndirilən şəxs3 məsuliyyət daşıdığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs3 özü Şahid1 zəng edərək müsahibənin işə qəbul üçün əhəmiyyət kəsb etmədiyini, pulu lazım olan şəxslərə verdiyini və bir necə günə onun işə qəbul olunması ilə bağlı əmrin çıxacağını qeyd etmişdir. Lakin 1 ay ərzində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 xəbər almadıqları üçün Şahid1 ilə birlikdə «SOCAR»ın kadr məsələləri ilə məşğul olan idarəsinə müraciət etmişdir. Həmin zaman «SOCAR»a işə qəbul ilə bağlı müsahibədə iştirak etmədiyindən siyahıdan çıxarıldığını öyrənmiş və Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs3 onları aldadıb, pullarını ələ keçirdiklərini başa düşmüşdür. Dəfələrlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 aldıqları pulları qaytarmalarını istəsələr də sonuncular bunu etməyərək onlarla əlaqəni kəsmişlər və buna görə əmisi Şahid1 barələrində şikayət etmişdir (cild 1, iş vərəqə 118-120, cild 3, iş vərəqə 102-107). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, X23 ilə birgə nikahdan Coşqun, Ceyhun və Cəlil adlı üç övladı dünyaya gəlmişdir. Coşqun Mirzəyev Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində, Ceyhun Mirzəyev və Cəlal Mirzəyev onunla birlikdə Türkiyə Cümhuriyyətində yaşamışlar. 4 iyul 2019-cu il tarixdə Coşqun Mirzəyevin üzərində narkotin vasitənin aşkar olunması səbəbindən Xətai RPİ-in əməkdaşları tərəfindən tutulmuş və sonuncuya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan olunaraq, barəsində Xətai rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Coşqun Mirzəyevin tutulduğunu biləndən sonra Cəlil Mirzəyev Bakı şəhərinə gəlmiş və Coşqun Mirzəyevin əməlinin daha yüngül maddəyə tövsif edilməsi üçün bu məsələdə ona kömək ola biləcək şəxs axtarmağa başlamışdır. Cəlil Mirzəyevin tanışı sonradan tanıdığı Şahid6 özünü Qarabağ müharibəsinin iştirakçısı və Milli qəhrəman kimi təqdim edən Təqsirləndirilən şəxs2 bu məsələdə köməklik edə biləcəyini oğluna bildirmişdir. 2019-cu ilin iyul ayının ortalarında X60 Əmiraslanov vasitəsi ilə Təqsirləndirilən şəxs2la görüşdükdən sonra, ona sonuncunun 8000 manat pul müqabilində Coşqun Mirzəyevin əməlini daha yüngül maddəyə dəyişdirəcəyini qeyd etmişdir. Əmin olmaq üçün X29 Həsənovu onunla görüşdürməsini istəmişdir. Coşqun Mirzəyevin yaşadığı Buzovna qəsəbəsində yerləşən evdə Təqsirləndirilən şəxs2 ona 8000 manat pul müqabilində Coşqun Mirzəyevin ittiham olunduğu maddənin daha yüngül maddəyə tövsif olunacağını və sonuncunun həbsdən azad olunacağını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 oğlunun işinin həll olunması üçün pulu prokurorluq orqanlarında işləyən sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs1, sonuncu isə rüşvət kimi həmin pulu Çoşqun Mirzəyevin işini aparan müstəntiqə verəcəyini əlavə etmişdir. Coşqun Mirzəyevin işinin həll olunması üçün Cəlil Mirzəyev rüşvət qismində 2019-cu ilin iyul ayının ortalarından başlayaraq Xəzər rayonu, Mərdəkan şosesi, Qala qəsəbəsinin döngəsində yerləşən “Rahat” marketin qarşısında 900 manat, 2019-cu ilin avqust ayının 3-4 arası Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən üzərində saat quraşdırılmış binanın yanında əlavə olaraq 4700 manat, həmin günü əlavə olaraq 300 manat, bir müddət sonra, 2019-cu ilin avqust ayında Xətai rayon polis idarəsinin qarşısında 3000 manat Təqsirləndirilən şəxs2 pul vermişdir. Bundan sonra Cəlil Mirzəyev 2019-cu ilin avqust ayının sonlarında yenidən Xətai rayon polis idarəsinin qarşısında oğlunun işini həll etməsi üçün təklikdə Təqsirləndirilən şəxs2 rüşvət qismində əlavə olaraq 2000 manat pul vermişdir. Təqsirləndirilən şəxs2 pulu verdikdən sonra bir ay keçməsinə baxmayaraq Coşqun Mirzəyevin əməli tövsif edilməmiş və barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilməmişdir. Coşqun Mirzəyev tutulan ərəfələrdə qardaşı vəfat etmiş və sonra qardaşının ölümü ilə bağlı keçirilən yas məclisində iştirak etmək üçün Naxçıvan MR-ə getmişdir. Həmin zaman Cəlil Mirzəyev onunla əlaqə saxlayaraq Təqsirləndirilən şəxs1la görüşdüyünü və sonuncunun qardaşının işi ilə bağlı əlavə olaraq 4000 manat rüşvət qismində pul istədiyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 həmin zaman Təqsirləndirilən şəxs2 ona ümumilikdə 7500 manat pul verdiyini demişdir. 27 sentyabr 2019-cu il tarixdə Yasamal rayonunda yerləşən "xxxx" kafesində X49 Mirzəyevin əməlinin tövsif olunması üçün rüşvət qismində Təqsirləndirilən şəxs1 4000 manat pul vermişdir. Müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Coşqun Mirzəyevin işini həll etməyərək müxtəlif bəhanələr gətirib, vaxtı uzatmışlar. 2019-cu ilin oktyabr ayında Cəlil Mirzəyev qohumu Şaiq Mirzəyev ilə birlikdə işi nəyə görə yubatdığını öyrənmək üçün Təqsirləndirilən şəxs1la görüşmüşdür. Şaiq Mirzəyev ona zəng edərək Təqsirləndirilən şəxs1 düz adam olmadığını, onları aldatdığını bildirmiş və o, özü danışmaq istədiyindən sonuncunu yaşadığı evə gətirmələrini istəmişdir. X58 və Cəlil Mirzəyev ilə birlikdə Təqsirləndirilən şəxs1, Şahid6, eləcə də Şahid5 yaşadığı evə gəlmişlər. O, Təqsirləndirilən şəxs1 oğlunun işi ilə bağlı görülən işlərə dair bir sənəd göstərməsini istəmişdir. Lakin, sonuncu oğluna kömək məqsədi ilə hər hansı bir iş görməsini ona təsdiq edə bilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 onları aldatdığını başa düşmüş və pulları qaytarmasını istəmişdir. Təqsirləndirilən şəxs1 11500 manat pulun onda, qalan hissəsinin isə Təqsirləndirilən şəxs2 olduğunu, pulu qaytaracağını bildirmiş və pulun onda olmasını təsdiq edən qəbz də yaza biləcəyini əlavə etmişdir. Sonra Təqsirləndirilən şəxs1 vərəq üzərində 11500 manat pulun onda olması barədə qəbz yazmışdır. Həmin qəbzdə Təqsirləndirilən şəxs1 2100 manat pulun Təqsirləndirilən şəxs2 olmasını göstərmişdir. Lakin, Təqsirləndirilən şəxs1 inamları olmadığı üçün, oğlu ilə X59 Nəsirovu Xətai RPİ-yə aparmışlar və orada sonuncudan rəsmi qaydada pulu qaytaracağı barədə izahat alınmışdır. Sonradan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müxtəlif bəhanələr gətirərək, pulu qaytarmamışlar. İstintaq dövründə Təqsirləndirilən şəxs2 Şahid6 vasitəsi ilə 2000 manat, özü 1500 manat, Təqsirləndirilən şəxs1 isə 2500 manat pul qaytarmışdır. Təqsirləndirilən şəxs2 vurulmuş ziyanı tam qaytarmış, Təqsirləndirilən şəxs1 isə 9000 manat pul qaytarmalı olduğunu əlavə etmişdir. Sona Mirzəyevə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aldıqları pulları rüşvət qismində işi həll edən müstəntiqə verəcəklərini bildirmişlər, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verilmiş pul vəsaitləri Cəlil Mirzəyevə aid olmuş və sonuncu həmin pulun bir qismini borca almışdır (cild 2, iş vərəqə 14-17, cild 3, iş vərəqə 123-126). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər (cild 4, iş vərəqə 87-91). İbtidai istintaq zamanı Şahid2 Əlifaga oğlu, Şahid1 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmələr keçirilmiş, üzləşdirmə zamanı Şahid2 və Şahid1 ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs1 üzünə qarşı bildirərək sonuncunu ifşa etmişlər (cild 2, iş vərəqə 268-270, cild 4, iş vərəqə 24-27 ). Azərbaycan Dövlət Neft Şirkətindən daxil olmuş 23 oktyabr 2020-ci il tarixli məktubdan görünür ki, SOCAR-da işə qəbul Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, şirkətin müvafiq standartlarına və digər normativ sənədlərinə uyğun olaraq müsabiqə yolu ilə həyata keçirilir. SOCAR-ın müəssisə və təşkilatları tərəfindən təqdim olunan boş iş yerləri (vakansiyalar) şirkətin veb-saytının (www.socar.az) “karyera” bölməsinin “İşə qəbul” hissəsində elan olunur və müsabiqə qaydaları haqqında ətraflı məlumat həmin bölmədə yerləşdirilmişdir. Şahid3 2018-ci ildə SOCAR-ın üç vakansiyası üzrə daxil olmuş elektron müraciətləri ilə əlaqədar qeyd olunmuşdur ki, “yükləyicinin sürücüsü” vakansiyası üzrə elektron müraciət formasında təqdim etdiyi məlumatlar vakansiyanın tələblərinə cavab vermədiyi üçün, “avtomobil sürücüsü” vakansiyası üzrə keçirilmiş test imtahanında tələb olunan keçid balını toplamadığınına görə o müsabiqənin növbəti mərhələsinə keçməmiş, digər “avtomobil sürücüsü” vakansiyası üzrə keçirilmiş peşə sınaq imtahanında isə ümumiyyətlə iştirak etməmişdir. Həmçinin 2012-ci ildə müsabiqə çərçivəsində Şahid2 SOCAR-ın iki vakansiyası üzrə daxil olmuş elektron müraciətləri “yükləmə maşınlarının təmiri və xidməti üzrə çilingər” vakansiyası üzrə elektron müraciət formasında təqdim etdiyi məlumatlar vakansiyanın tələblərinə cavab vermədiyi üçün, “yuyucu qurğunun maşinisti” vakansiyası üzrə isə keçirilmiş test imtahanında tələb olunan keçid balını toplamadığına görə o, müsabiqənin növbəti mərhələsinə keçməmişdir (cild 4, iş vərəqə 85-86). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş 02 noyabr 2020-ci il tarixli 022/13- 10534-1220 nömrəli məktubdan görünür ki, Şahid2 daxili işlər orqanlarında xidmətə qəbulla əlaqədar olaraq müraciət etməsi barədə Baş Kadrlar İdarəsində məlumat yoxdur (cild 4, iş vərəqə 96-97). Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən daxil olmuş 10 noyabr 2020-ci il tarixli 06/12-788 nömrəli məktubdan görünür ki, Şahid2 18.03.2017-ci il tarixdə Penitensiar xidmətdə orta rəis heyətinə qulluğa qəbulla bağlı müraciət etmiş, lakin müsabiqədə uğur qazanmamışdır. Şahid2 təkrar müraciəti əsasında müsahibələrdən keçərək 07.03.2018-ci il tarixdə Penitensiar xidmətdə kiçik rəis heyətinə, 29.12.2019-cu il tarixdə isə orta rəis heyətinə qulluğa qəbul edilmiş və hazırda 7 saylı cəzaçəkmə müəssisəsinin böyük inspektoru (dəftərxana üzrə) vəzifəsində çalışır (cild 4, iş vərəqə 173-174). Baxış keçirilməsi haqqında 9 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Şahid2 istifadəsində olan ********** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** mobil telefon nömrəsi arasında 04.09.2017-ci il tarixdə saat 19:41, 05.09.2017-ci il tarixdə saat 11:17, 06.09.2017-ci il tarixdə saat 11:26, 07.09.2017-ci il tarixdə saat 10:32 ,09.09.2017-ci il tarixdə saat 13:06, 11.09.2017-ci il tarixdə saat 10:46, 11.09.2017-ci il tarixdə saat 14:08, 13.09.2017-ci il tarixdə saat 10:59, 15.09.2017-ci il tarixdə saat 10:13, 19.09.2017-ci il tarixdə saat 13:36, 25.09.2017 ci il tarixdə saat 11:28, 25.09.2017 ci il tarixdə saat 17:57, 25.09.2017 -ci il tarixdə saat 21:37, 27.09.2017 -ci il tarixdə saat 16:00, 02.10.2017-ci il tarixdə saat 15:53, 06.10.2017-ci il tarixdə saat 10:48, 09.10.2017-ci il tarixdə saat 12:49, 11.10.2017-ci il tarixdə saat 17:27, 12.10.2017-ci il tarixdə saat 15:33, 13.10.2017-ci il tarixdə saat 17:41, 14.10.2017-ci il tarixdə saat 13:53, 20.10.2017-ci il tarixdə saat 12:12, 25.10.2017-ci il tarixdə saat 17:43, 30.10.2017-ci il tarixdə saat 15:39, 04.11.2017-ci il tarixdə saat 19:44, 13.11.2017-ci il tarixdə saat 17:17, 18.11.2017-ci il tarixdə saat 13:17, 21.11.2017-ci il tarixdə saat 12:21, 29.11.2017-ci il tarixdə saat 12:10, 01.12.2017-ci il tarixdə saat 16:09-da danışıqlar olmuşdur.Bundan başqa, Şahid2 istifadəsində olan ********** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** mobil telefon nömrəsi arasında 04.02.2018-ci il tarixdən 22.03.2018-ci il tarixədək mütəmadi olaraq qarşılıqlı zənglər aparılmışdır. Həmçinin, Şahid1 istifadəsində olan ********** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** mobil telefon nömrəsi arasında 01.02.2018-ci il tarixdən 01.04.2018-cü il tarixədək mütəmadi olaraq qarşılıqlı danışıqların aparılması müəyyən edilmişdir. Bununla yanaşı, Şahid1 istifadəsində olan ********** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** mobil telefon nömrəsi arasında 10.02.2018-ci il tarixdən 28.03.2018-cü il tarixədək mütəmadi olaraq qarşılıqlı zənglər aparılmışdır. Eləcə də, 01.09.2019-ci il tarixdə Şahid1 istifadəsində olan ********** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ********** mobil telefon nömrəsinə “Ay ... bu gun emri verirdin, bu gun pul catmasa atanla samirle birlikde tutduracam sizi”, 05.10.2018-ci il tarixdə “Hec vaxt 1 saat vaxtiniz var samirede demiwem”, 08.10.2018-ci il tarixdə “Cavab ver, iwle bagli sohbet ola bilmez Elwad artiq iwleyir, bawqa iwe duzeldi pulu tecili catdir”, “Bu gun oul son qepiyinecen catmasa ozunuzden kusun, haminiz atanda icinizde olmaq wertiyle sehere hec bir guzewt olmayacaq Samiride xeberdar etmiwem” məzmunlu mesajların yazılması öz əksini tapmışdır.Bundan başqa Sabutay Eldarovun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid1 istifadə olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi arasında müxtəlif tarixlərdə qarşılıqlı danışıqların aparıldığı müəyyən edilmişdir. Belə ki, 3 noyabr 2018-ci il tarixdə saat 15:23-də 82 saniyə, saat 20:19-da 217 saniyə, 6 noyabr 2018-ci il tarixdə saat 20:34-də 450 saniyə, 7 noyabr 2018-ci il tarixdə saat 11:18-də 158 saniyə müddətində qarşılıqlı danışıqlar aparılmışdır.Həmçinin, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid1 istifadə olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi arasında, habelə Təqsirləndirilən şəxs1 Tahir oğlunun istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid1 istifadə olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi arasında müxtəlif tarixlərdə qarşılıqlı danışıqların aparıldığı müəyyən edilmişdir (cild 4, iş vərəqə 22-23). Hadisə yerinə baxış keçirilməsi haqqında 16 noyabr 2018-ci il tarixli protokoldan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs1 8000 manat məbləğində pulu verdiyi yeri, Bakı şəhəri, Yasamal rayonu, X62 prospekti 20/2 ünvanında yerləşən "xxxx" kafesinin qarşısını əyani sürətdə göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkil çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 24-26). Cinayət işinə əlavə olunmuş “Şəxsi vərəqə”də Şahid3 anket məlumatları, eləcə də vərəqənin “Təyinatlar və yerdəyişmələr” bölməsində “21.08.2018-ci il tarixdə, Nəqliyyat Departa-tı, sürücü”, “04.09.2017-cü il tarixdə ... sürücü” yazıları qeyd olunmuş və “Əlavə məlumatlar” bölməsində “Balakən rayonu Nəqliyyat Departamenti” yazısı əks olunmuşdur (cild 1, iş vərəqə 32). Şahid3 tərəfindən təqdim edilərək cinayət işinə əlavə olunmuş “İşə müraciət anketi”ndə sonuncunun sürücü vəzifəsi üzrə işə qəbul olunması üçün müraciət etdiyi əks olunmuşdur (cild 1, iş vərəqə 33-34). Cinayət işinə Şahid3 tərəfindən təqdim edilmiş “Avtomobil sürücüsü vəzifəsi”, “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası” üzrə tezislər və nümunəvi test tapşırıqları əlavə olunmuş, həmin “Avtomobil sürücüsü vəzifəsi” və “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası” üzrə tezislər müvafiq olaraq xidməti nəqliyyat vasitələrinin istismarı və idarə olunması, eləcə də ümumi əməyin mühafizəsi ilə yanaşı Azərbaycan neft sənayesində əməyin mühafizəsi qaydaları ilə bağlı mövzuları əhatə edir. Nümunəvi test tapşırıqları Azərbaycan Respublikası barədə məlumatlar, “Socar”ın fəaliyyət sahələri, nəqliyyat vasitələrinin idarə olunması və istismar edilməsi, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları ilə bağlı mövzular əsasında hazırlanmaqla cavabları işarə olunmuşdur (cild 1, iş vərəqə 35-44, 47). Cinayət işinə əlavə olunmuş “SOCAR”a aid “Müsahibənin nəticələri” adlı çıxarışda qeyd olunmuşdur ki, Şahid3 sənədləri vakansiyanın tələblərinə uyğun olaraq yoxlanılır, eləcə də həmin şirkətə aid “Vakansiyanın təsviri” adlı çıxarışda avtomobil sürücüsünə aid məlumatlar əks olunmuşdur (cild 1, iş vərəqə 45-46). Baxış keçirilməsi haqqında 19 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, “CD” daşıyıcısında 8 ədəd fayl daxilində şəxslər arasında aşağıdakı məzmunda səs yazısı əks olunmuşdur: 1)WhatsApp Audio 2018-11-23 at 12.00.19 (1) Şahid3 : Alo, Bəli Malik adlı şəxs: Salam əleykum, Elşaddır danışan? Şahid3: Bəli Elşaddır. Malik adlı şəxs: Malik müəllimdir narahat edən. Sabah saat 2 tamamda “Qara Qarayev”da ol, bütün sənədləri də, özünlə götür gəl bala, oldu? Şahid3: Nə sənədləri gətirməliyəm? Malik adlı şəxs: Bütün sənədlər nə ki, var sizdə, hamısını götürün gəlin. Oldu? Şahid3: Yaxşı, oldu. Malik adlı şəxs: Saat 2 tamamda gecikməyin, şəxsiyyət vəsiqənizdə üstünüzdə olsun, bala. Oldu? Şahid3: …. 2)WhatsApp Audio 2018-11-23 at 12.00.19 Malik adlı şəxs: Elşaddır? Şahid3: Bəli. Malik adlı şəxs: Sabah, 5-ci gün, səni Balakənə veriblər bala, bilirsən? Şahid3: Yox bilmirəm. Malik adlı şəxs: Hə, səni Balakənə veriblər. Narazılıq yoxdur? Şahid3: Yoxdur, nə narazılığım. Malik adlı şəxs: Balakənə sürücü veriblər bala, 5-ci gün saat on iki, birin yarısı bax belə Xətaidə olursan, eşidirsən bala, avtobusla səni aparacaqlar Qaradağa və göndərişi oradan verəcəklər getməyə, sənədlərdə üstündə olsun, bala. Oldu? Şahid3: 5-ci günü? Malik adlı şəxs:.Bəli 5-ci gün, saat on iki, bir arası, orda ol, Xətai metrosunun yanında, yığımdır, avtobusla gedəcəksən Qaradağa, Qaradağda da sənə şey verəcəklər bala, göndəriş oradan da gedəcəksən Balakənə, sənədlərdə üstündə olsun bala, oldu? Şahid3: Yaxşı, oldu Malik adlı şəxs: Oldu, sağ ol 3)WhatsApp Audio 2018-11-23 at 12.00.20 (1) Təqsirləndirilən şəxs3: Elşad salam. Şahid3: Salam. Təqsirləndirilən şəxs3: Mən şeydəyəm, Qaradağdayam, eşidirsən, indi sənin sənədlərivi şey eliyirlər, hazırlayırlar, kitaba işdiyirlər, kitaba da işdəsinlər, sən şeyə gəlmə, Xətaiyə, mən indi sənə xəbər verəcəm, eşidirsən məni, götürüm, sənə zəng edəcəm, idarədən gedib götürəcəyik, qoy bir dənə kitaba da işdəsinlər, vursunlar kitaba, vse i çıxırsan Allah qoysa Balakənə. Şahid3:Bu gün qurtarır, yoxsa qalasıdır? Təqsirləndirilən şəxs3: Yox, yox götürəcəksən, kitaba işləyirlər, eşidirsən, bax indi ordayam, çıxdım çöldən danışıram, bir dənə onu kitaba salsınlar, kitaba salmasalar mümkün deyil, çünki kitaba salmasalar mükün deyil axı, reqistrasiyadan keçməlidir, kim ki, rayonlara gedir a, Şahid3: ..... Təqsirləndirilən şəxs3: Əcəmi tərəfdə ol, eşidirsən, mən sənə zəng edəndə gələrsən, müəllimin özüdə yıxacaq hansı idarəyə gəl, gəl götür, bir dənə onu kitaba işdəsinlər, vse gedək götürək. Şahid3: Yaxşı. Təqsirləndirilən şəxs3: Yaxşı qadası. 4)WhatsApp Audio 2018-11-23 at 12.00.20 (2) Şahid1: Alo. Təqsirləndirilən şəxs1: Hə, müəllim. Şahid1: Samir saat altıdır, nə xəbər çıxdı bunlardan. Təqsirləndirilən şəxs1: Dədə, deməli bax telefon “zanat”, səhərdən bir on beş dəfə şey zəng eləyib, milyon faiz başımla cavabdehəm pul cibimdədir 8000 min, biri var elə-belə deyirəm, sənə bu gün başımla “qarant” edirəm ki, altında da qol çəkirəm ki, “prosto” elə yerə gediblər ki, inanmırdın, eşidirsən? Şahid1: Eşidirəm. Təqsirləndirilən şəxs1: Mən inanmırdım, eşidirsən? Şahid1: Hə. Təqsirləndirilən şəxs1: Orda elə bil adam var kı, hansı ki, bunları tanıyır, gədəni tanımır, düzgü yəni həll olunacaq. Arxayın ol, bu məsələ qapanıbdır. Olmadı iyirmi dəqiqəyə, yarım saata zəng edib deyəcəm, gəl Bayram pulunu apar. Şahid1:Yaxşı oldu. Təqsirləndirilən şəxs1: Bayramın və Samirin canı deyirəm, elə dirəmişəm bunları ayrı cür. Şahid1: Yaxşı oldu .... Afər gildəyik. Təqsirləndirilən şəxs1: Heçinə eləmədin də? Şahid1:.... Təqsirləndirilən şəxs1: Allah bunun evini yıxsın, başımıza oyun açdı. Şahid1: Oldu. 5)WhatsApp Audio 2018-11-23 at 12.00.20 Təqsirləndirilən şəxs1: Hə qardaş. Şahid1: Nə oldu Samir? Təqsirləndirilən şəxs1: Maşında yol gəlirik, gözdüyürəm, bunlarında varını “təhqir edici ifadə” pulları gətirəcəklər, başqa yolu yoxdur, mən gedib onların yerinə cavab verəsi deyiləm. “təhqir edici ifadə” güllələyərəm onu, maşında yol gedirəm ona görə danışa bilmirəm, adamlar var idi, darıxma zəng edəcəklər. Şahid1: Zəng vurmayıblar? Təqsirləndirilən şəxs1: Vurublar, vurublar, həll edəcəklər ... 10 dəqiqədən bir məni yığırlar... Şahid1: Sənin məsələndən nə xəbər var? Təqsirləndirilən şəxs1:Mənim məsələmdə düzəlir, həldir. ... həll edir məsələmi. Şahid1:Yaxşı oldu. Təqsirləndirilən şəxs1: .... 6)WhatsApp Audio 2018-11-23 at 12.00.21 (1) Təqsirləndirilən şəxs3: Alo. Şahid1: Eşidirəm, axşamın xeyir. Təqsirləndirilən şəxs3: Danışa bilirsən, səs-küylü yerdəsən? Şahid1: Danışıram, eşidirəm. Təqsirləndirilən şəxs3: Qulaq as, mən Namiqin məsələsini həll elədim, sabahda tamamlayıram, Samirə verim, o, sabah tamamla bir yolluq gətir. Şahid1: Samirin də sənin də ....... Təqsirləndirilən şəxs3: Qulaq as, eşidirsən məni. Bu pulun Namiqə aidiyyəti var, Elşada yox. Elşadında məsələsini müəllim varını yoxunu “təhqir edici ifadə”, bax belə sms yazmıram ki, telefonla deyirəm sizə, deyirəm ki, o sizin “tem bolee” qardaşınız oğludur. Nəsli, var yoxunu “təhqir edici ifadə”, yalan deyən onun məsələsi həll olunub. Bu gün ərizəsinə cavab gəlməlidir, sabah tezdən deyəcəklər. Bax Qurana and olsun müəllim, özümü ancaq həlak eləmişəm Namiqin puluna görə. Qurana and olsun, bax Allaha and olsun. Başqasına demirəm ki, canlı telefonda deyirəm. sabah saat ikiyə, Qurana and olsun deyirəm müəllim, bax şərəfsizdir, ləyaqətsizdir, köpəyin oğludur saat 2-3 arası Elşadın şad xəbərini görəcəksən, Namiqin də iki mini sabahda .... Bax balamın canı deyirəm, varını yoxunu “təhqir edici ifadə” yalan deyənin. Eşidirsiniz? Şahid1: Eşidirəm. Təqsirləndirilən şəxs3: Siz hələm məni tanımırsız, görəcəksiz, bax Qurana and olsun. Siz məni hələm uzaqdanda tanıyırsız, qohumum gil tərəfdən, qohumluq yox tanışlıq tərəfdən. Eşidirsiniz, Allaha and olsun. “İmenno” o sizin qardaşınız oğludur, doğmaca, var yoxunu “təhqir edici ifadə” onun məsələsini həll eləmişəm. Şahid1: Yaxşı oldu. Təqsirləndirilən şəxs3: Oldu qadanı alım. Bax Qurana and olsun nə desən haqlısan düz deyirsən. Mən şey eləməmişəm. Şahid1:... Təqsirləndirilən şəxs3: Sabah 2-3 arası .... gör sonra nələr olur. Yaxşı qadan alaram. Şahid1: Oldu. 7)WhatsApp Audio 2018-11-23 at 12.00.21 (2) Təqsirləndirilən şəxs1: Qardaş. Şahid1: Eşidirəm Samir. Təqsirləndirilən şəxs1: Deməli, Sabutay kişi deyir ki, bacımda yoldaşımda nə qədər qızıllar götürmüşük, hər bir şey hazırdır, saat altının yarısında getdik sələmçi var pul verə, lombarda var ... “Vosmoyda” ondan danışım, görüm sabah saat 12-yə kimi Bayramla qurtaracam. Şahid1: Yox Samir, bayaqları mən sənə dedim, Samir qardaşım və Elşadda gəlib, mənə diqqətlə qulaq as, mən onların qabağında dura bilmirəm, fərqi yoxdur sən ya ..., onlar mənə şübhəli yanaşırlar. Təqsirləndirilən şəxs1: Dayan, qoy bir dəqiqə yığım ona. Şahid1: Bunun başqa yolu yoxdur... Təqsirləndirilən şəxs1:... gözdə. Şahid1:.... sonra bir başa “banditizmə” gedəcəklər. Təqsirləndirilən şəxs1: Özünlə danışım görüm. Şahid1: Özündə bilirsən, sənə qarşı çox agressivdilər. Təqsirləndirilən şəxs1: Bilirəm. Şahid1: Mən heçnə edə bilməyəcəm. Təqsirləndirilən şəxs1: Mən neyləmişəm... Şahid1: Neylədiyivi özün bilirsən, təkrarlamaq lazım deyil. Təqsirləndirilən şəxs1: Yaxşı qoy, bir dənə Sabutaya deyim. Şahid1: Bax özləri bilər. Təqsirləndirilən şəxs1: Gözlə. 8)WhatsApp Audio 2018-11-23 at 12.00.21 Şahid3: Alo Təqsirləndirilən şəxs3: Girə bildin ...? Şahid3: Girdim, heçinə oxunmur, üstündən xətlər gəlir. Təqsirləndirilən şəxs3: Bilirəm hə, telefon balacadır diyə, obyomu, “Socar”dan mesaj gəlib ora? Şahid3: “Socar”dan gəlib nə isə, qeydiyyatdan keç, oranı-buranı yüklə. Təqsirləndirilən şəxs3: Ay sağol, onu sən kompüterdə aç, eşidirsən, mənə de, bir-bir deyim, orada 6 dənə papka var, onları doldurmalısan, o, göndərişlər yox idi, ora göndərilib bir-bir sənin imeylına, bax onu doldurmalısan, kompüter salonuna girə bilərsən oralarda haradasa? Şahid3: Bir saatdan haradasa. Təqsirləndirilən şəxs3: Onları de, mənə de, bir-bir sənə deyəcəm, nələri doldurasan, nə formada. Şahid3: Bu nə göndərişdir, nədir ki bu? Təqsirləndirilən şəxs3: Bakıdan Balakənə yazmışıq, onları doldurmalısan sən kompüterlə. Şahid3: Yaxşı, qoy onda girim. Təqsirləndirilən şəxs3: Eləyəndə məni yığ. Şahid3: Yaxşı, oldu (cild 3, iş vərəqə 91-94). Səs yazıları ilə bağlı Şahid1 bildirmişdir ki, WhatsApp Audio 2018-11-23 at 12.00.19 (1), WhatsApp Audio 2018-11-23 at 12.00.19 adlı səs yazısı Şahid3 və özünü Malik kimi təqdim edən şəxsə məxsusdur. Malik adlı şəxsə Şahid3 mobil telefon nömrəsini Təqsirləndirilən şəxs3 vermiş və sonuncu Malik adlı şəxsin “Socar”ın İnsan resursları şöbəsində işlədiyini, Şahid3 işini həmin şəxsin həll etdiyini bildirmişdir. WhatsApp Audio 2018-11-23 at 12.00.20 (1) adlı səs yazısı Şahid3 və Təqsirləndirilən şəxs3 məxsusdur. WhatsApp Audio 2018-11-23 at 12.00.20 (2) adlı səs yazısı Təqsirləndirilən şəxs1 və ona məxsusdur. Həmin telefon danışığı işə qəbulla bağlı imtahan mərhələləri bitdikdən sonra qeydə alınmışdır. Telefon danışığı zamanı Təqsirləndirilən şəxs1 8000 manat pulun onda olduğunu bildirmiş və işin yubanmasında Təqsirləndirilən şəxs3 günahlandırmış, lakin hər bir halda işi həll edəcəyini qeyd etmişdir. WhatsApp Audio 2018-11-23 at 12.00.20 adlı səs yazısı Təqsirləndirilən şəxs1 və ona məxsusdur. Həmin səs yazısı o, Şahid3 işinin artıq həll olunmadığını bildikdən sonra qeydə alınmışdır. Həmin səs yazısından əvvəl Təqsirləndirilən şəxs1 bütün pulları Təqsirləndirilən şəxs3 verdiyini bildirmiş və səs yazısında qeydə alınmış danışıq zamanı isə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 pulları tələb etdiyini, sonuncun yerinə cəza çəkmək fikrinin olmadığını qeyd etmişdir. WhatsApp Audio 2018-11-23 at 12.00.21 (1) adlı səs yazısı ona və Təqsirləndirilən şəxs3 məxsus idi. Həmin səs yazısı Təqsirləndirilən şəxs3 müsahibə mərhələsini həll etdiyini dediyi vaxtlarda qeydə alınmışdır. Təqsirləndirilən şəxs1 Namiq adlı tanışından onun vasitəsi ilə borca pul almış, lakin tam qaytarmamış və buna görə də o, ilkin ərizəsində 8000 manat əvəzinə 9500 manat məbləğində pul göstərmişdir. Səs yazısı qeydə alınan zaman Təqsirləndirilən şəxs3 həmin pulu Təqsirləndirilən şəxs1 qaytaracağını və Şahid3 artıq məsələsini həll etdiyini, bir gün sonra əmrinin çıxacağını qeyd etmişdir. WhatsApp Audio 2018-11-23 at 12.00.21 (2) səs yazısı isə Təqsirləndirilən şəxs1 və ona məxsusdur. Həmin səs yazısı o, artıq aldanıldığını başa düşdükdən sonra, pulları tələb edən zaman qeydə alınmışdır. Həmin səs yazısında Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 atası Sabutay Eldarovun pulu qaytaracağını bildirməsi qeydə alınmışdır. WhatsApp Audio 2018-11-23 at 12.00.21 səs yazısı Şahid3 və Təqsirləndirilən şəxs3 məxsusdur (cild 3, iş vərəqə 95-101). Həmin səs yazıları ilə bağlı Şahid3 qeyd etmişdir ki, WhatsApp Audio 2018-11-23 at 12.00.19 (1) adlı səs yazısı ona və özünü Malik kimi təqdim edən şəxsə məxsusdur, Malik adlı şəxsin deməsinə əsasən sonuncuya onun telefon nömrəsini Təqsirləndirilən şəxs3 vermiş və Malik adlı şəxs “Socar”ın İnsan resursları şöbəsində işləyirmiş, bu barədə Təqsirləndirilən şəxs3 soruşduqda, sonuncu telefon nömrəsini Malik adlı şəxsə verdiyini və Malik adlı şəxsin İnsan resurslarında işlədiyi təsdiq etmiş, sonuncunun onun işini həll edəcəyini bildirmiş, o, heç vaxt Malik adlı şəxslə görüşməmiş və sonuncu taksofondan ona zəng etdiyindən, geri zəng edə bilməmiş, sonradan Təqsirləndirilən şəxs3 onda əminliyin yaranması və günahı müəyyən olunmayan şəxsin üzərinə atmaq üçün ona zəng elətdirdiyini başa düşmüş, qeyd olunan səs yazısı imtahanlardan sonra, onun əmrinin səhvən Qaradağ rayonuna verilməsi barədə danışıqlar gedən zaman qeydə alınmış, həmin zaman Malik adlı şəxs əmrinin dəyişdirilməsi ilə bağlı onu “Qara Qarayev” metro stansiyasının yanına dəvət etmişdir. WhatsApp Audio 2018-11-23 at 12.00.19 adlı səs yazısı ona özünü Malik kimi təqdim edən şəxsə məxsusdur. Həmin səs yazısında Malik adlı şəxs onun əmrinin dəyişdirildiyi və artıq işə qəbul olunduğunu bildirib, sənədləri götürmək üçün işçilərlə birlikdə Qaradağ rayonuna getməyini demiş, lakin sonra Təqsirləndirilən şəxs3 ona zəng edərək, “Xətai” metro stansiyasının yanına gəlməməyini, özünün sənədləri götürəcəyini demişdir. WhatsApp Audio 2018-11-23 at 12.00.20 (1) adlı səs yazısı ona və Təqsirləndirilən şəxs3 məxsusdur. Malik adlı şəxs onu “Xətai” metro stansiyasının yanına dəvət etdikdən sonra, Təqsirləndirilən şəxs3 ona zəng edərək getməməyini və özünün sənədləri artıq Qaradağ rayonunda qeydiyyata aldırdığını, harada görüşəcəkləri barədə sonra ona məlumat verəcəyini bildirmişdir. WhatsApp Audio 2018-11-23 at 12.00.20 (2), WhatsApp Audio 2018-11-23 at 12.00.20 adlı səs yazıları Təqsirləndirilən şəxs1 və Şahid1, WhatsApp Audio 2018-11-23 at 12.00.21 (1) Təqsirləndirilən şəxs3 və Şahid1, WhatsApp Audio 2018-11-23 at 12.00.21 (2) səs yazısı isə yenidən Təqsirləndirilən şəxs1 və Şahid1 məxsus olmasını əlavə etmişdir. WhatsApp Audio 2018-11-23 at 12.00.21 səs yazısı ona və Təqsirləndirilən şəxs3 məxsusdur. Həmin səs yazısı imtahandan sonra qeydə alınmış, Təqsirləndirilən şəxs3 ona “Socar”ın səhifəsindən müsahibə mərhələsinin nəticələrinə necə baxmağını izah edirmiş, lakin o, həmin səhifədə özünə aid məlumatlara baxa bilməmiş, sonradan isə Təqsirləndirilən şəxs3 onun kompüterdən sərbəst şəkildə istifadə edə bilməməsi barədə məlumatı olduğundan, vaxt qazanmaq üçün bu yola əl atdığını başa düşmüşdür (cild 3, iş vərəqə 102-107). Səs yazıları ilə bağlı Təqsirləndirilən şəxs1 qeyd etmişdir ki, WhatsApp Audio 2018-11-23 at 12.00.19 (1) və WhatsApp Audio 2018-11-23 at 12.00.19 səs yazısı Şahid3 və tanımadığım şəxsə məxsusdur. WhatsApp Audio 2018-11-23 at 12.00.20 (1) səs yazısı Təqsirləndirilən şəxs3 və Şahid3 aiddir. WhatsApp Audio 2018-11-23 at 12.00.20 (2) adlı səs yazısı onda və Şahid1 məxsus. Həmin vaxtı Sabutay Eldarov ona pulu ödəmək üçün banka və lombarda müraciət etdiyi bildirmişdir. Buna görə də o, Şahid1 8000 manat pulun onda olduğunu demişdir. WhatsApp Audio 2018-11-23 at 12.00.20 adlı səs yazısı ona və Şahid1 məxsusdur. Həmin telefon danışığında da Təqsirləndirilən şəxs3 barəsində Şahid1la danışmış və Təqsirləndirilən şəxs3 pulu qaytaracağını bildirmişdir. WhatsApp Audio 2018-11-23 at 12.00.21 (1) səs yazısı Şahid1 və Təqsirləndirilən şəxs3 məxsusdur. WhatsApp Audio 2018-11-23 at 12.00.21 (2) səs yazısı isə ona və Şahid1 məxsusdur. Həmin səs yazısında o, Bayram X8ytarmaq üçün pul axtardığını bildirmişdir. WhatsApp Audio 2018-11-23 at 12.00.21 səs yazısı Şahid3 və Təqsirləndirilən şəxs3 məxsusdur (cild 3, iş vərəqə 127-134). Qeyd olunan səs yazıları ilə bağlı Təqsirləndirilən şəxs3 bildirmişdir ki, WhatsApp Audio 2018-11-23 at 12.00.19 (1) adlı səs yazısı Şahid3 və tanımadığı şəxsə məxsusdur. WhatsApp Audio 2018-11-23 at 12.00.19 adlı səs yazısı da Şahid3 və tanımadığı şəxsə məxsusdur. WhatsApp Audio 2018-11-23 at 12.00.20 (1) adlı səs yazısı ona və Şahid3 məxsusdur. Həmin zaman Təqsirləndirilən şəxs1 onun yanında olmuş və “Socar”ın Qaradağ rayonunda yerləşən qəbul şöbəsində olduğunu, əmrinin dəyişdirildiyini və qeydiyyata alındığını, sürücü kimi Balakən rayonunda sabah işə çıxacağını Şahid3 bildirməsini istəmişdir. O, da Təqsirləndirilən şəxs1 dediklərinin hamısını Şahid3 telefon vasitəsi ilə bildirmişdir. WhatsApp Audio 2018- 11-23 at 12.00.20 (2) adlı eləcə də , WhatsApp Audio 2018-11-23 at 12.00.20 adlı səs yazısı Təqsirləndirilən şəxs1 və Şahid1 məxsusdur. WhatsApp Audio 2018-11-23 at 12.00.21 (1) ona və Şahid1 məxsusdur. Həmin səs yazısında o, Namiq adlı şəxsə Samir Bayramovun olan borcu üçün pul tapdığını bildirmişdir. Həmçinin, pul qaytaracağını bildirdikdə, atasının Fətullanın yerinə verəcəyi 2000 manat pulu nəzərdə tutmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 Şahid3 müsahibə mərhələsini artıq danışdığını bildirdiyindən Şahid1 əmin etmişdir ki, Şahid3 işi düzələcəkdir. Şahid1la danışan zaman da Təqsirləndirilən şəxs1 onun yanında olmuş və sonuncunun sözlərini Şahid1 demişdir. WhatsApp Audio 2018-11-23 at 12.00.21 (2) səs yazısı isə Təqsirləndirilən şəxs1 və Şahid1 məxsusdur. WhatsApp Audio 2018-11-23 at 12.00.21 səs yazısı Şahid3 və ona məxsusdur. Həmin səs yazısında o, Şahid3 imtahanla bağlı məlumat vermiş və “Socar”ın internet səhifəsində müraciət qaydasını izah etmişdir. Həmçinin Təqsirləndirilən şəxs3 əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 göstərişinə əsasən Şahid3 əmrinin dəyişdirilməsini və sonra görüşdükdə sənədləri ona verəcəyini demişdir. Həmin zaman Təqsirləndirilən şəxs1 onun yanında olmuş və sonuncunun ona dediyini Şahid3 bildirmişdir. Şahid1 və Şahid3 Təqsirləndirilən şəxs1la mübahisə etdiklərindən, Təqsirləndirilən şəxs1 yerinə onun danışmasını istəmişdir (cild 3, iş vərəqə 238-246, cild 5, iş vərəqə 165-174 ). Cinayət işinə əlavə olunmuş A4 formatında kağız üzərində əl yazısı ilə yazılmış 25.01.2020-ci il tarixli qəbzdən görünür ki, Şahid2 Təqsirləndirilən şəxs1 tərəfindən ona pulun tam ödənilməsini qeyd edib, Təqsirləndirilən şəxs1 barəsində şikayət və tələbinin olmadığını bildirmişdir (cild 2, iş vərəqə 266). Cinayət işinə əlavə olunmuş A4 formatında kağız üzərində əl yazısı ilə yazılmış qəbzdən görünür ki, X43 Məmmədova, sonuncunun Təqsirləndirilən şəxs1 vasitəsi ilə Təqsirləndirilən şəxs3 verdiyi pulun əvəzinə 800 manat məbləğində pul qaytarmışdır (cild 1, iş vərəqə 144). Cinayət işinə əlavə olunmuş A4 formatında kağız üzərində əl yazısı ilə yazılmış 22.01.2020-ci il tarixli qəbzdən görünür ki, Şahid1 Təqsirləndirilən şəxs1 5000 manat məbləğində pulu alaraq, sonuncu tərəfindən ona vurulmuş ziyan tam ödənilməsini, eləcə də şikayət və tələbinin olmadığını bildirmişdir (cild 2, iş vərəqə 264-265). Cinayət işinə əlavə olunmuş X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin ittiham aktından görünür ki, həmin cinayət işi 4 iyul 2019-cu il tarixdə həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə başlanmış, həmin tarixdə Coşqun Mirzəyev şübhəli şəxs qismində tutulmuş, 6 iyul 2019-cu il tarixdə sonuncu cinayət işi üzrə qeyd olunan Məcəllənin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuş və Xətai rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. 22 fevral 2020ci il tarixdə Coşqun Mirzəyevin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif olunmuş və 4 aprel 2020-ci il tarixdə cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün məhkəməyə göndərilmişdir (cild 4, iş vərəqə 209-217). Cinayət işinə əlavə olunmuş kağız üzərində əl yazısı ilə yazılmış 29 oktyabr 2019-cu il tarixli qəbzdə aşağıdakı məzmundan mətn əks olunmuşdur. “Mən Təqsirləndirilən şəxs1, tanışım Şahid5 vasitəsi ilə Mətləb adlı şəxs mənə yaxınlaşıb Mirzəyev Coşqunun həbsdən çıxması ilə əla 11.500 man pul götürdüm və iş həll olunmayan təqdirdə həmin pulu qaytaracağıma söz verirəm. Mətləb kişidə olan 2100 (2700) AZN mən ödəməyi öz öhdəmə götürürəm”. Yazının sonuna imza çəkilmiş və Təqsirləndirilən şəxs1 yazılmışdır (cild 1, iş vərəqə 211, cild 2, iş vərəqə 263 ). Dəymiş zərərin ödənilməsi haqqında 5 avqust 2020-ci il tarixli protokoldan görünür ki X2 Cəlil Teymur oğluna ödənilməsi üçün 2500 manat məbləğində pulu istintaq orqanına təqdim etmişdir (cild 2, iş vərəqə 276). Dəymiş zərərin ödənilməsi haqqında 6 avqust 2020-ci il tarixli protokoldan görünür ki, müstəntiq tərəfindən 2500 manat məbləğində pul vəsaiti Cəlil Mirzəyevin anası Şahid4 verilmişdir. Bununla bağlı həmin tarixdə Şahid4 A4 formatında kağız üzərində əl yazısı ilə qəbz də yazmışdır (cild 2, iş vərəqə 298-299). Dəymiş zərərin ödənilməsi haqqında 8 avqust 2020-ci il tarixli protokoldan görünür ki X1 Cəlil Teymur oğluna ödənilməsi üçün 1500 manat məbləğində pulu istintaq orqanına təqdim etmişdir. Həmçinin, dəymiş zərərin ödənilməsi haqqında 8 avqust 2020-ci il tarixli protokoldan görünür ki, müstəntiq tərəfindən 1500 manat məbləğində pul vəsaiti Cəlil Mirzəyevin anası Şahid4 verilmişdir. Bununla bağlı həmin tarixdə Şahid4 A4 formatında kağız üzərində əl yazısı ilə qəbz də yazmışdır (cild 2, iş vərəqə 339-341). Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş 12 noyabr 2020-ci il tarixli 10/99542 №li məktubda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs1 21.09.1993-cü il tarixli 1233 nömrəli əmrlə Azərbaycan Respublikası prokurorluq orqanlarına daxil olub, sonuncu dəfə 12.03.2001-ci il tarixdən 18 mart 2016-cı il tarixədək Bakı şəhər prokurorluğunun Daxili işlər orqanlarında qanunların icrasına nəzarət şöbəsinin prokuroru vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Baş prokurorunun 18 mart 2016-cı il tarixli, 10/16-11/97-k nömrəli əmri ilə Təqsirləndirilən şəxs1 xidməti və icra intizamını, Baş prokurorluq üzrə 28.07.2010-cu il tarixli 10/70 və 01.10.2010-cu il tarixli 10/100 nömrəli əmrlərin tələblərini pozduğuna, habelə vətəndaşlarla qeyri-prosessual münasibətlərə yol verdiyinə görə intizam qaydasında prokurorluq orqanlarından xaric edilmişdir (cild 4, iş vərəqə 131-142). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş 24 sentyabr 2020-ci il tarixli 64/20 №-li məktubdan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs1, xx.xx.1984-cü il təvəllüdlü ünvan 12 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs3, xx.xx.1963-cü il təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs2 həmin xəstəxanada müalicə almamışlar (cild 3, iş vərəqə 236-237). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsinin məlumatından və müvafiq hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 2 il dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 7 il 2 ay 16 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına 2 il sınaq müddəti ilə şərti məhkum edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinib 2 il dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.1-ci qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin təhlükəli residivi hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsinin məlumatından və müvafiq hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 Ağır cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 19 fevral 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3-cü maddələri ilə təqsirli bilinib barəsində 2 il 2 ay 6 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Abşeron Rayon Məhkəməsinin 10 oktyabr 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 2 il müddətində islah işləri cəzası təyin edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 08 may 2007-ci il tarixli amnistiya qərarına əsasən təyin edilmiş cəzadan azad olunmuş, Binəqədi Rayon Məhkəməsinin 06 avqust 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib barəsində 2500 manat cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya qərarına əsasən təyin edilmiş cəzadan azad olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi yaranmır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsinin məlumatından və müvafiq hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 6 il 6 ay 7 gün müddətində azadlıqdan məhrumetmə cəzasına 3 il sınaq müddəti ilə şərti məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 16 fevral 2018-ci il tarixli hökmü ilə əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsinə tövsif edilərək, qəti olaraq 2 il 6 ay 7 gün müddətində azadlıqdan məhrum etmə cəzasına 3 il sınaq müddəti ilə şərti məhkum edilmiş, Bakı Hərbi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib, barəsində 2 il 6 ay 7 gün müddətində azadlıqdan məhrumetmə və 1000 manat məbləğində cərimə cəzaları təyin olunmuşdur. Təqsirləndirilən şəxs3 sonuncu hökm üzrə cəza çəkdiyi penitensiar müəssisənin məlumatına əsasən onun cəzasının sonu 24 iyun 2021-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.4-cü və 32.4,312.2-ci maddələri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.4-cü və 32.4,312.2-ci maddələri ilə düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.4-cü maddələrində nəzərdə tutulan əməllər az ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsində nəzərdə tutulan əməl isə ağır cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Həmin qərarın 31-ci bəndində göstərilir ki, vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.4-cü və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.4-cü və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş 2 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2ci, 178.2.4-cü və 32.4,312.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs2 ittiham olunduğu maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.4-cü və 32.4,312.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 ittiham olunduğu maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Hərbi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 təyin olunmuş və halhazıradək ödənilməmiş 1000 manat məbləğində cərimə cəzası hazırkı hökmlə təyin ediləcək cəza ilə tamamilə toplamaq yolu ilə barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.4cü və 32.4,312.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edilmiş cərimə cəzası müstəqil icra olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, oğlu X21 X12 Füzuli rayonu və Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə iştirak etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini onların cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törədilmiş cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 barəsində ibtidai araşdırma zamanı seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçiməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 04 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 04 avqust 2020-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 2, iş vərəqə 243-244, 309-313). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 04 avqust 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 7 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 8 avqust 2020-ci il tarixdə ibtidai istintaq orqanının qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı tutulduğu 2 (iki) gün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmalı, cəzanın çəkilmə müddətinin başlanğıcı hazırkı hökmün elan edildiyi tarixdən hesablanmalıdır (cild 2, iş vərəqə 324-325, 356-357). Təqsirləndirilən şəxs3 hazırkı cinayət işi üzrə 4 dekabr 2020-ci il tarixdə - Bakı Hərbi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli hökmünə əsasən çəkilən cəza çəkdiyi dövrdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmişdir. Bununla belə onun barəsində hazırkı cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında - 28 yanvar 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasına keçirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 28 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda onlara verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən elektron və digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübutlar - X30 Məmmədova, sonuncunun Təqsirləndirilən şəxs1 vasitəsi ilə Təqsirləndirilən şəxs3 verdiyi pulun əvəzinə 800 manat məbləğində pul qaytarması barədə A4 formatında kağız üzərində əl yazısı ilə yazılmış qəbz, A4 formatında kağız üzərində əl yazısı ilə yazılmış 22.01.2020-ci il tarixli qəbz, Təqsirləndirilən şəxs1 11500 manat məbləğində pul alması əks olduğu kağız üzərində əl yazısı ilə yazılmış 29.10.2019-cu il tarixli qəbz, A4 formatında kağız üzərində əl yazısı ilə yazılmış 25.01.2020-ci il tarixli qəbz, A4 formatında kağız üzərində əl yazısı ilə yazılmış 06.08.2020-ci il tarixli qəbz, A4 formatında kağız üzərində əl yazısı ilə yazılmış 08.08.2020-ci il tarixli qəbz, Şahid3 könüllü olaraq təqdim etdiyi onun, eləcə də Şahid1 ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 arasında olan danışıqların əks olunduğu 1 ədəd “CD” disk, “Bakcell” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlər tərəfindən təqdim olunmuş 02 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 11.06.2015-ci il tarixli 7 saylı qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.4-cü və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.4-cü maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş 2 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 04 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.4-cü və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.4-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai araşdırma dövründə tutulduğu 2 (iki) gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində ibtidai araşdırma zamanı seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 14 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət 178.2.1-ci, 178.2.4-cü və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.4-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs3 qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Hərbi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 təyin olunmuş 1000 manat məbləğində cərimə cəzası hazırkı hökmlə təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə tamamilə toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə və 1000 manat cərimə cəzaları təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 28 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs3 təyin edilmiş cərimə cəzası müstəqil icra olunsun. İş üzrə maddi sübutlar - X30 Məmmədova, sonuncunun Təqsirləndirilən şəxs1 vasitəsi ilə Təqsirləndirilən şəxs3 verdiyi pulun əvəzinə 800 manat məbləğində pul qaytarması barədə A4 formatında kağız üzərində əl yazısı ilə yazılmış qəbz, A4 formatında kağız üzərində əl yazısı ilə yazılmış 22.01.2020-ci il tarixli qəbz, Təqsirləndirilən şəxs1 11500 manat məbləğində pul alması əks olduğu kağız üzərində əl yazısı ilə yazılmış 29.10.2019-cu il tarixli qəbz, A4 formatında kağız üzərində əl yazısı ilə yazılmış 25.01.2020-ci il tarixli qəbz, A4 formatında kağız üzərində əl yazısı ilə yazılmış 06.08.2020-ci il tarixli qəbz, A4 formatında kağız üzərində əl yazısı ilə yazılmış 08.08.2020-ci il tarixli qəbz, Şahid3 könüllü olaraq təqdim etdiyi onun, eləcə də Şahid1 ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 arasında olan danışıqların əks olunduğu 1 ədəd “CD” disk, “Bakcell” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlər tərəfindən təqdim olunmuş 02 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar