Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-603/2024 07.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “PROSPEKT” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, fərdi əməklə məşğul olmuş, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə – CM) 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni, təmiz çəkisi 10,056 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq ünvan 2 ünvanın yaxınlığına qədər daşımış, xx.xx.2023-cü il tarixdə, saat 18:30 radələrində Sabunçu RPİ 14-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ünvanda saxlanılaraq ünvan 3rləşən Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsinə gətirilmiş, PB-də onun üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki qəhvəyi rəngli gödəkcəsinin sol döş cibindən 1 ədəd şəffaf sellofana bükülmüş təmiz cəkisi 10,056 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 17:00-18:00 radələrində yaşadığı evdə gedən təmir işləri ilə əlaqədar taxta almaq üçün Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül küçəsində yerləşən taxta sexlərinə getmişdir. Dərnəgül küçəsində yerləşən taxta sexlərindən birinə yaxınlaşmış və alacağı materiallarla bağlı razılığa gəldikdən sonra avtomaşınına əyləşib Baksol yoluna çıxıb Ziya Bünyadov prospekti istiqamətində hərəkətini davam etdirmişdir. Dərnəgül küçəsində yerləşən FAB tikinti materialları mağazasının yaxınlığında avtomaşınını saxlamışdır. Avtomaşından düşüb 2 addım aralananda avtomaşınının arxasında saxlayan qara rəngli “Hyundai Tucson” markalı maşından 2 nəfər düşüb 1 dəqiqəlik onu çağırmışlar. Həmin şəxslərə yaxınlaşdığı zaman onlarla getməyi ona bildirmişlər, aralarında mübahisə yaranmışdır. Onlardan kim olduqlarını soruşanda bölmədə hər şeyin aydınlaşdırılacağını bildirmişlər. Onların avtomaşını ilə getməyi onu məcbur etsələr də razı olmamışdır. Bir nəfər şəxsdən telefon əlaqəsi saxladıqdan sonra onun öz avtomaşın ilə polis bölməsinə getməklərinə razı olmuşlar. Bir nəfər şəxs avtomaşını idarə etmək üçün qabaqda əyləşmiş, digər şəxs isə onunla arxada əyləşmişdir. Avtomaşının arxa oturacağında əyləşəndə əllərini qandallamışlar. Avtomaşında təkrarən kim olduqlarını soruşanda ona Sabuçu RPİ-nin 14-cü PB-in əməkdaşları olduqlarını bildirmişlər. 14-cü PB-yə çatdıqdan sonra onu PB-in rəisinin xidməti otağına aparmışlar. Rəis otaqda onunla yüksək səslə danışmağa başlamış, rəisə keçmiş polis əmakdaşı olduğunu bildirəndə onunla danışıq tərzini dəyişmişdir. Bundan sonra rəis ona bildirmişdir ki, ona edəcəyi yaxşılıq adının kitaba qeydiyyata düşməsi ola bilər. O da adının kitaba qeydiyyata düşməməsinə təkid etsə də PB-nin rəisi onu ailəsi ilə təhdid olunacağını bildirmişdir. Ona qarşı olan psixoloji təzyiqdən sonra narkotik vasitə gətirib cibinə qoymuşlar və çəkiliş zamanı deyəcəklərinin təkrarlayacağını bildirmişlər. Təqsirləndirilən şəxs suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən ona heç bir fiziki təzyiq göstərilməmişdir. Psixoloji təzyiq dedikdə ailə üzvləri ilə onu təhdid etmişlər. Onun kitaba qeydiyyata düşməyinin səbəbi barədə heç bir məlumat verməmişlər. O, ehtimal edir ki, namaz qıldığına görə onu CM-nin 234.1-1-ci maddəsi ilə ittiham etmişlər. 47 yaşına qədər heç vaxt narkotik vasitə qəbul etməmiş və ətrafında narkotik vasitə istifadə edən şəxs yoxdur. Narkotik vasitə istifadəçisi olub-olmamağı ilə bağlı məhkəmə-narkoloji ekspertizası keçirilmiş və narkotik vasitə istifadəçisi olmadığı müəyyən olunmuşdur. O, saxlanıldığı zaman ona dövlət hesabına vəkil təyin edilmişdir. Lakin təyinat üzrə vəkil o, bütün lazımi sənədlərə qol çəkdikdən sonra 14-cü PB-yə gəlib polis əməkdaşları ilə səmimi şəkildə görüşüb sənədlərə imza ataraq çıxıb getmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra verilən suallara cavab olaraq bildirmişdir ki, elan olunmuş ifadəsini təsdiq etmir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilən vaxt da baş verən hadisələri olduğu kimi demişdir. O, ibtidai istintaq zamanı müdafiəçidən imtina etməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Müqavilə üzrə müdafiəçisi olduğuna görə ona qarşı olan psixoloji təsirlərin və təzyiqlərin aradan qalxdığına arxayın olmuşdur. Ona çəkiliş zamanı təqdim etdiyi narkotik vasitəni ad, soyadını bilmədiyi Sabunçu RPİ-nin 14-cü PBnin polis əməkdaşı vermişdir. Həmin polis əməkdaşı heç bir istintaq hərəkətlərində iştirak etməmişdir. Ona qarşı Sabunçu RPİ-nin 14-cü PB-də fiziki təzyiq olmamış, amma 14-cü PB-nin rəisi tərəfindən psixoloji təsirə məruz qalmışdır. Şahid2 tərəfindən ona qarşı heç bir fiziki, psixoloji təsir və təzyiq göstərilməmişdir. Onu saxlayan polis əməkdaşlarından biri də Şahid1dir. O, Şahid1 məhkəmə prosesində verdiyi ifadəsi ilə razı deyil. Ona verilən ittiham tamamilə əsassız və qanunsuzdur, onu cəmiyyətdən təcrid etmək məqsədi ilə hazırlanmış qurma və saxta ittihamdır. Belə ki, irəli sürülmüş ittihamda onun guya 2023-cü ildən narkotik istifadəçisi olmağı, barəsində əməliyyat məlumatı daxil olduqdan sonra polis əməkdaşları onu saxlayaraq Sabunçu RPİ-nin 14-cü PB-yə aparmış, üzərinə baxış keçirilərkən guya onun vəkilin iştirakı olmadan keçirilməyini tələb etməyi və baxış zamanı cibindən 10,056 qram heroin aşkar olunmuşdur. Bunların heç biri ilə razı deyil, çünki qeyd olunanlar uydurmadır. Bundan başqa o, heç vaxt narkotik və ya psixotrop maddə istifadəçisi olmadığından təyin olunmuş ekspertiza onun qanında narkotik maddənin olubolmaması məsələsini açıq saxlayıb, ancaq narkomaniyadan əziyyət çəkmədiyini göstərib. Odur ki, deyilənlərin nəzərə alınaraq bəraət hökmü çıxarılmasını və yaxud çəkdiyi cəza müddəti ilə əvəzlənməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin mərhələdə verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, CM-in 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilir, xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, orta təhsillidir, evlidir, məhkum olunmamışdır, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağ evi küçəsi, ev 342 ünvanda qeydiyyatda olmaqla müxtəlif ünvanlarda yaşayır. 2023-cü ildən narkotik istifadəçisidir. Narkotik vasitəni hər zaman tapmaq mümkün olmadığından, xx.xx.2023-cü il tarixdə qərara gəlmişdir ki, bir neçə günlük istifadəsinə çatması üçün narkotik vasitəni çox alsın. Həmin tarixdə saat 11 radələrində narkotik alması üçün Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Kubinka” adlanan əraziyə getmişdir. Həmin ərazidə üzdən narkotik alüdəçisinə oxşayan, hazırda tanımadığı və görsə belə tanıya bilməyəcəyi şəxsə yaxınlaşaraq narkotik vasitə olan “kakos” adlanan heroin istəmişdir. Üzərində olan 60 manatdan 55 manatını həmin şəxsə verərək 55 manatlıq heroin istəmişdir. Həmin şəxs pulu alaraq ondan uzaqlaşmış,təxminən 10 dəqiqə sonra həmin şəxs ona yaxınlaşaraq şəffaf sellofanda 1 ədəd büküm vermiş, heroin olduğunu bildirmişdir. O, həmin bükümü alaraq əynindəki qəhvəyi rəngli gödəkcəsinin cibinə qoyub oradan uzaqlaşmışdır. Həmin tarixdə, saat 18:30 radələrində, təkcə Nərimanov rayonu, Dərnəgül küçəsi 1 ünvanın qarşısı ilə piyada gedərkən sonradan adlarını bildiyi 14-cü PB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 ona yaxınlaşaraq özlərini təqdim etmiş və xidməti vəsiqələrini göstərərək şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Heç bir sənədi olmadığından və üzərində heroin olduğundan ifşa olunmasın deyə onlardan yayınmağa çalışmış, lakin polis əməkdaşları ondan şübhələnərək onu 14-cü PB-yə dəvət etmişlər. O, etiraz etmədən qeyd etdiyi polis əməkdaşları ilə birgə 14-cü PB-yə getmişdir. 14-cü Polis bölməsində inzibati otaqların birində X3 ona hüquq və vəzifələrini izah etdikdən sonra qanunsuz əşyaların daşınması, əldə edilməsi və gəzdirilməsində şübhəli bilindiyi üçün Sabunçu RPİ 14-cü PB-in əməkdaşları tərəfindən Polis bölməsinə gətirildiyini bildirmişdir. Ona siyahıdan seçdiyi vəkil Səməd Əliyev təqdim olunmuş, daha sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsi təklif edilmiş, o, etiraz etməmişdir. Lakin ərizə ilə müraciət edərək bildirmişdir ki, üzərinə şəxsi axtarış vəkilin iştirakı olmadan keçirilsin. Bunu ona görə etmişdir ki, istəməmişdir ki, vəkili üzərindən narkotik aşkar olunmasını görsün, belə ki, üzərindən narkotik aşkar olunmasını görsəydi onu əminliklə müdafiyə etməyəcəydi. Məhz bu səbəbdən 14-cü PBdə üzərinə videoçəkilişlə şəxsi axtarış vəkilin iştirakı olmadan keçirilmişdir. Şəxsi axtarış keçirilərkən X3 tərəfindən ona bildirilmişdir ki, üzərində saxlanılması qanunla qadağan olunmuş əşya və ya predmetin olduğu təqdirdə təqdim etsin. O, əynində olan qəhvəyi rəngli gödəkcənin sol döş cibindən, içərisində heroin olan bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. X3 tərəfindən büküm açılarkən içərisində tünd qəhvəyi rəngli maddənin olması görünmüşdür. Sorğu zamanı bildirmişdir ki, həmin maddə “kakos” adlandırdığı narkotik vasitə heroindir, narkotik istifadəçisidir, həmin heroini “Kubinka” adlanan ərazidən 55 manata almışdır. Daha sonra üzərinə baxış keçirilərkən əynindəki şalvarının sağ arxa cibindən “Redmi Note 9” markalı mobil telefon aşkar edilmişdir. Ondan aşkar edilmiş içərisində heroin olan 1 ədəd büküm və mobil telefonu X3 tərəfindən zərfə qoyularaq qablaşdırılmış və zərf möhürlənmişdir. Şəxsi axtarışı barədə protokol tərtib olunmuş, o, və digər iştirakçılar zərfi və həmin protokolun doğruluğunu imzaları ilə təsdiqləmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, üzərində saxlanılması və daşınması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat Sabunçu RPİ-nin 14-cü PB-nin rəisinə məruzə olunmuşdur. Bununla əlaqədar PB-də əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək Nərimanov rayonu, Dərnəgül küçəsi 1 ünvanda onun və 14-cü PB-nin əməliyyat müvəkkili, Şahid1 iştirakı ilə saxlanılaraq ünvan 5 ünvanda yerləşən 14-cü PB-yə gətirmişlər. 14-cü PB-də X3un iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı olmadan video çəkilişlə şəxsi axtarış aparılarkən sonuncunun üzərindən narkotik vasitə aşkar olunmuşdur. Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxladıqları vaxt tam yadında deyil. Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayında, günorta radələrində saxlamışlar. Təqsirləndirilən şəxs Nərimanov rayonu, Dərnəgül küçəsində hərəkətdə olan zaman saxlamışlar. Təqsirləndirilən şəxs saxladıqları vaxt ətrafda başqa şəxslər olmamışdır. Təqsirləndirilən şəxs Şahid1 şəxsi maşını ilə Sabunçu RPİ-nin 14-cü PB-yə aparmışlar. Təqsirləndirilən şəxs 14-cü PB-yə aparanda üzərində olan narkotik vasitəni hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkan yaratmamışlar. Dərnəgül prospekti və H.Əliyev prospektində tez-tez tıxaclar olduğuna görə 14-cü PB-yə nə qədər vaxta çatmaqları tam yadında deyil. Təqsirləndirilən şəxs saxlayaraq birbaşa Sabunçu RPİ-nin 14-cü PB-yə gətirmişlər. Təqsirləndirilən şəxs 14-cü PB-yə gətirilməsini raportla məruzə edib təhqiqatçıya təhvil vermişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman üzərindən narkotik vasitə heroin aşkar olunmuşdur. Aşkar olunan narkotik vasitənin çəkisi tam yadında deyil. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəni tanımadığı şəxsdən öz istifadəsi üçün əldə etdiyini demişdir. 14-cü PB-də Təqsirləndirilən şəxs qarşı heç bir fiziki, psixoloji təsir və təzyiq göstərilməmişdir. Aşkar olunan narkotik vasitə qablaşdırılaraq möhürlənib tərəflərindən imzalanaraq tərkibinin müəyyən olunması üçün ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs Nərimanov rayonu, Dərnəgül küçəsində yerləşən taxta satılan yerlərin yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs saxladıqları yerdə sonuncunun tanışları və digər şəxslər yox idi. Ona Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə bağlı məlumat daxil olmuşdur. 14-cü PB-də Təqsirləndirilən şəxs heç nəyi məcbur etməmişlər. 14-cü PB-də Təqsirləndirilən şəxs nəyəsə məcbur etsəydilər, sonuncu müdafiəçinin iştirakından imtina etməzdi. Təqsirləndirilən şəxs Nərimanov rayonu, Dərnəgül küçəsində hansı yerdə saxladıqları ünvan tam yadında deyil. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar olunmasını təsdiq edir. Video çəkiliş zamanı o, təhqiqatçı və Şahid1 iştirak etmişdir. Təqsirləndirilən şəxs öz razılığı ilə müdafiəçinin iştirakı olmadan sonuncun üzərinə şəxsi axtarış aparılmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023cü il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin daşınması və saxlanılması barədə məlumat daxil olmuşdur. Bununla bağlı Sabunçu RPİ-nin 14-cü PB-də əməliyyat qrupu yaradılmış, o da həmin qrupun tərkibində olmuşdur. Nərimanov rayonu, Dərnəgül küçəsi 1 ünvanında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq Sabunçu RPİ-nin 14cü PB-yə gətirilmişdir. 14-cü PB-də təhqiqatçı M.Müsəllimovun xidməti otağında vəkilin iştirakı olmadan Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış aparmışlar. Baxış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs gödəkcəsinin sol döş cibindən 1 büküm narkorik vasitə çıxardıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirdəndə sonuncunun şalvarının cibindən özünə məxsus 1 ədəd, “Samsung Note 9” markalı telefon aşkar olunmuşdur. Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxladıqları vaxt kənardan onları görüb yaxınlaşan olmamışdır. Təqsirləndirilən şəxs küçədə hərəkətdə olan zaman yaxınlaşmışlar. Təqsirləndirilən şəxs saxlanıldığı yerə maşınla gəlməsi barədə məlumatı yoxdur. Sabunçu RPİ-də 14-cü PB-də Təqsirləndirilən şəxs qarşı heç bir psixoloji təsir və ya təzyiq göstərilməmişdir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat tədbirdə iştirak edən digər polis əməkdaşına Şahid2 daxil olmuşdur. Daxil olmuş məlumatda Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması göstərilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni kiməsə satmasını müəyyən etməmişlər. Təqsirləndirilən şəxs saxladıqları vaxt ətrafda heç kimi görməmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki, psixoloji təsir və təzyiq göstərilməmişdir. Əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitələrin daşınması, saxlanılması və ümumi dövriyyəsi ilə məşğul olması göstərilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni kiməsə satması barədə məlumatı yoxdur. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, ədavətləri və ya düşmənçilikləri yoxdur. xx.xx.2023-cü il tarixdə qərəzsiz mənbədən daxil olmuş məlumatdan görünürdü ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, üzərində saxlanılması və daşınması ilə məşğul olur. Bununla əlaqədar 14-cü PB-də əməliyyat qrupu yaradılmış, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 18:30 radələrində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək Nərimanov rayonu, Dərnəgül küçəsi 1 ünvanda onun və 14cü PB-in əməliyyat müvəkkili, Şahid1 iştirakı ilə saxlanılaraq ünvan 5 ünvanda yerləşən 14-cü PB-yə gətirilmişdir. Təqsirləndirilən şəxs 14-cü PB-yə gətirilməsi barədə raportla məruzə etmiş, araşdırmanın aparılması 14-cü PB-nin təhqiqatçısı Müsəllim Müsəllimova tapşırılmışdır. Təqsirləndirilən şəxs PB-yə gətirilən andan şəxsi axtarışı aparılanadək tərəflərindən müşahidə altında saxlanılmış, bu səbəbdən də sonradan məlum olduğu kimi üzərində olan narkotik vasitəni hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Təqsirləndirilən şəxs tutulan andan ona təhqiqatçı M.Müsəllimov tərəfindən hüquqları izah olunmuş, müdafiəçi Səməd Əliyevlə təmin edilmiş, Rizvanın tələbi və rəsmi xahişi ilə müdafiəçinin iştirakı olmadan üzərində axtarış aparılmışdır. Təqiqatçı M.Müsəllimovun xidməti otağında olarkən təhqiqatçı saxlanılan Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılacağını bildirmiş, bununla əlaqədar etirazının olub-olmamasını soruşmuş, sonuncu etirazının olmadığını demişdir. Təhqiqatçı saxlanılan Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olub-olmamasını soruşmuş, olduğu təqdirdə təqdim etməsini istəmişdir. Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkcəsinin sol döş cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümdəki maddə “kakos”dur, yəni heroindir, özünün istifadəsi üçün “Kubinka” adlanan ərazidən tanımadığı şəxsdən 55 manata almışdır, Maştağa qəsəbəsində qeydiyyatda olsa da, daimi yaşayış yeri yoxdur, ayrı-ayrı gündəlik evlərdə yaşayır, üzərindən aşkar edilmiş narkotik tərkibli maddədən hər hansısa digər yerdə saxlamır, nəyi vardırsa üzərindən aşkar edilənlərdir. Həmin büküm onun, həmkarı Şahid1 və Təqsirləndirilən şəxs iştirakları ilə zərfə qoyulmuş, zərfin ağzı bağlanılmış, möhürlə möhürlənmiş, Təqsirləndirilən şəxs, o, və əməliyyat müvəkkili Şahid1 həmin zərfi imzalamışlar. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı sonuncunun şalvarının arxa sağ cibindən özünə məxsus “Note 9” markalı mobil telefon aşkar edilmişdir. Həmin telefon onun və Təqsirləndirilən şəxs iştirakı ilə zərfə qoyulmuş, zərf möhürlənmiş, o, əməliyyat müvəkkili Şahid1 və Təqsirləndirilən şəxs həmin zərfi, həmçinin bunlar barəsində tərtib olunmuş protokolla tanış olaraq protokolu imzalamışlar. Məhkəmə-kimyəvi ekspertizanın rəyindən sonra məlum olmuşdur ki, həmin bükümdə narkotik vasitə heroin olmuşdur. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrindən görünür ki, digər Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, ibtidai istintaq zamanı eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 234.1-1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması bildirilmişdir. (İ cild, i.v. 2) xx.xx.2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması, daşıması barədə Sabunçu RPİ-nin 14-cü PB-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (İ cild, i.v. 3-4) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:30-da CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 18.30-dan tutulmuş hesab edilmişdir. (İ cild, i.v. 29) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan, xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, maddə və ya başqa nə varsa təqdim etməsi təklif edilmişdir. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkcəsinin sol döş cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuş, həmin büküm açılarkən içərisində maddənin olması görünmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş büküm narkotik vasitə “kakos”dur, “Kubinka” adlanan ərazidən 55 manata almışdır, Maştağa qəsəbəsində qeydiyyatda olsa da, daimi yaşayış yeri yoxdur, ayrı-ayrı gündəlik evlərdə yaşayır, üzərindən aşkar edilmiş narkotik tərkibli maddədən hər hansısa digər yerdə saxlamır, nəyi vardırsa üzərindən aşkar edilənlərdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və şalvarının sağ arxa cibindən 1 ədəd “Note 9” markalı mobil telefon aşkar edilmiş və həmin aşkar edilmiş 1 ədəd “Note 9” markalı mobil telefon zərfə qoyularaq qablaşdırılmışdır. (İ cild, i.v. 34-35, 58-59) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2071 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 100” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Rəhimov” sözləri soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 10,056 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (İ cild, i.v. 42-44) Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 5(008)-320/2023 saylı qərarından görünür ki, Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu RPİ-in 14-cü PB-in əməliyyat müvəkkili, polis baş leytenantı Tariyel Rzaquliyevin “təxirəsalınmaz əməliyyat keçirilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. (İ cild, i.v.49) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 63-64) Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(008)-289/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (İ cild, i.v. 79-83) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmənin aparıldığı videogörüntünü özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs götürülmüş 10,056 qram olan və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 10,006 qram çəkidə olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. (İ cild, i.v. 102) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X6 Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 2092 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müəlicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (İ cild, i.v. 128-129) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (İ cild, i.v. 150-152) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (İ cild, i.v. 153-155) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild, i.v. 96) Məhkəmənin sorğusu əsasında Sabunçu Rayon Prokurorluğundan daxil olmuş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 14-cü PB-in əməkdaşları tərəfindən psixi təzyiqlərə məruz qalması ilə bağlı rayon prokurorluğunda araşdırılan 600-C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ilkin mərhələdə verdiyi ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 234.1-1ci maddəsi ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, psixoloji təzyiqlərə məruz qaldığından ibtidai istitaq zamanı etirafedici ifadələr verməsi və s. ilə bağlı verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən şəxsi mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, Sabunçu Rayon Prokurorluğundan daxil olmuş xx.xx.2023-cü il tarixli qərar, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı, yəni satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımasına dair ibtidai istintaq zamanı ilkin mərhələdə müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs təzyiqlərə məruz qaldığından ibtidai istitaq zamanı etirafedici ifadələr verməsinə dair ifadəsində göstərdikləri ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, cinayət işi üzrə ilkin araşdırma mərhələsindən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq üzərində şəxsi axtarış aparıldığı andan başlayaraq, onun ibtidai istintaqın ilkin mərhələsində təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində də Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11 radələrində narkotik alması üçün Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Kubinka” adlanan əraziyə getməsini, həmin ərazidə üzdən narkotik alüdəçisinə oxşayan, hazırda tanımadığı və görsə belə tanıya bilməyəcəyi şəxsə yaxınlaşaraq narkotik vasitə olan “kakos” adlanan heroin istəməsini, üzərində olan 60 manatdan 55 manatını həmin şəxsə verərək 55 manatlıq heroin istəməsini, həmin şəxsin pulu alaraq ondan uzaqlaşmasını, təxminən 10 dəqiqə sonra həmin şəxs ona yaxınlıaşaraq şəffaf sellofanda 1 ədəd büküm verməsini, o, həmin bükümü alaraq əynindəki qəhvəyi rəngli gödəkcəsinin cibinə qoyub oradan uzaqlaşmasını etiraf etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “heroin” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halı nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18.30-da azadlığı faktiki məhdudlaşdırılmış, həmin tarixdə, saat 20.30-da şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(008)-289/2023 saylı qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki məhdudlaşdırılaraq eyni tarixdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 65 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,006 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 80 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 80 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Müdafiəçi1 göstərdiyi cəmi 80 saat hüquqi yardıma görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 480 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,006 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 80 (səksən) saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 480 (dörd yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-603/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-603/2024
07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver