Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-603/2025 20.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X10 və X2 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-cü ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Biləsuvar rayonu Ağalıkənd kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM-in) 181.2.3, 181.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroin əldə edərək üzərində saxlamaqla daşımış və yaşayış sahəsinə qanunsuz olaraq girməklə, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,751 qram narkotik vasitə olan heroin əldə edərək üzərində saxlamaqla daşımış və xx.xx.2024-cü ildə saat 16:55-də Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Ayxan” marketin yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasına aparılaraq video çəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,751 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 02 radələrində silah qismində istifadə edilən əşyanı tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında blokun qarşısında olan qaldırıcı qurğunun üzərinə çıxmaqla açıq vəziyyətdə olan mətbəxin pəncərəsindən mənzilə qanunsuz daxil olub, yataq otağındakı paltar asılan dolabın üzərindəki qutunun içərisindən, üzərində rəngsiz şəffaf qaşları və 2 ədəd ağ rəngli muncuqlardan ibarət olan, sarı rəngli, 53,40 qram çəkidə, qiymətsiz mis, sink və s. metal ərintisindən hazırlanmış 01 ədəd 15 manat dəyərində boyunbağını, üzərində açıq-qırmızı rənglərdə qaşları olan, gümüşü rəngli, 10,91 qram çəkidə, qiymətsiz mis, nikel və s. metal ərintisindən hazırlanmış 01 ədəd 10 manat dəyərində boyunbağını, üzərində xaç, balıq və B hərf təsvirli kulonları, həmçinin üzərində “925” damğası olan, 12,12 qram çəkidə 01 ədəd 50 manat dəyərində gümüş boyunbağını, üzərində 2 ədəd tünd yaşıl rəngli qaşı olan, 8,48 qram çəkidə, qismətsiz mis, nikel və s. metal ərintisindən hazırlanmış 01 ədəd 10 manat dəyərində qolbağı, üzərində 1 ədəd tünd çəhrayı rəngli qaşı olan, sarı rəngli, 8,38 qram çəkidə, halqası üzərində “583” damğası olan 01 ədəd 712 manat dəyərində qızıl üzüyü, üzərində 2 ədəd rəngsiz şəffaf qaşı olan, 5,32 qram çəkidə, sarı rəngli 01 cüt 452 manat dəyərində qızıl sırğanı, gümüşü və sarımtıl rəngli, 15,20 qram çəkidə qiymətsiz mis, sink və s. metal ərintisindən hazırlanmış 01 cüt 12 manat dəyərində sırğanı, üzərində rəngsiz şəffaf qaşları, 12,87 qram çəkidə, həmçinin “925” damğası olan 01 cüt 50 manat dəyərində gümüş sırğanı gizli olaraq taladıqdan sonra, onun qanunsuz əməllərini dayandırmasını tələb edən Zərərçəkmiş şəxs özündə olan silah qismində istifadə etdiyi istintaqla müəyyən edilməmiş bıçağı sonuncu istiqamətində tutaraq, hücuma məruz qalmış sonuncunu həmin bıçaqla öldürəcəyi ilə hədələməklə həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək ümumi dəyəri 1311,0 manat dəyərində qızıl-zinət və bəzək əşyalarını ələ keçirərək, Zərərçəkmiş şəxs ümumilikdə 1311 (bir min üç yüz on bir) manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda narkotiklə bağlı epizod üzrə özünü təqsirli bilməyərək və quldurluq epizodu üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitə istifadəçisi olmuş, lakin sonradan istifadə etməmişdir. 2024-cü ilin aprel ayında yaşadığı mənzilə polis əməkdaşları gələrək onu 15-ci PB-nə aparmışlar. O, həmin mənzildə bir xanımla birlikdə yaşamışdır. Onu bölməyə gətirdikdən sonra polis əməkdaşları ona qarşı fiziki güc tətbiq etmiş və əgər şəxsi axtarış zamanı narkotik vasitə olan heroinin ona məxsus olduğunu bildirməsə birlikdə yaşadığı xanımı da bölməyə gətirəcəkləri barədə təhdidlər etmişlər. Bu səbəbdən də o, şəxsi axtarış zamanı narkotik vasitə olan heroinin ona məxsus olduğun bildirmiş, lakin saxlanılarkən üzərində narkotik vasitə olmamışdır. İttihamdakı quldurluq epizodu üzrə isə bildirmişdir ki, o, sadəcə qanunsuz şəkildə zərərçəkmiş şəxsin evinə girərək oğurluq etmişdir. Belə ki, xx.xx.2024-cü ildə saat 02 radələrində ünvan 1 ünvanında blokun qarşısında qaldırıcı qurğunun quraşdırıldığını görmüş və həmin qurğu vasitəsilə həmin mənzilə qalxaraq pəncərədən içəri girmişdir. Bundan sonra mənzildən ittiham aktında qeyd edilən əşyaları götürmüş, lakin bu vaxt digər otaqdan səs gəldiyini eşitmişdir. Mənzilin qapısında açar olduğunu görüb qapını açaraq oradan qaçıb getmiş, mənzildə heç kimi görməmiş və heç kimə bıçaqla vurmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində bildirmişdir ki, təxminən 4 ilə yaxındır ki, narkotik vasitə istifadəçisidir. xx.xx.2024-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Ayxan” marketin yaxınlığında olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edərək xidməti vəsiqələrini göstərmiş və ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Həmin vaxt üzərində narkotik vasitə olduğundan qorxaraq oradan uzaqlaşmaq istəmiş, lakin həmin polis əməkdaşları onu saxlayaraq 15-ci PB-nə aparmışlar. Bölmədə inzibati otaqların birində ona dövlət hesabına vəkil təqdim edilmiş, hüquq və vəzifələrim izah olunduqdan sonra üzərinə video görüntü ilə şəxsi axtarış keçirilmişdir. O, şəxsi axtarış aparılmadan əvvəl vəkilin iştirakı olmadan aparılması barədə təhqiqatçıya müraciət etmiş və ərizə imzalamışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuş, o, açıq göy rəngli cins şalvarının sağ yan cibindən özünə məxsus içərisində narkotik vasitə heroin olan 01 ədəd şəffaf sellofan bükümü çıxardaraq təqdim etmişdir. Üzərindən aşkar edilən narkotik vasitə qablaşdırılaraq ekspertizaya göndərilmiş, şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. O, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir zorakılıq tətbiq edilməmiş, həmçinin narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Bundan başqa, xx.xx.2024-cü ildə təxminən saat 03 radələrində yaşadığı Zabrat qəsəbəsindən çıxıb Xətai rayonu ərazisinə gəlmişdir. Bir qədər gəzdikdən sonra Q.Məmmədov küçəsinə getmiş və orada binanın ikinci mərtəbəsinin işığının yandığını görmüş və evdə heç kimin olmadığını düşünmüşdür. Bu səbəbdən də bloka daxil olub pilləkənlərdən ikinci mərtəbəyə qalxmış və qaldırıcı qurğunun üstünə çıxaraq mənzilin balkonundan içəri daxil olmuşdur. İçəriyə daxil olarkən pəncərədə olan toru çıxartmış və pəncərə açıq olduğu üçün heç bir maneəsiz içəri daxil olmuşdur. Pəncərədən mətbəxə daxil olmuş və mətbəxdən yataq otağına keçmişdir. Orada paltar asılan yerdə olan qutunun içərisindən qiymətli hesab etdiyi bir ədəd boyunbağı, iki ədəd qolbağı, bir ədəd sırğanı götürüb oradan getmək istəyərkən evin sahibi yuxudan oyanıb onu görmüşdür. O, yataq otağına daxil olmamışdan əvvəl mətbəxdən götürdüyü məişətdə istifadə olunan bıçağı ev sahibinə göstərərək ona heç nə etməyəcəyin bildirmiş və həmin qadına heç nə etməyib qapını açıb oğurladığı əşyaları da götürüb oradan qaçmışdır. Daha sonra oğurladığı əşyalarla birlikdə H.Aslanov metrostansiyasının yanına gedib xatırlamadığı taksi ilə Zabrat qəsəbəsinə getmişdir. Zabrat qəbristanlığında oğurladığı əşyaları gizlətmiş, sonra isə yaşadığı evə getmişdir. Polis əməkdaşları xx.xx.2024-cü ildə onu tutarkən isə o, törətdiyi cinayət əməlini etiraf etmiş və əməlindən peşman olduğunu bildirmişdir. O, törətdiyi cinayət əməlini əvvəlcədən planlaşdırmamış, Valentinanı oğurladığı əşyaları ondan almasın və ona maneə olmasın deyə itələmiş, lakin sonuncuya heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxsin mənzilinə daxil olarkən üzərində cib bıçağı olmuş, lakin onu çıxartmamış və heç kimi bıçaqla hədələməmişdir. Həmçinin mənzildən səs eşitsə də heç kimi görməmiş, zərərçəkmiş şəxsi ilk dəfə üzləşdirmə istintaq hərəkəti zamanı görmüşdür. Bundan başqa mənzildən oğurladığı əşyaları qəbirstanlıqda gizlətmiş və saxlanıldıqdan sonra polis əməkdaşları ilə həmin yerə gedərək əşyaları təhvil vermişdir. Daha sonra mənzilə daxil olarkən heç kimi görmədiyini, heç kimə bıçaq nümayiş etdirmədiyini və bununla əlaqədar sübut olmadığını nəzərə alaraq barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, CD disklərdə olan videogörüntülər, baxış və götürmə keçirilməsi və ifadənin yerində yoxlanılmasına, şəxsin tanımmaya təqdim edilməsinə dair protokollardan, foto-şəkillər, ekspertiza rəyləri və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla tək yaşamışdır. xx.xx.2024-cü il saat 02 radələrində evində yatarkən evdən səs gəldiyini eşitmiş, bu zaman başını qaldırdıqda bir gənc oğlanın otaqda gəzdiyini görmüşdür. Həmçinin şkafın qapısının açıq olduğunu görmüş, həmin oğlan ona məxsus bijuteriya və qızıl zinət əşyalarını götürmüş və nəsə axtarmağa davam etmişdir. O, işığı yandırarkən həmin şəxsin əlində bıçaq olduğunu gördükdə qışqırmış və sonuncu ona sakit olmağını bildirmişdir. O həmin şəxsə istədiyi əşyanı götürüb getməyini bildirmiş, lakin sonuncu ona yaxınlaşaraq qolundan tutmuş, bu zaman o, qışqırmağa başlamışdır. Bundan sonra evindən götürdüyü iki bıçağı onun boğazına yaxınlaşdıraraq anasının öldüyünü, 5000 manat pula ehtiyacı olduğunu və bu məbləği ona verməsini bildirmişdir. O isə pulunun olmadığını, 4 gün sonra pensiya alacağını, ancaq o zaman hamısını verə biləcəyini dedikdə həmin şəxs oğurladığı qızıl zinət əşyalarını və bujiteriyaları ciblərinə dolduraraq ona yaxınlaşmamağını, bıçağı isə əlində ona tərəf göstərib heç nə etməyəcəyini bildirmişdir. Həmçinin iki əli ilə başından arxaya tərəf itələmiş, o isə yeriməkdə çətinlik çəkdiyi üçün müvazinətini itirib divara dəymişdir. Həmin şəxs isə qapıdan çıxıb qaçmış və telefonun kabelini qırmışdır. O qapıya yaxınlaşmağa qorxmuş, mətbəxə daxil olmuş, stolun üstündə mismar çıxaran alətin qaldığını və pəncərənin onun bağladığı şəkildə deyil, başqa şəkildə bağlandığıı görmüşdür. O, mobil telefonuyla DİN-in 102 xidmətinə zəng edərək məlumat vermiş, mənzilinə naməlum şəxsin daxil olduğunu və mənzildə olan qızıl zinət əşyalarını talamasını bildirmişdir. Gecə təxminən 30 nəfərə yaxın polis əməkdaşı evinə gəlmiş və səhər saat 7-də çıxıb getmişlər. Daha sonra ona zəng edərək bölməyə çağırmışlar. O, qapıya çıxarkən mənzilinə daxil olan şəxsin onun pul qabını ora atdığını görmüşdür. İçərisində pul olmadığı üçün pul qabını götürməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ona heç bir xəsarət yetirməmiş, sonuncu sadəcə pul lazım olduğunu bildirmiş və mənzildən çıxmaq üçün onu itələyib qaçmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, yaşadığı mənzilə qanunsuz daxil olub dəyərli əşyalarını götürən Təqsirləndirilən şəxs onu hədələyərək boğazına dayadığı bıçağı onun mətbəxindən götürmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs şikayətçi olduğunu və onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü ildə qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı həmin gün onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. xx.xx.2024-cü ildə saat 16:55 radələrində o və əməliyyat qrupunun üzvü Sabunçu RPİ-nin 15-ci PB-nin CA üzrə əməliyyat müvəkkili X5 ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Ayxan” marketin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, sonuncunun narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Sabunçu RPİ-nin 15-ci PB-yə aparmışlar. Bölmədə Bakı şəhəri, 15-ci PB-nin təhqiqatçısı X7 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra sonuncunun istəyi ilə dövlət hesabına müdafiəçi təyin edilmiş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah olunduqdan sonra üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl sonuncu vəkilinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsi barədə ərizə ilə müraciət etmişdir. Video görüntü ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra sonuncu əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik maddə olan heroinə bənzər maddəni çıxardaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddəni xx.xx.2024-cü ildə səhər saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsində adını və yaşadığı yeri bilmədiyi şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən, Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra aşkar edilmiş içərisində narkotik vasitə heroinə bənzər maddə təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf DİN-nin 161 saylı möhürü ilə möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Məhkəmə iclasında Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı hər hansı fiziki və psixi təyziq edilməmişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin CA üzrə əməliyyat müvəkkili X3 məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü ildə qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş və bununla bağlı həmin gün əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. xx.xx.2024-cü ildə saat 16:55 radələrində o və əməliyyat qrupunun üzvü Sabunçu RPİ-nin 15-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Ayxan” marketin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, sonuncunun narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Sabunçu RPİ-nin 15-ci PB-yə aparmışlar. Bölmədə Bakı şəhəri, 15-ci PB-nin təhqiqatçısı A.N.Səfərli tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra sonuncunun istəyi ilə dövlət hesabına müdafiəçi təyin edilmiş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah olunduqdan sonra üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl sonuncu vəkilinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsi barədə ərizə ilə müraciət etmişdir. Video görüntü ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra sonuncu əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik maddə olan heroinə bənzər maddəni çıxardaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddəni xx.xx.2024-cü ildə səhər saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsində adını və yaşadığı yeri bilmədiyi şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən, Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra aşkar edilmiş içərisində narkotik vasitə heroinə bənzər maddə təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf DİN-nin 161 saylı möhürü ilə möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Cinayət işinin İ cild 141-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cild 193-195-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İ cild 40-41-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cild 94-96-cı vərəqələrində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü ildən hesablanmaqla 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İİ cild 22-27-ci vərəqələrində olan Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün, yəni xx.xx.2024-cü ilədək uzadılmışdır. Cinayət işinin İİ cild 102-103-cü vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İİ cild 122-123-cü vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İ cild 158-162-ci vərəqələrində olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 6/2360 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №161” möhür əksi, “Vətəndaş Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş...” və s. ad, soyad, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,751 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: heroinin təmiz çəkisi – 0,751 qr, tədqiqata sərf edildi – 0,05 qr, qalıq – 0,701 qr. Cinayət işinin İ cild 226-229-cu vərəqələrində olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 6/3617-9/5592 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində rəngsiz şəffaf qaşları və 2 ədəd ağ rəngli muncuqlardan ibarət olan, sarı rəngli, 53,40 qram çəkidə, qiymətsiz mis, sink və s. metal ərintisindən hazırlanmış 01 ədəd 15 manat dəyərində boyunbağı, üzərində açıq-qırmızı rənglərdə qaşları olan, gümüşü rəngli, 10,91 qram çəkidə, qiymətsiz mis, nikel və s. metal ərintisindən hazırlanmış 01 ədəd 10 manat dəyərində boyunbağı, üzərində xaç, balıq və B hərf təsvirli kulonları, həmçinin üzərində “925” damğası olan, 12,12 qram çəkidə 01 ədəd 50 manat dəyərində gümüş boyunbağı, üzərində 2 ədəd tünd yaşıl rəngli qaşı olan, 8,48 qram çəkidə, qismətsiz mis, nikel və s. metal ərintisindən hazırlanmış 01 ədəd 10 manat dəyərində qolbağı, üzərində 1 ədəd tünd çəhrayı rəngli qaşı olan, sarı rəngli, 8,38 qram çəkidə, halqası üzərində “583” damğası olan 01 ədəd 712 manat dəyərində qızıl üzük, üzərində 2 ədəd rəngsiz şəffaf qaşı olan, 5,32 qram çəkidə, sarı rəngli 01 cüt 452 manat dəyərində qızıl sırğa, gümüşü və sarımtıl rəngli, 15,20 qram çəkidə qiymətsiz mis, sink və s. metal ərintisindən hazırlanmış 01 cüt 12 manat dəyərində sırğa, üzərində rəngsiz şəffaf qaşları, 12,87 qram çəkidə, həmçinin “925” damğası olan 01 cüt 50 manat dəyərində gümüş sırğanın ayrı-ayrılıqda tərkibi, əyarı və digər göstəriciləri göstərilmişdir. Ekspertiza tədqiqatına təqdim edilən zərgərlik məmulatlarının orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1311,0 manat müəyyən olunur. Cinayət işinin İ cild 159 və 227-ci vərəqələrində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 110 (bir yüz on) və 128 (bir yüz iyirmi səkkiz) manat olmaqla cəmi 238 (iki yüz otuz səkkiz) manat müəyyən edilmişdir. Cinayət işinin İ cild 230-231-ci vərəqələrində olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 5524 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin İ cild 24-28-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli baxış və götürmə keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, həmin tarixdə saat 17:00-dan 18:00-dək “Zabrat” qəbirstanlığına baxış keçirilərək Təqsirləndirilən şəxs həmin yerdə gizlədərək saxladığı bir ədəd üzərində zümrüd qaş olan qızıl üzük, bir cüt qızıl sırğa, bir ədəd üzərində üç dədə xaç, B hərfi və balıq klon olan gümüş boyunbağı, bir ədəd üzərində iki ədəd mirvari olan dəmir boyunbağı, bir ədəd üzərində qaşları olan dəmir boyunbağı, bir cüt dəmir sırğa, bir cüt üzərində qaş olan gümüş sırğa, bir ədəd üzərində iki ədəd qaş olan dəmir broş götürülmüşdür. Cinayət işinin İ cild 97-102-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisənin necə baş verməsini əyani təsvir etmişdir. Sonuncu xx.xx.2024-cü ildə yaşadığı Zabrat qəsəbəsindən çıxıb Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsində yerləşən H.Aslanov metrostansiyasına gəlib oradan Q.Məmmədov küçəsi 3/22 ünvanının qarşısına gəldiyini, orada binanın ikinci mərtəbəsində yerləşən evə oğurluq üçün daxil olmağı planlaşdırdığını, evin ikinci mərtəbəsinə qalxıb oradan qaldırıcı qurğunun üstünə çıxaraq mənzilin balkonuna daxil olduğunu, mənzilin mətbəx hissənin pəncərəsində olan toru açmaqla pəncərənin açıq hissəsindən mənzilə daxil olduğunu, yataq otağındakı qutunun içərisindəki qızıl zinət əşyalarını və bijuteriyaları götürən zaman Zərərçəkmiş şəxs gördüyünü, daha sonra oğurladığı əşyaları cibinə qoyaraq sonuncunu itələyərək mənzilin qapısını açıb evdən qaçdığını bildirib ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərmişdir. Cinayət işinin İ cild 70-71-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan və fotoşəkildən görünür ki, 01 ədəd üzərində zümrüd qaş olan qızıl üzük, 01 cüt qızıl sırğa, 01 ədəd üzərində üç dədə xaç, B hərfi və balıq kloun olan gümüş boyunbağı, 01 ədəd üzərində iki ədəd mirvari olan dəmir boyunbağı, 01 ədəd üzərində qaşları olan dəmir boyunbağı, 01 cüt dəmir sırğa, 01 cüt üzərində qaş olan gümüş sırğa, 01 ədəd üzərində iki ədəd qaş olan dəmir broş Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş və tanınma zamanı sonuncu həmin qızıl zinət və bəzək əşyalarını formasından, firmasından, markasından, rəngindən tanıdığını həmçinin ona məxsus olduğunu bildirmişdir. Cinayət işinin İ cild 72-74-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, şəxslər MYS-də yan-yana dayandıqdan sonra Zərərçəkmiş şəxs qarşı tərəfdə olan otaqda vizual görüntü ilə yan-yana dayanmış dörd nəfər kişi cinsinə mənsub eyni boylu, uyğun yaş kateqoriyasına aid dörd nəfərin içərisindən əli ilə göstərib onun baxış istiqamətindəki sağ tərəfdən birinci dayanan şəxsin xx.xx.2024-cü ildə saat 02 radələrində evinə qanunsuz daxil olub qızıl-zinyət əşyalarını və bijuteriyalarını oğurladığını, eyni zamanda həmin şəxsin onun başından itələyib qadığını qeyd edilən şəxsin əynində olan paltarlardan və sifət cizgilərindən digər şəxslərdən fərqləndiyini və ona qarşı talama cinayəti törədən şəxsin onun göstərdiyi sağ tərəfdən birinci sırada dayanan şəxs olmasını bildirmişdir. Cinayət işinin İ cild 154-cü vərəqəsində olan şəxsi axtarış və götürmə aparılmasının gedişatını əks etdirən CD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2024-cü ildə, saat 18:30-dan 18:35-dək Sabunçu RPİ-nin 15-ci PB-də qeydə alınmışdır. Təhqiqatçı A.N.Səfərli özünü və iştirakçılar özlərini təqdim etdikdən sonra saxlanılan şəxs özünü təqdim edir, bundan sonra təhqiqatçı şəxsin hansı səbəbdən saxlanılması barədə məlumat verir. Daha sonra təhqiqatçı şübhəli şəxsə hüquqlarını izah edir və üzərində hər hansı qanunsuz əşya varsa könüllü şəkildə təqdim etməsini bildirir, bundan sonra Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan heroini təqdim edir. Sonuncu təqdim etdiyi maddəni xx.xx.2024-cü ildə səhər saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 15 manat ödəməklə şəxsi istifadəsi üçün aldığını bildirir. Daha sonra təqdim olunmuş maddə təhqiqatçı tərəfindən qablaşdırılaraq DİN-in zərflər üçün olan 161 saylı möhürü ilə möhürlənərək götürülür. Sonuncunun üzərinə şəxsi axtarış aparılır, lakin başqa hər hansı bir əşya və ya predmet aşkar olunmur. Cinayət işinin İİ cild 28-43-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın gedişatını əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınaraq saxlanması üçün cinayət işinin materiallarına əlavə edilmiş, iş üzrə 01 ədəd üzərində rəngsiz şəffaf qaşları və 02 ədəd ağ rəngli muncuqlardan ibarət olan boyunbağı, 01 ədəd üzərində açıq-qırmızı rənglərdə qaşları olan boyunbağı, 01 ədəd üzərində xaç, balıq və B hərf təsvirli kulonlar olan gümüş boyunbağı, 01 ədəd üzərində 02 ədəd tünd yaşıl rəngli qaşı olan qolbaq, 01 ədəd üzərində 1 ədəd çəhrayı rəngli qaşı olan qızıl üzük, 01 ədəd rəngsiz şəffaf qaşı olan qızıl sırğa, 01 cüt gümüşü və sarımtıl rəngli sırğa, 01 cüt üzərində rəngsiz şəffaf qaşları olan gümüş sırğa maddi sübutlar kimi tanınaraq saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmış, iş üzrə digər maddi sübut Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalmış 0,701 qram narkotik vasitə olan heroin saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin İ cild 105-107-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü ildə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir; 2) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1ci maddəsi ilə təqsirli bilinərək və həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2023-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin İ cild 108-115-ci vərəqələrində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilərək üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cinayət işinin İİ cildinə əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinin xx.xx.2025-ci il tarixli, 7/2-3407/25 saylı məktubundan görünür ki, arxivlərin saxlanılma müddəti bitdiyindən 2024-cü ilin iyun ayı ərzində “102” Xidmətinə daxil olan məlumatların audiyazılarının təqdim edilməsi mümkün deyil. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikasının Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikasının CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamaqla daşıması və yaşayış sahəsinə qanunsuz olaraq girməklə, bıcaq istifadə edilən əşya tətbiq etməklə quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməsi cinayətlərinin törətməsini qismən etiraf etsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, baxış və götürmə keçirilməsinə, ifadənin yerində yoxlanılmasına və şəxsin tanınmaya təqdim edilməsinə dair protokollar, foto-şəkillər, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskdə olan videogörüntülər və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 181.2.3, 181.2.5 və 234.1-ci maddələri ilə tövsif olunmalı və həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Həmin qərarda qeyd olunur ki, şəxs silahı yalnız nümayiş etdirmişsə, digər ağırlaşdırıcı hallar olmadıqda işin konkret hallarından asılı olaraq onun hərəkətləri Azərbaycan Respublikasının CM-in 181.1-ci maddəsində nəzərdə tutulan quldurluq kimi tövsif edilməlidir. Həmçinin həmin qərarda qeyd olunur ki, yaşayış sahəsi dedikdə, yaşayış və qeyriyaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. -yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. -şəxs “daxil olmaq” əlamətilə özgə əmlakının talanması əməlində təqsirli bilinmişsə, onun hərəkətlərini əlavə olaraq CM-in 157-ci maddəsi ilə də tövsif etməyə ehtiyac yoxdur. Belə ki, bu cür qanunsuz hərəkət oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin tövsifedici əlamətidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq və Zərərçəkmiş şəxs icazəsi olmadan yaşadığı mənzilə daxil olaraq mətbəxdən götürdüyü bıçağı boğazına dayayaraq nümayiş etdirməklə sonuncudan pul tələb edərək bıçağı tətbiq edəcəyi hədəsi ilə onu qorxutması, bundan başqa zərərçəkmiş şəxsi itələyərək yıxması, sonuncunun əmlakını ələ keçirməsi faktları sübut edir ki, təqsirləndirilən şəxs bıçaqla sadəcə nümayiş etdirmək görüntüsü yaratmamış, onu tətbiq edəcəyinə zərərçəkmiş şəxsi inandırmış, onu qorxutmaqla sonuncunun əmlakını talamışdır. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-in 181.2.3 və 181.2.5-ci maddələrinin tərkib əlamətlərini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs saxlanılarkən üzərində narkotik vasitə olan heroinin olmaması və polis əməkdaşlarının fiziki təzyiqlərinə məruz qaldığı üçün şəxsi axtarış zamanı narkotik vasitənin ona məxsus olmasını bildirməsi, həmçinin qanunsuz olaraq daxil olduğu ünvan 1 ünvanında yerləşən mənzildə heç kimi görməməsi, heç kimi bıçaqla hədələməməsi və zərərçəkmiş şəxsi ilk dəfə üzləşdirmə istintaq hərəkətində görməsi barədə verdiyi ifadələri özünü müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə (İ cild i/v 152- 153), şübhəli və təqsirləndirilən şəxsin dindirmə (İ cild i/v 49-51, 171-172, 85-87, 183-184) protokollarından və Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə qərarından görünür ki (İ cild i/v 94-96), təqsirləndirilən şəxs istər məhkəməyədək istintaq dövründə, istərsə də məhkəmə iclasında özünü təqsirli və törətdiyi əməlindən peşman olduğunu bildirmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamışdır. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş şəxsi axtarışın gedişatını özündə əks etdirən CD diskdə olan video görüntülərdən də müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroini təqdim edərək həmin maddəni xx.xx.2024-cü ildə Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı şəxsdən 15 manat məbləğində pulu ödəməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir (İ cild i/v 154). Bununla yanaşı, məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 5524 saylı rəyindən də görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (İ cild i/v 230-231). Bundan başqa istər məhkəmə iclasında istərsə də məhkəməyədək istintaq dövründə, Zərərçəkmiş şəxs verdiyi ifadələrindən də görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 02 radələrində zərərçəkmiş şəxsin yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs mətbəxdən götürdüyü bıçaq ilə boğazına dayayaraq və nümayiş etdirməklə onu tətbiq edəcəyi ilə hədələmiş və sonuncudan pul tələb etmiş, zərərçəkmiş şəxsin pulunun olmadığını anladıqda onu başından arxaya tərəf itələmiş, bu zaman sonuncu müvazinətini itirərək yıxılmış və Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus qızıl-zinyət və bujiteriyaları götürərək oradan uzaqlaşmışdır (İ cild i/v İ cild 68-69). Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində məhkəməyədək istintaq dövründə polis əməkdaşları tərəfindən ona qarşı fiziki təzyiqə məruz qaldığını bildirsə də, bununla bağlı hər hansı orqana vəsatət və ya şikayət verməmişdir. Yuxarıdakılara əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının CM-in 181.2.3 və 181.2.5-ci maddələrinə əsasən özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə - səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs gənc olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü və 83.3.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad olunmasına baxmayaraq, iki il keçmədən, yəni xx.xx.2024-cü ildə yenidən qəsdən ağır cinayət törətmişdir (İ cild i/v 108-115). Azərbaycan Respublikasının CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını, zərərçəkmiş şəxsin şikayətçi olmasını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-in 181.2.3, 181.2.5 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 181.2.3, 181.2.5 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmalı və sonuncunun şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək, yəni 02 (iki) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalı və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx.xx.2024-cü ildən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-in 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-in 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 5524 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır (İ cild i/v 230-231). Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübutlar 01 ədəd üzərində rəngsiz şəffaf qaşları və 02 ədəd ağ rəngli muncuqlardan ibarət olan boyunbağı, 01 ədəd üzərində açıq-qırmızı rənglərdə qaşları olan boyunbağı, 01 ədəd üzərində xaç, balıq və B hərf təsvirli kulonlar olan gümüş boyunbağı, 01 ədəd üzərində 02 ədəd tünd yaşıl rəngli qaşı olan qolbaq, 01 ədəd üzərində 1 ədəd çəhrayı rəngli qaşı olan qızıl üzük, 01 ədəd rəngsiz şəffaf qaşı olan qızıl sırğa, 01 cüt gümüşü və sarımtıl rəngli sırğa, 01 cüt üzərində rəngsiz şəffaf qaşları olan gümüş sırğanın sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış kustar üsulla hazırlanmış 0,701 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərcinin cəmi 238 (iki yüz otuz səkkiz) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 181.2.3, 181.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.3, 181.2.5 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 181.2.3 və 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 29 aprel 2024-cü il tarixdən 01 may 2024-cü il tarixədək, yəni 02 (iki) gün müddət çıxılmaqla, sonuncunun üzərində qəti olaraq 08 (səkkiz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 07 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış kustar üsulla hazırlanmış 0,701 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar 01 ədəd üzərində rəngsiz şəffaf qaşları və 02 ədəd ağ rəngli muncuqlardan ibarət olan boyunbağı, 01 ədəd üzərində açıq-qırmızı rənglərdə qaşları olan boyunbağı, 01 ədəd üzərində xaç, balıq və B hərf təsvirli kulonlar olan gümüş boyunbağı, 01 ədəd üzərində 02 ədəd tünd yaşıl rəngli qaşı olan qolbaq, 01 ədəd üzərində 1 ədəd çəhrayı rəngli qaşı olan qızıl üzük, 01 ədəd rəngsiz şəffaf qaşı olan qızıl sırğa, 01 cüt gümüşü və sarımtıl rəngli sırğa, 01 cüt üzərində rəngsiz şəffaf qaşları olan gümüş sırğanın sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərcinin cəmi – 238 (iki yüz otuz səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından Bakı şəhəri 21 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-603/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-603/2025
20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver