Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-604/2022 02.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokurorları Dövlət ittihamçısı və X7 müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Mərkəz» vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə 1985-ci il oktyabrın 05-də Naxçıvan MSSR-in İliç rayonunun Axura kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işləməmiş, Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Axura kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyindəki ünvansız yeni tikilidə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib daşıyaraq saxlamışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci il aprelin 08-də saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi yaşayış massivində yerləşən «Meşə» kafesində tanışı X8 ona borclu olduğu 3.500 manat puldan 30 manatının ödənilmiş hesab edilməsi müqabilində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumi təmiz çəkisi 2,892 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 2021-ci il aprelin 08-də saat 18 radələrində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən «İnsaf» marketinin yaxınlığında saxlanaraq polis şöbəsinə gətirilmiş, orada üzərində şəxsi axtarış keçirildiyi zaman əynində olan göy rəngli qolsuz gödəkcənin sağ üst yan cibindəki bir ədəd qara rəngli plastik siqaret qabının içərisindən bir ədədi ağ kağıza, altı ədədi şəffaf sellofana və altı ədədi qara siqaret kağızına bükülmüş halda cəmi 13 ədəd bükümdə ümumi çəkisi 2,892 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edildikdə götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, o, psixotrop maddə metamfetamin aludəçisi olsa da heç vaxt həmin maddələrin satışını həyata keçirməmişdir. Tutularkən üzərində öz şəxsi istifadəsi üçün əldə etdiyi üç ədəd bükümdə psixotrop maddə metamfetamin olmuş və polis əməkdaşları tərəfindən tərəzi ilə çəkiləndə aşkarlanan maddənin cəmi 1,5 qram çəkidə olması müəyyən edilmişdir. Narkotik satışı ilə məşğul olmaqla qonşuluqda yaşayan X8 əvvəllər psixotrop maddə metamfetamin almamışdır, lakin bir yerdə qəbul etmişlər. Sonuncu ilə öncələr yaxşı olan münasibətlər Səbuhinin ondan aldığı 6.000 manat məbləğində pulun 2.500 manatını verərək qalanını qaytarmaması səbəbindən pisləşmişdir. Sonuncu qalan borcunun əvəzində bir dəfə ona 30 manatlıq psixotrop maddə metamfetamin vermiş, daha sonra Səbuhidən 3-4 dəfə də göstərilən maddəni əldə etmişdir. 2021-ci il aprelin 08-də saat 17-18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən «İnsaf» marketinin yanında polis əməkdaşları tərəfindən saxlanıb Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirilmişdir. Orada polis işçiləri izahatı özləri yazmış, videoçəkiliş zamanı Səbuhinin adını çəkməməsini bildirmişlər və ona fiziki zor göstərdiklərindən müəyyən sənədləri imzalamış, bu barədə müvafiq yerlərə şikayətlər etsə də nəticəsi olmamışdır. O, təzyiq altında qalmaqla psixotrop maddə metamfetamini Maarif adlı şəxsə çatdırmaqdan ötrü Səbuhinin verdiyini bildirsə də əslində qeyd olunan maddənin üç bükümünü sonuncudan özünün qəbul etməsinə görə almış, Səbuhinin ona verdiyi siqaret qabında 13 ədəd büküm olmasından xəbəri olmamışdır. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis baş leytenantı olmaqla Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid1 ifadəsində göstərdi ki, 2021-ci il aprelin 08-də saat 18 radələrində polis şöbəsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində xidmətdə olarkən «İnsaf» marketinin qarşısında bir nəfər şəxsin dayandığını görərək ona yaxınlaşıb özlərini təqdim etmişlər. Sonuncu Təqsirləndirilən şəxs olduğunu bildirməklə onlardan yayınmağa çalışanda narahatlıq keçirdiyini hiss etmiş və həmin şəxsi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirmişlər. Orada videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılan vaxt Təqsirləndirilən şəxs üstündə qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmet olduğu halda təqdim etməsi təklif edildikdə sonuncu əynində olan göy rəngli qolsuz gödəkçənin sağ üst yan cibindən bir ədəd plastik siqaret qabını, sol yan cibindən bir ədəd «Xiaomi Redmi 9» markalı mobil telefonu və beş manat məbləğində pulu təqdim edərək siqaret qutusundakı 13 ədəd bükümdə olan psixotrop maddə metamfetamini tanışı X12 Maarif adlı şəxsə çatdırmaq üçün ona verdiyini bildirmişdir. Aşkar edilən maddələr zərfə qablaşdırılıb möhürlənməklə üzəri bütün iştirakçılar, habelə Təqsirləndirilən şəxs tərəfindən könüllü şəkildə imzalanmışdır. Tərtib edilən protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs qarşı fiziki və mənəvi təsir tətbiq edilməmişdir. İş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, 2021-ci il aprelin 08də günorta saatlarında evdə olduğu zaman əri Təqsirləndirilən şəxs telefonuna çağırış siqnalı gələndə sonuncu zəng edənin X18 olduğunu və aldığı borcu qaytaracağını deyərək evdən çıxmışdır. Göstərilən tarixdə axşam saatlarında polisdən aldığı telefon məlumatından ərinin tutulduğunu öyrənmişdir. Səbuhinin və Səxavətin münasibətləri əvvəllər yaxşı olsa da sonradan borc məsələsinə görə pisləşmişdir. O, Səxavətin arada bir psixotrop maddə metamfetamin istifadə etdiyini bilsə də onun yanında qeyd olunan maddəni qəbul etməmişdir. İş üzrə əlavə şahid qismində dindirilən X18 ifadəsində göstərdi ki, qonşusu Təqsirləndirilən şəxs ilə yaxın münasibəti olmuşdur. 2020-ci ilin avqust ayında özünə avtomobil aldığı üçün pulu çatmadığından sonuncudan borca 5.000 manat almış, bir il ərzində borcun 4.000 manatını hissə-hissə qaytarsa da pandemiya ilə bağlı qalan hissəsini ödəməyi ləngitdiyindən Səxavət ilə münasibəti pozulmuş və sonuncu onunla ədavət aparmağa, sosial şəbəkələrdə onun və ailəsinin ünvanına xoşagəlməz ifadələr işlətməyə başlamışdır. Buna görə də o, məsələnin dava-dalaş həddinə çatmaması üçün Səxavətlə əlaqələrini kəsib 2021-ci ilin fevral ayında bütün mobil mesajlaşma proqramlarında sonuncunu blok etmişdir. 2021-ci il aprelin 08-də Səxavət polislər tərəfindən saxlanarkən Səxavətlə danışığı və ya mesajlaşması olmamışdır, həmin tarixdə saat 18-dək Bakı şəhərində olsa da hansı ünvanlarda olduğunu xatırlamır. Sonuncunun üzərindən aşkar edilmiş altı ədədi sellofana, altı ədədi siqaret kağızına və bir ədədi ağ kağıza bükülmüş psixotrop maddə metamfetamin olan qara plastik siqaret qabını Səxavətə verməsi ilə bağlı bildirdikləri yalandır. O, narkotik vasitə və psixotrop maddə istifadə etməmiş, habelə Səxavətə heç vaxt narkotik maddələri satmamışdır. Məhkəmə iclasında elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi 2021-ci il 08 aprel tarixli izahatda, eyni tarixli şübhəli şəxs və 2021-ci il 10 aprel tarixli təqsirləndirilən şəxs qismindəki ifadələrdə Azərbaycan Respublikasının CMnin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə ittiham olunduğu əməlləri etiraf edib üzərindən aşkarlanan altı ədədi sellofana, altı ədədi siqaret kağızına və bir ədədi ağ kağıza bükülmüş psixotrop maddə metamfetamini 2021-ci il aprelin 04-də günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində narkotik vasitə və psixotrop maddə satışı ilə məşğul olan tanışı X8 Maarif adlı şəxsə çatdırmaq üçün götürdüyünü, malı ötürdükdən sonra sonuncunun ona verəcəyi 1.000 manat məbləğində puldan ona 100 manat çatacağını; təqsirləndirilən şəxs qismindəki 2021-ci il 13 iyul tarixli ifadədə özünü qismən təqsirli bilməklə 2021-ci il aprelin 08-də gündüz saatlarında bankdan kredit borcunu ödəməsi tələbi ilə zəng gəldikdə Səbuhinin ondan aldığı 6.000 manat məbləğində borcu qaytarmağı tələb etdiyini, sonuncunun borcundan ödəyəcəyini deyərək onunla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən «Meşə» kafesində görüşməsini istədiyini, həmin yerə çatanda Səbuhinin idarə etdiyi avtomobilin kafenin qarşısında dayandığını görüb içəri keçməklə sonuncu ilə salamlaşdığını, Səbuhinin kiminləsə danışaraq pulu bir-iki saata ona çatdırılacağını, evdə zəngini gözləməsini dediyini, etiraz etməyib sonuncudan «patı» olub-olmamasını soruşduqda Səbuhinin cibindən içərisində 30 manat dəyərindəki üç ədəd xırda bükümdə psixotrop maddə metamfetamin olan plastik siqaret qabını çıxarmaqla ona verdiyini, kafedən 15-20 metr aralı olan «İnsaf» marketinin qabağında olduğu zaman özlərini polis əməkdaşı kimi təqdim edən iki nəfər şəxsin yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu gətirdikləri Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində videoçəkilişlə müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış və götürmə aparılarkən qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmet olub-olmaması olduğu halda təqdim etməsi təklifi ilə üzərindəki mobil telefonunu, beş manat məbləğində pulu və plastik siqaret qabını təqdim etməklə qutudakı üç büküm psixotrop maddə metamfetamini necə əldə etdiyini izah etdiyini, 13 ədəd bükümdəki göstərilən maddənin ona aidiyyətinin olmadığını, polis əməkdaşları tərəfindən döyülərək hədə-qorxu altında ifadələrini imzalamağa məcbur edildiyini, Maarif adlı şəxsi tanımadığını; 2021-ci il 17 dekabr tarixli əlavə ifadədə özünü qismən təqsirli bilib Səbuhidən rahat şəkildə bir bükümə 10 manat ödəməklə bir neçə dəfə şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin aldığını, təzyiq altında qalaraq qeyd olunan maddəni Maarif adlı şəxsə çatdırmaqdan ötrü Səbuhinin verdiyini bildirsə də əslində həmin maddəni sonuncudan özünün qəbul etməsinə görə əldə etdiyini, Səbuhinin siqaret qabına 13 büküm psixotrop maddə qoymasından xəbərsiz olduğunu; 2021-ci il 17 dekabr tarixli ifadədə yenidən ittiham olunduğu Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə özünü qismən təqsirli bilib sənədləri imzalamaqdan imtina edəndə polis işçilərinin ona qarşı fiziki zor tətbiq etməklə döymələri nəticəsində bunları etməyə məcbur olduğunu, Səbuhiyə tutulan gün sms göndərsə də sonuncunun borcunun qaytarılmasından yayınaraq onu şərlədiyini göstərmişdir (1-ci cild, iş vərəqi 28-29, 43-44, 55-56 və 136-139, 2-ci cild, iş vərəqi 76-79, 102-104). Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilən hadisə ərəfəsində polis baş leytenantı olmaqla Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid2 ibtidai istintaqda şahid qismində dindirilərkən Şahid1 ilə analoji ifadə vermişdir (2-ci cild, iş vərəqi 61-63). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin tərtib etdiyi raportdan görünür ki, şübhəli hərəkətlər etdiyindən Təqsirləndirilən şəxs 2021-ci il aprelin 08-də saat 18:50-də Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən «İnsaf» marketinin yaxınlığında saxlanaraq şöbəyə gətirilmişdir (1-ci cild, iş vərəqi 4). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin tərtib etdiyi 2021-ci il 08 aprel tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00-da Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, sonuncunun ailə üzvlərinə məlumat vermək hüququ təmin edilmiş, protokola əlavə və qeydlər daxil olmamışdır (1-ci cild, iş vərəqi 6). İş materiallarındakı şübhəli şəxs Təqsirləndirilən şəxs 2021-ci il 08 aprel tarixli razılıq ərizəsindən və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin tərtib etdiyi eyni və 2021-ci il 17 dekabr tarixli protokollardan görünür ki, videoçəkilişlə müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış və götürmə aparılarkən sonuncu əynindəki göy rəngli qolsuz gödəkcənin sağ üst yan cibindən bir ədəd plastik siqaret qabının içərisindən bir ədədi ağ kağıza, altı ədədi şəffaf sellofana və altı ədədi qara siqaret kağızına bükülmüş halda cəmi 13 ədəd bükümü, sol yan cibindən beş manat pulu və bir ədəd «Xiaomi Redmi 9» markalı mobil telefonu çıxarıb təqdim etməklə içərisindəki psixotrop maddə metamfetamini Maarif adlı tanışına vermək üçün digər tanışı X8 götürərək üzərində saxladığını, bunun müqabilində sonucudan 1.000 manat alacağını bildirmiş, aşkar edilən bükümlər zərfə qablaşdırılıb götürülmüş, iştirakçılar tərəfindən şikayət, təklif və ya qeydlər daxil olmamış, cinayət işinin materiallarına əlavə edilən bir ədəd CD diskinə baxış keçirilərkən qeyd olunanlar müəyyənləşdirilmişdir (1-ci cild, iş vərəqi 22 və 24-26; 2-ci cild, iş vərəqi 75). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin 2021-ci il 09 aprel 1078 №-li narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında aktından görünür ki, Təqsirləndirilən şəxs sidiyində MET aşkarlanmışdır (1-ci cild, iş vərəqi 34). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 09 aprel tarixli 6/1393 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün N159» dairəvi möhür əksi olan «Vət. Təqsirləndirilən şəxs üzərində götürülmüş maddələr...» yazı və imzalar olan zərfdəki 13 ədəd bükümdə ümumi təmiz çəkisi 2,892 qram ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı qalığı 2,632 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 88,70 manatdır (1-ci cild, iş vərəqi 36-39). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 10 aprel tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin əməli 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (1-ci cild, iş vərəqi 45-46). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2021-ci il 10 aprel tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il aprelin 08-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 66-68). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 25 may tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd «Xiaomi Redmi 9» markalı mobil telefona baxış zamanı «WhatsApp» proqramında «SEBUHİ Teze Nomre» kimi qeyd olunan +**********44 saylı nömrə ilə 2021ci il aprelin 08-də «Sabahın xeyr Səbuhi bangır verdin Səbuhi yağda 16 m qaldı vermədin nə fikirin var neynemey fikirin vasr niyə vermirsən bu pulu» məzmunlu mesajlaşma müəyyənləşdirilmiş, forocədvəl protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 80-83). İş materiallarında olan AZE seriyalı 12918770 №-li və AZE seriyalı 12918752 №-li şəxsiyyət vəsiqələrinin, habelə 2009-cu il 01 oktyabr tarixli AZ-İ seriyalı 528991 №-li nikah haqqında şəhadətnamənin kserosurətlərindən görünür ki, Səxavət Səlim oğlu X4 Məmmədova ilə 2009-cu il oktyabrın 01-də bağlanan nikahından 2009-cu il 01 dekabr təvəllüdlü X9 və 2014-cü il 20 noyabr təvəllüdlü X10 adlı övladları vardır (1-ci cild, iş vərəqi 85-86). İş materiallarında olan tarixsiz qəbzdən görünür ki, Şahid3 Təqsirləndirilən şəxs məxsus bir ədəd «Xiaomi Redmi 9» markalı mobil telefonu təhvil almışdır (1-ci cild, iş vərəqi 88). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 2021-ci il 11 iyun tarixli 4991 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs orada müalicədə olmamışdır (1-ci cild, iş vərəqi 90). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 06 iyul və 2021-ci il 08 noyabr tarixli protokollardan görünür ki, «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 05 iyul tarixli AZF/LGL-14276/21 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinə baxış vaxtı iş üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkarlanmamış, «SMS Tarixçəsi-**********4***-*******85» adlı faylda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan sms mətnlərində iş üzrə əhəmiyyət kəsb edən məlumat olmaması, «SMS Tarixçəsi- **********4***-*******85» adlı faylda qeyd olunan mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə smslərin göndərilməsi, «Zənglərin Detallaşması-**********5***-*******85» adlı faylda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 2021-ci il fevralın 08-dən 2021-ci il aprelin 08-dək daxil olan və çıxan zənglərə dair məlumatlar, «X3- **********5***-*******85» adlı faylda ***-***-**-** mobil telefon nömrəsinin X14 məxsus olması müəyyənləşdirilmişdir (1-ci cild, iş vərəqi 92-93 və 245-260). İş materiallarında olan Biləsuvar rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 001753 №-li və 2007-ci il 31 yanvar tarixli 002394 №-li vəsiqələrinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs qayını X5 1994-cü il fevralın 12-də vətən torpağını müdafiə edərkən şəhid olmuşdur, qayınanası X6 «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 1993-cü il 03 sentyabr tarixli Qanununda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır (1-ci cild, iş vərəqi 122-124). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 27 may tarixli 6/1671 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X19 №75» dairəvi möhür əksləri olan bir ədəd kağız paketə qablaşırılıb üzərində «Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddələr...» sözləri, soyadlar və imzalar olan bir ədəd zərfdəki 13 ədəd bükümdə ümumi təmiz çəkisi 2,632 qram olan psixotrop maddə metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidir, psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı qalığı 2,372 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 65 manatdır (1-ci cild, iş vərəqi 129-131). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 29 may tarixli 1641 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamindən sui-istifadə edilməsi nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild, iş vərəqi 132-133). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 13 iyul tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs şahid X13 üzləşdirilərkən birincisi 2021-ci il aprelin 08-də 16-16:30 radələrində 2021-ci il aprelin 08-də saat 16:30 radələrində Səbuhinin ona olan borcunun bir hissəsini qaytarması üçün sonuncu ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən «İnsaf» marketinin yaxınlığındakı «Meşə» kafesində görüşdüklərini, Səbuhinin bir nəfərə zəng edib danışdıqdan sonra 1-2 saata pulu gətirəcəyini və ona xəbər verəcəyini dediyini, bundan sonra sonuncudan öz şəxsi istifadəsi üçün üç ədəd bükümdə psixotrop maddə metamfetamin götürdüyünü bildirməklə ifadəsini təsdiqləmiş, sonuncu onun dedikləri ilə razılaşmayaraq Təqsirləndirilən şəxs ilə göstərilən tarixdə «Meşə» kafesində görüşmədiyini bildirmişdir (1-ci cild, iş vərəqi 140-143). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il iyulun 21-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild, iş vərəqi 149- 150). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 2021-ci il 27 iyul tarixli 003-9894-1221 №-li məktubunun kserosurətindən görünür ki, Təhlükəsiz Şəhər Xidmətində arxivlərin saxlanılma müddəti bitdiyindən üzərində Az ** TP *** dövlət qeydiyyat nişanını gəzdirən avtomobilin 2021-ci il aprelin 08-də saat 14:00-dan saat 18:00-dək olan hərəkəti barədə məlumat təqdim etmək mümkün olmamışdır (1-ci cild, iş vərəqi 151). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunun 2021-ci il 17 avqust tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 2021-ci il aprelin 08-də saat 17- 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən «İnsaf» marketinin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanıb Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirildikdən sonra orada polis işçiləri tərəfindən ona qarşı qeyri-qanuni hərəkətlər və zor tətbiq edilməsi, Orxan adlı polis əməkdaşının onu döyərək xəsarət yetirməsi barədə müraciəti ilə bağlı qeyd olunan xüsusiyyət öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir (1-ci cild, iş vərəqi 172-173). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 08 noyabr tarixli protokoldan görünür ki, «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 19 avqust tarixli AZF/LGL-21088/21 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinə baxış zamanı «SMS Tarixçəsi-**********5***-*******85» adlı faylda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə 2021-ci il aprelin 08-də daxil olan və çıxan zənglər arasında iş üzrə əhəmiyyət kəsb edən məlumat olmaması, «Zənglərin Detallaşması-**********4***-*******85» adlı faylda sonuncunun 2021ci il aprelin 08-də saat 00:19-da ***-***-**-**, saat 00:22-də ***-***-**-**, saat 00:23-də ***- ***-**-**, saat 01:04-də ***-***-**-**, saat 14:49-da və saat 15:11-də ***-***-**-**, saat 15:17-də ***-***-**-**, saat 15:19-da ***-***-**-**, saat 15:21-də ***-***-**-**, saat 15:41-də ***-***-**-** telefon nömrələri ilə əlaqədə olması, eləcə də Təqsirləndirilən şəxs 2021-ci il aprelin 08-də saat 00:19-dan saat 01:04-dək və saat 15:11-dən saat 18:44-dək olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana südçülük sovxozu ərazisi, Cəmşid ünvan 3 ünvanında, 2021-ci il aprelin 08-də saat 01:04-dən saat 14:50-dək olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 450 mənzillik köçkün yaşayış massivində, 2021-ci il aprelin 08-də saat 18:44-dən saat 18:55dək olan müddət ərzində ünvan 4 ünvanında və 2021-ci il aprelin 08-də saat 18:55-dən sonra isə sonuncunun ünvan 5 ünvanında olması, «X3-**********5***-*******85» adlı faylda ***-***-**-** saylı mobil nömrənin Azərbaycan Respublikası Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətinə, ***-***-**-** saylı mobil nömrənin X15 məxsus olması müəyyən edirilmişdir (1-ci cild, iş vərəqi 174 və 2-ci cild, iş vərəqi 9-15). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 25 avqust tarixli protokoldan görünür ki, «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 19 avqust tarixli AZF/LGL-21087/21 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinə baxış vaxtı 2021-ci il aprelin 08-də saat 15:11:44-də ***-***- **-** saylı, saat 15:17:42-də ***-***-**-** saylı, saat 15:19:48-də ***-***-**-** saylı, saat 15:21:32-də ***-***-**-** saylı nömrələrlə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** saylı mobil nömrə arasında zənglərin olması müəyyənləşdirilmişdir (1-ci cild, iş vərəqi 175-183). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 15 sentyabr tarixli protokoldan görünür ki, «Azercell Telekom» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 15 sentyabr tarixli 19239 №-li məktubu ilə daxil olan X12 istifadəsindəki ***-***-**-** saylı mobil nömrəyə aid məlumatları əks etdirən bir ədəd CD-R diskinə baxış vaxtı iş üzrə əhəmiyyət kəsb edən heç bir məlumat aşkarlanmamışdır (1-ci cild, iş vərəqi 190-191). İş materiallarındakı «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 16 sentyabr tarixli BKC/LGL-16061/21 №-li, «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 15 sentyabr tarixli AZF/LGL-24632/21 №-li məktublarından görünür ki, ***-***-**- ** saylı mobil nömrə X2, ***-***-**-** saylı mobil nömrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətinə məxsusdur, bir ədəd CD-R diski məktuba əlavə edilmişdir (1-ci cild, iş vərəqi 192-196). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 10 oktyabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddə metamfetaminin mənbəyini müəyyən etmək üçün ********* nömrəli cinayət işindən Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır (1-ci cild, iş vərəqi 215). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 17 dekabr tarixli sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi, habelə eyni tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələrindən həmin Məcəllənin 234.4.3.-cü maddəsinə tövsif olunmaqla sonuncuya göstərilən maddədə nəzərdə tutulan ittiham elan olunmuş, onun barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilmiş, maddi sübut kimi tanınmaqla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin təqdiqatdan sonrakı 2,372 qram çəkidə qalığı saxlanılması üçün idarənin saxlanc anbarına təhvil verilmiş, altı ədəd CD diskinin cinayət işinin materillarına əlavə olunması nəzərə alınmış, sonuncunun psixotrop maddə metamfetamini əldə etdiyi X12 əməlinə Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ayrılmış ********* nömrəli cinayət işində qiymət verilməsi qərara alınmışdır (2-ci cild, iş vərəqi 80-90 və 94-95). Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 2022-ci il 28 iyul tarixli 17/385204 №-li məktubu ilə daxil olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin məhkumun 3119/2021 №-li tibbi kitabçasından çıxarışın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs praktiki sağlamdır. Məhkəməyə təqdim olunan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin tarixsiz məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini əldə etdiyi X18 barəsində olan ********* nömrəli cinayət işi üzrə icraat 2021-ci il dekabrın 11-də Azərbaycan Respublikasının CPM-nin 53.1.1.-ci maddəsinin tələbləri rəhbər tutulmaqla dayandırılmışdır. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə, üzərindən aşkarlanan psixotrop maddə metamfetamini məhz X8 əldə etməsini göstərməsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlar ilə təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İİ siyahısında psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, şahid ifadəsi, məhkəmə iclasında elan edilərək tətqiq olunan ibtidai araşdırmadakı Təqsirləndirilən şəxs verdiyi izahat, şübhəli və təqsirləndirilən şəxs qismindəki etirafedici və qismən etirafedici ifadələr, digər şahid ifadəsi, maddi sübutun mövcudluğu, axtarış, baxış və digər istintaq hərəkətləri protokolları, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlar ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı olmasının işdə cəzanı yüngülləşdirən hal olmasını nəzərə almaqla ilk məhkumluğunu, ailə vəziyyətini işdə cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin təqdiqatdan sonrakı 2,372 qram çəkidə qalığı məhv edilməli, altı ədəd CD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 153,7 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 20 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 120 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il aprelin 08-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il aprelin 08-dən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. 153,7 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 120 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin təqdiqatdan sonrakı 2,372 qram çəkidə qalığı məhv edilsin, altı ədəd CD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Azər Paşayev Əhməd Quliyev
Məhkəmə qərarları › İş №1(101)-604/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-604/2022
02.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver