Məhkəmə qərarları › İş №1(101)-604/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-604/2023

14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-604/2023 14.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi- “VERDİKTUM” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1980-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Amil” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, istintaqa məlum olmayan vaxtda və yerdə “Amil” adlı şəxsdən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 495 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 718,586 qram çəkidə psixotrop maddə metamfetamini əldə etdikdən sonra yaşadığı ünvan 3 ünvanına daşıyaraq, narkotik vasitə heroinin külli miqdar təşkil edən 120 qram hissəsini və psixotrop maddə metamfetaminin külli miqdar təşkil edən 18,586 qram hissəsini üzərində, narkotik vasitə heroinin 375 qram hissəsini və psixotrop maddə metamfetaminin 700 qram hissəsini yaşadığı mənzildə saxlamış, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 21 avqust 2022-ci il tarixdə saat 22:30-da ünvan 4 ünvanın qarşısında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına aparılmış və 22 avqust 2022-ci il tarixdə saat 00:05-də orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən 01 bükümdə təmiz çəkisi 120 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin, 01 bükümdə təmiz çəkisi 18,586 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin və həmin gün saat 01:30-da yaşadığı ünvan 3 ünvanına baxış keçirilən zaman mənzilin girişindən sol tərəfdə yerləşən taxta konstruksiyalı dolabın alt hissəsindən 01 bükümdə təmiz çəkisi 700 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin, 02 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 120 qram və 255 qram olmaqla ümumi təmiz çəkisi 375 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin və narkotik vasitə-psixotrop maddələrin satışında istifadə etmək məqsədilə saxladığı, üzərində narkotik vasitə heroin izləri olan 3 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitə heroin istifadə edir. Nəsimi rayn Polis İdarəsi ilə üzbəüz yeni tikilidə yaşayır. 21 avqust 2022-ci il tarixdə gecə saat 23:30 radələrində maşını dayanacağa qoyub yaşadığı evə gəlmək istəyərkən, 10 nəfər tanımadığı şəxslər onu tutmuşlar. Bundan sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Daha sonra ondan əvvəl evinə gələrək evinə metamfetamin qoymuşlar. Onu qeyri rəsmi yaşadığı xanımla təhdid etmişlər ki, əgər dediklərini edib metamfetamini boynuna götürməsə, o xanımı da məsuliyyətə cəlb edəcəklər. O istintaq zamanı metamfetamini boynuna götürmüş, heroin isə götürməmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşqul olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü ona elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilib, ifadəsində göstərmişdir ki, 21 avqust 2022-ci il tarixdə səhər saat 22:30 radələrində Nəsimi rayonundə piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Burada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 (bir) bükümdə, ağ rəngli, kristal şəkilli, İ psixotrop maddə metamfetamin və 1 (bir) bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan həmin şalvarın sol yan cibindən, l(bir) ədəd açar, l(bir) ədəd “Samsung” markalı mobil telefon və 25(iyirmi beş) AZN pul aşkar olunmuşdur. Sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 128 qram(yüz iyirmi səkkiz qram) olmuşdur. Sonra metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 21 qramfiyirmi bir qram) olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış, təhqiqatçı, müdafiəçi, tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Samsung” markalı mobil telefon götürülmüş, l(bir) ədəd açar, 25(iyirmi beş) AZN pul ona geri qaytarılmışdır. O, verilən suallara cavab olaraq, üzərindən aşkar 1 olumuş narkotik maddələri Bakı şəhəri, Suraxanı rayonu ərazisindən İran İslam Respublikası vətəndaşı “Amil” adlı şəxsin vasitəsi ilə müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, təxminən 2(iki) aydır narkotik maddələrin dövriyyəsini təşkil etdiyini və ümumilikdə 1500(min beş yüz) AZN pul qazandığım, bundan əvvəl 2(iki) dəfə “Amilin” göndərdiyi narkotik maddələri götürüb dediyi yerlərə çatdırdığını, heroindən istifadə etdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tədbiq edilmədiyini, 055 *** ** ** və 055 *** ** ** mobil nömrəsini işlətdiyini, əlavə olaraq Nəsimi rayonunda yerləşən yaşadığı mənzildə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bununla bağlı onun ərizəsi alınmışdır. Bundan sonrao, müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə ünvan 5 ünvanına getmişlər. Bu təklifdən sonra o, tanışı X2 iştirakı ilə həmin mənzilin girişindən sol tərəfdə yerləşən taxta konsturuksiyalı dolabın alt hissəsində gizlətdiyi l(bir) bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetamini, 2(iki) bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroini, 3(üç) ədəd elektron tərəzini, narkotik vasitələrin dövriyyəsi ilə bağlı qeydlər apardığı 4(dörd) ədəd vərəqi, həmin dolabın üst hissəsindən isə narkotik vasitələrin dövriyyəsi ilə bağlı pulların yükləndiyi **********504612 nömrəli bank kartını təqdim etmişdir. Sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 421 qram(dörd yüz iyirmi bir qram) olmuşdur. Sonra metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 700 qramfyeddi yüz qram) olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və | götürülmüşdür. Gülnarın onun narkotik maddələrin dövriyyəsi ilə məşğul olmağından məlumatı : olmamışdır. Əməlindən peşimandır. Özünü təqsirli bilir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, onun üzərinə axtarış və evinə baxış video çəkilişlə təhqiqatçı tərəfindən aparılıb, ondan başqa heç kim onun evinə baxış və üzərinə şəxsi axtarış keçirməmişdir. O, saxlanılan zaman ona polis əməkdaşları tərəfindən heç bir zorakılıq tətbiq edilməmişdir. O, narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin satışı ilə məşğul olur. «Amil» adlı şəxsi uzun müddətdir ki, tanıyır. «Amil» adlı şəxsdən əvvəllər də narkotik vasitə və psixotrop maddə almış və onun dediyi yerlərə qoyub pul əldə etmişdir. Amil» adlı şəxsin narkotik vasitəni və psixotrop maddəni haradan əldə etməsi ilə bağlı heç bir məlumatı yoxdur. «Amil» adlı şəxsin soyadı, adı, atasının adı, yaşadığı ünvan, istifadəsində hansı mobil telefon nömrəsi olması barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində çalışır, polis kapitanı rütbəsini daşıyır. 21 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdur. Həmin məlumat rəhbərliyə raportla məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün baş əməliyyat müvəkkili Şahid1 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar saat 22-23 radələrində Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsinə gəlmişlər. Orada Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və onun qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə şübhəli olduğunu bildirərək, Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt o, dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs şalvarının cibindən 01 bükümün heroin, 01 büküm isə metamfetamin çıxararaq təqdim etmişdir. Həmin maddələri İran İslam Respublikası vətəndaşı “Amil” adlı şəxsin vasitəsi ilə müxtəlif yerlərə çatdırdığını bildirmiş, bundan sonra Rəşad Nəsimi rayonunda yerləşən yaşadığı mənzildə də narkotik maddə saxladığını bildirmişdir. Onun razılıq ərizəsi alınmış və yaşadığı mənzilə baxış keçirilmişdir. Mənzilə baxış zamanı mənzilin girişində olan dolabda 01 ədəd bükümdə psixotrop maddə metamfetamin, 02 ədəd bükümdə narkotik vasitə heroin, 03 ədəd elektron tərəzi , 01 ədəd bank kartını və qeydlər olan vərəqlər aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Hidayət oğlu Şahid2 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi halları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrələri ilə bağlı alınmış telefon danışıqlarına və SMS mübadilələrinə dair məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı və ***-***-**-** saylı mobil telefon nömrələri ilə «Neşe alnmadı qerdew», «gaga vezljet pisdi utaniram zeng edem pul joxdu gelim vezijetden cixart 2 .3 tocga pul axsam olacag», «Brat necesen 9 zdam sora demişdin olucag kola var 04 lazim di gelim ?», «Qardasim senin basva donum birincisni bir ele obirinde yari» məzmunda narkotik vasitələrin satışının həyata keçirilməsi ilə bağlı SMS-lərin daxil olması müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkəmə-kimyəvi ekspertizasının 22 avqust 2022-ci il tarixli, 6/4442 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan bir ədəd kağız paketin və bir ədəd qara rəngli torbada olan üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 120,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 18,586 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd qara rəngli torbada bir ədəd bağlamada təmiz çəkisi 700,0 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər iki ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 120,0 qram, 255,0 qram ümumi təmiz çəkisi 375,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş 3 ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Təqdim edilmiş 2 ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Təqdim edilmiş 3 ədəd tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkəmə-narkoloji ekspertizasının 17 sentyabr 2022-ci il tarixli, 5298 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ambulator məhkəmə-psixiatrik ekspertizasının 03 oktyabr 2022-ci il tarixli, 2618 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-niıı 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Verilmiş əməliyyat tapşırığına cavab olaraq Nəsimi RPİ-nin 21-ci polis bölməsinin cavab məktubunda göstərilmişdir ki, müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzilindən aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri əldə etdiyi İran İslam Respublikası vətəndaşı «Amil» adlı şəxsin şəxsiyyətini və yerini müəyyən etmək mümkün olmamışdır. Həmçinin əməliyyat tapşırığında göstərilən digər xüsusatlar üzrə müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, məxfi aqentlər təlimatlandırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olur. İş üzrə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar olunaraq götürülmüş bir ədəd 4098 5844 6250 4612 nömrəli bank kartı, ümumi təmiz çəkisi 495 qram narkotik vasitə heroin, ümumi təmiz çəkisi 718,586 qram psixotrop maddə metamfetamin, 3 ədəd elektron tərəzi və 4 ədəd vərəq xüsusiyyətinə və əlamətinə, aşkar edildiyi yerə və vaxta görə iş üzrə maddi sübut kimi tanınmış, narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 494,85 qram qalığı, psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı 718,486 qram qalığı, 3 ədəd elektron tərəzi, 4 ədəd vərəq və bir ədəd 4098 5844 6250 4612 nömrəli bank kartı saxlanılması üçün Nəsimi RPİnin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs etirafedici ifadə verərək bildirmişdir ki, o, İran vətəndaşı «Amil» adlı şəxslə telefonla danışaraq sonuncudan narkotik vasitə və psixotrop maddələri Bakı şəhəri Suraxanı rayonundan götürüb Bakı şəhərində müxtəlif ərazilərə qoyacağı ilə razılaşmışlar. Təqsirləndirilən şəxs yuxarıda göstərilən halları məhkəmədə inkar edərək heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, onun üzərində narkotik vasitə və psixatrop maddələr olmadığını, bildirsədə, istintaq ifadəsi və digər sübutlarla əksinə faktiki olaraq Amil adlı şəxsin kuryeri qismində çıxış edərək sonuncunun tapşırığı və sifarişi əsasında, ən əsası isə muzd müqabilində şəxsiyyəti ibtidai istintaq orqanına məlum olmayan şəxs və ya şəxslər tərəfindən Bakı şəhərində naməlum şəraitdə və tarixdə narkotik vasitə və psixotrop maddələri Bakı şəhərinin digər yerlərinə (ərazilərə) daşıyaraq yerləşdirmək niyyətində olmuşdur. Başqa sözlə, Təqsirləndirilən şəxs istintaq zamanı Bakı şəhəri ərazisində yerləşdirəcəyi külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri muzd (pul) müqabilində qanunsuz olaraq bir ərazidən (yerdən) götürüb (əldə edib) üzərində saxlamaqla daşıyaraq başqa əraziyə (yerə) yerləşdirəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən hərəkətlərində (əməllərində) onun külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri qanunsuz olaraq əldə edib daşımaqla saxlaması faktı öz təsdini tapmışdır. Bu səbəbdən də məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd edilən hərəkətləri, yəni külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri qanunsuz olaraq əldə edib daşımaqla saxlamasında niyyəti və məqsədinin nədən ibarət olmasını müəyyən etməkdir. Bu hissədə məhkəmə qeyd edir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri əldə edib üzərində saxlamaqla daşıması cinayət işinin mübahisəsiz hallarından birini təşkil edir. Bundan başqa, onun digər şəxslə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı razılaşması, belə bir razılığın onların arasında aparılmış “Votsap” vasitəsi ilə narkotikanın qoyulduğu yerin şəklinin çəkilərək ona atılması və gələcəkdə həmin narkotik vasitələri hara qoyulacağınında şəklinin çəkilib atılacağının razılaşdırılması da məhkəmə istintaqında müəyyən edilmiş hallardan birini təşkil edir. Eyni zamanda məhkəmə istintaqında Təqsirləndirilən şəxs hansısa şəxsə narkotik vasitə və psixotrop maddə satması, narkotik vasitə və psixotrop maddələrin qanunsuz alqı-satqısına yönəlmiş sair hərəkətləri etməsi, “müştəri bazasına” malik olması, müxtəlif şəxslərin ona narkotik vasitə və psixotrop maddələrlə bağlı müraciət etməsi halları da SMS yazışmaları ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Suraxanı rayon ərazisinə başqa şəxs və ya şəxslər tərəfindən yerləşdirilmiş külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıyarkən faktiki olaraq həmin vasitə və maddələrin bir ərazidən başqa əraziyə daşınmasında kuryer funksiyasını icra etmişdir. Qeyd edilən hal cinayət işinin mübahisəz halıdır. Məhkəmə bu hissədə nəticəyə gələrkən onu əsas tutmuşdur ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri qanunsuz olaraq bir ərazidən götürüb (əldə edib) başqa əraziyə yerləşdirərkən onun məqsədi əldə edib yerləşdirdiyi narkotik vasitə və psixotrop maddələrin çəkisinə uyğun şəkildə qazanc əldə etmək olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs qeyd edilən bu əməlləri icra edərkən onun məqsədi kuryer qismində funksiyasını icra etdiyi hərəkətlərin müqabilində pul qazanmaq olmuşdur. Belə ki, kuryer qismində Təqsirləndirilən şəxs muzd kimi verilmiş pul vəsaitinin məbləği realizə edilən külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələrin real dəyərindən dəfələrlə və qat-qat aşağı məbləğdə ifadə olunmuşdur. Bundan əlavə ondan aşkar olunmuş üç ədəd tərəzi də həmin narkotik vasitələrin çəkilib bükümlərə yığılaraq satışını təsdiq etmək məqsədinin olmasını sübut edir. Məhkəmə Təqsirləndirilən şəxs icra etdiyi hərəkətlərin mahiyyətini, eləcə də onun ibtidai istintaq orqanına şəxsiyyəti məlum olmayan başqa şəxslə (Amil adlı şəxs, lakin onun şəxsiyyəti ibtidai isitntaq zamanı müəyyən edilməmiş, bu səbəbdən də məhkəmə Amil adını şərti olaraq qəbul edir) cinayət əlaqəsinə girməsini, cinayət əlaqəsinə girdiyi şəxslə “Votsap” sosial şəbəkəsi vasitəsi ilə razılıq əldə etməsini, cinayət əlaqəsinə girdiyi şəxsin Bakı şəhərində müxtəlif yerlərdə narkotik vasitə və psixotrop maddələr qoydurmasını və ya başqa üsulla yerləşdirilməsini təmin edəcəyi ilə razılaşmasını, bu barədə Təqsirləndirilən şəxs dəqiq məlumatlar ötürməsini, cinayət əlaqəsinə girdiyi şəxsin niyyətinin Bakı şəhəri ərazisində külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələrin satışını həyata keçirmək olmasını, ən əsası isə Təqsirləndirilən şəxs həmin şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd edilən hərəkətləri icra etməsini və cinayət əlaqəsinə girdiyi şəxsin məqsədinin külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələrin satışını həyata keçirmək olmasını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdi onun cinayət əlaqəsinə girdiyi və qabaqcadan əlbir olduğu başqa şəxsin qəsdi ilə əhatə olunur. Bununla da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Beləliklə, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etməklə iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv və əsaslı hüquqi nəticəyə gəlmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri ağır cinayət kateqoriyasına aiddirlər. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə vahid cəza ilə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən alınmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs Səbail rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xəzər rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2020-ci il tarixdə cəzanı tam çəkib qurtardığından şöbənin qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxs üzərində çəkilməmiş cəzası qalmamışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən –az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş onun məsuliyyətini yüngüləşdirən və ağırlaşdıran hal yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində saxlanıldığı 21 avqust 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəsimi Rayon Polis İdarəsində saxlanılan iş üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş tədqiqatdan sonra qalıq çəkiləri 494,85 qram çəkidə narkotik vasitə heroin, 718,486 qram çəkidə psixotrop maddə metamfetamin, üç ədəd tərəzi, bir ədəd bank kartı və 4 ədəd vərəq məhv edilməlidir. -Şəxsi axtarış və götürmə, eləcə də baxış keçirilərkən qeyd alınmış videogörüntülər köçürülmüş 02 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından «Verdiktum» Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 21 avqust 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından «Verdiktum» Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat pul ödənilsin. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəsimi Rayon Polis İdarəsində saxlanılan iş üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş tədqiqatdan sonra qalıq çəkiləri 494,85 qram çəkidə narkotik vasitə heroin, 718,486 qram çəkidə psixotrop maddə metamfetamin, üç ədəd tərəzi, bir ədəd bank kartı və 4 ədəd vərəq məhv edilsin. -Şəxsi axtarış və götürmə, eləcə də baxış keçirilərkən qeyd alınmış videogörüntülər köçürülmüş 02 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar