Məhkəmə qərarları › İş №1(101)-605/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-605/2022

04.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-605/2022 04.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi - X1 iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, qəsdən sağlamlığa ağır zərər vurmuş və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edərək daşıyıb saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 17 radələrində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında tanışı Zərərçəkmiş şəxs Qaşımağa oğlu ilə sonuncunun həbsdə olan qardaşı Hacıbəy Rzaxanova çatdırması üçün ona verdiyi 150 manat pulu xərcləməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsinə əsəbiləşib qisas almaq məqsədilə üzərində olan turist bıçağı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq sonuncuya insan həyatı üçün təhlükəli olan sağlamlığ ağır zərər vurmaya aid sol tərəfli hemotoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının yan divarının daxilə nüfuz edən 1 ədəd deşilmiş kəsilmiş yarası, qarnın ön divarının daxilə nüfuz etməyən 1 ədəd deşilmiş kəsilmiş yarası, göz almasının yaralanması ilə müşayiət olunan sol üst göz qapağının 1 ədəd deşilmiş kəsilmiş yarası xəsarətləri yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,549 qram psixotrop maddə metamfetamin əldə edib daşıyaraq saxlamış, Nizami RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə şübhəli şəxs qismində saxaianılıb xx.xx.2021-ci ii tarixdə saat 01:33 radələrində ünvan 3 ünvanında yerləşən Nizami RPİ-nin MSY-nə təhvil verilərkən xidməti otaqların birində üzərinə baxış keçirilən zaman sol ayağında olan corabın içərisində 01 ədəd bükümdə 0,549qram ağ rəngi, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs bıçaqla heç bir xəsarət yetirməmişdir. Bu barədə cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı alınmış ifadəsində qeyd olunanlar həqiqəti əks etdirmir. Üzərinə keçirilən baxış zamanı aşkar edilmiş psixotrop maddə metamfetamini isə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etmişdir. Onun heç bir günahı yoxdur və ona verilmiş ittiham əsassızdır. O, barəsində ədalətli hökmün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi ilə, məhkəmə zalında verdiyi ifadəsi arasında ziddiyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, əsəb xəstəsi olduğu üçün həqiqi hərbi xidmət etməmiş, psixi xəstə kimi qeydiyyatdadır. 2-3 ildir narkotik vasitə olan heroin qəbul edir, son vaxtlar onda narkotikdən asılılıq yaranmışdır. Əvvəllər 3 il Ukrayna Resublikasında yaşamışdır. Valideynləri rəhmətə getdikdən sonra 2019-cu ildə vətəninə qayıdıb Nizami rayonu, Keşlə qəsəbəsndə valideynlərinin evində qardaşı X3 ilə bir yerdə yaşamışdır. Bir ay əvvəl qardaşı Hacıbəy əvvəllər onlar ilə bir məhəllədə yaşamış Məcidbəy adlı tanışı ilə bir nəfəri döydükləri üçün Hacıbəy polis tərəfindən həbs edilmişdir. Lakin Məcidbəy polis tərəfindən tutulmamışdır. Bir həftə əvvəl Məcidbəy və Hüseyn adlı qohumu axşam saatlarında onun yaşadığı evinə gəlib söyləmişdir ki, İstintaq Təcridxanasında saxlanılan qardaşına maddi yardım lazımdır. Məcidbəy ona 150 manat verib ƏN-nin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan qardaşı Hacıbəyə çatdırmasını tapşırmışdır. Lakin o Məcidbəyin pulu haradan əldə etməsini bilmədiyi üçün həmin puldan qardaşına vemək istəməmişdir. Qərara gəlmişdir ki, pulu xərcləsin, sonra başqa bir yerdən pul tapıb qardaşına çatdırar. Növbəti gün Məcidbəy bilmişdir ki, o pulu qardaşına çatdırmayıb. Məcidbəy və Hüseyn telefonda ona iki dəfə səs göndərib qardaşına çatacaq pulu “yediyini” deyərək onu təhqir etmişlər. Bundan sonra aralarındakı münasibət pisləşmişdir. Məcidbəy və Hüseyn telefonda onu təhqir edib hədələməyə başlamışlar. xx.xx.2021-ci il tarixdə saat 04 radələrində Məcidbəy ona telefonla zəng edib demişdir ki, gəlib onu “bita” ilə döyüb cəzalandıracaqlar. O əsəbiləşmiş, evdən balta və bıçaq götürüb görüşəcəkləri Montindən Keşləyə keçən yerdə Qırmızı Körpü deyilən yerə getmişdir. Orada bir müddət dayanıb Məcidbəy ilə Hüseyini çağırmış, onların cavab vermədiklərini görüb ünvanlarına söyüş söymüşdür. Lakin yenə onlardan səs çıxmamış və o evinə qayıtmışdır. xx.xx.2021-ci il tarixdə saat 17 radələrində tək Keşlə parkında gəzən zaman ondan bir qədər kənarda Məcidbəy ilə Hüseynin dayanıb ona baxıdıqlarını və ünvanına söyüş söydüklərini görmüşdür. O dalaşmaq istəmədiyi üçün demişdir ki, “allah şeytana lənət etsin, get”. Sonra parkdan çıxıb getmək istəyən zaman Ə.Əzimzadə və Yenikənd küçələrinin kəsişdiyi yerdə Məcidbəy ona yaxınlaşmışdır. Məcidbəy ona narkoman olduğunu deyib, nəlayiq sözlərlə təhqir etmişdir. O Məcidbəyə cavab verməmiş, yoluna davam etmişdir. Hüseyn Məcidbəyi sakitləşdirmək istəmiş, lakin mümkün olmamışdir, Məcidbəy onun üzərinə gələn zaman o cibində olan bıçağı çıxardıb göstərmişdir ki, Məcidbəy ona yaxınlaşmasın. Həmin vaxt Məcidbəy hərəkətlərinə davam etdiyi üçün o əsəbiləşib bıçaqla Məcidbəyin sifətinə və bədəninə bir neçə dəfə vurmuşdur. Bundan sonra onlar aralanmışlar. Görmüşdür ki, Məcidbəyin xəsarəti var, çətinliklə yeriyir. O etdiyi hərəkətinin məsuliyyətindən qorxub birbaşa evinə gedərək bıçağı qonaq otağındakı dolabın gözünə qoymuşdur. Sonra darıxıb evdən bayıra çıxmışdır. Həmin gün gecə saatlarında Nərimanov rayonunda, “Araz” marketin yaxınlğındakı avtobus dayancağında polis əməkdaşları onu saxlamışlar. Polisdə olarkən hadisəni törətdiyini etiraf edib bıçağı təqdim etmişdir. Nizami RPİ-nin İstintaq şöbəsində dindirilib idarənin X7 təhvil verilən zaman polis əməkdaşları və Saxlanma Yerində olan iki nəfərin iştirakları ilə üzərinə baxış keçirilərkən sol ayağındakı corabının İçərisində öz istifadəsi üçün saxladığı 01 büküm metamfetamin aşkar edilmişdir. O üzərində olan metamfetamin barədə unutmuşdur. Həmin vaxt polis əməkdaşlarına bildirmişdir ki, üzərindən aşkar edilmiş 01 ədəd bükümdə olan maddə metamfetamindir, Öz istifadəsi üçün bir-neçə gün əvvəl Keşlə qəsəbəsində üzlə tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmadığı şəxsdən 10 manata almışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Qaşımağa oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona bıçaqla heç bir xəsarət yetirməmişdir. O, Təqsirləndirilən şəxsla barışmış və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı alınmış ifadəsində qeyd olunanlar həqiqəti əks etdirmir. Zərərçəkmiş şəxs Qaşımağa oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, məhkəmə zalında verdiyi ifadəsi arasında ziddiyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, birneçə ay əvvəl dostu X3 ilə cinayət törətmişdir. Həmin cinayətə görə Hacıbəy polis tərəfindən həbs edilib və hazırda ƏN-nin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılır. Bir müddət əvvəl o Hacıbəy Rzaxanova maddi yardım etmək üçün sonuncunun qardaşı Təqsirləndirilən şəxs 150 manat pulu verib tapşırmışdır ki, qardaşına çatdırsın. Lakin Fərid onun verdiyi pulu xərcləmişdir. Bu səbəbdən onunla Fərid arasında mübahisə yaranmışdır. xx.xx.2021-ci il tarixdə saat 17 radələrində Nizami rayonu, Keşlə qəsəbəsindəki parkının kənarında dostu X6 ilə bir yerdə olan zaman uzaqdan Fəridi görmüşdür. O Fəridə səslənib iradını bildirmişdir. Fərid bir söz deməyib parkdan çıxaraq yoluna davam etmiş, özünü elə aparmışdır ki, güya onun söylədiklərini eşitmir. O Fəridin arxası ilə gedib Nizami rayonu, Keşlə qəsəbəsi, Ə.Əzimzadə və Yenikənd küçələrinin kəsişdiyi yerdə Fəridi saxlamışdır. Fəridə etdiyi hərəkətlərinə görə söyüş söymüşdür. Həmin vaxt Fərid əsəbiləşib cibindən bıçaq çıxararaq onu sifət, boyun və qarın nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Həmin vaxt Hüseyn ona kömək edib xəstəxanaya çatdırmışdır. O hadisə zamanı Fəridə xəsarət yetirməmişdir. Fəridin qardaşı Hacı bəylə yaxın münasibətinin olması və Fəridin psixi xəstəliyini nəzərə alıb Fəridə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iş üzrə ifadəsi alınmış Zərərçəkmiş şəxs Qaşımağa oğlunun məhkəmə istintaq zamanı verdiyi ifadəyə tənqidi yanaşır, onun belə ifadə verməsini təqsirləndirilən şəxsi bu üsulla cinayət məsuliyyətindən yayındırmağa cəhd etmə halı kimi qiymətləndirir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami RPİ-nin X5 polis nəfəri-postaçı kimi xidmət edir. xx.xx.2021-ci il tarixdə saat 01:30 radələridə xidmətdə olan zaman Nizami RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 126.1 -ci maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılmış, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs saxlanılması üçün raportla MSY-nə təhvil verilmişdir. MSY-nin fəaliyyətini tənzilmləyən təlimata uyğun olaraq Təqsirləndirilən şəxs üzərinə baxış keçirməsi üçün o, MSY-nin polis nəfəri Şahid3, MSY-nin rəisi vəzifəsini müvəqqəti icra edən Natiq Yusifov, MSY-nin kameralarında şübhəli şəxs kimi saxlanılan Fərid Süeymanov və Şahid5 adlı şəxslərin iştirakı ilə MSY-nin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs ağayındakı ayaqqablarını və corablarını çıxaran zaman onun sol ayağındakı corabının içərisindən 01 ədəd bükülü düşmüşdür. Təqsirləndirilən şəxs corabının içərisindən düşən 01 ədəd bükülüyə baxış zamanı içərisində ağ kristalşəkilli, zahiri görkəmindən psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 01 ədəd bükülünün içərisində olan maddə metamfetamindir, öz istifadəsi üçün bir- neçə gün əvvəl Keşlə qəsəbəsində, üzlə tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmadığı şəxsdən 10 manata almışdır. Aşkar edilmiş 01 ədəd büküm Natiq Yusifov tərəfindən qablıaşdırılmış və baxışın nətcəsinə dair protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 şahid qismində dindirilmiş Şahid2 ifadəsində söylədiklərini bir daha təsdiq edərək eyni məzmunlu ifadə vermişdr. Şahid qismində dindirilmiş X6 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o, bir ay əvvəl həmkəndlisi Məcidbəy və qohumu Hacıbəylə bir yerdə olan zaman bir taksi sürücü ilə mübahisə etmişlər, aralarında dava-dalaş olmuşdur. Həmin hadisə ilə bağlı Hacıbəy polis tərəfindən həbs olunmuşdur. Polisin həmin işlə əlaqədar onu və Məcidbəyi axtarmasından xəbəri olmuşdur və o bu səbəbdən polisdən gizlənmişdir. xx.xx.2021-ci il tarixdə saat 17 radələrində Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən Keşlə parkın yaxınlığında Məcidbəylə Fərid arasında mübahisə olan zaman o da hadisə yerində olmuşdur. Mübahisəyə səbəb hadisədən 2-3 gün əvvəl telefonda Fəridlə onlar arasında narazılıq olmuşdur. Fərid onu və Məcidbəyi qardaşı Hacıbəyin həbs olunmasında günahlandırmışdır. 08.09. işi olmasın. Doğrusu həmin vaxt Fərid dalaşmaq istəməmişdir. Lakin Məcidbəy yenə Fəridlə 2021-ci il tarixdə saat 17 radələrində o Məcidbəylə parkın yanından keçən zaman orada Fəridi görmüşdür. Həmin vaxt Məcidbəy ilə Fərid arasında mübahisə başlamış və Məcidbəy Fəridin üzərinə getmişdir. O Məcidbəyin qolundan tutub kənara çəkərək demişdir ki, Fəridlə mübahisəni davam etmişdir. Bu dəfə Məcidbəy onun əlindən çıxıb təxminən ondan 5-6 metr irəlidə Fəridin üzərinə getmişdir. O polis tərəfindən axtarıldığı üçün narahat olub fkirləşmişdir ki, birdən polis onu və Məcidbəyi görüb yaxalayar. Odur ki, diqqəti ətrafda olmuş və mübahisə edən Məcidlə Fəridə yaxınlaşmamışdır. Məcid ilə Fərid qarşı-qarşıya gəlib təxminən 10 saniyə dayanmışlar. Onun diqqəti əsasən kənarda olmuş və bu səbəbdən baş verən hadisəni aydın görməmişdir. Bir də görmüşdür ki, Fəridin əlində bıçaq, Məcidbəyi isə qan aparır. O təcili taksi çağırıb Məcidbəyi xəstəxanaya aparmışdır. Məcidbəyi xəstəxanaya təhvil verib özü getmişdir. Şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən narkotik maddənin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİ-nin X8 təhvil verilmişdir. xx.xx.2021-ci il tarixdə saat 01:35 radələrində MSY-nin əməkdaşları tərəfindən şahid qismində oradakı otaqların birinə dəvət edilmişdir. Eyni zamanda MSY-də olan başqa bir saxlanılan şəxs də dəvət edilərək onların yanında həmin otaqda şübhəli şəxs qismində MSY-nə gətirilmiş, sonradan adını bildiyi Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs sol ayağındakı corabının içərisindən 01 ədəd bükümdə, içərisində ağ rəngli, kristalşəkilli maddə olan metamfetaminə oxşar maddə aşkar edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs həmin 01 ədəd bükümdə olan maddənin metamfetamin olduğunu, öz istifadəsi üçün bir- neçə gün əvvəl Keşlə qəsəbəsində üzlə tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı otmadığı şəxsdən aldığını bildirmişdir. Polis əməkdaşları tərəfindən içərisində ağ rəngli, kristalşəkilli maddə olan həmin 01 ədəd büküm qablaşdırılaraq götürülmüş və baxışın nəticəsinə dair protokol tərtib edilmişdir. Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid4 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin 51-52-ci vərəqlərində olan protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxsin ifadəsi yerində yoxlanılan zaman Təqsirləndirilən şəxs Nizami rayonu, Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsi 23 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gələrək xx.xx.2021-ci il tarixdə saat 17 radələrində həmin yerdə Zərərçəkmiş şəxs Qaşımağa oğlu ilə aralarında baş verən mübahisə zamanı bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vurduğunu bildirmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin 54-cü vərəqində olan xx.xx.2021-ci il tarixdə baxış və götürülmə aparılması barədə tərtib olunmuş protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən mənzildə olan dolabın gözündən dəstəyi qəhvəyi rəngdə, tiyəsinin üzünluğu 10,5 sm ölçüdə olan qatlanan 01 ədəd bıçaq təqdim edərək həmin bıçaqla tanışı Zərərçəkmiş şəxs Qaşımağa oğlunu vuraraq xəsarət yetirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bıçaq iş üzrə sübut əhəmiyyəti daşıdığı üçün tərəfindən götürülmüşdür. Cinayət işinin 97-ci vərəqində olan xx.xx.2021-ci il tarixdə götürülmə və baxış barədə tərtib olunmuş protokoldan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs Qaşımağa oğlunun əynində olmuş paltarlar məhkəmə-tibbi ekspertizaya təqdim edilməsi məqsədilə Sabunçu rayon 3 saylı ŞKX-dan götürülmüşdür. Cinayət işinin 128-130-cu vərəqlərində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 55TS saylı rəyindən görünür ki, ”1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs Qaşımağa oğlunun adına tərtib edilmiş tibbi sənəddə yazılanlara, ilk məlumata əsaslanaraq və qərarda qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: Vət. Zərərçəkmiş şəxs Qaşımağa oğlunda sol tərəfli hemotoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının yan divarının daxilə nüfuz edən 1 ədəd deşilmiş kəsilmiş yarası, qarnın ön divarının daxilə nüfuz etməyən 1 ədəd deşilmiş kəsilmiş yarası, göz almasının yaralanması İlə müşayiət olunan sol üst göz qapağının 1 ədəd deşilmiş kəsilmiş yarası olmuşdur Qeyd edilən deşilmiş kəsilmiş yaralar deşici-kəsici əşyanın (əşyaların,ola bilsin bıçaq) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2021-ci il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağiamlığa AĞİR vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasma və xüsusiyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur.” Cinayət işinin 103-108-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/4052 saylı rəyindən görünür ki, “Tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 162” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən..." və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,549qram ağ rəngi, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş ‘‘Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir Cinayət işinin 120-121-ci vərəqlərində olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2021-ci il tarixli 4555 saylı rəyindən görünür ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dinpanserində qeydiyyata alınması məsləhət görünür. ” Cinayət işinin 122-125-ci vərəqlərində olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 2197 saylı rəyindən görünür ki, “Təqsirləndirilən şəxs hər hansı psixi xstliyin əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət törədən zaman şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. ” Cinayət işinin 109-112-ci vərəqlərində olan materialların məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli 6/4093 saylı rəyindən görünür ki, “Tədqiqata təqdim edilmiş 01 ədəd bıçağın üzərində kənar lif mikrohissəcikləri və həmçinin Zərərçəkmiş şəxs Qaşımağa oğluna məxsus olduğu qeyd edilən 01 ədəd köynəyin tərkib liflərindən yoxdur.” Cinayət işinin 113-116-cı vərəqlərində olan kompleks məhkəmə-ballistik, məhkəmətarsoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 3/1571 və 3/1575 saylı rəyindən görünür ki, “Tədqiqata təqdim edilən 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik turist bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş qısaqol köynəyin səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Təqdim edilmiş qısaqol köynəyin səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin, (bıçaq və s) təsiri nəticəsində yaranmağa xarakterik deşilibkəsilmə zədələridir. Belə predmetə tiyəsi həmin xassəyə malik olan bıçaqlar da aiddir. Ümumi əlamətlərinə əsasən qısaqol köynəyin səthində olan zədələrin təqdim edilmiş bir ədəd bıçağın da təsirindən yaranması mümkündür. Lakin təqdim edilmiş qısaqol köynəyin səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir.“ Cinayət işində olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələr ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 16, 55-56-cı vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, sonradan barəsində həbs qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmaması Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən CM-nin 126.1-ci maddəsinə aid hissədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdırıcı halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxsə CM-nin 126.1-ci maddəsi ilə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən CM-nin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 09 sentyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Maddi sübut kimi tanınaraq Bakı şəhəri Nizami RPi-nin saxlanc ambarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 0.549 qram, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,499 qram metamfetamin, 01 ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus köynək məhv edilməlidir. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 392.06 (üç yüz doxsan iki manat altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 126.1-ci maddəsi ilə 04 (dörd) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 09 sentyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq Bakı şəhəri Nizami RPi-nin saxlanc ambarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 0.549 qram, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,499 qram metamfetamin, 01 ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus köynək məhv edilsin. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 392.06 (üç yüz doxsan iki manat altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar