Məhkəmə qərarları › İş №1(101)-605/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-605/2024

14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-605/2024 14.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «PRO BONO» Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə 03 aprel 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 10:05-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 3,530 qram külli miqdarda narkotik vasitə olan heroini əldə edib, üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 2 ünvanının yaxınlığına daşımış, 08 aprel 2023-cü il tarixdə saat 00:40 radələrində həmin ünvanda Sabunçu RPİ-nin 15-ci PB-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz əldə edilməsində saxlanılmasında və daşınmasında şübhəli bilinib saxlanılaraq gətirildiyi Sabunçu RPİ-nin 15-ci PB-də üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd şəffaf siqaret sellofanı bükümündə təmiz çəkisi 3,530 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, aprelin 27-si saat 21:00 radələrində qeydiyyatda olduğu ünvanda oturub kitab oxuyarkən qapının döyülməsini eşitmişdır. Atası və qardaşı çölə çıxmış, daha sonra qardaşı polislərin onu axtardığını bildirmişdir. O, həyətə çıxmış və polis əməkdaşlarının atası, qardaşı, əmisi və əmisioğlunun da orada olmasını görmüşdür. Polis əməkdaşları dörd nəfər olmuşdur. Sahə rəisi Vasif polis bölməsinə getməli olduqlarını demişdir. O, etiraz etməyərək 15-ci polis bölməsinə getmişdir. Onu rəisin yanına qaldırmışlar. Rəis “budur gətirmisiz?” soruşub ona yaxınlaşmış, “ayağını sındırım sənin?” demişdir. Bu zaman o, nə etdiyini soruşmuş, rəis onun cibində 5 qram narkotik vasitə olduğunu bildirmişdir. Üzərində narkotik olmadığını demişdir. Həmin vaxt rəis əməliyyatçıya cibindən narkotik çıxarmasını demiş, əməliyyatçı öz cibindən narkotiki çıxartmış, ona cibinə qoymasını demiş, o da razı olmamışdır. Onu ailə üzvləriylə təhdid etmişlər. Ona fiziki zor tətbiq olunmuş, əməliyyatçılar onu yumruq və təpik vurmuşlar. Sonra o, özünə aid olmayan narkotiki öz üzərinə götürmüşdür. O, xəsarət almamışdır. Onun üstümə qoyandan sonra video çəkiliş aparmışlar, həmin video çəkilişdə hər şeyi çarəsiz halda bildirmiş, narkotikin onun olduğunu zorla demişdir. Üzərinə axtarış aparılan zaman vəkil olmamış, ona vəkil olmadan baxış keçirəcəklərini, etiraz etməməsini bildirmişlər. Guya aprelin 7-si səhər radələrində Balaxanı ərazisində tanımadğı adamdan narkotik almışdır. Onun üstündə telefonu olmuş, telefonu bölmədə əməliyyatçı götürmüşdür. O, narkotikdən heç vaxt istifadə etməmişdir. 4.Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 4 ünvanında ailəsi ilə, yəni, anası X5, atası Şahid5, qardaşı Əlimehdi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir. Əvvəllər heç vaxt məhkum olunmamışdır. Hərbi xidmətə yararsızdır, çünki onda "panik atak” vardır, yəni psixoloji xəstəliyi var və Maştağa qəsəbəsində psixiatrik xəstəxanada müayinə olunmuşdur. xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 4 ünvanın yaxınlığında olarkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və onun 15-ci polis bölməsinə getməli olduğunu demişlər. O da qorxuya düşüb razılaşaraq onlarla birlikdə Zabrat qəsəbəsində yerləşən 15-ci PB-yə gəlmişdir. Polis bölməsində onun narkotik vasitə istifadə edib saxlamaqda şübhəli şəxs olduğunu demişlər, o əvvəlcə razı olmadı, lakin polis əməkdaşlarının ona fiziki təyiq göstərəcəkləri barədə hədələrindən və işini daha da ağırlaşdıracaqlarından qorxaraq onların dedikləri ilə razılaşmış, müdafiəçi qismində 7 saylı Vəkil Bürosunun vəkili X6 təyin edilmişdir. Daha sonra vəkilin iştirakı olmadan onun üzərinə qoyulan sellofan bükümdə narkotik vasitəni videoçəkilişlə üzərinə axtarış zamanı çıxarıb təqdim etmişdir və Balaxanı qəsəbəsində xx.xx.2023-cü il tarixdə 30 manata tanımadığı şəxsdən almağını bildirmişdir, daha sonra öz xətti ilə bu barədə izahat verərək üzərindən narkotik aşkar edilməsini və özünün qanunsuz əldə etməyini təsdiq etmişdir. Əslində isə o heç bir narkotik vasitələrdən istifadə etmir və sadəcə arada həkim təyinatı əsasında psixotrop dərmanlardan istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində onun üzərində saxlanılarkən heç bir qanunsuz maddə, o cümlədən narkotik vasitə olmamışdır. Ona qarşı 15-cı PB-də hər hansı polis əməkdaşı tərəfindən fiziki və ya psixi təzyiqlər edilməsə də, ona təzyiq edəcəkləri və evindən narkotik vasitə çıxarcaqları ilə hədələmişlər. Bu səbəbdən o həmin narkotiki öz boynuna götürmüşdür. Onun istifadəsində ***-***-**-** saylı abonent nömrəsi vardır və həmin nömrəni “Samsung A5” markalı telefonda istifadə edir. Həmin mobil telefonu saxlanılarkən üzərində olmamışdır. O narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur, nə də özü istifadə etmir. İstintaq zamanı əlavə ifadəsi alınan Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 4 ünvanda olarkən bayırdan çağırıldığı üçün evin həyətindən küçəyə çıxmışdır. Ünvana gələn 3 nəfər mülki geyimdə olan şəxslər və bir nəfər sahə inspektoru səhv etmirsə Vasif müəllim ona yaxınlaşmışlar, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və onun 15-ci polis bölməsinə getməli olduğunu demişlər. O da razılaşaraq onlarla birlikdə Zabrat qəsəbəsində yerləşən 15-ci PB-yə gəlmiş, onu polis bölməsinin rəisinin yanına aparmışlar, rəis Tural müəllim onun narkotik vasitə istifadə edib saxlamaqda şübhəli şəxs olduğunu demişlər, o əvvəlcə razı olmamışdır, lakin adını bilmədiyi polis əməkdaşlarından biri onu təpiklə və yumruqla qarnına və ayağına vurub ona fiziki təyiq göstərib işini daha da ağırlaşdıracaqlarından qorxaraq onların dedikləri ilə razılaşmışdır. Müdafiəçi qismində 7 saylı Vəkil Bürosunun vəkili X6 təyin edilmişdir. Daha sonra vəkilinin iştirakı olmadan onun üzərinə qoyulan sellofan bükümdə narkotik vasitəni videoçəkilişlə üzərinə axtarış zamanı çıxarıb təqdim etmiş və Balaxanı qəsəbəsində xx.xx.2023-cü il tarixdə 30 manata tanımadığı şəxsdən almağını bildirmişdir. Həmçinin, ona orada sənədləşdirmə aparan təhqiqatçı videoçəkiliş aparılmazdan əvvəl demişdir ki, üzərində keçiriləcək axtarışın vəkilin iştirakı olmadan keçirilməsinə etirazı olmadığını videoçəkiliş aparılan zaman bildirsin. Bu səbəbdən axtarış aparılan zaman videoçəkilişdə o da vəkilin iştirakı olmadan axtarışın keçirilməsinə etirazı olmadığını demişdir. Daha sonra öz xətti ilə bu barədə izahat verərək üzərindən narkotik aşkar edilməsini və özünün qanunsuz əldə etməyini təsdiq etmişdir. Əslində isə o heç bir narkotik vasitələrdən istifadə etmir. xx.xx.2023-cü il tarixdə saxlanılarkən onun üzərində heç bir qanunsuz maddə, o cümlədən narkotik vasitə olmamışdır (İ cild, səh. 67-69, 150- 152). 5.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona məlumat daxil olmuşdur. 08 aprel 2023-cü il tarixdə narkotik vasitələrin qanunsuz daşınmasında şübhəli bilinən Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri həyata keçirilmiş, tədbirdə iki nəfər iştirak etmişlər. Saat 1-in yarısı Zabrat qəsəbəsi, Babək küçəsində, evlərinin yaxınlığında ona yaxınlaşıb həmkarı Şahid1la özlərini təqdim edərək bölməyə dəvət etmişlər. Polis Bölməsində inzibati otaqda üstünə videoçəkiliş vasitəsilə baxış keçirilmiş, kurtkasının sol yan cibindən heroinə bənzər narkotik vasitəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs hər hansı zor və təzyiq göstərilməmiş, şəxs tək olmuş, tədbirdə sahə rəisi iştirak etməmişdir. 6.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, hal-hazırda Sabunçu RPİ-nin 15-ci PBnin əməliyyat müvəkkili vəzifəsində və polis leytenantı xüsusi rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 08 aprel 2023-cü il tarixdə saat 00:40 radələrində iş yoldaşı 15-ci PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 iştirakı ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 4-nin yaxınlığında yeri müəyyən edilən Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini ona təqdim edərək onun şübhəli şəxs olduğunu bildirib saxlayaraq müşayiət altında Sabunçu RPİ-nin 15-ci PB- nə gətirilmiş və bu barədə raportla rəisə məruzə etdikdən sonra araşdırmanın aparılması 15- ci PB-nın təhqiqatçısı polis baş leytenantı Fərmail İmanova tapşırılmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah edilmiş, dövlət hesabına müdafiəçi qismində ona Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X6 dəvət edilmiş, bundan sonra onun üzərinə şəxsi-axtarış keçiriləcəyi elan edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifələri izah edilərək video çəkiliş vasitəsilə üzərinə axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən üzərində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda və varsa təqdim etməyi təklif edildikdə, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol iç cibindən bir ədəd sellofana bükülmüş içərisində tünd rəngli qəhvəyi maddəni çıxarıb təqdim etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan maddənin heroin olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxdən 30 manata öz istifadəsi məqsədi ilə alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, aşkar edilmiş maddə ekspertizaya göndəriləcəyi elan edilərək zərfə qoyulmuş və üzəri möhürlənmişdir. O tərtib edilmiş sənədlərin doğruluğunu öz imzası ilə iştirakçılarla birlikdə təsdiq etmişdir. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı fakt və ya məlumat əldə edilməmişdir (İ cild, səh. 108-110). 7.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, aprel ayında Zabrat qəsəbəsində Şahid2 ilə birlikdə küçədə şəxsə yaxınlaşıb 15-ci Polis Bölməsinə dəvət etmişlər, təhqiqatçının otağında video çəkiliş vasitəsilə üzərinə baxış keçirilmiş və baxış zamanı narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs hər hansı zor və təzyiq göstərilməmiş, sahə rəisi tədbirdə iştirak etməmişdir. 8.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 105-107). 9.Məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Əlinicatı evdən aparmışlar, o, gələndə saat gecə 12 olmuş, polis əməkdaşları daxil olub aparmışlar. Polis əməkdaşları 4-5 nəfər olmuş, “Niva” markalı maşınla gəlmişlər, sahə rəisi də orada olmuşdur. Qardaşı, yoldaşı, o və uşaqları bir həyətdə yaşayırlar. 10.Məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, gecə saat 12-ni keçmiş o və qardaşı evdə olmuş, atası çöldə olmuşdur. Həyətə gələnin 4 nəfər olduğunu, 1 nəfərin də polis formasında olduğunu görmüşdür. Adını soruşmuşlar özünü təqdim etmiş, bu şəxs deyil demişlər. Evdə kimlərin yaşadığını soruşmuşlar, sonra qardaşını çağırmasını istəmişlər. O, qardaşını çağırmış və qardaşını maşına mindirmişlər, telefonunu istəsələr də verməmiş, sonra qardaşı razı olduğundan telefonu vermişdir. Qardaşını “Niva” markalı maşınla aparmışlar. Onlara açıq şəkildə deməmişlər, danışıb başa salıb göndərəcəyik demişlər. Qardaşı malyar köməkçisi olmuş, sonra işdən çıxmışdır. Qardaşı narkotik vasitədən istifadə etməmişdir. 11.Məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, gecə saat 12 radələrində evdə oturmuşlar, polis əməkdaşları gəlib Əlinicatı aparmışlar. 7-8 nəfər gəlmişlər və sahə rəisi də orada olmuşdur. Əlinicat maşına mindiriləndə telefon evdə olmuş, telefonu özləri vermişlər. Polis əməkdaşları aparıb araşdıraraq buraxacaqlarını demişlər. Uşaq barədə heç nə maraqlanmayıb aparmışlar. Müstəntiq telefona cavab verməmişdir. Uşağın xəstəliyi olmuş, panik atak xəstəliyi olmuş, xəstə olduğundan hərbi xidmətə aparmamışlar. Oğlu narkotik vasitədən istifadə etməmişdir. 12.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2023-cü il tarixli 6/2045 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar qeyd edilmiş kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi-3,530 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 40-44). 13.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X1 29 aprel 2023-cü il tarixli, 2536 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (ı cild, səh. 117-118). 14.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10-Hüquqi şəxsi ambulator məhkəmə psixiatrik ekspertizasının 20 may 2023-cü il tarixli, 1385 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Anamnezində əvvəllər nevrotik pozuntular keçirməsi müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, səh. 119-121). 15.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 08 aprel 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə PB-nin təhqiqatçısı polis baş leytenantı Fərmail İmanov tərəfindən şəxsi axtarış keçirilərkən ona dövriyyəsi qadağan olunmuş əşya, maddə və predmetin olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd sellofana bükülmüş içərisində tünd rəngli qəhvəyi maddəni çıxarıb təqdim etmişdir. Sorğusual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan maddənin heroin olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxdən 30 manata öz istifadəsi məqsədi ilə alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Axtarış zamanı aşkar edilmiş maddə "Zərflər üçün” 161 nömrəli möhürlə möhürlənərək qablaşdırılır və iştirakçılar imzalarla zərfi təsdiq edirlər (İ cild, səh. 29-30). 16.«DVD diskinə baxış keçirilməsi haqqında» 09 aprel 2023-cü il tarixli protokoldan görünür ki, həmin görüntü açıldıqda xidməti otaqda masa arxasında əyləşən PB-nin təhqiqatçısı polis baş leytenantı Fərmail İmanov özünü təqdim edir. Daha sonra Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 və saxlanılaraq şəxs qismində PB-nə gətirilmiş Təqsirləndirilən şəxs özlərini təqdim edirlər. Təhqiqatçı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234-cü maddəsində şübhəli şəxs olduğunu və bu səbəbdən tərəfindən şübhəli şəxs qismində tutulmasını, vəkilinin iştirakı olmadan videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış aparılmasına etirazı olub-olmadığı sual edildikdə, Təqsirləndirilən şəxs etirazı olmadığını bildirir. X11 Təqsirləndirilən şəxs dövriyyəsi qadağan olunmuş əşya, maddə və predmetin olduğu təqdirdə təqdim etməsi təklif edilir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd siqaretin sellofanına bükülmüş tünd rəngli qəhvəyi maddəni çıxarıb təqdim edir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan maddənin narkotik maddə olduğunu, həmin maddəni o, Balaxanı qəsəbəsindən tanımadığı şəxdən 30 manata öz istifadəsi məqsədi ilə alaraq üzərində saxlayıb gəzdirdiyini bildirir. Axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı əşya və ya predmet aşkar edilmir. Axtarış keçirilərkən aşkar edilmiş maddə möhürlə möhürlənərək zərfə qoyularaq qablaşdırılır, tərkibinin, çəkisinin müəyyən edilməsi üçün ekppertizaya göndəriləcəyi elan edildikdə Təqsirləndirilən şəxs buna etirazı olmadığını bildirir. İştirakçılar və Təqsirləndirilən şəxs götürülmüş maddənin qoyulduğu zərfi imzalarla təsdiq edirlər. X11 polis əməkdaşları tərəfindən saxlanılarkən və PB-nə gətirilərkən ona qarşı hər hansı fiziki və ya psixi zorakılıq edilib-edilmədiyini sual etdikdə Təqsirləndirilən şəxs ona qarşı zorakılıq edilmədiyini bildirir (İ cild, səh. 56). 17.«Telefon məlumatları olan disk baxış keçirilməsi haqqında» 05 iyun 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı abonent nömrəsinin 01 yanvar 2023-cü il tarixindən 08 aprel 2023cü il tarixinədək olan anten məlumatları, daxil olan və çıxan zəngləri, mesaj mətinləri, həmin nömrələrin sahiblərinə dair məlumatlara baxış keçirilmiş, baxış zamanı həmin DVD diskdə 3 ədəd pdf formatlı “SMS Tarixçəsi”, "Zənglərin Detallaşması” və “X31' adlı 3 ədəd “pdf” formatlı fayllar olması aşkar edilir. İstintaq marağı kəsb edən məlumatların olması yoxlanıldıqda müəyyən edildi ki, həmin diskdə hər hansı narkotik vasitələrin satışına və yayılmasına dəlalət edən göndərilən və gələn mesaj mətinləri, aşkar edilmir. Həmin diskdə olan “X3” faylına baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı abonent nömrəsi onun öz adınadır (İ cild, səh. 113). 18.«Maddi sübut kimi tanıma haqqında» 10 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 3,530 qram çəkidə narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və heroinin ekspertiza tədqiqatından sonra qalıq qalan 3,430 qram hissəsi Sabunçu Rayon Polis İdarəsinin saxlancına verilmişdir (İ cild, səh. 92). 19.«Sübutların qiymətləndirilməsi haqqında» 08 iyul 2022-ci il tarixli qərardan görünür ki, ilkin araşdırma zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən Sabunçu RPİ-nin 15-ci PB-də qeydə alınmış videogörüntülər olan 01 ədəd DVD diski iş üzrə maddi sübut qismində tanınmış və iş materiallarına əlavə edilmişdir (İ cild, səh. 132-137). 20.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, təzə xəsarət izləri aşkar olunmamışdır. Xəsarət almadığını bildirmişdir. 21.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 18). 22.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 aprel 2023-cü il tarixli, 4(008)- 280/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 08 aprel 2023--cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 78-82). 23.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş X4 İdarəsindən verilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 101). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 24.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 25.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 26.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 27.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 28.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 29.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 30.“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 31.Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 32.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 33.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 83-cü bəndinə əsasən 2 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilir. 34.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində saxlaması tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 35.Məhkəmə, təqsirləndirilən şəxsin saxlanılan zaman üzərində narkotik vasitə olmaması ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında tədqiq edilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 36.Məhkəmə həmçinin müdafiəçinin vəsatətinə əsasən dinidirilmiş şahidlərin ifadəsinə münasibətdə qeyd edir ki, onlar təqsirləndirilən şəxsin qohumları olmaqla onun xeyrinə ifadə vermələri istisna olunmur. 37.Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə şəxsi axtarışının şərtlərinə, nəticələrinə etiraz etmək və sübutların əldə edilməsinə, istifadəsinə etiraz etmək üçün effektiv şəraitin təmin edilməməsi nəticəsinə gəlməyə əsasların olmadığı qənaətinə gəlir. 38.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X7rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 39.Məhkəmə təqsirləndirilən şəxsin üzərində narkotik vasitə olmaması məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərinə «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 40.Belə ki, təqsirləndirilən şəxsin onun şəxsi axtarışı barədə videoçəkilişin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı bu sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. 41.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 42.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 43.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 44.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 45.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 46.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 47.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 48.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələbləri nəzərə alınaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 49.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 50.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 51.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 52.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 53.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 54.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 08 aprel 2023-cü il tarixdən hesablanmalıdır. 55.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 56.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 57.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. 58.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,430 qram narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 59.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 60.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 61.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 55 (əlli beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 62.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 08 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 55 (əlli beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsin. Maddi sübutlar - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 3,430 qram narkotik vasitə heroin məhv edilsin, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Siyavuş Hacıyev

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar