Məhkəmə qərarları › İş №1(101)-605/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-605/2025

05.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-605/2025 05.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X6 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 16:15-də baçıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələrin əldə edilməsi, saxlanması, daşınması və satılması barədə şəxsiyyəti istintaqa məlum olmayan “Əziz” adlı İran İslam Respublikasının vətəndaşı ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə Bakı şəhəri ərazisinə gətirilməklə gizlədilmiş külli miqdarda psixotrop maddəni naməlum vaxtda və şəraitdə qabaqcadan razılaşdırılmış yerdən “Əziz” adlı şəxsin göstərişi ilə ümumi təmiz çəkisi 30,806 qram olan ağ rəngli kristallik maddə şəklində, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin satış məqsədilə qanunsuz olaraq əldə edib üzərlərində saxlamaqla daşımış və Nərimanov RPİnin NMB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün 12 iyun 2024-cü il tarixdə saat 20:00 dəqiqədə ünvan 2 ünvanın qarşısında saxlanılaraq ünvan 3nov RPİ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən sellofan kəsiklərinə bükülmüş ümumi 21 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,623 qram, 0,672 qram, 0,638 qram, 0,705 qram, 0,411 qram, 0,632 qram, 0,674 qram, 0,653 qram, 0,643 qram, 0,707 qram, 0,693 qram, 0,598 qram, 0,608 qram, 0,691 qram, 0,586 qram, 0,662 qram, 0,898 qram, 1,373 qram, 1,030 qram, 0,637 qram, 16,672 qram olmaqla ümumi təmiz çəkiləri 30,806 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət külli miqdarda psixotrop maddə metamfetamin, içərisində psixotrop maddə olan metamfetaminə məxsus izlər olan bir ədəd şüşə borucuq, sol yan cibində olan “Samsung” markalı mobil telefon və arxa cibində olan portmanatın içərisindən isə üzərində psixotrop maddə metamfetmin izləri olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 2.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, iki il olar narkotik vasitədən istifadə edir, iranlını təxminən bir ildir tanıyır, ödənişi iranlıya kartla etmişdir. Hər dəfə iralıdan bir qram və ya qram yarım almışdır. Sonucu dəfə dəfə narkotik almaq üçün fərqli iranlı ilə əlaqə saxlamışdır. İranlıya yüz manat ödəmiş və iki qrama razılaşmışlar. Bir qram “patı” üçün razılaşmış, gedib baxdıqda çox olduğunu görmüş, zəng edib danışdıqda ona “bir qramı özünə götür, qalanını özünüzdə saxlayın, mən sizə yer deyəcəm, onu aparıb oraya atarsınız” deyilmişdir. Bundan sonra saat 9-da tutulmuşdur. Polislər onu “Həzi Aslanov”da saxlamışlar, həmin yerə İran vətəndaşından narkotik götürməyə getmiş və ünvanı ona Sərxan yollamışdır. Saxlaıldıqdan sonra Nərimanov Rayon Polis İdarəsinə aparılmış, səhərə yaxın vəkili gəlmiş və orada sənədləşdirilmişdir. Narkotiki Hövsan qəsəbəsindən götürmüş və bir büküm olmuşdur. Bölmədə çəkiliş olmuş, orada büküm açılmış, bükümün içində xırda bükümlər də olmuşdur. Ondan evdə də narkotik vasitə olubolmadığını soruşulmuş, o da cavabında olmadığını demiş, evdə axtarış edilsə də heç nə çıxmamışdır. Daha əvvəl bir dəfə də iranlı narkotiki səhvən atmış, o da həmin narkotiki aparıb “Həzi Aslanov” tərəfdə atmışdır. Bunun qarşılığında inanlı ona heç nə verməmişdir. Bu dəfə də havayı aparıb harasa qoymuşdur. Narkotiki başqa yerə qoyması müqabilində iranlı ona əlavə yarım qram narkotik verəcəyini demişdir. Polislər ona təzyiq edərək valideynlərini də gətirəcəklərini bildirmişlər, o da atasını itirdiyindən qorxmuşdur. Polis ona “necə bilirəm, elə də yazacam” demişdir. O, heç bir yazı yaza bilmir. İbtidai istintaq dövründə verdiyi ifadəsində olan imza ona məxsusdur. Ona qarşı hansısa qanunsuz hərəkət olmamış, əməlindən peşmandır. 3.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, ünvan 6 ünvanında qeydiyyatdadır və faktiki olaraq ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir, əvvələr məhkum olunmamışdır. Üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetaminlə bağlı bildirmişdir ki, təxminən 6 ay bundan əvvəl “İnstagram” sosial şəbəkəsi vastəsilə İran İslam Respublikası vətəndaşı olan Əziz adlı şəxslə tanış olmuş, Əziz sosial şəbəkə vastəsilə narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirmiş. O, da bir neçə dəfə Əzizdən narkotik vasitə və psixotrop maddə almışdır. Belə ki, Əzizin istifadəsində olan bank kartına dediyi miqdarda pul göndərdikdən sonra Əziz ona narkotik vasitə gizlətdiyi yerin şəklini internet vastəsilə göndərmiş və o da həmin ünvana gedərək oradan narkotik vasitəni götürüb istifadə etmişdir. Sonuncu dəfə təxminən tutulmamışdan 1 həftə əvvəl Əzizlə sosial şəbəkə vastəsilə danışan zaman 40 qram psixotrop maddə olan metamfetamin istəmişdir. Əziz də bunun qarşılığında ondan 500 manat pul istəmişdir. O, həmin miqdarda pulunun olmadığını, psixotrop maddəni əldə etdikdən sonra sataraq pulunu geri qaytaracağını bildirmişdir. Əzizlə uzun müddət tanışlığının olması səbəbindən Əziz ona inanmış və 40 qram psixotrop maddə olan metamfetamini Xəzər rayonu, Binə qəsəbəsində xatırlamadığı ünvana qoyduğunu, həmin ünvandan psixotrop maddəni götürməyini bildirmişdir. O, da Əzizlə razılaşaraq dediyi ünvana getmiş və oradan təxminən 40 qram psixotrop maddə olan metamfetamini götürərək yaşadığı ünvana gəlmişdir. Təxminən bir həftə ərzində həmin psixotrop maddədən bir neçə qramını özü istifadə etmiş və bir neçə qramını tanımadığı şəxslərə satmışdır. Qalan psixotrop maddəni də üzərində gəzdirmişdir. Həmçinin Əzizdən aldığı psixotrop maddəni təxminən yarım qramlıq bükümlərə bölmüşdür ki, satan zaman rahat sata bilsin. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Xətai rayonu, M.Hadi küçəsində olan zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, xidməti vəsiqələrini göstərib narkotik vasitələrin istifadəsində və satışında şübhəli olduğunu bildirərək onu Nərimanov RPİ-nə dəvət etmişlər. O, da polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nə gəlmişdir. Orada üzərinə baxış keçirəcəklərini bildirmiş və hüquqlarının müdafiəsi üçün polis idarəsinə vəkil də dəvət olunmuşdur. Ona üzərində qanunla qadağan olunmuş əşya və ya predmet olub olmadığını, əgər varsa çıxarıb masanın üzərinə qoymağını bildirmişlər. O da əvvəlcə əynində olan şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra isə əynində olan şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, sonra isə əynində olan şalvarın sol arxa cibindən 01 ədəd qara rəngli üzərində “Prada” yazısı olan pul kisəsini çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərinə şəxsi axtarış və baxış keçirilmiş, lakin baxış zamanı başqa hər hansısa bir əşya aşkar edilməmişdir. Daha sonra onun təqdim etdiyi şəffaf rəngli sellofanın içərisinə baxış keçirilmiş və oradan 01 ədəd ağ rəngli, 01 ədəd qara rəngli olmaqla 02 ədəd büküm aşkar edilmişdir. Ağ rəngli sellofanın içərisinə baxış keçirilmiş və oradan qara rəngli sellofana bükülmüş kristallik maddə və 01 ədəd kiçik qara rəngli polietilen torbada kristallik maddə olan büküm aşkar edilmişdir. Sonra isə qara rəngli sellofana baxış keçirildikdə onun içərisindən ağ rəngli sellofana bükülmüş 18 (on səkkiz) ədəd çəhrayı rəngli sellofan bükümlər və 01 ədəd şəffaf rəngli büküm aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən həmin bükümlərin içərisinə baxış keçirilmiş və oradan da şəffaf rəngli kristallik maddə aşkar edilmişdir. Daha sonra onun təqdim etdiyi qara rəngli üzərində “Prada” yazılan pul kisəsinin içərisinə baxış keçirildikdə oradan 02 ədəd elektron tərəzi, 02 ədəd bank kartı, şəxsiyyət vərəqəsi, 02 ədəd “Bakıkart” kartı və 01 ədəd on manatlıq, 03 ədəd beş manatlıq, 04 ədəd bir manatlıq pul əskinazları aşkar edilmişdir. Həmin elektron tərəziləri hansı məqsədlə istifadə etdiyi soruşulduqda bildirmişdir ki, əldə etdiyi psixotrop maddələrin çəkisini müəyyənləşdirmək məqsədi ilə istifadə edir. Bundan sonra üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminlər və 02 ədəd elektron tərəzi qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Bundan sonra o və baxışda iştirak edən digər iştirakçılar zərfi və protokolu imzalamışlar. Polis əməkdaşları başqa haradasa narkotik vasitə və ya psixotrop maddə saxlayıb saxlamadığını soruşmuş, o, da yaşadığı mənzildə də narkotik vasitə olub-olmadığını dəqiq deyə bilməyəcəyini bildirdikdən sonra polis əməkdaşları yaşadığı mənzilə də baxış keçirmək istədiklərini bildirmişlər. O, da baxışa etiraz etməməsi ilə bağlı ərizə yazdıqdan sonra polis əməkdaşları ilə bilrikdə yaşadığı mənzilə getmişdir. Polis əməkdaşları yaşadığı mənzilə baxış keçirsələr də mənzildən qanunsuz heç nə aşkar olunmamışdır. Həmin psixotrop maddə olan metamfetamini İran İslam Respublikası vətəndaşı olan Əziz adlı şəxsdən həm öz istifadəsi üçün, həm də satmaq üçün təxminən bir həftə tutulmamışdan əvvəl əldə etmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə baxış keçirilərkən ona qarşı hər hansı bir zor, təzyiq olmamışdır. Əzizlə “Whatsapp” proqramı vasitəsi ilə istifadə etdiyi xatırlamadığı mobil nömrə vasitəsi ilə əlaqə saxlamışdır. Onun narkotik və psixotop maddələrdən istifadə etməsi, eyni zamanda satışı ilə məşğul olmağı barədə ailə üzvlərinin məlumatı olmamışdır. O, bu barədə onlara heç bir söz deməmişdir. O, ***-***-**- ** saylı "xxxx" MMC-yə məxsus mobil nömrəni istifadə edir, səmimi olaraq hər şeyi etiraf etmiş və etdiyi əmələ görə peşmandır (İ cild, səh. 78-80; 205-206). 4.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Yunus adlı şəxsin Bakı şəhərində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra iyun ayının 12-də saat təxminən 22 radələrində Təqsirləndirilən şəxs o və digər əməkdaş Şahid3 tərəfindən Xətai rayonu ərazisində saxlanılaraq təhqiqat şöbəsinə gətirilmiş, üzərinə keçirilmiş baxış zamanı narkotik vasitə metamfetaminə bənzər maddələr aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış idarədə təhqiqatçı tərəfindən aparılmış, aşkar edilən bükümlər kiçik büküm olmuş və içərisində bir neçə daha xırda bükümlər olmuşdur. Şəxsi axtarış zamanı həm videoçəkiliş olmuş, həm də müdafiəçinin iştirakı təmin edilmişdir. Narkotik olması barədə məlumat olduğundan evinə də baxış keçirilməsində iştirak etmişlər. Polis tərəfindən təqsirləndirilən şəxsə qarşı hansısa zorakılıq halı olmamışdır. Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 5.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir polis baş leytenantı rütbəsini daşıyır. 12 iyun 2024-cü il tarixdə Yunus adlı şəxsin Bakı şəhəri, Xətai rayonu ərazisində mütamadi olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması, eyni zamana ünvan 8 ünvanın qarşısında üzərində narkotik vasitənin satış məqsədi ilə daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün, yəni 12 iyun 2024-cü il tarixdə saat 22 radələrində o, Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ilə birlikdə əməliyyat qrupu yaradılıb ünvan 2 ünvanın qarşısında Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq Nərimanov RPİ-nə gətirlmişdir. Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X2 xidməti otağında təhqiqatçı M.Ağalarov onun, Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs vəkili X4 iştirakı ilə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs da ilk öncə əynində olan şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra isə Yunus əynində olan şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, sonra isə o, əynində olan şalvarın sol arxa cibindən 01 ədəd qara rəngli üzərində “Prada” yazısı olan pul kisəsini çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin baxış zamanı onun üzərindən heç bir əşya aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli sellofanın içərisinə baxış keçirilmiş və oradan 01 ədəd ağ rəngli və 01 ədəd qara rəngli olmaqla 02 ədəd büküm aşkar edilmişdir. Əvvəlcə ağ rəngli sellofanın içərisinə baxış keçirilmiş və oradan qara rəngli sellofana bükülmüş kristallik maddə və 01 ədəd kiçik qara rəngli polietilen torbada kristallik maddə olan büküm aşkar edilmişdir. Bundan sonra qara rəngli sellofan bükümə baxış keçirilmiş və baxış zamanı həmin bükümün içərisindən ağ rəngli sellofana bükülmüş 18 ədəd çəhrayı rəngli sellofan bükümlər, 01 ədəd şüşə borucuq və 01 ədəd şəffaf rəngli büküm aşkar edilmişdir. Daha sonra aşkar edilmiş bükümlərin içərisinə baxış keçirilmiş və həmin bükümlərin içərisindən də şəffaf rəngli kristallik maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərindən aşkar edilmiş bükümlərin içərisində olan kristallik şəkilli maddələr psixotrop maddə hesab edilən metamfetamindir, həmin maddəni internet vasitəsi ilə tanış olduğu anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vətəndaşından həm özünün istifadəsi üçün, həm də gəlir əldə etmək üçün satış məqsədi ilə əldə edərək üzərində saxlamışdır. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qara rəngli üzərində “Prada” yazısı olan pul kisəsinin içərisinə baxış keçirilmiş və baxış zamanı pul kisəsinin içərisindən 02 ədəd elektron tərəzi, 02 ədəd bank kartı, sonuncuya məxsus şəxsiyyət vəsiqəsi, 02 ədəd “Bakıkart” kartı, 01 ədəd 10 manatlıq, 03 ədəd 5 manatlıq və 04 ədəd 1 manatlıq pul əskinazları aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əldə etdiyi psixotrop maddələrin çəkisini müəyyən etmək məqsədi ilə üzərindən aşkar edilmiş elektron tərəzidən istifadə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd elektron tərəzi qabalşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilmiş maddələrdən başqa hardasa olub-olmaması soruşulduqda, o, bildirmişdir ki, dəqiq bilmir, amma xatırladığına görə yaşadığı evdə həmin maddədən olmalıdır. Bundan sonra Təqsirləndirilən şəxs könüllü olaraq razılıq ərizəsi əsasında onun yaşadığı ünvan 10 ünvana Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Mirsənan Ağalarov tərəfindən, onun, Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3, Nərimanov RPİ-nin Kriminalistik Təhqiqatlar qrupunun ekspert kriminalisti, polis kapitanı X5, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X4, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və sonuncunun anası Validə Məhərrəmovanın iştirakı ilə baxış keçirilmiş, lakin baxış zamanı qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Baxış keçirilən zaman bütün hadisələr telefon vasitəsi ilə video çəkiliş olunmuşdur. 12 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqadarda psixotrop maddələrin satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Lakin Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə alan şəxslərin müəyyən edilməsi istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq həmin şəxsləri müəyyən etmək mümkün olmamışdır (İ cild, səh. 158-161). 6.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Yunus adlı şəxsin Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması, eyni zamanda Xətai rayonu, M.Hadi küçəsində 163 nömrəli ünvanın qarşısında satış məqsədilə üzərində narkotik gəzdirməsi barədə məlumat daxil olmuşdur. Bundan sonra əməliyyat qrupu yaradılmış, Şahid2lə birlikdə göstərilən ünvana gedib orada Yunusu saxlayaraq polis idarəsinə gətirmişlər və raportla rəhbərliyə müraciət edilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçının otağına qaldırmışlar, təhqiqatçı vəkil dəvət etmiş, videoçəkilişlə şəxsi axtarış zamanı bir ədəd pul qabını, telefonu və bükümü təqdim etmişdir. Bükümün nə olduğu soruşulduqda metamfetamin olduğunu bildirmişdir. Haradan əldə etməsi soruşulanda sosial şəbəkədəki İran vətəndaşından aldığını demişdir. Pul qabından isə iki ədəd tərəzi aşkar edilmişdir. Daha sonra evinə baxış keçirilmiş və evindən heç bir şey aşkar edilməmişdir. Polis tərəfindən təqsirləndirilən şəxsə qarşı hansısa zorakılıq halı olmamışdır. Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 7.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 162-165). 8.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, oğlu Təqsirləndirilən şəxs onlarla birlikdə yaşamış və oğlunun narkotikdən istifadə etdiyini bilməmişdir. Polislər əməkdaşları evə baxış keçirmişlər və heç nə olmadığını görüb getmişlər. O, saat neçədə baxış keçirilməsini bilməmişdir. Baxış keçirilməzdən əvvəl polis əməkdaşları evlərinə zəng etməmişlər. 9.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyun 2024-cü il tarixli, 3-16-16/1-6/3249 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: üzərində “...Vətəndaş Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış 1 №-li zərfdəki ümumi 21 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,623 qr., 0,672 qr., 0,638 qr., 0,705 qr., 0,411 qr., 0,632 qr., 0,674 qr., 0,653 qr., 0,643 qr., 0,707 qr., 0,693 qr., 0,598 qr., 0,608 qr., 0,691 qr., 0,586 qr., 0,662 qr., 0,898 qr., 1,373 qr., 1,030 qr., 0,637 qr., 16,672 qr., ümumi təmiz çəkisi 30,806 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə-metamfetamindir, bir ədəd şüşə borucuğun daxilində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. Üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri yazılmış 2 №-li zərfdəki iki ədəd elektron tərəzinin səthində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 49-54). 10.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 Şəxsi Ambulator X1 03 iyul 2024-cü il tarixli 4561 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimuluyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 172-173). 11.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X11-Hüquqi şəxsi ambulator məhkəmə-psixiatrik ekspertizasının 03 iyul 2024-cü il tarixli, 1936 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda “YÜNGÜL DƏRƏCƏLİ ƏQİL GERİLİK (F 70.0)” (psixi və davranış pozuntuların beynəlxalq təsnifatının 10-cu baxışında kodu) müəyyən edilir. Bunu iş materialları, anamnestik (ilkin psixofiziki inkişafının həmyaşlarından geri qalması, əqil geriliklə əlaqədar hərbi xidmət keçməməsi, Azərbaycan Respublikası “X17 Dispanserin”də “Kəskin ifadə olunmuş debillik dərəcəsində oliqofreniya, davranış pozuntuları ilə” diaqnozu ilə qeydiyyatda olması və s.) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (verilən suallara qısa primitiv cavablar verməsi, mühakiməlirinin səthi olması, intelektual səviyyəsinin yaşına uyğun olmaması və s.) sübut edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs yüngül dərəcəli əqli gerilik müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən əqli gerilikdə psixotik əlamətlər o dərəcədə ifadə olunmayıb ki, o, qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (İ cild, səh. 174-177). 12.«Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə» 13 iyun 2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən diskdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əvvəlcə əynində olan şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxararaq masanın üzərində qoymuşdur. Daha sonra isə o əynində olan şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, daha sonra isə əynində olan şalvarın sol arxa cibindən 01 ədəd qara rəngli üzərində “Prada” yazısı olan pul kisəsini çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərinə şəxsi axtarış və baxış keçirilmiş başqa hər hansısa bir əşya aşkar edilməmişdir. Daha sonra onun təqdim etdiyi şəffaf rəngli sellofanın içərisinə baxış keçirilmiş və oradan 01 ədəd ağ rəngli, 01 ədəd qara rəngli olmaqla 02 ədəd büküm aşkar edilmişdir. Əvvəlcə ağ rəngli sellofanın içərisinə baxış keçirilmiş və oradan qara rəngli sellofana bükülmüş kristallik maddə və 01 ədəd kiçik qara rəngli polietilen torbada kristallik maddə olan büküm aşkar edilmişdir. Daha sonra isə qara rəngli sellofana baxış keçirildikdə onun içərisindən ağ rəngli sellofana bükülmüş 18 (on səkkiz) ədəd çəhrayı rəngli sellofan bükümlər və 01 ədəd şəffaf rəngli büküm aşkar edilmişdir. Daha sonra həmin bükümlərin içərisinə baxış keçirilmiş və oradan da şəffaf rəngli kristallik maddə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin bükümlərin içərisindəki maddənin nə olması və haradan əldə etməsi barədə sual edildikdə o bildirmişdir ki, həmin maddələr psixotrop maddə metamfetamindir, həmin maddəni internet vasitəsi ilə tanış olduğu, anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vətəndaşından əldə etmişdir. Onun psixtrop maddələri əldə etməkdə məqsədi həm onlardan istifadə, həm də həmin maddələrin satışı ilə məğul olaraq gəlir əldə etmək olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddədən başqa yerdə olub olmaması soruşulduqda o dəqiq xatırlamasa da yaşadığı mənzildə olmasını bildirmişdir. Həmin mənzilə baxış keçirilməsi barədə könüllü olaraq ərizə verilməsi sual edildikdə o bildirmişdir ki, həmin mənzildə anası və bacısı ilə birlikdə yaşayır, orada baxış keçirilməsinə etiraz etmir. Daha sonra onun üzərindən aşkar edilmiş qara rəngli üzərində “Prada” yazılan pul kisəsinin içərisinə baxış keçirildikdə oradan 02 ədəd elektron tərəzi, 02 ədəd bank kartı, sonuncuya məxsus olan şəxsiyyət vərəqəsi, 02 ədəd “Bakıkart” kartı və 01 ədəd on manatlıq, 03 ədəd beş manatlıq, 04 ədəd bir manatlıq pul əskinazları aşkar edilmişdir. Həmin elektron tərəzilərin hansı məqsədlə istifadə etdiyi soruşulduqda o bildirmişdir ki, əldə etdiyi psixotrop maddələrin çəkisini müəyyənləşdirmək məqsədi ilə istifadə etmişdir. Daha sonra hər iki elektron tərəzi zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra şəxsin üzərindən aşkar edilmiş şəxsiyyət vərəqəsi, 02 ədəd bank kartı və şəxsin təqdim etdiyi “Samsung” markalı içərisində ***-***- **-** mobil nömrə olan mobil telefon iş üçün sübut əhəmiyyəti kəsb etdiyi üçün zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra şəxsə məxsus 01 ədəd “Bakıkart” kartı, 01 ədəd on manatlıq, 03 ədəd beş manatlıq, 04 ədəd bir manatlıq pul əskinazları, 01 ədəd üzərində “Prada” yazısı olan pul kisəsi iş üçün sübut əhəmiyyəti kəsb etmədiyindən şəxsin özünə qaytarılmışdır. Daha sonra şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman, polis idarəsinə gətirilən zaman, polis idarəsində olan zaman ona qarşı hər hansısa psixi və yaxud fiziki zor tətbiq edilib edilməməsi barədə soruşulduqda o bildirdmişdir ki, ona qarşı hər hansısa bir zor tətbiq edilməyib. Daha sonra ona şəxsi axtarış aparılanadək üzərinə digər şəxslər tərəfindən axtarış keçirilməsi barədə soruşulduqda o bildirmişdir ki, onun üzərinə videoçəkilişdən qabaq şəxsi axtarış baxış keçirilməmişdir. Daha sonra ona bədənində hər hansısa bir xəsarətin olub-olmaması soruşulduqda o heç bir xəsarətinin olmadığını bildirmişdir. Bundan sonra şübhəli şəxsin vəkili təkrarən Təqsirləndirilən şəxs hər hansısa bir zora məruz qalıb-qalmadığı sual edildikdə o bir daha zora məruz qalmadığını bildirmişdir. Daha sonra şəxsin bildirdiyi ünvana baxış və götürmə keçiriləcəyi bildirilmişdir (İ cild, səh. 37-40). 13.«Telefona baxış keçirilməsi haqqında» 13 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan «Samsung» markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, «Samsung» markalı mobil telefonun gövdəsi qara rənglidir. Həmin telefonda ***-***-**-** saylı sim-kart mobil nömrədən istifadə olunur. Mobil telefon açıldıqda telefona məxsus proqramlar yerləşir, iş üçün əhəmiyyət kəsb edən foto yazılmış proqrama, SMS və WatsApp yazılarına daxil olduqda WatsApp mesajları və səs yazıları aşkar edilmişdir. Həmin mesajlar və səs yazılarında Təqsirləndirilən şəxs “Əziz” adlı şəxslə yazışaraq psixotrop maddənin harada olması barədə şəkil qoyduqda Təqsirləndirilən şəxs həmin psixotrop maddəni götürdüyünü bildirmişdir. Digər səs yazıları Təqsirləndirilən şəxs “Əziz” adlı şəxsdən psixotrop maddəni istəməsini və pulunu göndərməsini təsdiq etmişdir (İ cild, səh. 202). 14.«Maddi sübut kimi tanımaq haqqında» 10 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, 12 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 30,806 qram olan psixotrop maddə metamfetamin və 02 ədəd elektron tərəzi iş üçün mühüm maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, qalıq çəkisi 30,706 qram olan psixotrop maddə metamfetamin, 01 ədəd şüşə borucuq və 02 ədəd elektron tərəzi saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanılma anbarına təhvil verilmişdir (İ cild, səh. 179-180). 15.«Cinayət iş üzrə sübutların qiymətləndirilməsi haqqında» 13 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd «Samsung» markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanılma anbarına təhvil verilmişdir. Cinayət işi üzrə 13 iyun 2024-cü il tarixli «şəxsi axtarış keçirilməsi və götürmə aparılmasını» və «mənzilə baxış keçirilməsi və götürmə aparılması»nı özündə əks etdirən 2 ədəd CD disk, Təqsirləndirilən şəxs məxsus olan “Samsung” markalı mobil telefonun “WatsApp” proqramından götürülmüş Təqsirləndirilən şəxs ilə şəxsiyyəti istintaqa məlum olmayan Əziz adlı şəxs arasında olan səs yazılarını özündə əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınmışdır (İ cild, səh. 207-220). 16.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 28-29). 17.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 4(005)- 812/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 12 iyun 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 92-97). 18.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 avqust 2024-cü i il tarixli, 1(010)-318/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 avqust 2024-cü i il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 fevral 2024-cü il tarixdən 27 fevral 2024-cü il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmış və üzərində 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (İ cild, səh. 113-114, 150-157). Tətbiq edilən qanunvericilik normaları və məhkəmənin mövqeyi: 19.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 20.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 21.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 22.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış mötəbər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibi vardır və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. 23.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 24.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 25.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 26.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 27.Qanunun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 28.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən digər şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. 29.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 30.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 118-ci bəndinə əsasən 2 qram və yuxarı həddə psixotrop maddə olan metamfetamin külli miqdar hesab edilir. 31.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, təqiq edilmiş ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 32.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X7rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 33.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla psixotrop maddənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 34.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etməsi, saxlaması və daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. 35.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 36.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 37.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 38.Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 39.Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 40.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 41.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 42.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 43.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 44.Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 avqust 2024cü i il tarixli, 1(010)-318/2024 nömrəli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 fevral 2024-cü il tarixdən 27 fevral 2024-cü il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmış və üzərində 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. 45.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 avqust 2024-cü i il tarixli, 1(010)- 318/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. 46.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 47.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 fevral 2024-cü il tarixdən 27 fevral 2024-cü il tarixadək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 02 (iki) gün müddət ona təyin ediləcək cəzanın müddətinə hesablanmalıdır. 48.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 49.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 50.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 51.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 52.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu - 12 iyun 2024-cü il tarixdən hesablanmalıdır. 53.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 54.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi . 55.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 56.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, iş üzrə aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 30,706 qram çəkidə psixotrop maddə metamfetaminin, 01 ədəd şüşə borucuğun və 02 ədəd elektron tərəzinin məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən 03 ədəd CD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung» markalı mobil telefon aparatı onun özünə (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılmalıdır. 57.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 58.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 59.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 60.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 avqust 2024-cü i il tarixli, 1(010)-318/2024 nömrəli hökmü ilə təyin edilmiş 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə ona qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 fevral 2024-cü il tarixdən 27 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 12 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olaraq Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 30,706 qram çəkidə psixotrop maddə metamfetamin, 01 ədəd şüşə borucuq və 02 ədəd elektron tərəzi məhv edilsin, 03 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın, bir ədəd «Samsung» markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Elmin Rüstəmov

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar