Məhkəmə qərarları › İş №1(101)-606/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-606/2020

13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-606/2020 13.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X5 və X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 və ədliyyə müşaviri Dövlət ittihamçısı3, Təqsirləndirilən şəxs və müdafiəçilər - Bakı şəhəri, 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 və fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1979-cu ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, xx xxxxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 178.3.2-ci və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında “xxxxxxxxxx” ASC-dən güzəştli şərtlərlə 3 ədəd traktor alınmasında köməklik göstərilməsi ilə əlaqədar 2017-ci ilin noyabr ayında özünə müraciət edən Şahid2 özünün həmin Cəmiyyətin rəhbər vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olmasını və həmin münasibətindən istifadə edərək ona bir ədədin dəyəri 70.000 manat olan “Belarus 1221” markalı traktordan 3 ədədinin güzəştli şərtlərlə alınmasında köməklik edə biləcəyini yalandan vəd verib, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə etməklə Şahid2 həmin məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu həmin Cəmiyyətin səlahiyyətli rəhbər vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirib, sonuncunun razılığını almaqla onunla sövdələşərək, həmin adla Şahid2 2017-ci ilin noyabr ayının sonlarında inandırmaq üçün Sabunçu rayonu, Bəşir Bünyadov küçəsi 12 ünvanında yerləşən “xxxxxxxxxx” ASC-nin inzibati binasının qarşısında görüşüb ondan 24.000 (iyirmi dörd min) manat, eyni niyyətlə, 2018-ci ilin mart ayında Nərimanov rayonu ərazisində Bakı Metropoliteninin “Nəriman Nərimanov” metrostansiyasının yaxınlığındakı parkda 10.000 (on min) manat və həmin yerdə 2018-ci ilin iyun ayında 8.000 (səkkiz min) manat, həmçinin, 2018-ci ilin iyul-avqust ayları ərzində Şahid2 eyni üsulla əlavə olaraq bir ədəd kombayn da ala biləcəyi barədə yalandan vəd verib aldadaraq, həmin adla 2018-ci ilin sentyabr ayı ərzində Nəsimi rayonu ərazisində “Şamaxinka” adlanan yerdə 2 dəfəyə 6.400 manat, həmçinin, Şahid2 naməlum olmayan şəraitdə göndərdiyi 3.600 (üç min altı yüz) manat pulu alıb, ümumilikdə əldə etdiyi 52.000 manat məbləğində pul vəsaitini öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid2 məxsus 52.000 (əlli iki min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2018-ci ilin yanvar ayında övladı Elvin Allahverdiyevi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində hər hansı vəzifəyə işə düzəldilməsində köməklik göstərilməsinə dair özünə müraciət edən tanışı Şahid1 özünün 2003-2013-cü illər ərzində həmin qurumda (əvvəlki adı ilə Hərbi Komissarlıqda) rəhbər vəzifələrdə işləməsi ilə əlaqədar Xidmətin digər rəhbər vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olmasını və həmin münasibətindən istifadə edərək Elvin Allahverdiyevi qeyd edilən işə qəbul etdirə biləcəyini Şahid1 yalandan vəd edib, sonuncuda özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edib həmin məsələnin müsbət həlli üçün özünün yaxın münasibətdə olduğu qeyd edilən qurumun səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Elvin Allahverdiyevin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 13.500 (on üç min beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid1 yalandan bildirib, sonuncunun razılığını almaqla onunla sövdələşərək, həmin adla Şahid1 2018-ci ilin mart ayında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Bakı Metropoliteninin “Memar Əcəmi” metrostansiyasının yaxınlığında 5.000 (beş min) manat, eyni niyyətlə, 2018-ci ilin iyun ayında həmin yerdə 5.000 (beş min) manat, eyni niyyətlə, 2018-ci ilin dekabr ayında Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “8-ci km bazarı” yaxınlığında 3.200 (üç min iki yüz) manat və eyni niyyətlə, 2019-cu ilin mart ayında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Bakı Metropoliteninin “Memar Əcəmi” metrostansiyasının yaxınlığında 300 (üç yüz) manat, ümumilikdə 13.500 (on üç min beş yüz) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 13.500 (on üç min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmiş, təkrar vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Elvin Allahverdiyevin xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid1 təhrik etmişdir. Bundan başqa, o, təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında “xxxxxxxxxx” ASC-nin Füzuli rayon aqroservis şöbəsinin balansında olan 4 ədəd “New Holland” markalı kombaynın güzəştli şərtlərlə alınmasında köməklik göstərilməsi ilə əlaqədar 2019-cu ilin fevral ayında özünə müraciət edən tanışı Şahid5 özünün həmin Cəmiyyətin rəhbər vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olmasını və həmin münasibətindən istifadə edərək qeyd edilən kombaynların güzəştli şərtlərlə alınmasında köməklik edə biləcəyini yalandan vəd verib, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə etməklə Şahid5 həmin məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu həmin Cəmiyyətin rəhbər vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 52.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirib, sonuncunun razılığını almaqla onunla sövdələşərək, həmin adla 2019-cu ilin fevral ayından həmin ilin may ayına kimi olan müddətdə Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda Şahid5 hissə-hissə olmaqla, cəmi 52.000 (əlli iki min) manat məbləğində pul vəsaitini alıb, eyni niyyətlə, 2019-cu ilin may ayından həmin ilin noyabr ayına kimi olan müddətdə sonuncuya mövsümdə işlətmək məqsədi ilə 5 ədəd kombayn icarəyə götürülməsinin zəruriliyini bildirib, icarə haqqı qismində 14.000 (on dörd min) manat, kultivator texnikasının gətirilməsi adı ilə 21.100 (iyirmi bir min yüz) manat, “xxxxxxxxxx” QSC-nin rəhbər vəzifəli şəxsinə həmin icarənin həyata keçirilməsi və texnikanın gətirilməsi ilə əlaqədar xidməti vəzifəsinin icrası ilə əlaqədar onların xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 6.500 (altı min beş yüz) manat, kombaynın mülkiyyət sənədlərinin əldə edilməsi məqsədi ilə şəxsi xərcləri adı altında cəmi 3.900 (üç min doqquz yüz) manat, kombaynın əmlak sənədlərinin hazırlanması məqsədi ilə şəxsi xərcləri adı altında cəmi 2.500 (iki min beş yüz) manat, 3 ədəd texnikanın gətirilməsi adı altında 1.800 (bir min səkkiz yüz) manat və texnikanın sahibinə vermək adı ilə 3.900 (üç min doqquz yüz) manat məbləğində pul vəsaitinin verilməsinin zəruriliyini bildirib, razılığını almaqla onunla sövdələşərək həmin adla ondan qeyd edilən müddət ərzində yenə hər biri Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda olmaqla 5 ədəd kombaynın icarə haqqı qismində 14.000 (on dörd min) manat, kultivator texnikasının gətirilməsi adı ilə 21.100 (iyirmi bir min bir yüz) manat, “xxxxxxxxxx” QSC-nin rəhbər vəzifəli şəxsinə rüşvət qismində vermək adı altında 3.000 (üç min) manat və 3.500 (üç min beş yüz) manat olmaqla, iki dəfəyə cəmi 6.500 (altı min beş yüz) manat, kombaynın mülkiyyət sənədlərinin əldə edilməsi məqsədi ilə şəxsi xərcləri adı altında cəmi 3.900 (üç min doqquz yüz) manat, kombaynın əmlak sənədlərinin hazırlanması məqsədi ilə şəxsi xərcləri adı altında cəmi 2.500 (iki min beş yüz) manat, 3 ədəd texnikanın gətirilməsi adı altında 1.800 (bir min səkkiz yüz) manat və texnikanın sahibinə vermək adı ilə 3.900 (üç min doqquz yüz) manat məbləğində pul vəsaitini alıb, ümumilikdə, əldə etdiyi 105.700 (bir yüz beş min yeddi yüz) manat məbləğində Şahid5 məxsus pul vəsaitini öz şəxsi məqsədlərinə sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus 105.700 (bir yüz beş min yeddi yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmiş, təkrar, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə hərbi xidmətdən səhhətində olan problemlərlə əlaqədar tərxis olunmuş X6 xəstəliyi ilə əlaqədar ona əlillik dərəcəsinin təyin edilməsində köməklik göstərilməsinə dair 2019-cu ilin may ayında sonuncunun qohumu X7 dostu və özünün isə cinayətdən xəbərsiz olan tanışı Şahid3 vasitəsilə özünə müraciət etməsi ilə əlaqədar Ziya Heydərova özünün yüksək vəzifədə işləyən çoxsaylı tanışlarının olmasını və həmin tanışları vasitəsilə Habil Quliyev barəsində əlillik dərəcəsi təyin etdirmək imkanında olmasını yalandan vəd edib, Ziya Heydərovda özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edib həmin məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Habil Quliyevin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Ziya Heydərova yalandan bildirib, sonuncunun razılığını almaqla onunla sövdələşərək, inandırıcı olması üçün pulun 1.500 (bir min beş yüz) manatının həmin vaxt, qalan 3.500 (üç min beş yüz) manatının isə məsələnin müsbət həll olunmasından sonra verilməli olmasını yalandan bildirib, həmin adla 2019-cu ilin may ayında Şahid3 vasitəsilə Bakı şəhəri ərazisində Ziya Heydərovdan 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib təkrar dələduzluq etmiş, təkrar, vəzifəli şəxsə xidməti səlahiyyətlərinini icrası ilə əlaqədar Habil Quliyevin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Ziya Heydərovu təhrik etmiş, sonuncu bir müddət sonra həmin məsələnin həll olunmamasını görüb qalan 3.500 (üç min beş yüz) manat pul vəsaitini verməkdən imtina etdiyinə görə, həmin məbləğdə pulu sonuncudan almağa nail olmayıb, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən tam həcmdə başa çatdıra bilməyərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus 5.000 (beş min) manat məbləğində pul vəsaitini təkrar dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, bir müddət sonra 2019-cu ilin iyul ayında özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edib Şahid3 vasitəsilə Ziya Heydərova həmin məsələni, yəni Habil Quliyevə əlillik dərəcəsinin təyin edilməsini artıq əlaqələri vasitəsilə müsbət həll edə biləcəyini yalandan vəd edib, bunun üçün yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətini) icrası ilə əlaqədar Habil Quliyevin xeyrinə edəcəyi bilə-bilə həmin qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 650 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Ziya Heydərova yalandan bildirib, sonuncunun razılığını almaqla onunla sövdələşərək, həmin adla 2019-cu ilin iyul ayında şəxsən Bakı şəhəri, Binəqədi rayonu ərazisində 650 manat məbləğində pul vəsaitini Şahid3 vasitəsilə Ziya Heydərovdan alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus 650 (altı yüz əlli) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrar dələduzluq etmiş, təkrar, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Habil Quliyevin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Ziya Heydərovu təhrik etmişdir. Bundan başqa, o, təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2019-cu ilin iyun ayında övladı Seymur Qocayevin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində hər hansı vəzifəyə işə düzəldilməsində köməklik göstərilməsinə dair özünə müraciət edən cinayətdən xəbərsiz olan tanışı X12 dostu Şahid4 özünün 2003-2013-cü illər ərzində həmin qurumda (əvvəlki adı ilə Hərbi Komissarlıqda) rəhbər vəzifələrdə işləməsi ilə əlaqədar Xidmətin digər rəhbər vəzifəli şəxslərilə yaxın münasibətlərinin olmasını və həmin münasibətindən istifadə edərək Seymur Qocayevi qeyd edilən işə qəbul etdirə biləcəyini Şahid4 yalandan vəd edib, sonuncuda özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edib həmin məsələnin müsbət həlli üçün özünün yaxın münasibətdə olduğu həmin qurumun səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinini) icrası ilə əlaqədar Seymur Qocayevin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 4.000 (dörd min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid4 yalandan bildirib, sonuncunun razılığını almaqla onunla sövdələşərək, həmin adla 2019-cu ilin iyun ayında Sumqayıt şəhəri ərazisində Fərid Əliyev vasitəsi ilə Şahid4 4.000 (dörd min) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus 4.000 (dörd min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrar dələduzluq etmiş, təkrar, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Seymur Qocayevin xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid4 təhrik etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ittiham aktında göstərilən və dövlət ittihamçısının məhkəmədə səsləndirdiyi ittihamları qəbul etmir. Belə ki, ittihamda göstərilən kombayın məsələsinə gəldikdə, orada məbləğ 105.700 manat deyil, 48.000 manat olmuşdur və o, Şahid5la həmin vəsaiti kombaynın üstünə xərc kimi qoymuşlar, kombayn isə həyətdə olmuşdur. Həmin işdən onun barəsində heç kim şikayət etməmişdir. 2019-cu il dekabrın 5-də DTX-nin Xüsusi şöbəsi tərəfindən o, saxlanılmış, lakin bunu qanunsuz sayır. Çünki o, mülki şəxs olduğuna görə onu Xüsusi şöbə saxlaya bilməz. Həmçinin, onunla telefonla danışan 5 nəfərin də hamısını həmin şöbəyə məcburi şəkildə aparıblar və onların izahatlarını alıblar. Əgər həmin şəxslər ondan şikayət etsəydilər, onu gərək dekabrın 5-dən əvvəl saxlamalıydılar. Kombaynla bağlı dəymiş ziyan Kənd təsərüfatı nazirliyinə qaytarılmışdır. Həmin kombaynı Sabirabadda saxlayırlar, kombayna təkər, akumulyator almışlar və üstünə pul qoymuşlar. Həmin işlə bağlı heç kimə rüşvət verməmişlər. Təqsirləndirilən şəxs ifadəsində həmçinin bildirdi ki, Şahid4lə bağlı epizoda gəldikdə isə, ondan pul almamışdır. Sadəcə olaraq dostu Fərid ondan xahiş etmişdir ki, tanışı varsa, Mahirin oğlunun işini tapşırmaq lazımdır. Belə ki, həmin uşaq Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət xidmətində işə düzəlmək üçün neçə dəfə imtahana getsə də, imtahandan kəsilmişdir. O da, gedib ərizə yazmaqla müraciət etmək lazım olması barədə məsləhət vermişdir. Təqsirləndirilən şəxs ifadəsinə görə, Şahid1 onun qohumumdur, sonuncunun oğlu Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət xidmətinə imtahan verərkən kəsildiyindən, o da, həmin uşağın işini xahiş etmişdir. Lakin bunun üçün Hidayətdən pul almamışdır. Şahid3 aid epizoda gəldikdə isə, o, Xəqanidən 650 manat borc almış, onu da qaytarmışdır. Heç kimə əlillik dərəcəsi düzəldəcəyi barədə söz verməmiş və bu adla heç kimdən pul almamışdır. Şahid2la bağlı epizod da uydurmadır. O, Fizuli rayonunda arpa, taxıl əkini ilə məşğul olmuşdur. Şahid2 traktor alınmayıb, ona «selka» verilib, iki selka almış, onların da ikisinin qiyməti 24.000 manat təşkil edir. Təqsirləndirilən şəxs məhkəmədə bildirdiyinə görə, onu kiməsə görə həbs ediblər, onun səsini kəsmək üçün tutdurublar. X11 ittiham aktının guya martın 27-də tərtib edildiyini yazsa da, ona martın 26-da təcridxanada qol çəkdirmişdir. Ona ev dustaqlığına çıxacağına yalandan söz verərək sənədlərə imza etdirmişdir. Məhkəmə iclasında verilən sualları cavablandıran Təqsirləndirilən şəxs özünün Fizuli rayonunda arpa, taxıl əkini ilə məşğul olduğunu, 4 kombaynı götürüb Şahid5 qapısında təmir etdirdiyini, onunla şərik olduğunu, «xxxxxxxxxx»dən həmin kombayınları götürüb təmir etdirərək sonra onları icarəyə verdiklərini, 2003-2013-cü illərdə Qobustan rayonunda Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətində rəis vəzifəsini icra etdiyini, Şahid4 heç vaxt görmədiyini və tanımadığını, onunla yalnız telefonda danışdığını, Mahirin oğlunun işini ondan dostu Fərid Əliyevin xahiş etdiyini, o da, ərizənin hara və kimə yazılmasını başa saldığını, onlardan 4000 manat almadığını, Şahid2 traktor alınmadığını, ona «selka» verildiyini, iki «selka» aldığını, Bilalın ondan şikayət etmədiyini, onu MTN-nin Suraxanı rayon şöbəsinə çağırıb əleyhinə izahat aldıqlarını, kimlərinsə ayağını tapdaladığına görə özünün sifarişlə həbs edildiyini, «xxxxxxxxxx»lə bağlı şikayət olmadığını, bütün işlərin DTX-nin Xüsusi şöbəsi tərəfindən aparıldığını, kimsənin ondan şikayət etmədiyini, kimdənsə onun pul almadığını, kimlərisə rüşvət verməyə təhrik etmədiyini, bunlara baxmayaraq sonradan onun işini Korrupsiyaya qarşı mübarizə idarəsinə verdiklərini, Şahid1 qohumu kimi tanıdığını, ondan pul aldığını, lakin həmin pulu işə görə yox, həmin işdən əvvəl borc kimi aldığını və hazırda qaytardığını, Şahid5 kombaynın üstünə 48000 manat pul qoyduğunu, onunla özünün şərik olduğunu, X13 adlı şəxsi tanımadığını, Şahid3 Ziya Heydərova əlillik dərəcəsinin təyin olunması ilə bağlı ona müraciət etmədiyini, Xəqanidən 1500 manat almadığını və 5000 manat almağa cəhd etmədiyini, 650 manat borc aldığını və həmin pulu da qaytardığını, heç kimə qarşı dələduzluq etmədiyini və heç kimi rüşvət verməyə təhrik etmədiyini, kombayn məsələləri ilə əlaqədar Şahid5la və Şahid2la onun şərikli işlərinin olduğunu, bu məqsədlə kombayn, traktor və digər texnikanın alınması və təmiri üçün pul yatırdıqlarını, sonradan onlarla haqq-hesab çəkərək razılığa gəldiklərini, Şahid1 və Şahid4 övladlarının Səfərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmaq üçün imtahan verdiklərini, lakin imtahınlardan keçə bilmədiklərinə görə onlara məsləhətlər verdiyini, heç kimdən əlillik dərəcəsi düzəltmək adı altında pul almadığını, Şahid3 tanışı kimi borc pul istədiyini və sonradan həmin borcunu qaytardığını, hazırda heç kimə borcu qalmadığını bildirdi. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan və tədqiq olundu. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,178.2.2, 178.3.2 və 32.4,312.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək həmin ifadələrində göstərmişdir ki, 2003-cü ildə hərbi xidmətdən qayıtdıqdan sonra həmin vaxt Hərbi Komissarlıqda işə düzəlmişdir. Qax Hərbi Komissarlığında hərbi komissarın müavini vəzifəsində işə başlamış, 2004-cü ildən 2010-cu ilə kimi Qobustan rayon hərbi komissarının müavini vəzifəsində işləmişdir. 2010-cu ildə Qobustan hərbi komissarı işdən azad edilmiş və o, həmin tarixdən 2013-cü ilə kimi Qobustan hərbi komissarının əvəzedicisi kimi çalışmışdır. 2012-ci ildən komissarlıq struktur olaraq dəyişdirildiyindən və Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti olduğu üçün Müdafiə Nazirliyindən ayrılmışdır. O, bu struktur qurumda 1 ildən bir az artıq işləmişdir. 2013-cü il tarixdə Hərbi prokurorluğun başladığı cinayət işi üzrə o, bir neçə fakt üzrə dələduzluq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Bakı hərbi məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 6 il 8 ay 6 gün müddətə azadlıqdan məhrum etmə cəzasına 2 il sınaq müddəti ilə şərti məhkum edilmişdir. Lakin buna baxmayaraq onun qeyd edilən qurumla yaxşı münasibətləri olmuşdur. O, Dövlət Təhlükəsizlik Xidmətində də izahat verərəkən onun hər hansı bir şəxsə qarşı dələduzluq etmək fikrinin olmadığını, sadəcə ona yaxın olan insanlara köməklik etmək istədiyini bildirmişdir. Onun uzaq qohumu olan Şahid1 ona müraciət edərək əvvəllər Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətində çalışmağını nəzərə alaraq oğlu Elvin Allahverdiyevi həmin xidmətdə işə düzəltməsi üçün ondan xahiş etmiş, o da, Hidayət kişiyə bunun üçün nə lazımdırsa edəcəyini və oğlu ilə bağlı kimə lazımdırsa, xahiş edəcəyini bildirmişdir. O, bununla bağlı xidmətin rəisi Arzu Rəhimova da şəxsən xahiş etmiş və sonuncu, ona uşağın işə düzələcəyinə dair söz vermişdir. O, həqiqətən Şahid1 bu işin düzəldilməsi adı ilə bir neçə dəfə pul almış, lakin həmin pullardan o, nə Xidmətdə kiməsə pul vermiş, nə də ki, bu işlə bağlı nəyəsə xərcləmişdir. O, həmin pulları şəxsi işlərinə xərcləmişdir. O, Arzu müəllimin onun xahişini yerə salmayacağına əmin olmuşdur. X9 8 dəfə xidmətdə imtahanlara da cəlb etmişlər, lakin hər dəfəsində hansısa mərhələdə problem çıxmış, hətta bir dəfə həm testdən, həm də ki, fiziki hazırlıq üzrə imtahanlardan keçmiş, lakin son mərhələdə yenə işi düzəlməmişdir. Daha sonra Hidayət kişi ona verdiyi pulları geri tələb etmiş və o, artıq cinayət işi başlandıqdan sonra 13500 manat pulu Hidayət kişiyə geri qaytarmışdır. O, Hidayət kişidən 4 dəfəyə 13500 manat, yəni 2018-ci ilin mart ayında Memar Əcəmi metrostansiyası yaxınlığında 5000 manat, yenə eyni yerdə 2018-ci ilin iyun ayında 5000 manat, 2018-ci ilin dekabr ayında 8 km bazarı yaxınlığında 3.200 manat və 2019-cu ilin mart ayında Hidayət kişinin oğlu Elvindən 300 manat olmaqla həmin pulları almışdır. Şahid1 ondan şikayət və tələbi olmamışdır. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrində həmçinin göstərmişdir ki, uzun illər əvvəl Sumqayıt şəhərində polisdə işləyən Fərid Əliyevi tanımışdır. Təxminən 2019-cu ilin iyun ayında Fəridlə telefonda danışarkən sonuncu Şahid4 oğlu Seymur Qocayevin yenə də Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətində işə düzəlməsinə kömək edilməsini xahiş etmişdir. O da, bunun müqabilində sonunculardan 4.000 manat pul istəmiş, lakin bu pulları o, Fəriddən elə həmin ayda Sumqayıtda almasına baxmayaraq, həmin puldan kiməsə bu iş üçün pul verməmişdir. O, həmin uşağın da ona verdiyi sənədləri xidmətə göndərmiş, lakin yenə də xidmətdə tanışı olan uşaqlardan xahiş etməsinə baxmayaraq, Seymurun işi düzəlməmiş və sonunculara xidmətdən rədd cavabı verilmişdir. Daha sonra Fərid ondan pulu tələb etmiş, o da, həmin pulu artıq istintaq dövründə tam qaytarmışdır. Bundan əlavə, o, Şahid3 də uzun zamandır ki, tanımışdır. Şahid3lə 2019-cu ilin may ayında görüşərkən, sonuncu, ona kirvəsi olan Ziya Heydərovun bir yaxın qohumunun hərbi xidmətdən səhhəti ilə bağlı narahatçılıqlarla qayıtdığını və mümkünsə həmin Habil adlı cavan oğlana əlillik düzəldilməsini xahiş etmiş, o da, həmin vaxtlar ehtiyacı olduğundan 5000 manat pul müqabilində bunu həll edə biləcəyini bildirmişdir. X17 aldığı puldan ona 1500 manat pul vermiş, qalan 3500 manat pulu isə iş düzəldikdən sonra verəcəyini bildirmişdir. 2019-cu ilin may ayında həmin pulu mikrorayon ərazisində Bakı şəhərində almışdır. O, Habil Quliyevin əlillik məsələsinin bir-iki nəfərdən qanuni yolla düzəltməyin mümkün olub-olmamasını soruşmuşdur. Lakin bir qədər çalışsa da, həmin əlillik məsələsini də düzəldə bilnməmişdir. O, Xəqani tərəfdən təkidlərdən sonra 1500 manat pulu geri qaytarmışdır. 2019-cu ilin iyul ayında o, dənizə gedərkən yenə Xəqanini görmüş və Xəqani onu dostu Ziyanın yanında biabır etdəyini bildirmiş, o, sonuncunun xətrinə yenə bu işi düzəltməyə çalışacağını demişdir. Həmin vaxt o, Xəqanidən özü üçün 650 manat pul almış, lakin bu puldan kiməsə verərək həmin əlillik işi ilə bağlı hər hansı bir iş görməmiş, daha sonra isə özü üçün aldığı 650 manatı da sonuncuya geri qaytarmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi həmin ifadəsinə görə, o, Şahid2 uzun zamandır ki, tanıyır. Hələ Qobustan rayonunda işləyən zaman sonuncu orada torpaq sahələrində əkinçiliklə məşğul olmuşdur. Bilal onun atasının uzun illərdir ki, əkinçiliklə məşğul olmasını bildirmiş və ondan Qobustanda taxıl əkinlərinə də müəyyən texnikalar lazım olduğundan texnikaları necə əldə etdiklərini soruşmuşdur. Belə ki, texnikalar dövlət tərəfindən dəyərinin 20 faizi əvvəlcədən ilkin ödəniş kimi qəbul edildikdən sonra sifariş edilir, yerdə qalan dəyərin 40 faizi dövlət tərəfindən güzəşt edilir və qalan 40 faiz dəyər isə 10 ilə bölünərək ildə dörd dəfə ödənilməklə tam dəyər bağlanır. 2017-ci ilin noyabr ayında o, söhbət zamanı Bilala 3 traktor üçün həmin 20 faizlik dəyərin, yəni 70 manatlıq “Belarus 1221” markalı traktorun birinə görə 14.000 manatdan olmaqla 42.000 manatını verməsini bildirmiş, Bilal isə ona həmin pulu verəcəyini bildirsə də, həmin pulu hissələrə bölməklə vermişdir. Belə ki, 24.000 manatı 2017-ci ilin sonlarına doğru xxxxxxxxxxin Sabunçu rayonu ərazisindəki binanın qarşısında vermişdir. O, Bilala həmişə kömək etmiş, Nəriman adlı dostunun da bu işdə onlara köməklik edəcəyini bildirmişdir. Bundan sonra onlar Bilalın pulu tamamlamasını gözləmişlər. Bilal isə işi uzadaraq 2018-ci ilin mart ayında Nərimanov rayonunda metrostansiyanın yaxınlığında parkda 10.000 manat bir, 2018-ci ilin iyun ayında yenə eyni yerdə 8000 manat ona vermişdir. Bununla o, Bilaldan istədiyi 42.000 manatı almışdır. Lakin arada Bilal fikrini dəyişdirmiş və kombayn istəmiş, buna görə o, pulları xxxxxxxxxxə verməmişdir. Sonuncu daha sonra yenə traktor istəmiş və o, xxxxxxxxxxdən həmin traktorları gözləməyə başlamış, ancaq pulları verməmişdir. Bundan əlavə o, Bilaldan 2018-ci ilin sentyabr ayında iki dəfəyə olmaqla 6.400 manat bir və 3.600 manat bir pul almışdır. O, bu pulları da Bilaldan Bakı şəhərində Nəsimi rayon ərazisində almış və bu pula isə sonuncuya güzəştli şərtlərlə kombayn alınmasını söz vermişdir. Daha sonra xxxxxxxxxxdə məsələlər alınmamış və artıq cinayət işi dövründə o, Bilaldan aldığı pulları tam şəkildə geri qaytarmışdır. Hətta bir dəfə o, bu proses zamanı xxxxxxxxxxdə disk deyilən 12.000 manatlıq bir texnikanı da almış, Bilal həmin texnikanın 40 faizlik hissəsini 3.600 manata dəyərləndirmiş, lakin buna baxmayaraq, o, Bilalın ziyanını tam şəkildə bağlamışdır. Təqsirləndirilən şəxs həmin ifadələrində həmçinin göstərmişdir ki, o, Şahid5la da uzun zamandır ki, dostdur. Nemət özü xxxxxxxxxxdə işləmişdir. Onun da atasına həmişə texnika lazım olduğundan onunla Nemət tez-tez görüşmüşlər. Daha sonra Nemət işdən çıxmış, 2019-cu ilin fevral ayında ona X1 4 ədəd nasaz, işlək olmayan kombayn olmasını və bu kombaynları götürmək istədiyini bildirmişdir. O da, artıq uzun illər xxxxxxxxxxdən texnikalar götürdüyündən, sonuncuya bu texnikaları elə yarasız halda götürüb daha sonra təmir etməklə işlək vəziyyətə gətirib birlikdə işlətməyi təklif etmiş, Nemət də onunla razılaşmış və onlar bu işə başlamışlar. Hətta 2019-cu ilin may ayında 3 ədəd kombaynı bir, 1 ədəd kombaynı isə digər bir müqavilə ilə saxlanca öz adına götürmüşdür. Nemət isə həmin kombaynları təmir etməyə başlamışdır. Nemət ilkin təmir zamanı bir neçə dəfəyə olmaqla özü və onun vasitəsilə kombaynın detallarını və avadanlıqlarını almışdır. Təxminən həmin vaxt Nemət 48000 manat pul xərcləmişdir. Onlar həmin kombaynları demək olar ki, saz vəziyyətə gətirmişlər. O, özü də həmin kombaynlara 20.000 manata yaxın pul xərcləmişdir. Lakin bu dövrdə DTX-nin əməkdaşları bu işlə bağlı onların izahatını almışlar və Aqroliznqdə həmin kombaynları geri götürmüşlər. Ancaq onların bu sərf etdikləri pulları o, öz cibindən sərf etdiyindən həmin pullar batmamalı və qeyd edilən kombayn geri qaytarılmalıdır. Daha sonra o, həmin ifadəsində bildirmişdir ki, Şahid5 ifadəsində Təqsirləndirilən şəxs və Sarvan Cəfərov ilə razılığına əsasən hər kombaynı 15.000 manat olmaqla 60.000 manat pul verilməklə həmin 4 ədəd kombaynı öz mülkiyyətinə keçirmək barədə sövdələşmələrinin olduğunu, 2019-cu ilin fevralında onun sonuncuya zəng edərək məsələnin həll edildiyini, həmin vaxt görüş zamanı 5000 manat pul aldığını və daha sonra sənədləri verə bilmədiyindən həmin 5000 manatı ona qaytarmasını, həmçinin ona 2019-cu ilin may ayına kimi hissələrlə olmaqla 52.000 manat pul ödədiyini, ümumilikdə 52000 manatda daxil olmaqla 105.700 manat verdiyini, 52.000 manatdan əlavə ona sezonda işlətmək adı ilə 5 ədəd kombayn üçün 14.000 manat, kultivatorların gətirilməsi üçün 21.100 manat, 3000 və 3500 manat olmaqla iki dəfəyə cəmi 6.500 manat xxxxxxxxxxin guya rəhbərliyinə verilməsi üçün göndərdiyi pullar, cəmi 3900 manat onun özünə verdiyi pullar, 3 ədəd texnikanın gətirilməsi üçün 1800 manat və bir texnikanın sahibindən halallıq almaq üçün 3900 manat verdiyi pullar da daxil olmaqla, cəmi 105.700 manat pul verdiyini bildirsə də, Nemət yalan danışmışdır. Nemət də onun kimi kombaynların düzəldilməsinə pul xərcləmiş və ümumilikdə 48.000 manat ziyan etmişdir. O isə, 20.000 manat pul xərcləmişdir. O, dediyi kimi həmin kombaynları da öz adına icarəyə götürmüşdür. Eyni zamanda, Nemət digər verdiyi pulları ona deyil, ola bilsin ki, başqa adama vermişdir. Həmçinin adı çəkilən Sarvan müəllimlə onun görüşü olmuş, lakin o, sonuncu ilə başqa bir işlə bağlı görüşmüşdür. Nemətin dediyi pulları o, almamışdır. Eləcə də Təqsirləndirilən şəxs göstərmişdir ki, Şahid2 ifadəsində onun sonuncudan pulları Nəriman adlı xxxxxxxxxxin işçisi ilə birlikdə aldığını, bu işin düzəldilməsində rolu olmasını və Nəriman adlı şəxsi də dəfələrlə aldatmasını bildirdiyini göstərsə də, Nəriman xxxxxxxxxxin işçisi olmamış və sadəcə ona köməklik etmək üçün çalışmışdır. Nəriman sadəcə bir neçə dəfə Bilal ilə telefonda danışmış və bu zaman sonuncular arasında pul söhbəti olmamışdır (cild 1, iş vərəqi 103-109, 137-144). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs həmin ifadələrdə Şahid1 və Şahid4 barədə yazılanların ümumiyyətlə düzgün olmadığını, qalan epizodlarla bağlı isə bəzi məsələlərin doğru, çox hissəsinin doğru olmadığını, onu aldadadaraq həmin sənədlərə imza etdirdiklərini, hazırda məhkəmədə verdiyi ifadələrinin həqiqətə uyğun olduğunu və istintaq zamanı verdiyi ifadələrini təsdiq etmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs çoxdan tanıyır və yaxın münasibətləri olmuşdur. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, Anarla alver etmiş, lakin heç vaxt ondan şikayət etməmişdir. Bir gün onu DTX-nə çağırmışlar və Anarla nə işi olduğunu, birlikdə nə işlərlə məşğul olduqlarını soruşaraq ifadə verməyi tələb etmişlər. O da, Anarla iş birliyini bildirmişdir. O, həmin vaxt Anarla kombayn almış, lakin onun sənədləri düz gəlməmişdir. Anar da ona kombaynların sənədlərini düzəldə biləcəyini söyləmişdir. Hər kombayna görə o, Anara 15000 manat pul vermiş, beləliklə, 4 kombaynın sənədlərini düzəltmək üçün Anar ondan 60.000 manat pul almışdır. Anar Kənd təsərrüfatı nazirliyində Sərvan adlı şəxs olduğunu, bütün işləri Sərvanın vasitəsi iilə görəcəyini ona bildirmişdir. O, həmin şəxsi tanımamışdır. Ümumilikdə, o, 97.000 manat pul vermiş, özünün də bu işlərə sonradan müəyyən qədər xərci çıxmışdır. Bu yolla kombaynlarla bağlı işlərin görülməsinə onun 107.000 manat pulu çıxmışdır. Sonradan pulları Anar qaytarmış və onunla hesablaşmışdır. O, Anar barəsində heç kimə şikayət etməmiş, ona zəng edib DTX-nə çağırmışlar və Anar barədə ifadə almışlar. Hazırda onun Anara qarşı heç bir şikayəti və tələbi yoxdur. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində şahid göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 2012-ci ildən tanımışdır. Anarla sonuncunun atası Süleyman müəllimin tapşırığı ilə onun həmin vaxt işlədiyi xxxxxxxxxx ASC-dən güzəştli şərtlərlə götürdüyü texnikaların ödənişi ilə bağlı gəlib-gedərkən münasibətləri yaranmışdır. Anarın atasının Füzuli rayonunda geniş əkin sahələri olmuş və həmin sahələrdə istifadə üçün daim xxxxxxxxxx ASC-dən texnika götürmüşdür. O isə, həmin zonanın nəzarətçisi olduğundan həmin texnikalarla bağlı müraciətlər də ona edilmişdir. 2018-ci ilin avqust ayında Kənd Təsərrüfatı Nazirliyində baş tutmuş struktur dəyişikliklərindən sonra onun ştatı ixtisara düşmüşdür. O da, Saatlı rayonunda öz işləri ilə məşğul olmağa başlamışdır. 2019-cu ilin fevral ayının sonlarında o, Anarla Bakı şəhəri Memar Əcəmi metrostansiyası yaxınlığında birlikdə söhbət edərkən, sonuncuya əvvəllər də bu sahədə işlədiyindən və harada, nə texnikanın olmasını bildiyindən həmin texnikaları götürüb xərc çəkməklə işlədə biləcəyini bildirmişdir. O, sonuncuya həmin vaxt Füzuli Aqroservisində 4 ədəd kombayn olmasını bildirmişdir. Həmin kombaynlar 2009-cu il istehsalı olmaqla yararsız halda olmuşlar. Lakin müəyyən qədər xərc çəkməklə həmin kombaynları işlək vəziyyətə gətirib işlətmək mümkün olmuşdur. O, bu sahədə işlədiyindən bu prosesin özlüyündə çox uzun bir proses olmasını bildiyi halda, Anar ona Kənd Təsərrüfatı Nazirliyində nazirin köməkçisi olan Sarvan adlı bir yaxın tanışının olmasını bildirmiş və sonuncunun vasitəsi ilə həmin kombaynları tez bir zamanda mülkiyyətinə keçirə biləcəyini demişdir. O da, Anarla razılaşmış və Anar 2019-cu ilin may ayında 3 ədəd kombaynı bir, 1 ədəd kombaynı isə digər bir müqavilə ilə saxlanca öz adına götürmüşdür. O da, həmin vaxtdan başlayaraq Anarla razılaşdığına əsasən kombaynlara pul xərcləməyə başlamışdır. Anar isə o, xərclədiyi pulların müqabilində həmin kombaynların mülkiyyət sənədlərini sonda onun adına alacağına söz vermişdir. O, ümumilikdə 2019-cu ilin may ayından həmin ilin oktyabr ayınadək kombaynlara 85000 manat pul xərcləmişdir. Eyni zamanda, ilk əlavə olaraq gündəlik xərclərə, eləcə də bu prosesdə digər əlavə xərclərə 20.700 manat pul xərcləmişdir. Belə ki, həmin vaxt o, öz istifadəsində olan Ford markalı avtomaşını da satıb bu xərclərə yönəltmişdir. Lakin Anar əvvəl ona bir aya söz verdiyi mülkiyyət sənədlərini indiyə kimi verməmişdir. O, artıq 2019-cu ilin oktyabr ayından Anardan sənədləri tələb edəndə, Anar hər dəfəsində sənədləri qısa zaman içərisində verəcəyini demişdir. Lakin indiki zamana kimi Anar sənədləri ona verməmiş və kombaynlar da artıq xxxxxxxxxxə qaytarılmışdır. Şahid5 istintaqa verdiyi ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs və Sarvan Cəfərov ilə razılıqlarına əsasən hər kombaynı 15.000 manat olmaqla 60.000 manat pul verilməklə həmin 4 ədəd kombaynı öz mülkiyyətə keçirmək barədə sövdələşmə onunla Anar arasında olan ilkin razılıq olmuşdur. Belə ki, Anar ona qeyd edilən kombaynların lazım olan ehtiyat hissələrinin hamısının Aqroservisdə olduğunu və bu pullar ödənildikdən sonra həmin orijinal ehtiyat hissələr qoyulmaqla texnikaların ona veriləcəyini bildirmişdir. Lakin daha sonra bu deyilənlər mümkün olmamış və o, özü kombaynlara xərc çəkərək işlək vəziyyətə gətirmişdir. Anar ondan dəfələrlə pul almış və qaytarmışdır. Bu onların arasında olan məsələdir və bunun kombaynlara aidiyyatı olmamışdır. O da, öz növbəsində Anardan bir neçə dəfə pul alıb qaytarmışdır. O, bu işə Anarla birlikdə girmiş və Anara verdiyi pullar da öz növbəsində həmin kombaynların işlək vəziyyətə gətirilməsinə xərclənmişdir. O, ümumiyyətlə, Sarvan Cəfərov deyilən nazir köməkçisi olan şəxsi heç bir vaxt görməmiş, tanımamışdır. Sadəcə olaraq o, Anarın sözü ilə guya Sarvan Cəfərovla danışmışdır. Lakin o, həmin şəxsin həqiqətən Sarvan Cəfərov olmasını bilməmişdir. O, Sarvan adlı şəxslə danışdıqdan sonra Anara 2500 manat vermişdir. Bundan əlavə, o, 105.700 manat verdiyi pulları ümumi qeyd etmiş, yəni əgər həmin xərclər sıralansa, onda o, Anara sezonda işlətmək üçün 14.000 manat 5 ədəd kombayn üçün verdiyi pullar, 21.100 manat kultivatorların gətirilməsi üçün verdiyi pullar, 3000 və 3500 manat olmaqla iki dəfəyə cəmi 6.500 manat xxxxxxxxxxin guya rəhbərliyinə verilməsi üçün göndərdiyi pullar, cəmi 3900 manat Anarın özünə verdiyi pullar, 3 ədəd texnikanın gətirilməsi üçün 1800 manat və bir texnikanın sahibindən halallıq almaq üçün 3900 manat verdiyi pullar da Anara bu işə görə verdiyi 105.700 manat pulun tərkib hissələri olmuşdur (cild 1, iş vərəqi 71-75). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxsla bir məclisdə tanış olmuş, bundan sonra münasibətləri yaranmış, bir-biri ilə iş birliyi olmuş, pul verib pul almışlar. Sonuncu dəfə Anar ondan 650 manat pul almış, həmin pulu da iki dəfəyə qaytarmışdır. Ziya Heydərov onun kirvəsinin qohumudur. Anarın ona 1500 manat borcu olmuşdur. Anarla bir məclisdə iştirak edərkən Ziya ona zəng edərək, hərbi xidmətdə olarkən bir nəfər tanışının travma aldığını və bu səbəbdən xəstəliyi ilə bağlı hərbi xidmətdən təxris olunduğunu, bunun üçün əlillik dərəcəsi almaq istədiyini bildirmişdir. Bu məqsədlə Ziya həmin şəxsə əlillik almaq üçün Bakıya gələcəyini deyərək, onu müəyyən yerlərə aparmağı xahiş etmişdir. Bu söhbəti Anar da bilmiş, ona problem olmadığını, həmin şəxsin gələcəyi təqdirdə ona köməklik edəcəyini söyləmişdir. O da, Anarın sözünü Ziyaya çatdırmış və Anar adlı bir dostunun ona köməklik edəcəyini bildirərək, onu Bakıya dəvət etmişdir. Lakin Bakıya gələndə Anara zəng etsələr də, onun telefonu bağlı olduğundan onu tapa bilməmişlər və kor-peşman geri qayıtmışlar. Ziyanın Anara pul verib-vermədiyindən onun xəbəri yoxdur. O, Anardan işi düzəltməyi xahiş etmiş, ondan götürdüyü pulu da istəmədiyini, ora-bura getdiyinə görə həmin puldan istifadə edə biləcəyini söyləmişdir. Lakin sonradan onların arası dəymiş və o, 1500 manat pulu Anardan geri almışdır. Onun Anarla 5000 manat söhbəti olmamış, ya da Anara 5000 manat verilməsindən onun xəbəri yoxdur. Sonradan əlillik məsələsi düzəlməmişdir. Anara pul verməyi ilə bağlı o, heç bir yerə şikayət etməmiş, onu DTX-nə idarəyə çağırmışlar və izahatını almışlar. Həmin izahatında o, Anara müxtəlif vaxtlarda pul verdiyini və sonradan geri aldığını bildirmişdir. O, əlilliklə bağlı Ziyadan 5000 manat pul almamışdır, müstəntiqə də həmin pulu almasını deməmişdir. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində şahid göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 1 il bundan əvvəl ortaq dostları vasitəsi ilə tanımışdır. Belə ki, Şahid5 onun dayısı oğludur və Nemət həm də Anarla dostluq münasibətində olan birisi olmuşdur. Onlar bir neçə dəfə birlikdə çörək yemişlər və bu zamandan münasibətləri yaranmışdır. Habil Quliyev onun yaxın dostu olan və həm də aralarında kirvəlik qohumluğu olan Ziya Heydərovun qohumudur. Habil cavan oğlandır və hərbi xidmətdən qayıtdıqdan sonra səhhətində ciddi problemlər yaranmışdır. Bu səbəbdən də, Ziya həmin qohumu olan cavan oğlana əsasən evdə qaldığından əlillik düzəltdirmək istəmişdir. Bununla bağlı yenə Ziya onunla söhbət edən zaman Təqsirləndirilən şəxs da onun yanında olmuşdur. 2019-cu ilin may ayında o, həmin söhbət zamanı Ziyaya hələ belə bir adam tanımadığını bildirdikdə, Anar ona həmin cavan oğlana əlillik düzəldə biləcəyini bildirmişdir. O, bu məsələni Anardan necə həll edəcəyini soruşan zaman, sonuncu ona bəzi sənədlərlə birlikdə 5000 manat pul verilməsini bildirmiş və bununla Habilə əlillik düzəldə biləcəyini qeyd etmişdir. O, təxminən 10 gün içərisində Ziyadan 5000 manat pulu almış, lakin Anara ilk mərhələdə qalanını da iş düzəldikdən sonra vermələri üçün 1500 manat pul verməyi razılaşdırmışdır. O, Anara 1500 manat pulu söhbətlərindən təxminən 10 gün sonra verərkən dönə-dönə Ziyanın onun ən yaxın dostu və qardaşı olmasını deməklə, bir problem olmamasını tapşırmış, bu səbəbdən üzünü qara çıxarmamasını xahiş etmişdir. O, pulu Anara Binəqədi rayonu 4 mkr ərazisində yerləşən TSEK-in binasının qarşısında vermişdir. O, Anara pulu verdikdən 15 gün keçmiş, ancaq Anardan xəbər çıxmamışdır. Bu səbəbdən o, Ziyadan aldığı 5000 manat puldan qalan 3500 manatı Ziyaya qaytarmışdır. Qalan 1500 manat pulu da Anar iş düzəlmədiyindən təxminən 1 ay sonra tam şəkildə ona qaytarmış və o da, dərhal 1500 manatı Ziyaya təhvil vermişdir. Lakin o, dostu qarşısında üzü qara olduğundan bu məsələni nə yolla olursa olsun, həll etmək istəmişdir. O, Anarla yenə 2019-cu ilin iyul ayında görüşmüş və Habilə əlilliyin düzəldilməsi məsələsində onu biabır etdiyini demişdir. Anar ona 650 manat pul gətirməsini bildirmiş və əlavə bir neçə sənəd istəmişdir. Sonuncu ona Habilin işini onun xətrinə düzəldəcəyini bildirmişdir. O da, 650 manat pulu yenə də Binəqədi rayonu, 4 mkr ərazisində yerləşən TSEK-in binasının qarşısında vermişdir. Lakin bu pulu verdikdən sonra da Anar itmiş və sonuncudan müsbət xəbər gəlməmişdir. Həmin 650 manat pul onun öz pulu olmuş və o, işi düzəldərək dostunun qarşısında üzüağ olmasını istəmişdir. Lakin Anar yenə pulunu alıb işi həll etməmiş, daha sonra isə həmin pulu 300 manat və 350 manat olmaqla geri qaytarmışdır. Hazırda Anarın ondan aldığı pullara görə hər hansı borcu qalmamışdır. Onun Anardan şikayət və tələbi yoxdur (cild 1, iş vərəqi 99-102). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla uzaq qohumluq əlaqələri var, münasibətləri normal olmuş, sonuncu, ona «dayı» deyə müraciət etmişdir. O, Anarın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işlədiyini bildiyindən, 2018-ci ilin yanvar ayında oğlu Elvinin həmin Xidmətə işə düzəlməsinə köməklik etməsini Anardan xahiş etmişdir. Anar bu işdə köməklik göstərəcəyinə söz vermiş, bunun üçün müəyyən məbləğdə pul lazım olacağını demiş, lakin pulu kimə və nəyə görə verəcəyini bildirməmişdir. 2018-ci ilin təxminən mart ayında o, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında Təqsirləndirilən şəxs 5000 manat pul vermişdir. Bundan sonra oğlu bir neçə dəfə Xidmətə çağırılaraq imtahanlardan keçirilmiş, lakin hər dəfə mənfi nəticə əldə edərək Xidmətə qəbul edilməmişdir. 2018-ci ilin iyun ayında Anar yenidən ondan oğlunun işi ilə bağlı lazım olduğu üçün 5000 manat pul istəmiş, o da, oğlunun işinin düzəlməsi xətrinə Anara etiraz etmədən yenə «Memar Əcəmi» metrostansiyasının yaxınlığında Anara 5000 manat pul vermişdir. Elvinin pul məsələlərindən xəbəri olmamış və yenə də imtahan verməyə davam etmişdir. 2018-ci ilin dekabr ayında Anar ona zəng edərək ondan yenə pul istəyəndə o, Anarın oğlunun iş məsələsini həll edəcəyinə söz verdiyindən bu dəfə də pul vermişdir. Anar həmin vaxt Nizami rayonunda 8 km bazarının yaxınlığında 3200 manat pulu ondan şəxsən almışdır. Pulları Anara verdiyi müddət ərzində oğlu daim imtahanlara çağırıldığından o, prosesin yekunlaşmağını və oğlunun işi düzəlməsini gözləmiş, buna görə də hər dəfə Anar istəyəndə ona pul vermişdir. Sonuncu dəfə isə Anar ondan 300 manat lazım olduğunu deyərək, 2019-cu ilin mart ayında həmin pulu da almışdır. Qeyd olunan vaxt o, dənizdə olduğundan həmin 300 manatı Anara onun tapşırığı ilə oğlu Elvin vermişdir. Sonradan işlər alınmamış və Anar söhbət zamanı ona aldığı pulları geri qaytaracağını demişdir. Anar barəsində cinayət işi istintaq olunarkən sonuncu ondan aldığı pulu qaytarmış və ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 2007-2008-ci illərdən tanımış, həmin vaxt sonuncu, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidməti Qobustan rayon şöbəsinin rəisi olmuşdur. Onların arasında yaxın münasibətlər yaranmış, söhbətləri zamanı o, Anarın atası X4 rayonunda taxılçılıqla məşğul olduğunu bilmişdir. O, özü də qohumu ilə birlikdə Qobustanda taxılçılıqla məşğul olmuşdur. 2017-ci ilin noyabr ayında o, Anara zəng edərək taxılçılıqla məşğul olan atasının texnikaları necə əldə etdiyini soruşmuş, sərfəli şərtlərlə özü də həmin texnikalardan əldə etmək istəmişdir. Anar telefonda ona Nəriman adlı Kənd Təsərrüfatı Nazirliyi əməkdaşının yaxın tanışı olduğunu, sonuncunun vasitəsilə ona texnikalar düzəltmək imkanı olduğunu, Nərimanla danışıb ona xəbər edəcəyini bildirmişdir. Bir həftə sonra Anar ona zəng edərək dəyəri 70.000 manat olan bir ədəd “Belarus 1221” markalı traktorun ilkin 20 faizlik hissəsi olan 14.000 manatdan 3 ədəd traktora görə cəmi 42000 manat pulun 24.000 manatlıq hissəsini götürüb Kənd Təsərrüfatı Nazirliyinin xxxxxxxxxx ASC-nin Sabunçu rayonu ərazisində yerləşən inzibati binasına gəlməsini xahiş etmişdir. O da, həmin vaxt özündən 20.000 manat və bir tanışından isə 4.000 manat olmaqla cəmi 24.000 manat pulu düzəldib qeyd edilən yerə gəlmiş, orada Anara 24.000 manat pulu təklikdə şəxsən vermişdir. O, Anara pulu verdikdən sonra işin nə vaxt həll olunacağını soruşmuş, Anar da yerdə qalan 18.000 manatı 2018-ci ilin yanvar ayına kimi düzəldib verdikdən sonra traktorların gətirilməsinin təmin ediləcəyini bildirmişdir. Lakin o, 18.000 manatı yalnız 2018-ci ilin mart ayında 10.000 manat və 2018-ci ilin iyun ayında isə 8.000 manat olmaqla pulları Anara Nərimanov rayonu ərazisində Nəriman Nərimanov metrostansiyası yaxınlığındakı parkda yenə də təklikdə şəxsən özü vermişdir. Sonuncu 8.000 manatı verdikdən sonra o, Anardan texnikaları nə vaxt qəbul edə biləcəyini soruşan zaman Anar Nəriman adlı şəxsə zəng etmiş və həmin vaxtdan başlayaraq hər ay sonuncular ona gələn ay texnikaların veriləcəyini bildirmişlər. 2018-ci ilin sentyabr ayında o, artıq əsəbləşərək sonunculardan şikayət edəcəyini söyləmiş, bu zaman Anar və Nəriman ona əlavə 25.000 manat da verməklə bir ədəd kombayn və 3 ədəd traktorunu təhvil ala biləcəyini demişlər. Kombayına görə də ilkin olaraq 10.000 manat və 15.000 manatlıq hissəni isə kredit şəklində dövlətə hər mövsüm ödəyəcəyini bildirmişlər. O da, texnikaları əldə etmək üçün məcbur qalıb bu təkliflə də razılaşmış, təxminən 10 gün içərisində 10.000 manatı hissə-hissə olmaqla «Şamaxinka» adlanan yerdə Anara şəxsən özü tanışı olan taksi vasitəsi ilə göndərmiş, 3.600 manatı isə Nəriman adlı şəxsin qardaşı kimi ona təqdim edilmiş Sabir adlı şəxsin kart hesabına Anar vasitəsi ilə göndərmişdir. Lakin həmin vaxtdan bir neçə müddət yenə Anar, Nəriman və hətta Nərimanın qardaşı Sabir adlı şəxs ona hər dəfə söz verərək texnikalarının veriləcəyini demiş, lakin vədlərinə əməl etməmişlər. Qeyd edilən dövrdə yalnız bir dəfə o, son pulları verdikdən sonra 2018ci ilin sentyabr ayında ona 9.000 manatlıq şumu darama üçün nəzərdə tutulmuş “ağır disk mala” adlı qoşqu texnikası vermişlər. Həmin texnikanın da 3.600 manatlıq hissəsi, yəni 40 faizi dövlət güzəşt edir və yerdə qalan 5.400 manatı nəzərə alsalar, 46.600 manat hazırda ona vurmuş olduqları ümumi ziyan olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun uzun illər dostluq etdiyi polis əməkdaşı Fərid Əliyevin dostu kimi tanımışdır. 2019-cu ilin iyun ayında Sumqayıt şəhərində kafelərdən birində çay içərkən o, Fəridlə hərbi xidmətdən yeni qayıtmış oğlu Seymurun işi ilə bağlı müzakirə aparmış, Fəriddən oğlunun hara işə düzələ biləcəyini soruşmuş, Fərid də ona bir sıra dövlət orqanlarına düzələ biləcəyini izah etmişdir. Fərid əvvəllər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çalışmış Anar adlı dostuna zəng etmiş və oğlunun həmin xidmətə işə düzəlməsi barədə soruşmuşdur. Anar da bunun mümkün olduğunu, 4000 manat verməsini və deyəcəyi sənədləri düzəltməsini bildirərək, sonuncunun Xidmətə işə qəbul olunmasında problem olmayacağını söyləmişdir. Fərid də Anarın bu sözlərinə inandığını və heç bir problem olmayacağını təsdiq etmişdir. Fəridin də Anarın dediklərini təsdiq etməsindən sonra o, bu sözlərə inanaraq, sonuncunun dediyi bəzi sənədləri hazırlayıb 4000 manatı Anara vermişlər. Belə ki, o, 4000 manatı Fəridə vermiş və Anarın bir adamı həmin pulu Fəriddən götürmüşdür. Anar özü onunla bir dəfə də olsun şəxsən görüşməmişdir. Təxminən iki-üç ay sənədləşmə işləri davam etmiş və artıq 2019-cu ilin sentyabr ayında onlara Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən rəsmi məktub gələrək oğlunun Xidmətə qəbul olunmaması bildirilmişdir. Bundan sonra, o, Fəridlə dəfələrlə Anara zəng vuraraq bu məsələni izah etməsini istəmişlər. Anar sonuncu dəfə onunla 2019-cu ilin sentyabr ayında telefonda danışan zaman əvvəlcə məsələni danışacağını demiş və sonrakı artıq danışıqda isə bu məsələnin sonuncuya aid olmamasını və Fəridlik olmasını bildirmişdir. Fəridlə o, yenidən Anarla əlaqə saxlamaq istəyərkən Anar telefonları bağlamış və onlardan qaçmışdır. Daha sonra Fərid Anarı axtarıb tapmış və aldığı pulu qısa zaman içərisində qaytaracağını bildirmişdir. Daha sonra onu DTX-nə dəvət edərək Anarla bağlı suallar vermişlər, o da, baş vermiş hadisəni olduğu kimi danışmışdır. İş istintaqda olarkən Anar onun pulunu geri ödəmiş və ona vurduğu ziyan tam şəkildə bağlanmışdır. Onun Anara qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə iclasında elan və tədqiq edilmiş ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarına əlavə edilmiş tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid5 arasında həmin istintaq hərəkəti aparılarkən, sonuncu, bir daha Təqsirləndirilən şəxs üzünə qarşı sonuncunun ondan kombaynların alınaraq mülkiyyətinə verilməsi adı ilə sərbəst ifadəsində göstərdiyi pulları aldığını, habelə onun deməsi ilə həmin kombaynlara pul xərclədiyini deməklə bir daha onu ifşa etmiş, Təqsirləndirilən şəxs isə öz əməlini etiraf edərək aralarında qeyd edilən formada söhbətlərin olduğunu, lakin artıq Şahid5la aralarındakı problemi həll etdiyini və Şahid5 artıq ondan şikayətçi olmamasını bildirmişdir (cild 1, iş vərəqi 168-172). Azərbaycan Respublikası DTX-dən daxil olmuş xx.xx.2019-cu il tarixli Bakı şəhəri, Səbail rayon məhkəməsinin 5(009)-4013/2019 nömrəli qərarı əsasında əldə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş **********, ********** və ********** saylı mobil telefonlara dair danışıq məlumatlarını özündə əks etdirən "CD" diskə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. xx xxxxxx 2020-ci il tarixli baxış protokoluna əsasən müəyyən edilmişdir ki, həmin diskdə 85 ədəd “MPG” formatlı fayllar olması aşkar edilmiş və qeyd edilən 85 ədəd faylda əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında “xxxxxxxxxx” ASC-dən güzəştli şərtlərlə traktor alacağı barədə vəd verdiyi və bunun müqabilində pullar aldığı Şahid2la, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işə düzəldilməsi ilə bağlı vəd verib pullar aldğı Hidayət və Elvin Allahverdiyevlərlə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında “xxxxxxxxxx” ASC-dən güzəştli şərtlərlə kombayn alaraq mülkiyyətinə keçirmək barədə vəd verdiyi və bunun müqabilində pullar aldığı Şahid5la, X6 xəstəliyi ilə əlaqədar ona əlillik dərəcəsinin təyin edilməsində köməklik göstərilməsinə dair vəd verdiyi və bunun müqabilində pullar aldığı Şahid3, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işə düzəldilməsi ilə bağlı vəd verib pullar aldığı Şahid4 ilə olan telefon daşınıqları əks olunmuşdur. Eyni zamanda, Təqsirləndirilən şəxs da qeyd edilən səsləri dinlədikdən sonra bir daha təsdiq etmişdir ki, telefon danışıqları zamanı bütün hallarda tərəf müqabili kimi onun səsi olmuş və bu danışıqları o, etmişdir. Öz ifadəsində də qeyd etdiyi kimi, həmin şəxslərlə telefon danışıqlarında əks olunmuş söhbətlər baş tutmuş və ifadəsində göstərdiyi xüsusatları qeyd edilən danışıqları əks etdirən fayllar bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 110). İbtidai istintaq orqanının xx xxxx 2020-ci il tarixli qərarı ilə iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DTX-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrlə bağlı əməliyyat tədbirləri zamanı əldə edilmiş telefon danışıq məlumatlarını özündə əks etdirən sənədlər və 1 ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır (cild 1, iş vərəqi 195-196). Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2020 və xx.xx.2020-ci il tarixli müvafiq sorğulara cavab məktublarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixatriya Xəstəxanası və Respublika Narkoloji Mərkəzində müalicədə olmamış və hər hansı qeydiyyatı aparılmamışdır (cild 1, iş vərəqi 88, 166). Cinayət işində olan Şahid1, Şahid4, Şahid3, Şahid5 və X14 tərəfindən təqdim olunmuş ərizələrdən görünür ki, adları sadalanan şəxslərə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan tam aradan qaldırıldığından həmin şəxslərin Təqsirləndirilən şəxs qarşı hər hansı bir etirazı, şikayət və tələbləri yoxdur (cild 1, iş vərəqi 58, 94, 96, 99-102, 174). Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixli hökmə əsasən Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 6 il 8 ay 6 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə həmin cəza 2 il sınaq müddəti ilə şərti hesab edilmişdir (cild 1, iş vərəqi 79). Məhkəmə iclasında Təqsirləndirilən şəxs heç kimə qarşı dələduzluq etmədiyini və heç kimi rüşvət verməyə təhrik etmədiyini, kombayn məsələləri ilə əlaqədar Şahid5la və Şahid2la onun şərikli işlərinin olduğunu, bu məqsədlə kombayn, traktor və digər texnikanın alınması və təmiri üçün pul yatırdıqlarını, sonradan onlarla haqq-hesab çəkərək razılığa gəldiklərini, Şahid1 və Şahid4 övladlarının Səfərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmaq üçün imtahan verdiklərini, lakin imtahanlardan keçə bilmədiklərinə görə onlara məsləhətlər verdiyini, heç kimdən əlillik dərəcəsi düzəltmək adı altında pul almadığını, Şahid3 tanışı kimi borc pul istədiyini və sonradan həmin borcunu qaytardığını, hazırda heç kimə borcu qalmadığını bildirərək, öz müdafiəsi üçün dəlillər gətirdi. Lakin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmədə elan və tədqiq olunarkən, onun yuxarıda adları çəkilən şəxslərdən ittihamda qeyd olunan məbləğdə pul vəsaitlərini dələduzluq yolu ilə və kimlərəsə rüşvət qismində verəcəyini bildirməklə alıb ələ keçirməsi, yalnız barəsində cinayət işi başlanıb istintaq aparıldığı dövrdə məsuliyyətdən yaxa qurtarmaq məqsədilə həmin şəxslərlə müxtəlif yollarla barışıq əldə etdiyi öz təsdiqini tapdı. Qeyd olunanlarla, həmçinin iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş çoxsaylı sübutlarla təkzib olunduğuna görə məhkəmə kolegiyası Təqsirləndirilən şəxs məhkəmədə tutduğu həmin mövqeyini məsuliyyətdən yaxa qurtarmaq üçün seçilmiş müdafiə taktikası kimi dəyərləndirir. Eyni zamanda, məhkəmə iclasında şahidlər Şahid5 və Şahid3 də istintaq zamanı verdiyi ifadələrdən fərqli ifadələr verməsini onların öz aralarında olan şəxsi münasibətlərinin və onlara vurulmuş maddi ziyanın aradan qaldırılması ilə bağlı gəldikləri razılığın nəticəsi kimi qiymətləndirir. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli Qərarında göstərilir ki, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Ali Məhkəmə Plenumunun yuxarıda qeyd olunan Qərarında məhkəmələrə həmçinin tövsiyyə olunur ki, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312ci maddələri ilə tövsif edilir, onların zərər çəkmiş qismində tanınması istisna olunur, CMnin 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Bu xarakterli işlər üzrə təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlak (əmlak mövcud deyilsə, onun dəyəri) CM-nin 99-1.1.2-ci maddəsinin tələbinə əsasən xüsusi müsadirənin predmeti kimi dövlət nəfinə alınır. Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib xeyli və külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etməsi, təkrar aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməsi və ələ keçirməyə cəhd etməsi, təkrar vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə və bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemətin rüşvət qismində verilməsinə qeyrilərini təhrik etməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunur. Məhkəmə kollegiyası səhhətində olan problemlərlə əlaqədar hərbi xidmətdən tərxis olunmuş X10 əlillik dərəcəsinin təyin edilməsində köməklik göstərilməsi adı altında sonuncunun qohumu X3 Şahid3 vasitəsilə 5.000 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə cəhd etməsi ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2-ci maddəsi ilə elan olunmuş ittihamla bağlı qeyd etməyi lazım bilir ki, digər dələduzluq və rühvət verməyə təhrik etmə cinayət epizodları kimi məhkəmə iclasında təqsirləndirilən şəxsə verilmiş həmin ittiham da öz təsdiqini tapdı. Bununla əlaqədar ona ibtidai istintaq orqanı tərəfindən verilmiş həmin ittiham saxlanılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, Cinayət Məcəlləsinin 178.3-cü maddəsi həmin Məcəllənin 178.2-ci maddəsində nəzərdə tutulmuş əməlləri ehtiva etdiyindən və 178.2-ci maddə CM-nin 178.3-cü maddəsi ilə əhatə olunduğundan, həmçinin Cinayət Məcəlləsinin 29,178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxsə ayrıca cəza təyin edilməsi onun vəziyyətini ağırlaşdırdığından Təqsirləndirilən şəxs cəza təyin olunarkən bu hal nəzərə alınmalı, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2-ci maddəsi ilə ayrıca cəza təyin edilməməli, ona elan olunmuş ümumi ittihamdan Cinayət Məcəlləsinin 29,178.2.2-ci maddəsinin rəqəm ifadəsi xaric edilməlidir. Yuxarıda qeyd olunan sübutlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş cinayətlərdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Həmin Məcəllənin 32.4-cü maddəsinin tələbinə görə, ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, himayəsində azyaşlı uşaqların olmasını, 59.1.13-cü maddəsinə əsasən, cinayət nəticəsində vurulmuş maddi zərərin aradan qaldırılmasını və zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda azadlıqdan məhrum etmə növündə əsas cəzalar, həmçinin CM-nin 46.2-ci maddəsinə əsasən əlavə cəza təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası CM-nin 46.1-ci maddəsinin tələbinə görə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci maddələrində əlavə cəza nəzərdə tutulmasa da, CM-nin 46.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla ona müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, qeyd olunan vaxtdan hal-hazıradək Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinin tələbinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəasına əsasən, məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar - Azərbaycan Respublikası DTX-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrlə bağlı əməliyyat tədbirləri zamanı əldə edilmiş telefon danışıq məlumatlarını özündə əks etdirən sənədlər və 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə məhkəmə məsrəflərinin olmaması, mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə, 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2-ci maddəsinin rəqəm ifadəsi ümumi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Maddi sübutlar - Azərbaycan Respublikası DTX-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrlə bağlı əməliyyat tədbirləri zamanı əldə edilmiş telefon danışıq məlumatlarını özündə əks etdirən sənədlər və 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə məhkəmə məsrəflərinin olmaması, mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar