Məhkəmə qərarları › İş №1(101)-606/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-606/2021

25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-606/2021 25.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən),Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi: “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxxxx 1986-ci ildə Şamaxı rayonu Talışnuru kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Talışnuru kəndində qeydiyyatda olmaqla Şamaxı rayonu Nağaraxana kəndində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 13 sentyabr 2020-ci il tarixdə, keçmiş arvadı Zərərçəkmiş şəxs Şamaxı şəhəri ərazisində geyim əşyalarının satışı mağazasında satıcı işləməklə yenidən ailə həyatı qurmasını və birgə nikahlarından olan azyaşlı övladını ondan alacağım eşitdikdən sonra sonuncunun həmin hərəkətlərinin, yəni yenidən ailə həyatı qurmasının ətrafındakı şəxslər arasında onu başı aşağı etməsi və nüfuzdan salması qənaətinə gəldiyindən, həmçinin, təkbaşına böyütməklə hazırkı vaxtadək maraqlanmadığı azyaşlı övladının ondan almaq istəməsinə görə Zərərçəkmiş şəxs qisas alaraq qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə 16 sentyabr 2020-ci il tarixdə səhər saatlarında yaşadığı evin çardağında əvvəlcədən istintaqa məlum olmayan mənbədən əldə edərək, saxladığı soyuq silah hesab olunmayan qatlanan cib bıçağını götürüb, həmin gün saat 10:30 radələrində Zərərçəkmiş şəxs işlədiyi Şamaxı şəhəri, X6 küçəsində yerləşən "Ucuzluq" adlı mağazaya gəlib, sonuncunun olduğu yeri müəyyən etdikdən sonra arxa tərəfdən yaxınlaşıb şalvarının sol cibində saxladığı bıçağı çıxardaraq sol əlində saxlamaqla sağ əli ilə Zərərçəkmiş şəxs boğaz nahiyəsini sıxıb müqavimət göstərmək imkanım məhdudlaşdırdıqdan sonra, aqressiv formada qəsdən bıçaqla bədəninin müxtəlif nahiyələrinə bir neçə güclü zərbələr endirmiş, bu zaman orada olan digər satıcı Şahid6 ona mane olmasına baxmayaraq öz cinayətkar niyyətini başa çaldırmaq və əzab vermək məqsədilə müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, huşsuz halda yerdə uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs daha bir neçə bıçaq zərbəsi endirərək, ona ayrı-ayrılıqda və ümumilikdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid biri döş qəfəsinə keçib diafraqmanı yaralayaraq qarın boşluğuna keçən, digəri isə döş qəfəsində hemotoraksla nəticələnən, cəmi iki ədəd, daxili qanaxma ilə müşayiət olunan, qarın boşluğuna keçərək qara ciyəri zədələyən bir ədəd, ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcələrinə görə yüngül zərər vurmaya aid sağ bazuda üç ədəd, sağ dirsək nahiyəsində bir ədəd, döş sümüyü səviyyəsində bir ədəd, solda yeddinci qabırğa səviyyəsində bir ədəd, sol süd vəzisi üzərində iki ədəd olmaqla, cəmi on bir xəsarət yetirərək sonuncunun aldığı xəsarətdən öləcəyini zənn edib mağazanı tərk etmiş, lakin zərərçəkmişə göstərilən təxirəsalınmaz tibbi yardım nəticəsində həyatı xilas edildiyindən bilavasitə Zərərçəkmiş şəxs öldürməyə yönəldilmiş qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək, digər şəxsi xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşıdır. Onlar 2016-cı ildə qeyri-rəsmi ailə həyatı qurmuşdular, 02 iyul 2017-ci il tarixdə isə qızları Fatimə dünyaya gəldi. Xanımla münasibətləri ilk vaxtlar normal olsa da sonradan onun ailə üzvlərinin müdaxilələri səbəbilə söz-söhbətlər yaranmağa başladı. 21 avqust 2017-ci il tarixdə Xanım azyaşlı uşağı qonşuya verərək, valideynlərinin evinə getdi. Həmin vaxt qızı Fatimə 49 günlük idi. Həmin vaxtdan bu günə qədər nə Xanım, nə də onun ailə üzvləri uşaqla maraqlanmayıblar. Qızı Fatiməni özü tək böyütmüşdür. Bu hadisələrdən sonra Xanımı növbəti dəfə məhkəmə prosesi zamanı gördü. Xanım uşağı ilə maraqlanmasa da cehizlərin bölüşdürülməsi ilə bağlı məhkəməyə müraciət etmişdi. Hadisədən təxminən bir neçə gün əvvəl qardaşı arvadı Fərqanə ona Xanımın növbəti dəfə ailə həyatı qurduğunu və hazırda Şamaxı şəhərində yerləşən "Ucuzluq" adlı paltar mağazasında işlədiyini dedi. O özü də Xanımın qızım Fatiməni ondan almaq fikrinə düşməsi barədə eşitmişdi. Buna görə də qərar gəldi ki, Xanımın işlədiyi mağazaya gedərək, onunla danışsın və qızına yaxın durmaması barədə onu tənbeh etsin. O onu sadəcə onu qorxutmaq istəyirdi, həm də 3 ildən çox müddətdə qızı ilə maraqlanmadığı üçün Xanımın övladını ondan almasını istəmirdi. 16 sentyabr 2020-ci il tarixdə, səhər saatlarında evdən götürdüyü açılıb-bağlanan bıçağı cibinə qoyub küçəyə çıxdı. Mindiyi taksi Xanımın işlədiyi “Ucuzluq" adlanan mağazanın qarşısından keçən zaman sürücüdən maşını saxlamağını istədi, bir neçə dəqiqəlik işinin olduğunu və tez qayıdacağını bildirdi. Yolda təsadüfən görüşdüyü bibisi oğlu Ağacanla taksi sürücüsü maşında onu gözlədilər, o isə özü tək mağazaya daxil oldu. Mağazadan içəri daxil olan kimi Xanımı gördü, Xanım da onu gördü. Daha sonra onu görməzlikdən gələrək guya kiminləsə telefonla danışmağa başladı və mağazanın daha arxa tərəflərinə doğru hərəkət etdi. O bir müddət uşaq paltarlarına baxaraq satıcı qadınla söhbət etməyə başladı, daha sonra isə Xanımın olduğu yerə tərəf getdi. Xanım hələ də kiminləsə mobil telefonla danışırdı və arxasının ona tərəf idi. O əvvəlcə şalvarının cibindən evdən götürdüyü bıçağı çıxartdı, qolunu Xanımın boynuna doladı və ona uşağından uzaq durmasını dedi. Daha sonra ona bıçaqla zərbə vurdu. Xanıma ilk olaraq hansı nahiyyəsindən xəsarət yetirdiyini xatırlamır. Ancaq yadındadır ki, çox keçmədən Xanım zərbənin təsirindən yerə yıxıldı. Yerdə də Xanıma zərbələr endirməyə davam etdi. Həmin vaxt digər satıcı qadın ona yaxınlaşıb əlindəki paltarla onu uzaqlaşdırmağa çalışırdı. Həmin vaxt özündə olmadığından Xanıma hansı formada, neçə bıçaq zərbəsi vurduğunu dərk etmədi. Daha sonra o mağazadan uzaqlaşmaq üçün qapıya doğru getdi. Həmin vaxt Xanım yerdə uzanıqlı vəziyyətdə idi və kömək çağırırdı. Onun huşu özündə idi. O mağazadan çıxdıqdan sonra Ağacanın olduğu taksiyə əyləşdi. Bir qədər getdikdən sonra Ağacana Xanımı bışaqladığını bildirdi və onunla birlikdə birbaşa polis şöbəsinə gəlib könüllü təslim oldu. Onun Xanımı öldürmək yox qorxutmaq məqsədi var idi. Mağazadan ayrılan zaman da onun ölmədiyini bilirdi, geri qayıdıb onu öldürə bilərdi. Ona bu qədər çox bıçaq zərbəsi endirməyinə səbəb 2-ci zərbədən sonra özünü itirməyi oldu. Əməlindən peşmandır. Məhkəmə iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşıdır. Təqsirləndirilən şəxsla 2016-cı ildə qeyri-rəsmi ailə həyatı qurmuşdular və bir qız övladı var. Evli olduqları müddətdə münasibətləri heç vaxt yaxşı olmayıb. Uşağın cinsiyyətinin qız olduğunu bildikdən sonra Eltonla mübahisələri daha da artdı, hətta Elton uşaq tələf olsun deyə hamiləliyi müddətində bir neçə dəfə onu çox pis şəkildə döymüşdü. Qız övladı istəmədiyi üçün Elton onu evdən qovdu və o uşağıyla birlikdə öz ata evinə qayıtdı. Lakin bir müddət sonra Eltonun ailə üzvləri ona hər şeyin düzələcəyi barədə vədlər verərək, onu aldadıb öz evlərinə apardılar. Eltonun evinə qayıtdıqdan sonra onun valideynləri, uşağını əlimdən aldılar və onu evdən qovdular. O da valideynlərinə zəng etdi və xahiş etdi ki gəlib onu aparsınlar, elə həmin gün də Eltonun evini tərk etdi. O vaxtdan sonra Eltonu ancaq cehiz əmlakın bölüşdürülməsi ilə bağlı keçirilən məhkəmədə görmüş. Eltonla ayrıldıqdan sonrakı müddətdə o durmadan ona hədə-qorxu gəldiyi, onu və qardaşını öldürəcəyini dediyi üçün o qızını ondan ala bilmədi. Qızını ona verməməsində ən böyük səbəb isə aliment vermək istəməməsi idi. 2020-ci ilin avqust ayında isə Şahid1 ilə qeyri-rəsmi ailə həyatı qurdu. Bir ay sonra isə "Ucuzluq" geyim mağazasında işə başladı. İşə başladıqdan bir neçə gün sonra keçmiş qayınanası Gülcahanı işlədiyi mağazada gördü. O da onu gördü, ancaq nə o, nə də o bir-birilərinə heç bir söz demədilər. Hadisə günü-16 sentyabr 2020-ci il tarixdə səhər saat təxminən 9-10 radələri idi. İşlədiyi mağazada idi və həyat yoldaşı Nahidlə telefonla danışırdı, qəfil arxadan kimsə onu boğazından tutdu və möhkəm sıxdı. Başını çevirən kimi boğazından sıxan şəxsin keçmiş həyat yoldaşı Elton olduğunu gördü. Elton əvvəlcə arxadan bıçaqla ona zərbə vurdu, daha sonra sinəsindən bıçaqla vurmağa başladı. O da zərbələrin təsirindən yerə yıxıldı. Yerdə uzanıqlı vəziyyətdə olarkən, Elton ona bıçaq zərbələri vurmağa davam etdi. Bıçaqlanan zaman həyat yoldaşıyla telefonda danışdığı üçün o qaçaraq işlədiyi mağazaya gəlib onu xəstəxanaya çatdırdı. Həmin vaxt huşu özündə olduğu üçün Nahidin onu yerdən götürdüyünü, taksiyə mindirərək xəstəxanaya apardığını xatırlayır. X5 almaq istəməyi barədə heç kimə heç nə deməmişdir. Ümumiyyətlə, Eltondan qorxduğu üçün belə bir fikri də olmayıb. Daha sonra da ikinci dəfə ailə həyatı qurduğu üçün qızının atasında qalmasının ən düzgünü olduğunu düşündü. Eltonun onu bıçaqlamasının əsl səbəbi ikinci dəfə ailə həyatı qurmağı olub. Eltonla barışmamış və ona qanunvericilikdə nəzərdə tutulmuş cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Hadisə günü, 16 sentyabr 2020-ci il tarixdə səhər saatlarında Xanımın istifadəsində olan mobil nömrəyə zəng etdi. Telefonu açan kimi çığırtı səsləri gəlməyə başladı, həmin səsləri eşidən kimi nəsə olduğunu başa düşdü və qaça-qaça yaxınlıqda Xanımın işlədiyi "Ucuzluq" mağazasına getdi. "Ucuzluq" mağazasının qarşısında Şəfi adlı şəxs ona arvadının içəridə olduğunu bildirdi, o içəri daxil olub Xanımın işlədiyi cərgəyə keçdi. Həyat yoldaşı yerdə qan içində uzanıqlı vəziyyətdə idi. Xanımın huşu özündə idi. O onu kimin bıçaqladığını soruşdu və o, keçmiş əri Təqsirləndirilən şəxs onu bıçaqladığını bildirdi. O həyat yoldaşını Şamaxı rayon mərkəzi xəstəxanasına apardı və o əməliyyata götürüldü. Hadisədən əvvəl həyat yoldaşı ona keçmiş əri Təqsirləndirilən şəxs ona hədə-qorxu gəlməsi barədə danışmışdı, hətta Xanımın dediyinə görə Elton Xanıma başqası ilə evlənəcəyi halda onu öldürəcəyini demişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki təqsirləndirilən şəxs onun doğma oğludur. Zərərçəkmiş şəxs isə oğlunun keçmiş həyat yoldaşıdır. Xanımla oğlu 2016-cı ildə ailə həyatı qurmuşdu və onların birgə nikahdan 1 qız övladı var. Lakin sonradan Xanımla oğlu yola gedə bilmədikləri üçün, bəzi söz-söhbətlər olduğu üçün onlar yollarını ayırdılar. Həmin vaxtdan sonra nəvəni onlar böyütmüşdülər. Nə onların ailəsi, nə də Xanımın ailəsi arasında heç bir söz-söhbət olmayıb, onlarla heç vaxt görüşməmişlər. Xanım heç uşağını görməyə belə gəlməyib. 16 sentyabr tarixində təxminən səhər saatlarında yemək yedikdən sonra işləri olduğu üçün işinin dalınca getdi. Həmin vaxt evdə oğlu Təqsirləndirilən şəxs, arvadı Gülcahan, qızı Zahirə var idi. Daha sonra təxminən saat 10-11 radələrində oğlu Elton ona zəng etdi və Şamaxıda bir nəfəri bıçaqladığını dedi. O kimi bıçaqladığını soruşanda Elton ona Xanımı bıçaqladığını demədi. Daha sonra oğlu polis şöbəsində olduğunu bildirdi. O da cəld rayon polis şöbəsinə getdi və orada Eltonun keçmiş arvadı Xanımı bıçaqladığını öyrəndi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. Xanım və Elton 2016-cı ildə ailə həyatı qurmuşdular, 2017-ci ildə qız övladları dünyaya gəlmişdi. Elton hələ hamilə vaxtından uşağın qız olduğunu bildikdən sonra Xanımla münasibətləri korlandı, uşaq dünyaya gəldikdən sonra da Xanım bir müddət onun evimdə qaldı. Daha sonra Xanım öz evinə qayıtdı, lakin bir müddət sonra Elton onu döydüyü üçün qızını yenidən evə gətirdi. Həmin gündən sonra nə Eltonla, nə də ailəsi ilə heç bir münasibətləri olmayıb. Hadisə günü, yəni 16 sentyabr 2020-ci il tarixdə təxminən səhər saat 11 radələri olardı, Şahid1 ona zəng edib qızı Xanımın keçmiş əri Elton tərəfindən bıçaqlandığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Yasin oğlu ifadəsində göstərmişdir ki, o "Ucuzluq" mağazasında işləyir, Zərərçəkmiş şəxs hadisədən bir neçə gün əvvəl "Ucuzluq" mağazasında işə başlamışdı. Hadisə günü təxminən səhər saat 10-11 radələrində o eşitdiyi çığırtı səslərinə tərəf getdi. Zərərçəkmiş şəxs yerdə uzanmış vəziyyətdə idi. Əvvəlcə fikirləşdi ki, ciddi bir şey yoxdur, sadəcə olaraq Xanımın dili qatlanıb. Ancaq sonradan onun üst-başının qan içində olduğunu və yerdə qan olduğunu görüb təcili tibbi yardım xidmətinə və sahə müvəkkilinə zəng etdi. Təxminən 1-2 dəqiqə sonra Xanımın həyat yoldaşı Nahid mağazaya gəldi və Xanımı qucağında çölə çıxarıb xəstəxanaya apardı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dayısı oğludur. 16 sentyabr 2020-ci il tarixdə, səhər saat 10 radələrində Çuxuryurd kəndində bankomatdan pul çıxarmaq üçün növbədə gözləyirdi. Həmin vaxt Eltonu taksidə gedərkən gördü, zəng edib hara getdiyi barədə maraqlandı və razılaşdılar ki, rayon mərkəzində görüşsünlər. Bir qədər sonra Eltonla rayon mərkəzində görüşdülər, daha sonra o telefon almaq istədiyi üçün Nərimanov küçəsindəki telefon dükanına getmək qərarına gəldi. Bir qədər sonra Təqsirləndirilən şəxs taksi ilə ona yaxınlaşdı, o da taksidə əyləşmək istəyən zaman Elton 2 dəqiqəlik işi olduğunu bildirdi və maşından düşüb "Ucuzluq" mağazasına getdi. Çox keçməmiş Elton geri qayıtdı. Taksi ilə hərəkət etdikdən sonra Elton ona Xanımı bıçaqİadığını dedi. Daha sonra onlar birlikdə polis şöbəsində getdilər. Bir qədər sonra polis əməkdaşları Eltonu tutdular və o cibində olan bıçağı polislərə təhvil verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o hadisənin baş verdiyi “Ucuzluq” adlı geyim mağazasında satıcı kimi işləyir. Zərərçəkmiş şəxs hadisə baş vermədən təxminən bir neçə gün əvvəl həmin mağazada işə düzəlmişdi. Həmin vaxta qədər Xanımı tanımamış, mağazada işlədiyi müddətdə də ancaq salam-sağol kimi münasibətləri olub. Xanım barədə yalnız ikinci dəfə ailə həyatı qurduğunu və bir övladı olduğunu bilirdi. Lakin onun Eltonun keçmiş həyat yoldaşı olması barədə məlumatı olmayıb. Eltonu isə həmkəndli kimi tanıyır. Hadisə təxminən bir neçə gün qabaq Eltonun anası Gülcahan, bacısı Zahirə və gəlinləri Fərqanə işlədiyi mağazaya alış-veriş etmək üçün gəlmişdilər. Həmin vaxt Eltonun anası Gülcahan ona Xanımı göstərərək onu gəlinlərinə oxşatdığını dedi. O da Gülcahana həmin qızın onun gəlini olub-olmadığını bilmədiyini dedi. Daha sonra Gülcahan, Zahirə və Fərqanə mağazadan çıxıb getdilər. Xanımın həmin mağazada işlədiyi müddətdə hər hansı bir şəxsə uşağını qaytarmaq istəməsi barədə danışdığını eşitməmişdir. Bu barədə heç də bir söz deməyib, hadisə günü Eltonu mağazaya girərkən görməmişdir, hadisənin sonuna gəlib çata bildi. Eltonun Xanımı necə, hansı şəraitdə bıçaqladığını görmədi, Xanımı yerdə uzanıqlı halda gördü, əvvəlcə elə başa düşdü ki, yıxılıb və qolu qırılıb, daha sonra yerdə qan izlərini görüb qorxdu və həmin yerdən uzaqlaşdı. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi öldürmək niyyətində olmamasına dair ifadəsi zərərçəkmiş şəxsin və şahidin işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübütlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan 16 sentabr 2020-ci il tarixli tutma protokolundan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən "Ucuzluq" adlı mağazadır. Mağaza ikimərtəbəlidir, birinci mərtəbəsi pallar mağazası kimi fəaliyyət göstərir. Mağazada paltarlar rəflərdə və paltar asılqanlarında yerləşdirilmişdir. Girişdən sol tərəfdə kassa yerləşir. Mağazanın giriş qapısından içəri doğru mağazanın döşəməsində-kafelin üzərində qan ləkələri müəyy ən edilir, içəri doğru hərəkət etdikcə qan ləkələri mağazanın qadın paltarları hissəsinə doğru yayılmışdır. Qadın paltarları olan hissədə qan ləkələri lopa halındadır. Hadisə yerini təqdim edən Şəfi Вakdəmirov mağazanın qadın paltarları hissəsində kafelin üzərində topa qan ləkəsi olan yeri göstərib Zərərçəkmiş şəxs həmin yerdə bir nəfər kişi cinsli şəxs tərəfindən bıçaqla vurulmasını bildirmişdir. Cinayət işində olan elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında 17 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, hadisələr geyim əşyalarının satışını həyata keçirən ticarət obyektində baş verir. Videogörüntüdə Təqsirləndirilən şəxs şalvarının sol cibindən bıçaq çıxararaq arxa tərəfdən Zərərçəkmiş şəxs yaxınlaşır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona yaxınlaşdığını görmür. Zərərçəkmiş şəxs çatan Ellon Hüseynov sağ əli ilə Xanımın boğazından tutaraq bədəninin sol nahiyyəsinə bıçaq xəsarətləri yetirmədə başlayır və onu yerə yıxır. Zərərçəkmiş şəxs yerə sıxdıqdan sonra Təqsirləndirilən şəxs sol əlində olan bıçaqla yerdə olan Zərərçəkmiş şəxs 04 bıçaq xəsarəti yetirir. Həmin xəsarətlərin çox aqressiv şəkildə, sol əlini tam açaraq zərblə endirdiyi görünür. Həmin vaxt bir qədər aralıda dayanan və baş verənləri görməyən qara don geyinmiş qadın tələsik hadisənin baş verdiyi yerə gəlib həmin vaxt əlində olan asılqandakı qara rəngli şalvarla Təqsirləndirilən şəxs vuraraq onu Zərərçəkmiş şəxs kənarlaşdırmağa çalışır. Bu an Ellon Hüseynov bıçaq zərbələrini dayandıraraq bir anlıq onu paltarla vurmuş qadına tərəf baxır. Həmin qadın gördüsü mənzərədən qorxduğu üçün hadisənin baş verdiyi yerdən bir qədər uzaqlaşır. Bundan sonra Təqsirləndirilən şəxs yenidən sol əli ilə Zərərçəkmiş şəxs daha dörd bıçaq zərbəsi endirir. Diskdəki digər videogörüntüdə əynində tünd göy rəngli cins şalvar qara rəngli gödəkçə olan kişinin yavaş addımlarla mağazaya daxil olduğu görünür. Xarici əlamətlərə görə həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs üzündəki qara rəngli maskanı düzəldir və mağazanın daxilinə keçərək görüntüdən itir. Cinayət işində olan 13.11.2020-ci il tarixli, 2253 nömrəli kompleks ambulator məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki. Təqsirləndirilən şəxs halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai ləhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl döxründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs larix oğlu törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. X2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədərkən anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olmamışdır. Hüseynov Ellon l arix oğlu ictimai təhlükəli əməli törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs kinlilik, inadkarlıq, emosionallıq, özünə qarşı hörmət tələb elmək, eqosenlrizm kimi fərdi- psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməli törədərkən psixi- emosional sferasında hirslilik yaranmış, həmin halın yaranması fərdi-psixi xüsusiyyətləri ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs baş verənləri düzgün qavramaq və təsvir etmək imkanına malikdir. Cinayət işində olan 29 oktyabr 2020-ci il tarixli 3/1 İ 89. 3'1190 nömrəli məhkəməballistik və məhkəmə-trasoloji ekspertizaların rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq - kustar üsulla hazırlanmışdır, bir tərəfi kəsici, ucu deşici xassəyə malikdir, təsərrüfat təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində onun təyinatını dəyişdirən hər hansı dəyişiklik edilməmişdir. Tədqiqat zamanı Zərərçəkmiş şəxs koftasının səthində aşağıdaki zədələr müəyyən edilmişdir: koftanın ön hissəsinin sağ aşağı tərəfində, ətəyin son kənarından 105 mm yuxarı, sağ yan tikişindən 7 mm solda 45 mm uzunluğunda bir ədəd düz xətt formalı zədələr, koftanın ön hissəsinin sağ yuxarı hissəsində, ətəyin son kənarından 320 mm yuxarıda, sağ yan tikişdən 130 mm solda, 14 mm uzunluğunda bir ədəd düz xətt formalı zədə vardır, koftanın sağ qol hissəsinin ön tərəfində, sağ qolun dairə tikişindən 1 mm aşağıda 110x70 mm ölçülərində bir ədəd düz xətt formalı zədə vardır, koftanın arxa hissəsində, ətəyin son kənarından 328 mm yuxarıda, sol yan tikişindən 320 mm sağda 26 mm uzunluğunda bir ədəd düz xətt formalı zədə vardır, koftanın arxa hissəsinin sağ tərəfində, ətəyin son kənarından 200 mm yuxarıda, qolun dairə tikişindən 90 mm aşağıda bir-birindən 25 mm məsafədə 27mm və 45 mm uzunluğunda iki ədəd düz xətt formalı zədə vardır, koftanın arxa hissəsinin sol yuxarı tərəfində, ətəyin son kənarından 420 mm yuxarıda, sol çiyin tikişindən 100 mm aşağıda 17 mm uzunluğunda bir ədəd düz formalı zədə vardır, koftanın sağ qolun alt arxa hissəsində, sağ qolun dairə tikişindən 130 mm aşağıda, 23 mm uzunluğunda bir ədəd düz xətt formalı zədə vardır. Təqdim edilmiş büstqalterin səthində aşağıdakılar müəyyən edildi: büstqalterin ön sol hissəsində, sol yan tikişdən 43 mm sağda uzunluğunda 42 mm uzunluğunda bir ədəd düz xətt formalı zədə vardır, büstqalterin ön sağ hissəsində, sağ yan tikişdən 60 mm, solda 40 mm uzunluğunda bir ədəd düz xətt formalı zədə vardır, büstqalterin sağ yan hissəsində, sağ yan tikişdən 60 mm, solda 40 mm uzunluğunda bir ədəd düz xətt formalı zədə vardır. Həmin zədələr bir tərəfi kəsici ucu ucu deşici xassəyə malik olan predmelin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə lixəsi həmin xassəyə bıçaqlar da aiddir. Həmin zədələrdə zədə yaradan predmelin xüsusi əlamətləri əks olunmadığından zədələrin hansı bıçaq tiyəsinin təsiri nəticəsində yaranmasını müəyyən etmək mümkün devil. Təqdim edilmiş koftanın, büstqalterin səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin öndən arxa istiqamətdə İtİ tərəfi zərərçəkənə nisbətdə müxtəlif istiqamətlərdə olmaqla yetirilmişdir. Cinayət işində olan məhkəmə-tibbi bioloji ekspertizasının 10.11.2020-ci il tarixli 751/2020-MTBŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus kofta, cins şalvar, büslqalter. Təqsirləndirilən şəxs məxsus papaqlı idman gödəkçəsinin, cins şalvarın, bir ədəd qatlanan cib bıçağı üzərindəki ləkələrdə və hadisə yerindən 01 ədəd pambıq topası üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Beləliklə, bu qan ləkələri B- alfa'lll/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs qızma məxsus ola bilər. Dəqiq elmi əsaslandırılmış və təcrübədə tədqiq olunan müayinə metodları olmadığı üçün təqdim olunan maddi sübutlar üzərindəki qan ləkələrinin əmələ gəlmə müddəti barədə fikir söyləmək mümkün deyil. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının 21.09.2020-ci il tarixli 405 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər döş qəfəsinin sağ yarısının iki ədəd, qarın boşluğunun bir ədəd daxilə keçən, diafraqmamn və qara ciyərin zədələnməsi ilə nəticələnən yaralar, daxili qanaxma, hemotoraks. bazunun sağda çoxsa} lı saralan (üç ədəd), sağ dirsək nahiyyəsində bir ədəd, döş sümüyü səs is səsində bir ədəd, solda Vİİ qabırğa səviyyəsində bir ədəd, sol süd vəzisi üzərində iki ədəd saralar dcşici-kəsici alət təsirindən törənməklə, qərarda göstərilən tarixdə sə şəraitdə, səni 16.09.2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməyə uyğun gəlirlər. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən-döş qəfəsinə keçən diafraqmanı yaralayan iki ədəd, qarın boşluğuna keçən və 11 qara ciyəri zədələyən bir ədəd yaralar (cəmi 3 ədəd) yetirilən anda həyal üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya, digər yaralar isə (cəmi 8 ədəd) ayrı-ayrılıqda və ümumilikdə dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər ekspertizaya təqdim olunmuş bıçağın, eləcədə ona oxşar digər deşici-kəsici alətin təsirindən törənməsi mümkündür. X3ma xəsarətlər yetirilərkən ayaq üstə və ya ona yaxın vəziyyətlərdə olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb hesab edir ki, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəza seçilməli və cəzasını tutulduğu vaxtdan, yəni 16 sentabr 2020-ci il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs künüllü olaraq gəlib polisə təslim olduğundan və cəzanı ağırlaşdıran hallar olmadığından, ona təyin olunan cəzanın müddəti Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət işinin materiallarında olan 16.09.2020-ci il tarixli könüllü olaraq təqdim edilmiş əşyalara baxış keçirilməsi haqqında protokoldan görünür ki. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qatlana bıçağın tiyə hissəsi 10.5 sm. tutacaq hissəsi 13.2 sm olmaqla ümumilikdə 23.7 sm uzunluqdadır, tutacağı və tiyə hissəsinin hər ikisi dəmirdəndir, tiyə hissəsinin üzərində 3 ədəd uzununa kəsiklər vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətlərə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması, cinayəti qismən etiraf edib, səmimi peşman olmasını, polisə könüllü olaraq təslim olunması cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Şamaxı rayon prokurorluğunda maddi sübutlar otağında saxlanılan tiyəsi və dəstəyi qara rəngli, tiyəsinin uzunluğu 10 sm, dəstəsinin uzunluğu 13.2 sm. olan qatlanan bıçaq, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd cins şalvar, qara rəngli pambıq materialdan hazırlanmış papaqlı idman gödəkçəsi, hadisə zamanı zərərçəkmiş şəxsin əynində olmuş bir ədəd mavi rəngli, cins şalvar, yaşımtıl rəngli üzərində qanabənzər ləkələr olan qısaqol kofta, bir ədəd ağ rəngli üzərində qəhvəyi rəngli qanabənzər ləkələr olan büstqalter, hadisə yerindən qan nümunəsi hopdurulmuş bir ədəd pambıq lopası hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq, dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilməli, "Ucuzluq" adlı mağazadan götürülmüş video görünlülər olan disk və Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin görüntüləri yazılmış disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 162,95 (yüz altmış iki manat doxsan beş qəpik) manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinərək 11(on bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 16 sentabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 162,95 (yüz altmış iki manat doxsan beş qəpik) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Şamaxı rayon prokurorluğunda maddi sübutlar otağında saxlanılan tiyəsi və dəstəyi qara rəngli, tiyəsinin uzunluğu 10 sm, dəstəsinin uzunluğu 13.2 sm. olan qatlanan bıçaq, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd cins şalvar, qara rəngli pambıq materialdan hazırlanmış papaqlı idman gödəkçəsi, hadisə zamanı zərərçəkmiş şəxsin əynində olmuş bir ədəd mavi rəngli, cins şalvar, yaşımtıl rəngli üzərində qanabənzər ləkələr olan qısaqol kofta, bir ədəd ağ rəngli üzərində qəhvəyi rəngli qanabənzər ləkələr olan büstqalter, hadisə yerindən qan nümunəsi hopdurulmuş bir ədəd pambıq lopası hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq, dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilsin, "Ucuzluq" adlı mağazadan götürülmüş video görünlülər olan disk və Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin görüntüləri yazılmış disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar