Məhkəmə qərarları › İş №1(101)-606/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-606/2025

18.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-606/2025 18.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X10 və X ibarət tərkibdə, məhkəmə iclas katibi – X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Bakı şəhəri “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi4, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx xxxx 1988-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində 2(iki) azyaşlı uşağı olan, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Tovuz şəhəri Nəriman Nərimanov küçəsi ev 18də qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu Ə.Cavad küçəsi ev 16-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 (Fin:xxxxxxx) və xx xxxxxx 2000-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nında kirayə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə 18 aprel 2025-ci il tarixdə, saat 16:35-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs1 dostluq münasibətində olduğu Təqsirləndirilən şəxs2 və şəxsiyyəti məlum olmayan “Baba” adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı qeyrisi ilə cinayət əlaqəsinə girib, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmək, saxlamaq, daşımaq və həmin maddələri satmaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, daha sonra qanunsuz olaraq satış məqsədi ilə “Baba” adlı şəxsin müəyyən edəcəyi yerlərə 3.000(üç min) manat pul vəsaiti müqabilində çatdırmaq üçün külli miqdarda cəmi 1136,98 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitə olan metadonun təsiredici maddəsinin ümumi çəkisi 20,800 qram təşkil edən üzərində “Methadone 40” göstəricisi olan 52 ədəd blisterdə, açıq-qəhvəyi rəngli “F\M 40” göstəricili 520 ədəd metadon dərman həbini Neftçala rayonu ərazisində “Baba” adlı şəxsin qoymasını təşkil etdiyi yerdən əldə etmiş, saxlamış və daşımış, 27 mart 2024-cü il tarixdə, saat 02:20 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra mətndə - BNMİ) əməkdaşlarının Bakı şəhəri Nizami rayonu İ.Məmmədov küçəsi ev 17 ünvanının yaxınlığında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2lə birlikdə şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən BNMİ-yə gətirilmiş, orada onun üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçəsinin sol cibindən yuxarıda qeyd edilən narkotik vasitələrdən 1(bir) ədəd sellofanda təmiz çəkisi 19,54 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitə olan metadonun təsiredici maddəsinin ümumi çəkisi 0,400 qram təşkil edən üzərində “Methadone 40” göstəricisi olan 1(bir) ədəd blisterdə, açıq-qəhvəyi rəngli “F\M 40” göstəricili 10(on) ədəd metadon dərman həbi, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman isə əynindəki qara rəngli şalvarının sol yan cibindən 1(bir) ədəd sellofanda təmiz çəkisi 22,44 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitə olan metadonun təsir maddəsinin ümumi çəkisi 0,400 qram təşkil edən üzərində “Methadone 40” göstəricisi olan 1(bir) ədəd blisterdə, açıq-qəhvəyi rəngli “F\M 40” göstəricili 10(on) ədəd metadon dərman həbi, daha sonra isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə kirayə tutuduqları ünvan 4 ünvanına baxış keçirilən zaman isə həmin mənzilin qonaq otağındakı divanın altından hamısı 1(bir) ədəd göy rəngli sellofan torbada qablaşdırılmış 1(bir) ədəd sellofan torbada təmiz çəkisi 370 qram tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1(bir) ədəd sellofan torbada təmiz çəkisi 725 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, narkotik vasitə olan metadonun təsiredici maddəsinin ümumi çəkisi 20 qram təşkil edən üzərində “Methadone 40” göstəricisi olan 50 ədəd blisterdə, açıq-qəhvəyi rəngli “F\M 40” göstəricili cəmi 500 ədəd metadon dərman həbi və 3(üç) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.

2. Eyni zamanda, Təqsirləndirilən şəxs2 dostluq münasibətində olduğu Təqsirləndirilən şəxs1 və şəxsiyyəti məlum olmayan “Baba” adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı qeyrisi ilə cinayət əlaqəsinə girib, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmək, saxlamaq, daşımaq və həmin maddələri satmaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, daha sonra qanunsuz olaraq satış məqsədi ilə “Baba” adlı şəxsin müəyyən edəcəyi yerlərə sonuncunun Təqsirləndirilən şəxs1 verəcəyi 3.000(üç min) manat pul vəsaitindən ona veriləcək 500 manat pul vəsaiti müqabilində çatdırmaq üçün külli miqdarda cəmi 1136,98 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitə olan metadonun təsiredici maddəsinin ümumi çəkisi 20,800 qram təşkil edən üzərində “Methadone 40” göstəricisi olan 52 ədəd blisterdə, açıq-qəhvəyi rəngli “F\M 40” göstəricili 520 ədəd metadon dərman həbini Neftçala rayonu ərazisində “Baba” adlı şəxsin qoymasını təşkil etdiyi yerdən əldə etmiş, saxlamış və daşımış, 27 mart 2024-cü il tarixdə, saat 02:20 radələrində BNMİ-nin əməkdaşlarının Bakı şəhəri Nizami rayonu İ.Məmmədov küçəsi ev 17 ünvanının yaxınlığında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1la birlikdə şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən BNMİ-yə gətirilmiş, orada onun üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli şalvarının sol yan cibindən yuxarıda qeyd edilən narkotik vasitələrdən 1(bir) ədəd sellofanda təmiz çəkisi 22,44 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitə olan metadonun təsiredici maddəsinin ümumi çəkisi 0,400 qram təşkil edən üzərində “Methadone 40” göstəricisi olan 1(bir) ədəd blisterdə, açıqqəhvəyi rəngli “F\M 40” göstəricili 10(on) ədəd metadon dərman həbi, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçəsinin sol cibindən 1(bir) ədəd sellofanda təmiz çəkisi 19,54 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitə olan metadonun təsiredici maddəsinin ümumi çəkisi 0,400 qram təşkil edən üzərində “Methadone 40” göstəricisi olan 1(bir) ədəd blisterdə, açıqqəhvəyi rəngli “F\M 40” göstəricili 10(on) ədəd metadon dərman həbi, daha sonra isə onun yaşadığı, Təqsirləndirilən şəxs1la birgə kirayə tutduqları ünvan 4 ünvanına baxış keçirilən zaman isə həmin mənzilin qonaq otağındakı divanın altından hamısı 1(bir) ədəd göy rəngli sellofan torbada qablaşdırılmış 1(bir) ədəd sellofan torbada təmiz çəkisi 370 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1(bir) ədəd sellofan torbada təmiz çəkisi 725 qram tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, narkotik vasitə olan metadonun təsir maddəsinin ümumi çəkisi 20 qram təşkil edən üzərində “Methadone 40” göstəricisi olan 50 ədəd blisterdə, açıq-qəhvəyi rəngli “F\M 40” göstəricili cəmi 500(beş yüz) ədəd metadon dərman həbi və 3(üç) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşin halları və tərəflərin təqdim etdikləri dəlilləri:

3. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, onların saxlanılmasının səbəbi bir həftəlik icarəyə götürdükləri avtomobilin axtarışda olması olmuşdur. Belə ki, o, Təqsirləndirilən şəxs2lə birlikdə Neftçala rayonu ərazisindən narkotik vasitə gətirməmiş, heç bir İran İslam Respublikası vətəndaşı ilə əlaqə yaratmamışdır. O, Təqsirləndirilən şəxs2 icarəyə götürdüyü avtomobili saxlanıldıqları gün idarə etmək üçün sonuncudan götürmüşdür. 27 iyul 2024-cü il tarixdə, gecə saat 1 radələrində Bakı şəhəri Xalqlar dostluğu metrostansiyası tərəfdə yerləşən “Araz” marketin yaxnlığında onları təqib edən avtomobil ona “miqat” etdiyindən o, avtomobili saxlayıb enərək ona “miqat” edən həmin avtomobilə doğru yaxınlaşmış, bu zaman üç nəfər şəxsin Vüsalı tutub avtomobildən düşürməyə çalışdığını görmüşdür. Daha sonra polis əməkdaşları olduqlarını bildiyi həmin şəxslər onu da tutmuşdur. Onları saxladıqdan sonra polis əməkdaşları ondan 10 kiloqram çəkidə olan narkotik vasitəni hara gətirmələri barədə soruşmuş, o isə narkotik vasitə götürmədiklərini bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə Xalqlar Dostluğu metrostansiyası yaxınlığında yerləşən kirayə qaldığı evə getmiş, polis əməkdaşları tərəfindən həmin evdə axtarış aparılmış, lakin evdən hər hansı qanunsuz predmet aşkar olunmamışdır. Daha sonra polis əməkdaşları Vüsalla onu idarəyə apararkən Şahid3 adlı əməliyyat müvəkkili isə onların evində qalmışdır. İdarədə şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı üzərilərindən narkotik vasitə olan metadon həbi aşkar edildikdən sonra kirayə qaldıqları evə gedib orada da çəkiliş aparılmış, çəkiliş zamanı isə evdən də bir kiloqram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. O, evdən narkotik vasitələrin necə aşkar olunmasını izah edə bilmir.

4. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 ifadəsinə davam edərək göstərdi ki, o, Təqsirləndirilən şəxs2lə birlikdə ittihamda göstərilən ünvanda saxlanılmışdır. Baxış və götürmə istintaq hərəkətinin aparıldığı ev yalnız ailəli şəxslərə kirayə verildiyi üçün həmin evi Vüsal üçün özü kirayə tutmuş, Vüsal həmin evdə tək yaşamış, o isə ailəsi ilə birlikdə Binəqədi rayonunda yaşamışdır. O, “Baba” adlı şəxsi tanımır. O, tutulmazdan əvvəl narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmiş, habelə Vüsalla birlikdə də narkotik vasitə qəbul etmiş, lakin Vüsal üçün kirayə tutduğu evdə birlikdə narkotik vasitə istifadə etməmişlər. O, Vüsalla birlikdə 21 mart 2024-cü il tarixdə Neftçala rayonuna getmişdir. Belə ki, Salyanda yerləşən çay evində işləyən iki nəfər qadının onlara göndərdiyi “konum” əsasında sonuncuları da götürüb birlikdə Bakı şəhərinə gəlmişlər. Polis əməkdaşları onları Heydər parkının qarşısında ayrı-ayrı maşınlara mindirmiş, habelə ona idarə etdiyi maşınla 10 kiloqram çəkidə narkotik vasitə gətirildiyini deyərək həmin narkotik vasitənin yerini soruşmuşlar. Onlar idarəyə aparılarkən hər ikisinin üzərində təxminən 3 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana olmuş, lakin narkotik vasitə metadon həbi ümumiyyətlə olmamış, aşkar edilmiş metadonu polis əməkdaşları özləri onun üzərinə qoymuşdur. Polis əməkdaşları öz aralarında danışaraq “bunlar deyil” demiş, polis əməkdaşı Şahid2 isə məsələnin artıq rəhbərliyə məruzə edildiyini, həmin məruzənin boşa çıxmamalı olduğunu bildirərək kirayə qaldıqları evə gedib oradan narkotik vasitə çıxaracaqlarını bildirmiş, onlar da sonuncularla razılaşmışdır. Evə videoçəkilişlə baxış keçirilərkən onlara əvvəlcədən deyildiyi kimi evdən narkotik vasitə aşkar edilmişdir. İbtidai araşdırma zamanı təqdim olunan sənədlərə imza çəkməsi üçün ona təzyiq göstərilmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İcarəyə götürdükləri avtomobilin daha əvvəl kimin istifadəsində olmasını bilməmişdir. İbtidai istintaq dövründə verdiyi ifadələrini oxumadan imzalamış, həmin ifadələr həqiqəti əks etdirməmiş, həqiqəti demək üçün məhkəmə icraatını gözləmişdir. Onun iranlı şəxslə, o cümlədən narkotik vasitələrlə bağlı hər hansı danışığı olmamışdır. Polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını boynuna alacağı təqdirdə Vüsalı sürücü kimi sənədləşdirməklə buraxacaqlarını bildirmişdir. O, evi Esmira Kerimovanın ərinin qardaşından kirayə götürmüş, evi kirayə tutarkən evdə ailə üzvləri ilə birgə yaşacağını demiş, bu barədə arvadının da məlumatı olmuşdur. Barəsində qətimkan tədbiri məsələsinə baxılarkən məhkəmədə narkotik vasitəni götürüb başqa yerə aparıb qoymasını deməmiş, həmin məhkəmə iclası zamanı ona danışması üçün ümumiyyətlə söz verilməmişdir. Şahid2 adlı əməliyyat müvəkkili ona fiziki təzyiq göstərərək kürəyinə vurmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, özünü təqsirli bildiyi əmələ münasibətdə peşman olmasını və əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməklə məhkum olunmamasını bildirərək məhkəmədən əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməklə ona aşağı həddə cəza təyin edilməsini xahiş etdi.

5. Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraatın ilkin dövründə müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 həmin ifadələrdə özünü təqsirli bilərək göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşamışdır. Belə ki, günlük kirayə taksi avtomobillərini götürüb sürməklə ailəsini dolandırmışdır. Təxminən 2 ay əvvəl istifadəsində olan vatsapına İran nömrəsindən zəng gəlmiş, zəng edən şəxs özünü İran vətəndaşı kimi təqdim etmiş, adının isə Baba olduğunu qeyd etmişdir. Həmin vaxtdan onların tanışlığı yaranmış, ara-sıra onunla əlaqə saxlamışdır. Növbəti dəfə o, Baba ilə danışan zaman söhbət əsnasında Baba ona narkotik vasitələri özünün qoydurduğu yerdən götürüb Bakı şəhərində istənilən yerdə gizlədilməsini və həmin yerin özünə bildirilməsini təklif etmiş, bunun müqabilində ona 3000 (üç min) manat pul verəcəyini demişdir. Həmin vaxt onun maddi vəziyyəti ağır olduğundan razılıq vermiş, Baba ona Neftçala rayonu Həsənabad kəndində narkotik vasitə olan qurudulmuş marixuana və tərkibində narkotik vasitə metadon olan həbləri gizlətdirəcəyini demiş, dəqiq yerini izah etmişdir. Həmin vaxt onda avtomobil olmadığı üçün əslən Tovuz rayonundan olan Vüsala bu barədə danışmış, ona köməklik edəcəyi təqdirdə Babanın ona verəcəyi 3000 manat puldan 500 manatını verəcəyini demiş, Vüsal da razılıq vermişdir. Bundan sonra 22 mart 2024-cü il tarixdə, axşam təxminən saat 20 radələrində Vüsalla birlikdə sonuncunun idarə etdiyi “Kia” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Neftçala rayonu Həsənabad kəndinə getmiş, orada kəndin girəcəyində olan lövhənin yanından ona izah edilmiş yeri tapıb torbaya bükülmüş halda narkotik vasitələri götürüb Bakı şəhərinə qayıtmışlar. Onlar Bakı şəhərinə qayıtdıqdan sonra onun kirayə götürdüyü ünvan 4 ünvanında yerləşən mənzilə getmiş, əldə etdikləri narkotik vasitələr olan torbanı orada saxlamışdır. Bundan sonra o, Babadan zəng gözləməyə başlamış, Baba ona deyəcəyi vaxtı o, narkotik vasitələri Bakı şəhərinin kənar kəndlərinin ərazisində qoymağı planlaşdırmış, lakin Babadan bu barədə zəng gəlmədiyi üçün narkotik vasitələr mənzildə qalmışdır. 27 mart 2024-cü il tarixdə, saat 02:20 radələrində Bakı şəhəri Nizami rayonu İ.Məmmədov küçəsi ev 17 ünvanının yaxınlığında “Kia” markalı, **- GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında Vüsal ilə birlikdə piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və onların qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək, BNMİ-nin inzibati binasına dəvət etmiş, avtomobili də BNMİ-nin həyətinə yerləşdirmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o və Vüsal şübhəli şəxs qismində tutulmuş, onlara hüquq və vəzifələri elan olunmuş, buna dair bildirişlər təqdim edilmişdir. Bundan sonra onların üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, ilk olaraq onun üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin iç sol cibindən 1 (bir) ədəd sellofanda açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuana kütləsini və 10 (on) ədəd metadon həbini, əynindəki qəhvəyi rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd üzərində ***-***-**-** nömrəsi olan “Redmi” markalı mobil telefonu, 190 (yüz doxsan) manat pulu və 2 (iki) ədəd açarı təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd mobil telefon bu barədə izah verildikdən sonra götürülmüş, 2(iki) ədəd açar və 190(bir yüz doxsan) manat pul isə ona qaytarılmışdır. Daha sonra Vüsalın üzərində şəxsi axtarış aparılmış və üzərində qanunsuz olaraq saxladığı maddələri təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Vüsal əynindəki qara rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd sellofanda açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuananı və 10 (on) ədəd metadon həbini, həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd üzərində ***-***-**-** nömrəsi olan “Tecno” markalı mobil telefonu, 1 (bir) ədəd avtomobil açarını, 77 (yetmiş yeddi) manat pulu və 1 (bir) ədəd açarı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri Vüsal, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd mobil telefon bu barədə Vüsala izah verildikdən sonra götürülmüş, 77 (yetmiş yeddi) manat pul və 2 (iki) ədəd açar isə Vüsalın özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı o hər şeyi olduğu kimi tam etiraf etmiş və üzərindən başqa ünvan 2nında narkotik maddə olduğunu, həmin mənzilə və “Kia” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Üzərilərində şəxsi axtarış aparıldıqdan sonra BNMİ-nin həyətində o, Vüsal, müdafiəçiləri və polis əməkdaşları birlikdə “Kia” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirmiş, avtomobildən qanunla qadağan edilmiş heç bir əşya və predmet aşkar edilməmişdir. Avtomobilə baxış aparıldıqdan sonra o, Vüsal, müdafiəçilər və polis əməkdaşları ilə yaşadığı ünvan 2nına getmişlər. Bundan sonra onlar, müdafiəçilər və polis əməkdaşları ilə birlikdə mənzilə baxış keçirilməsinə başlamış, mənzilə baxış zamanı o, mənzilin qonaq otağında divanın altından 1 (bir) ədəd göy rəngli torbanı təqdim etmişdir. Həmin torbanın içərisindən 3 (üç) ədəd elektron tərəzi, 2 (iki) ədəd sellofanda açıq yaşıl rəngli, spesifik iyli narkotik vasitə olan qurudulmuş marixuana kütlələri və 500 (beş yüz) ədəd metadon həbi təqdim etmişdir. Daha sonra həmin kütlələr qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri onlar, müdafiəçilər və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. O, Baba adlı şəxsə ilk dəfədir narkotik vasitələri satmağa köməklik etmiş, Baba pulu ona Bakı şəhərinin ərazisində harasa qoymaqla çatdırmalı olmuş, Baba adlı şəxdən narkotik vasitələri 22 mart 2024-cü il tarixdə qəbul etmələrinə və həmin tarixdən 5 gün keçməsinə baxmayaraq, həmin narkotik vasitələri təhvil verməmələrinin səbəbi ona yerin Baba tərəfindən deməsini gözləməsi olmuş, Baba ona deyən kimi o, Bakının kəndlərinin ərazisində hissə-hissə qoymalı olmuşdur. Baba ilə onun danışığına əsasən 3000 manat pulu onun narkotik vasitələrin bir qismini harasa qoyandan sonra Baba da pulu harasa qoymalı olmuşdur. Həmçinin o, Bakı şəhəri Nizami rayonu İ.Məmmədov küçəsi ev 17 ünvanından yerləşən mənzili Baba ona məlum təklifi edəndən sonra narkotik vasitələri gizlətmək məqsədi ilə 15 mart 2024-cü il tarixdə kirayə götürmüşdür. Törətdiyi əməllərindən peşmandır (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) i.v. 64- 66; 97-100;).

6. Eyni zamanda Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsi ilə məhkəmə icraatı zamanı da onun hüquqlarını müqavilə əsasında müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə məhkəməyədək icraat zamanı verdiyi 16 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində əlavə ifadəsi arasında ziddiyyətlər olduğundan həmin ifadə də elan edilərək tədqiq edilmişdir. İ.Təqsirləndirilən şəxs1 həmin ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, o, tutulmamışdan təxminən 4 ay əvvəl yerlisi, əslən Tovuz rayonundan olan Təqsirləndirilən şəxs2lə tanış olmuş, münasibətləri yaxşı olmuşdur. O, Vüsal ilə tutulmamışdan 20-25 gün əvvəl sonuncu Bakı şəhəri Nizami rayonu ərazisində adını bilmədiyi dostunun köməkliyi ilə mənzil kirayələmişdir. 22 mart 2024-cü il tarixdə günorta Vüsal ona, Neftçala rayonunun kəndlərinin birində adını bilmədiyi sevgilisini Bakı şəhərinə gətirmək istədiyini demiş və ondan özü ilə birlikdə yol yoldaşı olmağını istəmişdir. Həmin vaxt o, Vüsala razılıq vermiş və axşam saat təxminən 20 radələrində o və Vüsal, sonuncunun idarə etdiyi “Kia” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Neftçala rayonuna getmiş, orada bilmədiyi bir qəsəbəyə gedib xeyli gözləmiş və Vüsalın sevgilisini avtomobilə əyləşdirib Bakı şəhərinə qayıtmışdır. Bakı şəhərində onlar Əcəmi tərəfə və xatırlamadığı 1-2 yerə getmiş, lakin Vüsalın Nizami rayonunda kirayələdiyi mənzilə getməmiş, sonra Vüsal onu Binəqədi qəsəbəsində yaşadığı evə aparıb düşürtmüşdir. 26 mart 2024-cü il tarixdə o, Vüsal və dostu Salmanla görüşüb söhbət etmiş, daha sonra Beynalxalq Aeroport tərəfə getmiş, şəxsi işlərini görmüş və Salmanı Koroğlu metrostansiyasının yaxınlığında düşürtmüşlər. Daha sonra Vüsaldan onu evə düşürtməyini xahiş etmiş, Vüsal isə Nizami rayonunda olan mənzilin açarını tanışından götürüb mənzilə gedərək paltarlarını dəyişmək istədiyini demiş, o da razılaşmışdır. Onlar əvvəl Əhmədli tərəfə getmiş, Vüsal kimdənsə açarı götürmüş və onlar mənzil olan yerə getmişlər. Orada Vüsal avtomobildən düşüb getmiş, təxminən 1 dəqiqədən sonra Vüsal qaça-qaça qayıtmış, o, Vüsalı görmüş və buna görə də həmin vaxt avtomobili Vüsala tərəf sürmüş, Vüsal avtomobilə əyləşmiş, lakin silahdan atəş səslərini eşidib avtomobili saxlamışdır. Sonra polis əməkdaşları onlara yaxınlaşmış, onları üzü aşağı yerə yıxmış və döymüş, öz avtomobillərində Xalqlar dostluğu metrostansiyasının yaxınlığındakı parkın yanında saxlayaraq ya Nizami rayonundakı evdə, ya da Xırdalandakı evdə narkotik vasitələr olduğunu demiş, o isə Nizami rayonundakı evi tanıdığını demişdir. Buna görə də onlar Vüsalın qaldığı Nizami rayonu ərazisindəki mənzilə getmiş, ondan narkotik vasitələrin harada olduğu soruşulmuş, o isə məlumatının olmadığını demişdir. Bundan sonra polis əməkdaşları mənzili axtarmış və başqa otaqdan 2 ədəd qara sellofan torba gətirmiş, onlardan biri açıq olmuş, içində qurudulmuş marixuana görmüşdür. Daha sonra onları BNMİ-nin inzibati binasına aparmış, avtomobili isə BNMİ-nin həyətinə yerləşdirmişlər. Burada dəvət olunmuş müdafiəçilərin iştirakı ilə onunla Vüsal şübhəli şəxs qismində tutulmuş, onlara hüquq və vəzifələri elan olunmuş və buna dair bildirişlər təqdim edilmişdir. Bundan sonra onların üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, ilk olaraq onun üzərinə şəxsi axtarış aparılmışdır. O, əynindəki qara rəngli gödəkçənin iç sol cibindən 1 (bir) ədəd sellofanda açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuana kütləsini və 10(on) ədəd metadon həbini, əynindəki qəhvəyi rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd üzərində ***-***-**-** nömrəsi olan “Redmi” markalı mobil telefonu, 190(bir yüz doxsan) manat pulu və 2(iki) ədəd açarı təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra üzərinə şəxsi axtarış davam etdirilmiş və şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd mobil telefon bu barədə izah verildikdən sonra götürülmüş, 2(iki) ədəd açar və 190(bir yüz doxsan) manat pul isə ona qaytarılmışdır. Daha sonra Vüsalın üzərinə şəxsi axtarış aparılmış və üzərində qanunsuz olaraq saxladığı maddələri təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Vüsal əynindəki qara rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd sellofanda açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuananı və 10(on) ədəd metadon həbini, həmin şalvarın sağ yan cibindən 1(bir) ədəd üzərində ***-***-**-** nömrəsi olan “Tecno” markalı mobil telefonu, 1 (bir) ədəd avtomobil açarını, 77(yetmiş yeddi) manat pulu və 1 (bir) ədəd açarı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri Vüsal, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd mobil telefon bu barədə Vüsala izah verildikdən sonra götürülmüş, 77(yetmiş yeddi) manat pul və 2(iki) ədəd açar isə Vüsalın özünə qaytarılmışdır. Bundan sonra onlar hamısı Vüsalın kirayə qaldığı ünvan 5 ünvanına getmiş və orada videoçəkilişlə axtarış keçirilmiş, divanın altından 1 (bir) ədəd göy rəngli torbanı təqdim etmişlər. Həmin torbanın içərisindən 3 (üç) ədəd elektron tərəzi, 2(iki) ədəd sellofanda açıq yaşıl rəngli, spesifik iyli narkotik vasitə olan qurudulmuş marixuana kütlələri və 500 (beş yüz) ədəd metadon həbini təqdim etmişlər. Daha sonra həmin kütlələr qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri onlar, müdafiəçilər və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir (Cild 2, i.v. 101-103;).

7. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1la həmyerli olmaqla dostluq münasibətlərində olmuş, sonuncu icarəyə avtomobil götürüb taksi fəaliyyəti ilə məşğul olmuşdur. Hadisə vaxtı avtomobillə hərəkətdə olarkən onları təqib edən digər avtomobil “miqat” etdiyi üçün İlkin avtomobili saxlayaraq həmin avtomobilə doğru hərəkət edərkən saxlanılmışdır. Polis əməkdaşları onları saxlamağa 4 avtomobillə gəlmişdir. O və İlkin ayrıayrı avtomobillərə əyləşdirilmiş və döyülmüşlər. Daha sonra onun kirayədə qaldığı evdə axtarış aparılmış, lakin hər hansı qanunsuz predmet aşkar olunmamışdır. Onlar polis idarəsinə aparılarkən bir nəfər polis əməkdaşı evdə qalmış, idarədə hər birinin üzərindən 2 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş, lakin polislər tərəfindən həmin narkotik vasitə qurudulmuş marixuananın çəkisi 22 qrama qədər artırılmış, habelə əlavə olaraq üzərilərinə narkotik vasitə metadon həbləri də qoyulmuşdur. O, narkotik vasitələrdən istifadə etsə də, satışı ilə məşğul olmamışdır. Neftçala rayonuna onun təklifi ilə İlkinlə birlikdə getmiş, orada tanıdıqları iki nəfər qadınla birlikdə Bakı şəhərinə qayıtmışlar. Belə ki, həmin qadınlardan birini İlkin, digərini isə o özü tanımışdır. Saxlanıldıqları gün İlkinlə birlikdə narkotik vasitə qurudulmuş marixuana istifadə etməyi planlaşdırmışdır. Polis əməkdaşları onu qardaşı ilə hədələyərək törətmədiyi əməli boynuna almayacağı təqdirdə qardaşını da tutacaqlarını bildirmiş, bu səbəbdən ibtidai istintaq dövründə etirafedici ifadələr vermişdir. İbtidai istintaq dövründə İlkin ifadəsini onun yanında vermiş, o da öz ifadəsini müqavilə üzrə müdafiəçisinin iştirakı ilə vermiş, həmin müdafiəçisi ona təqdim olunmuş bütün sənədləri imzalamaqda heç bir problem olmadığını bildirdiyinə görə həmin sənədləri imzalamışdır. İbtidai istintaq zamanı baxış keçirilmiş ev onun kirayədə yaşadığı ev olmuşdur. O, İlkinlə birlikdə Esmira Kerimovanın ərinin qardaşı ilə görüşmüş, evdə kirayə qalmağa görə 400 manat ödəmişdir. Onların polis əməkdaşları tərəfindən saxlanılmaları həmin evi kirayəyə götürdükdən təxminən 2 həftə sonra baş vermiş, evə kənar şəxs gətirməmiş, yalnız özləri olmuşdur. O, idarəyə “Toyota Corolla” markalı avtomobillə aparılmış, həmin avtomobili idarə edən şəxs məhkəmə iclasında dindirilmiş polis əməkdaşları arasında olmamışdır. Evə ilk dəfə baxış keçirildikdən sonra polis əməkdaşı Şahid3 evdə qalmış, onlar isə digər polis əməkdaşları ilə birlikdə idarəyə aparılmış, orada üzərilərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Onların saxlanılmasında 8 nəfər polis əməkdaşı iştirak etmişdir. Əməliyyat müvəkkili Şahid2 tərəfindən ona təzyiq göstərilməklə barmağı qırılmışdır. Təqsirləndirilən şəxs2 son sözünü yazılı təqdim etməklə səsləndirərək törətdiyi əməldən səmimi peşmanlıq çəkdiyini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə əvvəllər məhkum olunmamasını, 1-ci Qarabağ Müharibəsi qazisi övladı olmaqla atasının vəfat etməsini, anasının nevroloji xəstəlikdən əziyyət çəkməsini və ailəsinə maddi və mənəvi dəstəyinin özünün olmasının nəzərə alınaraq məhkəmədən ona qanunla nəzərdə tutulmuş aşağı həddən də aşağı cəza təyin edilməsini xahiş etdi.

8. Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraatın ilkin mərhələsində müdafiəçisi olmuş – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 həmin ifadələrdə özünü təqsirli bilərək göstərmişdir ki, o, günlük kirayə taksi avtomobillərini götürüb sürməklə dolanmışdır. Əslən Tovuz rayonundan olan yerlisi İlkini təxminən 3 aydır tanımış, onunla mütəmadi olaraq əlaqə saxlayaraq görüşmüşdür. 21 mart 2024-cü il tarixdə İlkin ona, İran vətəndaşı Baba adlı şəxslə tanış olduğunu, Babanın özü üçün narkotik vasitələri qoydurduğu yerdən götürüb Bakı şəhərində istənilən yerdə gizlədilməsi və həmin yerin Babaya bildirilməsini təklif etdiyini, bunun müqabilində İlkinə 3000 (üç min) manat pul verəcəyini dediyi, maddi vəziyyəti ağır olduğundan Babaya razılıq verdiyini bildirmişdir. Həmin vaxt İlkin bu işdə ona köməklik etməyini xahiş etmiş və alacağı 3000 manat puldan 500 manatını ona verəcəyini demiş, o da maddi vəziyyəti ağır olduğundan razılıq vermişdir. Bundan sonra 22 mart 2024-cü il tarixdə, axşam təxminən saat 20 radələrində o və İlkin, onun idarə etdiyi “Kia” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Neftçala rayonu Həsənabad kəndinə getmiş, orada kəndin girəcəyində olan lövhənin yanından torbaya bükülmüş halda narkotik vasitələri götürüb Bakı şəhərinə qayıtmışlar. Onlar Bakı şəhərinə qayıtdıqdan sonra İlkini kirayə götürdüyü ünvan 2nına aparıb düşürtmüş, o isə Xırdalan şəhərinə qayıtmışdır. 26 mart 2024-cü il tarixdə, axşam saatlarında o, İlkinlə görüşmüş, müəyyən şəxsi işlərini görmüşlər. Gecə təxminən saat 2 radələrində İlkin ona, Bakı şəhəri Nizami rayonu İ.Məmmədov küçəsi ev 17 ünvanına getmək lazım olduğunu demiş, o da razılıq vermiş, həmin ünvana çatanda İlkin ona mənzilə qalxıb çəkmək üçün bir baş nəşə götürməsini tapşırmışdır. Həmin vaxt İlkin onun avtomobilində qalmış, o isə blokun girişində olan zaman polis əməkdaşları onu və İlkini saxlamış, onların qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək, BNMİ-nin inzibati binasına dəvət etmiş, avtomobili isə BNMİ-nin həyətinə yerləşdirmişlər. Polis idarəsində dəvət olunmuş müdafiəçinin iştirakı ilə o və İlkin şübhəli şəxs qismində tutulmuş, onlara hüquq və vəzifələri elan olunmuş və buna dair bildirişlər təqdim edilmişdir. Bundan sonra onların üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Əvvəl İlkinin üzərinə şəxsi axtarış aparılmışdır. İlkin əynindəki qara rəngli gödəkçənin iç sol cibindən 1 (bir) ədəd sellofanda qurudulmuş marixuana kütləsini və 10 (on) ədəd metadon həbini, əynindəki qəhvəyi rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd üzərində “***-***-**-**” mobil telefon nömrəsi olan “Redmi” markalı mobil telefonu, 190 (bir yüz doxsan) manat pulu və 2 (iki) ədəd açarı təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri İlkin, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd mobil telefon bu barədə izah verildikdən sonra götürülmüş, 2(iki) ədəd açar və 190 (bir yüz doxsan) manat pul isə İlkinə qaytarılmışdır. Daha sonra üzərində şəxsi axtarış keçirilmiş və ona üzərində qanunsuz olaraq saxladığı maddələri təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra o, əynindəki qara rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd sellofanda qurudulmuş marixuananı və 10 (on) ədəd metadon həbini, həmin şalvarın sağ yan cibindən 1(bir) ədəd üzərində ***-***-**-** nömrəsi olan “Tecno” markalı mobil telefonu, 1(bir) ədəd avtomobil açarını, 77(yetmiş yeddi) manat pulu və 1 (bir) ədəd açarı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd mobil telefon bu barədə ona izah verildikdən sonra götürülmüş, 77 (yetmiş yeddi) manat pul və 2 (iki) ədəd açar isə ona qaytarılmışdır. Üzərilərinə şəxsi axtarış aparıldıqdan sonra BNMİ-nin həyətində o, İlkin, müdafiəçiləri və polis əməkdaşları ilə birlikdə idarə etdiyi “Kia” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirmiş, lakin avtomobildən qanunla qadağan edilmiş heç bir əşya və predmet aşkar edilməmişdir. Avtomobilə baxış keçirildikdən sonra o, İlkin, müdafiəçilər və polis əməkdaşları ilə ünvan 2nına getmişlər. Bundan sonra onlar, müdafiəçilər və polis əməkdaşları birlikdə mənzilə baxış keçirilməsinə başlamışlar. Mənzilə baxış zamanı İlkin mənzilin qonaq otağında divanın altından 1 (bir) ədəd göy torbanı təqdim etmişdir. Həmin torbanın içərisindən 3(üç) ədəd elektron tərəzi, 2(iki) ədəd sellofanda qurudulmuş marixuana kütlələri və 500(beş yüz) ədəd metadon həbi təqdim etmişdir. Daha sonra həmin kütlələr qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri onlar, müdafiəçilər və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir (Cild 1, i.v. 67-68; 109-112;).

9. Eyni zamanda Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsi ilə müqavilə üzrə onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri “L.C.G” Vəkil Bürosunun vəkili X5 iştirakı ilə məhkəməyədək icraat zamanı verdiyi 21 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində ifadəsi arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadə də elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 həmin ifadəsində özünü qismən təqsirli bilərək üzərinə axtarış keçirilən zaman aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmadığını, onu saxlayan polis əməkdaşları tərəfindən döyüldüyünü, həmçinin ilkin verdiyi ifadəsində üzərindən aşkar edilmiş narkotik vasitələrlə bağlı qeyd etdiklərindən başqa bütün digər xüsusatları bir daha təsdiq edərək ilkin verdiyi ifadəsini oxumaq üçün götürdüyünü, ifadəyə baxdığını, guya oxuduğunu dediyini bildirməklə imzaladığını, həmin vaxt müstəntiqin ona heç bir təsir göstərmədiyini, döymədiyini və söymədiyini bildirmişdir (Cild 2, i.v.20-23;).

10. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

11. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

12. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Bakı şəhər sakinləri Təqsirləndirilən şəxs1 dostu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup halında İran İslam Respublikasının vətəndaşından qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələri satış məqsədi ilə əldə etmələri, Bakı şəhəri Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatını əldə etmişdir. Əldə edilmiş əməliyyat məlumatı barədə rəhbərliyə raportla məruzə etmiş, həmin şəxslərin yaxalanması məqsədi ilə ondan, polis baş leytenantı Şahid2 və polis kapitanı Şahid3 ibarət əməliyyat qrupu təşkil edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 27 mart 2024-cü il tarixdə, gecə saat 02:20-də ünvan 6 ünvanının yaxınlığında saxlanılaraq istifadələrində olan “Kia” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə BNMİ-yə aparılmışlar. BNMİ-də təhqiqatçı polis mayoru Anar Aslanov tərəfindən müdafiəçilərin iştirakı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş və üzərilərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Həmin vaxt əvvəlcə Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan edilən hər hansı əşya olduğu halda təqdim edilməsi təklif edilmiş, sonuncu əynindəki qara rəngli gödəkçənin sol iç cibindən 1(bir) ədəd sellofanda açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni və 10(on) ədəd metodon həbinə bənzər kütləni, əynindəki qəhvəyi rəngli şalvarın sağ yan cibindən 1(bir) ədəd “Redmi” markalı mobil telefonunu, 190(bir yüz doxsan) manat pulu və 2(iki) ədəd açarı təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış davam etdirilmiş və üzərindən qanunla qadağan olunan hər hansı başqa əşya aşkar edilməmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkə vasitəsi ilə tanıdığı İran İslam Respublikasının vətəndaşı olan “Baba” adlı şəxsdən dostu Təqsirləndirilən şəxs2lə birlikdə saxlanıldığı gündən təxminən 5 gün əvvəl Neftçala rayonu ərazisindən əldə etdiyini, daha sonra həmin maddələri “Baba” adlı şəxsin deyəcəyi yerlərə çatdıracağını, bunun müqabilində özünə “Baba” tərəfindən 3.000 manat pul vəsaiti veriləcəyini, həmin məbləğdən 500 manat hissəsinin özü tərəfindən Təqsirləndirilən şəxs2 veriləcəyini, üzərindən aşkar edilmiş maddələrdən başqa özünün kirayə götürdüyü ünvan 2nında da “Baba” adlı şəxdən eyni vaxtı əldə etdiyi narkotik maddələr olduğunu və onları da təqdim edə biləcəyini bildirmişdir. Buna görə də Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1(bir) ədəd bükülüdəki maddə və 10(on) ədəd metodon həbinə bənzər kütlə maddi sübut əhəmiyyəti kəsb etdiyindən, müvafiq ekspertiza təyin edilməsi məqsədi ilə götürülmüş və zərfdə qablaşdırılmış, həmçinin “Redmi” markalı mobil telefon götürülərək materiala əlavə edilmiş, 190(bir yüz doxsan) manat pul və 2(iki) ədəd açar ona qaytarılmış, istintaq hərəkətinin nəticəsi haqqında tərtib edilmiş protokol və zərf onun və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan edilən hər hansı əşya olduğu halda təqdim edilməsi təklif edilmiş, sonuncu əynindəki qara rəngli şalvarın sol yan cibindən 1(bir) ədəd sellofanda açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni və 10(on) ədəd metodon həbinə bənzər kütləni, həmin şalvarın sağ yan cibindən 1(bir) ədəd “Tecno” markalı mobil telefonunu, 1(bir) ədəd avtomobil açarını, 77(yetmiş yeddi) manat pul vəsaitini və 1(bir) ədəd açarı təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış davam etdirilmiş və üzərindən qanunla qadağan olunan hər hansı digər əşya aşkar edilməmişdir. Şifahi sorğusual zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri dostu İlkinin sosial şəbəkə vasitəsi ilə tanıdığı İran İslam Respublikasının vətəndaşı olan “Baba” adlı şəxsdən dostu Təqsirləndirilən şəxs1la birlikdə saxlanıldığı gündən təxminən 5 gün əvvəl Neftçala rayonu ərazisindən əldə etdiyini, daha sonra həmin maddələri “Baba” adlı şəxsin deyəcəyi yerlərə çatdıracağını, bunun müqabilində özünə İlkin tərəfindən 500 manat pul vəsaiti veriləcəyini, üzərindən aşkar edilmiş maddələrdən başqa İlkinin kirayə götürdüyü ünvan 2nında da “Baba” adlı şəxdən əldə etdiyi narkotik maddələr olduğunu və onları da təqdim edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 1(bir) ədəd bükülüdəki maddə və 10(on) ədəd metodon həbinə bənzər kütlə maddi sübut əhəmiyyəti kəsb etdiyindən, müvafiq ekspertiza təyin edilməsi məqsədi ilə götürülmüş və zərfdə qablaşdırılmış, həmçinin “Tecno” markalı mobil telefon götürülərək materiala əlavə edilmiş, 77(yetmiş yeddi) manat pul və açarlar qaytarılmış, istintaq hərəkətinin nəticəsi haqqında tərtib edilmiş protokol və zərf onun və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi “Kia” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin dövriyyəsi qadağan edilən hər hansı əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 kirayələdiyi ünvan 2nına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 mənzilin qonaq otağındakı divanın altından 1(bir) ədəd göy rəngli torbanı, torbanın içindən isə 3(üç) ədəd elektron tərəzini, 2(iki) ədəd sellofanda açıq yaşıl rəngli, spesifik iyli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri və 500 ədəd metadon həbinə bənzər kütləni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 mənzildən aşkar edilmiş qeyd edilən bütün əşyaları üzərindən aşkar edilmiş narkotik vasitələrlə birlikdə “Baba” adlı şəxsdən eyni vaxtda eyni məqsədlə əldə etdiyini, onları Babanın deyəcəyi yerlərə çatdıracağını, bunun müqabilində Babanın ona 3000 manat pul verəcəyini, həmin puldan dostu Vüsala 500 manat verməyə planlaşdırdığını bildirmiş, baxışda iştirak edən Təqsirləndirilən şəxs2 də qeyd edilənləri təsdiq etmişdir. Bundan sonra mənzildə qanunla dövriyyəsi qadağan edilən hər hansı başqa əşya aşkar edilməmişdir. Aşkar edilmiş 1(bir) ədəd sellofan bükülüdəki qurudulmuş marixuanaya bənzər kütlələr, 3(üç) ədəd elektron tərəzi və 500 ədəd metadon həbinə bənzər kütlə qablaşdırılaraq üzəri möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır.

13. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə əlavə olaraq göstərdi ki, hər iki təqsirləndirilən şəxs onlar tərəfindən piyada hərəkətdə olarkən saxlanılmış, təqsirləndirilən şəxslər saxlanılarkən yaxınlıqda onların avtomobilləri də olmuş, saxlanıldıqdan dərhal sonra təqsirləndirilən şəxslər əvvəlcə idarəyə, daha sonra isə evə baxış keçirilməyə aparılmış, hesab edir ki, təqsirləndirilən şəxslərin guya onları saxladıqdan sonra əvvəlcə evə gedib baxış keçirilməsinə dair ifadələrində göstərdiklərinin tamamilə yalan olmaqla özünümüdafiə məqsədi daşıyır. Evə baxış keçirilərkən evin giriş qapısını təqsirləndirilən şəxslər şəxsən özləri açmışdır. O, digər polis əməkdaşları ilə birlikdə təqsirləndirilən şəxsləri saxladıqları əraziyə öz şəxsi avtomobilləri ilə gedərək təqsirləndirilən şəxsləri saxladıqdan sonra isə sonuncuları gəldikləri avtomobilləri ilə aparmış, təqsirləndirilən şəxslərin istifadəsində olan avtomobili isə əməliyyat qrupunun üzvlərindən olan polis əməkdaşlarından biri idarə edərək polis idarəsinə gətirmişdir. Daxil olmuş əməliyyat məlumatı narkotik vasitələrin istifadəsi, qanunsuz dövriyyəsi və satışı barədə olmuşdur. Təqsirləndirilən şəxslərə qarşı tərəflərindən hər hansı təzyiq olmamış, sonuncular ifadələrini sərbəst və könüllü şəkildə vermişdir. Evə baxış keçirilərkən aparılmış videogörüntü polis əməkdaşı Şahid3 tərəfindən həyata keçirilmişdir. Əməliyyat tədbiri zamanı xüsusi rabitə vasitələrindən istifadə edildiyindən onların üzərində mobil telefon olmamışdır.

14. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu, Şahid1lə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, verilmiş sullara cavab olaraq əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs1 aşkar olunmuş narkotik vasitəni Neftçala rayonu ərazisindən iranlı Baba adlı şəxsin göstərişi ilə götürdüklərini, həmin narkotik vasitələri sonuncunun dediyi ünvanlara qoyması müqabilində 3.000 manat məbləğində pul alacağını, həmin puldan Təqsirləndirilən şəxs2 də 500 manat məbləğində pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxslərin evində təhqiqatçı tərəfindən baxış istintaq hərəkətindən əvvəl hər hansı digər istintaq hərəkəti keçirilməmişdir. Təqsirləndirilən şəxslərin sayının iki nəfər olması nəzərə alınaraq əməliyyat-axtarış tədbirləri zamanı tədbirdə iştirak edən əməliyyat müvəkkillərinin sayı az olduğundan yerində şəxsi axtarış istintaq hərəkəti keçirilməmişdir. O, idarədə keçirilmiş şəxsi axtarış istintaq hərəkəti zamanı şəxsən iştirak etmişdir. Təqsirləndirilən şəxslərin saxlanılmasında 8 nəfər polis əməkdaşı iştirak etməmiş, sonuncuların iddia etdikləri kimi guya onların evində qalması kimi hal olmamışdır. Şəxsi axtarış və evə baxış zamanı videoçəkilişi özü həyata keçirmişdir. Hesab edir ki, evə baxış keçirilərkən mənzilə daxil olma zamanı təsadüfən videoçəkiliş etdiyi qurğunun kamerası aşağıya doğru istiqamətləndiyindən çox qısa müddət ərzində təsadüfən yeri çəkmişdir.

15. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu, şahidlər Şahid1 və Şahid3lə oxşar məzmunlu ifadə verərək sonuncuların ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirində 3(üç) nəfər olmuş, təqsirləndirilən şəxslərin üzərindən aşkar edilmiş narkoitk vasitənin üzərinə hər hansı əlavələr edilməmişdir. Nə o, nə də digər polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxslərə qarşı hər hansı fiziki, psixi və sair təsir və təzyiq göstərilməmiş, onlar döyülməmiş və pis rəftara məruz qoyulmamışdır.

16. Məhkəmədə şahid qismində dindirilmiş X6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, təxminən üç ildir ünvan 2nında yerləşən iki otaqlı mənzili alaraq kirayə verməklə dolanmış, kirayə barədə elanları internet resurslarında yerləşdirməklə elanda əri Elvinin nömrəsi yerləşdirilmişdir. Təxminən 2024cü ilin mart ayının əvvəllərində ərinə tanımadıqları bir şəxs vatsap proqramı vasitəsi ilə zəng edib özünü makler kimi təqdim edərək qeyd edilən mənzili kirayə verib-vermədiyini soruşduqda əri müsbət cavab verdikdə ona İlkin adlı şəxsin zəng edəcəyini demişdir. Bundan sonra İlkin adlı şəxs ərinə zəng edib mənzili kirayə götürmək istədiyini bildirdikdə əri ona yalnız ailəyə kirayə verəcəyini bildirmiş və onlar mənzildə görüşməyə planlaşdırmışdır. Belə ki, əri işdə olduğundan birinci dəfə İlkin adlı şəxslə özü görüşmüş, İlkin adlı şəxs ona ailə ilə qalacağını, uşağının xəstə olduğunu, özünün qaldığı evdə rütubət olduğu üçün bu evi kirayə götürmək istədiyini demiş, o da İlkinlə razılaşmış, aralarında olan razılaşmaya əsasən 300 manat kirayə haqqı ödənilməli olmuşdur. İlkin ilk ayın pulunu ona ödədikdən sonra mənzilin açarlarını ona təhvil vermişdir. Bundan bir neçə gün sonra əri Elvin işdən evə qayıtmış və İlkinlə mənzildə görüşmüşdür. Ərinin ona deməsinə görə orada İlkin Vüsal adlı şəxs və təxminən 7-8 yaşlı balaca oğlan uşağı ilə gəlmiş, İlkin Vüsalı ərinə qaynı kimi təqdim etmiş, Vüsal ümumiyyətlə danışmamışdır. Onlar “Toyota Prius” markalı avtomobillə gəlmiş, həmin vaxt İlkin Bakı şəhəri Binəqədi rayonunda yaşadığını, orada nəmişlik olduğu üçün uşaqlarının xəstə olduğunu deyərək həmin evdən çıxmaq istədiyini bildirmişdir. Ərinin deməsinə görə orada əri İlkindən ailəsini hansı səbəbdən mənzilə köçürmədiyini soruşduqda, İlkin ailəsinin Nizami rayonunda yaxınlıqda yaşayan qaynatasıgildə olduğunu və yaxın günlərdə gətirəcəyini bildirmişdir. Söhbət zamanı İlkin plastik qapı-pəncərə ustası olduğunu demişdir. Əri İlkinə mənzili səliqəli saxlamağını tapşırıb oradan qayıtmış və İlkinlə qeyd etdiyi söhbəti ona danışmışdır. 2024-cü ilin mart ayının sonlarında polis əməkdaşlarından İlkinlə Vüsalın onların mənzilində ailəsiz yaşadıqlarını, habelə orada narkotik vasitələr saxladıqlarını öyrənmişlər. Onların İlkin və Vüsalın bu qanunsuz əməllərindən xəbərləri olmamışdır. Təqsirləndirilən şəxslərə evi aylıq 400 manata kirayəyə vermiş, sonuncular evə köçdükdən iki həftə sonra polislər zəng edərək evdən narkotik vasitələrin aşkar edildiyini bildirmişlər. İlk dəfə ərinin işdə olması səbəbi ilə təqsirləndirilən şəxslərlə görüşərkən sonuncuların yanında ailələri olmamış, əri işdən gəldikdən sonra isə özü gedib sonuncularla görüşüb danışmış, bu zaman İlkin ərinə qazi olmaqla arvadının xəstə olduğunu bildirmişdir.

17. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid5 dənizdə işləməsi ilə əlaqədar üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilməmiş, onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi tərəflərin vəsatəti əsasında elan edilərək tədqiq edilmiş və onun şahid qismində dindirilmiş X6 ilə oxşar məzmunlu ifadə verməsi müəyyən olunmuşdur (Cild 1, i.v. 236-237;).

18. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, habelə ifadəsi elan edilməklə tədqiq edilmiş şahid ifadəsi ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

19. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 27 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması faktına görə Bakı şəhəri Nizami Rayon Polis X3 (bundan sonra mətndə - Nizami RPİ-nin İŞ) müstəntiqi polis mayoru X16 tərəfindən həmin tarixdə, saat 19:00-da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1-2;).

20. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 26 mart 2024-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, BNMİ-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 tərəfindən ünvan 7 ünvanında qeydiyyatda olmaqla ünvan 8n Təqsirləndirilən şəxs1 və ünvan 9 qeydiyyatda olmaqla ünvan 2nında yaşayan Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar BNMİ-nin rəisi polis general-mayoru İslam Hümbətov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin idarənin baş əməliyyat müvəkkilləri polis kapitanı Şahid3 və polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 27 mart 2024-cü il tarixdə, saat 02:20 radələrində Bakı şəhəri Nizami rayonu İ.Məmmədov küçəsi ev 17 ünvanının yaxınlığında “Kia” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında piyada hərəkətdə olarkən saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla BNMİ-nin inzibati binasına gətirilmiş, avtomobil isə BNMİ-nin duracağına yerləşdirilmişdir (Cild 1, i.v. 4-10;).

21. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 5(007)- 149/2024 saylı qərarından görünür ki, BNMİ-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş və həmin baş idarənin rəisi polis generalmayoru İslam Hümbətov tərəfindən təsdiq edilmiş 26 mart 2024-cü il tarixli “Əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar məhkəmə nəzarəti qaydasında yoxlanılmaqla qanuna uyğun hesab edilmişdir (Cild 1, i.v. 209-211;).

22. “Şübhəli şəxsin tutulması haqqında” 27 mart 2024-cü il tarixli qərar və protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müvafiq olaraq müdafiəçiləri – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkilləri X13 və X1 iştirakı ilə BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı polis mayoru X14 tərəfindən həmin tarixdə müvafiq olaraq saat 03:00 və 03:30-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşlar. Protokola əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqlarının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 27 mart 2024-cü il tarixdə, saat 02:20-dan tutulmuş hesab edilmişlər (Cild 1, i.v.12;21;30;39).

23. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 27 mart 2024-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçilərin iştirakı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş müvafiq qərarlar əsasında həmin gün, saat 04:00-dan 04:17-dək BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı polis mayoru X14 tərəfindən həmin İdarənin baş əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid1, polis kapitanı Şahid3 və polis baş leytenantı Şahid2 iştirakı ilə BNMİ-nin inzibati binasında xidməti iş otaqlarından birində süni işıqlandırma şəraitində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli gödəkçəsinin sol iç cibindən 1(bir) ədəd sellofanda açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni və 10(on) ədəd metodon həbinə bənzər kütləni, şalvarın sağ yan cibindən isə üzərində ***-***-**-** nömrəli simkart olan “Redmi” markalı mobil telefonu, 190(bir yüz doxsan) manat pul vəsaitini və 2(iki) ədəd açarı təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzi ilə çəkilmiş və çəkisinin 22 qram olması müəyyən edilmişdir. Aşkar olunmuş həmin kütlələr içi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri DİN-in 7 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd mobil telefon bu barədə sonuncuya izah edildikdən sonra təhqiqatçı tərəfindən götürülmüş, 2 (iki) ədəd açar və 190 (bir yüz doxsan) manat pul isə Təqsirləndirilən şəxs1 qaytarılmışdır. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli şalvarının sol yan cibindən 1 (bir) ədəd sellofanda açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni və 10 (on) ədəd metadon həbinə bənzər kütləni, həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd üzərində ***-***-**-** nömrəsi olan “Tecno” markalı mobil telefonu, 1 (bir) ədəd avtomobil açarı, 77(yetmiş yeddi) manat pulu və 1(bir) ədəd açarı təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 25 qram olması müəyyən edilmişdir. Aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 77 (yetmiş yeddi) manat pul və 2 (iki) ədəd açar isə şəxsin özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütləni sosial şəbəkədən tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Baba” adlı şəxsin vasitəsi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə 5(beş) gün bundan əvvəl Neftçala rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun qeyd etdiyi yerlərə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində “Babadan” 3000 (üç min) manat pul alaraq Təqsirləndirilən şəxs2 500 (beş yüz) manat verəcəyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Üzərindən başqa ünvan 2nında narkotik maddə olduğunu, həmin mənzilə və “Kia” markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütləni tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə 5 (beş) gün əvvəl Neftçala rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürərək, Təqsirləndirilən şəxs1 qeyd etdiyi yerə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində İlkindən 500 (beş yüz) manat pul alacağını, Neftçala rayonundan götürdüyü yükün narkotik vasitə olduğunu əvvəlcədən bildiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Üzərindən başqa ünvan 2nında narkotik maddə olduğunu, həmin mənzilə və “Kia” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə BNMİ-də yerləşən xidməti iş otaqlarından birində keçirilmişdir. İstintaq hərəkəti zamanı BNMİ-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid3 tərəfindən “Sony” markalı videokameradan istifadə edilməklə videoyazı aparılması və videoyazının “DVD” diskə köçürülərək protokala əlavə edilməsi qeyd edilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə həmin tarixdə, saat 04:20-dən saat 04:50-dək protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, iştirakçılara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, sonuncular tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla iştirakçılar tərəfindən təsdiq edilmişdir (Cild 1, i.v. 47-51;).

24. “Avtomobilə baxış keçirilməsi və götürmə aparılması haqqında” 27 mart 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə qəbul edilməklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş müvafiq qərar və sonuncuların razılıq ərizəsi əsasında 27 mart 2024-cü il tarixdə, saat 05:00-dan 05:04-dək BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı polis mayoru X14 tərəfindən həmin İdarənin baş əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid1, polis kapitanı Şahid3 və polis baş leytenantı Şahid2, eləcə də, müdafiəçilərin iştirakı ilə **-GJ-*** dövlət qeydiyyat nişanlı “Kia” markalı avtomobilə baxış keçirilmişdir. Protokoldan görünür ki, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Baxış və götürmə süni işıqlanma şəraitində BNMİ-nin həyətində keçirilmişdir. İstintaq hərəkəti zamanı BNMİ-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid3 tərəfindən “Sony” markalı videokameradan istifadə edilməklə videoyazı aparılması və videoyazının “DVD” diskə köçürülərək protokala əlavə edilməsi qeyd edilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə həmin tarixdə, saat 05:08-dən saat 05:25-dək protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, iştirakçılara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, sonuncular tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla iştirakçılar tərəfindən təsdiq edilmişdir (Cild 1, i.v. 52-57;).

25. “Mənzilə baxış və götürmə aparılması haqqında” 27 mart 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə qəbul edilməklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş müvafiq qərar və sonuncuların razılıq ərizəsi əsasında 27 mart 2024-cü il tarixdə, saat 06:00-dan 06:19-dək BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı polis mayoru X14 tərəfindən həmin İdarənin baş əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid1, polis kapitanı Şahid3 və polis baş leytenantı Şahid2, eləcə də, müdafiəçilərin iştirakı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə saxladıqları ünvan 2nına baxış keçirilmişdir. Protokoldan görünür ki, mənzilə baxış keçirilməzdən öncə şübhəli şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 sözü gedən evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 narkotik vasitələri saxladıqları mənzilin qonaq otağındakı divanın altından 1(bir) ədəd göy rəngli torbanı, həmin torabm içərisindən 3(üç) ədəd elektron tərəzi, 2(iki) ədəd sellofanda açıq yaşıl rəngli, spesifik iyli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri və 500(beş yüz) ədəd metadon həbinə bənzər kütləni təqdim etmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş və narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin ümumilikdə çəkisinin 1 kq 210 qram olması müəyyən edilmişdir. Daha sonra həmin kütlələr qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq mənzildən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütləni sosial şəbəkədən tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Baba” adlı şəxsin vasitəsi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə 5 (beş) gün bundan əvvəl Neftçala rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun qeyd etdiyi yerlərə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində “Babadan” 3000 (üç min) manat pul alaraq Təqsirləndirilən şəxs2 500 (beş yüz) manat verəcəyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını, başqa heç yerdə narkotik vasitə saxlamadığını, evə daha əvvəl baxış keçirilmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütləni tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə 5 (beş) gün bundan əvvəl Neftçala rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürərək, Təqsirləndirilən şəxs1 qeyd etdiyi yerə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində İlkindən 500 (beş yüz) manat pul alacağını, Neftçala rayonundan götürdüyü yükün narkotik vasitə olduğunu əvvəlcədən bildiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını, başqa heç yerdə narkotik vasitə saxlamadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. İstintaq hərəkəti zamanı BNMİ-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid3 tərəfindən “Sony” markalı videokameradan istifadə edilməklə videoyazı aparılması və videoyazının “DVD” diskə köçürülərək protokala əlavə edilməsi qeyd edilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə həmin tarixdə, saat 06:40-dan saat 07:10-dək protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, iştirakçılara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, sonuncular tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla iştirakçılar tərəfindən təsdiq edilmişdir (Cild 1, i.v. 58-63;).

26. “Şəxsi axtarış və götürmə aparılması haqqında”, “Baxış keçirilməsi və götürmə haqqında” və “Mənzilə baxış və götürmə aparılması haqqında” 27 mart 2024-cü il tarixli protokollarda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı üç ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddəti 16 dəqiqə 14 saniyə, 18 dəqiqə 19 saniyə və 3 dəqiqə 23 saniyə olan həmin videoçəkilişlərin əks olunduğu üç ədəd diskdəki videogörüntülərə müstəntiq Rafail Tağıyev tərəfindən baxış keçirilməsinə dair 30 mart 2024-cü il tarixli protokollarla, eləcə də həmin disklərdəki videogörüntülərə məhkəmədə təqsirləndirilən şəxslərin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxslərin üzərində keçirilmiş şəxsi axtarış və götürmə, maşına baxış və götürmə, habelə mənzilə baxış və götürmə istintaq hərəkətləri zamanı müvafiq protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Videogörüntülərdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçilərinin iştirakı ilə üzərilərində keçirilmiş şəxsi axtarış və götürmə, mənzilə keçirilmiş baxış və götürmə, habelə maşında keçirilmiş baxış və götürmə istintaq hərəkətləri zamanı xarici görkəmlərinin səliqəli olmaqla sərbəst şəkildə suallara rahat formada cavablar vermələri, xüsusilə mənzilə baxış zamanı fəal olmaları, onların hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmiş, eləcə də, müdafiəçilərin istintaq hərəkətləri zamanı fəal olmaqla hüquqlarını müdafiə etdikləri şəxslərin fiziki və ya psixi təsirə, o cümlədən pis rəftara məruz qalıb-qalmamalarını, eləcə də onlardan aşkar edilmiş predmetlərin onlara məxsus olub-olmamasının aydınlaşdırılması üçün suallar vermələri müəyyən edilmişdir (Cild 1, i.v. 182-185;)

27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş “Məhkəmə-bioloji ekspertizasının” 27 mart 2024-cü il tarixli, 3-16-16-2-7/481 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 1(bir) ədəd sellofan bağlamada təmiz çəkisi 19,54 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 1(bir) ədəd sellofan bağlamada təmiz çəkisi 22,44 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mənzilindən ...” yazısı və imzalar olan göy rəngli polietilen bağlamadakı 1(bir) ədəd sellofan torbada təmiz çəkisi 30 qram və polietilen torbada 1(bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 725 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkibinə görə eynidir. Tədqiqata təqdim edilmiş həmin göy rəngli polietilen bağlamadakı 3(üç) ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. Ümumi çəkisi 1136,98 qram, tədqiqata istifadə olundu cəmi – 0,4 qram (hər obyektən 0,1 qram), qalıq – 1136,58 qram. Aparılmış tədqiqatın dəyərinin 78 (yetmiş səkkiz) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 73-77;).

28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş “Məhkəmə fiziki-kimyəvi (materialların-məhkəmə) ekspertizasının” 27 mart 2024cü il tarixli, 3-16-16/2-6/1659 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri olan 1(bir) nömrəli zərfdəki bir ədəd üzərində “Methadone 40” göstəricisi olan blisterdə 10 ədəd açıq qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin dərman həblərinin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,400 qram təşkil edir, üzərində “... Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri olan 2 nömrəli zərfdəki bir ədəd üzərində “Methadone 40” göstəricisi olan blisterdə 10 ədəd açıq qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin dərman həblərinin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,400 qram təşkil edir, üzərində “Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mənzilindən ...” sözləri olan polietilen bağlamadakı 50 ədəd üzərlərində “Methadone 40” göstəricisi olan blisterdə 500 ədəd açıq qəhvəyi rəngli “F/M40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin dərman həblərinin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 20 qram təşkil edir. Metadon 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin” siyahısına (Siyahı İİ) daxildir. Metadon həblərinin ümumi sayı – 520 ədəd həb, tədqiqata sərf edildi – 5 ədəd həb, qalıq – 515 ədəd həb. Aparılmış tədqiqatın dəyərinin 81 (səksən bir) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 78-83;).

29. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 28 mart 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçilərinin iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəllləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrdə nəzərdə tutulmuş ittihamlar elan olunmaqla hüquq və vəzifələri ətraflı olaraq izah edilmişdir (Cild 1, i.v. 90-92; 102-104;).

30. “Maddi sübut kimi tanınma haqqında” 28 mart 2024-cü il tarixli qərardan və müvafiq raportdan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 19,54 qram narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitə olan metadonun təsiredici maddəsinin ümumi çəkisi 0,400 qram təşkil edən üzərində “Methadone 40” göstəricisi olan 1(bir) ədəd blisterdə, açıq-qəhvəyi rəngli “F\M 40” göstəricili 10 (on) ədəd metadon dərman həbi, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 22,44 qram narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitə olan metadonun təsiredici maddəsinin ümumi çəkisi 0,400 qram təşkil edən üzərində “Methadone 40” göstəricisi olan 1(bir) ədəd blisterdə, açıqqəhvəyi rəngli “F\M 40” göstəricili 10(on) ədəd metadon dərman həbi, eləcə də onların yaşadıqları mənzildən aşkar edilərək götürülmüş 1(bir) ədəd sellofan torbada 370 qram narkotik vasitə qurudulmuş marixuana, 1(bir) ədəd sellofan torbada 725 qram narkotik vasitə qurudulmuş marixuana, narkotik vasitə olan metadonun təsiredici maddəsinin ümumi çəkisi 20 qram təşkil edən üzərində “Methadone 40” göstəricisi olan 50 ədəd blisterdə, açıq-qəhvəyi rəngli “F\M 40” göstəricili cəmi 500(beş yüz) ədəd metadon dərman həbi və 3(üç) ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq müvafiq ekspertizadan sonra qalıq qalmış 19,44 qram, 22,34 qram, 369,9 qram və 724,9 qram narkotik vasitə marixuana, ümumilikdə 515(beş yüz on beş) ədəd metodon həbi və 3(üç) ədəd elektron tərəzi saxlanılması üçün Nizami RPİ-nin maddi sübutlar otağına təhvil verilmişdir (Cild 1, i.v.144-146;).

31. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 4(007)- 104/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində əvvəli 27 mart 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında çıxış edərək narkotik vasitəni satış məqsədi ilə götürmədiyini, onun vəzifəsi bölgüyə uyğun olaraq aldığı pul müqabilində narkotik vasitəni öncədən müəyyənləşdirilmiş yerə çatdırmaqdan ibarət olduğunu bildirmişdir (Cild 1, i.v.155- 158;).

32. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 4(007)- 103/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində əvvəli 27 mart 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə etiraz etmədiyini bildirmişdir. Həmçinin müdafiəçi təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı uşağının olmasını bildirərək barəsində olan təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etmişdir (Cild 1, i.v.159-162;).

33. “Baxış keçirilməsi haqqında” 29 mart 2024-cü il tarixli protokoldan görünür ki, müstəntiq R.A.Tağıyev tərəfindən Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 1(bir) ədəd “Tecno” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı telefonun ekranına “2-5-8-9” qrafik kodunun daxil edilərək telefona istifadəçi tərəfindən qoyulmuş ekran kilidinin-giriş parolunun açılmasının təmin edilməsi müəyyən olunmuşdur. Baxış zamanı mobil telefonunun SMS bölməsində iş üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar olunmamışdır. Daha sonra +99***-***-**-** "xxxx" mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma proqramına baxış keçirilmiş, baxış zamanı həmin proqramda Təqsirləndirilən şəxs2 şəxsiyyətləri istintaqa məlum olmayan ayrı-ayrı şəxlərlə narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısına dair çoxsaylı danışıq və yazışmaların aparılması, bununla bağlı bir-birlərinə səs yazıları göndərmələri aydın olmuşdur. Baxış keçirilmiş 1 ədəd “Tecno” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən 1 ədəd zərfdə qablaşdırılmışdır (Cild, i.v. 180;).

34. “Baxış keçirilməsi haqqında” 29 mart 2024-cü il tarixli protokoldan görünür ki, müstəntiq R.A.Tağıyev tərəfindən Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 1 ədəd “Redmi” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir (Cild 1, i.v. 181;).

35. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 5 aprel 2024-cü il tarixli cavablarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamış şəxslərdir (Cild 1, i.v. 189-190;).

36. Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə verilmiş əməliyyat tapşırığının 14 may 2024cü il tarixli 3-13-52-2/2-6767 nömrəli cavab məktubunda göstərilmişdir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələri sonuncu dəfə əldə etdikləri, eləcə də əvvəllər əldə etdikləri və satışını həyata keçitdiyi şəxslərin şəxsiyyətlərini müəyyən etmək mümkün olmamışdır (Cild 1, i.v 212;).

37. “Diskə baxış keçirilməsi haqqında” 22 may 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş çıxarışdan görünür ki, "xxxx" MMC-dən müvafiq məhkəmə qərarı ilə əldə edilmiş özündə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə dair giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskə baxış keçirilmişdir. Protokoldan görünür ki, baxış zamanı 22 mart 2024-cü il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs2 həqiqətən də Neftçala rayonunun ərazisinə getməsi, daha sonra oradan qayıdaraq Bakı şəhəri Nizami rayonunun ərazisində, həmçinin 26 mart 2024-cü il tarixdən 27 mart 2024-cü il tarixə keçən gecə Bakı şəhəri Nizami rayonunun ərazisində olması müəyyən edilmişdir (Cild 1, i.v. 206;214-215;).

38. “Diskə baxış keçirilməsi haqqında” 22 may 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş çıxarışdan görünür ki, "xxxx" MMC-dən müvafiq məhkəmə qərarı ilə əldə edilmiş özündə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə dair giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskə baxış keçirilmişdir. Protokoldan görünür ki, baxış zamanı 22 mart 2024-cü il tarixdə, gecə saatlarında Təqsirləndirilən şəxs1 həqiqətən də Neftçala rayonunun ərazisinə getməsi, daha sonra oradan qayıdaraq Bakı şəhəri Nizami rayonunun ərazisində, həmçinin 26 mart 2024-cü il tarixdən 27 mart 2024-cü il tarixə keçən gecə Bakı şəhəri Nizami rayonunun ərazisində olması müəyyən edilmişdir (Cild 1, i.v. 213;216-218;).

39. “Ambulator komisyon məhkəmə-psixiatrik ekspertizasının” 3 may 2024-cü il tarixli, 1237 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 27 mart 2024-cü il tarixdə qeyd edilən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. O, hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür (Cild 2, i.v. 1-4;).

40. “Ambulator komisyon məhkəmə-psixiatrik ekspertizasının” 3 may 2024-cü il tarixli, 1239 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 27 mart 2024-cü il tarixdə qeyd edilən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. O, hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür (Cild 2, i.v. 5-8;).

41. “Ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının” 10 may 2024-cü il tarixli, 3116 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi mülicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, deməsinə görə uzun müddətdir narkotik vasitə marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir. Həmçinin güclü təsiredici dərman preparatı olan preqabalin və tramadol istifadə edib (Cild 2, i.v. 9-10;).

42. “Ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının” 10 may 2024-cü il tarixli, 3115 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi mülicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Rəyin təsviriəsaslandırıcı hissəsində göstərilmişdir ki, deməsinə görə 4 ildir narkotik vasitə marixuana istifadə edir (Cild 2, i.v. 11-12;).

43. “Üzləşdirmə” 21 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında hər ikisinin müdafiəçilərinin iştirakı ilə, o cümlədən Təqsirləndirilən şəxs2 müqavilə əsasında müdafiəçisinin iştirakı ilə keçirilən üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ilkin ifadəsində göstərdiyi xüsusatları İlkin Mustafayevin üzünə qarşı bir daha demişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 21 mart 2024-cü il tarixdə İlkin ilə söhbət edərkən sonuncunun ona İran vətəndaşı Baba adlı şəxsin narkotik vasitələri onun qoydurduğu yerdən götürüb Bakı şəhərində istənilən yerdə gizlətməsinin müqabilində ona 3000 (üç min) manat pul təklifinə maddi vəziyyətinin ağırlığı səbəbindən razılıq verdiyini, habelə həmin işdə ona kömək etməsinin müqabilində əldə edəcəyi 3000 (üç min) manat puldan 500 (beş yüz) manat da ona verəcəyini bildirmiş, həmin vaxtı o, maddi vəziyyətinin ağır olması səbəbindən İlkinə razılıq vermiş, aşkar edilmiş narkotik vasitələrin Təqsirləndirilən şəxs1 məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 isə Təqsirləndirilən şəxs2 onun üzünə qarşı deyilənlərin yalan olduğunu, 22 mart 2024-cü il tarixdə axşam saatlarında Neftçalaya getmədiyini, oradan narkotik vasitələr əldə etmədiyini, Vüsal qaldığı ünvan 10 ünvanında narkotik vasitələr saxlanıldığını bildiyini, tutulduğu gün sonuncu ilə birlikdə sadəcə olaraq çəkmək üçün oradan narkotik vasitə götürmək məqsədi ilə həmin ünvana getdiyini bildirmişdir (Cild 2, i.v.27-30;).

44. “Üzləşdirmə” 22 iyun 2024-cü il tarixli protokollarından görünür ki, Şahid3, Şahid1 və Şahid2 ilə Təqsirləndirilən şəxs2 arasında sonuncunun müqavilə əsasında olan müdafiəçisinin iştirakı ilə keçirilən üzləşdirmə istintaq hərəkətləri zamanı həmin şəxslər məhkəməyədək icraat zamanı verdikləri ifadələrində göstərdikləri xüsusatları bir-birilərinin üzlərinə demişlər. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana və metadon həbləri ilə razı olmadığını, həmin narkotik vasitələrin ona məxsus olmadığını, həmin polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmişdir. Şahid3, Şahid1 və Şahid2 isə nə Təqsirləndirilən şəxs2, nə də Təqsirləndirilən şəxs1 qarşı tərəflərindən hər hansı təzyiq göstərilmədiyini, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatların yalan olduğunu bildirmişlər (Cild 2, i.v. 47-58;).

45. “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnamələrdən, AA6001160 və AA394390085 seriya nömrəli şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 1 aprel 2023-cü il təvəllüdlü Altun İsmayılov və 28 noyabr 2020-ci il təvəllüdlü Altay İsmayılov adlı 2 (iki) azyaşlı uşağı vardır (Cild 2, i.v. 66-69;).

46. “Canlı şəxsin məhkəmə-tibbi ekspertizasının” 1 iyul 2024-cü il tarixli, 548 və 547 saylı ekspert rəylərindən görünür ki, ekspert tərəfindən keçirilmiş müayinə və təqdim edilmiş 27 mart 2024-cü il tarixli Nizami RPİ-nin Müvəqqəti saxlama yerində tərtib edilmiş aktlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bədən səthlərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir (Cild 2, i.v. 78-85;).

47. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 12 iyul 2024-cü il tarixli qərardan görünür ki, Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas X11 tərəfindən Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın təsvriəsaslandırıcı hissəsində göstərilmişdir ki, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri-insani rəftara məruz qalması faktı öz təsdiqini tapmamış, toplanmış materialda cinayət hadisəsinin olması müəyyən edilməmişdir (Cild 2, i.v. 88-90;).

48. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata qəbul edilməsi haqqında” 16 iyul 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaqı aparılan hazırkı cinayət işindən “Baba” adlı şəxsin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmış və ********* nömrə altında icraata qəbul edilərək istintaqı davam etdirilmişdir (Cild 2, i.v. 91-93;).

49. “Üzləşdirmə” 16 iyul 2024-cü il tarixli protokollarından görünür ki, Şahid3, Şahid2 və Şahid1 ilə Təqsirləndirilən şəxs1 arasında sonuncunun müqavilə əsasında işə buraxılmış müdafiəçisinin iştirakı ilə keçirilən üzləşdirmə zamanı onlar məhkəməyədək icraat zamanı verdikləri ifadələrində göstərdikləri xüsusatları bir-birilərinin üzlərinə demişlər. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 heç kimdən narkotik vasitə almadığını, Vüsal ilə birlikdə saxlanıldıqdan sonrakı proseslərin yadında olmadığını bildirmişdir. Şahid3 və Şahid1 nə Təqsirləndirilən şəxs1, nə də Təqsirləndirilən şəxs2 qarşı tərəflərindən hər hansı təzyiq göstərilmədiyini, onlara Təqsirləndirilən şəxs1 “zaklatka” yolu ilə narkotik vasitələr satması, habelə sonuncunun narkotik vasitələrin satıcısı olması barədə məlumatın daxil olduğunu, mənzilə baxış zamanı oradakı narkotik vasitələri İlkinin təqdim etdiyini bildirmişlər (Cild 2, i.v. 107-121;).

50. Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş 16 iyul 2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 ona məxsus üzərində ***-***-**-** nömrəli simkart olan “Redmi” markalı mobil telefonu təhvil almışdır (Cild 2, i.v. 122;).

51. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 avqust 2024-cü il tarixli qərardan görünür ki, Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas X11 tərəfindən Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın təsvriəsaslandırıcı hissəsində göstərilmişdir ki, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri-insani rəftara məruz qalması faktı öz təsdiqini tapmamış, toplanmış materialda cinayət hadisəsinin olması müəyyən edilməmişdir (Cild 2, i.v. 150-152;).

52. “Sübutların qiymətləndirilməsi haqqında” 31 avqust 2024-cü il tarixli qərardan və müvafiq raportdan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 19,54 qram narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitə olan metadonun təsiredici maddəsinin ümumi çəkisi 0,400 qram təşkil edən üzərində “Methadone 40” göstəricisi olan 1(bir) ədəd blisterdə, açıq-qəhvəyi rəngli “F\M 40” göstəricili 10(on) ədəd metadon dərman həbi, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 22,44 qram narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitə olan metadonun təsiredici maddəsinin ümumi çəkisi 0,400 qram təşkil edən üzərində “Methadone 40” göstəricisi olan 1(bir) ədəd blisterdə, açıq-qəhvəyi rəngli “F\M 40” göstəricili 10(on) ədəd metadon dərman həbi, eləcə də onların yaşadıqları mənzildən aşkar edilərək götürülmüş 1(bir) ədəd sellofan torbada 370 qram narkotik vasitə qurudulmuş marixuana, 1(bir) ədəd sellofan torbada 725 qram narkotik vasitə qurudulmuş marixuana, narkotik vasitə olan metadonun təsiredici maddəsinin ümumi çəkisi 20 qram təşkil edən üzərində “Methadone 40” göstəricisi olan 50(əlli) ədəd blisterdə, açıq-qəhvəyi rəngli “F\M 40” göstəricili cəmi 500(beş yüz) ədəd metadon dərman həbi və 3(üç) ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq müvafiq ekspertizadan sonra qalıq qalmış 19,44 qram, 22,34 qram, 369,9 qram və 724,9 qram narkotik vasitə marixuana, ümumilikdə 515(beş yüz on beş) ədəd metodon həbi və 3(üç) ədəd elektron tərəzinin saxlanılması üçün Nizami RPİ-nin maddi sübutlar otağına təhvil verilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə aparılmasını, habelə mənzilə baxış və götürməni özündə əks etdirən 2 (iki) ədəd DVD disk, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş “Tecno” markalı mobil telefon maddi sübut kimi tanınmaqla cinayət işi materiallarına əlavə edilməsinin nəzərə alınması, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş üzərində ***-***-**-** nömrəli mobil telefon olan 1 (bir) ədəd “Redmi” markalı mobil telefonun, 190 manat pul vəsaitinin, 1 ədəd avtomobil açarının, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 ədəd avtomobil açarının, 77 manat pul vəsaitinin və 1 ədəd açarın sahiblərinə geri qaytarılmasının nəzərə alınması, o cümlədən “Kia” markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxışı özündə əks etdirən DVD-R diskinin maddi sübut kimi tanınmadan iş materiallarında saxlanılması, “Baba” adlı şəxs barəsində 16 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işinin ayrılaraq istintaqının aparılmasının nəzərə alınması qeyd edilmişdir (Cild 2, i.v. 155-177; 178;).

53. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq R.A.Tağıyev tərəfindən 9 sentyabr 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 18 sentyabr 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 2, i.v.184- 208;).

54. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 1(101)-2310/2024 saylı məhkəmə hazırlıq iclasının qərarı ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkəməyə verilməklə cinayət işi məhkəmə baxışına təyin edilmişdir (Cild 3;). Əməlin tövsifi və digər hüquqi məsələlər:

55. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

57. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

58. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

59. Məhkəmə istintaqı zamanı tərəflərin iştirakı ilə tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir.

60. Belə ki, CM-in 234.4.1 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir.

61. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İ siyahısının 109.1-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 50000 qram olması müəyyən edilmişdir. Həmin siyahının 111-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə metadonun xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,02 qram, külli miqdar daxil olmaqla aşağı həddi 1,6 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 160 qram olması müəyyən edilmişdir.

62. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində əldə edərək üzərilərində saxlayaraq daşıdıqları, o cümlədən həmin narkotik vasitələri saxlamaq üçün kirayə tutduqları mənzildə aşkar olunmuş ümumilikdə 1136,98 qram, yəni külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın miqdarının xeyli miqdarından təxminən 227 dəfə, külli miqdarından isə təxminən 2 dəfədən artıq olması, habelə ümumilikdə təsiredici miqdarının 20,8 qram olmaqla 520 ədəd narkotik vasitə metadon həbinin təsiredici miqdarının xeyli miqdarından təxminən 1040 dəfə, külli miqdarından isə təxminən 13 dəfədən artıq olması, həmin narkotik vasitələrin müxtəlif növlərə aid olmaqla çoxsaylı büküm və blisterlərdə aşkar edilməsi, habelə narkotik vasitələri saxladıqları kirayə tutduqları evdən 3(üç) ədəd elektron tərəzinin aşkar edilməsi, məhkəməyədək icraat zamanı müdafiəçilərinin, o cümlədən məhkəməyədək icraatın sonrakı mərhələsində müqavilə ilə hüquqlarını müdafiə edən müdafiəçilərinin iştirakı ilə verdikləri ifadələri zamanı qeyriləri ilə qabaqcadan əlbir olaraq özlərinin qazanc əldə etmək məqsədilə onlara bildirilmiş yerlərə narkotik vasitə qoymaq məqsədlərinin olması ilə bağlı etirafedici ifadələri, o cümlədən məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən məhkəmədə vəzifə bölgüsünə uyğun olaraq aldığı pul müqabilində narkotik vasitəni öncədən ona bildirilmiş yerlərə qoymaq məqsədinin olmasını bildirərək törətdiyi əməli etiraf etməsi, həmçinin Təqsirləndirilən şəxs2 istifadəsinə olan mobil telefon nömrəsinə daxil olmuş və çıxmış narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olmasına dair çoxsaylı sms-mesaj yazışmaların və səs yazılarının müəyyən edilməsi, çoxsaylı şahid ifadələri və iş materiallarında olan digər sübutlar onların məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

63. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası 25 iyun 2005-ci il tarixli Qanunun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

64. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

65. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır.

66. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin və ya psixotrop maddənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.

67. Məhkəmə, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olmaması, hər hansı şəxslə, habelə iranlı şəxslə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı danışıqlar aparmaması, saxlanılarkən üzərində yalnız 3 qram narkotik vasitə qurudulmuş marixuana olması, polislər tərəfindən həmin narkotik vasitə marixuananın çəkisinin artırılması, habelə ona üzərinə qoyması üçün əlavə olaraq narkotik vasitə metadon həbinin verilməsi, narkotik vasitənin aşkar olunduğu evi Təqsirləndirilən şəxs2 üçün kirayəyə tutması, həmin evdə narkotik vasitə marixuananın necə aşkar olunmasını bilməməsi, polis əməkdaşlarının onları saxladıqdan dərhal sonra əvvəlcə evə gedib orada axtarış aparmaları, həmin vaxt polis əməkdaşı Şahid3 evdə qalması, digər polis əməkdaşları ilə birgə idarəyə gedib orada üzərilərində şəxsi axtarış və götürmə aparıldıqdan sonra yenidən evə baxış keçirməyə getmələri, Neftçala rayonuna Təqsirləndirilən şəxs2 təklifi ilə sonuncunun sevgilisini götürmək üçün getmələri, ibtidai istintaq zamanı döyülərək təzyiqə məruz qaldığından təqdim olunmuş sənədləri imzalaması, polis əməkdaşlarının onları icarəyə götürdükləri avtomobilin axtarışda olması səbəbindən tutmaları, habelə yanlış saxlanılmalarına baxmayaraq bu barədə polis əməkdaşları tərəfindən məhz rəhbərliyə məruzə edilməsi səbəbindən kirayəyə tutduqları evdən narkotik vasitə aşkar etmələri, barəsində qətimkan tədbiri məsələsinə baxılarkən məhkəmə iclasında ona ümumiyyətlə söz verilməməsi, polis əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını boynuna alacağı təqdirdə Vüsalı sürücü kimi sənədləşdirib buraxacaqlarını bildirmələri ilə bağlı verdiyi ifadələrə tənqidi yanaşaraq həmin ifadələrdə göstərilənlərin işin faktiki halları ilə öz təsdiqini tapmadığından və sübuta yetirilmədiyindən onun və cinayət ortağı olan dostu Təqsirləndirilən şəxs2 məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə olan cinayət əməllərini törətməsini tam sübuta yetirilmiş hesab edir.

68. Eyni zamanda, məhkəmə, Təqsirləndirilən şəxs2 saxlanılarkən üzərində yalnız 2 qram narkotik vasitə qurudulmuş marixuana olması, polislər tərəfindən həmin narkotik vasitə marixuananın çəkisinin artırılması, o cümlədən ondan aşkar olunmuş narkotik vasitə metadon həbinin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması, təzyiqə məruz qalaraq qardaşı ilə hədələndiyindən narkotik vasitəni boynuna götürməsi, Neftçala rayonuna özünün təklifi ilə sevgilisini götürməyə getmələri, polis əməkdaşlarının onları saxladıqdan dərhal sonra əvvəlcə evə gedib orada axtarış aparmaları, həmin vaxt polis əməkdaşı Şahid3 evdə qalması, digər polis əməkdaşları ilə birgə idarəyə gedib orada üzərilərində şəxsi axtarış və götürmə aparıldıqdan sonra yenidən evə baxış keçirməyə getmələri ilə bağlı ilə bağlı verdiyi ifadələrə tənqidi yanaşaraq həmin ifadələrdə göstərilənlərin işin faktiki halları ilə öz təsdiqini tapmadığından və sübuta yetirilmədiyindən onun və cinayət ortağı dostu Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə olan cinayət əməllərini törətməsini tam sübuta yetirilmiş hesab edir.

69. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

70. Halbuki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya onlara qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçilərinin iştirakı ilə məhkəməyədək icraat zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən və barələrində qətimkan tədbiri məsələsi həll edilərkən qapalı məhkəmə iclasında sədrlik edən hakimə hər hansı bir fiziki təzyiqə və zorakılığa məruz qalmasını bildirməmişlər. Əksinə, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında törətdiyi əməli etiraf etmiş, Təqsirləndirilən şəxs2 isə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət və təqdimata etiraz etmədiyini bildirmişdir. Hökmün 23-26, 31-32, 46-47 və 51-ci bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına alına bilinməyən məhkəmədə tədqiq edilmiş sübutlarla da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalmaları öz təsdiqini tapmamışdır. Bununla yanaşı hökmün 46-cı bəndində göstərilmiş mötəbərliliyi şübhə doğurmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X7 məhkəmə-tibbi müayinəsi zamanı verilmiş ekspert rəylərində də qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanıldıqları müvəqqəti saxlama yerinə təhvil verilərkən bədən səthlərində hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, İ.V.İsmayılov və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdikləri ilkin izahat və ifadələrində, o cümlədən videoçəkiliş vasitəsilə həyata keçirilən şəxsi axtarış və götürmə, avtomobilə baxış və götürmə, eləcə də mənzilə baxış və götürmə istintaq hərəkətləri zamanı verilən suallara ətraflı cavablar verib törətdikləri əməli səmimi olaraq etiraf etməklə fiziki və ya psixi təzyiqlərə məruz qalması barədə hər hansı məlumat verməmiş (hətta onlara qarşı hər hansı fiziki və ya digər təzyiqin olmadığını da bildirmiş), lakin məhkəməyədək icraatın sonrakı mərhələsində isə həmin bildirdiklərindən qismən imtina edərək polis əməkdaşları tərəfindən guya təzyiqə məruz qalmaları, aşkar edilmiş predmetlərin onların özlərinə məxsus olmaması və sair işin faktiki halları ilə tam ziddiyyət təşkil etməklə özlərinin ifadəsindən başqa hər hansı digər sübutla təsdiqini tapmayan ifadələr vermişlər. Eyni zamanda, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı polis əməkdaşları tərəfindən saxlanıldıqdan dərhal sonra kirayə qaldıqları evə baxış keçirildiyini, şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması üçün digər polis əməkdaşları ilə birgə idarəyə aparılarkən isə əməliyyat müvəkkili Şahid3 onların evində qaldığını bildirmiş, halbuki əməliyyat müvəkkili Şahid3 təqsirləndirilən şəxslər barəsində keçirilmiş şəxsi axtarış və götürmə, avtomobilə baxış və götürmə, o cümlədən mənzilə baxış və götürmə istintaq hərəkətlərinin aparılmasında şəxsən iştirak etməklə istintaq hərəkətlərinin videogörüntülərini şəxsən videoçəkiliş vasitəsilə qeydə almış, habelə videoçəkilişlə aparılan mənzildə axtarış və götürmə istintaq hərəkəti zamanı təqsirləndirilən şəxslər təhqiqatçının sualına cavab olaraq mənzilə daha əvvəl hər hansı şəxs tərəfindən baxış keçirilmədiyini bildirmişlər. Həmçinin, Təqsirləndirilən şəxs1 kirayəyə tutduğu evi məhz narkotik vasitələrin saxlanılması üçün kirayələmədiyini, həmin evi özünün, eləcə də Təqsirləndirilən şəxs2 arabir gəlib-getməsi üçün kirayələdiyini bildirsə də, həm məhkəməyədək, həm də məhkəmə icraatı dövründə şahid qismində dindirilmiş ev sahibi X8 tərəfindən (Esmira Kerimovaya sonuncunun evini yalnız ailəli şəxslərə kirayə verməsini nəzərə alıb həmin evdə guya ailəsi ilə yaşayacağına dair yalan məlumat verməsi) təqsirləndirilən şəxsin yalan ifadə verərək ədalət mühakiməsini aldatmağa yönəlmiş ifadəsi tam təkzib olunmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs1 barəsində qətimkan tədbiri məsələsinə nəzarət qaydasında baxan məhkəmə tərəfindən qapalı məhkəmə iclasında ona ümumiyyətlə söz verilməməsi ilə bağlı ifadələrinə tənqidi yanaşılmalı və həmin ifadələr özünün həmin məhkəmə iclasında səmimi şəkildə verdiyi etirafedici ifadələrdən yayınmaq məqsədi daşıması kimi qiymətləndirilməlidir. Məhkəmə o halı da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə icraatı dövründə “müxtəlif səbəblərdən” Neftçala rayonuna getməsini bildirməsinə baxmayaraq, Təqsirləndirilən şəxs2lə üzləşdirmə istintaq hərəkəti zamanı sonuncunun törətdikləri, o cümlədən cinayət nəticəsində əldə ediləcək pulun bir qisminin ona verilməsini etiraf etməsinə qarşılıq olaraq ümumiyyətlə Neftçala rayonuna getmədiyini bildirərək özünü məsuliyyətdən yayındırmağa cəhd etmişdir. Halbuki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraatın əksər mərhələlərində, o cümlədən məhkəmə icraatı dövründə törətdiyi əməli tam və ya qismən etiraf edərək boynuna almış, habelə təqsirləndirilən şəxslərin məhkəmə qərarı əsasında əldə olunmuş anten məlumatlarından sonuncuların 22 mart 2024-cü il tarixdə gecə saatlarında həqiqətən də Neftçala rayonunun ərazisinə getməsi, daha sonra oradan qayıdaraq Bakı şəhəri Nizami rayonunun ərazisində, həmçinin 26 mart 2024-cü il tarixdən 27 mart 2024-cü il tarixə keçən gecə Bakı şəhəri Nizami rayonunun ərazisində olmaları öz təsdiqini tapmışdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həm məhkəməyədək icraat, həm də məhkəmə icraatı zamanı verdiyi ifadələrinə digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində göstərdiyi və hər hansı digər sübutla öz təsdiqini tapmayan ifadələrinə tənqidi yanaşılmaqla sübut kimi qiymətləndirilmədən rədd edilməlidir.

71. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz müdafiələri üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, çoxsaylı şahidlərin ifadələri, üzləşdirmə və digər istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur.

72. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.

73. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” 2000-ci il 10 mart tarixli qərarında qeyd olunmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Ona görə də məhkəmələr işlərə baxarkən heç bir halda qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməməlidir. Məhkəmə təhqiqat və ibtidai istintaq orqanı tərəfindən təqdim edilən sübutun qanunsuz yolla əldə olunması nəticəsinə gəldikdə, bütün hallarda həmin sübutu iş üzrə toplanmış başqa sübutların cəmindən çıxmaqla qanunu pozmuş vəzifəli şəxsin hərəkətinə münasibətini bildirməlidir”.

74. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün gətirdikləri dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, çoxsaylı şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur.

75. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

76. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

77. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır.

78. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

79. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində CM-in 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onlar tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

80. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

81. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

82. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

83. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslərin əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməklə məhkum olunmamalarını, özlərini təqsirli bildikləri əmələ münasibətdə peşman olmalarını bildirmələrini, eləcə də, onların ailədə yeganə gəlir gətirən şəxs olmasını onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

84. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, cinayət qanunvericiliyin tələblərinə və cəza təyin etmənin prinsiplərinə uyğun olaraq iştirakçılıqla törədilmiş hazırkı cinayət əməllərində təqsirləndirilən şəxslərin hər birinin cinayətin faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti və digər mühüm xüsusiyyətləri nəzərə alınmalı və təqsirləndirilən şəxslərə cəza təyini zamanı onlara təyin ediləcək cəza həddində nəzərə alınmalıdır.

85. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır.

86. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

87. Məhkəmə həmçinin təqsirləndirilən şəxslərin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

88. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.

89. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

90. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

91. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 27 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli qərarları ilə barələrində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduqları 27 mart 2024-cü il tarixdən hesablanmış, həmin məhkəmənin 24 və 25 iyul 2024 və 18 sentyabr 2024-cü il tarixli qərarları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanma müddətləri 12 oktyabr 2024-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v. 155-158; 159-162; Cild 2, i.v. 140-149; 219-222; Cild 3;).

92. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 27 mart 2024-cü il tarixdən hesablanmalıdır.

93. Məhkəmə hökmün 41-42-ci bəndlərində qeyd edilən ekspertiza rəylərini və təqsirləndirilən şəxslərə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və onlar ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

94. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.

95. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Nizami RPİ-nin maddi sübutları saxlama yerində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 1136,58 qram olan narkotik vasitə qurudulmuş marixuana, tədqiqatlardan sonra qalıq qalmış 515(beş yüz on beş) ədəd narkotik vasitə metodon həbləri və 3 (üç) ədəd elektron tərəzi məhv edilməli, 1 (bir) ədəd “Tecno” markalı mobil telefon Təqsirləndirilən şəxs2, o, etiraz etmədikdə isə ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılmalı, “Şəxsi axtarış və götürmə”, “Avtomobilə baxış keçirilməsi və götürmə” və “Mənzilə baxış keçirilməsi və götürmə” istintaq hərəkətləri zamanı aparılmış videoçəkilişlər zamanı videogörüntülərin köçürüldüyü 3 (üç) ədəd disk və "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş 2 (iki) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

96. CPM-yə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

97. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 159 (bir yüz əlli doqquz) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

98. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

99. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

100. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

101. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 27 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 27 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri Nizami Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra ümumi qalıq çəkisi ümumi qalıq çəkisi 1136,58 qram olan narkotik vasitə qurudulmuş marixuana, ümumilikdə 515(beş yez on beş) ədəd olan narkotik vasitə metodon həbləri və 3 (üç) ədəd elektron tərəzi məhv edilsin, 1 (bir) ədəd “Tecno” markalı mobil telefon Təqsirləndirilən şəxs2, o, etiraz etmədikdə isə onun ailə üzvlərinə və ya digər qohumlarına qaytarılsın, 5 (beş) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 159 (bir yüz əlli doqquz) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci müştərək qaydada onlardan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə edilməli və üzərinə həbs qoyulmuş əmlakın, habelə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar