Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-607/2020 16.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev MirzAslanoğlu vә QəniyevFaiqƏsədoğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi HüseynovaDürdanəMahirqızının, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakışöbəsinin prokuroru AzadəliyevSeyhunCəbrayıloğlunun, Əməlianlaqsızvəziyyətdətörətmişşəxsin qanuninümayəndəsi ƏliyevaXumarPənahqızının , Zərərçəkmişşəxs Zərərçəkmiş şəxs iştirakı ilə Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili SadıxzadəRaminMüstəqim oğlunun iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Bakışəhərindəanadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, natamam-orta təhsilli, subay. əvvəllər məhkum olunmamış, Bakışəhəri, Suraxanırayonu, Qaraçuxurqəsəbəsi, Ə.Mehbalıyevküçəsi, ev 54 dəyaşayan, barəsində “polisinnəzarətialtınavermə» qətimkan tədbiri seçilmiş XəlilovƏliHüseynoğlu Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətdiyinə görə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu iltarixdəsaat 16 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində onlara gəlmiş qohumu Zərərçəkmiş şəxs yaxınlaşaraq heç bir əsaslı səbəb olmadan əvvəlcədən üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi bıçağı çıxardıb Zərərçəkmiş şəxs sol yan qarın nahiyəsindən qəsdən bir dəfə vuraraq ona hemoperitoneum, parietal peritonun, çənbər bağırsağın və müsariqəsinin zədələnməsi ilə müşayiət olunan qarının sol-yan divarının daxilə keçən bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarətləri yetirərək, Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur. Məhkəməiclasındatətqiqedilmiş, ibtidaiistintaqzamanı təqsirləndirilənşəxs qismində ifadəvermiş Təqsirləndirilən şəxs ifadəsindəgöstərmişdirki, o, xx.xx.2019-cu il tarixdə evdə öz otağında olan zaman son üç gün idi ki, Zərərçəkmiş şəxslə beynində danışıb mübahisələr edirmişlər. Yusif onu ancaq pisliklər etməyə məcbur edirmiş. O da Yusiflə razılaşmamış, Yusif də buna görə onu söyüşlə təhqir etməyə başlamışdır. xx.xx.2019-cu il tarixdə beynində Yusiflə söhbət edən zaman Yusifin onlara gəlməsini hiss edib otağından həyətə baxdıqda Yusifin həyətdə olduğunu görmüşdür. Otaqdan bıçağı cibinə salıb həyətə düşmüşdür. Yusifə yaxınlaşıb “sən gəlmisən”, Yusif də cavabdnda “hə” dedikdən sonra “xoş gəlmisən” deyib cibindən bıçağı çıxardıb Yusifin qarından bir dəfə vurmuşdur. Yusif qışqırmışdır. Həmin gün iki bacısının ikisi də evdə olmuşdur. Böyük bacısı Leyla mətbəxdə yemək bişirirmiş, balaca bacısı Lalə həyətdə toyuqlara yem verirmiş. Səs-küy olduğu üçün bacılarının ikisi də səsə gəlmişlər. Bacıları onu məcbur evə salıb qapını üstünə bağlamışlar. Sonra da təcili tibbi yardıma zəng vurmuşlar. Hadisədən 2-3 gün keçdikdən sonra Zərərçəkmiş şəxs vurduğu bıçağı yaşadığı evin yaxınlığındakı zibilliyə atmışdır. Çünki Yusifin qanı olan bıçağı istəməmişdir ki, evdə olsun. Hadisədən sonra Zərərçəkmiş şəxs beynində onunla danışmaqları yığışdırmışdır. Qanı töküldüyü üçün artıq Yusiflə söhbət etmirdi. Verilən suallara cavab olaraq bildirmişdir ki, bacıları həmin vaxt Yusifi vuran zaman yanlarında olmamışlar. Səs küy düşdükdən sonra gəlmişlər.Onun əvvəlcədən Zərərçəkmiş şəxslə aralarında heç bir ədavət olmamışdır. Sadecə xəstəliyi ilə əlaqədar olaraq beynində hadisədən üç gün əvvəlcədən Yusiflə dalaşıb mübahisə edirmiş deyə vurmuşdur. Hadisə zamanı istifadə etdiyi bıçağı çoxdan olar ki Sabunçu bazarından elə-belə almışdır. Hadisədən 2-3 gün sonra bıçağı evin yaxınlığındakı zibilliyə atmışdır. O, Zərərçəkmiş şəxs yaxınlaşıb “sən gəlmisən”, Yusif də cavabdında “hə” dedikdən sonra “xoş gəlmisən” deyib cibində olan bıçağı çıxardıb onun sol yan qarın nahiyyəsindən bir dəfə vurmuşdur. O, bıçaqla vurduqdan sonra Yusif kənara çəkildi. Yusif ona heç toxunmayıb. Bıçaqla vurduqdan sonra Yusif qışqırdı. anası evdə olmamışdır. o evdə otağına girib çölə çıxmırdı. ümumiyyətlə heç kimdən xoşu gəlmir. evdəkilərlə münasibəti normaldır. Heç kəsdən xoşu gəlmədiyi üçün də təkliyə qapanır və təkliyi sevir. Əgər dərmanlarını istifadə etməsə beyni onu pisliklərə vadar etsə bəlkə də kimlərisə vurar. Beynində təxminən 7- 8 nəfər var. Biri qız olan cindir, o birilər isə şeytanlar olan tanışları olur. beynində onlar ancaq cinlə mübahisə edib dalaşırlar. Həmişə ona günahlarını xatırladır və pislik etməyə məcbur edirlər. Çox danışıb əsəblərini korlayırlar. Yusifi bıçaqla vurduqdan bir müddət sonra özünə gəldikdən sonra peşman olub. Ancaq dərmanlarını qəbul etməyəndə özündə olmur deyə peşimanlıq hissi olmur. Məhkəməiclasında zərərçəkmiş şəxs qismində ifdindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə saat təxminən 16 radələrində anasının qəbri üstündən çıxıb həmişə gəldiyi yer olduğu üçün Xumargilə gedib çay içib ordan da namazın vaxtı olduğuna görə məscidə getməyi planlaşdırmışdır. Onların həyətinə girdikdən sonra Xumarın evdə olmadığını bilmişdir. Həyətdə olan zaman Əlinin ikinci mərtəbədən ona küçə söyüşü ilə nə üçün ona dediyi halda onlara gəldiyini demişdir. Bunları dedikdən sonra onu yuxarı çağırmışdır. O da aşağı gəlməsini demişdir. Əlinin evdən qəribə bir halda və qəribə baxışlarla onun üzərinə gəldiyini görmüşdür. Həyətdə ona yaxınlaşanda əlində bıçağın olduğunu görmüş və üstünə yerimişdir ki bıçağı əlindən alıb qulağının üstünə şillə vursun. Bıçaq Əlinin sağ əlində idi. Ona yaxınlaşan kimi əlindəki bıçaqla onun sol yan hissəsindən bir dəfə vurub geriyə çəkilmişdir. Səs-küyə bacıları gəlib tez Əlini evə salıb qapını bağlamışdılar. O da qızlara təcili tibbi yardıma zəng etmələrini demişdir. Təcili yardımı çağırsalar da Xumarla tanışları Aqil adlı şəxsin gəldiyini görmüşdür. O, olanları Xumara demiş və onlar təcili yardım avtomobilini gözləmədən avtomobil ilə onu xəstəxanaya aparmışlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə xx xxxxxx 2019-cu il tarixdə axşam təxminən saat 16 radələrində ünvan 1 ünvanında baş vermişdir. Hadisə zamanı heç bir səbəb olmadan ona yaxınlaşıb bıçaqla vurmuşdu. İlkin ərizəsində də Əlinin vurmasını deməməsi qohum olmasına, həm də xəstə olmasına görə olmuşdur. Əli onu bir dəfə bıçaqla vuraraq xəsarət yetirmişdir. Əli bıçaqla onu vuran zaman o, Əliyni vurmamışdır. Hadisədən qısa müddət əvvəl Əli onu görəndə ona cinlərdən danışır və ona cin şeytan kimi baxmışdır. O da qorxduğundan Əlidən yan gəzmişdir. Hadisə vaxtı orada onların ikisindən başqa heç kim olmamışdır. Lakin mübahisənin sonuna yaxın səs-küyə evdə olan bacıları gəlmişdir. Məhkəməiclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə saat təxminən 16 radələrində ailəvi tanışı Şahid1 ilə 8-ci KM bazarına evə bazarlıq etmək üçün getmişdir. Orda olan zaman balaca qızı Lalə ona mobil telefon ilə zəng vurub Əlinin Zərərçəkmiş şəxs bıçaqla vurduğunu demişdir. 10-15 dəqiqə keçmiş ki, o evə çatandatəcili tibbi yardım hələ gəlməmişdi. Onlar Aqilin avtomobili ilə Zərərçəkmiş şəxs 5 saylı ŞKX-na xəstəxanasına aparmışlar. hadisə baş verən zaman o evdə olmadığı üçün heç nə görməmişdir. Əvvəlcədən Əli ilə Yusif arasında heç bir ədavət olmayıb. Şahid1 onların ailəvi tanışlarıdır. Əlinin üzərində bıçağın olmasından xəbəri olmayıb. 2 il yarımdır ki Əlini keçmiş kəbinli əri X2 şəhərinə atası ilə qalmaq üçün göndərmişdir. Orda olan zaman yuxusuzluqdan əziyyət çəkdiyi üçün psixotrop dərmanları içdiyinə görə Əlidə psixi pozuntular yaranıb. 2018-ci ilin may ayında Əli qayıdanda çox pis vəziyyətdə idi. Əlini dəfələrlə müalicə etdirməyə çalışsalar da bir nəticəsi olmadı. 2019-cu ilin yanvar ayında Maştağa qəsəbəsində yerləşən 1 saylı ruhi əsəb dispanserinə yerləşdirmişlər. Həmin xəstəxanada narkoloji şöbədə 10 gün qaldıqdan sonra həmin şöbə Əlini psixi pozuntuları olan şəxslərin yerləşdirildiyi şöbəyə yerləşdirdilər. Həkimlər Əlinin şezafreniya xəstəliyinə tutulduğunu bildirdilər. 2 ay həmin xəstəxanada qaldıqdan sonra çıxıb evə gəldi. Xəstəxanadan çıxdıqdan sonra Əli özünü normal aparırdı, hadisədən 5 gün qabaq Əlidə əsəbiliyik və otağa qapanma başlamışdı. Dərmanlarınıverirdikdeyəfikirləşmişlərki, bəlkə düzələr. Çünki xəstəxanada da Əliyə yaxşı baxmadıqları üçün ora göndərmək istəməmişlər. Əli hal-hazırda evdədir. Əli dəfələrlə özünü öldürmək istəyib. Onlarqoymayıblar. Məhkəməiclasındaşahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə saat təxminən 16 radələrində tanışı Qanuni nümayəndə ilə Nizami rayonunda yerləşən 8-ci KM bazarına evlərinə bazarlıq etmək üçün getmişdirlər. Orada olan zaman Xumarın balaca qızı Lalə Xumara mobil telefon ilə zəng vurub Əlinin Zərərçəkmiş şəxs bıçaqla vurduğunu demişdir. 10-15 dəqiqə keçmişdi ki, onlar özlərini evə çatdırmıdşrı. Təcili tibbi yardım hələ gəlmədiyi üçün. Xumargil Yusifi onun idarə etdiyi LADA 2104 markalı **-ZB-*** dövlət nömrə nişanlı avtomobilinə əyləşdirmişdir. O da Yusifi 5 saylı ŞKX-na xəstəxanasına aparmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, həmin vaxt hadisə yerində olmadığı üçün heç nəyin şahidi olmamışdır.əvvəlcədən Yusiflə Əlinin aralarında ədavətin olub olmamasını onlar barədə elə də məlumatlı olmadığı üçün bilməmişdir. Əlinin heç vaxt üzərində heç bir kəsici və ya deşici alət görməmişdir. Xumardan oğlunun şezafreniya xəstəliyinin olduğunu və xəstəxanada qeydiyyatda olduğunu eşitmişdir. Onlar həyətə daxil olanda Xumar Yusifdən nə olduğunu soruşduqda Əlinin onu bıçaqla vurduğunu demişdir. Məhkəməiclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə saat təxminən 16 radələrində Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi ev 54 ünvanında bacım Lalə və qardaşı Əli ilə olan zaman ana tərəfdən qohumları Zərərçəkmiş şəxs anası Qanuni nümayəndə 350 manat borcu olduğuna görə pulunu hissə-hissə ödədiyi üçün pulu verməyə gəlmişdi. o evin içərisində qabları yuyurdu, bacısı da həyətin o biri tərəfində toyuqlara dən verirdi. Qardaşı da evin yuxarı mərtəbəsində otağında idi. Yusif həyətə daxil olanda Əli onu görüb həyətə düşdü. Bir müddət keçdikdən sonra o və bacıvı səs küyə Əligilin yanına getmişlər. Getdikləri zaman Əligilin aralarında mübahisə baş verdiyi üçün qardaşı əlində olan bıçaqla Yusifi vurdu. Yusif də bu zaman qarnını əli ilə tutub özünü Əlinin vurduğunu və təcilli tibbi yardıma zəng etməyi dedi. o Əlini güclə evin içərisinə salıb bıçağı əlindən almaq istəsə də amma ala bilmədi. Evin içərisinə Əlini saldıqdan sonra qapını Əlinin üzünə bağlayaraq kilidlədi. Sonra bacısı ilə Yusifin yarasına perekis dərmanını vurdu və dəsmalla yarasını sıxıb saxladı. Bacısı analarına mobil telefon ilə zəng vurub Əlinin Yusifi bıçaqla vurduğunu dedi. 10-15 dəqiqə keçmişdir ki anaları Aqillə birlikdə gəlib çıxdılar. Təcili tibbi yardım hələ gəlməmişdir. Aqilin avtomobili ilə Yusifi 5 saylı ŞKX-na xəstəxanasına apardılar. Məhkəməiclasındaqanuninümayəndəsininiştirakıilə yetkinlik yaşına çatmayan şəxs qismində dindirilmiş Şahid3 bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə saat təxminən 16 radələrində yaşadıqları ünvan 1 ünvanında bacısı Şahid2 və qardaşı Təqsirləndirilən şəxs ilə olan zaman ana tərəfdən qohumları Zərərçəkmiş şəxs anası Qanuni nümayəndə 350 manat borcu olduğuna görə pulunu hissə-hissə ödədiyi üçün onu verməyə gəlmişdir. Bacısı evin içərisində qabları yumuş, o, isə həyətin o biri tərəfində toyuqlara dən vermişdir. Qardaşı da evin yuxarı mərtəbəsində otağında olmuşdur. Yusif həyətə daxil olanda Əli onu görümişlər. Gəldikləri zaman görmüşdür ki, onların aralarında mübahisə baş verdiyi üçün qardaşı əlində olan bıçaqla Yusifi vurmuşdur. Yusif də bu zaman qarnını əli ilə tutub onu Əlinin vurduğunu və təcilli tibbi yardıma zəng etmələrini qışqıraraq onlara demişdir. Bacısı da Əlini güclə evin içərisinə salıb bıçağı ondan almaq istəmiş, amma ala bilməmişdir. Sonra da Əlini evin içərisinə salıb qapını onun üzünə bağlayaraq kilidləmişlər. Sonra bacısı ilə Yusifin yarasına pereks dərmanı vurmuşlar və dəsmalla yarasını sıxıb saxlamışlar. O, da bu zaman anasına mobil telefon ilə zəng vurub Əlinin Yusifi bıçaqla vurduğunu demişdir. 10-15 dəqiqə keçmiş anası tanışları Aqil adlı şəxslə birlikdə gəlib çıxxmışdır. Təcili tibbi yardım hələ gəlməmişdir. Ona görə də, Aqilin avtomobili ilə Yusifi 5 saylı ŞKX-na xəstəxanasına aparmışlar. Verilən suallara cavab olaraq isə qeyd etmişdir ki, o, Əli ilə Yusifin səs-küyünə çölə çıxmış və çölə çıxan zaman artıq Əlinin Yusifi bıçaqla vuruyb əməlini bitirdiyini görmüşdür. Əvvəlcədən onlar arasında heç bir ədavət olmamışır. Yusifi avtomobili ilə xəstəxanaya aparan şəxs onların ailəvi tanışları olan Şahid1dur. Əlinin heç vaxt üzərində heç bir kəsici və ya deşici alət olmamışdır. Təxminən 1 il yarımdır ki qardaşını atasının yaşadığı Rusiyanın Moskva şəhərinə atası ilə qalmaq üçün göndərmişlər. O, orada olan zaman yuxusuzluqdan əziyyət çəkdiyi üçün güclü təsirə malik olan yuxu dərmanları içdiyi üçün onda psixi pozuntulara yaranmağa başlamışdır. 2018-ci ilin may ayında Əli qayıdanda onun çox pis vəziyyətdə olduğunu görmüşlər. Onlar Əlini dəfələrlə müalicə etdirməyə çalışsaqlar da, bir nəticəsi olmamışdır. 2019-cu ilin yanvar ayında Maştağa qəsəbəsində yerləşən 1 saylı ruhi əsəb dispanserinə yerləşdirmişlər. Həmin xəstəxanada narkoloji şöbədə 10 gün qaldıqdan sonra həmin şöbə onu psixi pozuntuları olan şəxslərin yerləşdirildiyi şöbəyə yerləşdirmişlər. Həkimlər onun şezafreniya xəstəliyinə tutulduğunu bildirmişər. 2 ay həmin xəstəxanada qaldıqdan sonra çıxıb yaşadıqları evə gəlmişdir. Əli xəstəxanadan çıxdıqdan sonra özünü normal aparmış, sadəcə olaraq son 5 gündür ki yenidən onda əsəbiliyik və otağa qapanma halları müşahidə olunmağa başlamışır. Onlar sadəcə dərmanlarını hər gün verməyə başlamışlar və bəlkə qardaşı düzələr deyə fikirləşmişlər. Çünki xəstəxanada da qardaşına yaxşı baxmadıqları üçün ora göndərmək istəməmişlər. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 783 nömrəli rəyindən görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs Məhəmmədiyə oğlunun bədən səthində hemoperitoneum, parietal peritonun, çənbər bağırsağın və müsariqəsinin zədələnməsi ilə müşayiət olunan qarının sol-yan divarının daxilə keçən bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarətləri aşkar olunmuşdur. Həmin xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş iş üzrə təyin edilmiş kompleksməhkəmə-biolojivə trasoloji ekspertizasının xx.xx.2019-cu il tarixli 658/2019-MTBŞ saylı rəyində aşağıdakı nəticəyə gəlinir: 1.Zərərçəkmiş şəxs təqdim olunan şəxsiyyəti təsdiq edən sənədlərin axtarış vərəqəsinin kserosurətinə əsasən qan qrupu A/11/. 2.Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus uzunqol köynək üzərində olan ləkədə insan qanı aşkar olundu. Bu qan ləkələrində AB0 sistemi üzrə qrup tədqiq edildikdə yalnız A antigeni alındı. Beləliklə bu qan ləkələri A (11) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər.
3. Quru ləkələrdə rezus faktorun təyininə aid dəqiq elmə əsaslandırılmış metod olmadığı üçün qərarda olan sualların rezus faktoruna aid hissəsinə cavab vermək mümkün olmadı. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş İş üzrə təyin edilmiş kompleksməhkəmə-biolojivə trasoloji ekspertizasının xx.xx.2019-cu il tarixli 441-MTKŞ/2019 saylı rəyində aşağıdakı nəticəyə gəlinir:
1. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində solda 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gələ bilərdi.
2. Zərərçəkmiş şəxs məxsus köynəkdə aşkar edilmiş zədəyə görə o, xəsarəti alan zaman müxtəlif duruş və xəsarət yetirən şəxslə müxtəlif qarşılıqla vəziyyətlərdə ola bilərdi, zədə nahiyyəsi isə iz törədən alətə (predmetə) doğru yönəlmiş vəziyyətdə olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş İş üzrə təyin edilmiş ambulator məhkəmə-psixatrik ekspertizasının xx.xx.2019-cu il tarixli 1986 saylı rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək və ekspertiza qarşısında qoyulmuş sualları cavablandırmaq çətinlik törətdiyindən daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə-psixatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir.
Cinayətişinəəlavəedilmişvəməhkəmə istintaqı zamanı tədqiq edilmiş Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 4(010)-168/2019 nömrəli qərarındangörünürki, Təqsirləndirilən şəxs stasionar məhkəmə-psixiatrik ekspertizasından keçmək üçün 30 gün müddətinə Səhiyyə Nazirliyinin MPEM-nin Stasionar Məhkəmə-Psixatrik Ekspertiza Şöbəsinə yerləşdirilmişdir. məhkəmə istintaqı zamanı tədqiq edilmiş iş üzrə təyin edilmiş stasionar məhkəmə-psixatrik ekspertizasının xx.xx.2020-ci il tarixli MPEM-188 nömrəli rəyində qeyd edilmişdir ki, Motivləşdirici hissə. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətməmişdən əvvəl, cinayət əməlini törətdiyi zamaan “ŞİZOFRENİYA PARANOİD FORMA” xəstəliyindən əziyyət çəkirdi. Bunu cinayət işi materiallarında olan ifadələr, təqdim olunmuş anamnestik məlumatlar (2018-ci ildən onun psixikasında yaranmış xəstəliyin bvaşlanması, xx.xx.2019-xx.xx.2019, xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə AR SN-nin 1 saylı RPX-da “Şizofreniya paranoid forma” diaqnozu ilə müalicə olunması) və hal-hazırki psixatrik müayinənin nəticələri sübut edir. Yekun hissəsi. Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin stasionar məhkəmə psixatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci suala cavab olaraq bildiririk ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman onda müəyyən edilən “Şizofreniya paranoid forma” xəstəliyi kəskinləşmişdir, həmin dövrdə psixotrik vəziyyətdə olmuşdur. Bunu cinayət işi materialları və anamnestik məlumatlar sübut edir. 2-ci suala cavab olaraq bildiririk ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman öz əməlini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmamışdır 3-cü suala cavab olaraq bildiririk ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində ANLAQSİZ hesab olunmalıdır. Onun AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs barəsində AR CM-nin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsləhət görülür. Hal-hazırki müayinə zamanı da yoxlanılan şəxs psixotik vəziyyətdədir. Cinayətişininmateriallarınaəlavəolunmuş, məhkəmə istintaqı zamanı tədqiq edilmiş təkrar stasionar məhkəmə-psixatrik ekspertizası təyin edilmiş və Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 4(010)-20/2020 saylı qərarındangörünürki, zərəruətyarandığından Təqsirləndirilən şəxs 30 gün müddətinə təkrar stasionar məhkəmə-psixatrik ekspertizasının aparılması üçün AzərbaycanRespublikasıSəhiyyəNazirliyiMəhkəmə-PsixiatrikEkspertizasıMərkəzi X5 Stasionar Məhkəmə- Psixatrik Ekspertiza Şöbəsinə yerləşdirilmişdir. məhkəmə istintaqı zamanı tədqiq edilmiş iş üzrə təyin edilmiş təkrar stasionar məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 16 nömrəli rəyində qeyd edilmişdir ki, Motivləşdirici hissə. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs “PARANOİD ŞİZOFRENİYA” formasında xroniki psixi xəstəlikdən əziyyət çəkir. Bunu cinayət işi materiallarında olan ifadələr, təqdim olunmuş anamnestik məlumatlar (irsiyyətinin psixi xəstəliklərlə ağırlaşması, 2019-cu ilin yanvarında 1 saylı Respublikası Pxixiatriya Xəstəxanasında və 2 saylı X1 müalicə olunması, ona “Şizofreniya, paranoid forma” diaqnozu qoyulması cinayət hadisəsi törətdikdən sonra keçirilən stasionar məhkəmə psixatrik ekspertizası zamanı “Şizofreniya, paranoid forma” xəstəliyindən əziyyət çəkdiyinin qeyd edilməsi, əmlinə görə anlaqsız hesab olunması və barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinin məsləhət görülməsi) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində özünü qeyri-adekvat aparması, şöbədaxili rejimə çətinliklə tabe olması, geyiminə və təmizliyinə fikir verməməsi, özünə qaılması, əhvali-rühiyyəsinin dəyişkən olması, vaxtaşırı olaraq heç bir səbəb olmadan qəfildən əsəbləşməsi, eşitmə hallüsinasiyalarının və sayıqlama fikirlərinin təsiri altında olması təsəvvürü yaratması, səbəbsiz olaraq öz-özünə danışıb-gülməsi, ətrafında baş verən hadisələrə biganə olması, antipsixotik, anksiotik və normotimik təsirli psixotrop preparatların qəbulunu davam etdirməsi, müayinə keçirilərkən zahiri görünüşünə görə səliqəsiz olması, sualları mahiyyətinə uyğun olmayan şəkildə cavablandırması, təfəkkürünün bir qədər sürətlənmiş tempdə və çoxsözlü olmaqla autik və paraloji xarakter daxıması, nitqində qeyri-ardıcıllıq, mülahizə və mühakimələrində məntiqsizlik müşahidə edilməsi, aparılan sorğu-sual gedişatında qavrama yanlığlığı, təsəvvür pozuntusu və sayıqlama fikirləri şəklində kəskin produktiv psixopatoloji simptomatika müəyyən edilməsi, söhbət davam etdirildikcə mənasız fikirlərinin bir-birini tez-tez əvəzləməsi, özünün idarə olunduğunu, bununla bir vaxtda qarşısındakı şəxsə təsir edə bildiyini israrla söyləməsi, heç bir səbəb olmadan qeyri-adekvat surətdə gülümsəməsi, arabir pıçıltı səslə öz-özünə danışması, əhvali-ruhiyyəsində ümumən dəyişkənlik müşahidə olunması, ittiham olunduğu cinayət əməli və hadisələrin mahiyyəti barəsində soruşularkən cəfəng fikirlər söyləməsi, fikir və həyəcanlarını tam açıqlamağı bacarmaması, özündən asılı olmayaraq mövzudan uzaqlaşması, maraq dairəsinin daralması, proqnozlaşdırma qabiliyyətinin zəifləməsi, hal-hazırki psixi vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidi münasibət bəsləməməsi göndərildiyi ekspertizanın keçirilməsi məqsədini düzgün başa düşməməsi, onun gedişinə və nəticələrinin necə olacağına maraq göstərməməsi, öz gələcək aqibətinə laqeyidliklə yanaşması və.s) sübut edir. İİ Yekun hissəsi. Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci, 2-ci və 4-cü suallar üzrə. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs “Paranoid şizofreniya” kimi xroniki psixi xəstəlik müəyyən edilir. Təqsirləndirilən şəxs qərarda təsvir olunan və ona ittiham edilən cinayət əməlini törədərkən psixotik halda olduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları ölçüb-biçmək və idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli barəsində anlaqsız hesab olunmalıdır. Onun AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür. 3-cü və 5-ci suallar üzrə. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Hal-hazırki psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs mübtəla olduğu xroniki psixi xəstəlik çərçivəsində təzahürü edən psixotik xarakterli əlamətlərin hal-hazırda davam etməsinə görə onun stasionar müalicəyə ehtiyacı olduğu, bununla bərabər intensiv müşahidə tələb etmədiyi müəyyənləşir. Buna görə ona qarşı Azərbaycan Respublikası CM-nin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs hal-hazırki psixi durumu onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Belə ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini və iş üçün əhəmiyyət kəsb edən halları, törətdiyi hərəkətləri düzgün qavramaq və təsvir etmək, hərəkətlərinin məsuliyyətini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək, həmçinin öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazimi səviyyədə yerinə yetirmək, digər məhkəmə-istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malik deyildir. Zərərçəkmiş şəxs hadisə vaxtı üzərində olan paltarlar 5 saylı ŞKX-dan götürülmüş və bu barədə qərar tərtib edilmişdir. Həmin paltarlar maddi sübut əhəmiyyətli olduğundan iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı RPİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən görünürki, Təqsirləndirilən şəxs adınaalınmıştələbnamədəngörünürki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İctimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olan Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal AzərbaycanRespublikasıCM-nin 59-cu maddəsinəəsasən müəyyən olunmamışdır. İctimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıranhalAzərbaycanRespublikasıCM-nin 61-ci maddəsinə əsasən müəyyən olunmamışdır. Cinayətişininmateriallarındangörünürki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə ittiham elan olunmuş, xx.xx.2020-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsindən, həmin Məcəllənin 126.2.4-cü maddəsinə tövsif edilmiş, lakin Təqsirləndirilən şəxs anlaqsız şəxs olmasına görə ona həmin maddə ilə yenidən ittiham elan edilməməsi nəzərə alınmış və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İşüzrə Zərərçəkmiş şəxs məxsus birədəd sarı rəngli uzun qol köynək maddi sübut məhvolunmalıdır. Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Beləliklə, XəlilovƏliHüseynoğlunun anlaqsız vəziyyətdə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsi tam sübut olunmuş və məhkəmə hesab edir ki, XəlilovƏliHüseynoğlu cinayət məsuliyyətindən azad edilməli, barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalıdır. Məhkəmə istintaqı zamanı “İnsan hüquqlarını və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsinin c bəndinə, Azərbaycan Respublikası CPM-nin 19-cu maddəsinin 19.4.4-cü bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən, XəlilovƏliHüseynoğluna müdafiəçisi qismində istintaq idarəsinin qərarına əsasən təyinat üzrə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili X3 yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 09 saylı vəkil bürosunun hesabına 300(üçyüz ) manat pul ödənilməlidir məhkəməistintaqındaişə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili SadıxzadəRaminMüsəllimoğluna yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 14 saylı vəkil bürosunun hesabına 120 (yüziyirmi ) manat pul ödənilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs XəlilovƏliHüseynoğluna Azərbaycan Respublikası CMnin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası CPM-nin 477.3-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: XəlilovƏliHüseynoğlu Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilsin. XəlilovƏliHüseynoğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq umumitipli psixiatriya stasionarında tibbi xarkterli məcburi müalicə təyin olunsun. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına həvalə olunsun. «Polisinnəzarətialtınavermə» qətimkantədbiriqərarqanuniqüvvəyəminənədəkdəyişdirilmədən saxlanılsın. İşüzrə maddi sübut Zərərçəkmiş şəxs məxsus birədəd sarı rəngli uzun qol köynək məhvolunsun. Huquqi yardım göstərdiyi üçün X3verilməsiüçündövlət büdcəsindən Bakı şəhər 09 saylı vəkil bürosunun hesabına 300(üçyüz ) manat pul ödənilsin, huquqiyardım göstərdiyi üçün SadıxzadəRaminMüsəlimoğlunaverilməsiüçün dövlət büdcəsinin hesabından Bakı şəhər 14 saylı vəkil bürosunun hesabına 120 (yüziyirmi) manat pul ödənilsin. Qərardan 20 gün müddətinə Bakı Ağır Cinayətlər məhkəməsinin vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.