Məhkəmə qərarları › İş №1(101)-607/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-607/2022

11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-607/2022 11.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X22, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 33 saylı vəkil bürosunun vəkili Müdafiəçi Şahbala oğlunun iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Sabirabad rayonu, Qarasu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər Hacıqabul Rayon Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli, 1(071)-90/2015 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 69.4-cü maddəsi tətbiq edilməklə 2.000 manat cərimə cəzasına məhkum edilmiş, “28 May-Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının 1.8-ci bəndi tətbiq edilməklə Hacıqabul Rayon Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli hökmü ilə təyin edilmiş 2000 manat cərimə cəzasından azad edilərək qeydiyyatdan çıxarırlmış, məhkumluğu ödənilmiş, Hacıqabul rayonu, Qarasu kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.2, 178.2.2, 29, 178.2.4, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi ilə əlaqədar hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədərək vahid niyyətlə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə və bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti vahid niyyətlə rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı ələ keçirmək məqsədilə anadangəlmə qüsurlu övladı X11 xəstəliyinə görə pensiya təyin edilməsində köməklik göstərilməsi üçün 2020-ci ilin noyabr-dekabr aylarında özünə müraciət etmiş sonuncunun anası Şahid13 ilə Şirvan şəhərində görüşləri zamanı özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin səlahiyyətli şəxsi kimi təqdim edərək özünün geniş əlaqələrə malik olduğunu ona yalandan bildirib, həmin əlaqələrindən istifadə edərək Ceyhun Sərhədovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 3.500 manat məbləğində pul vəsaitinin özünün yaxın münasibətdə olduğu vəzifəli şəxsə rüşvət qismində verilməsi müqabilində həmin məsələni 2021-ci ilin yanvar ayınadək müsbət həll edəcəyini, yəni Ceyhun Sərhədovun həmin tarixdən pensiya ala biləcəyini yalandan bildirməklə görəcəyi işlə bağlı özünə inam yaradıb, Şahid13 ilə razılaşmaqla sövdələşib, həmin adla 2020-ci ilin dekabr ayının ortalarında cinayətdən xəbərsiz dostu, Şahid13 bacısı oğlu Şahid17 ilə birlikdə Şahid13 yaşadığı Şirvan şəhəri, ünvan 2 ünvanında görüşləri zamanı ondan 3.500 manat məbləğində pul vəsaitini alaraq, əldə etdiyi həmin pul vəsaitini öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan suiistifadə etmə yolu ilə Şahid13 məxsus cəmi 3.500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmiş, həmin hərəkətləri ilə dövlətin qurumlarının cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Ceyhun Sərhədovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid13 təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid14 xəstəliyə görə pensiya düzəldilməsinə köməklik göstərilməsi üçün 2020-ci ilin dekabr ayında özünə müraciət etmiş sonuncunun oğlu Şahid12 ilə Şirvan şəhərində görüşləri zamanı sonuncuya özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin səlahiyyətli şəxsi kimi təqdim edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda yüksək vəzifədə işləyən yaxın tanışının olduğunu yalandan bildirib, həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid14 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 3.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini, yəni Şahid14 pensiya ala biləcəyini Şahid12 yalandan vəd edərək, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla, 2021-ci ilin yanvar ayının əvvəllərində Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin həyətində görüşləri zamanı həmin adla 1.000 manat pulu Şahid12 alıb, eyni niyyətlə, 2021-ci ilin yanvar ayında Hacıqabul rayonunda yerləşən “Qədir-Xum” restoranında görüşləri zamanı xəstəliyi olan, pensiya yaşına az qalmış, 3 övladı olan başqa şəxslərə də pensiya almalarında köməklik göstərə biləcəyini Şahid12 bildirdikdən sonra sonuncu həmin vaxt dayısı arvadı Şahid15 3 övladı olduğunu, sonuncuya pensiya düzəldilməsində köməklik göstərməsi barədə özünə müraciətindən sonra 3 övladı olduğuna görə Şahid15 da pensiya düzəldə biləcəyini yalandan bildirib tanışı olan vəzifəli şəxsə sonuncunun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 2.500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini, yəni Şahid15 pensiya ala biləcəyini Şahid12 yalandan vəd edərək, hər iki məsələni 2021-ci ilin mart ayınadək müsbət həll edəcəyini, yəni Şahid14 və Şahid15 həmin tarixdən pensiya ala biləcəklərini Şahid12 yalandan vəd edərək görəcəyi işdə özünə inam yaradaraq, qalan pul vəsaitlərini ona öz adına və cinayətdən xəbərsiz tanışları X15 və X9 adına olan bank hesablarına göndərməyini bildirərək "xxxx" ASC-yə məxsus olmaqla özünün 4****1371 nömrəli plastik kartının, Sevinc Kərimovanın 4****4654 nömrəli plastik kartının və Fatma Sultanovanın 6****9704 nömrəli plastik kartının rəqəmlərini “Whatsapp” ani mesajlaşma və internet telefoniya mobil tətbiqi vasitəsilə öz istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil telefon nömrəsindən Şahid12 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə göndərərək sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla Şahid12 tərəfindən 02.01.2021-ci il tarixdə 120 manat pul vəsaitinin Şirvan şəhərindən, 25.01.2021-ci il tarixdə 600 manat pul vəsaitinin Şirvan şəhərindən, 27.01.2021-ci il tarixdə 600 manat pul vəsaitinin Şirvan şəhərindən, 30.01.2021-ci il tarixdə 150 manat pul vəsaitinin Hacıqabul rayonundan, 31.01.2021-ci il tarixdə 100 manat pul vəsaitinin Şirvan şəhərindən, 07.02.2021-ci il tarixdə 650 manat pul vəsaitinin Şirvan şəhərindən, 16.02.2021-ci il tarixdə 100 manat pul vəsaitinin Şirvan şəhərindən, 24.02.2021-ci il tarixdə 150 manat pul vəsaitinin Sabirabad rayonundan olmaqla, ümumilikdə 2.470 manat pul vəsaitini, habelə qalan 2.030 manat pul vəsaitini də 2021-ci ilin yanvar-fevral ayları ərzində hissə-hissə həmin kart hesablarına göndərməsinə nail olub, qeyd edilən pul vəsaitini "xxxx" ASC-nin ayrı-ayrı bankomatlarından çıxarmaqla, əldə etdiyi həmin pul vəsaitlərini özünün şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid12 məxsus cəmi 5.500 (beş min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmin hərəkətləri ilə dövlətin qurumlarının cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vahid niyyətlə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, təkrarən, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid14 və Şahid15 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid12 vahid niyyətlə təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı, İmişli rayon sakini Şahid1 övladı X19 Apellyasiya Məhkəməsinin icraatında Azərbaycan Respublikası CM-nin 144.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə həbsdən azad edilməsində köməklik göstərilməsi üçün 2021-ci ilin aprel ayında özünə müraciət etmiş Şahid1la Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən “Uğur” kafesində görüşləri zamanı sonuncuya özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı kimi yalandan təqdim edərək, Şirvan Apellyasiya Məhkəməsinin icraatında Şahid1 övladı Elməddin İbrahimovun Azərbaycan Respublikası CM-nin 144.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə sonuncunun həbsdən azad edilməsinə köməklik göstərə biləcəyini və həmin işə baxan vəzifəli şəxs olan hakimlə yaxın münasibətlərinin olmasını, həmin məsələni qısa müddətdə həll etmək imkanında olduğunu Şahid1 yalandan bildirib özünə qarşı inam yaratdıqdan sonra həmin məsələnin müsbət həlli üçün qeyd edilən hakimə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Elməddin İbrahimovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 19.000 (on doqquz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini vəd verərək inandırmaqla Şahid1 razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə qeyd edilən görüşləri zamanı 4.400 manat, 24 aprel 2021-ci il tarixdə isə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “McDonalds” restoranının yaxınlığında yerləşən naməlum kafedə 400 manat pulu Şahid1 alaraq əldə etdiyi həmin pul vəsaitlərini öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus cəmi 4.800 (dörd min səkkiz yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi ilə əlaqədar dövlətin qurumlarının cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədərək vahid niyyətlə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Elməddin İbrahimovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid1 vahid niyyətlə təkrarən təhrik etmiş, sonradan Şahid1 qalan pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, həmin pul vəsaitini ondan ala bilməyib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 19.000 (on doqquz min) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı ələ keçirmək məqsədilə cinayətdən xəbərsiz Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan Regional Ədliyyə İdarəsinin rəisi Şahid9 Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Sabirabad rayon, Minbaşı bələdiyyəsinin sədri X2 barəsində aparılan ********* nömrəli cinayət işi üzrə sonuncunun həbsdən azad edilməsində köməklik göstərilməsi ilə əlaqədar 2021-ci ilin iyun ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə özünə müraciətindən sonra Şahid9 özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı kimi yalandan təqdim edərək, Baş İdarənin rəhbər şəxsləri ilə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə guya Urufulla Qocayevi həbsdən azad etdirmək imkanına malik olmasını istifadəsində olan +99***-***-**-** nömrəli telefonla danışarkən Şahid9 yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün Baş İdarədə guya yüksək vəzifədə işləyən tanışına xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Urufulla Qocayevin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 37.000 (otuz yeddi min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid9, sonuncu vasitəsilə Urufulla Qocayevin övladı Şahid10 aldatmaqla bildirib, sonuncu və Şahid9 razılığını almaqla sövdələşdikdən sonra həmin adla 2021-ci ilin iyun ayının əvvəllərində aralarında olan danışığa əsasən Şahid9 deməsindən sonra Urufulla Qocayevin müdafiəçisi Şahid8 ilə inandırmaq üçün qəsdən ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasının yaxınlığında görüşərək Şahid8 Urufulla Qocayevin övladı Şahid10 məxsus 30.000 manat, eyni niyyətlə, 2021-ci ilin iyun ayının sonlarında ünvan 4-da yerləşən “Metropark” Ticarət Mərkəzinin qarşısında görüşləri zamanı Şahid10 məxsus 4.000 manat pul vəsaitini şəxsən, eyni niyyətlə, 2021-ci ilin iyun ayının sonlarında naməlum tanışı vasitəsilə ünvan 4 ünvanında yerləşən “Metropark” Ticarət Mərkəzinin qarşısında görüşləri zamanı Şahid10 məxsus 3.000 manat olmaqla, ümumilikdə 37.000 manat pul vəsaitini Şahid8 alıb özünün şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid10 məxsus cəmi 37.000 (otuz yeddi min) manat məbləğində pul vəsaitini ələ keçirib ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmin hərəkətləri ilə dövlətin qurumlarının cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vahid niyyətlə təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, təkrarən, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Urufulla Qocayevin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid9 və Şahid10 vahid niyyətlə təhrik etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında kirayədə yaşamış, rayonda da evi olmuşdur. Taksi fəaliyyəti ilə məşğul olmuş, lakin, onun geniş ətrafı olduğundan, bəzi hallarda pul müqabilində müxtəlif şəxslərin dövlət işlərində olan problemlərinin həlli ilə məşğul olurmuş. Həmçinin qeyd etmək istəyir ki, hadisədən bir müddət əvvəl Azərbaycan Respublikası Baş Prokurorluğu Korrpusiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı olan İmran Haqverdiyev adlı şəxs onunla görüşərək, İdarənin keçirdiyi bəzi əməliyyat tədbirlərində onunla birgə iştirak etməsini ondan xahiş etmişdir. O, İmranın həmin təklifi ilə razı olmuş və İmranın müxtəlif göstərişlərini yerinə yetirməyə başlamışdır. İmranın göstərişi ilə idarə etdiyi avtomobil ilə İmranın işlərinin dalınca getmişdir. O, İmranı təxminən 3 ildir Cəlilabad polisi vasitəsilə tanımış və birlikdə işləmiş, bu illər ərzində bir neçə tədbirlərdə olmuşlar. O, heç vaxt heç kimə özünü vəzifəli şəxs kimi, yəni Baş Prokuror yanında Korrpusiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı kimi təqdim etməmişdir. Ona elan olunmuş ittiham üzrə onda olan ittiham aktından istifadə edərək bildirmişdir ki: 1.X11 pensiya düzəltmək üçün 2020-ci ilin dekabr ayının ortalarında Şahid13 3500 manat pul almışdır. Bir nəfər şəxs var imiş, ona həmin işlə bağlı pensiya düzəltməyə söz versə də, sonradan həmin uşağa pensiya düzəlməmişdir. Ona söz verən şəxs də çıxıb Türkiyəyə getmişdir. Onun da pula ehtiyacı olduğundan həmin pulu ehtiyaclarına xərcləmişdir. Lakin, sonradan həmin pulu Şahid13 qaytarmışdır. 2.2020-ci ilin dekabr ayında Şahid12 tanımışdır. Ona anası Şahid14 xəstəliyə görə pensiya düzəltməyi üçün müraciət etmişdir. O da Vüsala 3000 manat müqabilində anası üçün pensiya düzəltməyə söz vermişdir. Bundan sonra 2021-ci ilin yanvar ayının əvvəllərində Şirvan şəhərində “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında görüşüb Vüsaldan 1000 manat pul götürmüşdür. Həmçinin də Şahid12 dayısı arvadı Şahid15 3 övladı olduğundan ona da pensiya düşüb-düşməməsini ondan soruşduqda, o, Vüsala müsbət cavab vermişdir. Hər iki iş üçün ona Vüsal ümumilikdə 5500 manat pul vermişdir. Hər iki məsələni 2021-ci ilin mart ayına qədər düzəldəcəyinə söz vermiş, lakin, o, həmin pulları öz ehtiyaclarına xərcləmişdir. 3.Şahid1 əvvəldən tanımamış, hadisədən təxminən 3-4 ay əvvəl tanımışdır. 2021ci ilin aprel ayının ortalarında Şahid1 baldızının oğlu Asif ona zəng edərək, nömrəsini bir tanışından aldığını demiş və xalası oğlunun, dayısı oğlunun və bir nəfər sürücünün qız qaçırdığını, buna görə məhkəmənin hökmü ilə azadlıqdan məhrum edildiklərini demişdr. Həbs olunan həmin şəxslərin azad olunmasına köməklik edə biləcəyini soruşmuşdur. Danışıq zamanı Asif ona işin Şirvan Apellyasiya Məhkəməsində olduğunu və adını xatırlamadığı hakimin icraatında olduğunu bildirmişdir. O, Şahid1 oğlunun azadlığa çıxması müqabilində Şirvan Apellyasiya Məhkəməsinin hər hansı vəzifəli şəxsinə pul verməmiş, lakin hakimə məhkəmə vaxtı pul veriləcəyini Şahid1 demiş və Hacıbabadan 4800 manat pul almışdır. Həmin pulu da özü xərcləmişdir. Sonradan həmin pul atası tərəfindən H.İbarhimova qaytarılmışdır. Salyan rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi Yaşara Asifin dayısı oğlu ilə xalası oğluna psixi xəstəliklərinin olması barədə sənədlərə görə pul verməmişdir. O, həmin işlə bağlı Ulduzə xanımdan nə isə maraqlandıqda Ulduzə xanım həmin cinayət işində zərərçəkmiş şəxsin müdafiəçisi olduğunu bildirmişdir. Bundan başqa Ulduzə xanımla aralarında pul söhbəti olmamış və o, Ulduzadan hakimlə həbsdə olan şəxslər barəsində danışmasını xahiş etməmişdir. Nə də həmin cinayət işinə baxan hakimi tanımamışdır.

4. O, Urufulla Qocayevin işi ilə əlaqədar onu göstərmişdir ki, Urufulla Qocayev və onun oğlu Şahid10 əvvəllər tanımamışdır. Şirvan Regional Ədliyyə İdarəsinin rəisi Şahid9 tanımış və Şahid9la bir neçə dəfə telefon vasitəsi ilə danışmış, Nizami bilirmiş ki, onun Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində dostları işləyir. O, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı İmran Haqverdiyevə 2 iyun 2021-ci il tarixdə zəng edib İmrandan 200 manat pul istəmişdir. İmran ona səhəri gün pul verəcəyini bildirmişdir. Səhəri gün, yəni 3 iyun 2021-ci il tarixdə günorta təxminən 14-15 radələrində o, bir daha İmranı yığan zaman İmran ona Sabirabad rayonunda tədbirdə olduğunu, Minbaşı kəndinin bələdiyyə sədrini tutduqlarını bildirmiş və Bakıya qayıdanda pulu verəcəyini demişdir. O, İmranla danışdıqdan sonra Şirvan Regional Ədliyyə İdarəsinin rəisi Nizamiyə Urufullanın Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tutulduğunu demişdir. Belə ki, o, bilirmiş ki, Nizaminin 3-4 bələdiyyə sədri ilə münasibəti yaxşı olmuş, onlardan biri də Urufulla imiş. Həmin gün axşam saat təxminən 20 radələrində Nizami ona zəng edib Urufullanın Binəqədi RPŞ-nin MSY-də olacağını, Urufullaya siqaret və yemək aparmağını bildirmişdir. O da səhəri gün tezdən, yəni 4 iyun 2021-ci il tarixdə 70 manatlıq bazarlıq edərək Binəqədi RPŞ-də Nizaminin adından Urufullaya göndərmişdir. Nizami ona zəng edərək Urufullanı ev dustaqlığına və ya polis nəzarəti altına çıxarda bilmək üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində işləyən dostuna bildirməyini demişdir. O, maraqlanıb cavab deyəcəyini Nizamiyə bildirmişdir. O, “Whatsapp” proqramı vasitəsilə İmranı yığmış və bu barədə demişdir. İmran Urufullanın ev dustaqlığına və ya polisin nəzarəti altına çıxması ilə bağlı məsələni danışıb səhəri gün xəbər verəcəyini bildirmiş, lakin kimlə danışacağını ona bildirməmişdir. 5 iyun 2021-ci il tarixdə təxminən saat 10-11 radələrində o, İmranı yığdıqda, İmran həmişə onunla görüşdüyü Bakı şəhəri 7-ci mikrorayon ərazisində yerləşən “Qoç ət” restoranının qarşısındakı parka gəlməyini bildirmişdir. Əvvəldən olan danışıqlarına əsasən onlar İmranla həmişə həmin parkda görüşürmüşlər. İmran oranı görüş yeri olaraq təyin etmişdir. İmranla həmin parkda görüşən zaman İmran ev dustaqlığı və ya polisin nəzarəti altına çıxma məsələsinin mümkün olmadığını, lakin həmin işlə bağlı danışdığını, təxminən 15 gün müddətində Urufullanı şərti cəza ilə buraxdıracağını demiş və bunun üçün 50.000 manat pul istəmişdir. O, elə İmranın yanından Nizamiyə zəng edib işin həlli üçün məbləği demişdir. Nizami isə 50.000 deyil 40.000 manat düzəldib verə biləcəklərini, Urufullanın oğlanlarında hazırda 30.000 manat olduğunu, 2-3 günə 5.000 manatda düzəldib verə biləcəklərini, Urufulla çıxdıqda isə qalan 5.000 manatı da verəcəklərini demişdir. O da bunu İmrana demiş və İmran da 30.000 manatı almağını, 2-3 günə də 5.000 manatı vermələrini, 35.000 manata işin həll olunacağını demişdir. Nizami ona Xaliq adlı vəkil dostu olduğunu, Xaliqin səhər saat 09 radələrində ona zəng edəcəyini, Urufullanın övladlarından 30.000 manat pulu alıb ona verəcəyini bildirmişdir. Həmin gün Urufullanın barəsində həbs qətimkan tədbiri seçilmişdir. 6 iyun 2021-ci il tarixdə saat 09 radələrində Xaliq adlı vəkil ona zəng edərək telefonunu Nizaminin verdiyini deyib özünü təqdim etmişdir. Xaliq Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yanında olduğunu demişdir. O, həmin yerə gedib Xaliqin qara rəngli, “BMW” markalı, dövlət nömrə nişanını xatırlamadığı avtomobilinə əyləşmişdir. Xaliq qırmızı rəngli sellofan paketi ona verib Nizaminin dediyi sənədlər olduğunu bildirmişdir. O, paketi götürüb avtomobildən düşmüş və İmrana zəng edib pulun onda olduğunu demişdir. İmranın deməsinə görə həmin gün saat 10:30 radələrində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əsas giriş qapısının yaxınlığında yolda görüşmüşdür. İmranın idarə etdiyi avtomobilə əyəlşəib Xaliqin ona verdiyi paketi İmrana vermişdir. Paketin içərisində topa halda pul var imiş. O, İmrana deyilən 30.000 manat pul olduğunu bildirmiş və ümumi olaraq paketin içərisinə baxdıqda bir-birinə bağlı halda 100 manatlıq əsginaslar və dollar əsginaslar olduğunu görmüşdür. İmran orada öz cibindən ona 50 manat pul vermişdir. O, Nizamiyə zəng edib pulu verdiyini demişdir. Bundan iki gün sonra, Nizami ona zəng edib Nərimanova getməyini, Xaliqə zəng edib 5.000 manatı da götürməyini bildirmişdir. O, Xaliqə zəng etmiş və Nərimanov rayonunda, “Metropark” ticarət mərkəzinin qarşısında görüşmüşlər. Həmin vaxt Xaliq ona kağız konvert vermiş və 5.000 olduğunu bildirmişdir. O da İmrana zəng edib 5.000 manatı da aldığını, lakin həmin vaxt evdə qonaqları olduğuna görə səhəri gün pulu verəcəyini bildirmişdir. İmran da etiraz etməmişdir. Səhəri gün, yəni 9 iyun 2021-ci il tarixdə o, İmrana zəng etmiş, İmran 30.000 manatı verdiyi yerə gəlməyini bildirmişdir. O, İmranla eyni yerdə görüşmüşlər və İmranın avtomobilinə əyləşib Xaliqin verdiyi konverti İmrana vermişdir. İmran bu dəfə konverti onun yanında açıb sayıb, 5.000 manat olduğunu bilmişdir. Həmin pullar hamısı 100 manatlıq əsginaslardan ibarət imiş. İmran pulu götürmüş və öz cibindən 300 manat ona pul verib, 15 iyun 2021-ci il tarixdə Urufullanı buraxdıracağını bildirmişdir. Bundan sonra deyilən vaxtlara qədər heç kəs bir-birinə zəng etməmişdir. 15 iyun 2021-ci il tarixdə o, İmrana zəng etmiş, lakin İmran telefona cavab verməmişdir. 2 həftə ərzində nə qədər İmrana zəng etsə də, İmran telefonlara cavab verməmişdir. 28 iyun 2021-ci il tarixdə səhər saatlarında artıq Nizami və Xaliq ona zəng etməyə başlamışlar. Təxminən 29-30 iyun 2021-ci il tarixlərində İmran onun telefonuna cavab verib, korona xəstəliyinə tutulduğunu, ona görə telefonlara cavab vermədiyini demiş və 2-3 günə məsələnin həll olacağını, alınmasa pulu qaytaracağını bildirmişdir. O, Nizamiyə zəng edib bir neçə günə məsələnin həll olacağını, əks halda pulun geri qaytarılacağını bildirmişdir. Hətta həmin vaxt İmran ona zəng etdikdə, Nizamidən də şikayətlər olduğunu, səsini yazdığını bildirmişdir. O, İmrana Nizaminin pislik etmədiyini, pul verdiyini, səsini yazmağının düz olmayacağını bildirmişdir. Həmin danışıqdan bir həftə keçmiş İmran yenə zənglərə cavab verməmişdir. Artıq Nizami və Xaliq yenə ona zəng etməyə başlamışlar. O, onlara nə cavab verəcəyini bilmədiyindən, ***-***-**-** saylı mobil nömrəni söndürmüşdür. İmrana zəng etmiş və İmrana bu məsələnin yaxşı bitməyəcəyini dedikdə, İmran soruşan olsa 35.000 manat pulu Nizamiyə verəcəyini deməyini bildirmişdir. Bundan sonra, o, Nizamiyə zəng etmiş və Nizami demişdir ki, Urufullanın övladlarına özü pulu qaytarmışdır. O, Sabirabad rayonu, Qaragüney kəndinin icra nümayəndəsinin müavini işləyən Nizaminin qardaşının nəsə işində problemi ilə bağlı səs yazısı olduğunu və həmçinin Hacıqabul rayon Arxiv idarəsinin müdiri, adını bilmədiyi Nizaminin qohumu olan şəxsin isə saxta sənəd məsələsi olduğunu, həmin məlumatların da İmranda olduğunu, İmranın Nizaminin öz işi ilə yanaşı bu işlərlə də qorxutduğunu, buna görə də, Nizaminin 35.000 manatı tələb etmədən öz yanından ödədiyini öyrənmişdir. O, bundan sonra Nizamiyə zəng edib qardaşı və qohumuna görə 35.000 manatı bağladığını dedikdə, Nizami Arxivin müdiri olan qohumunun, qardaşının da Neftçala rayon İcra Hakimiyyətinin başçısının da həbs olunduğunu, bu məsələləri danışmamağını, artıq qardaşının birinin həbs olunduğunu, ümumiyyətlə söhbətləri bağlamağını bildirmişdir. Bundan sonra İmran ona zəng etməmişdir. 27 avqsut 2021-ci il tarixdə İmran ona zəng edərək guya Səbail rayon bələdiyyəsində tədbir olduğunu deyib onu idarəyə çağırmışdır. O da idarənin yanına gəlib həyətdə İmrana zəng eləmişdir. İmran içəri otaqların birinə keçib oturmağını, özünün isə aşağı düşdüyünü bildirmişdir. O, içəri keçib otaqda əyləşmişdir. Bir az keçmiş İmran Rəmzi adlı iş yoldaşı ilə gəlib özünün işi olduğunu, tələsdiyini bildirib Rəmziyə izahat verməyini demişdir. Rəmzi də Şahid1 şikayəti əsasında izahatını almış və 35.000 manat məsələsini soruşduqda, o, artıq İmranın onu həbsə atacağını bilmişdir. O da öz yanından Rəmziyə 35.000 manatı Nizamiyə verdiyini bildirmişdir. O, şübhəli şəxs kimi tutulduqdan sonra İmran onu görüb otağa salıb, ona narahat olmamağını, pulu soruşan olarsa sözünün üstündə durub Nizamiyə verdiyini deməyini, 3-4 gün ərzində onu buraxdıracağını bildirmişdir. O da İmrana inanaraq ibtidai istintaq vaxtı ilkin olaraq yanlış ifadə verərək guya pulu Nizamiyə verməyini bildirmişdir. Lakin, hal-hazırda düzünü deyir, pulu o, İmrana vermiş, həmin puldan İmran ona cəmi 50 manat pul vermişdir. Əməlindən peşmandır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Nizami onun polisdə, Korrupsiyaya qarşı Mübarizə baş idarəsində əlaqələrinin, dostlarının olduğunu bilmişdir. O, istintaq zamanı təxminən 4-5 dəfə ifadə vermişdir. Bu işdən başqa İmranla əvvəllər heç bir iş görməmişdir. O, idarə etdiyi avtomobillə taksi kimi pul müqabilində İmranın işlərinin dalınca gedib gəlmişdir. Ona verilən epizodların yalnız bir epizodu İmranla bağlıdır, qalan epizodlarla bağlı o, özü həmin şəxslərdən pul almışdır. O, İmranın onu həbsdən azad etdirəcəyinə inanıb pulu Nizamiyə verdiyini demişdir. O, İmranı 3 ildən artıq imiş ki, tanıyırmış. O, İmrana öz adına 3 nömrə alıb vermişdir. Həmin nömrələr İmranda olmuşdur. O, hər iki dəfə də pulu alıb İmrana vermişdir. Onun öz istifadə etdiyi nömrələr ***-***-**-** və ***-***-**-** olmuşdur. Onun adında olan nömrə İmranda olmuş, İmran özü ona nömrə almağını, Baş İdarənin əməkdaşı olduğuna görə öz adında nömrə olmasını istəmədiyini, qeyri şəxsin adında olan nömrə ilə danışıqları aparmaq istədiyini bildirmişdir. İmrana öz adına aldığı nömrələr ***-***-**-**, ***-***-**-** digəri isə 051-lə başlamış, həmin nömrəni hazırda xatırlamır. Onun aldığı nömrələrdən İmranın onun yanında kimlərəsə zəng etməsini xatırlamır. İmranın öz nömrəsi ***-***-**-** olmuşdur. O, Həbib adlı şəxs tanımamış, sonra bilmişdir ki, Korrupsiyada Həbib adlı şəxs işləyir. İmranın Həbib adlı şəxslə danışmasını bilmir. O, heç vaxt özünü Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşı kimi, nə də özünü İmran kimi təqdim etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı və ifadələri elan edilmiş və ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 17-20-ci vərəqələrində olan izahatında, cinayət işinin 1-ci cild 114-121 və 224-227-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «.. Aprelin 27-28-də Bakı şəhərində, 7-ci mikrorayonda yerləşən Uğur kafesində Şahid1, Asif və mən görüşdük. Həmin vaxt mən özümü onlara Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı kimi təqdim etdim, mən işə baxan hakimlə məsələnin danışılacağını, oğlunun leyhinə müəyyən sübtlar toplanacağını bildirdim və Şahid1 oğlunun azadlığa çıxması müqabilində işə baxan hakimə və digər vəzifəli şəxslərə verilməsi adı altında ilkin olaraq ondan 22.000 manat məbləğində, daha sonra isə məbləği azaldaraq 19.000 manat məbləğində pul tələb etdim. ...Təxminən üç gün sonra Şahid9 yenidən mənə zəng edərək Rufullanın övladlarından pul aldığını, vəkili Xalid və ya Xaliq adlı şəxsin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasının yanında məni gözlədiyini, mənə paket verəcəyini dedi və həmin paketi götürübü ona çatdırmağımı xahiş etdi. Həmin şəxs maşının içində mənə paketi verdi. Şirvan rayonuna gedərkən yolda paketi açdım və içində təxminən 30.000 manat pul olduğunu gördüm. Şirvana çatdıqda Şahid9 sürücüsü Mahir adlı şəxs həmin paketi məndən götürdü. Daha sonra Şahid9 mənə zəng edərək Şirvan şəhərinin giriş hissəsində yerləşən Çıraq yanacaq doldurma məntəqəsinə zərfdə xərclik pulu olduğunu dedi. Həmin yerə gedib zərfi götürdüm və içərisində 800 manat pul olduğunu gördüm. Həmin vaxtdan təxminən bir həftə sonra Şahid9 yenidən mənə zəng edərək vəkili ilə görüşməyimi istədi. Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Metropark ticarət mərkəzinin yanında yenidən həmin şəxslə görüşdüm və yenidən o mənə zərfdə pul verdi. Növbəti gün həmin pulu da Şirvan şəhərində Köhnə bazar adlanan ərazidə Şahid9 sürücüsü Mahirə verdim. Nizami həmin puldan isə mənə 300 manat pul göndərmişdir. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imzalar onun imzasıdır, elan olunmuş izahatı və ifadələri təsdiq etmir. O, hazırda məhkəmədə verdiyi ifadəni təsdiq edir. Elan olunmuş ifadəsində pulu Şahid9 verməyi düz deyil, bu hissəni təsdiq etmir. İfadəsinin qalan hissəsini təsdiq edir. Həqiqətən də onun Ulduza ilə heç bir söhbəti olmamışdır. O, digər epizodlarla bağlı pul aldığı şəxslərə özünü Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşı olmağını deməmişdir. Onlar istintaq vaxtı yalan demişlər. Cinayət işi çoxşaxəli olduğu üçün, məhkəmə sübutların tədqiqi və qiymətləndirilməsini epizodlar üzrə aparmışdır. Belə ki, Təqsirləndirilən şəxs Şahid13 məxsus 3500 manat pulu ələ keçirməsi epizodu üzrə məhkəmə aşağıdakıları müəyyən etmişdir: Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təxminən 2020-ci ilin noyabr-dekabr ayından tanımışdır. Belə ki, o, Turalı bacısı oğlu İbrahim vasitəsilə tanımışdır. 2020-ci ilin noyabrdekabr ayında qardaşı Asifin baldızı Ofeliyanın yas mərasiminə bacısı oğlu İbrahim Tural adlı şəxslə birlikdə gəlmişdir. O, yas mərasimində İbrahimlə görüşən zaman İbrahimin Turalla söhbətlərindən Turalın hansısa vəzifədə işlədiyini başa düşmüşdür. Yas mərasimində kiçik oğlu Ceyhun yanına gəlmişdir. Ceyhunda anadangəlmə qüsurlar vardır. Tural orada oğlunu görüb pensiya alıb-almamasını soruşduqda, o, oğlunun pensiya almadığını bildirmişdir. Ceyhunun bir gözünün 3 faiz görmə qabiliyyəti var, dili qüsurludur və psixoloji problemləri də var. Tural Ceyhunun xəstəliklərini ondan soruşduqdan sonra, özü Ceyhunun pensiya almağına kömək edə biləcəyini demiş və ilk öncə Ceyhunu xəstəxanada yatızdıracağını, sonra isə pensiya məsələsini həll edəcəyini bildirmişdir. Söhbət zamanı İbrahim Turalın dövlət işində işlədiyini bildirdikdə, Tural özü də Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı olduğunu bildirmişdir. Tural pensiya məsələsinin həll edilməsi üçün pul lazım olduğunu demişdir. O, çox pula imkanı çatmayacağını demişdir. Tural kiminləsə zəng edib danışmış və sonra İbrahimin xalası olduğu üçün ondan pensiya işinin həll edilməsinə görə 3.500 manat pul istəmişdir. O, Turala bu qədər pula imkanı çatmayacağını dedikdə, Tural ən son məbləği ona dediyini, həmin puldan kimlərəsə veriləcəyini bildirmiş, lakin həmin puldan kimə və nə qədər veriləcəyini, həmin pulun konkret olaraq hara sərf ediləcəyini bildirməmişdir. O, Turala yoldaşıyla məsləhətləşib, Turala deyəcəyini bildirmişdir. Tural öz mobil nömrəsini ona vermişdir. O, evdə əri Etibarla məsləhət etmişlər, əri bu işə razı olmadığına görə o, Turala zəng etməmişdir. Təxminən 2-3 gün sonra Tural özü ona zəng etdikdə, o, ərinin razı olmadığını bildirmişdir. Tural əgər fikrini dəyişsə, tez bir zamanda xəbər etməyini, ilin sonu olduğunu, gələn ilə qalarsa prosesin uzanacağını bildirmişdir. O, Turalla danışdıqdan təxminən 1-2 gün sonra öz yanından qərar vermiş və Turala zəng edib pensiya işini həll etməsini, 3.500 manata razı olduğunu bildirmişdir. Təxminən 2020-ci ilin dekabr ayının ortalarında Tural İbrahimlə birlikdə onun Şirvan şəhərində yaşadığı evinə gəlmişdir. O, orada Turala İbrahimin və oğlu Ceyhunun yanında əlbəəl 3.500 manat pul vermişdir. Tural Ceyhuna aid olan müəyyən tibbi sənədləri də götürmüş, pensiya işinin 2021-ci lin ynavar ayında düzələcəyini, həmin vaxtdan pensiya alacağını, Ceyhun 2006-cı il təvəllüdlü olduğu üçün qrup dərəcəsi düşmədiyini, 250 manat pul alacağını, 50 manatın analıq haqqı olduğunu bildirmişdir. 2021-ci ilin yanvar ayında o, Turala zəng edib məsələnin nə yerdə olduğunu soruşduqda, Tural onun “Kapital” banka getməyini, oradan pensiya kartı alacağını demişdir. O da “Kapital” bankın Şirvan şəhərində yerləşən filialına getmiş və orada olan işçidən pensiya kartı istədikdə, həmin işçi bu cür formada pensiya kartı vermədiklərini bildirmişdir. O, Turalla danışdıqda Tural telefonu həmin işçiyə verməyini bildirmişdir. Tural telefonla bankın işçisi ilə danışdıqdan sonra bank işçisi başa düşdüyünü bildirmiş və ondan şəxsiyyət vəsiqəsini götürüb onun adına adi pul kartı düzəltmişdir. O, bank işçisindən bir daha bunun pensiya kartı olduğunu soruşduqda, bank işçisi olan xanım düzəldilən kartın adi pul kartı olduğunu, telefonda danışdığı şəxsin onun üçün pul kartı düzəltməyini dediyini bildirmişdir. O, kartı götürüb çölə çıxıb Turalla danışdıqda, bunun adi pul kartı olduğunu, nə etmək istədiyini dedikdə, Tural ilk 6 ay pulun bu karta atılmalı olduğunu, 6 aydan sonra oğlu Ceyhunun həkim komissiya işini tam həll etdikdən sonra həqiqi pensiya kartını alacağını bildirmişdir. 2021-ci ilin fevral ayının sonunda onun kartına 250 manat pul köçmüş və mobil nömrəsinə bu barədə məlumat gəlmişdir. Həmin vaxt Tural da zəng edib pulun köçdüyünü ona bildirdikdə, o, bunu haradan bildiyini soruşduqda, Tural özlərinin məxfi qrupları olduğunu, bütün məlumatların orada verildiyini bildirmişdir. O, bankomatdan 250 manat pulu çıxardıqdan sonra banka gedib pulun haradan köçdüyünü soruşduqda, bankdan ona pulun adi aparat vasitəsilə kartına göndərildiyini bildirmişlər. O, artıq aldanıldığını bilmiş və oradan çıxıb Turala zəng etdikdə əziyyət çəkməməsini, pulu gətirib əlbəəl ona verə biləcəyini demişdir. Tural yenə bəhanələr gətirərək onu inandırmağa çalışsa da, artıq o, Turala inanmamışdır. Lakin pulunu geri ala bilmək üçün özünü Turala inanırmış kimi göstərmişdir. Həmin danışıq zamanı Tural onu inandırmaq üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində işləyən Həbib müəllimin arxasında dayandığını, Həbib müəllimin mötəbər bir şəxs olduğunu bildirmişdir. 2021-ci ilin mart ayında karta pul köçməmiş və o, Turalla danışdıqda sistemdə problem olduğunu, gələn ay iki pulun bir yerdə veriləcəyini bildirmişdir. 2021-ci ilin aprel ayında da pul gəlmədikdən sonra o, Turala zəng edib bir ay verilən 250 manatı çıxıb qalan pulunu geri qaytarmasını istəmişdir. Tural etiraz etməmiş, lakin verdiyi puldan müəyyən sənədləşmə işlərinə də pul xərclədiyini, həmin məbləğidə çıxıb yerdə qalan pulunu qaytaracağını bildirmişdir. Lakin, Tural ümumi nə qədər pul çıxacağını, ona nə qədər pul qaytaracğı barədə bir söz deməmişdir. Lakin Tural yaxşı əlaqələrinin olduğunu, həmin əlaqələrdən istifadə edərək oğlunun pensiya işini düzəldəcəyini desə də, müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamışdır. Bundan sonra bir dəfə telefon danışığı zamanı o, Turalla mübahisə etmiş və onlar bir-birlərinin telefonlarını bloklamışlar. Bundan sonra o, Turalla İbrahim vasitəsilə əlaqə saxlamağa başlamışdır. İbrahim isə hələ də, Turala inanmış və danışıqlarının birində İbrahim Turalın bir nəfərə kömək etdiyini, hər zaman cibindən çoxlu pullar çıxardığını, elə bir adamın onun pulunu atmayacağını bildirmişdir. 2021-ci ilin oktyabr ayının təxminən ortalarında o, qohum tanışlardan Turalın Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tutulduğunu eşitmiş və o da rəsmi ərizəsiylə müraciət etmək qərarına gəlib, şikayətini Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid17 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs uşaq yaşlarından həmkəndlisi, bir məktəbdə oxuduğu şəxs kimi tanımışdır. Həmin vaxtdan da Turalla onun münasibəti olmuşdur. Turalla həmçinin uzaq qohumluq əlaqələri olmuşdur. Şahid12 o, 2018-ci ildən Şirvanda, Hacıqabulda görüb tanımış, aralarında yaxşı münasibətləri olmuşdur. Sonradan Vüsalın xalası Pərvanə və ailəsi ilə münasibətlərinin olduğunu bilmiş, bir neçə dəfə elə xalasıgildə görüşmüşlər. Şahid13 isə onun doğma xalasıdır. 2015-2019-cu illərdə o, mütəmadi olaraq işləmək üçün Rusiya Federasiyasına gedib gəldiyindən Turalla münasibətləri zəifləmişdir. 2019-cu ili mart ayında artıq Rusiya Federasiyasından qayıtmış və bundan sonra yenə köhnə tanışlarıyla yenidən münasibətləri yaranmışdır. Həmçinin Turalla da yenidən sıx münasibətləri yaranmışdır. Rusiya Federasiyasından qayıtdıqdan bir müddət sonra təxminən 2020-ci ilin oktyabr ayında o, kəndində yerləşən “Ovçular” kafesində dostlarıyla, kənd uşaqları ilə oturan zaman Tural da orada olmuş və həmin vaxtdan sonra Turalla onun arasında münasibət yaranmışdır. Söhbət əsnasında o, Turaldan nə işlə məşğul olduğunu soruşan zaman sonuncu dövlət işində işlədiyini bildirib məxfi iş olduğuna görə başqa söz deməmişdir. Həmin gün Turalla ikilikdə söhbət etdikdə bir daha harada işlədiyini soruşduqda məxfi olduğunu bildirmişdir. O, Turaldan xidməti vəsiqəsi olduğunu soruşduqda hə deyərək təsdiq etmiş, lakin vəsiqəsini göstərə bilməyəcəyini bildirmişdir. 2021-ci ilin fevral ayının 14-də o, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində avtomobil yuyucuxanasında işləməyə başlamışdır. O, orada işlədiyi vaxt, yəni 2021-ci ilin mart ayında bir dəfə Turalla söhbət zamanı hara getdiyini soruşduqda sonuncu, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə getdiyini bildirmiş və daha sonra isə orada işlədiyini demişdir. O, həmin vaxtdan sonra Turalın həmin idarədə işlədiyini bilmişdir. Daha sonra o, Turalın Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs olunduğunu, barəsində cinayət işi başlandığını bilmişdir. Təqsirləndirilən şəxs istifadəsində çoxlu nömrələri olmuş, tez-tez mobil nömrələrini dəyişmişdir. O, Turalla ən çox ***-***-**-** saylı mobil nömrə vasitəsilə əlaqə saxlamışdır. Turalın digər nömrələri isə yadında qalmamışdır. Hətta 2-3 dənə mobil nömrəni o, öz adına alıb Turala vermişdir. Tural özü ondan bunu xahiş etmiş, o da alıb nömrə vermişdir. O, Turalla ən çox “vatsapp” mobil tətbiqi vasitəsilə danışmışdır. Həmin vaxtlar onun istifadəsində ***-***-**-** saylı mobil nömrəsi olmuşdur. Şahid12 ilk olaraq o, Turalı təqdim edərək adını, Korrupsiaya qarşı Mübarizə Baş İdarəsində işlədiyini, geniş çevrəsi olduğunu, Dövlət Sosial Müdafiə Fondunda yüksək vəzifədə işləyən yaxın bir adamının olduğunu, hər hansı bir sözü olarsa müraciət edə biləcəyini Vüsala bildirmişdir. Tural Vüsalın anasının zob xəstəliyi, xalasının isə 3 övladı olmasına görə pensiya verilməsi məsələsi ilə bağlı Vüsalı aldadıb həmin məsələləri həll etməyi üzərinə götürməklə anasının pensiya işi ilə bağlı 3.000 və xalasının işi ilə bağlı 2.500 manat olmaqla cəmi Vüsaldan 5.500 manat pul istəyib almışdır. Turalın deməsi əsasında Dövlət Sosial Müdafiə Fondunda yüksək vəzifədə işləyən yaxın bir adamının olduğunu, hər hansı bir sözü olarsa müraciət edə biləcəyini Vüsala demiş, Tural özü də bunu təsdiq etmişdir. Lakin həmin vaxt Turalın Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində işlədiyini deməmiş, çünki özü də bilməmiş, ola bilsin, dövlət işi demiş, Vüsalın yadında elə qalmışdır. O, özü sonradan bu barədə bilmişdir. Həmin vaxt Vüsal Turala pensiya ilə bağlı müraciət etmiş, aralarında danışıqlar olmuşdur. Sonradan özlərinin şəxsi münasibətləri yarandığına görə o, danışıqlarında iştirak etməmişdir. Turalın hansı işlə bağlı Vüsala nə söz verdiyini. Vüsaldan nə qədər pul alıb-almadığını bilməmişdir. Bu barədə sonradan Vüsal ona demişdir. O, özü bu işlərdə bilavasitə iştirak etməmiş, sonradan Turalı tapa bilmədikdə Vüsal ona zəng edərək Turalı soruşduqda da işdə olduğunu. Turaldan özünündə xəbəri olmadığını bildirmiş, artıq özlərinin münasibəti yarandığından işlərinə qarışmamışdır. Dəqiq tarixi xatırlamasa da 2020-ci ilin dekabr ayı ərəfəsində xalası dedikdən sonra Turalla xalası Pərvanəgilə getmişlər. Orada onun yanında xalası Turala 3.500 manat pul vermişdir. Ondan sonra Tural xalasını da aldadıb pullarını qaytarmamışdır. O özü də xalasının yanında buna görə pis vəziyyətdə qalmışdır. Hər dəfə Turala xalasının pulunu qaytarmasını dedikdə Tural müxtəlif bəhanələr gətirərək qaytaracağını demişdir. Xalası hər dəfə ona zəng etdikdə o da Turala zəng etmiş, sonuncu da pulu qaytaracağını bildirmişdir. O da inanıb xalasına narahat olmamasını demişdir. Lakin sonradan Tural tutulmuş və heç bir pulu qaytarmamışdır. Məhkəmə həmin epizodla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 2-ci cild 93-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid13 20 oktyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq Təqsirləndirilən şəxs onun oğluna pensiya düzəldəcəyini bildirərək, ondan 3500 manat məbləğində pul alaraq ələ keçirdiyini bildirmişdir. Cinayət işinin 2-ci cild 256-259-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 dekabr 2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid13 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmışdır. Keçirilmiş üzləşdirmə zamanı Şahid13 özünü Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı kimi təqdim edərək anadangəlmə qüsurlu övladına pensiya düzəltmək müqabilində onu aldadıb ondan 3.500 manat pulunu aldığını bildirməklə ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs ifşa etmişdir. Təqsirləndirilən şəxs Şahid12 məxsus 5500 manat pulu ələ keçirməsi epizodu üzrə məhkəmə aşağıdakıları müəyyən etmişdir: Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2020-ci ilin dekabr ayından tanımış, aralarında heç bir münasibət olmamışdır. O, Turalı dostu İbrahim vasitəsilə tanımış, Etibar Sərhədovu isə təxminən 3 ildən artıqdır ki, tanımış, Etibar onun evində təmir zamanı usta kimi işləmişdir. Onun Etibarla münasibəti ailəvi dostluğa çevrilmişdir. İbrahim də Etibarın arvadı Pərvanənin bacısı Qumrunun oğludur. İbrahimi də Etibargildə olanda ilk olaraq görüb tanımış, sonradan münasibətləri yaranmışdır. 2020-ci ilin dekabr ayında İbrahimin dayısı Asifin baldızının yas mərasimində o da iştirak etmişdir. Həmin vaxt Tural da İbrahimlə həmin yas mərasiminə gəlmiş və ilk dəfə Turalı orada görüb tanımışdır. O, İbrahimdən Turalın kim olduğunu soruşduqda, İbrahim Turalın Bakıdan gəldiyini, dostu olduğunu, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı olduğunu, geniş çevrəsi olduğunu, Dövlət Sosial Müdafiə Fondunda da yüksək vəzifədə işləyən yaxın adamı olduğunu bildirmiş və demişdir ki, hər hansı bir problem olduqda, Tural kömək edə bilər. Söhbət zamanı Tural özü də İbrahimin dediklərini təsdiq etmişdir. O da Turala anasının zob xəstəliyi ilə əlaqədar əməliyyat olunduğunu, bununla bağlı ömürlük dərman atdığını demiş və anasına pensiya düşüb-düşmədiyini soruşmuşdur. Tural anasına pensiya düşdüyünü bildirərək, öz anası və qaynanasına da pensiya düzəltdiyini bildirmişdir. O, Turaldan anasının da pensiya almasına kömək edə biləcəyini soruşduqda, Tural müsbət cavab verərək anasının pensiya almasına kömək edə biləcəyini demiş və bunun müqabilində ondan 3.000 manat pul istəmişdir. Tural həmin puldan 600 manatının Bakıda rəy verəcək həkim komissiyasına çatacağını, müəyyən hissəsinin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində yüksək vəzifədə işləyən Həbib müəllimə, digər hissəsinin isə Həbib müəllimə görə tanıdığı, DSMF-də işləyən yüksək vəzifəli şəxsə çatacağını, özünə isə çox az pul qalacağını bildirmişdir. Tural onun anasına 1-ci qrup əlillik dərəcəsi düzəldəcəyini, buna görə anasının aylıq 230 manat məbləğində pensiya alacağını da bildirmişdir. O, razılaşmış və Tural pulu nə qədər qısa zaman ərzində verərsə işin bir o qədər tez həll olunacağını, çox az yer qaldığını, tez hərəkət etməyini bildirmişdir. Buna görə də o, 10 gün ərzində iri buynuzlu heyvan satıb 1.000 manat pul düzəldib 2021-ci ilin yanvar ayının əvvəllərində Şirvan şəhərində “Azpetrol” yanacaq doldurma məntəqəsinin həyətində Turalla görüşüb şəxsən Turalın özünə vermişdir. Həmin vaxt o, Turala qalan pulu düzəldə bilmədiyini, işi görən şəxsin iş düzəldikdən sonra anasınınn pensiya kartını götürüb pulu düzələnədək kartdan aybaay pulu almağını, sonra kartı verə biləcəklərini bildirmiş, Tural da razılaşıb 1.000 manat pulu almış, yerdə qalan 2.000 manat pulu da işi düzəldən şəxsin kartdan çəkib götürəcəyini, öz pulunu götürdükdən sonra kartı verəcəyi barədə razılığa gəlmişlər. Bu iş prosesində onun da Turalla münasibəti yaranmış, getdikcə onlar bir-birilərinin evinə də get-gəl etməyə başlamış, tez-tez zəngləşib birlikdə vaxt keçirirmişlər. O, pulu verdikdən təxminən 2 gün sonra Turalla danışan zaman Tural işi düzəldən adamın pulu artıq yazdırdığını, ilk aylarda 250 manat pul ala biləcəklərini bildirmişdir. Turala 1.000 manat pulu verdikdən təxminən 1 həftə sonra Hacıqabul rayonunda yerləşən Qədir-Xum restoranında Turalla oturub çay içərkən söhbət əsnasında Tural qohum, dost, tanışlardan başqa şəxsin də ehtiyacı olduğu halda kömək edə biləcəyini, xəstələrə, pensiya yaşına azqalmış şəxslərə, 3 övladı olanlara pensiya düzəldə bildiyini demişdir. Həm də Tural 2 şəxs olarsa rüsumun guya az olacağını və növbəti dəfə başqa bir şəxsə pensiya düzəltmək istədiyi halda həmin şəxsə pensiyanın pulsuz düzəldiləcəyini bildirmişdir. O da Turala bir xalasının 3 övladı olduğunu, dolanışıqlarının da çox zəif olduğunu, pensiya düzəldə biləcəyini dedikdə Tural müsbət cavab verərək düzəldə biləcəyini demiş və artıq iki iş üçün ümumilikdə 5.500 manat pul istəyib dediyi kimi 2 iş olduğuna görə 500 manatın güzəşt edildiyini bildirmişdir. O da xalası oğlu ilə bu barədə danışmış və anasının işinə görə pul verdiyini bildirmişdir. Xalası oğlu Elşad da məsələni müsbət qarşılamış, lakin imkanı varsa onun yerinə pulu onun verməyini xahiş etmiş, sonra işləyib onun pulunu verəcəyini bildirmişdir. O da razılaşmış və yerdə qalan 4500 manat pulu o, özündən Turala vermişdir. Tural o, şirkətdə işlədiyi üçün hər zaman dövriyyədə pul olduğunu bildiyindən tez-tez ona zəng edərək işin həll edilməsi üçün ondan pul istəyirmiş. Tural hər dəfə ona zəng edib pulu istədikdə, o, 2021-ci ilin yanvar və fevral aylarında Şirvan şəhərində müxtəlif günlərdə və müxtəlif “MiiliÖn” aparatları vasitəsilə Turala məxsus olan “Kapital” bankın kartına göndərmişdir. Tural ilk danışıqlarından hər iki işin təxminən 2 ay ərzində, yəni 2021-ci ilin mart ayında həll olunacağını, yəni həmin aydan artıq pulun karta köçürüləcəyini, hər ikisinin eyni məbləğdə, 230 manat pul alacağını bildirmişdir. 2021-ci ilin fevral ayının sonlarında Tural ona zəng edərək anasını və xalasının ikisini də Hacıqabulda yerləşən Kapital banka aparıb hər ikisinin adına debet kart çıxartdırmağını bildirmişdir. Bunu dedikdə o, Turaldan şübhələnib debet karta dövlət tərəfindən necə pensiya köçəcəyini düşünmüş və bu barədə Turaldan soruşmuş, Tural bu cür işlərin əslində 1 il müdətində həll olunduğunu, bu işi tez həll etdiyi üçün sistemdə görünməsin deyə pulların ilk 6 ay ərzində dövlət tərəfindən debet karta köçəcəyini demişdir. 2021-ci ilin mart və aprel aylarının sonunda anası ilə xalasının adlarına olan debet kartlara 219 manat pul köçmüşdür. Hər iki pulu çıxartmışlar. Tural hər iki karta 230 manat pul köçdüyünü, faiz tutulduqdan sonra 219 manat aldıqlarını bildirmişdir. Tural danışıq zamanı pulun da köçdüyünü, özünün fırıldaq insan olmadığını, ona daha rahat şəkildə inanmağını bildirmişdir. Aprel ayında pulu almaqlarına baxmayaraq ailə üzvləri, dostları bu işin düzgün olmadığını, onun aldadıldığını bildirmişlər. O, Turalla münasibətləri olduğunu, dostluq etdiyini, evində olduğunu deyərək Turalın bu dərəcədə onu aldada biləcəyinə inanmamışdır. Lakin aprel ayında pulu aldıqdan sonra artıq şübhələri artdığına görə anasını götürüb “Kapital” banka getmiş və hesabdan çıxarış almışdır. Orada bank əməkdaşı anasının kartına köçən pulun dövlət tərəfindən deyil, hansısa bir şəxs tərəfindən aparat vasitəsilə karta qoyulduğunu bildirmişdir. Bundan sonra, o, Turalın onu aldatdığını başa düşmüşdür. Bundan sonrao, dərhal Turalla əlaqə saxlayıb pullarını geri qaytarmasını, bu işin fırıldaq olduğunu, 2 ay ərzində hər iki karta köçən pulları hesablayıb çıxmasını, yerdə qalan pulunu isə ona qaytarmasını tələb etmişdir. Tural isə işin yalan, fırıldaq olmadığını dedikdə, o, artıq bu işi istəmədiyini demişdir. Tural heç bir etiraz etmədən, arxayın halda yaxın günlərdə pulunu geri qaytaracağını bildirmişdir. Bu söhbətdən təxminən 1 həftə sonra o, Turaldan səs çıxmadığına görə zəng etməyə başlamışdır. Lakin Tural ondan qaçaraq gah telefonları söndürmüş, gah telefonlara cavab verməmiş, gah da müxtəlif bəhanələr gətirərək pulunu verməkdən imtina etməsə də, real olaraq pulunu verməmişdir. Bir müddət sonra Turalın onda olan nömrələrinə zəng çatmadığı üçün əlaqəsi tam kəsilmişdir. Bundan sonra o, İbrahimə bu barədə bildirdikdə, İbrahim Turalın yerini bilmədiyini, özünün də əlaqəsi olmadığını bildirmişdir. Sonradan o, Turalın Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən dələduzluq etdiyinə görə tutulduğunu eşitmiş və o da ərizəsiylə müraciət etmək qərarına gəlmişdir. Şirvan RPŞ-yə müraciət etmiş, müraciəti əsasında Turalı polis şöbəsinə dəvət edib izahatını almışlar. Bundan sonra Tural onunla görüşüb tutulmağının ona sərf etməyəcəyini, pulu qaytarmaq üçün azadlıqda olmasının lazım olduğunu və 1 ay ərzində pulunu qaytaracağını bildirmiş və ərizəsini geri götürməyini xahiş etmişdir. O, bir daha inanıb ərizəsini geri götürmüş, Turaldan şikayəti olmadığını bildirmişdir. 1 ay sonra Tural yenidən itmiş və zənglərinə cavab verməmişdir. 2021-ci ilin sentyabr ayında o, Turalın həbs olunduğunu bilmişdir. Bundan sonra, o, Turalgilin evinə getdikdə də, Turalın atası Məharət Turalın həbs olunduğunu təsdiq edərək onun şikayət etməməyini, Turalın qısa zamanda çıxacağını, şikayət etdiyi halda işin artacağını, Tural çıxdıqda qısa zamanda pulunu qaytaracaqlarını bildirmişdir. O da buna görə şikayət etməmişdir. Ondan sonra Turalın azad olunduqdan sonra da pulları qaytarmayacağını düşünüb şikayət etmək qərarına gəlib şikayət etmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid12 bildirmişdir ki, o, Turalın evində də olmuşdur. Tural Bakı şəhərində kirayədə yaşayırmış, rayonda da evi var imiş, rayonda evində olmuşdur. O, Həbib adlı şəxs tanımamış, lakin Tural Həbib adlı əxsin adını çəkirmiş və işi də həmin şəxslə gördüyünü deyirmiş. Tural Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı olduğunu demişdir. Tural özü Baş İdarənin gizli əməkdaşı olduğunu, Baş İdarəyə məlumat ötürdüyünü, arxasında mötəbər şəxslərin dayandığını ona demişhir. Turalın istifadəsində çoxlu nömrələri olmuş, tez-tez mobil nömrələrini dəyişirmiş. Tural onunla həmişə “votsap” la danışırmış. O, Turaldan bunun səbəbəini soruşduqda, Tural məxfi işlərlə məşğul olduğuna görə bu cür danışmağa məcbur olduğunu demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. Şahid12 doğma bibisi oğludur. Onlar ailədə 3 uşaq olmuşlar. Lakin Dilşad adlı bacısı 13 yaşında olarkən xəstəlikdən vəfat etmişdir. Pensiya alan dost tanışdan, qonşulardan maraqlandıqda, 3 uşağa görə anasının pensiya ala biləcəyini eşitdiklərindən, o, bu barədə bibisi oğlu Vüsala bildirmişdir ki, bu işlə bağlı tanışı olarsa maraqlansın ki, anasına belə bir pensiya düşür ya yox. Təxminən 2021-ci ilin yanvar ayında Vüsal ona zəng edərək anasının 3 uşağa görə pensiya ala biləcəyini bildirmiş və pensiya düzəltmək fikrində olub-olmamaqlarını soruşduqda, o, razılıq vermişdir. Bundan sonra Vüsal bir nəfər dostu olduğunu, bu işi həmin dostu həll edə biləcəyini bildirmişdir. Sonra Vüsal onun yanında Tural adlı şəxsə zəng etmiş və telefonu səs ucaldana qoymuşdur ki, Turalla danışığı o da eşitsin. Tural anasına 3 uşağa görə pensiya düşdüyünü, özünün bu məsələni həll edə biləcəyini bildirib anasının şəxsiyyət vəsiqəsinin surətini atmaqlarını, guya özünün sistemdə bir daha anasına pensiya düşübdüşməyəcəyini yoxlatdıracağını bildirmişdir. O, Turala şəxsiyyət vəsiqəsinin şəklini atmış və 5 dəqiqə sonra Tural Vüsala zəng edərək anasına pensiya düşdüyünü bildirmiş və bu işin həll edilməsi üçün 2.500 manat pul lazım olduğunu demişdir. O, Vüsaldan Turalın kim olduğunu soruşduqda, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin işçisi olduğunu, özünün Turalı tanıdığını bildirmişdir. O, Vüsalın anası bibisi Taciyə üçün də Tural vasitəsilə pensiya düzəltdiyini, Turalın 3.000 manat istədiyini bilirmiş. O, Vüsala hazırda o qədər pulunun olmadığını, imkanı varsa onun yerinə Turala pul verməsini, hissə-hissə olmaqla Vüsalın pulunu qaytaracağını bildirdikdə, Vüsal etiraz etməmişdir. Bundan təxminən 1 həftə sonra Vüsal anasının “Kapital” banka müraciət edərək adına kart açdırmasını demişdir. Anası da banka müraciət etmiş və elə bibisi Taciyə ilə birlikdə ikisi də “Kapital” bankdan kart almışlar. Sonra səhv etmirsə 2021-ci ilin mart-aprel aylarında 219 manat karta pul köçmüşdür. Bundan başqa karta pul gəlməmişdir. Sonradan o, aldanıldıqlarını, Turalın Vüsalı aldatdığını bilmişdir. Bibisi oğlu Vüsal telefonla təqsirləndirilən şəxslə danışarkən səsgücləndiriciyə qoymuş, Turalın Vüsalla danışığını o da eşidirmiş. Vüsal ona demişdir ki, Tural onun anası üçün də pensiya düzəltməyə söz verib və buna görə Tural Vüsaldan 5000 manat pul istəmişdir. O, anasının pensiya işi ilə əlaqədar rayonda aidiyyati yerlərə müraciət etməmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid14 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs tanımır, kim olduğunu bilmir. Oğlu Vüsalın yazdığı ərizədə göstərilən xüsusatlarla tanış olmuşdur. O, təxminən 10 ildir zob xəstəliyindən əziyyət çəkir, mütəmadi olaraq müayinələrdə olur, müalicələr edir. Təxminən 2020-ci ilin dekabr ayı ərəfəsində oğlu Vüsal evdə olarkən xəstəliyilə bağlı ona pensiya düzəldəcəyini bildirmiş, o da etiraz etməmişdir. Lakin əlavə olaraq oğlundan nəyi necə edəcəyi barədə soruşmamış, oğlu da ona bir söz deməmişdir. O, oğlunun kimlə danışdığını, kimlə görüşdüyünü, ümumiyyətlə məsələnin necə həll olunacağından xəbəri olmamışdır. Oğlu Şahid12 ifadəsində Təqsirləndirilən şəxs adlı şəxsi sonuncunun dostu İbrahim vasitəsilə tanıdığını, İbrahimi isə qohumu Etibar Sərhədov vasitəsilə tanıdığını bildirməsi, Təqsirləndirilən şəxsla arasında səmimi münasibət yarandığını, Turalın ona pensiya düzəldə biləcəyi barədə söz verdiyini, bunun müqabilində Turaldan 3.000 manat pul istəyib aldığını bildirməsi, daha sonra xalasının da pensiya işi ilə bağlı Turalla danışmış, sonradan bu barədə xalası oğlu Elşada bildirməsi, razılığını aldıqdan sonra ümumi olaraq 5.500 manata razılığa gəlib həmin pulu Turala verməsi ilə bağlı ifadəsində göstərmişdir ki, nə Turalı, nə İbrahimi, nə də ki, Etibar adlı şəxsi tanımır. Onun iki oğlu vardır və kifayət qədər dostları, tanışları vardır, sonuncuların ən yaxın dostlarından başqa ətraflarında olan digər şəxsləri tanımır. Oğlanlarının hər ikisi artıq ailə sahibidirlər, az yaşları yoxdur və işlərinə artıq qarışmır. Oğlu Vüsal da ona xəstəliyiylə bağlı pensiya işini həll edəcəyini dedikdə o, əlavə sual verib işinə qarışmamış, övladının anasına görə, anasının xəstəliyinə görə pensiya almasını istədiyi üçün bu addımını müsbət qarşılamışdır. Oğlunun kimlə danışdığını, kimlə görüşdüyünü, bu məsələni necə, hansı yolla həll edəcəyini bilməmiş, bu barədə oğlundan heçnə soruşmamış, oğlu da ona bir söz deməmişdir. Oğluna arxayın olduğundan pis bir iş görməyəcəyinə əmin olmuşdur. Bir dəfə oğlu ona «Kapital» bankdan onun adına kart çıxarmaq lazım olduğunu demiş və o da banka gedib bir dəfə qeydiyyat məsələsin həll etmiş, 1 həftə sonra isə gedib kartı almışdır. Kartı 2021-ci ilin yanvar ayında almış, bundan başqa heç bir işə qarışmamış, oğlundan heçnə soruşmamış, məsələnin həll olunduğu halda oğlunun özü gətirib ona pulu verəcəyini gözləmişdir. Artıq oğlu Tural barəsində şikayət ərizəsi yazdıqdan sonra o, Tural adlı şəxs olduğunu, oğlunu aldatdığını, 5.500 manat pul aldığını, qaytarmadığını, Turalın artıq hansısa işə görə tutulduğunu bilmişdir. Həmçinin o, kart məsələsi ilə bağlı banka müraciət etdikdə qardaşının arvadı Zeynəbin də pensiya işi ilə bağlı banka müraciət etdiyini bilmiş və kartlarını bərabər gedib bankdan götürmüşlər. Sonradan o, Zeynəbin işi ilə bağlı da Turalın Vüsalı aldatdığını bilmişdir. Zeynəb onun qardaşı arvadıdır, bir qohum kimi övladları xala deyərək müraciət edirlər. Bundan başqa onun heç bir işdən xəbəri olmamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid15 ifadəsindən görünür ki, Şahid12 baldızının oğludur. Təqsirləndirilən şəxs tanımır, kim olduğunu bilməmişdir. Şahid12 Hacıqabul rayonu, Qarasu kənd sakini Təqsirləndirilən şəxs barəsində Baş İdarəyə daxil olmuş müvafiq ərizəsi ilə tanış olmuşdur. Onun üç övladı olmuş, böyük oğlu Elşad 1989-cu ildə, ikinci övladı Dilşad 1990-cı ildə, sonuncu övladı Anar 1994-cü ildə anadan olmuşdur. Övladlarından Dilşad 13 yaşında olarkən xəstəlikdən vəfat etmişdir. Təxminən 2021-ci ilin yanvar ayında oğlu Elşad ona pensiya düzəltmək fikrində olduğunu, 3 övladı olduğuna görə ona pensiya düşə biləcəyini, belə bir məlumat eşitdiyini bildirmişdir. O da oğlunun dediklərinə etiraz etməmiş, lakin əlavə olaraq oğlundan nəyi necə edəcəyi barədə soruşmamış, oğlu da ona əlavə bir söz deməmişdir. o, oğlunun kimlə danışdığını, kimlə görüşdüyünü, ümumiyyətlə məsələnin necə həll olunacağından məlumatı olmamışdır. Qohumu Şahid12 ifadəsində Təqsirləndirilən şəxs adlı şəxsi sonuncunun dostu İbrahim vasitəsilə tanıdığını, İbrahimi isə qohumu Etibar Sərhədov vasitəsilə tanıdığını bildirməsi, Təqsirləndirilən şəxsla arasında səmimi münasibət yarandığını, Turalın anasına pensiya düzəldə biləcəyi barədə Vüsala söz verdiyini, bunun müqabilində Turaldan 3.000 manat pul istəyib aldığını bildirməsi, daha sonra Vüsal onun da pensiya işi ilə bağlı Turalla danışdığını, sonradan bu barədə Elşada bildirməsi, razılığını aldıqdan sonra ümumi olaraq 5.500 manata razılığa gəlib həmin pulu Turala verməsi, ilə bağlı ifadəsində göstərmişdir ki, o nə Turalı, nə İbrahimi, nə də ki, Etibar adlı şəxsi tanımamışdır. Oğlu ona 3 övladı olduğuna görə pensiya düşə biləcəyi, pensiya düzəltmək istədiyi barədə bildirmiş, o da razılıq verərək oğlunun fikrini müsbət qarşılamışdır. Ümumiyyətlə o da övladının biri vəfat etsə də, 10 yaşından yuxarı olduğuna görə ona 3 uşaqlı ana kimi pensiya düşəcəyini eşitmişdir. Buna görə də, oğlu ona bu barədə dedikdə ona inandırıcı gəlmişdir. Lakin oğlunun məsələni necə, hansı qayda ilə, kiminlə həll edəcəyini bilməmişdir. Oğlunun Vüsalla danışdığını, Tural adlı bir şəxs olduğunu, Vüsalı aldatdığını çox sonralardan bilmişdir. Oğlunun kimin kimə pul verməsindən xəbəri olmamışdır. Oğluyla Vüsal bütün məsələləri özləri öz aralarında danışmışdır. O, işlərinə qarışmamışdır. Vüsal onun baldızı oğludur, qohum kimi çox yaxşı münasibətləri vardır. Vüsalla o, doğma xala bacıoğlu kimi münasibətdədirlər. Oğlu on kart çıxarmaq lazım olduğunu dedikdən sonra o, baldızı oğlu Vüsalın anası Taciyəyə də pensiya düzəltdiyini bilmişdir. O da Kapital banka müraciət edib qeydiyyata düşmüş, bir həftə sonra Taciyə ilə birlikdə gedib kartlarını götürmüşlər. Kartı da götürdükdən sonra Elşada vermişdir. Bundan başqa onun heç bir işdən xəbəri olmamışdır. Sonradan olanları Vüsal şikayət verdikdən sonra elə uşaqlardan eşitmişdir. Həmin epizodla bağlı cinayət işinin 2-ci cild 98-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid12 20 oktyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq Təqsirləndirilən şəxs onun anasına və xalasına pensiya düzəldəcəyinə inandıraraq, onun 5500 manat pulunu ələ keçirdiyini bildirmişdir. Cinayət işinin 2-ci cild 121-124-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 noyabr 2021-ci il tarixli elektron yaddaş daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid12 tərəfindən istintaqa təqdim edilmiş elektron yaddaş daşıyıcısına baxış keçirilmiş, həmin baxış zamanı “Elektron yaddaş daşıyıcısında” müxtəlif səs yazıları və şəkil faylları olduğu müəyyən olunmuşdur. Baxışda iştirak edən Şahid12 ifadəsində qeyd etdiyi kimi həmin səs yazılarının Təqsirləndirilən şəxsla onun arasında olduğunu, həmin səs yazılarının müvafiq pensiya məsələsi ilə bağlı aralarında olan danışıqlardan ibarət olduğunu bildirmişdir. Fayllara daxil olub ardıcıllıqla baxdıqda, Şahid12 qeyd etdiy kimi Təqsirləndirilən şəxs məxsus ilk səs yazısında Təqsirləndirilən şəxs pensiyaların köçmədiyini, öz anası və qayınanasının belə pensiya almadığını, özünün yalan demədiyini, pensiyaların hələki köçmədiyini bildirmişdir. Növbəti səs yazısında Təqsirləndirilən şəxs Şahid12 600 manatı yollamağını, 400 manatı isə sabah yollamağını bildirmişdir. Səs yazısında Tural 350-ni başa düşdüyünü, səhər isə 400 manat verəcəyini soruşur. Həmçinin, səs yazısında Turalın Vüsalla danışdığı, 4 dənə söhbətini neynəyəcəklərini soruşduğu, bunlar olaraq adlandırdığı kimlərinsə həkimin yanına gedəcəyini bildirdiyi müəyyən olunmuş və Tural sənədləri aparıb qeydiyyata işləməli olduqlarını, onların özlərinə öz yanlarından vermələrini deyə bilmədiyini, artıq ikinci-üçünçü adamı xahiş etdiyini bildirmişdir. Növbəti səs yazısında Tural Pərvanə adlı şəxsin Masallıda baş həkimlə bağlı nəsə atdığını, özünün xəbəri olduğunu, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindəkilərin onunla qardaş olduğunu, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinin onun qaqası olduğunu, İbrahimin də bunu bildiyini, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ondan məlumatı olduğunu, onların orda-burda danışmamasını, kiməsə problem çıxmasının lazım olmadığını, özünə onsuzda problem çıxmayacağını, başqa adama problem çıxmamasını, ayıb olacağını bildirmişdir. Digər səs yazısında Tural hansı həkim onu görmürsə həmin şəxsi narahat edə biləcəyini nalayiq sözlərlə bildirmişdir. Növbəti səs yazısında isə Tural Azərbaycanın hər bir bölgəsində polisin və Korrupsiyanın ona aid olduğunu bildirmişdir. Növbəti səs yazısında Tural Vüsaldan anasıgilin işini nə etmək istədiyini soruşur və kimlərinsə onu yığdığını, əgər pullarını almaqlarını fevral ayında düzəltmək istəyirlərsə düzüb-qoşacağını, mart ayına istəyirlərsə işlərini bilmələrini, mart ayına düzüb-qoşa biləcəklərini bildirmişdir. Növbəti bir səs yazısında Tural Vüsalın anası və xalasının fevral ayında pensiya ala bilsinlər deyə onların kartoçkaların otuzdurmaq üçün mühasibatlığa verməyə 135 manat pul lazım olduğunu, narahat olmamaqlarını, məsələnin 100 faiz həll olacağını bildirmişdir. Növbəti səs yazısında Tural bu gün köçməsə pensiyaların 1-ci gün köçəcəyini, narahat olmamağını, özünün bu barədə soruşduğunu Vüsala bildirmişdir. Növbəti səs yazısında Tural Bakıda olduğunu, pensiya fonduna, yəni məsələnin nə olduğunu aydınlaşdırmaq üçün DSMF-yə getdiyini, öz işləri qalıb bir kənarda bu işə görə zibilə düşdüyünü bildirir. Növbəti səs yazısında Tural Vüsala müraciət edərək danışdığını, bugün olacağını, narahat olmamağını, özünün danışıb çöllərə düşdüyünü, 5.500 manat pul lazım olduğunu, 3200 manat hazırda özündə olduğunu, qalan pulu tapa bilmədiyini, tapdığı pulu dostlarının kömək etdiyini, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə getdiyini, oradan da ona 1.000 manat pul veriləcəyini, qalan hissənidə axtardığını bildirmişdir. Növbəti səs yazısında Tural Vüsala səbrli olmağını, kimlərinsə çıxarış edəcəyini, özünündə pis vəziyyətdə qaldığını, özünündə danlandığını, yüz neçə nəfər adamın bir kəlmə danışmadığını, əvvəldən özünün 6 ay başqa cür olacağını dediyini, bütün hər şeyinin məhv olduğunu, bundan sonra qızıldan don geyinsə də onların bunu yaxına qoymayacağını bildirmişdir. Növbəti bir səs yazısında Tural yenə həyatının söndüyünü, hər şeyin məhv olduğunu, milyon dənə adamlar gətirib işlədiyini, 5-10 manat qazandığını, indi ondanda olduğunu, bunları tapmağın ona lazım olmadığını bildirərək İbrahim adlı şəxsi nalayiq sözlərlə söydüyü müəyyən edilmişdir. Növbəti səs yazısında Tural Vüsala müraciət edərək əsəblərinin pozulduğunu, bilavasitə onun işinə görə onu danladıqlarını, bunun heyfini ondan çıxacağını və niyə ondan heyf çıxdığını soruşmasın deyə əvvəlcədən onu xəbərdar etdiyi müəyyən edilmişdir. Növbəti səs yazısında Tural Vüsala müraciət edərək burada olduğunu, idarə müdirinin qəbuluna girdiyini, özünündə Vüsalın onu çox yığmağından xoşu gəlmədiyini, bir belə insan içində bir dənə onun işinin alınmadığını, artıq heç nəyin önəmli olmadığını, bu dəqiqə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəni yığıb bura tökəcəyini, kimin tutulacağının artıq ona önəmli belə olmadığını, kim saxta iş görür, kim saxtalıqla məşğuldusa, fərqi yoxdu dövlət işçisi olsun ya vətəndaş hamısını bu dəqiqə rüşvətxorluqla içəri qoyduracağını bildirmişdir. Növbəti səs yazısında Tural bazar günü bunlarda iş olduğunu deyərək 1-ci gün pensiyaların milyon faiz köçəcəyini, bayaq onunda söhbətini etdiyini, çünki digər adamlarında soruşduğunu, onun pulunu isə 3-cü günəcən yarı-yarı da olsa alıb vurduracağını, narahat olmamağını Vüsala bildirir. Elektron yaddaş daşıyıcısında olan şəkillərdən ibarət olan fayllara baxdıqda Təqsirləndirilən şəxsla Şahid12 arasında olan “Whatsapp” ani mesajlaşma və internet mobil tətbiqi vasitəsilə olan sms yazışmalarının ekran görüntülərinin əks olunduğu müəyyən olunmuşdur. Həmin yazışmaların müəyyən qismində nömrə yerində Tural adının yazıldığı, müəyyən qismində isə +99***-***-**-** saylı mobil nömrənin olduğu, yazışmaların bəzilərində əks olunan tarixlərə əsasən yazışmaların 2021-ci ilin yanvar, mart, may aylarında olduğu müəyyən edilmişdir. Müvafiq yazışmalara əsasən Təqsirləndirilən şəxs Salyanda olduğu, tutulan adamı apardıqlarını, şəkil atıb altından bunu heç bir yerdə paylaşmamağı bildirərək Şirvana bələdiyyəni götürməyə gəldiklərini, tədbirdə olduğunu, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri ilə bir yerdə olduğunu qeyd etdiyi kimi mesajlar olduğu müəyyən olunmuşdur. Digər yazışmalarda Şahid12 Turalı dəfələrlə axtarsa da, sonuncunun telefonlara cavab vermədiyi, 3 aydır ki, onu müxtəlif bəhanələrlə aldatdığı, ona inansa da, Turalın onu pis vəziyyətdə qoyduğu, Turalın isə cavab olaraq yazılarında özünün indi gəldiyini, Vüsala heçnə atmadığını bildirdiyi, aradan pərdə götürməməsini, hörmət qalmayacağını bildidiyi əks olunmuşdur. Növbəti yazışmaların birində isə Turalın işi görən şəxslərin yuxarı ilə danışdıqlarını bildirərək 4169- 7413-8304-1371 saylı "xxxx" ASC-yə məxsus bank kartının nömrəsini göndərdiyi, Vüsalın cavab olaraq pul köçdükdən sonra pulu alıb atacağını, 600, 400, 350 manat göndərəcəyini, qalanını isə fevral ayında, yəni 650 manatı fevral ayında göndərəcəyini yazmışdır. Sonrakı yazışmalarda Turalın Vüsala onun işi ilə bağlı adam var onunla danışdığını, idarədə olduğunu, gözləməsini, saat 18-də ya dəqiq olacağını, ya da, geri qaytartdıracağını, məsələnin danışıldığını yazdığı, Vüsalın isə artıq bezdiyini, niyə problem olduğunu, niyə məsələnin gecikdiyini, pensiya köçdükdən sonra pulu götürüb ona verə biləcəyini əvvəldən ona dediyini və sair bu kimi mesajlar yazdığı müəyyən edilmişdir. Sonrakı yazışmalarda Turalın komissiyanın bitməsinə bir gün qaldığını, bitən kimi pulların vurulacağını, 380 nəfərin pensiya pulunun kəsildiyini, komissiya var deyə yoxlanış getdiyi üçün problem yarandığını, digər yazışmada pensiya verilən fondda olduğunu bildirdiyi, yarı-yarı pulların vurulduğunu, adam çox olduğuna görə uzağı 4-cü günə pulların vurulacağını bildirdiyi, 1-ci qrup üçün rəyi almağa 300 manat lazım olduğunu, qalanın isə səhər göndərə biləcəyini bildirdiyi, bunlar yazaraq hansısa şəxslərə 250 manat vermək lazım olduğunu, qalan pulu isə səhər verə biləcəyini, generala məruzə etdiklərini yazdığı, sonuncu mesaja cavab olaraq isə Vüsalın onunla razılaşıb 250 manatı Turalın öz kartına atacağını yazdığı kimi smslərin olduğu müəyyən olunmuşdur. Daha başqa smslərdə isə Turalın özünün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olduğunu bildirdiyi, Vüsalın isə cavab olaraq özünün Hacıqabulda olduğunu bildirdiyi müəyyən olunmuşdur. Sonra növbəti yazışmaların birində Turalın Vüsala bugün anası və xalasını kart üçün Kapital banka aparmasını bildirdiyi, Vüsalın yaxşı yazıb razılıq verərək 1 həftəlik kartdan pul alacaqlarını soruşduğu, Turalın isə hə deyərək müsbət cavab verdiyi müəyyən olunmuşdur. +99***-***-**-** saylı mobil nömrə ilə aparılan sms yazışmalarının birində həmin nömrədən gələn yönləndirmə mesajında “Fevral Ayi 2021ci il tarix”, onun altında “X43 Siyahisi”, onun altında isə “Eziz Vetendaslar 8.03.2021ci il tarixecen kartlara Pular oturlacaq”, ondan sonra ard-arda olmaqla Sarhadova Parvane, Huseynov İlqar, Jafarov Seyad, Mamedov Vidadi, Babayev Vuqar, Sarhadov Ehtbar, Gulsov Emin, Piryev Vuqar ad və soyadların yazıldığı və sonda isə Kadirlar.Sobesin.Diroktoru.Ceyhun.Muradov yazıldığı, həmin mesaja cavab olaraq Vüsalın bu siyahıda anası və xalasının adlarının olmadığını yazdığı, Turalın isə cavab olaraq Vüsalın anası və xalasının ikinci dəfədə olacağını, bu şəxslərin əvvəldən düzələnlər olduğunu yazdığı, Vüsalın isə necə ikinci, onda onların ayın axırına qaldığını yazdığı kimi smslərin olduğu müəyyən olunmuşdur. Sms yazışmalarının digər birində isə Turalın “**********914654” yazdığı, Vüsalın “yaxşı qaqa” deyə cavab yazdığı, sonra Turalın “qaqa atdın onlara” deyə yazdığı, Vüsalın isə hələ yas mərasimində olduğunu, oradan çıxıb atacağını, narahat olmamağını yazdığı, Turalın “ok” yazdığı və sonra Vüsalın ödəniş qəbzinin şəklini çəkib atdığı müəyyən olunur. Həmin nağd pul ödənişi qəbzinin foto şəklindən görünür ki, 07.02.2021-ci il tarixdə, saat 12:58:33-də Şirvan şəhəri, H.Əliyev prospekti, Şirvan marketdə yerləşən “MilliÖn” elektron ödəmə sistemi, 00674 nömrəli Terminal vasitəsilə X6 adına olan "xxxx" ASC-yə məxsus 4****4654 nömrəli plastik karta və ******************** hesab nömrəsinə ********* nömrəli əməliyyatla 650 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Baxış zamanı 24.12.2020-ci il tarixdə +99***-***-**-** saylı mobil nömrə ilə də yazışmaların olduğu, həmin yazışmalarda Təqsirləndirilən şəxs salam mənəm Tural, uşağın işinin hazır olduğunu, Pərvanə adlı xanımın adına yönəldilməsi üçün 60 manat pul köçürmək lazım olduğunu yazdığı, Vüsalın cavab olaraq sabah gələndə verəcəyini yazdığı, Turalın varsa kartına atmağını, Bakıda olduğunu, tezdən saat 08-də verib Şirvana çıxacağını yazdığı, Vüsalın isə Şirvanda olmadığını, ancaq səhər ata biləcəyini birtəhər etməsini Turala yazdığı və bundan sonra Turalın “4169-7413-8304-1371” yazaraq "xxxx" a aid onun özünün kodu olduğunu yazdığı müəyyən olunmuşdur. Bununla yanaşı, müvafiq fayllarda olan digər nağd pul ödənişi qəbzlərinin foto şəkillərindən görünür ki, 27.01.2021-ci il tarixdə, saat 14:05:17-də Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, Elit marketdə yerləşən “MilliÖn” elektron ödəmə sistemi, 01060 nömrəli Terminal vasitəsilə Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus 4****1371 nömrəli plastik karta və ******************** hesab nömrəsinə ********* nömrəli əməliyyatla 600 manat məbləğində pul vəsaiti, 30.01.2021-ci il tarixdə, saat 16:46:22-də Hacıqabul rayonu, H.Əliyev prospekti, Hacıqabul marketdə yerləşən “MilliÖn” elektron ödəmə sistemi, 22031 nömrəli Terminal vasitəsilə Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus 4****1371 nömrəli plastik karta və ******************** hesab nömrəsinə ********* nömrəli əməliyyatla 150 manat məbləğində pul vəsaiti, 31.01.2021-ci il tarixdə, saat 19:49:35-də Şirvan şəhəri, Cırtdan Ailəm marketdə yerləşən “MilliÖn” elektron ödəmə sistemi, 11008 nömrəli Terminal vasitəsilə X9 adına olan "xxxx" ASC-yə məxsus 6****9704 nömrəli plastik karta və ******************** hesab nömrəsinə ********* nömrəli əməliyyatla 100 manat məbləğində pul vəsaiti, 16.02.2021-ci il tarixdə, saat 12:58:16-da Şirvan şəhəri, Cırtdan Ailəm marketdə yerləşən MilliÖn elektron ödəmə sistemi, 11008 nömrəli Terminal vasitəsilə Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus 4****1371 nömrəli plastik karta və ******************** hesab nömrəsinə ********* nömrəli əməliyyatla 100 manat məbləğində pul vəsaiti, 24.02.2021-ci il tarixdə, saat 11:23:38-də Sabirabad rayonu, Poladtuğay kəndindəki marketdə yerləşən “MilliÖn” elektron ödəmə sistemi, 00329 nömrəli Terminal vasitəsilə Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus 4****1371 nömrəli plastik karta və ******************** hesab nömrəsinə ********* nömrəli əməliyyatla 150 manat məbləğində pul vəsaiti, 02.01.2021-ci il tarixdə, saat 10:52:20-də Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi Elit marketdə yerləşən “MilliÖn” elektron ödəmə sistemi, 01060 nömrəli Terminal vasitəsilə X6 adına olan "xxxx" ASC-yə məxsus 4****4654 nömrəli plastik karta və ******************** hesab nömrəsinə ********* nömrəli əməliyyatla 120 manat məbləğində pul vəsaiti və 15386 nömrəli nağd pul ödənişi qəbzinin foto şəklinə əsasən 25.01.2021-ci il tarixdə, saat 16:18:07-də Şirvan şəhəri, 20 yanvar küçəsi, 1.RabitəBank ASC-nin Şirvan filialında yerləşən eManat elektron ödəmə sistemi, 1274 nömrəli Terminal vasitəsilə Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus 4****1371 nömrəli plastik karta və ******************** hesab nömrəsinə ********** nömrəli əməliyyatla 600 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Baxışda iştirak edən Şahid12 qeyd olunan qəbzlərin Təqsirləndirilən şəxs köçürmə etdiyi pulların ödəniş qəbzləri olduğunu bir daha bildirərək həmin pulları Təqsirləndirilən şəxs deməsi əsasında göndərdiyini, Fatimə və Sevinc adlı şəxsləri tanımasa da, onların kartına da pulları Təqsirləndirilən şəxs deməsi əsasında göndərdiyini, Turalın həmin şəxslərin DSMF-da işlədiyini bildirərək özünün işi olduğu zamanlar həmin şəxslər DSMFda işlədiyi üçün pulları onların kartına göndərməyini, çünki həmin şəxslərin pulları çıxarıb DSMF-da lazım olan şəxsə verəcəyini ona bildirdiyini qeyd etmişdir. Cinayət işinin 2-ci cild 252-255-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 dekabr 2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid12 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmışdır. Keçirilmiş üzləşdirmə zamanı Şahid12 özünü Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı kimi təqdim edərək anası və dayısı arvadına pensiya düzəltmək müqabilində onu aldadıb ondan 5.500 manat pulunu aldığını bildirməklə ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs ifşa etmişdir. Təqsirləndirilən şəxs Şahid1 məxsus 4800 manat pulu ələ keçirməsi və 19.000 manat pulu ələ keçirməyə cəhd etməsi epizodu üzrə məhkəmə aşağıdakıları müəyyən etmişdir: Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. Tural özünü Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı kimi təqdim etmişdir. Belə ki, onun oğlu Elməddin İbrahimov 2018-ci ildə qız qaçırdığına görə AR Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə təqsirləndirilərək cinayət məsuliyyətinə cəlb edilmiş və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14.09.2020ci il tarixli hökmü ilə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Oğlu hazırda Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. 2020-ci ilin sentyabr ayının sonunda onlar hökmdən apellyasiya şikayəti verdikdən sonra bu işdə kömək edə biləcək adam axtarmağa başlamışlar. Baldızının oğlu Asif iş yoldaşının vasitəsilə tanıdığı Təqsirləndirilən şəxs adlı şəxsin bu işlərlə məşğul olduğunu və onlara kömək edə biləcəyini demişdir. Təxminən 2021-ci ilin aprel ayının 20-21-də Bakı şəhərinə gələrək, 7-ci mikrorayon ərazisində “Uğur” kafesində Turalla görüşmüşlər. Tural özünü Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı kimi təqdim edərək oğlunun həbsdən azad olunmasına köməklik edə biləcəyini, bunun müqabilində ilkin olaraq 22.000 manat verməli olduğunu bildirmişdir. O, maddi imkanının olmadığını bildirdiyinə görə Tural məbləği azaldaraq 19.000 manat məbləğində pul tələb etmişdir. Həmin gün, yəni təxminən 2021-ci ilin aprel ayının 20-21-də “Uğur” kafesində 4400 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermişdir. Pulu verərkən baldızının oğlu Şahid2 da orada olmuşdur. Tural oğlunun telefon danışıqlarını əldə edəcəyini, hakimlə danışacağını və tez bir zamanda oğlunu azadlığa çıxaracağını demişdir. Təxminən 3 gün sonra Əhmədli qəsəbəsində yerləşən “Mc.Donalds” kafesinin yanındakı çayxanada Turalla görüşmüş və əlavə olaraq 400 manat məbləğində pulu da ona vermişdir. Tural həmin vaxt ona məhkəmə baxışının yaxınlaşdığı vaxt əlavə olaraq 7-8 min manat da istəyəcəyini demişdir. Bundan 5 gün sonra Tural ona zəng edərək oğlunun günahsız olduğunu sübut edəcək səs yazılarını çıxardığını, hakimə pul verməli olduğunu demiş və 7000 manat pul gətirməyini istəmişdir. O, bunu eşidib sevinərək həmin məbləği tapacağını bildirmişdir. Lakin əvvəlcə Turalın əldə etdiyini dediyi telefon danışıqları ilə tanış olmaq üçün Turalla görüşsə də, Tural həmin səs yazılarının məxfi olduğunu bildirib ona göstərməmişdir. Bu səbəbdən də, qalan məbləği Turala verməmişdir. Bu işdən şübhələndiyindən Şirvan Apellyasiya Məhkəməsinə getmişdir. Məhkəmədə oğlunun işi ilə kiminsə maraqlandığını soruşduqda, ona bu işlə bağlı heç kimin məhkəməyə müraciət etmədiyi məlum olmuşdur. Daha sonra o, tanıdığı vəkillərə bu barədə demiş və onlar Turala qalan pulu vermədən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etməyini bildirmişlər. O da Turala zəng edərək verdiyi ümumilikdə 4800 manat məbləğində pulu geri tələb etmiş, lakin Tural hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, ona demişlər ki, Tural yol tapıb kömək edə biləcək bir adamdır, o da inanıb təqsirləndirilən şəxslə görüşüb söhbət etmişdir. Videoçəkilişi ondan xəbərsiz etmiş, birinci dəfə pulu verəndə çəkməmiş, 400 manatı verəndə çəkmişdir. Turaldan soruşmuşdur ki, ondan 4400 alıb, Tural aldığını demişdir. Ondan təqsirləndirilən şəxs cəmi 4800 manat almışdır. Həmin pulu ona təqsirləndirilən şəxsin atası qaytarmışdır. Tural hər hansı vəsiqə və ya digər sənəd göstərməmişdir. O, hər dəfə Turala zəng edəndə rəisin yanında iclasda olduğunu, həmişə səhər saat 10-dan sonra zəng etməyini bildirirmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəldən tanımamışdır. 2021-ci ilin təxminən mart ayında Şahid2 adlı şəxslə tanış olmuşdur. Asif dayısı oğlanlarının və bir nəfər kəndçilərinin qız qaçırmağa görə tutulub həbs olunduqlarını, buna görə narahat olduqlarını və kömək üçün adam axtardığını demişdir. Onun xalası Nazilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin X24 Təhqiqat institutunda texnik işləyir. O, Asiflə danışdıqdan sonra xalası Naziləyə zəng edib bu barədə bildirmişdir. Sonra Asifi xalası ilə əlaqələndirmişdir. Bundan sonra özləri bu barədə danışmışlar. Sonra o, xalasının Tural adlı tanışı olduğunu, bu məsələni həll edəcəyini, Turalla bununla bağlı görüşəcəklərini və Turalın Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində işlədiyini bilmişdir. Asif də telefonla Turalla danışıb məsələni razılaşmışlar. Bundan sonra danışığa əsasən 2021-ci ilin aprel ayında onlar Turalla görüşməyə getmişlər. Həmin görüşə Asif xalasının əri Hacıbaba və dayısı Elçin də gəlmişdir. O, bütün bu şəxsləri həmin gün tanımışdır. Danışığa əsasən onlar xalasının işlədiyi zavodun qarşısında dayanıb gözləmişlər. Bir müddət sonra Tural özü idarə etdiyi avtomobillə oraya gəlmişdir. Onlar Turalla görüşüb, Turalın avtomobilinə əyləşmişlər. Tural özünü Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı kimi təqdim etmişdir. Tural Nazilə adlı şəxsi tanıyıb tanımadıqlarını soruşduqda, o, Nazilənin xalası olduğunu bildirmişdir. Tural bir nəfər qadına zəng edərək Naziləyə çölə çıxmasını deməsini bildirmişdir. Xalası da çölə çıxaraq Turalı bir daha onlarla tanış edərək, Turalın Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin əməkdaşı olduğunu, etibarlı, iş görən şəxs olduğunu demiş və işinə qayıtmışdır. Onla Turalın avtomobili ilə 7-ci mikrorayonda bir kafeyə gələrək bir daha ətraflı danışmışlar. Tural məhkəmədə məsələni həll edəcəyini, hər üç şəxsi azadlığa buraxdıracağını, yazışmaları, səs danışıqlarını çıxardacağını, növbəti ay, yəni 2021-ci ilin may ayına hər üç şəxsi azadlığa çıxardacağını bildirib bunların müqabilində 22.000 manat pul istəmişdir. Hacıbaba o qədər imkanı olmadığını bildirdikdən sonra Tural 3.000 manat güzəştə gedərək 19.000 pul istəmişdir. Hacıbaba da kafedə onların yanında Turala 4400 manat sayıb pul vermişdir. Danışığa əsasən isə 600 manatı karta yükləməli, sonrakı günlərdə də yerdə qalan 14.000 manatı verməli imiş. Bundan sonra pul verilməsində o, iştirak etməmişdir. Sonradan Turala kart vasitəsilə pul göndərdiklərini eşitmişdir. Təxminən həmin söhbətdən 10-12 gün sonra Asif ona Hacıbaba ilə Turalın görüşəcəyini, Hacıbabanın yenidən Turala pul verəcəyini bildirmiş və onun da Hacıbaba ilə həmin yerə getməyini demişdir. Onlar birlikdə həmin yerə getmişlər. Hacıbaba da adını bilmədiyi bir nəfər iş yoldaşı ilə gəlmişdir. Onlar hamısı “Azadlıq” metrostansiyasının yaxınlığında ayaqüstə Turalla görüşmüşlər. X30 səs yazılarını, gördüyü işləri tələb etdikdə, Tural məxfi olduğunu bildirdiyindən, Hacıbaba əlavə pul verməmiş və o, sonradan Hacıbabanın heç oraya pulla gəlmədiyini, Turalı yoxlamaq istədiyini bilmişdir. X27 Apellyasiya Məhkəməsindən maraqlandıqda iş ilə bağlı heç bir iş görülmədiyini öyrənmiş və Turaldan pulunu geri istəməyə başlamışdır. Həmin şəxsləri o, tanış etdiyi üçün o da bir neçə dəfə Turalla danışmış və Hacıbabagilin pulunu geri qaytarmasını bildirmişdir. Tural ilk bir-iki ay ərzində telefona cavab verib müxtəlif bəhanələr gətirsə də, sonradan nömrələrini bağlayıb ümumiyyətlə zənglərə cavab verməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid4 bildirmişdir ki, Asif ona bu barədə deyəndən sonra o, xalasına demişdir ki, bir nəfərə kömək etmək lazımdır. Mərhum Saleh dayısının dövlət işində işləyən adını bilmədiyi dostu olduğunu bildiyindən, Nazilə xalası da həmin şəxsi tanıdığından, o, bu barədə Nazilə xalasına demişdir. Onun yanında 4400 manat pul verilmişdir. Turalın işi kimin vasitəsi ilə görəcəyini bilməmişdir. Təqsirləndirilən şəxs Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşı olması barədə hər hansı vəsiqə və ya digər sənəd göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qiyabi olaraq, təxminən 2005-2006-cı illərdə Şirvan şəhərində o vaxtlar fəaliyyət göstərən paltar mağazasında işləyən Sevər adlı qadının vasitəsilə tanımışdır. Belə ki, Sevər onunla birlikdə həmin mağazada işləmişdir. Həmin vaxtdan Sevərlə aralarında münasibət yaranmış və sonradan bir yerdə işləməsələr də, əlaqələri qalmışdır. Təxminən 1-2 il əvvəl o, Sevərlə görüşən zaman onun yanında Təqsirləndirilən şəxs görmüşdür. Sevərdən onun kim olduğunu soruşduqda, Sevər həmin şəxslə birgə yaşadığını demişdir. Lakin rəsmi nikahlarının olub-olmaması barədə deməmişdir. O, hərdən bir Sevərlə danışanda və ya görüşəndə Sevərin dediklərinə əsasən Turalın fərdi əməklə məşğul olduğunu, lakin yaxşı ətrafı olduğunu, çoxlu şəxslərə kömək etdiyini eşitmişdir. O, özü 2010-cu ildən hazıra kimi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Təbii X14 İnstitutunda işləyir. O, Şahid1 tanımamışdır. Təxminən 2021-ci ilin mart-aprel ayı ərəfəsində bacısı oğlu Fuad ona zəng edərək yaxın dostunun qohumunun qız qaçırdığına görə tutulduğunu, kömək edə biləcək tanışının olub-olmadığını soruşduqda, o, belə işlərə qarışmadığını və belə bir tanışının olmadığını bildirmişdir. Fuad dostunun çox yaxşı insan olduğunu bildirib çox israr etdikdən sonra, onun birdən ağlına Tural gəlmiş və o, Sevərə zəng edib bu barədə bildirmişdir. Sevər də Turalla danışdıqdan sonra razılıq vermişdir. O da Turalın nömrəsini Fuada vermişdir. Bundan sonra Fuad və dostugil özləri Turalla əlaqə saxlamışlar. O, onların nə danışdığını, dəqiq olaraq hansı işlə bağlı danışdıqlarını bilməmişdir. Bundan sonra dəqiq günü xatırlamadığı tarixdə ona ya Fuad ya da Sevər zəng edərək aşağı düşməyini bildirmişdir. O, aşağı düşüb idarənin qarşısına çıxan zaman orada bacısı oğlu Fuad və yanında 3 nəfər tanımadığı şəxsin dayandığını görmüşdür. Həmçinin Tural da orada imiş. O, Turalı həmin şəxslərə təqdim edərək özlərinin danışmasını, məsələlərinə onu qatmamalarını bildirərək işinə qayıtmışdır. Bundan sonra onların söhbətlərində iştirak etməmiş və bu işlə bağlı xəbəri olmamışdır. Sonradan o, bir dəfə Sevərlə danışan zaman Turalın müvafiq işlə bağlı İmişlidən olan Hacıbaba adlı şəxsdən pul aldığını, lakin işi görmədiyini həmin şəxsi aldatdığına görə tutulduğunu eşitmişdir. Yalnız Sevərin danışıqlarına əsasən o, Turalın yaxşı çevrəsi olduğunu, özünün bacarıqlı, iş görən bir insan olduğunu bilmiş, ona görə də bacısı oğlu Fuada demişdir ki, bəlkə həmin şəxs kömək edə bilər. Təqsirləndirilən şəxs Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində işlədiyini bilməmiş, bu barədə nə özü, nə də Sevər ona heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xalası oğlu X3 2018-ci ildə qız qaçırdığına görə AR Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə təqsirləndirilərək cinayət məsuliyyətinə cəlb edilmiş və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14.09.2020-ci il tarixli hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilmişdir. 2020-ci ilin sentyabr ayının sonunda xalasının əri Şahid1 oğlu barəsində çıxarılmış hökmdən Şirvan Apellyasiya Məhkəməsinə şikayət verdikdən sonra onlar Elməddinin apellyasiya məhkəməsi tərəfindən azadlığa buraxılmasına nail olmaqdan ötrü müxtəlif üsullar fikirləşməyə başlamışlar. Həmin vaxt usta kimi tanıdığı Fuad adlı şəxs Təqsirləndirilən şəxs adlı tanışının bu tip işlərlə məşğul olduğunu, həmin şəxsin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində işlədiyini, hüquq mühafizə orqanları ilə əməkdaşlıq edərək istənilən şəxsi həbsdən azad etdirmək imkanı olduğunu bildirmiş, həmçinin əvvəllər də adam oğurluğu cinayəti törətməkdə təqsirləndirilərək həbs edilmiş 4 nəfəri həbsdən azad etdirdiyini bildirmişdir. Bundan sonra Fuad Turalın telefon nömrəsini ona vermiş və o, telefonla Turalla danışarkən ona Elməddinin işi barədə ümumi məlumat vermiş, Tural Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində işlədiyini, 22.000 manat pul müqabilində Elməddini apellyasiya məhkəməsində həbsdən azad etdirə biləcəyini demiş, həmin puldan qeyd olunan məbləğin bir hissəsini rəisə çatdıracağını demiş, lakin rəisin konkret adını deməmişdir. O da bu barədə Elməddinin atası Hacıbabaya məlumat verdikdə, Şahid1 buna razı olmuşdur. Təxminən 2021-ci ilin aprel ayının 20-21-də o, xalasının əri Şahid1, iş yoldaşı Fuad və dayısı Şahid3 birlikdə Bakı şəhəri, 7-ci mikrorayon ərazisində “Uğur” kafesində Təqsirləndirilən şəxsla görüşmüşlər. Tural bir daha özünü Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı kimi təqdim edərək xala oğlunun həbsdən azad olunmasına köməklik edə biləcəyini demiş və ilkin olaraq 22.000 manat, daha sonra isə Şahid1 maddi imkanının olmadığını bildirdiyinə görə məbləği azaldaraq 19.000 manat məbləğində pul tələb etmişdir. Hacıbaba isə razılaşıb həmin məbləği düzəldəcəyini bildirərək, həmin gün onların yanında 4400 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermişdir. Tural Elməddinin təqsirsiz olduğunu, qızın oğurlanmadığını, əksinə öz razılığı ilə Elməddinlə getdiyini sübut edən telefon danışıqlarını çıxarıb işə baxan Şirvan Apellyasiya Məhkəməsinin hakiminə təqdim edəcəyini bildirmiş və tez bir zamanda Elməddini azadlığa buraxdıracağını, 19.000 manat pulu isə bu məsələnin həllindən ötrü Şirvan Apellyasiya Məhkəməsinin hakiminə və rəislə böləcəyini, həmçinin telefon danışıqlarını çıxarmaq üçün xərcləyəcəyini demişdir. Lakin kimə nə qədər pul verəcəyini deməmişdir. Təxminən 3 gün sonra Əhmədli qəsəbəsində yerləşən “Mc.Donalds” kafesinin yanındakı çayxanada o, və Şahid1 yenidən Turalla görüşən zaman, Hacıbaba həmin gün əlavə olaraq 400 manat məbləğində pulu da Turala vermişdir. Tural məhkəmə baxışının yaxınlaşdığı vaxt əlavə olaraq 7-8 min manat da istəyəcəyini bildirmişdir. Bir neçə gün sonra Hacıbaba ona zəng edərək Turalla telefonla danışdığını, Turalın deməsinə görə, bəhs etdiyi səs yazılarını çıxardığını, hakimlə iki dəfə görüşüb danışdığını, hakimə pul verməli olduğunu, ona görə də 7.000 manat pul istədiyini demişdir. Onlar Turalın əldə etdiyini dediyi telefon danışıqları ilə tanış olmaq üçün aprel ayının sonu-may ayının əvvəllərində dördlükdə, o, Hacıbaba, Hacıbabanın bir nəfər dostu və iş yoldaşı Fuad birlikdə gedib “Azadlıq” metrostansiyasının yaxınlığında ayaqüstə Turalla görüşsələr də, Tural həmin səs yazılarının məxfi olduğunu, yalnız hakimin baxa biləcəyini bildirib onlara göstərməmişdir. Bu səbəbdən də, Hacıbaba qalan məbləği verməmiş və şübhələndiyindən məsələ barədə maraqlanmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə getmişdir. Məhkəmədə Elməddinin işi ilə kiminsə maraqlandığını soruşduqdan sonra bu işlə bağlı heç kimin məhkəməyə müraciət etmədiyi məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs onları aldatdığını başa düşmüşlər və dəfələrlə verdikləri pulu qaytarmağını tələb etsələr də, Tural hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etmişdir. Turalı Fuadın vasitəsi ilə tanımışdır. Tural özünü Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs orada işləməsi barədə hər hansı vəsiqə və ya digər sənəd göstərməmişdir. Turalın əynində xüsusi bir forma yox imiş. Lakin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşı olduğunu özü demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, X16 onun doğma oğludur. Oğlu Rüstəm bibisi oğlu Elməddin İbrahimov və bir nəfər tanışları sürücü X35 ilə birlikdə 2018-ci ildə qız qaçırdıqlarına görə AR Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə təqsirləndirilərək cinayət məsuliyyətinə cəlb edilmiş və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14.09.2020-ci il tarixli hökmü ilə Elməddin 9 il, Rüstəm 8 il 6 ay, Əli isə 8 il müddətinə azadlıqdan məhrum edilmişlər. 2020-ci ilin sentyabr ayının sonunda onlar hökmdən apellyasiya şikayəti vermişlər və bu işdə onlara kömək edə biləcək adam axtarmağa başlamışlar. Bacısının oğlu Asif Fuad adlı iş yoldaşının vasitəsilə tanıdığı Təqsirləndirilən şəxs adlı şəxsin bu işlərlə məşğul olduğunu və kömək edə biləcəyini demişdir. Bundan sonra Asif özü danışmış və razılıq aldıqdan sonra birlikdə Təqsirləndirilən şəxsla görüşmək qərarına gəlmişlər və təxminən 2021-ci ilin aprel ayının 20-21-də Bakı şəhərində Turalla görüşmüşlər. Turalla görüşə o, Hacıbaba, Asif və Fuadla gəlmişdir. Orada Turalla görüşmüşlər. Həmin yerə bir nəfər tanımadığı qadın da gəlmişdir. Qadının çıxdığı bina hansısa idarəyə oxşayırmış. Qadın Turalı göstərib təqdim etdikdən sonra onlar Turalın gəldiyi avtomobilinə əyləşib birlikdə 7-ci mikrorayon ərazisində “Uğur” kafesinə getmişlər. Qadın isə onlardan ayrılıb gəldiyi binaya qayıtmışdır. Onlara əvvəldən Turalın Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində işlədiyi deyilmiş və görüş zamanı bir daha Tural özünü həmin Baş idarənin əməkdaşı kimi təqdim edərək oğlanlarını və sürücü Əlinin həbsdən azad olunmasına köməklik edə biləcəyini demişdir. Tural səs danışıqlarını çıxardacağını, sənəd düzəldəcəyini və digər lazımi işlər görəcəyini bildirib ilkin olaraq 22.000 manat pul istəmişdir. Daha sonra isə maddi imkanları olmadığını bildirdiklərinə görə məbləği azaldaraq 19.000 manat məbləğində pul tələb etmişdir. Həmin gün elə oradaca Hacıbaba onun, Asifin və Fuadın yanında 4400 manat məbləğində pulu sayıb Turala vermişdir. Tural bir daha telefon danışıqlarını əldə edəcəyini, hakimlə danışacağını və tez bir zamanda, 2021-ci ilin may ayının 15-dək uşaqları azadlığa çıxaracağını demişdir. Onlar da hissə-hissə pulu düzəldib verəcəklərini bildirmişlər. Ondan təxminən 3 gün sonra Hacıbaba özü Asiflə bərabər Bakı şəhərində bir daha Turalla görüşüb əlavə olaraq 400 manat da pul vermişdir. Həmin vaxt o, orada olmasa da sonradan Hacıbabagilin deməsindən Turalın məhkəmə baxışının yaxınlaşdığı vaxt əlavə olaraq 7-8 min manat da istəyəcəyini dediyini bilmişdir. Bundan sonra Tural Hacıbabaya zəng edərək səs yazılarını çıxardığını, hakimə pul verməli olduğunu deyib 7000 manat da pul istəmişdir. Lakin yenə Hacıbaba və Asif Turalla görüşüb səs yazılarını tələb etdikdə Tural məxfi olduğunu bildirib göstərməmiş və bu səbəbdən də Hacıbaba əlavə pul verməmişdir. Turalın belə danışığından sonra onlar şübhələnməyə başlamış və Şirvan Apellyasiya Məhkəməsinə getmişlər, orada məhkəmənin təxirə salındığı bildirilmişdir. Onlar uşaqların adını verib bu işlə bağlı kiminsə söz dediyini, kiminsə tapşırdığını soruşduqda bu işlə bağlı heç kəsin maraqlanmadığı məlum olmuşdur. X40 zəng edib soruşduqda Tural əsəbləşərək niyə özbaşına məhkəməyə gəldiklərini, niyə məhkəmədən bu işlə bağlı söz soruşduqlarını irad bildirmişdir. Daha sonra onlar tanıdıqları vəkillərə bu barədə dedikdə onlar Turala qalan pulu vermədən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etməyi bildirmişlər. Onlar atrıq Turalın dələduzluq etdiyini, onları aldatdığını başa düşmüşlər. Hacıbaba Turala zəng edərək verdiyi ümumilikdə 4800 manat məbləğində pulu geri tələb etsə də, Tural hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etmişdir. Təqsirləndirilən şəxs özünü onlara Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı kimi təqdim etmiş, lakin həmin yerdə işləməsi barədə heç bir vəsiqə və digər sənəd göstərməmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid7 ifadəsindən görünür ki, 1990-cı ildən vəkillik fəaliyyəti ilə məşğul olur, uzun müddətdir ki, Şirvan Regional Vəkil Bürosunda vəkil işləyir. Təqsirləndirilən şəxs adında ümumiyyətlə tanışı yoxdur, belə bir adam tanımır. X21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsi ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən müdafiə tərəfi şikayət etmiş, o da həmin iş üzrə zərərçəkmiş şəxs Əminə Şirəliyevanın nümayəndəsi qismində iştirak etmişdir. Həmin şikayətə Şirvan Apelyasiya Məhkəməsinin hakimi Elşad Əliyev tərəfindən baxılmış və 1-ci instansiya Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. X3 həmin iş üzrə məhkum olunmuş, Hacıbaba da həmin şəxsin atasıdır, lakin həmin şəxslərin şəxsiyyəti barədə başqa məlumatı, eləcə də tanışlığı yoxdur. Elməddin İbrahimov dörd nəfər adını xatırlamadığı tanışı ilə əvvəlcədən cinayətkar əlaqəyə girərək, Əminə Şirəliyevanı qaçırmış, sonradan Əminə Elməddini aldadaraq guya valideynləri ilə görüşüb, qayıdacağını deyərək, Elməddinin qaçırıb saxladığı evdən valideynlərinin evinə gəlmiş, bundan sonra hüquq mühafizə orqanlarına cinayət barədə məlumat vermiş, həmin müraciət əsasında E.İbrahimovun və cinayət törətmiş digər şəxslərin barəsində cinayət işi istintaq olunaraq tamamlanmış və Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. İstifadəsində ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr vardır və həmin nömrələri uzun müddətdir istifadə edir, son 5 ildə həmin nömrələrdən başqa nömrə istifadə etməmişdir. Təqsirləndirilən şəxs ilə aralarında telefon danışığı aparılmamışdır. Özünü Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim etmiş Həbib və Tural adında şəxsi tanımır. Təqsirləndirilən şəxs adında şəxs xatırlamır. Həmin şəxsin nə üçün bu cür bildirdiyini bilmir. Qeyd olunan iş üzrə o, zərərçəkmiş şəxsin vəkili olmuş və həmin iş üzrə, eləcə də, digər hər hansı iş üzrə kiminləsə cinayətkar əlaqəyə girməmiş, heç kimdən rüşvət almamış, heç kimə rüşvət verməmiş, kimisə rüşvət verməyə təhrik etməmiş, həmçinin maddi və s. nemətin rüşvət qismində verilməsi və ya alınması ilə əlaqədar kiməsə köməklik və ya vasitəçilik etməmişdir. Bununla yanaşı o, cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsində onun istədiyi 15.000 manat pul və əlavə məbləği verməli olduğunu Asifə bildirdiyini, sonuncu isə həmin məbləğin çox olduğunu deməsini, kənara çəkilib ona zəng edərək Asifgilin çox pulu olmadığını, cəmi 12.000 manat pulu olduğunu bildirməsini, həmin məbləğə məsələni həll edib-edə biləcəyini soruşduqda o, danışaraq bir saat ərzində cavab verəcəyini bildirməsini, təxminən bir saat sonra zəng edərək məsələni danışıb 12.000 manata yoluna qoyduğunu bildirməsi ilə bağlı göstərmişdir ki, Tural yalan ifadə vermişdir. O nə Tural, nə də Hacıbabanın Asif adında qohumunu tanımır. Həmin işə baxılan zaman zərərçəkmişin qanuni mənafeyini müdafiə etmişdir. Hər hansı qanunsuz hərəkətə yol verməmişdir. Eyni zamanda o, ifadəsində cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsində sonradan Şirvan şəhərinə gedərək orada bir daha onunla görüşüb, məsələnin dəqiq həll olunacağı barədə ondan soruşduqda, onun məsələni danışdığını bildirməsini, daha sonra Şahid1 məhkəmə prosesi zamanı hakimlə mübahisə etdiyinə görə işin alınmadığını göstərməsi ilə bağlı bildirmişdir ki, bunların hamısı cəfəngiyyatdır. Həmçinin, o, ifadəsində Təqsirləndirilən şəxs tanımadığını bildirdiyi halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində verdiyi ifadəsində onunla adi zəng və “vatsap” proqramı vasitəsilə əlaqə saxladığını göstərməsi ilə bağlı ziddiyyətə münasibət bildirərək göstərmişdir ki, ümumiyyətlə Tural adlı adamla ünsiyyət saxladığını xatırlamır. Cinayət işinin 1-ci cild 13-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid1 ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq özünü Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı kimi təqdim edən Təqsirləndirilən şəxs, onun oğlunun məhkəmə işinin həll etməsi adı ilə 4800 manatını aldadaraq aldığını bildirmişdir. Cinayət işinin 1-ci cild 78-81-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 avqust 2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmışdır. Keçirilmiş üzləşdirmə zamanı Şahid1 Təqsirləndirilən şəxs onu aldadaraq özünü Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı kimi təqdim edib oğlu Elməddin İbrahimovun azadlığa buraxılması müqabilində ondan 19.000 manat pul istədiyini və 4.800 manat pulunu alıb qaytarmadığını bildirməklə ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs bir daha ifşa etmişdir. Cinayət işinin 1-ci cild 82-85-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 avqust 2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmışdır. Keçirilmiş üzləşdirmə zamanı Şahid2 Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı kimi təqdim edib xalası oğlu Elməddin İbrahimovun azadlığa buraxılması müqabilində 19.000 manat pul istədiyini və 4.800 manat pulu alıb qaytarmadığını bildirməklə ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs ifşa etmişdir. Cinayət işinin 1-ci cild 189-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 08 sentyabr 2021-ci il tarixli video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid1 tərəfindən istintaqa təqdim edilmiş video görüntüyə baxış keçirilmişdir. Həmin baxış protokolundan görünür ki, “CD” daşıyıcısında 1 ədəd fayl olduğu, fayla daxil olduqda isə həmin faylda 2:47 saniyəlik video görüntü olduğu müəyyən olunmuşdur. Baxış zamanı həmin video görüntünün bir ictimai iaşə obyektində çəkildiyi, görünütüdə olan şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Video görüntü və oradakı danışıqlara əsasən görüntünün Şahid1 tərəfindən çəkildiyi, Təqsirləndirilən şəxs onun oğlu Elməddin İbrahimov və digər iki şəxsin məhkəmə işi ilə bağlı söhbət apardığı, yanlarında isə Şahid2 olduğu görünür. Həmçinin, video görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, video görüntüdə Təqsirləndirilən şəxs gələn ay, may ayının sonlarında ikinci məhkəmə olduqdan sonra uşaqların evə buraxılacağını, görə bilməyəcəyi məsələni öz üzərinə götürmədiyini, bu işi görə bildiyinə görə öz üzərinə götürüb söz verdiyini bildirmişdir. Şahid1 ona 4.400 manat pul verdiyini, qalan puluda toplayıb verəcəyini, 10-12-14 min manat nə qədər toplaya biləcəksə çalışıb 10 may tarixdə ona verəcəyini bildirmiş və Təqsirləndirilən şəxs 4.400 manat aldığını təsdiq etməklə sonuncunun dedikləri ilə razılaşır. Şahid1 danışıq zamanı uşağının azad olmasını istədiyini, pulunun batmamasını, heç kəsin onu aldadıb-atmamasını bildirdikdə, cavabında Təqsirləndirilən şəxs heç kəsin onu aldada bilməyəcəyini, ürəyində şübhəsi varsa verdiyi pulu qaytara biləcəyini bildirir. Şahid1 pulun qalan hissəsini ona etibarnamə vasitəsilə verəcəyini sual etdikdə Təqsirləndirilən şəxs hansı formada verirsə verə biləcəyini bildirir. Video görüntüyə baxış zamanı iştirak edən Şahid1 2021-ci ilin aprel ayının sonlarına doğru Bakı şəhərində, Əhmədli qəsəbəsində yerləşən “Mc.Donalds” kafesinin yanındakı çayxanada Təqsirləndirilən şəxsla ikinci görüşləri zamanı öz mobil telefon aparatı vasitəsilə həmin video görüntünü qeydə aldığını, həmin görüşdə onlardan başqa baldızı oğlu Şahid2 onların yanında olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Şahid10 məxsus 37.000 manat pulu ələ keçirməsi epizodu üzrə məhkəmə aşağıdakıları müəyyən etmişdir: Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, 2011-ci ildən hazıra kimi Şirvan Şəhər Mərkəzi Xəstəxanasında həkim cərrah vəzifəsində işləyir. Urufulla Qocayev atasıdır. Atası 3 iyun 2021-ci il tarixdə Faiq İbadov adlı şəxsin şikayəti əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və barəsində cinayət işi açılaraq həbs edilmişdir. Şahid9 uzun illərdir atasının dostu kimi tanımışdır. Şahid9 hazırda Şirvan Regional Ədliyyə İdarəsinin rəisi vəzifəsində işləyir. Şahid8 isə atası həbs edildikdən sonra bir vəkil kimi tanımış, sonradan atası ilə əvvəldən dost münasibətlərinində olduğunu bilmişdir. Təqsirləndirilən şəxs isə tanımamış, kim olduğunu bilməmişdir. Atası Urufulla 3 iyun 2021-ci il tarixdə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq barəsində cinayət işi başlandıqdan sonra təxminən 5 iyun 2021-ci il tarixdə vəkil Şahid8 ona zəng edərək görüşməyini, atasının vəkili olduğunu bildirdikdə, o, atasına vəkil tutmadığını demişdir. Sonra, o, Xaliqi Nizami müəllimin göndərdiyini və atası ilə hər üçünün əvvəldən dost münasibətlərinin olduğunu bilmişdir. O, Şahid8la görüşmüş, müvafiq sənədləşmə aparılmış və Şahid8 atasının vəkili təyin edilmişdir. Həmin gün Binəqədi Rayon Məhkəməsi tərəfindən atası barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bundan təxminən 1-2 saat sonra Xaliq ona zəng edib Şirvan şəhərində “Çıraq petrol” yanacaq doldurma məntəqəsində işləyən bir şəxsə 400 manat verməyini, pulu verdiyi insanın adını isə deməyini bildirmişdir. Həmin vaxt Bakıda olduğundan, qardaşı Ramala zəng edib bu barədə bildirmiş və pulu verməsini demişdir. Ramal da «Çıraq Petrolda» Şirvan şəhərindən əvvəldən tanıdığı, həmin YDM-nin müdiri Elnurun orada olduğunu görüb 400 manat pulu verərək, gəlib götürəcəklərini bildirmişdir. Bu barədə Ramal özü zəng edib ona demiş və o da vəkil Xaliqə bildirmişdir. Müdafiəçi kimi Xaliq daha çox atası ilə ünsiyyətdə olduğundan, o, atasının bəlkə borcu olduğunu, bu barədə Xaliqə dediyini güman etdiyi üçün əlavə olaraq 400 manatla bağlı Xaliqdən heçnə soruşmamışdır. Həmin məsələdən təxminən 2 ay sonra o, bir dəfə Xaliqlə görüşən zaman ona maraqlı qaldığı üçün 400 manat pulun niyə «Çıraq petrola» verildiyini, həmin pulu kimin götürəcəyini soruşduqda, Xaliq Faiqin pulu götürməsini bildirmişdir. O, çox təəccüb etmişdir ki, atası barəsində şikayət edib atasını tutdurduğu üçün pulun Faiqə nə üçün verilməsini soruşduqda, Xaliq Korrupsiyadan tapşırıq olduğunu bildirmişdir. O, bu hadisədən sonra Xaliqə bildirmədən atasına əlavə də vəkil tutmuşdur. Atası tutulduqdan təxminən 2-3 gün sonra Xaliq ona zəng etmiş, o, Xaliqlə görüşmüşdür. Xaliq atasının yazdığı kağızı ona vermişdir. Həmin kağızda ziyanla bağlı ödəniş etmələrini, 30.000 manat ödəməli olduqlarını bilmişdir. Sonra o, Xaliqlə danışmış və Xaliq 28 iyun 2021-ci il tarixdən sonra atasının işi ilə bağlı məhkəmə olacağını, atasının yaşı, xəstəliyi və ödədiyi ziyan nəzərə alınaraq cəzasının yüngülləşəcəyini, atasının buraxılacağını bildirmişdir. Danışığa əsasən təxminən 2-3 gün sonra Xaliqlə Bakı şəhəri, Nərimanov rayonunda Nərimanov Metro stansiyasının yanında görüşmüşlər. O, ilk olaraq 30.000 manat pulu sellofan torbada Xaliqə vermişdir. Bundan sonra Xaliq dəymiş ziyanla bağlı əlavə də 4.000 manat lazım olduğunu bildirmiş və o, 4.000 manatı da düzəltmiş və Xaliqlə yenidən Nərimanov metrostansiyasının yanında görüşmüş və 4.000 manat pulu Xaliqə vermişdir. Bundan bir neçə gün sonra Xaliq yenə dəymiş ziyanla bağlı pul lazım olduğunu bildirmiş və 3.000 manat pul istəmişdir. O da Xaliqlə yenidən Nərimanov metro-stansiyasının yanında görüşüb 3.000 manat pulu Xaliqə vermişdir. 28 iyun 2021-ci il tarixdən təxminən 20 gün sonraya qədər gözləmiş və heç bir məhkəmə olmadığını görüb atasının işini aparan müstəntiq Fəqan müəllimlə görüşüb atasının vəziyyəti barədə maraqlandıqda, Fəqan müəllim yaxın tarixdə məhkəmə olmayacağını bildirmişdir. O, atasına necə köməklik oluna biləcəyini soruşduqda isə qanuni olaraq əgər ziyan ödənilərsə kömək ola biləcəyini bildirmişdir. O, Fəqan müəllimə əlavə bir söz deməmiş, lakin özlüyündə ziyanın ödənilmədiyini başa düşmüşdür. Oradan çıxdıqdan sonra vəkil Xaliqə və Nizami müəllimə zəng vurub pulunun geri qaytarılmasını bildirmişdir. Onlar etiraz etməmişlər və Nizami müəllimlə iş yerində görüşüb 30.000 manat pulu geri götürmüşdür. Qalan pulu isə sonradan Xaliq ona vermişdir. Təxminən 2021-ci ilin avqust ayının ilk on günlüyündə poçtdan ona zəng gəlmişdir. Telefona cavab verdikdə adının Həbib olduğunu bildirən şəxs Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyatçı olduğunu demiş və onu Baş İdarəyə dəvət etmişdir. O, dəvətin nə səbəbə olduğunu soruşduqda Həbib müəllim onun guya pul verdiyini, onun aldadıldığını bildirərək onun adı ilə dələduzluq etmiş şəxsi tapmaq istədiyini, buna görə köməklik etməyini bildirmişdir. O, isə Həbib adlı həmin şəxsə onu tanımadığını, bu barədə heç bir məlumatı olmadığını, pul alıb-pul vermədiyini bildirmişdir. Sonra o, Xaliqə zəng edib bu barədə soruşduqdan sonra ona məlum olmuşdur ki, özünü Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı kimi təqdim edən, adının Həbib olduğunu deyən tanımadığı bir şəxs Nizami müəllimlə Xaliqi aldatması və həmin vaxt həmçinin, 30.000 manat pulu Nizami müəllimin özü öz cibindən ona qaytarması məlum olmuşdur. 37.000 manat pulu atasının işində dəymiş ziyanın ödənilməsi ilə bağlı vermişdir. Həmin məbləğin kimə cataçağı barədə onun məlumatı olmamışdır. O, təqsirləndirilən şəxsi tanımamış, onu heç vaxt görməmişdir. Sonradan bilmişdir ki, ona Həbib adı ilə zəng edən şəxs Təqsirləndirilən şəxs olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs o, Həbib adlı şəxs kimi tanımışdır. Belə ki, o, təxminən 2 ildir, Bakı şəhərində yerləşən “Femida” Vəkil Bürosunun vəkili işləyir. Şahid9 Şirvan Regional Ədliyyə İdarəsinin rəisi kimi təxminən 2010-cu il tarixdən tanıyır və yaxın dostluq münasibətləri var. Mahir və Vidadi adlı şəxsləri tanımamış, sonradan Mahirin Nizaminin sürücüsü olduğunu bilmişdir. Urufullanı Sabirabad rayon Minbaşı Bələdiyyəsinin sədri kimi tanımış, onunla şəxsi münasibətləri yoxdur. 05.06.2021-ci il tarixdə təsadüfən hal-əhval etmək üçün Nizamiyə zəng etmişdir. Söhbət əsnasında Nizami Urufullanın Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığını, bir vəkil kimi gedib maraqlanmağını, lazım gələrsə hüquqlarını müdafiə etməyini bildirmişdir. O, baş İdarəyə gəlmiş və maraqlanaraq özünü vəkil kimi təqdim etmiş, müstəntiqlə və Urufulla ilə görüşmüşdür. Elə orada Urufullanın özü ilə müqavilə bağlamışdır. Həmin gün Urufullanı Binəqədi rayon məhkəməsində həbsə aparmışlar. O, məhkəmədə Urufullanın oğlanlarını görüb tanış olmuşdur. Məhkəmə tərəfindən Urufulla barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Səhəri gün Nizami zəng edərək Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Həbib adlı tanışının olduğunu, Urufullanın tutulmasını da həmin Həbib adlı şəxsin ilk olaraq bildirdiyini, Həbibin Urufullanın azadlığa buraxılmasına kömək edə biləcəyini, şikayətçiləri sakitləşdirmək, dəymiş zərəri ödəmək üçün 30.000 manat lazım olduğunu, buna görə də, onun Urufulla ilə görüşməyini və bu barədə ona deməyini bildirmişdir. O da gedib Binəqədi RPŞ-nin MSY-sində Urufulla ilə görüşüb vəziyyəti demişdir. Urufullada kağız yazaraq həmin kağızı oğlu Mikayıla verməyini bildirmişdir. Urufulla oğlu ilə telefonla danışıb bu barədə oğluna da deyəcəyini bildirmişdir. O, Mikayılla görüşüb atasının verdiyi kağızı ona vermişdir. Mikayıl atası ilə danışdığını, məsələdən xəbərdar olduğunu demişdir. Təxminən 08-09 iyun 2021-ci il tarixdə Mikayıl pulların hazır olduğunu ona bildirmiş və Nərimanov metro stansiyasının yaxınlığında görüşüb ona içərisində pul olan qırmızı paket vermişdir. O, həmin paketi açıb içinə baxmamışdır. Sonra o, Nizamiyə zəng edib pulların hazır olduğunu bildirmişdir. Nizami də Həbib adlı şəxslə danışdıqdan sonra Həbibin ***-***-**-** saylı mobil nömrəsini ona göndərərək özünün danışdığını, onun da danışmağını demiş və sabah Həbibin onu Korrupsiyaya qarşı Mübarizə baş İdarəsinin yanında gözləyəcəyini bildirmişdir. O, “votsap” mobil tətbiqi ilə Həbibin nömrəsini yığmış və səhər 08:30-da idarənin yanında görüşməklə bağlı razılaşmışlar. Onun Həbib adlı şəxslə bütün danışıqları və yazışmaları hamısı “votsap” vasitəsilə olmuş, çünki Həbib adlı şəxs özü hər zaman “votsap” la yığmağını bildirmişdir. O, 10.06.2021-ci il tarixdə səhər saat 08:30-da Baş İdarənin yanında avtomobil qarajının qarşısında dayanıb gözləmişdir. Təxminən 45 dəqiqə sonra özünü Həbib adlı şəxs kimi təqdim edən, sonradan adını bildiyi Təqsirləndirilən şəxs olduğunu bildiyi avtomobilinə əyləşmişdir. Avtomobildə başqa şəxs olmamışdır. Həbib, yəni Tural özünü təqdim edib Nizami müəllimin dediyi adam olduğunu soruşmuşdur. O, Həbibin, yəni Turalın dediyini təsdiq edib əl çantasından həmin qırmızı paketi çıxarıb təqdim etmişdir. Sonra o, avtomobildən düşüb sağollaşıb ayrılmışdır. Tural hər danışığında Urufullanın buraxılacağını bildirmiş, hər dəfə də, müxtəlif tarixlər göstərirmiş. Görüş zamanı da, həmin şəxs özünü Tural kimi yox, məhz Həbib kimi təqdim etmişdir. O da Mikayılın ona təqdim etdiyi paketi özünü Həbib kimi təqdim edən Təqsirləndirilən şəxs vermişdir. Turalla birinci görüşlərindən təxminən 10 gün sonra, yenidən Nizami ilə əlaqə saxlamışdır. Bundan sonra Mikayıl ilə Nərimanov metro stansiyasının yaxınlığında görüşmüşlər. Mikayıl yenə ona paket vermişdir. O da həmin paketi Turala təqdim etmişdir. Həmin vaxt Turalla Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Metropark” ticarət mərkəzinin qarşısında görüşmüşlər. Urufullanı Bakı İstintaq Təcridxanasına apardıqdan sonra Urufulla xəstəliyi ilə əlaqədar saxlanma şəraitindən şikayətlənmişdir. Bundan sonra o, və Nizami Həbib adlı şəxslə bu barədə danışmışlar. Həbib adlı şəxs də Urufullanı geri, Binəqədi RPİ-nin MSYsinə qaytara biləcəyini bildirib bunun üçün onlardan 4.000 manat pul istəmişdir. İkinci görüş zamanı o, həmin 4.000 manatı yenə Mikayıldan götürüb özünü Həbib kimi təqdim etmiş, yəni Turala vermişdir. Bundan təxminən 2-3 gün sonra Həbib, yəni Tural zəng edərək Urufullanın Binəqədi RPİ-nin MSY-sinə gəitirilməyə ehtiyac qalmadığını, 3.000 manat da verildiyi halda əlavə şikayətçilərin də tam yoluna qoyulacağını, Urufullanın elə birbaşa Bakı İstintaq Təcridxanasından yaxın günlər ərzində buraxılacağını bildirmişdir. Təxminən həmin danışıqdan 2-3 gün sonra Nərimanov metro stansiyasının yaxınlığında Mikayılla görüşüb ondan 3.000 manat pulu götürmüş və Həbib, yəni Tural «votsap» vasitəsilə onu yığaraq eyni yerdə olmasını, özünün işi olduğuna görə gələ bilmədiyini, başqa adamın gələcəyini bildirmiş və onun nömrəsini də həmin şəxsə verəcəyini bildirmişdir. Tural pulu götürməyə gələcək şəxsin adını deməmişdir. Sonra o, yenə Nərimanov rayonu ərazisində yerləşən “Metropark” ticarət mərkəzinin qarşısında dayanmış, hazırda xatırlamadığı nömrədən ona zəng gəlmiş və həmin şəxs avtomobilin nömrəsini ona dedikdən sonra o, avtomobilə yaxınlaşıb Həbib, yəni Tural dediyi şəxs olduğunu soruşduqdan sonra 3.000 manat pulu həmin şəxsə vermişdir. O, avtomobilin markasına və nömrəsinə fikir verməmiş və hava qaranlıq olduğundan pulu götürən şəxsi də yaxşı görə bilməmişdir. Bundan sonra Urufullanın işində heç bir dəyişiklik olmamış, Həbib yəni Tural hər dəfə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. Hər danışıqda Həbib yəni Tural yalan vədlər verərək, məsələnin bugün-sabah həll olunacağını bildirmişdir. Artıq vaxt keçdikcə Urufullanın övladları narazılıq etməyə başlamış və atalarının işinin həll olunmadığını görüb pullarını istəmişlər. O da bu barədə Nizamiyə bildirib həm Həbib, yəni Turala danışmasını, həm də Urufullanın övladları ilə də danışmasını bildirmişdir. Sonra Həbib, yəni Tural olan danışığa əsasən guya onlarla görüşəcək deyə 23.07.2021-ci il tarixdə Nərimanov rayonu ərazisində Nərimanov parkının yanında Nizami ilə birlikdə Turalı gözləmişlər. Həmin gün gecəyə qədər orada qalsalar da, Tural müxtəlif bəhanələr gətirərək görüşə gəlməmişdir. Həmin günün səhəri onlar Nizami ilə birlikdə Korrupsiaya qarşı Mübarizə Baş İdarəsinə gəlmişlər. Orada o, maraqlananda Həbibin işə gəlmədiyini demişlər. Lakin bundan sonra Həbib, yəni Turalın nömrəsinə nə adi qaydada, nə də ki, “votsap” tətbiqi vasitəsilə mesaj, zəng çatmamışdır. O, bundan sonra artıq Nizamiyə həmin adamın gəlməyəcəyini, aldatdığını, pulu qaytarmayacağını bildirmiş və tam əmin olmuşdur. Bundan sonra Urufullanın da oğlanları pullarını istədiyi üçün o, Nizamiyə bu barədə bildirib kömək etməsini demişdir. Nizami də Urufullanın övladlarını öz yanına çağırıb danışmış və 30.000 manatı onlara qaytarmışdır. Qalan 7.000 manat pulu isə o, Mikayılla Nərimanovda görüşüb Mikayıla vermişdir. Qeyd etmək istəyir ki, Binəqədi Rayon Məhkəməsi tərəfindən Urufulla barəsində həbs qətimkan tədbiri seçildikdən sonra həmin gün axşam saatlarında Nizami müəllim ona zəng edərək Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində işləyən Həbib adlı şəxsin şikayətçi Faiqin yenidən şikayət etməməsi, sakitləşməsi üçün Çıraq Petrola 400 manat pul qoyulmasını bildirdiyini demiş və Mikayıla Çıraq petrolda işləyən hər hansı şəxsə 400 manat pul verməsini deməyini bildirmişdir. Ona görə də o, Mikayıla zəng edib Çıraq petrola 400 manat pul verməsini bildirmişdir. Mikayıl da pulu verdikdən sonra ona zəng edib pulu Çıraq petrolda işləyən hazırda adını xatırlamadığı bir nəfərə verdiyini demişdir. O, Nizami müəllimə zəng edib məlumat vermişdir. Həmin vaxt Urufullanın ailə üzvləri Faiqə qarşı çox aqressiv olduqlarına görə o, pulun Faiqə çatacağını deməmişdir. Həbib onlara şikayətçini sakitləşdirmək istədiyini, yaranmaqda olan ədavəti aradan qaldırmağa çalışdığı üçün Faiqə pul verməsini bildirmiş və onlar da buna görə oğlanlarına ilkin olaraq pulun Faiqə verilməsini bildirməmişlər. Sonradan artıq müəyyən məsələlər açıldıqdan sonra o, Mikayıla bu barədə bildirib həmin 400 manat pulun Korrupsiyada işləyən Həbibin vasitəsi ilə Faiqə çatacağını, Həbibin onlara belə dediyini bildirmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid8 bildirmişdir ki, ona deyilənə görə pullar ziyanın ödənilməsi ilə bağlı verilir. O, təqsirləndirilən şəxsi tanımamışdır. O, pulu Həbib, yəni Turala verəndə ondan heç nə soruşmamış, onun yanında ona verdiyi paketi açmamış, gəldiyi maşınla da çıxıb getmişdir. Həmin vaxt o, pulu Turala verəndə, Tural özünü təqdim etməmiş və harada işləməsini də ona deməmişdir. O, ***-***-**-** telefon nömrəsindən istifadə edir. 10.06.2021-ci il tarixdə səhər saat 08:30 radələrində Baş İdarənin yanında Həbib adlı şəxslə görüşmüşdür. Təqsirləndirilən şəxs ona İmran olmasını deməmişdir. 30 min manatı Nizami qaytarmışdır. Nə üçün həmin pulu Nizaminin qaytarmasını o, bilmir. O, sadəcə Şahid9 xahişi ilə pulları aparıb vermişdir. Pulu verdiyi şəxslə söhbət belə etməmişdir. O, pulu verəndə məbləğini bilməmiş, sonradan eşitmişdir ki, gərək ki, 30.000 manat olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər o, tanımamışdır. Belə ki, o, 2014-cü ildən Şirvan Regional Ədliyyə İdarəsində baş mütəxəssis-sürücü vəzifəsində işləyir. Hadisədən təxminən 8-9 ay əvvəl o, rəisi Nizami müəllimdən icazə alıb Sabirabad rayonu, Həşimxanlı kəndindən özü üçün çiyələk gətirməyə getmişdir. Elə həmin gün o, çiyələkləri götürüb işə qayıtdıqdan sonra Nizami müəllim ona həmin çiyələkdən iki yeşiyini Həbib müəllim adlı şəxsin ona zəng edib götürəcəyini bildirmişdir. O da etiraz etməmişdir. Təxminən günorta saat 15-16 radələrində hal-hazırda xatırlamadığı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng gəlmişdir. Ona zəng edən şəxs Həbib müəllim olduğunu bildirmiş və Şirvan şəhərinin girişində yerləşən “Çıraq” petrol yanacaq doldurma məntəqəsində onu avtomobildə bir nəfərin gözlədiyini, çatacaq payı həmin avtomobilə qoymağını bildirmişdir. Danışıq zamanı Həbib müəllim avtomobilin nömrəsini və markasını demişdir. O da “Çıraq” petrola getmiş, dövlət nömrə nişanını hazırda xatırlamadığı, Həbib adlı şəxsin dediyi avtomobili görüb yaxınlaşmış və o, avtomobildən yük yerindən iki yeşik çiyələyi götürüb deyilən avtomobilin yük yerinə qoymuşdur. Həmin avtomobilin sükan arxasında yalnız bir nəfər olmuş, avtomobildə başqa şəxs olmamışdır. Avtomobildə olan şəxs də avtomobildən düşməmiş, sükan arxasında oturuqlu halda çiyələkləri avtomobilə qoymağını bildirmişdir. O, həmin şəxsin kim olduğunu bilməmişdir. Çiyələkləri həmin şəxsə verdikdən sonra bu barədə zəng edib Nizami müəllimə məlumat vermişdir. Ondan təxminən 1 ay sonra ikinci dəfə də o, çiyələk gətirdikdə Nizami müəllim yenə ona Həbib adlı şəxsin zəng edəcəyini, həmin şəxsə iki yeşik çiyələk verməyini tapşırmışdır. Bundan sonra ona zəng gəlmiş və özünü təqdim edən Həbib müəllim olduğunu bildirmiş və yenə də onu «Çıraq petrol» da avtomobilin gözlədiyini demişdir. O, «Çıraq petrol» a getmiş və eyni avtomobilin dayandığını görüb iki yeşik çiyələyi həmin avtomobilin yük yerinə qoymuşdur. Yenə eyni şəxs gəlmiş və yenə həmin şəxs avtomobildən düşməmişdir. O, Nizami müəllimə zəng edib çiyələyi verməyi barədə məlumat vermiş və oradan ayrılmışdır. Bundan başqa onun heç nədən məlumatı olmamışdır. Minbaşı kənd bələdiyyəsinin sədri Urufulla müəllimin həbs olunması barədə o, digər şəxslər kimi eşitmiş, lakin, kimin kimə pul verməsi barədə onun heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid9 ifadəsindən görünür ki, 1988-ci ilin iyul ayından ədliyyə orqanlarında işləyir. 2011ci il tarixdən hazıra kimi isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan Regional Ədliyyə İdarəsinin rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs adında şəxsi tanımır, kim olduğunu bilmir, bu adda onun tanışı olmamışdır. Təxminən 2021-ci ilin fevral ayında Hacıqabul rayonunun ərazisində olan bələdiyyələrlə bağlı özünü Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, həmin idarədə əməliyyatçı işləyən Həbib kimi təqdim edən şəxs ***-***-**-** saylı mobil telefon vasitəsilə onun nömrəsinə zəng vuraraq həmin rayon ərazisindəki bəzi bələdiyyələrin vəzifəli şəxləri barəsində bir neçə sual vermişdir. Əvvəllər də digər orqanlar tərəfindən belə hallar olduğundan o da hər hansı şübhə yaranmamışdır. Bundan sonra sözügedən şikayətlərlə bağlı bir neçə dəfə telefon əlaqəsi saxlamış və bu səbəbdən aralarında müəyyən münasibət yaranmışdır. Bundan sonra özünün Həbib kimi təqdim edən həmin şəxslə işlə bağlı bir neçə dəfə də danışmışlar. Bu qayda ilə Həbiblə aralarında müəyyən münasibət formalaşmışdır. Ayrı-ayrı vaxtlarda Həbiblə ***-***-**-**; ***-***-**-**; ***-***-**-** saylı və digər telefon nömrələri ilə əlaqə saxlamışlar. Həbib arada ona zəng vuraraq hal-əhval tutub, Hacıqabul rayonunda onu istəməyən vətəndaşların olduğunu və bəzi hallarda barəsində həqiqətəuyğun olmayan şikayətlər yazdıqlarını, bu səbəbdən ehtiyatlı olmağını bildirmişdir. Təxminən 2021-ci ilin aprel-may aylarında Həbib ona zəng vuraraq Baş İdarənin bir nəfər əməkdaşının tanış olmaq məqsədilə onun yanına gələcəyini bildirərək həmin şəxsin Hacıqabul üzrə kurator olduğunu, onunda əməliyyatçı olduğunu və tanış olaraq münasibət qurmasını bildirmişdir. Həmin günün ikinci yarısı Həbibin deməsinə görə adı İlkin olan şəxs onun xidməti iş otağına gəlmişdir. Təxminən 15 dəqiqə söhbət etdikdən sonra sonuncu bir neçə ondan narazı olan bələdiyyə sədrlərinin adını yazaraq vermiş və getmişdir. Bundan bir müddət sonra Həbib yenə ona zəng vuraraq Sabirabad rayonu, Moranlı bələdiyyəsi haqqında soruşmuşdur. Həmin bələdiyyədən olan şikayətlərlə bağlı bir neçə sual da vermişdir. O, şikayətlərin əsassız olduğunu, xəstə olduğundan işə çıxmadığını bildirmişdir. Telefon danışığı zamanı Həbib bələdiyyə haqqında özünün də maraqlandığını, barəsində müsbət fikirdə olduğunu və kömək etmək istədiyini bildirmişdir. Belə olan halda o, Həbibə özünün bələdiyyə sədri Dədədkişi Dövlətovla danışmağını tövsiyə etmişdir. O, hər zaman Həbiblə yalnız telefon vasitəsilə danışmış, heç vaxt görüşməmişdir. Təxminən 2021-ci ilin may ayının ortalarında Bakı şəhərində olarkən Həbiblə görüşmək istəmiş, bu məqsədlə telefon əlaqəsi saxlamış, görüşmək istədiyini bildirmişdir. Həbib isə Siyəzən rayonunda olduğunu, günortadan sonra gələcəyini və atası ilə görüşüb gözləməyini demişdir. O isə atasını tanımadığından başqa vaxt görüşəcəyini bildirmişdir. Həmin ilin may ayının sonlarında Həbib ona zəng vuraraq Sabirabad rayonunun Minbaşı bələdiyyəsinin sədri Urfulla Qocayevi soruşduqda o, Urufullanı yaxşı tanıdığını, dost münasibətində olduğunu və sonuncunun yaxşı insan olduğunu bildirmişdir. Təxminən 03.06.2021-ci il tarixdə saat təxminən 16-17 radələrində Həbib ona zəng vuraraq işçisini tutduqlarını demiş, o da işçi dedikdə kimi nəzərdə tutduğunu soruşmuş, U.Qocayevi tutduqlarını öyrənmişdir. Tutulmanın səbəbini soruşduqda sonuncu, ətraflı heçnə demədən qısa olaraq rüşvətə görə tutulduğunu bildirmişdir. Həmin günün sonu təxminən saat 21-22 radələrində Həbib zəng vuraraq U.Qocayevin Binəqədidə RPİ-də müvəqqəti saxlama yerində olduğunu bildirmişdir. O, Həbibə U.Qocayevin yaşlı adam olduğunu, yemək və digər zəruri şərait yaradılmasında köməklik göstərilməsini xahiş etmişdir. Bundan sonra Həbib təkrar zəng vuraraq işi aparan müstəntiqin Təqan adlı şəxs olduğunu, sabah qətimkan tədbiri seçilməsi üçün məhkəməyə aparılacağını demişdir. Həmçinin, U.Qocayevə onun maraqlandığını və yaxşı baxılması üçün xahiş etdiyini bildirdiyini demişdir. Səhər, yəni 04.06.2021-ci il tarixdə təxminən günorta saatlarında Həbib yenidən ona zəng vuraraq U.Qocayevin yaxın adamlarının məsələnin həll edilməsi üçün kimdənsə xahiş etdiklərini, bu məsələdə aldanmamalarını bildirməsini demişdir. Həmin gün təsadüfən əvvəldən tanıdığı, dost münasibətində olduğu Xaliq adlı vəkil ona zəng vurmuşdu. O da söhbət əsnasında Xaliqə vəkil kimi U.Qocayevin nədən tutulduğu barədə maraqlanmasını, lazım gələrsə, müqavilə bağlayaraq bu işdə hüquqi yardım göstərməsini xahiş etmişdir. Həmin gün Xaliq məhkəmədə U.Qocayevlə görüşmüş və söhbət zamanı kömək etməyi onun xahiş etdiyini bildirmişdir. Həmin ərəfədə Həbib ona zəng vuraraq U.Qocayevin ev dustaqlığına buraxıla biləcəyini demişdir. Lakin səhəri gün, yəni 05.06.2021-ci il tarixdə U.Qocayevin barəsində həbs qətimkan tədbiri seçildikdən sonra Həbib təkrar ona zəng vurararaq U.Qocayevin adamının işi həll edə bilmədiyini və bu işdə kömək etmək məqsədilə danışmaq üçün etibarlı adamlarının olmadığını, uşaqlarına güvənmədiklərini, dəymiş ziyan ödənilərsə, kömək edə biləcəklərini demişdir. O isə Xaliqin U.Qocayevin vəkili olduğunu, etibar edə biləcəklərini və məsələnin həlli üçün danışa biləcəklərini demişdir. Həmin gün axşam saatlarında Həbib zəng vuraraq ziyanın ödənilməsi üçün 30.000 manat lazım olduğunu və məbləğ ödənilərsə, U.Qocayevin ev dustaqlığına buraxılacağını, məsələnin həll olunacağını bildirmişdir. Bundan sonra ziyanın nə olduğunu və işin detallarını aydınlaşdırmaq üçün Xaliqə U.Qocayevlə görüşməsini demişdir. Səhərisi gün, yəni 06.06.2021-ci il tarixdə vəkil Xaliq U.Qocayevlə görüşmüş və sonuncu ziyanın ödənilməsi üçün uşaqlarına qeyd yazaraq Xaliqə vermişdir. Xaliq ona ziyanın ödənilməsi məqsədilə U.Qocayev uşaqlarına məktub yazmışdır. O, isə uşaqlarla danışmağını, həmçinin lazım gələrsə, danışmaq üçün Həbibin nömrəsini Xaliqə vermişdir. Təxminən 2-3 gün sonra U.Qocayevin uşaqları ziyanı ödəməyə razılaşıb və ziyan məbləğini ödəməsi üçün Xaliqə vermişlər. Xaliq bu məqsədlə təxminən 10-11.06.2021-ci il tarixlərdə Həbiblə telefon əlaqəsi saxlayaraq Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasının yanında pulu Həbib kimi tanıdığı şəxsə vermişdir. Həbib pulu qəbul edərək ziyanı ödəyəcəyini və U.Qocayevin 18.06.2021-ci il tarixədək buraxılacağını həmin vaxt Xaliqə demişdir. Bir müddət keçmiş və o artıq bu işlə maraqlanmamışdır. Amma arada Xaliq ona məsələnin bütövlükdə həll olunması məqsədilə dəymiş ziyandan əlavə Həbibə müəyyən məbləğ də verdiklərini bildirmişdir. Təxminən 28.06.2021-ci il tarixdə Xaliq ona zəng vuraraq işin uzandığını, əlavə də 7000 manat ödəmələrinə baxmayaraq məsələnin həll olunmadığını, onun da Həbiblə danışmasını xahiş etmişdir. Bundan sonra o, Həbiblə telefon vasitəsilə, həmçinin “vatsap” proqramı ilə əlaqə saxlayaraq işin nə səbəbdən uzandığını, ziyan ödənilməsinə baxmayaraq U.Qocayevin nədən buraxılmadığını soruşmuşdur. Həbib iş üzrə digər şikayətçilərin də olduğunu, dindirildikdən sonra məsələnin müsbət həll olunacağını bildirmişdir. Bundan sonra bir neçə dəfə Həbiblə danışaraq işin düzəlmədiyi halda ziyan kimi ödənilmiş pulu qaytarmasını, Xaliqi tanış etdiyi üçün U.Qocayevin övladlarının ondan narazı qaldıqlarını və şikayət edə biləcəklərini demişdir. Həbib isə hər dəfə darıxmamalarını, işin düzələcəyini və ya pulun qaytarılacağını vəd etmişdir. Bu məqsədlə görüşməyə bir neçə dəfə cəhd etsələr də, Həbib müxtəlif bəhanələrlə yayınmışdır. Sonuncu dəfə 23.07.2021ci il tarixdə Həbiblə danışmış, sonuncu, Şamaxıda olduğunu, gəlib məsələni idarədə danışıb onunla əlaqə saxlayacağını bildirmişdir. Həmin gün işdən sonra axşam saatlarında Bakı şəhərinə gələrək Xaliqlə “Nərimanov parkı”nın yanında gözləsələr də Həbib ora gəlməmiş və telefon zənglərinə cavab verməmişdir. Həmin günün səhəri, yəni 24.07.2021-ci il tarixdə şənbə günündə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yanına getmişlər. Xaliq idarəyə girib Həbib barədə maraqlanıb görüşmək istədiyini bildirdikdə sonuncuya Həbibin işə gəlmədiyini demişlər. Bundan bir qədər sonra Həbib ***- ***-**-** saylı nömrənin Vatsapından ona “Salam 40 dəqiqəyə çağıracağını, həmin vaxt gəlməsini yazaraq harda olmasını soruşmuşdur. O da idarədən prospektə çıxanda solda EL-OBA kafesində oturduğunu yazmışdır. Sonra idarəyə gəlməklə pis vəziyyətə salmağını bildirərək çıxılmaz vəziyyətdə qaldığını bildirdikdə o, idarəyə girmədiyini yazmışdır. Sonra Həbib onun yaxşılıq eləmək istədiyini, Urufullanın övladlarının bunu başa düşmədiyini, qəbulda ağsaqqala, yəni İdarədəki vəzifəli şəxsə bu formada da deməyini yazmışdır. Sonra Həbib səbrli olmasını içəri girəcəklərini, iclas getdiyini, 40 dəqiqəyə qurtaracağını, özünün məcbur olub rəisin yanına aparacağını, çünki rəisinin bu məsələni kimin xahiş etdiyini soruşduğunu, ona görə də onu rəisin yanına çıxarmalı olduğunu, başqa variantı olmadığını yazmışdır. O isə çalışıb özünün məsələni həll etməsini, lazım olsa əgər Xaliqin rəisin yanına çıxmasını yazmışdır. Təxminən 1 saat sonra Həbib pulların axşam qaytarılacağını bildirməklə kağızlar axşama həllini tapacaq formasında vatsapla mesaj yazmışdır. O, görüşmək istədiyini yazdıqda Həbib görüşəcəklərini yazmışdır. O, israrla görüşmək istədiyini bildirdikdə, sonuncu səbirli olmağını və bir-iki işinin olduğunu həll edib görüşəcəyini qeyd etmişdir. Sonra vatsapla mesaj vasitəsilə U.Qocayevin övladlarının narahat etdiyini bildirdikdə Həbib Bakıda olmağını və görüşdükdən sonra getməyini yazmışdır. 24.07.2021-ci il tarixdə saat 17-dən sonra görüşmələrini istəmiş və razılaşmışlar. Bundan sonra o, Həbibə əvvəldən özünün arasında olan Minbaşı bələdiyyəsinin ərazisində olan Su-kanal məsələsi ilə bağlı yeniliyin olub-olmadığını soruşduqda iş yoldaşının olmadığını, həmin məsələni xahiş etdiyini, Su-Kanal İdarəsinin rəisinin iş yoldaşı ilə daha yaxın münasibətinin olduğunu və sonuncudan bu məsələni xahiş edəcəyini bildirmişdir. Bundan sonra o, saat 17:06-da harada görüşə biləcəklərini vatsapla yazmışdır. Həbib isə SMS-i oxusa da, cavab yazmamış, sonrakı yazılarına da cavab verməmişdir. Bundan sonra Həbiblə əlaqəsi kəsilmiş, telefonuna zəng və Vatsap yazışmaları çatmamışdır. Bundan sonra U.Qocayevin övladları iş düzəlmədiyi üçün vəkil Xaliqlə müqaviləni pozaraq pulun qaytarılmasını, əks halda şikayət edəcəklərini bildirmişlər. Xaliq onunla əlaqə saxlayaraq danışmasını və bu işə onun əlaqələndirdiyini bildirərək kömək etməyini xahiş etmişdir. O da uşaqları ona yönləndirməyi bildirmişdir. 1-2 gün sonra U.Qocayevin övladları onun yanına gəlmişlər və o, bu məsələdə Xaliqin günahının olmadığını izah edərək, Həbibin Xaliqi aldatdığını və iş alınmasa, şikayət etməmələrini, Xaliqin pulu qaytaracağını bildirmişdir. Sonra Xaliq pulunun olmadığını, məbləği qaytarmaq üçün kömək etməsini, Həbibdən pulu aldıqdan sonra ona pulu verəcəyini bildirmişdir. Xaliqə kömək etmək qərarına gəlmiş və təxminən 2-3 gün sonra pulu tanışlarından borc alaraq U.Qocayevin övladları ilə görüşüb 30.000 manatı dollar şəklində qaytarmışdır. Sonradan borc aldığı pulu qaytarmaq üçün Bank Respublikadan 14.000 manat kredit götürmüş, qalan məbləği isə yaxın tanışlarından almışdır. Bundan sonra Həbiblə əlaqə saxlamaq istəsələrdə, cəhdləri baş tutmamışdır. Həbibdən şübhələndiklərindən, ziyan adı ilə onları aldatdığını düşündülərindən və Xaliq Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə gedərək işi aparan müstəntiqə və digər şəxslərə məlumat verib məsələnin təfsilatını danışmışdır. Bu ərəfələrdə dəfələrlə Həbibi axtarsalar da, əlaqə yaratmaq cəhdləri baş tutmamışdır. Sonradan Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində işləyən Həbib adlı əməkdaş Xaliqə zəng vuraraq sözügedən işlərdən xəbərinin olmadığını, adının hallandığını bildirmişdir. Bu məsələlərdə onun əlaqəsi yalnız U.Qocayevlə əvvəlcədən olan yaxın münasibətinə görə kömək etmək istəyindən irəli gəlmişdir. İş üzrə verilən pulların verilməsində iştirakı, başqa bir niyyəti, maddi marağı olmamışdır. Urufulla ilə dostluq münasibətləri olsa da, övladları ilə heç bir əlaqəsi olmamışdır. Həbib olduğunu deyən şəxs Urufullanın ev dustaqlığına buraxılması üçün dəymiş ziyanla bağlı ona bildirdikdən sonra o, bu barədə Xaliqə bildirmiş, Xaliqlə Həbibi əlaqələndirmiş və Xaliqə Urufullanın ilk olaraq özü ilə görüşüb bu barədə danışmasını bildirmişdir. Sonradan olan proseslərdən onun xəbəri olmamış, həmin işlərlə Xaliq məşğul olmuşdur. Sonradan o, 30.000 manatdan əlavə 7.000 manatda verildiyini bilmişdir. Həbib adlı şəxs bu pulları Urufulla barəsində olan işdə əlavə şikayətçilərin olmamasına görə sonuncuyla bağlı şikayət vermiş digər şəxslərə qaytarılması adı ilə almışdır. Urufullanın oğlanları da sonradan Xaliqdən narazı qalıb şikayət etməyə başladıqda Xaliq ona bu barədə bildirib kömək istəmiş, o da bir yoldaş kimi, həm də Xaliqi həmin işə göndərdiyi üçün borc-xərc edib 30.000 manat pulu dollar şəklində Urufullanın oğlu Mikayıla öz xidməti otağında qaytarmışdır. Ondan əvvəldə pulu Xaliqə vermək istədikdə, Xaliq Bakıda, Urufullanın övladları isə Şirvan və Sabirabadda yaşadıqlarından pulu birdə Bakıya göndərməməsi, elə özünün Şirvanda onlara verməsini demişdir. Urufulla həbs edildikdən sonra həmin Həbib adlı şəxs yığıb Çıraq petrola 400 manat pul vermələrini, həmin pulu Faiqin oradan götürəcəyini demişdir. Faiqə istintaqda izahatını dəyişərək, Urufulla barəsində verdiyi şikayət yüngülləşməsi üçün pul vermişlər. O da bunu Xaliqə bldirdmiş və Xaliq də öz növbəsində Urufullanın övladlarına demişdir. Onun bundan başqa pulu kimin aparıb verməsindən, pulu kimin götürməsindən xəbəri olmamışdır. Habelə, o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsi tanımır, onun belə bir tanışı olmamışdır. Ola bilsin ki, bir vətəndaş kimi qəbulda olmuşdur, lakin o, Turalı xatırlamır. O, özünü Həbib kimi təqdim edən şəxsi də görməmiş, həmin şəxsin Tural olubolmadığını bilməmişdir. Həbib yanına göndərdiyi İlkin adlı şəxsi də əvvəldən tanımamışdır. Həmin İlkin adlı şəxs orta boylu, qarabəniz, orta çəkidə olan bir insan olmuşdur. O, Turalla danışmamış, Urufullanın ev dustaqlığına buraxılmasını bildirməmiş, heç bir pul söhbətində iştirak etməmiş, heç kəsdən pul alıb pul verməmişdir. O, Turala verməsi üçün sürücüdən də 200 manat pul göndərməmişdir. Bunlar hamısı tamam yalandır. O, deyilən vaxta Həbib kimi tanıdığı şəxsə təxminən 2 dəfə 2 yeşik çiyələk göndərmişdir, Həbiblə də özü danışmış, çiyələk mövsümü olduğundan bir yoldaş kimi çiyələk vermək istəmişdir. Həmin vaxtda sürücüsü yeşikləri aparmış və Şirvan şəhərində Həbibin dediyi şəxsə təhvil vermişdir. O, Təqsirləndirilən şəxs adlı şəxs tanımamış, çiyələk verməmişdir. Onun istifadəsində 050-055-***-***-**-** saylı mobil nömrələri vardır, uzun illərdir bu nömrələrdən istifadə edir. Özünü Həbib kimi təqdim edən şəxsin istifadəsində ***-***-**-**; ***-***-**-**; ***-***-**-** saylı mobil nömrələri olmuşdur. Ən çox ***-***-**-** və ***-***-**-** mobil nömrələri ilə danışıqları olmuşdur. Bundan başqa digər nömrələrlə də danışıqları olmuş, lakin hazırda həmin nömrələri xatırlamır. Həbibin yanına göndərdiyi İlkin adlı şəxsin nömrəsini də Həbib ona demiş, lakin hazırda unutmuşdur. Onlar həm adi zəng həm də “Vatsap” mobil tətbiq vasitəsilə danışmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır, onun kim olduğunu bilməmişdir.1983-cü ildən Salyan rayonlararası Psixiatriya Xəstəxanasında işləyir. Bu illər ərzində həmin xəstəxanada həkim, baş həkim, hazırda isə Kişi şöbəsinin müdiri vəzifəsində işləyir. Hazırda barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin istintaqı gedir. Həmin iş üzrə 16 avqust 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Hacıbaba və Elməddin İbrahimovları, Şahid2 tanımır, kim olduqlarını bilmir. O, 4 il əvvəl həmin xəstəxanada baş həkimi müvəqqəti əvəz etmişdir. 2017-ci ilin avqust ayından isə həmin vəzifədən çıxmışdır. Təqsirləndirilən şəxs 7000 manat istəməmiş, nə də Tural ona 2700 manat arayışa görə pul verməmişdir. O, Həbib adlı şəxsi də tanımamışdır. Təqsirləndirilən şəxs Prokurorluqda işləməsi barədə onda heç bir məlumat olmamış, ona görə ki, o, Təqsirləndirilən şəxs ümumiyyətlə tanımamışdır. Həmin epizodla bağlı aşağıdakı sənədlər tədqiq olunmuşdur: Belə ki, cinayət işinin 2-ci cild 108-110-cu vərəqələrində olan 12 noyabr 2021-ci il tarixli şəxsin tanınmasının aparılması haqqında protokoldan görünür ki, tanıyan şəxs Şahid8 təqdim edilən şəxsləri nəzərdən keçirib, tanınmaya təqdim edilən 4 nəfər şəxsdən sağ tərəfdən birinci yerdə dayanmış şəxsi, yəni Təqsirləndirilən şəxs Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı kimi tanıdığı, adının Həbib olduğunu bildiyini, Urufulla Qocayevin işi ilə bağlı 10.06.2021-ci il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yanında avtomobil qarajının qarşısında görüşüb 30.000 manat pulu, təxminən 10 gün sonra isə Nərimanov rayonu ərazisində yerləşən Metropark Ticarət Mərkəzinin qarşısında görüşüb əlavə 4.000 manat pulu verdiyi həmin şəxs olduğunu bildirmişdir. Tanıyan şəxs Şahid8 Həbib adı ilə tanıdığı həmin şəxsi, yəni Təqsirləndirilən şəxs üz quruluşundan, qaşlarının, gözlərinin, burun və sifət nahiyyəsinin formasından, bədən quruluşu və ölçülərindən tanıdığını bildirmişdir. Cinayət işinin 2-ci cild 111-113-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 noyabr 2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid8 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmışdır. Keçirilmiş üzləşdirmə zamanı Şahid8 müdafiəçisi olduğu Urufulla Qocayevin həbsdən azad edilməsi müqabilində özünü Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Həbib kimi təqdim edən Təqsirləndirilən şəxs ondan ümumilikdə 37.000 manat pul aldığını bildirməklə ifadələrində göstərmiş olduğu xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs ifşa etmişdir. Cinayət işinin 2-ci cild 102-104-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 noyabr 2021-ci il tarixli şəxsin tanınmasının aparılması haqqında protokolundan görünür ki, tanıyan şəxs Şahid9 təqdim edilən şəxsləri nəzərdən keçirib, tanınmaya təqdim edilən 4 nəfər şəxsdən sol tərəfdən ikinci yerdə dayanmış şəxs, yəni Təqsirləndirilən şəxs tanış olmaq məqsədilə onun xidməti iş otağına gəlmiş, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyatçısı, Baş İdarənin Hacıqabul rayonu üzrə kuratoru olduğunu və adının İlkin olduğunu bildiyi həmin şəxsdir. O, İlkin adı ilə tanıdığı həmin şəxsi, yəni Təqsirləndirilən şəxs üz quruluşundan, qaşlarının, gözlərinin, çənə nahiyyəsinin formasından, bədən quruluşu və ölçülərindən tanıdığını bildirmişdir. Cinayət işinin 2-ci cild 105-107-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 noyabr 2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid9 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmışdır. Keçirilmiş üzləşdirmə zamanı Şahid9 Təqsirləndirilən şəxs İlkin adı ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı kimi onun qəbulunda olduğunu və Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Həbib kimi təqdim edərək Urufulla Qocayevin həbsdən azad edilməsi müqabilində 37.000 manat pul aldığını bildirməklə ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs ifşa etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 60-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 27 avqust 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi özünə məxsus 1 ədəd F+ markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 86-89-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 avqust 2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid11 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmışdır. Keçirilmiş üzləşdirmələr zamanı Şahid11 Təqsirləndirilən şəxs tanımadığını, kim olduğunu bilmədiyini, onunla görüşüb ondan paket, pul və sair heçnə götürmədiyini bildirməklə ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin 1-ci cild 147-148-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 31 avqust 2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid6 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmışdır. Keçirilmiş üzləşdirmə zamanı Şahid6 Təqsirləndirilən şəxs tanımadığını, sonuncunun yalan danışdığını, özünün hər-hansı bir işlə bağlı Turalla danışmayıb ondan 7.000 manat pul istəmədiyini və 2.700 manat pul almadığını bildirməklə ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin 1-ci cild 204-209-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 sentyabr 2021-ci il tarixli texniki vasitələrə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi materiallarına əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD diskə baxış keçirilmişdir. Həmin baxış zamanı 01.01.2021-ci il tarixdən 28.09.2021-ci il tarixədək müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə müxtəlif şəxslərə məxsus telefon nömrələri arasında danışıqlar aparılmış, o cümlədən Şahid1 istifadəsində olan ***-***-**-** saylı nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 2021-05-04 tarixdə saat 22:27:02-də 283 saniyə danışıq olmuşdur. Həmin zəngin Təqsirləndirilən şəxs aid müvafiq nömrə tərəfindən edildiyi və danışığın isə “Sarayevo kuc” anten dairəsində olduğu müəyyən edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs **********65 saylı mobil nömrəsi ilə Şahid2 ********** saylı mobil nömrəsi arasında 2021-05-02 tarixdə saat 14:22:20-də 88 saniyə müddətində, “Dernegul qes., 3097-ci mehelle” anten dairəsində danışığın olduğu, **********65 nömrədən **********3606 nömrəyə 2021-05-02 tarixdə saat 15:10:08-də SMS gəldiyi, ********** nömrədən **********65 nömrəyə 2021-05-02 tarixdə saat 15:10:12-də SMS gəldiyi və anten dairələrinin “Shovket Memmedova kuc., "ROYA" Shadliq Sarayi” olduğu, Şahid2 **********06 nömrəsindən **********65 nömrəyə 2021-05-02 tarixdə saat 15:14:34də SMS gəldiyi və anten dairəsinin “7 ci mkr,X41 kuc,Mikayil Aliyev kuc” olduğu, **********65 nömrədən **********3606 nömrəyə 2021-05-02 tarixdə saat 15:38:03-də SMS gəldiyi, ********** nömrədən **********65 nömrəyə 2021-05-02 tarixdə saat 15:38:07-də SMS gəldiyi və anten dairəsinin “8mkr X41 kuc, Bolluq bazar” olduğu, **********65 nömrə ilə 00**********06 nömrə arasında 2021-05-02 tarixdə saat 16:58:30-da 14 saniyə müddətində, “Qaradag ray., Lokbatan yolu, Bine Ticaret Merkezi” anten dairəsində, ********** nömrə ilə ********* nömrə arasında 2021-05-02 tarixdə saat 17:27:16-da 316 saniyə müddətində, “Sahil qes” anten dairəsində, **********65 nömrə ilə ********** nömrə arasında 2021-05-02 tarixdə saat 22:47:58-də 103 saniyə müddətində, “Resulzade qes-si Cefer Cabarli kuc.” və “Haciqabul r-nu., Qarasu” anten dairəsində danışıqlar olduğu müəyyən edilmişdir. SMS yazışmalarına baxış zamanı 02.05.2021-ci il tarixdə saat 15:10:06-da Təqsirləndirilən şəxs **********65 mobil nömrəsindən Şahid2 **********06 mobil nömrəsinə “QARDAW MENDEN CAVAB GOZDUYULER BULAR NEYNİYE BİLDİN”, 02/05/2021 tarixdə saat 15:14:03-də **********06 nömrədən **********65 nömrəyə “eveklent tamdig getdi eve baxsin qiymeti razlasdilar baxsin pulu goturek”, 02/05/2021 tarixdə saat 15:38:02-də **********65 nömrədən **********06 nömrəyə “QARDAW TEKİLİYE KEC MENİ YİG” məzmunlu smslər göndərildiyi müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsi ilə Şahid1 ********** saylı mobil nömrəsi arasında 2021-04-24 tarixdə saat 14:42:08-də 84 saniyə müddətində, “Bayil qes."Bayil Plaza" və “Merdakan qes” anten dairəsində, 2021-04-24 tarixdə saat 14:49:55-də 87 saniyə müddətində, “Baki sh, Fehle prospekti Ag sheher bulvar erazi” və “Qala qes” anten dairəsində, 2021-04-24 tarixdə saat 23:12:41-də 64 saniyə müddətində, “Sarayevo kuc 4a” və “İmisli r-nu, Cabir Quliyev kucesi 1” anten dairəsində, 2021-04-28 tarixdə saat 14:47:30-da 49 saniyə müddətində, “Sarayevo kuc” və “Sirvan seh. T.İsmayilov kuc., 4” anten dairəsində, 2021-05-03 tarixdə saat 19:38:06-da 438 saniyə müddətində, “Qara Qarayev pr” və “İmisli r-nu” anten dairəsində, 2021-05-05 tarixdə saat 09:20:13-də 39 saniyə müddətində, “Baki seh,Nizami r-nu, M.Abbasov kuc.X49” və “İmisli r-nu, Sheker Zavodu” anten dairəsində, 2021-05-05 tarixdə saat 09:22:57-də 23 saniyə müddətində, “8-km Azneftyanacaq” və “İmisli r-nu, Cabir Quliyev kucesi 1” anten dairəsində, 2021-05-06 tarixdə saat 10:13:40-da 31 saniyə müddətində, “Sarayevo kuc 4a” və “İmisli r-nu” anten dairəsində, 2021-05-08 tarixdə saat 09:05:31-də 16 saniyə müddətində, “Sarayevo kuc” və “İmisli r-nu, Sheker Zavodu” anten dairəsində, 2021-05-08 tarixdə saat 11:52:37-də 76 saniyə müddətində, “Sarayevo kuc 4a” və “İmishli r-nu, Sarisu Gollu ovculuk alani” anten dairəsində, 2021-05-09 tarixdə saat 16:44:16-da 20 saniyə müddətində, “İmisli r-nu, Sheker Zavodu” və “Sabirabad r-nu.” anten dairəsində, 2021-05-16 tarixdə saat 12:31:35-də 18 saniyə müddətində, “Sarayevo kuc 4a” və “İmisli r-nu, Cabir Quliyev kucesi 1” anten dairəsində danışıqların olduğu müəyyən edilmişdir. Həmçinin 2021-05-07 tarixdə saat 21:32:42-də **********05 nömrədən ***-***-**-** nömrəyə SMS gəldiyi, anten dairəsinin “Kurdemir r-nu,Sigirli” olduğu, 2021-05-10 tarixdə saat 19:29:12-də **********05 nömrədən **********9171 nömrəyə SMS gəldiyi, anten dairəsinin “Sarayevo kuc 4a” olduğu, 2021-05-17 tarixdə saat 18:36:40-da **********05 nömrədən **********9171 nömrəyə SMS gəldiyi, anten dairəsinin “Haciqabul r-nu., Qarasu” olduğu, 2021-05-31 tarixdə saat 15:51:21-də **********05 nömrədən **********9171 nömrəyə SMS gəldiyi, anten dairəsinin “7 MKR,Kinoteatr İNQLAB” olduğu, 2021-06-26 tarixdə saat 05:57:57-də **********05 nömrədən **********9171 nömrəyə SMS gəldiyi, anten dairəsinin “Hacigabul r-nu” olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs **********71 saylı mobil nömrəsi ilə Şahid2 **********06 saylı mobil nömrəsi arasında 2021-04-20 tarixdə saat 10:20:51-də 24 saniyə müddətində və “7ci mkr,Mikayil Aliyev kuc” anten dairəsində, 2021-04-20 tarixdə saat 11:10:28-də 35 saniyə müddətində və “Narimanov rayonu, 2095 mehelle” anten dairəsində, 2021-04-20 tarixdə saat 11:45:24-də 26 saniyə müddətində və “Dernegul qes., 3097-ci mehelle” anten dairəsində, 2021-04-20 tarixdə saat 11:50:19-da 10 saniyə müddətində və “7 mikrorayon”anten dairəsində, 2021-04-20 tarixdə saat 12:00:22-də 8 saniyə müddətində və “8mkr X41 kuc, Bolluq bazar” anten dairəsində, 2021-04-21 tarixdə saat 09:40:11-də 119 saniyə müddətində və “Sarayevo kuc 4a” anten dairəsində, 2021-04-22 tarixdə saat 10:33:37-də 58 saniyə müddətində və “Qaradag ray., Bine Ticaret Merkezi” anten dairəsində, 2021-04-23 tarixdə saat 10:58:05-də 57 saniyə müddətində və “3mkr,Javadxan kuc.” Anten dairəsində, 2021-04-24 tarixdə saat 15:35:48-də 51 saniyə müddətində və “Sarayevo kuc” anten dairəsində, 2021-04-24 tarixdə saat 15:37:43-də 11 saniyə müddətində və “Sarayevo kuc 4a” anten dairəsində, 2021-04-24 tarixdə saat 15:39:17-də 15 saniyə müddətində və “Sarayevo kuc 4a” anten dairəsində, 2021-04-24 tarixdə saat 15:40:51-də 9 saniyə müddətində və “Sarayevo kuc 4a” anten dairəsində, 2021-04-24 tarixdə saat 15:45:43-də 16 saniyə müddətində və “Sarayevo kuc” anten dairəsində, 2021-04-24 tarixdə saat 16:20:16-da 26 saniyə müddətində və “Sarayevo kuc” anten dairəsində, 2021-04-26 tarixdə saat 13:31:19-da 67 saniyə müddətində və “Sarayevo kuc 4a” anten dairəsində, 2021-04-26 tarixdə saat 14:49:56-da 10 saniyə müddətində və “Sarayevo kuc” anten dairəsində, 2021-04-26 tarixdə saat 16:14:44-də 24 saniyə müddətində və “Sarayevo kuc 4a” anten dairəsində, 2021-04-26 tarixdə saat 16:32:00-da 17 saniyə müddətində və “Sarayevo kuc” anten dairəsində, 2021-04-28 tarixdə saat 14:51:04-də 146 saniyə müddətində və “Sarayevo kuc 4a” anten dairəsində, 2021-04-28 tarixdə saat 14:59:10-da 43 saniyə müddətində və “Sarayevo kuc 4a” anten dairəsində, 2021-04-28 tarixdə saat 15:57:08-də 30 saniyə müddətində və “Sarayevo kuc 4a” anten dairəsində, 2021-04-28 tarixdə saat 18:08:41-də 21 saniyə müddətində və “8 km X45"Konfirm MMC"” anten dairəsində, 2021-04-28 tarixdə saat 18:51:41-də 24 saniyə müddətində və “Sarayevo kuc” anten dairəsində, 2021-04-28 tarixdə saat 19:26:21-də 15 saniyə müddətində və “Sarayevo kuc” anten dairəsində, 2021-04-30 tarixdə saat 10:55:22də 87 saniyə müddətində və “Ataturk pr,Ziya Bunyadov kuc.”, 2021-04-30 tarixdə saat 12:18:08-də 32 saniyə müddətində və “Bineqedi r-nu, Mesud Davudoglu kuc” anten dairəsində, 2021-05-01 tarixdə saat 11:05:23-də 59 saniyə müddətində və “Baki sh.Xetai ray.Nobel pr.Xezer TV.” Anten dairəsində, 2021-05-01 tarixdə saat 14:46:10-da 49 saniyə müddətində və “Sarayevo kuc 4a” anten dairəsində, 2021-05-01 tarixdə saat 17:14:42-də 100 saniyə müddətində və “Sarayevo kuc 4a” anten dairəsində, 2021-05-03 tarixdə saat 08:58:03-də 185 saniyə müddətində və “Haciqabul r-nu., Qarasu” anten dairəsində, 2021- 05-03 tarixdə saat 09:03:59-da 122 saniyə müddətində və “Haciqabul r-nu., Qarasu” anten dairəsində, 2021-05-03 tarixdə saat 16:24:49-da 23 saniyə müddətində və “Sarayevo kuc 4a” anten dairəsində, 2021-05-06 tarixdə saat 10:26:11-də 40 saniyə müddətində və “Sarayevo kuc 4a” anten dairəsində, 2021-05-29 tarixdə saat 17:19:36-da 72 saniyə müddətində və “Sabirabad r-nu,Kurkend” anten dairəsində, Şahid2 ********** nömrəsi ilə 2021-04-28 tarixdə saat 12:40:11-də 25 saniyə müddətində və “M.Rasulzade qes. X50:36 Auto Yuma” və “Sahil qes” anten dairəsində, 2021-05-01 tarixdə saat 10:48:53-də 27 saniyə müddətində və “M.Rasulzade qes. X50:36 Auto Yuma” və “BibiHeybet qes.” anten dairəsində danışıqların olduğu, 2021-05-31 tarixdə saat 10:36:33-də **********06 nömrədən **********9171 nömrəyə “Sarayevo kuc 4a” anten dairəsində SMS gəldiyi müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs ifadəsində müvafiq işlə bağlı vəkil Şahid7 və Salyan rayonlararası X5 şöbəsinin müdiri Şahid6la aralarında telefon danışıqlarının olmasını bildirsə də, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil telefon nömrələri ilə Şahid7 istifadəsində olan ***-***-**- **, ***-***-**-**, ***-***-**-** saylı və Şahid6 istifadəsində olan ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələri arasında hər hansı telefon danışıqlarının və SMS yazışmalarının aparılması müəyyən edilməmişdir. Bundan əlavə, həmin faylda ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil telefon nömrələrinin Təqsirləndirilən şəxs, ***-***-**-** saylı mobil nömrəsinin Şahid1 və ***-***-**- ** saylı mobil nömrənin isə Şahid2 adına qeydiyyata alındığı öz əksini tapmışdır. Cinayət işinin 1-ci cild 210-211-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 sentyabr 2021-ci il tarixli texniki vasitələrə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi materiallarına əlavə edilmiş "xxxx" LLC-dən daxil olmuş 1 ədəd CD diskə baxış keçirilmişdir. Həmin baxış protokolundan görünür ki, 01.01.2021-ci il tarixdən 28.09.2021-ci ilədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə müxtəlif şəxslərə məxsus telefon nömrələri arasında danışıqlar aparılmış, o cümlədən Təqsirləndirilən şəxs istifadəsində olmuş müvafiq nömrə ilə Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə arasında 19.04.2021 tarixdə saat 13:13:15-də 428 saniyə müddətində, "Bakı şəhəri, Nizami rayonu, 2023-cü məhəllə, H.Əliyev prospekti, 96 A" anten dairəsində, 19.04.2021 tarixdə saat 14:12:41-də 52 saniyə müddətində, "Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 18 C" anten dairəsində, 19.04.2021 tarixdə saat 14:22:45-də 45 saniyə müddətində "Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 18 C" anten dairəsində və 28.04.2021 tarixdə saat 12:47:29-da 39 saniyə müddətində, "Bakı şəhəri, Qaradağ rayonu, Dəniz nasosu" anten dairəsində danışıqların olduğu müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs ifadəsində müvafiq işlə bağlı vəkil Şahid7 və Salyan rayonlararası X5 şöbəsinin müdiri Şahid6la aralarında telefon danışıqlarının olmasını bildirsə də, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid7 istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***-***-**- ** saylı və Şahid6 istifadəsində olan ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələri arasında hər hansı telefon danışıqlarının və SMS yazışmalarının aparılması müəyyən edilməmişdir. Cinayət işinin 3-cü cild 59-62-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şirvan Şəhər Piolis Şöbəsinin İB-nin müstəntiqi, polis kapitanı X10 10 iyun 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X12, X17, X23 və Şahid12 onlara dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs şikayətçi olmadıqlarını bildirdiklərindənn, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.8-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin 3-cü cild 100-180-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, kiçik ədliyyə müşaviri X18 27 dekabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarına əsasən; -Şahid1 Şahid9, Şahid10, Şahid13 və Şahid12 barələrində Azərbaycan Respublikası CM-nin 312-ci maddəsinin Qeydinə əsasən, Azərbaycan Respublikası CPMnin 39.1.11-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmiş; -Şahid2, Şahid4, Şahid5, Şahid9, Şahid8 və X7 barəsində Təqsirləndirilən şəxs ilə əlbir olmaları, ona köməklik etmələri ilə bağlı xüsusatlar üzrə cinayət təqibinin başlanması rədd edilmiş; -X8 əməlində cinayət tərkibinin olmadığı, onun törədilmiş cinayətdən xəbərsiz olduğu, eləcə də Təqsirləndirilən şəxsla əlbirliyinin mövcud olmadığı müəyyən edildiyindən həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişlər ki, o, heç kimə özünü Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı kimi təqdim etməmiş, Urufulla Qocayevin işi ilə bağlı aldığı pulu İmrana verdiyini, həmin puldan ona İmranın yalnız 50 manat verdiyini bildirmişdir. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı bir neçə dəfə fərqli, ziddiyyətli ifadələr verməsini, məhkəmə iclasında həmin ifadələrdən fərqli ifadə verməsini ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə bu barədə verdikləri ifadəsi özünümüdafiə və məsuliyyətdən yayınmaq xarakteri daşıyır. Məhkəmə şahidlərin ifadələrini, ekspert rəyini, Təqsirləndirilən şəxs nömrəsi ilə aparılmış danışıqları, şahidlər tərəfindən təqdim edilmiş səs yazılarını, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək təsvirini formalaşdırmışdır. Beləliklə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbuledilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.2, 178.2.2, 29, 178.2.4, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11.06.2015-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, plenumun qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Həmin plenum qərarının 2-ci bəndində qeyd edilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 228-229-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən daxil olmuş 24 sentyabr 2021-ci il tarixli tələbnamədən və cinayət işinin 3-cü cild 182-185-ci vərəqələrində olan Hacıqabul Rayon Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli, 1(071)-90/2015 saylı hökmünün kserosurətindən görünür ki, Abasov X13 Rayon Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 69.4-cü maddəsi tətbiq edilməklə 2.000 manat cərimə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hacıqabul Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 21 aprel 2022-ci il tarixli, 17/21-6 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs “28 May-Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının 1.8-ci bəndi tətbiq edilməklə Hacıqabul Rayon Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli hökmü ilə təyin edilmiş 2000 manat cərimə cəzasından azad edilərək qeydiyyatdan çıxarırlmışdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 1-ci cild 236-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 23 sentyabr 2021-ci il tarixli, 8065 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 2-ci cild 76-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsindən daxil olmuş 09 oktyabr 2021-ci il tarixli, 19/51-11235 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. Cinayət işinin 2-ci cild 50-ci vərəqəsində olan Hacıqabul RİHB-nın Qarasu kənd Qarasu İƏD üzrə nümayəndəliyindən daxil olmuş 13 sentyabr 2021-ci il tarixli, 433 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilir. Cinayət işinin 2-ci cild 53-cü vərəqəsində olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladı – 05 aprel 2011-ci il təvəllüdlü X36 vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, müsbət səciyyələndirilməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası CM-nin 310-cu maddəsi ilə nəzərdə tutulan cinayət əməlini təkrarən törətməsini həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 27 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 32-33-cü vərəqələrində olan cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 131-135-ci vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 avqust 2021-ci il tarixli, 4(001)-900/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 27 avqust 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış Şahid1 tərəfindən istintaqa təqdim edilmiş 24 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “McDonalds” restoranının yaxınlığında yerləşən kafedə Təqsirləndirilən şəxsla görüşləri zamanı qeydə alınan video görüntünün yükləndiyi 1 ədəd CD daşıyıcısı, "xxxx" və "xxxx" MMC-lərdən daxil olmuş 2 ədəd CD disklər, Şahid12 tərəfindən istintaqa təqdim edilmiş, içərisində Təqsirləndirilən şəxsla aralarında olan səs yazılarının, aralarında olan SMS yazışmalarının və köçürmə yolu ilə Təqsirləndirilən şəxs göndərdiyi pulların qəbzlərinin elektron formada saxlanıldığı elektron yaddaş daşıyıcısının cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Cinayət işinin 57-ci vərəqəsində olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş 07 oktyabr 2021-ci il tarixli, **********09 nömrəli məktubdan görünür ki, arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs ailə üzvləri ilə birgə mülkiyyət hüququ ilə adına 14.01.2005-ci il tarixində qeydiyyata alınmış Hacıqabul rayonu, Qarasu kəndində yerləşən 0,54 ha həyətyanı və 11.11.2003-cü il tarixində qeydiyyata alınmış 1,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri aşkar edilmişdir. Cinayət işinin 59-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsindən daxil olmuş 06 oktyabr 2021-ci il tarixli, 016-117096-1221 saylı məktubdan görünür ki, X4 məxsus VAZ-21063 markalı, **-BB-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin etibarnamə ilə 06.01.2012-ci il tarixdən 26.10.2041-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsinə verilməsi barədə DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur və istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11.06.2015-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Hökm etdi: 1.Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.2, 178.2.2, 29, 178.2.4, 178.2.4,310 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.2, 178.2.2, 29, 178.2.4 və 178.2.4-ci maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 27 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin.

2. İş üzrə maddi sübut kimi tanınmış Şahid1 tərəfindən istintaqa təqdim edilmiş 24 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “McDonalds” restoranının yaxınlığında yerləşən kafedə Təqsirləndirilən şəxsla görüşləri zamanı qeydə alınan video görüntünün yükləndiyi 1 ədəd CD daşıyıcısı, "xxxx" və "xxxx" MMC-lərdən daxil olmuş 2 ədəd CD disklər, Şahid12 tərəfindən istintaqa təqdim edilmiş, içərisində Təqsirləndirilən şəxsla aralarında olan səs yazılarının, aralarında olan SMS yazışmalarının və köçürmə yolu ilə Təqsirləndirilən şəxs göndərdiyi pulların qəbzlərinin elektron formada saxlanıldığı elektron yaddaş daşıyıcısının cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Azad Məcidov

Hakimlər: Zeynal Ağayev

Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar