Məhkəmə qərarları › İş №1(101)-607/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-607/2023

24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-607/2023 24.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X11 və Quliyev Əhməd Qəhrəman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 28 avqust 1993-cü il tarixdə Siyəzən rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, yeni yaşayış massivində yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 8 aprel 2022-ci il tarixdə əvvəlcədən aralarında olan razılaşmaya əsasən axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan yerdə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə görüşüb sonuncudan satış məqsədi ilə qanunsuz olaraq 30 manat pul müqabilində 1 bükümdə 2,512 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 30 manat pul müqabilində 1 bükümdə 2,952 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini əldə edərək saxlamaqla daşımış, 9 aprel 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yaşadığı Yeni yaşayış massivindəki fərdi evinin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə gətirilmiş, polis bölməsinin inzibatı binasında şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən “Rotman” markalı siqaret qutusunun içərisindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş halda 2,512 qram çəkidə külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd şəffaf rəngli sellofan bükümdə 2,952 qram çəkidə külli miqdarda ağ rəngli kristal hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 9 aprel 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmaylıov küçəsi, Yeni Yaşayış massivində olan evinin yaxınlığında olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək onu Binəqədi RPİ-nin 6-ci PB-nə dəvət etmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə həmin polis bölməsinə getmişdir. Polis bölməsində ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərində axtarış keçiriləcəyini bildirmişlər. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və sonra şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra xidməti otaqların birində polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərinə axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya varsa könüllü olaraq təqdim etməsini bildirmişlər. O da əynində olan şalvarın cibindən “Rotmans” markalı siqaret qutusunun içərisində olan 2 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb polis əməkdaşlarına təqdim edərək həmin bükümlərin birinin içərisində heroin, digərində isə metafetamin olduğunu bildirmişdir. Ona narkotik vasitəni haradan əldə etməsi ilə bağlı suallar verən zaman onlara Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən hər büküm 30 manat olmaqla, ümumilikdə 60 manata şəxsi istifadəsi üçün aldığınıı bildirmişdir. Nəsimi rayonu, “Papanin” adlanan ərazidə narkotik vasitələri əldə etdiyi şəxsi taksi fəaliyyəti ilə məşğul olan zaman tanımışdır. Həmin şəxs müştəri kimi onun avtomobilinə əyləşən zaman narkotik vasitələrdən söhbət açılmış və sonuncu ona narkotik vasitə təşkil edəcəyini bildirmişdir. Törətdiyi əməldən çox peşmandır, nişanlıdır. O, tutulmazdan əvvəl yalnız bir dəfə narkotik maddədən istifadə etmişdir. Üzərindən aşkar edilmiş həm heroindən, həm də metafetamindən istifadə edəcəkdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması qismən etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu, Yeni Yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələri gəzdirməsi barədə mötəbər mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat Bölmənin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs Rahim oğlunun müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna sahə rəisi Şahid2 də daxil edilmişdir. Alınmış məlumatın yoxlanılması məqsədilə 9 aprel 2022-ci il tarixdə saat 15:00 radələrində əməliyyat qrupu ilə birlikdə Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən Yeni Yaşayış massivindəki nömrəsiz fərdi evin qarşısında əməliyyat məlumatında qeyd edilmiş əlamətlərlə üst-üstə düşən şəxsə yaxınlaşıb özlərin təqdim etmişlər. Həmin şəxs də Təqsirləndirilən şəxs Rahim oğlu olduğunu bildirmişdir. Onlar həmin şəxsə qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi barədə daxil olmuş məlumatla bağlı onlarla birlikdə Binəqədi RPİ-nin 6-cı PB-nə getməli olduğunu demişlər. Təqsirləndirilən şəxs da etiraz etməmiş və onlar birlikdə Binəqədi RPİ-nin 6-cı PB-nə getmişlər. Polis bölməsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Sonra bölmədə təhqiqatçının otağında vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə axtarış keçiriləcəyi ona bildirilmişdir. Şəxsin üzərinə axtarış keçirilən zaman Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olan qanunsuz əşyaları könüllü təhvil versin. Bundan sonra o, əynində olan qara rəngli cins şalvarının cibində olan “Rotmans” siqaret qutusunun içində olan 2 ədəd şəffan sellofanda bükülmüş bükümləri masanın üzərinə qoymuşdur. Həmin bükümlərin içərisindən 1 ədəd heroin və 1 ədəd metafetamin aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs heroin və metafetamini Nəsimi rayonu, “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən əldə etdiyini demişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri əldə edərək saxlaması və gəzdirilməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 107-109). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması” haqqında 9 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin baş təhqiqatçısı, polis mayoru Kamandar Ələsgərov tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol cibindən 1 ədəd “Redmi” markalı mobil telefonu, şalvarın sol cibindən 2 ədəd 2 manatlıq əskinazı, şalvarın sağ cibindən 1 ədəd “Rotman” siqaret qutusunun içərisindən olan 2 ədəd şəfaff sellefona bükülünü masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində üzərində başqa hər hansı bir əşya olmadığını bildirmiş, bundan sonra aparılan şəxsi axtarış zamanı onun üzərindən hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd şəfaff sellofan bükümlərin birinin psixotrop maddə metafetamin, digərinin isə narkotik vasitə heroin olduğunu, şəxsi istifadəsi üçün 1 gün əvvəl axşam saatlarında Nəsimi rayonu, “Papanin” adlanan ərazidə adını bilmədiyi şəxsdən 60 manata aldığını bildirmiş, qeyd edilənlərlə əlaqədar baş təhqiqatçı Kamandar Ələsgərov tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara oxunduqdan sonra möhürlənmiş zərf və tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqə 27-29). Cinayət işinin materiallarında olan “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 6 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin diksin içərisində 1 ədəd 01349.MTS adlı video fayllar vardır. Həmin 1 ədəd "01349.MTS'‘ adlı videofaylda əks edilmiş görüntülər 9 aprel 2022-ci il tarixdə qeydə alınır. Videogörüntüdən müəyyən edilir ki, süni işıqlandırma ilə işıqlandırılmış otaq Binəqədi RPİ-nin 6-cı PB-nin baş təhqiqatçısı, polis mayoru Kamandar Ələsgərovun əyləşdiyi xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı Kamandar Ələsgərovun sol tərəfində masa arxasında əyləşmiş əynində qara rəngli şalvar və naxışlı gödəkcə olan şəxs Təqsirləndirilən şəxsdur. Digər şəxslər adları təhqiqatçı tərəfindən sadalanan Binəqədi RPİ-nin 4-cü PB-nin sahə inspektorları Şahid2 və Şahid1dur. Videoçəkilişin davamında təhqiqatçı Kamandar Ələsgərov Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefonu, 1 manatlıq əsginazdan ibarət 2 manat pulu, həmin şalvarın sağ yan cibindən çıxardığı “Rotmon” markalı siqaret qutusunun içərisindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə içərisində qəhvəyi rəngli maddə və 1 ədəd şəffaf rəngli sellofan bükümdə içərisində ağ kristallik maddə olan bükümləri çıxarıb masanın üzərinə qoyması, həmin bükümlərdən içərisində qəhvəyi rəngli maddə olan bükümdəki maddənin narkotik vasitə heroin, içərisində ağ rəngli kristallik maddə olan bükümdəki maddənin psixotrop maddə metafetamin olduğunu, həmin maddələri 8 aprel 2022-ci il tarixdə axşam saatlarında Nəsimi rayonu, “Papanin” adlanan yerdə tanımadığı şəxsdən hər birini 30 manata olmaqla 60 manat pul verib şəxsi istifadə məqsədi ilə alaraq üzərində saxlayıb gəzdirdiyini bildirməsi və həmin maddələrin şəxsi axtarışda iştirak edən şəxslərin gözü qarşısında zərfə qoyularaq qablaşdırılması və möhürlənməsi müşahidə olunur. Həmin zərfin üzəri Təqsirləndirilən şəxs və polis əməkdaşları tərəfindən imzalanır (cild 1, iş vərəqə 156-157). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 aprel 2022-ci il tarixli 6/2004 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...(imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 2,512 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 2,952 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metafetamin ‘Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı l) daxildir (Qeyd: heroinin ümümi təmiz çəkisi 2,512 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 2,462 qram, metafetaminin ümümi təmiz çəkisi 2,952 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 2,902 qram, cild 1, iş vərəqə 36-40). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 13 aprel 2022-ci il tarixli 1781 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 101-102). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 11 may 2022-ci il tarixli 1156 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırda hər hansı psizi xəstləliyin əlamətləri aşkar olunmamışdır. Bunu cinayət işinin materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayəti törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qərarda qeyd edilmiş əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, M.R.Mahmudov ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür (cild 1, iş vərəqə 133-135). Cinayət işinin materiallarında olan 16 sentyabr 2022-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tədqiqatdan sonra qalıq çəkiləri 2,462 qram olan narkotik vasitə heroin və 2,902 qram olan psixotrop maddə metafetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş, 1 ədəd “DVD” formatlı disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 171-182). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamənin görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 98). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 9 aprel 2022-ci il tarixdə tutulmuşdur(cild 1, iş vərəqə 18). Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 12 aprel 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və o, məhkəmə iclas zalında həbsdən azad edilmişdir (cild 1, iş vərəqə 86-91). Cinayət işinin materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 12 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 92-93). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin tutulduğu müddət məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 9 aprel 2022-ci il tarixdən 12 aprel 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 3 (üç) gün müddət hökmlə təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalından həbs edilməli və cəzaçəkmə müddətinin əvvəli Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən həbs edildiyi 24 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 81 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tədqiqatdan sonra qalıq çəkiləri 2,462 qram olan narkotik vasitə heroin və 2,902 qram olan psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -1 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 9 aprel 2022-ci il tarixdən 12 aprel 2022-ci il tarixə kimi tutulduğu 3 (üç) gün müddət təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən həbs edildiyi 24 yanvar 2023-cü il tarixdən hesablansın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 81 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tədqiqatdan sonra qalıq çəkiləri 2,462 qram olan narkotik vasitə heroin və 2,902 qram olan psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -1 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar