Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-607/2024 27.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə açıq məhkəmə iclasında xx xxxx 1991-ci ildə Naxçıvan MR, Şərur rayonu, Püsyan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, himayəsində 2 azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Naxçıvan MR, Şərur rayonu, Püsyan kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ona görə ittiham olunur ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib üstündə daşıyaraq saxlamışdır. Belə ki, ittihama əsasən Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 4,231 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinə daşıyaraq üzərində saxlamış, 29 mart 2023cü il tarixdə, saat 19:00 radələrində Xəzər RPİ-nin 3-cü Polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində “İrşad” telekomun yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 3-cü Polis şöbəsinin inzibati binasına aparılmış, həmin gün saat 20:00 radələrində Xəzər RPİ-nin 3cü Polis şöbəsinin inzibati binasında xidməti otaqların birində müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ cibindən bir ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 4,231 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər heç bir narkotik vasitə və psixotrop maddələrdən istifadə etməmişdir. O, 29 mart 2023-cü il tarixdə saat 15 radələrində özünə məxsus «Mersedes» markalı maşınla anası Kamilə və xalası qızı Fərzanə ilə birlikdə Əhmədli qəsəbəsində yaşayan xalası Məryəm Yusifovanın dəvəti ilə iftar süfrəsində iştirak etmək üçün onlara getmişdir. Orada olduğu zaman ona özünü Ramin kimi təqdim edən polis əməkdaşı zəng etmiş, görüşmək istədiyini bildirmişdir. O, Ramin adlı şəxsə iftar məclisində olduğunu, axşam iftardan sonra, ya da səhər gələ biləcəyini bildirmişdir. Lakin Ramin adlı polis əməkdaşı onunla razılaşmayaraq dərhal 3-cü PŞ-nə gəlməsini tələb etmişdir. Bu səbəbdən iftar məclisindən çıxıb anasıgili evinə qoyub şöbəyə getmişdir. Yolda olduğu zaman ona qardaşı Turan zəng edərək 3-cü şöbəyə aparıldığını bildirmişdir. Ramin adlı şəxs ona bir daha zəng edərək təcili şöbəyə gəlməsini bildirmişdir. Şöbənin qarşısına gəldikdə orada atası Sərdar, qardaşları Sərxan və Turanı görmüşdür. Orada üzərində olan pulları, mağazanın və maşının açarlarını qardaşlarına verib şöbənin binasına daxil olmuş, orada növbətçi hissənin qarşısında onu sahə müvəkkili Ramin Cəfərov qarşılayıb rəisin otağına aparmışdır. Orada rəis əsəbi halda ondan avtomat hanı deyə soruşmuşdur. O isə bildirmişdir ki, onda avtomat yoxdur. Bundan sonra rəisin tapşırığı ilə onu başqa bir otağa aparıb barmaq izlərini götürmüşlər. Şöbədə bir saatdan artıq saxlanıldıqdan sonra onu Xəzər RPİ-nə aparmışlar. Orada olan əməliyyatçılar onunla söhbət aparmış, onun bir gün əvvəl, yəni 28 mart 2023-cü il tarixdə harada olduğunu, İranda olub-olmadığını, dini təhsili olub-olmamasını soruşmuşlar. O isə dindar, namaz qılan olmasını bildirmiş, Naxçıvan MR-sı sakini olduğu üçün əvvəllər İran ərazisindən Naxçıvana gedib-gəldiyini bildirmişdir. Bundan sonra polis əməkdaşlarından biri seyfi açaraq masanın üzərinə müxtəlif ölçülərdə bükümləri qoymuş, ona təklif etmişlər ki, bu bükümlərdə olan narkotik vasitələrin birini götürüb üzərinə baxış zamanı özünə məxsus əşya kimi təqdim etməlidir. Əks halda, Vətən xaini kimi tutulacaqdır. Ona söz vermişlər ki, CM-nin yüngül olan 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb ediləcəkdir. O da razılaşaraq polisin ona təqdim etdiyi bir büküm heroini üzərinə qoymuş və bundan sonra videoçəkilişlə aparılmış baxış zamanı həmin bükümü özünə məxsus büküm kimi həmin gün Suraxanı rayonu ərazisində 20 manata şəxsi istifadəsi üçün aldığını demişdir. Baxışda vəkil olmuşdur. Lakin həmin vəkil onunla heç maraqlanmamışdır. Sonra müstəntiq ona ittiham elan edəndə bilmişdir ki, ona CM-nin 234.1-ci maddəsi ilə deyil, 234.4.3-cü maddəsi ilə ittiham vermişlər. Bununla da razı deyildir. Bu səbəbdən prokurora və barəsində həbs qətimkan tədbiri seçən hakimə narkotik vasitə istifadə etmədiyini bildirmiş, buna baxmayaraq hakim onun barəsində həbs qətimkan tədbiri seçmişdir. Qeyd etmək istəyir ki, ona qarşı fiziki zor tətbiq olunmamış, yalnız psixoloji təzyiqlər olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-də sahə müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımış, onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Belə ki, həmkarı Şahid2 Binə qəsəbəsi nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla əlaqədar Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmış və xx.xx.2023-cü il tarixdə saat 19 radələrində o və həmkarı Şahid2 Təqsirləndirilən şəxs yaşadığı Binə qəsəbəsinə gedərək həmin qəsəbədə yerləşən İrşad telekomun yaxınlığında Təqsirləndirilən şəxs görüb onu saxlayaraq Bakı şəhəri Xəzər RPİnin 3-cü PŞ-nə aparıb baş müstəntiq Ramil Mehtiyevə təqdim etmişlər. Sonuncu müdafiəçi dəvət edərək Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş və həmin müdafiəçi və onların iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs şəxsi axtarışını həyata keçirmişlər. Müstəntiqin Təqsirləndirilən şəxs üzərində olan əşyaları masanın üzərinə qoyması barədə təklifinə əsasən sonuncu özü könüllü olaraq üzərindəki cins şalvarın cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümdə heroin olduğunu, həmin heroini həmin gün 20 manata Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Müstəntiq həmin bükümü açdıqda içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə bənzər maddənin olması aşkar edilmişdir. Bundan sonra həmin büküm qablaşdırılaraq möhürlənmiş və axtarışın bütün iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Axtarışla bağlı tərtib edilmiş protokol da bütün iştirakçılar tərəfindən imzalanmışdır. Müdafiəçinin suallarına cavab olaraq bildirir ki, Təqsirləndirilən şəxs PŞ-nə özü gəlməmiş, onu Binə qəsəbsində İrşad telekomun yaxınlığında saxlayıb şöbəyə gətirmişlər, Təqsirləndirilən şəxs üzərinə hər hansı bir qanunsuz əşya qoymamışlar və ona qarşı heç bir zor və təzyiq etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-də cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımış, onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Belə ki, ona Binə qəsəbəsi nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla əlaqədar ondan və sahə müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmış və xx.xx.2023-cü il tarixdə saat 19 radələrində o və həmkarı Şahid1 Təqsirləndirilən şəxs yaşadığı Binə qəsəbəsinə gedərək həmin qəsəbədə yerləşən İrşad telekomun yaxınlığında Təqsirləndirilən şəxs görüb onu saxlayaraq Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nə aparıb baş müstəntiq Ramil Mehtiyevə təqdim etmişlər. Sonuncu müdafiəçi dəvət edərək Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş və həmin müdafiəçi və onların iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs şəxsi axtarışını həyata keçirmişlər. Müstəntiqin Təqsirləndirilən şəxs üzərində olan əşyaları masanın üzərinə qoyması barədə təklifinə əsasən sonuncu özü könüllü olaraq üzərindəki cins şalvarın cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümdə heroin olduğunu, həmin heroini həmin gün 20 manata Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Müstəntiq həmin bükümü açdıqda içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə bənzər maddənin olması aşkar edilmişdir. Bundan sonra həmin büküm qablaşdırılaraq möhürlənmiş və axtarışın bütün iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Axtarışla bağlı tərtib edilmiş protokol da bütün iştirakçılar tərəfindən imzalanmışdır. Müdafiəçinin suallarına cavab olaraq bildirir ki, Təqsirləndirilən şəxs PŞ-nə özü gəlməmiş, onu Binə qəsəbsində İrşad telekomun yaxınlığında saxlayıb şöbəyə gətirmişlər, Təqsirləndirilən şəxs üzərinə hər hansı bir qanunsuz əşya qoymamışlar və ona qarşı heç bir zor və təzyiq etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma oğludur. Oğlu namaz qılan və dindar adam olmaqla heç vaxt narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməmiş, nə də ki, satışı ilə məşğul olmamışdır. Hadisə günü günorta vaxtı o evində yatmışdır. Bu zaman oğlu Turan ona zəng edərək polislərin onu apardığını bildirmiş, onun da polisə gəlməsini istəmişdir. Turan bildirmişdir ki, polislər qardaşı Nicatı axtarırlar, Nicat gələnə qədər onu polisdə saxlayacaqlarını demişlər. Bundan sonra o, başqa oğlu Sərxanla birlikdə Binə qəsəbəsində yerləşən 3-cü PŞ-nin yanına gedərək Turanla maraqlanmışlar, lakin şöbənin mühafizəsində olan polis əməkdaşları belə bir adamın şöbədə olmadığını bildirmişlər. Bir müddət sonra Nicat öz maşını ilə şöbənin qarşısına gəlmiş, üzərində olan pul qabı və telefonu qardaşı Sərxana verərək şöbəyə daxil olmuşdur. Nicat yenidən onların yanına gələrək polislərin telefonu istədiklərini bildirib telefonu Sərxandan alaraq yenidən şöbəyə daxil olmuşdur. Nicat şöbəyə keçdikdən sonra Turanı buraxmışlar. Turan şöbədən çıxaraq onların yanına gəlmiş, bundan sonra təxminən 3 saat gözləsələr də Nicatın buraxılmadığını görüb evlərinə getmişlər. Sonradan bilmişlər ki, Nicatı narkotik vasitələrin satışına görə saxlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma qardaşıdır. Qardaşı namaz qılan və dindar adam olmaqla heç vaxt narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməmiş, nə də ki, satışı ilə məşğul olmamışdır. Hadisə günü o xəstəxanada olmuşdur. Həmin vaxt qardaşı Nicat zəng edib soruşmuşdur ki, o, mağazadadır, ya yox, polislər onu axtarır. Bundan sonra ailələrinə məxsus mağazaya gələrək görmüşdür ki, polislər qardaşı Turanı özləri ilə şöbəyə aparmışlar. Bundan sonra atası ilə birlikdə Binə qəsəbəsində yerləşən 3-cü PŞ-nin yanına gedərək Turanla maraqlanmışlar, lakin şöbənin mühafizəsində olan polis əməkdaşları belə bir adamın şöbədə olmadığını bildirmişlər. Bir müddət sonra Nicat öz maşını ilə şöbənin qarşısına gəlmiş, üzərində olan pul qabı və telefonu ona verərək şöbəyə daxil olmuşdur. Nicat yenidən onların yanına gələrək polislərin telefonu istədiklərini bildirib telefonu ondan alaraq yenidən şöbəyə daxil olmuşdur. Nicat şöbəyə keçdikdən sonra Turanı buraxmışlar. Turan şöbədən çıxaraq onların yanına gəlmiş, bundan sonra təxminən 3 saat gözləsələr də Nicatın buraxılmadığını görüb evlərinə getmişlər. Sonradan bilmişlər ki, Nicatı narkotik vasitələrin satışına görə saxlamışlar. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması məhkəmə baxışı zamanı öz təsdiqini tapmamış, lakin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib üstündə daşıyaraq saxlaması özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə əməliyyat-müvəkkili, polis baş leytenantı Şahid2 şöbənin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış 29 mart 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan, eyni tarixli əməliyyat qrupunun yaradılması haqqında əmrdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ifşa olunması və tutulması üşün qrupun rəhbəri polis baş leytenantı Şahid2, üzvü isə polis leytenantı Şahid1 təyin olunmuşlar. Məhkəmədə elan edilib araşdırılmış “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə saat 19.40 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə şübhəli bilinən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış 29 mart 2023-cü il tarixli “şəxsi axtarış, baxış və götürmə” protokolundan müəyyən olunur ki, müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq özü əynindəki göy rəngli cins şalvarın sağ yan cibindəm bir ədəd şəffaf sellofan bükülü çıxarıb təqdim etmiş, bu bükülüdə heroin olduğunu, heroini həmin gün Suraxanı rayonu ərazisində 20 manata tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs verdiyi 29 mart 2023-cü il tarixli izahatı və şübhəli şəxs qismində verdiyi 30 mart 2023-cü il tarixli ifadəsindən müəyyən olunur ki, o 29 mart 2023-cü il tarixdə şəxsi istifadəsi üçün Suraxanı rayonu ərazisindən 20 manata tanımadığı şəxsdən bir bükümdə heroin almış, həmin gün axşam saat 19 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi “İrşad” Telekomun yaxınlığında polis tərəfindən saxlanılmış, Xəzər RPİ-nin 3-cü PŞ-nə aparılmış və orada üzərinə baxış zamanı əldə etdiyi bir büküm heroini təqdim etmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində əvvəlki ifadəsini təsdiq etmiş, heroini şəxsi istifadəsi üçün əldə etdiyini vurğulamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs üzərində aparılmış «şəxs axtarış və götürmə» istintaq hərəkətinin 1 ədəd CD diskə köçürülmüş görüntüyə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ cibindən bir bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək muvafiq qaydada zərfə qablaşdırılaraq götürülməsi təsdiq olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 30 mart 2023-cü il tarixli 6/1840 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində AR DİN “Zərflər üçün № 43” möhür əksi, “Şübhəli şəxs... Təqsirləndirilən şəxs...” və.s sözləri, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 4,231 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə narkoloji ekspertizasının 24 may 2023-cü il tarixli 3184 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin mənbəsinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər görülmüş, lakin müsbət nəticə əldə edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış ibtidai araşdırma orqanının xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, mənbənin müəyyən olunması məqsədi ilə hazırki cinayət işinin materiallarından ayrıca icraata Azərbaycan Respublikasının CM-nin 234.4.3cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-nin tələbnaməsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o evlidir, himayəsində 2017 və 2023-cü il təvvəlüdlü iki övladı var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xəzər rayon məhkəməsinin digər, xx.xx.2023-cü il tarixli qərarında müəyyən olunur ki, Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərar qanunidir. Məhkəmədə elan edilib araşdırılmış Respublikas Psixiatriya Xəstəxanası Publik Hüquqi şəxsinin 2978 saylı, xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə adı qeyd olunan xəstəxanada olmamışdır. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2023cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə ********* saylı cinayət işinin materiallarından ********* saylı cinayət işi ayrlmış, tədqiqatdan sonra qalıq qalmış 4,131 qram narkotik vasitə heroin Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, 01 ədəd şəxsi axtarış və götürmə prosesini əks etdirən CD disk isə cinayət işi materiallarına əlavə edilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğluna qanunsuz olaraq satış məqsədi ilə külli narkotik vasitəni maddəni əldə etməyə, saxlamağa və üzərində daşımağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Lakin Təqsirləndirilən şəxs oğlunun narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitəni satmaq niyyətinin olubolmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə edilməmişdir. Cinayət işinin materiallarına əsasən işin mübahisəsiz halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs saxlandığı andan narkotik vasitəni şəxsi istehlakı üçün əldə etdiyini etraf etmişdir. Polis əməkdaşının rapaportu da onu sübut edir ki, Təqsirləndirilən şəxs barəsində yalnız narkotik vasitənin əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuş, şahid qismində dindirilmiş polis əməkdaşları məhkəmədə verdikləri ifadələrində Təqsirləndirilən şəxs barəsində narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması barədə məlumatın daxil olmasını təsdiq etmişlər. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik vasitənin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlillər kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş narkotik vasitəninin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəylərini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı onun üzərində tapılmış narkotik vasitənin-maddi sübutun mötəbərliyi məsələsini tərəddüdsüz olaraq mübahisələndirməmiş, narkotik vasitəni qanunsuz olaraq əldə etməsini, üzərində saxlamasını və daşımasını etiraf etmiş, həm də bu etirafları zamanı ardıcıl olaraq əldə etməsinin məqsədinin yalnız şəxsi istehlak olduğunu, ona qarşı heç bir fiziki zor və psixoloji təzyiqin olmadığıqna bildirmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, bu tövsiyyədə ilk növbədə başqa sübutların və narkotik vasitənin miqdarının nəzərə alınmalı olunması, bununla yanaşı həm də istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallarının nəzərə alınması tövsiyyə olunur. Amma hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə narkotik vasitəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, Təqsirləndirilən şəxs 4,231 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə heroini qanunsuz olaraq əldə edib saxlaması onun özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, şəxsi axtarış və götürmə barədə protokol, şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə tam sübuta yetirilir. Onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən verilmiş əməliyyat tapşırığına verilən cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitəni əldə etmə, saxlama və daşımasının təsdiq edən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut, hətta yanakı dəlil yoxdur. İş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları verdikləri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması, o cümlədən onun üstündən tapılmış narkotik vasitəni satış məqsədilə əldə etməsi barədə ifadə verməmişlər. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı halda narkotik vasitənin külli miqdarda və həm də bükümdə olması şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin yalnız külli miqdarda və bir bükümdə olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X9rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında saxlanılması müddətləri məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini 29 mart 2023-cü il tarixdən hesablamalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, tədqiqatdan sonra qalıq çəkisi 4,131 qram narkotik vasitə heroin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd CD disk cinayət cinayət işi materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 110 (yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, tədqiqatdan sonra qalıq çəkisi 4,131 qram narkotik vasitə heroin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 110 (yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxsdan tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-607/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-607/2024
27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver