Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-607/2025 22.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər «Faiq Nağıyev və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “De Fendo” Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, İsmayıllı şəhəri, M.F.Axundov küçəsi ev 41 ünvanında qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində Sabunçu rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən «Əmir» adlı şəxslə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma barədə razılığa gəlib, həmin cinayətin həyata keçirilməsi üçün aralarındakı razılaşmaya əsasən, «Əmir» adlı şəxslə «Whatsapp» ani mesajlaşma tətbiqi vasitəsi ilə danışıq zamanı sonuncunun ona bildirdiyi ünvanlara çatdırmaq üçün istintaqa məlum olmayan vaxtda və mənbədən ümumi təmiz çəkisi 2676,53 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib 2645,0 qram hissəsini yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov küçəsi ev 6 ünvanında yerləşən 95 nömrəli mənzilə satış məqsədi ilə daşıyaraq saxlamış, 31,53 qram narkotik vasitə qurudulmuş marixuananı isə üzərində saxlamaqla daşımış, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən onun narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 24 may 2024-cü il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov küçəsi ev 6 ünvanının yaxınlığında saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilib inzibati otaqda üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 31,53 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, tədbirlər davamı olaraq 24 may 2024-cü il tarixdə saat 23:10 dəqiqədə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov küçəsi ev 6 ünvanında yerləşən 95 nömrəli mənzilə baxış keçirilərkən evin yataq otağındakı taxta kontruksiyalı dolabın içərisindən 02 ədəd bağlamada ayrı-ayırılıqda təmiz çəkiləri 610,0 qram və 2035,0 qram olmaqla, ümumi təmiz çəkisi 2645,0 qram külli miqdarda tərkiblərinə görə eynilik təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, üzərində marixuana hissəcikləri olan 01 ədəd yaşıl rəngli elektron tərəzi aşkar edilərək edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
1. BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən imzalanaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanlanmış 24 may 2024-cü il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olur. (cild 1, iş vərəqi 04).
2. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 24 may 2024cü il tarixli qərardan və həmin tarixli 3-13-7/Ə150/2024 saylı əmrdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ifşa etmək və yaxalamaq üçün ətrafında əməliyyat-axtarış tərbirlərinin keçirilməsi və əməliyyat qrupu yaradılmasına dair qərar və əmr qəbul edilmişdir. (cild 1, iş vərəqi 05-06, 09).
3. BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən imzalanaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanlanmış 24 may 2024-cü il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs şübhəli bilindiyi üçün, 24 may 2024-cü il tarixdə, saat 20:30 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov küçəsi ev 6 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla BNMİ-nin inzibati binasına gətirilmişdir (cild 1, iş vərəqi 10).
4. Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürülmə aparılması barədə tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokol və ona əlavə olunmuş diskə məhkəmədə nümayiş edilən görüntülərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs müdafiəçisi Emil Babışovun iştirakı ilə könüllü olaraq əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1(bir) ədəd bükümdə qurudulmuş marixuanaya bənzər vasitəni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 1 (bir) içərisində 070 ***-**-** və 070 ***-**-** simkart nömrələri olan “Redmi” markalı mobil telefon, 1 (bir) ədəd plastik bank kartı, 1(bir) ədəd şəxsiyyət vəsiqəsi, 1(bir) ədəd sürücülük vəsiqəsi, 1 (bir) ədəd açar və şalvarın arxa sol cibindən 50 (əlli) manat pul aşkar olunmuşdur. Sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuananın çəkisi 36 (otuz altı) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Redmi” markalı mobil telefon, 1 (bir) ədəd bank kartı, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi və 1 (bir) ədəd sürücülük vəsiqəsi bu barədə ona izah verildikdən sonra götürülmüşdür. 1 (bir) ədəd açar və 50 (əlli) manat pul isə özünə geri qaytarılmışdır. Verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı olan “Əmir” adlı şəxsin vasitəsi ilə 1 (bir) gün əvvəl Abşeron rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Əmir” adlı şəxsin ona 2500 (iki min beş yüz) manat pul verəcəyini, “Əmir” adlı şəxsi təxminən 1 (bir) il olar ki, tanıdığını, əvvəl də “Əmir” adlı şəxsin vasitəsi ilə əvvəlcədən təyin edilmiş yerdən onun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə narkotik maddələr əldə etdiyini, həmçinin Bakı şəhəri, Sabunçu rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 29-30).
5. Təqsirləndirilən şəxs BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısına ünvanladığı, 24 may 2024-cü il tarixli ərizəsindən müəyyən olunur ki, yaşadığı ünvan 3 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmir (cild 1, iş vərəqi 33).
6. Mənzilə baxış keçirilməsi və götürmə haqqında barədə tərtib olunmuş 24 05 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş CD diskə məhkəmədə nümayiş edilən görüntülərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs müdafiəçi Emil Babışovun iştirakı ilə ona mənzildə saxladığı narkotik vasitələri təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra mənzildə yataq otağından taxta konstruksiyalı dolabın içərisindən 2 (iki) ədəd bağlamada qurudulmuş marixuananı və 1(bir) ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuananın ümumilikdə çəkisi 3 (üç) kq 890 (səkkiz yüz doxsan) qram olmuşdur. Daha sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı olan “Əmir” adlı şəxsin vasitəsi ilə 1 (bir) gün əvvəl Abşeron rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyimi, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Əmir” adlı şəxsin ona 2500 (iki min beş yüz) manat pul verəcəyini, “Əmir” adlı şəxsi təxminən 1 (bir) il olar ki, tanıdığını, əvvəl də “Əmir” adlı şəxsin vasitəsi ilə əvvəlcədən təyin edilmiş yerdən onun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə narkotik maddələr əldə etdiyini bildirmişdir. Üzərinə BNMİdə yalnız təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Üzərindən və evindən aşkar edilmiş narkotik vasitələrdən başqa heç bir yerdə narkotik vasitə saxlamır. Həmin narkotiki şəxsən kiməsə satmamış, sadəcə əvvəl də “Əmir” adlı İran vətəndaşının vasitəsi ilə əvvəlcədən təyin edilmiş yerdən onun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə narkotik maddələr əldə etmiş, sonuncu marixuanaları da dediyi ünvanlara qoyduqdan sonra 2500 manat gəlir əldə edəcəkdi. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir (cild 1, iş vərəqi 34-35).
7. Məhkəmə-bioloji ekspertizasının 25 may 2024-cü il tarixli, 3-16-16/2-7/835 nömrəli rəyindən müəyyən olunur ki, üzərində “X6 təqdim etdiyi....” yazı və imzalar olan zərfdə 1 (bir) ədəd şəffaf sellofanda təmiz çəkisi 31,53 qr olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Üzərində “X6 yaşadığı ünvanda təqdim etdiyi kütlələr və 1 ədəd elektron tərəzi..” yazı və imzalar olan ağ-göy rəngli polietilen bağlamada 2 (iki) ədəd şəffaf sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 610,0 qram və 2035,0 qram olmaqla, ümumi çəkisi 2645,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin bağlamanın içərisində olan 1 (bir) ədəd yaşıl rəngli elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitə olan marixuana hissəcikləri vardır. Marixuana hissəcikləri cüzi miqdar olduğu üçün onun çəkisinin müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Tədqiqata təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Qeyd: marixuananın ümumi çəkisi 2676,53 qram, tədqiqata sərf edildi - 0,15 qram, qaİıq - 2676,38 qram (cild 1, iş vərəqi 42-45).
8. Maddi sübut kimi tanıma haqqında tərtib edilmiş xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra cəmi 2676,38 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi cinayət işi üzrə maddi sübut qismində tanınmış və Bakı şəhəri Sabunçu RPİ-nin saxlanıcına təhvil verilmişdir (cild 1, iş vərəqi 100-101).
9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin 49-4/2-4772 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon ərazisində narkotik vasitələrin alqı satqısı ilə məşğul olması barədə məlumat əldə edilsə də konkret olaraq narkotik vasitələri satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 115).
10. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Bakı şəhəri BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 “Əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 117-118).
11. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Ona 24 may 2024-cü il ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə etməsi və Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin məlumat əsasında əməliyyat –axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul edilmiş, ondan və həmkarı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 20:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov küçəsi müşahidəyə alınmış, Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında piyada hərəkət etdiyi zaman ona yaxınlaşaraq özlərini təqdim etmiş, onun qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, gəzdirməsi və satmasında şübhəli bilindiyi üçün onu saxlayaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirmişlər. İdarədə Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim etmişlər. Sonuncu isə müdafiəçi dəvət edərək Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin və onların iştirakı ilə baxış keçirilmiş, Təqsirləndirilən şəxs təhqiqatçının təklifinə əsasən şalvarının cibində olan bir büküm marixuanayabənzər kütləni təqdim etmiş, həmin kütlə elektron tərəzidə çəkildikdə çəkisinin 36 qram olması müəyyən edilmişdir. Bu kütlənin aşkar olunması sənədləşdirildikdən sonra Təqsirləndirilən şəxs təhqiqatçıya bildirmişdir ki, həmin kütləni İİR-sı vətəndaşının göndərdiyi Abşeron rayonu ərazisindən konumu olan yerdən götürmüş, bir qismini üzərində satış üçün gəzdirmiş, qalan hissəsini isə yaşadığı mənzildə saxlamışdır. Əməliyyatın davamı olaraq elə həmin gün Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvana baxış keçirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs evində heç kəs olmamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs özü könüllü olaraq mənzildə yataq otağından taxta konstruksiyalı dolabın içərisindən iki ədəd bağlamada açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni və bir ədəd elektron tərəzini təqdim etmişdir. Həmin kütlələr elektron tərəzidə çəkildikdə ümumilikdə çəkisi 3kq 890 qram olmuşdur. Daha sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılmış, möhürlənmiş və üzəri iştirakçılar və özü tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı olan “Əmir” adlı şəxsin vasitəsi ilə bir gün əvvəl Abşeron rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, “Əmir” adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə sonuncunun ona 2500 (iki min beş yüz) manat pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman ona qarşı heç bir fiziki və ya psixi zorakılıq tətbiq edilmədiyini bildirmişdir.
12. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsi elan olunaraq müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Həmkarı Şahid1 24 may 2024-cü il ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə etməsi və Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin məlumat əsasında əməliyyat –axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılaraq həmkarı Şahid1 qrupa rəhbər kimi, o isə üzv kimi təyin edilmişdir. Həmin tarixdə saat 20:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov küçəsi müşahidəyə alınmış, Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında piyada hərəkət etdiyi zaman ona yaxınlaşaraq özlərini təqdim etmiş, onun qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, gəzdirməsi və satmasında şübhəli bilindiyi üçün onu saxlayaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirmişlər. İdarədə Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim etmişlər. Sonuncu isə müdafiəçi dəvət edərək Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin və onların iştirakı ilə baxış keçirilmiş, Təqsirləndirilən şəxs təhqiqatçının təklifinə əsasən şalvarının cibində olan bir büküm marixuanayabənzər kütləni təqdim etmiş, həmin kütlə elektron tərəzidə çəkildikdə çəkisinin 36 qram olması müəyyən edilmişdir. Bu kütlənin aşkar olunması sənədləşdirildikdən sonra Təqsirləndirilən şəxs təhqiqatçıya bildirmişdir ki, həmin kütləni İİR-sı vətəndaşının göndərdiyi Abşeron rayonu ərazisindən konumu olan yerdən götürmüş, bir qismini üzərində satış üçün gəzdirmiş, qalan hissəsini isə yaşadığı mənzildə saxlamışdır. Əməliyyatın davamı olaraq elə həmin gün Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvana baxış keçirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs evində heç kəs olmamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs özü könüllü olaraq mənzildə yataq otağından taxta konstruksiyalı dolabın içərisindən iki ədəd bağlamada açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni və bir ədəd elektron tərəzini təqdim etmişdir. Həmin kütlələr elektron tərəzidə çəkildikdə ümumilikdə çəkisi 3kq 890 qram olmuşdur. Daha sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılmış, möhürlənmiş və üzəri iştirakçılar və özü tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı olan “Əmir” adlı şəxsin vasitəsi ilə bir gün əvvəl Abşeron rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, “Əmir” adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə sonuncunun ona 2500 (iki min beş yüz) manat pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman ona qarşı heç bir fiziki və ya psixi zorakılıq tətbiq edilməmişdir
13. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 4970 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 130-131). Telefon məlumatlarına baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, diskin yaddaşında «Zenglerin_Mexsusluq_Tarixceleri__**********5145___702161317_NAR» «Zenglerin_Mexsusluq_Tarixceleri__**********5133___703161317_NAR» «Zenglerin_Detallasmasi__**********5053___703161317» «Zenglerin_Detallasmasi__**********5044___702161317» «SMS_Tarixcesi__**********0252__702161317» «SMS_Tarixcesi__**********0245__702161317» adlı 06 ədəd fayl mövcüddur. Həmin fayllar tərəfimdən ardıcıllıqla açılaraq baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ********* saylı mobil nömrə X3 adlı şəxsin, ********* saylı mobil nömrə X5 adlı şəxsin adına qeydiyyatdadır. Sms mətnlərinə dair məlumatların əks olunduğu fayllara baxış zamanı iş üzrə əhəmiyyətli ola biləcək aşağıdakı sms mətnləri aşkar edilmişdir: 1.1.**********14 1.1.**********17 imkan var mene 1 2baw sey oturesen hec yaxwi deyilem hecneyimde yoxdu 1.1.**********66 1.1.**********17 Ay qaqa salam netersen qadasi atas ilkinnen imkan olsa nese göndermek olar qadasi. 1.1.**********14 1.1.**********17 Evdeyem gozduyuremde Sen Allah imkan olsa tez ele su qabina qoyub xeber ele ya qapimziin altina Uzunu gormeye uzum yoxdu menim heleki 1.1.**********14 1.1.**********17 Arvadi ona buna sikdiren petux Ailesin atib dindig daliyca dusen peyser anasi kohne qehbe bacin eri ola ola polisdere sikdirir rayonnarda sikdirir kul basiva sen kimsen axi ay narkaman bariqa mal satan camatin balalarini zeherliyen qehbe balasi heqqide got oglusan adivi duzib sirac sox icive sikdir isemi 1.1.**********14 1.1.**********17 Sikdirdin bloka yazdigin gelen deyil sikim anavin agzini son sozum senen men idim dozen seni yaxinan taniyan hami irgenir senen bariqa petux sikdir get seyivi sat agzina verim 1.1.**********14 1.1.**********17 Amcigimizi yeyersen ancag bunan soram bariqa sikdir malini sat gelecem evine artig esiy yazsanki Bu gece cumedi Allah bilir ve gorur herseyi ozu bu gece 1.1.**********14 1.1.**********17 Salam herseye Allah wahitdi! isin duzelse imkan olsa mene biraz pt otur yaxwi deyilem heryerim agriyir 1.1.**********17 1.1.**********14 Cindir kimide sende hemise Neşe ucun gelmisen bayag osozu dedin bir defede demisdn eybi yozinsallah. Yasiyacagsan mene etdiylerini sen» məzmunlu narkotik vasitələrin satışı ilə bağlı sms mətnləri aşkar edilmiş və həmin mətnlərin əks olunduğu səhifələr çap edilmişdir.
14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X14 Şəxsin 7912 saylı, xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə hal-hazırki tarixədək xəstəxanaya müraciət etməmişdir (cild 1, iş vərəqi 137).
15. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin 49-4/2-84706 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələri istifadə edən şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 154).
16. Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, ekspert tədqiqatından sonra qalıq qalmış 2676,38 qram qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi Sabunçu RPİ-nin maddi sübutları saxlama anbarında saxlanılması üçün verilmiş üzərinə şəxsi axtarış və götürmə və yaşadığı mənzilə baxış və götürmə hərəktini əks etdirən DVD disklər cinayət işinin materiallarına əlavə edilmiş, "xxxx" MMC-dən daxil olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə ötürülən məlumatları əks etdirən 01 ədəd CD disk maddi sübut hesab edilmiş və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 155- 169).
17. İbtidai araşdırma orqanının “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, “Əmir” adlı şəxsin müəyyən edilməsi məqsədilə ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 171-172).
Müdafiə tərəfinin irəli sürdüyü dəlillər aşağıdakılardır:
1. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü qismən, narkotik vasitələrin istifadəçisi kimi, təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan marixuanadan istifadə edir. Özü avtobus sürücüsü olmuş, lakin avtobusu idarə etdiyi zaman narkotikdən istifadə etməmişdir . Evlidir, himayəsində 2 azyaşlı uşaqları vardır. Özü İsmayıllı rayonundan olsa da Bakı şəhərində avtobus sürücüsü işlədiyi üçün Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov küçəsi ev 6 ünvanında ailəsi ilə birlikdə kirayədə yaşayır. Həmin ev həyət evi olmaqla evin sahibi olan yaşlı bir qadının yaşadığı həyətində əlavə tikilidir. 24 may 2024-cü il tarixdə, saat 20-21 radələrində işdən gəlib evində çörək yediyi zaman ev sahibi olan qadının həyətindən onun yaşadığı evinin qarşısına 5-6 nəfər mülki geyimli şəxs gəlmiş, evin giriş qapısı bağlı olmadığı üçün həmin şəxslər qapını açaraq evə daxil olmuşlar. Həmin vaxt onların polis olmalarını bilmədiyi üçün onlarla mübahisə etmiş, evini tərk etmələrini tələb etmişdir. Həmin şəxslər özlərini təqdim edib polis olmalarını bildirdikdən sonra evində axtarış edib heç bir şey aşkar etməmişlər. Evində həmin vaxt arvadı və iki azyaşlı uşaqları olmuşdur. Onu narkotik vasitələrin istifadəçisi və satışı ilə məşğul olmasında şübhəli olduğunu bildirərək polis idarəsinə aparmışlar. Orada ona fiziki və psixoloji təzyiqlər edilmiş, arvadını da bu işə cəlb edəcəkləri ilə hədələyərək üzərinə marixuana qoyub çəkiliş aparmaqla həmin marixuananı təhqiqatçıya təqdim etmişdir. O, marixuana istifadəçisi olsa da tutulduğu zaman evində və üzərində heç bir narkotik vasitə olmamışdır. Bundan sonra o, polislərlə birlikdə yaşadığı ünvana getmişdir. Onu evindən polis idarəsinə aparanda onun evində bir polis əməkdaşı qalmışdır. Evə gətirildikdən sonra yaşadığı evdə axtarış keçirilmiş, yataq otağından taxta konstruksiyalı dolabın içərisindən 2 ədəd bağlamada qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin əşyaları polis əməkdaşları özləri onun evinə qoymuşlar. Yaşadığı həyətə ev sahibi olan yaşlı qadının həyətindən polis əməkdaşlarının keçməsini həmin qadın təsdiq edə bilər, lakin həmin qadın yaşlı olduğu üçün məhkəməyə gələ bilməmişdir.
2. Məhkəmədə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Onlar 10 ildir ki, rəsmi nigahdadırlar, 2 azyaşlı övladları vardır. Elçin taksi sürücüsü işləmiş, o isə evdar qadın olmuşdur. Qaldıqları ev bir otaqlı kirayə evdir. Elçin polis əməkdaşları tərəfindən saxlanılan zaman evdə olmuşlar. O, yemək hazırlayırdı. Bu zaman pəncərədən polis əməkdaşlarının evə daxil olmasını, əri Elçini yerə yıxmalarını görmüşdür. Təxminən 3 və ya 4 nəfər olan polis əməkdaşı onu və uşaqları həmin əməkdaşlar evdən küçəyə çıxarmışlar, o, bir qədər gözləyərək evə daxil olmaq istəmiş, bu zaman onu evə buraxmamışlar və o, uşaqlarla birlikdə qonşuya getmişdir. Evdə nə baş verdiyini görməmiş və bilməmişdir. Elçini polis əməkdaşları aparmış, lakin onlardan biri evdə qalmışdır. Əri Elçinin evdə qanunsuz əşya saxlamasından xəbəri olmamışdır. Düşünür ki, belə bir şey olsaydı onun xəbəri olardı.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, mobil operator əldə edilmiş CD disklərinə baxış nəticəsində təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrəyə çıxan və daxil olan sms yazışmalarının, təqsirləndirilən şəxsin üzərində və mənzilində şəxsi istehlak miqdarından artıq narkotik vasitənin müəyyən edilməsi, mənzilində aşkar edilmiş elektron tərəzi (01 ədəd), həmin tərəzinin üzərində bitki mənşəli narkotik vasitə olan marixuana hissəcikləri olması onun göstərir ki, o narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmuş, onun üzərində və mənzilində qeyd olunan narkotik vasitələrin onun özünə məxsus olmaqla Təqsirləndirilən şəxs məhkəməyədək müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri, ekspertiza rəyləri, həmçinin üzərinə və mənzilinə baxış zamanı aşkar olunmuş əşyaları könüllü təqdim etməsi protokol və disklərlə ona verilmiş ittihamı tam təsdiqini tapmışdır. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitə şəxsi istehlak miqdarından dəfələrlə artıq və üzərindən və mənzilində aşkar edilmiş narkotik vasitə büküm və bağlama halında olması, mənzilində aşkar edilmiş elektron tərəzi, ekspertiza rəyləri və digər sübutlar ondan aşkar edilmiş narkotik vasitəni məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir.Təqsirləndirilən şəxs polis əməkdaşlarının hadisə zamanı olduğu evinə dapıdan daxil olduqlarını bildirsədə onun şahid qismində ifadə vermiş arvadı X11 polis əməkdaşlarının pəncərədən evə daxil olduqlarını, onu və uşaqları bayıra çıxardıqlarını, evdə baş verən hadisələri görmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 4970 saylı rəyindən də müəyyən olunduğu kimi kannabinoidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narktoik vasitələrin təqsirləndirilən şəxsin üzərindən və mənzilindən aşkar edilməsi, bükümlərdə və bağlamada olması, həmin vasitələr ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır. Məhkəmənin mövqeyinə görə, Təqsirləndirilən şəxs tərəfindən cinayətin başqa şəxslə əlbir olmaqla törədilməsinə dair ittiham da əsaslıdır. Beləki, işdə olan sübutlarla təsdiq olunur ki, müdafiəçisinin iştirakı ilə şübhəli şəxsin üzərinə və mənzilinə şəxsi axtarış (baxış) və götürülmə aparılması prosesi zamanı Təqsirləndirilən şəxs ona qarşı heç bir fiziki və psixoloji təzyiq göstərilmədən ondan və mənzilindən aşkar edilmiş narkotik vasitəni “Əmir” adlı şəxsin vasitəsi ilə tutulduğu gündən 1 (bir) gün əvvəl Abşeron rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Əmir” adlı şəxsin ona 2500 (iki min beş yüz) manat pul verəcəyini, “Əmir” adlı şəxsi təxminən 1 (bir) il olar ki, tanıdığını, əvvəl də “Əmir” adlı şəxsin vasitəsi ilə əvvəlcədən təyin edilmiş yerdən onun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə narkotik maddələr əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin ittihamda göstərilən halların mövcud olmadığını, üzərində və mənzilində aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını, onu yaşadığı mənzildən polis əməkdaşları tərəfindən idarəyə aparmaları, özünün narkotik vasitə istifadəçisi olduğunu amma həmin gün üzərində heç bir qanunsuz əşya olmadığına dair ifadələrini həqiqətə uyğun olmayan ifadələr kimi, məhkəməyədək isə müdafiəçisinin iştirakı ilə üzərində və mənzilində baxış zamanı verdiyi ifadələrini həqiqətə uyğun ifadələr kimi qiymətləndirir. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitə şəxsi istehlak miqdarından dəfələrlə artıq və həm üzərində büküm şəklində, həmdə mənzilindən bağlama halında olmasını, mənzilindən həmçinin 01 ədəd elektron tərəzinin aşkar olunmasını, mobil operatordan əldə edilən məlumatlara və telefon məlumatlarına baxış protokolunda Təqsirləndirilən şəxs narkotik vasitə dövriyyəsinin əks etdirən sms mətnlərinin olmasını, ekspertiza rəyləri, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, narkotik vasitə məhz satış məqsədilə əldə etmişdir.
Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: CM-nin 234.4.1. və 234.4.3. maddələrinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və yaxud külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:
Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, qurudulmuş marixuana təmiz halda 5 qrama qədəri şəxsi istehlak miqdarı, 500 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu
Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı
Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.
Avropa Məhkəməsinin presedent hüququ:
Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.
Məhkəmənin gəldiyi hüquqi nəticə:
Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 170-171). Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcud olub-olmamasını nəzərə alaraq hesab edir ki, X7 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. İşdə olan tutma protokolundan və məhkəmə qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs 24 may 2024-cü il tarixdə saat 21:40-də müdafiəçisi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X15 iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 may 2024-cü il tarixli qərarı ilə barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla barəsində 04 (dörd) ay həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 20, 94-99). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidr . Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 24 may 2024cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs ekspert tədqiqatından sonra qalıq qalmış 2676,38 qram qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi məhv edilməli, üzərinə şəxsi axtarış və götürmə və yaşadığı mənzilə baxış və götürmə hərəktini əks etdirən DVD disklər cinayət işinin materiallarına əlavə edilmiş, "xxxx" MMC-dən daxil olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə ötürülən məlumatları əks etdirən 01 ədəd CD disk maddi sübut hesab edilmiş və cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 70 (yetmiş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla “De Fendo” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X8 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi X8 üçün isə 360 AZN (üç yüz altmış) manat pul “De Fendo” Vəkil Bürosunun nəfinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 may 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, ekspert tədqiqatından sonra qalıq qalmış 2676,38 qram qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş DVD və CD disklər cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 70 (yetmiş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X8 üçün 360 AZN (üç yüz altmış) manat pul “De Fendo” Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Rasim Sadıxov Hakimlər Novruz Kərimov Leyla Əsgərova-Məmmədova