Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-608/2020 09.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri, sədrlik edən Xankişiyev Mirzə Aslan oğlu, hakimlər Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs X8, müdafiəçi, Bakı şəhər 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasnın vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 saylı ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hal hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinədair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə, saat 15:20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, X15 küçəsi 1 ünvanda yerləşən plastik qapı-pəncərə sexi kimi fəaliyyət göstərən obyektin daxilində X1 talanmış olan «Yılmaz» markalı elektrik mişarının geri qaytarılması tələbi ilə dostu X11 ilə mübahisə etmələrini görüb mübahisəyə müdaxilə edərkən X4 yerdən götürdüyü dəmir parçası ilə bir dəfə onun baş nahiyyəsindən vurub ona sol gicgah-təpə nahiyyəsinin əzilmiş yarası ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsi səbəbindən Təqsirləndirilən şəxs sexdə masanın üzərindən götürdüyü soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb qisas məqsədi ilə iki dəfə zərərçəkmiş X2 kürək nahiyəsindən vuraraq ona sol kürək nahiyəsinin kəsilmiş yarası ilə müşayiət edilən və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, sağ bazu nahiyəsinin qançırı ilə müşayiət edilən və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlərə aid və döş qəfəsinin sol yarısının arxa səthinin sol plevra və qarın boşluqlarına nüfuz edərək, diafraqmanın, dalağın, mədəaltı vəzinin zədələnmələri ilə müşaiyət olunan deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən və insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Şahid1 təxminən 4 ilə yaxındır ki, tanıyır. Aralarında dostluq münasibəti olmuşdur. Əlinin əmisi Vüqar plastik qapı-pəncərə sexi işlədir. Əli ara-sıra əmisinin sexində gecələmişdir. O da atası ilə mübahisə etdiyi üçün Əli ilə birlikdə sexdə qalmasını xahiş etmiş və Əli əmisi Vüqarın razılığı ilə sexdə onunda qalmasına icazə vermişdir. Ara-sıra birlikdə Əli ilə sexdə gecələmişlər. xx xxxxxxxx 2019cu il tarixdə saat təxminən 15 radələrində sexdə olduqları zaman Vüqar sexə gəlmiş, Vüqar sexdə ətrafa baxıb elektrik mişarının harada olmasını soruşanda Əli mişarı tanışının yanına 100 manat müqabilində girov qoyduğunu demiş, 5-6 günə həmin mişarı girovdan götürüb qaytaracağını bildirmişdir. Vüqar əsəbləşərək onların ünvanına nalayiq, təhqiramiz söyüşlər işlətmişdir. Əli Vüqara söyüş söyməməsini bildirmiş, Vüqarla mübahisə etməyə başlamış və əlbəyaxa olmuşlar. O da, onlara yaxınlaşıb aralaşdırmaq istəyən zaman Vüqar yerdən dəmir parçasını götürüb onun baş nahiyyəsindən vurmuş və o, yerə yıxılmışdır. Vüqarın bu hərəkətindən əsəbləşib masanın üzərində olan mətbəx bıçağını götürüb Vüqarın kürək nahiyəsindən 2 dəfə zərbə yetirmiş və Vüqar yerə yıxılmışdır. Vüqar ayağa qalxaraq qaça-qaça sexdən çıxıb dərhal öz avtomobilinə minmiş, o da başından qan gəldiyinə görə parça ilə başını sarımışdır. Əli ilə birlikdə sexdən çıxaraq, Sulutəpə qəsəbəsinə, dəyirmanın qabağı deyilən yerə gəlmişlər. Bir qədər orada oturduqdan sonra 28 may metrosu istiqamətinə gəlmişlər və orada Əli ilə ayrılmışlar. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi öz ifadəsindən başqa məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmədətədqiqedilmişdigərprotokollarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, plastik qapı pəncərə ustası kimi çalışır. 2019-cu ilin iyul ayının əvvəllərində Bakı şəhərində, Binəqədi rayonu, X15 küçəsi 1 saylı ünvanda kiçik bir obyekti icarəyə götürmüş və orada plastik-qapı pəncərə düzəltmişdir. Onun doğma qardaşı oğlu Əli ara-sıra onun yanına gəlmişdir. 2019-cu ilin təxminən iyul ayının ortalarında Əli ona qalmağa yeri olmadığını deyərkən o, sexin açarlarını Əliyə verib kirayə ev tapana kimi sexdə qalmasını bildirmişdir. Bundan sonra Əli ona demişdir ki, sexdə tək qalıb darıxacaq, icazə versin dostu «Emiş» ləqəbli Elmar onunla qalsın. O, etiraz etməmiş və Əli dostu Elmarla sexdə qalmağa başlamışlar. O, sexə arada sifariş olanda sifarişləri hazırlamaq üçün gedib-gəlmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə saat təxminən 15 radələrində sexə getmiş, həmin vaxt qardaşı oğlu Əli və onun dostu Elmarda orada olmuşdur. Onlarla salamlaşıb bir qədər söhbət etmiş, hal-əhvalları ilə maraqlanmışdır. Daha sonra ona məxsus “Yılmaz” markalı elektrik mişarının yerində olmadığını görmüşdür. Bir qədər dəqiq sexdə ətrafa baxaraq həmin elektrik mişarın sexdə olmadığından əmin olmuşdur. Bundan sonra Əlidən həmin mişarın harada olmasını soruşmuş, Əli təbbəsümlə ona demişdir ki, pula ehtiyacı olduğundan “Yılmaz” markalı elektrik mişarını girov qoyub 100 manat pul götürmüşdür. Əlinin sözlərinə cavab olaraq həmin elektrik mişarı olmadan müştərilərin verdiyi sifarişlərini yerinə yetirə bilməyəcəyini bildirmiş və Əlidən təcili olaraq elektrik mişarını geri gətirməsini tələb etmişdir. Əli yenə də təbbəsümlə «narahat olma 4-5 günə qaytarıb gətirəcəyəm» demişdir. Əlinin bu hərəkəti onu daha da əsəbləşdirmiş və o, aqressiv halda Əlidən mişarı təcili gətirməsini bir daha tələb etmişdir. Bu səbəbdən Əli ilə aralarında mübahisə yaranmış və nəticədə əlbəyaxa olmuşlar. Bu zaman Elmar onlara yaxınlaşmış, o, Elmarın dostunu müdafiə edərək onu vuracağını fikirləşib Əlini buraxıb özünü müdafiə etmək üçün yerdən dəmir parçası götürüb Elmarın baş nahiyyəsindən vurmuşdur. Zərbə nəticəsində Elmar yerə yıxılmış, bu zaman Elmar ona yaxınlaşmış, elə həmin an kürək nahiyyəsindən iki zərbə dəydiyini hiss etmişdir. Elmara tərəf döndükdə Elmarın əlində bıçaq olduğunu görmüşdür. Həmin vaxt, Elmarın onu bıçaqla vurduğunu başa düşmuşdür. Əlini bel nahiyyəsinə vurduqda əlinin qana batdığını görmüşdür. Bundan sonra təcili sexdən çıxmış, özünü xəstəxanaya çatdırmaq üçün avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Avtomobili Azadlıq prospekti ilə idarə etdiyi zaman qanaxmadan ani olaraq huşunu itirmişdir. Bu səbəbdən idarə etməni itirmiş və avtomobil yolun sağ tərəfində olan səkiyə dəyib dayanmışdır. Oradanda onu X13 aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, özünə məxsus olan Mercedes Benz C klass markalı, avtomobili ilə taksi fəaliyyəti ilə məşqul olur. x xxxxxxxx 2019-cu il tarixdə Biləcəri meydan adlanan ərazidən üzü Ağsaray istiqamətində hərəkətdə olan zaman yolun sağ kənar hissəsində ona 1 nəfər cavan oğlan əl edərək avtomobili saxlatmış və Sulu Təpə qəsəbəsinə neçəyə aparacağını soruşmuş, o, 5 manata aparacağını bildirdikdə, 4 manata razılaşmışdır. O, avtomobilə əyləşən kimi, arxa oturacağa başı sarıqlı bir şəxs oturmuşdur. Başına ağ rəngli sarğı sarılmışdır. O, onları Sulu təpə qəsəbəsinə dəyirmanın qabağı deyilən yerə aparmış, orada düşüb, 4 manat pul vermişlər. Hadisə barədə heç bir məlumatı olmamışdır. İş üzrə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, 2019-cu ilin avqust ayında təxminən 1 həfətəyə qədər müddətdə əmisi Vüqargildə qalmışdır. Sonra əmisi icarəyə işlətdiyi plastrik qapı pəncərə sexində ona gecələməyə icazə vermişdir. O, orada gecələyən zaman ara-sıra dostu Elmarı da oraya çağırmış, Elmarla ara- sıra sexdə gecələmişlər. Özü narkotik vasitələrin aludəçisidir. Narkotikin alınmasına pulu olmadığına görə xx xxxxxxxx 2019-cu il tarixdə səhər tezdən əmisi Vüqara məxsus olan sexdə olan 01 ədəd Elektrik mişarının satılması barədə “Lalafo” internet elan saytında elan yerləşdirmişdir. Həmin gün saat 15 radələrində tanımadığı nömrədən həmin elan ilə əlaqədar ona zəng gəlmişdir. Telefonda sexin yerini başa salmışdır. Sarı rəngli, Renault markalı avtomobil sexin yanına gəlmişdir. Həmin mişarı avtomobilin sürücüsü ilə birlikdə baqaja yükləmişlər. O, həmin şəxsdən 150 manat almışdır. Aldığı pula özünə yemək, narkotik maddə olan el arasında “Kokos” deyilən heroin,“ Şüşə” deyilən metamfitamin və “Nəşə” deyilən marixuananı almışdır. Narkotik maddələri Elmarla birlikdə sexdə qəbul etmişlər. xx xxxxxxxx 2019-cu il tarixdə saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X15 küçəsi 1 saylı ünvanda yerləşən Vüqara məxsus qapı-pəncərə sexində olan zaman Vüqar sexə daxil olmuşdur. Vüqar sexə girib onunla və Elmarla görüşdükdən sonra ətrafa baxıb satdığı elektrik mişarının harada olmasını soruşmuşdur. O, Vüqara yalandan həmin mişarı tanışının yanına 100 manata girov qoyduğunu demişdir. 4-5 günə həmin mişarı girovdan götürüb mişarını qaytaracağını bildirmişdir. Vüqar əsəbləşərək onların hər ikisinin ünvanına nalayiq formada təhqiramiz söyüş söymüşdür. O, Vüqara söyüş söyməməsini bildirmişdir. Vüqar onun üzərinə gələrək boğazından yapışaraq sexin küncdə olan divarına sıxmışdır. O, onu buraxmasını tələb etmişdir. Onun əlindən çıxmaq istəyən zaman Vüqar onun sağ əlinin şəhadət və orta barmağını dişləməyə başlamışdır. O, ağrıdan qışqıran zaman Vüqar onu buraxmışdır. Elmar bu zaman Vüqara yaxınlaşıb sakitləşdirmək istəyən zaman Vüqar yerdə olan dəmir parçasını götürüb Elmarın başından vurmuşdur. Elmar aldığı zərbədən yerə yıxılmışdır. Qalxıb masanın üzərində olan bıçağı götürmüş və sağ əli ilə Vüqarın sol tərəf kürəyindən 2 dəfə bıçaqla vurmuşur. Vüqar arxa-arxaya getmişdir. O, dərhal Vüqara onu xəstəxanaya aparması üçün açarı istəmiş, Vüqar açarı verməmişdir. Vüqar özü öz avtomobilinə əyləşərək oradan çıxıb gemişdir. O, da sexdə olan parça ilə Elmarın başında olan yarasını yumuş, bağlamışdır. Elmarla ikisi sexdən çıxmışlar. Sexdən dərhal çıxan kimi taksiyə əyləşmişlər. Oradan Sulu təpə qəsəbəsinə getmişlər. Sonra Elmarla aralanmışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi kriminalistik və kriminalistik ekspertizasının xx.xx.2019-cu il tarixli 470-MTŞK/2019 saylı ekspert rəyindən görünür ki, X6 məxsus, ekspertizaya təqdim olunmuş köynəyin arxa səthinin sol yarısında iki ədəd deşilmiş-kəsilmiş və ön səthinin sol yarısında bir ədəd cırılma zədəsi aşkar olundu. X6 məxsus, ekspertizaya təqdim olunmuş köynəyin arxa səthinin sol yarısında aşkar olunmuş iki ədəd deşilmiş-kəsilmiş zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Köynəyin ön səthinin sol yarısında aşkar olunan bir ədəd cırılma zədəsi isə, küt yaranma mexanizminə malikdir və köynəyin müvafiq nahiyəsinin hər hansı bir əşyaya ilişib cırılması nəticəsində əmələ gəlmişdir. X6 məxsus ekspertizaya təqdim olunmuş şalvarın sağ ayaqlığının sağ yan tikişi üzərində bir ədəd məhdud xarakterli sökülmüş zədə vardır, bu zədə küt yaranma mexanizminə malikdir və şalvarın müvafiq nahiyəsinin kəskin dartılması nəticəsində törənməyə uyğun gəlir. X6 məxsus və ekspertizaya təqdim edilmiş kəmər üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Ekspertizaya təqdim olunmuş X6 məxsus köynəyin arxa hissəsində, solda olan iki ədəd deşilmiş-kəsilmiş zədə onun döş qəfəsinin sol yarısının arxa səthində olan bir ədəd deşilmiş-kəsilmiş və sol kürək nahiyəsində olan bir ədəd kəsilmiş yarası ilə yerləşmə nahiyələrinə görə nisbətən üst-üstə düşürlər. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli 1807 saylı ekspert rəyindən görünür ki, X5 bədənində aşkar olunmuş xəsarətlər - döş qəfəsinin sol yarısının arxa səthinin sol plevra və qarın boşluqlarına nüfuz edərək sol tərəfli hemopnevmotoraks, diafraqmanın, dalağın, mədəaltı vəzinin zədələnmələri, peritonarxası nahiyənin hematoması ilə müşaiyət olunan deşilmişkəsilmiş yarası deşici-kəsici əşyanın (alətin), sol kürək nahiyəsinin kəsilmiş yarası kəsici əşyanın (alətin), sağ bazu nahiyəsinin qançırı isə bərk küt əşyanın təsirindən onun tibbi yardım üçün KTM-ə müraciət etdiyi xx.xx.2019-cu il saat 16.10-dan bir qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, sol kürək nahiyəsinin kəsilmiş yarası və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sağ bazu nahiyəsinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. X5 bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasım nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni sağ bazu nahiyəsinin qançırı insan bədəninin hissəsi(yumruq və s.) və eləcə də küt əşya ilə endirilmiş zərbənin, deşilmiş-kəsilmiş və kəsilmiş yara isə bıçağın tiyəsinin kəsici və deşici-kəsici təsirindən əmələ gələ bilərdilər. Vüqar Fərhadovun bədənində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və eləcə də şəxsin öz boyu hündürlüyündən yıxılaraq iti və küt əşyalara dəyməsi nəticəsində əmələ gələ bilmələri qeyri- mümkündür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli 1770 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarət-sol gicgah-təpə nahiyəsinin əzilmiş yarası bərk küt əşyanın təsirindən müayinədən 1-2 həftə əvvəl əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarət qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə dəmir parçası ilə vurulan zərbə nəticəsində əmələ gələ bilərdi. Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətin əlçatan nahiyədə yerləşməsinə baxmayaraq özü tərəfindən yetirilməsi, eləcə də onun öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlməsi az inandırıcıdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2019-cu il tarixli 2066 saylı ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər-hansı bir xroniki psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Onda Üzvi emosional ləbil pozuntusu müəyyən edilir. Bunu anmnestik məlumatlar, əldə edilmiş tibbi sənəd və hal-hazırki müayinənin nəticələri (uşaqlıqda başından zədə alması, özünü əsəbi, hövsələsiz şəxs kimi xarakterizə edərək yeniyetmə yaşlarından, əsəbi gərginliklər keçirdiyi zaman kəsmələrlə özünə xəsarətlər yetirməsi, hərbi çağırış zamanı xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixə kimi Bakı şəhər 2 saylı X3 “MSS-nin üzvi xəstəliyi nəticəsində yüngül nevrozabənzər sindrom (yüngül dərəcədə ifadə olunmuş üzvü dissosiativ-pozuntusu)” diaqnozu ilə psixiatrik müayinə edilərək hərbi xidmətdən azad edilməsi, hazırki müayinə əsəbiliyi, emosional ləbilliyi və s. sübut edir. Bununla birlikdə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş qeyri- psixotik pozuntular o dərəcədə ifadə olunmayıb ki, onu ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Bununla əlaqədar Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş ambulator məhkəmə narkoloji ekspertizasının xx.xx.2019-cu il tarixli 2546 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəlişəkildə obyektiv hüquqi qiymət verərəkməhkəmə belə nəticəyə gəlir ki,baş vermiş hadisənin mahiyyəti üzrə istintaq orqanı düzgün nəticəyə gəlmiş və Təqsirləndirilən şəxsittihamolunduğucinayətəməli məhkəməistintaqızamanıtamsübutayetirilmişdir. Məhkəməəməlinhüquqitövsüfiməsələsinimüzakirəedərəkhesabedirki, Təqsirləndirilən şəxsəməliistintaqorqanıtərəfindənAzərbaycanRespublikası CM-nin 126.1-ci maddəsiilədüzgüntövsifedilmiş və o, həmin maddəilə təqsirli bilinib cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsiüçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinəəsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri vəictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə olunmuş, zərərçəkmiş şəxs X4 təqdim etdiyi xx xxxx 2020-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı şikayət və tələbi yoxdur. AzərbaycanRespublikasının 59-cu maddəsinəəsasənTəqsirləndirilən şəxs zərərçəkmiş şəxsləbarışıq əldə etməsi və zərərçəkmişşəxsinondan şikayət və tələbinin olmaması, hərəkətlərindən səmimi peşiman olması, yaşayış yerindən müsbət xarakterizə olunması, cinayətin zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə yüngül bədən xəsarəti yetirməsi nəticəsində, yəni zərərçəkmşin qeyri qanuni hərəkətləri nəticəsində baş verməsi onun cəzasını yüngülləşdirən hallar kimi məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı halların olması müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. AzərbaycanRespublikasıCPM-nin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətişəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəməqərarınınicra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdanməhrumetməcəzasının cəkilmə müddətininəvvəlionun şübhəli şəxs qismində tutulduğugündən, yənixx xxxxxxxx 2019-cuiltarixdənhesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə məhkəmə məsrəfləri yoxdur. İş üzrə maddi sübut olan X4 hadisə zamanı əynində olmuş bir ədəd qırmızı damalı köynək, bir ədəd şalvar Vüqar Fərhadova qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan bir ədəd mətbəx bıçağı məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasınıümumirejimlicəzaçəkməmüəssisəsindəçəksin, cəzaçəkməmüddətininəvvəli xx xxxxxxxx 2019-cu il tarixdənhesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkantədbirihökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinəəsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin vəəraziüzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan X4 hadisə zamanı əynində olmuş bir ədəd qırmızı damalı köynək, bir ədəd şalvar Vüqar Fərhadova qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan bir ədəd mətbəx bıçağı məhv edilsin. Hökmdən, elanolunduğuandanTəqsirləndirilən şəxs isə hökmün surətinialdığıandan20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət vəyaprotestverilmədikdə, hökm həmin müddətin başaçatdığıvaxtdansonrakıgünqüvvəyəminir.
Məhkəmə qərarları › İş №1(101)-608/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-608/2020
09.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver