Məhkəmə qərarları › İş №1(101)-608/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-608/2021

03.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-608/2021 03.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X6, müdafiəçi Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili X9 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 iştirakları ilə 02.12.1971-ci ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsi ev 186-da qeydiyyatda olmaqla barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi və tamah niyyəti ilə şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib sonuncunun tanışı X12 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2014-cü ilin aprel ayının sonunda Bakı şəhəri Nəsimi rayonu ərazisində 4.000 manat və 27 may 2014-cü il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “Neapol” yol dairəsi yaxınlığındakı kafedə 5.000 manatı vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 9.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi və tamah niyyəti ilə Şahid1, şəxsiyyəti istintaqla araşdırılan “Əli" adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib onu Azərbaycan Respublikasının Nazirlər Kabinetində işə düzəldəcəyinə dair yalan vəd verib aldararaq qrup üzvü Şahid1 vasitəsilə 2016-cı ilin aprel ayının təxminən 20-22-də ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Nazirlər Kabinetinin inzibati binasının arxa tərəfində həmin dövrün məzənnəsi ilə 45.384 manat təşkil edən 30.000 ABŞ dolları, 2016cı ilin aprel ayının axırlarında Bakı şəhəri Yasamal rayonu “20 Yanvar” küçəsində yerləşən “Ailə sağlamlıq mərkəzi”nin qarşısında həmin dövrün məzənnəsi ilə 4.521,6 manat təşkil edən 3.000 ABŞ dollarını vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 49.905,6 (qırx doqquz min doqquz yüz beş manat altı qəpik) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi və tamah niyyəti ilə Şahid16 və şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib onu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X1 İnstitutuna şöbə müdüri vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldararaq qrup üzvü Şahid16 vasitəsilə 03 may 2016-cı il tarixdə Bakı şəhəri Xətai rayonu Babək prospekti 92N ünvanında yerləşən «X38» klinikasında həmin dövrün məzənnəsi ilə 15.066 manat təşkil edən 10.000 ABŞ dolları, həmçinin Zərərçəkmiş şəxs3 atası Şahid11 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası «Kurort» qapalı səhmdar cəmiyyətinin «Bilgəh» kardioloji sanatoriyasının baş həkimi vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq qrup üzvü Şahid16 vasitəsilə həmin ünvanda 16 iyul 2016cı il tarixdə həmin dövrün məzənnəsi ilə 31.162 manat təşkil edən 20.000 ABŞ dolları, 18 iyul 2016-cı il tarixdə həmin dövrün məzənnəsi ilə 15.600 manat təşkil edən 10.000 ABŞ dolları və 25 iyul 2016-cı il tarixdə həmin dövrün məzənnəsi ilə 15.724 manat təşkil edən 10.000 ABŞ dollarını vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 77.552 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, əvvəllər törətdiyi etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirmə cinayətinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-İn 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına 2 il şərti sınaq müddəti tətbiq edilməklə məhkum edilməsinə baxmayaraq qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi və tamah niyyəti ilə Şahid1, Şahid9, şəxsiyyəti istintaqla araşdırılan “Elçin", “Vüqar” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib sonuncunun qızı X24 və nəvəsi X16 barəsində Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin İstintaqı şöbəsində istintaqı aparılan cinayət işinin icraatına xitam veriləcəyi və onların həbsdən azad etdiriləcəyinə dair yalan vəd verib aldadaraq qrup üzvü Şahid1 vasitəsilə 2016-cı ilin may ayının sonunda Bakı şəhəri Sabunçu rayonu Məhəmmədi qəsəbəsi Zabrat-Kürdəxanı şossesinin yaxınlığında yerləşən “Göyqurşağı” yaşayış massivində olan “Araz” marketin qarşısında 70.000 manat, 2016-cı ilin avqust ayında ünvan 2 ünvanda yerləşən "xxxx" ASC-nin “Bakıxanov” filialının qarşısında həmin dövrün məzənnəsi ilə 162.800 manat təşkil edən 100.000 ABŞ dolları dəyərində 04 karat brilyant qaşları olan bir ədəd qızıl üzük, həmin dövrün məzənnəsi ilə 162.800 manat təşkil edən 100.000 ABŞ dolları dəyərində 04 karat brilyant qaşları olan bir cüt qızıl sırğa və həmin dövrün məzənnəsi ilə 162.800 manat təşkil edən 100.000 ABŞ dolları dəyərində 04 karat brilyant qaşları olan bir ədəd qızıl üzük, 2016-cı ilin sentyabr ayında ünvan 4 ünvanında yerləşən zərgərlik mağazasında 28.000 manat, həmin günü ünvan 5 ünvanında yerləşən “Mərkəzi Unİvermağ”ın qarşısında X3 2.000 manat, 2016-cı ilin sentyabr ayının axırlarında ünvan 4 ünvanında yerləşən zərgərlik mağazasında 8.000 manat, 2016-cı ilin oktyabr ayında Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Ləhiş bağları Kürdəxanı- Nardaran şossesində olan dairəvi yolda həmin dövrün məzənnəsinə ilə 75.352,6 manat təşkil edən 46.000 ABŞ dolları dəyərində brilyant qaşları olan bir ədəd qızıl qolbaq, həmin dövrün məzənnəsi ilə 44.228,7 manat təşkil edən 27.000 ABŞ dolları dəyərində safir və brilyant qaşları olan bir ədəd qızıl qolbaq, həmin dövrün məzənnəsi İlə 19.657,2 manat təşkil edən 12.000 ABŞ dolları dəyərində brilyant qaşları olan bir ədəd üzük, həmin dövrün məzənnəsi ilə 39.314,4 manat təşkil edən 24.000 ABŞ dolları dəyərində təbii və brilyant qaşları olan bir ədəd qızıl qolbaq və 15 dekabr 2016-cı ildə ünvan 2 ünvanda yerləşən "xxxx" ASC- nin “Bakıxanov” filialının qarşısında Şahid3 20.000 manatı vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 794.952,9 (yeddi yüz doxsan dörd min doqquz yüz əlli iki manat doqquz qəpik) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək bildirmişdir ki, o 2014-cü ildə uşaqlıq vaxtlarından tanıdığı Şahid10 vasitəsilə onun əmisi oğlu Zərərçəkmiş şəxs2 tanımışdır. Onların münasibəltəri yaxşı olmuşdur. Onlar birlikdə görüşən zaman FHN-nin Yanğından Mühafizə İdarəsinin qarşısında olarkən həmin şəxslər ondan burada nə etdiyini soruşanda o da yaxın bir şəxsin olmasını, həmin şəxslə görüşdən gəldiyini bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs2 ona bir nəfər yaxın adamının olmasını bildirib həmin şəxsi işə düzəldə biləcəyini soruşmuşdur. O isə bu barədə sonra görüşüb danışa biləcəklərini demişdir. Sonradan Zərərçəkmiş şəxs2la görüşmüşlər, ona yenidən bununla bağlı xahiş etmişdir. O Natiqə demişdir ki, hazırda onun tanışı olan həmin şəxsə bu məsələni deyə bilməz. Lakin Natiqə təklif etmişdir ki, bu məsələni demək üçün əvvəlcə sanatoriyada istirahətini təşkil etsələr yaxşı olar. Natiq də onunla razılaşmışdır. Bundan bir müddət sonra Natiqlə 28 May metrostansiyasının yaxınlığında, Xəqani küçəsi yaxınlığında adının xatırlamadığı turizm şirkətinin qarşısında görüşmüşlər. Onlarla yanaşı bu görüşdə Anar da iştirak edirmiş. O tək halda turizm şikrətinə girib burada Yesuntiki şəhərinə iki nəfərlik istirahətlə bağlı biletin və putovkanın qiymətini maraqlanmışdır. Bayıra çıxdıqdan sonra Natiqə bildirimişdir ki, biletlərin və putovkanın pulu təxminən 4.000 manata yaxın məbləğ edir. Natiq də ona özü demişdir ki, işi alındırsa, həmin işə düzələn şəxsdən həmin pulu alıb qardaş malı kimi aralarında böləcəklər. O da razılıq vermiş, Natiq həmin vaxtı ona 4.000 manat pul vermiş, o bu pulu götürüb turizm şirkətinə girmiş, burada biletləri və putovkanı alaraq bayıra çıxmış və həmin aldıqlarını Natiqə göstərmişdir. O biletləri və putovkanı götürərək Telman müəllimin yanına getmiş, aldıqlarını heçnə demədən hədiyyə kimi ona vermişdir. Sonra isə həmin bilet və putovkadan ümumiyyətlə istifadə etməmişdir. O növbəti dəfə Telmana müraciət edib həmin bilet və putovkanı ona almaqda kömək edən şəxsin Natiq adlı şəxs olmasını və tanışını FHN-də işə düzəltməyi xahiş etməsini bildirmişdir. Bu zaman Telman ona qəti etiraz edib irad tutaraq bu işlərə qarışmamağını ona bildirmişdir. Sonradan həmin bilet və putovkanın geri qaytarılıb qaytarılmaması ona məlum olmamış, lakin Telman özü ona həmin biletlərin və putovkanın ümumilikdə 4.000 manat pulu ona geri qaytarmışdır. Həminn günü də o bu pulu yadında qalmayan şəxslərin iştirakı ilə Zərərçəkmiş şəxs2 geri qaytarmış və işin alınmayacağını demişdir. Bu hadisədəən yəni, iş məsələsi alınmadıqdan sonra o Natiqin pulunu geri qaytardığı üçün etibarını qazanmış və onun düz adam olmağını bilirmiş. O bir müddət sonra Zərərçəkmiş şəxs2 müraciət edib 3.000 manat pulu şəxsi ehtiyacları üçün borc istəmişdir. Zərərçəkmiş şəxs2 da həmin pulun özündə olmadığını, lakin “Cəsi” adlı şəxsdən həmin pulu üstündə pul qaytarmaq şərti ilə götürə biləcəyini demişdir. O da bununla razılaşıb həmin pulun üstündə əlavə 1.000 manat geri qaytarcağını bildərərək həmin 3.000 manatı ona verməsini xahiş etmişdir. Beləliklə, o borc kimi əlavə 3.000 manat pulu Anarın iştirakı ilə Natiqdən almışdır. Bundan bir müddət sonra 2014-cü ildə Zərərçəkmiş şəxs2 müraciət edib əlavə 500 ABŞ dolları pulu borc olaraq almışdır. Ümumilikdə o Natiqdən 3150 manat və 500 ABŞ dolları pulu borc kimi almış və söz vermişdir ki, əlavə olaraq 1.000 manat pulu üstündə qaytaracaqdır. Hazırda ümumilikdə onun 2.300 manat və əlavə olaraq 1.000 manat faiz borcu qalmışdır. O, Şahid9 2016-cı ilin iyul ayından işlətdiyi Bakı Şəhər DYPİ-nin yaxınlığında yerləşən restoranın sahibi kimi tanımış, Qədirlə yaxın münasibətləri yaranmışdır. Qədir özü təxminən həmin ərəfələrdə ona müraciət edib tanışı bir qadının Bakı Şəhər Baş Polis İdarəsində olan dələduzluq cinayət işi üzrə həbsdə olmasını, həmin qadının ev dustaqlığına çıxarılması üçün köməklik etmək lazım olmasını, bu işə görə 100.000 manat pul təklif etdiklərini, lakin həmin pulun yalnız bu qadın ev dustaqlığına buraxıldıqdan sonra verəcəklərini bildirmişdi. O özü bununla bağlı maraqlanıb bildirəcəyini demişdir. Bundan iki gün sonra Qədirə zəng vurub İbrahim adlı vəkilə yaxınlaşıb müqavilə bağlamalarını və həmin qadının ev dustaqlığı üçün vəsatət qaldırmasını bildirmişdir. Belə də olmuşdur. Həmin vəkil vasitəsilə vəsatət qaldırılmış, həmin vəsatətə Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən baxılaraq təmin edilməmiş, həmin qərardan da apelyasiya şikayəti verilmişdir. Apellyasiyada iş gedən zaman Qədirlə o avtomobildə məhkəmənin qarşısında oturub məhkəmədən xəbər gözləmişlər. Prosesdən sonra vəkil məhkəmədən çıxıb onlara yaxınlaşıb şikayətin təmin olunmadığını, bu məsələnin alınan məsələ olmadığını bildirəndən sonra Qədir onlardan ayrılıb getmişdir. Bu vaxt Sahib ona və vəkilə yaxınlaşıb işlə maraqlandıqdan sonra bu işin sahibi olduğunu bildirmişdir. Vəkildə işlə bağlı məlumatlar dedikdən sonra çıxıb getmişdir. Onunla Sahib birlikdə burada qalan zaman Sahib ona bu işə necə kömək eliyə biləcəyini demişdir. O da Sahibə bildirmişdir ki, Qədirin məlumatı olmadan axşam söhbət etməyini bildirmişdir. Onlar həmin günü axşam Bilgəh kardoloji sanatoriyanın həyətində görüşmüşlər, bu zaman Sahibə bildirmişdir ki, onlar pulu hazır edib özlərində saxlamalıdırlar ki, məsələ həll oluna bilsin, heç olmasa bir hissəsini hazır olmalıdı. Sonradan pul veriləcəyini deməklə bu iş alınmaz. Sahib bununla bağlı problem olmamasını nə qədər desə pul hazırlayacağını demişdir. Bundan sonra Sahibin avtomobili ilə Yasamal rayon ərazisinə getmişlər, onların arxalarınca oğlu Raqub həmin vaxtı icarə əsasında sürdüyü Range Rover markalı avtmobillə gəlmişdir. Sahib avtomobili saxlayıb onu öz avtomobilində əyləşib gözləməyini bildirmiş, o da belə də etmişdir. Sahib sürdüyü cip markalı avtomobil ilə harasa gedib 10 dəqiqə sonra geri qayıtmış və 40.000 manat pulu gətirib avtombilinin yanında ona vermişdir. Onu da demişdir ki, o Sahibdən işin pulundan əlavə 5.000 manat pulu da özünə istəmişdir. Sahibin verdiyi 35.000 manat pul işə sərf edilməli imiş, qalan 5.000 manat isə ona çatacaqmış. Bundan sonra o işlərinin arxası ilə getmişdir. Həmin puldan o heç kimə heç bir məbləğ pul verməmiş və bütün pulu öz ehtiyacları və borcları üçün sərf etmişdir. O sonradan özlüyündə düşünmüşdür ki, Sahibə müraciət edib qalan pulu da tez bir zamanda isti-isti alsın, sonradan ikinci dəfə aldığı pulu Sahibə geri qaytarsın və işin alınmadığını, birinci dəfə aldığı pulun ona çatacağını bildirsin. Belə də etmiş, o Sahibə müraciət edib yenidən 35.000 manat pul almış, 3-4 gün sonra Sahiblə görüşüb işin alınmadığını bildirərək 40.000 manat geri qaytarmış və bildirmişdir ki, birinci aldığı 35.000 manat zəhmət haqqı kimi ona çatmalı olduğu üçün artıq xərcləmişdir. İmkanı olan kimi tez bir vaxtda həmin pulu da geri qaytaracaqdır. Buna Sahib kəskin şəkildə etiraz etmişdir. Onu da demişdir ki, o Sahibdən bunlardan əlavə 3.000 manat pulu da borc olaraq almışdır. Sahib buna görə də qızıl girov qoyaraq pul götürdüyünü, buna görə də o Sahibə satdığı pulların əvəzində 38.000 manat deyil, 98.000 manat pulu geri qaytarmalıdır. Bundan sonra ona məlum olmuşdur ki, Sahibi özündən Xanımbacıgildə aldığı pulla bağlı şikayət etmişlər. Buna görə də bir dəfə Sahib ondan xahiş etmişdir ki, ona zəng vuracaq və o da Sahibə 128.000 manat pul verməli olduğunu təsdiq etsin. O da Sahibə borclu olduğu üçün məcbur olub dediyini etmişdir. Sahib onunla telefonla danışmış, o da Sahibin dediklərini təsdiqləyib 128.000 manat verməli olduğunu bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs4 o ümumiyyətlə tanımamış, onun işi ilə bağlı onu heç bir əlaqəsi olmamışdır. Həmin hadisə baş verən zaman o ümumiyyətlə Sahibi tanımamışdır. Zərərçəkmiş şəxs3 pulunun ələ keçirilməsi ilə bağlı o, heç vaxt Şahid16 köməkçisi olmamışdır. X11 vasitəsilə tanımışdır. Onun oğlu Asimi xəstə olduğu üçün demək olar ki, mütəmadi olaraq Feyzullanın iş otağında olmuşdur. Onun Cəmilin işinə heç bir aidiyyəti olmamışdır. O Cəmilin işə düzəlməsinə heç bir köməklik göstərməmişdir. Onun Feyzullanın aldıqları puldan heç bir məlumatı yoxdur. Ona Feyzullanın aldığı puldan heç bir aidiyyəti yoxdur. Onun yanında həqiqətəndə Cəmil 10.000 ABŞ dolları pulu Feyzullaya vermişdir. Lakin, bunun ona heç bir aidiyyəti olmamışdır. O özü pula ehtiyacı olduğu üçün Feyzulladan borc pul istəmişdir, həmçinin pula ehtiyacı olduğu özünə məxsus olan “Maqnum Eskord” ov tüfəngini satmaq istəmişdir. O özü də həmin silahı satmaq istədiyini Feyzullaya bildirmişdir. Feyzulla özü də ona demişdir ki, həmin silahı aparıb Cəmilə göstərsin. O da həmin ov silahını aparıb Cəmilə göstərmişdir. Cəmil də həmin silahı almaq istəmədiyi üçün o həmin silahı ov mağazasına satmışdır. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsindən başqa məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri və məhkəmədə tədqiq edilmiş digər protokollarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, “Bizim Market” mağazalar şəbəkəsi onun adına olsada etibarnamə əsasında Rasim Salmanov işlətmişdir. Rasim Salmanovun şikayəti əsasında 01 fevral 2016-ci il tarixdə Sahib Quliyevi və 21 may 2016-ci il tarixdə qızı Həcər Quliyevaya Bakı Şəhər Baş Polis İdarəsində istintaq olunan cinayət işi üzrə Azərbaycan Respublikası CM-ninn 178.3.2-ci maddəsi ilə ittiham elan edilərək hər ikisi barəsində həbs qətimkan tədbiri seçilmişdir. 22 may 2016-cı il tarixdə o, əvvəl tanıdığı Mehparəyə başına gələnləri danışmışdır. Mehparə ona demişdir ki, «narahat olma, sənə adam tapar və qızın Həcərin işini düzəldərik». Bundan sonra o, evə getmişdir. Mehbarə ona axşam tərəfi zəng vurmuşdur ki, iş yerinə jəlsin, birlikdə “Zabitlər” parkına gedib qızının işini düzəldəcəklər. O, da tək Mehparənin iş yerinə getmiş və onlar birlikdə, yəni o, və Mehparə Bakı şəhəri, Nəsimi rayonunda olan “Zabitlər” parkına getmiş və orada Mehparə onu Şahid1 və Şahid6la tanış etmiş və demişdir ki, “sənin qızının işinin düzəlməsində ağsaqqahğı Şahid1 edəcəkdir.” Bundan sonra onlar, Şahid1 və Şahid6la parkda çay içə- içə o, qızı və nəvəsinin barəsində vəziyyəti onlara danışmışdır. Şahid1 ona demişdir ki, heç narahat olmsın, lazımı adamlara deyəcək, qızının və nəvənin azadlığa çıxmasında köməklik edəcəklər. Səhəri günü Şahid1 zəng vurub demişdir ki, axşam tərəfi “Göy qurşağı” yaşayış massivində olan “Araz” marketin qarşısına gəlsin. O, bacısı Zibeydənin əri X17 ilə deyilən yerə gəlmişdir. O, avtomaşından düşüb “Araz” marketin qarşısına gəlmiş, Mirhəsən Babayev isə avtomaşında qalmışdır. Şahid1 ona demişdir ki, onların işini Bəylər müəllimin sürücüsü Ramizlə danışmışdır. Bundan sonra o, Sahibgildən ayrılan zaman Şahid1 ona demişdir ki, onların arasında olan söhbəti heç kim bilməsin, o, da Sahibə demişdir ki, arxayın ol və o, bacısı əri Mirhəsənin idarə etdiyi avtomaşına əyləşib evə getmişdir. O, avtomaşında olan zaman bacısı əri Mirhəsənə Şahid1la olan söhbəti ona danışmışdır. Təxminən bir saatdan sonra Şahid1 onun mobil telefonuna zəng vurub demişdir ki, o, Ramizlə danışmış, Ramiz deyir 200.000 manat beh vermək lazımdır ki, iş başlansın. O, Şahid1 demişdir ki, onun o qədər pulu yoxdur, onun əlində 70.000 manat pulu vardır. Həmin pulun 35.000 manatı bacısı Zibeydənin idi, o, həmin pulu bacısı Zibeydədən borca almışdır, 35.000 manat isə onun puludur. Şahid1 ona demişdir ki, əlində nə varsa götürüb gəlsin, “Araz” marketin qarşısında görüşsünlər. Bundan sonra o, yenə “Araz” marketin qarşısına gəlmişdir. O, “Mazda" markalı avtomaşının arxa qapısını açıb arxa oturacaqda əyləşmişdir. O, əlində olan 70.000 manat pulu Şahid1 vermiş və demişdir ki, 70.000 manatdır. Şahid1 ondan pulu alıb demişdir ki, 2-3 gün gözləsin, tərəflər arasında barışıq edib qızını azadlığa buraxacaqlar. Bundan sonra o, Sahibgildən ayrılıb Mirhəsənin idarə etdiyi avtomaşına əyləşib evə gəlmişdir. O, bu haqda bacısı Zibeydəyə və bacısı əri Mirhəsənə demişdir ki, Şahid1 70.000 manat pul vermiş və qızı 2-3 gün ərzində azadlığa buraxacaqlar. 2-3 gündən sonra o, Şahid1 zəng vurmuş, Şahid1 ona demişdir ki, narahat olmasın, işlər düzəlir, bir az səbir etsin. 2016-cı ilin iyun ayının əvvəllərində Şahid1 telefonla ona zəng vurub demişdir ki, qızın Həcərin vəkilinə desin, Həcərin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə Bakı şəhəri, Xətai rayon məhkəməsinə müraciət etsin. O, da Şahid1 dediyi kimi etmiş və qızı Həcərin vəkili Vasif müəllim vəsatətlə Xətai rayon məhkəməsinə müraciət etmişdir. Proses təyin olunan günü Xətai rayon məhkəməsinə Şahid1, Şahid6 və sonradan adını Telman bildiyi yaşlı kişi gəlmişlər. Şahid1 Telman adlı şəxsi ona göstərib bildirmişdir ki, Bəylər müəllimin yaxınıdır. Həmin günü qızı Həcərin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustalığı ilə əvəz edilməsi məsələsinə baxılsada vəsatət təmin edilməmişdir. O, Şahid1 soruşmuşdur ki, bəs nə oldu ? Şahid1 ona söz vermişdir ki, heç narahat olma, Telman müəllim Sevil xanımla telefon vasitəsi ilə əlaqə saxlayıb və onun qızını ev dustalığı məsələsi həll olunacaqdır. 2016-cı ilin iyul ayının əvvələrində Şahid1 mobil telefonla zəng vurub demişdir ki, 200.000 ABŞ dolları lazımdır, qızının işi alınsın. O, Şahid1 demişdir ki, onun o qədər pulu yoxdur. Bundan sonra o, bacısı Zibeydə və bacısı Zibeydənin əri Mirhəsən və Şahid6la görüşmüş və Şahid1 demişdir ki, işləri düzəlir, işi yubandırmaq olmaz, dediyi 200.000 ABŞ dollarını vermək lazımdır. O, da demişdir ki, onun o qədər pulu yoxdur. Şahid1 ona demişdir ki, pula gedən nəyiniz vardır ? O, demişdir ki, qızı Həcər Quliyevaya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Yəhya Bakuvi küçəsində “Yeni Həyat” şirkəti tərəfindən tikilmiş 04 otaqlı evi vardır. Həmin vaxtı Xəqani ona demişdir ki, həmin evi banka girov qoysun, 200.000 ABŞ dolları götürüb Şahid1 verin. O, razılıq versədə həmin evin sənədləri olmadığı üçün bu məsələ alınmamışdır. 2017-ci ilin iyul ayında Şahid1 onun mobil telefonuna zəng vurmuşdur ki, görüşmüş, ondan qızıl varsa gətirməsini bildirmişdir. Həmin vaxt o, bacısı Zibeydə ilə birlikdə Bakıxanov qəsəbəsində imiş və bacısı Zibeydə əri Mirhəsənə zəng vurmuşdur ki, Xanımbacıya məxsus olan qızılları evdən götürüb Bakıxanov qəsəbəsinə gətirməsini demişdir. Bundan sonra o, bacısı Zibeydə ilə birlikdə Bakıxanov qəsəbəsində yerləşən “Gülüstan” restoranına gəlib Şahid1, Şahid6 və onların yanında olan tanımadığı 33-35 yaşında olan bir nəfər oğlanla görüşmüşdür. Bacısı əri Mirhəsəndə həmin restorana gəlmiş, bacısı əri Mirhəsən Şahid1la söhbət etmişdir. Xəqanidə onlarla söhbət edirmiş ki, Şahid1 ona deyibdir ki, danışıbdır, işləri həll edirlər. Bundan sonra Mirhəsən qızılları bacısı Zibeydəyə vermiş və bacısı Zibeydə qızılları göstərmiş, Xəqanidə mobil telefonla qızılların şəkilini çəkmiş, Xəqaninin yanında olan cavan oğlan isə qızıllara qiymət qomuşdur. Sonra Şahid6 demişdir ki, zərgər qızılları hesablamış, həmin qızıllar 47-50 min manat edir. Onlar həmin qiymətlə razılaşmamış, o, bacısı Zibeydə və Zibeydənin əri Mirhəsənlə birlikdə qızılları götürüb evə getmişlər. Axşam Şahid1 onun mobil telefonuna zəng vurmuşdur ki, bahalı qızılları gətirsin, pul əvəzi versinlər. Bundan sonra özünə məxsus 100.000 manat dəyərində üzərində 4 karat brilyant qaşları olan bir ədəd qızıl üzüyü, 100.000 manat dəyərində üzərində 4 karat brilyant qaşları olan bir cüt qızıl sırğa və 100.000 manat dəyərində üzərində 4 karat brilyant qaşları olan bir ədəd qızıl üzüyü götürüb 2016-cı ilin avqust ayının əvvəllərində o, bacısı Zibeydə və bacısı əri Mirhəsənin idarə etdiyi Toyota Prado markalı avtomaşınla ünvan 7 ünvanda yerləşən “Kapital” bankın filialının qarşısına gəlmişlər, Şahid1 və Şahid6 onların avtomaşına gəlib əyləşmişlər. O, da götürdüyü həmin qızılları Şahid1 200.000 ABŞ dollara hesablamış və o, həmin qızılları Şahid1 vermişdir. Şahid1 qızılları almış və demişdir ki, bu qızılları Mahir Muradova verəcək ki, işin düzəlməsinə köməklik etsin. Sonra Şahid1 Şahid6la birlikdə çıxıb getmişlər. O, hər dəfə Şahid1la əlaqə saxlamış ki, işlər nə oldu ? Şahid1 demişdir ki, narahat olma işlər düzəlir. Bundan sonra Şahid1 onunla əlaqə saxlamışdır ki, qızı Həcərin ev dustalığına çıxması üçün barəsində seçilmiş həbs qətimkan tədbirindən Apellyasiya Məhkəməsinə müraciət etmək lazımdır. O, da qızı Həcərin vəkili Vasif müəllimlə əlaqə saxlamış və vəkil qızı Həcərin ev dustalığına çıxaması ilə əlaqədar Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Qızı Həcərin ev dustalığına çıxması ilə əlaqədar təyin olunmuş məhkəmə prosesinə o, tək getmişdir. Həmin vaxtı məhkəmənin həyətində Şahid1 və Şahid6 gəlmişlər. Həmin günü qızı Həcərin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustalığı ilə əvəz edilməsi məsələsinə baxılsa da vəsatət təmin edilməmişdir. O, bundan sonra məhkəmə həyətinə çıxıb Şahid1 axtarsa da tapa bilməmiş və onun mobil telefonuna zəng vurub soruşmuşdur ki, bəs qızı barəsində yenə də ev dustalığı seçilmədi. Şahid1 ona demişdir ki, gəl Apellyasiya Məhkəməsinin qarşısına. O, da küçəyə çıxmış və görmüşdür ki, Şahid1 tək durmuşdur. O, Sahibə yaxınlaşıb soruşmuşdur ki, niyə işlər belə oldu ? Şahid1 onun yanında mobil telefonla bir-iki yerə zəng vurub danışmış və sonra ona yaxınlaşıb demişdir ki, bu işi Arif Paşayev tapşırıbdır, o, indi Bilgəh qəsəbəsində olan bağa gedir. Həmin vaxtı Şahid1 kənarda olan bir neçə nəfərə yaxınlaşıb söhbət etmiş, sonra Şahid1 demişdir ki, Şahid6 özünün daş karxanasını girov qoyub onun üçün 50.000 manat pul götürüb ki, işlər düzəlsin. Bundan sonra o, Şahid1 demişdir ki, bu məsələlərin sonu necə olacaq ? Şahid1 ona demişdir ki, iş məhkəməyə getməyəcək, narahat olmasın. 2016-cı ilin sentyabr ayında Şahid1 telefonla zəng vurub demişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsindən təcili qızı və nəvəsi barəsində arayış almaq lazımdır, hər biri üçün 15.000 manat, ümumilikdə 30.000 manat pulu tez vermək lazımdır. O, Şahid1 demişdir ki, onun hazırda pulu yoxdur. Şahid1 ona demişdir ki, sən qızılları tez gətir girov qoyub pul alıb məhkəməyə verək ki, arayışları tez versinlər. Bundan sonra o, tez qızılları götürüb bacısı Zibeydə və bacısı əri Mirhəsənlə birlikdə Bakı şəhəri, Səbail rayonunda yerləşən Mərkəzi Univermağı yaxınlığında olan ünvan 8 ünvanda yerləşən zərgərlik mağazasının qarşısına gəlmiş və orada Şahid1la görüşmüşdür. O, Şahid1la belə razılaşmışdır ki, o, qızılları 10 gün müddətinə girov qoyub 30.000 manat götürüb Şahid1 verir, 10 gündən sonra o, 30.000 manat verib qızılları geri götürəcək. Şahid1 demişdir ki, qadınlar gözləsin, kişilər mağazaya getsin və belə razılaşmışlar ki, zərgərlik mağazasına Şahid1la Mirhəsən getsinlər və o, da qızılları Mirhəsənə vermişdir. Bundan sonra o və bacısı Zibeydə küçədə dayanmış, Şahid1la Mirhəsən zərgərlik mağazasına keçmişlər. Təxminən 25-30 dəqiqədən sonra Mirhəsən onların yanına gəlmiş və demişdir ki, o, 20 ədəd növdə qızıl- zinət əşyalarını 10 gün müddətinə girov qoyub 28.000 manat pulu götürüb Şahid1 vermişdir. Şahid1 demişdir ki, 30.000 manat tam şəkildə olmalıdır ki, o, pulu aparıb versin. Bundan sonra o, Şahid1 demişdir ki, gözlə borc tapıb, gətirib verir. Bundan sonra onlar Şahid1 ayrılıb Kürdəxanı qəsəbəsində gəlmiş və bacısı Zibeydə 2000 manat tapıb ona borca vermişdir. O, da həmin pulu Mirhəsənə vermişdir ki, Şahid1 versin, Şahid1 arayışları tez alsın. Təxminən bir saatdan sonra Mirhəsən demişdir ki, o, 2000 manat pulu ünvan 9 ünvanda yerləşən Mərkəzi Univermağın qarşısında Şahid1 vermişdir. Bundan sonra o, Şahid1 zəng vurmuşdur ki, bəs arayışları məhkəmədən götürdün ? Şahid1 demişdir ki, arayışları almış, qızı və nəvəsi barəsində olan cinayət işini Bakı şəhər Baş Polis İdarəsində aldırıb Bakı şəhər Prokurorluğuna verdirmiş, hazırda prokururluqda cinayət işi gedir və məhkəmədə olmayacaq. Bir sözlə Şahid1 onu hər dəfə aldadaraq qızıl zinət əşyalarını və pullarını almış hər dəfəsində məhkəmə olmayacağını bildirməsinə baxmayaraq sonda görmüşdür ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qızı və nəvəsi barəsində məhkəmə prosesi gedir və başa düşmüşdür ki, Şahid1 onu aldadaraq pulunu və qızıllarını ələ keçirmişdir. O, Şahid9 və Təqsirləndirilən şəxs tanımır və heç vaxt görməmişdir. O, Şahid1la görüşüb ona pul və qızıl- zinət əşyaları verən zaman Şahid9 və Təqsirləndirilən şəxs iştirak etməmişlər. Şahid1 ona heç vaxt Şahid9 və Təqsirləndirilən şəxs barəsində danışmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunmuş Şahid2 Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2016-cı il tarixdə mart ayında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində metronun “İnşaatçılar” stansiyasının yaxınlığında icarəyə götürdüyü kişi geyimləri mağazasına gəlib-gedən daimi müştərilərindən biri Xəqani ilə söhbət əsnasında Xəqani ona təklif etmişdir ki, adamı vardır, onu dövlət işinə düzəldə bilər. Bundan sonra o, Xəqaniyə razılıq vermişdir ki, dövlət işinə düzəlmək istəyir. Xəqani ona demişdir ki, həmin adamı çağırar, birlikdə söhbət edərlər. Bundan sonra o, atası Səmədağaya bu barədə demiş və atası Səmədağa razılaşmışdır. 2016-cı ilin aprel ayının əvvəllərində Xəqani ona zəng vurub demişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində olan “Zabitlər” parkında görüşsünlər, o, da razılıq vermişdir. Bundan sonra o, atası Səmədağa ilə birlikdə “Zabitlər” parkına gəlmiş və Xəqanini gözləmişlər. Bir müddətdən sonra Xəqani tanımadığı bir orta yaşlı kişi ilə gəlib onlarla görüşmüşlər. X21 yanında olan şəxslə danışandan sonra məlum olmuşdur ki, həmin orta yaşlı kişi Sabirabad rayonundan olan Şahid1dur. Həmin vaxtı Şahid1 onlara demişdir ki, o, Naxçıvan MR-da Sərhəd Qoşunlarında komandir işləmiş və Zərərçəkmiş şəxs4 dövlət işinə düzəldə bilər və onun sözünü dostlar yerə salmazlar. Həmin vaxtı atası Şahid1 soruşmuşdur ki, oğlu İlqarı nə işinə düzəldə bilər. Şahid1 bildirmişdir ki, oğlunu Nazirlər Kabinetində işə düzəldə bilər. O və X34 Şükürovun dediyi ilə razılaşmışlar. X34 Şükürova demişdir ki, bu iş neçiyə düzələr? Şahid1 demişdir ki, o, bu işin qiyməti ilə maraqlanıb deyər. Bundan sonra Sahib və atası Səmədağa bir-birlərinin mobil telefon nömrələrini götürmüş və sonra onlar ayrılmışlar. Təxminən 2-3 gündən sonra Şahid1 atası Səmədağanın mobil telefonuna zəng vurub bildirmişdir ki, “Zabitlər” parkında görüşsünlər və İlqarın işə düzəlmə məsələsini danışsınlar. Həmin günü o, atası Səmədağa, Xəqani və Şahid1la “Zabitlər” parkında görüşmüş və Şahid1 atası Səmədağaya demişdir ki, İlqarı Nazirlər Kabinetinə 50.000 manata işə düzəldə bilər. X34 Şükürovun bu təklifi ilə razılaşmış və demişdir ki, gedib onlar da fikirləşsinlər. O, və atası Səmədağa borc-xərc edib 33.000 ABŞ dolları, yəni Azərbaycan manatı ilə 50.000 manat düzəltmiş və X34 Şükürova zəng vurmuşdur ki, pul hazırdır, görüşsünlər. X22 rayonunda olduğu üçün o, tək Şahid1la Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən “Zabitlər" parkının qarşısında görüşmüş və o, Şahid1 33.000 ABŞ dolları vermiş və Şahid1 ondan pulu alıb demişdir ki, narahat olmasın, Nazirlər Kabinetində işə düzəldəcək. Sonra Şahid1 dolların məzənnəsini Öyrənmək üçün onunla birlikdə metronun “28 May” stansiyasının yaxınlığına gəlmiş və həmin vaxtı dolların məzənnəsi təxminən 1.520 manat təşkil edirmiş. Bundan sonra o, Şahid1la birlikdə Prezident Aparatının inzibati binasının yanına gəlmiş, Şahid1 ona demişdir ki, parkda gözləsin, o, pulu verib gələcək. Həmin vaxtı Şahid1 pulu kimə verməcəyini deməmişdir. O, parkda gözləmiş, Şahid1 Prezident Aparatının inzibati binasına tərəf getmiş və təxminən 2-3 dəqiqədən sonra Şahid1 gəlmiş və ona demişdir ki, pulu vermiş, bir aya onun işlərini düzələcəkdir. Bundan sonra o, Şahid1 ayrılmış və onun zəngini gözləməyə başlamışdır. Bir ay keçəndən sonra X34 Şükürova zəng vurub işlər barəsində soruşurmuş. Şahid1 demişdir ki, gözləsin, xəbər çıxan kimi deyəcək. O, da ara bir Şahid1 zəng vurub işi barəsində soruşan zaman ona demişdir ki, narahat olmasın, xəbər çıxan kimi deyəcək. 3-4 ay keçəndən sonra o, görmüşdür ki, işlər düzəlmir və Şahid1 pulunu tələb etmişdir ki, o, iş istəmir, pulunu qaytarsın. Bir müddət keçəndən sonra Şahid1 onu və atası Səmədağa ilə birlikdə metronun “Xətai" stansiyasının yaxınlığında olan SOKAR inzibati binasına gəlmiş və orada Əli adlı şəxslə görüşmüşlər. Şahid1, Əli və atası Səmədağa söhbət etmiş, o, isə onların söhbətinə qarışmamışdır. Söhbət zamanı Əli söz vermişdir ki, işlər düzələcəkdir. Beləliklə 1-2 ay keçmiş, ancaq işlər düzəlmədiyi üçün Şahid1 zəng vurmuşdur ki, onun pulunu qaytarsın. Ancaq Şahid1 onun indiyə qədər pulunu qaytarmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o Elçin Məmmədovu uzun illərdi ki, tanıyır. Onunla normal münasibəti olmuşdur. 2014-cü ilin aprel ayının 28-də o əmisi oğlu Anarla birlikdə Fövqəladə Hallar Nazirliyin qarşısında olan zaman bir nəfər şəxs “Toyota Avalon” markalı hazırda nömrəsini xatırlamadığı avtomobildən düşərək onlara yaxınlaşmış və əmisi oğlu Anarla görüşmüşdür. Biraz söhbət etdikdən sonra Natiq Anardan harada olmasını və nə üçün görsənmədiyini dedikdə Anar ona səkkiz ilə yaxın müddət ərzində Rusiyada yaşadığını və Bakıya təzə gəldiyini bildirmişdir. Bundan sonra Natiq özünü onlara vəzifəli şəxs kimi təqdim edərək Həzi Aslanov metrosunun yaxınlığında tikilən binalarda mühafizənin rəisi vəzifəsində işlədiyini, həmçinin FHN-də dayısının şöbə rəisi olduğunu bildirmişdir. Daha sonra Natiq Anara narahat olmamasını Anan da işlə təmin edəcəyini demişdir. Bundan sonra o işiylə əlaqədar olaraq həmin şəxslərdən aralanıb getmişdir. Təxminən bir həftədən sonra yəni, 04 aprel 2014-cü il tarixdə evdə olduğu zaman ona zəng gəlmişdir. O telefonu açdıqda bir nəfər kişi səsli şəxs ona Natiq olduğunu, nömrəsini isə əmisi oğlu Anardan aldığını deyərək onunla görüşmək istədiyini bildirmişdir. Həmin günü Bakı şəhəri Xətai rayonu Naxçıvanski adına ali hərbi məktəbin yaxınlığında saat 12 radələrində görüşmüşlər. Söhbət əsnasında Natiq ona bildirmişdir ki, dayısı FHN-də şöbə rəisi işləyir, nəsə bir iş olsa çox rahat həl edə biləcəyini demişdir. Təqsirləndirilən şəxs bu sözündən sonra o Natiqə dostunun oğlunu işə düzəltmək lazım olduğunu demişdir. Natiq isə cavabında bildirmişdir ki, o həmin uşağı çox rahat bir şəkildə dayısı vasitəsi ilə FHN-nə işə düzəldə bilər. O Natiqə inanmış və bu işləri həll etməsi üçün nə lazım olduğunu dedikdə, Natiq ona İsmayıllı rayonunda FHN-nin X5 döyüşçü vəzifəsinə işə düzəldəcəyini vəd vermişdir. Daha sonra bu işlərin həll olunması üçün ona bildirmişdir ki, 9.000 manat pul lazımdır. Bundan sonra o Natiqə demişdir ki, işi tam həll et uşaq əmrini alıb işə çıxdığı gün istədiyin pulu verəcəyini deyib ayrılmışlar. 15 aprel 2014-cü il tarixdə evdə olduğu zaman Natiq ona yenidən zəng etmiş, onu və Anarı Hövsan qəsəbəsində dəniz kənarında yerləşən “Simurq” istirahət mərkəzinə dəvət etmişdir. Daha sonra o Anarla birlikdə Natiqin dediyi yerə getmişlər. Həmin yerə çatdıqda Natiq onları qarşılamış və FHN- də işləyən Şahid5 adlı şəxsi onlara dayısı kimi orada təqdim etmişdir. Daha sonra onlar Şahid5 oturduğu yerin yanında əyləşmişlər. Bir müddət sonra o orada Telman adlı şəxslə nərd oynamışlar, daha sonra Natiq onların etibarlarını daha da qazanmaq üçün dayısı kimi təqdim etdiyi Şahid5nən şəkillərini də çəkmişdir. Orada olarkən əmisi oğlu Anar Natiqin anası ilə də görüşmüş və onun da Natiqin anası ilə tanış etmişdir. Həmin vaxt “Simurq” istirahət mərkəzində Şahid5 nəvəsi və gəlini də orada olmuşdur. Bunların hamısını gördükdən sonra o Natiqə tam inanmışdır. 21 aprel 2014-cü il tarixdə Natiq ona zəng edərək yenidən görüşmək İstədiyini demişdir. Həmin günü saat 14 radələrində, Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsinin yaxınlığında yerləşən adı yadında qalmayan kafelərin birində görüşmüşlər. Görüşüb söhbət etdikdə Natiq ona bildirmişdir ki,dayısı Telman səhəti ilə əlaqədar olaraq Rusiyaya sanatoriyaya gedir. Bundan sonra ona bildirmişdir ki, dayısı Telmanın iki nəfərlik Rusiyaya gedib sanatoriyada istirahət etdikdən sonra Bakıya qayıtması üçün 4000 manat pul lazımdı. Bunları həll edə bilsələr uşağın iş məsələsində həll etmiş olarlar. Bundan sonra bir nəfər qadın xeylağına zəng edərək telefonda danışmağa başlamışdır. Danışıq zamanı həmin qadına Telmanın Rusiyaya gedib sanatoriyada istirahət etməsi üçün bütün xərcləri qarşılayacağını demişdir. Daha sonra həmin qadına telefonda bildirmişdir ki, Telman dayıya desin ki, bir nəfər tanış adamın uşağını işə düzəltməsi üçün qəbula salsın. Həmin qadın Natiqə telefonda bildirmişdir ki,dedikləri problem deyil, o Telman dayıya deyəcək, gedib gəldikdən sonra da həl edər, lakin o da Telmanın istirahəti üçün nə lazımdırsa həll etsin. Daha sonra ona istədiyi 4.000 manat pulu verməyini demişdir. O isə Natiqə hazırda o qədər pulunun olmadığını demişdir. Lakin Natiq ona bu gün bu məsələni həl etməyini demişdir. Daha sonra o həmin günü saat təxminən 16 radələrində Natiqlə danışmış və pulu tapdığını demişdir. Natiq onu Nəsimi rayon ərazisində yerişən Aviakassa olan yerdə olduğunu demiş və onu oraya çağırmışdır. Bundan sonra o Anarla görüşmüşdür. Daha sonra Anarla birlikdə Natiqlə görüşmüşlər və həmin 4000 manat pulu Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən Avia kassa biletlərinin satışı olan yerin qarşısında saat 16 radələrində Anarın iştirakı ilə Natiqə vermişdir. Natiq pulu aldıqdan sonra içəri girmiş və onlar da oradan uzaqlaşaraq çıxmışlar. Daha sonra Natiq ona zəng edərək bildirmişdir ki, uşağı qəbula təxminən bir aydan sonra aparacaqdır. Onlar Sənanla birlikdə FHN-nə getmişlər və Natiqə zəng edib nə üçün gəlmədiyini bildirdikdə Natiq işinin olduğunu lakin narahat olmamasını həmin idarədə Sənanı tapşırdığını demişdir. Bundan sonra Sənan içəri girmiş və çıxıdqdan sonra bildirmişdir ki, sənədləri vermişdir. Daha sonra Natiq ona zəng edərək işlərin yolunda olduğunu demiş və ondan əlavə olaraq 5000 manat da pul istəmişdir. O həmin pulu ona 27 may 2014-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri Xətai rayonu Neapol dairəsinin yaxınlığında yerləşən adı yadında qalmayan kafelərin birində vermişdir. Bundan sonra bir neçə ay keçsə də Sənan işə düzəlməmişdir. Təqsirləndirilən şəxs ondan aldığı 9.000 manat puldan, ona hissə-hissə 2016- cı ilin əvvəlindən aprel ayına kimi cəmi 4.000 manat pul qaytarmışdır. Bundan sonra ona Natiq oğlu Raqub və anası Əsli vasitəsilə ümumilikdə 1.700 manat pul qaytarmış, 3.300 manat pul isə hazırdada ona ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o Bakı şəhəri Xətai rayonu ünvan 10 ünvanda yerləşən “X38” klinikasında ağciyər xəstəlikləri üzrə cərrah işləmişdir. Mütəmadi olaraq, cəbhə bölgəsinə ezam edildiyi üçün yaralılara təcili tibbi yardım edirmiş. “X38” Klinikasının Babək filialında baş həkimin müavini Şahid16 və oğlu X10 çoxsaylı köməkçiləri ilə qrup yaradaraq onun külli miqdarda pulunu talayıb, boş-boş vədlər verərək onu aldatmışlar. Belə ki, 70 yaşlı rəhbərləri, baş həkimin müavini, Şahid16 2016-cı ilin aprel-may aylarında ona və onunla işləyən çoxsaylı cavan kadrlara bildirirmiş ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və ona tabe qurumlarda çoxsaylı vakant yerlər var. Şahid16 Rəşad Tengiz və Mikayıl adlı iş yoldaşlarıyla birgə çalışdıqları otağa gələrək bunları dəfərlərlə təkrarlamışdır. Feyzulla nəinki ona, atasına da iş düzəldə biləcəyini bildirmişdir. Feyzulla bildirirmiş ki, o, bütün ömrü boyu səhiyyə orqanlarında işlədiyi üçün onları yüksək vəzifələrə düzəldə bilərmiş. Feyzulla deyirmiş ki, həmin vakant yerlər pulla satılmır. X40 Fonduna ödəmək üçün alır. Feyzullanın dediyinə görə çoxsaylı köməkçilərinin çalışmaları nəticəsində, danışıqların nəticəsi olaraq o onların yüksək vəzifələrə təyin olunmaqlarına nail olacaqdır. İlk öncə o, 03 may 2016-cı il tarixdə 10000 ABŞ dollar pulu Şahid16 onun “X38" Klinikasındakı xidməti otağında vermiş. Pulu alarkən Feyzulla onu həmin görüşə gələn yaxın köməkçisi Natiq adlı şəxslə tanış etmiş və bildirmişdir ki, Natiq Respublikanın Birinci Xanımının mühafizə xidmətinin rəhbəridir. Müddət keçdikcə narahat olub aldadıldığını düşünürmüş Feyzulla ona bildirirmiş ki, Həmkarlar İttifaqları Konfederasiyasının Sədri millət vəkili Səttar Mehbalıyev, Naxçıvan Muxtar Respublikasının X27 sabiq müavini Şahid5, X13 adlı vəzifəli şəxslər onlara yardım edirlər, narahatçılığına səbəb yoxdur. Lakin, pulun verildiyi gündən çox keçdiyinə görə o, pullarnı geri tələb etməyə başlamış. Həmin ərəfədə, yəni 13 iyul 2016-cı il tarixdə atası zəng edərək özünü Səhiyyə Nazirliyinin Tibbi X14 müdiri Gülmirzə Poladov kimi təqdim edən şəxs hər şeyin qaydasında olduğunu bildirmişdir. Gülmirzə qeyd etmişdir ki, «Şahid16 hörmətli bir şəxsdir, Feyzullanı hamı tanıyır, Feyzulla deyibsə deməli hər bir şey alınacaqdır və narahatçılığa səbəb yoxdur, hər bir məsələ Feyzullanın şəxsi nəzarəti və rəhbərliyi ilə həll olunacaqdır». Həmin zəngdən sonra o atasıyla birgə Şahid16 və onun köməkçilərinin saf və dürüst insanlar olduqlarına tam əmin olmuş və o belə qərara gəlmişdir ki, o yenidən atasına görə Feyzulla ilə görüşsün. Buna görə o, Feyzulla ilə görüşmüşdür. Feyzulla İlə söhbət əsnasında Feyzulla bir daha ona bildirmişdir ki, 50000 ABŞ dollar pulun müqabilində atasını Kardioloji Sanatoriyaya baş həkim vəzifəsinə düzəldəcəkdir. Buna görə də o, Feyzullaya 50000 ABŞ dolları ödəmək qərarına gəlmişdir. O Feyzullaya bildirmişdir ki, pulu o hissə-hissə verəcəkmiş. Feyzulla da onunla razılaşmışdır. 15 iyul 2016-cı il tarixdə Feyzulla ona bildirmişdir ki, atasının işi ilə əlaqədar Cavanşir adlı şəxslə görüş. O, da Cavanşir ilə əlaqə saxlayıb “Koroğlu” metrostansiyasının yaxınlığında görüşmüşdür. Cavanşir ona bildirmişdir ki, 20000 ABŞ dollar pul verməlidir, həmin pul fonda köçməlidir. O Cavanşirin bu sözündən belə qərara gəlmişdir ki, Feyzulla ilə görüşüb həmin pulu Feyzullaya versin. Buna görə səhəri gün, yəni, 16 iyul 2016-cı il tarixdə o, Xətai rayonu ünvan 10 ünvanda yerləşən “X38” klinikasında Feyzullanın iş otağında Feyzullaya əlbə-əl 20000 ABŞ dollar pul vermişdir. Bundan sonra Feyzulla yenə ona bildirmişdir ki, o Vüqar adlı şəxslə görüşsün. O Vüqar ilə əlaqə saxlayıb Buzovna qəsəbəsində görüşüb danışmışdır. Vüqar da atasının işi ilə əlaqədar puldan hər-hansı bir vəzifəli şəxsə 10000 ABŞ dollar pul verilməsi üçün ondan pul istəmişdir. O yenə də həmin pulu Feyzullaya vermək qərarına gəlmişdir. Buna görə 18 iyul 2016-cı il tarixdə “X38” klinikasında Feyzullanın iş otağında Feyzullaya əlbə-əl 10000 ABŞ dollar pul vermişdir. Daha sonra Feyzulla ondan qalan 20.000 ABŞ dollar pulu tələb etmişdir. O Feyzullaya pulu hissə-hissə vermək barədə razılaşdığını bildirdikdə Feyzulla işin düzəldiyini bildirdiyi üçün pul lazım olduğunu söyləmişdir. Buna görə də o, təcili pul taparaq 25 iyul 2016-cı il tarixdə “X38” klinikasında Feyzullanın iş otağında Feyzullaya əlbə-əl 10000 ABŞ dollar pul vermişdir. Bundan sonra Feyzulla dəfələrlə ona və atasına zəng edərək hazırlıqlı olub səliqəli geyinərək Səhiyyə Nazirliyinə qəbuluna gedəcəklərini deyirmiş. Hər dəfə onlar səhər saat 8-dən Səhiyyə Nazirliyində “vəzifəli şəxslə” görüşə hazırlaşıb, geyinib-kecinib görüş gözləmişlər. Feyzullanın oğlu Rafael onlardan 2 ədəd iş CV-ləri almışdır və “lazımlı” adamlara çatdıracağını bildirmişdir. “İş çoxdur”, “həmin vəzifəli adam görüşə gedib”, “yas yerindədir”, “təcili rəhbərliyin yanına çağırılıb”, “təcili rayona çıxıb” və s. bəhanələrlə Feyzulla və köməkçiləri onları dəfələrlə aldadırmışlar. Bunlardan bezib Səhiyyə Nazirliyinə Gülmirzə Poladovun qəbuluna getmişlər. Onunla görüşmək üçün nömrəsini yığarkən: “bağdayam, danışa bilmirəm, sənə zəng edərəm” demişdir. Bu zaman əsl Gülmirzə Poladovu öz xidməti otağında gördükdə onlara məlum olmuşdur ki, onlara Gülmirzə Poladovun adı ilə zəng edən Feyzullanın köməkçisi Natiqdir. Əslində Gülmirzə müəllimin otağında olduqlarını biləndə “qurban olum, pullan qaytaracam” ifadələri ilə Feyzulla və Rafael onlara yalvarmağa başlamışlar. Əlavə olaraq qeyd etmək istəyirmiş ki, Feyzulla onun və atasının işinin düzəlməsi üçün verdiyi vaxt dəfələrlə keçdiyi üçün o artıq Feyzulla müəllimin onun etibarından sui istifadə edib aldatdığına şübhə yarandığı üçün o yenədə onun iş otağına gedib işinin nə vaxt həll ediləcəyini soruşmuşdur, lakin Feyzulla müəllim ona demişdirki bəs «onun dostu Telman müəllim ona deyibki güya Səhiyyə Nazirliyinin vəzifəli şəxsi olan Gülmirzə müəllim hədiyyəlik silah istəyib» və silahda gömrükdə yubandığı üçün onun əmri verilməyib. Daha sonra Feyzulla müəllim ona demişdirki güya onlar ölkəyə qanuni əsaslarla silah gətirirlər, o da Feyzulla müəllimə yenədə etibar edib inanmış və gözləmişdir. Təxminən 10 gün sonra Təqsirləndirilən şəxs ona zəng edib harda olduğunu soruşmuş o isə ona iş yerində yəni Ağ ciyər xəstəlikləri institutunda olduğumu bildirmişdir, bu zaman Natiq ona demişdirki «mən gəlirəm oraya düş aşağı və mənim muştuluğumuda ver». O da bir qədər sonra düşmüş institutun həyətinə və orada o Natiqlə görüşmüşdür. Natiq ona demişdirki «məni sənin yanına Feyzulla göndərib və deyibki apar Cəmil əmanəti öz gözləri ilə görsün». Natiq avtomobilin arxa qapısını açmış və arxa oturacaqda o uzun ağ qutu olduğunu görmüşdür və həmin qutunun içərisində qırmızı qundaqlı «Kalaşnikov» markalı üzərində daraq olmayan avtomat və üzərində isə selofan kulyokda olan sənədlər varmış. Natiq ona demişdirki «Feyzulla bunu sənin görmən üçün məni buraya göndərib». Natiq ona demişdirki Feyzulla ona tapşırıbmışkİ «apar Səhiyyə Nazirliyində deyilən şəxsə çatdır». Natiq ondan şirnlik istəmişdir, lakin o ona heç bir şirinlik verməmişdir. Bu söhbətdən sonra yenədə çox vaxt keçmiş və o artıq başa düşmüşdür ki, Feyzulla və onun oğlu Rəfael onu konkret olaraq aldadıblar və bu səbəbdəndə pullarını geri tələb etməyə başlasada Feyzulla və oğlu Rəfael müxtəlif bəhanələr gətirərərək ondan dələduzluq yolu ilə aldıqları 50000 ABŞ dolları pulu qaytarmaqdan boyun qaçırırmışlar. Lakin 2016-cı ilin yay ayları olardı Feyzulla onu öz iş otağına yəni X35 dəvət etmiş və ona 2000 manat pul qaytarmışdır və demişdirki «olanım budu bunu götür qalanımda qaytaracam». Sonradan onun atası ona zəng edib dediyi, güya ona Səhiyyə Nazirinin müavini zəng edib və demişdirki, «oğlun Cəmilə deki Feyzulla çox narahat etməsin sizin iş düzələcək». Bu söhbətdən 3 gün sonra Feyzulla onu yenidən çağırıb otağına ona qaytardığı 2000 manat pulu geri istəmiş və demişdirki «gör sən hansı şəraiti yaratmısanki mən səhiyyə nazirinin müavininə zəng etdirmişəm». O da inanıb 2000 manat pulu Feyzullanın iş otağında ona vermiş. Sonradan onlar bilmişlər ki, Feyzullanın onun atasına zəng etdirdiyi oğlu Rəfael olubmuş, səhiyyə Nazirinin müavinini onun atasına zəng etməsi söhbəti yalan olmuş və bundan sonra o, başlamışdır yenə də pullarını tələb etməyə. Amma Feyzulla bu günə qədər ondan dələduzluq yolu ilə aldığı pulları qaytarmamışdır. Bundan başqa Zərərçəkmiş şəxs3 davam edərək bildirmişdir ki, 2016-cı ilin avqust ayının axırlarında atası Hüseyn ilə birlikdə «X38» Klinikanın baş həkimi Gökhan həkimin yanına gedib Feyzulladan şikayətə gedən zaman, həmin vaxtı Gökhan həkim Feyzullanı danlamış, bundan sonra Feyzulla oğlu Rəfaelə zəng edərək pul gətirməsini bildirmişdir. Həmin gün Rəfael Feyzullanın otağına 10000 manat pulu gətirib ona vermişdir. Həmin vaxtı onun yanında, atası Hüseyn, Feyzulla olmuşlar. Rəfael pulu verdikdən sonra pulun qalan hissəsini də qaytaracağını bildirmişdir. Təxminən bir neçə gündən sonra Rəfael ona zəng edib onu ofisinə çağırmışdır. O, elə bilmişdir ki, Rəfael pulun qalan hissəsini də ona qaytaracaqdır. Buna görə o Rəfaelin ofisinə getmişdir. Ofisdə Rəfael ona bildirmişdir ki, «yaxın günlərdə sənin və atanın işi həll olunacaqdır, hər şey hazırdır». Ona görə o, Rəfaelə inanıb üzərində götürdüyü 10.000 manat pulu Rəfaelə qaytarmışdır. Bundan başqa pulun qaytarılması barədə nə Feyzulla, nə də Rəfael onunla əlaqə saxlamamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2015-ci ildə Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında olan çayxanada tanışları ilə birlikdə çay içib söhbət edən zaman tanışları ilə gələn bir nəfər şəxs ona demişdir ki, « siz Şahid1sunuz, Naxçıvan MR-nm Sərhəd Qoşunları komandiri işləmisiniz»? O, həmin şəxsə demişdir ki, bəli, Şahid1dur və Naxçıvan MR-da Sərhəd Qoşunları komandiri işləmişdir. Həmin şəxs ona demişdir ki, o, Cavad Cavadovun nəvəsi Şahid6dur, onun yanında xidmətdə olmuşdur. Bundan sonra Şahid6 onun nömrəsini götürmüş, Şahid6 onunla əlaqə saxlayıb və görüşüb söhbət edirmişlər. 2016-cı ilin aprel ayında Şahid6 ona demişdir ki, Sabirabad rayonundan olan Zərərçəkmiş şəxs4 vardır, işə düzəlmək istəyir. O, Şahid6 demişdir ki, baxar, hara işə düzəltmək olar. 2016-cı ilin aprel ayında o, Şahid6, Zərərçəkmiş şəxs4 və atası Səmədağa ilə Bakı şəhəri, Nəsimi rayonunda olan “Zabitlər” parkında görüşmüş və Şahid6 onlarla tanış etmişdir. 2016-cı ilin mart- aprel aylarında Şahid9 onu Təqsirləndirilən şəxs ilə tanış etmiş və Şahid9 ona demişdir ki, Təqsirləndirilən şəxs X28 işləyir. Həmin vaxtı Təqsirləndirilən şəxs əlində radioötürücü olmuş və tez-tez radioötürücü vasitəsi ilə əlaqə saxlamışdır. O, Səmədağanın oğlu Zərərçəkmiş şəxs4 barəsində Şahid9 demiş və Şahid9 ona demişdir ki, “sən bu barədə Təqsirləndirilən şəxs de, onun imkanları genişdir, hara istəsən ora işə düzəldə bilər.” Bundan sonra o, bu barədə Təqsirləndirilən şəxs demiş, Təqsirləndirilən şəxs ona demişdir ki, Zərərçəkmiş şəxs4 tərcümeyi halını və diplomunun surətini al və gətir versin baxsınlar. Sonra o, Zərərçəkmiş şəxs4 bu barədə demiş və 2-3 gündən sonra o, Zərərçəkmiş şəxs4lə “Zabitlər” parkında görüşmüş və Zərərçəkmiş şəxs4 ona şəxsiyyət vəsiqənin surətini, tərcümeyi halını və diplomunun surətini ona vermişdir. O, da həmin sənədləri götürüb Təqsirləndirilən şəxsla Bakı şəhəri, Səbail rayonunda metronun “İçəri şəhər” stansiyasının yaxınlığında “Filarmoniya” bağında görüşmüş və o, Zərərçəkmiş şəxs4a aid olan sənədlərin surətini Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs ona demişdir ki, əgər sənədlər keçərli olsa, Prezident Aparatında olan bir nəfər Zərərçəkmiş şəxs4 işini düzəldəcəkdir. O, Təqsirləndirilən şəxs demişdir ki, sənədlər keçərli olsa onu Prezident Aparatında işləyən şəxslə görüşdür və Təqsirləndirilən şəxs ona razılıq verib demişdir ki, özün söhbət edərsən. Səhəri günü Təqsirləndirilən şəxs ona zəng vurub demişdir ki, təcili görüşmək lazımdır, o, Bilgəhdə qəsəbəsində olan “See Breeze” istirahət mərkəzindədir. O, tək Bilgəh qəsəbəsində olan istirahət mərkəzinə getmiş və orada Təqsirləndirilən şəxsla görüşmüşdür. Təqsirləndirilən şəxs ona demişdir ki, Nazirlər Kabinetində İqtisadi məsələlər üzrə aparıcı mütəxəssis yeri boşdur, əgər razıdılarsa ona de, sabah günorta vaxtlarında Prezident Aparatının yaxınlığında olan bağda görüşsünlər. O, soruşmuşdur ki, bu İşin qiyməti nədir ? Təqsirləndirilən şəxs ona demişdir ki, bu işin qiyməti 50.000 manatdır. O, Təqsirləndirilən şəxs demişdir ki, o, Səmədağa müəllimlə danışar, əgər razılıq versələr, o, Prezident Aparatında işləyən həmin şəxslə görüşüb söhbət etməlidir. O, Təqsirləndirilən şəxs ayrılıb Səmədağa müəllimə demişdir ki, səhər Bakı şəhəri, Yasamal rayonunda yerləşən metronun “20 yanvar” stansiyasının yaxınlığında olan “Ailə sağlamlıq” mərkəzinin qarşısına gəl görüşək. Səhəri günü o, Xəqani ilə birlikdə həmin yerdə Səmədağa və oğlu Zərərçəkmiş şəxs4lə görüşmüşdür. O, olan söhbəti hamısını onlara danışmış və demişdir ki, «bu işin qiyməti 50.000 manatdır, əgər razısınızsa o, Təqsirləndirilən şəxs zəng vurub onunla görüşsün». Səmədağa müəllim ona demişdir ki, problem yoxdur, sən Təqsirləndirilən şəxsla danışsın. Səhəri günü o, Prezident Aparatının inzibati binasının arxasına gəlmiş və görmüşdür ki, Təqsirləndirilən şəxs orada durub onu gözləyir. O, Təqsirləndirilən şəxsla görüşmüş və Təqsirləndirilən şəxs mobil telefonla kiməsə zəng vurub danışmışdır. Təxminən 2-3 dəqiqədən sonra Prezident Aparatının inzibati binasının qapısından bir nəfər gəlib onlarla görüşmüşdür. Təqsirləndirilən şəxs həmin şəxsi ona təqdim etmişdir ki, Əli müəllimdir. O, Əli müəllimlə görüşüb özünü təqdim etmişdir. Əli müəllim ona demişdir ki, Təqsirləndirilən şəxs sənədləri ona vermiş, o, sənədlərə baxmış, sənədlər qaydasındandır, hazırda Nazirlər Kabinetində bir yer boşalacaq, ora məsləhət görür, «əgər razısınızsa Təqsirləndirilən şəxs dediyi məsələni təcili həll edin». Əli müəllim Təqsirləndirilən şəxs işin düzəlməsi ilə əlaqədar 50.000 manatı nəzərdə tutmuşdur. O, da Əli müəllimə demişdir ki, gedib bir məsələhətləşib sonra bir söz deyər. Səhəri günü yəni, 20-22 aprel 2016-cı ildə o, Xəqani ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, metrounun “20 yanvar” stansiyasının yaxınlığında 20 Yanvar küçəsində yerləşən “Aliə sağlamlıq” mərkəzinin qarşısında Səmədağa və oğlu Zərərçəkmiş şəxs4lə görüşmüşdür. O, olan söhbəti hamısını onlara danışmış və demişdir ki, bu işin qiyməti 50.000 manatdır, əgər razıdırlarsa o, Natiq Mmmədova zəng vurub onunla görüşsün. Səmədağa müəllim ona demişdir ki, problem yoxdur, sən danış. Səmədağa oğlu İlqara demişdir ki, sən get pulu gətir. İlqar getmiş, onlar isə durub söhbət edib ilqarı gözləyirmiş. İlqar təxminən 30 dəqiqədən sonra gəlmişdir. Səmədağa və Xəqani onlardan ayrılıb getmiş, o, isə İlqarın idarə etdiyi Tayota markalı avtomaşınla metronun “28 May” stansiyasının yaxınlığında düşən zaman İlqar ona demişdir ki, 50.000 manat əvəzinə 30.000 ABŞ dolları gətirmişdir. O, İlqara demişdir ki, “28 May” stansiyasının yaxınlığında dolların məzənnəsini öyərənək, sonra məlum olmuşdur ki, 30.000 ABŞ dolları 45.384 manat edir. O, Təqsirləndirilən şəxs zəng vurub demişdir ki, deyələn yerə gəlirlər, orada söhbət edərlər. Bundan sonra o, İlqarın idarə etdiyi avtomaşınla ünvan 11 ünvanda yerləşən Nazirlər Kobinetinin arxa tərəfində olan parkın yaxınlığına gəlmiş, avtomaşında İlqar ona 30.000 ABŞ dolları vermiş, o, avtomaşında düşüb parka gəlmiş, İlqar isə avtomaşında qalıb gözləmişdir. O, Təqsirləndirilən şəxs yadında qalmadığı nömrəsinə zəng vurub demişdir ki, haqq-hesab hazırdır, o, Prezident Aparatının arxasında gözləyir. Təqsirləndirilən şəxs ona demişdir ki, gözlə Əli müəllimə zəng vurur, düşüb səninlə görüşsün. Təxminən 5 dəqiqədən sonra Əli müəllim Prezident Aparatının inzibati binasından çıxmış və o, Əli müəllimlə görüşmüş və o, Əli müəllimə demişdir ki, hazırda 30.000 ABŞ dolları üstündədir, qalan 3000 ABŞ dolları isə sonra verəcək. Əli müəllim ondan pulu almış ancaq saymamış, demişdir ki, sənə inanıram və Əli müəllim Prezident Aparatının inzibati binasına qayıtmışdır. Bundan sonra o, İlqarın yanına gəlmiş və İlqara demişdir ki, işlər düzəlir, pulu vermişdir. İlqar idarə etdiyi avtomaşınla onu Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Maliyyə Nazirliyinin yanına gətirmişdir. Sonra o, Səmədağa müəllimlə görüşüb ona demişdir ki, işlər düzəlir, 3.000 ABŞ dolları kəsir qalmışdır, onuda vermək lazımdır. Səhəri günü o, İlqarla metronun “20 Yanvar” stansiyasının yaxınlığında “Ailə sağlamlıq” mərkəzini qarşısında görüşmüş və İlqar ona 3.000 ABŞ dollarını vermişdir. O, İlqardan pulu alıb axşam tərəfi Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Koroğlu” parkında Natiqlə görüşüb 3.000 ABŞ dolları ona vermişdir. 4-5 aydan sonra, 2016-cı ilin oktyabr-noyabr aylarında Əli müəllim istifadə etdiyi telefonu söndürmüş, o, Təqsirləndirilən şəxsla əlaqə saxlamışdır, Natiq ona demişdir ki, sən narahat olma, işlər düzələcəkdir, olmasa pulu özü verəcəkdir. O, vəziyyəti belə görəndə 2016-cı ilin noyabr ayında metronun “Xətai” stansiyasının yaxınlığında olan SOKAR Neft Kəmərləri idarəsində işləyən köhnə tanışı Əli Kərimbəylə bu barədə danışmışdır. Əli Kərimbəyli ona demişdir ki, Nazirlər Kabinetində işə düzəltmək lazımdırsa onun tanışı vardır, ona deyər köməklik edər və Əli Kərimbəyli ona işə düzəltmə ilə bağlı bəzi sənədləri hazırlamağa tapşırmışdır. O, da Zərərçəkmiş şəxs4 zəng vurub onunla görüşmüş və sənədlərin siyahısını ona verib demişdir ki, hazırla, verərsən. Səhəri günü Zərərçəkmiş şəxs4 ona zəng vurmuş və onlar görüşən zaman siyahıda olan sənədləri Zərərçəkmiş şəxs4 ona vermişdir. O, da həmin sənədləri götürmüş və Əli Kərimbəyli ilə görüşüb Zərərçəkmiş şəxs4 tərcümeyi-halını və bəzi sənədi ona vermişdir. Səhər günü Əli Kərimbəyli ona zəng vurmuşdur ki, gəl iş yerinə səninlə işi vardır. O, Əli Kərimbəylinin işlədiyi idarəyə getmiş və ona demişdir ki, 20.000 manata danışmış, məsələni həll edirlər, onada nə hörmət edərsən özün bilərsən. Həmin günü o, tanışı Şahid9 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində "Naftalan” sanatoriyasının yaxınlığında olan “Çənlibel" kafesində görüşmüş və o, Qədirə demişdir ki, ona 40.000 manat pul lazımdır, onsuzda ona 79.000 ABŞ dolları və 6000 manat borcu vardır. Qədir ona demişdir ki, sənə borcu vardır, hazırda pulu yoxdur ki, sənə versin, ancaq sənə 40.000 manat pulu bir nəfərdən faiz olaraq götürüb verə bilər. O, Qədirə demişdir ki, ona 40.000 manat bir aylıq lazımdır. Qədir ona demişdir ki, sənin üçün altı aylıq 07 faizdən 40.000 manat götürüb verər. O, Qədirlə razılaşmış və səhəri günü Qədir 40.000 manatı “Çənlibel” kafesində vermişdir. O, həmin puldan 20.000 manatını Əli Kərimbəylinin xidməti otağında ona vermişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs zəng vurub demişdir ki, Əli müəllimə desin, onun gördüyü iş lazım olmadı, pulları geri qaytarsın. Bundan sonra Əli Kərimbəyli xırda-xırda ona 20.000 manat pulu geri qaytarmışdır. O, həmin 20.000 manatı Şahid9 vermişdir. İndiyə kimi isə Təqsirləndirilən şəxs və Əli müəllim 33.000 ABŞ dolları qaytarmamışlar. 2016-cı ilin may ayının axırlarında Xəqani onun mobil telefonuna zəng vurub demişdir ki, bir problem vardır, görüşək, söhbət edək. O, da Xəqaniyə demişdir ki, görüşüb söhbət edərlər. O, Xəqani ilə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Zabitlər” parkından görüşmüş və həmin vaxtı Xəqaninİn yanında bir nəfər orta yaşılı qadın var imiş. Xəqani həmin qadını ona təqdim etmişdir ki, tanış ol, Mehparədir. O, da özünü Mehparəyə təqdim etmiş və Mehparə ona demişdir ki, bir nəfər Xanımbacı adlı qadın vardır, onun qızı və nəvəsi həbsədir, onların barəsində olan cinayət işi Bakı şəhər Baş Polis İdarəsinə aparılır. Xanımbacı ziyanın ödənilməsi ilə əlaqədar qızıl ödəyib, ancaq həmin qızılı götürməyiblər. Bu iş polisdə olsada, bu məsələ polislik deyil, yuxandan kimsə söz deməlidir. Xanımbacı istəyir ki, onun qızı və nəvəsi həbsdə azad olunsun və onun müqabilində yaxşı hörmət edəcəkdir. Xanımbacının ona ümumilikdə qızının və nəvəsinin həbsdən azad edilməsi üçün verdiyi pullardan 98.700 manatı Təqsirləndirilən şəxs, 30.000 manatı Elçinə, 23.100 manatı Raquba vermişdir ki, Vüqara versin. Həmin puldan 7000 manatı Xanımbacıya qaytarmışdır. Bundan başqa o, Xanımbacının pulundan heç kimə pul verməmişdir. Bundan başqa o, Xanımbacının qızıllarından bir cüt üzük, bir cüt sırğa Qədirə vermiş, ona pul lazım olduğu üçün Xanımbacının qızıllarından iki ədəd üzərində brilyant qaşları olan qızıl qolbağını Mərkəzi Univermağın yaxınlığında olan zərgərlik mağazasına 20.000 manata satmış və Qədirdən aldığı borcu qaytarmış və bu işlər zaman ortaya çıxan məsələlərə xərcləmişdir. Bu şəxslərdən Vüqar və Tamellanı bu proseslərdə üzdən görməmişdir. Şahid6 götürdüyü 12.000 manatı isə borca almış və özü onunla hesablaşacaqdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 atası Təqsirləndirilən şəxs ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Bayram oğlu ifadəsində göstərmişdir ki, 2017-ci ilin yanvar ayının 10-15 arasında onun mobil telefonuna yadında qalmayan ancaq kod nömrəsi İngiltərəyə məxsus telefon nömrəsindən zəng gəlmişdir. O, telefona cavab verəndə bilmişdir ki, qadın səsidir. Həmin qadın ona demişdir ki, Sevil xanımdır, get Bakı şəhəri, Xətai Rayon Məhkəməsində bir qadın həbs ediblər, danış ev dustaqlığına çıxamasına köməklik et. Bundan sonra Sevil xanım ona demişdir ki, çox danışa bilməyəcək, telefon nömrəsini köməkçisinə verəcək, onunla danışacaq. Bundan sonra telefon danışığı bitmiş və həmin günü bir neçə dəqiqədən sonra yadında olmayan nömrədən zəng gəlmiş və bir oğlan telefonla ona demişdir ki, Sevil xanımın köməkçisidir, Sevil xanım ona dediklərini həmin oğlanda ona demişdir. O, köməkçinin dediyi kimi səhəri günü Bakı şəhəri, Xətai Rayon Məhkəməsinə getmiş və avtomaşından düşəndə bir nəfər ona yaxınlaşmış və demişdir ki, siz Telman müəllimsiniz ? O, həmin şəxsə demişdir ki, bəli. O, həmin şəxsdən soruşmuşdur ki, bəs siz kimsiniz ? Həmin şəxs demişdir ki, Şahid1dur. Bundan sonra o, tək məhkəmənin inzibati binasına qalxmışdır. Həmin vaxtı köməkçiyə zəng vurub hakimin adını soruşmuş və köməkçi yadında olmayan hakimin adını demiş və o, da hakimlə görüşmüşdür. Hakim ona demişdir ki, həmin qadının ev dustaqlığına çıxma məsələsi mümkün deyil. Bundan sonra o, köməkçiyə zəng vurub demişdir ki, bu məsələ alınmır. Köməkçi ona demişdir ki, özü bəlkə gəldi. Bundan sonra oradan çıxıb getmişdir. Şahid5 əlavə olaraq bildirmişdir ki, o, Şahid1 bir dəfə məhkəmədə görmüşdür, ondan başqa Şahid1la görüşməmişdir. Təqsirləndirilən şəxs anası Əsli, arvadı Çimnaza baxırmış. O, Təqsirləndirilən şəxs həmin vaxtdan tanıyır, ancaq onun Natiqlə heç bir münasibəti yoxdur. Ola bilsin ki, o, ulu öndər Heydər Əliyev haqqında xatirələri kitabı Natiqin əlinə keçib və görübdür ki, onun Sevil xanımla münasibəti vardır. Bundan başqa Şahid5 Zərərçəkmiş şəxs2 pulunun ələ keçirilməsi faktı üzrə dindirilən zaman bildirmişdir ki, FHN-nin X15 Xidmətinin inspektoru vəzifəsində işləyir, o uzun illər DİN-də xidmət etmiş və təqaüdə çıxmışdır. Təqsirləndirilən şəxs təxminən 2014-cü ilin əvvəllərindən tanımışdır. Tanışlığına səbəb 2011-2012- ci illərdə mərhum arvadı yataq xəstəsi olarkən Natiqin anası Əslinin təxminən iki il arvadına baxıb qulluq etməsi olmuşdur. Onun Natiqlə heç bir ciddi münasibəti olmamışdır. O anasına görə hərdən yanına gəlib gedirmiş. 2014-cü ilin yay aylarında Natiqlə bir neçə dəfə dəniz kənarında olub istirahət etmişlər. O heç bir zaman Təqsirləndirilən şəxs və ya onun tanışına kimisə FHN-də işə düzəldəcəyinə söz verməmişdir. Onun kimisə işə qəbul etmək səlahiyyəti çatmır. O hər il səhhəti ilə əlaqədar istirahətə gedirmiş, sanatoriyaya istirahət biletini həmişə özü öz hesabına alırmış. Təqsirləndirilən şəxs ona heç bir zaman istirahət bileti almamışdır. Ondan istirahət bileti almasını heç vaxt xahiş etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2017-ci ildə o, 312 saylı orta məktəbdə olan zaman üç nəfər orta yaşlı kişi gəlmiş və həmin şəxslərin biri ona demişdir ki, o, Şahid1dur, oğlu Natiq ondan pul alıb qaytarmır. O, Şahid1 demişdir ki, Natiqə pul verən zaman niyə onu axtarmırdı, indi isə gəlib onu tapıb? Şahid1 sözlərindən belə başa düşmüşdür ki, Natiq Şahid1 iş düzəltmək adı ilə pul almışdır. Həmin vaxtı Şahid1 ona demişdir ki, Natiq onun pulunu qaytarmasa onu və nəvəsini tutduracaq. Bundan sonra Şahid1 çıxıb getmişdir. Bir müddət keçəndən sonra o, oğlu Natiqi axtarıb tapmış və ondan soruşmuşdir ki, Şahid1 tanıyırmı, məktəbə gəlib onun barəsində soruşmuş və pulunu istəyirmiş. Natiq ona demişdir ki, Şahid1 iş düzəltmək üçün 75.000 manat almış, iş düzəlmədiyi üçün pulu özünə qaytarmışdır. Bir müddətdən sonra Şahid1 yenə o, işlədiyi 312 saylı orta məktəbə gəlib demişdir ki, oğlu Natiqi tutduracaq, oğlu Natiq ona 90.000 manat qaytarmalıdır. O, Şahid1 demişdir ki, oğlu Natiqlə danışmış və Natiq demişdir ki, 75.000 manat pulu Sahibə qaytarmışdır. Şahid1 ona demişdir ki, o, qızılları aşağı qiymətə satmış, oğlu Natiqə görə işə düşmüş, 90.000 manat pulunu verməlidir. Bundan sonra Şahid1 demişdir ki, onları hamısını tutduracaq. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, o, 1999-cu ildən Şahid1 tanımış və onunla qeyri rəsmi ailə kimi bir yerdə yaşamışdır. Həmin ərəfədə Şükürov X19 MR-nın Sərhəd Qoşunlarının komandiri vəzifəsində işləyirmiş. Sahib ona demişdir ki, 1996-cı ildə arvadı Mehriban Şükürova xəstəlikdən ölmüşdür. Şahid1 1995-ci il təvəllüdlü Heydər Şükürov adlı oğlu vardır və Heydərə həmin vaxtı xalası baxırmış. 2003-cü ildə Cavidan Şükürov dünyaya gəlmiş və onlara məlum olmuşdur ki, Cavidan Şükürovda “Daun” sindromu və “Epilepsiya” xəstəliyi vardır. 2012-ci ildə əri Şahid1 Bakı şəhəri, Nəsimi RPİ-in İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin ildə əri Şahid1 Bakı Ağır Cinayətlər Məhkəməsində həmin maddə ilə təqsirli bilinib barəsində 09 il azadlıqan məhrum etmə cəzası təyin edilmişdir. 2013-cü ildə Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən əri Şahid1 təyin olunmuş cəza 03 il müddətinə endirilmişdir. 2014-cü il tarixli Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin qərarına əsasən əri Şahid1 vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. Bundan sonra əri Şahid1 Bakı şəhəri, Binqədəi rayonu, Biləcəri qəsəbəsində olan qohumlarının yanında tikinti şirkətində işləməyə başlamışdır. 01 aprel 2017-ci ildə onun ögey qardaşı X7 xəstəlikdən dünyasını dəyişmiş və onun başı hüzrə qarışmışdır. 2017-ci ildə Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərova küçəsi, ev 20, mənzil 44-də o, oğlu Cavidan Şükürov və əri Şahid1la həmin ünvanda yaşayırmış. 2017-ci ilin yanvar-fevral ayında o, oğlu Cavidan Şükürovla yaşadığı evin yaxınlığında Bakı şəhəri, Nəsimi rayonu, “Koroğlu” parkında gəzən zaman görmüşdür ki, əri Şahid1 bir kişi ilə danışırmış və həmin kişi arıq bədən quruluşlu və orta boylu imiş. O, evdə Şahid1 soruşmuşdur ki, kiminlə danışırdın ? Şahid1 ona demişdir ki, Sabirabad rayonundan olan Qədirlə danışırmış. 2017-ci ilin yaz aylarında əri Şahid1 yaşadığı evdə mobil telefonla və “Skype” vasitəsi ilə qışqıra-qışqıra Təqsirləndirilən şəxsla danışırmış. O, Şahid1 evdə telefon və “Skype” vasitəsi ilə danışığından elə başa düşmüşdür ki, Şahid1 Xanımbacı adlı qadının işinin düzəlməsi ilə əlaqədar pul və qızıl alıb və həmin qızıl və puldan Təqsirləndirilən şəxs və Qədir adlı şəxslərə vermişdir. Şahid1 Natiq və Qədirdən iş düzəlmədiyi üçün pulu və qızılı geri tələb edirmiş. 2017-ci ilin yay aylarında Şahid1 evə brilyant qaşlı bir ədəd qızıl üzük gətirmiş və ona demişdir ki, 120.000 Avro qiyməti vardır. O, başa düşmüşdür ki, bu qızıl Xanımbacınındır, o, Şahid1 demişdir ki, bu üzüyə Bakı şəhərində heç 50.000 manat verməzlər, Xanımbacı bu qızılı Türkiyə Respublikasına aparıb firmaya versin və aldığı pulu geri alsın. Sonradan o, Şahid1 həmin bir ədəd üzüyü görməmiş və heç ondan üzük barəsində soruşmamışdır. 28 avqust 2017-ci ildə Şahid1 Bakı şəhəri, Sabunçu RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 30 avqust 2017-ci ildə ona həmin maddə ilə ittiham elan edilmiş və Sabunçu Rayon Məhkəməsinin qərarı İlə barəsində həbs qətimkan tədbiri seçilmişdir. 2017- ci ilin sentyabr ayında bir nəfər cavan oğlan qapıya gəlmiş və o, qapıya çıxıb həmin oğlandan soruşmuşdur ki, kim lazımdır. Həmin cavan oğlan ona demişdir ki, onun adı İlqardır, ona Sahib müəllim lazımdır. O, İlqara demişdir ki, Sahib nəyinə lazımdır ? İlqar ona demişdir ki, özü ilə işi vardır. O, soruşmuşdur ki, bəlkə pul söhbətidir ? İlqar təsdiq etmişdir. O, soruşmuşdur ki, nə qədərdir ? İlqar ona demişdir ki, 33.000 ABŞ dollardır. O, İlqara demişdir ki, Sahibi tutublar, artıq Bakı istintaq təcridxanasında saxlanılır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, 2016cı ilin iyun ayında o, işlətdiyi Bakı şəhər X42 idarəsinin yaxınlığında yerləşən “Çənli bel” kafesində olan zaman Şahid1 həmin restorana gəlib çay içmiş və söhbət etmişlər. Təxminən 2-3 gündən sonra o, yenə “Çənli bel" kafesində olan zaman Şahid1 kafeyə gəlmiş və ona danışmışdır ki, onun yaxın adamları vardır, Həcər və oğlu Sahibi tutublar Bakı istintaq təcridxanasında saxlanılırlar. Həcəri və oğlu Sahibi həbsdən çıxarılması üçün 1.300.000 manat verirlər, ancaq birinci Həcəri həbsdən azad etdirmək lazımdır. Sahib ona demişdir ki, sənin əli uzundur, adam tapsın, bu işi 1.000.000 manata düzəltsinlər, onlara da 300.000 manat qalsın və həmin pulu yarı bölsünlər. Bundan sonra o, bu işlə maraqlanmağa başlamışdır. 2016-cı ilin iyun ayında bu məsələ ilə əlaqədar Allahşükür Paşazadənin mühafizəsində işləmiş Çingizə danışmış və Çingizdə “Çənli bel” kafesində onu Təqsirləndirilən şəxs ilə tanış etmiş və demişdir ki, Təqsirləndirilən şəxs Emin Ağalarovun işlərini görür. Bundan sonra o, Təqsirləndirilən şəxs Şahid1 danışdığı işi ona danışmış və demişdir ki, onlara köməklik etsin. Təqsirləndirilən şəxs ona demişdir ki, iki gündən sonra bir söz deyər. İki gündən sonra o, Təqsirləndirilən şəxsla Şahid1 “Çənli bel” kafesində görüşdürmüş və Təqsirləndirilən şəxs ona demişdir ki, 7-10 günə Həcəri Apellyasiya Məhkəməsinə gətirib azadlığa çıxarılacaqdır. Onlar Təqsirləndirilən şəxs soruşmuşdur ki, bu işin xərci nədir ? Təqsirləndirilən şəxs onlara demişdir ki, Həcərin azadlığa çıxması üçün 100.000 manat vermək lazımdır, 5000-10.000 manatda şirinlik verəcəklər. Həmin vaxtı Şahid1 Təqsirləndirilən şəxs demişdir ki, Həcər çıxsın 5000- 10.000 manatı özü ona verəcək. Təqsirləndirilən şəxs əlavə olaraq demişdir ki, 2- 3 günə pulu hazırlasın. Şahid1 demişdir ki, məhkəmə günü pul onların üstündə olacaqdır. Təqsirləndirilən şəxs çıxıb getmiş və Şahid1 ona demişdir ki, onda 60.000 manat vardır, 50.000 manatda tapsınlar. O, Şahid1 demişdir ki, niyə azadlığa çıxan qadının yaxınlarından almır ? Şahid1 ona demişdir ki, əlində qızıl vardır, qızılı pula dəyişəcək, həmin qızılları ucuz qiymətə dəyişmək istəmir. Bundan sonra o, Şahid1la pul axtarmağa başlamışdır. Bundan sonra tanışı Emma adlı qadından iki ay müddətinə 42.000 ABŞ dolları 07 faizə götürüb Şahid1 “Koroğlu” heykəlinin yaxınlığında yerləşən evinin yaxınlığında 40.000 ABŞ dollarını vermiş, 2000 ABŞ dollarını isə özünə götürmüşdür. Emma adlı qadını 20-25 ildir ki, tanıyır, Emma adlı qadın Yeni Yasamal qəsəbəsində yerləşən “Bizim marekf’in yaxınlığında yaşayır və o, Emma adlı qadının anket məlumatlarını bilmir. O, Şahid1 40.000 ABŞ dolları verən zaman ondan və Şahid1 başqa heç kim yox imiş. Bundan sonra onlar Apellyasiya məhkəməsini gözləməyə başlamışlar. Təxminən 10 gündən sonra o, Şahid1la birlikdə Bakı Apellyasiya Məhkəməsinə getmiş, o, Çingizlə kənarda dayanmış, Şahid1 isə Həcərin anası Xanımbacı ilə durmuşlar. Apellyasiya Məhkəməsində proses olub qutarandan sonra Şahid1, Təqsirləndirilən şəxs və tanımadığı bir vəkillə gəlmiş və demişlər ki, İş alınmamış, zərərçəkən şəxsə ödəniş olmalıdır. Bundan sonra o, Təqsirləndirilən şəxsla mübahisə etmişdir ki, sən 100 faizli söz vermişdin. Təqsirləndirilən şəxs demişdir ki, elə şeylər var, bizim gücümüzdə deyil, gələcəkdə bu iş düzələcəkdir, ancaq ödəniş olmalıdır. Bundan sonra o, Şahid1 demişdir ki, çıxıb getsinlər, onsuzda pul verməmişdir. Həmin günün saat 21:00 radələrində Şahid1 ona zəng vurub demişdir ki, Təqsirləndirilən şəxs onu restorana aparmış, Təqsirləndirilən şəxs əlaqələri genişdir, onu Telman adlı şəxslə görüşdürmüş, bu insanlardan güclü adam yoxdur. Şahid1 40.000 ABŞ dolların birinci ayını faiz olaraq 2800 manat əvəzinə 2500 manat vermiş və Şahid1 ona demişdir ki, gələn ay 40.000 ABŞ dollarını və faizini ona verəcək. Bundan sonra Şahid1 mütəmadi olaraq Təqsirləndirilən şəxsla əlaqə saxlamış və arada da onun yanına gəlib söhbət etmişdir ki, yaxın günlərdə məsələ həll olunacaqdır. O, faiz olaraq götürdüyü 42.000 ABŞ dollarının iki aylığı tamam olmuş və Şahid1 demişdir ki, onlar 40.000 ABŞ dollarını iki aylıq götürmüş, indi də pulun iki aylığıdır, 40.000 ABŞ dollarını və faizini versin aparıb Emmanın pulunu qaytarsın. Bundan sonra Şahid1 demişdir ki, darıxma yaxın günlərdən məsələni həll edəcək. Bundan sonra o, məcbur olun faizə götürdüyü pulun ikinci ayını özü vermiş və Şahid1 bu barədə demişdir. Təqsirləndirilən şəxs ona demişdir ki, Şahid1 ona 70.000 manat veribdir. 2016-cı ilin dekabr ayında o, Şahid1 tələb etmişdir ki, o, faizə götürdüyü pulu və faizini qaytarsın. Bundan sonra Şahid1 ona “Koroğlu” parkında bir ədəd qızıl üzük və bir cüt qızıl sırğa gətirib vermiş və demişdir ki, bu qızılın dəyəri 100.000 manatdır. O, Şahid1 demişdir ki, bu qızılı yoxladaq, qiymətini öyrənək. Şahid1 demişdir ki, bu qızılla sən borcunu bağlaya bilərsən. Bundan sonra o, həmin qızıl tanışı Zaura göstərmiş, Zaur onunla birlikdə metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında olan “Moskva” univermağına gəlmiş və Zaur qızılı tanışına göstərmiş və həmin qızılı 54.000 manat qiymət demişdir. O, da razılaşmış və həmin qızılı 54.000 manata satıb pulu alıb faizə götürdüyü Emmaya vermiş və onun Emmaya 14.000 manat borcu qalmışdır. Bundan sonra o, Şahid1la 2-3 dəfə qarşılaşmış və Şahid1 ona demişdir ki, onun verdiyi qızıldan ona 30.000 manat borclu qalıb. O, da Şahid1 demişdir ki, o, həmin qızılı 54.000 manat satmış və satan zaman zəng vurub qiyməti barədə demişdir. Şahid1 ona demişdir ki, qızılın qiymətini deyəndə gec idi. 2017-ci ilin fevral ayında arvadı X18 ürək çatışmamazlığından dünyasını dəyişmişdir. O, da arvadı Xalidəyə yas vermək üçün Rəna adlı qadından 10 faizə olmaqla 6000 manat götürmüş və yas mərasimini yol vermişdir. 2017-ci ilin aprel ayında o, faizə götürdüyü pula görə məcbur olub Sabirabad şəhəri, Nizami küçəsində qaynı Rafiqin oğlu Əlifin həyət evini 24.000 manata satmış və 14.000 manatı Emmaya, 10.000 manatını isə Rənaya verib borclarını bağlamışdır. 27 may 2017-ci ildə onun 12 saylı məntəqə tipli cəzaçəkmə müəssiəsinə çağırıb saxlamışlar və 3 gündən sonra onu 13 saylı cəzaçəkmə müəssisəsinə aparmışlar. 19 dekabr 2017-ci il tarixdə Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzası bir ili azaldılaraq cəzadan azad olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid17 ifadəsində gösərmişdir ki, Şahid16 Ələkbər oğlu onun atasıdır. Zərərçəkmiş şəxs3 2016-cı ilin iyul ayından tanımışdır. Şahid11 da Cəmilin atasıdır. Hüseyni o cəmi bir dəfə 2016-cı ilin iyul ayının axırlarında «X36» klinikasının giriş qapısının qarşısında görmüşdür. 2016-cı ilin aprel ayının əvvəllərində tanışı Natiq, oğlu və həyat yoldaşı ilə birlikdə «X36» klinikasına atası Feyzullanın yanına gedərək uşağının yol nəqliyyat hadisəsi keçirtdiyini və uşağın ayağına su yığıldığını bildirmişdir. Feyzulla da həmin klinkada öz iş otağı ilə üzbə-üz cərrahların iş otağına keçərək Natiqin uşağının müalicə olunmasına ehtiyac olduğunu bildirmişdir. Həmin vaxtı qeyd edilən klinikada cərrah işləyən Zərərçəkmiş şəxs3 da Natiqin uşağının ayağının müalicəsi üçün öz tövsiyyələrini vermişdir. Bundan sonra Cəmil ilə Natiqin arasında münasibət yaranmış və sonradan Natiq Cəmildən faizə pul almışdır. Belə ki, 2016-cı ilin iyul ayında atası Feyzulla ona zəng edib işlədiyi «X38» klinikasına çağırmış. O oraya getdikdə Cəmil və qayınatasının səs-küy saldığını görüb Cəmilə yaxınlaşıb nə baş verdiyini soruşmuşdur. Cəmil orada ona bildirmişdir ki, Natiqə borca 10000 manat pul vermişdir. Həmin vaxtı o, atasından Cəmildən pul alıb- almadığını soruşduqda atası Cəmildən pul almadığını bildirmişdir. Bundan sonra o Klinikada Natiqə zəng etmişdir. Natiq ona bildirmişdir ki, «bu işin sənə və atana aidiyyəti yoxdur, bunu mən bilərəm Cəmil bilər» deyib telefonu bağlamışdır. Bundan 20 gün keçdikdən sonra o atasının zəngi ilə klinikaya getdikdə Cəmil və atası Hüseynin orada olduğunu görüb Cəmilə yaxınlaşıb nə baş verdiyini Cəmildən soruşmuşdur. Cəmil orada ona bildirmişdir ki, Natiqə borca ümumilikdə 41000 manat pul vermişdir. Buna görə o Cəmilə təklif etmişdir ki, onun iş yerinə gedib əyləşib bu barədə söhbət etsinlər. Budan sonra o Cəmil ilə birlikdə onun işlədiyi Telnov küçəsi, 18A-da yerləşən hüquq xidmətləri ofisinə gedib əyləşib söhbət etməyə başlamışlar. Söhbət əsnasında Cəmil ona bildirmişdir ki, o, ilk dəfə Xətai rayonu, ünvan 12 ünvanda yerləşən «X38» Klinikasının yanında öz avtomobilinin yanında Natiqə borca 10000 manat, ikinci dəfə metronun «Koroğlu» stansiyasının yaxınlığında Natiqə 20000 manat, Buzovna qəsəbəsində Natiqə 10000 manat, dördüncü dəfə Buzovna qəsəbəsində yerləşən bağ evində Natiqə 800 manat, beşinci və sonuncu dəfə də Buzovna qəsəbəsində yerləşən bağ evinin yaxınlığında Natiqə borca 200 manat pul vermişdir. Cəmil bu barədə ona bildirdikdən sonra o Cəmildən atası Feyzullaya pul verib-verməməsi barədə soruşmuşdur. Cəmil də bir daha ona bildirmişdir ki, o, ümumilikdə 41000 manat pulu Natiqə borca vermişdir. Bu söhbətdən sonra o Cəmilin yanında Natiqin mobil telefonuna zəng edib Cəmilin yanında Natiq ilə bu barədə danışmış. Natiq də telefonda Cəmildən faizə hissəhissə olmaqla ümumilikdə 41000 manat pul götürdüyünü bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunmuş Şahid6 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, 2015-ci ilin yay aylarında Bakı şəhəri, Nəsimi rayonunda olan 42 saylı orta məktəbin yaxınlığında olan çayxanaya tanışı Nazimlə gedən zaman həmin çayxanada Nazimi stola dəvət etdilər. O, da Nazimlə dəvət olunan stola əyləşmiş, orada əyləşən bir nəfəri Şahid1 oxşatmış və ondan soruşmuşdur ki, siz Naxçıvan MR-nın Sərhəd Qoşunlarının komandiri Şahid1sunuz ? Həmin şəxs ona demişdir ki, bəli, Şahid1m. O, da Şahid1 demişdir ki, onu 1991-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin Cəlilabad rayonu şöbəsində işləyəndən qiyabi tanıyır və 1998-ci ildə isə o, Naxçıvan MR-nın Sərhəd Qoşunlarında ximət edərək əsəgəri olmuşdur. Bundan sonra onlar bir-birinin mobil telefon nömrələrini götürmüş və tez-tez əlaqə saxlayırmışlar. Şahid1 ona demişdir ki, onun yüksək vəzifəli şəxslərlə əlaqəsi vardır və hər bir işi həll etməyə qadirdir. O, 2015-ci ili tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində olan “Həsənoğlu” kişi paltarlarının satışı ilə məşğul olan Elçin adlı şəxslə tanış olmuş və onun mağazasından mütəmadi olaraq geyim əşyaları alırmış. 2016-cı ilin mart ayında Elçinlə söhbət əsnasında Elçin ona demişdir ki, dayısı oğlu İlqarı dövlət işinə düzəltmək olar ? O, Elçinə demişdir ki, o, Naxçıvan MR-da həqiqi hərbi xidmətdə olan zaman Sərhəd Qoşunlarının keçmiş komandiri Şahid1 tanıyır, onun geniş əlaqələri vardır, ona bu məsələ ilə əlaqədar deyər. O, təxminən 2-3 gündən sonra Şahid1 Elçinin dediklərini demiş, Şahid1 ona demişdir ki, gələrlər, söhbət edərlər. Bundan sonra o, bu barədə Elçinə demiş və Şahid1 telefon nömrəsini vermişdir. Təxminən 2-3 gündən sonra Elçin onun mobil telefonuna zəng vurmuşdur ki, dayısı Səmədağa rayondan gəlib, Şahid1la görüşmək istəyir. O, bu barədə Şahid1 demiş, Şahid1 da ona demişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində olan “Zabitlər" parkında görüşsünlər. Həmin günü o, Elçin, Elçinin dayısı Səmədağa, Səmədağanın oğlu İlqar və Sahiblə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində olan “Zabitlər" parkında görüşüb çay içmiş və Səmədağa ilə Sahib eyni rayondan olduğu üçün tanış çıxmış və özləri aralarında bir kənara çəkilib söhbət etmişlər. Sonra o, Sahib və Səmədağadan soruşmuşdur ki, nə oldu ? Səmədağa demişdir ki, Şahid1 oğlu İlqarı Nazirlər Kabinetinə işə düzəldəcəkdir. 2016-cı ilin aprel ayının 20-22-si Sahib ona zəng vurmuşdur ki, haradadır, ona avtomaşını bir-iki saatlıq lazımdır. O, Sahibə demişdir ki, avtomaşın təmirdədir, özü də metronun “20 Yanvar” stansiyasının yaxınlığındadır. Sahib ona demişdir ki, Səmədağa müəllimlə İlqar metronun “20 Yanvar” stasiyasının yaxınlığında “Ailə sağlamlıq” mərkəzinin qarşısına gələcəklər. O, da Sahibə demişdir ki, o, da yaxınlıqdadır, gələr. O, deyilən yerə gəlmiş və görmüşdür ki, Sahib, Səmədağa və İlqar durub söhbət edirmiş və o, gəlib onlarla görüşmüşdür. Sahib Səmədağaya demişdir ki, İlqarın məsələsini 50.000 manata danışmış, qısa müddət ərzində Nazirlər Kabinetində işə düzələcəkdir. Səmədağa oğlu İlqara demişdir ki, getsin pulu gətirsin və İlqar da idarə etdiyi avtomaşınla çıxıb getmişdir. Təxminən 20-30 dəqiqədən sonra Səmədağa telefonla danışandan sonra demişdir ki, İlqar gəlib, pulu gətirib, Sahib müəllim İlqarın idarə etdiyi avtomaşınla gedib məsələləri düzəltsin. Bundan sonra Sahib İlqarın idarə etdiyi avtomaşına tərəf getmiş, o, və Səmədağa müəllim də ayrılıb öz işlərinin dalınca getmişlər. Təxminən 2-3 gündən sonra o, Sahib və İlqar yenə “Ailə sağlamlıq” mərkəzinin qarşısında görüşmüş və həmin vaxtı İlqar Sahibə 3.000 ABŞ dolları vermişdir. O, İlqardan soruşmuşdur ki, nə məsələdir ? İlqar demişdir ki, qalmış pullardır. Bu söhbətdən təxminən 5-6 ay keçəndən sonra Səmədağa müəllim onun mobil telefonuna zəng vurmuşdur ki, Sahib müəllim oğlu İlqarın işini hələ həll etməyib, işi gecikdirir. Bundan sonra o, Sahibin mobil telefonuna zəng vurmuşdur ki, İlqarın məsələsi nə oldu ? Səmədağa müəllim bu məsələ ilə əlaqədar ona zəng vurmuşdur. Sahib ona demişdir ki, Əli müəllimlə danışacaq, İlqarın özlərini də onunla görüşdürəcəkdir. Sonradan ona məlum olmuşdur ki, Sahib İlqarın məsələsini düzəltməmiş və pulu da İlqara qaytarmamışdır. 2016-cı ilin may ayında qardaşı Ziya İsmayılov ona mobil telefonla zəng vurub demişdir ki, Mehparə xanım var, onun tanışıdır, Mehparənin tanışının bir problemi vardır, onlara yüksək vəzifəli şəxslərlə əlaqəsi olan adam lazımdır ki, onlara kömək etsin. Həmin vaxtı Şahid1 onun yanında İmiş və o, qardaşı Ziyaya demişdir ki, Şahid1la danışıb, ona deyər. Bundan sonra o, Şahid1 qardaşı Ziyanın ona dediyini demiş və Şahid1 ona demişdir ki, onlarla görüşüb söhbət etsin, sonra nəticəni deyər. Bundan sonra qardaşı Ziyadan Mehparənin telefon nömrəsini alıb ona zəng vurmuş və görüş yeri kimi “Zabitlər” parkına dəvət etmişdir. Həmin günün axşam tərəfi o, Şahid1, Mehparə və Xanımbacı ilə görüşmüşlər. Onlar stolda əyləşib söhbət etmiş və Şahid1 Xanımbacıya demişdir ki, nə baş veribdir ? Bundan sonra Xanımbacı ilə Şahid1 söhbətlərinə müdaxilə olmasın deyə o, və Mehparə onlardan uzaqlaşmış və onlar təklikdə söhbət etmişlər. Təxminən söhbət 30-40 dəqiqə çəkmiş və Xanımbacı ilə Mehparə çıxıb getmişlər və o, Sahibdən soruşmuşdur ki, nə məsələdir, Xanımbacıya kömək etmək olarmı ? Şahid1 ona demişdir ki, Xanımbacının qızı və nəvəsi külli miqdarda yeyinti etdikləri üçün tutulmuş, 1-2 nəfər hörmətli şəxslərlə söhbət edib, nəticəni Xanımbacıya deyəcək. Təxminən 3-4 gündən sonra Xanımbacı onun mobil telefonuna zəng edib demişdir ki, o, Sahib müəllimə 70.000 manat vermişdir. Həmin ərəfələrdə Şahid1 ona 055-210-61- 39 nömrəni, Xanımbacıya isə ***-***-**-** nömrəni vermişdir ki, bu nömrələr təhlükəsizdir və bir-biri ilə bu nömrələrlə əlaqə saxlasınlar. O, soruşmuşdur ki, niyə bu nömrələri istifadə edək ? Sahib ona demişdir ki, Xanımbacının nömrəsi dinləmədə ola bilər. Bir müddət keçəndən sonra Xanımbacı ona demişdir ki, qızının və nəvəsinin məsələsini həll ediməsi üçün Şahid1 əlavə olaraq 30.000 manat və 20.000 manat pul vermişdir. Sonradan Xanımbacı ona zəng edib demişdir ki, Şahid1 işlərin düzəlməsi üçün əlavə 200.000 ABŞ dolları pul istəyir. Xanımbacıda ona demişdir ki, onda nağd pul yoxdur, ona qızıllarını satmağa adam tapsın. O, bundan sonra tanış vasitəsi ilə Mərkəzi Univermaqda yerləşən qızıl dükanda satıcı işləyən Namiq adlı şəxsə bu məsələni demişdir. Namiq ona demişdir ki, qızılları ona gətirsinlər, baxsın. Bundan sonra o, Xanımbacı, Zibeydə, Mirhəsən, Sahib və satıcı Namiqlə birlikdə Sabunçu rayonu, Bakixanov qəsəbəsində yerləşən “Gülüstan" restoranında görüşmüş və Xanımbacının gətirdiyi qızılları satıcı Namiq qiymətləndirmək üçün baxış keçirtmişdir. O, gətirilən qızılların hamısının şəklini çəkmiş və Sahib buna görə ona irad bildirmişdir ki, niyə şəkilləri çəkirsən ? O, da demişdir ki, qızılları Namiqə verərlər, Namiq də qızılları birdən dəyişər. Namiq ümumi Xanımbacı tərəfindən gətirilən qızıllara 131.000 və ya 132.000 manat miqdarında qiymətləndirmişdir. Xanımbacı bu qiymətlə razılaşmamış və gətirilən bütün qızılları özü ilə aparmışdır. Səhərsi günü Xanımbacı ona zəng vurub demişdir ki, nəvəsi Sahib Quliyevə məxsus 2013-ci il istehsalı olan “Volskwagen Touareg” və qızına məxsus Nərimanov rayonu, Yəhya Bakuvi küçəsində yerləşən “Yeni Həyat” kompleksində olan mənzili satmaqda köməklik etsin. O, da həmin avtomaşının və mənzilin satmağa adam tapsa da, sonradan məlum olmuşdur ki, həmin avtomaşının və mənzilin satılmasına məhdudiyyət qoyulmuşdur. Bir neçə gün keçəndən sonra Şahid1 ona zəng vurub demişdir ki, Xanımbacı ilə görüşməlidir, gəlsin onu avtomaşınınla Bakıxanov qəsəbəsinə aparsın. O, və Sahib Bakıxanov qəsəbəsində yerləşən “Kapital” bankın qarşısına gəldikdə orada Mirhəsənin idarə etdiyi “Prado” markalı avtomaşını görmüşlər. O, və Sahib onlara yaxınlaşanda həmin avtomaşının sükan arxasında Mirhəsən, qabaq sağ otaracağında Zibeydə, arxa sağ otaracağında isə Xanımbacı əyləşmişdir. Sahib arxa orta otaracağında, o, isə arxa oturacağının sol tərəfində əyləşmişdir. Onlar əyləşəndən sonra Zibeydə Sahibə 3-4 növdə qızıl əşyaları vermişdir. Bundan sonra o, və Sahib avtomaşından düşmüş və Sahib ondan uzaqlaşmışdır. İki gün keçəndən sonra Xanımbacı ona zəng edib xahiş etmişdir ki, o, Sahibə zəng edib onun qızıllarını kimə verəcəyini öyrənmək üçün birlikdə görüş təyin etsin. Bundan sonra o, Sahibə zəng vurmuş və Sahib ona demişdir ki, o, Xanımbacı ilə danışmış, gəlsin onu avtomaşınla aparsın. O, idarə etdiyi avtomaşınla Sahibi götürüb avtomaşını Sabunçu rayonu, Məhəmmədi qəsəbəsində yerləşən “Araz” marketə sürmüşdür. O, və Sahib həmin yerə çatanda orada Mirhəsənin idarə etdiyi “Prado” markalı avtomaşını görmüşlər. Həmin avtomaşında Mirhəsən, Zibeydə və Xanımbacı əyləşmişdir. Sahib onun idarə etdiyi avtomaşından düşüb Mirhəsənin avtomaşınına əyləşmiş, o, isə öz avtomaşınında gözləyirmiş. Təxminən 30 dəqiqədən sonra Sahib Mirhəsənin avtomaşınından düşüb onun avtomaşınına əyləşmişdir. O, Sahibdən soruşmuşdur ki, Xanımbacıya nə dedin ? Sahib ona demişdir ki, Xanımbacının ona verdiyi Türkiyənin “Atasoy” qızıl mağazasından alınmış briliyant komplekti Mahir Muradovun vasitəsilə Arif Paşayevə verdiyini dedi. Bundan sonra o, Sahibi avtomaşını ilə evə qoymuş və öz işlərinin dalınca getmişdir. Bir müddət sonra o, və Sahib ona məxsus olan “Mazda” markalı avtomaşınla Prezident Administrasitasının yaxınlığında yerləşən əraziyə getmiş və orada Sahib özü ilə gətirdiyi 20.000 manatı götürmüş və ona demişdir ki, həmin pulu Apellyasiya Məhkəməsinə vermək üçün Prezident Administrasiyasında işləyən Elçin adlı şəxsə verəcəkdir. Təxminən 20 dəqiqədən sonra Sahib onun avtomaşınına qayıtmış və onlar oradan uzaqlaşmışlar. 23 oktyabr 2017-ci ildə o, Cəlilabadda atası Xankişİ İsmayılovun ilini qeyd etməsi üçün rayona getmiş və 26 oktyabr 2017-ci ildə isə Bakı şəhərinə qayıtmışdır. Həmin gün Xanımbacı ona zəng vurub demişdir ki, o, Sahiblə gedib qızılı Mərkəzi Univermaqda zərgər işləyən Çingiz adlı şəxsə qoymuş və pul götürüb Sahibə vermişdir. Bir müddət keçəndən sonra o, Sahib, Xanımbacı və Telman adlı yaşlı kişi Bakı şəhəri, Xətai rayon məhkəməsinə Xanımbacının qızı Həcər Quliyevanın ev dustaqlığına buraxılması ilə bağlı prosesə getmişlər. Xətai rayon məhkəməsi Həcər Quliyevanı ev dustaqlığına buraxmamış və Xanımbacı bu barədə məhkəmənin qababağında Sahibə öz narazılığını bildirmişdir. Sahib Xanımbacıya demişdir ki, narahat olmasın, gələn prosesdə həll olunacaqdır. Bu məhkəmə prosesi Xətai rayon məhkəməsində üç dəfə təkrarlanmış və heç bir nəticə əldə olunmamışdır, yəni Həcər Quliyevanı ev dustaqlığına buraxmamışlar. Bir müddət keçəndən sonra Xanımbacı ona zəng edib demişdir ki, o, fikirləşib qərara gəlmişdir ki, Sahib onun qızını ev dustaqlığına buraxdıra bilmir, onun verdiyi bütün pulları və qızılları qaytarmalıdır, o, başqa adam tapmışdır ki, bu məsələni həll etsin. Bundan sonra Sahib ona və Xanımbacıya demişdir ki, X28 işləyən Vüqar və Bəylər müəllimin sürücüsü X29 birlikdə barışıq ərizəsi vermək üçün notarial kontoruna getmiş və barışıq ərizəsini əldə etmişlər. O, da Sahibə demişdir ki, ona notarial qaydada alınmış ərizəni Ramizə desin ki, “whatsapp” vasitəsi ilə göndərsin, çünki Zibeydə ondan xahiş etmişdir ki, Sahibi tanıyır, o, desə yaxşıdır, yoxsa onlar deyəndə acıqlı cavab verir. Şahid1 öz mobil telefonu ilə ***-***-**-** nömrəsinə zəng vurub Vüqar adlı şəxslə danışmış və demişdir ki, həmin ərizənin şəklini “whatsapp” vasitəsilə Şahid6 ***-***-**-** nömrəsinə göndərsin. ***- ***-**-** nömrədən Ramiz həmin ərizəninin şəklini “whatsapp” vasitəsilə ona göndərdikdən sonra o, ərizənin şəklini “whatsapp” vasitəsilə Zibeydənin nömrəsinə göndərmişdir. Ərizədə hərf səhvləri olduğuna görə Zibeydə ona demişdir ki, bu ərizə saxtadır, notarius belə sənəd verməz, xahiş etdi ki, bunu Şahid1 desin. O, bu barədə Şahid1 demiş, Şahid1 isə qışqıraraq ona demişdir ki, sən notariusda işləmisən yoxsa Zibeydə işləyib ?! siz haradan bilirsiz ? Bundan sonra Xanımbacı ona zəng vurub demişdir ki, onlar yoxlatdırıblar, bu ərizə saxtadır, bu barədə də Şahid1 da deyiblər. Onlar Şahid1 verdiyi pulları və qızılları da tələb etmişlər. Təxminən 2-3 gün keçəndən sonra Xanımbacı ona zəng vurub demişdir ki, Şahid1 ona demişdir ki, verilmiş qızılların və pulların əvəzinə “Xəyal Adaları” kompleksində üç otaqlı mənzil verir, ondan çox xahiş etdi ki, yaşlı qadındır, ona köməklik etsin və Şahid1la gedib o evə baxsın. O, da bundan sonra Şahid1la birlikdə “Xəyal Adaları” komleksində olan həmin mənzilə baxmışdır. Orada olan zaman Şahid1 administrartora demişdir ki, bu mənzil ona veriləcəkdir və onlar oradan uzaqlaşmışlar. O, oradan qayıtdıqdan sonra Xanımbacıya zəng etmiş və demişdir ki, o, Şahid1la birlikdə getmiş və mənzilə baxmışdır. Bundan sonra Xanımbacı özü Şahid1la əlaqə saxlamışdır. Bir müddət keçəndən sonra Xanımbacı ona zəng edib demişdir ki, o, Şahid1la razılığa gəlmişdir ki, qızı Həcər Quliyevanın və nəvəsi Sahib Quliyevin buraxdırılması üçün “Xəyal Adaları” komleksində olan 3 otaqlı mənzili Fikrət Məmmədova versinlər. Bir müddət keçəndən sonra Xanımbacı ona zəng edib demişdir ki, Şahid1 yenə bu məsələni həll edilməsini uzadır, dedikləri hamısı yalandır, onun pullarını və qızıllarını qaytarsın. Bundan sonra o, Şahid1la “Koroğlu” parkında görüşmüş və ona Xanımbacının sözlərini çatdırmışdır. Şahid1 isə ona bildirmişdir ki, Xanımbacıgil tələsirlər, o, artıq bu məsələni həll etmiş, ona 2-3 gün əlavə vaxt lazımdır. Bundan sonra o, oradan uzaqlaşmış və Xanımbacıya zəng edib demişdir ki, Şahid1 məsələni həll edir, Sahibə 2-3 gün vaxt lazımdır. Xanımbacı isə ona demişdir ki, Şahid1 artıq bir ildir məsələnin həll edilməsini uzadır, onun pullarını və qızıllarını qaytarsın. 2017-ci ilin mart ayında o, özünə məxsus “Mazda CX-9” markalı avtomaşını çoxlu yanacaq tələb etdiyinə görə 16.000 manata satmışdır. Bundan sonra Şahid1 ona zəng vurub demişdir ki, məsələnin həll edilməsi üçün müəyyən şəxslərlə görüşləri var, ona 12.000- 15.000 manat pul lazımdır, ona borca versin, Ramiz də yanındadır və onunla danışmaq istəyir. Ramiz telefonu götürüb ona demişdir ki, bu məsələdə onlara maddi cəhətdən kömək etsin, bir həftə ərzində ona maşın da alıb qaytaracaq, Həcər Quliyeva və Sahib Quliyevin məsələni də demək olar ki həll etmişdir. 13 mart 2017-ci ildə saat 13:00 radələrində o, Nəsimi rayonunda yerləşən “Koroğlu” parkın yanında Şahid1la birlikdə görüşmüş və ona 12.000 manat pulu borca vermiş və sonradan oradan uzaqlaşmışdır. Həmin gün saat 17:00 radələrində Xanımbacı ona zəng vurub demişdir ki, Şahid1 ona 7.000 manat pul vermişdir. O, da başa düşmüşdür ki, Şahid1 onu aldadıb və onun pulundan 7.000 manatı Xanımbacıya vermişdir. Bundan sonra o, Şahid1 zəng edib demişdir ki, onu aldadır, onu və Xanımbacının pullarını qaytarsın. Buna görə aralarında narazıçılıq olmuşdur. Bundan sonra o, neçə dəfə Şahid1 zəng edib verdiyi 12.000 manatı və Xanımbacının pullarını və qızıllarını qaytarılmasını tələb etsə da, Şahid1 ona deyirmiş ki, Ramiznən danışdı, o, onun pullarını və Xanımbacının pullarını və qızıllarını qısa bir zamanda qayracaqdır. Bundan sonra ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 polisə şikayət etmiş və buna görə Şahid1 tutulmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunmuş Şahid10 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 onun doğma əmisi oğludur, normal münasibətləri vardır. 2014-cü ilin təxminən aprel ayının ortalarında o əmisioğlu Natiqlə birlikdə FHN-nin Xətai metrostansiyasının yaxınlığında yerləşən Yanğından Mühafizə İdarəsinin inzibati binasının qarşısında dayandıqları zaman ora qara rəngli “Tayota Avalon” markalı avtomobillə bir nəfər şəxs gəlib düşmüş, ona yaxınlaşaraq Anar olmasını soruşmuşdur. Həmin şəxs Nizami rayonu, Çobanzadə küçəsində yaşayan dayısıgilin qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs imiş, o Natiqlə bir az danışıb söhbət edərək hal-əhval tutmuşlar, Natiq özünü Həzi Aslanov metrostansiyasının yaxınlığında tikilən yeni binaların mühafizə xidmətinin rəisi işlədiyini bildirmişdir. O da Natiqə işləmədiyini, maşın alveri etdiyini demişdir. Natiq həm də dayısının FHN-nin YMİ-də şöbə rəisi işlədiyin bildirmişdir. Bu görüşdən bir neçə gün sonra Natiq ona zəng edərək əmisi oğlu Natiqin mobil telefon nöməsini istəyib işi olmasını demişdir. Bir neçə gün sonra əmisi oğlu Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxsla birlikdə Günəşli qəsəbəsində yerləşən çayxanada oturduqları zaman əmisi oğlu ona demişdir ki, Natiq ona tanımın oğlunu işə düzəltmək üçün yəni yanğınsöndürən kimi işə düzəltmək üçün pul istəyir, həmin pulun 4.000 manatı həmin günü istədiyini, FHN-də işləyən dayısının sanatoriyaya getmək üçün 4.000 manata putovka almaq istədiyini, əvəzində isə Təqsirləndirilən şəxs əmisi oğlunun tanışını yanğınsöndürən düzəltməli olduğunu dedi. Elə həmin günü saat 16 radələrində Nəsimi rayonu “Aviakassanın” qarşısında görüşmüşlər, orada əmisi oğlu Natiq, Təqsirləndirilən şəxs və sonuncunun yanında onların gəldiyi avtomobili idarə edən oğlu Raqub var imiş. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs onun yanında 4.000 manat vermiş, Təqsirləndirilən şəxs pulu almış, avi kassaya bilet almaq adı ilə getmişdir. Bir neçə dəqiqədən sonra qayıtmış, əlində iki ədəd bilet olmuş, həmin biletin kimin adına olmasını o bilməmişdir. Sonra onlar dağılışmış, hərə öz maşınına minib getmişlər. Müəyyən müddətdən sonra bilmişdir ki, Təqsirləndirilən şəxs əmisioğlu Natiqdən tanışını işə düzəltmək adı ilə 9.000 manat almış, verdiyi vədi yerinə yerinə yetirməmişdir. Bundan sonra o dəfələrlə Təqsirləndirilən şəxsl telefonla danışıb tələb etmişdir ki, əmisioğlunun pulunu qaytarsın. Təqsirləndirilən şəxs isə müxtəlif bəhanələrlə pulu qaytarmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunmuş Şahid13 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs3 onun kürəkənidir, Şahid11 isə Cəmilin atasıdır. Zərərçəkmiş şəxs3 Xətai rayonu ünvan 10 ünvanda yerləşən “X38” klinikasında ağ ciyər xəstəlikləri üzrə cərrah həkim işləyir.Şahid16 həmin klinikada baş həkimin müavini vəzifəsində işləyirmiş, 2016-ct ilin aprel ayının son günlərində Cəmil ondan 5000 ABŞ dolları pul borca istəmişdir. Ona görə də o Cəmilə borca 5000 (beş min) ABŞ dolları pulu vermişdir. Cəmil ona demişdir ki, həmin klinikanın baş həkimin müavini Şahid16 onu ağ ciyər xəstəlikləri institutuna İşə düzəldəcəyi üçün 10000 ABŞ dollan pul verməlidir. Daha sonra Cəmil bildirmişdir ki, həmin 10000 ABŞ dolları pulu Feyzullanın iş otağında ona vermişdir. Xeyli müddət keçdikdən sonra Cəmil ona demişdir ki, o atası Hüseynidə işə düzəltmək üçün Feyzullaya 50000 ABŞ dolları pul vermişdir, lakin Feyzulla onu aldatmış və pulunuda qaytarmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunmuş Şahid14 istintaqa verdiyi İfadəsində bildimişdir ki, Zərərçəkmiş şəxs3 onun qohumudur, 2016-cı ilin iyun ayında Cəmil ondan 20.000 ABŞ dolları pul lazım olduğunu bildirmiş və o Cəmildən pulu nəyə görə istədiyini soruşduqda o bildirmişdir ki, “X38” klinikasının baş həkiminin müavini Şahid16 onu ağ ciyər xəstəlikləri institutunda yüksək vəzifəyə düzəldəcəyini və həmin pulu ona verəcəyini demişdir. Ona görə də o Cəmilə borca olaraq vermişdir. Sonradan həmin klinikada olan zaman Cəmil Feyzullanı ona göstərərək işin Feyzullanın düzələdəcəyini və pulu ona verdiyini bildirmişdir. Sonradan məlum olmuşdur ki, Cəmil Feyzullaya iş düzəltmək üçün ümumilikdə 50000 (əlli min) ABŞ dollan pul vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunmuş Şahid15 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs3 2010-cu ildən Ağ ciyər Xəstəlikləri İnstitutundan tanıyırmış, sonradan münasibətlərində yaxınlıq olmuşdur. 2016-cı ilin aprel ayının sonlarında o Cəmillə görüşən zaman Cəmil ona demişdir ki, o Ağ ciyər xəstəlikləri institutuna şöbə müdiri atası isə Kardioloji Sanatoriyaya işə qəbul ediləcəkdir və ona görə də Cəmil ondan 3000 manat pul istəmişdir. Ona görə də o Cəmilə 3000 manat pulu borca vermişdir. Daha sonra 03 may 2016-cı il tarixdə o Cəmillə görüşüb birlikdə Bakı şəhəri Xətai rayonu ünvan 13 ünvanda yerləşən «X38»ya getmişlər. Həmin vaxt Cəmil 10000 ABŞ dollan pul topladığını və həmin pulu klinikanın baş həkimin müavini Feyzullaya verəcəyini demişdir. Həmin vaxt Cəmil Feyzullanın iş otağına daxil olmuş sonradan isə həmin otağa sonradan adının Natiq olduğunu bildiyi bir şəxs daxil olmuşdur. Həmin vaxt o klinikanın dəhlizində dayanıb Cəmili gözləyirmiş. Bir neçə dəqiqə sonra Natiq Feyzullanın otağından çıxmış, bu vaxtı o Feyzullanın otağına daxil olmuşdur. Cəmil onu Feyzullaya təqdim etmiş, bu zaman Feyzulla Cəmilə narahat olmamağını işin tezliklə həll ediləcəyini bildirmişdir.Təxminən 15-20 gün sonra Cəmil, Cəmilin qardaşı Pərvinlə birlikdə «Koroğlu» metrosu yaxınlığında sonradan adını bildiyi Cavanşir adlı şəxsə görüşmüşlər. Söhbət əsnasında Cavanşir mobil telefonla Feyzullaya zəng edərək Cəmilin atası Hüseyn kişinin işə düzəlməsi üçün fonda 50000 ABŞ dollan pul lazım olduğu bildirmişdir, sonradan Cəmil Feyzullaya zəng edərək Cavanşirin ondan pul istədiyini bildirmişdir, lakin Cəmil Cavanşirə heç bir məbləğdə pul verməmişdir. 2016-cı ilin sentyabr ayında Cəmil İlə söhbət edən zaman Cəmildən işlərin nə yerdə olduğunu soruşmuş, Cəmildə ona işlərin düzəlməsi üçün Feyzullaya 30000 ABŞ dolları pul vermiş, lakin iş öz həllini tapmamışdır.O da işlərlə maraqlanmaq üçün Feyzullanın qəbuluna getməyi Cəmilə məsləhət görmüşdür. Bundan sonra, o, Cəmil və Cəmilin atası Hüseyn kişi Feyzullanın işlədiyi klinikaya getmişlər, Cəmillə atası Feyzullanın iş otağına girmişlər, lakin o çöldə gözləmişdir. Bir neçə dəqiqə sonra Feyzulla, Cəmil və Cəmilin atası birlikdə Feyzullanın iş otağından çıxaraq klinikadan çölə çıxmışlar, o da klinikadan çölə çıxmışdır.Çöldə olan zaman Feyzullanın oğlunu sonradan adını Rəfael kimi bildiyi şəxs dövlət nömrə nişanının xatırladmadığı «Mitsubishi Pajero» markalı avtomobil ilə klinikanın yanına gəlmiş, bu zaman Feyzullanın avtomobilin ön oturacağına Cəmil və atası isə arxa oturacaqlarına əyləşmişlər.Bir neçə dəqiqə sonra Cəmil və atası avtomobildən düşmüşlər və Cəmil onun yanına gələrək Rafaelin ona 10000 manat pul qaytardığını bildirmişdir. Bundan sonra Cəmil bildirmişdir ki, Feyzulla onu və atasını işə düzəltmək üçün 50000 ABŞ dolları pul almışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunmuş Şahid19 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2013-cü il tarixdən özünə məxsus «Volksvagen Jetta» markalı, az **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olurmuş. Təqsirləndirilən şəxs da müştəri qismində təxminən bir il altı ay olar ki, tanımışdır. 2016-cı ilin yay aylarında, ayı və günü yadında qalmayan vaxtda Natiq onun mobil telefonuna zəng edib hazırda xatırlamadığı mobil nömrəni ona söyləyib həmin şəxsə zəng edib görüşüb həmin şəxsdən 20000 (iyirmi min) manat və ya ABŞ dollar pulu götürməli olduğunu və əmanəti götürdükdən sonra Natiqin ona deyəcəyi şəxsə aparıb verməli olduğunu bildirmişdir. Buna görə o Natiqin dediyi nömrəyə zəng etdikdə həmin nömrənin sahibinin Hüseyn olduğunu müəyyən etmişdir. O, telefonda Hüseynə özünü Cavanşir kimi təqdim edib Natiqin xahişinə əsasən zəng etdiyini və əmanət pulu götürməli olduğunu bildirmişdir. Həmin vaxtı Hüseyn telefon vasitəsilə ona nömrə verib həmin nömrənin sahibi oğlu Cəmil olmasını və bu məqsədlə Cəmilə zəng etməyini ona bildirmişdir. Hüseyn ilə danışdıqdan sonra o Hüseynin dediyi, hazırda xatırlamadığı nömrəyə zəng edib özünü Cavanşir müəllim kimi təqdim etmiş və Natiqin ona dediyi kimi əmanət pulu götürməli olduğunu bildirmişdir. Cəmil ilə telefon danışığı zamanı metronun «Koroğlu» stansiyasının yaxınlığında görüşməyi ona təklif etmiş. Telefon danışığı zamanı o Bakı şəhəri, Nizami rayonu, 8 km qəsəbəsində imiş və razılaşdıqdan sonra özünə məxsus «Volksvagen Jetta» markalı avtomobil ilə metronun «Koroğlu» stansiyasının yaxınlığına gedib Cəmili gözləmişdir. Bir neçə dəqiqədən sonra Cəmil dövlət nömrə nişanını xatırlamadığı «Mitsubishi Pajero» markalı avtomobil ilə oraya gəlib idarə etdiyi avtomobili onun idarə etdiyi avtomobilin yanında saxlamışdır. Buna görə o, avtomobildən düşüb Cəmilə onun avtomobilində əyləşməsini təklif etmiş. Həmin vaxtı Cəmilin idarə etdiyi avtombilin ön oturacağında əyləşmiş olan tanımadığı bir nəfər cavan oğlan avtomobildən düşmüşdür. Həmin vaxtı Cəmil onun idarə etdiyi avtomobilə əyləşməyini təklif etmiş. O Cəmilin təklifi ilə Cəmilin idarə etdiyi avtomobilin ön oturacağına əyləşmiş. Söhbət əsnasında o Cəmilə Natiqin onu göndərdiyini və Natiqin pul götürməyi məqsədilə onu göndərməsini Cəmilə bildirmişdir. Cəmil axşam saatları olduğu üçün pulu tapıb verə bilməyəcəyini ona bildirmiş və onun yanında öz mobil telefonu ilə hansısa bir şəxsə zəng edib «Feyzulla doktor» deyə müraciət edib bir qədər danışmış. Bundan sonra Cəmil ona bildirmişdir ki, özü görüşüb məsələni həll edəcəkdir. Bundan sonra o idarə etdiyi avtomobil ilə oradan çıxıb getmişdir. Bundan sonra Natiq ona zəng edib əmanəti götürübgötürməməyi barədə soruşduqda o əmanəti götrümədiyini bildirmişdir. Natiq ondan səbəbini soruşduqda o Cəmilin onun yanında telefon vasitəsilə Feyzulla ilə danışıb məsələni özlərinin həll edəcəkləri Natiqə bildirmişdir. Sonuncu dəfə Natiqi o təxminən 1-2 ay bundan əvvəl görmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunmuş Şahid20 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs3 2016-cı ilin iyul ayından tanıyırmış. Belə ki, 2016-cı ilin iyul ayının sonlarında o tanışı Şahid17 işlədiyi ünvan 14 ünvanda yerləşən Hüquq Məsləhətxanasına gedərkən Rafaelin otağında Cəmil, İlqar, Sulduz və Natiqin oğlu Raqubun olduğunu görmüş. Həmin vaxtı Cəmil həmin şəxslərlə pul məsələsi barədə söhbət edirmişlər. Bir neçə dəqiqədən sonra İlqar, Sulduz və Raqub ofisdən çıxıb getdikdən sonra o Rafael və Cəmil ilə birlikdə ofisdə əyləşib söhbət edərkən Cəmil Natiqin onu X2 yüksək vəzifəyə, atası Hüseyni isə Kardioloji Sanatoriyaya baş həkim vəzifəsinə işə düzəltmək adı ilə Natiqə ümumilikdə 41000 (qırx bir min) manat pul verdiyini ona bildirmişdir. Söhbət əsnasında Cəmil həmçinin ona bildirmişdir ki, o, ilk dəfə Xətai rayonu, ünvan 12 ünvanda yerləşən «X38» Klinikasında Feyzulla doktorun iş otağında Feyzullanın yanında Natiqə 10000 (on min) manat pul vermiş, həmin vaxtı pulu Cəmil Natiqə pulu saymağı xahiş etmiş, Natiq də bildirmişdir ki, «çox olar özümə qalar, az olar üstünü düzəldərsən». İkinci dəfə metronun «Koroğlu» stansiyasının yaxınlığında Natiqin ona zəngindən sonra sürücüsü Cavanşirə qardaşının yanında 20000 (iyirmi min) manat Heydər Əliyev fonduna ödəmək məqsədilə verdiyini, sonra Buzovna qəsəbəsində yerləşən bağ evində Natiqə 800 (səkkiz yüz) manat, sonra isə iş yerində Natiqin oğlu Raquba 200. (iki yüz) manat pul verdiyini, lakin Natiqin pulu qaytarmaması barədə ona danışmış və Natiqdən pulunun alınıb ona qaytarılması barədə ondan köməklik etməyini xahiş etmişdir. Buna görə Cəmil Natiqin istifadəsində olan mobil nömrəni ona söyləmişdir. O da Natiq ilə telefon əlaqə saxlayıb Cəmildən aldığı pulun qaytarılmasına görə görüşüb söhbət etməyi təklif etmiş. Lakin Natiq görüşməkdən imtina edərək, yaxın günlərdə Cəmilə pulu tam şəkildə qaytaracağına dair bir neçə dəfə ona söz vermişdir, o də hər dəfə Natiqin pulu qaytaracağını Cəmilə bildirmişdir. Bundan başqa Natiqin ailə üzvləri də onun Cəmildən müddət almağına dair xahiş etmişlər. Sulduz ona bildirmişdir ki, Natiq onun vasitəsilə bir neçə şəxsdən pul ahb dələduzluq etmişdir. Dəfələrlə Natiq ilə telefon danışığında Natiq ona bildirmişdir ki, «mən Cəmildən pul almışam, 41000 manat pulu tam şəkildə özünə qaytaracam, borcum vardı pulu xərcləmişəm, lakin qaytaracam». Natiq həmçinin Cəmil İlə əlaqələrinin olduğunu və Cəmilin pulunun onun vasitəsilə verəcəyini bildirmişdir. O da Natiq və Natiqin anası, həyat yoldaşı, iki oğlu və İlqar adında şəxsin xahişi ilə Natiqin pulu qaytarması üçün Cəmildən bir neçə dəfə müddət almışdır. Hətta bir dəfə o Rafaelin ofisində olarkən Natiqin anası və həyat yoldaşı Natiqin pulu qaytarmasına görə xahişə gəldikdə o ofisdən çöldə başı qanamış vəziyyətdə olan İlqara bildirmişdir ki, «Natiq necə kişidir ki, xahişə arvad uşağı göndərir». İlqar da ona bildirmişdir ki, «mən bilirəm Natiq dələduzdur, bir dəfə ilişəcəkdir». Cəmil də hər dəfə Natiqin pulu qaytarmasına görə müddət vermişdir. Lakin Natiq hər dəfə aldadaraq vədinə əməl etməyib pulu qaytarmamışdır. O Natiqdən qeyd olunan məbləğdə pulu tam şəkildə necə qaytaracağını soruşduqda, Natiq Siyəzən şəhərində məktəb tikintisi ilə məşğul olunduğunu və buna görə də Maliyyə Nazirliyi tərəfindən ödəniş olacağını bildirmişdir. Cəmilin atasına zəng edərək özünü Gülmirzə Poladov kimi təqdim edən şəxsin istifadəsində olan, hazırda xatırlamadığım mobil nömrədən onun mobil telefonuna da zəng gəlmiş, lakin ona zəng edən şəxs özünü Gülmirzə Poldaov kimi deyil, hər-hansı bir özəl şirkətin rəhbəri kimi təqdim edib Natiqin Cəmildən aldığı pulu qaytaracağını bildirmişdir. Cəmi! ilə o iki dəfə Buzovna qəsəbəsində «Favorit» çay evində, bir dəfə isə Rafaelin ofisində olmaqla üç dəfə görüşmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunmuş Şahid21 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, Cəmil həkimi o təxminən 3-4 ay olaraq tanıyırmış, belə ki, o təxminən 5-6 il olar ki, «X41» klinikasının baş həkiminin müavini işləyən Şahid16 oğlu Rəfael Qasımovu tanıyırmış. Rəfaellə onun normal münasibətləri olmuşdur, tam dəqiq desə elədə yaxınlığı olmamışdır. Rəfaelin Bakı şəhəri Xətai rayonu Neapol dairəsi yaxınlığında yerləşən ofisinə arada bir gedib gəlirmiş, belə ki Rəfael həmin ofisdə hüquqi işlər görürmüş, Rəfaellə söhbətlər edən zaman o bilirmiş ki, onun 30 yaşlı oğlu işsizdir. 2016-cı ilin fevral ayında Rəfaellə görüşəndə ona demişdir ki, «sənə demək istəmirdim, lakin mən sənin oğlunu işə düzəltmək üçün işlər aparırdım və axırda məsələ alınır». Rəfael ondan bu işin düzəlməsi üçün 34000 ABŞ dolları pul istəmiş. Rəfael onun oğlunu Prezident Administarsiyasına işə düzəldəcəyinə söz vermişdir. O da sevinmiş və oğlunun işə düzələcəyinə ümid edib bundan başqa Rəfaelə etibar edib 34000 ABŞ dolları pulu ona vermişdir, lakin bir neçə ay keçməsinə baxmayaraq heç bir iş düzəlməmişdir. 2016-cı ilin avqust ayının ilk on günlüyündə Rafaelin atası Feyzulla həkim ona zəng edib oğlunun ofisinə dəvət etmiş. O oraya gedəndə görmüşdür ki Feyzulla və oğlu Rəfael oturublar və çox narahatdılar. Bu zaman Feyzulla ona demişdirki, «sənin bir yerlin var həkimdi və mənim klinikamda işləyir» və sonra Feyzulla ona demişdirki «həmin həkimdən atasını işə düzəltmək üçün 50000 ABŞ dolları pul almışıq, lakin indi yay ayları olduğundan hamı məzuniyyətdədi, ona görə də həkimin işi biraz uzun çəkir ona görə də həkim bizi sıxışdırır». Feyzulla ondan xahiş etmişdirki «həmin həkim sənin yerlindi onunla görüş xahiş eləki, bir az bizə möhlət versin onun 50000 ABŞ dollan pulunu qaytaraq amma onun işini düzəldəcəyik». Daha sonra Feyzulla ona demişdirki, «Mərəzə kəndində torpaq sahəsi var və sən 60000 ABŞ dolları pul ver 50000 ABŞ dolları pulu qaytarım həkimə» həmin torpağın sənədlərinidə ona vermişdir, həmin torpaq sahəsi Rəfailin öz adına imiş. O da demişdirki «mənə torpaq lazım deyil istəmirəm». Daha sonra demişdirki, «həmin həkimin adını telefon nömrəsini ver mənə heç olmasa gedim danışım görüm nə deyir». Bundan sonra Feyzulla ona həmin həkimin adının Cəmil olduğunu demiş və onun telefon nömrəsini ona vermişdir, lakin o oradan çıxandan sonra həmin Cəmil həkimə zəng etməmişdir, fikirləşmişdir ki, necə gedib adama desinki sən gözlə. Sonradan o Cəmil həkimlə tanış olmuş, görüşmüş və ona məlum olmuşdur ki, Feyzulla onu aldadıb özünü və atasını İşə düzəltmək adı ilə 50000 ABŞ dollan pulunu alıb aldatmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 tanımadığını, onun pulunu ümumiyyətlə ələ keçirmədiyini, Zərərçəkmiş şəxs3 pulunun dələduzluqla ələ keçirilməsində iştirak etmədiyini, Zərərçəkmiş şəxs2la aralarında borc münasibətlərinin olmasını, zərərçəkmiş şəxs Xanımbacı İsmyılovaya məxsus olan Şahid1 aldığı 75.000 manat puldan 35.000 manatını sonuncuya geri qaytarması kimi hissələrdə məhkəmə hesab edir ki, o, özünü müdafiə etmək üçün yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Beləliklə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə əməlin hüquqi tövsüfi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş Bakı Ağır Cinayətlər məhkəməsinin 20 senytabr 2016-cı il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirdli bilinrərək 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin olunmuş cəza 2 il sınaq müddətinə şərti hesab edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin bir qismini ona təyin olunmuş sınaq müddətində törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci madəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirə bilər. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin 20.09.2016-cı il tarixli hökmü ilə təyin edilmiş 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə 2 il şərti sınaq müddəti ləğv edilməli, həmin hökmlə təyin edilmiş və 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı cinayət işi üzrə hökmlə birləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinin tələbinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin 20.09.2016-cı il tarixli hökmü ilə 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin olunmuş cəza 2 il şərti hesab olunaraq sınaq müddəti təyin olunmuşdur. Təqsirləndirilən şəxs sınaq müddətində yenidən qəsdən cinayət törətdiyindən məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətin residivi mövcud olduğundan, Azərbaycan Respublikası Cinayət məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasının yuxarı həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ərizəsindən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmış, onlara dəymiş maddi ziyan tam olaraq ödənilmiş və ona qarşı heç bir şikayət və tələbi yoxdur, bundan əlavə Zərərçəkmiş şəxs2 vermiş olduğu ifadəsindən və istintaq materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərfindən Zərərçəkmiş şəxs2 dəymiş 9000 manat maddi ziyandan 5700 manatını istintaq zamanı ödəmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 dəymiş maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, Təqsirləndirilən şəxs tərfindən Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyandan bir qisminin ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivi Azərbaycan Respublikası CM-in 61ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs 29 mart 2017-ci il tarixdən 31 mart 2017-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün ona təyin ediləcək cəzadan çıxılmalıdır. Bundan əlavə iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2020ci il tarixdə tutulmuş və həmin tarixdə barəsində Bakı şəhəri Xətai rayon məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli və ona təyin ediləcək cəzanın çəkilmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 21 sentyabr 2020-ci il tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən maddi ziyan dəymiş və Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə dəymiş ziyandan məhkəmə istintaqı müddətində heç bir məbləq ödənilməmişdir. Odur ki, hal-hazırda iş üzrə Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ödənilməmiş maddi ziyan qalmışdır. Azərbaycan Respublikası CPM-nin 183.1-ci maddəsinin tələblərinə əsasən zərərçəkmiş şəxslərin məhkəmədə mülki iddia vermə hüquqları vardır. Zərərçəkmiş şəxslər tərəfindən məhkəmə istintaqı zamanı mülki iddia verilməmişdir. Odur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqları izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş üzrə məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci madəsinə əsasən Bkı Ağır Cinayətlər məhkəməsinin 20 senytabr 2016-cı il tarixli hökmü ilə 07 (yeddi) il 06 (altı ) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə təyin dilmiş 02 (iki) il şərti sınaq müddəti ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 29 mart 2017-ci il tarixdən 31 mart 2017-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin olunmuş 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 09 (doqquz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs, ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 21 sentyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilsin. Hökmdən, elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar