Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-608/2022 01.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, müdafiəçi: «KREDO» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Neftçala rayonu, Məhəllə 6-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 21,412 qram çəkidə narkotik vasitə heroini və 1,306 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 26 sentyabr 2021-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Səməd Vurğun” adına istirahət parkında olarkən özünü şübhəli apardığından Nəsimi rayon polis idarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri tərəfindən saxlanılaraq Nəsimi rayon polis idarəsinin 22-ci Polis şöbəsinə gətirilmiş və həmin gün polis şöbəsində üzərində şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sol yan cibindən satış məqsədilə əldə etdiyi 01 bükümdə təmiz çəkisi 21,412 qram təşkil edən külli miqdarda həmin narkotik vasitə heroin və 02 bükümdə ayrıayrılıqda çəkilər 0,086 qram və 1,220 qram olmaqla ümumi təmiz çəkisi 1,306 qram təşkil edən həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yeni Yasamal, M.Xiyabani küçəsi, ev 8-də ailəsi ilə birlikdə yaşayır, avtomobil təmiri sexində usta işləyir və 3 il olar ki, narkotik vasitə olan heroindən istifadə edir. 25.09.2021-ci il tarixdə axşam saatlarında spirtli içkilər qəbul edib S.Vurğun parkında istirahət edirdi. Elə oldu ki, 26.09.2021-ci il tarixdə saat 09 radələrində parkda oturacaqda əyləşən zaman ona PPX-nin 3 nəfər əməkdaşı yaxınlaşaraq sərxoş olduğunu bilib onu çağırdıqları PPX maşınına mindirib Nəsimi RPİ-nin 22-ci PŞ-nə aparmışlar. Maşında polislərn suallarına cavab olaraq demişdir ki, şalvarının cibində siqaret qutusunda bir bükümdə 1 qram heroini vardır. Həmin heroini öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra PPX-nin əməkdaşları onu şöbəyə təhvil verərək çıxıb getmişlər. Onun üzərində 21,412 qram heroin və iki büküm metafetamin olmamışdır. Polis şöbəsində təhqiqatçı onu narkotik vasitələrin istifadəçisi kimi cəlb edəcəyini söz verdiyi üçün onun dediklərini, yəni üzərində 21,412 qram heroin və iki büküm metafetamin olmasını etiraf etmişdir. Onun üzərinə baxış videoçəkiliş aparılmaqla baxış keçirilmiş, baxışda vəkil iştirak etməmişdir. Məhkəmə iclasnda şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ-nin PPX-nin polis nəfəri polis serjantı Şahid3 ifadəsində göstərmişdir ki, 26.09.2021-ci il tarixdə saat 09 radələrində həmkarları Şahid4 və Şahid5lə ərazidə xidmət apararkən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun parkında oturacaqda yuxuya getmiş hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs üst-başı səliqəsiz halda görərək ona yaxınlaşaraq özlərini təqdim etmiş və ondan şəxsiyyət vəsiqəsini tələb edərək burada nə etdiyini soruşmuşlar. Lakin Təqsirləndirilən şəxs narkotik sərxoşluğu halında olduğunu, danışa bilmədiyini, qeyri-adi hərəkətlər etdiyini görərək ratsiya ilə PPX-ti maşınını çağıraraq Təqsirləndirilən şəxs maşina mindirib 22-ci PŞ-nə çatdırıb növbətçi hissəyə təhvil vermişlər. Bundan sonrakı prosessual hərəkətlərdə iştirak etməmişlər. Təqsirləndirilən şəxs spirtli içkidən sərxoş olmamışdır. Ondan spirtli içki iyi gəlmirdi. Maşina mindirildikdə və yolda Təqsirləndirilən şəxs müqavimət göstərməmiş, onlardan heç biri onun üzərinə baxış keçirməmiş, belə ki, buna səlahiyyətləri yoxdur. Məhkəmə iclasnda şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ-nin PPX-nın polis nəfəri polis serjantı X4 ifadəsində göstərmişdir ki, 26.09.2021-ci il tarixdə saat 09 radələrində həmkarları Şahid3 və Şahid5lə ərazidə xidmət apararkən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun parkında oturacaqda yuxuya getmiş hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs üst-başı səliqəsiz halda görərək ona yaxınlaşaraq özlərini təqdim etmiş və ondan şəxsiyyət vəsiqəsini tələb edərək burada nə etdiyini soruşmuşlar. Lakin Təqsirləndirilən şəxs narkotik sərxoşluğu halında olduğunu, danışa bilmədiyini, qeyri-adi hərəkətlər etdiyini görərək ratsiya ilə PPX-ti maşınını çağıraraq Təqsirləndirilən şəxs maşina mindirib 22-ci PŞ-nə çatdırıb növbətçi hissəyə təhvil vermişlər. Bundan sonrakı prosessual hərəkətlərdə iştirak etməmişlər. Təqsirləndirilən şəxs spirtli içkidən sərxoş olmamışdır. Ondan spirtli içki iyi gəlmirdi. Maşina mindirildikdə və yolda Təqsirləndirilən şəxs müqavimət göstərməmiş, onlardan heç biri onun üzərinə baxış keçirməmiş, belə ki, buna səlahiyyətləri yoxdur. Məhkəmə iclasnda şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ-nin PPX-nın polis nəfəri polis serjantı Şahid5 ifadəsində göstərmişdir ki, 26.09.2021-ci il tarixdə saat 09 radələrində həmkarları Şahid3 və Şahid5lə ərazidə xidmət apararırdılar. Bu zaman Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun parkında oturacaqda yuxuya getmiş hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs üst-başı səliqəsiz halda görərək ona yaxınlaşaraq özlərini təqdim etmiş və ondan şəxsiyyət vəsiqəsini tələb edərək burada nə etdiyini soruşmuşlar. Lakin Təqsirləndirilən şəxs narkotik sərxoşluğu halında olduğunu, danışa bilmədiyini, qeyri-adi hərəkətlər etdiyini görərək ratsiya ilə PPX-ti maşınını çağıraraq Təqsirləndirilən şəxs maşina mindirib 22-ci PŞ-nə çatdırıb növbətçi hissəyə təhvil vermişlər. Bundan sonrakı prosessual hərəkətlərdə iştirak etməmişlər. Təqsirləndirilən şəxs spirtli içkidən sərxoş olmamışdır. Ondan spirtli içki iyi gəlmirdi. Maşina mindirildikdə və yolda Təqsirləndirilən şəxs müqavimət göstərməmiş, onlardan heç biri onun üzərinə baxış keçirməmiş, belə ki, buna səlahiyyətləri yoxdur. Məhkəmə iclasnda şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 22-ci PŞ-nın sahə inspektoru polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 26.09.2021ci il tarixdə Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin PPX-nin əməkdaşları tərəfindən 22-ci PŞ-nə gətirildiyi zaman tanımışdır. Həmin tarixdə o, əməliyyat qrupunun üzvü olmaqla şöbədə xidmətdə idi. Onunla bərabər əməliyyat qrupunda həmkarı Şahid2 olmuşdur. PPX-nin əməkdaşları Təqsirləndirilən şəxs S.Vurğun parkında özünü şübhəli apardıqları üçün saxladıqlarını raportla bildirərək onu növbətçi hissəyə təhvil vermiş, bundan sonra polis şöbəsinin təhqiqatçısı Nicat Ədilbəyli müdafiəçi dəvət etmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş, müdafiəçi Təqsirləndirilən şəxs üzərinə baxışı onsuz keçirməsini xahiş etdiyi üçün sonuncunun üzərinə vdeoçəkiliş aparmaqla onun və həmkarı Şahid2 ştirakları ilə baxış keçirmişdir. Axtarışdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs paltarında və üzərində ola biləcək əşyaları təqdim etməsini təklif etmiş, bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs özü könüllü olaraq əynindəki qara rəngli cins şalvarın sol yan cibindən üç ədəd şəffaf sellofan bükümləri çıxarıb masanın üzərinə qoymuş, həmin bükümlər bir-bir təhqiqatçı tərəfindən açılaraq ikisinin içərisində tünd qəhvəyi rəngli toz şəklində heroinə bənzər maddə, digər üçüncü bükümün içərisində ağ rəngli kristal formalı metafetaminə bənzər maddə aşkar etmiş, Təqsirləndirilən şəxs bükümlərin ikisində heroin, birində isə metafetamin olduğunu etiraf etmiş, həmin maddələri şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra həmin sellafon bükülülər ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 22-ci PŞ-nın inzibati binasında olduğu zaman ona hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasnda şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ-nin 22-ci PŞ-nin sahə inspektoru, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 26.09.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin PPX-nin əməkdaşları tərəfindən 22-ci PŞ-nə gətirildiyi zaman tanımışdır. Həmin tarixdə o, əməliyyat qrupunun üzvü olmaqla şöbədə xidmətdə idi. Onunla bərabər əməliyyat qrupunda həmkarı Şahid1 olmuşdur. PPXnin əməkdaşları Təqsirləndirilən şəxs S.Vurğun parkında özünü şübhəli apardıqları üçün saxladıqlarını raportla bildirərək onu növbətçi hissəyə təhvil vermiş, bundan sonra polis şöbəsinin təhqiqatçısı Nicat Ədilbəyli müdafiəçi dəvət etmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş, müdafiəçi Təqsirləndirilən şəxs üzərinə baxışı onsuz keçirməsini xahiş etdiyi üçün sonuncunun üzərinə vdeoçəkiliş aparmaqla onun və həmkarı Şahid1 iştirakları ilə baxış keçirmişdir. Axtarışdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs paltarında və üzərində ola biləcək əşyaları təqdim etməsini təklif etmiş, bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs özü könüllü olaraq əynindəki qara rəngli cins şalvarın sol yan cibindən üç ədəd şəffaf sellofan bükümləri çıxarıb masanın üzərinə qoymuş, həmin bükümlər bir-bir təhqiqatçı tərəfindən açılaraq ikisinin içərisində tünd qəhvəyi rəngli toz şəklində heroinə bənzər maddə, digər üçüncü bükümün içərisində ağ rəngli kristal formalı metafetaminə bənzər maddə aşkar etmiş, Təqsirləndirilən şəxs bükümlərin ikisində heroin, birində isə metafetamin olduğunu etiraf etmiş, həmin maddələri şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra həmin sellafon bükülülər ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 22-ci PŞ-nın inzibati binasında olduğu zaman ona hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Əlavə olaraq qeyd etmək istəyir ki, o, şöbənin sahə inspektoru olmaqla xidməti ərazisinə S.Vurğun parkı daxil deyildir. Lakin Təqsirləndirilən şəxs üzərinə baxışda həmin gün əməliyyat qrupunda olduğu üçün iştirak etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PB-nin rəisinə ünvanlanan 26.09.2021-ci il tarixli raportdan müəyyən olunur ki, Nəsimi RPİ-nin PPXB-nin polis əməkdaşları 26.09.2021-ci il tarixdə, saat təxminən 09:00 radələrində 22-ci PB-nin inzibati ərazisində 59 saylı marşurutda xidmətdə olduqları zaman “Səməd Vurğun” adına istirahət parkında bir nəfər şəxs özünü şübhəli apardığı və hərəkətlərini idarə edə bilmədiyindən, üzərində şəxsiyyətini təsdiq edən sənədi olmadığından növbətçi hissəyə təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” 26.09.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sol, yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə bənzər bükümü və 02 ədəd şəffaf sellofana bükülmüş, içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər bükümü çıxarıb masanın üzərinə qoymuş, 2019-cu ildən narkotik vasitə istifadə etdiyini, narkotik vastəni 21.09.2021-ci il tarixdə Binəqədi raynu, Novxanı qəsəbəsinə gedən yolun kənarında götürdüyünu, həmin narkotik vasitəni almaq üçün əvvəlcədən “İnstagram” sosial şəbəkəsində tanış olduğu İİR-sı vətəndaşı kimi təqdim edən şəxsin göndərdiyini, hesab kartına 120 manat ödədiyini, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» 26.09.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 27.09.2021-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 26 sentyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 26.09.2021-ci il tarixli, 6/4270 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №190” dairəvi möhür əksi olan, “Vət Təqsirləndirilən şəxs üzərindən ” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,086 və 1,220 qram ümumi təmiz çəkisi 1,306 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr, bir ədəd bükümdə təmiz çəkisi 21,412 qram olan qəhvəyi rəngli olan maddə maddə kustar üsulla hazırlanmış narkotik vasitə-Heroindir. Metafetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İİ siyahısına daxildir, Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 29 noyabr 2021-ci il tarixli, 4775 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixiatrik ekspertizanın 08.10.2021-ci il tarixli, 2328 saylı rəyindən müəyyən olunur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir xəstəliyin əlamətləri müəyyən olunmayıb. Təqsirləndirilən şəxs qarar da qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, həmin əməli idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və ya 22ci maddələrinin təsiri altına düşmür N.T.İsazdə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» 24.12.2021-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,206 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetaminin və 21,362 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin saxlanması üçün Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 26.08.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən şəxs az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunduğundan Təqsirləndirilən şəxs əməlində residiv olmaqla məhkumluğu ödənilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutduğu əməli 26 sentyabr 2021-ci il tarixdə, yəni məhkumluğu bitməyən dövrdə törətmişdir. Belə olan halda Təqsirləndirilən şəxs məhkumlluğu ödənilməmiş, yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs oğlunu xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, onun himayəsində 2013-cü il təvəllüdlü azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ilkin ifadəsində üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri öz istifadəsi üçün əldə etməsi, saxlanılan zaman üzərində 03 ədəd deyil, 02 ədəd bükümdə narkotik vasitə olduğuna dair ifadələri əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, üzərinə müdafiəçisinin iştirakı və videoçəkilişlə keçirilmiş baxış protokolu və ona əlavə olunmuş CD diskdəki görüntülərlə, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu -narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olması Azərbaycan Respublikası CMnin 61.1.1-ci maddəsinə uyğun olaraq, onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Məhəmməd Həbibova azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 26 sentyabr 2021-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Nəsimi RPİ-nin növbətçi hissəsinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,206 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetaminin və 21,362 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin məhv edilməlidir. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 81 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «KREDO» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün isə 240 AZN (iki yüz qırx manat) pul «KREDO» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 07 (yeddi) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 26 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi RPİ-nin növbətçi hissəsinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,206 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetaminin və 21,362 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin məhv edilsin. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 81 (səkkiz bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 240 AZN (iki yüz qırx manat) pul «KREDO» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-608/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-608/2022
01.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver