Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-608/2024 11.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 228.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2.660 qram olan narkotik vasitə heroini əldə edib özündə saxlayaraq daşımış, Nəsimi rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 17 mart 2023-cü il tarixdə, saat 16:50-də ünvan 2 ünvanın qarşısında saxlanılaraq polis idarəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının cibindən şəffaf sellofana bükülmüş 01 bükümdə, külli miqdarda təmiz çəkisi 2,660 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi olan sandıqçanı və döyüş sursatı olan patronları əldə edib, özündə saxlamaqla daşımış və 17 mart 2023-cü il tarixdə, saat 16:50-də ünvan 2 ünvanın qarşısında Nəsimi rayon polis İdarəsinin Cinayət axtarışı şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq polis idarəsinə gətirilmiş, orada idarə etdiyi ona məxsus **-PU-*** dövlət qeydiyyat nişanlı, "xxxx" markalı avtomobilə baxış keçirilən zaman avtomobilin yük yerindəki ehtiyat təkər saxlanılan yerin üzərində olan ağ rəngli sellofan torbanın içərisində 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, “Makarov”(PM) konstruksiyalı, seriya və nömrəsi silinmiş, yarımavtomatik, texniki cəhətdən saz vəziyyətdə, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmiş, yivli, təyinatı üzrə atəş açmaq üçün yararlı, odlu döyüş silahı hesab edilən tapança, 01 ədəd “Makarov” (PM) konstruksiyalı yivli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 08 ədəd 9x18 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış, döyüş sursatı hesab edilməyən, təyinatı üzrə istifadəyə yararlı sandıqça və 06 ədəd 9 mm kalibrli “Makarov”(PM), “PA63”, “P64”, “RK59” “CESKA ZBROJOVKA” konstruksiyalı tapançalarda, “Steçkin” (APS) konstruksiyalı avtomatik tapançalarda və sair uyğun kalibrli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən 9x18 mm kalibrli, təyinatı üzrə istifadəyə yararlı patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 228.1, 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saçını düzəltdirmək üçün evdən çıxmışdır. Bərbərin yanında avtomobili saxlayıb düşmüşdür. Avtomobildən düşəndə arxasında 3 ədəd avtomobilin saxladığını görmüşdür. Avtomobildə olan şəxslər avtomobildən düşüb ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmişlər. Ona Nəsimi RPİ-yə getməli olduğunu bildirmişlər. Polis əməkdaşlarından Nəsimi RPİ-yə niyə getməli olduğunu soruşduqda orada hər şeyi biləcəyini bildirmişlər. Polis əməkdaşları onu Nəsimi RPİ-yə gətirmişlər. Xidməti otağa əlində silah bir nəfər şəxs daxil olaraq ona silahı bel hissəsinə qoymasını bildirmişdir. O, həmin şəxsə silaha əl vurmayacayını bildirmişdir. Silahı götürmədiyi təqdirdə CM-nin 234.4.3-cü maddəsi ilə ittiham olunacağı ilə təhdid etmişlər. O da silaha əlini vurmayacağını bildirdikdə onu Nəsimi RPİ-nin rəis müavininin yanına aparmışlar. Rəis müavini əvvəllər məhkum olunduğu üçün yenidən tutulmalı olduğunu bildirmişdir. Cəmiyyətə yararlı iki övlad böyüdür. Gücə-gündüz işləyib ayda 450 manat uşaqların təhsil haqlarını ödəyir. O, 8 ildir ki azadlığa çıxmışdır. Məhlələrinin hər tərəfi kameradır, kamera görüntülərini əldə etmək mümkündür. Ona elan olunacaq maddələr arasında seçim etmiş və özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli hesab edilməyi barədə sənədlərə qol çəkmişdir. Narkotik vasitəni ona vermişlər və qabaqcadan çəkiliş zamanı nə deyəcəyini ona başa salmışlar. Video çəkiliş zamanı cibində olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Narkotik vasitədən əlavə cibindən pul və özünə məxsus avtomobilin açarını təqdim etmişdir. Pulu özünə qaytarsalar da avtomobilinin açarını özlərində saxlamışlar. Bir stəkan limonlu çay içəndən sonra onu yenidən rəis müavininin yanına aparmışlar. Rəis müavini silahla bağlı ittihamı da boynuna götürməli olduğunu bildirəndə razılaşmamışdır. Hava qaralanda silahı avtomobilinin yük yerində ehtiyat təkərin içinə aparıb qoymuşlar. O və 7-8 nəfər polis əməkdaşı ilə birlikdə video çəkilişlə yenə avtomobilinin yük hissəsini açmışlar və oradan sellofanın içində silah çıxartmışlar. Onu CM-nin 234.4.3-cü maddəsi ilə ittiham olunacağı ilə təhdid etmişlər. O da CM-nin 234.4.3cü maddəsində 5 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulduğunu bilmişdir. Bu səbəbdən yenə də polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Polis əməkdaşları ona öyrətmişlər ki, çəkiliş vaxtı silahı «26-lar zavodu» kimi tanınan yerin yanındakı məişət tullantıları olan yerə zibil atanda qutudakı silahın fikrini cəlb etdiyini, silahı aparıb sonra təhvil verəcəyini düşünərək götürmək barədə ifadə verəcəyini bildirmişlər. Onun üzərində əgər narkotik vasitə olsaydı avtomobilindən dərhal tullayardı. Avtomobilində silah olsaydı, saxlanılan zaman heç avtomobilini saxlamazdı. Onu Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə aparıb CM-nin 234.1-1-ci maddəsi ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs qətimkan tədbirinin yenidən uzadılması ilə bağlı onu yenidən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə aparmışlar. Bakı şəhəri Nəsimi rayon Məhkəməsində prokuror çıxış edərkən bilmişdir ki, ittiham olunduğu əməl CM-nin 234.1-1-ci maddəsindən CM-nin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. Onun əli heç vaxt heroinə dəyməmişdir. Əməlin CM-nin 234.1-1-ci maddəsindən CM-nin 234.4.3-cü maddəsinə tövsif etmək üçün səbəb olmalıdır, yəni narkotik vasitəni alan adam, telefon danışı və yaxud tərəzi olmalıdır. Bunun üçün heç bir səbəb yoxdur. Cavan vaxtı o, tutulmuş, cəzasını çəkmişdir. Elxan avtomaşını almaqda ona köməklik edən adamdır. Elxan heç vaxt avtomaşını sürməmişdir, 5-6 aydır ki, almış və ancaq o, sürmüşdür, etibarnaməsi də olmuşdur. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, 17 mart 2023cü il tarixdə, günorta vaxtı öz yaşadığı evdən təxminən 150 metr irəlidə bərbərin qabağında, yəni Namiq Məlikov küçəsində saxlanılmışdır. Həmin bərbər evindən təxmini 200 metr məsafədə olmuşdur. O, saxlanılan zaman 3 nəfər adam bunu görmüşdür, onlar narkotik istifadəçiləri idilər, hal-hazırda özləri də tutulmuşlar. O, avtomaşından düşəndə polis əməkdaşları onun qoluna girib avtomaşına əyləşdirmişlər. 3 avtomaşın idi, avtomaşında polis əməkdaşlarından biri onun sağında digəri solunda oturmuş, 2 nəfər isə qabaqda oturmuşlar. 8 Noyabr metrosunun yanında onun avtomaşınla olduğu yadlarına düşmüşdür. Ondan açarı istəmişlər, o, açarı vermiş, açarı arxadakı avtomaşına verib onun avtomaşınını PŞ-yə gətirməyi bildirmişlər. O, avtomaşınını kimin idarə etməsini bilməmişdir. Onu oradan Nəsimi RPİ-nə gətirmişlər. RPİ-də rəis müavini Fərid ona narkotik vasitəni boynuna götürməyini bildirmişdir. Ona heç bir fiziki təzyiq olmamış, ona bildirmişdir ki, imza çəkməsən akt tərtib olunacaq ki, imza çəkməkdən imtina edirsən, sən yenə də tutulacaqsan. Fərid onu CM-nin 234.4.3-cü maddəsi ilə ittiham olunacağı ilə hədələmişdir. Fərid narkotik vasitəni sol yan cibinə qoymağı bildirmişdir, o da qoyandan sonra kameranı yandırmışlar və ona suallar verilə-verilə cibindən çıxarıb stolun üstünə qoyacağını bildirmişlər. Videoçəkiliş zamanı ona necə demişlərsə elə də demişdir. Təhqiqatçı ona elə deməyini bildirmişdir. O, tərtib olunan sənədləri imzalamış, tiryəklə razılaşmışdır. O, razılaşdığı üçün sənədləri imzalamışdır. O, sənədləri oxumuş, CM-nin 234.1 və 228.1-ci maddəsi ilə ittiham olunmuşdur. Ona CM-in 234.1-ci maddəsi ilə ittiham olunacağını, həmin maddəyə həbs qətimkan tədbiri seçilməyəcəyini bildirmişlər. Ona əvvəllər məhkumluğu olduğundan tutulmağı barədə göstəriş olduğunu bildirmişlər. O, heç vaxt heroin qəbul etməmişdir. Silaha əlini vurmamış, onu görməmiş, sellofandan çıxardıb ona göstərmişlər. Onu ekspertizadan keçirməmişlər, ondan qan analizi götürməmişlər. Şəxsi axtarış zamanı müdafiəçinin iştirak edib-etməməsini bilmir. O, ifadəsində bildirmişdir ki, o, əvvəllər idmançı olduğuna görə onda əzələ dartılması var, bir dəfə atmış, bir dəfə də yenə atmaq istəmiş, lakin tutulmuşdur. Heroin dərman formasında atılmır, iynə ilə vurulur və ya tüstüsü çəkilir. İttihamın ona hansı tarixdə elan olunduğunu bilmir. Müdafiəçisi də ona ittihamın nə olduğunu bildirməmişdir. O, CM-nin 234.4.3-cü maddəsi ilə ittiham olunduğunu bilməmişdir. Ona fiziki təzyiq olmamışdır, onu döyəcəkləri, CM-nin 234.4.3-cü maddəsi ilə ittiham olunacağı ilə hədələdiklərindən razılaşmışdır. O, ibtidai istintaq zamanı CM-nin 234.1 və 228.1-ci maddəsi ilə razılaşmağı ilə bağlı müdafiəçisinə bildirmişdir. O, təqsirli olmadığını, məhkəmənin ədalətinə inandığını bildirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin mərhələdə verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixində, saat 16:50 radələrində ünvan 4 ünvanın qarşısında idarə etdiyi "xxxx" markalı **-PU-*** dövlət nömrə nişanlı avtomobil ilə gəlib dayandıqdan sonra, mülki geyimdə olan 3 nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Onun narkotik vasitələrin saxlanmasında, istifadəsində şübhəli olduğunu bildirərək avtomobili ilə birlikdə onlarla birlikdə Nəsimi rayon polis idarəsinə gedəcəyini bildirmişlər. Polis əməkdaşları onu Nəsimi RPİ-yə gətirdikdən sonra polis əməkdaşların iştirakları ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirərək, ona dövlət hesabına müdafiəçi dəvət etmişlər. Ona hüquq və vəzifələri izah olunduqdan sonra, videoçəkiliş aparılmaqla üzərinə baxış keçiriləcəyini bildirmişlər. İlk öncə ona üzərində saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşyanın olduğunu soruşduqda o, əyninə geyindiyi göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd avtomobil açarı, həmin şalvarın sol yan cibindən 02 ədəd 100 manatlıq, 04 ədədi 50 manatlıq pul əskinazları olmaqla ümumilikdə 400 manat pul vəsaiti, həmçinin həmin cibindən 01 ədəd şəffaf polietilen sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli bükümü, əynində olan gödəkcənin sağ yan cibindən 01 qutu “Sobranie” markalı siqareti və alışqanı çıxararaq masanın üzərinə qoymuş, sonra ondan üzərində digər əşyaların olubolmadığını soruşduqda o, əyninə geyindiyi göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd üzərində at şəkili olan avtomobil açarını çıxararaq masanın üzərinə qoymuşdur. Sonra əyninə geyindiyi tünd göy rəngli gödəkcənin ciblərinə baxılmış və hər hansı bir əşya aşkar edilməmiş, sonra əynində olan göy rəngli köynəyinə baxılmış və hər hansı bir əşya aşkar edilməmiş, sonra əynində olan göy rəngli şalvarının ciblərinə baxılmış və hər hansı bir əşya aşkar edilməmişdir. Sonra ayağında boz rəngli idman ayaqqabına baxılmış və hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra ona ayaqqabını geyinməyini, üst başını səliqəyə salmağı xahiş olunmuşdur. Sonra göy rəngli idman şalvarının sol yan cibindən çıxararaq təqdim etdiyi 01 ədəd şəffaf polietilen sellofana bükülmüş bükümə baxış keçirilmiş və həmin bükümün içərisində olan maddə narkotik maddəyə bənzədiyi məlum olmuşdur. Bu zaman ondan həmin 01 ədəd şəffaf polietilen sellofana bükülmüş bükümün nə zaman və haradan aldığını və içərisində nə maddə olduğunu şoruşulduqda bildirmişdir ki, uzun müddət idmanla məşğul olduğundan əzələ ağrıları vardır, hamin maddə el arasında “Tiryək, qara” kimi bildiyi narkotik vasitədir, 1 dəfə bu səbəbdən həmin maddədən istifadə etmiş, hazırda da həmin narkotik vasitəni özü üçün istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Bundan sonra ondan aşkar edilən narkotik maddəyə bənzər 01 ədəd şəffaf polietilen sellofana bükülmüş büküm ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Üzərindən aşkar edilmiş ümumilikdə 400 manat pul, 01 qutu siqaret və alışqan özünə qaytarılmışdır. Daha sonra ondan idarə etdiyi avtomobilə baxış keçiriləcəyi bildirilmiş, o da avtomobilin "xxxx" markalı olduğunu, dövlət qeydiyyat nişanın “115” nömrə ilə bitdiyini, polis əməkdaşları tərəfindən saxlanılan zaman həmin avtomobildə olduğunu və həmin avtomobildə qanunla qadağan olunmuş hər hansı bir əşyanın olduğunu soruşulduqda, bildirmişdir ki, təxminən 3 gün bundan əvvəl, avtomobilində olan zibili atarkən, Nəsimi rayonu, Y.V.Çəmənzəminli küçəsində yerləşən “26-lar zavodu” deyilən yerin qarşısında olan zibil qabılarında gözü əşyaya sataşmış, paketi açıb baxdıqda ayrıayrılıqda saxlanılan 01 ədəd tapança, 01 ədəd daraq və güllələr olduğunu görüb onları götürmüş, əvvəlcə onları polisə təqdim etməyi fikirləşsə də sonradan fikrindən daşınmış, tapança, daraq və güllələri avtomobilin yük yerinə qoymuş, tutulana qədər onları avtomobildə gəzdirmiş, hazırda onlar avtomobildədir və təqdim edə bilər. Bu zaman ona avtomobilə onun iştirakı ilə baxış keçirilməsi təklif edilmiş və o da öz razılığı ilə avtomobilə baxış keçirilməsinə etiraz etməmiş, bu səbəbdən videoçəkiliş dayandırılmış və avtomobilə baxış keçirildikdə davam etdiriləcəyi bildirilmişdir. Bundan sonra idarə etdiyi "xxxx" markalı, **-PU-*** dövlət nömrə nişanlı avtomobilə baxış zamanı əli ilə avtomobilin yük yerində odlu silah olduğunu göstərmişdir. İlk öncə ondan aşkar edilmiş avtomobil açarı ilə "xxxx" markalı **-PU-*** dövlət nömrə nişanlı avtomobilin yük yeri açılmış və yük yerinə baxış zamanı, ehtiyat təkər saxlanılan yerin üzərində ağ rəngli sellofan torbaya yerləşdirilmiş 01 ədəd tapança, həmçinin ayrı-ayrılıqda ağ rəngli sellofan torbaya yerləşdirilmiş həmin tapançaya aid çıxmış vəziyyətdə 01 ədəd sandıqça, 04 ədəd mis rəngli və 02 ədəd açıq yaşıl rəngli patron aşkar edilərək götürülmüşdür. Ondan idarə etdiyi "xxxx" markalı, **-PU- *** dövlət nömrə nişanlı avtomobilin yük yerindən aşkar edilmiş 01 ədəd tapança, həmin tapançaya aid çıxmış vəziyyətdə 01 ədəd sandıqça, 04 ədəd mis rəngli və 02 ədəd açıq yaşıl rəngli patron haradan əldə etdiyini soruşulduqda o, xx.xx.2023-cü il tarixdə “26-lar” zavodunun yaxınlığında zibil qutusuna zibil atarkən tapdığını bildirmişdir. Bundan sonra idarə etdiyi "xxxx" markalı, **-PU-*** dövlət nömrə nişanlı avtomobilin yük yerindən aşkar edilmiş 01 ədəd tapança, həmin tapançaya aid çıxmış vəziyyətdə 01 ədəd sandıqça, 04 ədəd mis rəngli və 02 ədəd açıq yaşıl rəngli patron ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. xx.xx.2023-cü il tarixdə avtomobili ilə birlikdə Nəsimi RPİ-yə gətirildiyi və RPİ-də olduğu zaman ona qarşı heç bir zorakılıq olmamışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmur. Özü narkotik vasitə istifadə edir. Həmin maddəni satmaq məqsədilə deyil, istifadə etmək məqsədilə üzərində saxlamışdır və ona məxsusdur. Tapançanı tapdığı formada avtomobildə gəzdirmiş, hər hansı cinayətdə istifadə etməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 17 mart 2023cü il tarixdə ona əməliyyat məlumatı daxil olmuşdur ki, Səbuhi adlı şəxs qanunsuz odlu silah gəzdirir və narkotik vasitələrin istifadəsi ilə məşğuldur. O, işçiləri olan Şahid2 və Şahid3 götürüb məlumatı dəqiqləşdirməyə getmişdir. Məlumatı dəqiqləşdirərək şəxsin Nəsimi rayonu, Namiq Məlikov küçəsində qaldığı müəyyən olunmuşdur. Şəxs avtomaşından çıxanda yaxınlaşmışlar, özlərini təqdim etmişlər və şəxsiyyət vəsiqəsini istəmişlər. Şəxsiyyət vəsiqəsinə baxdıqdan sonra Nəsimi RPİ-nə getməli olduğunu izah etmişlər. Növbətçi hissənin qabağına çatanda o, rəhbərliyə məruzə etmişdir. Təhqiqatçının otağına aparılmağı barədə göstəriş verilmişdir. Təhqiqatçının otağına aparmışlar və üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərindən büküm, avtomaşından isə odlu silah aşkar olunmuşdur. O, suallara cavab olaraq bildirmişdir ki, aşkar olunan balaca büküm olmuş, nə olduğunu bilməmişlər, özü tiryək olduğunu bildirmişdir. Bükümdə olduğuna görə tam olaraq nə olduğunu bilməmişdir. Şəxsə qarşı heç bir fiziki və psixi təzyiq olmamışdır. Əvvəllər şəxs haqqında heç bir məlumatı olmamışdır. Avtomaşına baxışda iştirak etmişdir. Şəxs odlu silahı zibil qutusundan tapdığını, polisə təhvil verəcəyini bildirmişdir. Avtomaşınını şəxs özü idarə etmişdir. xx.xx.2023-cü il tarixdə Namiq Məlikov küçəsində şəxsi saxlamışlar. Şəxsi axtarışda vəkil iştirak etmişdir. Şəxs narkotik vasitəni necə istifadə etdiyini bildirməmiş, həmin vasitənin tiryək olduğunu bildirmişdir. Tiryək və heroin ilk baxışda bir-birinə oxşayır. Onun tərəfindən şəxsə qarşı heç bir fiziki və psixi təzyiq olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 6-7 ay bundan əvvəl CAŞ-nin rəis müavini Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Onlar Təqsirləndirilən şəxs axtarışına başlayaraq sonuncunun yaşadığı ünvana getmişlər. Orada Təqsirləndirilən şəxs avtomaşında görmüşlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb onu Nəsimi RPİ-nə dəvət etmişlər. Daha sonra təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən pul, siqaret və büküm aşkar olunmuşdur. Avtomaşından isə “Makarov” markalı odlu silah aşkar olunmuşdur. O, suallara cavab olaraq bildirmişdir ki, aşkar olunan bükümlə bağlı Təqsirləndirilən şəxs tiryək olduğunu, idmanla məşğul olduğu üçün ağrıları olduğuna görə istifadə etdiyini qeyd etmişdir. Aşkar olunan odlu silahla bağlı Təqsirləndirilən şəxs zibil atanda tapdığını, polisə təqdim edəcəyini bildirmişdir. Şəxsə qarşı heç bir fiziki və psixi təzyiq olmamışdır. Əvvəllər o, Təqsirləndirilən şəxs tanımamış, görməmişdir. Təqsirləndirilən şəxs öz avtomaşınını özü idarə edərək Nəsimi RPİ-nə gətirmişdir. Şəxsi axtarış zamanı müdafiəçi iştirak etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023cü il tarixdə CAŞ-nin rəis müavininə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs odlu silah gəzdirməsi ilə bağlı məlumat daxil olmuşdur. O da kömək üçün getmişdir. Onlar Bakı şəhəri, Nəsimi rayonu, Namiq Məlikov küçəsinə getmişlər. Təqsirləndirilən şəxs avtomobilindən gəlib düşəndə yaxınlaşıb özlərini təqim etmişlər. Təqsirləndirilən şəxs nə üçün yaxınlaşdıqlarını bildirdikdən sonra sonuncunu Nəsimi RPİ-nə dəvət etmişlər. Daha sonra sonuncunu təhqiqatçıya təhvil vermişlər. Təhqiqatçı müdafiəçi ilə birlikdə videoçəkilişlə şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış zamanı 400 manat pul, avtomaşının açarı və sellofan bükümdə narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, idmanla məşğul olmuşdur, bununla bağlı ağrıları olur və ona görə də narkotik vasitə, tiryək istifadə edir. Narkotik vasitəyə oxşar maddə aşkar olunmuş, nə olduğunu seçə bilməmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, şəxsi axtarışda və avtomobilə baxış keçirilməsində iştirak etmişdir. Avtomaşının baqajından odlu silah aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunanın rəngi qəhvəyi olmuş, tiryək və heroinə oxşamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olmamışdır. Narkotik vasitə aşkar olunanda ona təqdim olunmamışdır. Şəxsə qarşı onun tərəfindən heç bir fiziki və psixi təzyiq olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, "xxxx" markalı avtomobili almaq üçün Təqsirləndirilən şəxs pulu çatmamışdır. O da Təqsirləndirilən şəxs köməklik məqsədi ilə 3000 manat pul verərək avtomobili öz adına almış və Təqsirləndirilən şəxs avtomobili idarə etməsi üçün etibarnamə vermişdir. O, suallara cavab olaraq bildirmişdir ki, avtomobili "xxxx" MMC ilə aralarında bağlanan lizinq müqaviləsi əsasında almışdır. Avtomobili "xxxx" MMC ilə aralarında bağlanan lizinq müqaviləsində qeyd olunan məbləğ ödənildikdən sonra satmaq hüququ var. O, avtomobili Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etməyə vermişdir. Avtomobili Təqsirləndirilən şəxs sonuncu saxlanılan gündən 4 ay əvvəl vermişdir. Özü ticarətçidir, tərəvəz satışı ilə məşğuldur. Təqsirləndirilən şəxs uşaqlıq dostudur, qonşusudur və uşaqlıqdan bir yerdə böyümüşdür. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılmışdır. Avtomobilin ödənişi vaxtı-vaxtında ödənilmişdir. Təqsirləndirilən şəxs nə üçün saxlanılması barədə məlumatı var. "xxxx"markalı avtomobili heç vaxt idarə etməmişdir. Avtomobili "xxxx" MMC ilə aralarında müqavilə bağlandıqdan sonra ancaq Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etmişdir. Avtomobili götürmək üçün Nəsimi RPİ-yə getmişdir. Nəsimi RPİ-də sənədə imza çəkmişdir. İmza çəkdiyi sənədə nə üçün imza çəkdiyini bilməmişdir. Təqsirləndirilən şəxs aldıqları avtomobildən başqa özünə məxsus 1 avtomobili var. "xxxx" MMC ilə aralarında müqavilə bağlanan vaxt Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün vaxt azlığından avtomobili onun adına sənədləşdirmişlər. O, ifadəsi elan edildikdən sonra verilən suallara cavab olaraq bildirmişdir ki, elan olunmuş ifadədə yazılanların hamısı səhvdir. O, elə ifadə verməmişdir. Avtomobili Təqsirləndirilən şəxs idarə etməyə "xxxx" MMC ilə aralarında bağlanan müqavilə əsasında etibarnamə ilə vermişdir. Texniki passportdan "xxxx" markalı avtomobil "xxxx" MMC-yə məxsus olması bilinir. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə 6/16-54 nömrəli rəy vermişdir və verdiyi rəyi təsdiq edir. Onlara nə təqdim olunubsa, həmin maddə barədə rəy vermişlər. Onlara 1 büküm narkotik vasitə heroin təqdim olunmuşdur. Onlara təqdim olunan narkotik vasitəni 2 metodla tədqiqatın aparıb nəticəsin yazmış və verdiyi rəyi təsdiq edir. Video görüntü ilə aşkar olunan narkotik vasitənin ona təqdim olunan narkotik vasitənin olub-olmamasını deyə bilməz. O, suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitə tiryək tünd qəhvəyi rəngdə olur. Narkotik vasitə tiryək saxlanma şəraitindən asılı olaraq ərimiş şəkildə də olur. Narkotik vasitə heroin açıq sarı, tünd qəhvəyi, qara rənglərdə ola bilir. Narkotik vasitə heroinlə tiryək eyni tərkibli narkotik vasitələr deyil. Narkotik vasitə tiryək bitki mənşəli, xaşxaş bitkisindən alınır. Narkotik vasitə heroin tiryəkin tərkibindəki morfinin asatinləşdirilməsindən alınan birləşmədir və sintetik tərkiblidir. Narkotik vasitə heroin hər formada ola bilir. Video çəkilişdəki narkotik vasitənin heroin və ya tiryək olmasını dəqiq deyə bilməz. Narkotik vasitə tiryəkin olub-olmamasını tədqiqat aparmamış rəy verə bilməz. Tədqiqat 2 üsulla aparılır. 1-ci üsul narkotik vasitənin rəngi ilə, 2-ci üsul isə infraqırmızı spektral analizlə aparılır. Narkotik vasitə heroin saxlanma şəraitindən asılı olaraq toz, dənəvari, bərk hallarda ola bilir. Kakos narkotik vasitə heroinin məişətdə işlədilən adıdır. Narkotik vasitə tiryəkin rəngi tünd olur. İşlədiyi müddətdə ağappaq rəngdə belə narkotik vasitə heroin görmüşdür. Narkotik vasitənin heroin olması ilə bağlı verdiyi rəyi təsdiq edir. Video görüntüdəki maddi sübut məhkəmə iclasına gətirilib ona təqdim olunsa da, narkotik vasitənin tərkibini əyani baxıb deyə bilməz. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 17 mart 2023-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, «Səbuhi» adlı şəxs qanunsuz olaraq odlu silah gəzdirir və qanunsuz olaraq narkotik vasitələrin saxlaması və daşıması ilə məşğul olur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o, Cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkili Şahid2 və Cinayət axtarışı şöbəsinin kiçik inspektoru Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə əldə etdikləri məlumat əsasında ünvan 5 ünvanın qarşısında olarkən saat 16:50 radələrində «Səbuhi» adlı şəxsin "xxxx" markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşdüyünü görüb, sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və şəxsiyyəti ilə bağlı maraqlanmışlar. Həmin vaxt müəyyən olunmuşdur ki, «Səbuhi» adlı şəxs Təqsirləndirilən şəxsdur. Daha sonra Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumatı izah edib sonuncunu Nəsimi RPİ-yə dəvət etmişlər və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə birlikdə Nəsimi RPİ-yə gətirmişlər. Polis idarəsinə gəldikdə tərəfindən raportla rəhbərliyə müraciət olunmuş və raportla bağlı araşdırma aparılması təhqiqatçı Saleh Salahzadəyə həvalə olunmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd avtomobil açarı, həmin şalvarın sol yan cibindən 400 manat pul vəsaitini, həmçinin həmin cibindən 01 ədəd içərisində qəhvəyi rəngli maddə olan sellofan bükümü, əynində olan gödəkcənin sağ yan cibindən bir qutu siqareti və bir ədəd alışqanı çıxarıb təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilən zaman içərisində narkotik vasitəyə bənzər maddə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda, uzun müddət idmanla məşğul olduğundan əzələ ağrılarının olduğunu, həmin maddənin tiryək olduğunu, həmin maddəni istifadəçi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 400 manat pul, siqaret və alışqan özünə qaytarılmışdır. Bir ədəd büküm isə təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmışdır. Sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçiriləcəyi bildirilmiş və avtomobildə hər hansı bir qanunsuz əşyanın olub-olmadığı soruşulduqda, Təqsirləndirilən şəxs avtomobilin özünə məxsus olduğunu, təxminən 3 gün əvvəl avtomobilində olan zibili atan zaman Nəsimi rayonu Y.V.Çəmənzəminli küçəsində yerləşən «26-lar zavodu» deyilən yerin qarşısında olan zibil qablarında gözünün əşyaya sataşdığını, paketi açıb baxdıqda ayrı-ayrılıqda saxlanılan 01 ədəd tapança, 01 ədəd daraq və güllələr olduğunu görüb onları götürdüyünü, əvvəlcə onları polisə təqdim etmək istədiyini, lakin sonradan fikrindən daşındığını və onları avtomobilin yük yerinə qoyduğunu, tutulana qədər onları avtomobilində gəzdirdiyini, hazırda da onların avtomobildə olduğunu və təqdim edə biləcəyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs öz razılığı ilə "xxxx" markalı avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs tapança, daraq və güllələri saxladığı yeri, yəni avtomobilin yük yerini göstərmişdir. Daha sonra açarla avtomobilin yük yeri açıldıqda və baxış keçirildikdə ehtiyat təkər saxlanılan yerin üzərində ağ rəngli sellofan torbada odlu silah hesab edilən tapança, həmçinin 01 ədəd sandıqça, 04 ədəd mis rəngli və 02 ədəd açıq yaşıl rəngli patronlar aşkar edilərək götürülmüşdür. Bundan sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə qəhvəyi rəngli olmuş, həm heroin və həm də tiryəkə oxşamışdır. Təqsirləndirilən şəxs ola bilsin həmin maddənin tiryək olduğunu düşünmüş, həmçinin onlar da həmin maddənin nə olduğunu konkret bilməmişlər. Şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrindən görünür ki, digər Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəni təkrarlayaraq, ibtidai istintaq zamanı eyni məzmunda ifadə vermişlər. Şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 13 iyun 2022-ci il tarixdə "xxxx" MMC ilə aralarında lizinq müqaviləsi bağlayaraq "xxxx" markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Avtomobili həmin MMC tərəfindən verilmiş etibarnamə ilə idarə etmişdir. Təqsirləndirilən şəxs Təvəkkül oğlunu tanıyır, sonuncu ilə aralarında düşmənçilik və ya ədavət olmamış, münasibətləri həmişə yaxşı olmuşdur. Təxminən bir neçə gün əvvəl tanışı Təqsirləndirilən şəxs ona zəng vuraraq idarə etmək üçün onun avtomobilini istəmiş, o da etiraz etməmişdir. Elə həmin gün Səbuhi ilə görüşüb avtomobili bir neçə günlük idarə etmək üçün vermişdir. 19 mart 2023-cü il tarixdə eşitmişdir ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Həmin vaxt vaxtı olmadığı üçün Nəsimi RPİ-yə gələ bilməmişdir. Qeyd etmişdir ki, avtomobili idarə etmək üçün Təqsirləndirilən şəxs etibarnamə verməmiş, həmçinin belə bir etibarnamə verə bilməz, çünkü MMC ilə aralarında olan müqaviləyə əsasən etibarnamə vermək kimi səlahiyyəti yoxdur. Onun Təqsirləndirilən şəxs ona məxsus avtomobildə silah gəzdirməsindən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsindən də məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Nəsimi RPİ-yə daxil olmuş əməliyyat məlumatında “Səbuhi” adlı şəxsin xx.xx.2023-cü il tarixdə saat 16:50 radələrində Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsinə gəlməsi və odlu silah gəzdirməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadəsi ilə məşğul olması bildirilmişdir (İ cild, i.v. 3) xx.xx.2023-ci il tarixli qərardan görünür ki, “Səbuhi” adlı şəxsin odlu silah gəzdirməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadəsi ilə məşğul olması barədə Nəsimi RPİyə daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (İ cild, i.v. 4-5) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:05-də CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild,i.v. 27-28) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan və ona əlavə edilmiş disklərdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşyanın olduğu soruşulduqda o, əyninə geyindiyi göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd avtomobil açarı, həmin şalvarın sol yan cibindən 02 ədədi 100 manatlıq, 04 ədəd 50 manatlıq pul əskinazları olmaqla ümumilikdə 400 manat pul vəsaiti, həmçinin həmin cibindən 01 ədəd şəffaf poletelin sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli bükümü, əynində olan gödəkcənin sağ yan cibindən isə 01 qutu “Sobranie” markalı siqareti və alışqanı çıxararaq masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs göy rəngli idman şalvarının sol yan cibindən çıxararaq təqdim etdiyi 01 ədəd şəffaf poletelin sellofana bükülmüş bükümə baxış keçirilmiş və həmin bükümün içərisində olan maddə narkotik maddəyə bənzədiyi məlum olmuşdur, Təqsirləndirilən şəxs həmin 01 ədəd şəffaf poletelin sellofana bükülmüş bükümün nə zaman, haradan aldığını və içərisində nə maddə olduğunu soruşduqda bildirmişdir ki, uzun müddət idmanla məşğul olduğundan əzələ ağrıları var, həmin maddə el arasında “Tiryək, qara” kimi bildiyi narkotik vasitədir, 1 dəfə bu səbəbdən həmin maddədən istifadə etmiş, hazırda da həmin narkotik vasitəni özü üçün istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs avtomobilin "xxxx" markalı olduğunu, dövlət qeydiyyat nişanın “115” nömrə ilə bitdiyini, polis əməkdaşları tərəfindən saxlanılan zaman həmin avtomobildə olduğunu və həmin avtomobildə qanunla qadağan olunmuş hər hansı bir əşyanın olduğunu soruşulduqda, bildirmişdir ki, təxminən 3 gün bundan əvvəl, avtomobilində olan zibili atarkən, Nəsimi rayonu, Y.V.Çəmənzəminli küçəsində yerləşən “26-lar zavodu” deyilən yerin qarşısında olan zibil qabılarında gözü əşyaya sataşmış, paketi açıb baxdıqda ayrı-ayrılıqda saxlanılan 0l ədəd tapança, 0l ədəd daraq və güllələr olduğunu görüb onları götürmüş, əvvəlcə onları polisə təqdim etməyi fikirləşsə də sonradan fikrindən daşınmış, tapança, daraq və güllələri avtomobilin yük yerinə qoymuş, tutulana qədər onları avtomobildə gəzdirmiş, hazırda onlar avtomobildədir və təqdim edə bilər. Bu zaman Təqsirləndirilən şəxs avtomobilə onun iştirakı ilə baxış keçirilməsi təklif edilmiş və Təqsirləndirilən şəxs öz razılığı ilə avtomobilə baxış keçirilməsinə etiraz etməmiş və bu səbəbdən videoçəkiliş dayandırılmış və avtomobilə baxış keçirildikdə davam etdiriləcəyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Təvəkkül oğlunun idarə etdiyi "xxxx" markalı **-PU-*** dövlət nömrə nişanlı avtomobilə baxış zamanı o, əli ilə avtomobilin yük yerində odlu silah olduğunu göstərmiş, ilk öncə ondan aşkar edilmiş avtomobil açarı ilə "xxxx" markalı **- PU-*** dövlət nömrə nişanlı avtomobilin yük yeri açılmış və yük yerinə baxış zamanı, ehtiyat təkər saxlanılan yerin üzərində ağ rəngli sellofan torbaya yerləşdirilmiş 01 ədəd odlu silaha bənzər predmet, həmçinin ayrı-ayrılıqda ağ rəngli sellofan torbaya yerləşdirilmiş həmin odlu silaha bənzər predmetə aid odlu silaha bənzər predmetdən çıxmış vəziyyətdə 01 ədəd sandıqça, 04 ədəd mis rəngli və 02 ədəd açıq yaşıl rəngli patron aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs Təvəkkül oğlundan "xxxx" markalı **-PU-*** dövlət nömrə nişanlı avtomobilin yük yerindən aşkar edilmiş 01 ədəd odlu silaha bənzər predmet, həmin odlu silaha bənzər predmetə aid odlu silaha bənzər predmetdən çıxmış vəziyyətdə 01 ədəd sandıqça, 04 ədəd mis rəngli və 02 ədəd açıq yaşıl rəngli patronu hardan əldə etdiyini soruşduqda o, xx.xx.2023-cü il tarixdə “26-lar” zavodunun yaxınlığında zibil qutusuna zibil atarkən tapdığını bildirmişdir. (İ cild,i.v. 52-54). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1654 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «…Təqsirləndirilən şəxs…» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,660 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (İ cild,i.v. 65-69). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/510 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, təqdim edilmiş 01 ədəd silah zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, «Макаров» («ПМ») konstruksiyalı, seriya və nömrəsi silinmiş, yarımavtomatik tapançadır – yivli odlu döyüş silahı hesab edilir, texniki cəhətdən saz vəziyyətdədir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir və təyinatı üzrə atəş açmaq üçün yararlıdır. Təqdim edilmiş 01 ədəd sandıqça – «Makarov» («PM») konstruksiyalı yivli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 08 ədəd 9x18 mm kalibrli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmış sandıqçadır, döyüş sursatı hesab edilmir və təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 06 ədəd predmet 9 mm kalibrli «Makarov» («PM»), «PA63», «P64», «RK59», «CESKA ZBROJOVKA» konstruksiyalı tapançalarda, «Steçkin» («APS») konstruksiyalı avtomatik tapançalarda və s. uyğun kalibrli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən 9x18mm kalibrli patrondur, təyinatı üzrə istifadəyə yararlıdır. (İ cild,i.v. 70-74). xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlləri CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 228.1 və 234.1-1-ci maddəsinə tövsif edilmişdir. (İ cild, i.v. 88-89) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 228.1, 234.1-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild,i.v. 91-93) Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-158/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 16:50-dən hesablanmışdır (İ cild,i.v. 122-124). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-nin 70-ci maddəsinə əsasən ona təyin olunan cəza şərti hesab olunmaqla 01 il sınaq müddəti müəyyən edilmişdir, bundan başqa Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (İ cild,i.v. 163-165) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X10 Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 2909 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild,i.v. 166-167) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlləri CM-in 228.1 və 234.1-1-ci maddələrindən həmin Məcəllənin 228.1 və 234.4.3-cü maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 2,660 qram olan narkotik vasitə heroin, avtomobilindən aşkar edilmiş 01 ədəd tapança, 01 ədəd sandıqça və 06 ədəd patronlar maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 2,610 qram narkotik vasitə heroin, 01 ədəd tapança, 01 ədəd sandıqça və 06 ədəd patronlar saxlanılması üçün Nəsimi RPİ-də maddi sübutları saxlama otağına təhvil verilmişdir. (İ cild,i.v. 171-181) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 228.1, 234.4.3-cü maddələri ilə yenidən yeni məzmunda ittiham elan edilmişdir. (İ cild,i.v. 188- 190) Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 4(006)-366/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 17 iyul 2023-cü il tarixdən 06 avqust 2023-cü il tarixədək uzadılmışdır. (İ cild,i.v. 225-226) İş materiallarına əlavə olunmuş tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs sol qasıq sümüyünün aşağı şaxəsinin konsolidasiyalı sınığı, sol bud çanaq oynağının 1-ci mərhələli osteoartozu, sağ aşağə əzanın 3 sm qısaldılması, sağ diz oynağının qatlanma kontrakturu, ştiftin miqrasiyası kimi diaqnozlar qoyulmuşdur. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X3 olmaqla iki nəfər yetkinlik yaşına çatmayan uşaqları var. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə edərək saxlamağa, daşımağa, gəzdirməyə görə CM-in 228.1-ci maddəsi ilə və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamağa, daşımağa görə CMin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Lakin Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs üzərindən aşkar edilən külli miqdarda narkotik vasitəni qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün vacib məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu halla əlaqədar ibtidai istintaq orqanı tərəfindən hər hansı sübut belə əldə olunmamışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarının 9-cu bəndində tövsiyə edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etmək üçün narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və s. halların da nəzərə alınması tövsiyə edilir. Lakin hazırkı iş üzrə istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi ilə bağlı hər hansı sübut müəyyən edilməmiş, qeyd edilmiş narkotik vasitənin hazırlanması üçün avadanlığın olması da iş materialları ilə sübuta yetirilməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, narkotik vasitə bir bağlamada aşkar edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İbtidai araşdırma zamanı toplanmaqla mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə əldə edib, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq, külli miqdarda, 01 ədəd bükümdə təmiz çəkisi 2,660 qram olan narkotik vasitə heroini əldə edib, daşıyaraq, üzərində saxlamışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Lakin ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin satış olmasını müəyyən etməmişlər. Halbuki, bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində həlledici rol oynayır. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik maddənin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik maddənin yalnız külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs narkotik maddəni satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ilkin mərhələdə verdiyi ifadələri və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, ekspertiza rəylərini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədi ilə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatının əldə edib saxlama cinayətlərini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Bu səbəbdən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qeyd edilən çəkidə narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab etməklə yanaşı, onun üzərindən aşkar edilmiş narkotik vasitəni satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, mənəvi təzyiqlərə məruz qaldığından ibtidai istitaq zamanı etirafedici ifadələr verməsi və s. ilə bağlı verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən şəxsi mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə edərək saxlaması, daşıması, gəzdirməsi və satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik maddə olan heroini əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ilə bağlı, yəni qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə edərək saxlaması, daşıması, gəzdirməsi və satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik maddə olan heroini əldə etməsinə dair ibtidai istintaq zamanı ilkin mərhələdə dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona 228.1, 234.1-1-ci maddələr ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs CM-in 228.1, 234.1-1-ci maddələrində nəzərdə tutulmuş əməlləri qəsdən törətmişdir, həmin əməllər başa çatmış cinayətdir, CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan əməl ağır, CM-in 228.1-ci maddəsində nəzərdə tutulan əməl isə az ağır cinayət hesab olunur. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən CM-in 228.1, 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, CM-in 228.1, 234.1-1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-nin 59.1.4, 59.2-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin himayəsində bir nəfər azyaşlı, bir nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, təqsirləndirilən şəxsin səhhətini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 228.1, 234.1-1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18.05-də şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-158/2023 saylı qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış, həmin Məhkəmənin 4(006)-366/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 17 iyul 2023-cü il tarixdən 06 avqust 2023-cü il tarixədək uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki məhdudlaşdırılaraq eyni tarixdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Məhkəmə qeyd olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrini tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 145 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-də maddi sübutları saxlama otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,610 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eyni zamanda, iş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-də maddi sübutları saxlama otağına təhvil verilmiş 01 ədəd tapança, 01 ədəd sandıqça, 06 ədəd patronlar hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilməli və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-də maddi sübutları saxlama otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,610 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-də maddi sübutları saxlama otağına təhvil verilmiş 01 ədəd tapança, 01 ədəd sandıqça, 06 ədəd patronlar hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilsin və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-608/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-608/2024
11.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver