Məhkəmə qərarları › İş №1(101)-608/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-608/2025

03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-608/2025 03.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 28 saylı Vəkil Bürosunun üzvü Müdafiəçi iştirakları ilə, xx xxxxx 1977-ci il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə- Cinayət Məcəlləsi və ya CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs satış məqsədi ilə bir ədəd bükümdə təmiz çəkisi 150,453 qram olmaqla külli miqdarda narkotik vasitə sayılan heroin və bir ədəd bükümdə təmiz çəkisi 22,989 qram olmaqla külli miqdarda psixotrop maddə sayılan metamfetamin əldə edib, üzərində saxlayıb daşımaqla Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Abbas Nasiri” adlı şəxsin istifadə etdiyi “+98 914 952 7107” saylı mobil telefon nömrəsi ilə “Whatsapp” mobil tətbiqi vasitəsilə 06 aprel 2024-cü il tarixdə əlaqə saxlayıb satış məqsədilə külli miqdarda qanunsuz olaraq narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamin istəmiş, bu məqsədlə də 07 aprel 2024-cü il tarixdə, saat 06 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinə gedərək “Abbas Nasiri” adlı şəxsin göndərdiyi külli miqdarda təmiz çəkisi 150,453 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda təmiz çəkisi 22,989 qram ağ rəngli kristalşəkilli hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz əldə edərək üzərində saxlayaraq daşımış, həmin tarixdə və həmin saatda Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv, Cənub küçəsində olarkən özünü şübhəli apardığından ərazidə xidmət aparan Daxili İşlər Nazirliyinin X7 Alayının 4-cü patrul bölüyünün polis əməkdaşları tərəfindən saxlanılaraq ünvan 2 ünvanında yerləşən Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin inzibati binasına aparılıb üzərində şəxsi axtarış aparılarkən əynində olan tünd qəhvəyi rəngli qış gödəkçəsinin sol yan cibindən həmin narkotik vasitə heroin və həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Şəxsi axtarış və götürmə haqqında tərtib olunmuş xx.xx.2024-cü il protokol və ona əlavə olunmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmazdan əvvəl o, bu barədə tərtib olunmuş qərarla tanış edilmiş, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi ona təklif edilmişdir. Bundan sonra o, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd 5 (beş) manatlıq əskinas, 01 ədəd 1 (bir) manatlıq əskinas olmaqla, ümumilikdə 14 (on dörd) manat pul və qara rəngli “Honor” markalı mobil telefon, tünd qəhvəyi rəngli qış gödəkçəsinin son yan cibindən 01 ədəd şəffaf salfet paketinə bükülmüş içərisində ağ rəngli kristal formalı narkotik vasitəyə bənzər maddə və həmin cibindən 01 ədəd şəffaf və qara sellofana bükülmüş üzəri ağ yapışqan lent ilə lentlənmiş içərisində qəhvəyi rəngli, kəskin qoxuya malik narkotik vasitəyə bənzər kütləni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş 01 ədəd şəffaf salfet paketinə bükülmüş içərisində ağ rəngli kristal formalı kütlə şüşə kimi tanıdığı narkotik vasitə, 01 ədəd şəffaf və qara sellofana bükülmüş üzəri ağ yapışqan lent ilə lentlənmiş içərisində qəhvəyi rəngli, kəskin qoxuya malik narkotik vasitəyə bənzər kütlə isə kakos kimi tanıdığı narkotik vasitədir. - Axtarış və götürmə aparılması haqqında tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokol və ona əlavə olunmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində yaşadığı evin yaxınlığında narkotik vasitə heroin və psixotrop maddə metamfetamini gizlətdiyi yeri göstərmiş, həmin yerdə aşkarlanmış narkotik tərkibli maddələr qablaşdırılıb götürülmüşdür.

4. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş, içərisində 01 ədəd şəffaf salfet paketinə bükülmüş ağ rəngli kristal formalı narkotik vasitəyə bənzər maddə və 01 ədəd şəffaf qara sellofana bükülmüş üzəri ağ yapışqan lentlə lentlənmiş içərisində qəhvəyi rəngli, kəskin qoxuya malik narkotik vasitəyə bənzər kütlə bir ədəd kağız zərfdə qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 239 saylı möhürü ilə möhürlənib götürülmüşdür (cild 1, iş vərəqi 30-31; 71-72).

5. Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1910 saylı rəyində aşağıdakılar göstərilmişdir: Tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 150,453 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir; - 1 (bir) ədəd bükümdə təmiz çəkisi 22,989 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. (cild 1, iş vərəqi 51-53). Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1929 saylı rəyində aşağıdakılar göstərilmişdir: - Tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsi Obyektin Tədqiqatı № 59” dördkünc ştamp əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs (imza) yazısı və imzalar olan qara rəngli polietilen bağlamadakı 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 450 qram, 460 qram, 430 qram, ümumi təmiz çəkisi 1340 qram (1 kq 340 qr) qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 720 qram ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - Vət. Təqsirləndirilən şəxs Salyan şəhərində yaşadığı ünvanın yaxınlığında aşkar edilərək götürülmüş 3 (üç) ədəd bükümdəki heroinlər və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd bükümdəki heroin (07 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/1910 saylı ekspert rəyi) xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidir. Vət. Təqsirləndirilən şəxs Salyan şəhərində yaşadığı ünvanın yaxınlığında aşkar edilərək götürülmüş 1 (bir) ədəd bükümdəki psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd bükümdəki metamfetamin (07 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/1910 saylı ekspert rəyi) xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Ob. №1-3 Heroinin ümumi təmiz çəkisi 1340 qram olmuş, 0,15 qram tədqiqata sərf edildikdən sonra 1339,85 qram qalıq qamış, Ob. №4 metamfetaminin təmiz çəkisi 720 qram olmuş, 0,2 qram tədqiqata sərf edildikdən sonra 719,8 qram qalıq qalmışdır. Ob. №5 Heroinin təmiz çəkisi 150,354 qram olmuş, 0,02 qram təqdiqata sərf edildikdən sonra 150,334 qram qalıq qalmış, metamfetaminin təmiz çəkisi 22,889 qram olmuş, 0,02 qram tədqiqata sərf edildikdən sonra 22,839 qram qalıq qalmışdır. Aparılmış tədqiqatın dəyəri 195 (bir yüz doxsan beş) manat təşkil edir. (cild 1, iş vərəqi 98-99)

6. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin X7 Alayının 4-cü patrul bölüyünün polis nəfəri Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, 07 aprel 2024-cü il tarixdə saat 06 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Cənub küçəsi ərazisində Təqsirləndirilən şəxs sərxoş və narkoloji maddə qəbul etmiş vəziyyətdə saxlayıb digər polis nəfəri Şahid1 ilə birlikdə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə aparmışlar. Həmin polis bölməsinə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış keçirilən vaxt üzərində narkotik tərkibli maddələr aşkar edilmişdir. Şahid2 həmçinin bildirmişdir ki, saxlanılarkən Təqsirləndirilən şəxs tək olmuş, sonuncunun üzərindən hansı növ narkotik tərkibli maddənin aşkarlandığını xatırlamamış, Təqsirləndirilən şəxs könüllü şəkildə gödəkcəsindən həmin narkotik tərkibli maddələri təqdim etmiş, saxlanılarkən sərxoş, gözləri nəmli vəziyyətdə olmuş, ünsiyyət qurmaqdan yayınmış, sonuncunun üzərində axtarış və baxış keçirməmiş, videoçəkilişdə nümayiş etdirməsi üçün əlavə narkotik tərkibli maddə təqdim etməmiş, saxlanılan zaman yaxınlıqda başqa şəxs olmamış, Təqsirləndirilən şəxs hər hansı məbləğdə pulu polis əməkdaşları tərəfindən ələ keçirilməmiş, sonuncunun metadon suyunu içib-içmədiyini xatırlamamış, Təqsirləndirilən şəxs qarşı fiziki və psixi zorakılıq edilməmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş, imzalar ona məxsus olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid1 Şahid2 məhkəmə iclasında verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək Təqsirləndirilən şəxs üzərindən ittihamda qeyd edilən sayda və növdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkarlandığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində çevik polis alayının əməkdaşları tərəfindən saxlanılıb 41-ci Polis Bölməsinə gətirilmiş, şəxsi axtarış və baxış keçirilən zaman Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində olan narkotik tərkibli maddələri təqdim etmiş, həmçinin yaşadığı evdə də narkotik tərkibli maddələrin olduğunu söyləmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs Salyan rayonunda yerləşən yaşadığı evin ətrafındakı qəbiristanlığın yanında ağacın altında torpağa basdırılmış halda qara rəngli sellofan torbada narkotik tərkibli maddələr aşkar edilib götürülmüşdür. Həmin gün hava yağışlı olmuş, qara rəngli sellofan bağlamaya baxış keçirildikdə 4 ədəd bükümdə qanunsuz narkotik tərkibli maddələr, yəni həmin bükümdən 3 ədədinin içərisində heroinə bənzər maddə və digər 1 ədədinin içində isə psixotrop maddə olan metamfetamin aşkarlanmışdır. Aşkar olunan narkotik tərkibli maddələr qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Şahid3 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs hər hansı fiziki və psixi zorakılıq edilməmiş, sonuncunun saxlanılmasında iştirak etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid4 Şahid3 məhkəmə iclasında verdiyi ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar məhkum olunmuşdur. 5 ildir ki, ağciyər xəstəsidir, yəni astma xəstəliyi var. Ona görə də, ildə iki dəfə Bakı şəhərində olan ağciyər institutuna gəlib orada stasionar qaydada müalicə alır. Ağciyər xəstəliyi ilə bağlı təqaüd alır və həmçinin fərdi qaydada evlərin təmiri ilə bağlı olaraq malyar işləri görür. Aldığı pullarla özünə aid ehtiyacları ödəyir. Təxminən 20 ilə yaxın müddətdir ki, narkotik vasitə olan heroini və metamfetamini iyləmək və ya siqaret kimi çəkmək yolu ilə qəbul edir. Narkotik vasitə qəbul etmədikdə bədənində ağrılar olduğundan onu qəbul etmək məcburiyyətində olur. Son zamanlarda Salyan rayonunda olarkən istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə İran İslam Respublikası vətəndaşı Abbas Nasiri ilə mobil telefonunda olan “Whatsapp” mobil tətbiqi vasitəsilə zəngləşib danışaraq sonuncudan özü istifadə etmək üçün bir neçə dəfə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin istəmişdir. O, Abbas Nasiridən bir neçə dəfəyə özü qəbul etmək üçün narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin alıb yaşadığı Salyan şəhərində olan evinin yaxınlığında qəbiristanlığın kənarında otluq bir yerdə gizlətmişdir. Bunu ona görə belə etmişdir ki, qəbul etməsi üçün narkotik vasitə və ya psixotrop maddə istədikdə oradan götürüb qəbul etsin. O, bunu az-az etmiş, çünki əksər vaxtı Abbas Nasiridən narkotik vasitə və psixotrop maddəni alıb qəbul etmişdir. O, 06 aprel 2024-cü ildə müalicə olunmaq üçün Bakı şəhərində olan ağciyər institutuna getmiş, yəni təxminən xx.xx.2024-cü ildə orada özünə müalicə üçün yer götürmüşdür. O, istifadəsində olan mobil nömrə ilə Salyan rayonunda olarkən Abbas Nasiri ilə əlaqə saxlayıb özü istifadə etmək üçün narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin istədikdə sonuncu həmişə olduğu kimi Bakı şəhərinə göndərə biləcəyini demişdir. Ona görə də, o, 07 aprel 2024-cü ildə yol maşını ilə Bakı şəhərinə gəlib Badamdar qəsəbəsində olmuşdur. O, Səbail rayonu, Badamdar qəsəbəsində olarkən səhər saatlarında həmin iranlının göndərdiyi nişanla oradan iki ədəd ayrı-ayrı bükümlərdə olan metamfetamin və heroini götürüb oradan uzaqlaşan zaman saat 06:00 radələrində iki nəfər polis maşınında ona tərəf yaxınlaşıb ondan nə üçün titrədiyini soruşmuşlar. Bu zaman o, narkotik maddə qəbul etdiyinə görə həmin vaxt pis vəziyyətdə olduğundan narkotik vasitə qəbul etməsinin zamanı gəldiyini demişdir. Bundan sonra, həmin polis əməkdaşları onu öz xidməti avtomobilləri ilə polis bölməsinə dəvət etmişlər. O, 41-ci Polis bölməsində olan zaman dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə edərək üzərinə şəxsi axtarış keçirilməsini demişlər. Orada olan xidməti otaqların birində üzərinə şəxsi axtarış və baxış keçirilmiş, həmin vaxt əynində olan tünd qəhvəyi rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd şəffaf salfet paketinə bükülmüş içərisində şüşə kimi adlandırılan heroin və bundan əlavə həmin cibindən 01 ədəd şəffaf və qara sellofana bükülmüş, üzəri ağ yapışqan lent ilə lentlənmiş, içərisində patı kimi adlandırılan metamfetamini təhvil vermişdir. Sorğu zamanı o, polis əməkdaşlarına əvvəlcədən anket məlumatlarını bilmədiyi və tanımadığı Abbas Nasiridən onlayn olaraq almaq istədiyi narkotik vasitə və psixotrop maddə götürmək üçün gəldiyini demişdir. Belə ki, həmin gündən əvvəl Abbas Nasiri ilə əlaqə saxladıqda sonuncu mesaj vasitəsilə narkotik vasitə və psixotrop maddəni Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massivi ünvanına göndərmiş, o da həmin ərazidən qeyd etdiyi narkotik vasitə və psixotrop maddəni almışdır. Abbas Nasiridən aldığı həmin narkotik vasitə və psixotrop maddənin cəmi dəyəri 1000 manat olmuş, o isə həmin şəxsə 700 manat pulu karta göndərməklə almışdır. O, həmişə özünə lazım olanda narkotik vasitə və psixotrop maddəni həmin şəxsdən aldığı üçün, müştərisi olduğuna görə ona 700 manata satmışdır. O, Abbas Nasirini şəxsən tanımır, sonuncu ilə internet qaydasında telefon vasitəsilə əlaqə saxlamışdır. O, Səbail Rayon Polis İdarəsində istintaq zamanı verdiyi ifadədə Salyan rayonundakı yaşadığı evə yaxın məsafədə olan qəbiristanlıqda narkotik vasitə heroin və psixotrop maddə metamfetamini gizlətdiyi yeri göstərmiş, həmin kütlələr aşkarlanaraq götürülüb elektron tərəzidə çəkilərək qablaşdırıldıqdan sonra imzalanmışdır. O, narkotik vasitə olan heroini və ya psixotrop maddə olan metamfetamini qəbul etdiyinə görə istifadə etməsi üçün alıb yaşadığı Salyan rayonunda yaşadığı evin yaxınlığında olan qəbiristanlığın yanından keçən su arxının kənarında otluq bir sahədə ağ plastmas parçası altında saxlamışdır. Bundan əlavə o, heç bir yerdə narkotik vasitə olan heroin və ya psixotrop maddə metamfetamin saxlamamışdır. O, Salyan rayonunda da həmin narkotikləri saxlamaqda məqsədi narkotik vasitə və ya psixotrop maddə ala bilmədikdə narkotik vasitə qəbul etməsi ilə bağlı olaraq bədənində ağrılar olduğu üçün istifadə edə bilməsi üçün olmuşdur. O, indiyə kimi heç vaxt narkotik vasitə və ya psixotrop maddənin satışı ilə məşğul olmamış, nə də ki kiməsə əvəzli və ya əvəzsiz olaraq nəyinsə müqabilində verməmişdir. Bunu daimi özü qəbul etməyi üçün əldə etmişdir. O, yaşadığı Salyan rayonunda gizlətməklə saxladığı həmin narkotik maddə və narkotik vasitəni Abbas Nasiridən almış və həmin predmetlərin də yerini heç kimə deməmişdir.

7. Məhkəmə istintaqı zamanı tədqiq olunan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə, saat 06:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv, Cənub küçəsində olarkən Təqsirləndirilən şəxs özünü şübhəli apardığından ərazidə xidmət aparan Daxili İşlər Nazirliyinin X7 Alayının 4-cü patrul bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Səbail Rayon Polis İdarəsinin 41-ci Polis bölməsinin inzibati binasına gətirilmişdir. (cild 1, iş vərəqi 4)

8. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqi 18, 20)

9. Məhkəmə istintaqında tədqiq edilmiş diskə baxış keçirilməsinə dair tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videoçəkilişi aparılmışdır. Həmin videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, ilk olaraq ona üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş əşyaların təqdim etməsi təklif olunması, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarından 01 ədəd qara rəngli “Honor” markalı mobil telefonu, pulu, əynindəki qəhvəyi rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd şəffaf salfetə bükülmüş və 01 ədəd şəffaf sellofana bükülmüş bükümləri təqdim etməsi, üzərində aşkarlanmış həmin 01 ədəd şəffaf salfet paketinə bükülmüş içərisində ağ rəngli kristal formalı kütlənin “şüşə” kimi, 01 ədəd ağ və qara sellofana bükülmüş üzəri ağ yapışqan lent ilə lentlənmiş içərisində qəhvəyi rəngli, kəskin qoxuya malik narkotik vasitəyə bənzər kütlənin isə “kakos” kimi tanıdığı narkotik tərkibli maddə olduğunu deməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin bükümlər qablaşdırılaraq üzəri imzalarla təsdiq olunmuşdur (cild 1, iş vərəqi 315-316).

10. Salyan Rayon İcra Hakimiyyətinin "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 841 nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində ərizə və şikayət olmamışdır. (cild 1, iş vərəqi 107-110).

11. Məhkəmə-narkoloji ekspertizasının 06 may 2024-cü il tarixli, 2984 nömrəli rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqi 168-169).

12. Maddi sübut hesab etmək haqqında xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 150,453 qram olan narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 22,899 qram olan psixotrop maddə metamfetamin, 03 ədəd bükümdə, 450 qram, 460 qram və 430 qram olmaqla, cəmi çəkisi 1340 qram olan narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 720 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 150,334 qram narkotik vasitə heroin, 22,839 qram psixotrop maddə metamfetamin, 1339,85 qram narkotik vasitə heroin və 719,8 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Səbail RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 111-112).

13. xx.xx.2024-cü il tarixli Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış, əməlində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.2-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin maddələrlə cinayət təqibinə xitam verilmiş, maddi sübut kimi tanınma haqqında qərarın mövcudluğu nəzərə alınmışdır. (cild 1, iş vərəqi 332- 336).

14. xx.xx.2024-cü il tarixli Mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxsə məxsus olan “Honor X5” markalı mobil telefonun yaddaş məlumatlarında Təqsirləndirilən şəxs “Whatsapp” mobil tətbiqində “+994-55-687-55-83” saylı mobil nömrə ilə qeydiyyatdan keçməsi, “Nasiri Abas” adlı ilə qeyd etdiyi şəxsin “+98- ***-***-**-**” saylı mobil nömrə ilə əlaqə saxlaması, lakin aralarında olan zəngin və mesajların silinməsi müəyyən olunmuşdur. (cild 1, iş vərəqə 105) xx.xx.2024-cü il tarixli Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə dair məlumat nəzərdən keçirildikdə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məlumat aşkarlanmamışdır. (cild 1, iş vərəqə 185)

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

15. Təqsirləndirilən şəxs məhkəmə baxışında Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, astma xəstəsi olduğundan, 07 aprel 2024-cü il tarixdə yaşadığı Salyan rayonundan Bakı şəhərinə Ağciyər institutuna (tam adı: Elmi-tədqiqat X1) müalicə olunmaq məqsədilə gəlmişdir. Belə ki, o, il ərzində 2-3 dəfə müalicə məqsədilə Bakı şəhərinə gəlir. Həmin tarixdə qeyd etdiyi institutdan çıxan kimi polis əməkdaşları tərəfindən saxlanılaraq Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə gətirilmişdir. Bölməyə gətirilməzdən əvvəl polis əməkdaşları ondan üzərində hər hansı bir qanunsuz maddə olub-olmadığını soruşduqda, o, üzərində heç bir narkotik tərkibli maddə olmadığını söyləmişdir. Həqiqətdə cibində 2 ədəd metadon həbi olmuş, lakin polis əməkdaşlarını görən kimi həmin 2 ədəd həbi heç nə aşkarlanmasın deyə dərhal udmuşdur. Onun üzərində 414 manat pul olmuş, 400 manatını polis əməkdaşları ondan götürmüş, lakin 14 manat pul olduğunu sənədlərdə qeyd etmişlər. Saxlanıldıqdan sonra ailəsinə xəbər verməyə şərait yaradılmamış, anası və qardaşı Daxili İşlər Nazirliyinin “102 Xidməti Zəng Mərkəzi”-nə zəng etdikdən sonra onun polis əməkdaşları tərəfindən saxlanıldığını öyrənmişlər.

16. Təqsirləndirilən şəxs məhkəmə baxışında həmçinin bildirmişdir ki, polis əməkdaşlarının onunla hər hansı bir qəsdi, qərəzi yoxdur. Saxlanılarkən üzərində mobil telefon, siqaret, şəxsiyyətini təsdiq edən sənəd və cib dəsmalı olmuş, polis əməkdaşları tərəfindən ona heç bir psixi və fiziki zorakılıq edilməmiş, ibtidai istintaq dövründə verdiyi ifadəni imzalamış, saxlanılarkən tək olmuş, polis əməkdaşlarından yayınmaq fikri olmamış, “kakos”, yəni “heroin” istifadə etmiş, nadir hallarda isə “metamfetamin” qəbul etmiş, gün ərzində bir dəfə dörddə bir şəklində narkotik tərkibli maddə qəbul etmiş, usta kimi fəaliyyət göstərmiş, könüllü şəkildə Salyan rayonunda 2 kiloqrama yaxın narkotik tərkibli maddəni saxladığını söyləmiş, evdəki narkotik tərkibli maddələrin tərkibi ilə polis əməkdaşlarının ona müvafiq istintaq hərəkəti zamanı nümayiş etdirməsi məqsədilə təqdim etdiyi narkotik tərkibli maddələrin tərkibləri eyni olmamış, evdəki narkotik tərkibli maddələri təsadüfən yoldan tapmış, şəxsi istifadəsi üçün narkotik tərkibli maddəni əldə etmiş, uzun müddət istifadə etməsi məqsədilə yaşadığı ərazidə saxlamış, yaşadığı ərazidə aşkarlanmış narkotik tərkibli maddələri satış məqsədilə əldə etməmiş, saxlamamış, müvafiq istintaq hərəkətindən sonra aşkarlanmış narkotik tərkibli maddələr yanında qablaşdırılıb ekspertizaya göndərilmişdir. Hüquqi məsələlər:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

17. CM-in 234.4. maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və yaxud külli miqdarda (maddə 234.4.3) törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

18. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

19. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

20. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

21. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

22. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

23. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

24. Maddə 15.4, 18.1, 83.3.3, 83.3.4 və 83.6. Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il onların məhkumluğu ödənilmiş hesab olunur. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

25. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

26. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

27. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

28. Maddə 125.8. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə- Cinayət-Prosessual Məcəlləsi və ya CPM) tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

29. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

30. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

31. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

32. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

33. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, psixotrop maddə metamfetaminin və narkotik vasitə heroinin hər birinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

34. Maddə 1.0.1. və 1.0.2. narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir), psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır.

35. Maddə 1.0.8 və 1.0.9. Maddə 1.0.8. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

36. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

37. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”

38. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, istintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: 5.7.5. bənd. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı

39. Qərarın 9-cu bəndi və 25-ci bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndində narkotik vasitələri, psixotrop maddələri və prekursorları, habelə 240-cı maddəsinin qeydinin 2-ci bəndində narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri könüllü surətdə təhvil vermə dedikdə, həmin vasitələrə (maddələrə) real surətdə istədiyi kimi sərəncam vermə imkanına malik olan şəxsin bu vasitələri (maddələri) hakimiyyət nümayəndəsinə hər hansı motivlə olursa-olsun, lakin öz iradəsinə uyğun olaraq təhvil verməsi başa düşülməlidir. Şəxsin hər hansı bir əmələ görə, hətta narkotik vasitələrin və ya psixotrop maddələrin (güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə əlaqədar olan cinayət əməlinin törədilməsində şübhəli olduğuna görə tutulması və yaxud ona münasibətdə bu və ya digər istintaq hərəkətinin aparılması faktı özü-özlüyündə CM-in 234cü maddəsinin qeydinin 1-ci bəndinin və ya 240-cı maddəsinin qeydinin 2-ci bəndinin tətbiqini istisna edən hallar kimi nəzərdən keçirilməməlidir. Məsələn, xuliqanlıq etməsi ilə əlaqədar tutulmuş şəxsin evində, başqa məkanda narkotik vasitə (psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddə) saxlaması barədə məlumat verib səlahiyyətli şəxsə həmin vasitəni (maddəni) təqdim etməsi və ya narkotik vasitənin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətdə şübhəli bilindiyinə görə tutulmuş və ya belə şübhə ilə əlaqədar evində və ona aid həyətyanı sahədə axtarış aparılan şəxsin öz təşəbbüsü ilə və ya sorğu-sual zamanı üstündə və ya yaşadığı (müvəqqəti qaldığı) yerdə aşkar olunan narkotik vasitələrdən başqa cinayət təqibini həyata keçirən orqana məlum olmayan (yalnız şübhəliyə bəlli olan) digər məkanda (meşədə, başqalarına məxsus və ya sahibsiz tikililərdə, inşaat sahələrində, ona aid olmayan boş ərazilərdə və s. bu kimi yerlərdə) narkotik vasitə (psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddələri) saxladığını bildirib həmin predmetləri təhqiqatın, ibtidai istintaqın aparılması həvalə edilmiş və ya digər səlahiyyətli şəxsə təqdim etməsi, bu hərəkətlər də şəxsin öz əməllərinə tənqidi münasibətini əks etdirdiyindən, eyni zamanda cinayət təqibini həyata keçirən orqanın aşkar etmək ehtimalı olmayan (lakin tutulmuş olsa da, həmin şəxsin sərəncamında qalmaqla onun tərəfindən müəyyən yollarla və yaxud azad edildikdən sonra idarə edilməsi imkanı itirilməyən) narkotik vasitənin (psixotrop maddənin, prekursorun, güclü təsir edən və ya zəhərli maddənin) qanunsuz dövriyyədən çıxarılmasını təmin edən davranış olduğundan, CM-in 234 və 240-cı maddələrinin qeydlərində nəzərdə tutulmuş stimullaşdırıcı normaların təsiri altına düşən hallar kimi nəzərdən keçirilməlidir. Belə hallarda, habelə narkotik vasitənin və ya psixotrop maddənin (onların prekursorlarının), eləcə də narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli məddələrin bir hissəsini satdığı, qalan hissəsini isə qeydlərə uyğun qaydada könüllü təhvil verdiyi halda, şəxs tamamilə deyil, müstəsna olaraq könüllü təqdim etdiyi narkotik vasitəyə (psixotrop maddəyə, prekursora, güclü təsir edən və ya zəhərli maddəyə) görə cinayət məsuliyyətindən azad olunmalıdır. CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndinin mənasına görə narkotik vasitəni və ya psixotrop maddəni, onların prekursorlarını könüllü təhvil vermiş və yaxud bu predmetlərlə əlaqədar olan cinayətlərin açılmasında və ya qarşısının alınmasında, onları törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs müvafiq əməlləri narkotik vasitəni (psixotrop maddəni, prekursoru) satmaq məqsədi ilə və ya belə məqsəd olmadan törətməsindən asılı olmayaraq cinayət məsuliyyətindən azad edilir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

40. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

41. Qərarın 26-cı bəndi. CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

Avropa Məhkəməsinin president hüququ:

42. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

43. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin külli miqdarda və bükümlər halında olması, üzərindən həmçinin 2 növ narkotik tərkibli maddə aşkar olunması, heroinin çəkisinin şəxsi istehlak miqdarı üçün nəzərdə tutulduğundan 1003,02 dəfə, metamfetaminin çəkisinin şəxsi istehlak miqdarı üçün nəzərdə tutulduğundan 153,26 dəfə çox olması və digər sübutlar narkotik vasitənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir.

44. Narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən (hökmün 26-cı bəndi) həmin hərəkətlərin nəticələri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.

45. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddənin növü qadağan olunmuş əşya olduğundan və miqdarları qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən (bax: hökmün 34-38-ci bəndləri) irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.

46. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə dair ittiham əsaslıdır.

47. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, təqsirləndirilən şəxs üzərində ittihamda göstərilən miqdarda narkotik vasitə və psixotrop maddənin aşkar edilmədiyini, narkotik tərkibli maddələri müvafiq istintaq hərəkəti zamanı nümayiş etdirməsi üçün onun üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, ona qarşı psixoloji təsir göstərildiyini, polis əməkdaşları ona yaxınlaşarkən qorxub üzərində olan 2 ədəd metadon həbini udduğunu bildirərək özünü təqsirli bilməmişdir.

48. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tutulduqdan sonra ona psixoloji, fiziki təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə ibtidai araşdırma zamanı, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən nə özü, nə vəkili və nədə başqa şəxslər bildirməmiş, istintaq təcridxanasına yerləşdirilərkən üzərində hər-hansı xəsarət aşkar edilməmiş və döyülməsi barədə məlumat verməmiş, psixoloji təsirlə bağlı həmin dəlilləri ancaq məhkəmədə bildirmişdir. Nəzərə almaq lazımdır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil.

49. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir (hökmün 28, 38,39, 40, 41-ci bəndlərindəki normativ aktlara əsasən).

50. Məhkəmənin mövqeyinə görə təqsirləndirilən şəxsin üzərində psixotrop maddə metamfetamin və narkotik vasitə heroinin olmaması, narkotik tərkibli maddələri müvafiq istintaq hərəkəti zamanı nümayiş etdirməsi üçün onun üzərinə polis əməkdaşları tərəfindən qoyulması, ona qarşı psixoloji təsirin göstərilməsi, polis əməkdaşları ona yaxınlaşarkən qorxub üzərində olan 2 ədəd metadon həbini udması barədə dedikləri məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.

51. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından dəfələrlə artıq və bükümlər halda olmasını, 2 fərqli növdə narkotik tərkibli maddəni üzərində daşıması, üzərindən aşkarlanmış heroin və metamfetaminlə onun könüllü şəkildə təqdim etdiyinə görə cinayət qanununun müddəalarına əsasən cinayət məsuliyyətindən azad edilmiş heroin və metamfetaminlərin müvafiq ekspert rəyinə əsasən tərkiblərinin eynilik təşkil etməsi, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, narkotik vasitə və psixotrop maddəni məhz satış məqsədilə əldə etmişdir.

52. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (hökmün 25-ci bəndi).

53. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

54. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (hökmün 18, 19, 20, 21-ci bəndləri).

55. Məhkəmə məhkumluğunun olmaması, yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini, məhkəməyədək və məhkəmə icraatı zamanı davranışını təqsirləndirilən şəxsin CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

56. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi təqsirli bilinib 02 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. (cild 1, iş vərəqi 139-141; 142-145).

57. Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu qüvvədə olan cinayət qanunvericiliyinin müddəalarına əsasən cinayətin residivini yaratmır (hökmün 24-cü bəndi).

58. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

59. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (hökmün 22-ci bəndi).

60. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 07 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində 08 aprel 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 20, 94-95, 255-258). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidr (hökmün 23, 29 və 30-cu bəndləri).

61. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 07 aprel 2024cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

62. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

63. İş üzrə maddi sübut olan, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd bükümdə təmiz çəkisi 150,334 qram heroin, 01 ədəd bükümdə təmiz çəkisi 22,839 qram psixotrop maddə metamfetamin, habelə Salyan rayonundan aşkarlanmış 03 ədəd bükümdə ümumi təmiz çəkisi 1339,85 qram narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 719,8 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Digər sübut - şəxsin üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır (hökmün 31-ci bəndi).

64. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.

65. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 195 (bir yüz doxsan beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (hökmün 32-ci bəndi).

66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinsin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 07 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla Səbail Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd bükümdə təmiz çəkisi 150,334 qram narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 22,839 qram psixotrop maddə metamfetamin, 03 ədəd bükümdə ümumi təmiz çəkisi 1339,85 qram narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 719,8 qram psixotrop maddə metamfetamin məhv edilsin. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol əlavə edilmiş 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs 195 (bir yüz doxsan beş) məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar