Məhkəmə qərarları › İş №1(101)-609/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-609/2022

03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-609/2022 03.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X14 və həmin şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Xəqani qızının iştirakı ilə, xx xxxxxxx 1967-ci il tarixdə Özbəkistan Respublikasının Səmərqənd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Nərimanov rayonu, X23 küçəsi 110, mənzil 84 ünvanında qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e tdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəkləri hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə maddi neməti vahid niyyətlə rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin 3 saylı poçt filialının 2 saylı poçt şöbəsinin rəisi işləyən Şahid1 ilə 2020-ci ilin aprel ayında metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşən ‘Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətin 6 saylı poçt filialının 72 saylı poçt şöbəsinin ətrafında fəaliyyət göstərən çay evində görüşləri zamanı, sonuncunun vəzifəsini dəyişərək daha yuxarı vəzifəyə getmək istəməsi barədə özünə müraciətindən sonra Şahid1 Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yüksək vəzifədə işləyən tanışları vasitəsi ilə guya onu nazirliyin “Ekspress” Poçt Şöbəsinə rəis vəzifəsinə qəbul etdirmək imkanına malik olmasını yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən nazirlikdə guya yüksək vəzifədə işləyən tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə ilkin olaraq 5000 manat məbləğində pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını sonuncunu aldatmaqla bildirib, Şahid1 razılığını almaqla sövdələşdikdən sonra 9 may 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsində 5000 manat pulu Şahid1 almış, cinayətkar niyyətini davam etdirərək sonuncuya guya əlavə pul verəcəyi təqdirdə onu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində yüksək vəzifəyə təyin etdirəcəyini yalandan bildirib, həmin ərəfədə ayrı-ayrı vaxtlarda bu məsələnin müsbət həlli üçün guya qeyd edilən nazirlikdə nazir müavini, nazir köməkçisi və nazirlikdə yüksək vəzifədə işləyən şəxslərə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbərliyinə xidməti vəzifələrinin icrası ilə əlaqədar onun xeyrinə edəcəkləri hərəkətə görə maddi nemət qismində - hədiyyə olaraq kostyum, televizor, mobil telefon almağın, həmin şəxslərin xidməti otaqlarını təmir etdirmək və həmin otaqlara mebel yığdırmağın, o cümlədən otaqlara portret almaq, nazirliyə dəvət edilmiş qonaqları istirahətə aparmağın zəruri olmasını bildirib, onun razılığını almaqla sövdələşib, həmin adla 15.12.2020-ci il tarixdə 200 manat, 17.12.2020-ci il tarixdə 200 manat, 22.12.2020-ci il tarixdə 200 manat, 28.12.2020-ci il tarixdə 1200 manat pulu "Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətin 3 saylı poçt filialının 2 saylı poçt şöbəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasında şəxsən Şahid1, 29.12.2020-ci il tarixdə 100 manat pul vəsaitini Şahid1 yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 72 ünvanında sonuncudan, 03.01.2021-ci il tarixdə 200 manat pul vəsaitini ünvan 2 ünvanında şəxsən Şahid1, 11.01.2021-ci il tarixdə 1000 manat pul vəsaitini Şahid1 tapşırığı əsasında ünvan 2 ünvanında yerləşən inzibati binasında 2 saylı poçt şöbəsinin əməliyyatçısı işləyən cinayətdən xəbərsiz Şahid2, 13.01.2021-ci il tarixdə 200 manat, 18.01.2021-ci il tarixdə 1900 manat,19.01.2021-ci il tarixdə 1200 manat, 21.01.2021-ci il tarixdə 600 manat, 23.01.2021-ci il tarixdə 100 manat, 25.01.2021-ci il tarixdə 100 manat, 26.01.2021-ci il tarixdə 200 manat, 27.01.2021-ci il tarixdə 600 manat pul vəsaitini ünvan 2 ünvanında yerləşən inzibati binada şəxsən Şahid1, 30.01.2021-ci il tarixdə 150 manat pul vəsaitini Şahid1 yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 72 ünvanında sonuncudan, 31.01.2021-ci il tarixdə 240 manat pul vəsaitini tanışı cinayətdən xəbərsiz Şahid5 vasitəsilə ünvan 2 ünvanında yerləşən inzibati binada şəxsən Şahid1, 01.02.2021-ci il tarixdə 110 manat pul vəsaitini ünvan 2 ünvanında yerləşən inzibati binada şəxsən Şahid1, 03.02.2021-ci il tarixdə 1000 manat, 04.02.2021-ci il tarixdə 500 manat pul vəsaitini tanışı cinayətdən xəbəsiz Şahid5 vasitəsilə ünvan 2 ünvanında yerləşən inzibati binada şəxsən Şahid1, 09.02.2021-ci il tarixdə 100 manat pul vəsaitini ünvan 2 ünvanında yerləşən inzibati binada şəxsən Şahid1, 09.02.2021-ci il tarixdə 700 manat pul vəsaitini Şahid1 tapşırığı əsasında ünvan 2 ünvanında yerləşən inzibati binada 2 saylı poçt şöbəsinin əməliyyatçısı işləyən cinayətdən xəbərsiz Şahid2, 11.02.2021ci il tarixdə 400 manat pul vəsaitini ünvan 2 ünvanında yerləşən inzibati binada şəxsən Şahid1, 12.02.2021-ci il tarixdə 1000 manat, 14.02.2021-ci il tarixdə 200 manat, 15.02.2021-ci il tarixdə 1000 manat, 16.02.2021-ci il tarixdə 400 manat, 17.02.2021-ci il tarixdə 300 manat, 19.02.2021-ci il tarixdə 920 manat, 20.02.2021-ci il tarixdə 300 manat, 24.02.2021-ci il tarixdə 30 manat, 26.02.2021-ci il tarixdə 1000 manat, 27.02.2021-ci il tarixdə 1000 manat, 02.03.2021-ci il tarixdə 300 manat, 03.03.2021-ci il tarixdə 200 manat, 05.03.2021-ci il tarixdə 150 manat, 06.03.2021-ci il tarixdə 1000 manat, 10.03.2021-ci il tarixdə 300 manat, 11.03.2021-ci il tarixdə 700 manat, 15.03.2021-ci il tarixdə 5400 manat, 22.03.2021-ci il tarixdə 1000 manat pul vəsaitini ünvan 2 ünvanında yerləşən inzibati binada şəxsən Şahid1, 26.03.2021-ci il tarixdə 600 manat pul vəsaitini Şahid1 tapşırığı əsasında ünvan 2 ünvanında yerləşən inzibati binada 2 saylı poçt şöbəsinin əməliyyatçısı işləyən cinayətdən xəbərsiz Şahid2, 01.04.2021-ci il tarixdə 5100 manat, 03.04.2021-ci il tarixdə 300 manat, 06.04.2021-ci il tarixdə 300 manat, 08.04.2021-ci il tarixdə 5000 manat, 09.04.2021-ci il tarixdə 570 manat, 11.04.2021-ci il tarixdə 1000 manat, 13.04.2021-ci il tarixdə 7300 manat pul vəsaitini ünvan 2 ünvanında yerləşən inzibati binada şəxsən Şahid1, 14.04.2021-ci il tarixdə 5000 manat pul vəsaitini tanışı cinayətdən xəbərsiz Şahid5 vasitəsilə ünvan 2 ünvanında yerləşən inzibati binada şəxsən Şahid1, 16.04.2021-ci il 200 manat, 17.04.2021-ci il tarixdə 1000 manat pul vəsaitini ünvan 2 ünvanında yerləşən inzibati binada şəxsən Şahid1, 18.04.2021-ci il tarixdə 250 manat pul vəsaitini Şahid1 tapşırığı əsasında ünvan 2 ünvanında yerləşən inzibati binada 2 saylı poçt şöbəsinin əməliyyatçısı işləyən cinayətdən xəbərsiz X6, 19.04.2021-ci il tarixdə 1000 manat, 22.04.2021-ci il tarixdə 1000 manat, 23.04.2021-ci il tarixdə 200 manat, 26.04.2021-ci il tarixdə 200 manat, 27.04.2021-ci il tarixdə 30000 manat, 29.04.2021-ci il tarixdə 8000 manat pul vəsaitini ünvan 2 ünvanında yerləşən inzibati binada şəxsən Şahid1, 02.05.2021-ci il tarixdə 500 manat pul vəsaitini Şahid1 tapşırığı əsasında ünvan 2 ünvanında yerləşən inzibati binada 2 saylı poçt şöbəsinin əməliyyatçısı işləyən cinayətdən xəbərsiz X6, 03.05.2021-ci il tarixdə 300 manat, 04.05.2021-ci il tarixdə 900 manat, 05.05.2021-ci il tarixdə 200 manat, 06.05.2021-ci il tarixdə 1000 manat, 07.05.2021-ci il tarixdə 100 manat, 10.05.2021-ci il tarixdə 7000 manat, 12.05.2021-ci il tarixdə 1500 manat pul vəsaitini ünvan 2 ünvanında yerləşən inzibati binada şəxsən Şahid1, 14.05.2021-ci il tarixdə 300 manat pul vəsaitini Şahid1 tapşırığı əsasında ünvan 2 ünvanında yerləşən inzibati binada 2 saylı poçt şöbəsinin əməliyyatçısı işləyən cinayətdən xəbərsiz Şahid2, 15.05.2021-ci il tarixdə 3200 manat pul vəsaitini ünvan 2 ünvanında yerləşən inzibati binada şəxsən Şahid1, 16.05.2021-ci il tarixdə 3000 manat pul vəsaitini Şahid1 tapşırığı əsasında ünvan 2 ünvanında yerləşən inzibati binada 2 saylı poçt şöbəsinin əməliyyatçısı işləyən cinayətdən xəbərsiz Şahid3, 17.05.2021-ci il tarixdə 20000 manat, 18.05.2021-ci il tarixdə 500 manat, 19.05.2021-ci il tarixdə 2750 manat, 21.05.2021-ci il tarixdə 5500 manat pul vəsaitini ünvan 2 ünvanında yerləşən inzibati binada şəxsən Şahid1, 23.05.2021-ci il tarixdə 2700 manat pul vəsaitini Şahid1 tapşırığı əsasında ünvan 2 ünvanında yerləşən inzibati binada 2 saylı poçt şöbəsinin əməliyyatçısı işləyən cinayətdən xəbərsiz X6, 25.05.2021-ci il tarixdə 3150 manat, 27.05.2021-ci il tarixdə 2000 manat, 31.05.2021-ci il tarixdə 1000 manat, 02.06.2021-ci il tarixdə 5000 manat, 04.06.2021-ci il tarixdə 1000 manat, 05.06.2021-ci il tarixdə 700 manat, 07.06.2021-ci il tarixdə 10000 manat, 11.06.2021-ci il tarixdə 1000 manat pul vəsaitini ünvan 2 ünvanında yerləşən inzibati binada şəxsən Şahid1, 13.06.2021-ci il tarixdə 2500 manat pul vəsaitini Şahid1 tapşırığı əsasında tanışı Şahid5 vasitəsilə ünvan 2 ünvanında yerləşən inzibati binada 2 saylı poçt şöbəsinin əməliyyatçısı işləyən cinayətdən xəbərsiz Şahid3, 14.06.2021-ci il tarixdə 100 manat pul vəsaitini ünvan 2 ünvanında yerləşən inzibati binada şəxsən Şahid1, 15.06.2021-ci il tarixdə 9000 manat pul vəsaitini tanışı cinayətdən xəbərsiz Şahid5 vasitəsilə ünvan 2 ünvanında yerləşən inzibati binada şəxsən Şahid1, 28.06.2021-ci il tarixdə 6000 manat, 01.07.2021-ci il tarixdə 2000 manat pul vəsaitini Şahid1 yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 72 ünvanında sonuncudan alıb, şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus ümumilikdə 191320 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəkləri hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, 2020-ci ilin mart-aprel aylarında Şahid1la 6 saylı poçt filialının 72 saylı poçt şöbəsinin yaxınlığında yerləşən çayxanada söhbət edərkən Eldar iş yerini dəyişmək istədiyini demiş, həmin vaxt onun yadına Elçin Məmmədov adında dostu düşmüşdür. X9 şəhərində bizneslə məşğul olsa da, dövlət işində işləyən yaxın dostları olmuşdur. O, Eldarın yüksək vəzifəyə təyin edilməsinə köməklik etmək üçün onun yanında “WhatsApp” proqramı vasitəsi ilə Elçin Məmmədova zəng etmiş, ondan Eldarın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində “Ekspress” Poçta rəhbər vəzifəyə təyin edilməsinə köməklik etməsi üçün xahiş etmişdir. Elçin də ona köməklik edə biləcəyini demiş, lakin kimin vasitəsi ilə edəcəyini deməmişdir. Bundan sonra Elçin ona Eldarın işə düzəlməsi üçün 5000 manat pul lazım olduğunu demiş, o da bunu Eldara dedikdən sonra sonuncu razılaşmışdır. O, 09 may 2020-ci il tarixdə günorta saatlarında Nərimanov rayonunda “Saatlı bina” deyilən yerdə 5000 manat pulu Eldardan almış, amma öz ehtiyacları üçün xərcləmişdir. Təxminən 2020-ci ilin dekabr ayında ona pul lazım olduğu üçün Eldardan bir neçə dəfə xırda məbləğlərdə borc almışdır. Sonralar Eldardan yenə borc pul almağa utandığı üçün sonuncuya yalan danışaraq, guya işi ilə bağlı olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərinə vermək, həmçinin rəhbər vəzifəli şəxslərə hədiyyə almaq və sair işlər üçün pul lazım olduğunu deyərək Eldardan müxtəlif məbləğlərdə pullar almağa başlamışdır. Həmin pulların hamısını isə öz ehtiyaclarına xərcləmişdir. O, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini Əli Abdullayevi ümumiyyətlə tanımamış, sadəcə olaraq guya qeyd edilən nazirlikdə yüksək vəzifəli şəxslərlə, o cümlədən nazirin birinci müavini Əli Abdullayevlə şəxsi əlaqələrinin olması görüntüsünü yaratmış və Eldar da ona inanmışdır. Hazırda başqa yerdən pul tapa, kimdənsə borc ala bilməməsi səbəbindən ailəsi özlərinə məxsus bağ evini sataraq vurulmuş ziyanı tam ödəmişdir, ona qarşı heç bir tələb və şikayət yoxdur. Ona görə də məhkəmədən bütün bu halların, yaşının, xəstəliyinin, ailəsinin ağır maddi vəziyyətdə yaşamasını nəzərə alınmasını xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, 20 ildən artıq müddətdə tanıdığı Təqsirləndirilən şəxs atası ilə də yaxşı münasibətləri olmuşdur. Mir-İbrahimlə səmimi dostluğu əsasən təxminən 2015-ci ildən başlanmış, müxtəlif vaxtlarda birbirlərindən borca pul alıb, vaxtında da qaytarmışlar. Buna görə də aralarında inam, etibar yaranmışdır. 2020-ci ilin aprel ayında təxminən günorta saatlarında Mir-İbrahimlə metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşən, həmin vaxt işlədiyi 6 saylı poçt filialının 72 saylı poçt şöbəsinin yanında adını xatırlamadığı çayxanada görüşmüşlər. Görüşləri zamanı Mir-İbrahimə iş yerini dəyişmək istədiyini demiş, sonuncu da ona Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yüksək vəzifədə işləyən şəxslərlə yaxın dostluq münasibətlərində olduğunu, hansı vəzifəni istəyirsə, həmin vəzifəyə də təyin etdirə biləcəyini demişdir. O, həmin vaxta kimi Mir-İbrahimin nazirlikdə yüksək vəzifədə dostlarının işlədiyini bilməmişdir. Mir-İbrahim onun yanında bir neçə nəfərə zəng edərək danışmış, sonuncudan kiminlə danışdığını soruşduqda Mir-İbrahim ona nazirlikdə aparat rəhbəri işləyən Samir Məmmədovla danışdığını demişdir. O, X1 danışığını görüb daha çox inanmış və sonuncuya “Ekspress” Poçta rəis vəzifəsinə təyin edilməsi ilə bağlı xahiş etməsinə razılıq vermişdir. O, Mir-İbrahimin köməkliyi təmənnasız etdiyini düşünsə də, bir müddət sonra Mir-İbrahim ona xahişin əvəzində nə qədər pul verə biləcəyini soruşmuş, o da 5000 manat verə biləcəyini demişdir. Bundan sonra işlədiyi poçtun həm müştərisi həm də aralarında yaxın münasibətləri olan Cəfər Səfərovdan 5000 manat borc almış və 2020ci ilin may ayının 9-da təxminən günorta saatlarında Mir-İbrahimlə metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşən çayxanada görüşmüş və təklikdə Mir-İbrahimə 5000 manat pul vermişdir. Bundan sonra bir neçə ay Mir-İbrahim ona müxtəlif bəhanələr gətirərək rəhbərliyin onun haqqında fikrinin tamam başqa olmasını, onu daha yaxşı vəzifəyə təyin edəcəklərini demişdir. Dekabr ayının ortalarında Mir-İbrahim ona “WhatsApp" proqramı vasitəsi ilə yazaraq rəhbərliyin qəbula dəvət edəcəyini yazmış, lakin həmin gün onu heç kəs qəbula çağırmamışdır. 28 dekabr 2020-ci il tarixdə Mir-İbrahim ona haqqında yüksək fikirdə olması üçün nazirin birinci müavini Əli müəllimə kostyum hədiyyə etməsini demiş, o da Mir-İbrahimlə razılaşmış, həmin gün günorta saatlarında işlədiyi 3 saylı poçt filialının inzibati binasında Mir-İbrahimə 1200 manat pul vermişdir. Daha sonra Mir-İbrahim ona guya kostyumu Əli müəllimə verdiyini, Əli müəllimin də ondan razı qaldığını bildirmişdir. 11 yanvar 2021-ci il tarixdə Mir-İbrahim yenə də “WhatsApp" proqramı vasitəsi ilə ona mesaj yazaraq 15 yanvar 2021-ci il tarixdə onun nazirliyə çağırılacağı, “Eskpress Poçt”un strukturu ilə tanış ediləcəyi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi tərəfindən əmrinin veriləcəyi ilə bağlı guya Əli müəllimin tapşırığının olmasını demiş və həmin gün günorta saatlarında iş yerində Mir-İbrahim ondan şirinlik kimi 1000 manat pul almışdır. Lakin 15 yanvar 2021-ci il tarixdə onu heç yerə çağırmamışlar. Bundan sonra o, Mir-İbrahimə işi ilə bağlı özünün maraqlanmaq istədiyini demiş, Mir-İbrahim də ona Samir Məmmədovun sözünü çatdıraraq, heç bir narahatçılığa əsas olmadığını, hər şeyin yaxşı olacağını dediyini bildirmişdir. Bir müddət keçsə də, işindən heç bir xəbər olmadığı üçün Mir-İbrahimdən pulunu geri tələb etmiş, lakin Mir-İbrahim ona narahat olmamağı, işi alınmadığı halda pulu özünün qaytaracağını demişdir. 10 fevral 2021-ci il tarixdə Mir-İbrahim ona sabah təyinatı olacağını desə də, yenə də yalan danışmışdır. 15 fevral 2021-ci il tarixdə Mir-İbrahim ona nazirin köməkçisi Aida adlı xanımın onlara işin gedişatı ilə bağlı məlumat verdiyini, buna görə də sonuncuya hədiyyə olaraq mobil telefon almağın məsləhət olduğunu bildirərək həmin gün xidməti otağında günorta saatlarında ondan 1000 manat, 16 fevral 2021-ci ildə günorta saatlarında isə xidməti otağında 400 manat pul almışdır. Daha sonra Mir-İbrahim ondan yenə də nazirlikdə işləyən yüksək vəzifəli şəxslərə onun adından hədiyyə almaq üçün işlədiyi poçt filialında günorta saatlarında xidməti otağında iki dəfə 1000 manat, bir dəfə isə 300 manat pul almış, 01 aprel 2021-ci il tarixdə Mir-İbrahim ondan nazirlikdə yüksək vəzifəli şəxslərin otaqlarının təmiri, həmçinin otaqlara mebel yığdırmaq üçün xidməti otağında 5100 manat, yol xərci kimi isə 300 manat, 08 aprel 2021-ci il tarixdə günorta saatlarında əmrinin imzalanması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Əfqan müəllimə vermək adı ilə 5000 manat pul, səhəri günü saat təxminən 15:00 radələrində Əfqan müəllimin otağına hədiyyə olaraq portret almaq adı ilə 210 manat, 13 aprel 2021-ci il tarixdə təxminən saat 13:00 ralərində nazirin birinci müavini Əli müəllimin otağına mebel yığdırmaq adı ilə 6300 manat, həmçinin Aida xanımın evində işləyən ustaya vermək adı ilə 1000 manat pul almışdır. 14 aprel 2021-ci il tarixdə Mir-İbrahim ona zəng edərək Əfqan müəllimdən 5000 manat pulun geri alınacağını, üzərinə də 5000 manat qoyub Samir müəllimə verəcəklərini deyib, sürücüsü Akifi göndərmiş və sonuncu təxminən saat 12 radələrində xidməti otağında ondan 5000 manat pul almışdır. 17 aprel 2021-ci il tarixdə Mir-İbrahim ona nazir müavini Əli müəllimin Şotlandiyadan qonaqlarının gəldiyini, qonaqların hamama aparılacağını bildirərək həmin gün saat təxminən 12 radələrində xidməti otağında 1000 manat pul almışdır. 19 aprel 2021-ci il tarixdə Mir- İbrahim onu təbrik edərək, nazirliyin rəhbər vəzifəli şəxslərinin onu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə rəhbər vəzifəyə məsləhət gördüklərini demiş, həqiqətən də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbər vəzifəsi vakant olduğundan o, Mir- İbrahimə inanmışdır. 26 aprel 2021-ci il tarixdə Mir-İbrahim ona “WhatsApp" proqramı vasitəsi ilə mesaj yazaraq əmri üçün 30000 manat pul verməli olduğunu demişdir. 27 aprel 2021-ci il tarixdə saat təxminən 11-12 radələrində xidməti otağında 30000 manat pulu Mir- İbrahimə vermiş, həmin vaxt Mir-İbrahim sürücüsü Akifi çağıraraq 30000 manat pulu sonuncuya verib təcili nazirliyə çatdırmasını demişdir. Bundan təxminən bir saat sonra Akif ona zəng edərək pulu çatdırdığını demişdir. 29 aprel 2021-ci il tarixdə Mir-İbrahim nazir müavini Əli müəllimin ofisinə televizor almaq lazım olduğunu deyərək xidməti otağında ondan əvvəlcə 6000 manat, daha sonra isə 2000 pul almışdır. 10 may 2021-ci il tarixdə Mir-İbrahim ondan xidməti otağında nazirliyə vermək adı ilə 7000 manat pul almışdır. 16 may 2021-ci il tarixdə Mir-İbrahim ondan nazirlikdə kiməsə vermək üçün 3000 manat pul istəmiş, həmin gün o, işdə olmadığından əməliyyatçı Sevincə Mir-İbrahimə 3000 manat pul verməsini tapşırmış, Mir-İbrahim də Sevincdən 3000 manat pulu götürmüşdür. Daha sonra 17 may 2021-ci il tarixdə Mir-İbrahim yenə də əmrinin imzalanması üçün nazirliyə 20000 manat pul verməli olduğunu deyərək, həmin gün saat təxminən 12 radələrinə xidməti otağında ondan 20000 manat, 21 may 2021-ci il tarixdə saat təxminən 11 radələrində yenə də nazirliyə vermək adı ilə 5500 manat pul almışdır. Daha sonra o, dövlət qulluğu imtahanında iştirak etmiş, bununla bağlı olaraq 25 may 2021-ci il tarixdə günorta saatlarında Mir-İbrahim xidməti otağında guya imtahandan keçirmək üçün ondan 3150 manat pul almış, 27 may 2021-ci il tarixdə isə günorta saatlarında Mir-İbrahim ona artıq işinin həll edildiyini deyərək bununla bağlı olaraq nazirlikdə iki nəfərə “şirinlik” kimi pul verməli olduğunu bildirib ondan xidməti otağında 2000 manat, 02 iyun 2021-ci il tarixdə saat təxminən 13 radələrində nazirliyə vermək adı ilə isə xidməti otağında 5000 manat pul almışdır. 07 iyun 2021-ci il tarixdə Mir-İbrahim ona artıq işinin hazır olduğunu, buna görə də nazirliyin kadrlar şöbəsinin yeni təyin olunmuş rəisinə 10000 manat “şirinlik” verməli olduğunu deyərək həmin gün saat təxminən 12 radələrində ondan xidməti otağında 10000 manat pul almışdır. 15 iyun 2021-ci il tarixdə Mir-İbrahim ona zəng edərək, artıq işinin yekunlaşmaq üzrə olduğunu bildirib əlavə 9000 manat da pul lazım olduğunu demiş və həmin gün günorta saatlarında Akifi onun yanında göndərmiş, sonuncu onun xidməti otağında 9000 manat pulu götürmüşdür. Mir-İbrahim onun tapşırığı ilə poçtun əməliyyatçıları Vüsalədən, Sevinc və Aygündən də pul götürmüşdür. Eyni zamanda ondan və işçilərdən pul götürmək üçün Mir- İbrahim sürücüsü Akifi tez-tez işlədiyi poçt filialına göndərmişdir. Poçt şöbəsinin kassasından mənimsədiyi, elə bu səbəbdən hazırda ittiham olunaraq tutulduğu bütün məbləği yüksək vəzifəyə təyin edilməsi üçün tanışı Təqsirləndirilən şəxs vermiş, sonuncu da onu aldadaraq pul vəsaitini ələ keçirmişdir. Ona vurulmuş ziyanın məbləği Mir-İbrahimə irəli sürülmüş ittihamdakı məbləğdir. O, Təqsirləndirilən şəxs verdiyi pulların tarixlərini və səbəblərini kompüterdə qeydə almış, növbəti dəfə pul verəndə isə siyahını yeniləmiş, daha sonra həmin qeydləri A4 vərəqində çap etmişdir. Mir-İbrahim ona pulları qaytaracağını söz verdiyinə görə əvvəlcə törətdiyi cinayət barədə məlumat verməsə də, sonradan Mir-İbrahim pulları qaytarmadığına görə sonuncunun onun aldatması barədə ərizə ilə istintaq orqanına məlumat vermişdir. Özü də, Mir-İbrahim də artıq ahıl yaşlarındadırlar. Hətta bu günün özündə də Mir-İbrahimə qarşı kəskin münasibəti yoxdur, hətta yaxşı münasibəti davam edir. Hər ikisinin səhvə yol verdiklərini başa düşür. Amma artıq baş verib keçmiş bu hadisə ilə bağlı edəcəyi bir şey yoxdur. Mir-İbrahim hazırda evini satıb və vurduğu ziyanı ailəsinin vasitəsilə ona ödəyib. Əsas məsələ də odur ki, bununla da ona mənimsəmə ittihamı kimi verilmiş dövlətə vurulan ziyan məbləği də tam bağlanmış olur. Bununla bağlı müvafiq rəsmi ödəniş sənədini də özü barədəki iş üzrə aidiyyəti məhkəmədə təqdim edəcəkdir. Mir-İbrahimin vurduğu ziyanı tam ödəməsi barədə lazımi notariat qaydada təsdiq olunmuş ərizəni isə onun adından rəsmi etibarnamə ilə çıxış edən həyat yoldaşı məhkəməyə verəcəkdir. Ona görə də Mir-İbrahimə qarşı heç bir tələb və şikayəti yoxdur, dostu olan bu insana qarşı gələcəkdə də heç bir iddiası olmayacaqdır. Hər ikisi səhvlərini başa düşüblər. Ona görə də onun bu mövqeyinin nəzərə alınmasını və Mir-İbrahimə imkan dairəsində ən humanist cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, 2020-ci ilin aprel ayından etibarən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin 3 saylı X11 Xidmətləri şöbəsində əməliyatçı vəzifəsində işləyir. Onun işi beynəlxalq ödənişlərin, kommunal ödənişlər və digər bütün ödənişlərin qəbulundan, eləcə də vətəndaşdara pul vəsaitlərinin ödənişlərindən ibarətdir. Şahid1 tapşırığı əsasında 2021-ci ilin yanvar ayından may ayının sonlarına kimi 3-4 dəfə bir nəfər orta yaşlı kişiyə bir dəfə 1000 manat, bir neçə dəfə də 300-500 manat pul vermişdir. Həmin pulu bir dəfə isə 2021-ci ilin mart ayının sonlarında “Novruz” bayramı ilə əlaqədar tətil günlərində növbətçi olduğu gün vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, 15 mart 2021-ci ildən 05 iyul 2021-ci ilə kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin 3 saylı X11 Xidmətləri şöbəsində əməliyyatçı vəzifəsində işləmişdir. 2021-ci ilin aprel-may aylarında həftənin bazar günü işdə növbətçi olarkən Şahid1 ona zəng edərək bir nəfər şəxsin gələcəyini, həmin şəxsə kassadan 3000 manat pul verməsini demişdir. Bundan sonra orta yaşlı, ağ saçlı, hündür boylu şəxs gələrək onun yanında Şahid1 zəng etmiş, o, Şahid1la telefonda danışdıqdan sonra kassadan həmin şəxsə 3000 manat pul vermişdir. Mir-X17 Əhmədovun yaxın dostu olmuş və demək olar ki, hər gün Eldarın xidməti otağına gəlmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X10 göstərdi ki, 2016-cı ilin fevral ayından 2021-ci ilin iyun ayına kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin 3 saylı poçt filialının 2 saylı poçt şöbəsində əməliyyatçı işləmişdir. 2 saylı poçt şöbəsinin rəisi Şahid1 tapşırığı əsasında 2021-ci ilin fevral-may aylarında həftənin bazar günü növbədə olduğu vaxtlarda 3-4 dəfə Şahid1 adını bilmədiyi dostuna pul vermişdir. Sonuncu dəfə isə həmin şəxsə may ayının sonlarında həftənin bazar günü 2700 manat, bundan əvvəl isə həmin şəxsə Şahid1 tapşırığı əsağında 200-500 manat arası pul vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 8-9 ildir ki, tanıyır, aralarında dostluq münasibəti olmuşdur. Şahid1 isə Mir- İbrahimin dostu kimi 2021-ci ilin aprel ayından tanımışdır. Mir-İbrahim maşınsız olduğu vaxtlarda tez-tez sonuncunun xahişi ilə onu müxtəlif yerlərə, o cümlədən də, Şahid1la görüşməyə aparmışdır. Mir-İbrahimin xahişi əsasında Şahid1 işlədiyi poçt filialında Vüsalə və adını xatırlamadığı başqa bir qadın işçidən pul götürüb Mir-İbrahimə vermiş, pulun məbləği bir dəfə 2500 manat, bir dəfə də 500 manat olmuşdur. Bir dəfə də X2, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qarşısına aparmış, lakin sonuncular maşından düşməyərək, arxada söhbət etmişlər. İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid6 göstərmişdir ki, o, 30 mart 2021-ci ildən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətin 3 saylı Poçt filialının rəisi vəzifəsində işləyir, əsasnaməyə uyğun olaraq vəzifəsi filialda iş fəaliyyətini qurmaq, hüquqi və fiziki şəxslərə yüksək keyfiyyətli və fasiləsiz poçt, maliyyə xidmətlərinin göstərilməsinə nəzarət, rentabeli və mənfəətli fəaliyyəti təmin etmək, nizam intizamın qorunmasını təmin etmək, əsas istehsal fondlarının, maliyyə-material ehtiyatlarının səmərəli istifadəsini təmin etmək, əmək qanunvericiliyi və əməyin mühafizəsini, texniki təhlükəsizlik qaydalarına riayət etmək, poçt şöbələrində rabitə və rabitə avadanlıqlarının fasiləsiz işləməsini təmin etmək, poçt şöbələrində gündəlik aparılan bütün əməliyyatların mərkəzləşdirilmiş sistemə, proqrama vaxtında işlənməsinə nəzarət, poçtun fəaliyyəti haqqında hesabatların verilməsinin təmin edilməsi və kadrların seçilməsi, qəbulu və bu kimi işlərin aparılmasından ibarət olmuşdur. 17 iyun 2021-ci il tarixdə rəhbəri olduğu 3 saylı filiala Cəmiyyətin Daxili audit şöbəsi tərəfindən növbədən kənar yoxlama gələrək təftiş aparmış və filialın müştəri xidmətləri şöbəsində 111209 ABŞ dolları məbləğində əskiklik olması müəyyən edilmişdir. Bu barədə yerindəcə Müştəri Xidmətləri şöbəsinin rəisi Şahid1 soruşulduqda sonuncu çatışmazlığı etiraf edərək öz şəxsi məqsədləri üçün kassadan götürərək xərclədiyini bildirmişdir. Gündəlik olaraq kommunal ödənişlər, poçt göndərişləri, moniqram və beynəlxalq pul köçürmələrindən gələn vəsaitlər günün sonunda Müştəri Xidmətləri Şöbəsinin rəisi Şahid1 təhvil verilməli, Şahid1 da yığılan pul vəsaitlərindən gündəlik limit olan 10000 manat ekvivalentində ABŞ dolları puldan başqa qalan pul vəsaitini inkassatorlar vasitəsi ilə Məhdud Məsuliyyətli Cəmiyyətin baş xəzinədarlığına göndərməli olmuşdur. Lakin Şahid1 günün sonunda yığılan pul vəsaitini limiti ayırdıqdan sonra tam şəkildə baş xəzinədarlığa göndərməmişdir. Bundan başqa Şahid1 aprel ayında öz xidməti otağında qanunsuz olaraq tanışlarına ABŞ dolları satmasına görə xəbərdarlıqla şiddətli töhmət verilmiş, bununla yanaşı Şahid1 xidməti fəaliyyəti ilə əlaqədar olaraq işə davamiyyəti mütəmadi pozduğuna və işində yol verdiyi digər nöqsanlara görə işdən azad edilməsi üçün o, 11 iyun 2021-ci il tarixdə təqdimatla rəhbərliyə müraciət ünvanlamışdır. Gündəlik olaraq aparılan əməliyyatlar nəticəsində Filialın Müştəri Xidmətləri şöbəsinə daxil olan pul vəsaitini Şahid1 başqa "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xəzinədarlıq departamentinin baş xəzinədarı, Manitorinq şöbəsinin əməkdaşları, Risklərin idarə edilməsi departamentinin əməkdaşları görmüş, həmçinin filialda gündəlik olaraq aparılan əməliyyatlar nəticəsində Filialın Müştəri Xidmətləri şöbəsinə daxil olan pul vəsaitini Filialın baş mühasibi, filial rəhbəri kimi özü görmüş, lakin onun və baş mühasibin bir başa olaraq həmin pul vəsaitlərini yoxlamağa səlahiyyəti olmamış, belə ki, 2019-cu ildən sonra Bakı şəhəri üzrə 6 filial üzrə xəzinədarlıq şöbəsi ləğv olunaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə keçirilmiş, filialda xəzinədarlıq şöbəsi olmadığına görə də konkret olaraq filial müdiri yalnız aparılan əməliyyatlara nəzarət etmiş, əməliyyat zamanı yığılan pul vəsaitinə isə nəzarət etməmiş, o cümlədən inkasassiya xidməti də filiallardan alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Xəzinədarlıq Departamentinə verilmişdir. Buna görə də pul vəsaitlərinin inkasassiyasını həyata keçirmək onun öhdəliyində olmamışdır. Şahid1 öhdəliyində olan kassa yoxlanılan zaman sonuncunun xitmədi otağından pulların kimlərə hansı səbəbə verməsi ilə bağlı qeydiyyat aparılan vərəqələr olmuş, həmin vərəqələri də araşdırmaya təqdim etmişdir (cild 2, iş vərəqə 51-54). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspertiza rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. Baxış keçirilməsi haqqında 01 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, müxtəlif məbləğlərdə pul vəsaitlərinin verilməsi ilə bağlı aparılan qeydlər iki vərəqə olmaqla əsasən kompüter texnikasında tərtib edilmişdir. Hər səhifədə 4 hissədə xanalar vardır. Birinci xanada tarix, ikinci xanada pulun məbləği, üçüncü xanada pulların təyinatı, dördüncü xanada pulların məbləği, iki sətirdə isə “Hamam və s.”, “hamam borcu” sözləri yazılmışdır. İkinci vərəqənin sol küncündə əl yazma ilə “1. Əmircan- 050.353.43.09, 2.Hacı Bəhruz- 051.778-47.01» Hər ehtimala qarşı zəng vurarsan.” ifadəsi, vərəqin aşağı hissəsində isə əl yazma ilə “28.06. 1.000 Miri”, “01.07.2.000 T.moy” sözləri yazılmışdır. Şahid1 vərəqədə apardığı qeydlərlə bağlı bildirmişdir ki, yüksək vəzifəyə təyin edilməsi ilə əlaqədar 09.05.2020-ci il tarixdə 5.000 manat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini Əli Abdullayevə kostyum almaq üçün 28.12.2020-ci il tarixdə 1.200 manat, 11.01.2021-ci il tarixdə işi ilə bağlı poçtun əməliyyatçı Vüsalə tərəfindən 1.000 manat, Nazirlikdə işləyən Aida adlı xanıma telefon almaq üçün 15.02.2021-ci il tarixdə 1000, 16.02.2021-ci il tarixdə 400, Nazirlikdə işləyən şəxslərə iki ədəd hədiyyə almaq üçün 26.02.2021 və 27.02.2021-ci il tarixlərdə 1000 manat, 02.03.2021-ci il tarixdə 300 manat, Nazirlikə vəzifəli şəxslərin otaqlarının təmiri, həmçinin otaqlara mebel yığdırmaq üçün 5.100, həmin işlə bağlı yol xərci kimi 03.04.2021-ci il tarixdə 300 manat, "xxxx" MMC-nin baş direktoru Əfqan müəllimə vermək üçün 5.000 manat pul Təqsirləndirilən şəxs verilmişdir. Həmin sətirin qarşısında yazılmış 42.700 manat isə həmin vaxta kimi Mir-İbrahimə həm işi ilə bağlı, həm də borc olaraq verdiyi pulların məbləğidir. Əfqan müəllimin otağına portret almaq üçün 09.04.2021-ci il tarixdə 210 manat, 13.04.2021-ci il tarixdə nazirin birinci müavini Əli Abdullayevin otağına mebel yığdırmaq üçün 6.300 manat, Aida adlı xanımın evində işləyən ustaya vermək üçün 1.000 manat, 14.04.2021-ci il tarixdə Nazirliyin Aparat rəhbəri Samir Məmmədova vermək üçün Təqsirləndirilən şəxs çatdırmaq üçün sonuncunun sürücüsü Akifə 5.000 manat, 17.04.2021-ci il tarixdə nazirin birinci müavini X3 gələn qonaqlarının hamama aparılması üçün 1000 manat, 18.04.2021-ci il tarixdə hamama olan borcun ödənilməsi ilə əlaqədar poçtun əməliyyatçısı Aygün tərəfindən 250 manat, 27.04.2021-ci il tarixdə Nazirliyə vermək üçün 30.000 manat, 29.04.2021-ci il tarixdə aparat rəhbəri Samir Məmmədovun tapşırığı əsasında nazirin birinci müavini Əli Abdullayevin ofisinə televizor almaq üçün 8.000 manat, 10.05.2021-ci il tarixdə Nazirliyə vermək üçün 7.000 manat, 16.05.2021-ci il tarixdə Nazirliyə vermək üçün poçtun əməliyyatçısı Sevinc tərəfindən 3.000 manat, 17.05.2021-ci il tarixdə Nazirliyə vermək üçün 20.000 manat, 21.05.2021-ci il tarixdə Nazirliyə vermək üçün 5.500 manat, dövlət qulluğu imtahanında keçirmək üçün 25.05.2021-ci il tarixdə 3150 manat, Nazirliyə şirinlik vermək adı ilə 2.000 manat, 02.06.2021-ci il tarixdə Nazirliyə vermək üçün 5.000 manat, 07.06.2021-ci il tarixdə Nazirliyin yeni təyin olunmuş kadrlar idarəsinin rəisinə şirinlik vermək adı ilə 10.000 manat, 15.06.2021-ci il tarixdə artıq işin yekunlaşmasına görə sürücüsü Akif vasitəsi ilə 9.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Qarşısında heç bir söz yazılmayan pulları da konkret olaraq hansı səbəbdən verməsini xatırlamasa da, eyni məqsədlərlə Təqsirləndirilən şəxs ondan almışdır (cild 1, iş vərəqə 116-119). Mobil telefona baxış keçirilməsi haqqında 29 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, “WhatsApp” proqramında “Hacı(Miribrahim)” adı ilə qeydə alınmış, +994 50 *** ** ** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş şəxslə Şahid1 arasında sonuncunun yüksək vəzifəyə təyin edilməsi haqqında aşağıdakı məzmununda yazışmaların olduğu müəyyən edilmişdir: [9:29, 2020-5-31] ehmadoveldar: Sabahın xeyir Hacı. İmkan varsa köməklik elə. İstədiyim yer. Ekspress Poçt və ya boş olan Filiallardan biri. Əvvəlcədən minnətdarlığımı bildirirəm. [9:34,2020-5-31] Hacı(Miribrahim) Naxçıvanlı: Salam Eldar mellim. Danişmışam, narahatçiliğa sebeb yoxdu heleki. Birazdan zeng edeciyem size. Oranı istiyenlerin sayı çoxumuş. Tez terpensek. yaxşi olar. Biraz elivi cibive atmalı olacaqsiz ve heç yerde nece bu işin alındığını dile getirmeyin. [9:36, 2020-5-31] Hacı(Miribrahim) Naxçıvanlı: Ok [9:37, 2020-5-31] ehmadoveldar: Ok. Başa düşürəm. Uşağ deyilik ki, [9:40, 2020-5-31] Haçı(Miribrahim) Naxçıvanlı: Telesme Eldar mellim,birazdan mene zeng edecekler.Arxayin ol.Ramin mellim menim sözümü yere salmaz. İstediyin yer,onun üçün o qeder de problem deyil.Zengimi gözle ve darıxma. [10:12, 2020-5-31] Hacı(Miribrahim) Naxçıvanlı: Eldar mellim, fikirivizden ne keçir(qiymetli kağizdan gedir söhbet). Mene bir söz deyin, amma sonra fikirivizi deyişmeyin. Zeng geldi mene. Mene bir söz deyin zehmet olmasa. [10:15, 2020-5-31] ehmadoveldar: Hacı elə şeyi özləri deməlidir. Mən təsdiq olan günü görüşəcəm Səninlə. [10:59, 2020-5-31] ehmadoveldar: Hacı 5000azn şirinlik. Razı olsa 2 günə gələrəm yanına. [20:17, 2020-7-22] ehmadoveldar: Axşamın xeyir Miri. Necəsən? Sabah inşəllah deyilən vaxtda görüşəcəyik? [20:22, 2020-7-22] Hacı(Miribrahim) Naxçıvanlı: Salam.Axşamın Xeyir.Beli. [20:27, 2020-7-22] ehmadoveldar: Ok. [20:01, 2020-7-23] ehmadoveldar: Axşamın xeyir Miri. Yada salan olmadı? [20:02, 2020-7-23] Hacı(Miribrahim) Naxçıvanlı: Danişmişam. Zəngimi gözlə sabah. Evvelden demək istəmirəm. [13:25, 2020-7-24] ehmadoveldar: Miri salam. Komandir müəllimədir. Mənə lağ edir ki, ay kişi bu nə məsələdir? 5gündən,10 gündən geyinib keçinib gedirsən. Qayıdıb gəlirsən. Görürsən qəbul etmək istəmirlər, əl çək də. Niyə yüngül saqqal olursan. Sənə bundan sonra iş lazımdır?!!!. [13:30, 2020-7-24] Hacı(Miribrahim) Naxçıvanlı: Salam.Komandir düz deyir.Birazdan zəng edəciyəm sene.Bu qeder gel get mene yaraşmır. [13:29, 2020-7-28] ehmadoveldar: Salam Mirİbrahim! [20:11, 2020-7-28] ehmadoveldar: X26, Sən kimi çox istəyirsən, sabah bir vaxt deyirsən(konkret) bağlayaq bu işi. Bilirsən, çox gecikirəm... [15:37, 2020-8-27] ehmadoveldar: Salam Miri. Sən o yoldaşlara de ki, bu Lap adam dolamağ oldu. Bizə yaraşmaz,.! Hərəmiz bir həyat görmüş kişiyik.! [15:45, 2020-8-27] Hacı(Miribrahim) Naxçıvanlı: Siz fikirləşdiyiniz kimi deyil.Yaxın saatlarda fikrivizi birde mene diyersiz. [15:53, 2020-8-27] ehmadoveldar: Ay Miri, hər meyvə öz sezonunda ləzzətli olur. Ürəyin istəyən vaxt içilən bir stəkan çayın ləzzəti daha yaxşı olur nəyinki, bekarçılıqdan deyirəm ki, birində süz çaynikdə qalıb xarab olmasın.. [15:54, 2020-8-27] ehmadoveldar: Nə isə vecinə də alma. Hamısı Zəmanədəndir! [15:58, 2020-8-27] Hacı(Miribrahim) Naxçıvanlı: X24. [20:04, 2020-8-28] ehmadoveldar: Axşamın xeyir Miri. [20:13, 2020-8-28] Hacı(Miribrahim) Naxçıvanlı: Eldar mellim Axşamın Xeyir.Bir iki günde sebir ele.Meslehetdi.Men nese bilirem bele deyirem.Sebir ele.Teessüf ki zeng ede bilmirem sene.Şef gildeyem.Amma dediyim hakdı. [20:16, 2020-8-28] ehmadoveldar: Sən deyirsən bunları... [20:55, 2020-8-28] Hacı(Miribrahim) Naxçıvanlı: Yox. Men demirem.Men kimem ki bu işde?.Vasiteçi.Sadece nese bilirem ve ona göre deyirem ki meselen hellini tapır.lnşaAllah.Sabah zeng edeciyem size.Rahat danışariq. [23:06, 2020-9-1] ehmadoveldar: Axşamın xeyir. Məlumat gəldi ki, EMS-in rəisiotağında olan veşlərin yığışdırıb. Deyirlər məzuniyyətdən qayıtmayacaq, başqa işə keçəcək. Yerinə yeni adam təyin edəcəklər.... [23:09, 2020-9-1] Hacı(Miribrahim) Naxçıvanlı: Kimi teyin edecekler dediler? [23:11, 2020-9-1] ehmadoveldar: Bilmirlər. Yəqin öz adamlarını təyin edərlərü. [23:13, 2020-9-1] ehmadoveldar: Kimin qismətidirsə inşəllah ona da qismət olar. [23:18, 2020-9-1] Hacı(Miribrahim) Naxçıvanlı: İnşaAllah. [17:23, 2020-9-6] ehmadoveldar: Salam Miri. Yaxşı istirahətlər. Bilməmiş deyilsən vəziyyət nə yerdədir. [18:22, 2020-9-6] Hacı(Miribrahim) Naxçıvanlı: Salam Eldar mellim.lstirahet etmirem.Şefi müşayet edirem.Sabah olaciyam Bakida.Her şey qaydasında. [18:23, 2020-9-6] Hacı(Miribrahim) Naxçıvanlı: Seni çağıracaqlar teyinat vermeye.Sabah melumat bileciyem. [11:16, 2020-9-9] Hacı(Miribrahim) Naxçıvanlı: Salam Eldar mellim.Necesen? [13:57, 2020-9-9] ehmadoveldar: Miri necəsən? Bilirəm ki, çalışırsan, amma gəl yekunlaşdıraq bu işi. Görünən dağa nə bələdçi. Əfəndiyevə nəsə deyilsəydi(tövsiyə, filan) heç vaxt belə hərəkət etməzdi. Otpuska qurtardı, 15 gün də keçdi. Adamı işdən çıxarıblar, yerinə təyinata olub. Məni tanıyanlar irad tuturlar ki, niyə kənarda oturub qalmısan? Nə olub Sənə? 5 nəfər istəmirsə, 15 nəfər məni isyəyən var. X. edirəm bu gün son qoyaq bu məsələyə. [13:58, 2020-9-9] Hacı(Miribrahim) Naxçıvanlı: Anladım.Oldu. [14:05, 2020-9-9] ehmadoveldar: Yəni bu iş yoxdur, başqa bir nəsə təklif olunan işlər var. Onlara da bir söz deyə bilmirəm. Sabah 4 ay olur ki, biz bu işin peşindəyik. Düzgün başa düş məni. Sənə də yalan deyirlər. Bu qədər vəd verərək işi qəlizləşdirmək düzgün deyil. Şəxsən mənim əleyhimə işləyir vaxt. [14:10, 2020-9-9] Hacı(Miribrahim) Naxçıvanlı: Mən hər şeyi anlayıram. Və sizi dəstəkləyirəm, istənilən halda siz haqlısınız, Eldar müəllim. [14:24, 2020-9-9] ehmadoveldar: Miri söhbət kimi düz, kimin səhv olmasından getmire, bəs Sənə demirlər ki, bu qədər vaxtda niyə bu qədər vədləri verirdilər! İndi gör kimlər bizə rəhbərlik edir. Nə isə müvəqqəti göndərdikləri adam da bu işdə səriştəsizdir deyirlər. Özləri bilər, allahları bilər. Biz axşam görüşək. [14:25, 2020-9-9] Hacı(Miribrahim) Naxçıvanlı: Ok [14:04, 2020-9-11] ehmadoveldar: Salam Miri mən məni tanıyanların yanında pis vəziyyətdə qalıram. Konkret vaxt deyin, ya da . 1 ci ya 2-ci gün qurtaraq bu gün, sabah söhbətini. Şəxsən Səndən xahiş edirəm. [16:52, 2020-9-16] ehmadoveldar: Miri salam.! Necəsən? [46:53, 2020-9-16] ehmadoveldar: İranlı qonağlar getmədilər? [22:48, 2020-9-28] ehmadoveldar: Axşamın xeyir Mirİbrahim! Sərbəst vaxtın olsa sabah saat 10-11-də 5 dəqiqəlik görüşək! [20:44, 2020-9-30] ehmadoveldar: Allah mənə səbr versin. [16:29, 2020-10-1] ehmadoveldar: Miri bu iş gününü də başa vurduq. Kimlərisə demirəm. Sən mənə konkret vaxt deyə bilirsən! Vaxt mənim ziyanıma işləyir.Təkliflərə cavab vermirəm.(susuram) Birdən dediyin alınmasa kim günahkar olacaq? Necə olacaq? [9:39, 2020-12-21] Hacı(Miribrahim) Naxçıvanlı: X16.Zengive cavab vere bilmirem.Yeni qurqularlra baqli biraz problemlerimiz var.Shef gedib Alat limanima.Eldar m.dene saat 16.00 da zeng edib chaqiragiyam qebula. [9:43, 2020-12-21] Hacı(Miribrahim) Naxçıvanlı: Şef göstərish verdi ki, bütün qrafik dəyişdirilsin. Eldarla hər şey qaydasındadır. Sakit ol, İbrahim. [20:37, 2020-12-24] ehmadoveldar: Axşamın xeyir. Miri, Nə xəbər var? İndi nə dedilər? [20:25, 2020-12-28] ehmadoveldar: Axşamın xeyir. Miri. [20:28, 2020-12-28] ehmadoveldar: Miri incimə, ya Səni aldadırlar, ya Sənə qarşı hörmətsizlik edirlər, ya da məni uşağ yerinə qoyub dolayırlar! Nə deyirsən bu işlərə? [20:28, 2020-12-28] Hacı(Miribrahim) Naxçıvanlı: Sebirli ol.Zeng edeciyem.Her şey qaydasında. [20:29, 2020-12-28] Hacı(Miribrahim) Naxçıvanlı: Zengimi gözle. [19:48, 2021-1-6] ehmadoveldar: Axşamın xeyir. Miri heç düz gəlmir axı bu danışıqla hərəkət. Sən kimi çox istəyirsən, bağlayaq bu söhbəti. Yenə deyirəm, Sənə görə bu vaxta gözləmişəm. Bugün sabahları mən özümə təhqir bilirəm. Amma heç kimə imkan vermərəm ki,mənə qarşı kimsə belə fikirə düşsün. Konkret vaxt de, ya da bağlayaq bu söhbəti.! Allah xatirinə! [12:42, 2021-1-11] Hacı(Miribrahim) Naxçıvanlı: X21 ayin 15 Eldarı nazirliyə çağırmağı, onu AzərEksprssPoçtun stukruru ilə tanış etməyi, təlimat verməyi və onun Direktor vəzifəsinə təyin olunması haqqında əmr üçün Baş Poçta göndərməyi mənə tapşırdı. Sən qazandın. [21:10, 2021-1-16] ehmadoveldar: Salam Hacı! [21:17, 2021-1-16] ehmadoveldar: Bəlkə Birinci gün mən özüm müraciət edim və soruşum bu hərəkətlərin mənasını. Mənim üçün problem deyil. Bəlkə bir iki söz də deyim! Bəlkə elə bilirlər elə belə də olmalıdır. Ayıbdır axı, uşağ yerinə qoymasınlar.! [11:05, 2021-1-17] ehmadoveldar: Sabahın xeyir Miri. Vaxtın, imkanın varsa 5-10 dəqiqə görüşək bu gün. Nərimanov parkda ya da Heydər Əliyev mərkəzinin qabağında. [19:05, 2021-1-18] Hacı(Miribrahim) Naxçıvanlı: Eldar mellim. Sene zeng edeciyem, vuraciyam mikrofona. Başqa söz deme. Dene istiyirem bilem ki ne zaman meni teyin edecekler AzerEkspressPoçta.Dene gözlemeyin sebebi nedi?.Niye gecişir təyinatım. [19:08, 2021-1-18] ehmadoveldar: Ok. [11:38, 2021-1-31] Hacı(Miribrahim) Naxçıvanlı: Salam Eldar mellim.Narahat edirem seni.Üzürlü say.Tebii ki sabah senin puluvu vereciyem.Klinika ile hesablaşmaliyam.Üzürlü say,yalnız sene müraciyet ede bilirem. [11:50, 2021-1-31] ehmadoveldar: Salam. Hacı buyur, eşidirəm. Evdəyəm. [11:53, 2021-1-31] Hacı(Miribrahim) Naxçıvanlı: 160AZN+75 AZN. [11:58, 2021-1-31] ehmadoveldar: Gəl Qardaş, ölməmişəm ki,! [12:03, 2021-1-31] Hacı(Miribrahim) Naxçıvanlı: Teşekkürler.Men bilirem ki sen asil Dostsan. [12:10, 2021-1-31] Hacı(Miribrahim) Naxçıvanlı: Akif mellim çatır mehlevize.Nömrevi verdim ki çatanda zeng elesin. [12:51,2021-1-31] Hacı(Miribrahim) Naxçıvanlı: SAĞOL. [17:01, 2021-1-31] Hacı(Miribrahim) Naxçıvanlı: Teşekkür edirem Eldar mellim.Ömür boyu unudulmayacaq kömek idi sen terefden.En çetin anda sen meni äli boş qoymadın.Kimlerese diye bilmədiyimi sene dedim ve sen anında mene äl uzatdın.Sağol !!! [17:26, 2021-2-10] ehmadoveldar: Salam Miri. [17:44, 2021-2-10] Hacı(Miribrahim) Naxçıvanlı: Yəqin ki, təyinat səhər olacaq və ya onu yerdəyişmə haqqında xəbərdar edəcəklər. [17:44, 2021-2-10] Hacı(Miribrahim) Naxçıvanlı: Kimi deyirsen? [17:44, 2021-2-10] Hacı(Miribrahim) Naxçıvanlı: Eldarı, başqa kim olacaq. Sonra danışarıq. [17:44, 2021-2-10] Hacı(Miribrahim) Naxçıvanlı: Gələndə zəng vu racam. [17:46, 2021-2-10] Hacı(Miribrahim) Naxçıvanlı: Eldar mellim Salam.Xarici İşlär Naz.dim.Çixiram.Telefonu qoymurlar burda açiq saxlamağa.Üzürlü say. [17:49, 2021-2-10] Hacı(Miribrahim) Naxçıvanlı: Dəyişəcək. Artıq namizəd hazırdı. [17:00, 2021-2-18] ehmadoveldar: Salam. Miri necəsən? İstəyirəm evə gedəm. Gəlməyəcəksən? [17:03, 2021-2-18] Hacı(Miribrahim) Naxçıvanlı: Gelmişik Vergilär Departamentinə. Hesabıma vergi serancamı qoyublar.Tecili hell etmeliyik.Bank deyir ki iki günnen çox saxliya bilmirem pulu.Ona göre bu meseleni hell etmeliyik. [17:09, 2021-2-18] ehmadoveldar: Ok. Mən evə gedirəm. Uğurlar. [11:13, 2021-2-22] Hacı(Miribrahim ) Naxçıvanlı: Salam Eldar mellim.Necesen? [12:01, 2021-2-22] ehmadoveldar: Salam Hacı işdəyəyəm. Allah deyib durmuşam. [12:17, 2021-2-22] Hacı(Miribrahim) Naxçıvanlı: Allah böyükdü.Yolun açiqdi.Amin. [10:27, 2021-2-25] ehmadoveldar: Sabahın xeyir. [10:28, 2021-2-25] Hacı(Miribrahim) Naxçıvanlı: Birazdan geleciyem.Rab.naz.deyem. [19:25, 2021-2-28] ehmadoveldar: Salam. Axşamın xeyir Miri. [19:27, 2021-2-28] Hacı(Miribrahim) Naxçıvanlı: X19 mellim.Necesen ne var ne yox?. [19:28, 2021-2-28] ehmadoveldar: Salamatçılıq. [19:28, 2021-2-28] Hacı(Miribrahim) Naxçıvanlı: Darıxırsan? [19:34, 2021-2-28] ehmadoveldar: Cavan rəisi iz zəng etmişdi ki, sabaha ola Bilsin Audit yoxlama gəlsin. (Planovıy). Ona görə bir az narahatam. Səhər işə getməyəcəm. Adətən gələndəiş başlayanda birinci Mərkəzi Poçtun kasasını yoxlayırlar. Ona görə ehtiyat edirəm. [19:35, 2021-2-28] Hacı(Miribrahim) Naxçıvanlı: Narahat olma.Saat 11 özümü çatdıraciyam.Gelende sene zeng edeciyem. [19:37, 2021-2-28] ehmadoveldar: Bilirəm. Səhər qızlardan soruşacam, gələn olsa gecikəcəyəm. [19:37, 2021-2-28] Hacı(Miribrahim) Naxçıvanlı: Oldu. [16:11, 2021-3-1] Hacı(Miribrahim) Naxçıvanlı: Konsepsiya aydındır. Eldarla hər şey həll olundu. Keçəl ofsayddadı. Maşında yadlar oturub. Axşam danışarıq. [16:48, 2021-3-1] ehmadoveldar: Anlamadım. Sabaha qaldı yəni, söhbətimiz. [12:50, 2021-3-14] ehmadoveldar: Salam Mirlbrahim. Necəsən? [13:56, 2021-3-14] Hacı(Miribrahim) Naxçıvanlı: Salam Eldar mellim.Necesen ne varvne yox?. [14:00, 2021-3-14] ehmadoveldar: Aleykum salam. Yaxşıyam, evdəyəm. Sabah İNŞƏALLAH düzələr kassa? [14:01, 2021-3-14] Hacı(Miribrahim) Naxçıvanlı: Düzelmeyib ne edecek ki??? [16:16, 2021-3-21] Hacı(Miribrahim) Naxçıvanlı: Heç demedin ay Miri,bu bayram gününü nece keçirdirsen?pulun var ya yox.Dost deyilmiydik biz?. [16:39, 2021-3-21] ehmadoveldar: Pulun adın çəkmədim ki, fikirləşərsən nəsə söz atıram. Vəziyyətlə əlaqədar. [16:39, 2021-3-21] ehmadoveldar: Çətinlik varsa mən hazıram. [16:41, 2021-3-21] Hacı(Miribrahim) Naxçıvanlı: Allah senne razı olsun.İnşaAliah bu yaxın günlerde ruzumuz gelecek. [16:42, 2021-3-21] Hacı(Miribrahim) Naxçıvanlı: Bu bayram günlerinde pulsuz qaldım,kimsede bilmedi ki pulsuzam. [16:42, 2021-3-21] Hacı(Miribrahim) Naxçıvanlı: Kimese de heç ne demirem. [16:43, 2021-3-21] Hacı(Miribrahim) Naxçıvanlı: Amma seni yaxın bilib diye bilirem. [16:43, 2021-3-21] Hacı(Miribrahim) Naxçıvanlı: Üzürlü say. [16:48, 2021-3-21] ehmadoveldar: Səhər işdəyəm. Görüşək. Amma görürəm Sənə söz verən dostlar adamı pis vəziyyətdə qoyarlar....Kənardan belə görünür. [16:51, 2021-3-21] Hacı(Miribrahim) Naxçıvanlı: O Dostların da xeyri var. Amma pul vermeye elleri gelmir. Arvaddan qorxandırlar. İnandırım seni,tanıdığın Dostlarım pis insan deyirler. [16:53, 2021-3-21] Hacı(Miribrahim) Naxçıvanlı: Yaxın günlerde, sen o Dostlarımın jestini görersen. [16:53, 2021-3-21] Hacı(Miribrahim) Naxçıvanlı: İnan ki pis insan deyirler. [16:54, 2021-3-21] ehmadoveldar: İnşəallah [16:59, 2021-3-21] Hacı(Miribrahim) Naxçıvanlı: Eldar mellim.Bu gün pul önemli bir vasitedi.Amma ele şeyler var ki pulnan ölçülmür.Bu gün ppula ehtiyacım ola biler.Amma sabah olmaya biler.lnanın ki dediyim Dostlarım merd insanlardı.Sadece olaraq men pula göre kimise ölçmürem.Sene müraciyet ede bilirem.Çün ki nedense seni yaxın ve doğma görürem. [18:45, 2021-3-30] ehmadoveldar: Hacı salam. [18:50, 2021-3-30] ehmadoveldar: Bizə təzə Rəis gəldi. Səhər təhvil- təslim olmalıdır. Necə edim? [19:05, 2021-3-30] ehmadoveldar: Mircaviddir adı. Seyid dir. [19:46, 2021-3-30] ehmadoveldar: Miri biz görüşməlyik. Vəziyyət kritikdir. [22:07, 2021-3-30] ehmadoveldar: Miri nə edim? Məsləhətim nədir? Çox gecikdirdik. Vallahi biabırçılıq olacaq. [22:08, 2021-3-30] ehmadoveldar: Məsləhətin. [21:09, 2021-3-31] ehmadoveldar: Axşamın xeyir Miri. Mən başa düşə bilmirəm bu işlərin gedişatını! Mütləqdir ki,mən biabır olum, Sonra nəisə hərəkət olacaq. Mənə belə hörmət lazım deyil. Mən belə yoldaşlığı başa düşə bilmirəm. Heç yaxşı bir şey gözləmirəm bu cür qardaşlıqdan.! Konkret bir söz de, işimizi bilək. Bu qədər də olmaz qardaş. Səbrin də həddi var.! [21:28, 2021-3-31] Hacı(Miribrahim) Naxçıvanlı: X20 mellim.Fikirləşdiyin kimi deyil.Men esil Qardaşam.Ve heç vaxt Dosta namärd ola bilmerem.Xahiş edirem bir daha mene bele sözler yazma. [21:40, 2021-3-31] ehmadoveldar: Mən neçə gündür hər cür variant iələdib vəziyyətdən çıxıram. Amma bilirəm ki, hər şeyi bilirlər. Mənə ayıbdır axı yalandan mənim oğlum yaşında olan uşağlara yalan satıb güya onları alladıram. Onlar da vid edirlər ki,guya heç nə bilmirlər. Sağolsun indiki cavanlar. Amma mədəni surətdə deyirlər ki, zibillərin bağla. Səndən heç nə istəmirik. Mən dolayısı ilə onları da zərbə altında qoyuram axı. [10:24, 2021-4-1] Hacı(Miribrahim) Naxçıvanlı: Biraz yubanaciyam. [13:21, 2021-4-2] Hacı(Miribrahim) Naxçıvanlı: Birazdan gelirem. [22:41, 2021-4-2] Hacı(Miribrahim) Naxçıvanlı: X20 mellim.Sabah saat 13.00 da emanet olacaq kassanda. [17:48, 2021-4-5] ehmadoveldar: Axşamın xeyir Miri. Mən çıxdım. Nərimanov da işim var. [17:49, 2021-4-5] Hacı(Miribrahim) Naxçıvanlı: Men Rehman mellimi gözleyirem XİN deyem. [15:37, 2021-4-7] ehmadoveldar: Salam Miri. Nə deyirsən buişlərə? Bu qədər də yox da. Hər şeyin bir həddi olar. Mənim 60 yaşım var... [16:18, 2021-4-7] Hacı(Miribrahim ) Naxçıvanlı: Allah Ömür versin. [10:58, 2021-4-8] Hacı(Miribrahim) Naxçıvanlı: Salam Eldar mellim.Men birazdan gelirem.Sen hazır ol.Seni men gelene qeder çağıra bilerler.Hazır ol. [11:00, 2021-4-8] ehmadoveldar: Sizsiz heç yerə gedən deyiləm. Gedən kişi deyil!!! [11:01,2021-4-8] Hacı(Miribrahim) Naxçıvanlı: Çağırsalar get. [11:12, 2021-4-8] ehmadoveldar: ÇAĞİRSALARR.Mən gedərəm Davaya. [14:28, 2021-4-12] ehmadoveldar: Hacı salam. Yenə, qara Pişik?Allah- Allah! [14:55, 2021-4-12] Hacı(Miribrahim) Naxçıvanlı: Yox Eldar mellim.Qara pişik heç vaxt olmayib.Bilsen ki ne gözleyir seni,bir hefte gece gündüz qurban kesib payliyarsan. [14:55, 2021-4-12] Hacı(Miribrahim) Naxçıvanlı: Üzürlü say.Danişa bilmirem. [14:56, 2021-4-12] Hacı(Miribrahim ) Naxçıvanlı: Heleki. [21:18, 2021-4-12] ehmadoveldar: ??? [4:21, 2021-4-19] Hacı(Miribrahim) Naxçıvanlı: Eldar mellim,gec de olsa sene zeng eledim ki şad xeber verem.Deqiqleşdi senin meselen.AzTelekom. [1:21, 2021-4-19] Hacı(Miribrahim) Naxçıvanlı: Seher 12-ye qeder geleciyem. [1:22, 2021-4-19] Hacı(Miribrahim) Naxçıvanlı: Yatmisan? [1:25, 2021-4-19] ehmadoveldar:Allah köməyin olsun. Min əvəzin görəsən! Allah etdiyin yaxşılıqları Sənin- Oğlanlarının qabağına çıxarsın İNŞƏALLAH! Amin! [1:26, 2021-4-19] Hacı(Miribrahim) Naxçıvanlı: Sağol.Her şeyi eden Allah gücüdü.Men bir vasiteyem. [1:28, 2021-4-19] ehmadoveldar:Allah özünə yaxın bəndələri vasitəsiylə edir. Nəsə edəndə [1:30, 2021-4-19] Hacı(Miribrahim) Naxçıvanlı: Bir Xanımnan xahiş etmişdim deqiqleşdirsin senin meselevi.O da gec olsada,zeng edib tesdiqledi.Xahiş etdi ki ad çekmeyim.Dedi senin Dostun tekid edib Eldar Ähmädovun teyinatına.Men de dedim qoy bu xeberi sene deyim,çünki biraz narahatçiliğim var idi.İndi ise rahatam.Gecen Xeyire qalsin. [1:32, 2021-4-19] ehmadoveldar: Xeyrə qarşı! [1:08, 2021-4-21] Hacı(Miribrahim) Naxçıvanlı: Onun təyin olunmasında heç bir xoşagəlməzlik yoxdur. Vaxt məsələsidir. O bilmir Suatı hara göndərsin. Ələt terminalına, ya başqa yerə. Aydın deyil. Rəşad müəyyənləşməyib. Yalnız vaxt məsələsidir.Səninki mənimkin sənin Əhmədovuna görə sıxışdırır. Mümkündürsə zəng vur danışaq. [1:08, 2021-4-21] Hacı(Miribrahim) Naxçıvanlı: Aydındır. Tərcüməsi: Aydındır [1:08, 2021-4-21] Hacı(Miribrahim) Naxçıvanlı: Sən yaxşı olar ki, özününkün sıxışdır. Qoy bir az təzyiq etsin. [1:08, 2021-4-21] Hacı(Miribrahim) Naxçıvanlı: O ondan asılıdır. Bütün iş onun çiynindədir İstəsə də istəməsə də onun namizədliyini qəbul etməlidir. Aydındır? [1:08, 2021-4-21] Hacı(Miribrahim) Naxçıvanlı: O bütün işi müşahidə şurasında cəmləşdirib. Axı o vəzifəpərəstdir. Ona Aztelekom maraqlı deyil.Müqavimət göstərməyəcək. Vaxt məsələsidir. Ünsiyyəti sil. Sağ ol Sabaha qədər. [1:09, 2021-4-21] Hacı(Miribrahim) Naxçıvanlı: Dostumnan biraz derdleşdik.İstedim ki sende bu yazışmanı oxuyasan.Gecen Xeyire qalsın Eldar mellim. [15:47, 2021-4-26] Hacı(Miribrahim) Naxçıvanlı: 30.000 manat istəyir. Bu məsələni tez həll etmək lazımdır. Sən Şahid1 açıq de.Bunun hamısı qəpikdir. Sən yox, o həll etməlidir. [10:03, 2021-4-28] Hacı(Miribrahim) Naxçıvanlı: Sabahin Xeyir.Zengimi gözle. [10:04, 2021-4-28] Hacı(Miribrahim) Naxçıvanlı: Pul hazırdi. [10:04, 2021-4-28] Hacı(Miribrahim) Naxçıvanlı: Men sene zeng etmeden,terpenme bir yere. [10:19, 2021-4-28] ehmadoveldar: Ok. [10:46, 2021-4-28] ehmadoveldar: Bir də Salam. Miri saat 12 qüvvədədir? [11:15, 2021-4-28] Hacı(Miribrahim ) Naxçıvanlı: Eldar mellim.Her şey qüvvede. [11:16, 2021-4-28] ehmadoveldar: Ora çatmarıq axı. [11:18, 2021-4-28] Hacı(Miribrahim) Naxçıvanlı: Çatarıq.Polyakları qebul edib.Gedirler naz.kab.Men sene xeber vereciyem.Gözlä. [12:33, 2021-4-28] ehmadoveldar: Miri əmanət Səndədirsə qoyardlqda yerinə. Sıxıntı var. [12:34, 2021-4-28] Hacı(Miribrahim)Naxçıvanlı: Birazdan Akif getirecek.95.000 manat.Burdayam. [12:37, 2021-4-28] ehmadoveldar: Minnətdaram. Gələn Kliyentlərə deyirik obeddən sonra gəlin. [12:37, 2021-4-28] Hacı(Miribrahim) Naxçıvanlı: Ok [17:16, 2021-4-28] ehmadoveldar: Miri Bakıxanov bələdiyyəsinə 35.000 əmək haqqı verməliyəm. Səhər gəlib, demişəm günortadan sonra gəl. Gəlib indi çıxıb rəisin yanına. O yoldaş vermiyəcəksə vəziyyət çox pis olacaq mənimçün. [17:17, 2021-4-28] ehmadoveldar: Nə edim. [17:50, 2021-4-28] ehmadoveldar: Cavab yazmadın! Mən çıxılmaz vəziyyətdəyəm axı [20:34, 2021-4-28] Hacı(Miribrahim) Naxçıvanlı: Gel apar pulu.Ümidvaram ki iki aya ishlerivi yekunlashdirarsan.Elnura zeng et.Pullar onda.Helelik. [22:00, 2021-4-28] ehmadoveldar: Axşamın xeyir. Miri götürmüsən, yoxsa səhər götürəcəksən? [22:02, 2021-4-28] ehmadoveldar: İNŞƏALLAH Allahın köməkliyi ilə iki aydan tez həll edərik bir yerdə. İki qardaş. [0:00, 2021-4-29] Hacı(Miribrahim) Naxçıvanlı: X20 mellim.Zeng eledim,telefonun sönülüidi. [0:00, 2021-4-29] Hacı(Miribrahim) Naxçıvanlı: Senin bütün meselelerin Allahın izni ile yoluna düşecek. [1:07, 2021-4-29] ehmadoveldar:Göydə Allah, yerdə Siz. [1:09, 2021-4-29] Hacı(Miribrahim) Naxçıvanlı: Seher evden çıxanda Bismillahir Rähmani Rähim de.100.000 manat pul verecekler günortaya qeder.Biraz döz. [3:32, 2021-4-29] ehmadoveldar: İnşəallah. Sabahın xeyir. [3:51, 2021-4-29] Hacı(Miribrahim) Naxçıvanlı: Sabahın xeyir Eldar mellim. [4:05, 2021-4-29] Hacı(Miribrahim) Naxçıvanlı: Yatmısan? [4:07, 2021-4-29] ehmadoveldar: Yox. Nahit Hatipoğluna baxıram [4:08,2021-4-29] Hacı(Miribrahim) Naxçıvanlı: Bir şeyler gönderirem.Oxu sonra sil. [4:09, 2021-4-29] ehmadoveldar: Ok. [4:10, 2021-4-29] Hacı(Miribrahim) Naxçıvanlı: Miri, bezdirmə. Bəsdir artıq, sənin kaprizlərinə çox dözdüm. X12 oturacaq, sən isə dırnaqlarını gəmirəcəsən. Mən özüm ona deyəcəm ki, səni binaya buraxmasın. Zarafatdı. [4:10, 2021-4-29] Hacı(Miribrahim) Naxçıvanlı: Əmr hazırdır. Özüm onu lazımı kimi təlimatlandıracam [4:10, 2021-4-29] Hacı(Miribrahim) Naxçıvanlı: Ona hər şey alınacaq. Çətin bir şey yoxdur. Oturacaq və ona tapşırılanları edəcək. [4:10, 2021-4-29] Hacı(Miribrahim) Naxçıvanlı: Pulları sayacaq. Yadından çıxartma, ona de ki, mənə köynək alsın. Xatırlayırsan, Alikə kostyum almışdılar??? Orada orijinal italyan malı var. Ən uyğunu odur. [4:10, 2021-4-29] Hacı(Miribrahim) Naxçıvanlı: Yaxşı. Artıq saat 11-dir. Hələlik. [4:12, 2021-4-29] Hacı(Miribrahim ) Naxçıvanlı: Gedim yatım biraz.Namaz vaxtıdı. [4:12, 2021-4-29] ehmadoveldar: Allah qəbul eləsin. AMİN [4:13, 2021-4-29] Hacı(Miribrahim) Naxçıvanlı: Seher saat 12 de olacıyam Rabitede.O adam pulu getirecek saat 13.00 da.Götürüb geleciyem. [4:14, 2021-4-29] Hacı(Miribrahim) Naxçıvanlı: Azad Rähimov rehmete gedib.Rehman teyarä işleri ile bu gün meşqul idi. [4:15, 2021-4-29] Hacı(Miribrahim) Naxçıvanlı: Ona göre bu gün bir söz diye bilmedim. [4:15, 2021-4-29] Hacı(Miribrahim) Naxçıvanlı: Özü mene yazdı ki,unutmamışam.Sürücüm sabah hell edecek. [4:16, 2021-4-29] ehmadoveldar: Allah rəhmət eləsin. [4:16, 2021-4-29] ehmadoveldar: Yaxınlığı var? [4:16, 2021-4-29] Hacı(Miribrahim) Naxçıvanlı: Bizden demek.Rehmet ona mexsusdu. [4:17, 2021-4-29] Hacı(Miribrahim) Naxçıvanlı: Azan verildi.Sağol. [9:55, 2021-4-29] Hacı(Miribrahim) Naxçıvanlı: Qiyməti 5.900 manat. Samsung elektroniks. [4:27, 2021-5-6] Hacı(Miribrahim) Naxçıvanlı: Eldar mellim.Seher bildiyin kimi gedeciyem banka.Telefonu söndüreciyem ki heç käs mene zeng elemesin.Pulu götüren kimi telefonu açaciyam.Evvelden dedim ki bilesen ve narahat olmayasan.Allah Amanında.Qadir Gecän Mübaräk olsun. [4:28, 2021-5-6] ehmadoveldar:Allah razı olsun! Sizinlə bahəm. [4:29, 2021-5-6] Hacı(Miribrahim ) Naxçıvanlı: [4:30, 2021-5-6] ehmadoveldar: Miri bizim cavana zəng etdirmədin? [4:32, 2021-5-6] Hacı(Miribrahim) Naxçıvanlı: Eldar mellim seher ona tapşıracaqlar ve o da yerini bilecek. [4:33, 2021-5-6] Hacı(Miribrahim) Naxçıvanlı: Yanı sen ele bilirsen ki men o qeder unutqanam???.Sene diş gösterenin damağını keserem. [4:34, 2021-5-6] ehmadoveldar: Cəddüvə tapşırmışam. İnşəallah ağıllaar. [4:34, 2021-5-6] Hacı(Miribrahim ) Naxçıvanlı: Senin Äli kimi bir dayağın var.Unutma.Ve Allah seni qoruyur. [4:35, 2021-5-6 Hacı(Miribrahim) Naxçıvanlı: AZTELEKOM !!! [4:35, 2021-5-6 Hacı(Miribrahim) Naxçıvanlı: Därya dı- Därya!!! [4:36, 2021-5-6] ehmadoveldar: Göydə Allah, yerdə Sən bilirsən, İNŞƏALLAH! [4:37, 2021-5-6] Hacı(Miribrahim) Naxçıvanlı: Qoy bu Qedir gecesi sene icazim olmadığını deyim.Ne qeder de olsa Müqäddäs gündü.Amma söz bir yerden çıxsa,mene inam itecek. [4:39, 2021-5-6] ehmadoveldar: Xahiş edirəm məni tanı. Özün kimi bil.! [4:39, 2021-5-6] Hacı(Miribrahim ) Naxçıvanlı: Ayın 14-ü 3 neferin täyinatı var.Biri dä senin ämrin di.Amma niye Bayram günü olacaq bilmirem.Tarix ise deqiqdi. [4:40, 2021-5-6] ehmadoveldar: İNŞƏALLAH. Özləri bilən məsləhəti. [4:40, 2021-5-6] Hacı(Miribrahim) Naxçıvanlı: Qal Salamat. [4:41, 2021-5-6] ehmadoveldar: İnamına görə minnətdaram. [18:24, 2021-5-8] ehmadoveldar: Miri mən çıxdım. Evdə Ol acam. [21:35, 2021-5-8] Hacı(Miribrahim) Naxçıvanlı: Anam yenə pis xidmətə görə şikayət edir. Yanında oturmuşam hələlik ki, bir az yuxuya gedib. Eldara çərşənbə günü səhr zəng vuracam. Kollektivə təqdim edəcəm. Qoy öz vəzifə borcları ilə tanış olsun. Sonra isə şef özü təyinat haqqında ona deyəcək. Özü ona göstərişlər verəcək. Sabah zəngləşərik. Sən məniim doğmamsan. [20:39, 2021-5-9] Hacı(Miribrahim) Naxçıvanlı: Sən mənim doğmamsan, tullanıb-düşmə. Eldar cüzi canını qurtardı. Bu sənin sayəndə oldu. [20:39, 2021-5-9] Hacı(Miribrahim) Naxçıvanlı: Sən bilirsən bu Bitribskiy Şefə nə etdi? Otur və Allaha təşəkkür et ki, səninkindən 30 dənə aldılar. [20:39, 2021-5-9] Hacı(Miribrahim) Naxçıvanlı: Əlini yellədəcək və pullar uçacaq. Bu onun üçün xəzinənin açarıdı. Mən daha yaxşı bilirəm. Bir il ərzində sadə kontor üçün çalışdıq, nəticədə isə qızıl tac aldıq. İndiyə qədər başa düşə bilmirəm ki,o nə üçün məhz Eldarı seçdi. Yaxşı. Anam indi oyanacaq. Hələlik, doğma insan.Eldara Şefin dediyini söyləməyi unutma. Sabah zəng vurarsan. [20:42, 2021-5-9] ehmadoveldar: Şef nə deyib? [20:42, 2021-5-9] ehmadoveldar: M [20:44, 2021-5-9] Hacı(Miribrahim) Naxçıvanlı: Eldar mellim Axşamın Xeyir.Gelmişem Novxanıya,Äli mellimin bağına.Yanımda adam var.Sonra danışarıq. [20:46, 2021-5-9] ehmadoveldar: Ok [20:46, 2021-5-9] Hacı(Miribrahim) Naxçıvanlı: Ok [1:34, 2021-5-11] Hacı(Miribrahim) Naxçıvanlı: Salam.Yatmısan Eldar mellim?. [1:58, 2021-5-11] Hacı(Miribrahim) Naxçıvanlı: Hərdən sən hərşeyi ağılsız və qeyri-mütəşəkkil centlmen kimi edirsən. Özünün və Eldarın boynuna bu müqavilələri qoyursan, o səni yox, Eldarı özündən asılı edəcək. Mətbəx ki, onun deyil, düzgür? [1:58, 2021-5-11] Hacı(Miribrahim) Naxçıvanlı: Sən çox gözəl bilirsən ki, onu bizim yanımıza kim gətirib. Sən onun qızının təhsilinə kömək etdin, nə olsun ki? Sənin dostun oldu? [1:58, 2021-5-11] Hacı(Miribrahim) Naxçıvanlı: Sonra o mədəni şəkildə onu təhlükə altına qoyacaq və deyəcək ki, bütün müddət ərzində dövlət vəsaitini nağdlaşdırıb. Düzdürmü? [1:58, 2021-5-11] Hacı(Miribrahim) Naxçıvanlı: Sən kənarda qalacasan. Amma şef onu çağıracaq və deyəcək ki,onun adı bu işdə hallanır. [1:58, 2021-5-11] Hacı(Miribrahim ) Naxçıvanlı: Bəs onda? Bir müddət işləyən kimi Şef onun hisslərinə toxunmamaq üçün başqa işə göndərəcək. Və hamımız getdik. [1:58, 2021-5-11] Hacı(Miribrahim) Naxçıvanlı: Ona görə də otur və səsini çıxarma. Qoy insan nəfəsalsın. Sənə pul lazımdı??? Mən hər şeyi anlayıram. O orada lazımi qədər pul qazanır və sənə də dadlı tikə verəcək. [1:58, 2021-5-11] Hacı(Miribrahim ) Naxçıvanlı: Buna görə də təkərin altına başmaq qoyma. Tez və ya gec Şef onları burdan cəhənnəmə qovacaq. Hələlik. [23:49, 2021-5-11] Hacı(Miribrahim) Naxçıvanlı: Eldar mellim Salam.Sayändä Naxçıvannan Salamlar.Gelende sene Naxçıvan kolbasası getireciyem.Sifariş verdim yezneye.Sağol. [0:48, 2021-5-12] ehmadoveldar: Naxçıvana, bütün Qohumlara çoxlu salamlar! ©>. Sağ-Salamat!© [0:50, 2021-5-12] Hacı(Miribrahim) Naxçıvanlı: Sene Aztelekom,Ana südü kimi HALAL olsun !!! [23:28, 2021-5-13] Hacı(Miribrahim) Naxçıvanlı: Hələlik ki, narahatçılıq yoxdur. Həkim deyir ki vəziyyəti nəzarətdə saxlayır, lakin bu kifayət deyil,vəziyyətin gedişatına nəzarət etmək lazımdır.Şef bazar ertəsi olacaq. Onu gözləyəcəm. Ümid edirəm o vaxta kimi hər şey yaxşı olacaq. [23:28, 2021-5-13] Hacı(Miribrahim ) Naxçıvanlı: Zəng vurmaq münasib deyil. Özün Eldara başa sal ki, mən o vəziyyətdə deyiləm. Bazar ertəsinə salamaq qalaq. Hələlik. [23:28, 2021-5-13] Hacı(Miribrahim) Naxçıvanlı: Doğma insan nə üçün narahat olursan. Sənə dedilər ki, narahatlığa səbəb yoxdur. Eldarın işi həll olundu. Sakitləş. [14:16, 2021-5-20] Hacı(Miribrahim) Naxçıvanlı: Eldar mellim,sizi Tebrik edirem. Nazir teqtimatıvıza qol çäkdi. Allah yoluvu açıq eläsin.Birazdan burdan çıxıb zeng edeciyem sene. [14:21, 2021-5-20] ehmadoveldar: Allah Səndən razı olsun.Etdiyin bütün yaxşılıqlar Ailənin, Oğlanlarının qabağına çıxsın İNŞƏALLAH. AMİN! [14:21, 2021-5-20] Hacı(Miribrahim) Naxçıvanlı: Sağol. [14:22, 2021-5-20] Hacı(Miribrahim) Naxçıvanlı: Birazdan bank mese eside hell olunacaq. [16:55, 2021-5-24] ehmadoveldar: Miri nə deyirlər? [22:50, 2021-5-24] Hacı(Miribrahim) Naxçıvanlı: Super [15:38, 2021-5-25] Hacı(Miribrahim) Naxçıvanlı: Mən artıq zəng vurub xahiş etmişəm ki, Eldarı təcili surətdə dövlət qulluğuna keçirsinlər. Yəni Eldar sadəcə qeydiyyatdan keçməlidir, vəssalam. Onun şəxsiyyət vəsiqəsin götür, dövlət imtahan mərkəzinə get, orada Ramin Cahangirbəyliyə yaxınlaş və de ki,Rabitə nazirliyinin birinci müavini səni göndərib və sənədi ver ki, dövlət qulluğu versinlər. Aydındır? Sualın olsa, dərhal votsapa yaz. Mən nəqliyyat agentliyində olacam. Ona görə də tez hərəkət et. Uğurlar. Köynək yaddan çıxmasın. Yaxşı olsun. [15:40, 2021-5-25] Hacı(Miribrahim) Naxçıvanlı: Orada onların özləri yazacaq ərizəni və anketi dolduracaqlar. Həmin Raminə 1000 manat ver, bildirmə ki, mən bilirəm. Sadəcə stolunun üstünə qoy. Orada hər yer kameradir, ehtiyatlı ol. Tələs. Vaxt azdır. Şef göstəriş verdi ki, onu işə tez göndərsinlə. Cavab verə bilməsəm votsapa yaz. Tələs. [12:03, 2021-5-26] ehmadoveldar: Kompüterdə Dövlət qulluğu, test sualları var. Özümü yoxladım, 52 sualdan 48-ini düz tapdım. Naxçıvanda ilişdim [12:07, 2021-5-26 Hacı(Miribrahim) Naxçıvanlı: Birazdan gəlirəm. [12:25, 2021-5-26 ehmadoveldar: X13. [12:26, 2021-5-26] Hacı(Miribrahim) Naxçıvanlı:Nzirliyivizdeyem.Çıxıram. [12:27, 2021-5-26] ehmadoveldar: Yaxınlaşanda de keçim çay içməyə. [12:27, 2021-5-26] Hacı(Miribrahim) Naxçıvanlı: Oldu [12:18, 2021-5-27] Hacı(Miribrahim) Naxçıvanlı: Samir Qaçayeviç saat 14 qədər sizin əməkdaşınız E.D.Əhmədovun test verməsini təsdiq edən sənədi sizə göndərəcəyik. X5. [15:57, 2021-5-27] Hacı(Miribrahim) Naxçıvanlı: Eldar mellim,şirinlik istiyen var.Vəziyativi bildiyim üçün.sennen soruşuram. Fikrin nedi? Burda özünü öldürən var. [16:02, 2021-5-27] ehmadoveldar: Yox öldürməyə qoyma. Oradan verəcəklər də alım verərəm də olar? [16:03,2021-5-27] Hacı(Miribrahim) Naxçıvanlı: Yüngülvari elə.Meslehetdi. [16:03, 2021-5-27] Hacı(Miribrahim) Naxçıvanlı: Qoymaram öldürməyə. [16:03, 2021-5-27] Hacı(Miribrahim) Naxçıvanlı: Narahat olma. [16:04,2021-5-27] ehmadoveldar: Yox çox kritik vəziyyətdirsə(Fövqaladə) onda... Ok. [16:04, 2021-5-27] Hacı(Miribrahim) Naxçıvanlı: Kritik veziyet deyil.Amma biraz olması meslehetdi. [21:44, 2021-5-28] Hacı(Miribrahim) Naxçıvanlı: Salam Eldar mellim.Necedi Qubanın havası? [22:05, 2021-5-28] ehmadoveldar: Super Yeriniz məlum. [22:09, 2021-5-28] Hacı(Miribrahim) Naxçıvanlı: Atdın meni buralarda tək,getdin Qubaya.İstədim gedem Naxçivana,qaldım buralarda. [22:12, 2021-5-28] ehmadoveldar: Gəl sabah Qubaya Qardaş, göz üstündə yeriniz var! Gözləyirik. 2 saatlıq yoldur! [22:13, 2021-5-28] Hacı(Miribrahim) Naxçıvanlı: Yox.Burda olmağım məsləhətdi. [22:14, 2021-5-28] Hacı(Miribrahim) Naxçıvanlı: Əli məllimin yanında olmağım lazımdı. [22:14, 2021-5-28] Hacı(Miribrahim) Naxçıvanlı: Qoy görsün ki mən burdayam.Uzaqda olanda çox suallar yaranır. [22:15, 2021-5-28] ehmadoveldar: Sən Allah, Sən Cəddin səhər gəl Qubaya Ailəvi. Qulluğunduzda olaq [22:24, 2021-5-28] Hacı(Miribrahim) Naxçıvanlı: X27 mellim.Heç şübhəm yoxdur ki sənin qonaqperver olmagıva.Amma burda olmağım məsləhətdi.İnan ki nə dediyimi bilirəm. [22:25, 2021-5-28] Hacı(Miribrahim) Naxçıvanlı: Mən bunlara yaxın olanda işlərimiz yekuna doqru gedir. [0:45, 2021-6-1] ehmadoveldar: Miri axşamın xeyir. Gör nə deyirəm, çox fikirləşdim. Gördüm alınmır! Məni tanıyanlar tanıyır. X28 xəncər söhbəti oldu. Səhər işə çatan kimi o almağı cəzalandıracam. Sonrası nə o!ar olsun. İstəmədim belə centelementliyi! [0:46, 2021-6-1] Hacı(Miribrahim) Naxçıvanlı: Zeng edirem sene. [1:18, 2021-6-1] Hacı(Miribrahim) Naxçıvanlı: Özün anlayırsan ki, burada nə baş verir. Əks-hücuma keçmişik. Bir təpik alacaqlar və sakitləşəcəklər. Yatmaq vaxtıdır. Əl çək, yoxsa məni evdən qovacaqlar. Səhər danışarıq. [1:23, 2021-6-1] ehmadoveldar: Sən mənim doğmamsan! Gecən xeyrə. Allah bilən məsləhətdir. [1:23, 2021-6-1] ehmadoveldar: Allah şeytana lənət eləsin. [1:24, 2021-6-1] Hacı(Miribrahim) Naxçıvanlı: Gecən Xeyirə qalsın.Yatmıram hələ.Görsən narahatsan,zəng elə mənə. [12:28, 2021-6-9] Hacı(Miribrahim) Naxçıvanlı: Eldar mellim Salam Aleykum.Sene bir saat qabaqdan zeng edecekler. Men ofisde olaciyam.Narahat olma,seni qarşılayacaqlar. [12:30, 2021-6-9] ehmadoveldar: Bank düzəlir? [12:30, 2021-6-9] Hacı(Miribrahim) Naxçıvanlı: Düzelir. [12:30, 2021-6-9] Hacı(Miribrahim) Naxçıvanlı: Sebirli ol biraz. [12:31, 2021-6-9] Hacı(Miribrahim) Naxçıvanlı: Az qalıb. [12:31, 2021-6-9] ehmadoveldar: Baş üstə. [12:31, 2021-6-9] Hacı(Miribrahim) Naxçıvanlı: [12:32, 2021-6-9] Hacı(Miribrahim) Naxçıvanlı: Hele ki burdayam.Sen çöreyivi yeki.bura gelsen axşama kimi heç yana çıxa bilmeyeceksen. [15:04, 2021-6-9] ehmadoveldar: Ya Cəddin! Nə deyirlər? [15:22, 2021-6-9] Hacı(Miribrahim) Naxçıvanlı: Darıxma ve neni daeıxdırma.Allah yoluvu açıb,gözle çağırsınlar.Menim burda oturmağım lazımdı.Çox danışa bilmirem.Üzürlü say Eldar mellim. [15:32, 2021-6-9] Hacı(Miribrahim) Naxçıvanlı: Hər şey gözel yekunlaşacaq.Elə bir məqamdayıq ki birdene imzaya qalıb meselen.X25. [15:41, 2021-6-9] Hacı(Miribrahim ) Naxçıvanlı: Mən hər şeyi gözəl anlayıram, əsəbləşmə, vurnuxma. Mən də bir saatdan sonra gələcəm. Otur, dinc dur, istənilən halda bu həftə təyinat olacaq. Bu qubadlıllar hamını bezdiriblər. Kazak bir az döz, ataman olacaqsan. [15:41, 2021-6-9] Hacı(Miribrahim) Naxçıvanlı: Silersen bu mesajı.Oxu sil. [15:42, 2021-6-9] ehmadoveldar: sən mənim doğmamsan [12:57, 2021-6-10] Hacı(Miribrahim) Naxçıvanlı: Hara əkildin??? Sənə dedilər axı burda otur. Necə səfehsən, doğma insan. Bura geri qayıt, istənilən vaxt Eldarın əmrini imzalaya bilərlər. Geriyə gəl. [22:45, 2021-6-10] ehmadoveldar:X29 İnanıram [22:48, 2021-6-10] Hacı(Miribrahim) Naxçıvanlı: Ceddim seni qoruyur,çünki sen her zaman mene el tutub kömek etmisen. [22:52, 2021-6-10] ehmadoveldar: Allah həmişə Səni o müqəddəs nəslin nümayəndəsi kimi himayəsində saxlasın AMİN [22:53, 2021-6-10] Hacı(Miribrahim) Naxçıvanlı: Amin. [11:47, 2021-6-13] ehmadoveldar:Salam [13:42, 2021-6-13] Hacı(Miribrahim) Naxçıvanlı: Salam Eldar mellim. [13:42, 2021-6-13] Hacı(Miribrahim) Naxçıvanlı: Gəlmisən? [13:44, 2021-6-13] ehmadoveldar:Salam Hacı, indi çıxırıq. [13:47, 2021-6-13] Hacı(Miribrahim) Naxçıvanlı: Lap yaxşı. Mən Alov qülləsindəyəm.Çox danışa bilmirem.Sən nə vaxta gələrsən? [13:50, 2021-6-13] ehmadoveldar: Uşağlar anam. Onları Masazır aparacam. Amerikan nəvələr 4-cü gün gəlirlər, İNŞƏALLAH. Lazımam. Saat 6 ya boş olaram. Salamatçılığdır mı. [13:51, 2021-6-13] ehmadoveldar: Uşaqları Masazıra düşürəcəyəm. [13:52, 2021-6-13] Hacı(Miribrahim) Naxçıvanlı: Eldar mellim burda danışmaq olmaz vatsap ve telefonnan. [13:52, 2021-6-13] Hacı(Miribrahim) Naxçıvanlı: Üzürlü say [13:53, 2021-6-13] Hacı(Miribrahim) Naxçıvanlı: Tecili 2.500 manat gönder.Mən çıxa bilmirem burdan. [14:00, 2021-6-13] ehmadoveldar: Miri işdən öyrənim deyərəm. Amma vəziyyət nə yerdədir? Cavidin ipini çəkən olmadı? . Mən işdə yoxam, ağzına gələni danışır işçilərin yanında.! Kassamın vəziyyəti də bəlli. Məni biabır edər, beş dəqiqənin içində. Bank işi nə yerdə? [14:04, 2021-6-13] Hacı(Miribrahim) Naxçıvanlı: Eldar mellim zehmet olmasa dediyimi eləyin.Qalan şeyi buraxın mənə. [14:16, 2021-6-13] ehmadoveldar: Miri kimisə göndər poçta vecəklər. [14:17, 2021-6-13] Hacı(Miribrahim) Naxçıvanlı: Akifi gönderirem.Kimə yaxınlaşsın? [14:17, 2021-6-13] ehmadoveldar: Sevinc [14:17, 2021-6-13] Hacı(Miribrahim) Naxçıvanlı: Ok [14:18, 2021-6-13] Hacı(Miribrahim) Naxçıvanlı: Axşam da olsa sənnən görüşəciyəm. [14:21, 2021-6-13] ehmadoveldar: Amma işi boş buraxma, tapşırıblar. Qızların yanında qatığlayıb. Ki, 1-ci gündən Eldar başqa şöbəyə göndərəcəyəm. Təqdimat yazmışam, rəhbərliyin razılığın almışam. [14:22, 2021-6-13] ehmadoveldar: Sən mənim doğmamsan. Boş buraxma bu işi. [14:23, 2021-6-13] Hacı(Miribrahim) Naxçıvanlı: Eldar mellim onnan rehber çıxmaz.O onun sözleri deyil.Ne ise meni çox danışdırma.Sonra danışariq. [14:23, 2021-6-13] ehmadoveldar: Ok. [14:25, 2021-6-13] ehmadoveldar: Sabah Ya o tərəf, Ya bu tərəf nəsə olacaq. [14:25, 2021-6-13] Hacı(Miribrahim) Naxçıvanlı: Bəli [14:29, 2021-6-13] ehmadoveldar: Akif m. Gedib? Saat 3- də bağlamalıdırlar, dedim gözlısinlər [14:29, 2021-6-13] Hacı(Miribrahim) Naxçıvanlı: Mesaj yazdım getsin. [14:30, 2021-6-13] Hacı(Miribrahim) Naxçıvanlı: Dedim Sevincə yaxınlaşsın [15:37, 2021-6-13] Hacı(Miribrahim) Naxçıvanlı: Çatdı. [18:53, 2021-6-13] ehmadoveldar: Axşamın xeyir Miri. Necəsiz? Mən Montindəyəm vaxtın olsa 5-10 dəqiqə çay içək. [18:57, 2021-6-13] Hacı(Miribrahim) Naxçıvanlı: X20 mellim.Eldar mellim bir iki saatdan sonra görüşerik. [18:58, 2021-6-13] ehmadoveldar: Ok [18:59, 2021-6-13] Hacı(Miribrahim) Naxçıvanlı: Hələ ofisdeyem.İşleri tamamlamaq lazımdı Eldar mellim. [19:05, 2021-6-13] ehmadoveldar: Miri Əfqana tapşırt. Səhər qoyarlar özlərini gic yerinə deyərlər tanımamışam. Kassanı təhvil almaq istəyər. Elə bir şeylər danışıb cavid. Biyablr olaram [19:06, 2021-6-13] Hacı(Miribrahim) Naxçıvanlı: Ok [23:26, 2021-6-13] Hacı(Miribrahim) Naxçıvanlı: Eldar mellim seher get oşə,mübahisə eləmə və məni gözlə.Hər şey yaxşı olacaq. [23:27, 2021-6-13] ehmadoveldar: Allah razı olsun. [23:27, 2021-6-13] ehmadoveldar: Gördün Əfqanı? [23:28, 2021-6-13] Hacı(Miribrahim) Naxçıvanlı: Bəli.Onnux deyil. [23:29, 2021-6-13] ehmadoveldar: Gecən xeyrə qalsın! [23:30, 2021-6-13] Hacı(Miribrahim) Naxçıvanlı: Gecən Xeyirə qalsın.Allah seni qoruyur. (cild 1, iş vərəqə 100-115). 115 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs haqqında heç bir şikayət daxil olmadığı göstərilmişdir (cild 2, iş vərəqə 50). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 236-238). Məhkəməyə təqdim olunmuş 12 fevral 2022-ci il tarixli notariat qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Şahid1 vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir, Şahid1 onu bağışlamış və barışıq əldə olunmuşdur. Təqsirləndirilən şəxs qarşı heç bir tələb və iddia yoxdur, gələcəkdə də olmayacaqdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci və 32.4, 312.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan əməl ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsində nəzərdə tutulan əməl isə az ağır cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Həmin qərarın 31-ci bəndində göstərilir ki, vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında əlavə cəza nəzərdə tutulmasa da təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməsi zəruridir. Belə ki, məhkəmə, təqsirləndirilən şəxsin qəsdinin yönəldiyi ictimai münasibətlərin xarakterini, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin faktiki hallarını da nəzərə alaraq hesab edir ki, bu əlavə cəzanın yaradacağı digər məhdudiyyətlərlə bərabər həm də mənəvi-psixoloji təsiri cəzanın tənbeh təsirinin gücləndirilməsinə, təqsirləndirilən şəxsin təkrar cinayət törətməsinin qarşısını almağa, bununla da cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunmasına xidmət edəcəkdir. Məhkəmə gəldiyi bu qənaəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe baxımından da əsaslı hesab edir. Yuxarıda şərh olunanları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci və 32.4, 312.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza, həmçinin müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs oğlu barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 08 dekabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 2, iş vərəqə 41-45). Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Şahid1 tərəfindən Təqsirləndirilən şəxs verilən pulların miqdarı və tarixi barədə tərtib edilmiş vərəqələr cinayət işinin materiallarında saxlanılmalı, Şahid1 məxsus “HUAWEİ” markalı mobil telefon aparatı içərisindəki “WhatsApp” proqramında olan +99***-***-**-** saylı mobil nömrə ilə aparılmış yazışmaları silinməklə onun ailə üzvlərinə qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Xəqani qızı tərəfindən həyata keçirilmişdir. Cinayət- Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi Xəqani qızının vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24.12.2021-ci il tarixli 15 saylı, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübutlar: - Şahid1 tərəfindən Təqsirləndirilən şəxs verilən pulların miqdarı və tarixi barədə tərtib edilmiş vərəqələr cinayət işinin materiallarında saxlanılsın; - Şahid1 məxsus “HUAWEİ” markalı mobil telefon aparatı içərisindəki “WhatsApp” proqramında olan +99***-***-**-** saylı mobil nömrə ilə aparılmış yazışmaları silinməklə onun ailə üzvlərinə qaytarılsın. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi Xəqani qızı üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar