Məhkəmə qərarları › İş №1(101)-609/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-609/2023

17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-609/2023 17.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X9-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, X7, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 04 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Bakı şəhəri 26 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3, Zərərçəkmiş şəxs Güləhməd oğlunun, zərərçəkmiş şəxsin nümayəndəsi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Universal” Vəkil bürosunun vəkili Nümayəndə iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs1, xx xxxxxx 1996-cı ildə Qusar rayonu, Çubuqlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvandada yaşamış, 19 avqust 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinn Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2, xx xxxxx 1971-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olub məhkumluğu ödənilmiş, Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, ev 262-də qeydiyyatda olub, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Rüstəm Allahverdiyev küçəsi, ev 24-də yaşamış, 12 sentyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilib hazırkı vaxta da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 və başqası ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, əvvəlcədən danışaraq razılıq əldə etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın niyyəti ilə planlaşdırdırıb qabaqcadan əlbir olan bir qrup şəxs halında 16 avqust 2022-ci il tarixdə saat 12:00 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi «BMW» minik markalı Az **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 ünvanında yerləşən yaşayış binasının həyətinə gələrək həmin binada 44 nömrəli mənzildə yaşayan, valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs mənzilə gəlişini müşahidə edib məlumat vermək və sonuncunun külli miqdarda əmlakını ələ keçirdikdən sonra birlikdə hadisə yerindən uzaqlaşmaq üçün X15 və qrupun digər üzvü ilə birlikdə avtomobildə, Təqsirləndirilən şəxs1 isə yaşayış binasına daxil olaraq 44 nömrəli mənzilin yerləşdiyi blokda gözləmiş və həmin gün saat 12:40 radələrində Zərərçəkmiş şəxs əlində tutduğu kompüter çantası ilə həyətə daxil olub bloka doğru hərəkət etdiyini müşahidə edən başqa şəxs Təqsirləndirilən şəxs2 mobil telefonu ilə Təqsirləndirilən şəxs1 zəng vurub bu barədə onu məlumatlandıraraq basqın üçün hazırlaşmasına dair xəbərdarlıq etmiş, bu zaman Təqsirləndirilən şəxs2 ətrafa nəzarət etmək və zərurət olarsa, xəbərdarlıq etmək üçün avtomobili tərk edib yaxınlıqda dayanaraq ətrafı müşahidə etmiş, başqa şəxs isə «BMW» markalı Az **-FH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edərək hadisə yerindən maneəsiz şəkildə uzaqlaşmaq üçün hadisə yerinin yaxınlıqdakı həmin rayonun Ülvi Bünyadzadə küçəsi 8 ünvanında yerləşən Əbu Bəkr məscidi istiqamətində əlverişli yerdə saxlayıb gözləmiş, bu zaman Təqsirləndirilən şəxs1 qeyd olunan binanın birinci mərtəbəsi ilə ikinci mərtəbəsi arasında yerləşən pilləkənlərlə yuxarı qalxan Zərərçəkmiş şəxs üzərinə hücum edərək ona yumruqla qəsdən çoxsaylı zərbələr vuraraq alın sümüyünün yerdəyişməmiş qapalı sınığı, sağ və sol göz ətrafı nahiyənin qançırları və ağlı qişaya qansızma ilə müşayiət olunan hematomaları, sağ yuxarı göz qapağının cırılmış- əzilmiş yarası, burun tağının əzilmiş yarası, sol əlin 4-cü barmağının əzilmiş - cırılmış yaraları, sağ və sol dirsək oynağının, sağ və sol diz oynağının sıyrıqları ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edərək içərisində Zərərçəkmiş şəxs məxsus milli valyuta ilə 5540 (beş min beş yüz qırx) manat ekvivalentində 200000 (iki yüz min) Rusiya rublu, 365500 (üç yüz altmış beş min beş yüz) manat ekvivalentində 215000 X12 dolları və 108000 (bir yüz səkkiz min) manat məbləğində pul vəsaiti olan 35 (otuz beş) manat dəyərində kompüter çantasını Zərərçəkmiş şəxs əlindən alıb binanı tərk edərək həyətdə onu gözləyən Təqsirləndirilən şəxs2 yaxınlaşaraq birlikdə «BMW» markalı Az **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hadisə yerini tərk edib uzaqlaşmaq məqsədi ilə ardıcıllıqla ünvan 3 ünvanında yerləşən Əbu Bəkr məscidinə doğru piyada hərəkət etmiş və bütün bu müddət ərzində qeyd olunan avtomobillə ərazini müşahidə edən başqa şəxsin onlara yaxınlaşmasından sonra Təqsirləndirilən şəxs2la birgə həmin avtomobilə əyləşib ərazidən uzaqlaşlaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla, onun külli miqdarda, yəni 479075 (dörd yüz yetmiş doqquz min yetmiş beş) manat məbləğində pulunu quldurluqla ələ keçirmişlər. Təqsirləndirilən şəxs1 ifadələrində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü maddələri ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilib ifadələrində göstərdi ki, məhkəmədə ona zərərçəkmiş şəxs qismində təqdim olunan Zərərçəkmiş şəxs şəxsən tanmamışdır. Onun barəsində onu bu işə qoşan Yusif məlumat vermişdi. Onu başqasının əmlakını ələ keçirən şəxs kimi xarakterizə etmişdi. Hadisə 16 avqust 2022-ci il tarixdə, günorta radələrində Nərimanov rayonu, Təbriz küçəsində baş verib. Dəqiq ünvanı xatırlamır. Yusif onlara oğurluq edəcəyimiz adam, yəni Zərərçəkmiş şəxs barədə məlumat vermişdi. Sonra Yusif plan quraraq oğurluq məqsədilə harada görüşəcəyimizi, saatı və digər detalları Elşənlə ona demişdir. Pulları Zərərçəkmiş şəxs oğurladığı anda elə situasiya yarandı ki, ani həyəcan vəziyyətində o, zərərçəkmiş şəxsi yumruqla iki dəfə vurmuşdur. Nə Elşənin, nə də onun zərərçəkmiş şəxsi vurmaq niyyətləri olmayıb. O, zərərçəkmiş şəxsə iki yumruq vurduqdan sonra, içərisi pul ilə dolu olan çantanı götürüb blokdan çıxmışdır. Onun fikri yalnız pulu götürüb hadisə yerindən uzaqlaşmaq olub. Onun götürdüyü puldan Yusif ona 115000 manat pul vermişdi. O da həmin pulu Nərimanov rayon Polis şöbəsində müstəntiqə qaytarmışdır. Qaytardığı pulun zərərçəkmiş şəxsə verilib-verilmədiyini bilmir. Onları bu əməli törətmək üçün Yusif istiqamətləndirmişdir. Elşən də onunla hadisə yerinə, oğurluğa getmişdi, lakin oğurluq etdiyi binadan kənarda dayanmışdı. Elşənin cinayət əməlində funksiyası zərərçəkmiş şəxsin bloka girməyini ona xəbər verməsindən ibarət idi. O, Bəxtiyarın daxil olduğu blokun içərisində 2-ci mərtəbədə gözləmişdir. Zərərçəkmiş şəxs pilləkənlə yuxarı qalxanda onu görmüşdür. O da onun əlindəki pul ilə dolu çantanı götürüb qaçmaq istəmişdir. Yusif ona demişdi ki, Zərərçəkmiş şəxs əlindəki çantanın içində çoxlu pul olacaq, həmin çantanı götürüb qaçmaq lazımdır. Çantanı götürmək istəyəndə zərərçəkmiş şəxs qışqırmağa başladı, həmin an onunla aralarında çəkişmə yaranmışdır, lakin zərərçəkmiş şəxs ona xəsarət yetirməyib. O, Bəxtiyara iki yumruq vurmuşdur. Bəxtiyar da o zərbənin təsirindən yıxıldı. O, çantanı götürüb blokdan çıxmışdır. Sonra isə Elşən və o, Yusifin idarə etdiyi maşına əyləşib hadisə yerindən uzaqlaşmışlar. Bəxtiyardan götürdüyü pul ilə dolu çantanı əyləşdikləri maşında Yusif açdı.Həmin çantanın içərisində həm milli, həm də xarici valyutada pul var idi. Onun usif maşında arxa oturacaqda əyləşmişlər. Yusif çantadakı pulları bölüşdürdü. Yusif ona həmin çantanın içində əlli min manat olacağını demişdi. Sözügedən əlli min manatı aralarında on beş- iyirmi min manat olmaqla bölüşməli olmuşlar, lakin çantada çox pul aşkar olundu. Pulun dəqiq miqdarını o, bilmir. Yusif də ona çantada nə qədər pul olmasını deməyib. Pulu böldükdən sonra, o, Xırdalanda maşından düşmüşdür. Oğurladığları puldan Yusif tərəfindən ona verilən pulu özündə saxlamış, sonra da o, ona çatan pulun bir hissəsini öz evinin qarşında basdırıb, bir qismi isə borclarını ödəmişdir. Borclarımın miqdarı üç-yüz-dörd yüz manat olmuşdur. Yusif ona Bəxtiyar barədə yalnış məlumat vermişdi. Yusif zərərçəkmiş şəxs Bəxtiyarın blokunun qapısının koduna kimi bilirdi. Əldə olunmuş pul üç adamın, yəni onun, Elşənin, Yusifin arasında bölüşdürüldü. Pul bölgüsündən ən çox Yusifə düşüb. Pulu Yusif özü bölüb. O, Yusifə düşən pulun məbləğini bilmir. Yusif onlara Bəxiyarı insanların haqqına girənin biri kimi, yəni pis insan kimi tanıtmışdı. Əgər o, Yusifin dediklərinin yalan olduğunu bilsəydi, bu əməli törətməzdi. Özü Qarabağ döyüşçüsüdür. Heç kimə xəsarət yetirmək istəməzdi. Etdiyi əməldən peşmandır. Müharibədə iştirak etdikdən sonra “Xocavəndin azad olunmasına görə” medalı və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Döyüşlərdən qayıdandan sonra heç bir yerdə işləmir. Döyüşlərdə həm qolundan, həm də ayağından yaralanmışdır. Törətdiyi əmələdən peşmandır.Onun quldurluq etmək niyyəti olmayıb. O, pulu Bəxtiyarın əlindən alıb qaçmalı olmuşdur. Əvvəllər məhkum olunmayıb. Törətdiyi əməlin belə nəticələnməsini gözləməmişdir. Bütün bunları nəzərə almağı məhkəmədən xahiş edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3cü maddələri ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilərək törətdiyi cinayət əməlini tam etiraf edib göstərmişdir: “… Bakı şəhəri, Binəqədi rayonu, Sulutupə qəsəbəsindəki həyət evində maşın ustası işləyən Təqsirləndirilən şəxs2 ilə 2021-ci ilin qış aylarında tanış olmuşdur. … 2021-ci ilin ilin yay aylarında Elşənin yanında təxminən 1 (bir) ay usta köməkçisi kimi işləmiş və bundan sonra da Elşənlə əlaqə və münasibətləri davam etmişdir. 2022-ci ilin iyul ayında Elşən ona zəng vurub Sulutəpə qəsəbəsindəki sexinə çağırmışdır. Görüş zamanı Elşən ona Yusif adlı tanışının ciddi bir iş təklif etdiyini demişdir. Bu barədə maraqlandığında Elşən valyuta dəyişmə ilə məşğul olan Bəxtiyar adlı bir nəfər Bakı şəhər sakininin uzun müddətdən bəri Yusif tərəfindən izlənildiyini, həmin şəxsin üzərində həmişə külli miqdarda pul olduğunu, Yusiflə danışıb razılaşaraq həmin şəxsdən üzərində daşıdığı pulu ələ keçirmək istədiklərini söyləyib fiziki cəhətdən güclü və cəld olduğu üçün bu işdə onlara köməklik etməsini xahiş etmişdir. Razılıq verəcəyi təqdirdə nə qədər pul əldə edəcəyini soruşduqda Elşən əldə edəcəkləri pulu öz aralarında bərabər şəkildə böləcəklərini bildirmişdir. Pula ehtiyacı olduğundan Elşənin bu təklifi ilə razılaşaraq bu işdə ona necə lazımdırsa köməklik edəcəyini demişdir. Sonradan bir neçə dəfə Elşənlə görüşüb həmin işi necə görəcəkləri barədə danışmışlar. Hər dəfə söhbət əsnasında Elşən həmin işi tanışı Yusifin təklif etdiyini, Bəxtiyar adlı həmin şəxsə dair bütün məlumatları müntəzəm olaraq Yusifdən əldən etdiyini bildirmişdir. Sonrakı görüşlərinin birində Sulutəpə qəsəbəsindəki Elşənə məxsus sexdə X16 ilə Elşənin vasitəsilə tanış olmuşdur. Yusifi əvvəllər tanımamışdır. Yusiflə ilk dəfə görüşən vaxt Yusif görəcəkləri bu iş barəsində əsasən Elşənlə ətraflı danışıb məsləhətləşsə də, sonrakı görüşlərində onunla da bu barədə danışıb məsləhətləşməyə başlamışdır. Həmin ərəfələrdə Sulutəpə qəsəbəsindəki Elşənə məxsus sexdə növbəti görüşlərinin birində Elşən Yusifin deməsinə görə Bəxtiyar adlı həmin şəxsin adətən üzərində içərisində külli miqdarda pul olan çanta ilə piyada gəzdiyini, arabir Nərimanov rayonu, Təbriz küçəsi 2 ünvanında yerləşən mənzilinə gəldiyini və bu barədə Yusifin dəqiq məlumatının olduğunu bildirmişdir. Yusif də Elşənin dediklərini təsdiq edərək Bəxtiyar adlı həmin şəxsi mütəmadi olaraq izlədiyini və əlverişli məqam yetişən kimi hərəkət edəcəklərini bildirərək hər ikisinə hazırlıqlı olmalarını söyləmişdir. Yusif və Elşənlə birlikdə belə danışıb razılaşmışlar ki, Bəxtiyar adlı həmin şəxs yaşadığı Nərimanov rayonu, Təbriz küçəsi 2 saylı ünvanda yerləşən binadakı mənzilinə gələn zaman o, qabaqcadan blokda gözləyib həmin şəxsin qarşısını kəsəcək və yumruqla onun baş nahiyəsinə vuraraq əlindəki pul dolu çantanı alacaqdır, bu müddət ərzində isə Yusiflə Elşən sonuncuya məxsus «BMW» minik markalı ** FH *** dövlət qeydiyyat nişanlı avtomobillə binanın həyətində dayanıb hər ehtimala qarşı ətrafı müşahidə edəcəklər və çantanı ələ keçirdikdən sonra dərhal oradan uzaqlaşa bilmələri üçün avtomobildə hazır vəziyyətdə onu gözləyəcəklər. Yusif Bəxtiyar adlı həmin şəxsin üzərində adatən 70-80 (yetmiş-səksən min) manat pul olduğunu bildirmişdir. Yusif və Elşənlə danışıb belə razılaşmışlar ki, əldə edəcəkləri pulu öz aralarında bərabər şəkildə 3 (üç) yerə böləcəklər. Nəhayət Elşən və Yusifə birlikdə uzun müddət götür-qoy edib hər şeyi ətraflı planlaşdırdıqdan sonra sonuncu dəfə 14 avqust 2022-ci ildə o, Elşən və Yusif Sulutəpə qəsəbəsində Elşənin evinin yaxınlığında görüşmüşlər. Həmin vaxtı Yusif ona və Elşənə bildirmişdir ki, Bəxtiyar adlı həmin şəxs həftənin 2-ci günü, yəni 16 avqust 2022-ci il saat 12 radələrində Nərimanov rayonu, Təbriz küçəsi 2 ünvanındakı mənzilinə gələcək və həmin vaxt üzərindəki çantada külli miqdarda pul olacaqdır. Bir daha danışıb belə qərara gəlmişlər ki, o, qabaqcadan bloka daxil olub Bəxtiyar adlı həmin şəxsi gözləyəcəkdir, Yusiflə Elşən isə binanın həyətində ətrafı müşahidə edərək Elşənə məxsus «BMW» minik markalı ** FH *** dövlət qeydiyyat nişanlı avtomobillə onu gözləyəcəklər. Bəxtiyar əlində çanta həyətə daxil olduqda Yusif mobil telefonla ona məlumat verəcək və Bəxtiyar bloka daxil olub mənzilinə qalxan zaman o, blokda qəflətən Bəxtiyarın qarşısını kəsib yumruqla başına vuraraq əlindəki çantanı alıb həyətə çıxacaqdır və bundan sonra Elşənin avtomobilində oradan uzaqlaşacaqlar. Bir daha bu barədə ətrafı danışıb razılaşdıqdan sonra 16 avqust 2022-ci ildə saat 11 radələrində o, Yusif və Elşən sonuncunun idarə etdiyi qara rəngli. «BMW» minik markalı ** FH *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 2 ünvanında yerləşən yaşayış binasının yaxınlığına getmişlər. Maşında olan zaman bir daha planlarını dəqiqləşdirib razılığa gəlmişlər ki, o, əvvəlcədən Bəxtiyar adlı həmin şəxsin yaşadığı bloka daxil olub yuxarı mərtəbədə gözləyəcəkdir, Elşən məhəllənin girişində dayanaraq Bəxtiyar adlı həmin şəxsin gəlməsini gözləyəcək və Bəxtiyarı görən kimi ona mobil telefonla zəng vurub məlumat verəcəkdir, Yusif isə onları həmin binanın yaxınlığında avtomobildə gözləyəcəkdir ki, pul çantasını əldə etdikdən sonra dərhal oradan maşınla uzaqlaşsınlar. Razılıq əldə etdikdən sonra o və Elşən maşından düşüb ayrı-ayrılıqda ünvan 5 ünvanında yerləşən yaşayış binasına tərəf getmişlər. Elşən yaşayış binasının giriş hissəsində dayanmış, o isə qabaqcadan Yusifdən Bəxtiyarın orta blokda yerləşən mənzildə yaşadığını öyrəndiyi üçün binanın orta blokuna yaxınlaşmışdır. Blokun giriş hissəsindəki dəmir qapının Yusifdən öyrəndiyi 368 rəqəmli parolunu yığaraq qapını açmışdır. Həmin qapının parolunu ona Yusif maşından düşən zaman bildirmişdir. Həmin vaxt saata baxan zaman 12:05 radələri olduğunu görmüş və bloka daxil olub pilləkənlə 2ci mərtəbəyə qalxaraq ağ rəngli qapının qarşısındakı dəhlizdə gözləməyə başlamışdır. Təxminən saat 12:40 radələrində Yusif Elşənin hazırda xatırlamadığı nömrəsindən onun ***-***-**-** nömrəsinə zəng vurub Bəxtiyar adlı həmin şəxsin binaya tərəf gəldiyini və əlində qara rəngli kompüter çantası olduğunu bildirmişdir. Özünü toparlayıb diqqətlə Bəxtiyar adlı həmin şəxsi gözləməyə başlamışdır. Təxminən 15-20 saniyə sonra blokun giriş hissəsindəki dəmir qapı açılmış və addım səslərindən bloka kiminsə daxil olduğunu bilmişdir. Bir az gözləmişdir ki, həmin adam 1-ci mərtəbəni pilləkənlə qalxsın. Həmin şəxs 1-ci mərtəbə ilə 2-ci mərtəbə arasındakı dəhlizə çatan zaman o, pilləkənlə cəld aşağı düşmüş və əlində çanta olan həmin şəxsə yaxınlaşaraq heç bir söz demədən əlindəki qara rəngli kompüter çantasını almaq üçün var gücü ilə yumruqla onun sifət nahiyyəsinə bir neçə dəfə vurmuşdur. Həmin şəxs zərbələrdən yerə yıxılmışdır. Bu zaman həmin şəxsin əlindən çantanı almaq istəyərkən həmin şəxs çantanı verməyərək müqavimət göstərdiyindən bir neçə dəfə yumruqla onun sifət və sinə nahiyyəsindən vurmuş və həmin şəxs artıq müqavimət göstərə bilmədiyi üçün onun əlindəki qara rəngli kompüter çantasını alıb dərhal oradan uzaqlaşmışdır. Çünki, yumruq zərbələri vuran zaman həmin şəxs bərkdən qışqırırmış. Blokdan çıxıb cəld Elşənin dayandığı istiqamətdə getmiş və Elşənə yaxınlaşan zaman Elşən əlindəki kompüter çantasını görüb hər şeyin planlaşdırdıqları kimi getdiyini başa düşərək ona yuxarı istiqamətdə, yəni yaxınlıqda yerləşən Əbu-Bəkir məscidinə tərəf getməsini demişdir. Buna görə arxaya baxmadan həmin istiqamətdə getmişdir. Elşən də onun arxasınca getmişdir. Yuxarı qalxdıqdan sonra məhəllələrin birində dayanmışlar və Yusif idarə etdiyi Elşənə məxsus «BMW» minik markalı ** FH *** dövlət qeydiyyat nişanlı avtomobillə onların yanına gəlmişdir. Yusif sükan arxasından düşmüş və Elşən cəld sükan arxasına keçib əyləşmişdir. O, Yusiflə yanaşı arxa oturacaqda əyləşmişdir. Elşən cəld maşını hərəkətə gətirmiş və oradan uzaqlaşmışlar. Bu zaman maşında Yusif həmin çantanı açmış və sevincindən qışqıraraq çantada bu qədər pul olacağını gözləmədiyini, çantada təxminən 300000 - 400000 (üç yüz - dörd yüz min) manat məbləğində pul olduğunu söyləmişdir. Çantanın içinə baxan zaman orada sayını dəqiq bilmədiyi Azərbaycan manatı, ABŞ dolları və Rusiya rublu olan paçkalar görmüşdür. Sonra Yusif pul paçkalarını Elşənə vermiş və Elşən avtomobilin sürətini azaldaraq həmin paçkaları adi sellofan torbalara yığıb qabaq oturacağın ayaqaltısına qoymuşdur. Elşən onu yaşadığı evə düşürmək üçün avtomobili Xırdalan şəhəri istiqamətində sürmüşdür. Yolda gedən zaman Yusif hazırda xatırlamadığı yerdə qara rəngli kompüter çantasını zibil qutusuna atmışdır. Yaşadığı evin yaxınlığına çatan zaman Elşən başqa bir sellofan torbaya ələ keçirdikləri pul paçkalarından bir qismini qoyub ona verərək demişdir ki, bu, onun payıdır. Həmin vaxt tələsdikləri üçün pulları saymağa lüzum görməmişlər və Elşən pulları gözəyarı, yəni təxmini olaraq saymadan bölüb onun payını vermişdir. O, həmin pulları götürüb evə getmişdir. Bu barədə heç kimə bildirmədən pul paçakalarını yaşadığı evin qapısının qarşısında olan dəmir lövhənin arxasında gizlətmişdir. Bundan sonra Elşən və Yusiflə heç bir telefon danışığı və əlaqəsi olmamışdır. Çünki, Elşən və Yusiflə qabaqcadan danışıb belə razılaşmışlar ki, hadisədən sonra hər ehtimala qarşı şübhə oyatmamaq üçün bir müddət əlaqə və ünsiyyət saxlamasınlar. Evə gəldikdən 1-2 (bir-iki) saat sonra əynində olan qara rəngli şalvarını və köynəyini dəyişib Bakı şəhərinə gəzməyə getmək üçün evdən çıxmışdır. Evdən çıxan zaman payına düşən puldan hazırda xatırlamadığı miqdarda xərcləmək üçün götürmüş və həmin pulu Bakı şəhərində öz şəxsi ehtiyacları üçün müxtəlif yerlərdə, yəni restoran və digər əyləncə məkanlarında xərcləmişdir. 17 avqust 2022-ci ildə səhər saatlarında evə qayıtmış və həmin puldan təxminən 23000 (iyirmi üç min) manat sayıb götürərək saat 14 radələrində Şəmkir şəhərinə getmək üçün yaşadığı evdən çıxmışdır. Yerdə qalan pulu isə gizlətdiyi yerdə saxlamışdır ki, pulu qurtardıqda gəlib götürsün. Qərara almışdır ki, şübhə oyatmamaq üçün bir müddət yaşadığı evdən uzaqlaşıb Şəmkir şəhərində kirayə ev tutub qalsın və bu məqsədlə özünə xərcləmək üçün 23000 (iyirmi üç min) manat pul götürmüşdür. Bu məqsədlə evdən çıxdıqdan sonra Abşeron rayonu, Masazır qəsəbəsindəki dairədə əvvəllər tanımadığı Kamran adlı şəxsin idarə eldiyi «Xəzər» minik markalı taksi maşınına minib onu Şəmkirə aparmasını söyləmişdir. Kamran ondan yol xərci kimi 150 (bir yüz əlli) manat istəmişdir. Razılaşmış və yola çıxmazdan qabaq pulun üzərindən müəyyən məbləğ götürüb xərcləyərək özü üçün su, siqaret və sair yeyib-içmək almışdır. Taksi maşını ilə 17 avqust 2022-ci il saat 18 radələrində Ucar rayonu ərazisindən keçən zaman yol-patrul xidməti əməkdaşları maşını saxlatdırıb onu sürücü ilə birlikdə Ucar rayon polis şöbəsinə aparmışdar. Ucar rayon polis şöbəsinin həyətində polis əməkdaşları tərəfindən həmin «Xəzər» markalı avtomobilə baxış keçirilərkən sorğu-sual zamanı o, başqa çıxış yolu görməyib törətdiyi cinayət əməlini etiraf edərək avtomobildəki özünə məxsus çantada cinayət yolu ilə əldə etdiyi pul vəsaiti olduğunu, həmçinin bir müddət əvvəl təsadüfən Xırdalan şəhəri ərazisində yerdən tapdığı və öz istifadəsi üçün «Magna» markalı siqaret qutusunda gizləyib saxladığı iki ədəd bükümdə narkomanlar arasında «patı» kimi tanınan metamfetamin olduğunu etiraf etmişdir. Hazırda adını xatırlamadığı müstəntiq tərəfindən onun, sürücü Kamranın, yolpatrul xidmətinin və digər polis əməkdaşlarının iştirakı ilə təqdim etdiyi, avtomobildən aşkar olunmuş həmin pullar sayıldıqda 22872 (iyirmi iki min səkkiz yüz yetmiş iki) manat olduğu məlum olmuş və həmin pul vəsaiti, habelə iki ədəd bükümdəki metamfetamin qablaşdırılaraq götürülmüşdür. Ucar rayon polis şöbəsində müstəntiq onu sorğu-sual edib izahatını alan zaman Bakı şəhərində belə bir cinayət törətdiyini etiraf etmişdir. Bundan sonra Nərimanov rayon Polis İdarəsinin əməkdaşları gəlib onu Nərimanov RPİyə gətirmişlər. Əməlindən peşmandır”. Təqsirləndirilən şəxs2 ifadələrində ona elan olunmuş ittihamda nəzərədə tutulan cinayət əməllərini törətməkdə özünü qismən təqsirli bilib göstərdi ki, məhkəmədə ona zərərçəkmiş şəxs qismində təqdim olunan Zərərçəkmiş şəxs şəxsən tanmamışdır. X5 adlı şəxslə tanışlığı vardır. Yusif ona bu əməli törətməyi təklif edəndə o, əvvəl öz yaşına görə imtina etmişdir. X25 ilə tanış olub, ona birlikdə oğurluq etməyi təklif edib. Nəticə olaraq belə hadisə alındı. O, zərərçəkmiş şəxsi heç vaxt görməmişdir. Yusif cinayət əməlinin hər detalını planlaşdırdı. Hadisə 2022-ci ildə avqust ayının 16-sı günorta radələrində Nərimanov rayonu, Təbriz küçəsi ünvanında baş verib. O, zərərçəkmiş şəxsin bloka girməyini görüb Faiqə demişdir. Bundan sonra Faiqin əlində çanta ilə gəlməyini görmüşdür. Sonradan bilmişdir ki, Faiq həmin adamı vuraraq çantanı götürüb. Onun cinayət əməlində vəzifəsi bundan ibarət olub. Hadisə olan günü Yusif maşında Bəxtiyarın gəlməsini gözləyirdi, zərərçəkmiş şəxsi görüb onun gəldiyini ona dedi. O da Faiqə zəng vuraraq, Bəxtiyarın gəldiyini xəbər vermişdir. Yusif onlara çantanın içində əlli min manat olacağını demişdi.Əlli min manatı aralarında üç hissəyə, hərəyə on beş , iyimi min manat olmaqla bölməli idi. Ona yüz min manatdan bir az çox pul düşdü. O, həmin pulun 38500 dollarını müstəntiqə qaytarmışdır. Ona düşən puldan otuz min manata yaxın hissəsini xərcləmişdir. Onlar pul ilə dolu çantanı maşından götürəsiydilər, bu hadisə baş verməzdi. Faiq pulu maşından götürə bilməyib deyə, çantanı oğurlamaq üçün Faiq Bəxtiyarın girəcəyi bloka girib orada dayanmışdı. Faiq ona çantanı gətirəndə dedi ki, Bəxtiyara yumruq vuraraq pul ilə dolu çantanı ala bildim. Əvvəlcədən aralarında çantanı verməsə Faiqin vurub alması ilə bağlı razılıq olmamışdı. Zərərçəkmiş şəxs Bəxtiyarın yaşadığı binanın qabağında öz maşını olurdu, Yusif demişdi ki, zərərçəkmiş şəxs maşının içində pul dəyişir. Onlar da pulu oğurlayıb öz aralarında bölüşdürməyə razılıq vermişlər. Onun qabaqcadan Faiqin Bəxtiyarı vurub pulunu almasından xəbəri olmayıb. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 12 sentyabr 2022-ci il tarixli ifadəsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü maddələri ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilərək törətdiyi cinayət əməlini tam etiraf etmiş, 03 dekabr 2022-ci il tarixli ifadəsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir: «…2022-ci ilin iyul ayının əvvəllərində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə əmək müqaviləsi ilə sürücü vəzifəsinə işə qəbul olunmuşdur. Bununla əlaqədar bir neçə gün sonra, yəni 2022-ci ilin iyul ayının ortalarında ona iş yerindən «BMW» minik markalı ** FH *** dövlət qeydiyyat nişanlı avtomobil təhkim olunmuşdur. … Sürücü vəzifəsində işləməklə yanaşı … Sulutəpə qəsəbəsindəki həyət evində qeyrirəsmi olaraq maşın təmiri sexi açmış və qeyri-iş vaxtı orada avtomobil təmiri ilə məşğul olmuşdur…. Əvəllər bir neçə dəfə müxtəlif cinayətlər törətdiyinə görə bir neçə il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 2021-ci ilin qış aylarında Binəqədi rayonu, Sulutupə qəsəbəsindəki həyət evində Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. Faiqi onun yanına avtomobil təmiri ilə əlaqədar gəlib-gedən zaman tanımış və 2021-ci ilin yay aylarında Faiq onun yanında təxminən 1 (bir) ay usta köməkçisi kimi işləmişdir. Bununla əlaqədar aralarında münasibət yaranmışdır. X16 2022-ci ilin əvvəllərində onun işlədiyi sexə hazırda dövlət qeydiyyat nişanını xatırlamadığı idarə etdiyi metallik rəngli «Changan» minik markalı avtomobili təmir etməyə gətirmiş, həmin vaxt Faiqlə tanış olmuş və münasibətləri yaranmışdır. Sonradan Yusiflə bir neçə dəfə görüşüb söhbət edən zaman ona məlum oldmuşdur ki, Yusif ticarətlə məşğul olan əmisinin yanında işləyərək ona köməklik edir. Təxminən 2022-ci ilin iyul ayında Yusiflə işlədiyi sexdə növbəti dəfə görüşən zaman söhbət əsnasında Yusif ona bildirmişdir ki, əmisi Vüsalın çoxlu miqdarda pullarını Bəxtiyar adlı şəxsin Nərimanov rayonundakı mənzilinə aparıb həmin şəxsə verməklə xarici və milli valyuta ilə dəyişdirir. Yusif həmçinin demişdir ki, çoxlu adamlara borcu olduğundan təcili olaraq pula ehtiyacı vardır. Söhbət əsnasında Yusif ona əmisinin pulunu dəyişdirdiyi Bəxtiyar adlı şəxs Nərimanov rayonundakı mənzilinə gedən zaman həmin şəxsin əlindən içində çoxlu miqdarda pul olan çantasını almağı təklif etmişdir. Yusifdən Bəxtiyar adlı həmin şəxsin çantasında adətən hansı miqdarda pul olduğunu soruşduqda Yusif Bəxtiyar adlı şəxsin daşıdığı çantanın içində adətən 50000-60000 (əlli - altmış min) ABŞ dolları məbləğində pul olduğunu bildirmişdir. Yusif onun əvvəllər oğurluq cinayətlərinə görə həbsdə olduğunu bildiyi üçün və münasibətləri yaxın olduğundan ona bu təklifi etmişdir. Yusiflə danışıb belə razılaşmışlar ki, Bəxtiyar adlı şəxsdən əldə edəcəkləri pulu öz aralarında bərabər şəkildə bölsünlər. Lakin Yusifə yaşının və səhhətinin həmin şəxsin əlindən çantasını almağa imkan verməyəcəyini söyləmiş və buna görə qərara gəlmişlər ki, bu işi başqa bir şəxsə təklif etsinlər. Təqsirləndirilən şəxs1 əvvəllər onun yanında işlədiyindən, münasibətləri yaxşı olduğu üçün və Faiq onlara nisbətən cüssəli və idmançı bədən quruluşuna sahib olduğundan qərara gəlmişlər ki, bu işlə bağlı Faiqə təklif etsinlər. Bununla əlaqədar 2022-ci ilin iyul ayında Faiqə zəng vurub Sulutəpə qəsəbəsindəki işlədiyi sexə çağırmışdır. Görüş zamanı Faiqə tanışı Yusif tərəfindən bir iş təklif edildiyini, Bəxtiyar adlı valyuta dəyişmə ilə məşğul olan bir nəfər şəxsin uzun müddətdən bəri izlənildiyini, həmin şəxsin «qara» pulların dəyişdirilməsi ilə məşğul olduğunu, üzərində həmişə külli miqdarda pul olduğunu, həmin şəxsdən üzərində daşıdığı pulu ələ keçirmək istədiklərini söyləyib bu işdə onlara köməklik etməsini təklif etmişdir. Faiq bunun müqabilində nə qədər pul əldə edəcəyini soruşduqda Bəxtiyardan əldə edəcəkləri pulu bərabər şəkildə öz aralarında bölüşdürəcəklərini bildirmişdir. Faiq onun bu təklifi ilə razılaşmışdır. Sonrakı görüşlərində Faiqə bu işi ona tanışı Yusifin təklif etdiyini və pulunu ələ keçirəcəkləri Bəxtiyar adlı şəxs barəsində olan məlumatları da ona məhz Yusifin dediyini bildirmişdir. Bu minvalla bir müddət Yusifdən Bəxtiyarın nə vaxt işə getməsi və işdən evə qayıtması barədə öyrəndiyi məlumatları Faiqə çatdırmışdır. Sonrakı görüşlərində onun vasitəsilə Yusif işlədiyi sexdə Faiqlə tanış olmuşdur. Görüş zamanı Yusif Faiqə və ona bir daha Bəxtiyar adlı şəxsin barəsində məlumat verib Bəxtiyarın günorta saatlarında içərisində pul olan çanta ilə birlikdə adətən Nərimanov rayonu, Təbriz küçəsi 2 ünvanında yerləşən mənzilinə gəldiyini, həmin mənzildə pul dəyişmə işi ilə məşğul olduğunu. Bəxtiyarın nə vaxt gəlib-getməsi ilə bağlı dəqiq məlumatı olduğunu və bir neçə dəfə şəxsən əmisinin pulunu aparıb həmin şəxsə dəyişmək üçün verdiyini bildirmişdir. Söhbət əsnasında belə razılığa gəlmişlər ki, Faiq həmin şəxsin yaşadığı Nərimanov rayonu, Təbriz küçəsi 2 ünvanındakı mənzilinə gələn zaman blokda həmin şəxsin əlindəki çantanı alacaqdır, o və Yusif yaxınlıqda Faiqi gözləyəcəklər, əldə etdikləri pulu isə öz aralarında bərabər şəkildə böləcəklər. Aralarında olan söhbət zamanı Yusif əminliklə Bəxtiyar adh həmin şəxsin üzərində adatən ən az 50000-60000 (əlli-altmış min) ABŞ dolları pul olduğunu bildirmişdir. Yusif və Faiqlə birlikdə bu işi həyata keçirmək üçün razılığa gəlmişlər və buna görə sonuncu dəfə 14 avqust 2022-ci ildə o, Faiq və Yusif Sulutəpə qəsəbəsindəki işlədiyi sexin yaxınlığında görüşmüşlər. Həmin vaxtı Yusif ona və Faiqə bildirmişdir ki, Bəxtiyar adlı həmin şəxs həftənin 2-ci günü, yəni 16 avqust 2022-ci il saat 12 radələrində Nərimanov rayonu, Təbriz küçəsi 2 ünvanındakı mənzilinə gələcəkdir və həmin vaxtı üzərindəki çantada külli miqdarda pul olacaqdır. Görüş vaxtı Yusif Faiqə blokda Bəxtiyarı gözləyəcəyini, onların isə çöldə olacaqlarını, Bəxtiyar mənzilinə qalxan zaman blokda Bəxtiyarın əlindəki çantanı alıb onların yanma gələcəyini bildirmişdir. Həmçinin belə razılaşmışlar ki, ərazidən cəld uzaqlaşmaq üçün onun idarə etdiyi «BMW» minik markalı ** FH *** dövlət qeydiyyat nişanlı avtomobildən istifadə etsinlər. Razılıq əldə etdikdən sonra 16 avqust 2022-ci ildə Yusif və Faiqlə birlikdə idarə etdiyi qara rəngli «BMW» minik markalı ** FH *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 2 ünvanın həyətinə gəlmişlər. Maşında olan zaman bir daha ətraflı danışıb razılığa gəlmişlər ki, Faiq planlaşdırdıqları kimi, əvvəlcədən Bəxtiyar adlı həmin şəxsin yaşadığı bloka daxil olub yuxarı mərtəbədə gözləyəcək və Bəxtiyar gəldikdən sonra telefonla zəng vurub Faiqə bu barədə məlumat verəcəklər. Həmçinin belə danışıb razılaşmışlar ki, Bəxtiyar adlı şəxs bloka daxil olduqdan sonra o, həyətdə yaxınlıqda dayanıb hər ehtimala qarşı ətrafa nəzarət edəcəkdir, Yusif isə onları həmin binanın yaxınlığında avtomobildə gözləyəcəkdir ki, pul çantasını əldə etdikdən sonra dərhal oradan maşınla uzaqlaşsınlar. Razılıq əldə etdikdən sonra Faiq maşından düşüb Nərimanov rayonu, Təbriz küçəsi 2 ünvanında yerləşən yaşayış binasına tərəf gedərək bloka daxil olmuşdur. O isə Yusiflə birlikdə maşında yolun əks tərəfindən gözləmişdir. Bəxtiyar adlı şəxs məhəlləyə daxil olan zaman Yusif onun istifadə etdiyi mobil telefonla Faiqə zəng vurub həmin şəxsin məhəlləyə girdiyini və bloka tərəf gəldiyini söyləyib hazırlıqlı olmasını istəmişdir. Bundan sonra o, maşından düşmüş və yaşayış binasının yuxarı hissəsində, yəni məhəllənin başında dayanmışdır ki, ətrafa nəzarət etsin, nə isə olacağı təqdirdə bu barədə Faiqə və ya Yusifə məlumat versin. Yusif isə planlaşdırdıqları kimi maşını yaşayış binasının aşağı hissəsinə sürmüşdür ki, aşağıdan maşını fırladıb binanın yuxarı hissəsindəki məhəllədə saxlasın və hadisədən sonra Faiqlə birgə ora gedib maşına əyləşərək ərazidən uzaqlaşsınlar. Bəxtiyar adlı şəxs binaya daxil olandan bir neçə dəqiqə sonra Faiqin əlindəki qara rəngli kompüter çantası ilə iti addımlarla binanın yuxarı tərəfinə, yəni məhəllənin giriş hissəsinə doğru gəldiyini görmüşdür. Həmin vaxt Faiqi qarşılayıb ona yuxarıya doğru, yəni Əbu Bəkr məscidi istiqamətində qalxmasını, Yusifin onları orada yaxınlıqda gözləyəcəyini və özünün də onun arxasınca gələcəyini söyləmişdir. Buna görə Faiq həmin istiqamətdə qalxmış, o isə aşağıya tərəf düşərək binaların arası ilə yenidən yuxan istiqamətdə məhəllələrə tərəf getmişdir. Bu zaman Faiq məhəllədə dayanan zaman Yusif qabaqcadan planlaşdırdıqları kimi idarə etdiyi «BMW» minik markalı ** FH *** dövlət qeydiyyat nişanlı avtomobillə onlara yaxınlaşmışdır. Həmin vaxt Faiq cəld avtomobildə arxa oturacaqda oturmuşdur. Yusif sükandan düşüb arxa oturacaqda Faiqlə yanaşı oturmuşdur. O isə sükan arxasına oturub cəld avtomobili hərəkət etdirmiş və beləcə oradan uzaqlaşmışlar. Maşında hərəkətdə olan zaman Yusif həmin çantanı açmış və bu zaman heyrətlənərək çantada bu qədər məbləğdə pul olacağını gözləmədiyini, çantada təxminən 400000 (dörd yüz min) manatdan çox pul olduğunu söyləmişdir. Bir anlıq çevrilib çantaya baxdıqda çantanın içində sayını dəqiq bilmədiyi Azərbaycan manatı, ABŞ dolları və Rusiya rublundan ibarət pul paçkalarının olduğunu görmüşdür. Həmin vaxt Yusif pulları çantadan arxa otrucağın üzərinə boşaltmışdır. Maşını əvvəlcədən öz aralarında danışıb razılaşdıqları kimi, Faiqin yaşadığı ünvan istiqamətində, yəni Abşeron rayonu. Xırdalan şəhəri istiqamətində sürmüşdür. Yolda gedən zaman Yusif hazırda xatırlamadığı yerdə həmin qara rəngli kompyüter çantasını zibil qutusuna atmışdır. Faiqin yaşadığı evin yaxınlığından bir neçə yüz metr aralıda yaşayış olmayan, ətrafı zibillik olan bağ sahəsində avtomobili saxlamışdır. Həmin bağ sahəsində o, Faiq və Yusifə pulları cəld öz aralarında bölməyi təklif etmiş və Faiq pulları bölməyə başlamışdır. Bu vaxt o, təbii ehtiyacını ödəmək üçün bir neçə dəqiqəlik kənara getmiş və geri qayıdan zaman Yusif ona 1 (bir) ədəd sellofan torba verib onun payına düşən pul olduğunu söyləmişdir. Torbanı açıb baxan zaman içərisində 100-lük ABŞ dollarından ibarət 5 (beş) paçka, 100 və 200 manatlıq əskinaslardan ibarət 1 (bir) paçka və 20 ədəd 5000-lik əskinasdan ibarət rus rublu, yəni 100000 (yüz min) Rusiya rublu olduğunu görüb razılığını bildirmişdir. Həmin vaxt Faiq və Yusif də artıq Öz paylarına düşən pulu ayırıb götürübmüşlər və onların payı əllərindəki sellofan torbanın içində olmuşdur. Faiq və Yusifə konkert olaraq nə qədər pul düşməsini bilməmiş, sadəcə olaraq Yusif pulu bərabər şəkildə böldüyünü söyləmişdir. Yusifə inanıb payına kifayət qədər böyük məbləğ düşdüyü üçün razılığını bildirmişdir. Bundan sonra şübhə yaratmamaq üçün Faiq rayona, Yusif isə Türkiyə Respublikasına çıxıb gedəcəyini demişdir. Ondan hara gedəcəyini soruşduqda hələ ki, bu barədə dəqiq fikrinin olmadığını və hara gedəcəyini bilmədiyini söyləmişdir. Sonra yaşadığı evə getmişdir. Həmin gün tanışı Toğrul ona zəng vurub borclu olduğu 40 (qırx) manatı vermək istədiyini söylədiyi üçün Toğrulun yaşadığı evə tərəf getmişdir. Belə ki, Toğrulu həmin gün səhər tezdən idarə etdiyi avtomobillə aeraporta aparıbmış və Toğrul məhz bunun müqabilində ona borclu olduğu yol xərcini, yəni 40 (qırx) manatı vermişdir. Toğrulla görüşüb 40 (qırx) manatını aldıqdan sonra Binəqədi rayonu, Sulutəpə qəsəbəsindəki əmisi oğlu Elxanın evinə getmişdir. Toğrulla görüşən zaman hadisə barədə ona heç bir söz deməmişdir. İdarə etdiyi «BMW» minik markalı ** FH *** dövlət qeydiyyat nişanlı avtomobili Elxanın həyətində saxlamış və cinayət nəticəsində əldə etdiyi pulları sellofan torbanın içində maşının baqaj yerinə qoymuşdur ki, əmisi oğlu Elxan və ailəsi bilməsin. Evə girən zaman Elxanın yatdığını görmüşdür. Evdə başını yuduqdan sonra polislərin orada onu tapa biləcəklərini düşünüb narahat olmuşdur. Buna görə sakitcə evdəkilərə heç bir şey bildirmədən evdən çıxmış və baqajdakı pulları belinə bağladığı yun şalın altında gilətmişdir. Oranı tərk etdikdən sonra əvvəllər tanımadığı müxtəlif taksi maşınları ilə Bakı şəhərini bir neçə saat gəzmişdir. Hazırda dövlət qeydiyyat nişanını xatırlamadığı taksi maşınından düşəndən sonra görmüşdür ki, üzərində olan 100-lük ABŞ dollarından 1 (bir) paçkasım haradasa düşürüb itirmişdir. Qohumlarının çoxu Masallı rayonu, Digah kəndində qaldığından səhərisi gün tanımadığı yol maşını ilə Masallı rayonu, Digah kəndinə getmişdir. Digah kəndində qalan zaman əldə etdiyi puldan miqdarını bilmədiyi məbləğdə öz müalicəsi üçün xərcləyib müxtəlif dərman preparatları almışdır. Masallıda qalan zaman polis əməkdaşlarının onu tulmaması üçün kirayəyə evlər götürmüş və hər evdə maksimum 1-2 (bir-iki) gün qalıb çıxmışdır. Ev sahibləri narazılıq etməsin deyə, 200-300 manat məbləğində kirayə pulunu əvvəlcədən ev sahiblərinə ödəmişdir. Əldə etdiyi puldan bir neçə dəfə Bakı şəhərinə gəlib özünə müxtəlif mağazalardan geyim əşyaları almış, rayonda qaldığı zaman yeməyinə və digər tələbatlarına xərcləmişdir. Masallıda qalan zaman iki gündən bir hazırda xatırlamadığı müxtəlif mağazalardan 12-13 ədəd 500-600 manat dəyərində mobil telefonlar və nömrələr almışdır ki, onu polislər tapa bilməsin. Telefonları eyni mağazadan deyil, müxtəlif mağazalardan almışdır ki, ondan şübəhələnməsinlər. Nömrələri alan zaman öz adına almamış, nömrə satan əməkdaşa yalandan vəsiqəsini itirdiyini bildirib adətən bir az artıq məbləğdə pul ödəməklə başqa şəxslərin adına nömrə almağa nail olmuşdur. Həmin ərəfələrdə işlətdiyi mobil nömrələri bilmir. Telefonları və nömrələri aldığı şəxsləri, habelə kirayə ev tutduğu ev sahiblərini əvvəllər tanımamışdır və nəyə görə həmin əşyaları aldığını, evləri kirayə tutduğunu bilməmişlər. Masallıda olan zaman uzaq qohumu Əlizadə maşın almaq üçün ondan borca pul istədiyi üçün ona həmin puldan 4300 (dörd min üç yüz) manat vermişdir. Əlizadə pulu ona tezliklə borcunu qaytaracağını bildirmişdir. Əlizadənin onun törətdiyi cinayət barəsində məlumatı olmamış, ona borc verdiyi pulu cinayət yolu ilə əldə etdiyini bilməmişdir. Əlizadəyə pulu verən zaman həmin vəsaitin özünə məxsus olduğunu demişdir. Əlizadə pulu ondan borc qismində istəmiş və qısa müddətdə qaytaracağım vəd etmişdir. Masallı rayon sakini olan uzaq qohumu Əlizadənin telefon nömrəsini bilmir, onu təsadüfən rayonda olan zaman görmüşdür. 10 sentyabr 2022-ci ildə Masallı rayonunda olan zamanı polis əməkdaşları gözləmədiyi halda onu saxlamışlar. Həmin şəxslər Nərimanov rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirib onu Nərimanov RPİ-yə gətirmişlər. Nərimanov RPİ-də törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etmiş və cinayət nəticəsində əldə etdiyi puldan qalıq qalmış 37500 (otuz yeddi min beş yüz) ABŞ dollarını könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır, onunla heç bir əlaqə və münasibəti, habelə ədavət və ziddiyyəti olmamışdır. Bəxtiyarı ilk dəfə həmin gün görmüşdür. Faiqin Zərərçəkmiş şəxs vuraraq ona xəsarət yetirəcəyini bilməmişdir. Faiqlə belə danışıb razılaşmamışdır. Faiqin blokda Zərərçəkmiş şəxs yumruqla zərbə vuracağına dair onun razılığı olmamışdır. Belə güman edir ki, X26 aralarında bu cür razılığa gəlmişlər. Hadisədən sonra maşınla ərazini tərk edib gedən zaman Faiqin deməsinə görə bilmişdir ki. Faiq blokda pul çantasını Bəxtiyarın əlindən almaq üçün yumruqla onun baş nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs ifadələrində göstərdi ki, Məhkəmə tərəfindən ona təqdim olunan təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 ona hücüm edib pulunu ələ keçirən şəxs kimi taıyır. Təqsirləndirilən şəxs2 isə ilk dəfə məhkəmədə görüb. Hadisədən qabaq heç birini tanımır, hər ikisi ilə heç bir ədavəti və yaxınlığı yoxdur. Avqust ayının 16-sı günorta radələrində Nərimanov rayonu, Təbriz küçəsi ünvanında yerləşən mənzilinə təmir işləri aparmaq üçün getmişdir. Ailə üzvləri şəhərdən kənarda olduqları üçün özünə aid olan pul vəsaitini özü ilə götürmüşdür. Mənzilinə gedərkən blokun içərisində Təqsirləndirilən şəxs1 qarşısını kəsərək, onu vurub, pul ilə dolu olan çantamı götürdü. Çantanın içərisində 110000 manat və 213000 dollar var idi. Onu yumruqla vuran Faiq olub. Blokda o, Faiqlə rastlaşdıqda aralarında bir-iki metr məsafə olub. Faiq onun alnından vurmuşdur və onu çox döymüşdür, o da huşunu itirmişdir. Təqsirləndirilən şəxslərin hər ikisindən şikayətçidir. Təqsirləndirilən şəxslərin onu necə təyin etdiklərini bilmir. Ondan götürülmüş puldan müstəntiq tərəfindən ona 86 275 dollar, 22872 manat qaytarılıb. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Onun üzərində pul olmasını heç kim bilməmişdir. X16 dostu Vüsalın əmisi oğludur. Yusif ona manat verib ondan dollar götürürdü. Yusif onların blokuna bir dəfə gələndə qapının kodunu görmüşdü. Ona təxminən 280000 manat qaytarılmalıdır. Hadisə günü çantanın içərisində nə qədər miqdarda pul olduğunu görmüşdür. Çantada 200000 Rus rublu da olmuşdur. Oğurlanan pullarının yanında 200000 Rus rublu az olduğu üçün, həmin pul onun yadından çıxıb. Hadisədən sonra o, yerə yıxılarkən sol əli pilləkənin kənarındakı dəmirə dəyib cırılmışdır. Sonradan baş verənlər barədə qardaşı Rafiqə bildirib həmin tarixdə də Gömrük Hospitalına müraciət etmişdir. Tibbi yardım aldıqdan sonra evə buraxılmışdır. Hadisəni törədənlər barəsində qanuni tədbir görülməsini xahiş edir. Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun yaşadığı evin həyətində yerləşən maşın təmiri sexində usta işləmişdir. Təxminən 2022-ci ilin iyul ayından Elşən sürücü kimi işə düzələrək «BMW» minik markalı Az ** FH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edirdi və boş vaxtlarında sexdə usta kimi işləyirdi. O, özü də usta kimi Elşənlə birgə işləmişdir. Təqsirləndirilən şəxs2 hansısa şəxslərlə birləşib kiməsə qarşı cinayət törətməsindən məlumatı yoxdur. 2022-ci ilin avqust ayında gecə saatlarında Nərimanov RPİ-nin polis əməkdaşları yaşadığı evə gəlib Elşəni axtarmış və onu Nərimanov RPİ-yə dəvət edib Elşənlə bağlı maraqlanmışlar. Həmin vaxt idarədə ona məlum olmuşdur ki, Elşən digər şəxslərlə birgə hansısa şəxsin pulunu oğurlamışdır. Sonradan Elşənə bir neçə dəfə zəng etsə də, telefonu bağlı olduğu üçün Elşənə zəng çatmamış və onun harada olduğunu bilməmişdir. X10 əvvəllər görməmişdir. Təqsirləndirilən şəxs1 əvvəllər Elşənin yanına gəlib-gedən zaman bir-iki dəfə görmüşdür. Zərərçəkmiş şəxs tanımır. Şahid2 ifadələrində göstərdi ki, şəxsi istifadəsində olan «Khazar LX» minik markalı ** PY *** qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır dairəsində taksi fəaliyyəti ilə məşğul olur. 17 avqust 2022-ci il saat təxminən 13-14 radələrində Masazır dairəsində dayanaraq müştəri gözləyən zaman əvvəllər tanımadığı, sonradan adı ona məlum olan Faiq adlı şəxs onun maşınına yaxınlaşıb Şəmkir rayonuna getmək istədiyini bildirmişdir. Faiq adlı həmin şəxsə onu 150 (bir yüz əlli) manat yol xərci müqabilində Şəmkirə aparacağını demişdir. Faiq onunla razılaşaraq əlindəki qara çanta ilə maşının qabaq oturacağında əyləşmişdir. Bundan sonra avtomobili Şəmkir rayonu istiqamətində hərəkət etdirmişdir. Həmin gün saat təxminən 18 radələrində Ucar rayonu ərazisində gedərkən yol- patrul xidməti əməkdaşları avtomobilini saxlayıb onu Faiqlə birlikdə Ucar RPŞ-yə aparmışlar. Ucar RPŞ-də polis əməkdaşları Faiqi sorğu-sual edərək ondan çantasında nə olduğunu soruşmuşlar. Faiq çantasında paltar və 22872 (iyirmi iki min səkkiz yüz yetmiş iki) manat pul olduğunu bildirmişdir. Polis əməkdaşlarının tələbi ilə Faiq onun və polis əməkdaşlarının iştirakı ilə çantasından 22872 (iyirmi iki min səkkiz yüz yetmiş iki) manat pulu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşlarından biri həmin pulu onların iştirakı ilə sayaraq qablaşdırmışdır. Qablaşdırma orada iştirak edən şəxslərin - onun, Faiq, yol-patrul xidmətinin əməkdaşları və Ucar RPŞnin əməkdaşları tərəfindən imzalanmışdır. Sonradan Faiqi başqa otağa aparıb sorğu-sual etməyə başlamışlar. O isə başqa otaqda gözləmişdir. Bir neçə saat sonra Nərimanov RPİ-nin əməkdaşları gəlib onu və Faiqi Nərimanov RPİ-yə aparmışlar. Nərimanov RPİ-də ona məlum olmuşdur ki, Faiq 16 avqust 2022-ci il tarixdə kimisə döyərək pulunu ələ keçirmişdir. Həmin cinayətdən Nərimanov RPİ-yə gətirilənədək məlumatı olmamışdır. Faiqi əvvəllər tanımamışdır. Faiq həmin gün sadəcə olaraq müştəri kimi onun maşınına minmişdir. Şahid3 ifadələrində göstərmişdir ki, o, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, ev 19, mənzil 4-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Zərərçəkmiş şəxs onun kiçik qardaşıdır. 16 avqust 2022ci il saat 13 radələrində qardaşı Bəxtiyar ona zəng vuraraq başına iş gəldiyini, yəni Nərimanovdakı evinə gələn zaman blokda tanımadığı şəxsin yumruqla onu vuraraq içərisində külli miqdarda pulu olan çantasını apardığını bildirmişdir. Bununla əlaqədar dərhal Naxçıvan şəhərindən təyyarə ilə Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə çatdıqda qardaşı X1 öyrənib həmin xəstəxanaya getmişdir. Xəstəxanada qardaşı Bəxtiyarın baş və sifət nahiyələrində, sol əlində xəsarətlər olduğunu görmüşdür. Xəstəxanada ona məlum olmuşdur ki, həmin gün saat 12:40 radələrində Nərimanov rayonu, Təbriz küçəsi 2 saylı yaşayış binasının blokunda tanımadığı şəxs qardaşı Bəxtiyarı yumruqla vuraraq onun əlindəki çantanı aparıb getmişdir. Həmçinin Bəxtiyarın deməsinə görə ona məlum olmuşdur ki, həmin vaxt çantada 108000 (bir yüz səkkiz min) manat pul, 215000 (iki yüz on beş min) ABŞ dolları və 200000 (iki yüz min) Rusiya rublu məbləğində pul vəsaiti olmuşdur. Şahid4 ifadəsində göstərdi ki, 2019-cu ildən 2022-ci ilin iyul ayına qədər FHN-nin nazir müavinin ştatdan kənar sürücüsü işləmişdir. Həmin vaxtı qeyd olunan nazirliyə məxsus qara rəngli, «BMW» minik markalı Az ** FH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Təqsirlnədirilən şəxs Təqsirləndirilən şəxs2 15 saylı cəzaçəkmə müəssisəsində işləyən zaman tanımışdır. Təqsirləndirilən şəxs2 həmin cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Təxminən dörd-beş il əvvəl təsadüfən Elşənlə şəhərdə rastlaşmış və görüşüb hal-əhval tutmuşlar. Həmin vaxtı ona məlum olmuşdur ki, Elşən həbsdən çıxdıqdan sonra əsasən Sulutupə qəsəbəsində maşın rəngsazı işləyir. O, da maşın təmiri ilə əlaqədar öz istifadəsində olan ***-***-**-** nömrəsindən Elşənin istifadəsində olan ***-***-**-** nömrəsi ilə arabir telefon danışıqları olmuşdur. Həmçinin bir neçə dəfə idarə etdiyi maşını təmir etmək üçün Elşənin sexinə aparmışdır. 2022-ci ilin iyul ayında işdən çıxan zaman Elşən xahiş etdi ki, ona sürücü kimi işə düzəlməsində ona köməklik etsin, etiraz etməyib bu barədə sürücüsü olduğu Etibar müəllimə xahiş etmişdir. Etibar müəllim onun xahişi əsasında Elşəni işə götürmüşdür. Elşən 2022-ci ilin iyul ayından qara rəngli, «BMW» minik markalı ** FH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyə başlamış və ştatdan kənar sürücü kimi işə qəbul olmuşdur. 15 avqust 2022ci ildə Elşənə zəng edib səhər tezdən onu hava limanına aparmasını xahiş etmişdir. 16 avqust 2022-ci ildə səhər saat 05:00 radələrində Elşənlə birlikdə hava limanına getmişlər və orada işini bitirdikdən sonra saat 07:00 radələrində özü evə, Elşən isə öz işinə getmişdir. Həmin gün saat 16:00 radələrində o, yol xərcini vermək üçün Elşənə zəng edərək görüşməyi təklif etmişdir. Elşən onu səhər saatlarında aeraporta aparan zaman üzərində pul olmadığı üçün ona yol xərci verməmişdir. Bununla əlaqədar həmin gün saat 16:15 radələrində Elşən idarə etdiyi «BMW» minik markalı Az ** FH *** dövlət qeydiyyat nişanlı avtomobillə təkcə onun yaşadığı evin yanma gəlmişdir. Orada Elşənlə görüşüb ona 40 (qırx) manat pul vermişdir. Bundan sonra Elşəni görməmiş və onunla əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs1 və X10 tanımır. 16 avqust 2022-ci ildə Nərimanov rayonu ərazisində törədilmiş həmin quldurluq cinayətindən məlumatı yoxdur. Şahid5 ifadəsində göstərir ki, Zərərçəkmiş şəxs dostu X8 əmisidir. 16 avqust 2022-ci il tarixdə saat 13:00 radələrində yaşadığı evdə olan zaman Türkiyə Respublikasından Ramin Məmmədov zəng vuraraq təxminən bir saat qabaq əmisi Zərərçəkmiş şəxs Nərimanov rayonu, Təbriz küçəsi 2 ünvanında yerləşən yaşayış binasının blokunda naməlum şəxs tərəfindən hücum edildiyini və Zərərçəkmiş şəxs xəsarət yetirilərək əlindəki pul çantasının ələ keçirildiyini bildirib ölkə xaricində olduğu üçün bir dost kimi ondan əmisi Bəxtiyarın səhhəti ilə maraqlanmağı və ona lazımi köməklik göstərməsini xahiş etdi. Ramin Məmmədova nə lazımdırsa, köməklik göstərəcəyini bildirib Zərərçəkmiş şəxs səhhəti ilə maraqlanmaq üçün Nərimanov rayonu, Təbriz küçəsi 2 ünvanına getmişdir. Qonşuların köməkliyi ilə Zərərçəkmiş şəxs həmin binada 2-ci mərtəbədə yerləşən 44 nömrəli mənzilini tapıb həmin mənzilə qalxmışdır. Mənzilin girişində Zərərçəkmiş şəxs soruşub mənzilə daxil olan zaman onun baş və sifət nahiyyəsinin, habelə əynindəki köynəyinin qan içərisində olduğunu və yataqda uzandığını, adlarını bilmədiyi bir neçə qonşusunun ona yardım etməyə çalışdıqlarını görmüşdür. Zərərçəkmiş şəxs bu vəziyyətdə görüb həyacanlanaraq ondan nə baş verdiyini soruşmuşdur. Zərərçəkmiş şəxs çətinliklə ona cavab verərək həmin gün saat 12:00 radələrində Nərimanov rayonu, Təbriz küçəsi 2 ünvanında yerləşən binanın blokuna daxil olub pilləkənlə ikinci mərtəbədə yerləşən mənzilinə qalxan zaman pilləkəndə tanımadığı şəxsin qəflətən ona hücum edərək yumruqla başına və müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub ona xəsarət yetirməklə əlində tutduğu, içərisində külli miqdarda pul vəsaiti olan kompüter çantasını alıb apardığını bildirdi. Zərərçəkmiş şəxs tibbi yardım üçün nə lazımdırsa köməklik göstərəcəyimi bildirib saat 14:05 radələrində ***-***-**-** mobil telefonu ilə Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng edərək Bəxtiyar adlı qohumuna naməlum şəxs tərəfindən hücum edildiyini və ona məxsus pul çantasının ələ keçirilməsi barədə məlumat vermişdir. Elə həmin gün Zərərçəkmiş şəxs qohumları ilə birlikdə müayinə və müalicə üçün X13 aparmışlar. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-tibbi ekspertizasının 25 avqust 2022-ci il tarixli 875 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində alın sümüyünün yerdəyişməmiş qapalı sınığı, sağ və sol göz ətrafı nahiyənin qançırları və ağlı qişaya qansızma ilə müşayiət olunan hematomaları, sağ yuxarı göz qapağının cırılmış əzilmiş yarası, burun tağının əzilmiş yarası, sol əlin 4-cü barmağının əzilmiş-cırılmış yaraları, sağ və sol dirsək oynağının, sağ və sol diz oynağının sıyrıqlan küt əşyanın (əşyaların) təsirindən törənmişdir, göstərilən şəraitdə və 16 avqust 2022-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-genetik ekspertizasının 07 sentyabr 2022-ci il tarixli 22/573R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, hadisə yerində qanabənzər ləkələrdən götürülmüş 04 (dörd) ədəd tampon üzərində olan bioloji mənşəli materiallar Zərərçəkmiş şəxs məxsusdur. Məhkəmədə elan olunub araşdırılmış Ambulator məhkəmə-psixiatrik ekspertizasının 22 avqust 2022-ci il tarixli 2258 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 əvvəllər, cinayəti törədən vaxt xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilmir. Təqsirləndirilən şəxs1 hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur.Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə cəmiyyət üçün təhlükəli hesab edilmir. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmədə elan olunub araşdırılmış Ambulator məhkəmə-psixiatrik ekspertizasının 19 noyabr 2022-ci il tarixli 3066 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır.Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal- hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan olunub araşdırılmış Ambulator məhkəmə-narkoloji ekspertizasının 24 noyabr 2022-ci il tarixli 7109 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 Kannabionidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan olunub araşdırılmış 16 avqust 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 2 ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsi ilə 2-ci mərtəbəsi arasındakı dəhlizdir. Məhkəmədə elan olunub araşdırılmış baxış keçirilməsi və götürmə aparılması haqqında olunmuş 17 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Ucar RPŞ-də Təqsirləndirilən şəxs1 sərnişin qismində hərəkət etdiyi «Khazar LX» minik markalı Az ** PY *** qeydiyyat nişanlı avtomobilinin yük yerindən ona məxsus qara rəngli əl çantasından "Magna” markalı siqaret qutusunun içərisində 01 (bir) ədəd sellofan və 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə psixotrop maddə metamfetaminə oxşar ağ rəngli, kristalşəkilli hissəciklərdən ibarət kütlə, habelə həmin çantadan 19700 (on doqquz min yeddi yüz) manat, avtomobilin salonundan isə 3172 (üç min bir yüz yetmiş iki) manat olmaqla Zərərçəkmiş şəxs məxsus ümumilikdə 22872 (iyirmi iki min səkkiz yüz yetmiş iki) manat məbləğində pul vəsaiti aşkar olunaraq götürülmüşdür. Baxış və götürmə prosesinə dair videogörüntünün olduğu bir ədəd CD disk protokola əlavə olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış 18 avqust 2022-ci il tarixli Təqsirləndirilən şəxs1 ifadələri yerində yoxlanılanılması barəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs basqın edib ələ keçirdiyi puldan 48685 (qırx səkkiz min altı yüz səksən beş) ABŞ dolları və 9550 (doqquz min beş yüz əlli) manatı yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 qəsəbəsi, ev 31/2 ünvanında istintaq orqanına təqdim etmişdir. Məhkəmədə elan olunub araşdırılmış 18 avqust 2022-ci il tarixli Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılmasına dair tərtib olunmuş protokoldan görünür ki, Zərərçəkmiş şəxs cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, xx.xx.2022-ci il tarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək, onun zərərçəkmiş şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış Təqsirləndirilən şəxs1 19 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadələrində göstərdiyi halları təsdiq edib hadisənin törədildiyi yeri Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 2 ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsi ilə 2-ci mərtəbəsi arasındakı dəhlizi göstərmişdir. Məhkəmədə elan olunub araşdırılmış 12 sentyabr 2022-ci il tarixli Təqsirləndirilən şəxs2 ifadələrinin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ifadələrində göstərdiyi halları təsdiq edib hadisənin törədildiyi yeri ünvan 7 ünvanı göstərmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, 10 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs Hüseynov X11 RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanıldıqdan sonra üzərində olan zərərçəkimiş şəxs Zərərçəkmiş şəxs məxsus 37500 (otuz yeddi min beş yüz) ABŞ dolları məbləğində pul vəsaitini könüllü olaraq təqdim etmiş və bu barədə Nərimanov RPİ-nin CAŞ-nin axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Orxan Tağıyev tərəfindən müvafiq protokol tərtib olunmaqla həmin pul vəsaiti götürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 31 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 2 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Qarnizonu Hərbi Tribunalının 01 noyabr 1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 88-1 və 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 dekabr 1999-cu il tarixli qərarı ilə 01 noyabr 1995-ci il tarixli hökm dəyişdirilərək cinayət əməli Azərbaycan Respublikası CM-nin 88-1-ci maddəsindən həmin Məcəllənin 93-3-cü maddəsinin 3-cü hissəsinə (köhnə redaksiyada) tövsif edilmiş və cəzası 08 (səkkiz) ilə endirilmişdir. 17 fevral 2000-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50-2-ci maddəsinə (köhnə redaksiyada) əsasən 02 (iki) il 08 (səkkiz) ay 11 gün əməyə mütləq cəlb olunmaqla şərti azad olunmuşdur. Hüseynov X14 rayon Məhkəməsinin 02 sentyabr 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 31 may 2008-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs2 Abşeron rayon Məhkəməsinin 17 noyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. Məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda təsvir olunan əməlləri törətməsini etiraf etdi, lakin özünün bu əməlləri törətməsində quldurluq niyyətlərinin olmamasını bildirdi. Məhkəmə Təqsirləndirilən şəxs1 özünün, zərərçəkmiş şəxsin, digər təqsirləndirilən şəxs X6, şahid ifadələrini və işin faktiki hallarını müqayisəli təhlil edib onun bu ifadələri özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Çünki məhkəmədə onun bu ifadələrini təsdiq edən sübut müəyyən olunmadı. Əksinə Təqsirləndirilən şəxs1 digər şəxslərlə cinayət işinin törədilməsini planlaşdırması və planlaşdırılan zaman qeyd olunan hallar onun quldurluq niyyətinin olmasını təsdiq etmişdir. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü maddələri ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq ediləcəyi ilə bağlı digər təqsirləndirilən şəxslərlə razılığının olmamasını göstərdi. Onun bu iddiası məzakirə olunarkən təsdiqini tapmadı. Çünki məhkəmədə ittiham tərəfindən təqdim olunmuş sübutlarla müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 törədilməsində təqsirləndirildiyi əməlin törədilməsi başqa şəxs tərəfindən əvvəlcə ona təklif olunmuşdur. O da bu əməli birbaşa törədilməsini fiziki cəhətdən qüvvətli Təqsirləndirilən şəxs1 tapşırılmasını məsləhət görüb buna nail olmuşdur. Bundan başqa məhkəmədə araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının 19 noyabr 2022-ci il tarixli 3066 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs2 başqa şəxsin əmlakını açıq talamağa və bu talamanı hücüma məruz qalan şəxsə basqın etməklə həyata keçiriləcəyini, əməlin qurbanı tərəfindən müqavimət göstərilməsinin ehtiva olunması və bu müqaviməti qırmaq üçün ona zor göstəriləcəyinin dərk etməməsi, göstəriləcək zorun təhlükəlilik dərəcəsini müəyyənləşdirməsi ağlabatan deyildir. Buna görə də məhkəmə, Təqsirləndirilən şəxs2 həmin ifadələrini özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Məhkəmə, göstərilənləri nəzərə alıb, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərinin onlar tərəfindən anlaqlı şəkildə qəsdən törtdiklərinin sübuta yetirildiyi qənaətinə gəlib onların əməllərini Azərbaycan Respublikası CM-nin 181.3.2 və 181.3.3-cü maddələri tövsif edilməsini əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri cinayət əməllərini qəsdən törətməsi qənaətinə gəldiyindən onların bu əməllərə görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onların təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hal və onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri əməllərin xarakterini, ictimai təhlükəlilik dərəcələrini və onların şəxsiyyətini nəzərə alıb onlara azadlıqdan məhrumetmə cəzasına nisbətən yüngül cəza təyin edilməsi üçün əsas müəyyən olunmadığı qənaətinə gəlib onlara azadlıqdan məhrumetmə cəzası təyin olunmasını əsaslı sayır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə müəyyən olundu ki, ibtidai istintaq zamanı məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə 69.10 (altımış doqquz manat on qəpik) manat xərclənmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 4 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən 50 (əlli) saat hüquqi yardım göstərilmişdir. Bu səbəbdən də məhkəmə ona 300 (üç yüz) manat ödənilməsini əsaslı sayır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 4 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən 50 (əlli) saat hüquqi yardım göstərilmişdir. Bu səbəbdən də məhkəmə ona 300 (üç yüz) manat ödənilməsini əsaslı sayır. Məhkəmə həmin xərcələri dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin ödəmələrdən azad olunmasını əsaslı sayır. Çünki məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu məbləğləri ödəmək üçün maddi imkanının və həmin məbləğlərin tutulmasını təmin etmək üçün yönələ bilən əmlakı olması müəyyən olunmadı. Məhkəmə yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və təqsirləndirilən şəxslərin şəxsiyyətini nəzərə alıb təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qərarına gəldiyindən və onların qəsdən xüsusi ilə ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduqlarını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 hazırkı cinayət işi üzrə 18 avqust 2022-ci il tarixdə tululub hazırkı vaxta qədər, Təqsirləndirilən şəxs2 10 sentyabr 2022-ci il tarixdən hazırkı vaxta qədər həbsdə olduqları müəyyən olundu. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlandığı müddətin onlara təyin olunan cəzaçəkmə müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın çəkilməsinin əvvəlinin onların həbsdə saxlanıldıqları müddətin əvvəllindən hesablanmalı olmasını nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalandırılmalı və barələrində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onların barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmadığını bildirdi. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş şəxsə dəymiş zərərin bir hissəsini təşkil edən 86 275 dollar və 22872 manat ödənilməsi müəyyən olundu. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törədikləri əməldən peşman olduqlarını bildirib, ittihamın mahiyyəti üzrə ətraflı ifadələr verib cinayətin açılmasında iştirak etdilər. Məhkəmə həmin halları da təqsirləndirilən şəxslərin məsuliyyətlərini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 Vətən müharibəsində iştirak etməsi, yaralanması, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunması müəyyən olundu. Məhkəmə, bu halı da Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın müddətini təyin edərkən, onlar tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini , ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, onların cəzalarını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onların islah olunmasına, ailə və həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 11 ( onbir ) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 18 avqust 2022-ci il tarixdən hesab edilsin. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 11 ( on bir ) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 10 sentyabr 2022ci il tarixdən hesab edilsin. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Dövlət büdcəsi hesabına məhkəmədə ekspertizaların keçirilməsinə xərclənmiş 69,10 (altımış doqquz manat on qəpik) Məhkəmə Ekspertiza mərkəzinin hesabına, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 4 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi yardım və Tədris mərkəzinin hesabına, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 4 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi yardım və Tədris mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin ödəmələrdən azad olunsun. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti onlara təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Novruz Kərimov Hakimlər Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar