Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-609/2024 28.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 10:20-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “EKOL” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxxx 1990-cı il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan “Davud” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqla müəyyən edilməyən vaxtda «Davud» adlı şəxsdən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 327,1 qram çəkidə psixotrop maddə metamfetamini və 1150,5 qram çəkidə narkotik vasitə heroini əldə edib yaşadığı ünvan 2 ünvanına daşıdıqdan sonra narkotik vasitə heroini yaşadığı ünvanda, psixotrop maddə metamfetamini isə üzərində saxlamış, 18 yanvar 2023-cü il tarixdə saat 18:15-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq həmin idarənin inzibati binasına aparılmış, həmin gün saat 20:10-da orada barəsində şəxsi axtarış keçirilən zaman üzərindəki əl çantasının içərisindən 01 bükümdə təmiz çəkisi 327,1 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin və əməliyyat-axatrış tədbirlərinin davamı olaraq həmin gün saat 21:45-də yaşadığı ünvan 2 ünvanına keçirilmiş baxış zamanı mətbəxdə olan paltaryuyan maşının içərisindən 01 bükümdə təmiz çəkisi 1150,5 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin və psixotrop maddələrin satışında istifadə etmək məqsədilə əldə edib gəzdirdiyi üzərində narkotik vasitə heroin izləri olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə və psixotrop maddələrin satışını pul qarşılığında etməmişdir. “Davud“ adlı İran vətəndaşına 2 dəfə pul ödəyərək öz şəxsi istifadəsi üçün narkotik maddə götürmüşdür. O, “Davud“un nömrəsini “instagram“ sosial platforması vasitəsi ilə əldə etmişdir. Narkotik maddələrin qarşılığında hər dəfə “Davud“un bank kartına ödəniş etmişdir. Təxminən 1 həftə yaxud 10 gün sonra ona “whatsapp“ sosial platforması vasitəsilə zəng gəlmişdir. Bu, həmin “Davud“ adlı İran vətəndaşı olmuşdur. Davud Bakıda ona məxsus narkotik maddələr olduğunu bildirərək, həmin narkotik maddələri götürərək evinə gətirməsini ona tapşırmışdır. O, əvvəlcə etiraz edərək bunu etmək istəmədiyini, artıq narkotik maddə istifadəçisi olmadığını ona bildirmişdir. “Davud“ isə ona narkotik almasına və haradan götürməsinə dair özündə sübutlar olduğunu, həmçinin onun ev adresini və s. şəxsi məlumatlarını bildiyini demişdir. Əlavə olaraq Bakıda yaxın adamı olduğunu və dediklərini etməsə onu “tutduracağını“ bildirərək hədələmişdir. O, yenə Davudla razılaşmamışdır. Daha sonra Davud onu yenidən hədələyərək bildirmişdir ki, “dediklərimi etməsən özünü sosial şəbəkələrdə görəcəksən“. O, narkotik vasitə və psixotrop maddələrin satışını pul qarşılığında etməmişdir. Əksinə, bəzən elə olurmuş ki, “Davud“ ondan pul alırmışdır. O, həmçinin videoçəkilişdə də demişdir ki, “2 dəfə “Davud“dan narkotik maddə götürmüşdür. Davud qarşılığında ona hər dəfə 1000 manat verəcəyini desə də, verməmişdir. “Davud“un dediklərini pul əldə etmək üçün yox, şəxsi istifadəsi üçün etmişdir. Davud həm də onu mütəmadi olaraq hədələmiş, “Davud“ ona “Səttar“ adlı polis əməkdaşının onun tanışı olduğunu demiş, dediklərini etməsə onu tutdurmaqla hədələmişdir. “Davud“ ona bildirmişdir ki, “əgər narkotik istifadə etmisənsə, indi mən dediklərimi də etməlisən”. O, ailəsinə görə qorxmuş və sonda “Davud“un dediklərini etməyə məcbur qalmışdır. 18 yanvar 2023-cü il tarixdə, o, polis əməkdaşları tərəfindən saxlanılan gün ona “whatsapp“ sosial platforması vasitəsilə zəng gəlmişdir. Telefonda onunla danışan tanımadığı və daha əvvəl görmədiyi bir şəxs olmuşdur. Həmin şəxs ona Davudun adamı olmasını, 300 qram narkotik maddə olduğunu bildirmiş və dediyi ünvana gedərək həmin narkotik maddəni götürməyini tapşırmışdır. O, həmin şəxsə artıq bu işlə məşğul olmaq istəmədiyini, bezdiyini, özünü öldürmək həddinə çatdığını bildirmişdir. Həmin şəxs isə ona demişdir ki, bu ondan son istəkləridir. Əgər bunu da etsə, daha əl çəkəcəklər. Bu yazışmalar telefonda da olmuşdur. O, həmin narkotik maddələri götürmək üçün “Şamaxinka“ deyilən əraziyə getmişdir. Həmin vaxt piyada hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, saxlanılan zaman onu saxlayan şəxslərdən birinin polis əməkdaşlarının yanında olan mülki geyimli şəxsin səsi ona çox tanış gəlmişdir. O, düşünür ki, “whatsapp“ sosial platforması vasitəsilə onunla danışan, “Davud“un adamı olduğunu bildirən şəxs də elə o şəxsdir. Çünki hər iki səs bir-birinə çox bənzəmişdir. Onu polis əməkdaşları onların diktə etdiklərini deməyə məcbur etmişlər. 17 yanvar 2023-cü il tarixdə videoçəkiliş aparılmış və polislərin ona dediklərini videoçəkilişdə demədiyi üçün bir neçə dəfə çəkiliş təkrarlanmışdır. Polislər onu hədələyərək, “dediklərini çəkilişdə deməsən 500 qram narkotik də əlavə edəcəyik“ sözlərini ona demişlər. Onun “Davud“la tanışlığı “instagram“ sosial platforması vasitəsi ilə olmuş və “Davud“un nömrəsini “instagram“ sosial platforması vasitəsi ilə əldə etmişdir. Əvvəllər ingilis dili müəlliməsi olaraq işləmişdir. Daha sonra uşağına tək baxdığı üçün işdən çıxmaq məcburiyyətində qalmışdır. Onun narkotik vasitə istifadəsinə başlamasına səbəb öz mühitinin pis olması olmuşdur. Ona daha əvvəl narkotik istifadə etməsi təklif olunmuş, lakin imtina etmişdir. Ümumilikdə bütün bu hadisələrin axarı 25 gün-1 ay kimi qısa bir müddət ərzində baş vermiş, 11 yaşlı oğlu vardır. Həyat yoldaşıyla 6 il əvvəl boşanmış, son 6 ildir ki, oğlunu tək böyüdür. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə 18 yanvar 2023-cü il tarixdə, saat 18:15 radələrində tərəflərindən keçirilən əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Əliisgəndər İsgəndərov küçəsi, ev 9 yaxınlığında «Bahar» adlı şəxsin zahiri əlamətlərinə oxşar şəxsi görüb yaxınlaşmışlar və özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddələr gəzdirməsi və istifadə etməsində şübhəli olduğunu deyərək, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətlərini icra edərək, Təqsirləndirilən şəxs əlində olan qara rəngli çantanın içərisindən, narkotik vasitə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Bundan sonra onu Polis İdarəsinə aparmışlar. Bu barədə raport tərtib edərək, Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı və müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılmış, ona təklif edilmişdir ki, üzərində hər hansı bir qeyri-qanuni əşya varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra, Təqsirləndirilən şəxs könüllü olaraq öz evində də narkotik maddələr olduğunu bildirmiş və onun evinə keçirilən baxış zamanı evdə olan paltaryuyan maşının içərisindən çəkisi 1100 qramdan artıq “heroin“ və çəkisi 300 qramdan artıq “metamfetamin“ aşkar olunmuşdur. Ondan aşkar olunmuş maddələrin tərkibi haqqında onlar tərəfdən verilən suala ağ rəngli maddənin psixotrop maddə olan metamfetamin və digər qəhvəyi rəngli maddənin isə narkotik vasitə olan “heroin” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik maddələri kimdən, necə və hansı yolla əldə etməsi sual edildikdə həmin maddələri “Daniela“ ləqəbi ilə təqdim olunan, “Davud“ adlı İran vətəndaşından əldə etdiyini, “Davudun“ ona həmin narkotik maddələri müəyyən ünvanlara qoymasını tapşırdığını və bunun müqabilində ona pul verəcəyinə söz verdiyini bildirmişdir. Aşkar edilən maddələr qablaşdırılaraq çəkisi və tərkibi müəyyən edilməsi üçün tədqiqata göndərilməsi məqsədi ilə zərflə qoyularaq möhürlənmişdir. Onlarda olan məlumata əsasən, Təqsirləndirilən şəxs sosial şəbəkələr vasitəsilə İran vətəndaşı ilə tanış olmuş, online yolla narkotik vasitələri əldə edərək ona tapşırılan ünvanlara çatdırmışdır. Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitələri əldə etdiyi İran vətəndaşını tanımamış, ondan narkotik vasitələri topa şəklində əldə edərək bükümlərə ayıraraq paylamış və bunun qarşılığında ona təxminən 2000-3000 manat ödəniş olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 18 yanvar 2023-cü il tarixdə, təxminən saat 18:15 radələrində yaradılmış əməliyyat qrupu tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Əliisgəndər İsgəndərov küçəsi, ev 9 yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkətdə olan zaman onlar tərəfdən saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsində Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı və müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılmış, ona təklif edilmişdir ki, üzərində hər hansı bir qeyri-qanuni əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs əlində olan qara rəngli çantanın içərisindən narkotik vasitə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs könüllü olaraq öz evində də narkotik maddələr olduğunu bildirmiş və onun evinə keçirilən baxış zamanı evdə olan paltaryuyan maşının içərisindən də narkotik vasitələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik maddələri “Davud“ adlı İran vətəndaşından əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs etiraf etmişdir ki, “Davud“ adlı İran vətəndaşı narkotik vasitə və ya psixotrop maddələrin dövriyyəsi ilə məşğuldur, “Davud“ ona həmin narkotik maddələri müəyyən ünvanlara qoymasını tapşırmış və bunun müqabilində ona 2000 manat pul verəcəyini bildirmişdir. Aşkar edilən maddələr qablaşdırılaraq çəkisi və tərkibi müəyyən edilməsi üçün tədqiqata göndərilməsi məqsədi ilə zərflə qoyularaq möhürlənmişdir. Təqsirləndirilən şəxs daha əvvəllər narkotik vasitə və ya psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə onlara hər hansı məlumat daxil olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 18 yanvar 2023cü il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin qarşısından keçərkən polis əməkdaşları tərəfindən idarəyə dəvət olunmuşdur. Polis əməkdaşları ona saxlanılan şəxsin qadın olduğunu, onun üzərində müəyyən istintaq hərəkətlərinin həyata keçiriləcəyini və onun da qadın olduğu üçün həmin istintaq hərəkətləri keçirilən zaman şahidlik etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs üzərində olan qara rəngli çantanın içərisindən bir ədəd mobil telefon, bir ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və narkotik vasitəyə bənzər maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik maddələri şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Keçirilən istintaq hərəkətləri videoçəkilişlə birlikdə aparılmışdır. O, ümumiyyətlə mobil telefon, hər hansı bir narkotik maddədən istifadə etməmişdir. Daha əvvəl hər hansı bir başqa həmcinsi istintaq orqanları tərəfindən saxlanılarkən keçirilən istintaq hərkətində şahidlik etməmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 19 yanvar 2023-cü il tarixli 6/328 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi...” və s. yazılar, imzalar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi, 327,1 qram ağ rəngli, kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə və 2 ədəd elektron tərəzi...” və s. yazılar, imzalar olan çantadakı 01 ədəd bükümdə təmiz çəkisi 1150,5 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 02 ədəd elektron tərəzinin üzərində narkotik vasitə-heroinin izləri müəyyən edildi. Tərəzilərin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. (iş vərəqə 42-44) İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli 852 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 96-97) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Psixiatriya Xəstəxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X1 müraciət etməmişdir. (iş vərəqə 174) İş materiallarında olan Nəsimi RPİ-nin 20-ci PB-dən daxil olmuş xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, xx.xx.1990-cı il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanda pasport qeydiyyatda olan və yaşayan vətəndaş Təqsirləndirilən şəxs mütəmadi olaraq Nəsimi rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuşdur. Odur ki, həmin şəxs ərazidə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan arzuolunmaz şəxs kimi xarakterizə olunur. (iş vərəqə 146) İş materiallarında olan 18 yanvar 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qara rəngli qadın əl çantasında olan əşyaları təqdim etmək təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünə məxsus olan qara rəngli qadın çantasından 01 ədəd bükümdə içərisində ağ rəngli kristal şəkili maddə olan bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükümün içərisində nə olması barədə soruşulduqda həmin şəxs bildirmişdir ki, həmin bükümün içərisində psixotrop maddə olan metamfetamindir və bükümü tanımadığı İran İslam Respublikası vətəndaşı olan “Davud” adlı şəxsdən əldə etmişdir. Bundan sonra çantanın içərisindən həmin şəxsə məxsus olan bir ədəd “Redmi” markalı mobil telefon, 01 ədəd açar, 03 ədəd bir manatlıq pul əskinası və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində ağ rəngli kristal şəkilli maddə olan büküm təhqiqatçı tərəfindən elektron tərəzi vasitəsi ilə çəkildikdən sonra həmin şəxsə məxsus olan mobil telefon və şəxsiyyət vəsiqəsi iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş 03 ədəd bir manatlıq pul əskinası geri qaytarılmışdır. Təhqiqatçı tərəfindən həmin şəxsə başqa hardasa narkotik vasitə və yaxud psixotrop maddə metamfetamin saxlaması barədə soruşulduqda həmin şəxs yaşadığı ünvan 1 ünvanda da narkotik vasitənin olduğunu etiraf etmiş və bildirmişdir ki, həmin mənzilə baxış keçirilməsinə etiraz etmir. (iş vərəqə 28-29) İş materiallarında olan 18 yanvar 2023-cü il tarixli “mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, mənzildə olan zaman Təqsirləndirilən şəxs evdə narkotik vasitəni harada saxlaması barədə sual verildikdə həmin şəxs narkotik vasitəni evin mətbəx hissəsində olan paltar yuyan maşının içərisində saxladığını bildirmişdir. Daha sonra mətbəx otağına keçdikdə həmin şəxs paltaryuyan maşının içərisindən qara rəngli çantanın çıxararaq mətbəx otağında olan masanın üzərinə qoymuşdur. Həmin şəxs bildirmişdir ki, həmin narkotik vasitəni eyni İran vətəndaşından “Davud” adlı şəxsdən əldə etmişdir. Həmin qara rəngli çantanın içərisinə baxdıqda sellefona bükülmüş bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə kütləsi, 02 ədəd elektron tərəzi və 01 ədəd bank kartı aşkar edilərək götürülmüş və qablaşdırılmışdır. Daha sonra mənzilə baxış və axtarış keçirilmiş lakin qanunla qadağan edilmiş başqa hər hansısa bir əşya aşkar edilməmişdir. (iş vərəqə 33-34) İş materiallarında olan mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs “Whatsapp” sosial şəbəkəsi vasitəsilə adını Daniela kimi qeyd etdiyi şəxslə mesajlaşan zaman “Bu vurulmuş taksi tanımadı konumu Davud istiyirsen onu birezden gedim götürüm öz taksim gelelnen sora olar hele bu tanımadi kime deyirəm durub üzümə baxırlar. Goyun kimi” sözlərini yazmışdır. Bundan başqa cavab olaraq həmin şəxs “Ha tez qaid eva san zakaslar var uraim tez usaq goturub narahat olma manda bilmadim san yoladim. Tez qaid eva zakaslar baqla cakilari at mana 3015p llist m40, 18kola, 5k.5p ” mesajlarını Təqsirləndirilən şəxs göndərmişdir. Həmin mesaja cavab olaraq Təqsirləndirilən şəxs “eva catram atacam hamsı” deyərək fotoşəkillər vasitəsilə elektron tərəzinin üzərində 71 qram olmaqla narkotik vasitə heroinin, 42 qram olmaqla psixotrop maddə metamfetaminin, hər listdə 10 ədəd olmaqla 3 list metadon həbinin şəklini çəkib Davud adlı şəxsə yollamışdır. Bundan başqa o digər bir bağlamalarda elektron tərəzinin üzərində narkotik vasitə heroini və 5 qram çəkidə psixotrop maddə metamfetamini qablaşdıraraq fotoşəklini çəkib Davud adlı şəxsə göndərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs “Davud 5k çıxdı kloku təmizlədim 70dən vermişəm 2 qram vso bide suyu quruyub ola bilər çəki hele getsin” mesajını göndərmişdir. (iş vərəqə 152-172) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilməsinə dair verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun məhkəmədə verdiyi ifadəsi işin faktiki hallarına uyğun olmamaqla məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun özünü müdafiə üçün irəli sürdüyü fikirlər özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, iş üzrə şahidlərin ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 19 yanvar 2023-cü il tarixli 6/328 nömrəli rəyi, ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli 852 nömrəli rəyi, Nəsimi RPİ-nin 20-ci PB-dən daxil olmuş xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubu, 18 yanvar 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında”, 18 yanvar 2023-cü il tarixli “mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında”, mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokollar, eləcə də digər mötəbər sübutlarla tam təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qismində ifadəsində özünü tam təqsirli bilərək qeyd etmişdir ki, o, təxminən 1 aydan çoxdur ki, narkotik vasitə heroin istifadə etmişdir. O, həmin narkotik vasitəni çəkmə üsulu ilə istifadə etmişdir. Əvvəllər o həmin narkotik vasitəni “Razin” adlanan ərazidə tanımadığı şəxslərdən əldə etsə də sonralar həmin yerdən narkotik vasitəni əldə etməyində təhlükə və çətinlik olduğu üçün o “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Davud” adlı şəxsdən onlayn formada əldə etmişdir. Həmin şəxs ilə aralarında olan razılığa əsasən o, həmin şəxsin müəyyən ünvanlara atmış olduğu narkotik vasitə və yaxud psixotrop maddələri götürərək özündə saxlamış daha sonra həmin şəxsin bildirdiyi ünvanlara həmin narkotik vasitələri və psixotrop maddələri hissə-hissə olmaqla ataraq daha sonra həmin atdığı yerlərin şəkillərini və lokasiyasını həmin “Davud” adlı şəxsə göndərmişdir. Bunun müqabilində “Davud” ona pul vermiş və həmçinin o həmin şəxsə məxsus olan narkotik vasitə heroindən az miqdarda istifadə etmişdir. O, təxminən 4 dəfə “Davud” adlı şəxsdən narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və sairə psixotrop maddələr əldə etmişdir. (iş vərəqə 68-72) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər–narkotik müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs aşkar edilmiş 327,1 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin, onun mənzilindən aşkar edilən 1150,5 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla, külli miqdar təşkil edir, habelə narkotik vasitənin bir yerdən başqa yerə daşınması, elektron tərəzilərin aşkar edilməsi və digər xüsusatlar da təsdiq edir ki, o, qeyd olunan miqdarda olan narkotik vasitələri, psixotrop maddələri qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 129-130) İş materiallarında olan Bakı İstintaq Təcridxanasından verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs təcridxanada saxlandığı müddət ərzində daxili intizam qaydalarına əməl etmiş, nümunəvi davranışına görə ona “Təşəkkür” elan olunmuşdur. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X2 olmaqla bir azyaşlı uşağı vardır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, müsbət xarakterizə olunmasını, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirərək öz əməlinə qarşı tənqidi münasibətini, ilk dəfə cinayət əməli törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan 18 yanvar 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(006)- 45/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 18 yanvar 2023-cü il tarixdən hesablanmışdır. (iş vərəqə 19; 81-84) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 18 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 852 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmamalı, lakin, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 110 (yüz on) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Nəsimi rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 327,1 qram psixotrop maddə metamfetamindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 327,0 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs mənzilindən aşkar edilmiş 1150,5 qram narkotik vasitə heroindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 1150,4 qram narkotik vasitə heroin, 02 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs məxsus «Redmi» markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış-götürmə və mənzilə baxış istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 18 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – hökm qanuni qüvvəyə mindikdən sonra Nəsimi rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 327,0 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs mənzilindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1150,4 qram narkotik vasitə heroin, 02 ədəd elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs məxsus «Redmi» markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışgötürmə və mənzilə baxış istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 110 (yüz on) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-609/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-609/2024
28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver