Məhkəmə qərarları › İş №1(101)-609/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-609/2025

29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-609/2025 29.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X3 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Sirius” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, orta təhsilli, ailəli, himayəsində yetkinlik yaşına çatmayan uşaqları olan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Bakı şəhəri, Xətai rayonu, Məhsəti küçəsi, ev 3V ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə – CM) 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışını təşkil etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan “Şəhram” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında əldə olunmuş razılığa əsasən müəyyən ünvanlara çatdırmaq üçün həmin şəxsin +98 914 *** **** mobil nömrəsindən onun istifadəsində olan 077 *** ** ** mobil nömrəyə WhatsApp ani mesajlaşma proqramı vasitəsilə göndərdiyi fotoşəkillərə uyğun Bakı şəhəri ərazisində müvafiq yerə qoyulmuş, külli miqdarda təmiz çəkisi 11,267 qram olan psixotrop maddə metamfetamin, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan, metadon təsiredici maddəsinin ümumi miqdarı 28,8 qram olan külli miqdarda 720 ədəd narkotik vasitə metadon həbi, 2025 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və 0,771 qram narkotik vasitə heroin əldə edib bir hissəsini yaşadığı mənzildə saxlamış, digər hissəsini isə üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 08 iyul 2024-cü il tarixdə, saat 15:05-də ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla ünvan 2 ünvanda yerləşən BNMİ-nin inzibati binasına gətirilmiş, orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir bükümdə təmiz çəkisi 1,736 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan, üzərində “Methadone 40” markalanma göstəricisi olan 1 ədəd konvalyutda 10 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı, metadon təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edən metadon tərkibli həblər və şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, saat 19:00-dan saat 19:15-dək Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında keçirilən baxış və götürmə istintaq hərəkəti zamanı evin girişindən sağ tərəfdə yerləşən saxlanc yeri kimi istifadə edilən köməkçi tikilidən bir ədəd idman çantasında saxlanılan külli miqdarda bir bükümdə təmiz çəkisi 9,531 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd bükümdə təmiz çəkisi 0,771 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan üzərində “Methadone 40” markalanma göstəricisi olan 71 ədəd konvalyutda ümumilikdə 710 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı, metadon təsiredici maddəsinin ümumi miqdarı 28,4 qram təşkil edən külli miqdarda narkotik vasitə metadon tərkibli həblər, 4 ədəd sellofan bağlamalarda tərkiblərinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 525 qram, 505 qram, 510 qram və 485 qram olmaqla, külli miqdarda ümumi təmiz çəkisi 2025 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üzərində heroinin və metamfetaminin izləri olan iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, saxlanıldığı vaxt üzərində 2 qram narkotik vasitə olmuşdur. Onu polis əməkdaşları xx.xx.2024-cü il tarixdə Həzi Aslanov metrosunun yaxınlığında saxlamışlar. Polis əməkdaşları onun üzərinə saxladıqları yerdə baxış keçirtmişlər, amma üzərində heç bir qanunsuz əşya aşkar olunmamışdır. Ruslan adlı polis əməkdaşı dediklərini etmədiyi təqdirdə onu ailə üzvləri ilə, yaşadığı evdən narkotik vasitə çıxaracaqları ilə təhdid etmişdir. O, Ruslan adlı polis əməkdaşına ilk dəfə belə saxlandığını və belə şeylərdən anlayışının olmadığını demişdir. Ruslana evdəkilərin yanında ona təzyiq göstərməməyi bildirmişdir. Polis əməkdaşları ona həyətlərində çəkiliş aparılacağını desələr də çəkiliş olmamışdır. Polis əməkdaşları onu saxladıqları vaxt üzərində ancaq şəxsiyyət vəsiqəsi və plastik bank kartı olmuş, amma heç bir narkotik vasitə olmamışdır. Onu saxladıqları gün evdə böyüklər olmamış, ancaq uşaqlar olmuşdur. O, evdə uşaqlar olduğu üçün həyətdəki saxlanc yerinin açarını götürmüş və polis əməkdaşlarına təqdim etmişdir. Həyətə ilk öncə 3 nəfər polis əməkdaşı daxil olmuşdur. O, isə avtomobildə Sadiq adlı polis əməkdaşı ilə birlikdə gözləyirdi. Ümumilikdə onu 4 nəfər polis əməkdaşı saxlamışdır. Ona polis əməkdaşları ilə birlikdə həyətlərinə daxil olmağı, daxil olduqdan sonra sakit durmağı tapşırmışlar və buradan da çıxıb BNMİ-nə gedəcəklərini bildirmişlər. O da polis əməkdaşlarının dediklərinə heç bir etiraz bildirməmişdir. Polis əməkdaşları çantanı götürmüşlər, video çəkiliş aparmışlar. BNMİ-də cibinə narkotik vasitə qoymuşlar. Video çəkiliş zamanı dediklərini polis əməkdaşları tərəfindən göstərilən təhdidlərə görə demişdir. Polis əməkdaşları onu öz avtomobilindən tutub özlərinin avtomobillərinə mindirmişlər və həmin vaxtı ona qarşı fiziki təzyiqlər göstərmişlər, nalayiq sözlər ünvanına səsləndirmişlər. Onu polis əməkdaşları Tayota Carolla markalı, dövlət qeydiyyat nişanı 431 olan avtomobilə əyləşdirib aparmışlar. O, suallara cavab olaraq bildirmişdir ki, elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir. Onu polis əməkdaşları Həzi Aslanov metrostansiyası yaxınlığında saxlayıb yaşadığı evə gətirmişlər. Saxlanıldığı vaxt üzərində heç nə olmamışdır. Polis əməkdaşlarına ilk dəfə saxlanıldığını və narkotik vasitənin alqı-satqısı ilə əlaqəsinin olmadığını demişdir. Polis əməkdaşları ona 2 kiloqram narkotik vasitənin harda olmasını demişlər. Polis əməkdaşları onu 2 kq narkotik vasitənin ailəsinin içindən çıxartmaqla təhdid etmişlər, ünvanına nalayiq sözlər işlətmişlər, onu avtomobildə vurmuşlar. O, polis əməkdaşlarına nə istəyirlər etsinlər, amma gec olduğu üçün yaşadığı evə getməməklərini xahiş etmişdir. Yaşadığı evə getmişlər. Polis əməkdaşları özlərində olanı ona göstərmişlər və göstərdiklərinin özündə saxlamağını və videoçəkiliş edəcəklərini demişlər. O, polis əməkdaşlarına nəyi saxlamalı olduğunu soruşmuşdur. Polis əməkdaşları qırmızını götürməyini demişlər və o da razılaşmışdır. Daha sonra polis əməkdaşlarına evdə ailə üzvlərinin olduğunu demiş, amma birmənalı evə daxil olub videoçəkiliş etməli olduğunu demişlər. Polis əməkdaşları özləri düşüb evin qapısını döymüşlər. Hadisə yerində kamera olduğu üçün gəldikləri avtomobilin yerini dəyişmişlər ki, avtomobilin dövlət qeydiyyat nişanı kameraya düşməsin. Birinci dəfə 2 nəfər avtomobildən düşüb evin həyətinə girmiş, avtomobildə 4 nəfər polis əməkdaşı olmuşdur. 4 nəfərdən 2-si onun yanında qalmışdır. 2 nəfər polis əməkdaşı həyətdə nəsə etdikdən sonra onu həyətə salmışlar. O, uşağa zirzəminin açarının gətirməsini demişdir. Polis əməkdaşından əlində olan çantanın nə olduğunu soruşmuşdur. Polis əməkdaşı əlində olan çantanın ona aid olmadığını demiş və videoçəkiliş edəcəklərini bildirmişdir. O, polis əməkdaşına nəyin çəkilişini edəcəklərini soruşmuşdur. Polis əməkdaşından çantanın nə üçün ora qoyduğunu soruşmuşdur. Polis əməkdaşı 2 qramı cibinə qoymağını istəmişlər. O da polis əməkdaşlarından çantanın içərisində nə olduğunu öyrənmək üçün çantanı açmaqlarını istəmişdir. Polis əməkdaşları ilk öncə idarəyə getməklərini, daha sonra çantada nə olduğunu deyəcəklərini demişlər. Saxlanıldığı vaxt üzərində heç bir narkotik vasitə olmamışdır. Üzərində keçirilən şəxsi axtarış və götürmə videoçəkilişlə aparılmışdır. Videoçəkiliş zamanı etirazını bildirə bilməmiş, çünki səsini çıxartmamağını tapşırmışlar. Etiraz etdiyi təqdirdə ailə üzvlərini tutmaqla təhdid etmişlər. Heç nə əldə etmədiyi üçün videoçəkiliş zamanı da nəyisə hardan əldə etdiyini deməmişdir. Videoçəkiliş vaxtı müdafiəçisi olmamışdır. Müstəntiqin yanında onu dindirəndə müdafiəçisi olmuş, amma müdafiəçini otaqdan çıxartmışlar və ona nalayiq sözlər demişlər. Polis əməkdaşları tərəfindən ona qarşı işlədilmiş nalayiq sözlərlə bağlı heç bir yerə şikayət etməmişdir. Onu polis əməkdaşları 2 dəfə yaşadığı evə aparmışlar. X22 metrostansiyası yaxınlığında təxminən 15 radələrində saxlamışlar və birbaşa evə aparmışlar. Onu saxlayan polis əməkdaşlarından birinin adı Ruslan olmuşdur. Onu polis əməkdaşları evə gətirdikdən sonra idarəyə aparmışlar. Onu 4 nəfər polis əməkdaşı saxlamışdır. Baş idarədə hazır nüsxə ifadələr olmuşdur. 2 dəfə həmin ifadələrə uyğun cibində narkotik vasitənin yerini dəyişmişlər. Ona uşaqlarının yanında təhqir olmamağı, işinin yaxşı getməyi üçün polis əməkdaşları ilə razılaşmağını istəmişlər. Polis əməkdaşları evdəkiləri çölə çıxardıb videoçəkiliş etmişlər. Polis əməkdaşları ondan dediklərini deməyini tələb etmişlər. O da ailəsinin yanında təhqir olunmamağı üçün polis əməkdaşlarının dediklərini edəcəyini demişdir. Sonra onu idarəyə apamışlar. İdarədə polis əməkdaşlarından üzərinə nə maddə qoyduqlarını soruşmuşdur. Halbuki üzərində elektron siqaretə bənzər bir şey olmuşdur. O, polis əməkdaşlarına onu bununla sənədləşdirəcəklərini soruşmuşdur. Birinci dəfə yaşadığı evə gələndə ailə üzvləri evdə olmuşlar. Polis əməkdaşlarının yaşadığı evə daxil olmaları ilə bağlı heç bir qərar olmamışdır. Yaşadığı evə getdikləri birinci və ikinci dəfədə də videoçəkiliş olmuşdur. Yaşadığı evdə videoçəkiliş səhər radələrində, iş materiallarında qeyd olunan saatda aparılmışdır. Polis əməkdaşları ailə üzvlərini evdən çıxardıb, çöldə saxlamışlar. Polis əməkdaşları onu birinci dəfə tutub yaşadığı evə gətirəndə onun üzərinə qoyduqları torba əllərində olmuşdur. Polis əməkdaşlarından torbanın nə olduğunu soruşduqda, ona narahat olmamağını tapşırmışlar. Birinci dəfə yaşadığı evə gediləndə torbanın içərisində nə olduğunu bilmirdi. İkinci dəfə yaşadığı evə gediləndə torbanın içərisində cibinə özləri qoyduqları qəhvəyi rəngli dərmanlar kimi dərmanlar olduğunu demişlər. Onun cibində heç 4 manatdan artıq pul olmur. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Hətta polis əməkdaşları üzərindən 4 manat aşkar olunanda üzərində nə əcəb 4 manat olduğunu soruşmuşlar. O da heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını demişdir. Yaşadığı evə gediləndə evdə arvadı və övladı olmuşdur. Hətta arvadı polis əməkdaşlarından yataq otağında nə axtardıqlarını soruşmuşdur. Mobil telefonlarını belə əllərindən almışlar. Ruslan adlı polis əməkdaşı ilə birlikdə siqaret çəkərkən Ruslan ona imkanlı dostu ilə bağlı dediklərini etdiyi təqdirdə onu buraxacaqlarını demişdir. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları ondan narkotik vasitəni kimdən aldığını soruşmuşlar. O da aldığı adamın olduğunu, göndərilən məkanlardan gedib öz istifadəsi üçün 3-5 qram narkotik vasitə götürdüyünü demişdir, amma kimdənsə külli miqdarda narkotik vasitə götürmək, pul qarşılığında deyilən ünvanlara atmaq kimi hallar olmamışdır. Narkotik vasitə çatdıran şəxsin özünü, yəni kuryeri öz ərazilərində tapmışdır. M10 mobil bank tətbiqi ilə narkotik vasitənin pulunu göndərirdi və gedib götürürdü. Polis əməkdaşları isə o, dediyi kimi deyil, instagram sosial şəbəkəsində tanış olduğu şəxsdən əldə etməyini deməsini tapşırmışlar. Narkotik vasitələri ancaq şəxsi istifadəsi üçün əldə etmişdir və ona görə də, ifadələrində şəxsi istifadəsindən başqa olan hissələrlə razı deyildir. Onun adından tərtib olunan ifadələrini oxumamışdır. Şübhəli şəxs qismində dindirilən zaman etirafedici ifadələri ailəsi ilə bağlı göstərilən təhdidlərə görə vermişdir. O, polis əməkdaşlarına evdə adam olduğunu demişdir. Polis əməkdaşları da ona narahat olmamağını demişlər. O, polis əməkdaşlarına narkotik vasitə istifadəçisi olduğunu demişdir. Ona ciblərindən 2 qram narkotik vasitə çıxardıb göstərmişlər və bunu qoyub götürəcəklərini demişlər. Polis əməkdaşları ona videoçəkilişi harda edəcəklərini soruşmuşlar. O da elə saxlanıldığı yerdə videoçəkiliş etməklərini demiş, amma onlar yaşadığı evdə videoçəkiliş edəcəklərini demişlər. Aşkar olunan narkotik vasitələrin heç biri ona aid deyil. Ona qarşı fiziki təzyiqlər olmuş, onu avtomobildə vurmuşlar. Mobil telefonunda Azer emi kimi qeyd etdiyi şəxs Şəhramdır. Şəhramla öz istifadəsi üçün əlaqə saxlayırdı. Şəhramın kuryerinin gizlətdiyi narkotik vasitələri öz istifadəsi üçün götürürdü.SMS mətnlərdə 1 K, 99p qeyd olunanlar yəqin ki narkotik vasitələr deməkdir. Qeyd olunan narkotik vasitələr narkotik vasitə satanın kuryerindən götürdükləri idi. Kuryer narkotik vasitələri təyin olunmuş yerlərə qoyurdu, o da həmin yerlərdən yığırdı. O, Şəhrama onun kuryerinin tutduğunu demişdir. Şəhram ondan narkotik vasitələrin yerini hardan bildiyini soruşmuşdur. O da kuryerin arxasınca düşdüyünü və qoyduğu yerlərdən götürdüyünü demişdir. Şəhram da ona götürdüyü narkotik vasitələri yenidən öz yerlərinə qoymağını demişdir. Yetər ki müştəriləri əlindən çıxmasın deyə, Şəhram narkotik vasitələri yerinə qoyduğu təqdirdə ona əlavə verəcəyini demişdir. Ona konum atıb gedib narkotik vasitəni götürmüşdür, amma yalandan deyilən yerdə narkotik vasitənin olmadığını demişdir. Ona kənarda durmasını demişdir. Həmin vaxtı Şəhramın kuryeri həmin yerə gəlib baxandan sonra o, kuryeri izləməyə başlamışdır. SMS mətnlərdə “Yaxşı”, “Qoydum” yazanda səhvən götürdüyünü aparıb yenidən öz yerinə qoyduğunu demişdir. Şəhram da ona götürdüyü yerə qoymamağını tapşırmış, çünki həmin yeri tanıdıqlarını demişdir. SMS mətnlərində “2k, 0,5p” yazanda Şəhram ona bunu edəni başqa şeylə mükafatlandıracağını, tutduracağını demişdir. İş materiallarında olan ödəniş qəbzləri aldığı narkotik vasitələrin ödəniş qəbzləridir. SMS mətnlərində “2kola, 3kola” yazılan və arxası ilə məkan atdığı vaxt Şəhrama dediyi yerdə narkotik vasitənin olmadığını demək istəmişdir. Atılan çoxsaylı məkanlar təkrar atılanlardır. Əlində narkotik vasitə kütləsi olan şəkli çəkib göndərməkdə məqsədi narkotik vasitəni götürməsini bildirməsi olmuşdur. SMS mətnlərində “Senle temiz” yazanda borcunu qaytardığını demək istəmişdir. Gün ərzində 2-3 qram narkotik vasitə istifadə edirdi. Şəhramın qadın kuryerini tanıdıqdan sonra narkotik vasitələri götürməyə başlamışdır. Götürdüyü narkotikləri öz istifadəsi üçün götürürdü, satış məqsədi olmamışdır. Əlində 5 büküm narkotik vasitə olan şəkli çəkib göndərməkdə məqsədi narkotik vasitəni götürdüyü deməkdir. SMS mətnlərində “ gelsin tofas dayanib onun qabaqinda” Şəhram ona həmin yerə narkotik vasitəni atmağını demişdir. Sonra həmin adamın deyilən yerdə tapa bilmədiyini demişdir. SMS mətnlərində “gelib goturub getdiler” yazanda kimsə patını, nə atılıb onu götürüb getdilər demişdir. İri kütlə olan narkotik vasitənin nə olduğunu bilmir. Həmin kütləni kimsə ona atıb, o da ola bilərki kiməsə atmışdır. Məhkəmədən ədalətli qərar qənul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, təxminən bir ildir ki, narkotik vasitə «patı» və marixuanadan istifadə edir. Tutulmamışdan təxminən bir ay əvvəl «İnstagram» sosial şəbəkəsində özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş Şəhram adlı şəxslə tanış olmuşdur. Həmin şəxs ondan narkotik vasitələrdən istifadə edibetmədiyini soruşmuş, Şəhrama arabir patıdan, yəni metamfetamindən və otdan, yəni marixuanadan istifadə etdiyini bildirmişdir. Şəhram ona istəsə ucuz qiymətə «patı» sata biləcəyini bildirmiş, buna etiraz etməmişdir. Bir neçə dəfə Şəhramın «M10» pul hesabına müxtəlif məbləğlərdə pul vəsaitləri köçürüb sonuncunun ona WhatsApp vasitəsilə göndərdiyi lokasiya (konum) və fotoşəkillər əsasında Ramana qəsəbəsində müxtəlif yerlərdə gizlədilmiş «patı»nı götürüb istifadə etmişdir. Bir müddət sonra Şəhram ona rahat yolla pul qazanmağı təklif etmiş, belə ki, sonuncunun sözlərinə görə o, onun dediyi yerdən narkotik vasitəni götürüb özündə saxlayır, sonra dediyi çəkilərdə narkotik vasitəni bölüşdürür və dediyi ərazidə aparıb gizlədir, narkotik vasitənin gizlədildiyi yerin fotoşəkilini və konumunu (lokasiyasını) WhatsApp vasitəsilə ona göndərir. Şəhram görəcəyi işlərə görə bank kartına pul vəsaiti köçürmək yolu ilə ödəniş edəcəyini bildirmişdir. Maddi vəziyyətini yaxşılaşdırmaq üçün Şəhramın bu təklifini qəbul etmişdir. Bir neçə dəfə Şəhram ona Bakı şəhərinin Sabunçu, Qaradağ və Abşeron rayonu ərazisində narkotik vasitələrin gizlədildiyi yerlərin fotoşəkillərini və lokasiyalarını (konumlarını) WhatsApp vasitəsilə göndərmiş, həmin narkotik vasitələri götürüb Şəhramın dediyi Xətai, Sabunçu və Abşeron rayonları ərazisində müəyyən yerlərdə gizlətmiş və narkotik vasitələri gizlətdiyi yerlərin fotoşəkillərini və lokasiyalarını (konumlarını) WhatsApp vasitəsilə Şəhrama göndərmişdir. Şəhramdan gördüyü işlərə görə ödəniş istəsə də, sonuncu ona hələlik gizlətdiyi narkotik vasitələrdən öz istifadəsi üçün narkotik vasitə götürməyi, sonra onunla haqq-hesab edəcəyini demişdir. Ona bu cür sərf etdiyi üçün Şəhramın göstərişi ilə gizlətdiyi narkotik vasitələrdən öz istifadəsi üçün hər dəfə bir az götürürdü. 8 iyul 2024-cü il tarixə keçən gecə Şəhramın ona WhatsApp vasitəsilə göndərdiyi fotoşəkillər və konum əsasında Qaradağ rayonu, «Sədərək» ticarət mərkəzinə yaxın bir ərazidə idman çantasında gizlədilmiş narkotik vasitələri və iki ədəd elektron tərəzini götürüb yaşadığı evə gətirmiş və həmin idman çantasını evin həyətyanı sahəsində olan saxlanc yeri kimi istifadə etdiyi köməkçi tikilidə gizlətmişdir ki, heç kim onları görməsin. Şəhramın deyəcəyi vaxtda və ərazidə həmin narkotik vasitələrin hamısını və ya bir hissəsini müəyyən bir yerdə gizlədib həmin yerin fotoşəkilini və konumunu WhatsApp vasitəsilə ona göndərməliydi. Ona görə də Şəhramın göstərişini gözləyirdi. Onu da qeyd etmişdir ki, Şəhramın adını mobil telefonunda «Azər əmi» kimi yazmış və onunla olan danışıqlarını tez-tez silirdi ki, ailə üzvləri heç nədən şübhələnməsin. Şəhramla istifadə etdiyi 077 *** ** ** mobil nömrəyə bağlı WhatsApp proqramı vasitəsilə əlaqə saxlamışdır. Şəhramın istifadə etdiyi mobil nömrəni isə dəqiq xatırlamır. 08 iyul 2024-cü il tarixdə, saat 15 radələrində Xətai rayonu, Xudu Məmmədov küçəsində olan zaman mülki geyimdə olan üç nəfər şəxs yaxınlaşaraq özlərini ona təqdim edib BNMİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. Burada dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində narkotik maddə varsa onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir bükümdə narkotik vasitə olan «patı»nı və 10 ədəd metadon həbini çıxardıb polis əməkdaşına təqdim etmişdir. Polis əməkdaşı bükümü qayçı ilə kəsib içinə baxmış və təqdim etdiyi metadon həblərini saymışdır. Sonra keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən ona məxsus olan «Samsung» markalı mobil telefon, bir ədəd «Leobank»a aid olan **********001444 nömrəli bank kartı, şəxsiyyət vəsiqəsi, 4 manat pul və yaşadığı evin açarı aşkar olunmuşdur. Təqdim etdiyi büküm elektron tərəzidə çəkildikdən sonra (çəkisi qablaşdırma ilə birlikdə 2 qram olmuşdur) 10 ədəd metadon həbləri ilə birlikdə bir ədəd zərfdə qablaşdırılmış, zərfdə imza etmişdir. 4 manat pul və yaşadığı evin açarı özünə qaytarılmışdır. Sorğu zamanı üzərindən aşkar edilmiş «patı»nı tutulmamışdan 3 gün öncə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Şəhramın ona göndərdiyi konum və fotoşəkillər əsasında götürdüyünü bildirmişdir. Belə ki, həmin yerdən götürdüyü sellofan torbada «patı»dan başqa heroin də var idi. Öz istifadəsi üçün bir az «patı» götürmüşdür. Üzərindən aşkar edilmiş «patı» Masazır qəsəbəsindən götürdüyüm narkotik vasitələrin bir hissəsidir. Masazırdan götürdüyü narkotik vasitələri bir gün sonra Şəhramın göstərişi ilə sonuncunun dediyi Xətai rayonu ərazisində bir yerdə gizlədib həmin yerin fotoşəkillərini və konumunu ona WhatsApp vasitəsilə göndərmişdir. Üzərindən aşkar edilmiş 10 ədəd metadon həbi isə 08 iyul 2024-cü il tarixdə gecə saat 02 radələrində Qaradağ rayonu ərazisindən götürüb yaşadığı evin həyətində olan köməkçi tikilidə gizlətdiyi narkotik vasitələrin bir hissəsidir. Həmçinin, sorğu zamanı yaşadığı ünvan 4 ünvanda olan evdə də, yəni evin həyətində narkotik vasitə saxladığını da bildirmişdir. Şəxsi axtarışın aparılması ilə bağlı polis əməkdaşı tərəfindən protokol tərtib ediləndən sonra polis əməkdaşları və müdafiəçi ilə birlikdə yaşadığı evə yollanmışdır. Evin həyətində polis əməkdaşlarına köməkçi tikilini göstərib narkotik vasitələri orada saxladığını bildirmiş, sonra isə açarla həmin tikilinin giriş qapısını açmış və polis əməkdaşlarına narkotik vasitələrin olduğu idman çantasını təqdim etmişdir. Polis əməkdaşı köməkçi tikiliyə baxış keçirtmiş, lakin oradan dövriyyəsi qanunla qadağan olunmuş başqa əşya və ya maddə aşkar olunmamışdır. Polis əməkdaşı idman çantasından 4 sellofan bağlamada olan narkotik vasitə qurudulmuş marixuananı, bir bükümdə olan «patı»nı, bir bükümdə olan heroini, qutularda olan metadon həblərini və iki ədəd elektron tərəzini çıxardıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşı 4 ədəd sellofan bağlamada olan marixuanaya baxış keçirəndən sonra, metadon həblərinin qutularına baxış keçirmiş və konvalyutları bir-bir sayıb idman çantasına qoymuşdur – cəmi 71 ədəd konvalyut, yəni 710 ədəd metadon həbi olmuşdur. Polis əməkdaşı içərisində «patı» və heroin olan bükümlərə baxış keçirib onları və qurudulmuş marixuananı elektron tərəzidə çəkəndən sonra idman çantasına qoymuşdur. «Patı»nın çəkisi qablaşdırma ilə birlikdə 11 qram, heroinin çəkisi qablaşdırma ilə birlikdə 2 qram, qurudulmuş marixuananın ümumi çəkisi isə 2 kq 124 qram olmuşdur. Polis əməkdaşı işlək vəziyyətdə olan iki ədəd elektron tərəzini də yoxlayıb idman çantasına qoyandan sonra bir ədəd vərəqdə müvafiq qeydlər aparmışdır. Həmin vərəqdə imza etmişdir. Sonra polis əməkdaşı yapışqan lentlə idman çantasını bir neçə dəfə sarımışdır. Polis əməkdaşı yaşadığı evə baxış keçirtmiş, lakin oradan dövriyyəsi qanunla qadağan olunmuş başqa maddə və ya əşya aşkar olunmamışdır. Ailə üzvlərinin yaşadıqları evin həyətində köməkçi tikilidə narkotik vasitə saxlaması haqda məlumatları olmamışdır. Sorğu zamanı həmin narkotik vasitələri 08 iyul 2024-cü il tarixdə, gecə saat 02 radələrində Qaradağ rayonu ərazisində götürdüyünü bildirmişdir. Yuxarıda qeyd etdiyi kimi, Şəhramın deyəcəyi vaxtda və ərazidə həmin narkotik vasitələrin hamısını və ya bir hissəsini gizlədib həmin yerin konumunu və fotoşəkilini WhatsApp vasitəsilə sonuncuya göndərməliydi. Yaşadığı evə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, özü və digər iştirakçılar protokolda imza etmişlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, keçən ilin iyul ayında Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Xətai rayon ərazisinə getmişlər və həmin ərzidə məlumatda qeyd olunan şəxslə əlamətləri düz olan şəxsi saxlamışlar və BNMİ-yə dəvət etmişlər. BNMİ-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı sonuncunun üzərindən 2 qram metamfetamin və 1 list dərman həbi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitələri İran İslam Respublikasının vətəndaşından əldə etdiyini və yaşadığı mənzildə də narkotik vasitə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni Abşeron rayonu ərazisindən götürdüyünü söyləmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Ünvanda Təqsirləndirilən şəxs yaşadığı evin həyətində sağ istiqamətdə qapalı yerdən 1 ədəd qara rəngli çanta götürüb onlara təqdim etmişdir. Qara çantanın içərisindən narkotik vasitələr marixuana, dərman həblər və s. aşkar olunmuşdur. Baş verən hadisələri sənədləşdirib istintaqa təhvil vermişlər. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, tədbirdə o, Şahid2 və Qismət Sadıqov iştirak etmişlər. Təqsirləndirilən şəxs qarşı heç bir zorakılıq hərəkətləri göstərilməmişdir. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Tədbirdə 3 nəfər polis əməkdaşı iştirak etmişdir. Təqsirləndirilən şəxs H.Aslanov metrostansiyası yaxınlığında yerləşən binaların arasında saxlamışlar. Təqsirləndirilən şəxs saxladıqdan sonra BNMİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs BNMİ-yə nə qədər müddətə aparmaqları yadında deyil. Təqsirləndirilən şəxs özü könüllü yaşadığı evdə də narkotik vasitə olduğu barədə bildirdiyi üçün sonuncunun evinə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə tədbirdə iştirak edən şəxslər getmişlər. Tədbirdə iştirak edən şəxslərdən əlavə müdafiəçi və təhqiqatçı olmuşdur. Təqsirləndirilən şəxs içərisində narkotik vasitə olan çantanı yaşadığı evin həyətində sağ tərəfdən götürüb təqdim etmişdir. Çantanın içərisindən narkotik vasitələr marixuana, dərman həbləri, az miqdarda heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs saxladıqdan sonra yaşadığı mənzilə deyil, BNMİ-yə aparmışlar. Təqsirləndirilən şəxs qarşı onların tərəfindən heç bir fiziki və psixoloji zor tətbiq olunmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, hadisə günü oğlu və o, evdə olmuşlar. Birdən evin qapısı döyülmüşdür. Oğlu qapını döyən şəxsin kim olduğunu səslənərək soruşmuşdur. Qapını döyən şəxslər işıq idarəsindən gəldiyini və hətta onların işığa borcları olduğunu demişdir. Oğlu qapını açmış, qəfildən evə 4-5 nəfər adam daxil olmuşlar. Daxil olan şəxslər ondan evdə bağlı olan yerin harda olduğunu soruşmuşlar. Onlar da baldızının cehizlərini saxladıqları yeri bağlı saxlayırdılar. Gələn şəxslər bağlı olan yerin dəqiq harda olduğunu və açarın harada olduğunu soruşmuşlar. Gələn şəxslər hətta evə də daxil olmuşlar və bağlı yerin açarını axtarmağa başlamış və həmin yerin açarını vermədiyi təqdirdə evi dağıdacaqlarını demişlər. O, bağlı yerin açarını çıxardıb vermişdir. Sonra onları həyətdən çölə, yəni küçəyə çıxartmışlar. Samir polis əməkdaşları ilə birlikdə həyətə daxil olmuşdur. Həmin vaxt o, oğlu ilə küçədə gözləmişdir. Oğlu ona evdən səs gəldiyini, atasının döyüldüyünü demişdir. Oğlu və o, pərişan, narahat olmuşlar. Yarım saat Samirgil içəridə olmuşlar. Sonra onları evə çağırmışlar və polis əməkdaşları Samirlə birlikdə çıxıb getmişlər. Həmin vaxt polis əməkdaşlarından biri evdə qalmış və oğlu ilə çöldə birlikdə gözləmişlər. 1 saatdan sonra gedən şəxslər geri qayıtmışlar və videoçəkiliş edəcəkləri üçün onları yenidən küçəyə çıxartmışlar. Ən sonda polis əməkdaşlarının işləri bitdikdən sonra evdə qalan şəxsin bağlı yerə qoyduğu bağlamanı özü götürüb getdiyini görmüşdür. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları 1-ci dəfə gələndə saat təxminən 3 olardı. Həmin günə qədər Samirin əlində böyük ölçüdə çanta, bağlama görməmişdir. Samirin əvvəllər narkotik vasitənin dövriyyəsi ilə məşğul olmayıb, heç bundan şübhələnməmişdir. Polis əməkdaşlarının bağlı olan yerə nəsə qoymasını görməmiş, amma orada elə bir bağlama ola bilməzdi, çünki bağlı yerdə ancaq onların şəxsi əşyaları olmuşdur. Polis əməkdaşları gəlməzdən 5-10 dəqiqə əvvəl bağlı olan yeri açıb orada nə olduğunu yoxlamamışdır. Bağlı yerin açarı evdə olurdu. Ona görə Samir də açarı götürüb oranı aça bilərdi. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.1986-cı ildə ünvan 6 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin və ya psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmış və bu məqsədlə əməliyyat qrupu yaradılmışdır. Qrupa o və BNMİ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı X10 daxil edilmiş, qrupa rəhbərlik isə BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 həvalə edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş və o, 08 iyul 2024-cü ildə, saat 15:05-də ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla BNMİ-nin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş maddələrin və ya əşyaların olmasına əsaslı şübhələr olduğundan onu BNMİ-ə gətirərkən əllərini ciblərinə salmağa imkan verməmişlər. Təqsirləndirilən şəxs üzərində və paltarında, əşyalarında, bədənində, yaşadığı ünvanda olması ehtimal edilən narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı raport yazılandan sonra Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması BNMİ-nin Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis kapitanı X13 həvalə edilmişdir. Baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ona dövlət hesabına vəkil təqdim edilmiş və barəsində şəxsi axtarışın keçiriləcəyi bildirilmişdir. Sonra xidməti otaqda videoçəkilişlə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması başlanmışdır. Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasında sonuncunun vəkili, o, XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid1 və baş əməliyyat müvəkkili X10 iştirak etmişlər. Şəxsi axtarış zamanı baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğu təqdirdə onu təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir bükümdə psixotrop maddə metamfetaminə bənzər maddəni və metadon həbinə bənzər 10 ədəd həbi çıxardıb təqdim etmişdir. Baş təhqiqatçı bükümü qayçı ilə kəsib içinə baxmış və Təqsirləndirilən şəxs təqdim etdiyi metadon həblərini saymışdır. Sonra keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd «Samsung» markalı mobil telefon, bir ədəd «Leobank»a aid olan bank kartı, şəxsiyyət vəsiqəsi, 4 manat pul və yaşadığı evin açarı aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm elektron tərəzidə çəkildikdən sonra həmin büküm 10 ədəd metadon həbi ilə birlikdə bir ədəd zərfdə qablaşdırılmış, 4 manat pul və Təqsirləndirilən şəxs yaşadığı evin açarı onun özünə qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı olan «Şəhram» adlı şəxsin vasitəsi ilə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb əvəzində istifadə etmək üçün narkotik vasitə əldə etmək və pul qazanmaq məqsədi ilə götürdüyünü, bundan əvvəl bir dəfə iranlının dediyi narkotik vasitələri götürüb müxtəlif ünvanlara çatdırdığını, mobil telefonunda Şəhramın adını «Azər əmi» kimi qeyd etdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, ona zor tədbiq edilmədiyini, əlavə olaraq Xətai rayonunda yaşadığı evdə narkotik vasitə saxladığını, orada saxladığı narkotik vasitələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Orada baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitəni harada saxladığını göstərməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs evin həyətində köməkçi tikilini göstərib narkotik vasitələri orada saxladığını bildirmiş, sonra isə açarla həmin tikilinin giriş qapısını açıb narkotik vasitələrin olduğu idman çantasını təqdim etmişdir. Köməkçi tikiliyə baxış keçirilmiş, lakin oradan dövriyyəsi qanunla qadağan olunmuş başqa əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi idman çantasından 4 sellofan bağlamada olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, bir bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə, bir bükümdə narkotik vasitə heroinə oxşar kütlə, qutularda olan metadon həblərinə oxşar həblər və iki ədəd elektron tərəzi aşkar edilmişdir. 71 ədəd konvalyutda 710 ədəd həb var idi. Aşkar edilmiş kütlələr tərəzidə çəkildikdən sonra qablaşdırılaraq maddi sübut kimi götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikası vətəndaşı olan «Şəhram» adlı şəxsin vasitəsi ilə Qaradağ rayonunun ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb əvəzində istifadə etmək üçün narkotik vasitə əldə etmək və pul qazanmaq məqsədi ilə 08 iyul 2024-cü il tarixdə, saat 02 radələrində götürdüyünü bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. (l cild i.v. 1) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmişdir. (l cild i.v. 7) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə BNMİ-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (İ cild i.v. 8-9) xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:10-da CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə, saat 15:05-də tutulmuş hesab edilmişdir. (l cild i.v. 23) xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan, xx.xx.2024-cü il tarixli optik diskdə olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 1 bükümdə, ağ rəngli, metamfetaminə bənzər, 10 ədəd metadon həbinə bənzər kütlələri təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan şalvarın sol yan cibindən 1 ədəd açar, “Samsung” markalı mobil telefon, sonuncuya məxsus şəxsiyyət vəsiqəsi, **********01444 nömrəli bank kartı və 4 AZN pul aşkar olunmuşdur. Sonra metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 2 qram olmuşdur. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon, bank kartı və şəxsiyyət vəsiqəsi götürülmüş, digər əşyalar və pul qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik maddəni İran İslam Respublikası vətəndaşı “Şəhram” adlı şəxsin vasitəsi ilə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb əvəzində istifadə etmək üçün narkotik əldə etmək və pul qazanmaq məqsədi ilə götürdüyünü, bundan əvvəl 1 dəfə İranlının dediyi narkotik maddələri götürüb müxtəlif ünvanlara çatdırdığını, mobil telefonunda İranlı Şəhramın adını Azər kimi qeyd etdiyini, 055 *** ** ** və 077 314 42 28 nömrələrini işlətdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tədbiq edilmədiyini, metamfetamindən istifadə etdiyini, əlavə olaraq Xətai rayonunda yerləşən yaşadığı evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. (l cild i.v 31-34, 63) xx.xx.2024-cü il tarixli evə baxış keçirilməsi və götürmə haqqında protokoldan, xx.xx.2024-cü il tarixli optik diskdə olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs evdə olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin evin girişindən sağ tərəfdə yerləşən anbarda gizlətdiyi 1 ədəd çantanı təqdim etmiş, həmin çantanın içindən 1 bükümdə ağ rəngli, metamfetaminə bənzər, 1 bükümdə qəhvəyi rəngli, heroinə bənzər, 4 bükümdə yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər, 710 ədəd metadon həbinə bənzər kütlələr və 2 ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisi 11 qram olmuşdur. Sonra heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisi 2 qram olmuşdur. Sonra qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisi 2 kq 124 qram olmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, evdən aşkar olunmuş narkotik maddəni İran İslam Respublikası vətəndaşı “Şəhram” adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu, Xocəsən qəsəbəsi ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb istifadə etmək üçün narkotik əldə etmək və pul qazanmaq məqsədi ilə 1 gün əvvəl götürdüyünü, burada narkotik maddə saxlamasından heç kimin məlumatı olmadığını bildirmişdir. (l cild i.v 36-39, 64) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16-2-7/1122 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən...” yazısı və imzalar olan çantadakı 04 (dörd) ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 525 qram; 505 qram; 510 qram; 485 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi - 2025 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Həmin çantadakı 02 ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur. (İ cild i.v. 46-50) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/3533 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi, şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,736 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, üzərində “Methadone 40” markalanma göstəricisi olan 1 (bir) ədəd konvalyutda 10 ədəd üzərində “F/M 40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 10 (on) ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). Tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunan kütlə. Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan çantadakı, -1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,771 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, -1 (bir) ədəd bükümdə təmiz çəkisi 9,531 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - üzərində “Methadone 40” markalanma göstəricisi olan 71 (yetmiş bir) ədəd konvalyutda ümumilikdə 710 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 710 ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 28,4 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla), -2 (iki) ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün metamfetaminin və heroinin təmiz çəkisini və bükümlərdəki metamfetaminlə və heroinlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 11,267 qram təşkil edir və həmin metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidirlər. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək ümumilikdə 720 ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 28,8 qramdır. Həblər xarici əlamətlərinə və təsiredici maddəsinin miqdarına görə eynidirlər. (İ cild i.v. 51-56) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 65-67) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(011)-497/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. (İ cild i.v. 82-85) xx.xx.2024-cü il tarixli mobil telefonda olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı bir ədəd mobil telefonda olan məlumatlara baxış zamanı mobil telefonda Təqsirləndirilən şəxs istifadə etdiyi 077 *** ** ** mobil nömrəsinə bağlı olan WhatsApp mobil tətbiqi vasitəsilə mobil telefonda “Azer Emi” kimi qeyd edilmiş +98 914 *** **** mobil nömrənin abunəçisi ilə 03 iyul – 09 iyul 2024-cü il tarixdə narkotik vasitələrin müəyyən yerlərdən götürülməsi, onların gizlədilməsi, müxtəlif ünvanlara çatdırılması və narkotik vasitələrin qununsuz dövriyyəsi ilə əlaqədar ödənişlərin edilməsi ilə bağlı bir-birinə audio zənglər etməsi, səsli mesajlar, işarələnmiş fotoşəkillər və konumlar göndərilməsi müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi xüsusatları təsdiq edərək mobil telefonda olan fotoşəkillərdəki kütlələrin narkotik vasitələr və psixotrop maddələr olduğunu və həmin narkotik vasitələri və psixotrop maddələri pul müqabilində və ya narkotik vasitə (psixotrop maddə) müqabilində mobil telefonunda “Azer Emi” kimi qeyd edilmiş Şəhram adlı şəxsin göstərişi ilə müəyyən yerlərdən götürüb müxtəlif yerlərdə gizlətdiyini və narkotik vasitələri (psixotrop maddələri) gizlətdiyi yerlərin fotoşəkillərini və konumlarını WhatsApp mobil tətbiqi vasitəsilə Şəhrama göndərdiyini bildirmişdir. (İ cild i.v. 86-114) Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X5 adlı iki nəfər yetkinlik yaşına çatmayan uşağı vardır. (İ cild i.v. 139-140) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild, i.v. 154-155) xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İ cild i.v. 160) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X20 Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 5156 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild i.v. 168-169) xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.4.3-cü maddəsindən CM-in 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon, şəxsi axtarış və götürmə, evə baxış və götürmə istintaq hərəkətləri zamanı aparılmış videoçəkilişlərin yazıldığı iki ədəd optik disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 11,267 qram olan psixotrop maddə metamfetamin, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan, metadon təsiredici maddəsinin ümumi miqdarı 28,8 qram təşkil edən 720 ədəd narkotik vasitə metadon həbi, ümumi təmiz çəkisi 2025 qram olan narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 0,771 qram olan narkotik vasitə heroin, iki ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və tədqiqatlardan sonra qalan çəkisi 2024,6 qram olan qurudulmuş marixuana, çəkisi 11,117 qram olan metamfetamin, 714 ədəd metadon həbi, çəkisi 0,721 qram olan heroin, iki ədəd elektron tərəzi saxlanılması üçün Xətai RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. (İ cild i.v. 188-196) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş yeni məzmunda ittiham elan edilmişdir. (İ cild i.v. 200-202) Məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan və 5532/2024 nömrəli məhkumun tibbi kitabçasının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Penitensiar Xidmətin Bakı istintaq təcridxanasına daxil olmuş, ilkin tibbi müayinə zamanı sağ əlin ön səthində köhnə çapıq müşahidə edilmişdir. Məhkəmənin sorğusu əsasında Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan, 692 nömrəli tutulmuş və ya həbs edilmiş şəxslərin tam axtarışı haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə müvəqqəti saxlama yerinə qəbul edilmiş, qəbul olarkən onun üzərinə baxış keçirilmiş və xəsarət aşkar olunmamışdır. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs anası X4 gərginlik stenokardiyası, arterial hipertenziya xəstəliklərindən, atası X1 diabetdən, arterial hipertenziya xəstəliklərindən əziyyət çəkirlər. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli bilməməsi, polis əməkdaşlarının ona fiziki təzyiqlər göstərmələri, polis əməkdaşları onu saxladıqları vaxt üzərində heç bir narkotik vasitə olmamaması və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən şəxsi axtarış və götürmə aparılması haqqında protokol, evə baxış keçirilməsi və götürmə haqqında protokol, xx.xx.2024-cü il tarixli mobil telefonda olan məlumatlara baxış keçirilməsi haqqında protokol, şahidlərin ifadələri, məhkəmə sorğusu əsasında Bakı şəhəri Xətai rayon Polis İdarəsindən, Bakı İstintaq Təcridxanasından daxil olmuş cavab məktublar, onlara əlavə olunmuş sənədlər və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, videoçəkilişlə aparılan şəxsi axtarış və evə baxış zamanı Təqsirləndirilən şəxs tam sərbəst şəkildə üzərindən aşkar olumuş narkotik maddəni İran İslam Respublikası vətəndaşı “Şəhram” adlı şəxsin vasitəsi ilə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb əvəzində istifadə etmək üçün narkotik əldə etmək və pul qazanmaq məqsədi ilə götürdüyünü, bundan əvvəl 1 dəfə İranlının dediyi narkotik maddələri götürüb müxtəlif ünvanlara çatdırdığını, Xətai rayonunda yerləşən yaşadığı evdə narkotik maddə saxladığını səmimi etiraf edir. Digər tərəfdən, Təqsirləndirilən şəxs özünün şəxsi mobil telefonunda apardığı əməliyyatlar, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitələrin miqdarının külli miqdar üçün müəyyən olunmuş həddindən dəfələrlə çox olması, həmçinin 2 ədəd tərəzinin də aşkar edilməsi, aşkar edilmiş narkotik vasitələrin müxtəlif növlərdə və ayrı-ayrı bükümlərdə olması Təqsirləndirilən şəxs narkotik maddəni satış məqsədiylə əldə etməməsi ilə bağlı verdiyi ifadələri tam şəkildə təkzib edir. Müdafiə tərəfinin vəsatət ilə dindirilmiş şahid X6 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə sonuncunun təqsirləndirilən şəxslə yaxın qohum (arvadı) münasibətdə olması A.Əmirxanovanın Təqsirləndirilən şəxs mənafeyinə uyğun, həqiqətə uyğun olmayan ifadə verməsini daha inandırıcı edir. Məhkəmə A.Əmirxanovanın məhkəmə istintaqı zamanı verdiyi ifadələrə tənqidi yanaşaraq ifadəsində göstərilən halları işin halları ilə uyğunluq təşkil edən və obyektiv həqiqəti əks etdirən xüsusatlar kimi qəbul etmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 10-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X19 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.2-ci maddələrinə əsaslanmaqla təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, valideynlərinin xəstəliklərdən əziyyət çəkmələrini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:10-da şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə, saat 15:05-də tutulmuş hesab edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 192 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Xətai RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş tədqiqatlardan sonra qalan çəkisi 2024,6 qram olan qurudulmuş marixuana, çəkisi 11,117 qram olan metamfetamin, 714 ədəd metadon həbi, çəkisi 0,721 qram olan heroin, iki ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə, evə baxış və götürmə istintaq hərəkətləri zamanı aparılmış videoçəkilişlərin yazıldığı iki ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, həmçinin iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra özünə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış: Xətai RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş tədqiqatlardan sonra qalan çəkisi 2024,6 qram olan qurudulmuş marixuana, çəkisi 11,117 qram olan metamfetamin, 714 ədəd metadon həbi, çəkisi 0,721 qram olan heroin, iki ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Şəxsi axtarış və götürmə, evə baxış və götürmə istintaq hərəkətləri zamanı aparılmış videoçəkilişlərin yazıldığı iki ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra özünə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 192 (yüz doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar