Məhkəmə qərarları › İş №1(101)-61/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-61/2022

05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-61/2022 05.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlunun, məhkəmə iclas katibləri: X19, X29, X30, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, böyük prokuror-metodist Dövlət ittihamçısı, X24, X10, zərərçəkmiş şəxs (mülki iddiaçı): Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin (mülki iddiaçının) nümayəndəsi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Abşeron rayon vəkil bürosunun vəkilləri: Müdafiəçi2, Müdafiəçi1, «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi3, «Ədalət» Vəkil Bürosunun vəkili X12, tərcüməçi: X13 iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, məhkumluğu ödənilmiş, Füzuli şəhəri, Komsamol küçəsi, ev 36-da qeydiyyatda olmaqla, Rusiya Federasiyası, Altay vilayəti, Barnaul şəhəri, Malaxov küçəsi, ev 148, mənzil 279 ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayətini törətmişdir. Belə ki, o, tamah niyyəti, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə dayısı Zərərçəkmiş şəxs ilə aralarında olan qohumluq əlaqəsi və uzun müddətli işgüzar münasibətlərdən irəli gələn inam və etibardan sui-istifadə edərək şəxsi mənzili olmadığı üçün ailə qura bilmədiyini, əgər öz adına mənzil olarsa, həmin yaşayış sahəsinin sənədlərini ailə həyatı qurmaq istədiyi qızın valideynlərinə göstərib razılıq əldə edəcəyini deyərək ailə həyatı qurub bir müddət orada yaşadıqdan sonra mənzili geri qaytaracağına dair dayısı Zərərçəkmiş şəxs yalan vəd verməklə bu məqsədlə mənzil almaq üçün pul verməsini xahiş etmiş və sonuncunu dediyi sözlərin həqiqiliyinə inandıraraq bacısı oğlu kimi özünə qarşı mərhəmət hissi yaratmaqla razılığını əldə etməyə nail olmuş, 13 noyabr 2008-ci ildən 04 sentyabr 2009-cu il tarixədək olan müddət ərzində dayısı Zərərçəkmiş şəxs Rusiya Federasiyasından bank köçürməsi ilə Şahid2 göndərdiyi 252.170 (iki yüz əlli iki min bir yüz yetmiş) ABŞ dolları məbləğində pulun həmin dövrün məzənnəsi ilə 96.396 (doxsan altı min üç yüz doxsan altı) manat təşkil edən 120.000 (bir yüz iyirmi min) ABŞ dolları məbləğində olan hissəsini 22 yanvar 2010-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən metronun «Neftçilər» stansiyasının çıxışının qarşısında dayısı Zərərçəkmiş şəxs tapşırığına əsasən Şahid2 alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək 15 iyul 2010-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 72 ünvanında fəaliyyət göstərən Bakı şəhəri 9 saylı dövlət notariat kontorunda Şahid17 Rayıf oğlu ilə daşınmaz əmlakın alqı-satqısı barədə AN-İ ******* seriya və nömrəli müqavilə bağlayaraq Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən 124 nömrəli evin 29 saylı 102,76 kv.metr sahəsi olan ikiotaqlı mənzilini cəmi 110.000 (bir yüz on min) ABŞ dollarına almış və vahid cinayətkar niyyətinin davamı olaraq 12 avqust 2010-cu il tarixdə həmin əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində öz adına qeydiyyata alınmasına nail olaraq, ailə həyatı qurduqdan sonra bir müddət həmin mənzildə ailəsi ilə birgə yaşasa da, sonrakı müddətdə vədinə əməl etməyərək mənzili boşaldıb yaşayış sahəsinin mülkiyyət hüquqlarını həqiqi sahibi olan dayısı Zərərçəkmiş şəxs və ya onun etibar etdiyi digər şəxsin adına rəsmiləşdirmək əvəzinə cinayət əməlini pərdələmək məqsədi ilə həmin yaşayış sahəsini X14 olan borcunun əvəzində 29 sentyabr 2016-cı il tarixdə ünvan 3 ünvanında fəaliyyət göstərən ünvan 4aşınmaz əmlakın alqı-satqısı barədə AN-İ ******* seriya və nömrəli müqaviləyə əsasən sonuncunun anası X3 və nəticədə Zərərçəkmiş şəxs külli miqdarda- 96.396 (doxsan altı min üç yüz doxsan altı) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə dayısı Zərərçəkmiş şəxslə aralarında olan qohumluq əlaqəsi və uzunmüddətli işgüzar münasibətlərdən irəli gələn inam və etibardan sui-istifadə edərək Zərərçəkmiş şəxs şəxsi vəsaiti hesabına alınmaqla dələduzluqla ələ keçirdiyi Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən 124 nömrəli evin 29 saylı mənzilində və Zərərçəkmiş şəxs şəxsi vəsaiti hesabına alınmaqla qardaşı X20 tərəfindən dələduzluqla ələ keçirilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraxaçuxur qəsəbəsi, «Şərq» 2704 küçəsində yerləşən 78A nömrəli fərdi yaşayış evində təmir işlərinin görülməsi üçün pul lazım olduğunu yalandan bildirərək bu adla Zərərçəkmiş şəxs 50.000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaiti istəmiş və sonuncu bacısı oğlu Təqsirləndirilən şəxs həqiqi niyyətindən xəbərsiz olduğundan onsuz da, hər iki yaşayış sahəsinin faktiki özünə məxsus olduğunu və gələcəkdə özünün istifadə edəcəyini düşünərək təmir üçün pul vəsaiti verməyə razılaşmış, bundan sonra Təqsirləndirilən şəxs 2015-ci ilin iyun ayında Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 66 ünvanında yerləşən «Çudo Peçka» şirniyyat mağazasının qarşısında Zərərçəkmiş şəxs məxsus həmin dövrün məzənnəsi ilə 52.480 (əlli iki min dörd yüz səksən) manat təşkil edən 50.000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaitini sonuncunun dostu Şahid5 vasitəsi ilə alıb etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs külli miqdarda 52.480 (əlli iki min dörd yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək barədə qardaşı Malik Məhərrəmovla razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək dayıları Zərərçəkmiş şəxs ilə aralarında olan qohumluq əlaqəsi və uzunmüddətli işgüzar münasibətlərdən irəli gələn inam və etibardan sui-istifadə edərək Zərərçəkmiş şəxs Rusiya Federasiyasının Altay vilayətinin Barnaul şəhərində yerləşən «Özbək bazarı» adlanan ticarət mərkəzini almaq niyyətində olması, bunun üçün lazımi məbləğdə pul vəsaiti əldə etmək məqsədi ilə topdan meyvə ticarətini həyata keçirmək istəməsi barədə məlumat əldə etdikdən sonra Zərərçəkmiş şəxs onlara pul verəcəyi halda həmin vəsait hesabına Azərbaycan Respublikasının Bakı və Rusiya Federasiyasının Moskva şəhərlərindən alma və digər növ meyvələri alıb göndərməklə Barnaul şəhərindəki saxlanc anbarında tədarük edib sata biləcəklərini və satışdan əldə olunan vəsaiti Zərərçəkmiş şəxs bazarın alınmasına sərf edə biləcəyini deyərək sonuncunu təkliflərinin həqiqiliyi və əlverişli olmasına inandırmış, bu adla Təqsirləndirilən şəxs 2016-cı ilin sentyabr ayında dayısı Zərərçəkmiş şəxs tapşırığına əsasən sonuncunun qardaşı Şahid1 vasitəsi ilə ünvan 6 ünvanının qarşısında iki dəfəyə 210.000 (iki yüz on min) və 40.000 (qırx min) ABŞ dolları olmaqla, cəmi 250.000 (iki yüz əlli min) ABŞ dolları məbləğində pul vəsaitini almış və həmin vəsait hesabına alıb göndərdikləri meyvə məhsullarını Barnaul şəhəri, Kosmonavtov prospekti 59 ünvanında yerləşən topdan satış bazasında 2016-cı ilin sentyabr ayının sonlarında satdıqdan sonra 250.000 (iki yüz əlli min) ABŞ dolları əsas vəsait və qazanc olaraq əldə olunmuş 50.000 (əlli min) ABŞ dollarından ibarət, ümumilikdə həmin dövrün məzənnəsi ilə 491.100 (dörd yüz doxsan bir min yüz) manat təşkil edən 300.000 (üç yüz min) ABŞ dolları məbləğində pul vəsaitini vəd etdikləri kimi Zərərçəkmiş şəxs verməyib qardaşı Malik Məhərrəmovla qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs külli miqdarda 491.100 (dörd yüz doxsan bir min yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Füzuli rayonunda anadan olmuş, təxminən 1990-1991-ci illərədək orada yaşamış, sonra isə ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb, burada müxtəlif ünvanlarda kirayədə yaşamışlar. Zərərçəkmiş şəxs doğma dayısıdır. Təxminən 1995-ci ildə dayısı Zərərçəkmiş şəxs «Neftçilər» metrosunun yanında yerləşən beşotaqlı mənzilində xalası Xatirənin ailəsi ilə birlikdə yaşamışlar. Beş-altı aydan sonra oradan «Xəzər» univermağının yanında yerləşən bina evinə kirayə mənzilə köçmüşlər, iki il sonra isə özlərinə Neapol küçəsi 28 ünvanında ikiotaqlı mənzil alıb, orada yaşamağa başlamışlar. Orada da təxminən iki il yaşadıqdan sonra hazırda da ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, ev 13-də yerləşən 23 nömrəli dördotaqlı mənzili almışlar. Məcburi köçkünçülük zamanı kirayədə qaldıqları vaxtlarda dayısı Amil onun anasından hər dəfə 5.000 (beş min) ABŞ dolları olmaqla iki dəfə pul istəmiş, anası etiraz etməmiş, növbəti dəfə isə kirayədə qaldıqlarını əsas gətirib pul verməkdən imtina etmişdir. Bunu deməkdə məqsədi odur ki, dayısı Amil Rusiya Federasiyasının Barnaul şəhərində yaşayıb, işləsə də, əvvəldən elə də imkanlı olmamış, sonradan imkan əldə etmişdir. X39 1994-cü ildə işləmək məqsədilə Barnaul şəhərinə getmiş, beş-altı ay işləyib Bakıya gəlmiş və sonra yenidən qayıtmışdır. 2002-ci ildə atası ilə birlikdə Barnaul şəhərinə getmiş və atasına işlərində kömək etməyə başlamışdır. Atası Barnaul şəhərində həm «Köhnə bazar»da, həm də «Kosmonavt bazarı»nda meyvə-tərəvəz rəfləri icarəyə götürüb işlədirdi. «Kosmonavt» bazarının böyük administratoru dayısı Amilin əmisi oğlu Rafiq Əliyev idi. «Kosmonavt bazarında» obyekti bazarın sahibindən icarəyə götürmüşlər. Onlardan öncə həmin anbarı dayısı Amil ilə Fərhad adlı şəxs icarə əsasında işlətmişlər. Atası spirtli içki aludəçisi olmamış, Barnaul şəhərinə gedəndən Rafiqin yanında işləmiş, dayısı Amillə işləməmişdir. O özü də atasının yanına ilk dəfə gedəndə Rafiqin yanında işləmişlər. Sonradan Rafiq həbs olunmuş və bu işdə birbaşa olaraq dayısı Amilin əli vardı. Belə ki, Rafiqin Barnaulda nüfuzunun artmasını dayısı Amilin gözü götürməmişdir. X50 əmlakına göz dikməsini biləndən sonra ona düz fikirdə olmamasını deyib, bu yoldan dönməsini xahiş etmiş, lakin müsbət bir nəticə olmamışdır. Həmin vaxtlar orta məktəbdə oxuduğundan təxminən bir il atasının yanında qalıb işlərində köməklik edəndən sonra Bakıya qayıdıb orta məktəbi bitirmiş, sonra isə yenidən Barnaula qayıtmışdır. Bu dəfə oradakı «Özbək bazarı»nda öz pulları ilə icarəyə anbar tipli mağaza götürüb işlətməyə başlamışlar. 2006-cı ildən şəxsi şəxsi büdcəsi olmuş və 2014-cü ilə kimi işlədikləri müddətdə dayısı Amillə aralarında əldə olunan gəlirlə bağlı «sənin-mənim» söhbəti olmamışdır. Göründüyü kimi Barnaul şəhərində olduqları vaxt oradakı dövlətə məxsus bazarlarda meyvə alqı-satqısı ilə məşğul olmuşlar, dayısı Amilin şəxsi mülkündə işləməmişlər. X61 şəhərində Simakova 14, onlar isə Baltiski 13 ünvanında yaşamışlar. Barnaulda bir müddət işlədikdən sonra Bakıya qayıtmalı olmuşdur. Belə ki, Barnaula getməmişdən əvvəl Bakı şəhərində olanda dostlarından biri başqa şəxsin mobil telefonunu ələ keçirdiyindən həmin məsələ ilə bağlı cinayət işi açılmış, dostları həbs olunmuş, o isə axtarışa verilmişdir. Baş vermiş hadisədə günahsız olduğunu sübut etmək üçün könüllü olaraq Bakıya gəlmişdir. Bakıya gələndə Barnaulda icarəyə götürdüyü mağazanı böyük qardaşı Malik Məhərrəmova təhvil vermişdir ki, işi davam etdirsin. O vaxta qədər Malik artıq beş-altı ay idi ki, Barnauldaydı və birlikdə işləyirdilər. Belə ki, atası 2008-ci ildə Bakıya qayıtmış, əvəzinə Malik Barnaula gəlmişdir. Bakıya gələndən sonra könüllü şəkildə Nəsimi rayon Polis İdarəsinə getmiş, orada bir gün saxlanıldıqdan sonra iltizam alıb azadlığa çıxmış, həmin iş məhkəməyə göndərilmiş və məhkəmə ona iki il müddətə şərti cəza vermişdir. Şərti cəzaya məhkum olunduğundan hərbi xidmətə gedə bilməmiş, sonra isə hərbi xidmətə yararsız olduğu müəyyən olunduğundan bu barədə hərbi bilet almışdır. 2007-ci ildə şərti cəzası başa çatdıqdan sonra Barnaula gedib, orada işlərini davam etdirmişdir. 2008-ci ildən Rusiya Federasiyası vətəndaşıdır, qardaşı Malik isə ondan bir il sonra Rusiya Federasiyası vətəndaşlığı almışdır. Barnaulda qardaşı Maliklə birlikdə işləyib əldə etdikləri bütün pulları dayısı Amilə verirmişlər ki, onların pullarını yığıb Azərbaycanda onlar üçün şərait qursun. Artıq özlərinə ev almaq istəyirdilər və topladıqları pulları dayısı Amilin məsləhəti ilə Azərbaycanda dəyərləndirmək qərarına gəlmişlər. Beləliklə, həmin pullarla Bakı şəhərində «8-ci km.» adlanan bazarda özlərinə obyekt, Nardaranda əlli sot torpaq, qardaşı Malik isə özünə 110.000 (bir yüz on min) ABŞ dolları dəyərində ev almışdır. «Neapol» dairəsindəki evi də öz qazancları ilə qardaşı Malikin adına almışlar. Rusiya Federasiyasında olduqları ilk vaxtlar oranın vətəndaşı olmadıqları üçün dayısı Amilin adı ilə ticarət aparmışlar, daha sonra qardaşı Malik hər şeyi öz adına rəsmiləşdirmişdir. 2013-cü ildə dayısı Amillə qərara gəlmişlər ki, Barnaulda topdan satış bazarının yanında torpaq sahəsi alıb anbar tiksinlər, lakin həmin ərazidə yaşayış evləri olduğundan, ev sahiblərinə pul verib oradan köçürtmək lazım olmuşdur. On dörd sot yarım ərazidə olan dörd evdən üç evin sahibinə ödəniş edib köçürtmüşlər, bir ev isə qalmışdır. Həmin evin alınmasına 350.000 (üç yüz əlli min) ABŞ dolları xərcləri çıxmışdır ki, həmin məbləği özü şəxsən vermişdir. Beləliklə, həmin torpaq sahəsini əldə etmişlər. Torpaq sahəsi dayısı Amilin adına alınmışdır. 2014-cü ildə Rusiyada inflyasiya baş verdiyindən 400.000 (dörd yüz min) ABŞ dolları ziyana düşmüş, dayısı Amilə zəng edib vəziyyəti izah edərək pul istəmişdir. Dayısı Amildən pul istəmək onun haqqı idi. Belə ki, neçə illərdir qardaşı Maliklə işləyib yığdığı pulları dayısı Amilə vermişlər, sonuncu da həmin pullara Bakıda obyektlər alıb icarəyə verərək icarə pulları yığmış, lakin Maliklə ona pul verməmişdir. Buna görə də, artıq dayısı Amildən öz payına düşən pulları istəməyə başlamışdır. Dayısı Amil pulu olmadığını demiş, Barnaula gələndə orada aralarında bu səbəbdən mübahisə yaranmış, Amil demişdir ki, guya onları bu şəhərə o, gətirmiş, lazım olsa onları oradan deportasiya etdirər, buna görə də, qazancının yarısını həmişə olduğu kimi indən sonra da ona verməlidir. Ümumiyyətlə Barnaul şəhərinə gedib, orada piştaxta əldə edib işləmək istəyən azərbaycanlılar dayısı Amilə müraciət etdikdən və haqq verdikdən sonra orada işləyə bilərdilər, əks halda Amil həmin şəxsləri bədbəxt edirdi. Dayısı Amilin bazarın sahibləri ilə yaxşı münasibətləri vardı və Amil ayrı-ayrı şəxslərə köməklik edəndə həmin şəxslərdən müəyən məbləğdə pul tələb edirdi. Dayısı Amilə hazırda problemi olduğunu, ziyana düşdüklərini, pul lazım olduğunu demiş, Amil də demişdir ki, «çalışıb kömək edərəm». Lakin bu söhbətdən müəyyən müddət vaxt keçsə də, Amil onlara pul verməmiş, Bakıdakı obyektləri satdığa qoymasını, hansı birinci satılsa o zaman pul göndərə biləcəyini demişdir. Zamanla dayısı Amilin onun pullarını vermək istəmədiyini görüb, oturub haqq-hesab etmişlər və müəyyyən olunmuşdur ki, Amilin onlara 490.000 (dörd yüz doxsan min) ABŞ dolları borcu var. Belə ki, o, dayısı Amilə 90.000 (doxsan min) ABŞ dolları 8-ci km. bazarında olan mağazanın alınması üçün, Nardaranda alınmış torpaq üçün 50.000 (əlli min) ABŞ dolları, 350.000 (üç yüz əlli min) ABŞ dolları isə Barnaulda alınan torpaq üçün vermişdir. Nardaranda alınmış torpaq sahəsində dayısı Amil, qardaşı Malik və onun özü üçün ev tikiləcəkdir. Bakıda ayrı-ayrı ünvanlarda əldə edilmiş obyektləri digər dayısı Şahid1 idarə etmiş, həmin obyektlərdən gələn gəlirlər babası, nənəsi və kiçik dayısının dolanışığına istifadə olunmaq üçün nəzərdə tutulmuşdur. Bakı şəhərində 8-ci km. adlanan ərazidə aldıqları obyektdə ərzaq məhsulları satılırdı. Həmin obyekti əvvəllər Səfər adlı şəxs, sonradan isə dayısı Aki işlətməyə başlamışdar. Dayısı Amil əvvəllər özü onlara deyirdi ki, Maliklə o Barnauldakı torpağı götürsünlər, onlara verir. Həmin torpağa müştəri tapsalar da, dayısı Amil torpağın sənədlərinin itdiyini deyib, vaxtı uzatdığından sata bilməmişlər. Sonra isə dayısı Amil onlara şərt qoymuşdur ki Barnauldakı həmin torpaq sahəsində anbar tikilməli və gəlirin də yarısı ona verilməlidir, əks halda onları oradan deport etdirəcəkdir. Beləliklə dayısı Amillə aralarında olan mübahisə getdikcə böyüməyə başlamış, qohumlar onları barışdırmağa çalışsalar da, alınmamışdır. Dayısı Amillə aralarında olan mübahisəyə kriminal aləmdən hansı şəxslərin qoşulduqlarını ilə bağlı məlumatı yoxdur. 2007-ci ildən Barnaulda işləyib öz əziyyəti, zəhməti ilə yaşayıb, axırda da dayısı Amilin ondan bütün pullarını tələb etməsini qəbul edə bilmirdi. Dayısının son sözü bu olmuşdur ki, «Barnaul bazarında dövlətdən icarəyə götürdüyünüz bütün obyektləri təhvil verin, əks təqdirdə sizi Barnauldan deportasiya elətdirərəm». Qardaşı Maliklə belə qənaətə gəlmişlər ki, dayısı Amillə aralarındakı mübahisə səbəbindən el-oba içində rüsvay olmamaq üçün dediyi həmin obyektləri ona təhvil verib, başqa yerdən obyekt icarəyə götürüb işlətməyə başlasınlar və belə də etmişlər. Lakin yeni icarəyə götürdükləri yerin sahibinə dəfələrlə təzyiq göstərildiyi üçün həmin obyekti də təhvil verib, yenidən meyvə işinə başlamışlar. Dayısı Amil bu dəfə də, orada ondan icazəsiz meyvə-tərəvəz işi ilə məşğul ola bilməyəcəklərini deyib, işləmələrinə mane olmuş, onun sifarişi ilə Rusiyada dəfələrlə həbs olunmuşdur. Dayısı Amil barəsində guya onun səkkiz ədəd maşınını oğurlamasına dair şikayət etmişdir. 2019-cu ilin yay aylarında erməni milliyətindən olan bir şəxs ona zəng edərək dayısı Amillə onu barışdıracağını demiş, hətta Rafiq Əliyev də ondan barışmalarını xahiş etmiş, o isə barışmaqdan imtina etmişdir. Sonda atasının məsləhəti ilə barışıq görüşünə getmiş, gecə saat 01 radələrinədək görüş davam etmiş, nəticədə ondan şikayətin geri götürülməsi üçün 50.000 (əlli min) ABŞ dolları tələb etmişlər, o isə 500 (beş yüz) ABŞ dolları belə verməyəcəyini bildirmişdir. 50.000 (əlli min) ABŞ dolları dayısı Amilə deyil, Barnaul şəhərinin polis rəisinə çatacaqdır, buna görə də, polisdə olan 40.000 (qırx min) ABŞ dollarını götürüb üzərinə 10.000 (on min) ABŞ dolları qoyaraq həmin şəxsə vermiş, hətta həmin vaxt restorandan çıxanda fotoşəkil belə çəkdirmişlər. Dayısı Amil həmin işlə əlaqədar vəkilə verilən 1.000 (bir min) ABŞ dollarını da qardaşı Malikdən almışdır. Bir müddət sonra dayısı Amil qardaşı Malikə vergiyə 10.000 (on min) ABŞ dolları borcları yarandığını deyib, həmin məbləğdə pul tələb etmişdir. Bu dəfə onları barışdırmağa çalışan şəxsləri bir araya yığıb, dayısı Amilin etdiklərini danışaraq sonuncunun onların sözlərini yerə saldığını, əhdlərinə sadiq qalmamalarını demiş, hər kəs qəti fikirlə Amilin səhv etdiyini bildirmişdir. Həmin cinayət işi dayısı Amilin şikayətini geri götürməsi səbəbindən xitam olunmamış, aparılmış istintaq nəticəsində bəraət almış, əmlakları özünə qaytarılmış, bundan sonra X61 şəhərində nüfuzunu itirdiyi üçün şəhəri məcburən tərk etmişdir. Dayısı Amil Bakıya gələndən sonra onlara söz göndərmişdir ki, «Bakıya gəlsəniz sizə Azərbaycanda cəhənnəmi göstərəcəm». Həqiqətən də Bakıya gələn kimi polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı Şəhər Polis İdarəsinə gətirilmiş, orada yüksək rütbəli şəxslər ondan dayısı Amilə olan pul borcunu ödəməsini tələb edərək, pulu gətirməsi üçün iki saat vaxt vermişlər. Pul verməyəcəyini dedikdə orada ağır təzyiqlərə məruz qalmışdır. Daha sonra qaynı onu dayısı Amillə barışdırmaq üçün onları Bakı şəhəri, Razin qəsəbəsində yerləşən «Gülüstan» restoranında görüşdürmüş, lakin müsbət bir nəticə əldə olunmamışdır. Dayısı Amilin öz qaynı Şahid2 göndərdiyi pullar barəsində onu deyə bilər ki, əgər Amil Elçinə oğluna ev almaq üçün pul göndərirdisə, onu niyə ev məsələsi ilə bağlı Barnauldan Bakıya göndərmişdir. Elçinə göndərilmiş 252.000 (iki yüz əlli iki min) ABŞ dolları məbləğində pul barədə Amil bildirmişdir ki, həmin pulun 90.000 (doxsan min) ABŞ dolları obyektin alınması üçün sərf olunmuş, 52.000 (əlli iki min) ABŞ dollarına torpaq sahəsi alınmış, 110.000 (bir yüz on min) ABŞ dollarına isə qardaşı Malik üçün ev alınmışdır. Barnauldan Elçinin adına pulu X39un vasitəsilə göndərmişdir. Dayısı Amil onu Bakıdan ev almaq işinə kömək etməsi üçün Barnauldan buraya göndərmişdir. Bakıda həbsdə olduğu müddətdə də dayısı Amil ona müxtəlif vasitələrlə təzyiqlər göstərir. Belə ki, ona bu məhkəmədən hüquq və vəzifələrinə dair bildiriş verilməyənə qədər istintaq təcridxanasında görüş, yaxud telefonla danışmasına icazə verilməmişdir. İbtidai istintaq zamanı təzyiq altında ifadə verdiyi üçün həqiqəti məhkəmədə deyəcəyini düşünmüşdür və hazırda dedikləri doğru olanlardır. Dayısı Amil ona söz göndərmişdir ki, «100.000 ABŞ dolları versən, şikayətimi geri götürərəm», o isə cavab olaraq heç 100 (bir yüz) ABŞ dolları belə verməyəcəyini bildirmişdir. Etmədiyi bir əmələ görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsa belə, dayısı Amilə ödəniş etmək fikri yoxdur. Belə bir məsələ ilə bağlı dayısı Amillə üz-göz olmaqdan utanır. Dayısı Amil onu nə qədər, nə ilə şərləsə də, o Amildən şikayətçi olmayacaqdır. Dayısı Amil xəstəxanada səhhəti ilə əlaqədar əlli beş gün komada qaldığı müddətdə gecədən səhərə kimi dualar edərək , məscidlərə ehsan paylamış, buna baxmayaraq Amil komadan ayılan kimi onlarla düşmənçiliyini davam etdirmişdir. Onlar Barnaul şəhərinə dayısı Amilin adını tutub getmişlər, orada onları on nəfər tanıyırdısa beş nəfəri Amilə görə tanıyırdı. Qardaşı Malik bir müddət dayısı Amilin obyektlərini idarə etmişdir. Dayısı Amil onlara cəmi bir dəfə borc pul vermiş, həmin pulu tam olaraq geri ödəmişlər. Belə ki, qardaşı Maliklə birlikdə meyvə-tərəvəz işi ilə məşğul olduqları vaxt Barnaul şəhərində Andrey adlı bir nəfər meyvə gətirib topdan satırmış və bazarda işləyənlərin hamısı Andreydən meyvə alırmışlar. Andreyin bir qədər özünü yuxarıdan aparması ona xoş gəlməmiş və qardaşı Malikə təklif etmişdir ki, malı özləri gətirsinlər. Maraqlanıb bilmişdir ki, Sankt-Peterburq şəhərindən birbaşa mal gətirsə daha ucuz başa gələr, lakin bunun üçün bir dəfəyə azı iyirmi ton mal gətirməli imişlər və malın müştərilərini də gərək qabaqcadan taparmışlar. Ona görə də, bazarda işləyən azərbaycanlılarla söhbət edib özünə xeyli müştəri yığandan sonra dayısı Amilin yanına gedib mal gətirmək planını danışmış, sonuncu ilk əvvəl etiraz edib işi bacara bilməyəcəyini bildirmişdir, o isə artıq müştəriləri yığdığını, sadəcə malı gətirmək üçün 30.000 (otuz min) ABŞ dolları pul lazım olduğunu deyib, əlaqələrindən istifadə edərək həmin məbləğdə pul tapıb verməyi xahiş etmiş, Amildə bir gündən sonra ona 30.000 (otuz min) ABŞ dolları verib, Əli adlı bir nəfərdən borc aldığını və sonuncunun bu işdə olan qazancın 50%-nə şərik olduğunu demişdir. Həmin pulla Sankt-Peterburq şəhərindən yük avtomobili ilə təxminən 30.000 (otuz min) ABŞ dolları dəyərində meyvə gətirərək iki günə bazarda satmış. Əldə etdiyi 10.500 (on min beş yüz) ABŞ dolları gəlirin yarısını, yəni 5.250 (beş min iki yüz əlli) ABŞ dollarını dayısı Amilə vermişdir ki, borc aldığı Əliyə çatdırsın. Sonra o, yenə mal gətirmiş, bu dəfə gətirdiyi malın gəlirini Amil götürməmiş və bildirmişdir ki, Əli minnətdarlıq edib, daha gəliri istəmir. Təxminən bir ay sonra 30.000 (otuz min) ABŞ dollarını tam şəkildə Əliyə çatdırması üçün dayısı Amilə vermişdir. Bəhruz Məmmədovu tanıyır, belə ki, birlikdə alış-veriş etmişlər. Bəhruzun qardaşı, hətta başqa bir tanıdığı ilə də iş birlikləri olmuşdur. X40 hazırda da əlaqə saxlayır və birlikdə işləyirlər. Rusiya Federasiyasında işləyib əldə etdiyi gəlir hesabına özünə yalnız bir ev almış, onu da borcun əvəzində vermişdir. Bu günə kimi adında həmin evindən başqa əmlak olmamışdır. Malikin ailəsində problem olduğu üçün, belə ki, ailə qurandan iki ay sonra boşandığından evini onun adına deyil, dayısı Akifin adına baş etibarnamə verərək sonuncunun adına keçirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsi, şahidləri dindirərək, habelə iş üzrə digər sübutları araşdıraraq hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmədə zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, 1988-1990-cı illərdə Rusiya Federasiyasının Altay vilayəti, Barnaul şəhərində hərbi xidmətdə olmuş və xidməti başa vurduqdan sonra orada qalıb yaşamağa başlamışdır. Əsgər yoldaşının Barnaulda meyvə-tərəvəz bazasının rəhbəri olmuş qardaşı onun bazarda işləməyinə şərait yaratmış, bazanın anbarında işə başlamış, əsas işi meyvə-tərəvəz bazasında anbarları icarəyə götürüb, müxtəlif şəhər və ölkələrdən gələn meyvə-tərəvəzi orada saxlayıb satışını həyata keçirmək olmuşdur. Bir müddət sonra kiçik qardaşı Azər Əliyevi də yanına aparmış və birlikdə işləmişlər. 1993-cü ildə Füzuli rayonu işğal olunduqdan sonra qardaş və bacılarının məcburi köçkün kimi əziyyət çəkməmələri üçün onlara sahib çıxmış, Bakıya yerləşmələrinə kömək etmişdir. Belə ki, Barnauldan Bakıya gələn tanışlardan buradakı qardaşı Şahid1 pul göndərmiş və Bakıda «Neftçilər» metrostansiyasının yanında beşotaqlı mənzili əvvəlcədən razılaşdıqları kimi Bakı qeydiyyatında olan xalası qızı X7 adına almışlar. Bacıları Nazənin və Xatirə ailələri ilə birlikdə həmin evə köçüb orada yaşamağa başlamışlar. Nazəninin əri Nazimə Bakıda 8-ci km. bazarında 5.000 (beş min) ABŞ dollarına kafe almışdır ki, orada işləyib ailəsini saxlasın, lakin bir müddət sonra Nazim evə pul gətirmədiyini, qazandığı pulları içkiyə verdiyini eşidib təxminən 1995-ci ildə onu öz yanına aparmışdır ki, orada işləsin. Nazim Barnaluda işləyib pul qazandıqca arada Bakıya ailəsinin yanına gəlib sonra yenidən onun yanına qayıtmış, bu qaydada bir neçə il işləmişlər. 1996-cı ildə onun maddi köməkliyi ilə Nazimgil Əhmədli qəsəbəsində ikiotaqlı ev almışlar. 1998-ci ildən Nazim spirtli içki aludəçisi olmuş, onu birdəfəlik Bakıya göndərsə də, sonradan atasının xahişi ilə onun Barnaula gəlib işləməsinə razılıq vermişdir. 2004-2005-ci illərdə Nazimin oğlanları Malik və Təqsirləndirilən şəxslar da işləmək üçün Barnaula gəlmiş və onun kiçik qardaşı Azərin yanında meyvə-tərəvəz bazarında ekspeditor işləməklə anbarlardan bazara mal daşımaqla məşğul olmuş, kiçik qardaşı Orxan da onun yanında fəhlə işləmişdir. 2005-ci ildə Orxanın Bakıda axtarışa verildiyini eşidib, maraqlanmış və bilmişdir ki, onun uşaqlıq dostları quldurluqla məşğul olublar, o isə onlarla birlikdə olmayıb, amma onun da adını veriblər. Orxan ağlayaraq ondan kömək istədiyindən Bakıda həmin işi aparan orqanla əlaqə saxlamış və onun sayəsində Orxan şərti cəzaya məhkum edilmişdir. Belə ki, Orxanın şərti cəza alması üçün dəymiş maddi ziyanı ödəmək zərurəti yaranmış, o da həmin ziyanı ödəmişdir. Cəza müddəti qurtarana kimi Orxan Barnaula gələ bilməmiş, bu müddətdə onun Bakı şəhəri, Gəncə prospekti 73 ünvanında yerləşən mağazasında fəhlə işləmiş, cəzasını çəkib qurtardıqdan sonra yenidən Barnaula gəlib, Çindən gətirilən malları boşaltmaqda köməklik edib, fəhlə kimi işləmişdir. 2003-cü ildə Trusqavetskdə istirahətdə olarkən Şahid3 ilə tanış olmuş, iş birliyinə başlamışlar və 2007-ci ilə kimi birgə işləmişlər. Varislə şərikli qaydada şirə zavodu tikdirmək məqsədilə Barnaulda iki hektar torpaq sahəsi almış, lakin Varisin səhhətində problem yarandığından bu iş alınmamış, həmin torpağı satmışdır. Bundan başqa Varislə şərikli qaydada Barnaula göndərilən şirə vaqonlarından bir neçəsi ünvana gedib çatmamış, Dağıstanda həmin mal satılmış və onlara malın maya dəyəri qaytarılmışdır. Həmin ərəfədə bir tanışı 8-ci km. bazarında yeni mağazalar tikmiş və ona demişdir ki, hələ heç kim mağaza satmayıb, istəsə ona sata bilər. Varislə birlikdə baxıb, mağazaları bəyənmiş və oradan 120.000 (bir yüz iyirmi min) ABŞ dollarına iki mağaza almışdır. Həmin mağazalar hazırda ona məxsusdur. Meyvə-tərəvəz işi ilə yanaşı 2006-cı ildə həmin anbarlar olan bazada kafe açmış, bundan başqa əvvəldən tanıdığı, Barnaulda yaşayan tanışı Fərhadla da şərikli meyvə-tərəvəz işini davam etdirmişdir. 2007-ci ildə Fərhad ona təklif etmişdir ki, ev tikintisi ilə məşğul olub daha çox gəlir əldə etsinlər. Lakin Fərhadla razılaşmamış, ondan xahiş etmişdir ki, şəriklikdən ayrılmamışdan əvvəl Malik bir ay onun yanında işləyib şəhərdə və kənarda mal gələn bazaları tanısın, sonra ayrılar və Malik Fərhadın işlərini görər. Beləliklə Fərhad ondan ayrılandan sonra Malik Fərhadın gördüyü işləri həyata keçirmiş, sonra ona Orxanı da fəhləlikdən çıxarıb anbarı ona tapşırmağı təklif etmiş, Maliklə razılaşmışdır. Orxan iki il fəhlə kimi işləmiş, daha sonra isə anbarda işləməyə başlamışdır. X15 işçiləri olmuşlar, Malikin əmək müqaviləsi olsa da, Orxanla bağlı əmək müqaviləsi olmamışdır. Malikin əmək müqaviləsini Rusiyadan gətirdə bilər. Maliklə Orxanın aylıq qazancı 500-1.000 (beş yüz-bir min) ABŞ dolları olmuşdur, hansı ki, həmin pulla Barnaulda, yaxud Bakıda ev almaqları mümkün deyildi, iyirmi illik işçiləri belə özlərinə ev ala bilmirdilər. Maliklə Orxan onun yanında işlədikləri ərəfədə hətta yeməklərini də bazada olan kafedə yemişlər. Bundan yeddi-səkkiz ay sonra kafedə işləyən baş aşbazdan ciddi narazılıq olduğundan onu çıxarıb Nazimi kafeyə aşbaz-kababçı kimi işə götürmüşlər. Təxminən bir-iki aydan sonra bacısı Nazənin də Barnaula gəlmişdir. Həmin ərəfədə Malikgilin kiçik qardaşı Məhəbbət Məhərrəmovun hərbi xidmətdə əsgəri döyməsi ilə bağlı problemi olmuş, iş məhkəməyə verilmiş, dostu Varisin hərbi məhkəmədə olan tanışlığı vasitəsilə onun da işinə köməklik etmişdir. Məhəbbət də hərbi xidməti başa vurduqdan sonra Barnaula gəlmiş və Malikin xahişi ilə bazarda olan meyvə-tərəvəz satış nöqtələrinə nəzarət etmək ona tapşırılmışdır. Əvvəl həmin işi görən əmisi oğlu Malik Əliyevə isə başqa anbar icarəyə götürüb oraya nəzarət etməsi tapşırılmışdır. İşlədikləri müddətdə Nazim, Malik, Orxan və Məhəbbətə aylıq məvacib verilmişdir. Aradan bir müddət keçdikdən sonra Orxan ona ev tikmək işi ilə məşğul olmağı təklif etmiş, o isə həmin vaxt şəraitin əlverişsiz olmasını əsas gətirərək onun təklifini geri çevirmişdir. 2008-ci ildə Malik dedi ki, üç qardaşdırlar, ailə qurmaq istəyirlər, lakin ayrı evləri olmadığı üçün heç kim onlara qız vermir. Onsuz da özünün on və altı yaşlı oğlanlarına Bakıda ev almalı olduğundan alacağı həmin evdə Malikin müvəqqəti yaşamasını düşünüb ona Bakıda ev axtarıb tapmağı, evin pulunu göndərəcəyini demişdir. Malikə əvvəlcədən demişdir ki, öz oğlu üçün aldığı həmin evdə ailə qurub müvəqqəti yaşayar, imkan yaradıb pul topladıqdan sonra özünə ev alar və onun evini təhvil verib çıxar. Malik böyük sevinclə onun sözünü qəbul edib köməklik etməyə razılıq verdiyi üçün minnətdarlıq etmiş və ev axtarmaq üçün Bakıya gəlmişdir. Bakıda yaşayan qardaşı Akifə zəng vurub Malikə çıxarışlı ev tapmaqda köməklik etməyi xahiş etmişdir. Məsələdən Akifin də xəbəri olmuşdur. Bir müddət sonra Malik ona zəng vurub, Bakı şəhəri, Suraxanı qəsəbəsində 120.000 (bir yüz iyirmi min) ABŞ dollarına satılan çıxarışlı ikimərtəbəli həyət evi tapdığını, Akiflə birlikdə evə baxıb bəyəndiklərini demişdir. Bundan sonra qaynı Şahid2 demişdir ki, "xxxx" ASC-yə gedib öz adına hesab açdırsın. Elçin hesab açdırdıqdan sonra 2008-ci ilin axırları 2009-cu ilin əvvəllərində qısa müddət ərzində hissə-hissə olmaqla bank vasitəsilə Elçinin adına 100.000 (bir yüz min) ABŞ dollarından artıq pul göndərmişdir. İşləri çox olduğundan Elçinin adına göndərilən pulları Barnaulda yanında işləyən Nazim və Məhəbbət banka gedib göndərmişlər. Bundan başqa əmisi oğlu X36 və işçisi Anna Stepanovanın da adından Elçinə pul göndərmiş, Elçin də həmin pulları bankdan qəbul edib özündə saxlamışdır. Mühasibinin pul əməliyyatlarının həyata keçirilməsi ilə bağlı dedikləri həqiqəti əks etdirmir, pulu öz ifadəsində qeyd etdiyi qaydada Bakıya göndərmişdir. 2009-cu ilin əvvəllərində Elçinə göndərilən puldan 120.000 (bir yüz iyirmi min) ABŞ dollarını Malikə verməyi tapşırmış, Eçin də onun tapşırığını yerinə yetirmişdir. Elçin Malikə pul verdiyi vaxt Akif də yanlarında olmuş, bu barədə Elçin özü ona məlumat vermişdir. Ev almağı Elçinə həvalə etməməyinə səbəb Elçinin öz işləri olduğu, bunun üçün vaxtı olmaması olmuşdur. Malik onda olan baş etibarnamə əsasında evi onun adına almalı idi və almışdır. Bundan sonra Malik ailə qurub, həmin evdə yaşamağa başlamışdır. Malikin toyunun bütün xərcini çəkmişdir. Qısa müddət sonra Malik arvadını da götürüb Barnaula gəlmiş və orada kirayə ev tutub yaşamağa başlamışdır. Lakin bir neçə aydan sonra Malik arvadında ürəkgetmə olduğundan hamilə qala bilməyəcəyini deyib, rəsmi qaydada boşanmışdır. Malik onun Bakıdakı mağazasında işləyən xanımın qızı ilə ailə qurduğundan və sonuncunu tanıdığı üçün onunla danışmaq istəsə də, Malik buna razı olmamış və arvadını Akiflə Bakıya yola salmışdır. Bundan az müddət sonra Malik ona demişdir ki, Orxan orta məktəbdə oxuduğu vaxtdan Bakıda qonşularında yaşayan qızı sevir, telefon danışıqlarında məlum olub ki, qızı ailəsi ərə vermək istəmir, imkanlıdırlar, ona görə də Orxanın ayrı evi olmalıdır ki, ailəsi bu nikaha razılıq versin, həmçinin Orxan ali təhsil də almalıdır və ondan xahiş etmişdir ki, əvvəl necə özünə Bakıda ev alıb orada ailəsi ilə yaşamasına icazə verilmişdirsə, həmin qaydada bir ev də Bakıda alınsın və Orxan həmin evi qız evinə öz evi kimi təqdim edib orada ailəsi ilə yaşasın. Hətta Nazim ona demişdir ki, ailəvi olaraq, yəni özü və oğlanları on il ondan əmək haqqı alamadan onunla işləməyə razıdırlar, yetər ki o, Orxanın evlənmək məsələsini həll etsin. Həmin vaxtlar maddi imkanı yaxşı olduğu üçün nüfuzundan istifadə edərək, həmçinin Orxan bacısı oğlu olduğu üçün ona da kömək etmişdir. Bundan başqa belə etməklə eyni zamanda öz övladları üçün almalı olduğu evləri də almış olurdu. Bu söhbətdən sonra Orxan Bakıya gedib onun qardaşı Akiflə birlikdə 8-ci km. bazarı yaxınlığında hündürmərtəbəli binadan sahəsi geniş olan ikiotaqlı, təmirli mənzil tapmışlar. Mənzilin qiyməti 120.000 (bir yüz iyrmi min) ABŞ dolları idi. Yenə hissə-hissə Elçinin bank hesabına pul göndərmiş, Elçin də həmin pulları üst-üstə yığıb 22 yanvar 2010cu il tarixdə toplam 120.000 (bir yüz iyrmi min) ABŞ dolları məbləğində pulu Bakıda Orxana vermişdir. Bunu Orxanın özü də ona təsdiq etmişdir. Nəticədə həmin ev alınmışdır, lakin evin kimin adına rəsmiləşdirilməsi ilə maraqlanmamışdır, çünki buna əhəmiyyət vermirdi, qohum-tanış hər kəs evin onun pulu ilə alınmasını bilirdilər, həm də Orxangilə inanırdı, onu aldadacaqları ağlına belə gəlməzdi. Evi alandan sonra da Orxanın ailə qurmaq istədiyi qızı atası Nazim içki düşkünü, Orxan özü imkansız olduğu üçün ona verməmişlər, buna görə də özü gəlib qız evi ilə danışmış və razılıq almışdır. Belə ki, Orxanın qızı çox istədiyini görüb, qız evinə Orxanın Bakıda ona aldığı evin guya Orxana aid olduğunu, Barnaula gələndə də onun orada olan üçotaqlı mənzilində qala biləcəklərini demişdir. Bundan sonra Orxanın toyunu təşkil edib xərcini çəkmiş, Orxan arvadı ilə birlikdə Bakıda onun pulu ilə aldığı mənzildə yaşamağa başlamışdır. Hətta bir dəfə Orxanın qaynı ona zəng edib, bacısının ad gününə onunla birlikdə getmək istədiyini demiş, etiraz etməmiş, birlikdə Orxangilə getmişlər. Orada Malik onun ayaqlarının altında oturmuş, məclisdən sonra Malikdən bunun səbəbini soruşduqda cavab vermişdir ki, «sən elə dayısan ki, qoy hamı görsün dayımın ayaqlarının altında oturmuşam». Orxanla Malik Bakıda olduqları müddətdə ona məxsus «Toyota Camry» markalı, 90-020 nömrəli avtomobili etibarnamə əsasında idarə etmişlər. Orxan arvadı ilə Barnaula gedəndə təxminən iki il onun oradakı üçotaqlı mənzilində yaşamışdır. Orxanla Malik əvvəlki kimi işlərini davam etdirmişlər, Nazim də kafedə işləmişdir. Bununla kifayətlənməmiş, Nazimin kiçik oğlu Məhəbbətin də ailə qurmağında köməklik etmişdir. İşləri ilə bağlı Məhəbbətin toyunda iştirak edə bilməsə də, toyda Nazim mikrafonu əlinə alaraq «Amil bizim ağsaqqalımızdır, böyüyümüzdür, lakin müəyyən səbəblərə görə toyda iştirak etmir» deyə bildirmişdir. Təxminən 2012-ci ildə Orxan özünün deməsinə görə qayınatasının verdiyi 30.000 (otuz min) ABŞ dolları məbləğində pula Barnaulda onun üçotaqlı mənzilinə yaxın yerdə özünə mənzil almışdır. Həmin ərəfədə ailə vəziyyəti ilə bağlı, həm də Bakıda ticarət işlərini genişləndirmək məqsədilə Bakıya köçmüş, bununla belə Barnaulda olan işləri davam etmiş, işin üstündə Maliklə Orxan dayanmış və özü də mütəmadi olaraq Barnaula gedib işlərə nəzarət etmişdir. 2012-ci ildə Barnaulda Malikin adına firma da açılmışdır. 2013-2014-cü illərdə Malik ona demişdir ki, hazırda işlədiyi baza dövlətə məxsus olduğu üçün burada çox qalmaya bilərlər, müştəri də azalıb və təklif etmişdir ki, Barnaul şəhərinin digər tərəfində daha yaxşı yerdə olan özbək bazarının yanında torpaq sahəsi alıb baza tikdirsinlər. Malikin bu təklifinə razılıq vermiş, hətta Barnaulda tanıdığı makler Vadimə torpaq sahəsi təşkil etməyi demiş, az müddət sonra Vadim özbək bazarının yanında otuz sot satlıq torpaq sahəsi tapıb, həmin sahədə dörd ədəd həyət evi yerləşdiyini, həmin evlərin pulunu verib köçürüb sahədə baza tikdirmək mümkün olduğunu bildirmişdir. Həmin evlərin sahibləri ilə razılıq əldə edib, köçürdükcə evlərin adına rəsmiləşdirilməsi üçün öz adından Malikə etibarnamə vermişdir. Malik oradakı dörd evdən ikisinin sahibi ilə razılaşıb evləri alsa da digər iki evi baha qiymətə deyildiyindən ala bilməmişdir. Özü Barnaula qayıdanda alınmayan evlərdən birinin sahibi olan qadın ona Maliklə Orxanın həmin evin yerində otel və avtoyuma məntəqəsi tikiləcəyini demişlər, onun evi isə dəyərindən aşağı qiymətə alınır. Qadına həmin evin yerində yalnız baza tikəcəyini demiş, buna baxmayaraq razılıq əldə edə bilməmişdir. Malikdən bu barədə soruşanda boynuna almamış, qadının yalan danışdığını demişdir. Beləliklə, öncə alınan iki evin yeri onda olsa da, digər yerləri ala bilmədiyi üçün həmin baza tikintisi aparılmamışdır. Sonradan Malikgil həmin torpaqdan da pay istəmişlər. 2014-cü ilin axırlarında Barnaulda «Özbək bazarı»nın satıldığını eşidib, Malik, Orxan və bir neçə başqa dostları ilə bu barədə söhbət etmiş, Malikgil israrla bazarı alsa işləri çox yaxşı olar, gəliri artar dediklərindən, bazarın sahibləri ilə görüşmüş, lakin qiymətdə razılaşmadıqlarından almamışdır. 2015-ci ilin yanvar ayında Malikə bildirmişdir ki, Barnaulda işləri yekunlaşdırıb, birdəfəlik Bakıya köçmək və onları da Bakıya gətirmək istəyir. Hətta Maliklə birlikdə Bakıda olarkən buradakı meyvəli bazarına gedib baxmışlar. X25 özbək bazarını almağı israrla təkid etdiyindən onunla razılaşmışdır. Belə ki, Malik demişdir ki, həmin bazarı alsa qısa müddətdə verdiyi pulu çıxardar və lazım olanda istənilən vaxt bazarı aldığı qiymətdən də artıq qiymətə satıb Bakıya gələ bilər. Bununla əlaqədar 25 yanvar 2015-ci il tarixdə Malikə ona məxsus idarə etdiyi avtomobildə, həmçinin ona məxsus aldığı, müvəqqəti olaraq özünün yaşadığı Suraxanı qəsəbəsindəki evin yanında 250.000 (iki yüz əlli min) ABŞ dolları pul vermişdir. Malik həmin pulu Barnaulda olan Orxana göndərdiyini demişdir. 2015-ci ilin aprel ayında ailəsini də götürüb yenidən Barnaula köçmüşdür ki, bazarın alınması məsələsini həll edib, iki-üç il orada qalıb işləsin, sonra birdəfəlik Bakıya qayıdar. Barnaulda olarkən Malikdən 250.000 (iki yüz əlli min) ABŞ dolları ilə bağlı maraqlanmış, Malik həmin pulun «Sberbank»da olan icarəyə götürdüyü seyfdə saxladığını demişdir. Bazarın sahibləri satış məsələsini uzatdıqlarından meyvə bazalarında işini davam etmiş, Maliklə Orxan da əvvəlki kimi onun yanında işləmişlər. 2015-ci ilin iyun ayında Orxan Bakıda olarkən alınan hər iki evdə müəyyən kosmetik təmir işləri, həmçinin evin altında maşın saxlamaq üçün çardaq düzəldilməli olduğundan ondan 50.000 (əlli min) ABŞ dolları istəmiş, razılaşaraq həmin ərəfədə Bakıda olan dostu Şahid5 Alahverdi oğlundan Orxana həmin məbləğdə pul verməyi xahiş etmiş, Şirazi də Orxanla Bakıda görüşüb ona 50.000 (əlli min) ABŞ dolları pul vermişdir. 2016-cı ilin may ayında mədəaltı vəzində ciddi problem yarandığı üçün Barnaulda xəstəxanada bir ay reanimasiyada koma vəziyyətində qalmış, sonra əlavə iyirmi gün xəstəxanada yatıb səhhətini qismən bərpa etmişdir. Təxminən altmış altı gün xəstəxanada müalicədə olmuşdur. İddia edir ki, həmin ərəfədə onun səhhətində yaranan problemdə Malik, Orxan və ataları Nazimin hansısa rolu olmuşdur, onlar onu aradan götürmək üçün zəhərləmişlər. 2016-cı ilin yay aylarında yenidən bazarın sahibləri ilə görüşmüş, həmin şəxslər son olaraq 2016-cı ilin noyabr-dekabr aylarına kimi bazarı ona satacaqlarını demişlər. 2016-cı ilin sentyabr ayında Orxan Bakıda olarkən ona satmaq üçün Bakıdan Barnaula alma göndərməsi məqsədilə pul vermək istəmiş, Bakıda bir nəfər dostunda 210.000 (iki yüz on min) ABŞ dolları pulu olduğu üçün həmin dostu ilə danışıb, pulu əmisi oğlu Şahid4, sonuncuya isə Akifin vasitəsilə Orxana çatdırmasını tapşırmış, Akif həmin məbləğdə pulu Orxana vermişdir. Bundan başqa dostu Varis də özündə olan ona məxsus 40.000 (qırx min) ABŞ dollarını onun sözü əsasında Bakıda qardaşı Akifə, sonuncu da yenə onun tapşırığı ilə həmin pulu Bakıda Orxana vermişdir. Orxan həmin pula Bakıdan və Moskvadan Barnaula yük avtomobilləri ilə alma və digər meyvələr göndərmiş, əldə olunan 300.000 (üç yüz min) ABŞ dolları Malikin bankda olan seyfinə qoyulmuş, beləliklə Malikə verdiyi 250.000 (iki yüz əlli min) ABŞ dolları ilə birlikdə, cəmi 550.000 (beş yüz əlli min) ABŞ dolları pul yığılmış, daha sonra bazarın alınması üçün pul yığılması davam etmiş və bazada olan gəlirdən bankda olan seyfə pul qoyulmasını Orxanla Malikə tapşırmışdır. Bakıdan Barnaula meyvə göndərmək işini qardaşı Akif tapşırmamağının səbəbi o idi ki, Akif 2015-ci ildən «Sədərək» ticarət mərkəzində meyvə biznesini idarə edirdi, öz işləri vardı. Beləliklə 2016-cı ilin noyabr ayında Malik bank seyfində təxminən 800.000 (səkkiz yüz min) ABŞ dolları pul olduğunu demiş, lakin bu dəfə bazarın sahibləri bazarı satmaqdan imtina etmişlər. Buna görə də, həmin pulun üzərini düzəldib, təxminən 1.000.000 (bir milyon) ABŞ dollarını Bakıya göndərib burada iş qurmaq istəmişdir. Maliklə Orxan bunu görüb demişər ki, guya həmin pulun bir hissəsini yenidən dövriyyəyə buraxıblar, az müddət sonra yenidən pulu toplayacaqlar. Ondan xəbərsiz belə bir iş gördükləri üçün etirazını bildirmiş, həmin vaxtdan Orxanla Malik onunla görüşdən qaçmağa başlamış, ona müxtəlif yalanlar demişlər, niyyətləri guya əlavə pul qazanmaq istəməkləri olmuşdur. Dövriyyəyə özü nəzarət etdiyindən əlavə pul daxil olmadığını bilmiş və artıq Maliklə Orxanın onu aldadıb bankın seyfində olan təxminən 800.000 (səkkiz yüz min) ABŞ dollarını ələ keçirdiklərini başa düşmüşdür. Malikdən birlikdə gedib bankda olan seyfə baxmağı tələb etmiş, lakin Malik hər dəfə müxtəlif bəhanələr gətirməklə onunla banka getməkdən yayınmışdır. Həmin ərəfədə Sərxan adlı sürücü ona demişdir ki, 2015-ci ildə Malikgil bazada olan yük avtomobillərini X66nə aparıbgətirmişlər. Sərxanın dediyi məsələni araşdırmış və məlum olmuşdur ki, onun adına olan altı-yeddi yük avtomobili adından qeyri-qanuni yolla çıxarılaraq Orxanın və başqa bir neçə nəfərin adlarına keçirilmiş, lakin həmin illər ərzində maşınlar bazada işlədiyi üçün bundan şübhələnməmişdir. Bundan sonra bir neçə il əvvəl bazanın dövriyyəsindən əlavə Orxana saxlamaq üçün verdiyi 180.000 (bir yüz səksən min) ABŞ dolları pul barədə ondan soruşmuş, Orxan həmin pulu dövriyyəyə buraxdığını demiş, onun sözlərinə inanmamışdır. Artıq Malik və Orxanla münasibətləri tam pozulduğundan onlardan pullarını tələb etmiş, Orxan onu övladlarını oğurlamaq və avtomobilini yandırmaqla hədələmiş, risk alaraq «oğlumun oxuduğu məktəbi tanıyırsan, cəsarətin çatırsa get oğurla» deyib, onun dediklərinə məhəl qoymayaraq, Orxandan Bakıda aldığı iki ədəd evi də boşaltmağı tələb etmişdir. Orxan evlərin öz adlarına olduğunu və oradan çıxmayacaqlarını demişdir. Onun bu barədə 2017-ci ilin əvvəllərində məlumatı olmuşdur. Dərhal Akifə zəng vurub bu barədə soruşmuş, Akif də evlərin Malikin və Orxanın adına rəsmiləşdirilməsini bildirmişdir. Bakıda olan üç evindən birini kirayə vermiş, digər iki evdə isə Orxan və Malikin arvadlarının cehiz əşyaları olduğundan gəlinlər həmin evlərə daxil olmağa icazə verməmişlər. Malik birinci arvadından boşandıqdan sonra ikinci dəfə ailə qurmuş və arvadı cehizlərini Malikin onun pulu ilə almış olduğu evə gətirmişdir. Akifin deməsinə görə Malikgil evləri alanda xahiş etmişlər ki, evləri öz adlarına alsınlar və ailələri evlərin onlara məxsus olduqlarını bilsinlər. Akifə hər iki evlə bağlı mülki etibarnamə verilmişdir ki, istənilən vaxt evləri onun adına keçirmək mümkün olsun. Bununla belə həmin evlərdə Orxan və Malikin arvadlarının cehizləri olduğuna və arvadların həmin evlərin onların adına olmamasını bilmədiklərindən Akif evləri öz adına keçirməmişdir. Yoxsa ki, Azərbaycanda olduğu hər ilin üç ayında Akif evləri onun adına keçirə bilərdi. Akifdən evi etibarnamə əsasında Malikin adından Orxanın adına keçirməsinin səbəbini soruşduqda, Akif bildirmişdir ki, Orxanla Malik ona demişlər ki, «evi adımıza keçirmək məsələsini dayımız bilir, biz onunla söhbəti həll edəcəyik». Malikin adına 2008-2009-cu illərdə bank əməliyyatları aparmaq istisna olmaqla, Rusiyadakı əmlakının idarə olunması, əmlak- ev, torpaq alınması ilə bağlı etibarnamələr vermişdir, Orxana isə etibarnamə verdiyini xatırlamır. Əmisi oğlu Barnaulda onun adına aldığı avtomaşınları sonradan onun Malikə verdiyi etibarnamə əsasında Malikgilin adına keçirmiş, bu barədə biləndə əmisi oğlundan tələb etmişdir ki, maşınları necə Malikgilin adına keçirib, eləcə də geri qaytarsın. Bundan sonra avtomaşınlar onun adına keçirlmiş, lakin sonra saxta sənədlərlə yenidən Malikgilin adına rəsmiləşdirilmişdir. Malikə 2017-ci ilin sonu 2018-ci ilin əvvəllərində verdiyi etibarnamə əsasında maşınları satılmışdır. Bütün bunları biləndən sonra Malikgillə aralarında beş saatlıq videoçəkilişlə hesabat aparılmış, həmin vaxt 1.900.000 (bir milyon doqquz yüz min) ABŞ dollarının hesabatı müzakirə olunmuş, lakin videoçəkiliş Maliklə Orxan tərəfindən özlərinə sərf edəcək qədər qısaldılmışdır. Həmin videonu o, çəkməmiş və videolentləri cırmamışdır. Həmin vaxt avtomaşınların, Bakıdakı torpaqların, 6.000.000 (altı milyon) dəyərində Barnauldan alınan torpağın Malikgilə məxsus olmasını, Orxanın ona cəmi 97.000 (doxsan yeddi min) rubl borclu qalmasını etiraf etməmişdir. Həmin gündən Malikgillə münasibətləri daha da pisləşmiş, Malikgil onu hədələyib bazaya buraxmamış, bazanı ələ keçirmişlər. Malikgil ona demişlər ki, ətraflarında çoxlu himayədarlıq edənlər, kriminal aləmdə dostları var, uzaq olsun. Belə olan halda Barnaulda Polis İdarəsində Cinayət axtarış şöbəsinin rəisi olan tanışına şifahi olaraq bacısı oğlanları tərəfindən aldadıldığını, lakin onların tutulmasını istəmədiyini bildirərək xahiş etmişdir ki, onları çağırıb xəbərdarlıq edərək pulları qaytarmağı tələb etsin. X32 İdarəsinə çağırılmış, lakin heç bir nəticəsi olmamışdır. Bir müddət sonra Barnaulda Eldar adlı şəxs ona «Amil sənin mənə can borcun var» deyərək Maliklə Orxanın onu öldürmək istədiklərini və özünün onlara mane olduğunu demiş, bundan bərk əsəbləşərək 2018-ci ilin əvvəllərində birbaşa Polis İdarəsinə gedib Malik və Orxan tərəfindən maşınların və külli miqdarda pulun ələ keçirilməsi barədə yazılı şikayət ərizəsi vermişdir. Ərizədə Orxangilin dövriyyədə olan pulu ələ keçirmələri barədə qeyd etsə də, Bakıda Malikə və Orxana ayrı-ayrılıqda verdiyi 250.000 (iki yüz əlli min) ABŞ dolları barədə göstərməmişdir. Səbəb onlara həmin pulları Bakıda verməsi olmuşdur. Bundan başqa polisə müraciət edərkən şikayətində çox məsələləri qeyd etməməsinə səbəb vergidən yayınması idi, polis bunu üzə çıxarıb vergi idarəsinə məlumat göndərsəydi müflis olardı. Şikayəti əsasında Polis İdarəsində araşdırma başlanmış, bazada axtarışa başlanılmış, Malik və Orxan saxlanılıb polisə aparılmışlar və ondan oğurladıqları maşınlar cərimə meydançasına gətirilmiş, üzərlərinə həbs qoyulmuşdur, Orxanın seyfindən pulları götürülmüşdür. Onlara xəbər göndərmişdir ki, «məni öldürmək istəyən gəlib öldürsün». Sonra Bakıya gəlib, burada onun pulu ilə alınan iki evə gedib baxmış, hər iki evdə heç bir təmir işləri aparılmadığını görmüşdür. Bu vaxt Orxanın ondan təmir adı ilə aldığı 50.000 (əlli min) ABŞ dollarını da ələ keçirməsini başa düşmüş, bu barədə soruşduqda Orxan evin təmir edilmədiyini və təmir puluna mağazaya mal vurduğunu demişdir. Araşdırma gedişində Orxanın dostu Valerik Akopcanyan adlı bir nəfərin vasitəçiliyi ilə Orxan və Malik onunla görüşüb üç ay ərzində pulunu qaytaracaqlarına söz verdiklərindən polisdə ifadəsini onların xeyrinə dəyişmiş, lakin Orxangil vədlərinə əməl etmədiyi üçün 2018-ci ilin axırlarında Barnaulda polisə gedib yenidən şikayət vermişdir. Rusiyadakı cinayət işinə 25 dekabr 2019-cu ildə xitam verilmişdir. Həmin qərarı dəqiqliklə oxumamışdır. Onun şikayəti əsasında Orxanın otağından götürülən pullar Orxangil onu sözlə aldatdıqları üçün ərizə yazması əsasında Orxana qaytarılmışdır. Belə ki, Orxanın otağından götürülən pulların və üzərinə həbs qoyulmuş avtomobillərin Orxana qaytarılması barədə ərizə yazmışdır. Bakıda 2019-cu ilin yanvar ayının əvvəllərində Orxan və Malikin onun evlərini ələ keçirmələri barədə ərizə yazmış, ilkin ərizədə onlara verdiyi 500.000 (beş yüz min) ABŞ dolları ilə bağlı göstərməmişdir. Həmçinin Malik və Orxanın Barnaulda ona vurduqları 790.000 (yeddi yüz doxsan min) ABŞ dolları maddi ziyan barədə bildirməmişdir, çünki, həmin epizodlar Azərbaycanda baş verməmiş, Barnaulda olmuşdur. Bu səbəblərdən ilkin izahatında ona dəymiş ziyanın məbləği 240.000 (iki yüz qırx min) ABŞ dolları göstərilmiş, 50.000 (əlli min) ABŞ dolları barədə sonradan bildirmişdir. Səbəb o idi ki, evlərin alınması üçün pulları bank vasitəsilə göndərmişdir və bank sənədləri ilə həmin məbləğlərin verilməsi daha rahat sübut olunacaqdır. Malik və Orxana ayrı-ayrılıqda verdiyi 250.000 (iki yüz əlli min) ABŞ dolları barədə araşdırma zamanı izahatında bildirmişdir. Bakıda aldığı evlər onun adına alınmalı olduğu halda belə olmamış, lakin hər iki evin açarı həmişə onda olmuş, 2010-2011-ci illərdə Bakıya gələndə həyət evi olduğu üçün bir neçə ay Malikin, bir ay da Orxanın qaldığı evdə yaşamışdır. Malikgil həmin vaxt Barnaulda olmuşlar. Bundan başqa Malikgil onun birgə meyvə alqı-satqısı ilə məşğul olan tanışları Yavar və Nizami adlı şəxslərə də maddi ziyan vurmuşlar. Belə ki, 2017-ci ildə Malikgillə aralarında yaranmış problemlə əlaqədar bazadan uzaqlaşdırıldığı vaxt Yavərlə Nizami mal göndərməkdə davam etmişlər və Orxangil gələn malın pulunu verməməklə Yavərə 119.500 (bir yüz on doqquz min beş yüz) ABŞ dolları, Nizamiyə isə 38.500 (otuz səkkiz min beş yüz) ABŞ dolları borclu qalmışlar. Yavərlə Nizami həmin məbləğdə pulları ondan tələb etməyə başlamışlar, çünki onu tanıyırdılar və onunla iş birlikləri vardı. Məcbur olub Yavərlə danışmış, Yavər Nizamiyə 38.500 (otuz səkkiz min beş yüz) ABŞ dolları dəyərində banan göndərmiş və Nizamiyə olan borc bağlanmışdır. Hazırda Yavər ondan həm özünün, həm də Nizamiyə göndərdiyi malın pulunu tələb edir. O, isə Orxangildən pullarını ala bilmir. Bundan başqa 2019-cu ilin avqust ayında Bakı şəhəri Nizami Rayonu 24-cü Polis Bölməsində araşdırma zamanı Orxan Bakıxanov qəsəbəsində yerləşən «Gülüstan» restoranında təşkil etdiyi görüşdə onu yenə hədələmiş, 90-009 nömrəli bahalı maşınını və həyət evini qorumağı «məsləhət» görmüşdür, burada çoxlu dostları var və guya onlar Orxanın yolunda ölməyə belə hazırdırlar. Orxangil ondan oğurladıqları pullara min iki yüz ədəd inək, iki min baş qoyun və bir rayon qədər torpaq almışlar. Onun Orxanı tutdurmaq fikri olmamış, Orxan özü qanunsuz olaraq ölkə sərhəddindən qaçmaq istəyərkən tutulmuşdur. Orxan və Malikin tutulmaları üçün 50.000 (əlli min) ABŞ dolları məbləğində xərc çəkməmişdir və ona qarşı belə bir fikrin səsləndirilməsi düzgün deyil. Əksinə Orxangil onun vəkilinin cibinə pul qoymuşlar ki, vəkil onlarla əlbir olsun. Ona qarşı dələduzluq əməllərini Maliklə Orxan etdiyi üçün şikayət ərizələrində onların atası Nazimin adını qeyd etməmişdir. Malikgillə aralarında olan pul məsələlərinin qeydiyyatını apardığı qeyd dəftərini ibtidai istintaq zamanı təqdim etmiş, lakin həmin qeyd dəftərlərin cinayət işinin materiallarına əlavə edilib-edilməməsini xatırlamır. İbtidai istintaq zamanı ona bu və ya digər formada təzyiq göstərilməmişdir, hazırki iş üzrə verdiyi bütün izahat və ifadələrini təsdiqləyir. Lakin izahat və ifadələrində Malikin öz pulu ilə özünə ev alması, onun razılığı ilə puluna aldığı evi adına rəsmiləşdirməsi, Malikin adına olan evi Elçinin alması, Bakıda alınan iki evin təmiri üçün Orxana verilən 50.000 (əlli min) ABŞ dollarının bank vasitəsi ilə göndərilməsi, həmin pulun təyinatı üzrə xərclənmədiyini bildikdən sonra Orxangillə görüşüb bu pulların qaytarılmasına dair razılığa gəlmələrini deməmişdir, çünki, belə bir hallar olmamışdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və onun tərəfindən ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qardaşı, Təqsirləndirilən şəxs isə bacısı oğludur. Amil uzun illərdir Rusiya Federasiyasının Barnaul şəhərində yaşamış, ticarətlə məşğul olmuşdur. Amil orada işləyib özünə müəyyən şərait qurduqdan sonra qohumlarını, o cümlədan bacısı Nazəninin əri Nazim Məhərrəmov və oğlanları Maliklə Orxanı da yanına aparıb işlə təmin edib, onlara köməklik etmişdir. Amil Rusiyada işləyib maddi cəhətdən imkan əldə etmiş, onun və demək olar ki, nəsilə yardım əli uzatmışdır. Buna baxmayaraq o, böyük qardaş kimi nəslin ağsaqqalıdır. Amil Rusiyada olarkən Bakı şəhərinə nə göndərirdisə, hamısını o yerbəyer etmiş, yol göstərən olmuşdur. Amilin Rusiyadan ona göndərdiyi pulların sayı-hesabı yoxdur. Hadisə ilə əlaqədar onu bildirir ki, vəziyyətin bu yerə gəlib çıxmasında onun da günahı böyükdür, bacısı oğlu Orxana inanmaqda səhvə yol vermişdir. O, ailədə, nəsildə olan bütün çatışmazlıqları Amilin hesabına edirdi. Amil olmasaydı elə bir gücü olmazdı. Amil onun qardaşı olsa da, onu özünə ata bilmiş, hətta əmiləri, dayıları, bütün nəsil Amilə ata demiş, onu bir böyük kimi sayıb seçmişlər. Amilin hamıya maddi cəhətdən etdiklərini nəinki o, heç kim edə bilməzdi. Bu günkü gündə nəfəs alırlarsa, bu Amilin hesabınadır. X67 əməlindən peşiman olduğunu deyib üzr istəsə nəslin ağsaqqalı olaraq söz verir ki, Amil onun sözündən çıxmayıb, Orxanı bağışlayacaq. Orxana 250.000 (iki yüz əlli min) ABŞ dolları məbləğində pul verməmiş, həmçinin Şahid2 tərəfindən Orxanla Malikə həmin məbləğdə pul verilməsində iştirak etməmişdir. Bakıda alınan və hazırki iş üzrə mübahisələndirilən evlərin kimə məxsus olmasını bilmir. İbtidai istintaq zamanı ifadənin yerində yoxlanılması istintaq hərəkətinin həyata keçirilməsində iştirak etməmişdir. Şahid1 ibtidai araşdırma orqanına verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyətlər olduğu üçün onun ibtidai araşdırma orqanına verdiyi ifadəsi elan edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. Amil uzun illərdir ki, Rusiya Federasiyası Barnaul şəhərində yaşayıb orada ticarətlə məşğul olmuşdur. Amil orada işləyib özünə müəyyən şərait qurduqdan sonra bacısı Nazəninin həyat yoldaşı Nazim və daha sonra sonuncunun oğlanları Malik və Orxan da Amilin yanına getmiş və Amil orada onları işlə təmin edib köməklik etmişdir. Təxminən 2008-ci ilin axırlarında Amil ona demişdir ki, Bakı şəhərində ev almaq istəyir və bildirmişdir ki, o, həmin vaxtı Bakıda olan Maliklə birlikdə münasib ev tapsın. Amil demişdir ki, Malik ailə quracaq və müvəqqəti olaraq həmin alınan evdə yaşayacaqdır. Maliklə bir neçə satılan evə baxmış, nəticədə Suraxanı qəsəbəsi ərazisində münasib qiymətə çıxarışı olan həyət evi tapmışlar. Ev 120.000 (bir yüz iyirmi min) ABŞ dollarına satılırdı. Bu barədə Amilə demiş, sonuncu pulu göndərəcəyini bildirmişdir. Sonra ona məlum olmuşdur ki, Amil, qaynı Elçinin adına bank vasitəsilə pul göndərmiş, daha sonra o, Elçin və Malik Suraxanıda satılan evin yaxınlığında görüşmüşlər. Elçin 120.000 (bir yüz iyirmi min) ABŞ dollarını Malikə vermiş və çıxıb getmişdir. Həmin ərəfədə Malik ona demişdir ki, evlənmək istəyir, lakin evi olmadığı üçün istədiyi qızı vermirlər və ondan xahiş etmişdir ki, Amilin aldığı evi sonuncunun öz adına rəsmiləşdirilsin, lakin bunu Amil bilməsin. Malik bildirmişdir ki, evlə bağlı ona etibarnamə verər, qız evinə evin sənədini göstərib işləri həll etdikdən sonra istənilən vaxt evi Amilin adına keçirər. Amillə bu barədə razılaşmadan Malikə razılıq vermişdir. Daha sonra Malik həmin evi Amilin göndərdiyi 120.000 (bir yüz iyirmi min) ABŞ dollarına almış və ona da bütün əmlakı ilə bağlı mülki etibarnamə vermişdir. Bir müddət sonra Amil demişdir ki, Bakıda yenə ev almaq istəyir, Orxan da ailə qurmalıdır və Orxan evlənib müvəqqəti olaraq Amilin aldığı ikinci evdə qalacaqdır. Orxanla birlikdə bir neçə evə baxıb 8-ci km. bazarı yaxınlığında hündürmərtəbəli binadan ikiotaqlı mənzil bəyənmiş və mənzil 120.000 (bir yüz iyrmi min) ABŞ dollarına satılırdı. Yenə həmin qaydada Amil Elçinə bank vasitəsilə pul göndərmişdir. Elçin onun yanında «Neftçilər» metrosunun yaxınlığında Orxana 120.000 (bir yüz iyirmi min) ABŞ dolları pul vermişdir. Orxan həmin vaxtı ondan xahiş etmişdir ki, mənzil müvəqqəti olaraq öz adına rəsmiləşdirilsin ki, evləndiyi qızın ailəsi evlə bağlı narazılıq etməsinlər və Orxan da ona etibarnamə verər ki, istənilən vaxtı mənzili Amilin adına keçirə bilsin. Orxan onun bacısı oğlu olduğu üçün və ailə qurmasında problem olmasın deyə buna etiraz etməmiş, lakin yenə də Amilə bu barədə heç nə deməmişdir. Həmin vaxtlar Malik və Orxan Amilin yanında işləmiş, münasibətləri çox yaxşı olmuşdur. Orxanın mənzilinin alınması prosesində iştirak etmişdir. Malik ailə qurduqdan bir müddət sonra ailəsində problem çıxmış və onlar boşanma ərəfəsində olmuşlar. Orxan həmin vaxtı ona təklif etmişdir ki, Malikin adına olan Amilin evi ilə bağlı boşanma prosesində bir problem çıxmaması üçün boşanma olmamışdan əvvəl həmin evi Orxanın adına keçirsin. Həmin ərəfədə Amil özü Bakıda olmadığı üçün evin Orxanın adına keçirilməsinə razılıq vermişdir. Amil Bakıda olsaydı evi Amilin adına keçirdəcəkdi. Malikin onda olan baş etibarnaməsi vasitəsilə həmin evi Orxanın adına keçirtmişdir. Daha sonra Malik ailəsindən rəsmi ayrılmış, evlə bağlı bir problem çıxmamışdır. Lakin sonralar başı qarışdığı və səhlənkarlıq edib ciddi əhəmiyyət vermədiyi üçün hər iki ev Orxanın adında qalmış, evləri Amilin adına keçirtməmişdir. Daha sonra 2016-cı ilin sentyabr ayının axırlarında Amil ona demişdir ki, Bakıda olan əmisi oğlu Şahid4 ona 210.000 (iki yüz on min) ABŞ dolları pul verəcəkdir. Həmin pul Orxana verilməlidir. Həqiqətən də Ziya ona 210.000 (iki yüz on min) ABŞ dolları pul vermiş və o Orxanla, özünün yaşadığı məhəllədə görüşərək təklikdə Orxana 210.000 (iki yüz on min) ABŞ dolları pul vermişdir. Bir neçə gün sonra yenə 2016-cı ilin sentyabr ayının axırlarında Amil ona demişdir ki, Varis adlı dostu ona 40.000 (qırx min) ABŞ dolları pul verəcəkdir. Həmin pul Orxana verilməlidir. Varisdən 40.000 (qırx min) ABŞ dollarını alıb yenə öz yaşadığı məhəllədə Orxana vermişdir. Həmin pulların konkret nə səbəbdən Orxana verilməsini bilməmiş, amma təxmin etmişdir ki, hansısa ticarət işi ilə bağlı verilir. Sonrakı vaxtlarda Amil, Malik və Orxandan narazılıq etmişdir ki, onlar Amili aldadır və pullarını ələ keçirirlər. Söhbətin dərinliyinə getməmiş, sonra bilmişdir ki, Amil Malikin və Orxanın hər iki evdən çıxmasını tələb etmiş, Orxangil isə evlərin onların adına olduğunu deyib çıxmayacaqlarını demişlər. Amil ondan bu barədə soruşmuş, o etiraf etmişdir ki, həqiqətən də Malik və Orxanın xahişi ilə evlərin onların adına rəsmiləşdirilməsinə etiraz etməmişdir. Amildən xəbərsiz iş tutduğuna görə bir müddət küsülü qalmışlar. Amilin aldığı hər iki evin açarı onda olmuş və həmin açarları o vaxtdan Amilə vermişdir. Əlavə dindirilərkən ifadəsində göstərmişdir ki, verdiyi əvvəlki ifadədə qardaşı Zərərçəkmiş şəxs məxsus 120.000 (bir yüz iyirmi min) ABŞ dolları məbləğində pul vəsaiti Şahid2 tərəfindən Təqsirləndirilən şəxs 2009-cu ilin sentyabr ayında verilmişdir. Həmin tarixi Elçinin sözünə görə demişdir, çünki Orxana pulun verilməsini dəqiq xatırlasa da, verilmə tarixini xatırlamamışdır. İstintaq şöbəsində şahid qismində ilk ifadəni verməzdən öncə pulun Orxana verilmə tarixi barədə Elçindən soruşmuş, Elçin təxminən 2009-cu ilin sentyabr ayı olduğunu ona demişdir. Ona görə də ilk ifadəsində o cür göstərmiş, sonra isə, yəni bu günlərdə Amildən eşitmişdir ki, Elçin Orxana pulu verdikdən sonra özündə qeydiyyat apamış və həmin qeydiyyat vərəqəsindən məlum olmuşdur ki, 120.000 ABŞ dolları Orxana 2010-cu ilin yanvar ayında verilmişdir (cild 01, iş vərəqi 215- 218; cild 04, iş vərəqi 04-05, 238-239). Şahid1 elan olunan ifadə ilə məhkəmədə verdiyi ifadə arasındakı fərqi həmin ifadəsini oxumadan imzalaması ilə əsaslandırmış və məhkəmədə verdiyi ifadənin doğru olduğunu bildirmişdir. Məhkəmədə dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, yeznəsi Zərərçəkmiş şəxs ilə münasibəti normaldır. Zərərçəkmiş şəxs uzun illərdir ki, Rusiya Federasiyasının Barnaul şəhərində ticarətlə məşğul olurdu. Amil özü Barnaul şəhərində olduğu vaxtda Bakı şəhərinə aid müəyyən işləri olanda ona demiş, o da deyilən işləri həll etmişdir. 2008-ci ilin noyabr ayında Amil Barnauldan ona zəng vurub pul göndərəcəyini və pulu Bakıda dediyi adamlara verməli olduğunu demiş, pulu qəbul etmək üçün "xxxx" ASC-yə gedərək orada öz adına şəxsi hesab açdırmasını tapşırmışdır. 07 noyabr 2008-ci il tarixdə həmin banka gedib öz adına hesab açdırmışdır. Bir müddət sonra Amil ona həmin hesaba pul göndərməsini demiş, o da banka gedib həmin pulu çıxartmışdır. Amil ona adına yenə pul göndərəcəyini və müəyyən məbləğ yığılandan sonra həmin pulu Bakı şəhərində deyəcəyi adama verməsini bildirmişdir. Amil onun hesabına pul köçürdükcə ona demiş, o da gedib həmin məbləğləri çıxartmışdır. Təxminən 100.000 (bir yüz min) ABŞ dollarından artıq pul yığılmışdır. Səhv etmirsə 2009-cu ilin yanvar ayında Amil ona demişdir ki, yığılan pulun 120.000 (bir yüz iyrmi min) ABŞ dollarını Amilin bacısı oğlu X11 versin. Bundan sonra Maliklə Bakı şəhəri Suraxanı rayonu, Suraxanı qəsəbəsinə gedən yolda «Lukoil» yanacaqdoldurma məntəqəsinin yaxınlığında görüşərək, ona 120.000 (bir yüz iyrmi min) ABŞ dolları pul vermişdir. Həmin vaxtı Amilin qardaşı Şahid1 da onun yanında olmuşdur. Həmin pulun Malikə verilmə səbəbini bilməmişdir. Ümumiyyətlə Amilin işlərinə qarışmamış, sadəcə bir qohum kimi işlərində köməklik etmişdir. Amil özü də ona Malikə nə üçün pul verməlisini deməmişdir. Sonra Amil yenə həmin bank hesabına pul göndərmiş və göndərdikcə ona demiş, o da pulları bankdan çıxarıb özündə saxlamışdır. Növbəti dəfə Amil ona zəng vurub demişdir ki, yığılan puldan 120.000 (bir yüz iyrmi min) ABŞ dollarını Amilin bacısı oğlu Təqsirləndirilən şəxs versin. Orxan Malikin kiçik qardaşı idi. Orxanla «Neftçilər» metrosu yaxınlığında görüşüb ona 120.000 (bir yüz iyrmi min) ABŞ dolları vermişdir. Orxana hansı səbəbə görə pul verilməsini bilməmiş, Amildən də bu barədə soruşmamışdır. X57 yanında işləmişlər. Həmin pulları Amil bank vasitəsilə ona göndərmiş və həmin pullar Amilə məxsus olmuşdur. Lakin o pulu bankdan çıxardanda həmin məbləğin Rusiyada konkret kimin adından hesaba köçürülməsini bilməmişdir. Ona görə də, həmin məbləğlərin Məhəbbət Məhərrəmov, Nazim Məhərrəmov, Ramil Alıyev, X18 və ya hər hansı digər şəxslər tərəfindən hesaba köçürülməsi barədə məlumatsız olmuşdur. Çox güman ki, Amil pulu onun hesabına köçürmək üçün həmin şəxslərə verib, onlar da banka gedib pulu onun adına göndərmişlər. Amildən başqa Rusiyadan ona pul göndərən olmamışdır. Adları sadalanan digər şəxslər ümumiyyətlə ona öz pullarını göndərə bilməzdilər, çünki həmin şəxsləri tanımamış və heç bir əlaqəsi olmamışdır. Bundan başqa Malikin verdiyi etibarnamə əsasında ünvan 11 ünvanda yerləşən fərdi yaşayış evinin 27 fevral 2009-cu il tarixdə baş tutan alqısatqısında iştirak edərək AN-İN0177972 nömrəli müqaviləyə imza etmişdir. Bunu da Amilin və Malikin xahişi ilə etmişdir. Həmin vaxt Malik Bakıda olmadığı üçün ona verilmiş etibarnamə əsasında alqısatqını həyata keçirtmişdir. Bilirdi ki, ev onsuzda qohumu Amil üçün alınır, ona görə də, bunu etirazla qarşılaya bilməzdi. Həmin ev təxminən 80.000 (səksən min) ABŞ dollarına alınmış, lakin rüsumlardan azad olmaq üçün müqavilədə qiymət az göstərilmişdir. 120.000 (bir yüz iyrmi min) ABŞ dollarından qalan 40.000 (qırx min) ABŞ dolları isə Malikin özündə qalmışdır. Şahid2 ifadəsinə əlavə olaraq göstərmişdir ki, iş üzrə hələ ibtidai istintaq zamanı yaşadığı evdə kitab rəfində səliqə-səhman yaradarkən təsadüfən ona məxsus «Məad- ölümdən sonrakı həyat» adlı kitabının vərəqələri arasından üzərində Orxana və Malikə verdiyi pulların qeydiyyatını apardığı kağız parçasını tapmışdır. Həmin kağız parçasında yazdığı qeydlər təsdiq etmişdir ki, o, 19 yanvar 2009-cu il tarixdə Malikə 120.000 (bir yüz iyrmi min) ABŞ dolları, 22 yanvar 2010-cu il tarixdə isə Orxana 120.000 (bir yüz iyrmi min) ABŞ dolları məbləğində pul vermişdir. Həmin kağızda yalnız özü üçün qeydiyyat aparmışdır ki, yadında qalsın. Kağızı nə Orxana, nə də Malikə imza etdirmişdir. Onlarla qohum olduğu üçün utanmışdır ki, öz dayılarının verdiyi pula görə kağızı onlara uzadıb imza atdırsın. Həmin qeydləri sırf özü üçün yazıb kağızı yaddaş vərəqəsi kimi saxlamışdır. Bu kağızın olmasından Amilin belə xəbəri olmamışdır. Kağız parçasını kitabın arasından tapdıqdan sonra Amilə bu barədə məlumat vermişdir. Əlində olan qeyd kağızına əsasən dəqiq olaraq bildirir ki, Malikə 120.000 (bir yüz iyrmi min) ABŞ dollarını 19 yanvar 2009-cu il tarixdə, Orxana 120.000 (bir yüz iyrmi min) ABŞ dollarını isə 22 yanvar 2010-cu il tarixdə vermişdir. Malikə verdiyi 120.000 (bir yüz iyrmi min) ABŞ dollarının 80.000 (səksən min) ABŞ dollarına ev alınmış, qalan 40.000 (qırx min) ABŞ dollarının aqibəti barədə isə məlumat yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə dostdur, aralarında ticarət əlaqələri olmuşdur, hazırda da yaxşı münasibətdədirlər. Ağsu rayonunda yerləşən, 2001-2002-ci illərdə fəaliyyətə başlamış «Billur» meyvə şirəsi zavodu olmuşdur. 2004-cü ildə Amil həmin zavoda 300.000 (üç yüz min) ABŞ dolları pul yatırmışdır ki, onun dediyi etiket və şüşələrdə şirə istehsal olunaraq Rusiya Federasiyasına göndərilsin. Bu qaydada xeyli müddət işləmişlər, birbirlərində pulları olmuşdur. 2016-cı ilin sentyabr ayında Amil Rusiyadan zəng vurub onda olan pulundan 40.000 (qırx min) ABŞ dollarını Bakıda qardaşı Şahid1 verməyi xahiş etmiş, Bakıda Akiflə görüşüb, həmin məbləğdə pulu ikilikdə ona vermiş, daha sonra Amilə zəng edib, bu barədə məlumat vermişdir. Həmin pul Amilin özünə məxsus olduğundan pulun Akifə verilməsinin səbəbini soruşmamışdır. Başqa vaxtlar da Amilin sözü ilə ayrı-ayrı adamlara pul vermişdir. Təqsirləndirilən şəxsla arasında pul məsələsi olmamış, Orxana və Malik Məhərrəmova pul verilməsinin şahidi olmamışdır. Məhkəmədə dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, polis nəfəridir, 2015-ci ildən ailəlidir, anası, arvadı və iki uşağından ibarət ailəsi ilə birlikdə Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsində yaşayır. Zərərçəkmiş şəxs onun əmisi oğludur, aralarında normal münasibət var, ədavət və ya düşmənçilikləri yoxdur. Orxan və Malik Məhərrəmovlar əmisi qızının oğlanları olsa da, gediş-gəlişləri olmadığından onlarla elə də ünsiyyəti, həmçinin ədavət və ya düşmənçilikləri də olmamışdır. Amil nəslin ağsaqqalı olmaqla hamının böyük hörmətini qazanmışdır, biznes fəaliyyəti ilə məşğul olurdu, imkanlı idi. 2016-cı ilin təxminən sentyabr ayının əvvəllərində Amil ona zəng edib Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən «Statistika dairəsi»nin qarşısına gedib, oraya «Range Rover» markalı avtomobillə gələcək bir nəfərin verəcəyi 210.000 ABŞ dolları pulu götürüb özündə saxlamağı demiş, elə həmin gün şəxsi avtomobili ilə günorta saat 14-16 radələrində «Statistika Dairəsi»nin qarşısına getmiş, az sonra qara rəngli «Range Rover» markalı avtomobil yaxınlaşıb dayanmış, sürücüsü orta yaşlı bir şəxs ona yaxınlaşıb adını, Amilin adamı olub-olmadığını soruşmuş və o, təsdiq edəndən sonra həmin şəxs sellofan torbada olan pulu ona vermişdir. Pul iyirmi bir bağlamada dollardan ibarət 210.000 (iki yüz on min) məbləğində idi. Həmin pulun kimə məxsus olduğunu bilməmiş, Amildən pulu birbaşa Akifə göndərməməsinin, yaxud pulun Akifə verilməli olmasının səbəbləri barədə soruşmamışdır. Pulu alandan sonra Amilə bu barədə məlumat vermişdir. Həmin pul təxminən bir ay onda qalmış, sonra Amil zəng vurub pulu qardaşı Şahid1 çatdırmağı demiş, Akifin yaşadığı Bakı şəhəri Nizami rayonu, 8-ci km. Qəsəbəsi, Naxçıvanski küçəsindəki evinin qarşısına gəlib onunla görüşərək 210.000 (iki yüz on min) ABŞ dollarını ona vermişdir. Sonrakı danışıqlar zamanı bilmişdir ki, Akifə verdiyi 210.000 (iki yüz on min) ABŞ dolları pulu sonuncu Amilin sözü ilə Orxana vermişdir. 2017-ci ildən başlayaraq Amil ilə bacısı oğlanları Orxan və Malikin arasında pulla bağlı narazılıq yaranmış, bütün nəsil bilmişdir ki, Orxanla Malik öz dayıları Amili aldadıb külli miqdarda pulunu ələ keçirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2005-2006-cı illərdən tanışdırlar, dost kimi normal münasibətləri var, aralarında ədavət və ya düşmənçilik yoxdur. Bakı şəhər Nərimanov Rayon Polis İdarəsində dindirilərkən izahatında Amil ilə aralarında olan pul haqq-hesabı barədə bildirmişdir. Belə ki, Amil Rusiyada olarkən onun tapşırığı ilə Bakı şəhərində bir neçə nəfərə müxtəlif işlərlə əlaqədar müəyyən məbləğlərdə pul vermişdir. Amilin deməsinə görə onun tapşırığı ilə 50.000 (əlli min) ABŞ dolları məbləğində pulu verdiyi şəxs bacısının oğlu Təqsirləndirilən şəxs olmuşdur. Həmin ərəfədə Amilin xahişi ilə bir neçə şəxsə pul verdiyindən hazırda onların kimliyini xatırlamır. Amil deyəndən sonra ifadəsində bildirmişdir ki, bir nəfərə 50.000 (əlli min) ABŞ dolları vermiş, lakin həmin şəxsin Orxan olub-olmamasını dəqiq xatırlamır, həm də sonradan həmin şəxsin Orxan olmadığı məlum olmuşdur. 50.000 (əlli min) ABŞ dolları məbləğdə pulu kimə verməsini xatırlamır. Amil onun 50.000 (əlli min) ABŞ dolları məbləğdə pulunu özünə qaytarmışdır. Məhkəmədə Şahid5 verdiyi ifadə ilə ibtidai istintaqa verdiyi ifadə arasında yaranmış ziddiyyətlə əlaqədar onun ibtidai istintaq zamanı verdiyi ifadə ziddiyyət yaratdığı hissədə elan olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, 2015-ci ilin iyun ayının əvvəllərində Amil Rusiyadan ona zəng vurub bildirmişdir ki, bacısı uşaqları Bakı şəhəri Suraxanı rayonundakı evində təmir işləri aparmalı, qaraj tikdirməlidirlər, bunun üçün 50.000 (əlli min) ABŞ dolları pul lazımdır və özü Rusiyada olduğundan həmin məbləğdə pulu Təqsirləndirilən şəxsla görüşüb verməyi xahiş etmişdir. Orxan Amilin bacısı oğludur. Razılaşandan sonra, Orxan ona zəng vurmuş, Bakı şəhəri Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında, Qara Qarayev prospektində yerləşən «Çudo Peçka»nın qarşısında görüşmüşlər. Orxan onun idarə etdiyi «Mercedes» markalı avtomobilə əyləşmiş və o sayıb 50.000 (əlli min) ABŞ dolları pulu ikilikdə Orxana vermiş, sonuncu pulu götürüb çıxıb getmişdir. Təxminən 2017-ci ildə Amillə bacısı oğlanları arasında pulla bağlı problem yarandığını, həmçinin Orxanın ondan aldığı 50.000 (əlli min) ABŞ dolları pulu, bundan başqa Amilin külli miqdarda pullarını ələ keçirdiyini eşitmişdir (cild 02, iş vərəqi 37-39). Şahid5 ifadələri arasında yaranan ziddiyyətin səbəbini açıqlamadan ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməsini bildirmişdir. Məhkəmədə dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əmisi oğludur. Amili indiki dövrün X26 kimi tanıyır, çünki, Amil hər zaman kasıbların yanında olub, onların əllərindən tutaraq ehtiyaclarını qarşılamışdır. X58 1997-ci ildən Rusiya Federasiyasının Barnaul şəhərində Amilin meyvə-tərəvəz anbarlarını işətmiş, həmin ərəfədə hər dəfə bir-iki ay qalmaqla bir neçə dəfə Rafiqin yanına gedib-gəlmişdir. Orxan və X23 yanında işləmişlər. Onlar Amilin bacısı oğlanları idilər. X62 anbarı tapşırmış, həmçinin onların atası Nazim də kafeni işlətmişdir. Amillə Orxanın arasında olan biznes əlaqələrindən ətraflı məlumatı, onların Russiyada ev alıb-almamalarından xəbəri olmamışdır. Rusiyada Orxangilə getdiyi zaman onların ev şəraiti, yaşayışları yaxşı olmuşdur. 2009-cu ilin yanvar ayında Amil söhbət əsnasında ona demişdir ki, Bakı şəhərində özünə ev almaq istəyir və bu məqsədlə Bakıya bank vasitəsilə pul göndərmək lazımdır, adına firma olduğuna görə öz adından pul göndərəndə həm rüsum çox tutulur, həm də vergi hesabatı ilə bağlı sonradan problem olur, ona görə də xahiş etmişdir ki, Bakıya pul göndərəndə öz adından deyil, ayrı-ayrı şəxslərin adından göndərir. Özü Azərbaycan vətəndaşı olduğu üçün göndərəcəyi pulun miqdarında məhdudiyyət olmamış və rüsum çox az tutulmuşdur. Ona görə də Amilin tapşırığı ilə Bakıya Şahid2 adına Barnaulda olan bankdan 24 yanvar 2009-cu il tarixdə 42.000 ABŞ dolları, 25 fevral 2009-cu il tarixdə 29.000 ABŞ dolları pul göndərmişdir. Pulları Amilin bacısının əri Nazim və sonuncunun oğlu Məhəbbətin yanında göndərmişdir, daha doğrusu pul Nazimlə Məhəbbətdə olmuş, o, sadəcə göndəriş sənədləri imzalamışdır. Pulları göndərəndən sonra Amillə bu barədə heç nə danışmamışdır, çünki, göndərilən pullar Nazimgildə olurdu. Həmin pullar Amilə məxsus olmuşdur. Elçin pulları Bakıda qəbul etdikdən sonra pulun kimə verilməsi, evin hansı şəraitdə və harada alınması barədə heç bir məlumatı olamamışdır. Bir neçə ildən sonra Orxan və Malik Amilin pullarını ələ keçirdiklərinə görə sonuncu ilə aralarında mübahisə düşməsini eşitmişdir. Sonradan qardaşı Rafiq həbs olunmuş, bu vaxt adına olan əmlaklar, kirayə pulları barədə məlumatı olmamışdır, bircə onu bilir ki, Rafiqin heç bir əmlakı qalmayıb, hamısı satılıbdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qaynıdır. Amil Barnaulda yaşayıb işləmiş imkanı yaxşı olmuşdur. Füzuli rayonundan məcburi köçkün düşdükdən sonra Saatlı rayonunda məskunlaşmışlar, sürücü işləməklə ailəsini dolandırmışdır. 1997-ci ildə Amil «Qazel» markalı, 01BS476 dövlət nömrə nişanlı avtomobili ona bağışlamış, həmin maşınla Saatlı-Bakı istiqamətində marşrutda işləməyə başlamış və 2011-ci ilə kimi marşrutu idarə etmişdir. Amil nəinki bacı-qardaşlarına, hətta onun kimi imkanı olmayan qohumlarına hər zaman maddi köməklik göstərmişdir. Oğlunun Qum adasında tikdiyi evin tikintisini Amil tamamlamışdır. Nəvəsinin yanıq xəsarəti alması ilə bağlı müalicəsi üçün lazım olan məbləği toplamaq üçün Azərbaycan xalqına müraciət edilmiş, müalicə pulunun 20.000 (iyirmi min) manatını xeyriyyəçi qadın ödəmiş, yerdə qalan xərcləri isə Amil qarşılamışdır. Amma Amildən onu oğlu ilə birlikdə Rusiyaya aparmağı xahiş etsə də, Amil buna razı olmamış, ona Azərbaycanda köməklik etmişdir. Məcburi köçkünçülük dövründə Amilin bacıları Xatirə və Nazənin ailələri ilə birlikdə Amilin Bakı şəhərində yerləşən beşotaqlı evində qalmışlar, Amil Nazəninin əri Nazimə 8-ci km. bazarında kafe almış, Nazim oranı işlətməyə başlamış, lakin işləri yaxşı getmədiyindən Barnaula Amilin yanına gedib, orada onun kafesini işlətmiş, Nazimin oğlanları Orxanla Malik də böyüdükdən sonra Amilin yanına gedib, onun yanında işləmişlər. Hətta Orxangil özlərinə ev alana kimi Amil Bakıda özünə aldığı iki ədəd evi Orxan və Malikə ailələri ilə birlikdə müvəqqəti yaşamaları üçün vermiş, hər ikisinin toyunu da etmişdir. Sonradan qohum-əqrabadan X52 aldadıb pullarını ələ keçirdikləri üçün sonuncu ilə aralarında mübahisə düşdüyünü eşitmişdir. Bundan sonra Malik ona demişdir ki, ağsaqqallıq edib, Amillə onları barışdırsın, Orxan da ona zəng edib telefonda Amilə 500.000 ABŞ dolları verib barışmaq istədiyini demiş, sonradan fikrindən daşınmışdır. Amillə Malikgilin arasında hesablaşma olmasından xəbəri olsa da, sonda kimin kimə borclu olduğu, habelə Rusiyada kimin hansı təsərrüfatı olduğu barədə məlumatı olmamışdır. Orxangilin Rusiyada işləyərək özlərinə ev alıb-ala bilməmələri iqtidarında olub-olmadığı barədə bir fikri yoxdur. Məhkəmədə dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun xalası oğludur, 1988-ci ildə birlikdə Rusiya Federasiyasının Altay vilayətinin Barnaul şəhərində eyni hərbi hissədə hərbi xidmətə başlayaraq bir il eyni hərbi hissədə xidmət etdikdən sonra Omsk şəhərində yerləşən başqa hərbi hissəyə köçürülmüş və orada hərbi xidmətini başa vurmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra özü Azərbaycana qayıtmış, Amil isə Barnaul şəhərində qalıb işləməyə başlamışdır. Amilin malik olduğu əmlak, mülk barədə bütün məlumatları bilməsə də, onun imkanlı olduğunu bilirdi. 1993-cü ildə Füzuli rayonu işğal olunduqdan sonra Amil Barnauldan Azərbaycana gəlib, Füzuli rayonunda yaşayan bacıları Xatirə və Nazənini Bakıya yerləşdirmək üçün «Neftçilər» metrosunun yanında öz puluna beşotaqlı ev alıb, onları ailələri ilə birlikdə həmin evə köçürmüşdür. Amil ümumiyyətlə bütün maddi imkanı olmayan yaxın və uzaq qohumlarına dolanmaları üçün köməklik edirdi. Belə ki, Amil Xatirənin əri Nadirə öz istəyi ilə toylarda çəkiliş aparıb pul qazanması üçün videokamera, həmçinin «Vaz-2107» markalı avtomobil, Nazəninin əri Nazimə işləyib pul qazanmaqdan ötrü Bakıda 8-ci km. bazarında 5.000 (beş min) ABŞ dollarına kafe almışdır. 1994-1995-ci illərdə Nazim qazandığı pulları içkiyə verdiyindən Nazənin ondan narazılıq etməyə başlamış və Amil məcbur olub Nazimi yanına Barnaula aparmışdır. Həmin vaxt o da işləmək məqsədilə Nazimlə birlikdə Amilin yanına getmişdir. Amil onlara bazarda şərait yaratmış, Nazimlə birlikdə bazarda işləməyə başlamışlar. Nazimlə birlikdə təxminən bir ay işləyib kifayət qədər pul qazanır, sonra Bakıya ailələrinin yanına qayıdaraq əldə olan pulu bir neçə aya xərcləyib sonra yenidən Amilin yanına qayıtmaqla bir neçə il bu qaydada işləmişlər. Əvvəl Nazimlə birlikdə işləsə də, sonra başqa adamların yanında işləmişdir. Amilin maddi köməkliyi ilə Nazimgil Əhmədli qəsəbəsində ikiotaqlı ev almışlar. 1997-ci ildə Amil ailə qurduqdan sonra Bakıdakı beşotaqlı evini təmir etdirmiş, orada yaşayan Xatirəgil üçün əvvəlcə həmin mənzillə üzbə-üz digər mənzili kirayə tutub, kirayə haqqını ödəmiş, sonra isə Xatirəyə Bakıxanov qəsəbəsində mənzil almışdır. Xatirəgil sonra həmin evi satıb Amilin maddi köməkliyi ilə Bakıxanov qəsəbəsi ətrafında həyət evi almışlar. Amil digər bacısı Leylanın əri İsmayıla «Qazel» markalı avtomobil alıb vermişdir ki, marşrutda işləyib ailəsini dolandırsın. «Qazel» markalı avtomobil onun adına rəsmiləşdirilmişdir. Amil digər bacısı Nailə üçün Bakıxanov qəsəbəsində ev almışdır. Təxminən 1998-ci ildə Nazim Barnaulda mütəmadi içki içib özünü yaxşı aparmadığı üçün Amil onu bir də Barnaula gəlməməsi şərti ilə Bakıya qaytarmış, sonradan atasının xahişi ilə Nazimin Barnaula gəlib işləməsinə razılıq vermişdir. Beləliklə, Nazim 2004-2005-ci illərə kimi Barnaulda Amilin yanında işləmişdir. Həmin ərəfədə Nazimin oğlu Malik Məhərrəmov da işləmək üçün Barnaula gəlmiş və Amilin kiçik qardaşı Azərin yanında meyvə-tərəvəz bazarında ekspeditor işləmiş, anbarlardan bazara mal daşımaqla məşğul olmuşdur. Ümumiyyətlə həmin malların hamısı Amilə məxsus olmuş və Amil hər sahəni bir nəfərə tapşırmışdır. Malikin kiçik qardaşı Təqsirləndirilən şəxs da Barnaula işləməyə gəlmiş, əvvəlcə Amilin yanında fəhlə işləmiş, sonra Amil Orxana mal satışı sahəsini tapşırmışdır. Malik və Orxan həmişə Amilin yanında işləmişlər, lakin hansı şərtlərlə işlədiklərini bilmir, bildiyi odur ki, Amil onlara maaş vermiş və dolanmaları üçün lazımi şərait yaratmışdır. Orxangilin işlətdikləri dörd-beş anbarı Amil icarəyə götürmüşdür. 2009-2010-cu illərdə Amil Bakıda iki ev almış və Orxanla Malikə ailə qurduqları üçün həmin evlərdə müvəqqəti olaraq yaşamağa icazə vermişdir. 2015-2016-cı illərdə Amil Barnaulda «Özbək bazarı»nı 1.200.000 (bir milyon iki yüz min) ABŞ dollarına almaq istəmiş, bu məqsədlə yığdığı pulları Orxanla Malikə vermiş, bundan başqa həmin ərəfələrdə Barnaulda olan bütün ticarət işlərini Maliklə Orxana tapşırmış və sonuncular işin üstündə dayanmışlar. Lakin Amil həmin bazarı ala bilməmişdir. Təxminən 2017-ci ildə Amil hesablama aparanda X42 külli miqdarda pulunu ələ keçirmələri məlum olmuş, aralarında mübahisə düşmüşdür. Onların arasında olan hesablaşmada iştirak etməmişdir. Orxangilin Amilə nə qədər, ümumiyyətlə Amilin və ya Orxanın hansının bir-birinə borclu olduqlarını bilmir. Orxangil Amilin yanında işləmək hesabına maddi imkanları yaxşı idi, lakin necə varlanmaları haqqında bir fikri yoxdur. Orxan və Malikin ferması olmuş, həmin fermada bir-iki gün qonaq olmuşdur. Onların fermanı neçəyə aldıqlarını, fermada neçə baş heyvan olduğunu bilməmişdir. Orxanla Malikin necə ev aldıqlarını da bilmir, bəlkə də işləyərək alıblar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Bakı şəhəri ünvan 13un faktiki alqı-satqısını həyata keçirmiş, mənzil formal olaraq anası X4 adına rəsmiləşdirilmişdir. Kiçik qardaşı Daşqın Hüseynov 2002-ci ildən Rusiya Federasiyasının Novosibirsk şəhərinə getmiş, sonradan digər kiçik qardaşları Rahil və Müşfiq də Daşqının yanına getmiş və hər üçü birlikdə orada meyvə ticarəti ilə məşğul olmuşlar. Özü Bakı şəhərində yaşayıb burada işləmişdir. Qardaşlarının üçü də hazırda Novosibirskdə olmaqla ancaq Novruz bayramında Bakıya gəlirlər. Qardaşlarının deməsindən ona məlum olmuşdur ki, onlar təxminən 2008-2009-cu illərdən Rusiya Federasiyasının Barnaul şəhərində meyvə işi ilə məşğul olan əslən Füzuli rayonundan Zərərçəkmiş şəxs ilə iş birliyinə girmiş, ona mal göndərmişlər. Amilin bacısı oğlanları Orxan və X27 məxsus anbarda işləmişlər. Barnaulda olan işin rəhbəri yəni, bazanın böyüyü Amil olduğundan qardaşlarının danışığı da əvvəldən Amillə olmuşdur, lakin Amil ticarəti, işləri idarə etməyi Orxanla Malikə tapşırmış, mal sifarişini Orxanla Malik etmişlər. Amil Daşqının toyunda iştirak etdiyi üçün o da qardaşlarının adından Malikin toyunda iştirak etmiş, Orxanı ilk dəfə həmin toyda görmüşdür. 2016-cı ilin təxminən yay aylarında Daşqın Novosibirskdən ona zəng vurub demişdir ki, Orxanla Malikə göndərdiyi mala görə Orxangilin 3.000.000 (üç yüz min) rubldan artıq, təxminən 90.000 (doxsan min) manat borcu yaranmışdır və Orxan həmin borcun əvəzinə Bakı şəhərində iki mənzil təklif edir, mənzillərə baxıb birini götürmək lazımdır. Bununla bağlı ona verilən nömrə ilə əlaqə saxlamış, Orxanın qayınatası cavab vermişdir. Həmin şəxslə birlikdə əvvəlcə Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsi, Neapol dairəsi, Şıxlinski küçəsində yerləşən köhnə binadakı mənzilə baxmış, mənzil üçotaqlı, təmirsiz olmuş, yaşayış da olmamışdır. Bu mənzili bəyənməmiş, sonra Bakı şəhəri Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən yeni tikilən binada yerləşən ikiotaqlı mənzilə baxmış, mənzil təmirsiz olsa da, içərisində kirayədə yaşayan olmuşdur. Əvvəlkinə nisbətən bu mənzil daha yaxşı olduğundan bu barədə Daşqına telefonla məlumat vermiş, sonra qardaşlarından eşitmişdir ki, Orxan həmin mənzilə 160.000 (bir yüz altmış min) manat qiymət qoymuşdur. Orxanla belə razılaşmışlar ki, həmin mənzil Daşqıngilin adına keçirilir, əvəzinə sonuncu, Orxanın 90.000 (doxsan min) manat borcunu silir və əlavə 70.000 (yetmiş min) manat pul verir, bununla da mənzil cəmi 160.000 (bir yüz altmış min) manata başa gəlir. Bu razılıqdan sonra Orxan Bakıya gəlmiş və birlikdə 29 sentyabr 2016-cı il tarixdə 53 saylı notariat kontorunda Orxanla həmin mənzili anası Həqiqətin adına rəsmiləşdirməklə alqı-satqı etmişlər. Notariusda Orxanın yanında bir nəfər xatırlamadığı və tanımadığı cavan oğlan da olmuşdur, qohumu olduğunu zənn etmişdir. Notariusda Orxana 70.000 (yetmiş min) manat əvəzinə 40.000 (qırx min) ABŞ dolları pul vermişdir. Sənədləşmə işlərini Orxan özü həll etmiş, anası Həqiqətlə Orxanın arasında alqı-satqı müqaviləsi bağlanmış, sonra həmin mənzilə dair Həqiqətin adına çıxarış almışlar. Sonradan Daşqıngil bir daha Orxanla ticarət əlaqəsi qurmamışlar. Bir müddət sonra Orxanın meyvə işindən ayrılıb, mal-qara ticarəti ilə məşğul olmasını eşitmişdir. Amilin Orxanla onların arasında olan ev alqı-satqısından xəbəri olub-olmamasını bilməmiş, özünün də Amillə Orxanın arasında yaranmış narazılıqdan məlumatı olmamışdır. Amillə Orxanın arasında olan anlaşılmazlıq barədə ibtidai istintaq zamanı dindirməyə çağırılarkən bilmişdir. Amil ona Orxanın onlara satdığı evin özünə məxsus olması barədə deməmişdir. Məhkəmədə dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, 2016-cı ilin sentyabr ayında 53 saylı notariat kontorunda qeyri-rəsmi olaraq arxivdə kargüzar işləmiş, yəni sonradan rəsmi işə qəbul olunmaq üçün işi öyrənmişdir. İş yerində ayrıca bir otaqda əyləşmiş, sadəcə imza lazım olandan olana çağırılmışdır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəllər tanımamış, görməmiş, ilk dəfə məhkəmə iclas zalında görmüşdür. İbtidai istintaq zamanı 30.000 (otuz min) manat pul vəsaitinin "xxxx" ASC-nin 2 saylı şöbəsindən qəbul etməsi üçün Orxan tərəfindən ona verilən 29 sentyabr 2016-cı il tarixli etibarnaməni nəzərdən keçirərək bildirmişdir ki, daşınmaz əmlakın alqı-satqı prosesi iki gün davam edir, bir gün əvvəldən daşınmaz əmlakın satış dəyəri notariusun bankda depozit hesabına köçürülür, alqı-satqıdan sonra isə vətəndaş onu bankda qəbul edib ya götürür, ya da notariusun hesabından çıxarıb bank hesabında saxlayır. Təxmini xatırlayır ki, həmin alqı-satqı zamanı notariat kontorunda xatırlamadığı şəxs tərəfindən ona deyilmişdir ki, Orxan tərəfindən ona etibarnamə veriləcəkdir ki, alqı-satqıdan sonra pulun, notariusun depozit hesabından çıxması üçün sənədlərə imza etsin, pulu sonra Orxan özü gəlib götürəcəkdir. Zəruri sənədlərə imza etmiş, lakin pulu qəbul etməmiş, pulu kimin götürməsini görməmişdir. Mənzilin alqı-satqısı ilə heç bir əlaqəsi olmamış, sadəcə sənədləşmənin vaxtında aparılması üçün bank sənədlərinə imza etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, 1990-cı ilin axırlarından 1998-ci ilədək Rusiya Federasiyası Barnaul şəhərində daimi qalıb orada yerləşən meyvətərəvəz bazasında əvvəl ekspeditor, sonra isə mühasib kimi işləmiş, 1998-ci ildən 2003-dək, 2007-ci ildən 2015-ci ilədək isə il ərzində müəyyən vaxtlarda gedib həmin bazada işləyib qayıtmışdır. Zərərçəkmiş şəxs Barnaula işləməyə getdiyi vaxtdan tanımış, Amil ilk əvvəl onun işlədiyi meyvə-tərəvəz bazasının anbarında, təxminən bir ildən sonra isə 2003-cü ilə kimi həmin bazada Bəhram Musayevlə şərik olaraq işləməyə başlamışdır. Təxminən 1995-ci ildə Amil yeznəsi Nazimi və xalası oğlu Elxanı yanında işləməsi üçün Barnaula gətirmişdir. Nazim 2004-2005-ci illərə kimi Barnaulda Amilin yanında, bir müddət isə Abuzər adlı şəxslə işləmiş, həmin ərəfədə Nazimin oğlu Malik də işləmək üçün Barnaula gəlmiş və Amilin kiçik qardaşı Azərin yanında meyvə-tərəvəz bazarında ekspeditor işləyərək anbarlardan bazara mal daşımaqla məşğul olmuşdur. Malikin kiçik qardaşı Orxan da Barnaulda Amilin yanında Çindən gələn malları boşaltmağa köməklik etməklə fəhlə işləyirdi. Amil 2003-cü ildə Bəhramla şəriklikdən ayrılıb, anbarları tək işlətməyə başlamışdır, 2006-cı ildə isə Barnaulda yaşayan Fərhadadlı şəxslə şərik qaydada meyvə-tərəvəz bazasında işləməyə başlamış, 2007-ci ildə iş birlikləri bitmiş və Amil müstəqil şəkildə yenə anbarları işlətməyə davam etmişdir. Amil anbarları işlətməyi Orxana həvalə emişdir, Bakıda olduğu vaxtlarda isə oradakı biznesi Malik və Orxan idarə etmişlər. Orxanın gəliri barədə məlumatı olmasa da, öz qazancları ilə biznes qura bilərdilər, anbarları olmuşdur. Təxminən 2017-ci ildə Orxan və Maliklə Amil arasında mübahisə düşmüş, Orxanla Malik bütün meyvə ticarətini öz adlarına çıxmışlar, həmçinin Amilin maşınlarını qanunsuz yolla ələ keçirmişlər. 2016-2017-ci illərdə Malikgilin Barnaulda ferma alıb, heyvan saxlamağa başladıqlarını eşitmiş, əvvəl elə başa düşmüşdür ki, fermanı Amil açıb, çünki Malikgil özbaşına elə bir ferma ala bilməzdilər, lakin sonra bilmişdir ki, Amilin həmin fermaya aidiyyəti yoxdur və başa düşmüşdür ki, Malikgil Amilin anbarlarında işləyib külli miqdarda yeyinti edərək həmin pula ferma almışdırlar. Amilin mülkləri- evləri barədə məlumatı olmamışdır. Məhkəmədə dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qonşusu olub, aralarında yaxşı münasibət olmuşdur. Amil Rusiya Federasiyasının Barnaul şəhərində hərbi xidmətini başa vurduqdan sonra orada qalıb işləmişdir. 2003-cü ilin axırlarında öz işi ilə əlaqədar Barnaul şəhərinə getmiş və təxminən bir il kirayə ev tutaraq orada qalmış, «Kosmonavt» bazarında müavin olan Şahid20 sözügedən bazardakı «toçkasını» işlətmiş, həmin müddətində demək olar ki, hər gün Amilin yanında olmuşdur. Amil meyvə-tərəvəz işi ilə məşğul idi, şəxsi biznesi, Barnaul bazarında, azərbaycanda «Xəzər» univermağında obyektləri, 8-ci km. bazarında mağazasının olduğunu bilirdi. Amilin yeznəsi, habelə sonuncunun oğlanları Malik və Təqsirləndirilən şəxslar onun yanında işləmişlər. Orxanla Malik malların boşaldılması, yüklənməsi və paylanması ilə məşğul olurdular, Nazim də onlara kömək etmişdir. X43 yanında hansı şərtlər altında işləməsi, gəlirləri barədə məlumatı olmamışdır. 2004cü ilin axırlarında Bakıya qayıtmış və bir daha Barnaula getməmişdir. 2009-2010-cu illərdə Amillə söhbət əsnasında onun Bakı şəhəri ərazisində 8-ci km. və Qaraçuxur qəsəbələrində özünə iki ev aldığını bilmiş, lakin həmin evlərin kimin adına alınmasını bilməmişdir. Qeyd etdiklərindən başqa Amilin digər əmlakı barədə məlumatı yoxdur. Bir müddətdən sonra eşitmişdir ki, Amil Barnaulda olan işlərini idarə etməyi Maliklə Orxana tapşırıb, özü isə Bakıya köçmüşdür. Bundan sonra Maliklə Orxan külli miqdarda yeyinti edərək Amilin pullarını ələ keçirmişlər. Bundan başqa Amil Orxanın ona pul borcu olduğunu da demişdir. Orxanla Amilin arasında olan mübahisələrin şahidi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həmkəndlisidir, aralarında yaxın münasibət var. Amil hərbi xidmətdə Rusiya Federasiyasının Barnaul şəhərində olmuş, hərbi xidməti başa vurduqdan sonra 1990-cı illərin əvvəllərindən orada qalıb işləmişdir. Bildiyinə görə Amil meyvə ticarəti ilə məşğul olurdu, imkanı yaxşı idi, evlər və digər obyektlər almışdır. 1990-cı illərin axırları, 2000-ci illərin əvvəllərində Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində işlətdiyi inşaat materialları anbarının öz kafesi olmuş, lakin həmin ərəfələrdə kafe işləməmişdir. 2000-ci ilin əvvəllərində Amilin yeznəsi Nazim Məhərrəmov onun yanına gəlib iş tapmağına kömək etməyi xahiş etmiş, anbarın kafesini işlətməyi ona tapşırmışdır. Nazim kafedə yemək bişirib yalnız anbarın işçilərinə vermişdir. Bir-iki ay orada işlədikdən sonra Nazimdən ciddi narazılıqlar yaranmış, işçilər Nazimin bütün günü sərxoş olması və kafeni işlədə bilməməsindən gileylənirmişlər. Özü də bunun şahidi olduqdan sonra Nazimi kafedən çıxartmışdır. Nazim işdən çıxanda onun 3.000 (üç min) manat pulunu götürmüş, qaytaracağını güman edərək bu barədə polisə şikayət etməmiş, lakin bu günədək pulu qaytarılmamışdır. Bu barədə Amilə də demişdir. Sonrakı vaxtlarda Amilin Nazimi və sonuncunun oğlanları Malik, Təqsirləndirilən şəxsları Barnaul şəhərinə aparıb, onlara orada işləmələri üçün iş verdiyini eşitmişdir. Malik və Orxan görməmişdir. Amilin bu hərəkəti ona təəccüblü gəlmişdir, çünki Nazim ciddi adam deyildi, ona hər hansı bir işi etibar etmək olmazdı və bunu bütün rayon camaatı bilirdi. Özü Amilin xatirinə Nazimə kafeni tapşırmış, Nazim isə bütün günü spirtli içki içib avaralıqla məşğul olmağa başlamışdır. Bir neçə il öncə X42 yanında işləyib külli miqdarda yeyinti edərək sonuncunun pulunu ələ keçirmələrini, buna görə də aralarında mübahisə düşməsini və Amilin Bakıya köçməsini eşitmişdir. Amilin Barnaulda olarkən zəhərlənməsi, bir müddət xəstəxanada yatıb müalicə alması barədə eşitsə də, konkret kimdən eşitdiyini xatırlamır. Məhkəmədə dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun xalası oğludur. Amil 1990-cı illərin əvvəllərindən Barnaulda yaşayıb, orada meyvə ticarəti ilə məşğul olmuşdur. Amil bacı-qardaşlarına, qohum-əqrabaya hər zaman maddi köməklik etmişdir. Füzuli rayonu işğal olunduqdan sonra Amil bacıları Nazənin və Xatirənin Bakıda yerləşmələri üçün öz pulu ilə «Neftçilər» metrosunun yanında beşotaqlı ev almış və sonuncular öz ailələri ilə birlikdə bir neçə il həmin mənzildə yaşamışlar. Amil bununla kifayətlənməmiş, Xatirənin əri Nadirə öz istəyi ilə videokamera almışdır ki, toylarda çəkiliş aparıb pul qazansın, həmçinin «Vaz-2107» markalı avtomobil də almış, Nazəninin əri Nazimə isə 8-ci km. bazarında kafe almışdır. Bir müddət sonra Nazim qazandığı pulları içkiyə verib ailəni dolandarmadığından 1994-1995-ci illərdə Amil məcbur olub Nazimi yanına Barnaula aparmışdır. Həmin vaxtı qardaşı Şahid8 da işləmək məqsədilə Nazimlə birlikdə Barnaula getmişdir. Elxanla Amil əsgər yoldaşı olmuşlar. Elxanın deməsindən bilmişdir ki, Amil Nazimə və sonuncun övladlarına bazarda şərait yaratmışdır. Elxan özü də Nazimlə birlikdə bazarda işləyirmiş. X35 bir müddət işləyib Bakıya gəlmişlər, sonra yenidən oraya qayıtmışlar. Təxminən 1996-cı ildə bilmişdir ki, Amilin maddi köməkliyi ilə Nazimgil Əhmədli qəsəbəsində ikiotaqlı ev alıb, Amilin beşotaqlı evindən oraya köçmüşlər. Amil digər bacısı Leylanın əri İsmayıla «Qazel» markalı avtomobil alıb vermişdir ki, marşrutda işləyib ailəsini dolandırsın. Bundan başqa Amil digər bacısı Nailə üçün Bakıxanov qəsəbəsində ev almışdır. Nazim 2004-2005-ci illərə kimi Barnaulda Amilin yanında işləmiş, həmin ərəfədə X33 Məhərrəmovu da işləmək üçün Barnaula aparmışdır. Malik Amilin anbarında işləmiş, bazara mal daşımaqla məşğul olmuşdur. Ümumiyyətlə Amilin yanına apardığı bütün qohumları onun anbarında işləmişlər yəni, anbar və anbarda olan mallar Amilə məxsus olmuşdur. Amil qohumlara kömək məqsədilə onları yanında işlətmiş və hamısına əmək haqqı vermişdir. Malikin kiçik qardaşı Təqsirləndirilən şəxs da Barnaulda Amilin yanında fəhlə işləmişdir. Elxanın deməsindən bilirdi ki, Malik və Orxan həmişə Amilin yanında işləmişlər, Amil tərəfindən əmək haqqı almışlar və onlara pul qazanmaları üçün lazımi şərait yaradılmışdır. 2009-2010cu illərdə Amil Bakıda iki ədəd ev almış, Orxan və Malik evləndikləri üçün onlara həmin evlərdə müvəqqəti olaraq yaşamağa icazə vermişdir. Eşitdiyinə görə onların toyunu da Amil etmişdir. Orxanın toyunda iştirak etmişdir, Malikin toyunda iştirak etməsi yadına gəlmir. 2015-2016-cı illərdə Amil Barnaulda özbək bazarını almaq istəmiş, bu məqsədlə yığdığı pulları Orxanla Malikə vermiş, eyni zamanda Barnaulda olan bütün ticarət işlərini Maliklə Orxana tapşırmış və işin üstündə həmin iki qardaş dayanmışlar. Təxminən 2017-ci ildə Amil hesablaşma aparanda məlum olmuşdur ki, Maliklə Orxan külli miqdarda yeyinti edib, onun pulunu ələ keçirmişlər və bu səbəbdən aralarında mübahisə düşmüşdür. Bu barədə eşitsə də, kimin kimə nə qədər pul verməsinin şahidi olmamışdır. Amil sözügedən bazarı ala bilməmiş və sonra Bakıya köçmüşdür. Həmçinin Amilin Bakıda aldığı iki evi də Maliklə Orxan öz adlarına çıxarıb guya özlərinin aldıqlarını bildirmişlər. X57 yanında işçi kimi işləmişlər, dolanışıqları yaxşı olsa da, lakin aldıqları məvacib hər birinin özünə ayrı-ayrılıqda ev almalarına yetməzdi. Orxangilin Amildən ayrı heç nələri olmamışdır. Nazimlə Elxan içki aludəçisi olduqlarından özlərinə ev ala bilməmişlər. Özü bir dəfə də olsun Barnaulda olmamış, orada kimin nə təsərrüfatı olduğunu bilməmiş, lakin Amilin həm Rusiyada, həm də Azərbaycanda fermasının, bazalarının, evlərinin, mağazalarının olduğunu eşitmişdir. Amilin böyük qardaşı Şahid1 də bir müddət onun yanında olmuşdur. Amil 2015- 2016-cı illərdə ciddi formada xəstələnmiş, ölümcül halda olmuş, bir neçə ay xəstəxanada yatıb müalicə almışdır. Həmin ərəfədə qohumlar arasında belə bir söz deyilmişdir ki, X57 əmlakını ələ keçirmək üçün yeməyinə nəsə qatıb Amili zəhərləmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, təxminən 2006-cı ildə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, «Şərq» 2704 yaşayış massivi, 78A ünvanında yerləşən bir sot yarım torpaq sahəsini qardaşı X9 adına sənədləşdirməklə almış, 2007-ci ildə həmin sahədə İslamın ailəsi ilə birlikdə yaşaması üçün ikimərtəbəli ev tikdirib, təmir etdirmişdir. Evin tikilməsi və təmirinin xərcini İslamla birlikdə köməkləşib çəkmişlər. 2008-ci ildə Rövşən hərbi xidmətə getməmişdən əvvəl ona etibarnamə vermişdir ki, Rövşənin adından evin sənədləşdirilməsini, çıxarış alınmasını və digər işləri həyata keçirə bilsin. 2008-ci ilin axırlarında dayısı oğlunun əməliyyatı üçün pul lazım olduğundan həmin evi satmaq qərarına gəlmişdir. Evdə yaşayış olmamışdır. Qaraçuxur qəsəbəsində ev alqı-satqısı ilə məşğul olan Barat və adını xatırlamadığı başqa bir şəxsə evi satmağı barədə məlumat verib, müştəri tapmağı xahiş etmiş və eyni zamanda evin çıxarışının alınması üçün sənədləşmə işləri aparmışdır. Təxminən 2009-cu ilin yanvar ayında Baratın evə tapdığı müştəri ilə görüşmüşdür. Onlar biri cavan, digəri yaşlı olmaqla iki nəfər olmuşlar. Alqı-satqı müqaviləsi bağlanarkən cavan oğlanın Malik Məhərrəmov olması, Rusiyada yaşayıb işləməsi məlum olmuşdur, yaşlı kişinin adını isə xatırlamır, həmin şəxslər qohum olmuşlar. Malik evə baxmağa ağ rəngli «Toyota Camry» markalı avtomobillə gəlmiş, evə baxıb bəyənmişdir. Maliki imkanlı biri kimi tanımışdır. Malikin deməsinə görə toy edəcəyi üçün evi özünə alırdı. Öz evidə həmin evlə qonşuluqda yerləşdiyindən sonradan Malikin özünə toy edib, bir müddət həmin evdə qalmasını görmüşdür. Evi 120.000 (bir yüz iyrmi min) manata deyib, 110.000 (bir yüz on min) manata satmışdır. 2009-cu ilin fevral ayında evin çıxarışı alınmış, ayın axırlarında 35 saylı notariat kontorunda evi həmin şəxslərə satmış, alqı-satqıya Malik həmin vaxt Rusiyada olduğu üçün özü gəlməmiş, əvəzinə verdiyi etibarnamə əsasında Şahid2 adlı şəxs gəlmiş, evin satış məbləğini də həmin şəxs ona vermişdir. Müqavilədə evin satış qiymətini az göstərmişlər. Alqı-satqıdan sonra pulunu alıb çıxmış, daha sonra həmin şəxslərlə əlaqəsi olmamışdır. Məhkəmədə dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, əmisi Şahid15 təxminən 2006-cı ildə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, «Şərq» 2704 yaşayış massivi, 78A ünvanında yerləşən bir sot yarım torpaq sahəsini almış və torpaq sahəsi onun adına sənədləşdirilmiş, 2007-ci ildə ailəsi ilə birgə orada yaşamaları üçün əmisi həmin sahədə ikimərtəbəli ev tikdirib, təmir etdirmiş, xərci əmisi ilə birlikdə atası çəkmişlər. Torpaq sahəsi onun adına olduğundan 2008-ci ilin iyul ayında hərbi xidmətə getməmişdən əvvəl əmisinə etibarnamə vermişdir ki, onun adından evin sənədləşdirilməsi, çıxarış alınması və digər işləri həyata keçirə bilsin. Hərbi xidmətdən gələndən sonra əmisi ilə atasının danışıb razılaşaraq həmin evi satdığını bilmişdir. Evin neçəyə və kimə satılmasını bilməmiş, alqı-satqıda etibarnaməsi əsasında əmisi özü iştirak etmişdir. Bəlkə də əmisi evin neçəyə satılması barədə ona demişdir, lakin hazırda qiyməti xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid17 Rayıf oğlu ifadəsində göstərmişdir ki, təxminən 2004-cü ildə Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 124, 29 saylı ikiotaqlı, ümumi sahəsi 102,76 kv.metr olan mənzili öz adına almışdır. Mənzilin çıxarışı olmuşdur. Mənzil təmirli olsa da, içərisində yaşayış olmamışdır. Bakı şəhəri Nərimanov rayonu ərazisində yaşadığı üçün 2010-cu ildə Nizami rayonunda yerləşən mənzili satıb, yaşadığı evə yaxın yerdən başqa mənzil almaq istəmiş, bu barədə binanın həmin vaxtı mühafizəçisi işləyən adını xatırlamadığı şəxsə demişdir. 2010-cu ilin iyul ayının əvvəllərində binanın mühafizəçisi ona zəng vurub mənzilə baxmaq istəyən müştərinin olmasını demişdir. Binaya gedib, mənzilə baxmaq istəyən iki nəfərlə görüşmüşdür. Həmin şəxslərdən biri Təqsirləndirilən şəxs, digəri isə Şahid1 olmuşlar. Onları əvvəllər tanımamışdır. Akiflə Orxan mənzilə baxıb bəyənmişlər. Mənzilin satış qiymətini 110.000 (bir yüz on min) ABŞ dollarına razılaşmışlar. Ona 500 (beş yüz) manat beh verib, mənzili alıb-almayacaqları barədə ən uzağı səhəri günə xəbər edəcəklərini deyib getmişlər. Onların danışığından Orxanın toyu olacağını və evin də Orxana alındığını başa düşmüşdür. Akif demişdir ki, özü də buralara yaxın yaşayır, ona görə bu evi də öz evinə yaxın yerdə almaq istəyir və evi Orxana dayısı alır. Evin alınması dəqiqləşdirildikdən sonra 9 saylı notariat kontorunda alqı-satqı üçün sənədləri hazırlatdırmış, 15 iyul 2010-cu il tarixdə həmin notariat kontorunda Orxanla arasında ünvan 13 ünvanının alqı-satqı müqaviləsi bağlanmışdır. Mənzilin dəyərinin əsas hissəsini bank yolu ilə, qalan hissəsini isə Akifdən almış, ümumilikdə ona 110.000 (bir yüz on min) ABŞ dolları pul verilmişdir. Rüsumla bağlı mənzilin satış dəyəri müqavilədə nisbətən az məbləğ- 80.100 (səksən min yüz) manat göstərilmişdir. Alqı-satqıdan sonra pulu alıb çıxmış, daha sonra Orxan və Akiflə hər hansı bir əlaqəsi olmamışdır. Məhkəmədə dindirilmiş şahid X21 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Barnaulda hərbi xidmətdə olanda bir həmyerli kimi tanımış, sonradan dost olmuşlar. Amil hərbi xidməti başa vurduqdan sonra Barnaulda qalaraq orada meyvə ticarəti ilə məşğul olmağa başlamış, özü isə 2003-cü ilə qədər Barnaulda, sonra Moskvada yaşayıb işləmiş, 2006-cı ildə Bakıya qayıtmışdır. Amilin maddi vəziyyəti çox yüksək- evi, avtomobili, böyük topdan satış bazası, çoxsaylı topdansatış məntəqələri, anbarları olmuş, xarici ölkələrdən yük maşınları ilə meyvə gətizdirib satmışdır. Amil həmin anbarlarda öz yaxın qohumları- qardaşı Azər, yeznəsi Nazim, sonuncunun oğlanlarını işçi kimi işləmişdir. Azər Amilin yanında bazarda işləmiş, Nazim bazadakı kafeni işlətmişdir. Malik və Orxan Amilin işçiləri idilər. Malik anbarda mal satışı ilə məşğul olmuş, Orxan isə malların araba ilə daşınmasına kömək etmişdir. Orxanla Malikin ayrılıqda heç bir ticarət yerləri və obyektləri olmamışdır, Amilin deməsinə görə onunla şərik işləmişlər. Amil bacısı oğlanları kimi Maliklə Orxana çox etibar etmiş və işlərini aparmağı onlara tapşırmışdır. Amillin Azərbaycanda Əhmədli tərəfdə üç evi, mağazaları olmuşdur. Həmin evləri özünə, yaxud başqasına, hansı məqsədlə aldığını bilmir. Bir neçə il öncə Bakıda Amillə birlikdə olanda Amilə zəng gəlmiş və Amil telefonla danışanda möhkəm əsəbləşərək, «ola bilməz, ola bilməz» demiş, telefon danışığını qurtarandan sonra demişdir ki, özü bir müddət işlərdən uzaqlaşaraq işləri aparmağı Maliklə Orxana tapşırıb, sonuncular da Peterburq şəhərindən Amilin adına külli miqdarda nisyə mal götürüb, pulunu verməyiblər. Sonradan Amilin hesablaşma aparanda Maliklə Orxanın külli miqdarda yeyinti edib, onun pulunu ələ keçirmələrini, bu səbəbdən aralarında mübahisə düşməsini və Amilin Bakıya köçməsini eşitmişdir. Hətta həmin vaxtlar eşitmişdir ki, Amil möhkəm xəstələnib, xeyli müddət xəstəxanada yatmışdır. Bu barədə maraqlandıqda Barnaulda həmyerliləri demişlər ki, Amil bacısı uşaqları və yeznəsi tərəfindən zəhərlənilmişdir. Sonradan Amil özü də ona bu barədə demişdir. Bundan başqa Amillə Malik və Orxanın pulla bağlı mübahisəsi düşəndə Orxangilin Amilin üstünə erməniləri gətirmələrini də eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərmişdir ki, 2003-cü ildən, təxminən 2018-ci ilə qədər Bakı şəhərində 8-ci kilometr bazarında göyərti satışı ilə məşğul olumuş, 2018-ci ildən hazırda bazarda işləməklə yanaşı həm də taksi fəaliyyəti ilə məşğul olur. Ailəlidir, iki övladı var. Böyük qardaşı Rəşad Məhərrəmov təxminən 1997-ci ildən, bacısı Rəşadə Məhərrəmova isə 2004- 2005-ci illərdə ailə qurandan sonra Rusiya Federasiyasının Tomsk şəhərinə getmişlər və bu günə qədər də orada yaşayırlar. Özü yalnız bir dəfə 2005-ci ildə Tomsk şəhərinə Rəşadın yanına gedib beş-altı ay orada qalıb Azərbaycana qayıtmış, həmin vaxtdan sonra ölkədən çıxmamışdır. Təqsirləndirilən şəxs onun atasının əmisi nəvəsidir, uzaq qohum kimi normal münasibətləri olmuşdur. Orxan və böyük qardaşı Malik uzun illər Barnaul şəhərində yaşayıb orada meyvə ticarəti ilə məşğul olmuşlar. Malik uzun illərdir Azərbaycan gəlmir, Orxan isə Bakı şəhərinə gələndə bəzi hallarda görüşmüşlər. Rəşadla Orxan və Malik arasında heç bir iş birliyi, ticarət əlaqəsi yoxdur və heç vaxt da olmamışdır, olsaydı bu barədə bilərdi. Rəşad bəzi hallarda xərclik kimi bank vasitəsilə ona 300-500 (üç yüz beş yüz) manat civarında pul göndərmiş, heç vaxt onun vasitəsi ilə Orxana pul göndərməmişdir. Malik özü on-on iki il əvvəl, təxminən 2009-cu ildə ona zəng edib Bakıda ev almaq üçün ona 100.000-110.000 (bir yüz min-bir yüz on min) ABŞ dolları məbləğində pul göndərəcəyini demiş, hissə-hissə göndərilən pulları götürüb evində saxlamış, arada həmin pullardan müəyyən məbləği Malikin göstərişi ilə dediyi şəxslərə vermişdir. Malik hər dəfə ona pul göndərdikcə adına qəbzlər verilmişdir, hansı ki, həmin qəbzləri məhkəməyə təqdim edə bilər. Evində xeyli miqdarda pul saxlamasından heç kimin xəbəri olmamışdır. Pul verdiyi şəxsləri tanımamışdır. Malikin dediyinə görə həmin pullar taxtanın pulları idi. Həmin ərəfələrdə Malikin valideynləri Rostov şəhərində yaşadıqlarından Malik pulları ona göndərmiş, kimə nə verilməli olduğunu ona tapşırmışdır. Şahid19 məhkəmədə verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında, Malik və Orxan qardaşları ilə arasında pul alış-verişi olmadığı hissədə yaranmış ziddiyyətlə əlaqədar ifadəsi həmin hissədə elan olunmuş, Bəhruz ibtidai istintaq zamanı polis əməkdaşları onu qardaşını tutacaqları ilə qorxutduqları üçün Maliklə aralarında olan pul məsələsi barədə deməməsini, məhkəmədə doğrunu danışa biləcəyini bildiyi üçün istintaq zamanı verdiyi ifadəni oxumadan imzaladığını, ibtidai istintaq zamanı verdiyi ifadəni deyil, məhkəmədə verdiyi ifadəni təsdiq etməsini bildirmişdir (cild 03, iş vərəqi 120-122). Məhkəmədə dindirilmiş Şahid22 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs dostu Salehin Bakıxanov bazarında yerləşən dükanını işlətdiyi vaxtdan, təxminən 1995-ci ildən tanıyır. 2000-ci ilin əvvəllərində həmin dükanda işdən çıxmış, bundan bir neçə ay sonra təsadüfən Amillə söhbət edərkən Amil dükanını işlətməyi ona təklif etmiş, işsiz olduğu üçün razılaşmışdır. Beləliklə 2000-ci ilin aprel ayından 15 may 2009-cu il tarixinədək Amilin Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 73 ünvanında yerləşən «Təbriz» supermarketini icraçı direktor kimi işlətmiş, daha sonra özü müstəqil ticarətlə məşğul olmağa başladığından həmin işdən ayrılmışdır. Sözügedən supermarketi Amilin qardaşı Şahid1 təhvil vermişdir. Təbriz» supermarketdə Amilin qohumları da işçi kimi işləmişlər. Belə ki, Amilin yeznəsi Bayram marketdə sürücü, bacısı oğlu X16 fəhlə işləmişlər. X59 aparandan sonra Malikin kiçik qardaşı Təqsirləndirilən şəxs iki il müddətində marketdə fəhlə işləmişdir, on üç-on dörd yaşlarında olardı. Orxana fəhlə kimi əmək haqqı vermişdir. Həmin vaxtı Orxan yaxşı işləmədiyi üçün onu işdən çıxartmış, sonra Amil onunla əlaqə saxlayıb demişdir ki, Orxan marketdə işinə davam etsin, çünki problemi var, ölkədən çıxa bilmir. Orxanın işçilərin yanında kiminsə saatını qolundan açıb ələ keçirməsi barədə danışmasını eşidəndən sonra onun barəsində nəsə cinayət işi olmasını təxmin etmişdir. Orxanın problemi həll olunduqdan sonra Amil onu Barnaula aparmışdır. X42 yanında işlədiklərini bilsə də, onların konkret nə işlə məşğul olduqlarını, habelə Orxangillə Amilin arasında olan pul məsələləri barədə bilməmişdir. Bundan sonra Orxanla heç bir əlaqəsi olmamışdır. 2007-ci ilin axırları 2008-ci ilin əvvəllərində Amil ona 8-ci km. bazarında aldığı 30 kv.metr sahəsi olan mağazanı ərzaq dükanı kimi işlətməyi təklif etmiş, razılaşmışdır. Bu mağazanı icraçı direktor kimi işlətdiyi müddətdə Orxan və Malik bir dəfə də olsun oraya gəlməmiş, onunla əlaqə saxlamamış, ümumiyyətlə mağaza ilə maraqlanmamışlar. Həmin mağazanın onlara heç bir aidiyyəti olmamışdır, əgər olsaydı onlar ən azı bir dəfə mağazaya gələr və ticarətlə maraqlanardılar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid23 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə uzaq qohumdur. 1997-ci ildən təxminən 2000-ci ilə qədər Rusiya Federasiyasının Barnaul şəhərində xalası oğlu Rafiqin, həmin müddətin təxminən bir ilini də Amilin yanında işləmişdir. 1997-ci ildə Amilin 1 nömrəli Gəncə çaxır zavodundan Barnaula göndərdiyi üç vaqon çaxırın daşınmasında malın üstündə nəzarətçi olmuşdur. Həmin vaxtlar Nazim də Nazim də Amilin anbarlarında işləmiş, mal daşımışdır. Nazim Amilin yeznəsi idi. X64 kafesində aşbaz işləməyə başlamışdır. Təxminən 2000-ci ildə Bakıya qayıdaraq Amilin Bakıdakı ticarətlə bağlı işlərinə köməklik etmişdir. Səhv etmirsə, 2010-cu ildə Amil böyük qardaşı Akifin işlədiyi 8-ci km. bazarında yerləşən «Təbriz» mağazasından çıxmasını deyib, mağazanı icarəyə verməsi üçün icarəçi tapmağı xahiş etmiş, müştəri tapıb sözügedən mağazanı icarəyə vermişdir. Həmin mağaza icarədə olduğu vaxtdan icarə haqqını özü alıb Amilə vermiş, Amil özü heç vaxt mağazaya gəlib icarə haqqı almamışdır. Həmin mağazanın Amilin bacısı oğlanları Orxan və Malik Məhərrəmov qardaşlarına heç bir aidiyyatı olmamış, onlar bir dəfə də olsun mağazaya gəlməmiş və onunla əlaqə saxlamamışlar. Orxan ailə qurduqdan sonra Amilin onun evinə yaxın yerdən aldığı mənzilində xatırlamadığı müddətdə yaşamışdır. Amilin deməsinə əsasən həmin evin ona məxsus olmasını bilmiş, evi almasının şahidi olmamışdır. Amilin Bakıdakı işlərini görən biri kimi həmin evdən kirayə pulu götürməmişəm. Amil Bakıya gələndə üç-dörd ay Malikin Qaraçuxurda yerləşən evində qalmış, həmin müddətdə oraya bir-iki dəfə bazarlıq edib aparmışdır. Həmin evi Malikin evi bilmişdir. Məhkəmədə Şahid21 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, 1984-cü ildən Sankt-Peterburq şəhərində yaşamış və orada işləmiş, ticarətlə məşğul olmuşdur. Zərərçəkmiş şəxs 1992-1993-cü illərdə Bakı şəhərində tanımış və aralarında münasibət yaranmışdır. O bilirmiş ki, Amil Barnaul şəhərində meyvə-tərəvəz ticarəti ilə məşğul olmuşdur. Arada olan qarşılıqlı razılaşma əsasında Amil təxminən 1995-ci ildən etibarən ondan meyvə-tərəvəz almağa başlamışdır. Əvvəllər o, malı nəğd ödəniş əsasında satmış, sonralar isə həmçinin nisyə şəkildə də mal verərək sonradan pulu ödənmişdir. Təxminən 2009-2010-cu illərdə Amil ona demişdir ki, bacısı oğlu Orxan da yanında işləyir və işlərini görür, ona görə də, Orxan ona zəng vurub mal istəyəndə mal göndərsin. O da zəng vurub mal istəyəndə Orxana nisyə şəkildə mal göndərmişdir. Yəni bilirmiş ki, o malı Barnaulda Amilin obyektinə göndərir və ödənişi də ona Amil edəcəkdir. Orxana Amilin sözünə əsasən mal göndərmişdir. Təxminən 2015-2016-cı illərdə göndərilən malların pulunun ödənilməsi zəifləmiş və az-az borclar yığılmağa başlamışdır. Təxminən 2016-cı ilin axırları 2017-ci ilin əvvəllərində hesablayıb görmüşdür ki, Amilin ona 119.500 (bir yüz on doqquz min beş yüz) ABŞ dolları borcu yığılmışdır. Həmin ərəfələrdə Amil möhkəm xəstələnmiş və onunla danışıb biznesində problemlər olduğunu, çalışıb həll edəcəyini demişdir. Həmçinin həmin ərəfədə Amil ona Novosibirsk şəhərindən mal aldığı Nizami adlı şəxsə 38.500 (otuz səkkiz min beş yüz) ABŞ dolları borcunun yarandığını bildirmiş və ondan xahiş etmişdir ki, həmin pulun ödənilməsində köməklik etsin, sonra ona olan borcu ilə birlikdə həmin 38.500 (otuz səkkiz min beş yüz) ABŞ dollarını da ödəyəcəkdir. Amillə olan münasibətini nəzərə alaraq Nizami adlı şəxsə 38.500 (otuz səkkiz min beş yüz) ABŞ dolları dəyərində banan göndərib Amilin borcunu ödəmişdir. Belə ki, Nizaminin qardaşı oğlu Toğrul Sankt-Peterburqa gəlib bazadan 38.500 (otuz səkkiz min beş yüz) ABŞ dolları dəyərində banan götürmüşdür. 2017-ci ilin əvvəllərində Amil ona demişdir ki, Orxan və digər bacısı oğlu tərəfindən aldadılaraq külli miqdarda pulları ələ keçirilmişdir, ona görə də bir daha Orxana mal verməsin. Həmin ərəfədə Amil Barnauldan çıxmış və Orxanın sonradan ondan mal istəməyinə baxmayaraq bir daha Orxana mal verməmişdir. Bu günə qədər 119.500 (bir yüz on doqquz min beş yüz) ABŞ dolları və Nizamiyə ödədiyi 38.500 (otuz səkkiz min beş yüz) ABŞ dolları məbləğində pul ona qaytarılmamışdır. Ona məlum olmuşdur ki, Amil Barnaulda olan obyektlərini bacısı oğlu Orxan və Malikə tapşırmış, özü Azərbaycana gəlmiş, Orxangil də Amilin etibarından sui-istifadə edib Amilin obyektlərində külli miqdarda pul yeyintisi edərək ticarətin çökdüyü barədə görüntü yaradıb, Amili oradan çıxmaq məcburiyyətində buraxmışlar və sonradan həmin obyektləri ələ keçirmişlər. 119.500 (bir yüz on doqquz min beş yüz) ABŞ dolları və 38.500 (otuz səkkiz min beş yüz) ABŞ dollarının Amil tərəfindən ödənilməməsi ilə bağlı heç bir hüquq-mühafizə orqanına müraciət etməmişdir, çünki Amil onun dostudur, bilir ki, Amil aldadılıb və problemləri vardır (cild 03, iş vərəqi 151-153). Məhkəmədə Şahid20 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmyerlisi, həm də uzaq qohumu olmaqla yaxın münasibətləri olmuşdur. Amil hərbi xidmətdə Rusiya Federasiyasının Barnaul şəhərində olmuş və hərbi xidməti başa vurduqdan sonra 1990-cı illərin əvvəllərindən Barnaulda qalaraq orada meyvə ticarəti ilə məşğul olmağa başlamışdır. Təxminən 1995-ci ildə o da Barnaula gedib özü ayrılıqda meyvə ticarəti ilə məşğul olmuşdur. Ayrılıqda işləsələr də eyni şəhərdə və eyni bazarda işlədikləri üçün hər gün Amili görmüşdür. Amilin həmin bazarda anbarları və xeyli sayda işçisi olmuşdur. Amil əsasən öz qohumlarını işçi kimi götürüb işlətmişdir. Orda olanda Amilin yeznəsi Nazim də Amilin yanında işləmiş, mal daşımaqla məşğul olmuşdur. Nazim həmin vaxtlar möhkəm spirtli içki içmiş, sonra Amil Nazimi tənbeh edib içkini tərgitdirmişdir. Sonra Amil bazarda bir kafe açıb Nazimə işlətməyə vermişdir. Təxminən 2004-2005-ci illərdə X31 də işləmək üçün Barnaula aparmışdır. Malik Amilin anbarında işləmiş və bazara mal daşımaqla məşğul olmuşdur. Ümumiyyətlə Amilin yanına apardığı bütün qohumları Amilin anbarında işləmiş, anbar və anbarda olan mallar Amilə məxsus olmuşdur. Amil qohumlara kömək məqsədilə yanında işlətmiş və hamısına maaş vermişdir. Həmçinin həmin ərəfədə Malikin kiçik qardaşı Orxan da Barnaula işləməyə gəlmiş və Amilin yanında fəhlə işləmişdir. Özü şəxsən görmüşdür ki, Malik və Orxan həmişə Amilin yanında işləmişlər. 2012-ci ilə kimi Barnaulda işləmiş, sonra Bakıya gəlmişdir. Orada olduğu müddətdə Orxan və Malik Amilin işçiləri olmuş, ayrılıqda heç bir ticarətləri və obyektləri olmamışdır. Təxminən 2009-2010-cu illərdə Amil Bakıda iki ədəd ev almışdır. Orxan və Malik evləndikləri üçün həmin evlərdə müvəqqəti olaraq yaşamağa Amil icazə vermişdir. Daha sonra X60 etibarını qazanmış və sonradan Amil Barnaulda olan bütün ticarət işlərini Maliklə Orxana tapşırmışdır. Bakıda olanda məlum olmuşdur ki, təxminən 2017-ci ildə Amil hesablaşma aparanda Maliklə Orxan külli miqdarda yeyinti edib Amilin pulunu ələ keçirmişlər. Buna görə də, aralarında mübahisə düşmüş və sonra Amil Bakıya köçmüşdür. Həmçinin Amilin Bakıda aldığı iki evi də Maliklə Orxan öz adlarına çıxarıb guya özlərinin aldıqlarını bildirmişlər. Lakin həmin, yəni 2009-2010-cu illərdə X57 yanında işçi kimi yeni işləməyə başlamış, maddi imkanı aşağı olmuş və özlərinə iki ədəd ev almaq imkanı ola bilməzmiş. Malikgil və atası Nazim Bakıda dolana bilmədikləri üçün Amil onları yanına aparmışdır ki, pul qazanıb ailələrini dolandırsınlar. Meyvə-tərəvəz bazasında anbarlar Amilə məxsus olmuşdur. Amil Maliki və Orxanı öz yanında işçi kimi işə götürmüş və bacısı oğlanları kimi çox etibar etmiş və işlərini aparmağı onlara tapşırmışdır. X65 Barnaulda Amilə məxsus anbarlarda işçi kimi işləyib pul qazanmışlar, axırda da X57 etibarından sui-istifadə edib külli miqdarda ziyan vurmuşlar (cild 03, iş vərəqi 155-157). Bundan başqa, iş materiallarındakı vətəndaş Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliynin Bakı şəhəri Baş Polis İdarəsinə ünvanladığı 04.01.2019-cu il tarixli ərizədən görünür ki, X22 və sonuncunun oğlanları Orxan, Malik Məhərrəmovlar tərəfindən aldadılaraq aralarındakı səmimi münasibətdən istifadə edərək 290.000 (iki yüz doxsan min) manat məbləğində ələ keçirdikləri pulunun sözügedən şəxslər barəsində qanuni tədbirlər görməklə geri qaytarılmasını xahiş etmişdir (cild 01, iş vərəqi 15). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin 28.02.2019-cu il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs Orxan və Malik Məhərrəmov qardaşları tərəfindən aldadılaraq 290.000 (iki yüz doxsan min) ABŞ dolları pulunun ələ keçirilməsi barədə şikayət ərizəsi əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi müəyyən olunmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir (cild 01, iş vərəqi 30). İş materiallarındakı Azərbaycan Respublikası Baş Prokurorluğu Bakı şəhəri Nizami Rayon Prokurorluğunun 29.08.2019-cu il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs Orxan və Malik Məhərrəmov qardaşları tərəfindən aldadılaraq 240.000 ABŞ dolları pulunun ələ keçirilməsi barədə şikayət ərizəsi əsasında toplanmış material üzrə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin 28.02.2019-cu il tarixli əməldə cinayət tərkibi müəyyən olunmadığı üçün cinayət işinin başlanması rədd edilməsi barədə qərarı əsassız olduğundan ləğv edilmişdir (cild 01, iş vərəqi 34-35). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X66 İdarəsinin 25.09.209cu il tarixli 016-89052-1219 nömrəli məktubunun surətindən görünür ki, DİN-nin BDYP-nin Qeydiyyatimtahan İdarəsinin kompüter uçot bazasına görə xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs adında və onun tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi qeydiyyatdan keçmir (cild 01, iş vərəqi 144). İş materiallarındakı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin Mülkiyyət hüquq haqqında 29.06.2005-ci il tarixli şəhadətnaməsinin kserosurətindən görünür ki, Zərərçəkmiş şəxs Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 73 ünvanda yerləşən doqquzmərtəbəli binanın birinci mərtəbəsindəki 445,4 kv.m qeyri-yaşayş sahəsinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyətçisidir (cild 01, iş vərəqi 107). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 08.10.2019-cu il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin gün Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vərəqi 209). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 10.10.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona, həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 01, iş vərəqi 231-232). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 10.10.2019-cu il tarixli protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs əvvəl istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (cild 01, iş vərəqi 240-256). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-597/2019 nömrəli 10.10.2019cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 2019-cu il 08 oktyabr tarixindən hesablanmaqla «həbs» qismində qətimkan tədbiri seçilmişdir (cild 02, iş vərəqi 08- 12). İş materiallarındakı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********13 nömrəli 08.10.2019-cu il tarixli məktubundan görünür ki, xidmətin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs adına Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, «Şərq» 2704 küçəsi 78a saylı fərdi yaşayış evi; X6 adına Bakı şəhəri, Şıxlinski küçəsi, ev 13, mənzil 23; Zərərçəkmiş şəxs adına Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, ev 6b, 6 saylı mənzil; Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 32a, 78 saylı mənzil; Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Vəkilov küçəsi 2Csaylı fərdi yaşayış evi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 124, 29 saylı mənzil 9 saylı DNK-nın 4Ə-6/764 reyestr nömrəli 15.07.2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçmiş, 53 saylı DNKnın 40-904 reyestr nömrəli 29.09.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Suraxan rayonu, Qaraçuxur qəsəbəsi, «Şərq» 2704 küçəsi 78a saylı fərdi yaşayış evi 35 saylı DNK-nın 4Ə/1-130 reyestr nömrəli 27.02.2009-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X8 adına qeydiyyatdan keçmiş, 24 saylı DNK-nın 4Ə/1-85 reyestr nömrəli 10.02.2010-cu il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 72, 17 saylı mənzil 18 saylı DNK-nın 4Ə-01-240 reyestr nömrəli 29.05.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Zərərçəkmiş şəxs adına qeydiyyatdan keçmiş, 18 saylı DNK-nın 4Ə-202 reyestr nömrəli 01.09.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 32a, 64 saylı mənzil 18 saylı DNK-nın 17.04.2014-cü il tarixli 4Ə-01- 179 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Zərərçəkmiş şəxs adına qeydiyyatdan keçmiş, 4Ə- 323 reyestr nömrəli 21.09.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Elektron daşıyıcılarının üzərinə toplanan məlumatlara əsasən mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir (sözügedən şəhadətnamənin özgəninkiləşdirilib-özgəninkiləşdirilməməsi barədə məlumat qeydə alınmamışdır) (cild 02, iş vərəqi 15-16). 445,4 kv.m. Q/y Əliyev Gəncə 005483 Xətai Amil Famil oğlu Pr-ti 73 29.06.2005 «Elektron notariat» X2 çıxarışlardan aşağıdakı notariat hərəkətləri aşkar edilmişdir: 22.01.2010-cu il tarixdə Şahid1 tərəfindən Məhərrəmov Orxan Nazim oğluna 90CM020 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 6 saylı dövlət notariat kontorunda (bundan sonra “DNK") etibar edilmişdir; 09.02.2010cu il tarixdə Təqsirləndirilən şəxs tərəfindən hüquqlarla bağlı Şahid1 24 saylı DNK-da etibarnamə verilmişdir; 08.09.2010-cu il tarixdə Təqsirləndirilən şəxs tərəfindən hüquqlarla bağlı X11 15 saylı DNKda etibarnamə verilmişdir; 29.09.2016-cı il tarixdə "xxxx" SC-nin 2 saylı şöbəsindən 30.000 (otuz min) manat pulu alması, habelə buna dair digər sənədləşmələrdə iştirak etməsi üçün Təqsirləndirilən şəxs tərəfindən Şahid10 53 saylı DNK-da etibarnamə verilmişdir; 27.01.2009-cu il tarixdə X20 tərəfindən Şahid2 90CM020 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 6 saylı DNK-da etibar edilmişdir; 21.08.2009-cu il tarixdə X20 tərəfindən Şahid1 15 saylı DNK-da bütün əmlak və hüquqlar etibar edilmişdir; 02.04.2015-ci il tarixdə Şahid2 tərəfindən X11 «Toyota Camry» markalı 90CM020 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 18 saylı DNK-da etibar edilmişdir (cild 02, iş vərəqi 53-91). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 53 saylı Notariat Ofisinin 25.11.2019-cu il tarixli 2205 nömrəli məktub və ona əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs cinayət yolu ilə ələ keçirdiyi Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 124-də yerləşən 29* saylı mənzili 29.09.2016-cı il tarixdə 53 saylı dövlət notariat kontorunda aqı-satqı edərək X1 (cild 02, iş vərəqi 100-123). İş materiallarındakı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********59 nömrəli 09.12.2019-cu il tarixli məktubu və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şahid17 Rayıf oğlunun mülkiyyətində olmuş Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 124-də yerləşən 29 saylı mənzili 15.07.2010-cu il tarixdə 9 saylı dövlət notariat kontorunda alqı-satqı edərək Təqsirləndirilən şəxs satmasına dair mövcud sənədlər 09 dekabr 2019-cu il tarixli **********59 nömrəli məktubla Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə daxil olduğundan iş materiallarına əlavə edilmişdir (cild 02, iş vərəqi 133-139). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin 18.12.2019-cu il tarixli 041-10459-1119 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 06.07.2005-ci il tarixdən 27.08.2019-cu il tarixindək olan müddətdə mütəmadi olaraq Bakı Aeroportundan çıxış etməklə Rusiya Federasiyasına, bir dəfə Türkiyə Cümhuriyyətinə, bir dəfə isə Balakən sərhəddindən Gürcüstan Respublikasına gedib-qayıtmışdır (cild 02, iş vərəqi 141-142) İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 18.12.2019-cu il tarixli qərarından görünür ki, X20 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona, həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır (cild 02, iş vərəqi 153-154). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 18.12.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün barəsində axtarış elan edilmişdir (cild 02, iş vərəqi 155-156). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 18.12.2019-cu il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınmışdır (cild 02, iş vərəqi 162). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 0842 nömrəli 06.09.2005ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həmin Məcəllənin 70-ci maddəsinə əsasən ona təyin olunmuş cəza 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilmişdir (cild 02, iş vərəqi 167; 183-187). Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4-cü maddəsində göstərilir ki, bu Məcəllənin 83-cü madəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmin Məcəllənin 83-cü maddəsinə görə şərti məhkum edilmiş şəxs barəsində snaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmır. İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 5(011)-383/19 nömrəli 24.12.2019-cu il tarixli qərarından və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********53 nömrəli 21.01.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, «Şərq» 2704 küçəsi 78A saylı fərdi yaşayış evi; Təqsirləndirilən şəxs faktiki mülkiyyətində olan və X4 adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 124, 29 saylı mənzil; X8 faktiki mülkiyyətində olan və anası X6 adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, ev 13, 23 nömrəli mənzilin üzərinə həbs qoyulmuşdur (cild 02, iş vərəqi 181-182; cild 03, iş vərəqi 83). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-15/2020 nömrəli 10.01.2020-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs X20 barəsində həbsdə saxlama müddəti, əvvəli həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmaqla «həbs» qismində qətimkan tədbiri seçilmişdir (cild 02, iş vərəqi 224-226). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 25.01.2020-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid5 arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı Şahid5 əvvəl istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (cild 03, iş vərəqi 49-53). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 07.04.2020-ci il tarixli qərar və protokolundan görünür ki, Zərərçəkmiş şəxs Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən torpaq sahəsinin ona məxsus olmasını təsdiq etmək üçün təqdim etdiyi sənədlərə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, sənədin birinci vərəqəsi A4 formatlı kağızda olmaqla əslinin kserosurətidir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyi aparatının vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında qərarından çıxarışdır. Həmin çıxarış 2/273 nömrəli 06.10.2007-ci il tarixlidir. Nəticəvi hissəsində Füzuli rayonu, Zərgar kəndində yaşayan Zərərçəkmiş şəxs Nardaran qəsəbəsi, sahə 5, yer 231 saylı ünvanda 1600 kv.metr torpaq sahəsinin ayrılması qərara alınmışdır. Qərar Sabunçu Rayon İcra Hakimiyyətinin Başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəsi Y.B.Orucov tərəfindən imzalanmış, sənədin üzərində möhür əksi qeydə alınmışdır; ikinci vərəqəsi A4 formatlı kağızda, əslinin kserosurətidir. Nardaran qəsəbə nümayəndəliyi tərəfindən vətəndaş Zərərçəkmiş şəxs adına Nardaran qəsəbəsi sahə 5, yer 231-də fərdi yaşayış evi tikməsi üçün ayrılması nəzərdə tutulmuş 1600 kv.metr torpaq sahəsinin yerləşmə sxemidir. Sxem müvafiq qaydada cizgiyə alınmış, habelə həmin sənəd tərtibatçı F.Məmmədova, təsdiq edən Y.Orucov tərəfindən imzalanmaqla sənədin üzərində möhür əksi qeydə alınmışdır (cild 03, iş vərəqi 235-239). İş materiallarındakı "xxxx" QSC-nin 5324 nömrəli 02.04.20-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına həmin bankda bank hesabları, depozit qutuları, əmanət və ya kart hesabları, kredit götürməsi, pul köçürməsi mövcud olmamışdır (cild 03, iş vərəqi 250). İş materiallarındakı "xxxx" ASC-nin 0-2020-1284/BO nömrəli 06.04.20-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına həmin bankda heç bir bank hesabı yoxdur (cild 04, iş vərəqi 03). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 10.04.2020-ci il tarixli protokolundan görünür ki, Şahid1 ifadəsi yerində yoxlanılmış və o, əvvəl istintaqa vermiş olduğu ifadəni tamamilə təsdiq etməklə yanaşı, Şahid2, Təqsirləndirilən şəxs 120,0 ABŞ dollarını ünvan 17 ünvanın qarşısında verməsini əyani olaraq göstərmişdir (cild 04, iş vərəqi 06-08). İş materiallarındakı "xxxx" QSC-nin 01620 nömrəli 09.04.20-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına həmin bankda hesab mövcud deyildir (cild 04, iş vərəqi 36). İş materiallarındakı "xxxx" ASC-nin ƏHF 131/20 nömrəli 06.04.20-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına həmin bankda hesab mövcud deyildir (cild 04, iş vərəqi 42). İş materiallarındakı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 170/170-22/006269 nömrəli 28.03.20-ci il tarixli məktubundan görünür ki, Komitənin məlumat bazasında Təqsirləndirilən şəxs göstərilən dövrdə Azərbaycan Respublikasının dövlət sərhəddindən mal və əşyalar keçirməsi barədə məlumat qeydə alınmamışdır (cild 04, iş vərəqi 54). İş materiallarındakı "xxxx" ASC-nin 45/1714 nömrəli 09.04.20-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına həmin bankda hesab mövcud deyildir (cild 04, iş vərəqi 64). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 15.04.2020-ci il tarixli protokolundan görünür ki, "xxxx" MMC-nin BKC/LGL-5830/20 nömrəli 15.04.20-ci il tarixli məktubu ilə daxil olmuş CD diskə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 410-00-66 mobil nömrəsinə 01.01.2009-cu il tarixdən 01.01.2019-cu il tarixə kimi daxil olan, həmin nömrədən çıxan zənglərin siyahısı, mesajların məzmunu, anten məlumatları və həmin nömrələrin sahiblərinin anket məlumatları əldə edilmiş, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında mümkün telefon zəngləri qeydə alınmış, digər əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir (cild 04, iş vərəqi 68-69). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin cinayət təqibi üzrə toplanmış sübutların məcmusuna qiymət vermə və cinayət işinin materiallarından başqa cinayət işini ayrıca icraata ayırmaqla ayrılmış cinayət işini icraata qəbul etmə haqqında 15.04.2020-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24.12.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, «Şərq» 2704 küçəsi 78A saylı fərdi yaşayış evinin, X4 adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 124, 29 saylı mənzilin, X6 adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, ev 13, 23 nömrəli mənzilin, habelə Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında qərarından çıxarış, Nardaran Qəsəbə Nümayəndəliyi tərəfindən vətəndaş Zərərçəkmiş şəxs adına Nardaran qəsəbəsi, sahə 5, yer 231-də fərdi yaşayış evi tikməsi üçün ayrılması nəzərdə tutulmuş 1.600 kv.metr torpaq sahəsinin yerləşmə sxemi və Şahid2 istintaqa təqdim etdiyi, üzərində sonuncu tərəfindən müxtəlif tarixlərdə aparılan «Malik (Amil) 19.01.09 120.000 $» və «Orxan (Amil) 22.01.10 120.000 $» kimi əlyazma qeydlərin həkk edildiyi riyazi qrafikalı 17 sm. X 12,3 sm. ölçüdə, sol kənarı boyunca açıq qəhvəyimtil rəngdə ləkə, orta səthində mərkəzdən nisbi qatlanma izi olan kağız parçası maddi sübut hesab edilmişdir (cild 04, iş vərəqi 70-112; cild 05, iş vərəqi 33-38). İş materiallarındakı "xxxx" ASC-nin 157000/2-1397 nömrəli 13.04.20-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına bank hesabı aşkar olunmamışdır (cild 04, iş vərəqi 131). İş materiallarındakı «BankAvrasiya»-ın 02/728 nömrəli 06.04.20-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına həmin bankda heç bir hesab mövcud deyildir (cild 04, iş vərəqi 134). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 14.05.2020-ci il tarixli protokolundan görünür ki, Şahid2 cinayət prosesini həyata keçirən orqana könüllü təqdim etdiyi kağız parçası 14.05.2020-ci il tarixdə müvafiq qaydada protokollaşdırılaraq götürülmüş və baxış zamanı məlum olmuşdur ki, təqdim olunan kağız parçası 17 sm. uzunluğunda, 12,3 sm. enindədir, riyazi qrafikalı kağız parçasıdır. Kağız parçasının sol kənarı boyunca açıq qəhvəyimtil rəngdə ləkə, orta səthində mərkəzdən nisbi qatlanma izi vardır. Qeyd edilən kağız parçasının üzərində göy rəngli qələmlərlə yazılmış: «Malik (Amil) 19.01.09 120.000 $» və «Orxan (Amil) 22.01.10 120.000 $» kimi əlyazma qeydləri vardır (cild 04, iş vərəqi 233-234). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 17.05.2020-ci il tarixli protokolundan görünür ki, 17.05.2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, «Şərq» 2704 küçəsi 78A saylı fərdi yaşayış evinin yerləşdiyi əraziyə baxış keçirilmiş və qeyd edilən yaşayış sahəsinin hasara alınmış ərazisində fərdi qaraj yerinin inşa edilməsi üçün münasib sahənin mövcud olması müəyyən edilmiş; fotocədvəllər protokola əlavə olunmuşdur (cild 04, iş vərəqi 240-244). İş materiallarındakı "xxxx" MMC-nin 13 nömrəli 20.05.2020-ci il tarixli hesabatından görünür ki, toplanmış materiallar nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri Xətai rayonu, G.Şıxlinski küçəsində yerləşən 13 saylı evin 23 saylı mənzilinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 85.000 (səksən beş min) manat təşkil edir (cild 05, iş vərəqi 06-14). İş materiallarındakı "xxxx" MMC-nin 13/1 nömrəli 20.05.2020-ci il tarixli hesabatından görünür ki, toplanmış materiallar nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən 124 saylı evin 29 saylı mənzilinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 130.000 (yüz otuz min) manat təşkil edir (cild 05, iş vərəqi 15-23). İş materiallarındakı "xxxx" MMC-nin 13/2 nömrəli 20.05.2020-ci il tarixli hesabatından görünür ki, toplanmış materiallar nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, «Şərq» 2704 küçəsi 78A saylı fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 110.000 (yüz on min) manat təşkil edir (cild 05, iş vərəqi 24-32). Rusiyanın DİNİ İİ-nin Barnaul şəhəri Lenin rayonu üzrə CŞ tərəfindən məhkəməyə daxil olmuş cinayət işinə xitam verilməsi haqqında 25 dekabr 2019-cu il tarixli qərarının surətinin azərbaycan dilinə tərcümə olunmuş variantından məlum olur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və X20 tərəfindən ona məxsus əmlakın ələ keçirilməsi barədə şikayətinə baxılmış və Rusiya Federasiyası CM-nin 160-cı maddəsinin 4-cü hissəsi ilə nəzərdə tutulmuş cinayətin əlamətləri üzrə 09.01.2018-ci il tarixdə başlanmış **********0000027 nömrəli cinayət işinə RF CPM-nin 24-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş əsaslarla Orxan və Malik Məhərrəmovların hərəkətlərində RF CM-nin 160-cı maddəsinin 4-cü hissəsində və 159-cu maddəsinin 4-cü hissəsində nəzərdə tulmuş cinayətlərin tərkibi olmadığı üçün xitam verilmişdir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs məhkəməyə mülki iddiaya dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən, pul vəsaitlərinin talanması nəticəsində ona vurulmuş maddi ziyana görə 470.000 (dörd yüz yetmiş min) ABŞ dollarının hazırki dövrə olan manat məzənnəsi ilə 799.000 (yeddi yüz doxsan doqquz min) manat, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən (əldən çıxmış fayda) məhrum etməsi nəticəsində əlavə olaraq 200.000 (iki yüz min) manat və mənəvi ziyana görə 50.000 (əlli min) manat olmaqla, cəmi 1.049.000 (bir milyon qırx doqquz min) manat pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim olunmuş doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs 14 iyun 2011-ci il təvəllüdlü Yusif adlı bir azyaşlı övladı var. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, əməlində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs özünü ona verilmiş ittiham üzrə təqsirli bilməyərək, dayısı Zərərçəkmiş şəxs məxsus pul vəsaitlərini ələ keçirmədiyi, elan edilmiş ittihamla razı olmadığı, barəsində qanunsuz istintaq aparılması barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş yalan ifadə kimi qiymətləndirir. Məhkəmə bundan başqa iş üzrə şahidlər Şahid1, Şahid5 və Şahid19 məhkəmədə ibtidai istintaqdakından fərqli məzmunda verdikləri ifadələri göstərdikləri əsassız səbəblərə görə təqsirləndirilən şəxsin məsuliyyətdən yaxa qurtarmasına kömək məqsədilə verilmiş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, aparılmış istintaq hərəkətlərinin protokolları, maddi sübutlar, habelə iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsin həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal müəyyən edilmədi. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.1 və 28.4-cü maddələrinin müddəalarına əsasən məhkəmələr cinayət işlərinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Həmin Məcəllənin 33.1 və 33.3-cü maddələrində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44-cü maddəsinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 15.4 və 56.1.2-ci maddələrini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş maddi ziyana görə 470.000 (dörd yüz yetmiş min) ABŞ dollarının hazırki dövrə olan manat məzənnəsi ilə 799.000 (yeddi yüz doxsan doqquz min) manat, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən (əldən çıxmış fayda) məhrum etməsi nəticəsində əlavə olaraq 200.000 (iki yüz min) manat və mənəvi ziyana görə 50.000 (əlli min) manat olmaqla, cəmi 1.049.000 (bir milyon qırx doqquz min) manat məbləğində mülki iddia var. Azərbaycan Respublikası CPM-nin 187-ci maddəsinə görə mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır və cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin 354-cü maddəsində göstərilir ki, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi, iddianın baxılmamış saxlanması kimi qərarlardan biri qəbul olunur. Məhkəmə obyektiv araşdırılmış mötəbər sübutları həm məcmu halda, həm də ayrı-ayrılıqda təhlil edib və qeyd edilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iş üzrə verilmiş mülki iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə istintaqında cinayət işinə əlavə edilmiş mötəbər sübutların tədqiqi zamanı və məhkəmə baxışı nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs qarşı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş və onun törətdiyi cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs həmin dövrün məzənnəsinə ilə 491.000 (dörd yüz doxsan bir min) manat məbləğində ziyan vurulmuşdur. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia əsasında ümumilikdə 1.049.000 (bir milyon qırx doqquz min) manat məbləğində pulun Təqsirləndirilən şəxs tutulması tələbi irəli sürülmüşdür. Məhkəmə istintaqında zərərçəkmiş şəxsə (mülki iddiaçıya) vurulmuş ziyanın 1.049.000 (bir milyon qırx doqquz min) manat təşkil edilməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs mülki iddiasında ona vurulmuş maddi və mənəvi ziyanı 1.049.000 (bir milyon qırx doqquz min) manat məbləğində göstərsə də, iddia etdiyi hallarla bağlı (əldən çıxmış fayda, mənəvi ziyan və sair) əsaslı arqumentlər gətirməmiş, eləcə də bununla bağlı sübutlar təqdim etməmişdir. Lakin məhkəmə istintaqında Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın qanuni və əsaslı olması sübuta yetirildiyindən, başqa sözlə, təqsirləndirilən şəxs Orxan Məhərrəməvun zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs qarşı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi təsdiq edildiyindən və nəticədə sonuncuya vurulmuş ziyanın ümumi məbləği 491.000 (dörd yüz doxsan bir min) manat təşkil etdiyindən, məhkəmə hesab edir ki, mülki iddia qanuniliyi və əsaslılığı təsdiq edilmiş ittiham həcmində təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bu mənada məhkəmə bəzi məsələləri qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, ibtidai istintaq zamanı məhkəmə qərarı əsasında üç daşınmaz əmlakın (Təqsirləndirilən şəxs mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, «Şərq» 2704 küçəsi 78A saylı fərdi yaşayış evi; Təqsirləndirilən şəxs faktiki mülkiyyətində olan və X4 adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 124, 29 saylı mənzil; X8 faktiki mülkiyyətində olan və anası X6 adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, ev 13, 23 nömrəli mənzil) üzərinə həbs qoyulmuşdur. Məhkəmə istintaqında müəyyən edilmişdir ki, üzərinə həbs qoyulmuş üç əmlakdan biri Təqsirləndirilən şəxs, qalan iki əmlak isə başqa şəxslərin mülkiyyətindədir. Başqa şəxslərin mülkiyyətində olan daşınmaz əmlakların reallıqda təqsirləndirilən şəxsə məxsus olması, sonuncunun qeyd edilən əmlakların üzərində faktiki sahiblik və istifadə hüququnun olması halları məhkəmə istintaqında müəyyən edilməmişdir. Eyni zamanda başqa şəxslərin mülkiyyətində olan və irəli sürülmüş ittihamla hər hansı bağlılığı olmayan şəxslərin mülkiyyətində olan daşınmaz əmlakların Təqsirləndirilən şəxs təqsirli əməllərinə görə xüsusi müsadirə edilməsi əsassız olmaqla yanaşı, həmçinin qanunsuzdur. Odur ki, X4 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 124, 29 saylı mənzil və X6 mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, ev 13, 23 nömrəli mənzilə xüsusi müsadirə tətbiq edilməməli və həmin əmlaklar həbsdən azad olunmalıdırlar. Təqsirləndirilən şəxs mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, «Şərq» 2704 küçəsi 78A saylı fərdi yaşayış evinə gəldikdə isə məhkəmə belə hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs mülki iddiası qismən (491.000 (dörd yüz doxsan bir min) manat həcmində) təmin edildiyindən, iddia tələbi təmin edilmiş həcmdə Orxan Məhhərəmovun mülkiyyətində olan daşınmaz əmlaka yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı və satışdan hasil olunacaq pul vəsaiti Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmə bu hissədə belə nəticəyə gələrkən onu əsas tutmuşdur ki, iş üzrə mülki iddia olduğu və həmin mülki iddia qismən təmin edildiyi halda təqsirləndirilən şəxsə məxsus əmlakın xüsusi müsadirə edilməsi nəticəsində zərərçəkmiş şəxsə (mülki iddiaçıya) vurulmuş ziyanın ödənilməsi baş verməyəcək, bu isə zərərçəkmiş şəxsin (mülki iddiaçının) qanunla qorunan hüquqlarının pozulmasına yol açacaqdır. Mülki iddianın ödənilməsi, yoxsa xüsusi müsadirənin tətbiq edilməsi zərurəti baxımından məhkəmə hesab edir ki, nə qədər ki, iş üzrə mülki iddia mövcuddur xüsusi müsadirənin tətbiq edilməsi heç bir halda mümkün hesab edilə bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məxsus daşınmaz əmlak xüsusi müsadirə edilməməli, əksinə həmin əmlaka təmin edilmiş hissədə tələb yönədilməli və məhkəmə hökmü qanuni qüvvəsini alanadək həmin əmlakın üzərinə qoyulmuş həbs dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, «Şərq» 2704 küçəsi 78a saylı fərdi yaşayış evinin, X4 adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 124, 29 saylı mənzilin, X6 adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, ev 13, 23 nömrəli mənzilin: habelə Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında qərarından çıxarış, Nardaran Qəsəbə Nümayəndəliyi tərəfindən vətəndaş Zərərçəkmiş şəxs adına Nardaran qəsəbəsi, sahə 5, yer 231-də fərdi yaşayış evi tikməsi üçün ayrılması nəzərdə tutulmuş 1.600 kv.metr torpaq sahəsinin yerləşmə sxemi və Şahid2 istintaqa təqdim etdiyi, üzərində sonuncu tərəfindən müxtəlif tarixlərdə aparılan «Malik (Amil) 19.01.09 120.000 $» və «Orxan (Amil) 22.01.10 120.000 $» kimi əlyazma qeydlərin həkk edildiyi riyazi qrafikalı 17 sm. X 12,3 sm. ölçüdə, sol kənarı boyunca açıq qəhvəyimtil rəngdə ləkə, orta səthində mərkəzdən nisbi qatlanma izi olan kağız parçası cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.12.2021ci il tarixli 15 nömrəli Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.03.2006-cı il tarixli 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.12.2021-ci il tarixli 15 nömrəli Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikası CPM-nin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 08 oktyabr 2019-cu il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının başlanğıcı tutulduğu gündən, yəni 08 oktyabr 2019-cu il tarixdən hesablansın. Cinayət işi üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs cəmi 1.049.000 (bir milyon qırx doqquz min) manat məbləğində olan mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs 491.000 (dörd yüz doxsan bir min) manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs xeyrinə tutulsun. Tələb Təqsirləndirilən şəxs mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, «Şərq» 2704 küçəsi 78A saylı fərdi yaşayış evinə yönəldilsin. Həmin mənzil açıq hərracdan satılsın və satışdan hasil olunacaq pul vəsaiti zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, «Şərq» 2704 küçəsi 78A saylı fərdi yaşayış evinin üzərinə qoyulmuş həbs hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. X4 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 124, 29 saylı mənzilin və X6 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, ev 13, 23 nömrəli mənzilin üzərinə qoyulmuş həbs ləğv edilsin və həmin əmlaklar həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, «Şərq» 2704 küçəsi 78a saylı fərdi yaşayış evinin, X4 adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 124, 29 saylı mənzilin, X6 adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, ev 13, 23 nömrəli mənzilin: habelə Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında qərarından çıxarış, Nardaran Qəsəbə Nümayəndəliyi tərəfindən vətəndaş Zərərçəkmiş şəxs adına Nardaran qəsəbəsi, sahə 5, yer 231-də fərdi yaşayış evi tikməsi üçün ayrılması nəzərdə tutulmuş 1.600 kv.metr torpaq sahəsinin yerləşmə sxemi və Şahid2 istintaqa təqdim etdiyi, üzərində sonuncu tərəfindən müxtəlif tarixlərdə aparılan «Malik (Amil) 19.01.09 120.000 $» və «Orxan (Amil) 22.01.10 120.000 $» kimi əlyazma qeydlərin həkk edildiyi riyazi qrafikalı 17 sm. X 12,3 sm. ölçüdə, sol kənarı boyunca açıq qəhvəyimtil rəngdə ləkə, orta səthində mərkəzdən nisbi qatlanma izi olan kağız parçası cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Telman Hüseynov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar