Məhkəmə qərarları › İş №1(101)-610/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-610/2020

18.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-610/2020 18.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: x3 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs - (xx xxxx 1996-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ələkbərov küçəsi, ev 39 ünvanında qeydiyyatda olan, Azərbayacan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs 10 yanvar 2020-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 4 yol deyilən yerdə şəxsiyyəti istintaqa məlum olmayan “Elnur” adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 01 ədəd açıq qəhvəyi rəngli sellofana bükülmüş bükümdə, təmiz çəkisi 9,010 qram təşkil edən narkotik vasitə olan heroini əldə edərək, üzərində saxlamaqla daşıyarkən, 11 yanvar 2020-ci il tarixdə saat 02:30 radələrində Binəqədi RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən “Amart” marketin yaxınlığında saxlanılaraq Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilmiş və polis bölməsinin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd açıq qəhvəyi rəngli selofana bükülmüş ümumi təmiz çəkisi 9,010 qram təşkil edən narkotik vasitə olan heroin və həmin gödəkcənin döş cibindən 01 ədəd üzərində heroin izləri olan qara və boz rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona verilən ittihamla özünü qismən, yəni narkotik vasitə olan heroinin istifadəçisi kimi təqsirli bilərək ifadəsində göstərmişdir ki, anası Rəhilə Rzayeva, bacısı Rəhimə Rzayeva və həyat yoldaşı Mehriban Mikayılova ilə birlikdə yaşamışdır. 3 ildi evli olmağına baxmayaraq övladı yoxdur. Atası x2 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi məhkəmənin icraatındadır. O özü də tutulana qədər təxminən 5-6 ay olarmış ki, narkotik vasitə olan heroindən istifadə etmişdir. O, narkotik vasitəni adətən Elnur adlı şəxsdən almışdır. 10.01.2020-ci il tarixdə saat 22:00 radələrində o, Binəqədi rayonu, 4 yol deyilən yerdən Elnur adlı şəxsdən 270 manata ümumi çəkisi təxminən 9 qram narkotik vasitə olan heroini almış və özündə olan tərəzi ilə həmin narkotik vasitəni çəkdikdən sonra narkotik vasitə bükülmüş sellofanı və tərəzini əynində olan qara rəngli gödəkçəsinin cibinə qoymuş və evə getmişdir. 11 yanvar 2020-cu il tarixdə saat 01:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən “Amart” marketdən tum almağa çıxmışdır. Mağazadan tum alıb evə qayıdan zaman 3 nəfər polis əməkdaşının ona tərəf gəldiyini görüb özünü itirmiş və cibində olan narkotik vasitə olan bükümü və tərəzini atmaq istəmiş, lakin çatdıra bilməmişdir. Polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək ondan özünü təqdim etməyini tələb etmişlər və o, özünü polis əməkdaşlarına təqdim etmişdir. Onun hərəkətləri polis əməkdaşlarında şübhə doğurduğu üçün polis əməkdaşları üzərində narkotik vasitə olmasından şübhələndiklərini bildirib üzərinə baxış keçirilməsi məqsədi ilə onu Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Polis Bölməsinə getdikdən sonra o, müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə polis əməkdaşlarının və ona təqdim edilmiş vəkilin iştirakı ilə çəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl polis əməkdaşları ondan üzərində qanunla saxlanması, daşınması, gəzdirilməsi qadağan olunmuş əşya və maddə varsa çıxarıb təqdim etməsini bildirmişlər. Bundan sonra o, əynində olan qara rəngli gödəkçəsinin döş cibindən 01 ədəd qara və boz rəngli tərəzini, həmin gödəkçənin sol yan cibindən 01 ədəd siqaret qutusunu və 01 ədəd açıq qəhvəyi rəngli sellofan bükülünü, həmin gödəkçənin sağ cibindən günəbaxan tumlarını, əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd alışqanı, həmin şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra ona əynində olan qara rəngli gödəkçəsini, qara rəngli şalvarının ciblərini açmaq tələb olunmuş, ciblərdən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra onun üzərindən çıxan açıq qəhvəyi rəngli sellofan bükümü açmaq təklif olunmuşdur. O, həmin açıq qəhvəyi rəngli sellofan bükümü açaraq bükümün içərisində olan açıq qəhvəyi rəngli maddəni göstərərək həmin maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Tərəzini isə həmin narkotik vasitəni alarkən çəkisində aldanmamaq üçün üstündə götürmüşdür. O, narkotik vasitəni Elnur adı ilə tanıdığı şəxsdən almışdır. Sumsung Galaxy J3 markalı mobil telefon və həmin telefonun üzərində olan 070 *** ** ** saylı və 055 *** ** ** saylı mobil nömrələr onun istifadəsindədir və o, “Tərlan 182” adlı şəxslə vatsap proqramı ilə danışımışdır. O, polis əməkdaşları tərəfindən saxlanılarkən ona heç bir təsir olmamışdır. O, narkotik vasitəni Elnur adı ilə tanıdığı şəxsdən almışdır. Elnur təxminən 30-35 yaşlı, arıq bədən qurluşlu cavan oğlan olmuşdur. Elnurun anket məlumatlarını dəqiq bilməsə də deməsinə görə Nərimanov rayonu ərazisində yaşamışdır. Elnur özü mütəmadi olaraq Binəqədi qəsəbəsinə gəlmiş və o, Elnurdan narkotik vasitə almışdır. Həmin “Tərlan 182” adlı şəxs Binəqədi qəsəbə sakini Şahid4 İsgəndər oğludur. Tərlan da onun kimi narkotik vasitə aludəçisidir. Onunla Tərlan arasında qeyd edilən mövzuda söhbətlər olsa da o, heç vaxt nə ona nə də ki, digər şəxsə narkotik vasitə satmamışdır. Onlar Tərlanla birlikdə narkotik vasitə alıb istifadə etmişlər. Onun pulu olanda o, Tərlana, Tərlanın pulu olanda Tərlan ona narkotik vasitə almışdır. O, heç kimə narkotik vasitə satmamışdır. O, sonuncu dəfə narkotik vasitəni tutulmamışdan bir qədər öncə evdə istifadə etmişdir. İstifadə etdiyi narkotik vasitə heroin sonuncu dəfə Elnurdan aldığı 9 qrama aid olmamışdır. Həmin istifadə etdiyi heroin həbs olmamışdın bir neçə gün öncə Elnurdan aldığı heroinin qalığı olmuşdur. O, ifadəsinə əlavə olaraq bildirmişdir ki, narkotik vasitələri öz şəxsi istifadəsi üçün əldə etmişdir. Heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində bildirmişdir ki, Binəqədi RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləməklə polis serjantı rütbəsini daşıyır. Hazırda 2 saylı marşurut xətti üzrə xidmət aparır. Onun xidmət apardığı 2 saylı marşurut xətti Bakı şəhəri, Binəqədi rayonu, M.Ələkbərov küçəsini əhatə edir. 11 yanvar 2020-ci il tarixdə Binəqədi RPİ-nin Post Patrul Bölük xidmətinin polis serjantı Şahid3 və Şahid2 ilə 2 saylı marşurut xətti üzrə xidmət aparan zaman saat 02:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ələkbərov küçəsində yerləşən “Amart” marketin yaxınlığında bir nəfər şəxsin qaranlıq sahədə dayanmasını və özünü şübhəli apararaq onları görən kimi hərəkət etməyə başladığını görmüşlər. Son zamanlar baş verən oğurluq hadisələrinin, həmçinin narkotik vasitələrdən istifadə edən şəxslərin sayının artmasını nəzərə alıb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxs əlində tutduğu elektron tərəzini və kağız bağlamada olan bükümü gizlətmək istəmişdir. Bundan sonra onlar həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də özünü xx xxxx 1996-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Buna görə də onlar Əhədi üzərinə baxış keçirilməsi üçün Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Əhəd də heç bir etiraz etməmiş və onlar birlikdə 43-cü PB-nə gedərək hadisə barədə bölmənin rəhbərliyinə raportla müraciət edərək qanuni tədbir görülməsini xahiş etmişlər. Bundan sonra Əhəd polis bölməsində xidməti iş otaqlarının birinə dəvət edilmişdir. Həmin otaqda müdafiəçinin iştirakı ilə şübhəli kimi gətirilən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxışda iştirak edən hər kəs özü haqqında məlumat verdikdən sonra Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini bildirilmişdir. Əhəd də əynində olan qara rəngli gödəkcənin döş cibindən 01 ədəd qara və boz rəngli tərəzini və gödəkcənin sol yan cibindən 01 ədəd açıq qəhvəyi rəngli sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Əhəddən həmin bükümün içərisində nə olduğunu soruşduqda Əhəd həmin 01 ədəd açıq qəhvəyi rəngli sellofana bükülmüş bükümün içərində narkotik vasitə heroin olduğunu, həmin narktok vasitə heroin və tərəzinin atası x1 qaldığını və 11.12.2019-cu il tarixdə atasının həbsdə olduğunu, həmin narkotik vasitənin evdə olduğundan onu satmaq qərarına gəldiyini və bu səbəbdən üzərində gəzdirərək özünə müştəri axtardığını bildirmişdir. Bundan sonra Əhədin üzərinə baxış keçirilmiş və baxış zamanı Əhədin üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra baxış iştirakçılarının iştirakları ilə Əhədin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və onun tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş şahidlər Şahid2 və Şahid3 ifadələrində Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Məhkəmədə Şahid4 İsgəndər oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, əvəllər narkotik vasitələrdən istifadə etdiyinə görə iki dəfə məhkum olunmuş və sonuncu dəfə 29.08.2019-cu il tarixdə həbsdən azad olmuşdur. O, Təqsirləndirilən şəxs yaşadığı Binəqədi qəsəbəsindən qəsəbə sakini kimi tanıyır. Əhədlə arasında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Azərfon MMC-yə məxsus ***-***-**-** saylı mobil nömrə ona məxsusdur və o, qeyd olunan mobil nömərni 2019-cu ilin oktyabr ayından öz adına alaraq istifadə edir. Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy J3” markalı mobil telefonunun “Whatsaap” proqramında “Tərlan 182” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrə ona məxsusdur. Həmin ***-***-**-** saylı mobil nömrəni 2019-cu ilin oktyabr ayından istifadə edir. Həbsdən çıxdıqdan sonra bədənində ağrılar olduğuna görə narkotik vasitələrdən istifadə etmişdir. Azadlığa çıxdıqdan sonra Binəqədi rayonu, Binəqədi qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşqul olduğunu eşitmiş və buna görə də bir neçə dəfə Əhədə narkotik vasitələrlə bağlı müraciət etmiş və müxtəlif vaxtlarada Əhəddən pul müqabilində narkotik və psixotrop maddələr almışdır. Ona narkotik vastə lazım olan zaman Əhədlə əlaqə saxlayıb razılaşdıqları yerdə görüşüb Əhəddən “kakos” kimi tanıdığı narkotik vasitənin qramını 25-30 manata, şüşə adı ilə bildiyi psixartop maddə olan metamfetaminin bir “çetini”, yəni bir çəkimlik bükümünü 10 manat almışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün qismən etiraf edici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan 11.01.2020-ci il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən 01 ədəd bükümdə təmiz çəkisi 9,010 qr olan narkotik vasitə olan heroin və 01 ədəd elektron tərəzi də aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 11.01.2020-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə 13.01.2020-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 11 yanvar 2020-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü köçürülmüş 01 ədəd DVD formatlı diskə baxış keçrilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərindən 01 ədəd elektron tərəzinin və 01 ədəd bükümdə narkotik vasitə olan heroinin aşkar olunaraq götürülməsi öz təsdiqini tapmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş «Samsung Galaxy J3» markalı mobil telefona Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş və baxış zamanı telefonun “Whatshapp proqramına “Tərlan 182” adlı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs oğunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 06, 07 və 10 yanvar 2020-ci il tarixlərdə narkotik vasitələrin satışını təsdiq edən yazışmalar və səsli ismarışlar olması aşkar edilmişdir; Baxışda iştirak edən Təqsirləndirilən şəxs mobil telefonunun “Whatshapps” proqramında ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçsə də həmin mobil nömrənin kimə məxsus olduğunu bilmədiyini, telefonun üzərində ***-***-**-** saylı mobil nömrəni istifadə etdiyini bildirmişdir. Həmçinin “Təran 182” adı ilə qeyd olunan ***-***-**-** saylı mobil nömrənin tanışı Şahid4 İsgəndər oğluna məxsus olduğunu, onunla yazışan şəxsin isə özü olmasını, Tərlana narkotik vasitə almaq üçün pul verdiyni və narkotik vasitəni alaraq birlikdə istifadə etdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs ilə Şahid4 İsgəndər oğlu arasında “Whatshapps” proqramında olan yazışmaların surəti və səs yazıları surəti sübut əhəmiyyəti kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilərək SD diskə köçürülüb iş materiallarına əlavə edilmişdir. Bundan başqa iş üzrə Təqsirləndirilən şəxs məxsus 01 ədəd «Samsung Galaxy J3 » markalı mobil telefon maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 11.01.2020-ci il tarixli, 592 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs” Yazısı olan zərfdə, 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 9,010 qr olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Cinayət işinin materiallarında olan əlavə məhkəmə-kimyəvi ekspertizasının 11.02.2020-ci il tarixli 1548 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Maddi sübut 01 ədəd elektron tərəzi.......” sözlər və imzalar olan 01 ədəd kağız zərfdəki, 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroin izləri vardır və heroin iz şəklində olduğu üçün tədqiqata təqdim olunmuş heroin ilə eynilik aparmaq mümkün deyildir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 29.01.2020-ci il tarixli, 191 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi barədə qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan təhqiqatdan sonra qalan 8,960 qram narkotik vasitə olan heroin, 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün DİNnin Bakı şəhər Binəqədi RPİ-ə təhvil verilmişdir. Təqsirləndirilən şəxs istifadə etdiyi 01 ədəd «Samsung Galaxy J3 » markalı mobil telefon, onunla Şahid4 İsgəndər oğlu arasında “Whatshapps” proqramında olan yazışmaların surəti və səs yazıları olan SD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilməsi, üzərindən olunmuş narkotik vasitələri satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etdiyini, Şahid4la birlikdə narkotik vasitə istifadə etsə də heç vaxt Şahid4 və ya başqa şəxslərə narkotik vasitə satmaması barədə ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasi-tələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı ol-ma-yaraq Azərbaycan Respublika--sının qanunvericiliyi ilə müəyyən edilmiş qay-da-ları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəza-çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələblərinə əsasən əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1ci maddəsində nəzərdə tutulmuş əm-lakı müəy-yən edilmədi-yin-dən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra hazırki cinayət işi üzrə maddi sübut kimi tanınaraq Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunan təhqiqatdan sonra qalan 8,960 qram narkotik vasitə olan heroin, 01 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs istifadə etdiyi 01 ədəd «Samsung Galaxy J3 » markalı mobil telefon, onunla Şahid4 İsgəndər oğlu arasında “WhatsApp” proqramında olan yazışmaların surəti və səs yazıları olan SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 11 yanvar 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 175 (bir yüz yetmiş beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 11 yanvar 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olan Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunan təhqiqatdan sonra qalan 8,960 qram narkotik vasitə olan heroin, 01 ədəd elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs istifadə etdiyi 01 ədəd «Samsung Galaxy J3 » markalı mobil telefon, onunla Şahid4 İsgəndər oğlu arasında “WhatsApp” proqramında olan yazışmaların surəti və səs yazıları olan SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 175 (bir yüz yetmiş beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar