Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-610/2021 25.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Xankişiyev Mirzə Aslan oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi2 iştirakları ilə xx.xx.1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Sumqayıt şəhəri, İnşaatçsılar qəsəbəsi, ev 14/5A,, mənzil 6-da qeydiyyatda olan, Sumqayıt şəhəri, İnşaatçsılar qəsəbəsi, 1 saylı yataqxana, otaq 7-də yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin Bakı istintaq təcridxanasında saxlanılır Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarndan artıq miqdarda 3,740 qram ümumi təmiz çəkidə narkoitk vasitə heroini əldə edib üzərində saxlamış, 03 sentyabr 2020-ci il tarixdə saat 13:45 radələrində, Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs, Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən «Dədə Qorqud» şadlıq sarayının qarşısında saxlanılıb Baş İdarəyə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibində satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istifadəsi üçün əldə etdiyi iki ədəd bükümdə 1,875 qram və 1.865 qram olmaqla cəmi - 3,740 qram təmiz çəkidə narkoitk vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs, özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək məhkəmə iclasında ifadəsində göstərdi ki, o, narkotik vasitələrdən istifadə etmir və heç vaxt narkotik vasitələrin satışı ilə məşqul olmamışdır. Bütün bu ittiham ona qarşı polis əməkdaşları tərəfindən qurulmuş bir oyundur, şər və böhtandan ibarətdir. Belə ki, 03 sentyabr 2020-ci il tarixdə, Sumqayıt şəhər polis şöbəsinin Cinayət Axtarış şöbəsinin rəisi müavini Rauf Babaşov ona zəng edərək polis şöbəsinə dəvət etmişdir. O da, “Alo” taksi xidmətinə zəng edib sifarişlə gələn taksi maşınına əyləşib Rauf Babaşovun qəbuluna getmişdir. O, idarəyə gələndən sonra orada onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb döyə döyə maşına mindirib «Banditzmə» aparmışlar. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərdi ki, o, ifadəsini təzyiq və işgəncə altında vermiş, onda, narkotik vasitə olmamış, o, nə narkotik vasitənin aludəçisidir, nə də satışı ilə məşqul olur. Heç kim ona deyə bilməz ki, o, kiməsə narkotik vasitə satmışdır. Ona qarşı qurulmuş bu oyunun səbəbini özü də bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, DİNnin BMCMİ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 03 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumatla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri «Dədə Qorqud» şadlıq evinin yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra onun üzərinə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilməyə başlanılmış, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən 02 ədəd şəffaf sellofan bükümün içində narkotik vasitə heroin aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bükümlərdə olan narkotik vasitə heroini 03 sentyabr 2020-ci il tarixdə Dənizkənarı parkda üzdən tanıdığı şəxsdən 80 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə-kimyəvi ekspertizasının 04.09.2020-ci il tarixli, 6/1772 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 1,875 qram və 1,865 qram, ümumilikdə 3,740 qram tünd qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə-narkoloji ekspertizasının 07.12.2020-ci il tarixli, 3399 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş heroinin təmiz çəkisi 3,740 qram olmuşdur. Lakin tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra heroinin qalıq çəkisi 3,640 qram olmuşdur. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və qalıq çəkisi 3,640 qram çəkidə heroin maddi sübut kimi tanınmış, cinayət işinə əlavə edilməsi üçün Sumqayıt ŞPİ-nə göndərilmiş və məsul saxlamş üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı kifayt qədər toplanmış sübutlarla ibtidai istintaqın gəldiyi nəticələr Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə münasibətdə öz təsdiqini tapmamışdır. Belə ki, bütün iş materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məlumat daxil olmasıbarədə sənədlər tərtib olunsa da, lakin, istintaq orqanı satış məqsədini əldə edə biləcək heç bir sübut əldə etməmiş, satışı təsdiq edəcək hər hansı bir sübutun əldə edilməsinə təşəbbüs belə göstərməmişdir. İstintaq orqanı daxil olmuş məlumata əsasən, narkotik vasitənin Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə əldə edilməsini bildirsələrdə təqsirləndirilən şəxs barəsində təxirəsalımaz əməliyyat tədbirləri həyata keçirsələrdə Təqsirləndirilən şəxs nə izləməyə almamışlar, nə ətrafında əməliyyat keçirib onun barəsində satış faktını həyata keçirərkən cinayət başında yaxalanmasına təşəbbüs göstərməmişlər. Bundan əlavə Təqsirləndirilən şəxs ilkin izahat və istintaq ifadələrində də narkotik vasitəni öz istifadəsi üçün tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin hər hansı biri Təqsirləndirilən şəxs narkotik vasitələrin staışı faktını ifadələrində təsdiq etməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 da ifadələrində bildirdilər ki, Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən aşkar olunmuş narkotik vasitəni öz istifadəsi üçün tanımadığı şəxsdən əldə etdiyini bildirmişlər. Aaparılan məhkəmə istintaqı zamanı isə təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşqul olması barədə heç bir sübut əldə edilməmişdir. Belə ki, istər təqsirləndirilən şəxs, istərsə də şahidlərin ifadələrində məhkəmədə təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşqul olmasını təsdiq edən hər hansı bir sübut müəyyən olunmamışdır. Göründüyü kimi digər heç bir sübut əldə edilmədiyi halda istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli narkotik vasitənin satışı kimi qiymətləndirilmişdir. Buna baxmayaraq məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin vermiş olduğu ifadələrində üzərində narkotik vasitələrin olmamasını bildirsədə onun narkotik vasitənin aludəçisi olmasını təsdiq edən ekspert rəyi, həmin gün şəxsi axtarış zamanı üzərindən narkotik vasitənin aşkar olunması, baxış protokolu ilə öz təsdiqini tapmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkib əlamətləri yoxdur. Belə ki, onların narkotik vasitəni satması ilə bağlı əməllərini təsdiq edən heç bir sübut istintaq orqanı tərəfindən müəyyən edilməmiş və əldə edilməmişdir. Yeganə sübut kimi istifadə olunan fakt daxil olmuş məlumat olmuşdur, lakin, nə əməliyyat orqanı, nə də istintaq orqanı satış faktını təsdiq etməsi üçün heç bir hərəkət etməmişdir, bununlada həmin fakt tam təkzib olunmuşdur. Digər satma faktını təsdiq edən hər hansı bir dəlil və ya sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyidir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Beləliklə, məhkəmə iclasında şahid ifadəsi ilə yanaşı, toplanmış sübutların məcmusu Təqsirləndirilən şəxs elan olunmuş ittihamın əsasını təşkil etmədiyinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham öz təsdiqini tapmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil operatorun Baksel MMC-dən alınmış telefon danışıqlarından və ya sms yazışmalarından da Təqsirləndirilən şəxs narkotik vasitəlrin staşını təsdiq edə biləcək heç bir məlumat əldə edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair”» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi-hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs ifadə verərkən üzərində həmin narkotik vasitənin aşkar olunmadığını bildirsə də, onun ibtidai istintaq zamanı üzərinə şəxsi baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə protokolla təsdiq olunur ki, həmin gün Təqsirləndirilən şəxs üzərində qeyd olunan miqdarda psixatrop maddə metamfetamin olmuşdur. Bundan əlavə, məhkəmə hesab edir ki, istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsi əsaslı hesab edilə bilməz. Çün ki, istintaq orqanının özünün gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisidir, satışını isə təsdiq edən heç bir sübut əldə edilməmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs vermiş olduğu ifadəsində, özünü təqsirli bilməməsini, əməlində ümumiyyətlə cinayətin tərkib əlamətlərinin olmamasını bildirməsi, saxlanılan zaman üzərində narkotik vasitənin olmamasını göstərməsi faktına tənqidi yanaşaraq onun bu ifadəsini inandırıcı hesab etmir, məhkəmə hesab edir ki, onlar, bu ifadəni verməkdə yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Beləliklə, cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, o, axırıncı dəfə Abşeron rayon məhkəməsinin 08.02.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Nizami rayon məhkəməsinin 01.10.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 19 gün vaxtından əvvəl şərti azad olunmuşdur. 28.01.2019-cu il tarixdə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Lakin, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə törətmiş olduğu cinayət əməlini 03 sentyabr 2020-ci il tarixdə törətmişdir. Qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqdan gündən 02 il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. Yuxarıda göstərilənlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs oğlunun üzərində çəkilməmiş cəzası qalmamış, lakin məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsinə görə cinayətlərin residivi yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Məhkəmə istintaqı zamanı, Təqsirləndirilən şəxs cəzasını yüngüləşdirən halların olması müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəza ciddi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 03 sentyabr 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-də saxlanılan tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 3,640 qram çəkidə heroinməhv edilməlidir . İş üzrə evkspertiza xərcləri 114 (bir yüz on dört) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 03 sentyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi özrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-də saxlanılan tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 3,640 qram çəkidə heroinməhv edilsin . İş üzrə evkspertiza xərcləri 114 (bir yüz on dört) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-610/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-610/2021
25.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver