Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-610/2024 19.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X4 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, X3 və Rəcəbova Nəzrin Səməndər qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları - Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, Müdafiəçi – Bakı şəhəri 4 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1995-ci il tarixdə İsmayıllı rayonu Qurbanəfəndi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmaqla məhkumluğu olan, İsmayıllı şəhəri, K.Qasımov küçəsi, ev 24-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan «Murtuza» və «Gülər» adlı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqa məlum olmayan vaxtda «Murtuza» və «Gülər» adlı şəxsdən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 53,601 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda 234.938 qram çəkidə narkotik vasitə heroini və 56.34 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib yaşadığı ünvan 1 ünvana daşıdıqdan sonra psixotrop maddə metamfetaminin 49.163 qram hissəsini, narkotik vasitə heroinin 225.97 qram hissəsini və narkotik vasitə qurudulmuş marixuananın yaşadığı mənzildə, psixotrop maddə metamfetaminin 4,438 qram hissəsini və narkotik vasitə heroinin 8,968 qram hissəsini isə üzərində saxlamış, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 17 mart 2023-cü il tarixdə saat 23:25-də ünvan 2 ünvanın qarşısında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 8,968 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin, 01 bükümdə təmiz çəkisi 4.438 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin və əməliyyat tədbirinin davamı olaraq 18 mart 2023-cü il tarixdə saat 02:10-da Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yaşadığı ünvan 3 ünvana baxış keçirilərkən evin qonaq otağındakı masanın üzərində olan 1 ədəd sellofan torbanın içərisindən 23 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 35,071 qram, 46,570 qram, 29,378 qram, 23,392 qram, 44,543 qram, 40,220 qram, 0,437 qram, 0,359 qram, 0,415 qram, 0,450 qram, 0,385 qram, 0,402 qram, 0,427 qram, 0,358 qram, 0,424 qram, 0,417 qram, 0,435 qram, 0,412 qram, 0,347 qram, 0,395 qram, 0,366 qram, 0,382 qram, 0,385 qram olmaqla ümumi təmiz çəkisi 225,97 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin, 21 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 40,956 qram, 0,354 qram, 0,358 qram, 0,416 qram, 0,386 qram, 0,429 qram, 0,465 qram, 0,438 qram, 0,386 qram, 0,402 qram, 0,463 qram, 0,373 qram, 0,405 qram, 0,346 qram, 0,435 qram, 0,367 qram, 0,467 qram, 0,451 qram, 0,414 qram, 0,398 qram, 0,454 qram olmaqla ümumi təmiz çəkisi 49,163 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin, 12 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,01 qram, 4,05 qram, 7,40 qram, 7,57 qram, 4,79 qram, 5,71 qram, 9,41 qram, 2,33 qram, 2,33 qram, 2,34 qram, 2,27 qram, 3,13 qram olmaqla ümumi təmiz çəkisi 56,34 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitə-psixotrop maddələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı üzərində narkotik vasitə heroin və qurudulmuş marixuana izləri olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o taksi fəaliyyəti ilə məşğul olmuşdur. Gülər adlı şəxs onun müştərisi olmuş və Neftçilər ərazisində yaşamışdır. O, ittiham aktında göstərilən ünvana Gülərin əşyalarını onunla birlikdə aparmışlar. Gülər azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Bu səbəbdən o, axşam saat 22 radələrindən sonra evdən çölə çıxa bilməyəcəyini bildirərək qalan bir neçə çanta paltarlarını gətirməyini ondan xahiş etmişdir. O, pul qazanmaq üçün müştərinin dedikləri ilə razı olmuş və həmin ünvandan çantaları götürüb aparmışdır. O, “Yeganə” şadlıq sarayının yaxınlığında ittiham aktında göstərilən saatda avtomobilinin boşalmış təkərinə hava vurmaq məqsədilə dayanmış və 7 nəfər şəxs ona yaxınlaşaraq təzyiq və təhqir etmişlər. Həmin şəxslər onu Baş idarəyə gətirmiş və orada da ona qarşı fiziki təsirlər davam etdirilmişdir. Videoçəkiliş zamanı söylədikləri polislər tərəfdən əzbərlədilmiş cümlələr olmuşdur. İttiham aktında göstərilmişdir ki, üzərində narkotik maddə və göy rəndli “Redmi” markalı mobil telefon aşkar olunmuşdur. Ancaq həmin mobil telefonu o görməmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. O, yalnız narkotik vasitənin “marixuana” növündən istifadə etmişdir. O, heroin və metamfetamindən heç vaxt istifadə etməmişdir. Marixuananı isə 4-5 gündən bir ancaq məclis olanda istifadə etmişdir. Onun özü şəxsən kimdənsə narkotik vasitə almamışdır. Gülər Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Gülərin narkotik vasitə istifadə edibetmədiyindən onun məlumatı yoxdur. O, Güləri müştəri kimi cəmi 4-5 dəfə görmüşdür. Polis əməkdaşlarının ona qarşı olan qərəzli münasibətinin səbəbini bilmir. Aşkar olunmuş narkotik maddələrin hamısı polislər tərəfdən qoyulmuşdur. “Yeganə” şadlıq sarayının yaxınlığında polis əməkdaşları onu yerə yıxaraq təpik və yumruqla vurmuşlar. Bundan sonra onu baş idarəyə apararaq orada da döymüşlər. Onun xəsarətləri bədənində olmuşdur. O, Nəsimi rayon polis idarəsinə əynində mayka ilə getmişdir. Belə ki, onun köynəyi polis əməkdaşları tərəfindən döyülən zaman cırılmışdır. O, sonradan yeznəsi ilə əlaqə saxlamış və sonuncu ona qısaqol köynək alıb gətirmişdir. 18 mart 2023-cü il tarixdə saat 04-05 radələrində o, Nəsimi RPİ-nə gətirilmiş və istintaq orada davam etdirilmişdir. Nəsimi RPİ-nin müstəntiqi işi düzgün araşdırmamışdır. Belə ki, müstəntiq cinayət işini Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının dediyi şəkildə sənədləşdirmişdir. Müstəntiq onun ifadəsini dediyi şəkildə yazmadığı üçün o, ifadəni imzalamaqdan imtina etmişdir. Mobil telefon paltarların arasından çıxmış və ona məxsus deyildir. O, Bakı İstintaq Təcridxanasına təhvil verilərkən müayinədən keçirilməmiş, özü də ona qarşı olan təzyiqlər barədə məlumat verməmişdir. Saxlanılan zaman onun yanında olan Elza xanımı da Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Onlar ayrı-ayrı otaqlarda olmuşlar. Hüseyn Seyidzadə küçəsi, ev 129-35, mənzil 05 saylı ünvanın kimə məxsus olduğunu bilmir. O, müştərisi Gülər xanımın qeyd olunan ünvanda yaşadığını həmin gün bilmişdir. O, ittiham aktında qeyd olunan ünvanda kirayə yaşamamışdır. Saxlanılan zaman cibində yalnız həmin mənzilin açarı olmuşdur. Belə ki, həmin vaxt Gülər özü gələ bilməmiş və çantalarını mənzilinə qoymağı ondan xahiş etmişdir. Polis əməkdaşları tərəfindən ona həm fiziki, həm də psixi təsir və təzyiq olmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, o Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışır. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı əsasında “Yeganə” şadlıq sarayından yuxarıdakı Nəsimi rayon ərazisində yerləşən Hüseyn Seyidzadə küçəsinə getmişlər. Orada həmin şəxsi saxlayaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Bu zaman üzərindən mobil telefon, heroin və metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələri tanıdığı qadının vasitəsilə İran İslam Respublikasının vətəndaşından əldə etdiyini və dediyi yerlərə qoyacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evində də narkotik maddələr saxladığını və könüllü şəkildə təqdim etmək istədiyini bildirmişdir. Bu barədə onun ərizəsi alındıqdan sonra yaşadığı mənzilə axtarış və baxış keçirilmişdir. Bu zaman qonaq otağında olan masanın üzərindən sellofana bükülmüş ayrı-ayrı bükümləri təqdim etmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlığında xanımla birgə saxlanılmışdır. Onlar hər iki şəxsi idarəyə aparmışlar və orada xanım aşkar olunmuş narkotik maddələrdən xəbərsiz olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs o və Qismət adlı əməkdaş saxlamışlar. Təqsirləndirilən şəxs Nəsimi rayon polis idarəsinin müvəqqəti saxlanma yerinə təhvil vermişlər. Onların Təqsirləndirilən şəxs köynəyini cırıb çıxarmaları həqiqəti əks etdirmir. Belə ki, Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. “Gülər” adlı şəxsin sonradan müəyyən edilib-edilməməsi ilə bağlı məlumatı yoxdur. Mobil telefon Təqsirləndirilən şəxs cibindən aşkar edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və baxış istintaq hərəkətində o, iş yoldaşı Qismət, təhqiqatçı və vəkil iştirak etmişdir. Təqsirləndirilən şəxsla birgə saxlanılan xanım da idarəyə aparılmışdır. Ancaq Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və baxış istintaq hərəkətində onun da iştirak edib-etmədiyini xatırlamır. Təqsirləndirilən şəxs ittiham aktında qeyd olunan mənzildə yaşadığını bildirmişdir. Mənzilə axtarış və baxış istintaq hərəkətində o, Qismət, vəkil və təhqiqatçı iştirak etmişdir. Onun tərəfindən təqsirləndirilən şəxs Novruz Məmmədova qarşı fiziki və psixi təsir və təzyiq olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid1 məhkəmə baxışı zamanı verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək onunla eyni əməliyyat qrupunda olduqlarını bildirmiş və Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, Təqsirləndirilən şəxs taksi sürücüsü kimi tanımışdır. 17 mart 2023-cü il tarixdə axşam saatlarında Əcəmi ərazisində olarkən Təqsirləndirilən şəxs avtomobilinə müştəri kimi əyləşmişdir. Belə ki, Novruz Məmmədov onu Nərimanov metrostansiyasına aparası imiş. Təqsirləndirilən şəxs ona Əcəmi ərazisində evi olduğunu və oradan əşya götürəcəyini bildirmişdir. Bir qədər getdikdən sonra maşında problem yaranmışdır. Təqsirləndirilən şəxs maşının problemini həll etmək üçün düşmüşdür. Bundan sonra polislər oraya gəlmiş və onu döymüşlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 bildirdi ki, Təqsirləndirilən şəxs təxminən 5 dəqiqə ərzində evə gedib-gəlmişdir. Təqsirləndirilən şəxs avtomobilinin təkərində problem yaranmışdır. O həmin vaxt maşında əyləşmişdir. O avtomobilin içərisində olmuş, Məmməd isə maşından düşmüşdür. O, maşında arxaya dönən zaman təxminən 7-8 nəfər polis əməkdaşının Təqsirləndirilən şəxs döydüyünü görmüşdür. Daha sonra o maşından düşərək onlara yaxınlaşmış və polislər onun da qoluna qandal vuraraq idarəyə gətirmişlər. Polis idarəsində sorğu-sual edilmiş və ertəsi gün səhər saat 09:30- 10:00 radələrində evə buraxılmışdır. Təqsirləndirilən şəxs polislər tərəfindən sorğu-sual edilən vaxt onun yanında olmamış, onlar ayrı-ayrı otaqlarda olmuşlar. Onlar polislər tərəfindən saxlanılan vaxt Əcəmi tərəfdə “Yeganə” şadlıq sarayının qarşısında olmuşlar. Polislər Təqsirləndirilən şəxs və onu döymuşlər. O, onu vuran polis əməkdaşlarının adlarını bilmir, həmin şəxsləri yalnız üzdən tanıyır. Təqsirləndirilən şəxs avtomobili orada qalmış, onları isə başqa avtomobillə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. Təqsirləndirilən şəxs qarşı idarədə hər hansı fiziki təsir və təzyiq olub-olmadığını görməmişdir. Təqsirləndirilən şəxs paltarları cırılmış vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs neçə müddət əvvəl tanıdığını xatırlamır. Məlum hadisə baş verən gün Təqsirləndirilən şəxs yolda görmüş və sonuncudan onu Nərimanov metrostansiyasına aparmasını xahiş etmişdir. Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir düşmənçiliyi, ədavəti və ya qohumluğu olmamışdır. 17 mart 2023-cü il tarixdə saat 23:25 radələrində ünvan 4 ünvanın yaxınlığında bir aya yaxındır ki, sosial şəbəkə vasitəsi ilə tanıdığı Təqsirləndirilən şəxs ilə birlikdə piyada hərəkət edən zaman 2 nəfər onlara yaxınlaşaraq Məmmədin narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Məmmədi Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar, onu isə şahid kimi dəvət etmişlər. İdarədə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Burada olan zaman ona Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evində narkotik maddə aşkar olunması məlum olmuşdur. O Məmmədin narkotik maddələrin istifadəsi və ya dövriyyəsi ilə məşğul olması barədə əvvəllər heç bir məlumatı olmamışdır, əgər onun belə əməl törətməsini bilsəydi Məmmədlə əlaqə qurmazdı. (Cild 1, iş vərəqi 98-100) Məhkəmədə ifadəsi elan edildikdən sonra Şahid3 bildirdi ki, Təqsirləndirilən şəxs sosial şəbəkə vasitəsi ilə tanısa da onunla əlaqəsi olmayıb. Lakin onun taksi sürücüsü olduğunu sonradan bilmişdir. Təqsirləndirilən şəxsla piyada gəzən zaman polislər tərəfindən saxlanıldıqlarını ibtidai istintaq zamanı verdiyi ifadədə bildirməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadənin altındakı imza ona məxsusdur. Məhkəməyə əlavə şahid qismində dəvət olunmuş DİN-nin Xətai RPİ-nin müstəntiqi vəzifəsində işləyən X7 ifadəsində göstərmişdir ki, şahidin dindirilməsi protokolunda texniki səhv olaraq, hər iki şahidin anket məlumatları eyni yazılmışdır. Xatırladığı qədəri ilə həmin anket məlumatları tərəfindən birinci dindirilmiş şahidə məxsusdur. Sonradan dindirilmiş şahidin protokolunu yazarkən əvvəl dindirilmiş şahidin anket məlumatlarını dəyişməyi unutmuşdur. Hər iki şahid əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşlarıdır. İş üzrə şahidlər Şahid2 və Şahid1 onun tərəfindən ayrı-ayrılıqda dəvət edilərək dindirilmişlər. Polis əməkdaşları eyni tədbirdə iştirak etdikləri üçün verdikləri ifadələr də oxşar məzmunludur. Bundan başqa Təqsirləndirilən şəxs doğum tarixi haqqında məlumatlar “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərar və ittiham aktında texniki səhv olaraq yanlış göstərilmişdir. Eyni zamanda iş materiallarında olan maddi sübut kimi tanınmış “Redmi” markalı mobil telefon onun tərəfindən Nəsimi RPİ-nin saxlanc otağına təhvil verilmişdir. Məhkəməyə əlavə şahid qismində dəvət olunmuş Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı X1 göstərmişdir ki, X5 17 mart 2023-cü il tarixdə saat 23:25-də tutulmuşdur. Lakin “şübhəli şəxsin tutulması haqqında” qərar və protokolda X2 texniki səhv olaraq 18 mart 2023-cü il tarix saat 23:25 dəqiqədən tutulmuş hesab edildiyi qeyd olunmuşdur. Bundan başqa “şəxsi axtarış və götürmə aparılması haqqında” qərarda 18 mart 2023-cü il tarixi əvəzinə texniki səhv olaraq 08 yanvar 2023-cü il tarix göstərilmişdir. Həmin vaxt gecə saatları olduğu üçün yorğun olma səbəbindən qeyd olunan texniki səhvlərə yol vermişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla hər hansı bir münasibəti olmayıb, onu ancaq taksi sürücüsü kimi tanımışdır. O, ünvan 5 ünvanında uşaqları ilə kirayədə yaşamışdır. Həmin ünvanda Təqsirləndirilən şəxs kirayədə yaşamamışdır. O, axşam saatlarında evdən çıxa bilmədiyi üçün Təqsirləndirilən şəxs əşyalarını yerləşdirməsi üçün sözügedən mənzilin açarını vermişdir. Sonradan o, Təqsirləndirilən şəxs mənzilin açarını almaq üçün axtarsa da, onun tutulduğunu eşitmişdir. Özü narkotik vasitə istifadəçisi olmuşdur. Sözügedən mənzildən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələr ona məxsus olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs onların ailəsinin sürücüsü olmuşdur. Həmin ərəfələrdə o azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Buna görə də axşam saat 22:00-dan səhər saat 08:00-dək ona evdən çıxmaq qadağan olunmuşdur. O, ona məxsus yükləri Məmməd vasitəsilə bir neçə dəfə aparmış, lakin axşam saat 22:00-dək daşıyıb qurtara bilməmişdir. Mənzildən aşkar olunmuş narkotik vasitələr ona məxsus deyil.Həmin narkotik vasitələrin kimə məxsus olduğundan da xəbəri yoxdur. Qeyd olunan mənzilə onun tərəfindən narkotik vasitə və psixotrop maddə qoyulmamışdır. Təqsirləndirilən şəxs polislər tərəfindən tutulan anı görməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxsla üzləşdirmə istintaq hərəkəti olmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 5) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməklə yaxalanmasından ötrü DİN-in Baş Narkotiklərələ Mübarizə idarəsində əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 7-8) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 23:25 dəqiqədə Təqsirləndirilən şəxs ünvan 6 ünvanın yaxınlığında, piyada hərəkət edən zaman saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmiş, saxlanılan zaman onun yanında olan tanışı, Şahid3 isə baş idarəyə dəvət edilmişdir. (Cild 1, iş vərəqə 11) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 22-23) “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qısa qol gödəkçəsinin sağ yan cibindən 1 ədəd içərisində ***-***-**-** GSM nömrə olan Redmi markalı mobil telefonu, sol yan cibindən 1 ədəd yaşadığı evinin açarı, əynindəki boz rəngli cins şalvarının sol yan cibindən 1051 manat pulunu, 1 ədəd sürücülük vəsiqəsini, üzərində 4169-7413-8816-6702 rəqəmləri əks olunmuş Kapital Banka məxsus 1 ədəd bank kartını, üzərində 4098-5844- 6892-3899 rəqəmləri əks olunmuş Leo Banka məxsus 1 ədəd bank kartını, üzərində 4098- 0944-2185-9412 rəqəmləri əks olunmuş Uni Banka məxsus 1 ədəd bank kartını sağ yan cibindən 2 ədəd sellofan bükümü təqdim edərək, sorğu zamanı, sellofan bükümlərdəki kütlələrin psixotrop maddə olan metamfetamin, narkotik vasitə heroin olduğunu, həmin maddələri təxminən 3 gün öncə Bakı şəhəri, Sabunçu rayonu ərazisində “Murtuza” adlı İİR vətəndaşı vasitəsilə əldə etdiyini, həmin şəxsi 5 günə yaxındır ki, Gülər adlı tanışı vasitəsilə tanıdığını, hər iki şəxsin nömrəsinin telefonunda qeyd edildiyini, həmin maddələri ona deyilən yerlərə qoymaqla öz istifadə etməsi üçün narkotik vasitə əldə etməli olduğunu, yaşadığı Nəsimi rayonunda yerləşən evində də narkotik tərkibli maddələr saxladığını, həmin mənzilə baxış keçirilməsinə etirazının olmamasına, özünün 2 ilə yaxındır ki, narkotik vasitə istifadəçisi olmasını, bu əməlindən heç kimin məlumatının olmamasını, saxlanılan və baş idarədə olan zaman onun üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş kütlələr qablaşdırılaraq möhürlənmişdir. (Cild 1, iş vərəqə 31-34) xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Nəsimi rayonu, H.Seyidzadə küçəsi 129-135, 5 saylı mənzilinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs mənzilin qonaq otağında masanın üzərindəki 1 ədəd ağ rəngli sellofan torbanı təqdim etmiş, torbaya baxış keçirilən zaman içərisində 2 ədəd elektron tərəzi və 3 ədəd sellofan bağlama olması müəyyən edilmiş, həmin sellofan paketlərdən birinin içərisində 23 ədəd sellofan bükümdə ümumilikdə 235 qram çəkidə narkotik vasitə heroinə bənzər kütlə, digər sellofan paketdə 12 ədəd sellofan bükümdə ümumilikdə 72 qram çəkidə qurudulmuş marixuanaya bənzər kütlə və sonuncu sellofan paketdə isə 21 ədəd sellofan bükümdə ümumilikdə 52 qram çəkidə psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilmiş, aşkar edilmiş kütlələr və 2 ədəd elektron tərəzi qablaşdırılaraq götürülmuş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi yaşadığı ünvandan aşkar edilmiş maddənin narkotik maddə qurudulmuş marixuana, heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni İİR vətəndaşı “Murtuza” adlı şəxsin vasitəsilə ona deyilən yerlərə qoymaqla öz istifadəsi üçün narkotik vasitə əldə etdiyini, həmin “Murtuza” adlı şəxsin əlaqə nömrəsinin telefonunda qeyd edildiyini, bu fəaliyyətindən heç kimin məlumatının olmamasını, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını, saxlanılan zaman onun yanında olan tanışı Şahid3 və ya başqa bir nəfərin bu barədə məlumatlı olmamasını bildirmişdir. (Cild 1, iş vərəqə 36-38) Məhkəmə-kimyəvi ekspertizasının 18 mart 2023-cü il tarixli 7/407 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş kütlələr" yazıları və imzalar olan üzəri skoçla bağlanmış polietilən bağlamadakı sellofan torbada 12 (on iki) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-5.01 qram. 4.05 qram. 7,40 qram. 7,57 qram. 4.79 qram, 5,71 qram. 9,41 qram. 2.33 qram. 2,33 qram. 2,34 qram. 2,27 qram. 3,13 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi 56,34 qramdır. Həmin polietilen bağlamada olan 2 ədəd tərəzinin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. Bitki mənşəli narkotik vasitənin hissəcikləri olmadığı üçün onunla müqayisəli tədqiqat aparılmadı. Təqsirləndirilən şəxs yaşadığı ünvandan görürülmüş 12 ədəd sellofan bükülülərdə olan marixuanalar tərkibinə görə eynidir. (Cild 1, iş vərəqə 46- 50) Cinayət işinin materiallarına əlavə edilmiş 18 mart 2023-cü il tarixli, 6/1662 saylı məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki. tədqiqata təqdim edilmiş üzərində ".. .Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 8.968 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 4.438 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “... Təqsirləndirilən şəxs yaşadığı ünvandan...” sözləri olan kağız yapışdırılmış bağlamadakı 21 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,354 qram., 0,358 qram., 0,416 qram., 0.386 qram., 0,429 qram., 0.465 qram., 0,438 qram., 0,386 qram., 0.402 qram.,0,463qram., 0,373 qram., 0.405 qram., 0.346 qram., 0.435 qram., 0.367 qram., 0,467 qram., 0,451qram., 0,414 qram., 0,398 qram., 0.454 qram., 40.956 qram ümumi təmiz çəkisi 49,163 qram olan ağ rəngli kristallik hissəciklərindən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə-metamfetamindir., 23 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 35.071 qram., 46.570 qram., 29,378 qram., 23.392 qram., 44,543 qram., 40.220 qram., 0,437 qram., 0,359 qram., 0,415 qram., 0,450qram., 0,385 qram., 0,402 qram., 0,427 qram.,0.358 qram., 0.424 qram., 0,417 qram., 0,435 qram., 0,412 qram., 0,347 qram.,0,395 qram., 0,366 qram., 0,382 qram., 0,385 qram., ümumi təmiz çəkisi 225,97 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, iki ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Zərfdəki və bağlamadakı narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 234.938 qramdır. Zərfdəki və bağlamadakı psixotrop maddə metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 53,601 qramdır. (Cild 1, iş vərəqə 51-57) Mobil telefona baxış keçirilməsi haqqında 18 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan «Redmi» markalı mobil telefonun üzərində simkart nömrəsi olmadan «VVhatsapp» sosial şəbəkəsi isə +98 ***-***-**-** saylı nömrə ilə istifadə olunduğu aşkar olunmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs istifadəsində olan «Redmi» markalı mobil telefona baxış keçirilərkən ifadəsində göstərdiyi İran İslam Respublikasının vətəndaşı Murtaza adlı şəxsin +98 ***-***-**-** saylı nömrə ilə yaddaş kitabçasına qeydə alındığı aşkar edilmiş, bundan başqa həmin şəxslə qarşılıqlı olaraq göndərilmiş fotoşəkillərdə narkotik vasitələrin elektron tərəzi vasitəsi ilə çəkisinin çəkilməsini və Təqsirləndirilən şəxs götürməsi üçiin Murtaza adlı şəxsin narkotik vasitələri qoyduğu yerlərin fotoşəkilləri aşkar edilmişdir. (Cild 1, iş vərəqə 61) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 70-71) Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 89-92) Məhkəmə-narkoloji ekspertizasının 03 iyul 2023-cü il tarixli, 4122 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 122-123) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Xətai rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. (Cild 1, iş vərəqə 124-133) İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X6 adında bir övladı vardır. (Cild 1, iş vərəqə 133) “Sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” 06 iyul 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. (Cild 1, iş vərəqə 141-154) “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 08 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs yenidən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 162-163) Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 17 iyul 2023-cü il tarixdən 06 avqust 2023-cü il tarixədək uzadılmışdır. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən aşkar olunmuş narkotik maddələrin polislər tərəfindən qoyulduğunu, ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edildiyini və döyüldüyünü, videoçəkiliş zamanı söylədikləri polislər tərəfdən əzbərlədilmiş cümlələr olduğunu söyləmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2023-cü il tarixli 3-16-17/38/2-6404/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya gətirilən zaman ilkin tibbi müayinədən keçirilmiş və müayinə zamanı bədənində xəsarət aşkarlanmamışdır. Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 51/2-30270 nömrəli məktubundan və ona əlavə edilmiş aktdan görünür ki, Təqsirləndirilən şəxs MSY-ə gətirilən zaman üstünə baxış keçirilmiş və xəsarət aşkar edilməmişdir. Nəsimi rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli N-5/23 nömrəli cavab məktubundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə əlaqədar Nəsimi rayon prokurorluğunda araşdırma aparılmamışdır. Səbail rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli 258-C/23 nömrəli cavab məktubundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki zorakılığa məruz qalması barədə rayon prokurorluğunda araşdırma aparılmış və Novruz Məmmədova qarşı istər saxlanılan zaman, istərsə də polis bölməsində hər hansı polis əməkdaşı tərəfindən fiziki və ya psixi zorakılıq edilməməsi müəyyən edilmiş, bu səbəbdən də xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadələrində aşkar olunmuş narkotik maddələrin polislər tərəfdən qoyulduğunu, ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edildiyini və döyüldüyünü, üzərindən aşkar edilmiş mobil telefonun ona məxsus olmadığını, ittiham aktında qeyd olunan mənzildə kirayə yaşamadığını, videoçəkiliş zamanı söylədiklərini polislər tərəfindən əzbərlədilmiş cümlələr olduğunu söyləmişdir. Şahidlər Şahid1 və Şahid2 isə ifadələrində Təqsirləndirilən şəxs həmin maddələri tanıdığı qadının vasitəsilə İran İslam Respublikasının vətəndaşından əldə etdiyi etdiyini, yaşadığı evində də narkotik maddələr saxladığını və könüllü şəkildə təqdim etmək istədiyini, bu barədə onun ərizəsi alındıqdan sonra yaşadığı mənzilə axtarış və baxış keçirilərək masanın üzərindən sellofana bükülmüş ayrı-ayrı bükümləri təqdim etdiyini, Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən tutulmazdan əvvəl və ya sonra heç bir psixi və fiziki zorakılıq edilmədiyini bildirmişlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımasına görə ittiham irəli sürülmüşdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini, habelə narkotik vasitələrin və psixotrop maddələrin polis əməkdaşları tərəfindən onun boynuna qoyulması barədə məhkəmə iclaslarında verdiyi bu kimi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları cinayət işinin materialları, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, “Baxış keçirilməsi və götürmə aparılması haqqında” protokol, ekspert rəyləri, mobil telefona baxış protokolu, və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən onun ibtidai istintaq zamanı ilkin mərhələsində verdiyi etirafedici ifadələrini əsas götürür. Məhkəmə təqsirləndirilən şəxsin həm üzərinə şəxsi axtarış keçirilməsi, eyni zamanda mənzilinə baxış keçirilməsi, istintaq dövründə eyniməzmunlu ifadə verməsini və təqsirini etiraf etməsini nəzərə alaraq hesab edir ki, Novruz Məmmədovun üzərindən və mənzilindən ümumi təmiz çəkisi 56,34 qram narkotik vasitə qurudulmuş marixuana, ümumi təmiz çəkisi külli miqdarda 53,601 qram psixotrop maddə metamfetamin, ümumi təmiz çəkisi külli miqdarda – 234,938 qram narkotik vasitə heroin və 02 ədəd elektron tərəzinin aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitə ilə yanaşı narkotik vasitələrin çəkisini müəyyən etmək üçün istifadə olunan elektron tərəzilərin aşkarlanması, aşkar edilən narkotik vasitə və psixotrop maddələrin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, əldə etdiyi narkotik vasitəni üzərində gəzdirməsini, mənzilindən narkotik vasitələrin aşkar edilməsi, şəxsi axtarış və götürmə zamanı mobil telefonun və mənzilin açarının üzərindən çıxmasını, və bu kimi halları birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələri qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. İş üzrə Təqsirləndirilən şəxs üzərindən 18 mart 2023-cü il tarixdə üzərində şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş «Redmi» markalı telefona baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan «Redmi» markalı mobil telefonun üzərində simkart nömrəsi olmadan «VVhatsapp» sosial şəbəkəsi isə +98 ***-***-**-** saylı nömrə ilə istifadə olunduğu aşkar olunmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs istifadəsində olan «Redmi» markalı mobil telefona baxış keçirilərkən ifadəsində göstərdiyi İran İslam Respublikasının vətəndaşı Murtuza adlı şəxsin +98 ***-***- **-** saylı nömrə ilə yaddaş kitabçasına qeydə alındığı aşkar edilmiş, bundan başqa həmin şəxslə qarşılıqlı olaraq göndərilmiş fotoşəkillərdə narkotik vasitələrin elektron tərəzi vasitəsi ilə çəkisinin çəkilməsini və Təqsirləndirilən şəxs götürməsi üçiin Murtaza adlı şəxsin narkotik vasitələri qoyduğu yerlərin fotoşəkilləri aşkar edilmişdir. (Cild 1, iş vərəqə 61) Məhkəmə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitə və psixotrop maddələrin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, narkotik vasitələrin çəkisini müəyyən etmək üçün istifadə olunan elektron tərəzilərin aşkarlanmasına, narkotik vasitələri satış məqsədi ilə əldə etməsini, həmçinin narkotik vasitələri qabaqcadan əlbir olduğu İran İslam Respublikası vətəndaşından almasına dair ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrinə, üzərindən aşkar olunmuş mobil telefona və istifadəsində olmuş mobil nömrə vasitəsilə narkotik vasitələrin alış-verişini əks etdirən fotoşəkillərin olmasına, əldə etdiyi külli miqdarda narkotik vasitəni üzərində gəzdirməsinə və evində saxlamasına dair cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasına görə, həmin əməlləri törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini, cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halın müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamə və həmçinin cinayət işi materiallarına əlavə edilmiş Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci madddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 oktyabr 2022-ci il tarixdən 16 dekabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 27 (iyirmi yeddi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 03 (üç) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində 02 (iki) il 08 (səkkiz) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı Şəhər Probasiya idarəsinin xx.xx.2023-cü il tarixli 22049/21-1/17 nömrəli məktubu ilə müəyyən olunmuşdur ki, məhkum Təqsirləndirilən şəxs Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmamış və ona təyin edilmiş 02 il 08 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası icra edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Odur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş 02 (iki) il 08 (səkkiz) ay 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən 01 (bir) il 04 (dörd) ay 03 (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə birləşdirilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Məzahir oğlu xx.xx.2023-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 17 mart 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 153 (yüz əlli üç) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş 18 mart 2023-cü məktubdan görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış “Redmi” markalı mobil telefon baş müstəntiq Murad Mustafayev tərəfindən idarənin maddi sübutların saxlanılması anbarına təhvil verilməmişdir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 56,10 qram narkotik vasitə qurudulmuş marixuana, 53,401 qram psixotrop maddə metamfetamin, 234,738 qram narkotik vasitə heroin və 02 ədəd elektron tərəzi məhv edilməli, “Redmi” markalı mobil telefona münasibətdə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş 18 mart 2023-cü il tarixli məktub nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 630 ( altı yüz otuz) manat məbləğində pul köçürülsün. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş 02 (iki) il 08 (səkkiz) ay 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən 01 (bir) il 04 (dörd) ay 03 (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 01 (bir) il 04 (dörd) ay 03 (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 56,10 qram narkotik vasitə qurudulmuş marixuana, 53,401 qram psixotrop maddə metamfetamin, 234,738 qram narkotik vasitə heroin və 02 ədəd elektron tərəzi məhv edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 153 (yüz əlli üç) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 630 (altı yüz otuz) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova .
Məhkəmə qərarları › İş №1(101)-610/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-610/2024
19.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver