Məhkəmə qərarları › İş №1(101)-610/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-610/2025

14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-610/2025 14.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X12 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru – Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 13 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 02 (iki) nəfər az yaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib, saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan “Mustafa” adlı şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, “Mustafa” adlı şəxsin göstərişi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 4300 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlamaqla daşımış, Nəsimi RPİ-nin X1 əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 01:15-də ünvan 2 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında yerləşən Nəsimi rayon polis idarəsinə aparılmış, orada üzərində şəxsi axtarış keçirilən zaman əlində olan torbanın içərisindən 04 ədəd sellofan bağlamada, ayrı-ayrılıqda təmiz çəkiləri 1155 qram, 1185 qram, 1055 qram və 905 qram olmaqla ümumi təmiz çəkisi 4300 qram təşkil edən narkotik tərkibli çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Özü ticarətlə, yəni pijama satışı ilə məşğul olur. Şirvan şəhərində mağaza işlədir, eyni zamanda Binə bazarında işləyir. Tutulduğu gün onun whatsapp proqramına tanımadığı nömrədən mesaj gəlmiş və həmin şəxs ona Zaur adlı şəxsi axtardığını bildirmişdir. O da həmin şəxsə Zaur olmadığını bildirmişdir. Daha sonra həmin şəxs ona narkotik vasitə lazım olub-olmadığını soruşmuşdur. O, dəfələrlə istəmədiyini bildirsə də, həmin şəxs ondan əl çəkməmişdir. Daha sonra o həmin şəxsdən narkotik vasitə almağa razılaşmışdır. Səmimi etiraf edir ki, narkotik vasitə istifadəçisi olmuşdur. O həmin şəxsdən 10 qram “nəşə” almağa razılaşmış və dediyi ünvana getmişdir. Orada bir kiçik torba və bir bağlama olduğunu görmüşdür. Həmin bağlamaya yoxlamaq üçün əlini atmışdır. Bu zaman polis əməkdaşlarının ona tərəf gəldiyini görmüş və qaçmağa başlamışdır. Həmin vaxt polis əməkdaşları ona təkan vermişlər və o yıxılmışdır. Yıxıldıqdan sonra polislər onu döyməyə başlamışlar. Daha sonra əllərini qandallayıb bölməyə gətirmişlər. Bölmədə ona diz çökməsini demişlər, o razılaşmadıqda isə zorla qollarından buraraq onu diz çökdürmüşlər. Onu döydüklərinə görə əynində olan ağ rəngli koftası qan içində olmuşdur. Şəxsi axtarışla bağlı video çəkiliş etməzdən əvvəl ona əynindəki koftanı dəyişməyi üçün göy rəngli başqa bir kofta vermişlər. Videoçəkiliş üçün otağa gətirilən zaman otaqda bir böyük torbanın olduğunu görmüşdür. O həmin torbanın onun olmadığını dedikdə, polis əməkdaşları əlləri ilə ona sakit olmağını işarə etmişlər. Ona qarşı fiziki və pisixi təsirlər olduğu üçün videoçəkiliş zamanı məcbur qalaraq narkotik vasitələrin onun olduğunu demişdir. O tutulan zaman üstündə 1590 manat pulu olmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o Şirvan şəhərində ticarətlə məşğul olur, həmçinin Binə bazarında işləyir. Aylıq qazancı işləməyindən asılı olaraq 1.000-3.000 manat arası dəyişir. 5 il olar ki, narkotik vasitə marixuana istifadə etmişdir. Marixuanadan başqa 1-2 dəfə metamfetamin istifadə etmiş və buna görə də məhkumluğu olmuşdur. O, gündə 1 dəfə marixuana istifadə edirmiş. O, bir ay ərzində 2 qutu marixuana istifadə edirmiş. Aylıq marixuanaya görə 200-300 manat ödəyirmiş. Marixuananı Şirvanda və Bakıda tanıdığı şəxslərdən almış, daha sonra həmin adamlar yoxa çıxmışlar. O, ilk dəfə idi ki, narkotik vasitə götürməyə gedirmiş. O tamahına görə tanımadığı şəxsdən marixuana almaq istəyirmiş. Həmin şəxs narkotik vasitəyə görə ondan pul istəməmişdir. Həmin şəxs əvvəlcə narkotik vasitəni gedib götürməsini, pulu isə sonra ata biləcəyini demişdir. Pulu əvvəlcədən deyil, sonradan həmin şəxsə göndərməyə razı olması ona şübhəli gəlmişdir. Lakin tamahına görə narkotik vasitəni götürməyə getmişdir. Whatsapp proqramına xarici nömrədən 5-6 dəfə zəng gəlmişdir. Ona zəng gələn günü narkotik vasitəni götürməyə getmişdir. O saat 00-00:30 arası saxlanılmışdır. Onu kimlərin döydüyünü görməmişdir. O təcridxanaya xəsarətlərlə getmişdir. Təcridxanada xəsarətləri qeyd olunmuşdur. Orada bir bağlama olmuş və o narkotik vasitə olan bağlamanı götürməmişdir. Bağlamaya yaxınlaşan zaman arxadan qapı səsləri eşitmiş və 3-4 nəfər əməliyyatçıların polis maşınından üstünə doğru qaçdıqlarını görmüşdür. Bölməyə aparılarkən üzəində narkotik vasitə olmamışdır. Telefonunu onu saxlayan zaman polis əməkdaşları artıq götürmüşdürlər. Bölməyə aparılarkən üzərində qol saatı və 1590 manat pulu olmuşdur. MSY-də döyülməyi nəticəsində əli şişdiyinə görə X22 çağırmışlar. Onu heç nə deməməyi barədə tənbeh etdiklərinə görə həkimlərə yıxılmağı nəticəsində əlinin bu hala düşdüyünü demişdir. X22 iyul ayının 2-də günorta radələrində gəlmişdir. Onu kürək nahiyəsindən vurmaları səbəbindən nəfəs ala bilməmiş və əli şişmişdir. Onu bölməyə iyul ayının 1-i gecə 00:30-01:00 radələrində gətirmişlər. Onu tutan zaman döymüşlər. Onu bölmədə diz çökmədiyinə görə qolunu burmuşlar və kürək nahiyəsindən vurmuşlar. Onu tutan zaman polis əməkdaşları ayağından təkan verərək yerə yıxmışlar, qeyd olunmuş qollarında və ayaqlarında olan sıyrıqlar bunun nəticəsində əmələ gəlmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayırmış. Təxminən 2(iki) ildir ki, müxtəlif növ narkotik vasitə və psixotrop maddə istifadə edirmiş. Son 7-8 aydır ki, sadəcə narkotik vasitə marixuana istifadə edirmiş. İstifadə etdiyi narkotik vasitəni tanımadığı şəxslərdən alıb, tüstüsünü qəbul edirmiş. xx.xx.2024-cü il tarixdə saat 10-11 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə TM”-də olan zaman “WhatsApp messenger" mobil tətbiqi ilə istifadəsində olan ***-***-**-** mobil nömrəsinə ismarıc gəlmişdir, ismarıc yazan öz adını demiş və iran islam Respublikası vətəndaşı olduğunu bildirmişdir. Həmin şəxs ismarıc yazaraq ondan, narkotik vasitə istifadə edib-etmədiyini, narkotik vasitə lazım olub-olmadığını soruşmuşdur. Əvvəlcə həmin şəxsə güvənməyərək onun təklifi ilə razılaşmamışdır. Həmin gün narkotik ehtiyacını ödəmək üçün marixuana almağa qərar vermiş və təxminən saat 20 radələrində ona ismarıc yazaraq 10 qram marixuana istədiyini bildirmişdir. Həmin şəxs ismarıc yazaraq Bakı şəhəri, Nəsimi rayonu ərazisində torbanın içərisində narkotik vasitə marixuana olacağı barədə ona məlumat vermişdir. Həmin şəxs 1-2 saat ərzində narkotik vasitənin Bakı şəhəri, Nəsimi rayonunda olacağını bildirmişdir. Təxminən saat 23 radələrində Bakı şəhəri, Nəsimi rayonuna gələrək 1 saylı X16rşısında həmin şəxsdən xəbər gözləməyə başlamışdır. Həmin şəxs xx.xx.2024cü il tarixdə saat 00:05 radələrində +**********62 mobil nömrəsindən “WhatsApp messenger” mobil tətbiqi ilə istifadəsində olan ***-***-**-** mobil nömrəyə narkotik vasitənin olduğu yerin məkanını və fotoşəkillərini göndərmişdir. O, dərhal onun göndərdiyi əraziyə getmiş və orada olan yarımtikiliyə daxil olaraq ağ rəngli kisəni açıb içərisinə baxmışdır. Kisədən gələn qoxudan ona məlum olmuşdur ki, içərisində marixuana vardır. Əlində olan mobil telefonun işığı ilə kisənin içərisinə diqqətlə baxan zaman içərisində 01 ədəd sellofan büküm olduğunu görmüşdür. Kisəni özü ilə götürərək yarımtikilidən çıxmışdır. Kisəni götürən zaman təxminən içərisində 1 kq marixuana olduğu ona məlum olmuşdur. xx.xx.2024-cü il tarixdə 01:15-də Bakı şəhəri, Nəsimi rayonu, H.Sarabski küçəsi 52 ünvanının qarşısında olan zaman 7-8 nəfər tanımadığı şəxsin ona yaxınlaşdığını görmüş və polis əməkdaşları olduğunu fikirləşərək qaçmağa başlamış və əlində olan kisə ilə sürətli qaça bilmədiyini hiss edib kisəni atmışdır. Təxminən 20-30 metr qaçdıqdan sonra isə müvazinətini saxlaya bilməyib yıxılmışdır. Daha sonra həmin şəxslər ona yaxınlaşaraq qoluna qandal vurmuş və onu avtomobilə mindirərək Nəsimi Rayon Polis İdarəsinə aparmışdırlar. Nəsimi Rayon Polis İdarəsində olan zaman polis əməkdaşları tərəfindən fiziki və psixioloji təziqlərə məruz qalmışdır. Həmin polis əməkdaşlarının kim olduğunu bilmir sadəcə onu deyə bilər ki, ona təziq göstərən polis əməkdaşları məhz onu tutan polis əməkdaşlarıdır. Sonra ona bildirilmişdir ki, üzərində şəxsi axtarış keçiriləcəkdir. Vəkilin və polis əməkdaşlarının iştirakı ilə xidməti otaqda üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. O, kisəni əlinə götürən zaman həmin kisənin ağır olduğunu hiss etmiş və bu zaman çəkilişdə iştirak edən adını bilmədiyi polis əməkdaşı əl işarəsi ilə susmağını tələb etmişdir. O isə heç bir reaksiya verə bilməmişdir. Ona, üstündə, paltarında və paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etmək təklif edilmişdir. İlk öncə əynindəki qara rəngli cins şalvarın cibindən «Xiomi Redmi note 14» markalı mobil telefonu, üzərinə «Sobranie» yazılmış siqaret qutusunu, alışqanı və açarları çıxarıb masanının üzərinə qoymuş, sonra əlindəki ağ rəngli kisənin içərisində olan dörd ədəd qara rəngli torbanı çıxarıb masanını üzərinə qoymuşdur. Üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Üzərində axtarış aparılmağa başlanılmışdır. İlk öncə şalvarının sağ və sol yan ciblərinə baxılmış, heç nə aşkar olunmamışdır. Əynində olan köynəyinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra isə ayaqqablarını çıxarıb silkələmiş, heç bir əşya aşkar edilməmişdir. Daha sonra ayaqqabılarını geyinmiş və üst-başını səliqəyə salmışdır. Üzərindən aşkar edilmiş əşyanı, adını deməklə təqdim etmək təklif olunmuşdur. Dörd ədəd qara rəngli torbaya bükülmüş içərisində qurudulmuş ot şəkilli spesifik iyə malik narkotik vasitəyə bənzər kütlələrin el içində “Nəşə” deyilən narkotik vasitə «Marixuana» olduğunu bildirmişdir. Həmin narkotik vasitəni haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi sual edilən zaman, uzun müddətdir narkotik vasitə istifadə etdiyini, həmin narkotik vasitəni bu gün iran İslam Respublikası vətəndaşı Mustafa kimi tanıdığı şəxsin “WhatsApp messenger” mobil tətbiqi ilə ona göndərdiyi məkandan yəni, ünvan 5 ünvanından söküntülərin içərisindən götürdüyünü, Mustafanın tanıdığı şəxslərə çatdırdıqdan sonra bunun müqabilində Mustafanın həmin narkotik vasitədən 200 qramını ona verəcəyini bildirmişdir. Aşkar edilmiş «Xiomi Redmi note 14» markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyi üçün saxlanılmış, «Sobranie» markalı bir qutu siqaret, alışqan və açarlar özünə qaytarılmışdır. Bundan sonra iştirakçılara ondan aşkar olunmuş dörd ədəd qara rəngli torbaya bükülmüş marixuananın ekspertiza tədqiqatına göndərilməsi üçün ağ kisəyə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə ağ kisənin içərisi iştirakçılara göstərilmiş və həmin kisənin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra ondan aşkar olunmuş dörd ədəd qara rəngli torbaya bükülmüş marixuana ağ kisəyə qoyularaq, kisənin ağzı Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş “186” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin ağ kisənin üzəri imzalanmışdır. Bundan sonra protokol tərtib olunması üçün videoçəkiliş müvəqqəti olaraq dayandırılmışdır. Tərtib olunmuş protokol iştirakçılara və ona ucadan oxunmuşdur, həmçinin video çəkiliş hər bir iştirakçıya nümayiş etdirilmişdir. Tərtib olunmuş protokola və video çəkilişə dair hər hansı bir şikayət və ya vəsatətinin olubolmadığı sual edilmiş və o, heç bir şikayət və vəsatəti olmadığını bildirmişdir. Bundan əlavə xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən Nəsimi Rayon Polis idarəsinə gətirilən zaman və idarədə olduğu zaman hər hansı bir zorakılığın olub-olmaması soruşulmuş, ona qarşı polis əməkdaşları tərəfindən İdarəyə gətirilən və İdarədə olan zaman heç bir zorakılığın olmadığını bildirmişdir. Bundan əlavə video çəkilişdə dediyi və əvvəlki ifadələrində qeyd etdiyi məhz polis əməkdaşları tərəfindən ona deyilmiş sözlərdir. O, iran islam Respublikası vətəndaşından 10 qram marixuana almaq üçün həmin əraziyə getmiş və torbanın içərisində 1 kq narkotik vasitə olduğunu müəyyən etmişdir. Bu zaman fikriləşmişdir ki, həmin narkotik vasitəni özü ilə götürərək və bunun üçün iranlıya heç bir ödəniş etməyərək, götürdüyü narkotik vasitəni isə özü istifadə edər. Narkotik vasitələrin satışı ilə məşğul deyildir. (cild 1, iş vərəqə 203-208) İbtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra məhkəmə iclasında verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini fiziki və psixi təzyiq altında olduğu üçün bu məzmunda vermişdir. Məhkəmə şahid ifadəsini, habelə cinayət işinin materiallarında olan çoxsaylı sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, eləcə də qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə vermiş olduğu ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı inkaredici məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid ifadə verərək göstərmişdir ki, 2024-cü ilin iyul ayında Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanması, daşınması və qanunsuz dövrüyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna o rəhbərlik etmişdir. xx.xx.2024-cü il tarixdə saat 01-02 radələrində qrup üzvləri ilə birlikdə Sarabski küçəsində Təqsirləndirilən şəxs yerini müəyyən etmişlər. Təqsirləndirilən şəxs yaxınlaşan zaman əlində sellofan torba olduğunu müşahidə etmişlər. Təqsirləndirilən şəxs onları görərək qaçmağa başlamış, bir qədər qaçdıqdan sonra yıxılmış və onlar Səbuhini tutmuşlar. Özlərini təqdim etdikdən sonra Səbuhiyə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Nəsimi RPİ-yə dəvət etmişlər. X14 üzərinə şəxsi axtarış keçirilən zaman içərisində narkotik vasitə marixuanaya bənzər maddə olan kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri İran vətəndaşı olan Mustafa adlı şəxslə danışaraq götürdüyünü, daha sonra başqa şəxslərə çatdıracağını, qarşılığında isə 200 qram marixuananın ona veriləcəyini bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid bildirdi ki, əməliyyat qrupu Elnur Cəfərli və ondan ibarət olmuşdur. Qrupun rəhbəri o olmuşdur. Səbuhi Abbasovu təxminən saat 01-02 radələrində saxlamışlar. Səbuhi Abbasovu görən zaman sonuncu piyada olmuşdur. Səbuhi Abbasov tərəflərindən saxlanılarkən tək olmuşdur. Səbuhi Abbasov onları gördükdən sonra qaçmağa başlamışdır. Səbuhi Abbasovu tutandan sonra Nəsimi RPİ-yə gətirmişlər. Səbuhi Abbasov RPİ-də MSY-də saxlanılan zaman X22ın gəlməsindən məlumatı yoxdur. Tərəfindən şəxsə fiziki və psixi təsir və təzyiq olmamışdır. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, hal-hazırda Nəsimi RPİ-nin NMB-də baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs xidməti zərurətlə əlaqədar tanımış, onunla heç bir qohumluq münasibəti, düşmənçiliyi və ədavəti yoxdur. xx.xx.2024-cü il tarixində Nəsimi RPİ-də xidmətdə olan zaman “Səbuhi” adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə edildikdən sonra onun, Nəsimi RPİ-nin NMB-nin kiçik inspektoru, polis serjantı X5 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində “Səbuhi” adlı şəxsin Təqsirləndirilən şəxs olduğu tərəfindən müəyyənləşdirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs cinayət törədərkən ifşa etmək məqsədilə ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün tərəfindən qərar qəbul edilmişdir. Həmin gün əməliyyat qrupu ilə birlikdə Nəsimi rayonunda müşahidələr aparmağa başlamışdırlar. Müşahidələr zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, H.Sarabski küçəsi 52 ünvanının qarşısında üzərində narkotik vasitə ilə birlikdə dayandığı barədə yenidən əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 01:15-də Bakı şəhəri, Nəsimi rayonu, H.Sarabski küçəsi 52 ünvanının qarşısında o və Elnur Cəfərli, Təqsirləndirilən şəxs yaxınlaşan zaman Təqsirləndirilən şəxs onları görərək qaçmağa başlamış, bir qədər qaçdıqdan sonra müvazinətini saxlaya bilməyib yerə yıxılmışdır. Təqsirləndirilən şəxs yaxınlaşıb ona özlərini təqdim etdikdən sonra, həmin şəxsin özünü təqdim etməsini istəmişdirlər. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş, Nəsimi RPİ-yə dəvət etmişdirlər, Təqsirləndirilən şəxs da onlarla birlikdə Nəsimi RPİ- yə gəlmişdir. Bundan sonra Nəsimi RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı polis polkovnik-leytenantı İlham Məmmədov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Elnur Cəfərli, Bakı şəhəri, “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X17 və onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməyə başlanmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təhqiqatçı İlham Məmmədov şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya(lar) yaxud hər hansı predmet olacağı təqdirdə könüllü təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs ilk öncə əynindəki qara rəngli cins şalvarın cibindən «X25 14» markalı mobil telefonu, üzərinə «Sobranie» yazılmış siqaret qutusu, alışqanı və açarları çıxarıb masanının üzərinə qoymuş, sonra əlindəki ağ rəngli kisənin içərisində olan 4(dörd) ədəd qara rəngli torbalara bükülmüş, içərisində qurudulmuş, otşəkilli spesfik iyə malik, narkotik vasitəyə bənzər kütlələr olan bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdır. İlk öncə onun geyindiyi şalvarın sağ və sol yan ciblərinə baxılmış, heç nə aşkar olunmamışdır. Ondan sonra əynində olan köynəyinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş bükümlərdə olan maddəni adını deməklə təqdim etməsi təklif olunmuşdur O, 4(dörd) ədəd qara rəngli torbaya bükülmüş kütlələrin el içində "nəşə" deyilən narkotik vasitə marixuana olduğunu bildirmişdir. Həmin narkotik vasitəni haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi sual edilən zaman Təqsirləndirilən şəxs uzun müddətdir narkotik vasitə istifadə etdiyini, həmin narkotik vasitəni bu gün İran İslam Respublikasının vətəndaşı “Mustafa" kimi tanıdığı şəxsin “WhatssApp messenger” vasitəsi ilə ona göndərdiyi məkandan, yəni ünvan 6 ünvanından söküntülərin içərisindən götürdüyünü, “Mustafa”nın tanıdığı şəxslərə çatdıracağını, bunun müqabilində “Mustafa”nın həmin narkotik vasitədən 200 qramını ona verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş «X25 14» markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyi üçün saxlanılmış, «Sobranie» markalı bir qutu siqaret, alışqan və açarlar özünə qaytarılmışdır. Bundan sonra iştirakçılara Təqsirləndirilən şəxs aşkar olunmuş 4(dörd) ədəd qara rəngli torbaya bükülmüş kütlələrin ekspertiza tədqiqatına göndərilməsi üçün ağ kisəyə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə ağ kisənin içərisi iştirakçılara göstərilmiş və həmin kisənin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş 4(dörd) ədəd qara rəngli torbaya bükülmüş kütlələr ağ kisəyə qoyularaq, kisənin ağzı Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş “186” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin ağ kisənin üzəri imzalanmışdır. (cild 1, iş vərəqə 163- 166) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (Cild 1, iş vərəqə 1) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum və qərəzsiz mənbədən “Səbuhi” adlı şəxsin Bakı şəhəri, Nəsimi rayonu ərazisində külli miqdarda narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi, istifadəsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild 1, iş vərəqə 3) xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan və həmin tarixli əməliyyat qrupunun yaradılması barədə 51/Ə223/2024 saylı əmrdən görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Nəsimi RPİ-də əməliyyat qrupu yaradılmışdır. (cild 1, iş vərəqə 4-7) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 01:15-də ünvan 7 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-yə gətirilmişdir. (cild 1, iş vərəqə 8) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə, saat 02:40-da şübhəli şəxs qismində tutularaq azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən, saat 01:15-dən tutulmuş hesab edilmişdir. (Cild 1, iş vərəqə 20-21, 24) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 01 iyul 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilərkən şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək qanunla qadağan olunmuş əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs ilk öncə əynindəki qara rəngli cins şalvarının cibindən “Xiomi” Redmi markalı mobil telefonu, üzərinə «Sobranie» yazılmış siqaret qutusu, alışqanı və açarları çıxarıb masanın üzərinə qoymuş, sonra Təqsirləndirilən şəxs yenə əlindəki ağ rəngli kisənin içərisində olan dörd ədəd qara rəngli torbalara bükülmüş içərisində qurudulmuş ot şəkilli spesfik iyə malik narkotik vasitəyə bənzər kütlələr olan bükümləri çıxarıb masanını üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdır: ilk öncə onun geyindiyi qara rəngli cins şalvarının sağ və sol yan ciblərinə baxılmış, heçnə aşkar olunmamışdır. Ondan sonra əynində olan göy rəngli qısa qol köynəyinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs ayaqqabılarını çıxarması tələb olunmuş o, ayaqqabılarını çıxarıb silkələmiş, heç bir əşya aşkar edilməmiş və ona ayaqqabılarını geyinməsini və üst-başını səliqəyə salması tələb edilmişdir. Sonra isə vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanı adını deməklə təqdim etməsi təklif olunmuşdur. O, dörd ədəd qara rəngli torbaya bükülmüş içərisində qurudulmuş ot şəkilli spesfik iyə malik narkotik vasitəyə bənzər kütlələrin el içində "Nəşə" deyilən narkotik vasitə “Marixuana” olduğunu bildirmiş, ondan həmin narkotik vasitənin haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edən zaman həmin şəxs uzun müddətdir narkotik vasitələri istifadə etdiyini, həmin narkotik vasitəni bu gün İran İslam Respublikasının vətəndaşı Mustafa kimi tanıdığı şəxsin vatsap vasitəsi ilə ona göndərdiyi yəni ünvan 5 ünvanından söküntülərin içərisindən götürəcəyini, Mustafanın tanıdığı şəxslərə çatdıracağını, bunun müqabilində Mustafanın həmin narkotik vasitədən 200 qramını ona verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş “Xiomi Redmi” markalı mobil telefon sübütu əhəmiyyət kəsb etdiyi üçün saxlanılmış, “Sobranie” markalı bir qutu siqaret və alışqan, açarlar özünə qaytarılmışdır. Bundan sonra iştirakçılara Təqsirləndirilən şəxs aşkar olunmuş dörd ədəd qara rəngli torbaya bükülmüş qurudulmuş ot şəkilli spesfik iyə malik narkotik vasitəyə bənzər kütlələr ekspertiza tədqiqatına göndərilməsi üçün ağ kisəyə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə ağ kisənin içərisi iştirakçılara göstərilmiş və həmin kisənin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş dörd ədəd qara rəngli torbaya bükülmüş içərisində qurudulmuş ot şəkilli spesfik iyə malik narkotik vasitəyə bənzər kütlələr ağ kisəyə qoyularaq, kisənin ağzı Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 186 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin ağ kisənin üzəri imzalanmışdır. (cild 1, iş vərəqə 45, 48-52) Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 7/1079 nömrəli rəydən görünür ki, üzərində "Təqsirləndirilən şəxs aşkar edilmiş dörd ədəd qara rəngli torbada içərisində qurudulmuş otşəkilli kütlələr........ "yazı və imzalar olan torbada 4 (dörd) ədəd üzəri skoçla yapışdırılmış qara rəngli sellofan bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1155,0 qram, 1185,0 qram, 1055,0 qram və 905,0 qram olmaqla, ümumi çəkisi 4300,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitədir - qurudulmuş marixuanadır. Qeyd: marixuananın ümumi çəkisi 4300,0 qram, tədqiqata sərf edilən ümumi miqdar 0,2 qram, qalıq 4299,8 qram. (Cild 1, iş vərəqə 66-69) “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 80-81) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-337/2024 saylı qərarından (hakim:S.R.Mustafayeva) görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 01 iyul 2024-cü il tarixdən, saat 01:15-dən hesablanmışdır. (Cild 1, iş vərəqə 106-110) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 4494 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 116-117) Maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1155 qram, 1185 qram, 1055 qram və 905 qram olmaqla, ümumi çəkisi 4300 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, qalıq qalmış 4299,8 qram çəkidə hissəsi Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. (cild 1, iş vərəqə 119-120) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli X8 1.5-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Bundan başqa Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Abasov X7 Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanıb ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (cild 1, iş vərəqə 139-140, 151-158) Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin verdiyi xx.xx.2024-cü il tarixli, 2-3821/24 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən edilmiş, lakin sonuncunun narkotik vasitəni əldə etdyi şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. (cild 1, iş vərəqə 143) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-in verdiyi xx.xx.2024-cü il tarixli, 8472 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. (cild 1, iş vərəqə 144) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 843 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədənində sağ əl və sağ mil-bilək oynağı nahiyələrinin mil-bilək oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan iri ölçülü hematoma halında əzilməsi, sağ mil-bilək oynağı nahiyəsinin, hər iki əlin, sol əlin İİİ barmağının, sağ budun, hər iki diz oynağı nahiyəsinin sıyrıqları aşkar edilmişdir. Təqsirləndirilən şəxs bədənində digər xəsarətlərin olub-olmaması, xəsarətlərin sağlamlığa zərər vurma dərəcəsi, əmələ gəlmə müddətləri və yetirilmə mexanizmi onun adına tərtib olunmuş tibbi sənədlərin və rentgen şəkillərinin Bakı İstintaq Təcridxanasının Tibbi-Sanitar Hissəsindən alınaraq ekspertizaya təqdim edilməsindən sonra əlavə olaraq təyin ediləcəkdir. (cild 1, iş vərəqə 159-162) Cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Кespublikası CM-nin 234.4.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməl Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. (cild 1, iş vərəqə 182-183) Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 187-187) Baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd mobil telefona baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir ki, bir ədəd mobil telefon “X25 14" markalı mobil telefondur, mobil telefonun ekran hissəsi qara və gövdə hissəsi isə açıq mavi rəngdədir. Mobil telefonun eni 7,5 sm, uzunluğu 16,5 sm-dir. Mobil telefon gövdəsində istifadə ilə əlaqədar yaranmış cızıqlar vardır. Mobil telefonun ekran kilidinin olduğu müəyyən olunmuş və şifrə Təqsirləndirilən şəxs soruşulmuşdur. Təqsirləndirilən şəxs kilidin doğum tarixi yəni 1989 olduğunu demişdir. Daha sonra şifrə yazılaraq mobil telefon kiliddən çıxarılmışdır. Mobil telefonun ***-***-**-** mobil nömrə altında istifadə olunduğu müəyyən olunmuşdur. Mobil telefonun qalareyasına baxış keçirilmiş və orada olan fotoşəkillərin iş üzrə əhəmiyyət kəsb etmədiyi müəyyən olunmuşdur. Daha sonra “WhatssApp messenger Business” ani mesajlaşmaq proqramına daxil oldunmuş və orada olan məlumatlara baxış keçirilmişdir. Baxış zamanı +**********62 mobil nömrəsindən 01,07.2024-cü il tarixdə saat 00:50-də 02 ədəd fotoşəkil və 01 ədəd məkan göndərildiyi, 2-ci fotoşəkildə isə ox işarəsi ilə yarımtikilinin sağ tərəfinə işarə qoyulduğu müəyyən olunmuşdur. Daha sonra həmin tarixdə saat 00:50-də +**********62 mobil nömrəsindən 07 saniyəlik səs yazısı göndərildiyi, səs yazısı açılan zaman kişi cinsində olan şəxsin “bu şəkil bu konum xarabalıq yerdi gir ordan götürginən” dediyi müəyyən edilmişdir. Həmin tarixdə saat 00:53-də +**********62 mobil nömrəsindən 09 saniyəlik səs yazısı göndərildiyi, səs yazısı açılan zaman kişi cinsində olan şəxsin “Çox rahat yerdi. Get arxayın götür qayıt gəl bəri. Götürdün mənə okey ver. Mənim telefonumun zaryatkası azdır.” dediyi müəyyən edilmişdir. Baxış zamanı həmin tarixdə saat 00:53-də Təqsirləndirilən şəxsla +**********62 mobil nömrəsini istifadə edən şəxs arasında 31 saniyəlik telefon danışığının olduğunu bildirən “Səsli zəng 31 saniyə yazılarının" olduğu müəyyən oldundu. Həmin tarixdə saat 01:03-də +**********62 mobil nömrəsindən 02 saniyəlik səs yazısı göndərildiyi, səs yazısı açılan zaman kişi cinsində olan şəxsin “Ay baba nə xəbər qadan alım.” dediyi müəyyən edilmişdir. Baxış zamanı həmin tarixdə saat 01:04-də +**********62 mobil nömrəsindən cavablandırılmayan zəng gəldiyini bildirən "Buraxılmış səsli zəng” yazılarının əks olunduğu müəyyən olunmuşdur. Həmin tarixdə saat 01:21-də +**********62 mobil nömrəsindən 27 saniyəlik səs yazısı göndərildiyi, səs yazısı açılan zaman kişi cinsində olan şəxsin “Salam qardaş nətərisən nə ! var nə yox. Qardaş o otdan demişdim ondan 200 qramı sənindi, 4 kq nəşədi. Danışığımız o oldu ki 4 kq nəşədi onu götürəcəysən səhərlərim evə getdin çatdın arxayın sabah günorta qoyacaqdın mənə Qaradağ zonasına. Biz kişiyiy ə söz danışmışdıq ə bu işi niyə görürüsən, telefonu niyə bağlıyırsan bəs?” dediyi müəyyən edilmişdir. Həmin tarixdə saat 01:21-də +**********62 mobil nömrəsindən 23 saniyəlik səs yazısı göndərildiyi, səs yazısı açılan zaman kişi cinsində olan şəxsin "Sən dedin ki biz əl-ələ veririk da qutardı. Telefonu bağlamağa nə ehtiyyac var. 4 kq otdu, 4 kq otun 200 qramı sənindi, orda yerdə qalan hamısı mənimdi. Onu aparacağdın sən evə səhərləri sübh saat 5-də 7-də konum eliyib verəcəydin.” dediyi müəyyən edilmişdir. Həmin tarixdə saat 01:23-də +**********62 mobil nömrəsindən 26 saniyəlik səs yazısı göndərildiyi, səs yazısı açılan zaman kişi cinsində olan şəxsin “Ciyarım bə bu telefonu niyə bağlıyırsan Bəs sən deyirsən ki biz kişiyiy əl-ələ veririk ki biz çörək yeyək də. Belə çörək kəsməzlər ki. Biz bu gün səhər iş görəcəyik yekə işlər görəcəyik. 4 kq otu götürüb telefonu bağlıyırsan kişilikdən deyik ki bu. Onun 200 qramı sənindi 3800 qram mənimdi. Sübh saat 7-də Qaradağ zonasında ona konum qoy ha mənim Gəncədən adamım gəlir onu götürəcək.” dediyi müəyyən edilmiş, həmin tarixdə saat 01:29-də +**********62 mobil nömrəsindən 03 saniyəlik səs yazısı göndərildiyi, səs yazısı açılan zaman kişi cinsində olan şəxsin “Ə bu telefona cavab ver da, bu telefonunun məzhəbi yansın.” dediyi müəyyən edilmişdir. Baxış zamanı mobil telefonun fotoşəkilləri çəkilmiş, qeyd olunan səs yazıları və fotoşəkillər 01 ədəd yaddaş kartına köçürülmüş, yaddaş kartı tərtib edilmiş protokola əlavə edilmişdir. (cild 1, iş vərəqə 211-213) Sübutların qiymətləndirilməsi haqqında 06 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmış, barəsində seçilmiş “ həbs ” qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 04 ədəd bükümdə 4300 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın maddi sübut kimi tanınmış, qalıq qalmış 4299,8 qram çəkidə hissəsi Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilməsi nəzərə alınmış, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1(bir) ədəd “X25 14” markalı mobil telefon və şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirən 01 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmiş, cinayət işi materiallarından Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi İran İslam Respublikası vətəndaşı “Mustafa” adlı şəxs barəsində ayrıca icraata Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə başqa cinayət işi ayrılmışdır. (cild 1, iş vərəqə 220-230) Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi İran İslam Respublikası vətəndaşı “Mustafa” adlı şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata başqa cinayət işi ayrılmışdır. (cild 1, iş vərəqə 232-233) Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin verdiyi 22 noyabr 2024-cü il tarixli, 259085/10-25 saylı məktubdan görünür ki, Abasov X7 Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzadan 08 ay 04 gününü çəkmiş, çəkilməmiş cəzası 09 ay 22 gün təşkil edir. AZ-İİ № 252596 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə X2 ilə rəsmi nikah qeydi bağlamışlar. AZ-İV № 231018 saylı doğum haqqında şəhadətnamə və AA5827875 saylı şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, xx.xx.2019-cu il tarixdə anadan olmuş Zülfüqar adlı uşağın atası X4r. AZ-İV № 491048 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə anadan olmuş Həmzə adlı uşağın atası X4r. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, İran İslam Respublikasının vətəndaşından 10 qram “nəşə” almağa razılaşdığını, həmin şəxsin dediyi ünvanda olan bağlamaya yoxlamaq üçün əlini atdığını, bu zaman polis əməkdaşlarının ona tərəf gəldiyini görərərk bağlamanı götürmədiyini, qaçdığını, polis əməkdaşlarının ona təkan verərək yıxdıqlarını, yıxıldıqdan sonra polislərin onu döydüyünü, bölməyə aparılarkən üzəində narkotik vasitə olmadığını, polis bölməsində qollarından buraraq onu diz çökdürdüklərini, polislər tərəfindən döyüldüyünə görə əynində olan ağ rəngli koftası qan içində olduğunu, şəxsi axtarışla bağlı video çəkiliş etməzdən əvvəl ona əynindəki koftanı dəyişməyi üçün göy rəngli başqa bir kofta verildiyini, videoçəkiliş üçün otağa gətirilən zaman otaqda bir böyük torbanın olduğunu gördüyünü, həmin torbanın onun olmadığını dedikdə, polis əməkdaşları əlləri ilə ona sakit olmağını işarə etdiklərini, ona qarşı fiziki və pisixi təsirlər olduğu üçün videoçəkiliş zamanı məcbur qalaraq narkotik vasitələrin onun olduğunu dediyini, tutulan zaman üstündə 1590 manat pulu olduğunu, MSY-də döyülməyi nəticəsində əli şişdiyinə görə X22 çağırıldığını, onu polis əməkdaşları heç nə deməməyi barədə tənbeh etdiklərinə görə həkimlərə yıxılmağı nəticəsində əlinin bu hala düşdüyünü dediyini, onu kürək nahiyəsindən vurmaları səbəbindən nəfəs ala bilmədiyini söyləmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatların araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə təqsirləndirilən şəxs X13 məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2024-cü il tarixli 3-16-17/40/2-7991/2024 nömrəli məktubdan və məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın srətindən görünür ki, Təqsirləndirilən şəxs 03 iyul 2024-cü il tarixdə Bakı İstintaq təcridxanasına daxil olmuş, ilkin tibbi müayinələrdən keçirilərək adına tibbi kitabça açılmış, müayinə zamanı sağ əlin ön səthinin 3-4 sm, sağ saidin aşağı 1/3-nin ön səthinin 7-8 sm, sol kürək nahiyəsinin 2-3 sm, sağ diz oynağının ön səthinin 3-4 sm, sağ budun orta 1/3-nin ön səthinin 4-5 sm ölçüdə sıyrılmış qərtməkli yaraları, sağ əlin yumşaq toxumalarının əziyi və şişkinliyi, sağ diz oynağının ön səthinin 5-6 sm ölçüdə bənövşəyi, sol bazunun orta 1/3-nin arxa səthinin 3-4 sm ölçüdə və sağ budun orta 1/3-nin ön səthinin 10-11 sm ölçüdə yaşımtıl qançırları müəyyən edilmişdir. Bundan başqa Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 51/2-46538/24 nömrəli məktubundan və məktuba əlavə edilmiş “MSY-də saxlanılan şəxslərin uçotu” kitabı,“Tibbi müayinənin keçirilməsi və Tibbi yardımın göstərilməsinin qeydiyyatı” kitabı, müayinə aktı və iltizamın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Nəsimi RPİ-nin MSY-ə daxil olmuş, bu zaman üzərinə baxış keçirilmiş, deməsinə görətutulmamışdan əvvəl yıxılmışdır. Yıxılarkən sağ əli və sağ dizi zilmişdir. Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə iltizam verərək bildirmişdir ki, sağ əlində və sağ dizində olan yara və əzikləri tutulmamışdan əvvəl qaçarkən yıxılaraq almışdır. Bundan başqa Azərbaycan Respublikası Baş Prokurorluğunun 06 noyabr 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, məhkəmə-tibbi ekspertizasının 97 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Bakı İstintaq Təcridxanasında tərtib edilmiş tibbi kitabçada Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə baxış keçirilən zaman onun bədən səthində aşkar olunmuş xəsarətlər: sağ əlin ön səthinin, sağ saidin aşağı 1/3-nin ön səthinin, sol kürək nahiyəsinin, sağ diz oynağının ön səthinin, sağ budun orta 1/3-nin ön səthinin sivrilmiş qərtməkli saralan, sağ əlin yumşaq toxumalarının əziyi və şişkinliyi, sağ diz oynağının ön səthinin bənövşəyi qançırları Təqsirləndirilən şəxs təcridxanada keçirlən müayinəsindən (xx.xx.2024-ci il tarixdə) təxminən 3-5 gün əvvəl, sol bazunun orta 1/3-nin arxa səthinin ölçüdə və sağ budun orta 1/3-nin səthində yaşımtıl rəngli qançırları isə təxminən 5-8 gün əvvəl əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, həm ümumlikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs bədənində qeyd olunan xəsarətlər müxtəlif şəraitlərdə törənə bildiklərindən dəqiq olaraq hansı şəraitdə törənmələri hüquqi müstəvidə aydınlaşdırıla bilər. Beləliklə, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri insani rəftara məruz qalması faktı öz təsdiqini tapmamış, toplanmış materialda cinayət hadisəsi olması müəyyən edilməmiş, ona görə də Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsi, yəni cinayət hadisəsi olmaması əsası ilə material üzrə cinayət işinin başlanılması rədd olunmuş, Təqsirləndirilən şəxs bədənində olan dərəcəsi təyin edilməyən xəsarətlərlə bağlı hissədə əlavə araşdırma aparılmasının təmin edilməsi üçün materialın surəti Daxili İşlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmiş, həmin qərar Təqsirləndirilən şəxs göndərilməklə qərardan narazı qaldığı halda şikayət etmək hüququ izah olumuşdur. Bundan başqa cinayət işi üzrə şahid qismində dindirilmiş, Təqsirləndirilən şəxs saxlanılmasında bilavasitə iştirak etmiş Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid ifadəsində 2024-cü ilin iyul ayında Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanması, daşınması və qanunsuz dövrüyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğunu, xx.xx.2024-cü il tarixdə saat 01-02 radələrində qrup üzvləri ilə birlikdə Sarabski küçəsində Təqsirləndirilən şəxs yaxınlaşan zaman sonuncunun əlində sellofan torba olduğunu müşahidə etdiklərini, Təqsirləndirilən şəxs onları görərək qaçmağa başladığını, bir qədər qaçdıqdan sonra yıxıldığını, bu zaman Səbuhini tutduqlarını, özlərini sonuncuya təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirdiklərini, Səbuhini Nəsimi RPİ-yə dəvət etdiklərini, X14 üzərinə şəxsi axtarış keçirilən zaman içərisində narkotik vasitə marixuanaya bənzər maddə olan kütlələr aşkar edildiyini, Təqsirləndirilən şəxs isə narkotik vasitələri İran vətəndaşı olan Mustafa adlı şəxslə danışaraq götürdüyünü, daha sonra başqa şəxslərə çatdıracağını, qarşılığında isə 200 qram marixuananın ona veriləcəyini bildirdiyini, tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi təsir və təzyiq olmadığını bildirmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X3rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, habelə barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, Nəsimi RPİ-nin MSY-də tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktda və Təqsirləndirilən şəxs tərəfindən şəxsin imza edilərək verilmiş iltizamda o qeyd edilən xəsarətləri həmin gün polis əməkdaşlarından qaçan zaman yıxılaraq aldığını bildirmiş, həmçinin, mötəbərliyi şübhə altına alınmayan Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin qəbul etdiyi 06 noyabr 2024-cü il tarixli qərarda istinad edilmiş sənədlərə əsasən də Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun 06 noyabr 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda istinad edilmiş Məhkəmə-Tibbi Ekspertizasının 97 saylı rəyi ilə, həmçinin, BİT-dan daxil olmuş tibbi kitabça ilə müəyyən edilmiş xəsarətlə bağlı məhkəmə qeyd edir ki, şəxsin üzərində hansısa zədə və ya xəsarətlərin olması heç də bütün hallarda ona zor tətbiqini və işgəncə verilməsini ehtiva edə bilməz. Nəzərə alsaq ki, təqsirləndirilən şəxs tutulan zaman polis əməkdaşlarının gəldiyini görərək qaçan zaman yıxılmışdır, belə olan halda şəxsin hər hansı zədə (xəsarət) alması istisna edilmir. Həmçinin nəzərə alınmalıdır ki, saxlanılan şəxs tutularkən, nəqliyyat vasitəsinə mindirilərkən, bir yerdən digər yerə daşınarkən, yəni, istənilən möhkəm səthə malik əşyalarla təmasda olarkən bədən səthinin müxtəlif nahiyələrində xırda xəsarətlərin, qançır və sıyrıqların yaranması istisna olunmur. Yəni, narkotik vasitənin aşkar edilməsi ilə bağlı aparılmış ilkin əməliyyat və istintaq tədbirləri cinayətin etiraf edilməsinə məcbur etmə ilə bağlı təqsirləndirilən şəxsə zor göstərilməsini istisna edir. Onu da nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs ona polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməsi ilə bağlı aparılmış araşdırmanın nəticəsində mötəbərliyi şübhə altına alınmayan Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən qəbul edilmiş 06 noyabr 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda Təqsirləndirilən şəxs həmin qərardan narazı qaldığı halda şikayət etmək hüququ izah olunmasına baxmayaraq o, müdafiə tərəfi olaraq həmin qərardan şikayət verməmiş və qərarı mübahisələndirməmişdir. Həmin qərar hazırda qüvvədədir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməsi ilə bağlı cinayəti etiraf etməsi barədə ifadələrinə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Əvvəla, hadisənin baş verməsi ilə bağlı yuxarıda qeyd olunan hallar təqsirləndirilən şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını tam olaraq təsdiq edir. O cümlədən, şəxsi axtarış və götürmənin audio-video ilə aparılması, həmin prosesdə təqsirləndirilən şəxsin cinayət əməlini etiraf etməsi, narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı təqsirləndirilən şəxsin özünün şəxsi mobil telefonunda apardığı əməliyyatlar və digər təkzibedilməz sübutlar onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiq edir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən və şübhəli şəxs qismində izahat verərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin döyülməsi barədə, yəni aşkar olunan narkotik vasitənin onun üzərində olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması, döyülməsi nəticəsində məcburiyyət qarşısında etiraf etməsi ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazlarını bildirməmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs tərəfindən qeyd olunan xüsusatlar Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırılmış və həmin xüsusatlar (polis əməkdaşları tərəfindən döyülərək xəsarət alması) öz təsdiqini tapmadığından xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar məhkəmə istintaqı zamanı sorğu əsasında əldə olunaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Müdafiə tərəflərindən qeyd edilən qərar mübahisələndirilməmiş və həmin qərar hazırda qüvvədədir. Məhkəmə qəbul edir ki, xəsarətlərin aşkar edilməsi halında həmin xəsarətlərin təqsirləndirilən şəxsin dediyi şəraitdə baş verməməsi, yəni cinayəti etiraf etməsi üçün döyülməsi nəticəsində yetirilməməsi halını sübut etmə yükü ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfindən təqdim edilən yuxarıda sadalanan sübutların məcmusu təqsirləndirilən şəxsin qeyd edilən cinayəti törətməsinə kifayət qədər əsaslar verdiyindən əlavə olaraq təqsirləndirilən şəxsin cinayəti etiraf etməsi ilə bağlı ona zor tətbiq olunması məntiqli görünmür. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdə sonradan aşkar edilmiş xəsarətlər cinayəti etiraf etməsi ilə bağlı ona tətbiq olunan zorakılıq hərəkətləri olmaması sübuta yetirilmiş hesab edilməlidir. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, həmin halın sübuta yetirilməsi hazırkı araşdırma predmeti üçün yekun hüquqi qərar qəbul etməyə kifayət edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs barəsində olan şəxsi axtarış və götürmənin qeydə alındığı videoçəkilişi əks etdirən 01 (bir) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımasına görə ittiham irəli sürülmüşdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini, yəni, narkotik vasitənin satışı ilə məşğul olmadığı, İran İslam Respublikasının vətəndaşından 10 qram “nəşə” almağa razılaşdığı, həmin şəxsin dediyi ünvanda olan bağlamaya yoxlamaq üçün əlini atdığı, bu zaman polis əməkdaşlarının ona tərəf gəldiyini görərək bağlamanı götürmədiyi, qaçan zaman polis əməkdaşlarının ona təkan verərək yıxdıqlarını, yıxılan zaman, həmçinin, polis idarəsində polislərin onu döydüyünü, tutulan zaman üzərində narkotik vasitə olmadığı, üzərindən aşkar olunmuş narkotik vasitələrin polislər tərəfindən onun üzərinə qoyulduğu, ona qarşı fiziki və pisixi təsirlər olduğu üçün videoçəkiliş zamanı məcbur qalaraq narkotik vasitələrin onun olduğunu dediyi, tutulan zaman üstündə 1590 manat pulu olduğu barədə məhkəmə iclaslarında verdikləri bu kimi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları cinayət işinin materialları, şahid ifadəsi, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, mobil telefona baxış protokolu, ibtidai istintaq zamanı verilmiş əməliyyat tapşırığına cavab məktubu və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən məhz onun ibtidai istintaqın ilkin mərhələsində verdiyi etirafedici izahatını əsas götürür. Məhkəmə təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsi, istintaqın ilkin mərhələsində eyniməzmunlu izahat verməsini və təqsirini etiraf etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən ayrı ayrılıqda çəkiləri 1155 qram, 1185 qram, 1055 qram və 905 qram, ümumi təmiz çəkisi 4300 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilməsi və mobil telefonunda narkotik vasitələrin dövriyyəsi ilə bağlı smslərin, “narkotik vasitənin olduğu ərazinin konumu və narkotik vasitənin qoyulduğu ərazinin fotoşəkillərinin aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Narkotik vasitənin külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində həlledici rol oynamasa da, məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, həmin narkotik vasitənin ayrı-ayrı bağlamalarda olması, əldə etdiyi narkotik vasitəni üzərində gəzdirməsini, şəxsi axtarış və götürmə zamanı mobil telefonun üzərindən çıxmasını, mobil telefonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı smslərin, “narkotik vasitənin olduğu ərazinin konumu və narkotik vasitənin qoyulduğu ərazinin fotoşəkili”- olmasını və bu kimi halları birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq zamanı verilmiş xx.xx.2024-cü il tarixli, 2-3821/24 saylı əməliyyat tapşırığına cavab məktubunda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən edilmiş, lakin sonuncunun narkotik vasitəni əldə etdyi şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. (cild 1, iş vərəqə 143) Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “X25 14" markalı mobil telefonda olan “WhatssApp messenger Business” ani mesajlaşmaq proqramına +**********62 mobil nömrəsindən xx.xx.2024-cü il tarixdə saat 00:50-də 02 ədəd fotoşəkil və 01 ədəd məkan göndərildiyi, 2-ci fotoşəkildə isə ox işarəsi ilə yarımtikilinin sağ tərəfinə işarə qoyulduğu müəyyən olunmuşdur. Daha sonra həmin tarixdə saat 00:50-də +**********62 mobil nömrəsindən 07 saniyəlik səs yazısı göndərildiyi, səs yazısı açılan zaman kişi cinsində olan şəxsin “bu şəkil bu konum xarabalıq yerdi gir ordan götürginən” dediyi müəyyən edildi. Həmin tarixdə saat 00:53də +**********62 mobil nömrəsindən 09 saniyəlik səs yazısı göndərildiyi, səs yazısı açılan zaman kişi cinsində olan şəxsin “Çox rahat yerdi. Get arxayın götür qayıt gəl bəri. Götürdün mənə okey ver. Mənim telefonumun zaryatkası azdır.” dediyi müəyyən edildi. Baxış zamanı həmin tarixdə saat 00:53-də Təqsirləndirilən şəxsla +**********62 mobil nömrəsini istifadə edən şəxs arasında 31 saniyəlik telefon danışığının olduğunu bildirən “Səsli zəng 31 saniyə yazılarının" olduğu müəyyən oldundu. Həmin tarixdə saat 01:03-də +**********62 mobil nömrəsindən 02 saniyəlik səs yazısı göndərildiyi, səs yazısı açılan zaman kişi cinsində olan şəxsin “Ay baba nə xəbər qadan alım.” dediyi müəyyən edildi. Baxış zamanı həmin tarixdə saat 01:04-də +**********62 mobil nömrəsindən cavablandırılmayan zəng gəldiyini bildirən "Buraxılmış səsli zəng” yazılarının əks olunduğu müəyyən oldundu. Həmin tarixdə saat 01:21-də +**********62 mobil nömrəsindən 27 saniyəlik səs yazısı göndərildiyi, səs yazısı açılan zaman kişi cinsində olan şəxsin “Salam qardaş nətərisən nə ! var nə yox. Qardaş o otdan demişdim ondan 200 qramı sənindi, 4 kq nəşədi. Danışığımız o oldu ki 4 kq nəşədi onu götürəcəysən səhərlərim evə getdin çatdın arxayın sabah günorta qoyacaqdın mənə Qaradağ zonasına. Biz kişiyiy ə söz danışmışdıq ə bu işi niyə görürüsən, telefonu niyə bağlıyırsan bəs?” dediyi müəyyən edildi. Həmin tarixdə saat 01:21-də +**********62 mobil nömrəsindən 23 saniyəlik səs yazısı göndərildiyi, səs yazısı açılan zaman kişi cinsində olan şəxsin "Sən dedin ki biz əl-ələ veririk da qutardı. Telefonu bağlamağa nə ehtiyyac var. 4 kq otdu, 4 kq otun 200 qramı sənindi, orda yerdə qalan hamısı mənimdi. Onu aparacağdın sən evə səhərləri sübh saat 5-də 7-də konum eliyib verəcəydin.” dediyi müəyyən edildi. Həmin tarixdə saat 01:23-də +**********62 mobil nömrəsindən 26 saniyəlik səs yazısı göndərildiyi, səs yazısı açılan zaman kişi cinsində olan şəxsin “Ciyarım bə bu telefonu niyə bağlıyırsan Bəs sən deyirsən ki biz kişiyiy əl-ələ veririk ki biz çörək yeyək də. Belə çörək kəsməzlər ki. Biz bu gün səhər iş görəcəyik yekə işlər görəcəyik. 4 kq otu götürüb telefonu bağlıyırsan kişilikdən deyik ki bu. Onun 200 qramı sənindi 3800 qram mənimdi. Sübh saat 7-də Qaradağ zonasında ona konum qoy ha mənim Gəncədən adamım gəlir onu götürəcək.” dediyi müəyyən edildi, jHəmin tarixdə saat 01:29-də +**********62 mobil nömrəsindən 03 saniyəlik səs yazısı göndərildiyi, səs yazısı açılan zaman kişi cinsində olan şəxsin “Ə bu telefona cavab ver da, bu telefonunun məzhəbi yansın.” dediyi müəyyən edilmişdir. (cild 1, iş vərəqə 211-213) Məhkəmə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitənin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, aşkar edilən narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasına, həmin narkotik vasitənin ayrı-ayrı bağlamalarda olmasına, şəxsi axtarış və götürmə zamanı mobil telefonun üzərindən çıxmasına, mobil telefonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı smslərin, “narkotik vasitənin olduğu ərazinin konumu və narkotik vasitənin qoyulduğu ərazinin fotoşəkili”- olmasına, əldə etdiyi külli miqdarda narkotik vasitəni üzərində gəzdirməsinə dair cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib hüquqi qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, həmçinin, çəkisini, iş üzrə cəzasını yüngülləşdirən hal kimi himayəsində 02 (iki) azyaşlı uşağının olmasını, iş üzrə cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Abasov X7 Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanıb ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (cild 1, iş vərəqə 139-140,151-158) Həmçinin, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Şirvan Şəhəri üzrə İcra və Probasiya Şöbəsinin verdiyi 22 noyabr 2024-cü il tarixli, 259085/10-25 saylı məktubdan görünür ki, Abasov X7 Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətə azadlığln məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzadan 08 ay 04 gününü çəkmiş, çəkilməmiş cəzası 09 ay 22 gün təşkil edir. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini məsələsini həll edərkən Cinayət Məcəlləsinin 67.1-ci maddəsi üzrə hökmlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 01 iyul 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 70 (yetmiş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınaraq Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 4299,8 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, şəxsi axtarış və götürmə aparılmasının görüntüsü olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, cinayət işinin materiallarında olan 1 ədəd «X25 14» markalı mobil telefon Təqsirləndirilən şəxs (öz razılığı ilə yaxın qohumlarına) qaytarılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının 28-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X6 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin 17 avqust 2023-cü il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 09 (doqquz) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən 04 (dörd) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 04 (dörd) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 4299,8 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, şəxsi axtarış və götürmə aparılmasının görüntüsü olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, 1 ədəd «X25 14» markalı mobil telefon Təqsirləndirilən şəxs (öz razılığı ilə yaxın qohumlarına) qaytarılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 70 (yetmiş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar