Məhkəmə qərarları › İş №1(101)-611/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-611/2020

16.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-611/2020 16.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov x4 Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi x3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Tərcüməçi x2 iştirakı ilə, xx xxxx 1987-ci il tarixdə Naxçıvan MR-nın Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməmiş, orta təhsilli, əvvəllər məhkum olunmuş (Naxçıvan şəhər məhkəməsinin 3 fevral 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 4 (dörd) ay 20 (iyirmi) gün intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş), məhkumluğu ödənilmiş, Naxçıvan MR, Naxçıvan şəhəri, məhəllə 21, ev 55 A-da qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Qərib küçəsində fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq ilə basqın edərək quldurluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə 9 yanvar 2020-ci il tarixdə saat 6 radələrində ünvan 1 ünvanının blokuna daxil olaraq 1-ci mərtəbə ilə 2-ci mərtəbəni birləşdirən hissədə Zərərçəkmiş şəxs üzərinə hücum edib hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq ilə basqın edərək sonuncunun sifət, çiyin və sol əl nahiyələrinə yumruqla zərbə vurub ona sol körpücük sümüyünün qapalı yerdəyişən sınığı, sol göz ətrafınnın şişkinli hematoması, göz qapaqlarının daralması, üst göz qapağının sıyrığı, boynun sol yan səthinin və sol əlin İ barmağının ovuc səthinin qançırları ilə müşayiət olunan və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə içərisində 126 manat pulu, şəxsiyyət vəsiqəsini, ümumvətəndaş pasportunu, sürücülük vəsiqəsini, dəyəri 10 manat “Kapital” Banka aid kartı və dəyəri 70 manat olan çantanı əlindən almaqla zərərçəkmiş şəxsə ümumilikdə 206 manat dəyərində ziyan vuraraq quldurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki,9 yanvar 2020-ci il tarixdə isə saat 4:00 radələrində Salyan rayonundan Bakı şəhərinə gəlmiş və avtovağzaldan taksiyə minib “Nərimanov” metrosunun yaxınlığına getmişdir. Ac olduğundan “Nərimanov” metrosunun yaxınlığında olan “Tadım” dönər evinə gedərək dönər sifariş etmişdir. Qəbzi kassaya təqdim etmək üçün yaxınlaşdıqda əlində çanta olan bir nəfər orta yaşlı qadının ara yoldan dönərək hərəkət etdiyini görmüşdür. Bu zaman cibində artıq 4 manat pul qaldığına və yaşadığı evin kirayəsini verə bilmədiyinə görə həmin qadının yaxınlıqdakı binanın blokuna girdiyini gördükdə onun pullarını ələ keçirmək məqsədi ilə qaçaraq dalınca gedib həmin bloka girmişdir. Binanın 1-ci mərtəbəsi ilə 2-ci mərtəbəsi arasında olan hissədə qadının üstünə hücum edərək əlində olan çantanı dartmış, lakin həmin qadın müqavimət göstərməyə başladıqda onun yaxasından tutaraq divara tərəf itələmiş və əlindən çantanı alıb qaçaraq oradan uzaqlaşmışdır. Hadisə zamanı həmin qadına heç bir xəsarət yetirməmişdir. Blokdan çıxdıqdan sonra ara məhəllələr ilə dayanmadan qaçmağa başlamış, sonra məhəllənin çıxışında olan arkaya çatdıqda çantanın içərisindəkilərə baxmışdır. Çantadan ümumilikdə 25 manat təşkil edən 4 ədəd 5 manatlıq və 5 ədəd 1 manatlıq əskinazları götürüb cibinə qoymuş, çantada çoxlu sənədlərin olduğunu görmüş və çantanı içərisində olan sənədlər ilə birlikdə həmin binanın arkasının girişinə atmış, sonra da yaşadığı ünvana getmişdir. Həmin gün yaşadığı evdə qalıb ödəmədiyi 5 günün pulunu, yəni 10 manat pulu ev yiyəsinə vermişdir. 11 yanvar 2020-ci il tarixdə isə Nərimanov rayonu, Montin qəsəbəsində olarkən polis əməkdaşları ona yaxınlaşıb izahat vermək üçün Polis Bölməsinə dəvət etmişlər. Hadisə baş verən zaman ətrafda heç kəs olmamışdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2019-cu ilin dekabr ayının ortalarında istirahət məqsədilə turist olaraq Bakı şəhərinə gəlmişdir. 8 yanvar 2020-ci il tarixdə rəfiqələri Elza və Cemila ilə birlikdə dostu Əşrəfin avtomobili ilə istirahət etmək üçün Novxanıda yerləşən restoranların birinə getmiş, orada bir qədər spirtli içki qəbul etdikdən sonra Elza və Cemila ilə yaşadığı ünvana qayıtmışdır. Sonra “Ellips” gecə klubuna getməyə qərar vermiş, bir neçə saat orada olduqdan sonra Elza və Cemila ilə avtomobilə əyləşərək yaşadığı ünvana tərəf gəlmişdir. O, “Nərimanov” metrosunun yaxınlığında avtomobildən düşmüş, Elza və Cemila öz evlərinə getdiyinə görə həmin avtomobillə yola davam etmişlər. Avtomobildən düşdükdən sonra, yəni saat 6:00 radələrində yaşadığı ünvana qayıdarkən ərzaq almaq üçün yaxınlıqda yerləşən mağazaya girmiş, mağazadan çıxdıqdan sonra evə tərəf getmiş, evin blokuna daxil olduqda 1-ci mərtəbə ilə 2-ci mərtəbə arasında olanda ani olaraq bir nəfər qara rəngli paltar geyinmiş şəxs ona məxsus sarı rəngli çantanı dartaraq almağa çalışmışdır. Hadisə gözlənilmədən baş verdiyi üçün ciddi müqavimət göstərə bilməmiş, lakin çantanı özündə saxlamaq istədikdə həmin şəxs yumruq ilə əlindən, sonra isə çiyin və sifət nahiyəsindən vuraraq xəsarət yetirmiş, daha sonra da oradan uzaqlaşmışdır. Bu zaman qorxub qaçaraq mağazaya qayıtmış, orada olan satıcı oğlana hadisə barədə məlumat vermiş və həmin şəxsdən kömək etməsini xahiş etmişdir. Həmin oğlan isə DİNnin “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Hadisə zamanı o, tək olmuşdur. Hadisə yaşadığı binanın blokunda baş vermişdir. Ona ümumilikdə 206 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs 206 manat tələb edərək ona ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahid x5 və Şahid2 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər (cild 1, iş vərəqə 34-36; 39-41). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək hadisə yerində əyani şəkildə göstərmişdir (cild 1, iş vərəqə 67-70). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilərkən tərəflər istintaq orqanına verdikləri ifadələrini bir daha təsdiq edərək bir-birinin üzünə qarşı demişlər (cild 1, iş vərəqə 102- 104). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və x7-Təcrübi və Tədris Birliyinin 13 yanvar 2020-ci il tarixli 29 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sol körpücük sümüyünün qapalı yerdəyişən sınığı, sol göz ətrafının şişkinli hematoması, göz qapaqlarının daralması, üst göz qapağının sıyrığı, boynun sol yan səthinin və sol əlin İ barmağının ovuc səthinin qançırları ilə müşayiət olunan və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olmuş, habelə almış olduğu xəsarətlərin xarakterinə və yerləşdiyi nahiyələrə əsasən həmin xəsarətləri şəxsin öz-özünə yetirə bilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyildir (cild 1, iş vərəqə 72-73). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 31 yanvar 2020-ci il tarixli 191 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Cinayət işinin materiallarından, anamnestik məlumatlardan və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs cinayəti törədən vaxt xroniki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeydə alınmamış, hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamış, həmçinin ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşməmişdir. Təqsirləndirilən şəxs öx psixi vəziyyətinə görə hazırda cəmiyyət üçün təhlükəli olmamış, onun məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 130-131). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və x1 verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Qasımov x8 şəhər məhkəməsinin 3 fevral 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 4 (dörd) ay 20 (iyirmi) gün intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqə 140). Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələbinə görə “böyük ictimai təhlükə törətməyən” cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-1-ci maddəsinin tələbinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 1 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs hazırki cinayəti əvvəlki cinayətə görə cəzasını çəkib qurtardıqdan 1 il keçdikdən sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-1-ci maddəsinin tələbinə əsasən onun məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğunun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 122-123). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə tövsif etməklə yanaşı, onun həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 yanvar 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 55-56). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 13 yanvar 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 11 yanvar 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 100-101). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu gündən, yəni 11 yanvar 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia verməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edərək həmin zərərçəkmiş şəxsə mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 6 (altı) il6 (altı)ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 11 yanvar 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar