Məhkəmə qərarları › İş №1(101)-611/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-611/2022

30.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-611/2022 30.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 Müdafiəçi: X3 iştirakı ilə, 26 dekbr 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda psixotrop maddəni əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan naməlum şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 06 sentyabr 2021-ci il tarixdə axşam saatlarında əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncudan 35 manata satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 7,835 qram çəkidə psixotrop maddə hesab olunan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 07 sentyabr 2021-ci il tarixdə saat 12 radələrində Binəqədi RPİ- nin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Yasamal rayonu, «Spase» teleradio şirkətinin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ-nin 6-cı PB-nə gətirilmiş, orada saat 14.20 radələrində üzərinə şəxsi axtarış keçirilərkən, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofanın içərisində ağ salfetə bükülmüş halda, təmiz çəkisi 7,835 qram olan külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o Bakı şəhəri, Yasamal rayonu, Ələkbərov küçəsi, 13 saylı binanın həyətindəki yarım tikilidə anasıyla birlikdə yaşamışdır. 06 sentyabr 2021-ci il tarixdə «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən 35 manat məbləğində 7,8 qram metamfetamini şəxsi istifadəsi üçün almışdır. 07 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu «Space» televiziyasının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşları onu Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə aparmışlar. Orada üzərinə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçirilmişdir. O heç vaxt narkotik vasitə satmamışdır. Narkotikdən istifadə etməsindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis bölməsində cinayət-axtarış üzrə əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi barədə bölməyə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmış və əməliyyat qrupunda o və digər əməkdaş Şahid2 iştirak etmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 07 sentyabr 2021-ci il tarixdə təxminən səhər saat 12 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, «Space» televiziyasının yaxınlığında tərəflərindən saxlanılmışdır. Əvvəlcə ona özlərini təqdim edib, onu polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişdir. Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin xidməti otaqlarının birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış videoçəkilişdən istifadə olunmaqla keçirilmişdir. Şəxsi axtarış keçirilməsi zamanı Təqsirləndirilən şəxs üzərində olan bir ədəd şəffaf sellofanın içərisində ağ salfetə bükülmüş halda olan bükümü onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içində psixotrop maddə olan metamfetaminin olduğunu və həmin maddəni Nəsimi rayonu, Papanin adlanan ərazidə tanımadığı şəxsdən 35 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında dövlət ittihamçısı X4 yekun nitqi söyləyərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi üzrə verilmiş ittihamdan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən imtina edərək, cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi üzrə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçısı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq qeyd olunan maddə ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü narkotik vasitənin satış məqsədi ilə əldə etməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübütlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 sentyabr 2021-ci il tarixli, 6/3934 saylı rəyi alınmış və müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində « ...Təqsirləndirilən şəxs.. » və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 7,835 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə — metamfetamindir, metamfetaminin ümumi təmiz çəkisi 7,835 qr, tədqiqata sərf edildi 0.005 qr, qalıq 7,785 qr Cinayət işi materiallarinda olan ambulator məcburi narkoloji ekspertizasinin 07 dekabr 2021-ci il tarixli, 4945 sayli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin qəbul edilməsi nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. narkomaniyadan məcburi müalicəyə ehtiyaci vardir və ərazi narkoloji dispanserində qeydiyyata alinmasi məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş oldugu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət işindən müəyyən edilir ki, “Bakcell "MMC-dən alınmış Təqsirləndirilən şəxs oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 20 avqust 2021-ci il tarixdən 08 sentyabr 2021-ci il tarixədək olan müddət ərzində daxil olmuş mesaj mətnlərinə baxış keçirilmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Protokoldan müəyyən edilir ki, ***-***-**-** saylı mobil nömrəsinə 20 avqust 2021ci il tarixdən 08 sentyabr 2021-ci il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda mesajlar və zənglər daxil olmuşdur. ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə 21.08.2021-ci il tarixdə “20-lik patı, 10-luq kola 20 dəqiqəyə ordam, “Nicat nə oldu ye burdayam aç da telefonu” məzmunlu mesajlar daxil olmuşdur. Cinayət işində olan 14 oktyabr 2021-ci il tarixli DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofanın içərisində ağ salfetə bükülmüş halda, kristala bənzəyən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işində olan 07 sentyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutuldugu vaxtdan, yəni 07 sentyabr 2021-ci il tarixdən hesablanmaqla, cəzalasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti qismən etiraf etməsini işdə cəzanı yüngülləşdirən hal kimi nəzərə alır Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Binəqədi RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatdan sonrakı qalıq qalmış 7,785 qram çəkidə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə zamanı aparılan video çəkiliş olan 01 DVD formatlı disk və "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə ekspertiza xərci təşkil edən 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik alınaraq dövlət büdcəsinə verilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs oğlunun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi üzrə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, 6 (altı) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 07 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs iş üzrə ekspertiza xərci təşkil edən 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübutlar olan və Binəqədi RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatdan sonrakı qalıq qalmış 7,785 qram çəkidə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış və götürmə zamanı aparılan video çəkiliş olan 01 DVD formatlı disk və "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar