Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-611/2023 16.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində 1 azyaşlı övladı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 fərdi yaşayış evində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 19 avqust 2022-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 5 saylı binanın arxa tərəfində əvvəlcədən görüşə çağırdığı qohumu Zərərçəkmiş şəxs idarə etdiyi “BMW” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində sonuncunun hadisədən 1 gün əvvəl telefonda Təqsirləndirilən şəxs ailə üzvlərinə qarşı nalayiq ifadələr işlətməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı üzərindəki zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə vurub ona qarının ön divarının qaraciyəri və aşağı boş vena divarını zədələyən deşilmiş-kəsilmiş yarası, intra və retroperitoneal hematoma ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, ailəsi, yəni həyat yoldaşı, övladı, atası, anası və bacısı ilə birlikdə Hökməli qəsəbəsində yaşayır. Zərərçəkmiş şəxs onun həyat yoldaşının dayısı oğludur. 17 avqust 2022-ci il tarixdə axşam saatlarında işdən çıxıb evə qayıdan zaman avtobusda olarkən Zərərçəkmiş şəxs bacısı Zərinə ona zəng edərək bacısı Güneldən şikayət etmiş və öz qardaşı Nadirin bibisigilə getməsi, onun bacısı Günelin gəlib orada Nadirə “sənin burda nə işin var” deməsi və mübahisə etmələrini demişdir. O, həmin vaxt avtobusda olduğu üçün danışa bilməmiş və məsələnin nədən ibarət olduğunu başa düşməmişdir. Evə çatdıqda bacısı Güneldən məsələ barədə maraqlanmağa çalışmış, bacısı ona avtobusda olarkən Nadirin onların evinə getdiyini görməsini və Səbinəyə zəng edib Nadirin onların evində olub-olmadığını soruşmasını, Səbinənin isə Nadirin orada olmamasını deməsini bildirmişdir. Bacısı daha sonra avtobusdan düşərək taksiyə minib onun Qobu qəsəbəsində yaşayan qaynanasıgilə getmişdir. Bacısı qaynanasıgilə içəri girəndə Nadirin həyətdə oturduğunu görmüşdür. Həmin vaxt Nadirdən başqa onun həyat yoldaşı Səbinə və övladı da orada olmuşdur. Bacısı həmin vaxt Nadirə “sənin burda nə işin var, görmürsən evdə təkcə Səbinə ilə uşaqdır, başqa heç kəs yoxdur, qardaşımın belə şeydən xoşu gəlməz” deyə bildirmişdir. Axşam saatlarında bacısına zəng gəlmiş, zəng edən Nadirin bacısı Zərinə olmuş, onlar telefonda mübahisə etməyə və sonra bir-birlərini təhqir etməyə başlamışlar, o isə qadın olduqlarına, öz aralarında yoluna qoyacaqlarına ümid etdiyinə görə müdaxilə etməmişdir. Bir az keçdikdən sonra Nadir onun anasına zəng edib anasını təhqir etmiş, anasının və bacısının ünvanına söyüşlər, nalayiq sözlər söyləmişdir. O, səhər olanda “Memar Əcəmi” metrostansiyası yaxınlığına getmiş və Nadirə zəng edərək, hansı əsasla anası və bacısını söyməsini aydınlaşdırmaq üçün görüşməyi təklif etmiş, Nadir axşam işdən çıxandan sonra görüşməyi demişdir. Onlar telefonda bir az mübahisə etmiş və bir-birilərinə təhqirlər söyləmişlər. Daha sonra Nadir onu söhbət etmək üçün yaşadığı ünvan 3 ünvanının arxa tərəfinə çağırmışdır. O, Nadirin dediyi ünvana getmiş, orada olarkən Nadir idarə etdiyi avtomobilinin içərisindən ona səslənərək avtomobilə əyləşməyini istəmişdir. O isə Nadirə avtomobilə əyləşmək istəmədiyini deyib onun avtomobildən düşməyini təklif etmişdir. Nadir bir neçə dəfə israr etdikdən sonra o, avtomobilin sağ ön tərəfində əyləşmişdir. Nadir söhbət etmək üçün başqa yerə gedəcəklərini bildirmiş və yol gedərkən söhbətə başlamışlar. Nadir ona “sənin bacın mənə niyə “o..aş” deyib, mənim “o..aşlığımı” görübmü ki, mənə o sözü deyir” deyə bildirmiş, o da “o, qadındır o sözü deyir deyə sən də mənim anamı, bacımı o cür nalayiq sözlərlə söyməlisənmi?” cavabını vermişdir. Sonra o, Nadirə maşını kənara çəkib saxlamasını söyləmiş, Nadir maşını saxladıqdan sonra o, sonuncuya “sən hansı haqla mənim anamı və bacımı söyürsən” deyib, hər ehtimala qarşı evdən çıxmadan öncə özü ilə mətbəxdən götürüb sağ cibinə qoyduğu mətbəx bıçağını çıxarıb Nadirin qarın nahiyəsinin sağ hissəsinə bıçaqla bir dəfə zərbə vurmuşdur. O, Nadirə bir dəfə bıçaqla zərbə vurduqdan sonra avtomobildən düşmək istəsə də, Nadir onun yenə vuracağından ehtiyat edərək sol qolundan tutmuş və ona müqavimət göstərməyə başlamışdır. O, Nadiri itələyib avtomobilin qapısını açıb düşərək oradan uzaqlaşmağa başlamışdır. O, avtomobildən düşərkən Zərərçəkmiş şəxs onu təhqir etməyə davam etdiyini eşitsə də, mübahisəni davam etdirməmək üçün oradan uzaqlaşmışdır. Təxminən 30 metr aralandıqdan sonra həmin bıçağı yerə atmışdır. Yolda olarkən arvadı və bacısına zəng edərək hadisəni danışmış, polisə təslim olmağa getdiyini bildirərək hadisə yerinə təcili tibbi yardım çağırmaqlarını istəmişdir. Bundan sonra əsas yola çıxıb yaxınlıqda olan polis bölməsinə, Nəsimi RPİ-nin 20-ci Polis bölməsinə gedib törətdiyi əməli etiraf etmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, evdən bıçağı Zərərçəkmiş şəxs vurmaq məqsədilə deyil, hər ehtimala qarşı özünü müdafiə etmək məqsədilə götürmüşdür. Nəsimi rayon 20-ci Polis bölməsinə gedib törətdiyi əməli etiraf etdikdən sonra Xətai rayon Polis bölməsinin əməkdaşları gəlib onu Xətai rayon 36-cı Polis bölməsinə aparmışlar. Törətdiyi əmələ görə peşmandır. O, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsə vurduğu zərəri, əməliyyat xərclərini ödəmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs arvadı Şahid2 onun bibisi qızıdır, təqsirləndirilən şəxs də onun uzaq qohumudur. Səbinə və Muğdət 2017-ci ildə qeyri-rəsmi olaraq ailə həyatı qurmuşlar. Onun heç vaxt Muğdət və Səbinə ilə, eləcə də ailəsi ilə heç bir qərəzli və ya düşmənçilik münasibəti olmamış, aralarındakı münasibətlər normal olmuşdur. O, ünvan 5 ünvanında yaşasa da, Abşeron rayonu, Qobu qəsəbəsində yaşayan bibisi Mətanət Həsənovaya baş çəkmək üçün tez-tez bibisinin yaşadığı evə getmişdir. Həmçinin, bibisi oğlu Rəsul da həmin evə yaxın yaşadığından bibisi oğlu ilə orada tez-tez görüşmüşdür. 17 avqust 2022-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində yaşayan bibisi Mətanət Həsənovanın evinə getmiş, həmin evin həyətinə daxil olduqda, bibisi qızı Səbinənin və azyaşlı övladının həyətdə olduğunu görmüşdür. Səbinə bibisinin evdə olmadığını bildirmiş və o, buna görə də bir az oturub çıxıb getməyi düşünmüşdür. Bu zaman Səbinənin baldızı Günel həyətə daxil olaraq salam verib, hansı səbəbə onun bu evdə olduğunu soruşmuşdur. O, bibisinə baş çəkmək üçün həmin evə gəldiyini bildirmişdir. Günel isə “sənin burda nə işin var, bibin də evdə yoxdur, görürsən ki, gəlinimiz də evdə təkdir, belə şeyləri qardaşımın başı götürmür” deyə bildirmişdir. O da həmin evin bibisinin evi olduğunu və istədiyi vaxt həmin evə gələ biləcəyini demişdir. Bundan sonra Günel həyətdən çıxaraq getmiş, o da həmin həyətdən çıxaraq yaşadığı evə getmişdir. Sonra o, bacısı Zərinəyə zəng edərək baş verənləri bacısına danışmış və bir neçə dəqiqə sonra bacısı Zərinə ona zəng vuraraq Günellə danışdığını bildirmişdir. Bundan sonra Muğdətin anası Fəridə ona zəng vurub onun ünvanına nalayiq ifadələr işlətdikdə, o da Fəridənin və Günelin ünvanına nalayiq ifadələr işlədərək telefonu söndürmüşdür. 18 avqust 2022-ci il tarixdə səhər saatlarında Muğdət ona zəng edərək onunla söhbət etmək üçün onu görüşə çağırmışdır. O, Muğdətə həmin vaxt işdə olduğunu və işdən çıxdıqdan sonra axşam görüşə biləcəyini bildirmişdir. Muğdət görüş üçün bir neçə dəfə təkid etdikdən sonra o, Muğdəti yaşadığı ünvan 3 ünvanının arxa tərəfinə çağırmışdır. Muğdət təxminən günorta saatlarında qeyd edilən yerə çatmış və o, Muğdəti idarə etdiyi avtomobilə oturmağa dəvət etmişdir. Muğdət əvvəlcə avtomobilə əyləşmək istəmədiyini deyib onun avtomobildən düşməsini təklif etsə də o, bir neçə dəfə israr etdikdən sonra Muğdət avtomobilin sağ ön oturacağında əyləşmişdir. O, avtomobili hərəkətə gətirmiş və avtomobili idarə edərkən söhbətə başlamışlar. Muğdət ondan hansı səbəbə görə ailə üzvlərini təhqir etdiyini soruşub məsələyə aydınlıq gətirməsini istəmişdir. O isə Muğdətə anası Fəridənin onu təhqir etdiyi üçün o da əsəbləşərək telefonda ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətdiyini bildirmişdir. Bu zaman Muğdət cibindən bıçağı çıxararaq onun qarın nahiyəsindən bir dəfə bıçaqla zərbə endirmişdir. O, Muğdətin bıçaqla ona daha bir neçə dəfə zərbə endirəcəyini düşünüb Muğdətin qolundan tutmuş, Muğdət isə onu itələyib avtomobilin qapısını açıb düşərək oradan uzaqlaşmışdır. O isə idarə etdiyi avtomobil ilə yaşadığı evə, təxminən 1 saat evdə oturduqdan sonra X11 getmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayətinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, oğlu Təqsirləndirilən şəxs qeyri-rəsmi olaraq Şahid2 ilə evlidir və bir övladları vardır. Qızı da azyaşlı övladı ilə birlikdə onlarla yaşayır. Şahid2 özü və onun dayısı oğlu Zərərçəkmiş şəxs onlara uzaq qohum olduğu üçün uzun müddətdir ki, onları tanıyır. X19 ilə ailə həyatı qurduqdan sonra Zərərçəkmiş şəxsla gediş-gəlişləri yaranmışdır. 15 avqust 2022-ci il tarixdə Səbinə anasına baş çəkmək üçün anasının Qobu qəsəbəsində yerləşən evinə getmişdir. 17 avqust 2022-ci il tarixdə axşam saatlarında hamısı evdə olarkən Nadirin bacısı X5 onun qızına zəng edərək niyə Nadirin bibisinin evində olmasını istəmədiyinin səbəbini soruşmuşdur. X18 nə qədər fikrini izah etməyə çalışsa da, Zərinə buna imkan verməmişdir. Zərinə qızını telefonda təhqir etmiş, sonra isə o, telefonu Güneldən alaraq Zərinənin dediklərinin cavabını vermişdir. Bundan sonra Nadir onun telefonuna zəng etmiş və o, telefonu açan kimi Nadir onun və qızının ünvanına nalayiq ifadələr işlədərək onları təhqir etmişdir. Həmin vaxt oğlu Muğdət evdə olmuş və telefonda olan söhbətləri eşitmişdir. Həmin vaxt oğlu bu danışıqlara reaksiya verməmiş, amma onlar Muğdətin Nadirin dediyi ifadələri eşitdiyini bilmişlər. Səhəri gün Muğdət evdən çıxaraq işə gedəcəyini bildirmişdir. Təxminən günorta saatlarında Muğdət Günelə və Səbinəyə zəng edərək Zərərçəkmiş şəxs bıçaq zərbəsi ilə xəsarət yetirdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə 24 avqust 2017-ci ildə qeyri-rəsmi olaraq ailə həyatı qurmuş və həmin evlilikdən Hüseyn adında azyaşlı övladları vardır. Həmçinin qeyd edir ki, övladları epilepsiya xəstəliyindən əziyyət çəkir. Zərərçəkmiş şəxs onun dayısı oğlu, Muğdətin isə uzaq qohumudur. Nadirlə münasibətləri normal olmuşdur, aralarında düşmənçilik və ya qərəzli münasibət olmamışdır. 15 avqust 2022-ci il tarixdə o, valideynlərinə baş çəkmək üçün Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən valideynlərinin yaşadığı evə getmişdir. Həmin evdə anası X1 və atası X3 yaşayır. O, həmin evdə hadisə baş verən günə qədər qalmışdır. 17 avqust 2022-ci il tarixdə baldızı Şahid1 ona zəng vuraraq qohumu Nadirin evdə olub-olmadığını soruşmuş, o, Nadirin evdə olmadığını bildirmişdir. O, Günellə sağollaşandan sonra anasına zəng vuraraq Nadirin onlara gəlib-gəlməyəcəyini soruşmuşdur. X6 nə baş verdiyini soruşduqda, o da anasına baldızı Günelin Nadirin evə gəlib-gəlmədiyini soruşduğunu demişdir. Anası da ona bu barədə heç bir məlumatı olmadığını bildirmişdir. Təxminən 10 dəqiqə sonra Nadir evə gəlmiş və həmin vaxt anası evdə olmadığından Nadir həyətdə oturmuşdur. Bir neçə dəqiqə sonra baldızı evə gəldikdə həmin vaxt o, Nadir və azyaşlı övladı evin həyətində olmuş, baldızı Günel həyətə daxil olaraq azyaşlı oğlu ilə görüşmüş və Nadirə “sənin burda nə işin var, bibin də evdə yoxdur, görürsən ki, gəlinimiz də evdə təkdir, belə şeyləri qardaşımın başı götürmür” deyə bildirmişdir. Nadir isə evin bibisinin evi olduğunu və istədiyi vaxt həmin evə gələ biləcəyini bildirmişdir. Günellə Nadir bu barədə təxminən 2 dəqiqə söhbət etdikdən sonra Günel həyətdən çıxaraq getmişdir. Günellə Nadir arasında münaqişə baş verməmiş və biribirilərinə qarşı hər hansı nalayiq ifadə işlətməmişlər. Səhəri günü, yəni 18 avqust 2022-ci il tarixində günorta saatlarında o, Abşeron rayonu, Qobu qəsəbəsində, valideynlərinin yaşadığı evdə olarkən Muğdət ona zəng edərək Nadiri bıçaqladığını və hadisənin baş verdiyi yeri bildirərək həmin yerə təcili tibbi yardım göndərməsini, özünün isə polisə gedərək təslim olacağını bildirmişdir. Bundan sonra o, övladı ilə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evlərinə getmişdir. Yaxın qohumu olan qardaşına qarşı ifadə verməmək hüququndan istifadə edən X7 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, 2012-ci ildən 2016-cı ilədək evli olmuş, həmin nikahdan doqquz yaşlı övladı var. Hazırda subaydır. Özü fərdi olaraq saç ustası kimi fəaliyyət göstərməklə dolanır. Boşandıqdan sonra atası, anası və qardaşının ailəsi ilə birgə yaşayır. Qardaşı Təqsirləndirilən şəxs qeyri-rəsmi olaraq Şahid2 ilə evlidir və onların bir azyaşlı övladı vardır. Şahid2 və dayısı oğlu Zərərçəkmiş şəxs onlara uzaq qohum olduğundan uzun müddət tanımışlar, qardaşı Muğdət Səbinə ilə ailə həyatı qurduqdan sonra Zərərçəkmiş şəxsla gediş-gəlişləri yaranmışdır. Belə ki, 15 avqust 2022-ci il tarixdə saat 17 radələrində Səbinə anasına baş çəkmək üçün azyaşlı övladı ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsinə, anasının yaşadığı evə gedərək orada qalmışdır. O, 17 avqust 2022-ci il tarixdə təxminən saat 18 radələrində avtobusla evə gələndə Nadirin idarə etdiyi avtomobillə bibisi Mətanətgilə, yəni gəlinləri olan evə tərəf getdiyini görmüşdür. O da Səbinəyə zəng vuraraq Nadirin oraya gəlib-gəlmədiyini soruşduqda, Səbinə ona Nadirin oraya gəlmədiyini bildirmişdir. O, Səbinə ilə sağollaşandan bir neçə dəqiqə sonra anası Mətanət ona zəng vuraraq onunla aqressiv danışmış və hansı səbəbə görə Nadirin onlara gəlib-gəlmədiyini soruşmuş və Nadirin onlara gəlmədiyini, böyük oğlugilin yanına getdiyini bildirmişdir. Onun içində şübhə yarandığından Səbinə və anası Mətanətin yalanını sübut etmək üçün avtobusdan düşüb taksi ilə Mətanətin Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən yaşadığı evə getmişdir. Evin həyətinə daxil olduqda Nadirin həyətdə olduğunu görmüşdür. O, qardaşının azyaşlı oğlu ilə görüşmüş və Nadirə “sənin burda nə işin var, bibin də evdə yoxdur, görürsən ki, gəlinimiz də evdə təkdir, belə şeyləri qardaşımın başı götürmür” deyə bildirmişdir. Nadir isə oranın bibisinin evi olduğunu və istədiyi vaxt həmin evə gələ biləcəyini bildirmişdir. Bu mövzuda təxminən Nadirlə 2 dəqiqə söhbət etmiş və həyətdən çıxaraq taksiyə oturub yaşadığı evə getmişdir. Bundan sonra həmin gün axşam saatlarında Nadirin bacısı X5 zəng edərək ona “sən kimsən ki, mənim qardaşıma bibisinin evinə niyə gəlmisən?” deyə bildirmişdir. O, yuxarıda danışdıqlarını Zərinəyə də bildirmişdir. Danışıq zamanı Zərinənin ona zəng vurmazadan əvvəl qardaşına da zəng vurub bu söhbəti qardaşına dediyini öyrənmişdir. Zərinə telefonda onun ünvanına nalayiq ifadələr işlətdikdə onun səhhəti pisləşmiş və anası telefonu ondan alaraq Zərinə ilə danışmağa başlamışdır. Anası Zərinə ilə danışan zaman Zərinənin qardaşı Nadir telefonda onun ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxtı qardaşı Muğdət evdə olduğundan təsadüfən anasının yanından keçərkən Nadirin onun ünvanına işlətdiyi nalayiq ifadələri eşitmişdir. Qardaşı bu danışıqlara heç bir reaksiya verməmiş, lakin qardaşının hərəkətlərindən Nadirin dedikləri ifadələri eşitdiyini hiss etmişdir. Səhəri günü, yəni 18 avqust 2022-ci il tarixdə o, səhər saatlarında həmişə olduğu kimi evdən çıxaraq işə getmişdir. O, evdən çıxanda qardaşı Muğdət evdə olmuşdur. Saat təqribən 14 radələrində Muğdət ona zəng edərək Zərərçəkmiş şəxs bıçaq zərbəsi ilə xəsarət yetirdiyini və hadisənin baş verdiyi yeri bildirərək həmin yerə təcili tibbi yardım göndərməyini tələb etmişdir. Bundan sonra Muğdət polisə təslim olmaq üçün gedəcəyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, 18 avqust 2022-ci il tarixdə saat 18:45 radələrində, X9 bildirilmişdir ki, Xətai rayonu, Zığ yolu, ev 7B, mənzil 60 ünvanında yaşayan Zərərçəkmiş şəxs qarnın ön divarının deşilmiş yarası diaqnozu ilə xəstəxanaya müraciət etmişdir (cild 1, iş vərəqi 7). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “X17” X13 xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixində saat 21:20-də X16 gətirilmişdir. Xəstənin dediyinə görə, pilləkəndən yıxılaraq xəsarət almışdır. Xəstə təcili əməliyyata alınmışdır. Hal-hazırda stasionar müalicədədir (cild 1, iş vərəqi 12). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, ifadələrin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs göstərməsinə əsasən Bakı şəhəri, ünvan 8 ünvanda hadisə vaxtı baş verənləri yerində göstərərək qeyd etmişdir ki, 18 avqust 2022-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs ilə telefon əlaqəsindən sonra onun yaşadığı ünvan 3 ünvanın arxa tərəfinə çatmış, orada Zərərçəkmiş şəxs idarə etdiyi “BMW” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilə minərək birlikdə göstərdiyi Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 5 saylı binanın arxa tərəfinə gəlmişdir. Oraya gələnədək Zərərçəkmiş şəxs avtomobili məhəllələrin arası ilə idarə etmiş və yolboyu söhbət etmişdir. Söhbət zamanı Zərərçəkmiş şəxs ona anası ilə bacısını təhqir etməyinin səbəbini sübut etməyə istədiyini bildirmiş, o isə bu ifadədən əsəbiləşərək sağ yan cibinə qoyduğu mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Həmin zərbədən sonra Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili göstərilən yerdə, yəni Xətai rayonu, Zığ yolu küçəsi 5 saylı binanın arxa tərəfində saxlamışdır. Bundan sonra o, avtomobildən düşmək istəsə də, Zərərçəkmiş şəxs onun təkrar zərbə yetirəcəyindən ehtiyat edərək sol qolundan tutmuş və müqavimət göstərmişdir. O isə Zərərçəkmiş şəxs itələyib avtomobilin qapısını açaraq oradan qaçaraq uzaqlaşmışdır. Həmin an Zərərçəkmiş şəxs onu təhqir etməyə davam etdiyini eşitsə də, ona məhəl qoymadan qaçmışdır. Təxminən 30 metr aralandıqdan sonra sözügedən bıçağı yerə atmış, hadisə yerindən uzaqlaşarkən telefonla ailə üzvlərinə hadisə barədə məlumat verdiyini və hadisə baş verən yerə təcili tibbi yardım çağırmalarını istədiyini qeyd etmişdir. İfadələrin yerində yoxlanması zamanı Muğdət Məmmədov bıçağı atdığı yeri göstərmiş və bıçaq həmin yerdə aşkar edilmişdir. Muğdət Məmmədovun göstərməsi əsasında bıçağın aşkar edildiyi yer ilə hadisənin baş verdiyi yer arasında təxminən 30 metr məsafə olduğu müəyyən edilmiş, aşkar edilmiş və Muğdət Məmmədovun əməli törətdiyi vasitə kimi göstərdiyi 1 ədəd bıçaq götürülərək qablaşdırılmışdır (cild 1, iş vərəqi 73-77). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, T 498/2022-MTBŞ nömrəli rəyinin nəticə hissəsindən görünür ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1-3. Vətəndaş Zərərçəkmiş şəxs qarının ön divarının qaraciyəri və aşağı boş vena divarını zədələyən deşilmiş-kəsilmiş yarası, intra və retroperitoneal hematoma olmuşdur. Qeyd edilən xəsarətlər deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən əmələ gəlmişdir, törənmə müddəti xx.xx.2022-ci ilə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir (cild 1, iş vərəqi 146-149). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş maddi sübutların ekspertizasının xx.xx.2022-ci il tarixli, 430/2022-MTBŞ nömrəli rəyinin nəticə hissəsindən görünür ki, maddi sübutların məhkəmə-tibbi kriminalistik və kriminalistik tədqiqinə, qərarın təsviri hissəsində olan iş haqqındakı məlumatlara əsasən aşağıdakı nəticəyə gəlinir: İ.1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsinin sağ nahiyəsində iki ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. İİ.1. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir (cild 1, iş vərəqi 142-145). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqdim etmə və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirilərkən üzərində olan tünd göy-ağ rəngli qısaqol köynək tədqiqat üçün götürülmüşdür (cild 1, iş vərəqi 56). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş maddi sübutların ekspertizasının xx.xx.2022-ci il tarixli, 541/2022-MTBŞ nömrəli rəyinin nəticə hissəsindən görünür ki:
1. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: O-alfa,beta/İ/.
2. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus köynək və hadisə yerindən 02 ədəd pambıq çubuq üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu.
3. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni və həmçinin köynək üzərində olan ləkələrdə alfa və beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri O-alfa, beta/1/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər.
4. Təqdim edilən bıçaq üzərində aşkar olunan zəif intensivlikli qandan hazırlanmış məhlulda zülal aşkar olunmadığı üçün qanın növünü təyin etmək mümkün olmadı (cild 1, iş vərəqi 138-141). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs məxsus “BMW” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükan hissədən oturacağın üzərində qan izi müəyyən edilmişdir və həmin iz Xətai RPİ-nin KTQ-nun inspektor-kriminalisti Ramin Kazımov tərəfindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan başqa avtomobilin içərisindən və çöl tərəfindən eyniləşdirmə aparılması üçün əl-barmaq izləri götürülmüşdür (cild 1, iş vərəqi 12-16). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində eynilik aşkar edilməmişdir (cild 1, iş vərəqi 95). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona xəsarət yetirilmişdir. Təqsirləndirilən şəxs ilə qohumluq münasibətindədirlər. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışlar. Müalicə xərcləri tam ödənilmişdir. Ona qarşı heç bir tələb və şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Təqsirləndirilən şəxs həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir (cild 1, iş vərəqi 110). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X13 xx.xx.2022-ci il tarixli, 9755 saylı məktubundan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü, ünvan 1 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicə olunmamışdır (cild 1, iş vərəqi 124). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 155-156). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs baş vermiş cinayət hadisəsi zamanı istifadə etdiyi zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı, hadisə zamanı Zərərçəkmiş şəxs üzərində olan köynək, hadisə yerindən 02 ədəd pambıq çubuq üzərinə hopdurulub götürülmüş Zərərçəkmiş şəxs məxsus qan ləkələri maddi sübut kimi tanınmış və saxlanılması üçün Səbail RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 157-165, 211). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Nəsimi Rayon Mənzil- Kommunal Təsərrüfat Birliyinin 33 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 3-cü Alatava küçəsi, 304 saylı evdə qeydiyyatdadır və həmin ünvanda ailəsi ilə birlikdə yaşamışdır. Ailəlidir. Qeyd olunan ünvanda yaşadığı və qeydiyyatda olduğu müddət ərzində özünü səmimi, mehriban, qonşuların hörmətini qazanmış bir gənc kimi aparmışdır. Onun barəsində heç vaxt Nəsimi rayon 33 saylı MKİSə hər hansı bir yerdən heç bir şikayət və müraciət daxil olmamışdır (cild 1, iş vərəqi 111- 112). Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi, Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis bölməsindən əldə edilmiş xx.xx.2023-cü il tarixli, 51-2/2-984 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 14:20-də Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis bölməsinə gələrək könüllü təslim olmuş və o, aidiyyatı üzrə Xətai RPİ-nin əməkdaşlarına təhvil verilmişdir. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü Həsənov Hüseyn adlı övladı vardır. Həmin övladı epilepsiya xəstəliyindən əziyyət çəkir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurması kifayət qədər sübuta yetirilir. Təqsirləndirilən şəxs həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, onun könüllü gəlib təqsirini boynuna almasını Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə, himayəsində 1 azyaşlı övladının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, övladının epilepsiya xəstəliyindən əziyyət çəkməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulmuş könüllü gəlib təqsirini boynuna alması, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsində nəzərdə tutulmuş dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından, törədilən cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə qohum olmaqla barışıq əldə etməsi, könüllü gəlib təqsirini boynuna alması, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, əməlindən səmimi peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində epilepsiya xəstəliyindən əziyyət çəkən azyaşlı övladının olması halları nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsi və ailəsini ciddi məhrumiyyətlərə düçar edər. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 19 avqust 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən barəsində 20 avqust 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 19 avqust 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 25-26, 91-93, 194-196). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021ci il tarixli qərarına əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə, təqsirləndirilən şəxsi şərti məhkum etmənin qanuni və ədalətli olması qənaətinə gəldiyi üçün hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Səbail rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs baş vermiş cinayət hadisəsi zamanı istifadə etdiyi zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı, hadisə zamanı Zərərçəkmiş şəxs üzərində olan köynək, hadisə yerindən 2 ədəd pambıq çubuq üzərinə hopdurulub götürülmüş Zərərçəkmiş şəxs məxsus qan ləkələri təyinatını itirdiyindən məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir, məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməkdə ona təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Səbail rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs cinayət hadisəsi zamanı istifadə etdiyi məişət təyinatlı mətbəx bıçağı, hadisə zamanı Zərərçəkmiş şəxs üzərində olan köynək, hadisə yerindən 02 ədəd pambıq çubuq üzərinə hopdurulub götürülmüş Zərərçəkmiş şəxs məxsus qan ləkələri məhv edilsin. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakimlər: (Sədrlik edən) Telman Hüseynov
Əli Məmmədov
Səbinə Məmmədzadə