Məhkəmə qərarları › İş №1(101)-611/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-611/2025

24.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-611/2025 24.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Rəhimova Lyudmila Rəhimovnanın və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 10 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs qızma məxsus mənzilə bağlı kilidləri açmaq üçün nəzərdə tutulmuş alətlərdən istifadə edərək qanunsuz daxil olaraq mənzilin yataq otağında yerləşən güzgülü dolabın çəkməcəsindən sonuncuya məxsus 01 ədəd 969 manat dəyərində 11.40 qram çəkidə 583/585 əyyarlı üzərində "14K" damğası olan qalın İtaliya istehsalı olan bənövşəyi və qara qaşlı qızıl üzüyü, 01 ədəd 700 manat dəyərində 8,24 qram çəkidə 583/585 əyyarlı İtalya istehsalı olan çəhrayı səpmə qaşlı qalın qızıl üzüyü, 01 ədəd 565 manat dəyərində 6,65 qram çəkidə 583/585 əyyarlı üzərində "585 İtaly" damğası vurulmuş "Cartier" firmasına məxsus olan qızıl qolbağı, 01 ədəd 629 manat dəyərində 7,40 qram çəkidə 583/585 əyyarlı üzərində " Cartier 585 " damğası vurulmuş "Cartier" firmasına məxsus olan qızıl qolbağı, 01 ədəd 471 manat dəyərində 5,55 qram çəkidə 583/585 əyyarlı "Tiffany" firmasına məxsus olan qızıl qolbağı, 01 ədəd 530 manat dəyərində 3,52 qram 583/585 əyyarlı üzərində 585 damğası olan 01 ədəd nazik qızıl qolbaqdan və 01 cüt 2,70 qram 583/585 əyyarı üzəri sarı və gümüşü rəngli muncuqlardan ibarət uzun qızıl sırğadan ibarət dəsti, 01 ədəd 561 manat dəyərində 6,60 qram 583/585 əyyarlı mavi gül formalı 01 cüt sırğanı, 01 ədəd 668 manat dəyərində 7,87 qram, 583/585 əyyarlı üzərində "585" damğası olan sarı və ağ rəngli muncuqlardan ibarət qızıl boyunbağını, 01 ədəd 166 manat dəyərində 1,96 qram 583/585 əyyarlı üzərində "585" damğası olan uzun nazik qızıl boyunbağını, 01 ədəd 792 manat dəyərində 9,32 qram çəkidə 583/585 əyyarlı üzərində "585" damğası olan uzun müxtəlif rəngli qaşlı qızıl boyunbağını, 01 cüt 263 manat dəyərində 3,10 qram çəkidə 583/585 əyyarlı üzərində "5851" damğası olan qaşları fərqli rənglərdə olan uzun qızıl sırğanı, 01 ədəd 124 manat dəyərində 1,47 qram çəkidə 583/585 əyyarh üzərində rəngsiz şəffaf qaşları olan sadə qızıl qolbağı, 01 ədəd 797 manat dəyərində 9,38 qram çəkidə 583/585 əyyarlı qəhvəyi dəri kəmərli qızıl boyunbağını, 01 ədəd 895 manat dəyərində 10,54 qram çəkidə 583/585 əyyarlı üzərində "14k" damğası olan yumru kürələrin üzərində mavi gül formasında olan 01 ədəd qızıl üzükdən və 01 cüt qızıl sırğadan ibarət dəsti, 01 ədəd 1324 manat dəyərində 7,70 qram çəkidə 585/585 əyyarlı qızıldan hazırlanmış üzərində 1 ədəd təxminən 0,120 karat, 02 ədəd hər biri təxminən 0,080 karat,03 ədəd hər biri təxminən 0,005 karat brillinat qaşları olan tək qaşlı brilliant üzükdən və 02 ədəd brilliant qaşlı sırğadan ibarət dəsti, 01 ədəd 1837 manat dəyərində 21,62 qram çəkidə 583/585 əyyarlı qızıl üzükdən və 01 cüt qızıl sırğadan ibarət Mirvari dəsti, 01 ədəd 3746 manat dəyərində 44,08 qram çəkidə üzərində "585" damğası olan qara qaşlı qızıl üzükdən və 01 cüt qara qaşlı qızıl sırğadan və 01 ədəd boyunbağıdan ibarət dəsti, 01 ədəd 1594 manat dəyərində "Tiffany" firmasına məxsus 18,76 qram çəkidə 583/585 əyyarlı üzərində mavi rəngli ürək olan qızıl qolbağı, 01 ədəd 3775,7 manat dəyərində "Bef firmasına məxsus hər biri 750 əyyarlı 01 ədəd 6,47 qram çəkidə üzərində "750" damğası olan boyunbağıdan,01 ədəd üzərində "750" damğası olan 12,42 qram çəkidə üzükdən, 9,44 qram çəkidə 01 ədəd klondan ,6.00 qram çəkidə 01 tay sırğadan ibarət dəsti, 01 ədəd 1334 manat dəyərində 12,13 qram çəkidə 750 əyyarlı üzərində "İtaly 750" damğası olan "Bef" firmasına məxsus qalın qızıl qolbağı, 01 ədəd 2104 manat dəyərində 19,13 qram çəkidə 750 əyyarlı üzərində "İtaly 750" damğası olan "Bef firmasına məxsus uzun qızıl boyunbağını, 01 cüt 736 manat dəyərində 8,66 qram çəkidə 583/585 əyyarlı dördbucaq formalı qızıl sırğanı, 01 cüt 1277 manat dəyərində 11,61 qram çəkidə 750 əyyarlı üzərində "18k" damğası olan "Bef firmasına məxsus yantar formalı sırğanı, 01 ədəd 790 manat dəyərində 9,30 qram çəkidə 583/585 əyyarlı üzərində "585" damğası olan ərəb qızılından hazırlanmış üzüyü, 01 ədəd 962 manat dəyərində 11,32 qram çəkidə 583/585 əyyarlı qızıl boyunbağıdan, 01 ədəd qızıl qolbaqdan ibarət ip formalı dəsti, 01 ədəd 85 manat dəyərində 1.00 qram çəkidə 583/585 əyyarlı "M" hərfi formasında qızıl klonu, 01 ədəd 606 manat dəyərində 7,14 qram çəkidə 583/585 əyyarlı üzərində "585" damğası olan "LV" işarəsi olan qızıl boyunbağıdan və qolbaqdan ibarət dəst, 01 ədəd 618 manat dəyərində 7,28 qram çəkidə 583/585 əyyarlı üzərində "585" damğası və "LV" işarəsi olan 01 ədəd boyunbağıdan və 01 cüt sırğadan ibarət dəst, 01 ədəd 586 manat dəyərində 6,90 qram çəkidə 583/585 əyyarlı üzərində "İtaly 585" damğası və boz top formasında aksessuarlar olan qızıl qolbağı, 01 ədəd 1780 manat dəyərində 20,95 qram çəkidə 583/585 əyyarlı üzərində bənövşəyi və qara rəngli 21 ədəd rəngsiz şəffaf qaşları həmçinin "14k" damğası olan 01 cüt kəpənək formalı sırğadan və 01 ədəd üzükdən ibarət dəsti, 01 ədəd 108 manat dəyərində 1,28 qram çəkidə 583/585 əyyarlı üzərində qızıldan siçan işarəsi olan qırmızı rəngli sap qolbağı, 01 ədəd 457 manat dəyərində 5,38 qram çəkidə 583/585 əyyarlı üzərində "14k" damğası və qızılı slindirlər olan qırmızı rəngli sapdan hazırlanmış qolbağı, 01 ədəd 287 manat dəyərində 2,61qram çəkidə 750 əyyarlı fil formalı qızıl klonu, 01 ədəd 77 manat dəyərində 0,91 qram çəkidə 583/585 əyyarlı üzərində ağ və sarı rəngli muncuqlarla toxunma qızıl üzüyü, 01 ədəd 308 manat dəyərində 3,63 qram çəkidə 583/585 əyyarlı üzərində "585" damğası və damcı forması olan nazik qızıl boyunbağını, 01 ədəd 139 manat dəyərində 1,64 qram çəkidə 585 əyyarlı kəpənək formalı klonu, 01 ədəd 62 manat dəyərində 0,73 qram çəkidə 583/585 əyyarlı qızıl sırğanı, 01 ədəd 500 manat dəyərində "Armani" firmasına məxsus qol saatını, 01 ədəd 300 manat dəyərində "Svarovski" firmasına məxsus qol saatını,01 ədəd 500 manat dəyərində "Tommy Hilfiger" firmasına məxsus olan qol saatını gizli olaraq talayıb, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qızma ümumilikdə 34022.70 (otuz dörd min iyirmi iki manat yetmiş qəpik) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyə ifadə verərkən ona Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər də oğurluq cinayəti törətdiyinə görə məhkum olunmuş, hazırki cinayəti törətməsindən 3 ay əvvəl məntəqə tipli cəzaçəkmə müəsisəsinə keçirildiyi üçün azadlıqda olmuş, məhkumluğu olması səbəbindən heç bir yerdə özünə iş tapa bilməmiş, maddi vəziyyəti yaxşı olmadığı üçün, oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə daxil olacağı mənzillərin qapılarının bağlı kilidlərini açmaq üçün online qaydada qapı kilidlərini açmaq üçün açarlar sifariş vermişdir. Açarları əldə etdiyi sayt qanuni şəkildə fəaliyyət göstərmiş, əsl təyinatı fövqəladə hallar zamanı qanuni məqsədlər üçün də nəzərdə tutulmuşdur. Oğurluğa girdiyi evi ona heç kim kənardan göstərməmiş, özü həmin evi kənardan müşahidə edərək, mənzilin bahalı pəncərə və kondisioneri olmasını görmüş, imkanlı şəxsə məxsus olmasını düşünmüşdür. Qeyd etdiyi açarlardan istifadə edib sözügedən mənzilə açarseçmə yolu ilə qanunsuz daxil olmuş, qızıl-zinət əşyalarını evin yataq otağındakı güzgülü dolabdan götürmüşdür. Daha sonra evin salon otağında “Qurani- Kərim” kitabını görüb evi tərk etmişdir. Daha öncəki məhkumluğuna səbəb olan oğurluq cinayətindən əldə etdiyi pulların bir qismini kasıblara və azadlıqdan məhrum edilmiş şəxslərin ailəsinə xərcləmiş, sonuncu oğurluq etdiyi evdən götürdüyü qızılları isə yaşadığı evin müxtəlif otaqlarında gizli saxlanc yerlərində gizlətmişdir. Lakin ailə üzvlərinin bundan məlumatı olmamışdır, hadisədən 3 gün sonra polislər tərəfindən saxlanılmış, polis əməkdaşları yaşadığı evdə axtarış aparsalar da qızılları tapa bilməmişlər. O qızılları özü könüllü olaraq polisə təhvil vermişdir. Qızılların çəkisini univermaqda çəkdirmiş və qızılların qiymətinin ekspertizada göstəriləndən aşağı olmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, ekspert rəyində əsassız olaraq qızılların qiyməti dəyərindən artıq yazılmışdır. Verilmiş ittihamda isə qızılların qiyməti ümumiyyətlə uydurulmuş bir rəqəm əsasında qeyd olunmuşdur. O, zərərçəkmiş şəxs Svetlananı tanımamış, onu tanısaydı onun evinə girməzdi, təsadüfən oğurluq üçün həmin evi seçmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində bildirmişdir ki, maddi vəziyyəti yaxşı olmadığı üçün, oğurluq etmək qərarına gəlmişdir. 2023-cü ilin mart ayının sonlarında oğurluq etmək üçün daxil olacağı mənzillərin qapılarının bağlı kilidlərini açmaq üçün Ukrayna Respublikasından "Medvijatnik.kiev.ua" saytı vasitəsi ilə 400 manat müqabilində "İmpressia" aparatı və qapı kilidi açmaq üçün bizlər sifariş etmişdir. Təxminən 10 gün sonra həmin sifarişlər Bakı şəhəri, Nəsimi rayonu 111 saylı poçt şöbəsinə daxil olmuş və oradan tərəfimdən götürülmüşdür. Həmçinin o, mənzillərə daxil olmaq üçün istifadə edəcəyi açarları hazırlamaq üçün "Tap.az" internet saytı vasitəsi ilə 20 manat müqabilində tanımadığı şəxsdən məngənə və yuxarı mərtəbədə yerləşən mənzillərə daxil olmaq üçün 50 manat müqabilində tanımadığı şəxsdən alpinist kəməri almışdır. Bundan sonra o, oğurluq etmək üçün münasib mənzil axtarmaq qərarına gəlmişdir. Bunun üçün ünvan 4 ünvanına gəlmişdir. O, əvvəllər həmin binada yaşadığı üçün, həmin binanın giriş və çıxışlarına yaxşı bələd olduğu üçün elə məhz həmin binadan oğurluq etməyi qərarlaşdırmışdır. Yüksəklik qorxusu olduğu üçün binanın yuxarı mərtəbəsində yerləşən mənzillərə alpinist kəmərindən istifadə edib daxil ola bilməyəcəyini başa düşdüyü üçün binanın 2-ci və ya 3-cü mərtəbəsində yerləşən mənzillərdən oğurluq etmək qərarına gəlmişdir. Düşünmüşki, həmin mənzillərdən oğurluq edən zaman əgər kimsə gələrsə oradan iplə pəncərədən aşağı düşüb qaçmaq daha asan olar. Buna görə də oğurluq etmək üçün ünvan 5 ünvanına yerləşən binanın 3-cü mərtəbəsində yerləşən 18 saylı mənzili seçmişdir. Təxminən 20 gün müddətində o, həmin binanı gündüz və gecə müxtəlif saatlarda müşahidə etmişdir. Həmçinin qapı kilidi açmaq üçün "youtube" internet saytı vasitəsi ilə Ukrayna Respublikasından sifariş etdiyim "İmpressa" aləti ilə və bizlərlə qapı kilidini necə açmağı öyrənmişdir. Evi müşahidə etdiyi 20 gün müddətində müəyyən etmiş ki, ev sahibləri əsasən səhər saat 8-9 radələrindən evdən çıxır və bir də axşam saat 20- 21 radələrində evə qayıdırlar. Ev həmin saatlar ərzində boş olur. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində artıq o, mənzildən oğurluq etmək üçün Ukrayna Respublikasından sifariş etdiyim qapı kilidi açmaq üçün istifadə olunan "İmpressa" aparatını, bizləri, mənzilə kimsə gələrsə mənzilin pəncərəsindən aşağı düşmək üçün istifadə edəcəyi kəndiri, təhlükəsizlik kamerlarmdan yayınmaq üçün istifadə edəcəyi qara çətiri və bir dəst dəyişək paltar götürmüşdür. Dəyişək paltar götürməkdə məqsədi oğurluq etdikdən sonra yol boyu paltarlarını dəyişmək və əgər gələcəkdə onu axtaran polis əməkdaşları kameralara baxarsa onların fikrini azdırmaqdan ibarət olmuşdur. O, mənzilə çatdıqda əldə etdiyi alətlərin köməkliyi ilə asanlaqla mənzilin qapısını açıb içəri daxil olmuş və içəridən mənzilin qapısını bağlamışdır. Bundan sonra mənzildə pul, qızıl-zinyət əşyaları və digər qiymətli əşyalar axtarmağa başalamışdır. Mənzilin yataq otağında yerləşən güzgülü şkafın çəkməcəsindən 01 ədəd bənövşəyi və qara qaşlı qızıl üzüyü, 01 ədəd çəhrayı səpmə qaşlı qalın qızıl üzüyü, 02 ədəd "Cartier" firmasına məxsus olan qızıl qolbaqları, 01 ədəd "Tiffany" firmasına məxsus olan qızıl qolbağı, 01 ədəd nazik qızıl qolbaqdan və 02 ədəd uzun qızıl sırğadan ibarət dəsti, 01 cüt mavi gül qaşlı qızıl sırğanı, 01 ədəd uzun mirvari ilə düzülmüş qızıl boyunbağını, 01 ədəd uzun qızıl boyunbağıdan və 02 ədəd qızıl sırğadan ibarət dəsti, 01 ədəd uzun rəngli qaşlı qızıl boyunbağını, 01 cüt qaşları fərqli rənglərdə olan uzun qızıl sırğanı, 01 ədəd sadə qızıl qolbağı, 01 ədəd qəhvəyi dəri kəmərli qızıl boyunbağını, 01 ədəd yumru kürələrin üzərində mavi gül formasında olan 01 ədəd qızıl üzükdən və 02 ədəd qızıl sırğadan ibarət dəsti, 01 ədəd tək qaşlı brilliant üzükdən və 02 ədəd brilliant qaşlı sırğadan ibarət dəsti, 01 ədəd qızıl üzükdən və 01 cüt qızıl sırğadan ibarət mirvari dəsti, 01 ədəd qara qaşlı qızıl üzükdən və 01 cüt qara qaşlı qızıl sırğadan ibarət dəsti, 01 ədəd "Tiffany" markalı ürək formalı qızıl qolbağı, 01 ədəd "Bef' markalı 01 ədəd qızıl boyunbağıdan, 01 ədəd qızıl sırğadan, 01 ədəd qızıl klondan, 01 ədəd qızıl üzükdən ibarət dəsti, 01 ədəd "Bef" markalı qalın qızıl qolbağı, 01 ədəd "Bef' markalı uzun qızıl boyunbağını, 01 cüt dördbucaq formalı qızıl sırğanı, 01 cüt "Bef' markalı yantar formalı sırğanı, 01 ədəd ərəb qızılından hazırlanmış üzüyü, 01 ədəd qızıl boyunbağıdan, 01 ədəd qızıl qolbaqdan ibarət dəsti, 01 ədəd "M" hərfi formasında qızıl kulonu, 01 ədəd "Armani" markalı qol saatını, 01 ədəd "Svarovski" markalı qol saatını, 01 ədəd "Tommy Hilfiger" markalı qol saatını götürüb əynində olan şalvarın cibinə yığmışdır. Bundan sonra gəldiyi yolla mənzildən çıxmış və piyada yolla "Zərifə Əliyeva" adma göz xəstəxanasının arxa hissəsinə getmiş və orada cibindəki qızıl-zinyət əşyalarını ayırıb çantasına qoymuş. Oğurladığı digər saatları isə qızıl olmadığı üçün evə gələrkən evinin yaxınlığında yerləşən zibil qutusuna atmışdır. Bundan sonra yaşadığı mənzilə qalxmışdır. Evdə heç kim olmadığı üçün qonaq otağında olan televizor altlığının ayaqlarını açaraq onun içərisində oğurladığı qızıl-zinyət əşyalarını gizlətmişdir. Həmin qızıl zinyət əşyalarının hamısı ora yerləşmədiyi üçün bəzilərini yaşadığı evin eyvanında yerləşən şkafda gizlətmişdir. Bundan bir neçə gün sonra həmin qızıl-zinyət əşyalarını satmağa macal tapmadan polis əməkdaşları onu oğurluqda şübhəli olduğunu bildirib saxlamışlar. Məhkəmə baxışı iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində qeyd etmişdir ki, axşam saatlarında Mirhahmud Kazımovski küçəsi, bina 58, ev 18 ünvanında, yeni tikili binanın 3-cü mərtəbəsində yerləşən mənzilinə işdən qayıdan zaman mənzilin qapısının açıq olmasını görüb, evdən çıxan zaman qapını bağlamadığını düşünmüş, evin dəhlizinə daxil olan zaman hər hansı dəyişiklik hiss etməsə də, yataq otağına daxil olduqda qızıl-zinət əşyalarının olduğu qutuların ortalıqda olduğunu, içərisindəki əşyaların isə götürüldüyünü görmüşdür. Bu hadisə nəticəsində onun halı pisləşmiş, təxminən yarım saat sonra özünə gəlib binanın komendantına məlumat vermişdir. Komendant Azərbaycan Respublikası DİN-in “102” zəng mərkəzinə məlumat vermişdir. İsti izlərlə cinayətin üstü açılmış, evinə oğurluğa girən adamın Təqsirləndirilən şəxs adlı şəxs olması müəyyən edilmişdir. Oğurlanmış qızıl-zinət əşyaları ona geri qaytarılmış, lakin həmin qızılların 30 faizi əzilmiş-qırılmış halda olmaqla yarasız vəziyyətə düşmüşdür. Təqribən 1500 manat dəyərində qızıl olmayan saatları və gümüş komplekti isə ona geri qaytarılmamışdır. Həmçinin, qızına məxsus “Apple whatch” markalı saatın və qulaqcığın da oğurlanmasını düşünsələr də, sonradan həmin əşyaları paltarların içərisindən tapmışlar. Hadisə nəticəsində ona 57.605 manat zərər dəymiş, həmin zərərin 56.305 manatı ödənilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhəmə heyətinin diqqətinə çatdırmışdır ki, hazırda ona dəymiş ziyanın 1300 manat təşkil edir və həmin ziyanı tələb edir. Bu səbəbdən təqsirləndirilən şəxslə barışmamışdır. Aldığı əşyaların dəyərini özü bilmiş, ekspertizada qızıl-zinət əşyalarının dəyərinin nə üçün 32.722 manat hesablanması barədə məlumatı olmamışdır. Ola bilsin ki, həmin qızıl-zinət əşyalarının dəyəri yalnız qızılın qramı ilə hesablanmış və onların brend marka olmaları nəzərə alınmamışdır. Qızılzinət əşyalarının qaytarılmasını qeyd edərək akta qol çəkmiş, qızıl olmayan müəyyən əşyaları - “Tommy Hilfiger”, “Armani”, “Swarowski” markalarına məxsus saatları, gümüş dəsti qaytarılmamış, onların da dəyəri 1300 manat təşkil etmişdir. Brend qızıl-zinət əşyalarının digərlərindən fərqi həm qiymətinin daha bahalı olmasında, həm də brend qızılzinət əşyalarının pasportlarının olmasındadır, ehtiyac yaranarsa həmin pasportları təqdim edə bilər. O, təqsirləndirilən şəxsi tanıdığını sonradan bilmişdir. Belə ki, Təqsirləndirilən şəxs onların əvvəllər həyət evində yaşadığı məhəllədə böyümüş, onun nənəsi xırda məişət əşyalarının satışı ilə məşğul olmuşdur. Onun həm anası, həm də nənəsi onların ailəsini yaxşı tanımışlar. O, yaşadığı evi təqsirləndirilən şəxsə kiminsə nişan verdiyini hesab edir, çünki yaşadığı binada xeyli sayda imkanlı ailələrin yaşadığını qeyd edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Coşqun əvvəllər də oğurluq cinayəti törətdiyi üçün məhkum olunmuş və vaxtından əvvəl cəzadan azad edilmişdir. Oğlu onunla birlikdə kirayədə yaşadığı evdə qalmış, evdə olan zaman polis əməkdaşları qapını döyərək, Coşqunun cinayət əməli törətdiyini bildirib onu özləri ilə aparmış, sonradan polislər oğlu Coşqunla birlikdə evə qayıdaraq televizorun altında gizlədilmiş qızıl-zinət əşyalarını tapıb çıxarmışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə baxışı iclasında ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri "Moskva" univermağımn arxa hissəsində yerləşən kiçik emalatxana zərgərlik məmulatları hazırlamaq üçün qəlibçi işləyir. Əvvəllər o, həmin yerdə Natiq adlı şəxslə birlikdə çalışmışdır. Sonradan həmin yerdə gəlir aşağı olduğu üçün Natiq ondan ayrılıb özü başqa işlər görmüşdür. Natiq onunla birgə işləyən vaxt tanışı Təqsirləndirilən şəxs tanımışdır. Coşqun həmin vaxtı Natiqə oğurluq qızıl-zinyət əşyaları satmış və bunun üçün da Natiq polisə çağırılmış və Coşqundan həmin qızılları aldığı üçün problemlər yaşamışdır. xx.xx.2024-cü il tarixdə Coşqun onun işlədiyi emalatxanaya gələrək onunla görüşmüş və əlindəki torbada nəisə tərəzidə çəkmək istədiyini demişdir. O, Coşquna əlindəki bağlamanı çəkməyə icazə vermişdir. Coşqun həmin bağlamanı çəkdikdən sonra mağazaya iki nəfər müştəri gəlmiş o, həmin müştərilərin yanına getmək istədiyini dedikdə, Coşqun ondan mobil nömrəsini istəmiş və onunla sonra işi olacağını demişdir. O, öz mobil nömrəsini şifahi olaraq Coşquna deyib müştərilər ilə maraqlanmaq üçün içəri girmiş, Coşqun isə oradan çıxıb getmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 mərkəzi zəng sisteminə və Binəqədi RPİ-nin 7-ci PB-nə müraciət edərək, həmin gün axşam saatlarında yaşadığı ünvana qayıtdıqda yaşadığı ünvanda özünəməxsus 50000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanmasını bildirmişdir. (Cild 1, vərəqə 5) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Zərər çəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, vərəqə 21) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı ünvana baxış keçirilərkən, 04 ədəd televizor altlığının ayaqlarının içərisinidə 01 ədəd bənövşəyi və qara qaşlı qızıl üzüyü, 01 ədəd çəhrayı səpmə qaşlı qalın qızıl üzüyü,02 ədəd "Cartier" firmasına məxsus olan qızıl qolbağı, 01 ədəd "Tiffany" firmasına məxsus olan qızıl qolbağı,01 ədəd nazik qızıl qolbaqdan və 01 cüt üzəri sarı və gümüşü rəngli muncuqlardan ibarət uzun qızıl sırğadan ibarət dəsti ,01 ədəd mavi gül formalı 01 cüt sırğanı ,01 ədəd sarı və ağ rəngli muncuqlardan ibarət qızıl boyunbağını,01 ədəd uzun nazik qızıl boyunbağını,01 ədəd uzun müxtəlif rəngli qaşlı qızıl boyunbağını,01 cüt qaşları fərqli rənglərdə olan uzun qızıl sırğanı,01 ədəd üzərində rəngsiz şəffaf qaşları olan sadə qızıl qolbağı, 01 ədəd qəhvəyi dəri kəmərli qızıl boyunbağını,01 ədəd üzərində yumru kürələrin üzərində mavi gül formasında olan 01 ədəd qızıl üzükdən və 01 cüt qızıl sırğadan ibarət dəsti,01 ədəd qızıldan hazırlanmış tək qaşlı brilliant üzükdən və 02 ədəd brilliant qaşlı sırğadan ibarət dəsti ,01 ədəd qızıl üzükdən və 01 cüt qızıl sırğadan ibarət Mirvari dəsti,01 ədəd qara qaşlı qızıl üzükdən və 01 cüt qara qaşlı qızıl sırğadan və 01 ədəd boyunbağıdan ibarət dəsti,01 ədəd "Tiffany" firmasına məxsus üzərində mavi rəngli ürək olan qızıl qolbağı,01 ədəd "Bef" firmasına məxsus 01 ədəd boyunbağıdan,01 ədəd üzükdən, 01 ədəd klondan , 01 tay sırğadan ibarət dəsti,01 ədəd "Bef' firmasına məxsus qalın qızıl qolbağı,01 ədəd "Bef' firmasına məxsus uzun qızıl boyunbağını,01 cüt dördbucaq formalı qızıl sırğanı,01 cüt "Bef' firmasına məxsus yantar formalı sırğanı,01 ədəd ərəb qızılından hazırlanmış üzüyü,01 ədəd qızıl boyunbağıdan,01 ədəd qızıl qolbaqdan ibarət ip formalı dəsti,01 ədəd "M" hərfi formasında qızıl klonu, 01 ədəd zərində "LV" işarəsi olan qızıl boyunbağıdan və qolbaqdan ibarət dəst,01 ədəd "LV" işarəsi olan 01 ədəd boyunbağıdan və 01 cüt sırğadan ibarət dəst,01 ədəd boz top formasında aksessuarlar olan qızıl qolbağı,01 ədəd üzərində bənövşəyi və qara rəngli 01 cüt kəpənək formalı sırğadan və 01 ədəd üzükdən ibarət dəsti,01 ədəd üzərində qızıldan siçan işarəsi olan qırmızı rəngli sap qolbağı,01 ədəd üzərində qızılı slindirlər olan qırmızı rəngli sapdan hazırlanmış qolbağı,01 ədəd fil formalı qızıl klonu,01 ədəd üzərində ağ və sarı rəngli muncuqlarla toxunma qızıl üzüyü,01 ədəd üzərində damcı forması olan nazik qızıl boyunbağını,01 ədəd kəpənək formalı klonu,01 ədəd qızıl sırğanı,video player cihazının içərisində gizlətdiyi 01 ədəd bağlı qapıların kilidini açmaq üçün nəzərdə tutulmuş "İmpressa" markalı aparat və qapı kilidi açmaq üçün nəzərdə tutulmuş bizlər, yataq otağında gizlətdiyi torbanın içərisindən 01 ədəd məngənə, 01 ədəd alpinist kəməri, 01 ədəd qara rəngli çətir və bir ədəd kiçik çanta aşkar edilərək götürülmüşdür. Qeyd olunan xüsusat həmin cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini bir daha təsdiq edir. (Cild 1, vərəqə 39-62) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 may 2024-cü il tarixdən tutulmuş hesab edilmişdir. (Cild 1, vərəqə 84) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Aruz oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (Cild 1, vərəqə 95-96) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-366/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 20 may 2024cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, vərəqə 116-120) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən alınmış xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3670-9/5808 saylı rəydən görünür ki, aparılmış fizikikimyəvi tədqiqatın nəticələrinə görə ekspertiza tədqiqatına təqdim edilən zərgərlik məmulatlarının və yarımfbrikatların əyarı, model və digər göstəriciləri nəzərə alınmaqla, 2024-cü ilin yay ayında olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 32722.7 manat müəyyən edilir. Həmin əşyaların ayrı-ayrılıqda adları və qiymətləri cədvəl 1-də göstərilmişdir. (Cild 1, vərəqə 128-133) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (Cild 1, vərəqə 149-151) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, götürmə və baxış, ifadənin yerində yoxlanılması, maddi sübutlar, digər istintaq hərəkətinin protokolları və əhəmiyyət kəsb edən sənədlər sübut kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir. (Cild 1, vərəqə 189-199) Məhkəmə, verilən ittihamın iş üzrə digər sübutlarla təmin edilməməsi səbəbindən onların həqiqiliyinə dair əsaslı şübhələrin yaranması qənaətinə gəlir. Məhkəmə vurğulayır ki, sübutların qiymətləndirilməsi qabaqcadan yaranmış yanlış qənaət əsasında aparılmış, təqsirsizliyini sübutetmə yükü təqsirləndirilən şəxsin üzərinə qoyulmuş, sübut edilməli hallar üzrə ehtimalların tarazlığına riayət olunmamışdır. Belə ki, ibtidai istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Aruz oğlu tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 10 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs qızma məxsus mənzilə bağlı kilidləri açmaq üçün nəzərdə tutulmuş alətlərdən istifadə edərək qanunsuz daxil olaraq mənzilin yataq otağında yerləşən güzgülü dolabın çəkməcəsindən sonuncuya məxsus 01 ədəd 1500 manat dəyərində 11.40 qram çəkidə 583/585 əyyarlı üzərində "14K" damğası olan qalın İtaliya istehsalı olan bənövşəyi və qara qaşlı qızıl üzüyü, 01 ədəd 1500 manat dəyərində 8,24 qram çəkidə 583/585 əyyarlı İtalya istehsalı olan çəhrayı səpmə qaşlı qalın qızıl üzüyü,01 ədəd 950 manat dəyərində 6,65 qram çəkidə 583/585 əyyarlı üzərində "585 İtaly" damğası vurulmuş "Cartier" firmasına məxsus olan qızıl qolbağı,01 ədəd 950 manat dəyərində 7,40 qram çəkidə 583/585 əyyarlı üzərində " Cartier 585 " damğası vurulmuş "Cartier" firmasına məxsus olan qızıl qolbağı,01 ədəd 650 manat dəyərində 5,55 qram çəkidə 583/585 əyyarlı "Tiffany" firmasına məxsus olan qızıl qolbağı,01 ədəd 650 manat dəyərində 3,52 qram 583/585 əyyarlı üzərində 585 damğası olan 01 ədəd nazik qızıl qolbaqdan və 01 cüt 2,70 qram 583/585 əyyarh üzəri sarı və gümüşü rəngli muncuqlardan ibarət uzun qızıl sırğadan ibarət dəsti ,01 ədəd 3000 manat dəyərində 6,60 qram, 583/585 əyyarh mavi gül formalı 01 cüt sırğanı ,01 ədəd 1800 manat dəyərində 7,87 qram, 583/585 əyyarh üzərində "585" damğası olan sarı və ağ rəngli muncuqlardan ibarət qızıl boyunbağını,01 ədəd 300 manat dəyərində 1,96 qram 583/585 əyyarh üzərində "585" damğası olan uzun nazik qızıl boyunbağını,01 ədəd 2000 manat dəyərində 9,32 qram çəkidə 583/585 əyyarh üzərində "585" damğası olan uzun müxtəlif rəngli qaşlı qızıl boyunbağını,01 cüt 2200 manat dəyərində 3,10 qram çəkidə 583/585 əyyarlı üzərində "5851" damğası olan qaşları fərqli rənglərdə olan uzun qızıl sırğanı,01 ədəd 500 manat dəyərində 1,47 qram çəkidə 583/585 əyyarh üzərində rəngsiz şəffaf qaşları olan sadə qızıl qolbağı, 01 ədəd 750 manat dəyərində 9,38 qram çəkidə 583/585 əyyarh qəhvəyi dəri kəmərli qızıl boyunbağını,01 ədəd 3500 manat dəyərində 10,54 qram çəkidə 583/585 əyyarlı üzərində "14k" damğası olan yumru kürələrin üzərində mavi gül formasında olan 01 ədəd qızıl üzükdən və 01 cüt qızıl sırğadan ibarət dəsti,01 ədəd 5000 manat dəyərində 7,.70 qram çəkidə 585/585 əyyarh qızıldan hazırlanmış üzərində 1 ədəd təxminən 0,120 karat,02 ədəd hər biri təxminən 0,080 karat,03 ədəd hər biri təxminən 0,005 karat brillinat qaşları olan tək qaşlı brilliant üzükdən və 02 ədəd brilliant qaşlı sırğadan ibarət dəsti, 01 ədəd 3600 manat dəyərində 21,62 qram çəkidə 583/585 əyyarlı qızıl üzükdən və 01 cüt qızıl sırğadan ibarət Mirvari dəsti,01 ədəd 3000 manat dəyərində 44,08 qram çəkidə üzərində"585" damğası olan qara qaşlı qızıl üzükdən və 01 cüt qara qaşlı qızıl sırğadan və 01 ədəd boyunbağıdan ibarət dəsti,01 ədəd 1000 manat dəyərində "Tiffany" firmasına məxsus 18,76 qram çəkidə 583/585 əyyarlı üzərində mavi rəngli ürək olan qızıl qolbağı,01 ədəd 6000 manat dəyərində "Bef firmasına məxsus hər biri 750 əyyarlı 01 ədəd 6,47 qram çəkidə üzərində"750" damğası olan boyunbağıdan,01 ədəd üzərində "750" damğası olan 12,42 qram çəkidə üzükdən,9,44 qram çəkidə 01 ədəd klondan ,6.00 qram çəkidə 01 tay sırğadan ibarət dəsti,01 ədəd 2500 manat dəyərində 12,13 qram çəkidə 750 əyyarlı üzərində "İtaly 750" damğası olan "Bef" firmasına məxsus qalın qızıl qolbağı,01 ədəd 3000 manat dəyərində 19,13 qram çəkidə 750 əyyarlı üzərində "İtaly 750" damğası olan "Bef firmasına məxsus uzun qızıl boyunbağını,01 cüt 600 manat dəyərində 8,66 qram çəkidə 583/585 əyyarlı dördbucaq formalı qızıl sırğanı,01 cüt 700 manat dəyərində 11,61 qram çəkidə 750 əyyarlı üzərində "18k" damğası olan "Bef firmasına məxsus yantar formalı sırğanı,01 ədəd 350 manat dəyərində 9,30 qram çəkidə 583/585 əyyarlı üzərində "585" damğası olan ərəb qızılından hazırlanmış üzüyü,01 ədəd 2000 manat dəyərində 11,32 qram çəkidə 583/585 əyyarlı qızıl boyunbağıdan,01 ədəd qızıl qolbaqdan ibarət ip formalı dəsti,01 ədəd 80 manat dəyərində 1.00 qram çəkidə 583/585 əyyarlı "M" hərfi formasında qızıl klonu, 01 ədəd 2000 manat dəyərində 7,14 qram çəkidə 583/585 əyyarlı üzərində"585" damğası olan "LV" işarəsi olan qızıl boyunbağıdan və qolbaqdan ibarət dəst,01 ədəd 2500 manat dəyərində 7,28 qram çəkidə 583/585 əyyarlı üzərində "585" damğası və "LV" işarəsi olan 01 ədəd boyunbağıdan və 01 cüt sırğadan ibarət dəst,01 ədəd 200 manat dəyərində 6,90 qram çəkidə 583/585 əyyarlı üzərində "İtaly 585" damğası və boz top formasında aksessuarlar olan qızıl qolbağı,01 ədəd 2500 manat dəyərində 20,95 qram çəkidə 583/585 əyyarlı üzərində bənövşəyi və qara rəngli 21 ədəd rəngsiz şəffaf qaşları həmçinin "14k" damğası olan 01 cüt kəpənək formalı sırğadan və 01 ədəd üzükdən ibarət dəsti,01 ədəd 75 manat dəyərində 1,28 qram çəkidə 583/585 əyyarlı üzərində qızıldan siçan işarəsi olan qırmızı rəngli sap qolbağı,01 ədəd 150 manat dəyərində 5,38 qram çəkidə 583/585 əyyarlı üzərində "14k" damğası və qızılı slindirlər olan qırmızı rəngli sapdan hazırlanmış qolbağı,01 ədəd 200 manat dəyərində 2,61q ram çəkidə 750 əyyarlı fil formalı qızıl klonu,01 ədəd 150 manat dəyərində 0,91 qram çəkidə 583/585 əyyarlı üzərində ağ və sarı rəngkli muncuqlarla toxunma qızıl üzüyü,01 ədəd 350 manat dəyərində 3,63 qram çəkidə 583/585 əyyarlı üzərində "585" damğası və damcı forması olan nazik qızıl boyunbağını,01 ədəd 60 manat dəyərində 1,64 qram çəkidə 585 əyyarlı kəpənək formalı klonu,01 ədəd 40 manat dəyərində 0,73 qram çəkidə 583/585 əyyarlı qızıl sırğanı,01 ədəd 500 manat dəyərində "Armani" firmasına məxsus qol saatını, 01 ədəd 300 manat dəyərində "Svarovski" firmasına məxsus qol saatını,01 ədəd 500 manat dəyərində "Tommy Hilfiger" firmasına məxsus olan qol saatını gizli olaraq talayıb, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qızma ümumilikdə 57605( əlli yeddi min altı yüz beş) manat məbləğində külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsində sübutların növləri sadalanaraq: şübhəli, təqsirləndirilən, zərərçəkmiş şəxsin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər göstərilmişdir. Məhkəmə vurğualyır ki, Təqsirləndirilən şəxs tərəfindən özgənin əmlakını gizli olaraq talama cinayət əməli üzrə ziyanın məbləğinin müəyyən edilməsinə dair hissədə ibtidai istintaq orqanı sübut növü kimi yalnız zərərçəkmiş şəxsin ifadəsi ilə kifayətlənmiş, oğurlanmış qızıl-zinət əşyalarının demək olar ki, hamısının zərərçəkmişə geri qaytarılması və həmin əşyaların mövcud bazar dəyərini müəyyən etmək məqsədilə ekspertizaya təqdim edilərək müvafiq rəy alınması, həmin rəylə oğurlanmış qızıl zinət əşyalarının dəyərinin əşyaların 32722.7 manat olması nəzərə alınmamış, daha mötəbər sübut olan müvafiq ekspertizanın rəyi deyil, zərərçəkmişin şəxsin oğurlanmış əşyaların dəyəri ilə bağlı əsaslandırılmamış fikirləri əsas götürülmüşdür. Azərbaycan Respublikası CPM-nin 28.4.2 və 143.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, cinayət təqibi üzrə sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmaqdan ötrü iş üzrə cinayət işi materiallarında olan zərərçəkmiş şəxsin ifadəsində göstərilən məlumatlar üzrə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilməsi üçün məhkəmə iqtisad ekspertizası təyin edilərək icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Həmin ekspert rəyindən görünür ki, aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə görə ekspertiza tədqiqatına təqdim edilən zərgərlik məmulatlarının və yarımfabrikatların əyarı, model və digər göstəriciləri nəzərə alınmaqla, 2024-cü ilin yay ayında olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 32722.7 manat müəyyən edilmişdir. Belə ki, həmin ekspert rəyinə əsasən, oğurlanmış qızıl-zinət əşyalarının - 01 ədəd 969 manat dəyərində 11.40 qram çəkidə 583/585 əyyarlı üzərində "14K" damğası olan qalın İtaliya istehsalı olan bənövşəyi və qara qaşlı qızıl üzüyünün, 01 ədəd 700 manat dəyərində 8,24 qram çəkidə 583/585 əyyarlı İtalya istehsalı olan çəhrayı səpmə qaşlı qalın qızıl üzüyünün, 01 ədəd 565 manat dəyərində 6,65 qram çəkidə 583/585 əyyarlı üzərində "585 İtaly" damğası vurulmuş "Cartier" firmasına məxsus olan qızıl qolbağnını, 01 ədəd 629 manat dəyərində 7,40 qram çəkidə 583/585 əyyarlı üzərində " Cartier 585 " damğası vurulmuş "Cartier" firmasına məxsus olan qızıl qolbağının, 01 ədəd 471 manat dəyərində 5,55 qram çəkidə 583/585 əyyarlı "Tiffany" firmasına məxsus olan qızıl qolbağının, 01 ədəd 530 manat dəyərində 3,52 qram 583/585 əyyarlı üzərində 585 damğası olan 01 ədəd nazik qızıl qolbaqdan və 01 cüt 2,70 qram 583/585 əyyarı üzəri sarı və gümüşü rəngli muncuqlardan ibarət uzun qızıl sırğadan ibarət dəstinin, 01 ədəd 561 manat dəyərində 6,60 qram 583/585 əyyarlı mavi gül formalı 01 cüt sırğanın, 01 ədəd 668 manat dəyərində 7,87 qram, 583/585 əyyarlı üzərində "585" damğası olan sarı və ağ rəngli muncuqlardan ibarət qızıl boyunbağının, 01 ədəd 166 manat dəyərində 1,96 qram 583/585 əyyarlı üzərində "585" damğası olan uzun nazik qızıl boyunbağının, 01 ədəd 792 manat dəyərində 9,32 qram çəkidə 583/585 əyyarlı üzərində "585" damğası olan uzun müxtəlif rəngli qaşlı qızıl boyunbağının, 01 cüt 263 manat dəyərində 3,10 qram çəkidə 583/585 əyyarlı üzərində "5851" damğası olan qaşları fərqli rənglərdə olan uzun qızıl sırğanın, 01 ədəd 124 manat dəyərində 1,47 qram çəkidə 583/585 əyyarh üzərində rəngsiz şəffaf qaşları olan sadə qızıl qolbağının, 01 ədəd 797 manat dəyərində 9,38 qram çəkidə 583/585 əyyarlı qəhvəyi dəri kəmərli qızıl boyunbağının, 01 ədəd 895 manat dəyərində 10,54 qram çəkidə 583/585 əyyarlı üzərində "14k" damğası olan yumru kürələrin üzərində mavi gül formasında olan 01 ədəd qızıl üzükdən və 01 cüt qızıl sırğadan ibarət dəstinin, 01 ədəd 1324 manat dəyərində 7,70 qram çəkidə 585/585 əyyarlı qızıldan hazırlanmış üzərində 1 ədəd təxminən 0,120 karat, 02 ədəd hər biri təxminən 0,080 karat,03 ədəd hər biri təxminən 0,005 karat brillinat qaşları olan tək qaşlı brilliant üzükdən və 02 ədəd brilliant qaşlı sırğadan ibarət dəstinin, 01 ədəd 1837 manat dəyərində 21,62 qram çəkidə 583/585 əyyarlı qızıl üzükdən və 01 cüt qızıl sırğadan ibarət Mirvari dəstinin, 01 ədəd 3746 manat dəyərində 44,08 qram çəkidə üzərində "585" damğası olan qara qaşlı qızıl üzükdən və 01 cüt qara qaşlı qızıl sırğadan və 01 ədəd boyunbağıdan ibarət dəstinin, 01 ədəd 1594 manat dəyərində "Tiffany" firmasına məxsus 18,76 qram çəkidə 583/585 əyyarlı üzərində mavi rəngli ürək olan qızıl qolbağının, 01 ədəd 3775,7 manat dəyərində "Bef firmasına məxsus hər biri 750 əyyarlı 01 ədəd 6,47 qram çəkidə üzərində "750" damğası olan boyunbağıdan,01 ədəd üzərində "750" damğası olan 12,42 qram çəkidə üzükdən, 9,44 qram çəkidə 01 ədəd klondan ,6.00 qram çəkidə 01 tay sırğadan ibarət dəstinin, 01 ədəd 1334 manat dəyərində 12,13 qram çəkidə 750 əyyarlı üzərində "İtaly 750" damğası olan "Bef" firmasına məxsus qalın qızıl qolbağının, 01 ədəd 2104 manat dəyərində 19,13 qram çəkidə 750 əyyarlı üzərində "İtaly 750" damğası olan "Bef firmasına məxsus uzun qızıl boyunbağının, 01 cüt 736 manat dəyərində 8,66 qram çəkidə 583/585 əyyarlı dördbucaq formalı qızıl sırğanın, 01 cüt 1277 manat dəyərində 11,61 qram çəkidə 750 əyyarlı üzərində "18k" damğası olan "Bef firmasına məxsus yantar formalı sırğanın, 01 ədəd 790 manat dəyərində 9,30 qram çəkidə 583/585 əyyarlı üzərində "585" damğası olan ərəb qızılından hazırlanmış üzüyün, 01 ədəd 962 manat dəyərində 11,32 qram çəkidə 583/585 əyyarlı qızıl boyunbağıdan, 01 ədəd qızıl qolbaqdan ibarət ip formalı dəsti, 01 ədəd 85 manat dəyərində 1.00 qram çəkidə 583/585 əyyarlı "M" hərfi formasında qızıl klonun, 01 ədəd 606 manat dəyərində 7,14 qram çəkidə 583/585 əyyarlı üzərində "585" damğası olan "LV" işarəsi olan qızıl boyunbağıdan və qolbaqdan ibarət dəstin, 01 ədəd 618 manat dəyərində 7,28 qram çəkidə 583/585 əyyarlı üzərində "585" damğası və "LV" işarəsi olan 01 ədəd boyunbağıdan və 01 cüt sırğadan ibarət dəstin, 01 ədəd 586 manat dəyərində 6,90 qram çəkidə 583/585 əyyarlı üzərində "İtaly 585" damğası və boz top formasında aksessuarlar olan qızıl qolbağının, 01 ədəd 1780 manat dəyərində 20,95 qram çəkidə 583/585 əyyarlı üzərində bənövşəyi və qara rəngli 21 ədəd rəngsiz şəffaf qaşları həmçinin "14k" damğası olan 01 cüt kəpənək formalı sırğadan və 01 ədəd üzükdən ibarət dəstinin, 01 ədəd 108 manat dəyərində 1,28 qram çəkidə 583/585 əyyarlı üzərində qızıldan siçan işarəsi olan qırmızı rəngli sap qolbağının, 01 ədəd 457 manat dəyərində 5,38 qram çəkidə 583/585 əyyarlı üzərində "14k" damğası və qızılı slindirlər olan qırmızı rəngli sapdan hazırlanmış qolbağının, 01 ədəd 287 manat dəyərində 2,61qram çəkidə 750 əyyarlı fil formalı qızıl klonun, 01 ədəd 77 manat dəyərində 0,91 qram çəkidə 583/585 əyyarlı üzərində ağ və sarı rəngli muncuqlarla toxunma qızıl üzüyünün, 01 ədəd 308 manat dəyərində 3,63 qram çəkidə 583/585 əyyarlı üzərində "585" damğası və damcı forması olan nazik qızıl boyunbağınının, 01 ədəd 139 manat dəyərində 1,64 qram çəkidə 585 əyyarlı kəpənək formalı klonun, 01 ədəd 62 manat dəyərində 0,73 qram çəkidə 583/585 əyyarlı qızıl sırğanın olması müəyyən edilmişdir. Həmçinin məhkəmə vurğulayır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi internet saytına daxil olduqda da müəyyən etmək mümkündür ki, qızılın dəyəri əvvəlki illərə münasibətdə azalan deyil, artan templə irəliləmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs külli miqdarda olmaqla ümumilikdə 57.605 manatlıq malların oğurlaması öz təsdiqini tapmamışdır. Bununla belə Təqsirləndirilən şəxs 34022.70 (otuz dörd min iyirmi iki manat yetmiş qəpik) manat dəyərində olan qızıl-zinət əşyalarını oğurlaması özünün etirafedici ifadələri və digər sübutlarla öz təsdiqini tapmışdır. Təqsirləndirilənin bu ifadəsini təkzib edən hər hansı bir hal və ya sübut növü nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında müdafiəçi tərəfindən müdafiə olunmuş, onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Təqsirləndirilən şəxs onun əleyhinə ifadə vermiş şəxslərə bilavasitə və müdafiəçi vasitəsilə suallar vermiş, məhkəmə istintaqında araşdırılmış digər sübutlarla bağlı öz etirazını bildirmiş, habelə ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən «hər kəsin təqsirsizlik prezumpsiyası vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İnsan hüquqlarının və X2 haqqında Konvensiyanın «ədalətli məhkəmə araşdırması hüququ»ndan və «qanunsuz cəzalandırılmamaq»dan bəhs edən müddəalarına əsasən «cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir». (mad. 6) «Heç kəsə cinayət əməli törədildiyi zaman tətbiq edilməli olan cəzadan daha ağır cəza verilə bilməz». (mad.7) Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 126.6-cı maddəsində göstərilir ki, «təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütun sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər». Azərbaycan Respublikası CPM-nin 349.5.1 maddəsinin tələblərinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 338.1.2 maddəsinin tələblərinə əsasən hökm çıxardıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 25.2-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində qeyd olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələr onun xeyrinə şərh edilir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı iş üzrə qərarda qeyd etmişdir ki, sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Barbara, Messege və Harbordo İspaniyaya qarşı işi üzrə qərarda da qeyd olunmuşdur ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, müqayisəli şəkildə təhlil edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirinin sübuta yetirilməməsi nəticəsinə gələrək, hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmalı və o, qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Belə ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz olaraq daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 139.0, 139.0.1, 139.0.2, 139.0.3 və 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. Məhkəmə gəldiyi nəticələri “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Azərbaycan Respubliası Ali Məhkəmənin Plenum qərarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Azərbaycan Respubliası Ali Məhkəməsinin Plenum qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması müəyyən edilmiş. Bu xüsusat onun cəzasını ağırlaşdıran hl kimi nəzərə alınmışdır. Belə ki, Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(004)-227/2021 nömrəli hökmünə əsasən, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respubliksı CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.3, 29,177.2.4 və 186.1-ci maddələri ilə təqsirli bilinərək 04 il 05 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs cəzaçəkmə rejimi dəyişdirilərək cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixdə Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsindən 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(004)-227/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Azərbaycan Respubliksı CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.3, 29,177.2.4 və 186.1-ci maddələri ilə təqsirli bilinmiş və 04 il 05 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsində qeyd edilir ki, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Təqsirləndirilən şəxs məhkumluq müddəti ödənilmədiyi və götürülmədiyi halda xx.xx.2024-cü il tarixdə yenidən qəsdən az ağır cinayət törətdiyindən o, "məhkum olunmuş" hesab edilir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayət əməlinə görə məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən az ağır cinayət törətdiyindən onun əməli cinayətin residivi kimi qiymətləndirilməlidir. Məhkəmə belə hesab edir ki, belə olan halda təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası yuxarı həddə yaxın təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Yuxarıda qeyd edilənləri, törədilmiş cinayət əməli ilə bağlı epizodu, cinayət əməli nəticəsində vurulmuş ziyanın həcmini, cinayət əməlinin üsulunu və mexanizmini, vurulmuş ziyanın ödənilməsini məcmu halda qiymətləndirərək və nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə cəza növü kimi məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(004)-227/2021 nömrəli hökmü ilə ona təyin edilmiş və çəkilməmiş 01 (bir) il 03 (üç) ay 13 (on üç) gün müddətinə azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona hökmlərin məcmusu qaydasında qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(004)- 227/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.3, 29,177.2.4 və 186.1-ci maddələri ilə təqsirli bilinmiş və 04 il 05 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs cəzaçəkmə rejimi dəyişdirilərək cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı Məntəqə tipli Cəzaçəkmə Müəssisəsinin 14 fevral 2025-ci il tarixli, 3-16-17/45/2-68/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(004)-227/2021 nömrəli hökmünə əsasən, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respubliksı CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.3, 29,177.2.4 və 186.1-ci maddələri ilə təqsirli bilinərək 04 il 05 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs cəzaçəkmə rejimi dəyişdirilərək cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixdə Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsindən 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. Təqsirləndirilən şəxs barəsində Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçildiyi üçün o, həmin tarixdən müəssisənin qeydiyyatından çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza çəkdiyi dövrdə ona Yasamal rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş cəza başa çatmamış yenidən yuxarıda bəhs edilən cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində göstərilən cinayət cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Onun cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 20 may 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı maddi sübut olub Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs evindən aşkar edilərək götülümüş Təqsirləndirilən şəxs evindən aşkar edilərək götülümüş 01 ədəd bənövşəyi və qara qaşlı qızıl üzük, 01 ədəd çəhrayı səpmə qaşlı qalın qızıl üzük,02 ədəd "Cartier" firmasına məxsus olan qızıl qolbaq, 01 ədəd "Tiffany" firmasına məxsus olan qızıl qolbaq,01 ədəd nazik qızıl qolbaqdan və 01 cüt üzəri sarı və gümüşü rəngli muncuqlardan ibarət uzun qızıl sırğadan ibarət dəst ,01 ədəd mavi gül formalı 01 cüt sırğa ,01 ədəd sarı və ağ rəngli muncuqlardan ibarət qızıl boyunbağı,01 ədəd uzun nazik qızıl boyunbağı,01 ədəd uzun müxtəlif rəngli qaşlı qızıl boyunbağı,01 cüt qaşları fərqli rənglərdə olan uzun qızıl sırğa,01 ədəd üzərində rəngsiz şəffaf qaşları olan sadə qızıl qolbaq, 01 ədəd qəhvəyi dəri kəmərli qızıl boyunbağı,01 ədəd üzərində yumru kürələrin üzərində mavi gül formasında olan 01 ədəd qızıl üzük və 01 cüt qızıl sırğadan ibarət dəst,01 ədəd qızıldan hazırlanmış tək qaşlı brilliant üzükdən və 02 ədəd brilliant qaşlı sırğadan ibarət dəst ,01 ədəd qızıl üzükdən və 01 cüt qızıl sırğadan ibarət Mirvari dəst,01 ədəd qara qaşlı qızıl üzükdən və 01 cüt qara qaşlı qızıl sırğadan və 01 ədəd boyunbağıdan ibarət dəst,01 ədəd "Tiffany" firmasına məxsus üzərində mavi rəngli ürək olan qızıl qolbaq,01 ədəd "Bef' firmasına məxsus 01 ədəd boyunbağıdan,01 ədəd üzükdən, 01 ədəd klondan , 01 tay sırğadan ibarət dəst,01 ədəd "Bef' firmasına məxsus qalın qızıl qolbaq,01 ədəd "Bef” firmasına məxsus uzun qızıl boyunbağı,01 cüt dördbucaq formalı qızıl sırğa,01 cüt "Bef" firmasına məxsus yantar formalı sırğa,01 ədəd ərəb qızılından hazırlanmış üzük,01 ədəd qızıl boyunbağıdan,01 ədəd qızıl qolbaqdan ibarət ip formalı dəst,01 ədəd "M" hərfi formasında qızıl klon, 01 ədəd zərində "LV" işarəsi olan qızıl boyunbağıdan və qolbaqdan ibarət dəst,01 ədəd "LV" işarəsi olan 01 ədəd boyunbağıdan və 01 cüt sırğadan ibarət dəst,01 ədəd boz top formasında aksessuarlar olan qızıl qolbağı,01 ədəd üzərində bənövşəyi və qara rəngli 01 cüt kəpənək formalı sırğadan və 01 ədəd üzükdən ibarət dəst,01 ədəd üzərində qızıldan siçan işarəsi olan qırmızı rəngli sap qolbaq,01 ədəd üzərində qızılı slindirlər olan qırmızı rəngli sapdan hazırlanmış qolbaq,01 ədəd fil formalı qızıl klon,01 ədəd üzərində ağ və sarı rəngli muncuqlarla toxunma qızıl üzük,01 ədəd üzərində damcı forması olan nazik qızıl boyunbağı,01 ədəd kəpənək formalı klon,01 ədəd qızıl sırğa, video player cihazının içərisində gizlətdiyi 01 ədəd bağlı qapıların kilidini açmaq üçün nəzərdə tutulmuş "İmpressa" markalı aparat və qapı kilidi açmaq üçün nəzərdə tutulmuş bizlər, yataq otağında gizlətdiyi torbanın içərisindən 01 ədəd məngənə, 01 ədəd alpinist kəməri, 01 ədəd qara rəngli çətir və bir ədəd kiçik çanta iş üzrə maddi sübut kimi tanınmış, qızıl-zinət əşyaları cinayət işinin materialları ilə tanış olduqdan sonra məhkəmə hökmünədək saxlanılması üçün sahibinə qaytarılmış, 01 ədəd bağlı qapıların kilidini açmaq üçün nəzərdə tutulmuş "İmpressa" markalı aparat və qapı kilidi açmaq üçün nəzərdə tutulmuş bizlər, 01 ədəd məngənə, 01 ədəd alpinist kəməri, 01 ədəd qara rəngli çətir və bir ədəd kiçik çantanın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 192 (yüz doxsan iki) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 192 (yüz doxsan iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 27 dekabr 1996-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X2 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 5 (beş) saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 30 (otuz) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(004)-227/2021 hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 03 (üç) ay 13 (on üç) gün azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə hökmlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərində saxlanılmış cəzanın əvvəli şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 20 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İbtidai istintaq zamanı maddi sübut kimi Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs evindən aşkar edilərək götülümüş Təqsirləndirilən şəxs evindən aşkar edilərək götülümüş 01 ədəd bənövşəyi və qara qaşlı qızıl üzük, 01 ədəd çəhrayı səpmə qaşlı qalın qızıl üzük,02 ədəd "Cartier" firmasına məxsus olan qızıl qolbaq, 01 ədəd "Tiffany" firmasına məxsus olan qızıl qolbaq,01 ədəd nazik qızıl qolbaqdan və 01 cüt üzəri sarı və gümüşü rəngli muncuqlardan ibarət uzun qızıl sırğadan ibarət dəst ,01 ədəd mavi gül formalı 01 cüt sırğa ,01 ədəd sarı və ağ rəngli muncuqlardan ibarət qızıl boyunbağı,01 ədəd uzun nazik qızıl boyunbağı,01 ədəd uzun müxtəlif rəngli qaşlı qızıl boyunbağı,01 cüt qaşları fərqli rənglərdə olan uzun qızıl sırğa,01 ədəd üzərində rəngsiz şəffaf qaşları olan sadə qızıl qolbaq, 01 ədəd qəhvəyi dəri kəmərli qızıl boyunbağı,01 ədəd üzərində yumru kürələrin üzərində mavi gül formasında olan 01 ədəd qızıl üzük və 01 cüt qızıl sırğadan ibarət dəst,01 ədəd qızıldan hazırlanmış tək qaşlı brilliant üzükdən və 02 ədəd brilliant qaşlı sırğadan ibarət dəst ,01 ədəd qızıl üzükdən və 01 cüt qızıl sırğadan ibarət Mirvari dəst,01 ədəd qara qaşlı qızıl üzükdən və 01 cüt qara qaşlı qızıl sırğadan və 01 ədəd boyunbağıdan ibarət dəst,01 ədəd "Tiffany" firmasına məxsus üzərində mavi rəngli ürək olan qızıl qolbaq,01 ədəd "Bef' firmasına məxsus 01 ədəd boyunbağıdan,01 ədəd üzükdən, 01 ədəd klondan , 01 tay sırğadan ibarət dəst,01 ədəd "Bef' firmasına məxsus qalın qızıl qolbaq,01 ədəd "Bef” firmasına məxsus uzun qızıl boyunbağı,01 cüt dördbucaq formalı qızıl sırğa,01 cüt "Bef" firmasına məxsus yantar formalı sırğa,01 ədəd ərəb qızılından hazırlanmış üzük,01 ədəd qızıl boyunbağıdan,01 ədəd qızıl qolbaqdan ibarət ip formalı dəst,01 ədəd "M" hərfi formasında qızıl klon, 01 ədəd zərində "LV" işarəsi olan qızıl boyunbağıdan və qolbaqdan ibarət dəst,01 ədəd "LV" işarəsi olan 01 ədəd boyunbağıdan və 01 cüt sırğadan ibarət dəst,01 ədəd boz top formasında aksessuarlar olan qızıl qolbağı,01 ədəd üzərində bənövşəyi və qara rəngli 01 cüt kəpənək formalı sırğadan və 01 ədəd üzükdən ibarət dəst,01 ədəd üzərində qızıldan siçan işarəsi olan qırmızı rəngli sap qolbaq,01 ədəd üzərində qızılı slindirlər olan qırmızı rəngli sapdan hazırlanmış qolbaq,01 ədəd fil formalı qızıl klon,01 ədəd üzərində ağ və sarı rəngli muncuqlarla toxunma qızıl üzük,01 ədəd üzərində damcı forması olan nazik qızıl boyunbağı,01 ədəd kəpənək formalı klon,01 ədəd qızıl sırğa, video player cihazının içərisində gizlətdiyi 01 ədəd bağlı qapıların kilidini açmaq üçün nəzərdə tutulmuş "İmpressa" markalı aparat və qapı kilidi açmaq üçün nəzərdə tutulmuş bizlər, yataq otağında gizlətdiyi torbanın içərisindən 01 ədəd məngənə, 01 ədəd alpinist kəməri, 01 ədəd qara rəngli çətir və bir ədəd kiçik çanta iş üzrə maddi sübut kimi tanınmış, qızıl-zinət əşyaları cinayət işinin materialları ilə tanış olduqdan sonra məhkəmə hökmünədək saxlanılması üçün sahibinə qaytarılmış, 01 ədəd bağlı qapıların kilidini açmaq üçün nəzərdə tutulmuş "İmpressa" markalı aparat və qapı kilidi açmaq üçün nəzərdə tutulmuş bizlər, 01 ədəd məngənə, 01 ədəd alpinist kəməri, 01 ədəd qara rəngli çətir və bir ədəd kiçik çantanın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 30 (otuz) manat məbləğində pul ödənilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 192 (yüz doxsan iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Elmin Rüstəmov Hakimlər Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar