Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-612/2021 12.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X17 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1989-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmuş (Gəncə şəhəri Nizami rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və x xxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş) məhkumluğu ödənilməmiş, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4, 234.4.3 və 263-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək daşımış və saxlamış, talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirməklə qaçırıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuş və narkotik vasitədən istifadə edilməsi nəticəsində sərxoş halda avtomobili idarə edərək yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 352,266 qram olan xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəki əldə edib daşıyaraq yaşadığı ünvan 2 ünvanında saxlamış, xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində yaşadığı evin yaxınlığında saxlanılaraq Gəncə şəhəri Nizami rayon Polis İdarəsinə gətirilərək üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli idman gödəkcəsinin sağ yan cibindən zavod üsulu ilə qablaşdırılmış, üzərində “Tramadol 50 ml” yazısı olan konvalyutda 4 ədəd ağ-göy rəngli kapsulada ümumi miqdarı 0,2 qram təşkil edən “tramadol hidroxlorid” aşkar edildikdən sonra həmin gün saat 20 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evin yataq otağındakı kağız torbanın içərisindən 1 ədəd qara rəngli polietilen bükümdə təmiz çəkisi 352,266 qram olan xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Bundan başqa o, xx xxxxx 2020-ci il tarixdə saat 23:50 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində işlək vəziyyətdə saxlanılmış Zərərçəkmiş şəxs1 idarə etdiyi **-HN-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə qaçırmış, xx xxxxx 2020-ci il tarixdə saat 1 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdanbəy Topçubaşov küçəsi ilə narkotik vasitə heroindən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə hərəkətinə davam edərək həmin küçə ilə Şamil Əzizbəyov küçəsinin kəsişməsində quraşdırılmış “Stop” yol nişanının tələbini pozub yol ayrıcına daxil olmaqla 60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən “dayanmadan keçmək qadağandır” üstünlük yol nişanının qaydasına əməl etməyərək ehtiyatsızlıqdan idarə etdiyi nəqliyyat vasitəsinin qabaq hissəsi ilə həmin vaxt Şamil Əzizbəyov küçəsi ilə hərəkət edən DİN-nin Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatına məxsus Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin Növbətçi Hissəsinə təhkim edilmiş “Fiat Dobla” markalı **-AP-*** dövlət nömrə nişanlı polis xidməti avtomobili ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətməklə “Opel Astra” markalı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 5.950 manat xeyli miqdarda, DİN-nin Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatına məxsus “Fiat Dobla” markalı avtomobilə 7.110 manat xeyli miqdarda ziyan vurmuş, həmçinin “Fiat Dobla” markalı **-AP- *** dövlət nömrə nişanlı polis xidməti avtomobilində olan Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması, soldan 3, 4 və 5-ci qabırğaların yerdəyişməyən sınığı, sağ gicgah nahiyəsinin dərialtı hematoması, sol diz oynağı ətrafı yumşaq toxuma əzilməsi, sol qaşaltı nahiyənin əzilmiş yarası ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa az ağır zərər vuran, polis serjantı Zərərçəkmiş şəxs6 sağ diz oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinliyi (hematoması), sol bazu nahiyəsinin qançırı, üst dodağın, sağ baldır və sol bud nahiyələrinin sıyrıqları ilə nəticələnən dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vuran, polis mayoru Zərərçəkmiş şəxs5 Qambay oğluna sol gicgah, sol yanaq, sol bud və sol diz oynağı nahiyələrinin sıyrıqları ilə nəticələnən dərəcəsinə görə sağlamlığa zərər vurmayan, polis serjantı Zərərçəkmiş şəxs4 başın sol təpə-alın nahiyəsinin qançırı, sol diz oynağı nahiyəsinin sıyrığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4, 234.4.3 və 263- 1.1-ci maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixdə saat təxminən 23 radələrində Nəsimi rayonu, Kubinka deyilən tərəfə gəlmiş, orada bir gün əvvəl tanışı “Turxan” adlı şəxsdən 10 manata aldığı narkotik vasitə olan heroini aptekdən aldığı şpris vasitəsi ilə qəbul etmişdir. Sonra Anar adı ilə üzdən tanıdığı şəxsin yaşadığı məhəlləyə getmişdir. Orada çox keçmədən Anarın həyətə düşüb maşına yaxınlaşmasını görmüş və ona yaxınlaşıb üzərində 5 manat pul olmasını, onu həmin pul müqabilində Nərimanova aparmasını xahiş etmişdir. Anar da razı oldudan sonra avtomobilinə əyləşməyə icazə vermişdir. Çox keçmədən Arzu adlı tanışının yol ilə getdiyini görmüş, ona gəlib maşına əyləşib birlikdə getmələrini demişdir. Çünki Arzu da Montin qəsəbəsi tərəfdə yaşayır. Onlar avtomobilə əyləşib yolda hərəkət edərkən Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə Şamil Əzizbəyov küçəsinin kəsişməsində PPX-nin əməkdaşları Anara maşını saxlamağını işarə edib pandemiya ilə əlaqədar olaraq Anardan sənədləri verməyini istəmiş, həmçinin ondan avtomobildə kənar şəxsin olub-olmamasını soruşmuşlar. Anar da avtomobildə iki nəfər sərnişinin olmasını dedikdə polis əməkdaşları ondan maşını kənara verib saxlayaraq maşındakı şəxslərlə, yəni o və Arzu ilə birlikdə sənədləri ilə yaxınlaşmalarını demişlər. Anar da etiraz etməyərək maşını kənara verib saxlamış, ancaq maşını işlək vəziyyətdə saxlamışdır. Anar ona və Arzuya sənədlərlə birlikdə maşından düşərək polislərə yaxınlaşmalarını demişdir. Arzu Anar ilə qabaqda, o isə arxada polis əməkdaşlarına yaxınlaşmışlar. Polis əməkdaşları ondan sənədlərini istəmiş, o isə həmin vaxt narkotik vasitənin təsiri altında olduğundan, üzərində şpris olduğundan, həmçinin vəsiqəsi üzərində olmadığından avtomobilə minib qaçmaq qərarına gəlmişdir. Polis əməkdaşına sənədinin maşında olmasını bildirib maşına yaxınlaşmış, polis əməkdaşı da arxasınca maşına doğru gəlmişdir. O, tez maşına minib yüksək sürətlə oradan uzaqlaşmış, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində saatda təxminən 60 km sürətlə hərəkətdə olarkən qəflətən qarşıdan gələn “Fiat” markalı xidməti polis avtomobili ilə toqquşmuşdur. Hadisə nəticəsində həm o, həm də polis əməkdaşları xəsarət almışlar. Bundan sonra hadisə yerinə gələn polis əməkdaşları onu 21-ci PB-nə gətirmişlər. O, bölmədə üzərində olan şprisi polis əməkdaşlarına könüllü olaraq təqdim etmişdir. Bundan başqa o, 2020-ci ilin fevral ayında Bakı şəhərinə gedərək Nəsimi rayonunda xatırlamadığı aptekdən şəxsi istifadəsi üçün 1 ədəd konvalyutda içərisində 10 ədəd kapsulada tramadol alıb Gəncə şəhərinə gətirmişdir. O, Bakı şəhərindən aldığı tramadolun 6 ədədini özü istifadə etmiş, qalan 4 ədədini isə saxlamışdır. xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində hava almaq üçün yaşadığı Ruhulla Axundov küçəsinə çıxmışdır. Küçəyə çıxmazdan əvvəl aldığı tramadol konvalyutunu əynində olan göy rəngli idman gödəkcəsinin sağ yan cibinə qoymuşdur. Küçədə gəzərkən mülki geyimli polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu Gəncə şəhəri Nizami rayon Polis İdarəsinə dəvət etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Polis İdarəsinə getmişdir. İdarədə hüquq və vəzifələri izah edilmiş, müdafiəçi qismində X2 iştirakı təmin edilmişdir. Bundan sonra ona bir daha hüquq və vəzifələri izah edilərək üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı ona üzərində hər hansı qadağan olunmuş əşya varsa könüllü olaraq təqdim etməyi təklif olunmuşdur. O da əynində olan göy rəngli idman gödəkcəsinin sağ yan cibində olan 1 ədəd konvalyutda içərisində 4 ədəd kapsula olan tramadolu təqdim etmişdir. Bundan sonra üzərində əlavə hər hansı bir qadağan olunmuş əşya olub-olmaması üçün üzərinə baxış keçirilmiş və əlavə hər hansı bir qeyri-qanuni əşya tapılmamışdır. Daha sonra polis əməkdaşları ondan yaşadığı evdə də narkotik vasitə saxlayıb-saxlamamağını soruşduqda onlara evdə hər hansı bir narkotik vasitə saxlamadığını deyərək evə baxış keçirilməsinə etiraz etməmişdir. Könüllü olaraq evə baxış keçirilməsi ilə bağlı ərizə verdikdən sonra o, polis əməkdaşları ilə birlikdə yaşadığı evə getmişlər. Həmin vaxt yaşadığı evdə atası Tofiq Həsənov da olmuşdur. Bundan sonra yaşadığı evdə istifadəsində olan otağa baxış keçirilmiş və bu zaman polis əməkdaşları yaşadığı otaqdakı kağız torbanın içərisindən qara rəngli sellofan torbada tiryəki aşkar etmişlər. Tiryək ona məxsus olmamış, həmin maddənin yaşadığı otağa kim tərəfindən qoyulduğunu bilməmişdir. Bundan sonra həmin tiryək bükümü tərəzidə çəkilmiş və həmin kütlənin sellofanla birlikdə ümumili çəkisinin 350 qram olduğu müəyyən edilmiş, daha sonra həmin kütlələr müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş, protokol oxunmuş və doğruluğu iştirakçılar tərəfindən imzalanmışdır. Üzərinə baxış keçirilən zaman üzərindən psixotrop maddə olan tramadol aşkar olunmuşdur. Üzərinə və yaşadığı otağa baxış videoçəkiliş vasitəsi ilə həyata keçirilmişdir. Üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün polis əməkdaşlarından qaçmışdır. Tramadolu həkimin yazdığı reseptlə almışdır. Bədənində olan ağrılara görə tramadol dərmanından istifadə etmişdir. O, avtomobili idarə edən zaman dərmanın təsiri altında olmuşdur. Avtomobili qaçırmamış, polis avtomobili ilə toqquşarkən günah onda olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsinə baxmayaraq onun həmin cinayət əməllərini törətməkdə tam təqsirli olması zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla tam sübuta yetirildi. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 oğlu ifadəsində bildirdi ki, “Opel Astra” markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobili Əmircan qəsəbəsində yaşayan adını xatırlamadığı şəxsdən 9.000 manata almışdır. Avtomobil həyat yoldaşının əmisi X4 məxsusdur. O, həmin avtomobili etibarnamə əsasında idarə edərək taksi kimi fəaliyyət göstərir, “Bolt 5000 0404” adlı taksi şirkətinə qoşularaq taksilik etmişdir. xx xxxxx 2020-ci il tarixdə saat 23 radələrində “8103 SMS” xidmətindən 2 saatlıq icazə aldıqdan sonra həyətə düşmüşdür. Həmin vaxt bir nəfər şəxs yaxınlaşaraq bildirmişdir ki, onu 5 manat müqabilində Nərimanov rayonu, Montin qəsəbəsinə aparmaq lazımdır. O da buna etiraz etməyərək adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs avtomobilə əyləşdirmiş, həmin vaxt avtomobilin yanından bir nəfər şəxs keçərkən Təqsirləndirilən şəxs avtomobilin pəncərəsindən həmin şəxslə salamlaşıb birlikdə getməyi təklif etmişdir. Həmin şəxs də buna etiraz etməyərək maşına əyləşmişdir. Onlar yolda hərəkət edərkən Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə Şamil Əzizbəyov küçəsinin kəsişməsində olarkən PPX-nin əməkdaşları maşını saxlamağı ona işarə etmiş, sonra da mövcud pandemiya ilə əlaqədar olaraq ondan sənədlərini verməyini bildirib avtomobildə kənar şəxslərin olub-olmamasını soruşmuşlar. O da avtomobildə 2 nəfər sərnişinin olmasını dedikdə polis əməkdaşları ondan maşını kənara verib saxlayaraq maşındakı şəxslərlə birlikdə yaxınlaşmağını istəmişlər. O da etiraz etməyərək maşını kənara verib saxlamış, ancaq maşını söndürməmişdir. O, maşında olan Sərxana və onun tanışına sənədlərlə birlikdə maşından düşərək polislərə yaxınlaşmağı demişdir. Bundan sonra o, Sərxanın tanışı ilə qabaqda, Sərxan isə onladan arxada polis əməkdaşlarına yaxınlaşmışlar. Polis əməkdaşları hər ikisinin sənədlərini yoxlamış, sonra görmüşdür ki, Sərxan ilə digər polis əməkdaşı avtomobilinə yaxınlaşır. Çox keçmədən Sərxanın onun avtomobilini sürərək hadisə yerindən qaçdığını görmüşdür. Dərhal bu barədə qardaşına mobil telefon ilə zəng edib Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verməsini demişdir. Polis əməkdaşları da xidməti avtomobillə Sərxanın arxasınca getmişdir. Bundan sonra polis əməkdaşları Sərxanın onun avtomobili ilə yol-nəqliyyat hadisəsi törətdiyini demişlər. O da polis əməkdaşları ilə birlikdə hadisə yerinə getmiş və orada Sərxanın polis əməkdaşları tərəfindən saxlanıldığını görmüşdür. Sonra da avtomobili polis əməkdaşları tərəfindən avtomobillərin saxlanılma məntəqəsinə göndərilmişdir. Sərxanın polis əməkdaşlarından nəyə görə qaçdığını bilmir. Təqsirləndirilən şəxs maddi ziyanın ödənilməsini tələb etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində bildirdi ki, xx xxxxx 2020-ci il tarixdə saat 9:00-dan etibarən Polis Şöbəsində xidmətə başlamış və əməliyyat qrupunda olmuşdur. Həmin gün saat 23:30 radələrində DİNnin “102” xidməti zəng mərkəzindən Polis Şöbəsinin Növbətçi Hissəsinə məlumat daxil olmuşdur ki, Təbriz küçəsində yerləşən mənzildə ailə münaqişəsi var. Bundan sonra onlar, yəni əməliyyat qrupunun üzvləri, baş əməliyyat müvəkkili Zərərçəkmiş şəxs5, polis nəfəri Zərərçəkmiş şəxs6 və o, həmin ünvana getmişlər. Onlar mənzilə yaxınlaşıb görmüşlər ki, ev sahibi Zərərçəkmiş şəxs2 bir az əsəbidir, həyat yoldaşı ilə aralarında mübahisə baş verir. Onlar həmin şəxsləri nizam-intizama dəvət etmiş, həmçinin Zərərçəkmiş şəxs2 sərxoş olmasını görüb onu sərxoşluq dərəcəsinin müəyyən olunmasından ötrü sərxoşluq müayinə mərkəzinə aparmışlar. Şamil Əzizbəyov küçəsi ilə Topçubaşov küçəsinin kəsişməsində saatda 30 km sürətlə hərəkətdə olarkən avtomobilin surətini azaldıb avtomobilin gəlibgəlməməsini görmək üçün yolun sol tərəfinə baxmışdır. Həmin vaxt qəflətən sol tərəfdən “Opel” markalı avtomobil idarə etdiyi “Doblo Fiat” markalı **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq şüşəsindən vurmuşdur. Nəticədə avtomobildə olan Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və o, xəsarət almışlar. O, baş və sağ diz oynağı nahiyələrindən xəsarət almış, Mehman və Ruslan isə sağ diz oynağı nahiyələrindən xəsarət almışlar. Hərəkətdə olduğu yolda baş yol nişanı olmuş, həmin “Opel” markalı avtomobili sürən şəxs isə hərəkətini dayandırmadan qəflətən yüksək sürətlə hərəkət etdiyindən onların avtomobilinə bərk dəymişdir. Həmçinin hadisə zamanı idarə etdiyi xidməti avtomobilə də maddi ziyan dəymişdir. Hadisə baş verən zaman vətəndaş Zərərçəkmiş şəxs2 də xəsarət almışdır. Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 Zərərçəkmiş şəxs4 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr verərək Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs4 ifadəsinə uyğun oxşar məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs ilə barışdığından ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsində bildirdi ki, xx xxxx 2020-ci il tarixdə Gəncə şəhəri Nizami rayon X14 şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitəni qəbul etməsi, üzərində və yaşadığı evdə saxlaması barədə məlumat daxil olduqdan sonra onun həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsi qərara alınmış və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Həmin gün saat 18:30 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Ruhulla Axundov küçəsində yaşadığı evin yaxınlığında saxlayaraq ona Gəncə şəhəri Nizami rayon X8-Axtarış Şöbəsinin əməkdaşları olduqlarını bildirib narkotik vasitələrin daşınmasında şübhəli olduğu üçün Gəncə şəhəri Nizami RPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyərək onlarla birlikdə idarəyə gəlmişdir. İdarədə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilərək vəkil X2 onun müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Sonra da Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri bir daha izah edilərək üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əynində olan göy rəngli idman gödəkcəsinin sağ yan cibindən 10 ədəd həb üçün nəzərdə tutulmuş 1 ədəd konvalyutu təqdim edərək içərisində tramadol həbi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd konvalyuta baxış zamanı müəyyən edilmişdir ki, konvalyutun içərisində 4 ədəd ağ-göy rəngli kapsulada tramadol dərman preparatı vardır. Konvalyutun arxa tərəfində rus əlifbası ilə “Tramadol 50 mq” sözləri yazılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin tramadol həblərini satış məqsədi olmadan özü istifadə etmək üçün əldə edib üzərində gəzdirdiyini və həmin həblərin 6 ədədini istifadə etdiyini, başqa hər hansı bir narkotik vasitədən istifadə etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində 4 ədəd tramadol həbləri olan 1 ədəd konvalyut müvafiq qaydada zərfdə qablaşdırılıb möhürlənmiş və sonra da doğruluğu imzalarla təsdiq edilmişdir. Həmçinin sorğu zamanı Təqsirləndirilən şəxs evində hər hansı bir narkotik vasitə olmadığını bildirərək yaşadığı ünvan 2 ünvanına baxış keçirilməsinə heç bir etirazının olmadığını demişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına gedib həmin evə baxış keçirmişlər. Baxışa evin darvazasının önündə başlanılmışdır. Həmin yer təhqiqatçı tərəfindən təqdim edildikdən sonra darvazadan içəri daxil olmuşlar və Təqsirləndirilən şəxs evin öz istifadəsində olan otağını göstərmişdir. Onlar həmin otağa getmişlər və otağın qarşısında Təqsirləndirilən şəxs özünə məxsus əşyaların həmin otaqda olduğunu demişdir. Bundan sonra otağın kilidi açılmış və içəri daxil olmuşlar. Həmin otağa baxış zamanı əməliyyat müvəkkili Şahid4 tərəfindən otaqdakı çarpayının yanındakı kağızdan olan əl çantasının içərisindəki geyim əşyalarının altından 1 ədəd qara rəngli sellofana bükülmüş halda narkotik vasitə tiryək aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin tiryək bükümünün ona məxsus olmadığını bildirmişdir. Sonra təhqiqatçı tərəfindən tiryək bükümü sellofanla birlikdə elektron tərəzidə çəkilmiş və həmin kütlənin çəkisinin 350 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin kütlə müvafiq qaydada zərfdə qablaşdırılıb möhürlənmiş və doğruluğu imzalarla təsdiq edilmişdir. Həmçinin otaqda olan seyfin kilidi açılaraq içərisinə baxış keçirilmiş, ancaq maraq kəsb edən hər hansı bir hal aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə və evinə baxış videoçəkiliş vasitəsi ilə həyata keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə olan tramadol həbləri aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin tramadol həblərini satış məqsədi olmadan özü istifadə etmək üçün əldə edib üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 Şahid3 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid3 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 3, iş vərəqə 27-29). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, 2017-ci ilin oktyabr ayının 23-dən etibarən X6 polis nəfəri kimi xidmətə başlamışdır. Həmin tarixdən də Nəsimi rayon X15-Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. xx xxxxx 2020-ci il tarixdə saat 20:00-dan etibarən xidməti iş yoldaşı Şahid2lə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə Şamil Əzizbəyov küçəsinin kəsişməsində xidmətdə olmuşlar. Həmin gün saat 23:50 radələrində onlar vətəndaşların ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarına əməl edib-etməmələrinə nəzarət etmişlər. Bu məqsədlə onlar yolda hərəkətdə olan nəqliyyat vasitələrinin, həmçinin piyadaların hərəkətinə nəzarət etmiş, hərəkətdə olan nəqliyyat vasitələrini saxlayaraq onların icazə alıb-almamalarını yoxlamışlar. Həmin vaxt onlar “Opel” markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlatdırmışlar. Avtomobildə sürücü və 2 nəfər sərnişin olmuş, onlar mövcud pandemiya ilə əlaqədar olaraq həmin şəxslərdən sənədlərini vermələrini istəmiş, həmçinin sürücüyə maşını kənara verib saxlayaraq maşındakı şəxslərlə birlikdə sənədləri ilə yaxınlaşmalarını demişlər. Sürücü də buna etiraz etməyərək maşını kənara verib saxlamış, ancaq maşını işlək vəziyyətdə saxlamışdır. Sürücü maşında olan şəxslərlə birlikdə onlara yaxınlaşmışlar. Onlar həmin şəxslərdən ikisinin sənədlərini yoxlamış, üçüncü şəxsə də sənədlərini verməsini dedikdə sonuncu bildirmişdir ki, vəsiqəsi maşındadır. O, sənədlərini götürmək üçün maşına doğru getmiş, onlar da onun arxasınca getmiş, həmin şəxs dəhal maşına minib yüksək sürətlə uzaqlaşmışdır. Onlar da bu barədə məruzə etmişlər. Çox keçmədən onlara məlum olmuşdur ki, həmin şəxs “Opel” markalı avtomobil ilə yol-nəqliyyat hadisəsi törətmişdir. Onlar dərhal hadisə yerinə gedərək həmin şəxsi saxlayıb əməliyyat qrupu ilə birlikdə onu Nəsimi RPİ-nin 21-ci PB-nə gətirmişlər. Orada onlara məlum olmuşdur ki, həmin şəxs X3r. Həmin şəxsin üzərində 1 ədəd şpris də olmuş, onlar həmin şəxsdən həmin şprislə nə etdiyini soruşduqda o bildirmişdir ki, şprislə narkotik vasitədən istifadə edir, hətta şprisin içərisində narkotik vasitə də qalmışdır. Onlar həmin şəxsin barəsində qanuni tədbir görülməsi üçün 21-ci PB-nin rəisinə raportla məruzə etmişlər. Onlar sonradan bilmişlər ki, həmin şəxsin əsl adı Təqsirləndirilən şəxsdur. O, tutularkən üzərində olan 1 ədəd 5 qramlıq şprisi özü könüllü olaraq təqdim etmişdir. Onlar yalnış olaraq raportda onun şprisi yerə atmağa cəhd etməsini yazmışlar, əsl həqiqətdə isə şprisi Sərxanın özü təqdim etmiş, bu barədə protokol da tərtib edilmişdir (cild 2, iş vərəqə 148-150). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 2, iş vərəqə 151-153). Cinayət işinin materiallarında olan xx xxxxx 2020-ci il tarixli 1/2166 nömrəli tibbi müayinə protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs sidiyində tiryəkə aid narkotik vasitə aşkar olunmuşdur (cild 1, iş vərəqə 32). Cinayət işinin materiallarında olan xx xxxxx 2020-ci il tarixli götürmə protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs üzərində olan 1 ədəd 5 qramlıq şprisi könüllü olaraq polis əməkdaşına təhvil vermişdir (cild 1, iş vərəqə 36). Cinayət işinin materiallarından görünür ki, xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ifadəsi hadisə yerlərində yoxlanılarkən hadisə yerlərini əyanı surətdə göstərərək istintaqa verdiyi ifadəsini təsdiq etmişdir (cild 1, iş vərəqə 62-65). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 6/215 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “N 1 vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 4 ədəd konvalyutda ...” yazısı olan zərfdə zavod üsulu ilə qablaşdırılmış, üzərində “Tramadol 50 mq” yazısı olan konvalyutda 4 ədəd ağ-göy rəngli kapsuldakı ağ rəngli tozşəkilli maddə tramadol-hidroxlorid tərkibli dərman preparatıdır və 4 ədəd kapsuldan ibarət təsiredici maddəsi tramadol-hidroxloridin ümumi miqdarı 0,2 qramdır. Tramadol-hidroxlorid tərkibli dərman preparatı “güclü təsir edən maddələrin və onların külli miqdarının” siyahısına daxildir. Tədqiqata təqdim edilmiş üzərindən “zərf N 2 vət. Təqsirləndirilən şəxs yaşadığı ünvanda yataq otağından aşkar olunaraq götürülmüş...” yazısı olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 352,266 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir (Qeyd: tiryəkin təmiz çəkisi 352,266 qram, tədqiqata sərf edildi 0,35 qram, qalıq 351,916 qram, 4 kapsuldan 1 kapsul tədqiqata sərf edildi, qalıq 3 kapsul, cild 3, iş vərəqə 3-5). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin x xxx 2020-ci il tarixli 9/1037 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 2014-cü il buraxılışlı “Fiat Doblo” markalı **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrinin qiyməti yeni hissələrinin qiymətinə müvafiq hesablanmaqla 7.110 manat, o cümlədən, dəyişilməli hissələrinin qiyməti 5.810 manat, təmir-bərpa işlərinin qiyməti 1.300 manat, dəyişilməli hissələrinin qiymətinə aşınma tətbiq etməklə 5.883 manat, dəyişilməli hissələrinin qiyməti 4.583, təmir-bərpa işlərinin qiyməti 1.300 manat. Təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən zədələnməmişdən əvvəlki orta bazar qiyməti 8.500 manat olmuş 2001-ci il buraxılışlı “Opel Astra” markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 5.950 manat müəyyən edilmişdir (cild 1, iş vərəqə 158-160). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin x xxx 2020-ci il tarixli 6/462 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd zərfdəki 2,5 ml şprisin içərisində 0,2 ml həcmində maye heroin məhluludur və həmin məhlulda heroinin təmiz çəkisi 0,051 qram təşkil edir (Qeyd: Heroin məhlulunun həcmi 0,2 ml, tədqiqata sərf edildi 0,1 ml, qalıq 0,1 ml, cild 2, iş vərəqə 157-158). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 8/581nömrəli yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyindən görünür ki, “Opel Astra” markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.5 dayanmadan keçmək qadağandır” üstünlük yol nişanının) tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hərəkət üçün təhlükə yaranan anda “Fiat Doblo” **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 41,6 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs4 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəktlərində “Yol hərəkəti haqqında “ Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda “Fiat Doblo” **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 41,6 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs4 hadisənin qarşısını almağa texniki cəhətdən imkanı olmuş və onun hərəktlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur (cild 1, iş vərəqə 207-208). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12-Təcrübi və X9 Hüquqi Şəxsinin x xxx 2020-ci il tarixli 353 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 bədən səthində aşkar olunmuş xəsarətlər - sol gicgah, sol yanaq, sol bud və sol diz oynağı nahiyələrinin sıyrıqları küt əşyanın təsirindən müayinədən 5-7 gün əvvəl əmələ gəlmişdir, onun tibbi yardım üçün Bakı şəhər Baş Sİ-nin KTM-nə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdi, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin olunmamışdır. Zərərçəkmiş şəxs5 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi (cild 1, iş vərəqə 213-214). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12-Təcrübi və X9 Hüquqi Şəxsinin x xxx 2020-ci il tarixli 360 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 bədənində aşkar olunmuş xəsarətlər - başın sol təpə-alın nahiyəsinin qançırı, sol diz oynağı nahiyəsinin sıyrığı küt əşyanın təsirindən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni xx xxxxx 2020-ci il tarixdə əmələ gələ bilərdi, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin olunmamışdır. Zərərçəkmiş şəxs4 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi (cild 1, iş vərəqə 210-211). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12-Təcrübi və X9 Hüquqi Şəxsinin x xxx 2020-ci il tarixli 354 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs6 bədən səthində aşkar olunmuş xəsarətlər - sağ diz oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinliyi (hematoması), sol bazu nahiyəsinin qançiri, üst dodağın, sağ baldır və sol bud nahiyələrinin sıyrıqları küt əşyanın təsirindən müayinədən 5-7 gün əvvəl əmələ gəlmişdir, onun tibbi yardım üçün Bakı şəhər Baş Sİ-nin KTM-nə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs6 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi (cild 1, iş vərəqə 216-217). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12-Təcrübi və X9 Hüquqi Şəxsinin x xxxx 2020-ci il tarixli 498 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 tibbi yardım üçün xx xxxxx 2020-ci il tarixdə Bakı şəhər BSİ-nin KTM-nə gətirilmiş və ona qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması, soldan 3, 4 və 5-ci qabırğaların yerdəyişməyən sınığı, sağ gicgah nahiyəsinin dərialtı hematoması, sol diz oynağı ətrafı yumşaq toxuma əzilməsi, sol qaşaltı nahiyənin əzilmiş yarası diaqnozu qoyulmuşdur. Həmin tibbi sənəddə göstərilən xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir (cild 1, iş vərəqə 249-250). Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirdiyi X4 məxsus Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi **-HN- *** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobil maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə təhvil verilmişdir (cild 1, iş vərəqə 218-219). Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi nəticəsində maddi ziyan vurduğu “Fiat Dobla” markalı **-AP-*** dövlət qeydiyyat nişanlı polis avtomobili maddi sübut kimi tanınaraq saxlanılması üçün Nərimanov RPİ-nin 18-ci PŞ-nə təhvil verilmişdir (cild 2, iş vərəqə 53-54). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanından aşkar olunaraq götürülmüş təmiz çəkisi 352,266 qram olan tündqəhvəyi rəngli qətranabənzər maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuş və saxlanılması üçün Gəncə şəhər BPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (cild 3, iş vərəqə 44-46). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitə tiryəkin mənbəyinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır (cild 3, iş vərəqə 211). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və x xxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqə 146-148, cild 2, iş vərəqə 139-147). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə məhkum olunmuş və cəzasını çəkib qurtardıqdan sonra 2 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən onun əməllərində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4 və 234.4.3-cü maddələri qəsdən, Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ehtiyatsızlıqdan törədilən cinayətlər olduğundan Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 185.2.4 və 234.4.3-cü maddələrinə münasibətdə əməllərində cinayətlərin residivi olduğundan Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə əsasən ona təyin ediləcək cəzanın müddəti Cinayət Məcəlləsinin 185.2.4 və 234.4.3-cü maddələrinin sanksiyasının yuxarı həddinin yarısından az ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4, 234.4.3 və 263-1.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində DİN-nin Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatına məxsus “Fiat Dobla” markalı avtomobilə vurulmuş 7.110 manat maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb etmişdir (cild 4). Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur (cild 4). Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 ilə barışmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4, 234.4.3 və 263-1.1-ci maddələri ilə tövsif etməklə yanaşı onun həmin maddələrin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarından görünür ki, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin Nizami RPİ-nin təhqiqatçısı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur (cild 2, iş vərəqə 222). Cinayət işinin materiallarından görünür ki, xx xxxx 2020-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində statusuna xitam verilərək Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir (cild 3, iş vərəqə 36-39). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxx 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 96-97). Cinayət işinin materiallarında olan Nəsimi rayon məhkəməsinin x xxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli x xxx 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 198-199). Cinayət işinin materiallarında olan Nəsimi rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmiş və o, həbsdən azad edilmişdir (cild 1, iş vərəqə 238-240). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxx 2020-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 241). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqın çağırışlarına məhəl qoymayaraq istintaqa gəlməkdən boyun qaçırmış, cinayət prosesini həyata keçirən orqanın sərəncamında olmaqdan imtina etmiş və bununla da istintaqın normal fəaliyyətinə mane olmaqla istintaqdan gizləndiyi üçün barəsində xx xxxx 2020-ci il tarixdə “axtarış elan edilməsi haqqında qərar” çıxarılmışdır (cild 1, iş vərəqə 57-60). Cinayət işinin materiallarında olan Nəsimi rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır (cild 2, iş vərəqə 129-130). Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) gün və x xxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) ay 2 (iki) gün olmaqla cəmi 2 (iki) ay 4 (dörd) gün müddət hökmlə təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3 və 15.4-ci maddələrinin tələblərinə əsasən cinayətlərin təsnifatına görə “az ağır” və “ağır” cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və əməllərində cinayətlərin residivi mövcud olduğundan görə ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəza çəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Həmçinin Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsinə görə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məqsədəmüvafiq hesab edir. Ona təyin olunacaq nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzasının icrası əsas cəzanı çəkib qurtardıqdan sonra başlamalıdır. Məhkəmə hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin icrasının Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1 və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini əsaslı hesab edir. Belə ki, Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs hüquqi şəxsin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs oğluna qarşı mülki iddia verməmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edərək həmin zərərçəkmiş şəxslərə mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 378 manat Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Gəncə şəhər BPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra 351,916 qram olan narkotik vasitə tiryək Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməli, X4 məxsus Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi **-HN-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobilin sahibinə qaytarılması, “Fiat Dobla” markalı **-AP-*** dövlət qeydiyyat nişanlı polis xidməti avtomobilin saxlanılması üçün Nərimanov RPİ-nin 18ci Polis Şöbəsinə təhvil verilməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4, 234.4.3 və 263-1.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinin tələblərinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaqla, əlavə cəzanı isə tam birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) gün və x xxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) ay 2 (iki) gün olmaqla cəmi 2 (iki) ay 4 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 7 (yeddi) il 9 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 378 manat Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilsin. İş üzrə maddi sübut olan və Gəncə şəhər BPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra 351,916 qram olan narkotik vasitə tiryək Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin, X4 məxsus Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi **-HN-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobilin sahibinə qaytarılması, “Fiat Dobla” markalı **-AP-*** dövlət qeydiyyat nişanlı polis xidməti avtomobilin saxlanılması üçün Nərimanov RPİ-nin 18ci Polis Şöbəsinə təhvil verilməsi nəzərə alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-612/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-612/2021
12.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver