Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-612/2023 30.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X18, müdafiəçilər: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxxx 1996-cı ildə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, natamam orta təhsilli, məhkum olunmamış, Tərtər rayonunun Qaynaq kəndində qeydiyyatda olub, Bakı şəhəri Binəqədi rayonu, Fatmayı qəsəbəsi, Fatmayı bağları yaşayış massivində nömrəsiz fərdi evdə yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxx 1988-ci ildə Şuşa şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdam şəhəri Vağzalyanı küçəsi ev 1, mənzil 41-də qeydiyyatda olub, Bakı şəhəri Binəqədi rayonu, Fatmayı qəsəbəsi, Fatmayı bağları yaşayış massivində nömrəsiz fərdi evdə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib satmaq məqsədilə, qeyri-rəsmi nigahda olduğu Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı kimi bilinən «Səyyad» adlı şəxslə əlbir olub cinayət əlaqəsinə girərək, 21 avqust 2022-ci il tarixdə saat 21 radələrində əvvəlcədən aralarında olan razılaşmaya əsasən «Səyyad» adlı şəxs tərəfindən Bakı şəhəri Nizami rayonu, Babək prospektində yerləşən «Modern Hospital» xəstəxanasının yaxınlığında yol kənarında gizlədilmiş bir ədəd qara rəngli sellofan torbada olan külli miqdarda 1062,171 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 309,98 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla yaşadığı Bakı şəhəri Binəqədi rayonu, Fatmayı qəsəbəsi, Fatmayı bağları yaşayış massivində yerləşən nömrəsiz fərdi evə daşıdıqdan sonra, həmin ünvanda onunla yaşayan Təqsirləndirilən şəxs2 ilə birlikdə elektron tərəzi vasitəsilə bükümlərə bölərək bir hissəsini digər şəxslərə verilməsi üçün özünün və Təqsirləndirilən şəxs2 üzərində saxlayaraq daşımış, qalan hissəsini isə yaşadığı evdə saxlamış, 22 avqust 2022-ci il tarixdə 8:10 radələrində Bakı şəhəri Binəqədi rayonu, Fatmayı qəsəbəsi, Fatmayı-Pirşağı yolunda yerləşən «Socar» yanacaq doldurma məntəqəsinin yaxınlığında Binəqədi Rayon Polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, ünvan 1 ünvanında yerləşən Binəqədi Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, 22 avqust 2022-ci il tarixdə saat 10.05-də orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki açıq mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 16,097 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, 22 avqust 2022-ci il tarixdə saat 10:05-də Polis İdarəsində Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı sağ çiynindən asmaqla daşıdığı qara rəngli bel çantasının içərisindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 35,274 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 9,380 qram olan külli miqdarda psixotrop maddə metamfetamin və üzərində heroinin izləri olan bir ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüş, daha sonra 22 avqust 2022-ci il tarixdə saat 11:50-də yaşadığı Bakı şəhəri Binəqədi rayonu, Fatmayı qəsəbəsi, Fatmayı bağları yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən axtarış aparılarkən mətbəxdə olan soyuducunun alt hissəsindəki dondurucunun içindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən aşkar edilərək götürülmüş kimyəvi komponent tərkibləri və xarici əlamətlərinə görə eyni olan bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1010,8 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 300,6 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində heroin izləri olan bir ədəd ağ rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib satmaq məqsədilə, qeyri-rəsmi nigahda olduğu Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı kimi bilinən «Səyyad» adlı şəxslə əlbir olub cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan razılaşmaya əsasən 21 avqust 2022-ci il tarixdə saat 21 radələrində «Səyyad» adlı şəxs tərəfindən Bakı şəhəri Nizami rayonu, Babək prospektində yerləşən «Modern Hospital» xəstəxanasının yaxınlığında yol kənarında gizlədilmiş, içərisində külli miqdarda 1062,171 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 309,98 qram çəkidə psixotrop maddə metamfetamin olan bir ədəd qara rəngli sellofan torba Təqsirləndirilən şəxs1 tərəfindən satış məqsədilə qanunsuz olaraq əldə edilib üzərində saxlanılmaqla yaşadıqları Bakı şəhəri Binəqədi rayonu, Fatmayı qəsəbəsi, Fatmayı bağları yaşayış massivində yerləşən nömrəsiz fərdi evə daşındıqdan sonra, həmin ünvanda Təqsirləndirilən şəxs1 ilə birlikdə elektron tərəzi vasitəsilə bükümlərə bölərək bir hissəsini digər şəxslərə verilməsi özünün və Təqsirləndirilən şəxs1 üzərində saxlayaraq daşımış, qalan hissəsini isə yaşadığı evdə saxlamış, 22 avqust 2022-ci il tarixdə 8:10 radələrində Bakı şəhəri Binəqədi rayonu, Fatmayı qəsəbəsi, Fatmayı-Pirşağı yolunda yerləşən «Socar» yanacaq doldurma məntəqəsinin yaxınlığında Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, ünvan 1 ünvanda yerləşən Binəqədi Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, 22 avqust 2022-ci il tarixdə saat 10:05-də orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı sağ çiynindən asmaqla daşıdığı qara rəngli bel çantasının içərisindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 35,274 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 9,380 qram olan külli miqdarda psixotrop maddə metamfetamin və üzərində heroinin izləri olan bir ədəd gümüşü rəngli elektron tərəzi aşkar dilərək götürülmüş, 22 avqust 2022-ci il tarixdə saat 10:05-də Polis İdarəsində Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki açıq mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 16,097 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, daha sonra 22 avqust 2022-ci il tarixdə saat 11.50-də yaşadığı Bakı şəhəri Binəqədi rayonu, Fatmayı qəsəbəsi, Fatmayı bağları yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən axtarış aparılarkən mətbəxdə olan soyuducunun alt hissəsindəki dondurucunun içindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən aşkar edilərək götürülmüş kimyəvi komponent tərkibləri və xarici əlamətlərinə görə eyni olan bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1010,8 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 300,6 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində heroin izləri olan bir ədəd ağ rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, tutulanadək son 6 ildə Təqsirləndirilən şəxs2 ilə qeyri-rəsmi ər-arvad kimi Bakı şəhəri Binəqədi rayonu, Fatmayı qəsəbəsi, Fatmayı bağları, Yeni Yaşayış massivində nömrəsiz fərdi yaşayış evində birlikdə yaşamışlar. O, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuş, Xəyalə isə əvvəllər gözəllik salonunda işləmişdir. Narkotik vasitə istifadəçisidir, gündəlik 2-3 qram narkotik qəbul edir. İran İslam Respublikasının vətəndaşı Səyyad adlı şəxsi tutulmamışdan bir neçə ay əvvəl «Whatsapp» tətbiqi vasitəsilə tanış olmuşdur. Səyyad ona «Whatsapp»la mesaj göndərmiş və bundan sonra aralarında tanışlıq yaranmışdır. Səyyadın sadəcə adını bilmiş, sonuncu özü haqqında ona başqa məlumat verməmişdir. Münasibətləri yarandıqdan bir müddət sonra Səyyad ona narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olduğunu demişdir. Bundan sonra bir neçə dəfə Səyyaddan şəxsi istifadəsi üçün narkotik vasitə və psixotrop maddə almışdır. Sonradan Səyyad ona narkotik vasitə və psixotrop maddə satmaqda vasitəçilik etməyi təklif etmiş və o, razılaşmışdır. 2022-ci ilin iyul ayının sonu və avqust ayının əvvəllərində ayrı-ayrı vaxtlarda yaşadığı evinə müxtəlif çəkilərdə narkotik vasitə və psixotrop maddə gətirmiş, evdə həmin narkotik vasitə və psixotrop maddələri elektron tərəzidə çəkməklə xırda ölçülü bağlamalara qablaşdırmış, daha sonra isə onları Səyyadın əvvəlcədən ona dediyi ərazilərə yerləşdirərək həm ərazinin koordinatlarını və bağlamaların qoyulduğu yerlərin fotoşəkillərini çəkib Səyyada göndərmişdir. Səyyad da həmin məlumatları müştərilərə göndərib onların bağlamaları almasını təmin etmişdir. Bunun müqabilində Səyyad ona pulsuz şəxsi istifadəsi üçün narkotik vasitə vermişdir. Bu işləri həyata keçirərkən öz telefonu yaxşı işləmədiyinə görə bəzən Xəyalənin mobil telefonundan istifadə etmişdir. 22 avqust 2022-ci il tarixdə gecə saat 2 radələrində polis əməkdaşları onların yaşadığı evə gəlib, onu və Xəyaləni Binəqədi RPİ-yə aparmışlar. Həmin vaxt evdə 0,5 kq narkotik vasitə heroin və 0,5 kq da psixotrop maddə metamfetamin olmuşdur. Xəyalənin onun evdə narkotik vasitə saxlamasından xəbəri olmamışdır. Sonuncu bir neçə ay əvvəl onun narkotik vasitələrdən istifadə etdiyini bilmişdir. İbtidai istintaq zamanı təzyiq altında ifadə vermişdir. Həmin ifadəsini oxumadan imzalamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, tutulanadək Təqsirləndirilən şəxs1 ilə ər-arvad kimi Bakı şəhəri Binəqədi rayonu, Fatmayı qəsəbəsi, Fatmayı bağları yaşayış massivində nömrəsiz fərdi yaşayış evində yaşamışdır. Son aylarda Şəmisdanın «şüşə» adı ilə tanınan psixotrop maddədən istifadə etdiyi ona məlum olmuşdur. Şəmisdan mobil telefonunda internet yaxşı işləmədiyinə görə bəzən onun mobil telefonundan istifadə etmişdir. 22 avqust 2022-ci il tarixdə polis əməkdaşları yaşadıqları evə gəlib onu və Şəmisdanı saxlayıb polis bölməsinə aparmışlar. Bölmədə ona mobil telefonunda yazışmalarının olduğu bildirilmişdir. Onları idarəyə apararkən əməliyyatçılar onun mobil telefonu ilə kimlərəsə olduğu məkanı paylaşıb, narkotik vasitə olduğunu və gəlib götürmələrini bildirmişlər. Həmin şəxslər gələndən sonra onları da saxlamışlar. Polislər ona himayəsində azyaşlı uşaqları olduğuna görə onu buraxacaqlarını bildirib, dedikləri sənədlərə imza etməsini bildirmiş, o da polislərin diktəsi ilə hərəkət etmişdir. Şəmisdan narkotik maddələri evdə deyil, həyətdə saxlamışdır. Onun əl çantasında narkotik vasitə olmamış, həmin narkotik vasitə çantasına polis əməkdaşları tərəfindən qoyulmuşdur. Heç vaxt narkotik və psixotrop maddələrdən istifadə etməmiş və onların satışı ilə məşğul olmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 21 avqust 2022-ci il tarixdə Binəqədi RPİ-nə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunsuz olaraq üzərində narkotik vasitələr və psixotrop maddələr saxlamaları, istifadə etmələri və satışı ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatı yoxlamaq məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və Binəqədi RPİ-nin CAŞ üzrə əməliyyat müvəkkili Şahid3, Binəqədi RPİ-nin CA üzrə kiçik inspektorları Şahid2 oğlu və Şahid4 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat qrupunun üzvləri ilə birlikdə 22 avqust 2022-ci il tarixdə saat 8:10-da Binəqədi rayonu Fatmayı qəsəbəsi, Fatmayı-Pirşağı yolunda yerləşən «Socar» YDM-nin yaxınlığında Şəmisdan və Xəyaləni saxlayıb, üzərlərində narkotik vasitə və psixotrop maddələrin gəzdirilməsi və satışı ilə məşğul olmalarında şübhəli olmalarını bildirib, Binəqədi RPİ-yə dəvət etmişlər. İdarədə xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilərək üzərinə şəxsi axtarış keçirilmişdir. Sonuncu əynində olan açıq mavi rəngli cins şalvarın sol yan cibindən qara rəngli «İphone 6S» markalı mobil telefonu, sağ yan cibindən isə bir ədəd şəffaf rəngli sellofan bükümünü çıxarıb masanın üzərinə qoymuş, bükümün içərisində qəhvəyi rəngli maddənin «kakos» kimi tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Sorğu zamanı Şəmisdan bildirmişdir ki, narkotik vasitədən istifadə edir, içərisində narkotik vasitə və psixotrop maddələr olan bir ədəd böyük ölçülü bağlamanı «Səyyad» kimi tanıdığı İran İslam Respublikası vətəndaşı vasitəsilə əvvəlcədən Bakı şəhəri Nizami rayonu, Babək prospektində yerləşən «Modern Hospital»ın yaxınlığında qoyulmuş yerdən götürmüş, 22 avqust 2022-ci il tarixdə gecə saatlarında yaşadığı fərdi yaşayış evində müştərilərə satmaq üçün həmin narkotik vasitədən az bir qismini elektron tərəzi vasitəsi ilə çəkib hazırlayıb qablaşdırmış, «Səyyad»ın təyin etdiyi müştəriyə satmaq üçün müəyyən edilmiş yerə qoymaq məqsədi ilə aşkar edilmiş bükümü üzərində daşımışdır. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bir ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli maddə ekspertiza tədqiqatına göndərilməsi üçün bir ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri Şəmisdan və digər iştirakçılar tərəfindən imzalanmışdır. Tədbir nətixələrinə dair protokol tərtib edilmiş və bütün iştirakçılar protokolun düzgünlüyünü imzaları ilə təsdiq etmişdir. İdarədə polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə də şəxsi axtarış keçirilmiş və sonuncunun bel çantasınından narkotik vasitə və psixotrop maddə, həmçinin elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 narkotik vasitələr və psixotrop maddələrin qalan hissəsini yaşadığı evdə soyuducunun içərisində saxladığını bildirdiyindən, onun və Təqsirləndirilən şəxs2 iştirkları ilə onların yaşadıqları evdə axtarış aparılmışdır. Evin mətbəxində olan soyuducunun dondurucu hissəsindən narkotik vasitə, psixotrop maddə və elektron tərəzi aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları tərəfindən sonunculara qarşı fiziki və psixi təsir-təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. Əvvəlki məhkəmə tərkibinin iştirakı ilə baş tutmuş məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid3 ifadəsindən görünür ki, 21 avqust 2022-ci ildə Binəqədi RPİ-nə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəs ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Odur ki, idarənin CA üzrə əməliyyat müvəkkili Şahid1 tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, onun və digər polis əməkdaşlarının iştirakı ilə əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat qrupunun üzvləri tərəfindən 22 avqust 2022-ci il tarixdə saat 08:10-da Bakı şəhəri Binəqədi rayonu, Fatmayı qəsəbəsi, Fatmayı-Pirşağı yolunda yerləşən «Socar» YDM-nin yaxınlığında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılıb Binəqədi RPİ-yə dəvət edilmişlər. Polis idarəsində xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edilərək üzərinə şəxsi axtarış keçirilmişdir. Saxlanılan Təqsirləndirilən şəxs2 sağ çiynindən asdığı bel çantasını könüllü olaraq masanın üzərinə qoymuş, çantası açıldıqda içərisindən bir ədəd gümüşü rəngli elektron tərəzi, iki ədəd «Samsung» markalı mobil telefon, içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan bir ədəd şəffaf rəngli sellofan büküm, içərisində şəffaf rəngli kristal şəkilli maddə olan bir ədəd şəffaf rəngli sellofan büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 bağlamalardan birinin içərisində olan qəhvəyi rəngli toz şəkilli maddənin «kola» kimi tanıdığı narkotik vasitə, digər bağlamadakı kristal şəkilli maddənin isə «şüşə» adı ilə tanınan psixotrop maddə olmasını bildirmiş, həmin maddələri ər-arvad kimi yaşadığı Şəmisdanın Səyyad adlı şəxslə birlikdə təyin edəcəkləri ünvana aparıb çatdırmaq məqsədilə bel çantasında daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 bel çantasından aşkar olunmuş bükümlər və bir ədəd elektron tərəzi iki ədəd zərfə qoyulub qablaşdırılaraq zərflərin üzərləri möhürlənmiş və baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Xəyalənin bel çantasının içərisində olan 2 ədəd «Samsung» markalı mobil telefon və «Kapital Bank»a məxsus iki ədəd plastik kart, şəxsiyyət vəsiqəsi və «Azərfon» mobil operatoruna məxsus 1 ədəd mobil nömrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. Bütün hərəkətlər sənədləşdirilərək protokol tərtib edilmiş, iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Xəyalə ilə birlikdə saxlanılmış Təqsirləndirilən şəxs1 üzərinə digər polis əməkdaşlarının iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan açıq mavi rəngli cins şalvarın sol yan cibindən qara rəngli «İphone 6S» markalı mobil telefon, sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümünü içərisindən narkotik vasitə aşkar edilərək götürüldüyündən məlumatı olmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs1 İran İslam Respublikası vətəndaşı «Səyyad» kimi bildiyi şəxsdən əvvəlcədən razılaşıb satış məqsədi ilə əldə etdiyi narkotik vasitələrin və psixotrop maddələrin qalan hissəsini yaşadığı evdə soyuducunun içərisində saxladığını bildirdiyindən həmin gün təhqiqatçı tərəfindən onların yaşadığı evdə axtarış aparılması barədə qərar qəbul edilmişdir. Əməliyyat qrupunun üzvləri tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə onların birgə yaşadıqları evdə axtarış aparılmış, evin mətbəxində olan soyuducunun dondurucu hissəsindən narkotik vasitə, psixotrop maddə və həmçinin evdən satış məqsədi ilə bükümlərin çəkilib qablaşdırılması üçün istifadə etdikləri elektron tərəzi aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları tərəfindən Şəmidsdan İngiliszadəyə və Təqsirləndirilən şəxs2 qarşı heç bir təsir-təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsinə oxşar ifadə verdi. İşin 1-ci cildinin 82-85-ci vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizasının 23 avqust 2022-ci il tarixli, 6/4455 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №172», «Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş..» yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 16,097 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsülla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində: «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №172», «Şübhəli şəxs Təqsirləndirilən şəxs1 yaşadığı fərdi yaşayış evindən aşkar edilmiş..» yazısı və imzalar olan paketdəki bir ədəd bağlamada təmiz çəkisi 1010,8 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsülla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bağlamada təmiz çəkisi 300,6 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı fərdi yaşayış evindən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 1026,897 qramdır (1 kq 26,897 qr) və həmin heroinlər kimyəvi komponent tərkibləri və xarici əlamətlərinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildirlər. İşin 1-ci cildinin 92-97-ci vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizanın 23 avqust 2022-ci il tarixli, 6/4454 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №172», «Şübhəli şəxs Təqsirləndirilən şəxs2 bel çantasından aşkar edilərək götürülmüş..» yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 35,274 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsülla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 9,380 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində: «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №172», «Şübhəli şəxs Təqsirləndirilən şəxs2 bel çantasından aşkar edilərək götürülmüş tərəzi» yazısı və imzalar olan zərfdəki bir ədəd gümüşü rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümdəki heroinlə eyni kimyəvi tərkibi olub-olmadığını müəyyən etmək mümkün deyil. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildirlər. İşin 2-ci cildinin 12-16-cı vərəqlərindəki əlavə məhkəmə-kimyəvi ekspertizanın 20 oktyabr 2022-ci il tarixli, 6/5677 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin «Tədqiqat Obyekti 59 №-li» ştamp əksi olan paketlərdəki Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş heroin, Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı evindən aşkar edilərək götürülmüş heroinlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. X7 aşkar edilərək götürülmüş metamfetamin Təqsirləndirilən şəxs1 yaşadığı evindən aşkar edilərək götürülmüş metamfetaminlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. Tədqiqata təqdim edilmiş 2 ədəd elektron tərəzinin üzərində heroin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibi olub-olmamasını müəyyən etmək mümkün deyil. İlkin tədqiqat zamanı Təqsirləndirilən şəxs2 götürülmüş heroinin və metamfetaminin təmiz çəkiləri 23 avqust 2022-ci il tarixli 6/4454 nömrəli və Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı evindən götürülmüş heroinin və metamfetaminin təmiz çəkiləri 23 avqust 2022-ci il tarixli 6/4455 nömrəli ekspert rəyində göstərilmişdir. İşin 2-ci cildinin 25-26-cı vərəqlərindəki ambulator məcburi-narkoloji tibbi yoxlamanın 24 oktyabr 2022-ci il tarixli 6273 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabinoidlərin və psixostimulyatorların birgə qəbul etməsi nəticəsində yaranan asılılıq sindromu (naromaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 2-ci cildinin 27-28-ci vərəqlərindəki ambulator məcburi-narkoloji tibbi yoxlamanın 15 oktyabr 2022-ci il tarixli 6079 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyi aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 2-ci cildinin 29-31-ci vərəqlərindəki ambulator məhkəmə psixatrik ekspertizanın 14 noyabr 2022-ci il tarixli 3001 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəktlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə adekvat olaraq qavramaq və anlamaq iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 2-ci cildinin 32-34-cü vərəqlərindəki ambulator məhkəmə psixatrik ekspertizanın 14 noyabr 2022-ci il tarixli 2997 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəktlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə adekvat olaraq qavramaq və anlamaq iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 1-ci cildinin 32-34-cü vərəqlərindəki protokoldan görünür ki, 22 avqust 2022-ci il tarixdə saat 10:05-də Binəqədi RPİ-nin TŞ-nin təhqiqatçısı X16 tərəfindən Binəqədi RPİnin inzibati binasında xidməti otaqların birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl şübhəli şəxs S.Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CPMnin 90-cı maddəsi və «Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikası Qanun»u ilə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində, paltarında, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 əynində olan açıq mavi rəngli cins şalvarının sol yan cibindən qara rəngli «İphone 6S» markalı mobil telefonu, sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sonuncudan bükümün içərisində olan maddənin nə olduğu, kimdən və nə məqsədlə əldə etdiyi soruşulduqda o, bükümün içərisində «kakos» adlanan narkotik vasitə olduğunu, həmin bükümü 22 avqust 2022-ci il tarixdə gecə satlarında İİR-sı vətəndaşı «Səyyad» adlı şəxsin əvvəlcədən Bakı şəhəri Nizami rayonu, Babək prospektində yerləşən «Modern Hospital»ın yaxınlığında qoyduğu bir ədəd böyük ölçülü bağlamanın içərisində olan kütlələrdən gecə saatlarında yaşadığı fərdi evində müştərilərə satmaq üçün hazırlayıb qablaşdırdığını və «Səyyad» adlı şəxsin təyin etdiyi müştəriyə satmaq üçün müəyyən edilmiş yerə qoymaqdan ötrü üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış və başqa hər hansı bir əşyaaşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bir ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli, bərk formalı maddənin çəkisi və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri 172 №-li möhürlə möhürlənmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmamışdır. İşin 1-ci cildinin 61-64-cü vərəqlərindəki protokolundan görünür ki, 22 avqust 2022-ci il tarixdə saat 10:05-də təhqiqatçı X13 tərəfindən Binəqədi RPİ-nin inzibati binasında xidməti otaqda Binəqədi RPİ-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid3 və kiçik inspektoru Şahid4 iştirakı ilə Binəqədi RPİ-nin KTQ-nin ekspert-krminalisti X3 «Panasonic» markalı video kamera vasitəsi ilə video çəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl sonuncu müvafiq qərarla tanış edildikdən sonra ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsi və «Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikası Qanun»u ilə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra istintaq hərəkətində iştirak edən şəxslərə Azərbaycan Respublikası CPM-nin 51.6-cı maddəsinə əsasən texniki vasitədən istifadə edilməklə videoçəkilişin həyata keçirildiyi barədə xəbərdarlıq edilmişdir. Daha sonra şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 üzərində, paltarında, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildikdə, sonuncu sağ çiynindən asılmış qara rəngli bel çantasını açıb içərisindən bir ədəd qara rəngli saç darağı, bir ədəd bənövşəyi rəngli «X27» markalı dezodrantı, bir ədəd gümüşü rəngli qeyri-işlək vəziyyətdə olan elektron tərəzini, bir ədəd qara rəngli qulaqcığı, bir ədəd arxası qırmızı, önü qara rəngdə olan «Samsung» markalı mobil telefonu, bir ədəd qırmızı rəngli qoburda qara rəngli «Samsung» markalı mobil telefonu, bir ədəd üzərində «FOREVER YOUNG» sözləri yazılmış kiçik pul kisəsini və şəffaf sellofanda içərisində bir ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddə və bir ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində şəffaf rəngli kristal şəkilli maddə olan bükümləri çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində «FOREVER YOUNG» sözləri yazılmış kiçik pul kisəsini açıb, içərisində olan ona məxsus «AA2169932» seriyalı şəxsiyyət vəsiqəsi, «4169 7416 4207 6002» saylı və üzərində «Xeyalə Hacıyeva» yazılmış «4169 7420 1896 9960» saylı «Kapital Bank»a aid plastik kartları, BNA-ya aid bir ədəd «Bakı kart»ı, bir ədəd «Azerfon»a məxsus 1 ədəd sim kartı, bir ədəd 100 manatlıq, bir ədəd 5 manatlıq və bir ədəd 1 ABŞ dolları əskinaslarını sıxarıb təqdim etmişdir. Xəyala Hacıyeva plastik kartlarının hər ikisinin özünə məxsus olduğunu, «Azərfon»a məxsus bir ədəd sim kart nömrəsini yaşadığı evin yaxınlığından tapdığını və istifadə etməyərək pul kisəsində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 bel çantasından aşkar edilmiş şəffaf rəngli sellofanda içərisində bir ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan və bir ədəd şəffaf sellofana bükülmüş içərisində şəffaf rəngli kristal şəkilli maddə olan bükümlərin içərisində nə olduğu soruşulduqda sonuncu, qəhvəyi rəngli maddənin «kola» adlanan narkotik vasitə, kristal şəkilli şəffaf rəngli maddənin isə «patı» adlanan narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 həmin bükümləri ər-arvad münasibətində olmaqla birgə yaşadığı Təqsirləndirilən şəxs1 22 avqust 2022-ci il tarixdə gecə saatlarında İran İslam Respublikası vətəndaşı olan adını «Səyyad» kimi bildiyi şəxsdən əldə edərək evə gətirdiyini, həmin bükümləri Şəmisdanla birlikdə təyin olunmuş ünvana aparıb qoymaq məqsədi ilə bel çantasında daşıdığını, və üzərində təqdim etdiyi bükülülərdən başqa hər hansı bir qanunsuz əşya olmadığını göstərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış, lakin, əhəmiyyət kəsb edən hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş bir ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli maddə olan və bir ədəd içərisində kristal şəkilli şəffaf rəngli maddə olan büküm və bir ədəd elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış və «172» nömrəli möhürlə möhürlənmişdir. X8 üzərindən aşkar edilmiş 2 ədəd «Samsunq» markalı mobil telefonlar, «**********076002» və «**********969960» saylı «KapitalBank»a məxsus «AA2169932» seriyalı şəxsiyyət vəsiqəsi maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüş, pul və digər əşyalar maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Şəxsi axtarış və götürmə aparılması haqqında videoçəkiliş iştirakçılara təqdim edilmiş, iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmamışdır. İşin 1-ci cildinin 74-75-ci vərəqlərindəki protokoldan görünür ki, 22 avqust 2022-ci il tarixdə saat 11:50-də şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları Binəqədi rayonu Fatmayı qəsəbəsi, Fatmayı bağları, Yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində sonuncuların razılığı ilə Binəqədi RPİ-nin TŞ-nin baş təhqiqatçısı X16 tərəfindən Binəqədi RPİ-nin Cinayət-Axtarış şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, kiçik inspektoru polis baş serjantı Şahid2 iştirakları ilə, Binəqədi RPİ-nin KTQ-nin ekspert-kriminalisti, polis mayoru Vüsal Məmmədovun «Panasonic» markalı video kamera vasitəsi ilə video çəkilişdən istifadə edilməklə axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl şübhəli şəxslərTəqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 evdə narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış digər əşya və ya predmetlərin olduğu yerləri könüllü surətdə deməsi barədə təklif edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 mətbəxin girişindən sağ tərəfində yerləşən soyuducunun alt hissəsindəki dondurucuda qanunsuz saxladığı narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Aparılmış axtarış nəticəsində soyuducunun alt hissəsindəki dondurucudan bir ədəd böyük ölçülü ağ rəngli sellofan torba aşkar olunmuşdur. Sellofan torba açıldıqda içərisindən bir ədəd, içərisində ağ rəngli, kristal şəkilli maddə olan şəffaf rəngli sellofan bağlama, bir ədəd içərisində qəhvəyi rəngli bərk formalı maddənin və bir ədəd sarı rəngli plastik qaşıq olan bir ədəd şəffaf rəngli sellofan bağlama və bir ədəd arxa hissəsində yazılar olan ağ rəngli elektron tərəzi aşkar olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 həmin bağlamaları kimdən və nə vaxt əldə etdiyi soruşulduqda o, həmin bağlamanı 22 avqust 2022-ci il tarixdə gecə saatlarında İran İslam Respublikası vətəndaşı «Səyyad» adlı şəxsdən əvvəlcədən Nizami rayonu Babək prospektində yerləşən «Modern Hospital»ın yaxınlığında əldə etdiyini, dərhal yaşadığı evə gətirib mətbəxdəki soyuducunun alt hissəsindəki dondurucuda saxladığını, bağlamanın içərisində olan kütlələri «Səyyad» adlı şəxsin deməsi əsasında qabaqcadan həyat yoldaşı Xəyalənin köməkliyi ilə xırda bağlamalara qablaşdırmaqla müştərilərə çatdırması üçün müxtəlif yerlərə yerləşdirmək məqsədi ilə hazırlayacağını bildirmişdir. Aşkar olunmuş kütlələr və elektron tərəzi ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, zərflərin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Axtarış və götürmə aparılması haqqında video çəkiliş iştirakçılara təqdim edilmiş, şikayət və vəsatət daxil olmamışdır. Cinayət işinin 1-ci cildinin 125-ci vərəqindəki 23 avqust 2022-ci il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 barəsində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış video görüntülərin olduğu bir ədəd CD diskə müdafiəçi X10 iştirakı ilə 22 avqust 2022-ci il tarixdə saat 10-05-də baxış keçirilmişdir. Baxış Binəqədı RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X16 tərəfindən xidməti otağında Binəqədi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1, RPİ-nin Cinayət-Axtarış Şöbəsinin kiçik inspektoru, polis baş serjantı Şahid2 iştirakları ilə RPİ-nin KTQ-nin ekspert-krminalisti, polis mayoru X9 «Panasonic» markalı video kamera vasitəsi ilə video çəkilişdən istifadə edilməklə keçirilmişdir. Videogörüntüdən aydın olur ki, təhqiqatçı Təqsirləndirilən şəxs1 «Şəxsi axtarış və götürmə aparılması haqqında» 22 avqust 2022-ci il tarixli qərarla tanış etdikdən sonra, onu videoçəkilişlə barəsində şəxsi axtarış və götürmə həyata keçiriləcəyi barədə xəbərdar edir. İştirakçıların video çəkilişin həyata keçirilməsi ilə bağlı şikayəti və etirazı olmur. İştirakçılara hüquq və vəzifələri izah edilir və bundan sonra Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədləri varsa, könüllü verməsi təklif edilir. Təqsirləndirilən şəxs1 əynində olan açıq mavi rəngli cins şalvarının sol yan cibindən qara rəngli «İphone 6S» markalı mobil telefonu, sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyur. Bundan ondan üzərində başqa hər hansı bir əşyanın olub-olmadığı soruşulur. Sonuncu üzərində təqdim etdiyi bükülüdən başqa hər hansı bir qanunsuz əşya olmadığını bildirir. Bundan sonra təhqiqatçı ondan açıq mavi rəngli şalvarının ciblərini açmasını tələb edir və şalvarının ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmur. Bundan sonra üzərindən aşkar olunmuş şəffaf büküm açılır və içərisindən qəhvəyi rəngli toz şəkilli maddənin olduğu görünür. Təqsirləndirilən şəxs1 həmin qəhvəyi rəngli toz şəkilli maddənin «kakos» olduğunu, onu 22 avqust 2022-ci il tarixdə gecə saatlarında İran İslam Respublikası vətəndaşı «Səyyad» adlı şəxsin əvvəlcədən Nizami rayonu Babək prospektində yerləşən «Modern Hospital»ın yaxınlığında qoyduğu bir ədəd böyük ölçülü bağlamanın içərisində olan kütlələrdən, gecə saatlarında yaşadığı fərdi evində müştərilərə satmaq üçün hazırlayıb qablaşdırdığını və «Səyyad» adlı şəxsin təyin etdiyi müştəriyə satmaq üçün müəyyən edilmiş yerə qoymaq üçün üzərində gəzdirdiyini bildirir. Həmin bir ədəd şəffaf rəngli sellofan bükülü içərisində olan narkotik vasitəyə bənzər maddənin çəkisi və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılır və möhürlənərək götürülür. İştirakçılar və Təqsirləndirilən şəxs1 zərfin üzərini imzalayır. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və iştirakçılardan şikayət və əlavə daxil olmur. İşin 1-ci cildinin 126-cı vərəqindəki 23 avqust 2022-ci il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları evə keçirilmiş axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu bir ədəd bir ədəd CD diskə baxış keçirilmişdir. Mənzildə axtarış 22 avqust 2022-ci il tarixdə saat 11:50-də Binəqədi RPİ-nin TŞ-nin baş təhqiqatçısı polis mayoru X16 tərəfindən Binəqədi rayonu Fatmayı qəsəbəsi, Fatmayı bağları, Yeni yaşayış massivində nömrəsiz fərdi yaşayış evində narkotik vasitələrin istifadəsi, saxlanması və daşınmasında şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və ər-arvad münasibətində birgə yaşadığı Təqsirləndirilən şəxs2 razılığı ilə Binəqədi RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid3, Binəqədi RPİ-nin CAŞ-nin kiçik inspektoru, polis baş serjantı Şahid2 iştirakları ilə Binəqədi RPİ-nin KTQ-nin ekspert-krminalisti, polis mayoru X14 tərəfindən «Panasonic» markalı video kamera vasitəsi ilə video çəkilişdən istifadə edilməklə keçirilmişdir. Axtarış aparılmazdan əvvəl şübhəli şəxslərə Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüqüq və vəzifələri izah edilmişdir. Bundan sonra istintaq hərəkətində iştirak edən şəxslərə Azərbaycan Respublikası CPM-nin 51.6-cı maddəsinə əsasən texniki vasitədən istifadə edilməklə videoçəkilişin həyata keçirildiyi bildirilmiş, iştirakçıların video çəkilişin həyata keçirilməsi ilə bağlı şikayət və ya etirazları olmamışdır. Axtarış aparılmazdan əvvəl şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 «Mənzildə axtarış aparılması haqqında» 22 avqust 2022-ci il tarixli qərarla tanış edildikdən sonra onlara evdə qanunsuz saxlanılması ehtimal olunan narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış digər əşya və ya predmetlərin olduqları yerləri könüllü təqdim etməsi təklif edilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 mətbəxin girişindən sağ tərəfdə yerləşən soyuducunun alt hissəsindəki dondurucuda qanunsuz saxladığı narkotik vasitə və psixotrop maddə olduğunu bildirir. Aparılmış axtarış nəticəsində soyuducunun alt hissəsindəki dondurucudan bir ədəd böyük ölçülü ağ rəngli sellofan torba aşkar olunur. Torba açıldıqda içərisindən 1 ədəd içərisində ağ rəngli, kristal şəkilli maddə olan şəffaf sellofan bağlama, 1 ədəd içərisində qəhvəyi rəngli bərk formalı maddə və 1 ədəd sarı rəngli plastik qaşıq olan 1 ədəd şəffaf sellofan bağlama və 1 ədəd arxa hissəsində yazılar olan ağ rəngli elektron tərəzinin aşkar olunur. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 həmin bağlamaları kimdən, nə vaxt əldə etdiyi soruşulur. Sonuncu həmin bağlamanı 22 avqust 2022-ci il tarixdə gecə saatlarında İran İslam Respublikası vətəndaşı «Səyyad» adlı şəxsdən əvvəlcədən Bakı şəhəri Nizami rayonu, Babək prospektində yerləşən «Modern Hospital»ın yaxınlığında əldə etdiyini və yaşadığı evə gətirərək mətbəxdə soyuducunun alt hissəsindəki dondurucuda saxladığını bildirir. Həmçinin həmin bağlamanın içərisində olan kütlələri «Səyyad» adlı şəxsin deməsi əsasında qabaqcadan həyat yoldaşı Xəyalənin köməkliyi ilə müxtəlif xırda bağlamalara qablaşdırmaqla müştərilərə çatdırması üçün müxtəlif yerlərə yerləşdirmək məqsədi ilə hazırlayacağını bildirir. Soyuducunun dondurucu hissçəsindən aşkar olunmuş içərisində ağ rəngli kristal şəkilli maddə olan şəffaf sellofan bağlama, 1 ədəd içərisində qəhvəyi rəngli bərk formalı maddə və 1 ədəd sarı rəngli plastik qaşıq olan 1 ədəd şəffaf sellofan bağlama və 1 ədəd arxa hissəsində yazılar olan ağ rəngli elektron tərəzi 1 ədəd böyük zərfə qoyulub qablaşdırılır. Zərf möhürlənir və üzəri iştirakçılar tərəfindən imzalanır. Bundan sonra fərdi yaşayış evinin bütün otaqlarında axtarış aparılır, lakin, sübut əhəmiyyəti kəsb edilə bilən hər hansı bir əşya aşkar edilmir. İşin 1-ci cildinin 140-141-ci vərəqlərindəki 24 avqust 2022-ci il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 barəsində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin olduğu bir ədəd bir ədəd CD diskə baxış keçirilmişdir. Şəxsi axtarış və götürmə 22 avqust 2022-ci il tarixdə saat 10:05də Binəqədi RPİ-nin TŞ-yə ezam edilmiş 5-ci PB-nin baş təhqiqatçısı polis kapitanı X13 tərəfindən Binəqədi RPİ-nin inzibati binasında xidməti otaqların birində Binəqədi RPİ-nin CAŞ-ın üzrə əməliyyat müvəkkili, polis levtenantı Şahid3 və Binəqədi RPİ-nin CAŞ üzrə kiçik inspektoru polis baş serjantı Şahid4 iştirakları ilə Binəqədi RPİ-nin KTQ-nin ekspertkriminalisti, polis mayoru X6 tərəfindən «Panasonic» markalı video kamera vasitəsi ilə video çəkilişdən istifadə edilməklə keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra ona üstündə, paltarında və bədənində olan əşyaların təqdim edilməsi təklif edildikdə sonuncu, sağ çiynindən asılmış qara rəngli bel çantasını açıb içərisindən 1 ədəd qara rəngli saç darağı, 1 ədəd bənövşəyi rəngli «X28» markalı dezodrantı, 1 ədəd gümüşü rəngli qeyri-işlək vəziyyətdə olan elektron tərəzini, 1 ədəd qara rəngli qulaqcığı, 1 ədəd arxası qırmızı, önü qara rəngdə olan «Samsung» markalı mobil telefonu, 1 ədəd qırmızı rəngli qoburda qara rəngli «Samsung» markalı mobil telefonu, 1 ədəd üzərində «FOREVER YOUNG» sözləri yazılmış kiçik pul kisəsini və şəffaf sellofanda içərisində 1 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddə və 1 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində şəffaf rəngli kristal şəkilli maddə olan bükümləri çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində «FOREVER YOUNG» sözləri yazılmış kiçik pul kisəsini açıb, içərisində olan ona məxsus «AA2169932» seriyalı şəxsiyyət vəsiqəsi, «4169 7416 4207 6002» saylı və üzərində «Xeyalə Hacıyeva» yazılmış «4169 7420 1896 9960» saylı «Kapital Bank»a aid plastik kartları, BNA-ya aid 1 ədəd «Bakı kart»ı, 1 ədəd «Azerfon»a məxsus sim kartı, 1 ədəd 100 manatlıq, 1 ədəd 5 manatlıq və 1 ədəd 1 ABŞ dolları əskinaslarını sıxarıb təqdim edir. Xəyala Hacıyeva plastik kartların hər ikisinin özünə məxsus olduğunu, «Azərfon»a məxsus 1 ədəd sim kart nömrəsini yaşadığı evin yaxınlığından tapdığını və istifadə etməyərək pul kisəsində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 bel çantasından aşkar edilmiş şəffaf rəngli sellofanda içərisində 1 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan və 1 ədəd şəffaf sellofana bükülmüş içərisində şəffaf kristal şəkilli maddə olan bükümlərin içərisində nə olduğu soruşulduqda sonuncu, qəhvəyi rəngli maddənin «kola» adlanan narkotik vasitə, kristal şəkilli şəffaf maddənin isə «patı» adlanan narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 həmin bükümləri ər-arvad münasibətində olmaqla birgə yaşadığı Təqsirləndirilən şəxs1 22 avqust 2022-ci il tarixdə gecə saatlarında İİR-sı vətəndaşı olan adını «Səyyad» kimi bildiyi şəxsdən əldə edərək evə gətirdiyini, həmin bükümləri Şəmisdanla birlikdə təyin olunmuş ünvana aparıb qoymaq məqsədi ilə bel çantasında daşıdığını və üzərində təqdim etdiyi bükülülərdən başqa hər hansı bir qanunsuz əşya olmadığını göstərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış, lakin, əhəmiyyət kəsb edən hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli maddə olan və 1 ədəd içərisində kristal şəkilli şəffaf maddə olan büküm və 1 ədəd elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. X8 üzərindən aşkar edilmiş 2 ədəd «Samsung» markalı mobil telefonlar, **********076002 və **********969960 saylı Kapital Banka məxsus AA2169932 seriyalı şəxsiyyət vəsiqəsi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüş, pul və digər əşyalar sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Şəxsi axtarış və götürmə aparılması haqqında videoçəkiliş iştirakçılara təqdim edilmiş, iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmamışdır. İşin 1-ci cildinin 219-cu vərəqəsindəki 20 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus və istifadəsində olmuş 1 ədəd «Samsung» markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin mobil telefon arxası qırmızı rəngli «Samsunq A21s» adlı mobil telefondur. Telefon aparatının arxa yuxarı hissəsinə kamera və fənər vardır. Telefonun arxa qapağını açdıqda telefonda 1 ədəd «NAR» operatoruna məxsus ***-***-**-** saylı mobil nömrələrin olduğu müəyyən edilir. Daha sonra isə telefonun arxası bağlanılır. Bundan sonra telefonu yandırmaq üçün sağ yan tərəfdə olan düyməni basılı saxladıqdan sonra telefon açılır, 0099 kodu ilə android işə salınır və ekranda qız şəkili görünür. Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 1 ədəd «Samsung» markalı mobil telefonun üzərində olan ***-***-**-** nömrə ilə +**********11 Allah, +**********00 Baba və +**********40 SSSS, Turk, Şemi kimi qeyd edilmiş mobil nömrələr arasında WhatsApp proqram vasitəsi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı kimi bilinən «Səyyad» adlı şəxslə aralarında müxtəlif günlərdə və saatlarda satış məqsədi ilə narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi ilə bağlı səsli mesajların və satış məqsədi ilə yerləşdirtdikləri yerin koordinatların sxemlərinin, ağ rəngli elektron tərəzidə narkotik vasitənin və psixotrop maddənin çəkilməsinin şəkillərinin və sair olması müəyyən edilmişdir. İşin 1-ci cildinin 220-ci vərəqəsindəki 20 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus və istifadəsində olmuş 1 ədəd «Samsung» markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin mobil telefon qara rəngli arxasında qırmızı rəngli kobura olan mobil telefondur. Telefon aparatının arxa yuxarı hissəsinə kamera və fənər vardır. Telefonun arxa qapağını açdıqda telefonda 1 ədəd «NAR» operatoruna məxsus ***-***-**-** saylı mobil nömrələrin olduğu müəyyən edilir. Daha sonra isə telefonun arxası bağlanılır. Bundan sonra telefonu yandırmaq üçün sağ yan tərəfdə olan düyməni basili saxladıqdan sonra telefon açılır içərisinə sxem kodu ilə daxil olunur və ekranda qız şəkili görünür. Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 1 ədəd «Samsung» markalı mobil telefonun üzərində olan ***-***-**-** nömrə ilə +**********11, +**********40, +**********16 və SSSS kimi qeyd edilmiş mobil nömrələr arasında Wotçap proqram vasitəsi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı kimi bilinən «Səyyad» adlı şəxslə aralarında müxtəlif günlərdə və saatlarda satış məqsədi ilə narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi ilə bağlı səsli mesajların və yerləşdirtdikləri yerin koordinatların sxeminin və ağ rəngli elektron tərəzidə narkotik vasitənin və psixotrop maddənin çəkilməsinin şəkillərinin və sair olması müəyyən edilmişdir. İşin 1-ci cildinin 221-ci vərəqəsindəki 20 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 1 ədəd «İphone 6S» markalı mobil telefona baxış keçmimişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin mobil telefon qara rəngli «İphone 6S» yazılmış mobil telefondur. Telefon aparatının arxa yuxarı hissəsinə kamera və fənər vardır. Telefonun arxa qapağı açdıqda telefonda 1 ədəd «NAR» operatoruna məxsus ***-***-**-** saylı mobil nömrənin olduğu müəyyən edilir. Daha sonra isə telefonun arxası bağlanılır. Bundan sonra telefonu yandırmaq üçün sağ yan tərəfdə olan düyməni basılı saxladıqdan sonra telefon açılır, 305241 kodu ilə android işə salınır və ekranda «İphone 6S» sözü görünür. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 1 ədəd «İphone 6S» markalı mobil telefonun üzərində olan ***-***-**-** nömrə ilə +**********11 Allah, +**********00 Baba və +**********40 SSSS kimi qeyd edilmiş mobil nömrələr arasında WhatsApp proqramı vasitəsi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı kimi bilinən «Səyyad» adlı şəxslə aralarında müxtəlif günlərdə və saatlarda satış məqsədi ilə narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi ilə bağlı səsli mesajların və yerləşdirtdikləri yerin koordinatların sxeminin və ağ rəngli elektron tərəzidə narkotik vasitənin və psixotrop maddənin çəkilməsinin şəkillərinin və sair olması müəyyən edilmişdir. İşin 2-ci cildinin 17-20-ci vərəqlərindəki 10 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 16,097 qram narkotik vasitə olan heroin və yaşadığı evindən aşkar edilərək götürülmüş bir ədəd bağlamada təmiz çəkisi 1010,8 qram narkotik vasitə heroin, bir ədəd bağlamada təmiz çəkisi 300,6 qram psixotrop maddə metamfetamin, üzərində heroin izləri olan bir ədəd ağ rəgli elektron tərəzi və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş «İphone 6S» markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİnin saxlanc anbarına təhvil verilmişdir. İşin 2-ci cildinin 21-24-cü vərəqlərindəki 10 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilib götürülmüş bir ədəd bükümdə, təmiz çəkisi 35,274 qram narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 9,380 qram psixotrop maddə metamfetamin, üzərində heroin izləri olan bir ədəd gümüşü rəngli elektron tərəzi, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş iki ədəd «Samsung» markalı mobil telefon və Azərbaycan Respublikası DİN BİKİ-dən daxil olmuş mobil telefon nömrələr barədə məlumatlar olan bir ədəd CD disk maddi sübut kimi tanınmış, CD disk cinayət işinə əlavə edilmiş, digərləri isə Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İşin 2-ci cildinin 35-54-cü vərəqlərindəki 13 dekabr 2022-ci il tarixli «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, 22 avqust 2022-ci il tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə şəxsi axtarış və yaşadıqları evdə aparılmış axtarış zamanı aparılmış videoçəkilişinin videogörüntülərinin əks edildiyi üç ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İşin 1-ci cildinin 222-225-ci vərəqlərindəki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsindən daxil olmuş tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. İşdəki Bakı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, X4 təcridxanada müayinə edilərkən xəsarət aşkar edilməmişdir. İşin 1-ci cildinin 27-ci vərəqindəki protokoldan görünür ki, X4 22 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 56-cı vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 22 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 160-163-cü vərəqlərindəki Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 24 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 22 avqust 2022-ci il tarixdən hesablanmaqla 4 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İşin 1-ci cildinin 164-170-ci vərəqlərindəki Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 24 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 22 avqust 2022-ci il tarixdən hesablanmaqla 4 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İşin 2-ci cildinin 6-10-cu vərəqlərindəki Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 01 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İşdəki Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İşdəki «Azemis» Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 5 iyul 2021-ci il təvəllüdlü X17 və 1 yanvar 2011-ci il təvəllüdlü X12 olmaqla iki azyaşlı uşağı vardır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmədə təqsirləndirilən şəxslərin təqsirlərini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs1 məhkəmədə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək yaşadığı evdə cəmi bir kq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirdi. Təqsirləndirilən şəxs2 isə özünü təqsirli bilməyərək cinayət törətmədiyini bildirdi. Onların bu ifadələri ibtidai istintaq zamanı müdafiəçilərinin iştirakı ilə verdikləri etirafedici ifadələri, məhkəmədə dindirilmiş və tədqiq edilmiş şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, ifadələrinə tənqidi yanaşır və sübut hesab etmir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onların əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı, onlar həmin maddələrlə təqsirli bilinməli və onlara cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 22 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-in 93-1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 22 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, dərhal məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 16,097 qram narkotik vasitə olan heroin, yaşadığı evindən aşkar edilərək götürülmüş bir ədəd bağlamada təmiz çəkisi 1010,8 qram narkotik vasitə heroin (ikisi birlikdə tədqiqatlardan sonra cəmi qalıq 1026,537) qram, bir ədəd bağlamada təmiz çəkisi 300,6 (tədqiqatlardan sonra qalıq 300,38) qram psixotrop maddə metamfetamin, üzərində heroin izləri olan bir ədəd ağ rəngli elektron tərəzi, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilib götürülmüş bir ədəd bükümdə, təmiz çəkisi 35,274 (tədqiqatlardan sonra qalıq 35,154) qram narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 9,380 (tədqiqatlardan sonra qalıq 9,260) qram psixotrop maddə metamfetamin, üzərində heroin izləri olan bir ədəd gümüşü rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş «İphone 6S» markalı mobil telefon onun qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş iki ədəd «Samsung» markalı mobil telefonlar onun qohumlarına qaytarılmalı, Azərbaycan Respublikası DİN BİKİ-dən daxil olmuş mobil telefon nömrələr barədə məlumatlar olan bir ədəd CD disk və 22 avqust 2022-ci il tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə şəxsi axtarış və yaşadıqları evdə aparılmış axtarış zamanı qeydə alınmış videogörüntülərin əks edildiyi üç ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 342 (üç yüz qırx iki) manat X4 və Təqsirləndirilən şəxs2 hər birindən 171 (yüz yetmiş bir) manat olmaqla müştərək qaydada dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 22 avqust 2022-ci il tarixdən hesablansın. X1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X2 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 22 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 16,097 qram narkotik vasitə olan heroin, yaşadığı evindən aşkar edilərək götürülmüş bir ədəd bağlamada təmiz çəkisi 1010,8 qram narkotik vasitə heroin (ikisi birlikdə tədqiqatlardan sonra cəmi qalıq 1026,537) qram, bir ədəd bağlamada təmiz çəkisi 300,6 (tədqiqatlardan sonra qalıq 300,38) qram psixotrop maddə metamfetamin, üzərində heroin izləri olan bir ədəd ağ rəgli elektron tərəzi, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilib götürülmüş bir ədəd bükümdə, təmiz çəkisi 35,274 (tədqiqatlardan sonra qalıq 35,154) qram narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 9,380 (tədqiqatlardan sonra qalıq 9,260) qram psixotrop maddə metamfetamin, üzərində heroin izləri olan bir ədəd gümüşü rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş «İphone 6S» markalı mobil telefon onun qohumlarına qaytarılsın, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş iki ədəd «Samsung» markalı mobil telefonlar onun qohumlarına qaytarısın. Azərbaycan Respublikası DİN BİKİ-dən daxil olmuş mobil telefon nömrələr barədə məlumatlar olan bir ədəd CD disk və 22 avqust 2022-ci il tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə şəxsi axtarış və yaşadıqları evdə aparılmış axtarış zamanı qeydə alınmış videogörüntülərin əks edildiyi üç ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 342 (üç yüz qırx iki) manat X4 və Təqsirləndirilən şəxs2 hər birindən 171 (yüz yetmiş bir) manat olmaqla müştərək qaydada dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkumlara isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-612/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-612/2023
30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver