Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-612/2024 14.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məmmədov Fəxri Afiq oğlu və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, 30 avqust 1995-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, bir uşağı olan, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, H.Əliyev prospekti, ev 14 ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 7,589 qram çəkidə psixotrop maddə metamfetamini 2022-ci il noyabr ayının 22-də Bakı şəhəri, Binəqədi rayonu ərazisində metronun "Azadlıq stansiyası” yaxılığında istintaqa məlum olmayan mənbədən əldə edərək, üzərində saxlamış və daşımışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 23 noyabr 2022-ci il tarixdə saat 18:45 dəqiqədə ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən 02 ədəd şəffaf rəngli sellofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri 3,270 qram və 4,319 qram olmaqla, ümumi külli miqdarda təmiz çəkiləri 7,589 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, o, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, 23 noyabr 2022-ci il tarixində saat 17:30 radələrində işlədiyi yerdən çıxıb evə getmək üçün iş yoldaşı ilə birlikdə Xətai prospektində avtobus dayanacağına gəlmişlər. Avtobus gözləyən zaman bir nəfər ona yaxınlaşıb adını soruşmuşdur. 2 nəfər də maşında, biri sükan arxasında, o biri isə arxa oturacaqlarda olmuşdur. Sonradan iki nəfər də onun yanına yaxınlaşmışdır. O adını dedikdən sonra isə yaxınlaşan şəxs özünü təqdim edərək polis əməkdaşı olduğunu, onlarla getməli olduğunu bildirmişdir. O da onlarla razılaşmışdır. Sonra ona yaxınlaşan şəxslər onun telefonunu söndürərək öz avtomobillərinə mindirib BMCMİ-nə gətirmişlər. Qeyd etmişdir ki, ona yaxınlaşan 3 nəfər idi. BMCMİ-nə çatdıqda onu rəisin otağına aparmışlar. Rəis ona demişdir ki, 1 həftə əvvəl Hicran adlı şəxsə bankomat vasitəsilə 47 manat pul göndərmisən. O da pul göndərdiyi şəxsin adını bilmədiyini, lakin 47 manat göndərdiyini xatırladığı üçün İmran adlı şəxsə 47 manat pul göndərdiyini demişdir. Hətta yazışmaların da olduğunu demişdir. Ondan sadəcə bu sualı soruşmuşlar. İstintaqda deyilən bankomatla göndərilən 47 manat pul onun dostuna göndərdiyi pul olmuşdur. Dostu pulu göndərməyi üçün kart məlumatları göndərmiş, həmin kart məlumatları da Hicran adlı şəxsə məxsus olmuşdur. Hicran adlı şəxs də BMCMİ tərəfindən saxlanılıbmış. Əgər o kartın sahibinin həbs olunmuş bir şəxs olduğunu bilsəydi həmin karta pul göndərməzdi. Kart məlumatlarını dostu atdığı üçün karta pul köçürəndə dostuna çatacağını düşünmüşdür. Hətta köçürmə ilə bağlı qəbzi whatsapp-dan atmışdır. Həmin qəbzdən əlavə dostu ilə bu məsələ ilə bağlı yazışmaları da var. Dindar insan olduğu üçün hər il xüms çıxarır, xümsu dostunun da maddi vəziyyəti pis olduğu üçün ona vermişdir. Onun məqsədi pulu dostuna göndərmək olmuşdur. Lakin dostu ona Hicran adlı şəxsin kartını atmışdır. O da pul göndərəndə həmin karta göndərmişdir. Dostunun o kartı necə tapdığı və niyə atdığı ilə bağlı bir fikri yoxdur. O kartın əsas sahibi olan Hicran adlı şəxsi tanımır. Baş idarədə onun aparıldığı və adını bilmədiyi rəisin otağı yuxarı mərtəbədə idi. Polis əməkdaşları rəisin otağından sonra onu başqa bir otağa aparmışlar. Rəisin otağından sonra aparıldığı otaqda 5 nəfər olmuşdur. Sonra polis əməkdaşları ondan narkotik maddə saxlamaqda ittiham olunmağı qəbul etməyini tələb etmişlər. Həmin otağa ilk girəndə əlləri qandallı olmamışdır, sonra həmin otaqda vurmağa başlamışlar. Həmin otaqdakı 5 nəfər onun başına və digər nahiyələrinə vurmuşlar. Polis əməkdaşları onu döyüb işgəncə etmiş, paltarlarını soyundurmuş və əlləri bağlı vəziyyətdə dubinka ilə ona qarşı alçaldıcı, aşağılayıcı, təhqiramiz hərəkətlər etmişlər. İdarədə narkotik vasitə ilə ittiham olunmağı qəbul etməyəcəyi təqdirdə ona dubinka ilə nalayiq hərəkətlər edəcəkləri ilə hədələmişlər. O da bunların müqabilində məcbur olub narkotik vasitə saxlamaqda ittiham olunmağı qəbul etmişdir. Razılaşdıqdan sonra onu başqa otağa aparmışlar. Üzərinə videoçəkiliş ilə baxış keçirilənə qədər ona vəkil təyin eləmişlər. Sonra üzərinə videoçəkiliş ilə baxış keçirmişlər. Üzərinə videobaxışla şəxsi axtarışdan sonra onu padvala aparmışlar. Sənədləri imzalamaq üçün ya müstəntiqin yanına qalxmış, ya da müstəntiq özü onun yanına padvala düşmüşdür. Sənədləri imzalayarkən müdafiəçi onun yanında olmamışdır. Müdafiəçi üzərinə videoçəkilişlə şəxsi axtarış zamanı və 1-ci məhkəmə prosesindən başqa heç vaxt yanında olmamışdır. Bu vaxtlardan başqa da vəkil 1 dəfə müstəntiqin otağında olarkən onunla olmuşdur. Ona təyin olunan vəkil elə onun olduğu otaqda olmuşdur. Ona qarşı edilən işgəncələri vəkilə deməmişdir. Nə vəkil soruşmuş, nə də o hər hansı işgəncədən bəhs etməmişdir. O ilkin izahatında ona qarşı edilən işgəncənin təsirində olmuş, çox pis hərəkətlərə məruz qalmış, dubinka ilə döyülmüşdür. İşgəncə ilə bağlı vəkili müvafiq qurumlara müraciət etmişdir. Ona qarşı işgəncə faktı öz təsdiqini tapmamışdır, faktın təsdiqini tapıb-tapmadığını bilmir, vəkili bilir. İşgəncə faktı ilə bağlı ekspertiza təyin olunmuş və xəsarətlərinin şəklini də çəkmişlər. Araşdırma olmuş, lakin araşdırmanın nəticəsində xəsarətləri işdə aldığını yazmışlar. Hicran adlı şəxslə əlaqədar hər kəsi BMCMİ saxlamışdır. O, 8 gün baş idarədə qalmış, orada kiminləsə əlaqə saxlamağa imkan yaratmamışlar. Orada qaldıqdan sonra onunla birlikdə digər şəxsləri də Dövlət Təhlükəsizlik Xidmətinə aparılmışdır. DTX-ə aparılanda orada ailəsi ilə əlaqə yaratmağına şərait yaratmışlar. O DTX-də olanda məhkəmə təyin olunmuş və ailəsini orada görmüşdür. 1 ay araşdırmanın nəticəsində onun onlarla heç bir əlaqəsinin olmadığı, günahının olmadığı aşkarlanmışdır. O, ev dustaqlığına keçirilməyini tələb edirmiş. Sonra onun ittiham olunduğu maddəni dəyişmiş, onu ev dustaqlığına buraxmışlar. O əvvəl saxlanıldıqda Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunmuş, sonra isə onu ittiham etdikləri əməli həmin məcəllənin 234.1-1-ci maddəsinə tövsif etmişlər. Onun narkotik vasitələrlə əlaqəsi olmamışdır. 1-2 gün sonra onu ekspertizaya analiz verməyə aparmışlar. Sidik analizindən narkotik maddə aşkarlandıqda təəccüblənmişdir, çünki o uşaq yaşlarından namaz qılan insandır və narkotik maddələrdən heç vaxt istifadə etməmişdir. O ekspertiza zamanı təkrar müayinə tələb etmiş, lakin onlar bu tələbini qəbul etməmişlər. O üzərindən aşkarlanan 2 büküm narkotik vasitə ilə bağlı onu deyə bilər ki, o uşaq yaşlarından namaz qılan adam olmuşdur. O belə düşünür ki, onu narkotik maddə ilə ittiham etmələrinin səbəbi aydınlaşdırılmalıdır. 47 manatı isə dostuna göndərmişdir. Qanuna görə bu iş onun başına gələn kimi olmamalı imiş. Hətta o DTX-dən sonra öyrənmişdir ki, onun kimi bir neçə şəxsin də işdə adı keçmiş, həmin şəxslər DTX tərəfindən çağırılmış, şəxsiyyət vəsiqələri və kart məlumatları götürüləndən sonra araşdırma aparılmış, lakin özləri buraxılmışdır. Hadisələr ona qarşı da bu şəkildə baş verməli imiş. O polis əməkdaşlarının onu səhvən saxladıqlarını demir. Əgər onun haqqında da belə bir şübhə var idisə, onda onu idarəyə çağırıb bank və şəxsiyyət məlumatlarını götürərdilər. Təqsiri aşkar olunarsa gəlib tutardılar. Əlavə suallara cavab olaraq bildirmişdir ki, Şahid1 onu saxlayan şəxsdir. Bu şəxs ona qarşı hər hansı hüquqazidd əməl, işgəncə halları törətməmişdir. Şahid3 tanıyır. Bu şəxs tərəfindən ona qarşı heç bir fiziki, psixi təzyiq halları olmamışdır. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, verdiyi ifadələrində əməlindən peşiman olduğunu, 3 qardaş olduqlarını, atası X7 Bakı şəhəri Xətai rayonu İcra hakimiyyətinə tabe olan Mənzil İstismar sahələrinin birində mühəndis işlədiyini, anası X4 Binəqədi rayonunda mağazaların birində təmizlikçi işlədiyini, ailənin ən kiçik övladı olduğunu, beşinci sinifdə oxuyanda atasının işi ilə əlaqədar Bakı şəhərinə köçdüklərini, ona qədər rayonda yaşadıqlarını, o vaxtda atasının maddi imkanı həmişə aşağı olduğu üçün daimi yaşamaq üçün ev ala bilmədiklərini, məktəbi rus sektorunda oxusa da milliyyətcə azərbaycanlı olduğunu, ailədə və cəmiyyətdə həmişə Azərbaycan dilində danışdığını, yəni rus dilində bilsə də ana dilinin Azərbaycan dili olduğunu, həm ofisiant, həm də yeni tikilən binalarda iş olarsa müqavilə ilə elektrik işlədiyini, aylıq qazancının təxminən orta hesabla işi olarsa 1200-1300 manat olduğunu, ailəsinin dəstəyi ilə 7-8 il qabaq torpaq alaraq yavaş-yavaş özü üçün ev tikdiyini, həyat yoldaşı X3 orta təhsilli olduğunu, 4 yaşlı Məryəm adlı qız övladının olduğunu, 14-15 yaşlarından namaz qılmağa başladığını, 22 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Azadlıq metrostansiyasının yaxınlığında gəzərkən yerdə iki ədəd bükümdə şəffaf rəngli maddənin olduğunu gördüyünü, maraq kəsb etdiyi üçün həmin bükümləri əlinə alarkən onların içərisində şüşə adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri istifadə etmək üçün cibinə qoyaraq oradan uzaqlaşdığını, lakin istifadə edə bilmədiyini, 23 noyabr 2022-ci il tarixdə saat 18:45-də ünvan 2 ünvanın yaxınlığında olduğu zaman 3 nəfər mülki geyimli şəxsin ona yaxınlaşaraq özlərini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları olduqlarını bildirdiklərini, ondan anket məlumatlarını soruşaraq dəqiqləşdirdikdən sonra onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirdiklərini, barəsində olan “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etdiklərini, özünün səmimi olaraq üzərində psixotrop maddə olduğunu etiraf etdiyini, bundan sonra polis əməkdaşlarının onu BMCMİ-nə dəvət etdiklərini, o da etiraz etmədən polis əməkdaşları ilə birgə həmin idarəyə getdiyini, polis idarəsində hüquqlarını müdafiə edəcək vəkillə və tərcüməçi ilə təmin edildiyini və şübhəli şəxs qismində tutulduğunu, ona hüquq və vəzifələrinin izah edildiyini, video çəkilişdən istifadə edilərək üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı üzərində “şüşə” adı ilə tanıdığı maddə olduğunu polislərə bildirdiyini, əynində olan qara rəngli cins şalvarının sağ yan cibində olan 02 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etdiyini və həmin maddələrin “şüşə” adı ilə tanıdığı psixotrop maddələr olduğunu dediyini, təqdim etdiyi 02 ədəd şəffaf sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda hər iki bükümün içərisindən psixotrop maddə metamfetaminin aşkar olunduğunu, sorğu zamanı üzərindən aşkar olunan 02 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini 22 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Azadlıq metrostansiyasının yaxınlığında tapdığını, tapdığı maddələri öz şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını polislərə bildirdiyini, bundan sonra üzərindən aşkar edilən 02 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminin polis əməkdaşları tərəfindən qablaşdırılaraq möhürlənərək iştirakçılar tərəfindən imzalandıqdan sonra götürüldüyünü və sonda bununla bağlı protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalandığını, heç vaxt satış məqsədilə narkotik vasitə və ya digər maddəni əldə etmək fikrində olmadığını, yerdən tapdığı həmin maddəni əvvəllər narkotik və psixotrop maddə istifadə etmədiyi üçün maraq naminə istifadə etmək niyyətində olduğunu, ilk dəfə dadına baxmaq istədiyini, heç vaxt satış məqsədilə narkotik vasitə və ya digər maddəni əldə etmək fikrində olmadığını, çünki öz halal zəhməti ilə pul qazanan insan olduğuna görə narkotikdən gələn gəlirin ailəsinin və özünün ehtiyaclarına sərf edə bilməyəcəyini, sadəcə olaraq maraq üçün və istifadə etmək üçün həmin psixotrop maddəni, yəni metamfetamini özündə saxladığını, əməlindən səmimi peşmançılıq keçirdiyini istintaqa bildirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, ötən ilin 23 noyabr 2022-ci il tarixində axşam 18-19 radələrində ona Təqsirləndirilən şəxslə bağlı narkotik maddə və psixotrop maddələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının daxil olduğu saatı dəqiq xatırlamır. Onlar daxil olan əməliyyat məlumatının mötəbərliyini haqqında cinayət törətmək şübhəsi olan şəxsi baş idarəyə dəvət edərək üzərində şəxsi axtarış keçirərək yoxlayırlar. İndiki vaxta qədər onlara daxil olan məlumatların hər biri həqiqəti əks etdirən məlumatlar olmuşdur. Təqsirləndirilən şəxsin saxladıqları gün Nərimanov rayonu, Xətai 8 ünvanında olacağını təxmin edərək ora yaxınlaşmışlar. Onlara daxil olan əməliyyat məlumatında təqsirləndirilən şəxsin xarici görünüşü ilə bağlı məlumat olmamışdır. Onlar təqsirləndirilən şəxsi saxladıqdan əvvəl onun Şahin oluğunu təxmin edib yaxınlaşmışlar. Bundan sonra 23 noyabr saat 18-19 radələrində Nərimanov rayonu Xətai prospekti deyilən yerdə Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş, şübhəli şəxslə bağlı anket məlumatlarını dəqiqləşdirdikdən sonra onu baş idarəyə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar təqsirləndirilən şəxsi saxladıqlarında tək olmuşdur. Onlar təqsirləndirilən şəxsə yaxınlaşdıqlarında tək olmasına baxmayaraq, əlverişli şərait olmadığı üçün elə yerindəcə üzərinə şəxsi axtarış keçirə bilməmişlər. Onlar təqsirləndirilən şəxsə onu nə üçün saxladıqlarını izah etmiş, onu saxlama ilə bağlı qərarla tanış etmişlər. Təqsirləndirilən şəxsi tanış etdikləri qərarın kim tərəfindən yazılması və səhifələrinin sayı yadında deyil. Şəxsi tanış etdikləri qərar onların yox, rəhbərliyin qərarı olmuşdur. Onlar təqsirləndirilən şəxsə qərarı göstərmişlər. O, oxumuş, tanış olmuş və etiraz etmədən onlarla baş idarəyə gəlmişdir. Əməliyyatı həyata keçirdiyi və rəhbəri olduğu qrupda 3 nəfər olmuşlar. Şahini saxladıqdan əvvəl üçü də ona yaxınlaşıb özlərini təqdim etmişlər. Şahini baş idarəyə aparmaq üçün avtomobilin arxa oturacağına əyləşdirmişlər, o qabaq sərnişin oturacağında oturmuş, bir nəfər avtomobili idarə etmiş və bir nəfər də arxada təqsirləndirilən şəxslə birgə oturmuşdur. Təqsirləndirilən şəxsi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirdikdə dərhal prosessual şəxsə təqdim etmişlər. Onlar təqsirləndirilən şəxsdən nə izahat almış, nə də ona sual-cavab etmişlər, baş idarəyə gətirən kimi təhqiqatçıya təhvil vermişlər. Təhqiqatçının otağının hansı mərtəbədə olduğunu xatırlamır, çünki onlarda tez-tez otaq dəyişmələri olur. Onlar təqsirləndirilən şəxsi baş idarəyə gətirən kimi rəhbərliyə məlumat verilir və təxminən 1 dəqiqə ərzində təhqiqatçı təyin olunur. Təhqiqatçı məlum olduqdan sonra təqsirləndirilən şəxsi birbaşa təhqiqatçının otağına aparmışlar. Şahini təhqiqatçının otağından başqa heç bir otağa aparmamışlar. Onlar təqsirləndirilən şəxsi təhqiqatçının otağına apardıqda orada neçə dəqiqə gözlədikləri yadında deyil. Təqsirləndirilən şəxsi təhqiqatçının otağına apardıqda əllərini qandalla bağlamamışlar, onların yanında onun əli açıq olmuşdur. Müdafiəçi gələnə qədər onlar koridorda gözləmişlər. Ona qədər təhqiqatçı Şahinlə otaqda olmuşdur. O təhqiqatçıyla Şahinin nə danışdığının şahidi olmamışdır. Onunla birgə əməliyyatın keçirilməsində iştirak edən digər təhqiqatçılar da onun yanında olmuşlar, otağa girib-çıxmışlar. Şahinlə təhqiqatçının otağında olarkən otağa onlardan başqa heç kim girib-çıxmamışdır. O, təhqiqatçının müdafiəçini necə çağırdığını görməmişdir. Onlar ora çatdıqdan neçə dəqiqə sonra müdafiəçinin gəldiyini xatırlamır. Onlar təqsirləndirilən şəxsi təhqiqatçının otağına apardıqda otaqda təhqiqatçı və müdafiəçi olmuşdur. Təhqiqatçının otağında olarkən müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxsin üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Müdafiəçi gəldikdə və təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçiriləndə onlardan başqa otaqda heç kim olmamışdır. Baş idarədə müdafiəçinin iştirakı ilə üzərinə videoçəkilişlə baxış keçiriən zaman şübhəli şəxs üzərindəki 2 büküm metamfetamini özü onlara təqdim etmişdir. Təqsirləndirilən şəxsin üzərinə axtarış keçirilərkən 2 büküm psixotrop maddədən başqa mobil telefon və avtobus kartı aşkarlanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəni Azadlıq prospekti metrostansiyasının yaxınlığından tapdığını demişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitəni öz şəxsi istifadəsi üçün saxladığını demişdir. O, təqsirləndirilən şəxsin üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilən zaman iştirak etmişdir. Videoçəkilişdən müəyyən qədər sonra ifadələri ilə bağlı sənədləri imza etmişlər. İfadəsinə imza çəkməzdən əvvəl oxumuşdur. Müstəntiq ifadə vermələri üçün onları çağırmışdır. İfadə verən zaman onlar danışmış, müstəntiq də komputerdə qeyd etmişdir. O və əməliyyat qrupundakı digər əməliyyatçılar ayrı-ayrı vaxtlarda ifadə vermişlər. Təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki, psixi zorakılıq halları olmamışdır. Təqsirləndirilən şəxsə qarşı fiziki və ya psixoloji təzyiq halları olmamışdır. İbtidai araşdırma zamanı Şahid1 ifadəsində bildirmişdir ki, 23 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olduğunu, həmin məlumatın yoxlanılması məqsədi ilə Baş İdarənin rəisinə raportla məruzə etdiyini, icazə verildikdən sonra həmin şəxsin ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etdiyini, həmin qərarın Baş İdarə rəisi tərəfindən təsdiqləndiyini, daha sonra həmin məlumatın yoxlanılması üçün qrup yaradıldığını, həmin qrupa rəhbərlik etdiyini bildirmişdir. Bundan sonra o, ifadəsində, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs ünvan 1 ünvanın yaxınlığında olduğunu öyrəndikləri üçün xx.xx.2022-ci il tarixdə saat 18:45-də həmin ünvana gəldiklərini, həmin vaxt bir nəfər şəxsin həmin ünvanda piyada hərəkət etdiyini gördüklərini, həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdiklərini, ondan anket məlumatları barədə bildirməsini xahiş etdiklərini, həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etdiyindən sonuncuya Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmək lazım olduğunu bildirdiklərini, Təqsirləndirilən şəxs etiraz etmədiyindən BMCMİyə gətirildiyini, baş idarəyə gəldikdən sonra rus sektoru üzrə təhsil aldığından Təqsirləndirilən şəxs tərcüməçi təyin edildiyini, bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulacağı və üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilərək müdafiəçilərin siyahısının təqdim olunduğunu, müdafiəçi gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğunu, sonuncunun üzərində videoçəkilişlə şəxsi axtarış başlandığını, şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsinin təklif edildiyini, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olduğunu bildirib əyinində olan qara rəngli cins şalvarının sağ yan cibində olan 02 ədəd sellofan bükümü, qara rəngli gökçəsinin sağ yan cibində olan 01 ədəd "Bakı kart” plastik kartını, gödəkçəsinin sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, qara rəngli şalvarının sol yan cibindən 11 manat pulu və şalvarının sol arxa cibindən 01 ədəd siqaret qutusu və 01 ədəd alışqanı çıxardıb masanın üzərinə qoymaqla təqdim etdiyini, Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümün içərisində "şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirdiyini, Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda hər iki bükümün içərisindən psixotrop maddə metamfetaminə oxşar maddələr aşkar edildiyini, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələri xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Azadlıq metrostansiyası yaxınlığından tapdığını, əvvəllər narkotik vasitədən, psixotrop maddədən istifadə etmədiyini, tapdığı maddələri öz şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığım bildirdiyini, daha sonra Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr qablaşdırlıb möhürlənərək üzərinin iştirakçılar tərəfindən imzalandığını və götürüldüyünü, eyni zamanda şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 01 ədəd “Samsung” markalı mobil telefonun götürüldüyünü, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd siqaret qutusunun, 01 ədəd alışqanın, 01 ədəd “Bakı kart" plastik kartın və 11 manat pufun Təqsirləndirilən şəxs özünə qaytarıldığını,bundan sonra şəxsi axtarışın qurtardığını, videoçəkilişin dayandırılıdığını, protokolun tərtib edildiyini, ucadan oxunduğunu, həmin protokolun iştirakçılar tərəfindən imzalandığını qeyd etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, 23 noyabr 2022-ci il tarixdə baş idarədən iş yoldaşı Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitələrin daşınması və qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatının yoxlanması üçün əməliyyat qrupu yaradılmış və o da həmin əməliyyat qrupuna daxil edilmişdir. Əməliyyat məlumatının saat neçədə daxil olduğunu bilmir. O əməliyyat məlumatının məzmununda nələrin əks olunduğunu bilməmişdir. O sadəcə əməliyyat qrupunun üzvü kimi oraya getmişdir. Şahid1 elə əməliyyatdan bir az əvvəl əməliyyatla bağlı ona məlumat vermiş və onlar şübhəli şəxsi axtarmağa getmişlər. Həmin şəxs də xatırladığına görə, işləyirdi. Getdikləri ağ “Hyundai” markalı avtomobil də onun olmuş və özü idarə etmişdir. Əməliyyat məlumatı daxil olan günün 2-ci yarısında əməliyyat keçirilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində yolun kənarında olan şəxs şübhəli şəxsə bənzədiyi üçün ona yaxınlaşaraq özlərini təqdim etmiş, barəsində olan şübhə ilə bağlı məlumatlandırmış və baş idarəyə dəvət etmişlər. Şübhəli şəxsi saxlayan zaman üçü də yaxınlaşmış, özlərini təqdim etmişlər. Əməliyyat keçirilməsi ilə bağlı qəbul edilmiş qərarla şübhəli şəxsi tanış etmişlər. Şübhəli şəxsi tanış etdikləri qərar əməliyyat tədbirinin keçirilməsi ilə bağlı olmuşdur. Əməliyyat tədbirinin keçirilməsi ilə bağlı qərarı Tunar imzalamışdı, qərarın neçə səhifədən ibarət olmasını isə xatırlamır. Baş idarəyə gəldikdən sonra təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs rus dilində təhsil aldığı üçün təhqiqatçı tərəfindən tərcüməçi ilə təmin olunmuşdur. İdarəyə gətirəndən sonra müdafiəçi gələnə qədər Şahin növbətçi hissənin qarşısında saxlanılmışdır. Şübhəli şəxsin qolları qandalsız olmuşdur. Şübhəli şəxs dəhlizdə olan zaman təhqiqatçı vəkil adları olan siyahını gətirir və şübhəli şəxs onu müdafiə edəcək vəkili özü seçir. Onlar da şübhəli şəxsə vəkil siyahısı verilən zaman onun yanında dayanmışlar. Onlar Şahini baş idarəyə gətirdikdə vətəndaşların qəbulu hissəsində saxlamışlar. Təhqiqatçı da məhz həmin otaqda müdafiəçi siyahısını gətirərək şübhəli şəxsə verir. Hətta şübhəli şəxsin üzərinə şəxsi axtarış da o otaqda keçirilmişdir. Şahin idarəyə gətirildikdən sonra ailəsi ilə əlaqə saxlayıb-saxlamadıqlarını bilmir. Şübhəli şəxsin ailə üzvlərinə və yaxınlarına prosessual şəxs olan təhqiqatçı xəbər verir. Onlar şübhəli şəxsin üzərinə axtarış keçiriləndən sonra tərtib edilən protokola imza çəkənə qədər şübhəli şəxsdən ayrılmamışlar və olduğu otağı da tərk etməmişlər. Onlar şübhəli şəxsin yanında ola-ola müdafiəçi gəlir, müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilir, prosedur tam bitdikdən sonra isə tərtib edilmiş protokola imza çəkərək gedirlər. Təhqiqatçı şübhəli şəxsə müdafiəçi siyahısını təqdim etdikdən nə qədər müddət sonra müdafiəçinin gəldiyini xatırlamır. Müdafiəçi onların olduqları otağa gələndə o da görmüşdür. Müdafiəçi gəldikdə şübhəli şəxslə tanış olurlar, ayrılıqda konfidensial ünsiyyət saxlayırlar. Müdafiəçi ilə Şahin təhqiqatçının otağında konfidensial ünsiyyət saxlamışlar. Bu zaman təhqiqatçı və onunla birlikdə gələn 2 əməliyyatçı otaqdan çıxmışdır. Təqsirləndirilən şəxsin üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilən zaman onun üzərindən öz şəxsi əşyalarından əlavə 2 büküm psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Şalvarının sağ yan cibindən aşkar olunan sellofan bükümdə narkotik maddəni şəxs özü təqdim etmişdir. Daha sonra öz kartını, mobil telefonunu və digər əşyalarını təqdim etmişdir. Sonra məlum olmuşdur ki, təqsirləndirilən şəxsin üzərindən çıxan əşyalar özünə aid olmuş, narkotik maddəni isə 1 gün əvvəl Azadlıq prospekti metrostansiyasının yaxınlığında yerdən tapmış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxsin üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləndən sonra tutulma protokolu tərtib olunur və müvəqqəti saxlanılma yerinə göndərilir. Sonra təqsirləndirilən şəxsin üzərindən aşkar olunan narkotik vasitə ekspertizaya təqdim edilmək üçün qablaşdırılmış, protokol tərtib olunmuş və onlar da həmin protokolu imzalamışlar. Üzərinə şəxsi axtarış keçiriləndən sonra Şahini görməmişdir. Müstəntiq ifadəsini almaq üçün onu dəvət etmişdir. O tək dindirilmişdir. O dindirilən zaman digər əməliyyat qrupu üzvləri yanında olmamışdır. İfadə onun sözləri ilə yazılmışdır. Heç bir dəyişiklik olmamışdır. O nə demişdirsə, müstəntiq də onu yazmışdır. Təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki, psixi təzyiq halları olmamışdır. İbtidai araşdırma zamanı Şahid2 ifadəsində bildirmişdir ki, 23 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olduğunu, həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbrilərinin keçirildiyini bildirmişdir. Bundan sonra o, ifadəsində, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs ünvan 1 ünvanın yaxınlığında olduğunu öyrəndikləri üçün xx.xx.2022-ci i! tarixdə saat 18:45-də həmin ünvana gəldiklərini, həmin vaxt bir nəfər şəxsin həmin ünvanda piyada hərəkət etdiyini gördüklərini, həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdiklərini, ondan anket məlumatları barədə bildirməsini xahiş etdiklərini, həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etdiyindən sonuncuya Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmək lazım olduğunu bildirdiklərini, Təqsirləndirilən şəxs etiraz etmədiyindən BMCMİ-yə gətirildiyini, baş İdarəyə gəldikdən sonra rus sektoru üzrə təhsil aldığından Təqsirləndirilən şəxs tərcüməçi təyin edildiyini, bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulacağı və üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilərək müdafiəçilərin siyahısının təqdim olunduğunu, müdafiəçi gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğunu, sonuncunun üzərində videoçəkilişlə şəxsi axtarış başlandığını, şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Şahin Qədirfiyə paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsinin təklif edildiyini, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olduğunu bildirib əyinində olan qara rəngli cins şalvarının sağ yan cibində olan 02 ədəd sellofan bükümü, qara rəngli gökçəsinln sağ yan cibində olan 01 ədəd “Bakı kart” plastik kartım, gödəkçəsinin sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, qara rəngli şalvarının sol yan cibindən 11 manat pulu və şalvarının sol arxa cibindən 01 ədəd siqaret qutusu və 01 ədəd alışqanı çıxardıb masanın üzərinə qoymaqla təqdim etdiyini, Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümün içərisində "şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirdiyini, Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda hər iki bükümün içərisindən psixotrop maddə metamfetaminə oxşar maddələr aşkar edildiyini, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələri xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Azadlıq metrostansiyası yaxınlığından tapdığım, əvvəllər narkotik vasitədən, psixotrop maddədən istifadə etmədiyini, tapdığı maddələri öz şəxsi İstifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirdiyini, daha sonra Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr qablaşdırlıb möhürlənərək üzərinin iştirakçılar tərəfindən imzalandığını və götürüldüyünü, eyni zamanda şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 01 ədəd “Samsung” markalı mobil telefonun götürüldüyünü, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd siqaret qutusunun, 01 ədəd alışqanın, 01 ədəd “Bakı kart” plastik kartın və 11 manat pulun Təqsirləndirilən şəxs özünə qaytarıldığını, bundan sonra şəxsi axtarışın qurtardığım, videoçəkilişin dayandırılıdığını, protokolun tərtib edildiyini, ucadan oxunduğunu, həmin protokolun iştirakçılar tərəfindən imzalandığını qeyd etmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə edib üzərində saxlaması ilə bağlı əməliyyat məlumatı Şahid1 daxil olmuşdur. Məlumatın daxil olma vaxtını dəqiq xatırlamır. Şahinlə bağlı onlara əməliyyat məlumatı daxil olduqda Şahinin şəxsiyyəti qismən müəyyənləşmişdi. Əməliyyat məlumatı daxil olan kimi əməliyyat qrupu yaradılaraq əməliyyat keçirilir və şəxs saxlanılır. Onlar onu saxladıqları ərazidə özünə yaxınlaşdıqda şəxsiyyətini dəqiq müəyyənləşdirmək istədikdə onu tapmış olmuşlar. Onlara əməliyyat məlumatı daxil olduqda Şahinin hansı küçədə olması ilə bağlı məlumatlar da həmin məlumatda əks olunur. Onlar məlumatda qeyd olunan küçəyə yaxınlaşdıqda Şahin olduğunu təxmin etdikləri şəxsi görmüş və yaxınlaşıb özünü təqdim etməsini soruşduqda axtardıqları şəxs olduğunu görmüşlər. Məlumat əsasında 23 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Nərimanov rayonu Xətai prospektində tərəflərindən saxlanılaraq baş idarəyə gətirilmişdir. Şübhəli şəxsi saxlayan zaman üçü də ona yaxınlaşmış, özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmiş, Şahin də özünü təqdim etdikdən sonra onu idarəyə aparmışlar. Şübhəli şəxsə polis vəsiqələrindən əlavə Şahid1 qərarını təqdim etmişlər. Şahini idarəyə gətirən kimi təhqiqatçıya təqdim etmişlər. Şahini təhqiqatçıya təqdim etdikdən sonra onlar yenə orda qalmışlar. Təqsirləndirilən şəxslə birgə təhqiqatçının yanında nə qədər qaldıqları yadında deyil. Mütəxəssis, müdafiəçi gələnə qədər Şahini başqa otağa aparmamışlar, təhqiqatçının otağında olmuşdur. Təhqiqatçının yanında olduqda otağa kənar şəxslər girməmişdir, ancaq onlar, yəni əməliyyat qrupu üzvləri, Şahin, təhqiqatçı və tərcüməçi olmuşdur. Müdafiəçinin nə qədər müddət sonra gəldiyini xatırlamır. Müstəntiq ifadəni onun öz sözləri ilə yazmışdır. Baş idarəyə gətirilən zaman üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən 2 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki, psixi təzyiq olmamışdır. İbtidai araşdırma zamanı Şahid3 ifadə verərək, 23 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul oimast, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olduğunu, həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbrilərinin keçirildiyini bildirmişdir. Bundan sonra o, ifadəsində, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs ünvan 1 ünvanın yaxınlığında olduğunu öyrəndikləri üçün xx.xx.2022-ci il tarixdə saat 18:45-dƏ həmin ünvana gəldiklərini, həmin vaxt bir nəfər şəxsin həmin ünvanda piyada hərəkət etdiyini gördüklərini, həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdiklərini, ondan anket məlumatları barədə bildirməsini xahiş etdiklərini, həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etdiyindən sonuncuya Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmək lazım olduğunu bildirdiklərini, Şahin Qədirfi etiraz etmədiyindən BMCMİ-yə gətirildiyini, baş idarəyə gəldikdən sonra rus sektoru üzrə təhsil aldığından Təqsirləndirilən şəxs tərcüməçi təyin edildiyini, bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulacağı və üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilərək müdafiəçilərin siyahısının təqdim olunduğunu, müdafiəçi gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğunu, sonuncunun üzərində videoçəkiiişlə şəxsi axtarış başlandığını, şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsinin təklif edildiyini, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olduğunu bildirib əyinində olan qara rəngli cins şalvarının sağ yan cibində olan 02 ədəd sellofan bükümü, qara rəngli gökçəsinin sağ yan cibində olan 01 ədəd “Bakı kart” plastik kartını, gödəkçəsinin sol yan cibindən 01 ədəd "Samsung” markalı mobil telefonu, qara rəngli şalvarının sol yan cibindən 11 manat pulu və şalvarının sol arxa cibindən 01 ədəd siqaret qutusu və 01 ədəd alışqanı çıxardıb masanın üzərinə qoymaqla təqdim etdiyini, Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümün içərisində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirdiyini, Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda hər iki bükümün içərisindən psixotrop maddə metamfetaminə oxşar maddələr aşkar edildiyini, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələri xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Azadlıq metrostansiyası yaxınlığından tapdığını, əvvəllər narkotik vasitədən, psixotrop maddədən istifadə etmədiyini, tapdığı maddələri öz şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirdiyini, daha sonra Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr qablaşdırlıb möhürlənərək üzərinin iştirakçılar tərəfindən imzalandığını və götürüldüyünü, eyni zamanda şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 01 ədəd “Samsung” markalı mobil telefonun götürüldüyünü, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd siqaret qutusunun, 01 ədəd alışqanın, 01 ədəd “Bakı kart” plastik kartın və 11 manat pulun Təqsirləndirilən şəxs özünə qaytarıldığını, bundan sonra şəxsi axtarışın qurtardığını, videoçəkilişin dayandırıiıdığını, protokolun tərtib edildiyini, ucadan oxunduğunu, həmin protokolun iştirakçılar tərəfindən imzalandığını qeyd etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq idarəyə gətirilmişdir. xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişin köçürüldüyü diskdən) görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibində olan 02 ədəd sellofan bükümü, qara rəngli gödəkçəsinin sağ yan cibində bir ədəd “Bakı kart” plastik kartını, gödəkçəsinin sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, qara rəngli şalvarının sol yan cibindən 11 manat pulu və şalvarının arxa cibindən 01 ədəd siqaret qutusu və 01 ədəd alışqanı çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda hər iki bükümün içərisində ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar maddələri xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Azadlıq metrostansiyası yaxınlığından tapdığını, əvvəllər də narkotik vasitədən, psixotrop maddədən istifadə etmədiyini, tapdığı maddələri öz şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Onun üzərində şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli 6/6717 nömrəli Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ...” və sair yazılar, imzalar olan 1 ədəd zərfdəki 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkilən 3,270 qram və 4,319 qram, ümumi təmiz çəkisi 7,589 qram olan ağ rəngli, kristallik maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,489 qram olan metamfetamin saxlanmasından ötrü Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli 7104 saylı Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞnin ambulator məcburi-narkoloji tibbi yoxlamasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixostimilyatorlardan istifadə etmə halları olub. Narkomaniya xəsətəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. xx.xx.2022-ci il tarixli 4394/K nömrəli Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ-nin rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edilmişdir. xx.xx.2022-ci il tarixli Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni səthində aşkar edilmiş xəsarətlərin dərəcəsi təyin olunmur və müayinədən (xx.xx.2022) 3-4 gün əvvəl əmələ gəlmişdir. xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə yeni ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd “Samsung A2” markalı mobil telefon və ***-***-**-** mobil nömrə Təqsirləndirilən şəxs qaytarılmışdır (təhvil verilmişdir). xx.xx.2023-cü il tarixli “Cinayət işinin ayrıca icraata ayrılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, görünrüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddənin ona məxsus olmadığını və üzərinə qoyulduğunu, psixotrop maddə istifadə etmədiyini, polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqlərə məruz qaldığını bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. Bununla yanaşı, təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlamaqla daşımasını ibtidai araşdırma zamanı (müdafiəçilərinin iştirakı ilə) verdiyi ifadələri ilə səmimi etiraf etmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixli 7104 saylı Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixostimilyatorlardan istifadə etmə halları olub. Narkomaniya xəsətəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Bundan əlavə, xx.xx.2022-ci il tarixli 4394/K nömrəli Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ-nin rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edilmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixli Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni səthində aşkar edilmiş xəsarətlərin dərəcəsi təyin olunmur və müayinədən (xx.xx.2022) 3-4 gün əvvəl əmələ gəlmişdir. Qeyd olunan rəydən müəyyən olunur ki, aşkar edilmiş xəsarətlər təqsirləndirilən şəxsin tutulmasından əvvəl əmələ gəlmişdir. Bundan başqa, iş materiallarında olan Nərimanov Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tutulan zaman polis əməkdaşları tərəfindən döyülməsinin müəyyən edilməsi barədə araşdırma aparılaraq müvafiq tibbi sənədlər və ekspert rəyi də nəzərə alınmaqla cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunanlara əsasən də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin aşkar olunmuş psixotrop maddənin ona məxsus olmaması, onu şəxsi istifadəsi üçün əldə etməməsi və polis əməkdaşları tərəfindən saxlanılarkən polislərin ona psixoloji və fiziki təzyiqlər etməsi barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı ifadəsində bildirdiklərini, yəni psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlamaqla daşıması ilə bağlı ifadələrini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (narkotik vasitəni və psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlamaqla daşıması ilə bağlı ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib- qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib- edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X11rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyası araşdırılmış sübutların məcmusuna obyektiv hüquqi qiymət verərək və təqsirləndirilən şəxsin törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməli özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, o cümlədən ekspertizanın rəyləri və biri digərinə uyğun gələn digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmuşdur və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi ilə (ibtidai araşdırma zamanı verdiyi ifadəsi) yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən (ağırlaşdıran) hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarından və elektron məhkəmə informasiya sistemindən görünür ki, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmayan bir uşağı var. Məhkəmə təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını, yetkinlik yaşına çatmayan (azyaşlı) bir uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş psixotrop maddənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin diferensiallaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bununla yanaşı, cinayət işinin materiallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuş, xx.xx.2022-ci il tarixdə Nərimanov rayon məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilimiş, 30 dekabr 2022-cü il tarixdə məhkəmənin qərarına əsasən onun barsəində seçilimiş həbs qətimkan tədbiri 23 mart 2023-cü il tarixinədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, 27 mart 2023-cü il tarixdə isə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı (tutulduğu) həbsdə və ev dustaqlığında olduğu müddət, yəni 04 (dörd) ay ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın əvvəli 14 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək (ləğv edilərək), onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə cinayət işinin materialarında olan ekspertiza rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ərazi (yaşayış yeri) üzrə narkoloji dispanserdə (kabinetdə) qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin maddi sübutların saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan 7,489 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs məxsus “Samsung A2” markalı mobil telefonun və ***-***-**-** saylı mobil nömrənin onun özünə qaytarılması (təhvil verilməsi) nəzərə alınmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı (olduğu) 04 (dörd) ay müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 14 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək (ləğv edillərək) onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin (yerləşdirilsin). Hökmün icrası bu hissədə də, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy Taboruna və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin maddi sübutların saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkişi 7,489 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məxsus “Samsung A2” markalı mobil telefonun və ***-***-**-** saylı mobil nömrənin onun özünə qaytarılması (təhvil verilməsi) nəzərə alınsın. İş üzrə ekspertiza xərci 65 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-612/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-612/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver