Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-613/2020 08.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şöbəsinin prokuroru ədliyyə müşaviri X17, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs “AR X8”-nin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Allahmanov Şöhrət Nəbi oğlunun iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Alışar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Şərur rayonu, Alışar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310, 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs heç bir yerdə işləmədiyi halda, 2017-ci ilin dekabr ayında ünvan 2 ünvanında yerləşən ixtisaslaşdırılmamış mağazada sahibkarlıq fəaliyyəti göstərən Şahid6 özbaşına özünü Azərbaycan Respublikasının X2 əməkdaşı, məsul vəzifəli şəxsi kimi təqdim edərək mağazada satılan qida məhsullarının təhlükəsizliyi, istehsal müddəti, qablaşdırılması, saxlanma qaydaları, mağazada işləyən işçilərin tibbi müayinəsi ilə əlaqədar yoxlama keçirəcəyini bildirdikdən sonra qeyd edilən Agentliyin rəhbər vəzifəli şəxsinin xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar belə hərəkətlərin edilməsindən imtina olunması müqabilində, yəni həmin vəzifəli şəxsin edəcəyi qanunsuz hərəkətsizliyə görə alınacaq rüşvətin müqabilində yoxlamanın keçirilməməsi və ya mağazada hər hansı qanunsuzluq faktının aşkar olunmamasını rəsmiləşdirəcəyini bildirib, Şahid6 vahid qəsdlə 2017-ci ilin dekabr və 2018-ci ilin yanvar aylarında mağazanın yerləşdiyi həmin ünvanda hər dəfə 250 (iki yüz əlli) manat olmaqla iki dəfəyə, cəmi 500 (beş yüz) manat məbləğində maddi nemət olan pul vəsaitini üçüncü şəxslər üçün birbaşa yolla, şəxsən istəyib alaraq Şahid6 rüşvət verməyə təhrik etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək Şahid6 əmlak hüquqlarının və X2 əhalinin qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətinin və bu sahədə dövlət siyasətinin yerinə yetirilməsi ilə əlaqədar qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Bundan başqa, o, təkrarən, tanışı X23 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə heç bir yerdə işləmədikləri halda, 2017-ci ilin dekabr ayında Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən “Mütalib” adlı ixtisaslaşdırılmamış mağazada sahibkarlıq fəaliyyəti göstərən Şahid5 Elnur Rzayevlə birlikdə özbaşına özlərini Azərbaycan Respublikasının X2 əməkdaşı, məsul vəzifəli şəxs kimi təqdim edərək mağazada satılan qida məhsullarının təhlükəsizliyi, istehsal müddəti, qablaşdırılması, saxlanma qaydaları, mağazada işləyən işçilərin tibbi müayinəsi ilə əlaqədar yoxlama keçirəcəyini bildirdikdən sonra qeyd edilən Agentliyin rəhbər vəzifəli şəxsinin xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar belə hərəkətlərin edilməsindən imtina olunması müqabilində, yəni həmin vəzifəli şəxsin edəcəyi qanunsuz hərəkətsizliyə görə alınacaq rüşvətin müqabilində yoxlamanın keçirilməməsi və ya mağazada hər hansı qanunsuzluq faktının aşkar olunmamasını rəsmiləşdirəcəyini bildirib, Şahid5 2017-ci ilin dekabr ayında mağazanın yerləşdiyi həmin ünvanda 300 (üç yüz) manat məbləğində maddi nemət olan pul vəsaitini qabaqcadan əlbir olan bir qrup şəxs qismində üçüncü şəxslər üçün birbaşa yolla, şəxsən istəyib alaraq Şahid5 rüşvət verməyə təhrik etməklə həmin əməli təkrar törətmiş, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs qismində özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək Şahid5 əmlak hüquqlarının və X2 əhalinin qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətinin və bu sahədə dövlət siyasətinin yerinə yetirilməsi ilə əlaqədar qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Bundan əlavə, o, heç bir yerdə işləmədiyi halda, təkrarən, 2017-ci ilin dekabr ayında ünvan 3 ünvanında yerləşən ixtisaslaşdırılmamış mağazada sahibkarlıq fəaliyyəti göstərən X6 özbaşına özünü Azərbaycan Respublikasının X2 əməkdaşı, məsul vəzifəli şəxsi kimi təqdim edərək mağazada satılan qida məhsullarının təhlükəsizliyi, istehsal müddəti, qablaşdırılması, saxlanma qaydaları, mağazada işləyən işçilərin tibbi müayinəsi ilə əlaqədar yoxlama keçirəcəyini bildirdikdən sonra qeyd edilən Agentliyin rəhbər vəzifəli şəxsinin xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar belə hərəkətlərin edilməsindən imtina olunması müqabilində, yəni həmin vəzifəli şəxsin edəcəyi qanunsuz hərəkətsizliyə görə alınacaq rüşvətin müqabilində yoxlamanın keçirilməməsi və ya mağazada hər hansı qanunsuzluq faktının aşkar olunmamasını rəsmiləşdirəcəyini bildirib, Səxavət Atamalıyevdən vahid qəsdlə 2017-ci ilin dekabr, 2018-ci ilin fevral və may aylarında mağazanın yerləşdiyi həmin ünvanda hər dəfə 60 (altmış) manat olmaqla üç dəfəyə, cəmi 180 (bir yüz səksən) manat məbləğində maddi nemət olan pul vəsaitini üçüncü şəxslər üçün birbaşa yolla, şəxsən istəyib alaraq Səxavət Atamalıyevi rüşvət verməyə təhrik etməklə həmin əməli təkrar törətmiş, təkrarən özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək Səxavət Atamalıyevin əmlak hüquqlarının və X2 əhalinin qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətinin və bu sahədə dövlət siyasətinin yerinə yetirilməsi ilə əlaqədar qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Bundan başqa, o, heç bir yerdə işləmədiyi halda, təkrarən, 2018-ci ilin iyun ayında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, 20 nömrəli binanın yaxınlığında yerləşən, “Hövsan” adlı ixtisaslaşdırılmamış mağazada sahibkarlıq fəaliyyəti göstərən Şahid2 özbaşına özünü Azərbaycan Respublikasının X2 əməkdaşı, məsul vəzifəli şəxs kimi təqdim edərək mağazada satılan qida məhsullarının təhlükəsizliyi, istehsal müddəti, qablaşdırılması, saxlanma qaydaları, mağazada işləyən işçilərin tibbi müayinəsi ilə əlaqədar yoxlama keçirəcəyini bildirdikdən sonra qeyd edilən Agentliyin rəhbər vəzifəli şəxsinin xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar belə hərəkətlərin edilməsindən imtina olunması müqabilində, yəni həmin vəzifəli şəxsin edəcəyi qanunsuz hərəkətsizliyə görə alınacaq rüşvətin müqabilində yoxlamanın keçirilməməsi və ya mağazada hər hansı qanunsuzluq faktının aşkar olunmamasını rəsmiləşdirəcəyini bildirib, Şahid2 2018-ci ilin aprel ayında mağazanın yerləşdiyi həmin ünvanda 50 (əlli) manat məbləğində maddi nemət olan pul vəsaitini üçüncü şəxslər üçün birbaşa yolla, şəxsən istəyib alaraq Şahid2 rüşvət verməyə təhrik etməklə həmin əməli təkrar törətmiş, təkrarən özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək Şahid2 əmlak hüquqlarının və X2 əhalinin qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətinin və bu sahədə dövlət siyasətinin yerinə yetirilməsi ilə əlaqədar qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Bundan başqa, o, təkrarən X23 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə heç bir yerdə işləmədikləri halda, 2018-ci ilin avqust ayında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 55 nömrəli “Buta Qaraçuxur” adlı aptekdə sahibkarlıq fəaliyyəti göstərən Şahid7 Elnur Rzayevlə birlikdə özbaşına özlərini Azərbaycan Respublikasının X2 əməkdaşı, məsul vəzifəli şəxs kimi təqdim edərək aptekdə satılan qida məhsullarının təhlükəsizliyi, istehsal müddəti, qablaşdırılması, saxlanma qaydaları, aptekdə işləyən işçilərin tibbi müayinəsi ilə əlaqədar yoxlama keçirəcəyini bildirdikdən sonra qeyd edilən Agentliyin rəhbər vəzifəli şəxsinin xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar belə hərəkətlərin edilməsindən imtina olunması müqabilində, yəni həmin vəzifəli şəxsin edəcəyi qanunsuz hərəkətsizliyə görə alınacaq rüşvətin müqabilində yoxlamanın keçirilməməsi və ya aptekdə hər hansı qanunsuzluq faktının aşkar olunmamasını rəsmiləşdirəcəyini bildirib, Şahid7 2018-ci ilin avqust ayında aptekin yerləşdiyi həmin ünvanda 30 (otuz) manat məbləğində maddi nemət olan pul vəsaitini qabaqcadan əlbir olan bir qrup şəxs qismində üçüncü şəxslər üçün birbaşa yolla, şəxsən istəyib alaraq Şahid7 rüşvət verməyə təhrik etməklə həmin əməli təkrar törətmiş, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs qismində özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək Şahid7 əmlak hüquqlarının və X2 əhalinin qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətinin və bu sahədə dövlət siyasətinin yerinə yetirilməsi ilə əlaqədar qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Bundan başqa, o, təkrarən X23 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə heç bir yerdə işləmədikləri halda, 2018-ci ilin avqust ayında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 2595, 4 nömrəli binanın birinci mərtəbəsində yerləşən dönərxanada sahibkarlıq fəaliyyəti göstərən Şahid3 Elnur Rzayevlə birlikdə özbaşına özlərini Azərbaycan Respublikasının X2 əməkdaşı, məsul vəzifəli şəxs kimi təqdim edərək dönərxanada satılan qida məhsullarının təhlükəsizliyi, istehsal müddəti, qablaşdırılması, saxlanma qaydaları, dönərxanada işləyən işçilərin tibbi müayinəsi ilə əlaqədar yoxlama keçirəcəyini bildirdikdən sonra qeyd edilən Agentliyin rəhbər vəzifəli şəxsinin xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar belə hərəkətlərin edilməsindən imtina olunması müqabilində, yəni həmin vəzifəli şəxsin edəcəyi qanunsuz hərəkətsizliyə görə alınacaq rüşvətin müqabilində yoxlamanın keçirilməməsi və ya dönərxanada hər hansı qanunsuzluq faktının aşkar olunmamasını rəsmiləşdirəcəyini bildirib, Şahid3 2018-ci ilin avqust ayında dönərxananın yerləşdiyi həmin ünvanda 60 (altmış) manat məbləğində maddi nemət olan pul vəsaitini qabaqcadan əlbir olan bir qrup şəxs qismində üçüncü şəxslər üçün birbaşa yolla, şəxsən istəyib alaraq Şahid3 rüşvət verməyə təhrik etməklə həmin əməli təkrar törətmiş, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs qismində özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək Şahid3 əmlak hüquqlarının və X2 əhalinin qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətinin və bu sahədə dövlət siyasətinin yerinə yetirilməsi ilə əlaqədar qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, heç vaxt heç kimə özünü Azərbaycan Respublikasının X2 əməkdaşı kimi təqdim etməmiş, habelə heç kimdən həmin Agentliyin vəzifəli şəxslərinə vermək adı ilə pul almamışdır. X21 birlikdə “xxxxxxxxxxxxxxxxxxxx” MMC-də işləmiş və sahibkarlara hüquqi yardım göstərmişlər. Şahid6, Şahid5, Səxavət Atamalıyevi, Şahid2, Tahirə Salmanovanı və Şahid3 tanımamış və həmin şəxsləri X2 vəzifəli şəxslərinə rüşvət verməyi deməmiş, özünü həmin Agentliyin əməkdaşı kimi təqdim etməmişdir. Şahid5 ifadəsinə əlavə etdiyi “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin sonuncunun arvadı X11 arasında bağlanmış müqavilə ilə tanış olmuşdur və həmin müqavilədəki yazı xətti onun özünə məxsusdur. Lakin o, 2018-ci ildə “xxxxxxxxxxxxxxxxxxxx” MMC-də işləməmiş, həmin müqaviləni tərtib etməsini və kimə verməsini xatırlamır. Onun istifadəsində ***-***-**-** mobil nömrəsinin olmasını da xatırlamır. Onun adına həmin nömrənin necə rəsmiləşdirilməsi və həmin nömrəni kimin Şahid3 verməsi barədə hər hansı bir məlumatı yoxdur. Bildirmişdir ki, hal-hazırda əməlindən səmimi peşmandır. Həmçinin, ailənin yeganə qazanc gətirəni olduğunu, valideynlərinin xəstə olduqlarını, qardaşının vəfat etdiyini, ondan başqa oğlan övladlarının olmadığını və himayəsində azyaşlı qız uşağının olduğunu nəzərə alaraq, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahid qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, özlərini Azərbaycan Respublikasının X2 əməkdaşları kimi təqdim edən bir qrup şəxs müxtəlif vaxtlarda sahibkarlıq subyektlərində yoxlamaların aparılmaması müqabilində müəyyən məbləğlərdə pul tələb edib almışlar. Həmin xüsusatla bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyinə daxil olmuş məlumatlar aidiyyatı üzrə hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Baş vermiş əməl nəticəsində Azərbaycan Respublikasının X2 qida məhsullarının təhlükəsizliyinə, baytarlıq və fıtosanitar nəzarətinə dair normativ tənzimləməni, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatını, qida təhlükəsizliyi, fıtosanitar və baytarlıq sertifikatlarının verilməsini, qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlükəsizliyinə, həmçinin qida məhsullarının, dövlət baytarlıq və fıtosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi qanunla qorunan mənafelərinə zərər dəymiş, sahibkarların Agentliyə olan inam və etimadına xələl gətirmişdir. Qeyd etmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs qarşı şikayətləti və ya tələbləri yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2016-ci ildən etibarən Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən “Mütalib” adlı marketi işlədir, marketdə müxtəlif növ qida məhsullarının alış-satışı həyata keçirilir. Mağazada sənədləşmə arvadı Xuraman Rüstəmovanın adına rəsmiləşdirilmişdir. Turxan və Elnur adlı şəxslər özlərini 2017-ci ilin dekabr ayında Azərbaycan Respublikasının X2 əməkdaşı kimi tanıtmışlar. Belə ki, 2017-ci ilin dekabr ayında Turxan və Elnur adlı şəxslər işlədiyi mağazaya gələrək özlərini yeni yaradılmış Azərbaycan Respublikasının X2 əməkdaşı kimi təqdim etmişlər. Onlar ilin sonu ilə əlaqədar mağazada satılan qida məhsullarının təhlükəsizliyi, istehsal müddəti, qablaşdırılması, saxlanma qaydaları ilə bağlı yoxlama keçiriləcəyini bildirib ümumi olaraq mağazaya baxış keçirmişlər. Turxan özünü Agentliyin siravi işçisi, Elnuru isə rəisi kimi təqdim etmiş, 300 manat verdiyi təqdirdə mağazada yoxlama keçirilməyəcəyini və ya yoxlama zamanı qanunsuzluq aşkar olunmayacağını, 2017-ci il üçün hər hansı cərimə tətbiq olunmayacağını söyləmişlər. Turxan və Elnurdan məbləği bir az aşağı etmələrini təklif etsə də, sonuncular ondan alacaqları pulu X3 hansısa xidmət sahəsinin rəisinə verəcəklərini və bununla da illik olaraq yoxlama keçirilməsi və ya cərimə yazılması məsələsi həll olunacağını, mağazada hər hansı qanunsuzluq aşkar olunmayacağını demişlər. Elnur X8 yeni yaranmış qurum olduğundan rəhbərliklə məbləğ məsələsini müzakirə etməyin mümkün olmadığını ona izah etmişdir. İşlədiyi mağazada hər hansı problem olmaması üçün 2017-ci ilin xatırladığı qədər dekabr ayında Turxan və Elnur adlı şəxsləri X2 əməkdaşı kimi hesab edərək 300 manat məbləğində pulu onlara vermişdir. Turxan və Elnur yaxın günlərdə müqavilə yazılacağını və həmin müqaviləni ona təqdim edəcəklərini izah etdikdən sonra çıxıb getmişlər. 2018-ci ilin fevral ayında Turxan adlı şəxs təkrar olaraq işlədiyi mağazaya gəlib müqavilə adlandırdığı sənədi ona təqdim edərək 2017-ci il üçün işlədiyi mağazada hər hansı problem olmadığını deyib çıxıb getmiş, savadsız olduğundan həmin sənədin məzmunu ilə tanış olmayıb özündə saxlamışdır. Səfər adlı şəxsi də yuxarıda adını qeyd etdiyi Elnur adlı şəxslə birlikdə 2018-ci ilin may ayında Azərbaycan Respublikasının X2 əməkdaşı kimi tanımışdır. 2018-ci ilin xatırladığı qədər may ayında Səfər rəisi kimi təqdim etdiyi Elnur adlı şəxslə birlikdə işlədiyi mağazaya gələrək özünü Azərbaycan Respublikasının X2 əməkdaşı kimi təqdim etmiş və Ceyranbatan ərazisi üzrə yeni məsul işçi olduğunu bildirmişdir. Elnur adlı şəxs də rəis kimi Səfərin dediklərini təsdiq edərək bundan sonra əraziyə məsul şəxs kimi sonuncunun nəzarət edəcəyini bildirmişdir. O, ərazi üzrə Turxan adlı şəxsin məsul şəxs olduğunu dedikdə, Səfər və Elnur işçilər arasında ərazilər üzrə dəyişiklik olduğunu izah etmişlər. Səfər mağazada satılan qida məhsullarının keyfiyyəti, istehsal müddəti, qablaşdırılması, saxlanma qaydaları ilə bağlı yoxlamalar keçiriləcəyini deyib ümumi olaraq mağazaya baxış keçirmişlər. Söhbət əsnasında Elnur və Səfər 250 manat hörmət edəcəyi təqdirdə ilin sonuna qədər mağazada yoxlama keçirilməyəcəyini və ya yoxlama zamanı qanunsuzluq aşkar olunmayacağını söyləmişlər. Bununla yanaşı Səfər və Elnur ondan alacaqları pulu X3 hansısa xidmət sahəsinin rəisinə verəcəklərini və bununla da yoxlama keçirilməsi məsələsinin həll olunacağını izah etmişlər. İşlədiyi mağazada hər hansı problem olmamaması üçün 2018-ci ilin may ayında Səfər və Elnur adlı şəxsləri X2 əməkdaşı kimi hesab edərək 250 manat məbləğində pulu onlara vermişdir. Bundan sonra Səfər adlı şəxs də istifadəsində olan, hazırda xatırlamadığı mobil nömrəsini ona verərək ehtiyac olduğu təqdirdə əlaqə saxlaya biləcəyini söyləmiş, sonra qeyd olunan şəxsləri görməmişdir. Özünü Azərbaycan Respublikasının X2 əməkdaşı kimi təqdim edən Turxan, Səfər və Elnur ona yoxlama keçirilməsi ilə bağlı hər hansı qərar təqdim etməsə də, üzərində nə yazıldığını hazırda xatırlamadığı, yaxından tanış olmadığı hansısa sənədi xidməti vəsiqələri kimi ona təqdim etmişlər. Bildirmişdir ki, hal-hazırda hər hansı şikayəti və ya tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, uzun illərdir ticarətlə məşğul olmaqla kiçik sahibkar kimi fəaliyyət göstərir. 2015-ci ildən etibarən ünvan 2 ünvanında yerləşən, özünə məxsus mağazada müxtəlif növ qida məhsullarının alışsatışı ilə məşğul olur. Turxanı 2017-ci ilin dekabr ayında Azərbaycan Respublikasının X2 əməkdaşı kimi tanımışdır. Belə ki, 2017-ci ilin dekabr ayında Turxan işlədiyi mağazaya gələrək özünü yeni yaradılmış Azərbaycan Respublikasının X2 əməkdaşı kimi təqdim edib, ilin sonu ilə əlaqədar mağazada satılan qida məhsullarının təhlükəsizliyi, istehsal müddəti, qablaşdırılması, saxlanma qaydaları ilə bağlı yoxlama keçiriləcəyini bildirib ümumi olaraq mağazaya baxış keçirtmişdir. Söhbət əsnasında Turxan 500 manat hörmət etdiyi təqdirdə mağazada yoxlama keçirilməyəcəyini və ya yoxlama zamanı qanunsuzluq aşkar olunmayacağını, cərimə tətbiq olunmayacağını söyləmişdir. O, Turxandan məbləği bir az aşağı etməyini təklif etsə də, sonuncu ondan alacağı pulu X3 hansısa xidmət sahəsinin rəisinə verəcəyini və bununla da yoxlama keçirilməsi və ya cərimə yazılması məsələsinin həll olunacağını, mağazada hər hansı qanunsuzluq aşkar olunmayacağını bildirmişdir. Digər tərəfdən Turxan X8 yeni yaranmış qurum olduğundan rəhbərliklə məbləğ məsələsini müzakirə etmək mümkün olmadığını izah etmiş, bununla yanaşı Turxan qeyd olunan məbləği iki dəfəyə qəbul etməklə köməklik edə biləcəyini dedikdən sonra aralarında razılıq əldə olunmuşdur. O da işlədiyi mağazada hər hansı problem olmaması üçün 2017-ci ilin dekabr ayında Turxan adlı şəxsi X2 əməkdaşı kimi hesab edərək birinci dəfə 250 manat məbləğində pulu həmin şəxsə vermiş, bundan sonra 2018ci ilin yanvar ayında Turxan yenidən işlədiyi mağazaya gələrək qalan məbləği, yəni 250 manat pulu ondan götürmüş və ümumi olaraq mağazada olan məhsullara baxış keçirdərək çıxıb getmişdir. Turxan adlı şəxs istifadəsində ***-***-**-** və ***-***-**-** mobil nömrəsini ona verərək ehtiyac olduğu təqdirdə əlaqə saxlaya biləcəyini bildirmişdir. Səfər və Elnur adlı şəxsləri də 2018-ci ilin may ayında Azərbaycan Respublikasının X2 əməkdaşı kimi tanımışdır. Belə ki, 2018-ci ilin may ayında Səfər və Elnur adlı şəxslər işlədiyi mağazaya gələrək özlərini Azərbaycan Respublikasının X2 əməkdaşı kimi təqdim edərək Ceyranbatan ərazisi üzrə yeni məsul işçilər olduqlarını bildirmişlər. O, ərazi üzrə Turxan adlı şəxsin məsul şəxs olduğunu dedikdə Səfər və Elnur işçilər arasında ərazilər üzrə dəyişiklik olduğunu izah etmişlər. Səfər mağazada satılan qida məhsullarının təhlükəsizliyi, istehsal müddəti, qablaşdırılması, saxlanma qaydaları ilə bağlı yoxlamalar keçiriləcəyini deyib ümumi olaraq mağazaya baxış keçirtmişdir. Söhbət əsnasında sonuncu 250 manat hörmət etdiyi təqdirdə ilin sonuna qədər mağazada yoxlama keçirilməyəcəyini və ya yoxlama zamanı qanunsuzluq aşkar olunmayacağını söyləmişdir. Səfər və Elnur da ondan alacaqları pulu X3 hansısa xidmət sahəsinin rəisinə verəcəklərini və bununla da yoxlama keçirilməsi məsələsinin həll olunacağını bildirmişlər. İşlədiyi mağazada hər hansı problem olmaması üçün 2018-ci ilin may ayında Səfər və Elnur adlı şəxsləri X2 əməkdaşı kimi hesab edərək 250 manat məbləğində pulu həmin şəxslərə vermiş, Səfər adlı şəxs istifadəsində ***-***-**-** mobil nömrəsini ona verərək ehtiyac olduğu təqdirdə əlaqə saxlaya biləcəyini söyləmiş, bundan sonra qeyd olunan şəxsləri görməmişdir. Özlərini Azərbaycan Respublikasının X2 əməkdaşı kimi təqdim edən Turxan, Səfər və Elnur ona yoxlama keçirilməsi ilə bağlı hər hansı qərar təqdim etməsələr də, üzərində nə yazıldığını hazırda xatırlamadığı hansısa sənədi xidməti vəsiqələri kimi ona təqdim etmişlər. Həmin şəxslərin onun işlədiyi mağazadan əlavə yaxınlıqda yerləşən başqa obyektlərdə olub-olmamaları barədə hər hansı məlumatı olmamışdır. Bildirmişdir ki, hal-hazırda hər hansı şikayəti və ya tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2012-ci ildən bu günə qədər Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 2595, 4 nömrəli binanın birinci mərtəbəsində yerləşən dönərxananı işlədir və bir işçisi vardır. Turxan və Elnur adlı şəxsləri 2018-ci ilin avqust ayının əvvəllərində Azərbaycan Respublikasının X2 əməkdaşı kimi tanımışdır. Belə ki, 2018-ci ilin avqust ayında Turxan və Elnur adlı şəxslər işlədiyi dönərxanaya gələrək özlərini Azərbaycan Respublikasının X2 əməkdaşı kimi təqdim etmişlər. Bundan sonra dönərxanada satılan qida məhsullarının təhlükəsizliyi, istehsal müddəti, qablaşdırılması, saxlanma qaydaları, eləcə də dönərxanada işləyən işçilərin tibbi müayinəsi ilə bağlı yoxlama keçirəcəklərini bildirmişlər. Sonra bununla yanaşı söhbət əsnasında rüblük olaraq 60 manat verdiyi təqdirdə dönərxanada yoxlama keçirilməyəcəyini və yaxud yoxlama zamanı qanunsuzluq aşkar olunmayacağını demişlər. Turxan və Elnur ondan alacaqları pulu X3 hansısa xidmət sahəsinin müdirinə verəcəklərini və bununla da yoxlama keçirilməsi və ya cərimə yazılması məsələsinin həll olunacağını, dönərxanada hər hansı qanunsuzluq aşkar olunmayacağını izah etmişlər. O da işlətdiyi dönər evində hər hansı problem olmaması üçün Turxan və Elnur adlı şəxsləri X2 əməkdaşı kimi hesab edərək 60 manat məbləğində pulu onlara vermişdir. Aralarında olan razılığa uyğun olaraq sonuncular rüblük olaraq ondan 60 manat alacaqlarını bildirmiş, Turxan adlı şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsini ona verərək, ehtiyac olacağı təqdirdə əlaqə saxlaya biləcəyini də söyləmişdir. O, Turxanın mobil nömrəsini götürsə də, heç vaxt əlaqə saxlamamış, özlərini Azərbaycan Respublikasının X2 əməkdaşı kimi təqdim edən Elnur və Turxan ona yoxlama keçirilməsi ilə bağlı hər hansı qərar təqdim etməsələr də, üzərində nə yazıldığını hazırda xatırlamadığı hansısa vəsiqəni xidməti vəsiqələri kimi ona təqdim etmişlər. Özlərini Azərbaycan Respublikasının X2 əməkdaşı kimi təqdim edən Turxan və Elnur adlı şəxslərin onların işlədiyi obyektdən əlavə yaxınlıqda yerləşən başqa obyektlərdə olubolmamaları barədə hər hansı məlumatları olmamışdır. Bildirmişdir ki, hal-hazırda hər hansı şikayəti və ya tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, 2014-2019cu illərdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisindəki “Uğur-2” yaşayış kompleksində yerləşən, Şahid3 icarəyə götürərək işlətdiyi dönər satılan kafedə dönərçi işləmişdir. 2018-ci ilin avqust ayında iki nəfər adını bilmədiyi şəxslər işlədiyi dönərxanaya gələrək özlərini Şahid3 Azərbaycan Respublikasının X2 əməkdaşı kimi təqdim edərək dönərxada satılan qida məhsullarının təhlükəsizliyi, istehsal müddəti, qablaşdırılması, saxlanma qaydaları, eləcə də, dönərxada işləyən işçilərin tibbi muayinəsi ilə bağlı yoxlama keçirdəcəklərini bildirmişlər. Bununla yanaşı onlar Şahid3 söhbət əsnasında rüblük olaraq 60 manat verəcəyi təqdirdə dönərxanada yoxlama keçirilməyəcəyini və yaxud yoxlama zamanı qanunsuzluq aşkar olunmayacağını demişlər. Onlardan biri seyrək saçlı, bir qədər digərindən yaşlı və uca boylu, digəri isə nisbətən cavan, qarabəniz, bir qədər hündür, üzündə azca saqqalı olan şəxs olmuşdur. Sonra həmin şəxslərdən saçı seyrək və bir qədər yaşlı olanı Şahid3la birlikdə kafedən çölə çıxmış, digər şəxs isə onun yanında qalaraq əlindəki kitabçaya nəyisə qeyd etmişdir. Sonuncular onunla heç bir söhbət etməmiş, çıxıb getdikdən sonra Şahid3 məsələnin nə yerdə olduğunu soruşduqda, dönər evində hər hansı problem olmasın deyə həmin şəxslərə 60 manat məbləğində pulu verdiyini, onlarla rüblük olaraq 60 manat verəcəyi barədə razılığa gəldiyini, Azərdən alacaqları pulu X3 hansısa xidmət sahəsinin müdirinə verəcəklərini və bununla da yoxlama keçirilməsi və ya cərimə yazılması məsələsi həll olunacağını bildirmişdir. Özünü Azərbaycan Respublikasının X2 əməkdaşı kimi təqdim edən həmin şəxslər ona yoxlama keçirilməsi ilə bağlı hər hansı qərar təqdim etməmiş, lakin Şahid3 hansısa vəsiqəni xidməti vəsiqələri kimi təqdim etmişlər. Bildirmişdir ki, hal-hazırda hər hansı şikayəti və ya tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2010-cu ildən “xxxxxxxxxxxxxxxxxxxx” və 2013-cü ildən “İctimaiyyətin Səsi və Ekologiya” qəzetlərinin baş redaktoru kimi fəaliyyət göstərir. Hər iki qəzet hazırda da ictimai-siyasi, sosial-iqtisadi proseslərin işıqlandırılması üzrə fəaliyyətini davam etdirir. Qeyd olunan qəzetlərin ofisi Bakı şəhəri, Yasamal rayonu, Mətbuat pr, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbədə yerləşir. Bundan başqa 2010-cu ildə “xxxxxxxxxxxx” MMC onun tərəfindən təsis olunmuşdur. 2013-cü ilin may ayında qeyd olunan cəmiyyətin adı dəyişdirilərək “xxxxxxxxxxxxxxxxxxxx” MMC kimi qeydiyyatdan keçirilmişdir. MMC Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. MMC-nin yaradılmasında əsas məqsəd vətəndaşlara, fiziki, hüquqi şəxslərə, sahibkarlara hüquqi xidmət, hüquqi yardım və hüquqi maarifləndirmə tədbirlərinin yaradılmasından ibarət olmuşdur. “xxxxxxxxxxxxxxxxxxxx” MMC-yə işə qəbul olunmuş şəxslərə respublika ərazisində fəaliyyət göstərən mağaza və digər ictimai iaşə obyektlərinə gedərək “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hüquqi maarifləndirmə xidmətini təklif etmək izah olunmuşdur. Sahibkar könüllü olaraq razılıq verdiyi təqdirdə həmin sahibkarla “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin adından müqavilə bağlayaraq xidmətlərini göstərmək təklif olunur və həmin xidmət haqqı sahibkarla işçi arasında razılaşma əsasında müəyyən olunur. Xidmət haqqı adətən 5-10 manat civarında müəyyən olunur. Xidmət zamanı işçi tərəfindən obyektə baxış keçirilərək istifadə müddəti keçmiş, keyfiyyətsiz malların olubolmaması müəyyən olunmalı və bu cür halların aradan qaldırılması üçün sahibkara tövsiyələr verməli olmuşdur. Bundan savayı malların qiymətlərinin üzərlərinə vurulması, qida məhsulları ilə yuyucu məhsulların yan-yana saxlanılmaması və bu kimi digər ticarət qaydalarının pozulmasını öyrənib mağaza sahiblərinə maarifləndirilmə sahəsində öz tövsiyələrini, yeni qanunvericilik və dəyişikliklər barədə məlumatlar verməli olmuşlar. İşçi tərəfindən xidmət haqqı kimi əldə olunmuş məbləğ Cəmiyyətin hesabına köçürülməli və həmin gəlir əsasında işçinin əmək haqqı müəyyən edilməli olmuşdur. Təxminən 2014-cü ildən 2017-ci ilə qədər MMC-nin iş fəaliyyətini qurmağa çalışsa da, müsbət nəticə əldə edə bilməmiş, sahibkarların MMC-nin xidmətinə maraq göstərməməsi və işçilərin aylıq hesabatlardan yayınaraq əldə olunan gəliri cəmiyyətin hesabına keçirməməsi nəticəsində MMC-nin faktiki fəaliyyətini dayandırmaq məcburiyyətindən qalmışdır. Hazırda “xxxxxxxxxxxxxxxxxxxx” MMC faktiki olaraq fəaliyyət göstərmir, Cəmiyyətdə hər hansı işçi işləmir. Səfər Vəliyev, Elnur Rzayev və Təqsirləndirilən şəxs tanıyır, hazırda kimin vasitəsi ilə və harada tanış olduğunu xatırlamasa da, həmin şəxslər “xxxxxxxxxxxxxxxxxxxx” MMC-də məsləhətçi kimi işləmişlər, iş fəaliyyətlərini formalaşdıra bilmədiklərinə, aylıq hesabatlardan yayındıqlarına görə 2017-ci ildə tutduqları vəzifələrindən azad olunmuşlar, fəaliyyətləri qeyri-qanuni sayılır. Hazırda Turxan, Səfər və Elnurun adına verilmiş vəsiqələrin geri təhvil alınıb-alınmamasını, məhv edilib-edilməməsini xatırlamır. Həmin şəxslərin “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin adı ilə verilmiş vəsiqələri təhvil verməkdən yayındıqlarını düşünür. “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin təlimatında işçi tərəfindən sahibkarların işinə qeyri-qanuni müdaxilə olunmaması qeyd olunmuş, bundan savayı Cəmiyyət tərəfindən verilmiş vəsiqədən sui-istifadə halları yolverilməzdir. Elnur, Səfər və Turxan adlı şəxslərin 2017- 2018-ci illərdə birlikdə və ya tək halda Bakı şəhəri ərazisində fəaliyyət göstərən mağaza və şirniyyat evlərinə gedərək özlərini Azərbaycan Respublikası X2 əməkdaşı kimi təqdim etməklə obyektlərdə yoxlama keçirilməməsi üçün sahibkarlardan müəyyən məbləğlərdə pul almaları, sahibkarlara aldıqları məbləğləri X3 işləyən hansısa vəzifəli şəxsə verəcəklərini bildirmələri barədə istintaq zamanı ilk dəfə məlumat alır, bununla bağlı əvvəllər hər hansı xəbəri olmamış, hər hansı sahibkar tərəfindən bu məzmunlu şikayət qəbul etməmişdir. Elnur, Səfər və Turxan adlı şəxslər fəaliyyətləri barədə ona hər hansı hesabat və məlumat verməmiş, həmin şəxsləri sonuncu dəfə təxminən bir il öncə görmüşdür. Bildirmişdir ki, hal-hazırda hər hansı şikayəti və ya tələbi yoxdur. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, uzun illərdir Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, 20 nömrəli binanın yanında yerləşən, özünə məxsus “Hövsan” adlanan marketdə müxtəlif növ ərzaq məhsullarının satışı ilə məşğuldur. İşlətdiyi mağazada köməkçi kimi bir işçi var. Səfər və Turxan adlı şəxsləri 2018-ci ildə Azərbaycan Respublikasının X2 əməkdaşı kimi tanımışdır. Belə ki, 2018-ci ilin xatırladığı qədər iyun ayında Turxan adlı şəxs də Azərbaycan Respublikasının X2 əməkdaşı kimi tanımışdır, belə ki, 2018-ci ilin iyun ayında Turxan adlı şəxs işlədiyi marketə gələrək özünü Azərbaycan Respublikasının X2 əməkdaşı kimi təqdim edərək ərazi üzrə yeni məsul şəxs olduğunu deyib mağazada satılan qida məhsullarının keyfiyyəti və saxlanma qaydaları ilə əlaqədar yoxlamalar keçirəcəyini bildirmişdir. Turxan adlı şəxsdən ərazi üzrə məsul şəxsin Səfər olubolmadığını maraqlandıqda, Turxan işçilər arasında ərazi üzrə dəyişiklik olduğunu, hazırda Suraxanı rayonu üzrə özünün məsul şəxs olduğunu izah etmişdir. Söhbət əsnasında Turxan yarım illik olaraq 50 manat verdiyi təqdirdə mağazada yoxlama keçirilməyəcəyini demişdir. Turxan ondan alacağı pulu X3 hansısa müdirinə verəcəyini və bununla da yoxlama keçirilməsi və ya cərimə yazılması məsələsi həll olunacağını izah etmişdir. O, işlədiyi mağazada hər hansı problem olmaması üçün Turxan adlı şəxsi X2 əməkdaşı hesab edərək 50 manat məbləğində pulu vermiş, sonuncu da hər hansı etiraz etməyib çıxıb getmişdir. Bundan sonra Turxan adlı şəxsi görməmiş və hər hansı əlaqələri olmamışdır. Özünü Azərbaycan Respublikasının X2 əməkdaşı kimi təqdim edən Səfər və Turxan ona yoxlama keçirilməsi ilə bağlı hər hansı qərar təqdim etməsələr də, üzərində nə yazıldığını hazırda xatırlamadığı hansısa vəsiqəni xidməti vəsiqələri kimi ona təqdim etmişlər. Özlərini Azərbaycan Respublikasının X2 əməkdaşı kimi təqdim edən Turxan və Səfər adlı şəxslərin onun işlədiyi mağazadan əlavə yaxınlıqda yerləşən başqa mağazalarda olub-olmamaları barədə hər hansı məlumatı yoxdur. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş Şahid7 ifadəsində göstərmişdir ki, uzun illər müxtəlif ünvanlarda yerləşən apteklərdə əczaçı kimi işləmiş, 2016-cı ildən bu günə qədər Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 55 nömrəli “Buta Qaraçuxur” adlı aptekdə həm əczaçı, həm də inzibatçı kimi işləyir. Turxan və Elnur adlı şəxsləri xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasının X2 əməkdaşı kimi tanımışdır. Belə ki, 2018-ci ilin avqust ayında Turxan və Elnur adlı şəxslər işlədiyi aptekə gələrək özlərini yeni yaradılmış Azərbaycan Respublikasının X2 əməkdaşı kimi təqdim edərək hansısa şəxsin işlədiyi aptek barəsində şikayət etdiyini bildirmişlər. Turxan adlı şəxs guya hansısa şəxsin aptekdən saqqız aldığını və zəhərləndiyini, daha sonra isə bununla bağlı şikayət etdiyini izah etmişdir. Turxan ***-**** manat arası cərimə yazılacağını bildirmiş, o isə qeyd olunan məbləği ödəmək imkanı olmayacağını dedikdə, Turxan və yanında olan Elnur adlı şəxs hörmət etdiyi təqdirdə cərimə yazılmayacağını demişlər. Həmin şəxslər ondan alacağı pulu X3 hansısa xidmət sahəsinin müdirinə verəcəklərini və bununla da cərimə yazılmayacağını bildirmişlər. Turxan və Elnur onun yanında pulu verəcəkləri xidmət rəisinin adını çəkməmişlər. O, kassanı açaraq yalnız 30 manat olduğunu bildirdikdə, Turxan və Elnur etiraz etməyib hörmət əlaməti olaraq bu dəfə köməklik edəcəklərini bildirmişlər. İşlədiyi aptekdə hər hansı problem olmasın deyə Turxan və Elnur adlı şəxsləri X2 əməkdaşı kimi hesab edərək xx.xx.2017-ci il tarixdə 30 manat məbləğində pulu həmin şəxslərə vermiş və sonuncular çıxıb getmişlər, bundan sonra həmin şəxsləri görməmişdir. Özünü Azərbaycan Respublikasının X2 əməkdaşı kimi təqdim edən Turxan və Elnur ona hər hansı qərar və vəsiqə təqdim etməsələr də, əllərində kitab olmuşdur. Həmin şəxslər əllərindəki kitabı açıb qeydlər apararaq müxtəlif obyektlərdən olan şikayətləri araşdırdıqlarını söyləmişlər. Həmin şəxslərin onun işlədiyi aptekdən əlavə yaxınlıqda yerləşən başqa obyektlərdə olub-olmamaları barədə hər hansı məlumatı yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2016-cı ildən bu günə qədər tanışı X18 ilə birlikdə ünvan 4 ünvanında yerləşən “Ləziz dad” adlı un məhsullarının satışı ilə məşğul olan mağazanı işlədirlər. Mağaza vergi ödəyicisi kimi qeydiyyatdadır, mağazada üç, bəzən isə dörd işçi xidmət göstərir. 2018-ci ilin iyul ayının sonunda əvvəllər tanımadıqları, ilk dəfə gördükləri Elnur və Turxan adlı şəxslər işlədikləri mağazaya gəlib özlərini Azərbaycan Respublikasının X2 əməkdaşı kimi təqdim edərək mağazada satılan qida məhsullarının təhlükəsizliyi, istehsal müddəti, qablaşdırılması, saxlanma qaydaları, eləcə də mağazada işləyən işçilərin tibbi müayinəsi ilə bağlı yaxın bir ay ərzində yoxlama keçirdəcəklərini bildirmişlər. Elnurun yanında olan Turxan adlı şəxs üzərində Azərbaycan Respublikasının X8 yazılmış vəsiqəni ona və Rüstəm Tahirov adlı şərikinə göstərmişdir. Özünü Agentliyin əməkdaşı kimi təqdim edən Elnur satışda olan məhsulların keyfiyyəti ilə bağlı ümumi maraqlanıb onlardan kassa qəbzi götürmüş, eləcə də, keçiriləcək yoxlama zamanı qida təhlükəsizliyi ilə bağlı sənədləri yoxlamada iştirak edəcək Agentliyin əməkdaşlarına təqdim etməyi tapşırmışdır. Elnur və Turxan işlədikləri mağazanın müştəriləri olduqlarını, şirniyyatların dadlı olduğunu, köməklik etməyə çalışacaqlarını söyləyib səmimiyyət yaratmışlar. Söhbətdən yoxlama zamanı hansısa güzəşt və ya kömək etmələri üçün onlardan pul təklifi gözləyəcəkləri hiss olunmuşdur. Söhbət zamanı Elnur yaxınlıqda olan digər obyektlərə də baş çəkəcəklərini və yoxlama keçirəcəklərini bildirmiş, söhbət əsnasında həmin şəxslərin onlardan öncə işlədikləri mağaza ilə üzbəüz yerləşən “Təndir” adlı çörək satılan mağazada da olmaları və həmin obyektdən də kassa qəbzi götürmələri məlum olmuşdur. Bildirmişdir ki, hal-hazırda hər hansı şikayəti və ya tələbi yoxdur. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli 000188 nömrəli müqavilədən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin təlimatçısı Təqsirləndirilən şəxs sahibkar X11 ilə müqavilə bağlamışdır. (cild 01, iş vərəqə 84) İş materiallarında olan xx xxxxxxx 2018-ci il tarixli «Azerfon» X5 alınmış diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil nömrələr Təqsirləndirilən şəxs istifadəsində olmuşdur. ***-***-**-** mobil nömrə ilə Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrə arasında 2018-ci ilin may ayında, X4 istifadəsində olan ***-***-**-** mobil nömrə arasında 2018-ci ilin iyul ayında telefon əlaqəsi olmuşdur. (cild 01, iş vərəqə 146-149) İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Rzayev X10 Turxan Arif oğlu ilə üzləşdirmədə dindirilən zaman öz ifadəsində göstərdiyi xüsusatları sonuncunun üzünə qarşı deməklə bir daha təsdiq edərək 2017-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs işlədiyi mağazaya gələrək özünü Azərbaycan Respublikasının X2 əməkdaşı kimi təqdim edib X3 hansısa xidmət sahəsinin rəisinə 500 manat hörmət etdiyi təqdirdə mağazada yoxlama keçirilməyəcəyini və ya yoxlama zamanı qanunsuzluq aşkar olunmayacağını, cərimə tətbiq olunmayacağını söylədiyindən həmin məbləği iki dəfəyə vermək barədə razılığa gəlməklə işlədiyi mağazada hər hansı problem olmaması üçün 2017-ci ilin dekabr ayında ona 250 manat, 2018-ci ilin yanvar ayında isə 250 manat pul verdiyini bildirmişdir. (cild 02, iş vərəqə 61- 65) İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Rüstəmov X7 Turxan Arif oğlu ilə üzləşdirmədə dindirilən zaman öz ifadəsində göstərdiyi xüsusatları sonuncunun üzünə qarşı deməklə bir daha təsdiq edərək 2017-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs Elnur Rzayevlə birlikdə onun işlətdiyi mağazaya gələrək özlərini X2 əməkdaşı kimi təqdim etməklə həmin Agentliyin rəhbər şəxsinə vermək üçün ondan 300 manat məbləğində pul istədiklərinə görə problem yaranmaması üçün həmin pulu onlara verdiyini, 2018-ci ilin fevral ayında Təqsirləndirilən şəxs təkrar olaraq işlədiyi mağazaya gəlib müqavilə adlandırdığı sənədi ona təqdim etdiyini bildirmişdir. (cild 02, iş vərəqə 66-70) İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid2 Təqsirləndirilən şəxs ilə üzləşdirmədə dindirilən zaman öz ifadəsində göstərdiyi xüsusatları sonuncunun üzünə qarşı deməklə bir daha təsdiq edərək 2018-ci ilin iyun ayında Təqsirləndirilən şəxs işlədiyi marketə gələrək özünü Azərbaycan Respublikasının X2 əməkdaşı kimi təqdim edərək X3 müdirinə rüşvət kimi vermək üçün 50 manat məbləğində pul istədiyinindən mağazada hər hansı problem olmaması üçün ona qeyd edilən məbləğdə pul vermişdir. (cild 02, iş vərəqə 76-80) İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid4 Təqsirləndirilən şəxs ilə üzləşdirmədə dindirilən zaman öz ifadəsində göstərdiyi xüsusatları sonuncunun üzünə qarşı deməklə bir daha təsdiq edərək 2018-ci ilin iyul ayının sonunda Təqsirləndirilən şəxs Elnur Rzayevlə birlikdə işlədiyi mağazaya gəlib özlərini Azərbaycan Respublikasının X2 əməkdaşı kimi təqdim etdiklərini, mağazada yoxlama keçirəcəklərini bildirdiklərini, lakin onlara hər hansı bir təklif olunmadığına görə çıxıb getdiklərini bildirmişdir. (cild 02, iş vərəqə 81-85) İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid8 Mehdi oğlu Təqsirləndirilən şəxs ilə üzləşdirmədə dindirilən zaman öz ifadəsində göstərdiyi xüsusatları sonuncunun üzünə qarşı deməklə bir daha təsdiq edərək onu tanıdığını, adını bilməsə də, Təqsirləndirilən şəxs 2018-ci ilin avqust ayında işlədiyi dönərxanaya gələrək özlərini Şahid3 Azərbaycan Respublikasının X2 əməkdaşı kimi təqdim edən şəxslərdən biri olduğunu, onların dönərxada satılan qida məhsullarının təhlükəsizliyi, istehsal müddəti, qablaşdırılması, saxlanma qaydaları, eləcə də, dönərxada işləyən işçilərin tibbi müayinəsi ilə bağlı yoxlama keçirdəcəklərini, rüblük olaraq 60 manat verəcəyi təqdirdə dönərxanada yoxlama keçirilməyəcəyini və yaxud yoxlama zamanı qanunsuzluq aşkar olunmayacağını dediklərini, digər saçı seyrək və bir qədər yaşlı olan şəxsin Şahid3la birlikdə kafedən çölə çıxdığını, Təqsirləndirilən şəxs isə onun yanında qalaraq əlindəki kitabçaya nələrisə qeyd etdiyini, Şahid3 onlara 60 manat məbləğində pulu verdiyini və rüblük olaraq 60 manat verəcəyi barədə razılığa gəldiyini bildirmişdir. (cild 02, iş vərəqə 101-105) İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, X1 Turxan Arif oğlu ilə üzləşdirmədə dindirilən zaman öz ifadəsində göstərdiyi xüsusatları sonuncunun üzünə qarşı deməklə bir daha təsdiq edərək özlərini X2 əməkdaşı kimi təqdim edərək mağazada satılan qida məhsullarının təhlükəsizliyi, istehsal müddəti, qablaşdırılması, saxlanma qaydaları, həmçinin mağazada işləyən işçilərin tibbi müayinəsi ilə əlaqədar yoxlama keçirəcəklərini dediklərini, bundan sonra obyekt sahibləri ilə söhbət edərək yoxlama keçirilməməsi üçün 20-400 manat arası pul alaraq obyekt sahiblərinə guya alınan məbləğin X3 işləyən xidmət rəisinə veriləcəyini, bununla da mağazada yoxlama keçirilməyəcəyini və ya mağazada hər hansı qanunsuzluq aşkar olunmayacağını izah etdiklərini, konkret olaraq eyni üsul ilə Şahid5 2017-ci ilin dekabr ayında 300 (üç yüz) manat məbləğində, Şahid7 2018-ci ilin avqust ayında 30 (otuz) manat məbləğində, Şahid3 2018-ci ilin avqust ayında 60 (altmış) manat məbləğində pul aldıqlarını bildirmişdir. (cild 02, iş vərəqə 106-112) İş materiallarında olan tanınma istintaq hərəkəti protokollarından görünür ki, Şahid7, Şahid6, Şahid5 Suleyman oğlu, Şahid3, Şahid2 və X9 tanınma istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs aid fotoşəkili ifadələrində göstərdikləri zahiri əlamətlərə uyğun olaraq tanımışlar. (cild 02, iş vərəqə 23-25; 51-53; 59-61; 67-69; 76-78;85-87;116- 118) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəsinə qiymət verərək belə hesab edir ki, onun ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa çalışır. Onun məhkəmədə verdiyi bu ifadəsi iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, üzləşdirmədə dindirmə protokolları və digər sənədlərlə tam təkzib olunmuşdur. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin məhkəmədə verdikləri ifadələrini və iş materialında olan digər sənədləri tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310, 32.4 və 312.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310, 32.4 və 312.2-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Naxçıvan MR Şərur Rayon İcra hakimiyyəti Başçısının Alışar kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (cild 02, iş vərəqə 90) İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu təvəllüdlü bir azyaşlı qız uşağı vardır. (cild 02, iş vərəqə 88) İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vərəqə 71) İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Şahid2 dəymiş maddi ziyan tam ödənilmişdir və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Şahid7 dəymiş maddi ziyan tam ödənilmişdir və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası X3n Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş xx xxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət və ya tələbləri yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət hadisəsi törətməsini, müsbət xarakterizə olmasını, himayəsində bir azyaşlı qız uşağının olmasını, Şahid7 və Şahid2 vurulmuş maddi ziyanı tam ödəməsini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ailənin yeganə qazanc gətirəni olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə ona münasibətdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olduğundan, ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində cərimə növündə cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli Qərarının 14-cü bəndində qeyd edilir ki, cəzaların az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplama yolu ilə birləşdirilməsi məsələsini həll edərkən məhkəmələr həm cinayətlərin hər birinin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həm də şəxsin törətdiyi bütün cinayətlərin məcmu halında yüksək təhlükəli olmasını nəzərə almalıdırlar. Yuxarıda qeyd olunan Plenum qərarının 20-ci bəndində qeyd edilir ki, CM-in 69.4cü maddəsinə görə məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə, yaxud müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxs bu cəzadan tamamilə azad edir. Qanunun bu norması imperativ xarakter daşıyır və müvafiq hallarda mütləq tətbiq olunmalıdır. Belə hallarda cəzanın yüngülləşdirilməsi və ya cəzadan tamamilə azad olunma CM-in 69.4-cü maddəsinə istinad etməklə hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cinayətlərin məcmusuna daxil olan cinayətlər az ağır və ağır cinayətlər olunduğundan, məcmuya daxil olan cinayətlərə görə təyin olunan cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə uyğun olaraq qismən toplanılmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. İş materiallarında olan Binəqədi rayon Məhkəməsinin 4(001)-65/2020 nömrəli, xx.xx.2020-ci il tarixli həbs qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. (cild 02, iş vərəqə 53-60) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən hökm çıxarılanadək həbsdə saxlanıldığı 07 ay 16 gün müddət CM-nin 69.4-cü maddəsinə əsasən nəzərə alınmalı, onun barəsində təyin edilmiş cərimə növündə cəzadan çıxılmalı və üzərində qəti olaraq cərimə cəza saxlanılmalı, hökmün icrası Bakı şəhəri Suraxanı rayonu İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, “xxxxxxx” MMC-dən daxil olmuş 01 ədəd CD diskin surəti və Şahid5 istintaqa təqdim etdiyi xx xxxxxx 2018-ci il tarixli 000188 nömrəli müqavilənin əsli cinayət işinin materiallarında saxlanılmalıdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X12 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesabına 150 manat miqdarında pul ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Allahmanov Şöhrət Nəbi oğluna Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 18 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 108 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 3.000 (üç min) manat məbləğində cərimə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 11.000 (on bir min) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs 12.000 (on iki min) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən hökm çıxarılanadək həbsdə saxlanıldığı 07 ay 16 gün nəzərə alınsın, ona təyin edilmiş 12.000 (on iki min) manat məbləğində cərimə cəzasından 7000 (yeddi min) manat çıxılsın və üzərində qəti olaraq 5.000 (beş min) manat məbləğində cərimə cəzası saxlanılsın. Hökmün icrası Bakı şəhəri Suraxanı rayonu İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - “xxxxxxx” MMC-dən daxil olmuş 01 ədəd CD diskin surəti və Şahid5 istintaqa təqdim etdiyi xx xxxxxx 2018-ci il tarixli 000188 nömrəli müqavilənin əsli cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X12 təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Allahmanov Şöhrət Nəbi oğluna təqsirləndirilən şəxsə göstərilmiş 18 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 108 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-613/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-613/2020
08.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver